Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-69/2025 18.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1972-ci il tarixdə Bərdə rayonu, Həsənqaya kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Həsənqaya kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında Bərdə rayonu, Həsənqaya kəndində özünə məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə kultivasiyası qadağan edilmiş və 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ-cü siyahısına əsasən külli miqdarda, yəni əkilib-becərilməsi qadağan olunmuş ümumi təmiz çəkisi 280 qram olan 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz əkib yetişdirərək kultivasiya etmiş, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni 7 ədəd (yeddi) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram, 85 qram, 65 qram, 40 qram, 65 qram, 70 qram və 60 qram olmaqla, ümumi təmiz çəkisi 1125 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətində toyuqlar üçün tikmiş olduğu tövlədə saxlamış, 17 may 2023-cü il tarixdə saat 20:35 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində kultivasiya edilmiş külli miqdarda, yəni 24 (iyirmi dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri Təqsirləndirilən şəxs məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən, 7 ədəd (yeddi) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 740 qram, 85 qram, 65 qram, 40 qram, 65 qram, 70 qram və 60 qram olmaqla, ümumi təmiz çəkisi 1125 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana isə fərdi yaşayış evinin həyətində toyuqlar üçün tikilmiş tövlədən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı evin həyətində 8 ədəd dibçəkdə narkotik tərkibli çətənə bitkiləri əkmiş, qalanı isə yabanı halda həyətdə bitmişdir. Ümumilikdə 24 ədəd kiçik ölçülü çətənə kolu aşkar edilmiş və o, həmin kollara görə özünü təqsirli bilmiş, lakin baxış zamanı polis əməkdaşlarının toyuq hinindən aşkar olunduğunu iddia etdikləri 1 kiloqram çəkidə qurudulmuş marixuana ona məxsus olmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, uzun müddətdir narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, marixuananı özü əkib yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarını qurudaraq əldə etmişdir. Hər dəfə istifadə etdiyi marixuananın toxumlarını saxlayıb sonra yenidən əkmişdir. Aşkar olunmuş çətənə kollarını təxminən 1 ay əvvəl yaşadığı evin həyətində, dibçəklərdə əkib xüsusi qulluq edərək yetişdirmişdir. Baxış zamanı aşkar olunan həmin bitkilərin boyu qısa olmuşdur. Saxlanıldığı gün böyük qardaşı və arvadı ilə birlikdə idarə etdiyi avtomobillə Gəncə şəhərindən yaşadığı Bərdə rayonu, Həsənqaya kəndinə getmişdir. Kəndə çatana yaxın 5-6 nəfər polis əməkdaşı idarə etdiyi avtomobili saxlayıb əvvəlcə avtomobildə axtarış aparmışlar, sonra onu öz avtomobilləri ilə yaşadığı evə aparmışlar. Yanında bir nəfər polis əməkdaşı ilə onu avtomobildə saxlamışlar, digər polis əməkdaşları isə yaşadığı evin həyətinə daxil olmuş, həmin vaxtı arvadı və oğlu evdə olmuşdur. Təxminən yarım saat sonra onu avtomobildən düşürüb özünün iştirakı ilə video çəkiliş altında təkrar evə baxış keçirmişlər. Baxış zamanı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. O, həyətdə qara rəngli dibçəklərdə narkotik tərkibli çənə bitkiləri əkmiş, onlara qulluq edərək diblərini yumşaltmış və vaxtaşırı su tökmüşdür. Toyuq hinində narkotik vasitə olan qurudulmuş marixuana olmasını polis əməkdaşlarına o, deməmiş, sonuncular özləri həmin narkotik vasitəni tapıb çıxarmış, ümumiyyətlə o, toyuq hininə daxil olmamışdır. O, etiraz edərək aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olmadığını demiş, lakin polis əməkdaşları ailəsini polis şöbəsinə aparmaqla hədələdikləri üçün o, məcbur olub çəkiliş vaxtı aşkar olunan marixuananın özünə məxsus olduğunu demişdir. Adlarını xatırlamadığı polis əməkdaşları onu yumruqla vurmuş, lakin xəsarəti olmamışdır. Polis əməkdaşlarının onu vurması və onu ailəsi ilə hədələməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan (nəşədən) istifadə etmişdir. Təxminən 6 il əvvəl Rusiya Federasiyasından Azərbaycan Respublikasına geri qayıtdığı zaman oradan marixuana (nəşə) toxumları gətirmişdir. 2022-ci ildə özünə məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində müxtəlif yerlərdə marixuana (nəşə) toxumları əkmişdir. Həmin il bitən 7 ədəd marixuana (nəşə) kollarından istifadə etmiş və yenidən toxumlarını əkmək üçün bir hissəsini saxlamışdır. İlk dəfə əkdiyi marixuana kollarının yarpaqlarını qurudaraq saxlamış və mütəmadi özü üçün istifadə etmişdir. 2023-cü ilin mart ayında saxladığı nəşə toxumlarından yenidən əkmişdir. Həmin toxumları təxminən 1 ay sonra yaşadığı evin həyətyanı və bağ sahəsində inkişaf etdiyini görmüşdür. İnkişaf edən marixuana kollarından 10 ədədini gül dibçəyində böyütmüş, digər 20 kolu isə torpaqda qulluq etmişdir. Həmin kollara xüsusi qulluq göstərmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq həyətində narkotik becərməsi barədə məlumat vermişlər. O, polislərə səmimi etiraf edərək əkdiyi narkotik vasitələri və narkotik vasitə hesab edilən qurudulmuş marixuana kütlələrini göstərmişdir. Əkdiyi və qurutduğu narkotik vasitələri özü istifadə etmək üçün əkdiyini və qurutduğunu demişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olması barədə məlumat verərək onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Şöbədə müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Həmin vaxtı üzərindən qanunla qadağan edilmiş əşya və predment aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı o, şəxsi istifadəsi üçün narkotik vasitələrin toxumlarını həyətyanı sahəsinə səpdiyini, həmin narkotik tərkibli kollar inkişaf etdikdən sonra özünün istifadə etdiyini, heç kimə narkotik vasitə satmadığını, narkotik vasitənin onda olması barədə də hər hansı bir şəxsə və şəxslərə məlumat vermədiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan 8 ədəd dibçəkdəki bitkilərdən başqa da əkdiyi çətənə bitkiləri də olmuş, lakin onların ölçüləri kiçik olmuş, ona görə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadədən fərqli olaraq 10 yox, 8 ədəd bitkini əkib qulluq etdiyini demişdir. İbtidai istintaq zamanı polis əməkdaşları onu ailə üzvlərini polis şöbəsinə aparmaqla hədələdikləri üçün toyuq hinindən aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu demiş və ifadəsində də həmin narkotik vasitəni saxladığı yeri polis əməkdaşlarına özü göstərdiyini qeyd etmişdir. Əkdiyi narkotik tərkibli çətənə kollarından heç kimə verməmiş, yalnız özü istifadə etmişdir. Onu bir neçə polis əməkdaşı döymüş, Şahid4 də bunun şahidi olmuşdur. Polis əməkdaşları onu yaşadığı evdən təxminən 2 kilometr aralıda yerləşən avtomobil sexinin yanında saxlamışlar, saxlanılarkən də qardaşı və arvadı yanında olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXBnin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Həsənqaya kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkilər kultivasiya etməsi və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə Bərdə RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar Bərdə rayonu, Həsənqaya kəndində gedib Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Həyətdə 6-7 ədəd dibçəkdə və evin qarşısında qazılmış arxın kənarında əkilmiş 21 ədəd çətənə bitkisi, həyətdəki yarımtikilidən isə narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan bitkiləri özü istifadə etmək üçün əkdiyini etiraf etmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı yarımtikilidən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın çəkisi 1 kiloqramdan artıq olmuş, lakin hadisədən 2 il müddət keçdiyi üçün həmin marixuananın neçə bükümdə olmasını xatırlamamışdır. Əməliyyat məlumatı Şahid2 daxil olmuş, lakin sonuncu hazırda daxili işlər orqanlarından xaric olunmuşdur. Polislər tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərilməmişdir. Onlar daxil olmuş əməliyyat məlumatı əsasında birbaşa Təqsirləndirilən şəxs yaşadığı evinə gedib qapını döymüş, sonuncu özü qapını açıb onları qarşılamış, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri kultivasiya etməsi və yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə əməliyyat məlumatı daxil olduğunu bildirib evinə baxış keçirəcəklərini demişlər, sonuncu da heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində o, təhqiqatçı, Şahid2, aqronom və sahə polisi Şahid3 iştirak etmişdir. Şahid3 baxış zamanı video çəkiliş aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə tək olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış zamanı həyətdəki yarımtikilidən narkotik vasitə qurudulmuş marixuana və 5-6 dibçəkdə əkilmiş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. Hadisədən 2 il müddət keçdiyi üçün narkotik tərkibli çətənə kolları əkilmiş dibçəklərin rəngini və formasını xatırlamamışdır. Təqsirləndirilən şəxs yalan danışmış, onlar sonuncunu yolda saxlamamış, birbaşa yaşadığı evə gedib qapısını döyərək evinə baxış keçirmişlər. Polis əməkdaşları tərəfindən də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə Bərdə RPŞ-yə Bərdə rayonu, Həsənqaya kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkibbecərməsi, həmçinin qurudulmuş marixuana saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 20 radələrində o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi, X2 aparıcı aqronomu vəzifəsində işləyən Şahid1 və digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsi üçün getmişlər. Onlar Təqsirləndirilən şəxs bu barədə məlumat verib yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə tərtib edilmiş qərarla tanış etmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələr izah edildikdən sonra yaşadığı evdə videoçəkilişdən istifadə edilməklə axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə heç bir etirazının olmadığını demiş və bu barədə ərizə də təqdim etmişdir. Daha sonra onlar sonuncunun evinin həyətinə baxış keçirməyə başlamışlar. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sağ tərəfində yerləşən sahəni göstərərək orada narkotik vasitə tərkibli çətənə (kannabis) bitkilərini əkib becərməsi barədə məlumat vermişdir. Həmin əraziyə baxış zamanı oradan 3 (üç) ədəd dibçəkdə, 6 (altı) ədəd isə torpağa əkilmiş halda, ümumi sayı 9 (doqquz) ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar edilmişdir. Daha sonra həyətyanı sahədə yerləşən köməkçi tikilinin içərisində 7 (yeddi) ədəd sellofanda ümumi çəkisi 1,190 kq narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra köməkçi tikilinin arxasında ümumilikdə 21 (iyirmi bir) ədəd əkilmiş halda, onlardan 7 (yeddi) ədədi dibçəkdə olmaqla narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar edilmiş və ümumi çəkisi 0,710 kq olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, toxumlarını Rusiya Federasiyasından gətirdiyini və bitkilərlə qurudulmuş marixuanaya bənzər kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Baxışda iştirak etmiş aqronom Şahid1 Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş bitkilərdən 24 (iyirmi) ədədinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq olunduğunu və diblərinin becərildiyini, 6 ədəd bitkiyə isə aqrotexniki qaydada qulluq göstərilmədiyini bildirmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə kollarına bənzər bitkilər və qurudulmuş marixuanaya bənzər kütlələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Yaşadığı evinə baxış başa çatdıqdan sonra onlar Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə aparmış və orada müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilən hər hansı əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (Zərərləşdirmə) mərkəzinin X2 aparıcı aqronomu Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bərdə rayonu, Həsənqaya kəndində yerləşən evinə gedib baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı həyətyanı sahədən 6-7 ədəd dibçəkdə və evin qarşısında qazılmış xəndəyin içərisində üzəri ağacla örtülmüş dibçəklərdə əkilmiş çətənə kolları aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, dibçəklərdə təxminən otuza yaxın çətənə kolu əkilmiş, aşkar olunan çətənə kollarının hər birinə aqrotexniki qaydada qulluq edilmişdir. Aşkar olunan çətənə kollarının hər biri dibçəkdə əkilmiş, dibi boşaldılaraq suvarıldığı üçün onların aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi qənaətinə gəlmişdir. Aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları ilə yabanı halda yetişmiş çətənə kolları arasında ilk baxışda yarpaqlarının ölçüsündə fərq olmuş, yabanı halda yetişən bitkilərin yarpaqları daha kiçik ölçülü və zəif olmuşdur. Dibçəklərdə əkilmiş çətənə kollarının hər birinə qulluq olunmuşdur. Hadisədən 2 il müddət keçdiyi üçün dibçəklərin ölçüsünü və formasını dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində neçə nəfər iştirak etdiyini də xatırlamamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs evdə tək olmuş, həmin vaxtı o, evdə başqa ailə üzvü olduğunu görməmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında aqrotexniki qaydada qulluq olunmuş çətənə kollarının sayı ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, ..................Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin sağ tərəfində yerləşən sahəni göstərərək orada narkotik vasitə tərkibli çətənə bitkilərini əkib becərməsi barədə məlumat vermişdir. Həmin əraziyə baxış zamanı oradan 3 (üç) ədəd dibçəkdə, 6 (altı) ədəd isə torpağa əkilmiş halda olmaqla, ümumi sayı 9 (doqquz) ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər olması aşkar edilmişdir. Daha sonra həyətyanı sahədə yerləşən köməkçi tikilinin içərisində 7 (yeddi) ədəd sellofan aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən həmin sellofana baxış keçirilərkən ümumi çəkisinin 1,190 kq olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra köməkçi tikilinin arxasında ümumilikdə 21 (iyirmi bir) ədəd əkilmiş halda, onlardan 7 (yeddi) ədədi dibçəkdə olmaqla narkotik tərkibli çətənə koluna bənzər bitkilər aşkar edilmiş və ümumi çəkisinin 0,710 kq olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadəsi üçün əkdiyini, toxumlarını Rusiya Federasiyasından gətirdiyini və bitkilərlə qurudulmuş marixuanaya bənzər kütlələrin özünə məxsus olduğunu bildirmişdir. Baxış zamanı onun tərəfindən həyətyanı sahəsindən aşkar edilmiş bitkilərə baxış keçirilərkən 24 (iyirmi) ədəd bitkilərin ayrı-ayrılıqda aqrotexniki qaydada kultivasiya olunması, suvarılması və mütəşəkkil qaydada becərilməsi, 6 ədəd bitkiyə isə aqrotexniki qaydada qulluq göstərilməməsi barədə rəy vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, elan olunan rəydə qeyd olunanlar düzdür, aşkar olunmuş bitkilərdən 24 ədəd çətənə koluna qulluq edilmiş, lakin 6 ədəd çətənə kolu digərlərinə nisbətən kiçik ölçülü olduqları üçün rəydə onlara qulluq edilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalmasını görməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/523 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidən (toyuq damından) aşkar edilərək götürülmüş, 07 ədəd sellofan paketdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlələr..” sözlər və imzalar olan sintetik kisədəki 7 (yeddi) ədəd polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 740 qram, 85 qram, 65 qram, 40 qram, 65 qram, 70 qram və 60 qram olmaqla, ümumi təmiz çəkisi 1125 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 2) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 21 ədəd narkotik tərkibli kollara bənzər kollar..” olan sintetik kisədəki 21 (iyirmi bir) ədəd ümumi təmiz çəkisi 280 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; 3) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 09 ədəd narkotik tərkibli kollara bənzər kollar..” olan sintetik kisədəki 09 (doqquz) ədəd ümumi təmiz çəkisi 95 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir; 4) Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd sintetik kisədə olan marixuanalar tərkiblərinə görə eynidirlər; 5) Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər; 6) Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd sintetik kisədə olan marixuanalar ilə 2 (iki) ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eyni deyildirlər; 7) Aqronom (mütəxəssis) Şahid1 rəyinə əsasən təqdim edilmiş bitkilərdən 24 (iyirmi dörd) ədədinə aqrotexniki qaydada qulluq edilmiş, lakin 6 (altı) ədədinə aqrotexniki qaydada qulluq edilməmişdir. Qeyd: marixuananın ümumi təmiz çəkisi – 1125 qr., tədqiqata sərf edildi - 0,35 qr., qalıq - 1124,65 qram; Çətənə bitkisinin ümumi təmiz çəkisi 21 ədəd - 280 qr. və 9 ədəd - 95 qr., tədqiqata sərf edildi – 0,6 qr., qalıq 21 ədəd – 279,58 qram və 9 ədəd - 94,82 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya (zərərləşdirmə) Mərkəzinin X2 aparıcı aqronomu Şahid1 xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bərdə rayonu, Həsənqaya kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilən zaman 30 ədəd narko-xassəli çətənə kolu aşkar olunmuş, həmin narko-xassəli çətənə kolunun 24 ədədinin hər biri ayrı-ayrılıqda aqrotexniki qaydada kultivasiya olunmuş, suvarılmış və mütəşəkkil qaydada becərilmiş, lakin 6 ədədinə aqrotexniki qulluq edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1406 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 22:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 20:35-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 may 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Bərdə rayonu, Həsənqaya kəndində yerləşən yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 3 (üç) ədəd dibçəkdə və 6 (altı) ədəd torpağa əkilmiş halda olmaqla, ümumi sayı 9 (doqquz) ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər, köməkçi tikilinin arxasından 7 (yeddi) ədədi dibçəkdə olmaqla ümumi çəkisi 0,710 kiloqram təşkil edən 21 (iyirmi bir) ədəd əkilmiş halda narkotik tərkibli çətənə koluna bənzər bitkilər, həyətyanı sahədə yerləşən köməkçi tikilinin içərisindən isə 7 (yeddi) ədəd ayrı-ayrı sellofanlarda olmaqla ümumi çəkisi 1,190 kiloqram təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi, özünə məxsus Bərdə rayonu, Həsənqaya kəndində yerləşən evinin həyətyanı sahəsində və yarım tikilidə qanunsuz olaraq narkotik tərkibli bitkilər, yəni çətənə kolları əkibbecərməsi, həmçinin qurudulmuş marixuana saxlaması və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik tərkibli çətənə kollarını əkib becərməsində, qurudulmu marixuananı üzərində və yaşadığı ünvanda saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin kollarını əkib-becərməklə kultivasiyası ilə məşğul olması və narkotik vasitəni satış məqsədilə yaşadığı evdə saxlaması müəyyən edilsə də, narkotik vasitə və ya onun prekursorlarını satması ilə bağlı hər hansı məlumat əldə olunmamış, onun narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxsin və ya şəxslərin, eləcə də yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş çətənə kollarını və fərdi yaşayış evinin həyətində yerləşən ev quşları üçün tikilmiş tövləsindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Həsənqaya kənd İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Həsənqaya kəndində yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 279,58 qram çəkidə 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq qalmış 94,82 qram çəkidə 9 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1124,65 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin saxlanma anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan və məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin MSY-nə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədən səthi üzərində xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədən səthi üzərində xəsarət izi aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək polis əməkdaşları tərəfindən yaşadığı evdən təxminən iki kilometr aralı məsafədə saxlanıldığını, daha sonra polislərlə birlikdə yaşadığı evin qarşısına gəldiyini, sonuncuların ondan əvvəl evinə daxil olduğunu, bir qədər sonra polislərin ikinci dəfə onunla birlikdə evin həyətinə daxil olaraq baxış keçirdiklərini, baxış zamanı həyətyanı sahədəki yarım tikilidən aşkar edilmiş 7 ədəd ayrıayrı bağlamalardan olan qurudulmuş marixuananın ona məxsus olmadığını, həmin kütlələri yaşadığı evin həyətinə polislərin qoyduğunu, polislərin onu döydüklərini və qurudulmuş marixuananı üzərinə götürmədiyi halda ailəsini polis şöbəsinə gətirməklə hədələdikləri üçün məcbur olub sonuncularla razılaşdığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, yaşadığı evinə baxış, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində Bərdə rayonu, Həsənqaya kəndindəki yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 24 ədəd çətənə kollarının toxumlarını özünün əkdiyini, diblərini sulayaraq qulluq göstərdiyini, yarpaqlarını yığaraq qurutduğunu və özünün istifadəsi üçün saxladığını, xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında olan zaman polislərin ona yaxınlaşaraq həyətində narkotik becərməsi barədə məlumat daxil olduğunu və buna görə evə baxış keçirmək istədiklərini, özünün heç bir etiraz etməyərək polislərə səmimi etiraf edib əkdiyi narkotik vasitələri və narkotik vasitə hesab edilən qurudulmuş marixuana kütlələrini göstərdiyini, həmin kütlələri də şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qaldığını, eləcə də sonuncuların onun yaşadığı evin həyətyanı sahəsində olan yarımtikiliyə bir neçə bükümdə qurudulmuş marixuana qoyduqlarını göstərməmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən ilk əvvəl 9 ədəd dibçəklərdə kultivasiya olunmuş çətənə kollarını aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs həyətdəki damda keçən il əkdiyi çətənə kollarının yığaraq qurutduğu yarpaqlarının olduğunu bildirib dama doğru hərəkət edərək içəri daxil olub 7 ədəd şəffaf sellofanda olan qurudulmuş marixuananı təhqiqatçıya təqdim edir. Aşkar edilmiş 9 ədəd çətənə kolları və 7 ədəd sellofanda olan qurudulmuş marixuanalar müvafiq qaydada qablaşdırıldıqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs aşkar olunanlardan başqa yaşadığı evdə digər hər hansı bir narkotik vasitənin olub-olmamasını soruşur, Təqsirləndirilən şəxs isə qeyrisəmimi olaraq olmadığını bildirir. Elə bu zaman baxış iştirakçısı Şahid4 həyətyanı sahədə olan köməkçi tikilinin arxasında da çətənə kollarının olduğunu bildirir. Təhqiqatçı tərəfindən həmin yerə baxış zamanı 21 ədəd çətənə kolları aşkar edilir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirin əvvəlində yaşadığı evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını, tədbirin gedişində isə yaşadığı evdə qanunsuz olaraq kultivasiya etdiyi çətənə kollarının olduğunu, 1990-cı ildən narkotik vasitə istifadə etdiyini, çətənə kollarının toxumaları Rusiya Federasiyasından gətirdiyini, keçən ildə çətənə kollarını əkdiyini, həyətyanı sahədəki damda keçən il əkdiyi çətənə kollarının qurudulmuş yarpaqlarını yığaraq sellofanlarda saxladığını, heç kimə satmadığını, şəxsi istifadəsi üçün yığaraq qurutduğunu, baxış keçirilən zaman evdə heç kimin olmadığını, əməliyyat-axtarış tədbirinin aparılma qaydasına və iştirakçılarına da heç bir etirazının olmadığını bildirmişdir. O cümlədən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq bir daha cavab verib saxlanılarkən, yaşadığı evinə baxış keçirilərkən, eləcə də polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, yaşadığı evin qarşısında saxlanıldığını, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını özünün əkdiyini, damdan aşkar edilmiş qurudulmuş marixuananı isə keçən il əkdiyi çətənə kollarının yarpaqlarını qurudaraq yığdığını, narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Habelə iş materiallarında olan həm Bərdə RPŞ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də tibbi sənədlərlə onun bədəni üzərində xəsarətin olması öz təsdiqini tapmamışdır. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4, Şahid3 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanıldığını, saxlanılarkən, yaşadığı evinə baxış keçirilərkən və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verimədiyini, yaşadığı evindən aşkar edilmiş çətənə kollarını sonuncunun özünün əkdiyini, həyətdəki damdan aşkar edilmiş 7 ədəd sellofandakı qurudulmuş marixuanaları isə keçən il əkdiyi çətənə kollarının yarpaqlarını qurudaraq yığdığını etiraf etdiyini göstərmişlər. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını özünün əkdiyini, lakin həyətdəki damdan aşkar edilmiş 7 ədəd sellofanda olan qurudulmuş marixuananın özünə məxsus olmadığını və polislər tərəfindən qanunsuzluğa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin yaşadığı evinə baxış keçirilməsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, habelə şahidlərin ifadələrində saxlanılarkən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanılması, həmin vaxtı sonuncunun tək olması, yeddi ədəd sellofandakı qurudulmuş marixuananın da Təqsirləndirilən şəxs özünə məxsus olması tam olaraq sübuta yetirilmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin yaşadığı evə baxış keçirilməsi əməliyyat-axtarış tədbirinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərtib etdiyi xx.xx.2023cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilməmişdir. Məhkəmənin həmin qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, əməliyyat-qeydiyyat işinin əldə olunması üçün Bərdə RPŞ-yə sorğu verilməsinə baxmayaraq, qeyd olunan materiallar məhkəməyə təqdim edilmədiyi üçün Bərdə Rayon Məhkəməsi əməliyyat müvəkkilin qəbul etdiyi qərarı qanuni hesab etməmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etiraz etməmiş, həmçinin sonuncu yaşadığı evdən aşkar edilmiş çətənə kollarını özünün əkib becərərək kultivasiya etdiyini, eləcə də həyətdəki damdan aşkar edilmiş yeddi ədəd sellofanda olan qurudulmuş marixuananı keçən il əkdiyi çətənə kollarının yarpaqlarını yığaraq qurutduğunu etiraf etmişdir. Sözügedən videoçəklişdə əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuzluğa yol verilməsi, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması öz təsdiqini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs çəkiliş zamanı ona qarşı qanunsuzluğa yol verimədiyini, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinə dair videoçəkilişdə də Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən verilmiş suallara qəti olaraq cavab verib saxlanılarkən, yaşadığı evinə baxış keçirilərkən, eləcə də polis şöbəsinə gətirilərkən ona qarşı fiziki və psixi zorakılığa yol verilmədiyini, yaşadığı evin qarşısında saxlanıldığını, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını özünün əkdiyini, damdan aşkar edilmiş qurudulmuş marixuananı isə keçən il əkdiyi çətənə kollarının yarpaqlarını qurudaraq yığdığını, narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını, heç kimdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Sözügedən videoçəkilişdə də Təqsirləndirilən şəxs qarşı qanunsuzluğa yol verilməsi, eləcə də cinayət prosessual qanunvericiliyin tələblərinin kobud surətdə pozulması öz təsdiqini tapmamışdır. Bununla belə, Bərdə Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların tələb edilməsinə dair zərurətin nədən ibarət olmasını qərarında göstərməmiş, sadəcə olaraq polis orqanı tərəfindən materiallar təqdim edilmədiyini əsas götürərək əməliyyat müvəkkilinin qərarını qanuni hesab etməmişdir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, CPM-in qeyd edilən norması əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqandan məhkəmə nəzarəti qaydasında, formal olaraq müvafiq tədbir keçirildikdən sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə yalnız əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim etməsini tələb edir. Məsələyə formal cəhətdən yanaşıldığı təqdirdə məhkəmə yalnız həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin zəruriliyini və qanuna uyğun aparıldığını yoxlamaqla müvafiq qərar çıxarmalıdır. Bu qərarın surəti əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqana və ibtidai istintaqa rəhbərlik edən prokurora göndərilir. Gələcəkdə işə mahiyyəti üzrə baxılarkən bu əməliyyat tədbirinin nəticələrinə ümumi qaydada baxılır. Yəni digər sübutlar kimi əməliyyat-axtarış tədbirlərinin nəticələri də yoxlanılıb qiymətləndirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 16-cı bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X5rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hazırkı iş üzrə əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş sübutları aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, həmin sübutlar Cinayət- Prosessual Məcəllənin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edildiyi, həmçinin Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun təqdim edildiyi və hazırkı məhkəmə araşdırması zamanı yoxlanıldığı üçün sübut kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİİ siyahısına əsasən çətənə növlü bitkilər kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur, 3-15 ədədi xeyli miqdar, külli miqdarın aşağı həddi isə 16 ədəd təşkil edir. Həmin siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana narkotik vasitə hesab olunur, xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qramdır, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 16/523 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin kollarının sayı 24 ədəd olmaqla külli miqdar, həmçinin qurudulmuş marixuananın ümumi təmiz çəkisi 1125 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X1 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisinin külli miqdar təşkil etməsi, yəni həmin növ narkotik vasitə üçün Qanunla nəzərdə tutulmuş külli miqdarının aşağı həddindən 2 dəfədən çox olması, həmçinin marixuananın çəkilib 7 ədəd bağlamaya yığılması, yeddi ədəd bağlamadan təkcə bir ədədin çəkisinin belə külli miqdar təşkil etməsi, o cümlədən külli miqdar təşkil edən qeyd edilən bağlamadan başqa digər altı ədəd bağlamada olan marixuanaların təqribən eyni çəkidə olması, habelə qurudulmuş marixuanalar ilə çətənə (kannabis) bitkilərinin tərkiblərinə görə eyni olmaması faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib yaşadığı evdə saxladığı külli miqdarda narkotik vasitəni ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona ayrı-ayrılıqda həmin maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 279,58 qram çəkidə 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq qalmış 94,82 qram çəkidə 9 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1124,65 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış əməliyyataxtarış tədbirinə dair 01 (bir) ədəd disk, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1406 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 18 may 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin saxlanma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 279,58 qram çəkidə 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ekspertiza tədqiqatından sonra qalıq qalmış 94,82 qram çəkidə 9 (doqquz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1124,65 qram narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı evinə keçirilmiş baxış əməliyyat-axtarış tədbirinə dair 01 (bir) ədəd disk, o cümlədən üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-69/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-69/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver