Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-7/2024 17.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X38 və X18, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X21 və X12, müdafiəçilər Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə İmişli rayonunun Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, X54 küçəsi, ev 121, mənzil 19-da qeydiyyatda olna və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1983-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 50-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2unun xx xxxx 1966-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, İmişli şəhəri, Xiyabani küçəsi, ev 228-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə, xx xxxxxxxx 1993-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Xəqani küçəsi, ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx xxxxxx 1960-cı ildə Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5il 57-də qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqla araşdırılan məqsədinə nail olmaq üçün Türkiyə Respublikasına gedib orada qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə edib saxlamaqla daşıyıb gəzdirilərək başqasına verilməsi və qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməklə gətirilməsi cinayətinin törədilməsi ilə bağlı xalası oğlu Təqsirləndirilən şəxs4, tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və qeyriləri ilə 2019cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, cinayətkar qrupun üzvləri ilə birgə hazırladıqları plana uyğun olaraq özü qrup üzvü X72 Respublikasında yaşayan qeyrisi ilə 2019-cu ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə qrupun digər üzvü Təqsirləndirilən şəxs5 vasitəsilə istintaqla müəyyən edilməyən mobil telefon nömrələri ilə əlaqə saxlayarkən, digər şəxs Türkiyə Respublikası ərazisində qrup üzvləri üçün odlu silah olan tapança və onun komplekt hissələrini təmin edəcəyini bildirmiş, bundan sonra cinayətkar məqsədə nail olmaq üçün qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2la birlikdə Türkiyə Respublikasına getmək barədə razılaşmış, bu məqsədlə qrup üzvlərindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərindən hərəkət edib Qazax rayonuna, oradan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin X41 məntəqəsindən 24 iyul 2019-cu il tarixdə müvafiq olaraq Təqsirləndirilən şəxs3 C01435705 nömrəli pasportundan istifadə etməklə saat 08:38, Təqsirləndirilən şəxs4 P4505034 nömrəli pasportundan istifadə etməklə saat 08:39, Təqsirləndirilən şəxs2 C02699480 nömrəli pasportundan istifadə etməklə saat 08:43 və Təqsirləndirilən şəxs5 P4396646 nömrəli pasportundan istifadə etməklə saat 08:44-də ardıcıl olaraq Gürcüstan ərazisinə, oradan isə Türkiyə Respublikası ərazisinə keçmiş, özü isə 26 iyul 2019-cu il tarixdə saat 07:29-da Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək E90 saylı Bakı-Antalya reysi ilə C01610235 nömrəli pasportundan istifadə etməklə Türkiyə Respublikasının Antalya şəhərinə gedərək həmin gün qrup üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2la həmin şəhərdə görüşmüş, Antalya şəhərində olduqları müddət ərzində hazırlanmış plana uyğun olaraq 2019-cu ilin iyul ayının istintaqla müəyyən edilməyən günündə özünün tapşırığına əsasən digər şəxsin vasitəsilə sonuncunun göndərdiyi istintaqla müəyyən edilməyən şəxsdən və istintaqla dəqiq müəyyən edilməyən ünvanda bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Almaniya Federativ Respublikasında istehsal olunmuş 9 mm kalibrli “SİG SAUER P-226” modelli, yivli odlu silah sayılan, texniki cəhətdən saz və atəş üçün yararlı tapançanı və bir ədəd həmin tapançaya aid zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirilmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan darağı qabaqcadan əlbir olmuş qrupun üzvləri ilə birlikdə qanunsuz olaraq əldə edib gəzdirməklə özlərində və idarə etdikləri “Hyundai Sonata” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobildə saxlamaqla daşımış, Türkiyə Respublikasının Antalya və İzmir şəhərlərində müxtəlif ünvanlarda yaşadıqdan sonra birlikdə Bakı şəhərinə qayıtmaq qərarına gəlmiş, bunun üçün həmin odlu silahı və darağı özləri ilə Bakı şəhərinə qabaqcadan əlbir olduqları həmin qrupla birlikdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi məqsədilə əvvəlcə “SİG SAUER P- 226” modelli yivli odlu silah sayılan tapançanı və bir ədəd həmin tapançaya aid darağı xüsusi qablaşdırmaqla, yəni gömrük orqanı əməkdaşlarının gömrük nəzarəti zamanı aşkar edə bilməyəcəkləri formada Təqsirləndirilən şəxs2 tərəfindən idarə olunan “Hyundai Sonata” markalı, **-SE-*** dövlət nömrə nişanlı avtomobilin mühərrik hissəsində, hava təmizləyicinin olduğu qutuda gizlədib aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə qrupun üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 vasitəsilə vahid niyyətlə əvvəlcə Türkiyə Respublikasının və daha sonra isə Gürcüstanın gömrük məntəqələrindən, oradan da 01 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikasının Qazax rayonu ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postundan saat 21:48-21:53 aralığında yuxarıda qeyd edilən avtomobillə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə odlu silah və onun komplekt hissəsini qəsdən keçirməklə, oradan isə həmin avtomobillə daşınaraq Bakı şəhərinə gətirilməsinə nail olmuş, özü isə hazırladığı plana uyğun olaraq 01 avqust 2019cu il tarixdə B737 nömrəli İstanbul-Bakı reysi ilə saat 05:42-də Heydər Əliyev adına X27 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən ölkə ərazisinə gəlmiş, daha sonra o, özünün və əlbir olduğu qrup üzvlərinin vahid qəsdləri ilə əhatə olunmaqla əldə edilib, saxlanılaraq Türkiyə, Gürcüstan və Azərbaycan Respublikası ərazilərində daşınmaqla gəzdirilərək saxlanılan həmin odlu silahı və onun komplekt hissəsi sayılan darağı qrup üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə özünün yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X54 küçəsi, ev 121, mənzil 19-da götürüb qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib özündə saxlayaraq gəzdirməklə şəxsi mülkiyyətində olan və idarə etdiyi “Range Rover” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində bir müddət daşımış, daha sonra isə həmin odlu silahın və darağın daha etibarlı yerdə və müvəqqəti olaraq saxlanılması məqsədilə 2020-ci ilin aprel ayının istintaqla müəyyən edilməyən günündə Təqsirləndirilən şəxs2 vasitəsilə başqasına, yəni Təqsirləndirilən şəxs5 vermiş, sonuncu isə narıncı rəngli sellofan torba və kağız parçasına bükülüb yapışqan lentlə bağlanmış halda qablaşdırılmış həmin odlu silahı və darağı 2020ci ilin may ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cəbiyev küçəsi, ev 21, mənzil 60-da yaşayan rəfiqəsi cinayətdən xəbərsiz olan X10 şəxsi əşyası adı ilə verməklə sonuncunun mənzilində saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyun 2020-ci il tarixdə saat 16:25-dən etibarən qeyd olunan mənzilə baxış keçirilərkən mənzilin qonaq otağının eyvanında, solda yığılmış taxta şkafın alt tərəfdən birinci dolabındakı plastik qabın içərisindən bir ədəd üzərində “H” və “M” hərfləri yazılmış ağ, bir ədəd qara, bir ədəd narıncı rəngli sellofan torbaya, eləcə də gümüşü rəngli kağız və qəzet parçasına bükülməklə yapışqan lentlə bağlanmış vəziyyətdə bir ədəd 9 mm kalibrli “SİG SAUER P- 226” modelli yivli odlu silah sayılan tapança və bir ədəd həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi sayılan daraq aşkar edilərək götürülmüş, həmin əməlləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini əldə edib saxlamaqla daşıyıb gəzdirərək başqasına vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı və onun komplekt hissəsi olan darağı qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bundan başqa o, istintaqla araşdırılan məqsədinə nail olmaq üçün təkrarən qanunsuz olaraq partlayıcı qurğu əldə edib özündə saxlamaqla daşıyıb gəzdirilərək başqasına verilməsi cinayətinin törədilməsi ilə bağlı tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə danışıb razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, bu məqsədlə özünün verdiyi göstəriş əsasında qrup üzvü Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Beyləqan rayonuna gedib, Magistral küçəsindəki dairənin yaxınlığında Beyləqan rayonunda yerləşən “N” saylı Hərbi Hissənin Raket Artilleriya Silahları xidmətinin rəisi vəzifəsində işləmiş Şahid3 ilə görüşmüş, sonuncudan zavod üsulu ilə istehsal edilmiş, tərkibində 1,1 qram partlayıcı maddə heksogen olan və partlayışın baş verməsi üçün qığılcım yaratmaqla partlayıcı qurğu hesab edilən, hərbi məqsədlər üçün istifadəyə yararlı 6 ədəd elektrik detonatorlarını (ED №8a), habelə zavod üsulu ilə istehsal edilmiş 120 mm minatan mərmisinin partlayış səsini imitasiya edən döyüş sursatı və partlayıcı maddə hesab edilməyən təyinatı üzrə istifadəyə yararlı hərbi vasitə sayılan 6 ədəd şaşkaları qanunsuz olaraq əldə edərək daşıyıb Bakı şəhərinə gətirməklə istintaqla müəyyən edilməyən müxtəlif ünvanlarda saxlayaraq gəzdirmiş, 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə həmin partlayıcı qurğunun, eləcə də döyüş sursatı və partlayıcı maddə hesab edilməyən hərbi vasitənin daha etibarlı yerdə müvəqqəti saxlanılması məqsədilə özünün tapşırığına əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 həmin vasitələri 2019-cu ilin avqust ayının istintaqla müəyyən edilməyən günündə İmişli rayonuna daşıyıb gətirdikdən sonra başqasına, yəni Təqsirləndirilən şəxs3 vermiş, sonuncu isə İmişli rayonunun ərazisində istintaqla müəyyən edilməyən şəraitdə 6 ədəd elektrik detonatorlarını və 6 ədəd şaşkanı qanunsuz olaraq əldə edib daşımaqla gəzdirib yaşadığı İmişli şəhəri, Xiyabani küçəsi, 228 saylı ünvanda yerləşən yarımtikili evində gizlətməklə qanunsuz olaraq saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixdə saat 15:57-də Təqsirləndirilən şəxs3 iştirakı ilə qeyd edilən yarımtikiliyə baxış keçirilərkən girişdən sağ tərəfdə hamam kimi istifadə edilməsi nəzərdə tutulmuş otaqda divara söykədilmiş plastik qapının arxasında bir ədəd sellofan torbada zavod üsulu ilə istehsal edilmiş, tərkibində 1.1 qram partlayıcı maddə heksogen olan və partlayışın baş verməsi üçün qığılcım yaratmaqla partlayıcı qurğu hesab edilən, hərbi məqsədlər üçün istifadəyə yararlı 6 ədəd elektrik detonatorlarını (ED №8a), habelə zavod üsulu ilə istehsal edilmiş 120 mm minatan mərmisinin partlayışı səsini imitasiya edən döyüş sursatı və partlayıcı maddə hesab edilməyən təyinatı üzrə istifadəyə yararlı hərbi vasitə sayılan 6 ədəd şaşkalar aşkar edilərək götürülmüş, həmin əməli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq partlayıcı qurğunu təkrarən əldə edib saxlamaqla daşıyıb gəzdirərək başqasına vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş, ittihamlar üzər özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, arvadı Esmira Əliyevanın öldürülməsi ilə bağlı hər hansı bir vaxt plan qurmamış, Madər və Bəhruza bununla bağlı tapşırıq verməmişdir. Esmira Əliyevanın hazırda da harada olmasını bilmir. Madərlə Bəhruzun təsadüfən Esmira ilə eyni vaxtda İranda olmuşlar. İstanbul, Kiyev, Antalya və İzmir şəhərlərinə istirahət etmək məqsədilə getmişlər. Odlu silah hesab edilən tapançanın, eləcə də partlayıcı maddələrin ona aidiyyətinin olmadığını, həmin vasitələrin nə zaman, haradan və hansı şəraitdə əldə olunmasından məlumatsız olduğunu bildirmişdir. Esmiranın bacısı Zamiranı, eləcə də Şahid8 öldürmək məqsədilə hazırlıq görməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılan araşdırma zamanı vermiş olduğu ifadələr ondan təzyiq və işgəncə altında alınmış, həmin ifadələri oxumasına belə şərait yaratmadan zorla ona imzalatdırmışlar. Məhz bu səbəbdən də onun iştirakı ilə keçirilmiş istintaq hərəkəti protokollarında, eləcə də ifadələrində imza əvəzinə “İ Reject” sözünü yazmış, bunun isə ingilis dilindən tərcümədə “Mən rədd edirəm!” kimi tərcümə olunmuşdur. Bu səbəbdən də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində vermiş olduğu ifadələrini təsdiq etmədiyini bildirmişdir. Bundan başqa o, həmin ifadəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsindən Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra təcridxana əməkdaşları tərəfindən onun bədəninə baxış keçirildiyni, bədən səthində xəsarətlərin olması ilə bağlı tibbi kartaya müvafiq qeydiyyat aparılmaqla ondan izahat alındığını, həmin xəsarətlərin ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində aparılan araşdırma zamanı yetirildiyini izahatında bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, ittihamlar üzər özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Esmira Əliyevanın öldürülməsi məsələsi ilə bağlı heç bir əlaqəsi olmamışdır. Hazırda da Esmira Əliyevanın harada olmasını bilmir. 2019-cu ilin yanvar ayında Madərlə birlikdə İrana suvenir almaq məqsədilə getdiklərini 2018-ci ildə İstanbul və Kiyev, eləcə də 2019-cu ilin yay ayında Antalya və İzmir şəhərlərinə istirahət etmək məqsədilə getdiklərini bildirmişdir. Esmiranın təsadüfən onunla eyni vaxtda İranda, İstanbul və Kiyev şəhərlərində olduğunu, nə Vüsalın, nə də ki, hər hansı bir şəxsin tapşırığına əsasən heç kimdən odlu silah götürmədiyini, odlu silahı avtomobilində Azərbaycana gətirmədiyini bildirmişdir. Balıq tutmaq məqsədilə Beyləqan rayonundan elektrik cərəyanı buraxan cihaz götürdüyünü, həmin cihazı saxlaması üçün İlhama verdiyini, bu cihazın partlayıcı maddə olmasını bilmədiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi etirafediçi ifadəsini təzyiq altında vediyni bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş, ittihamlar üzər özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2019cu ilin yay ayında Antalya və İzmir şəhərlərinə istirahət etmək məqsədilə getmişlər. Vüsalın, nə də ki, hər hansı bir şəxsin tapşırığına əsasən heç kimdən odlu silah götürmədiklərini, odlu silahı avtomobilində Azərbaycana gətirmədiyini bildirmişdir. Balıq tutmaq məqsədilə Beyləqan rayonundan elektrik cərəyanı buraxan cihazı tanışı Bəhruz onu saxlamaq üçün verdiyini, həmin cihazın partlayıcı maddə olmasını bilmədiyini göstərmişdir. İbtidai istintaq zamanı verdiyi etirafediçi ifadəsini təzyiq altında vediyni bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş, ittihamlar üzər özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, 2019cu ilin yay ayında Antalya və İzmir şəhərlərinə istirahət etmək məqsədilə getmişlər. Vüsalın, nə də ki, hər hansı bir şəxsin tapşırığına əsasən heç kimdən odlu silah götürmədiklərini, odlu silahı avtomobilində Azərbaycana gətirmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi etirafediçi ifadəsini təzyiq altında vediyni bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona elan olunmuş, ittihamlar üzər özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, lakin məhkəmə islasında danışmaq istəmədiyini bildirmişdir. İbtidai istintaq zamanı ona heç bir təsir olmamışdır. Buna baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu ilin avqust ayının təxminən əvvəllərində o, xalası oğlu Elgiz, Vüsal və Təqsirləndirilən şəxs2 “Elit” ticarət mərkəzinə bitişik olan “Turac” çay evində oturub çay içərkən, eləcə də o, Təqsirləndirilən şəxs2la nərd oynayarkən, Vüsalla Elgiz arasında gedən ümumi söhbətlər zamanı Vüsal Elgizin əvvəllər hərbiçi olduğunu bildiyindən, X67 rayonu ərazisində Təqsirləndirilən şəxs2 məxsus süni gölün olduğunu, həmin gölün suyunun çoxalaraq ətrafa daşdığını, bu səbəbdən gölü qurutmaq istədiklərini, lakin gölü qurutmazdan öncə göldə olan balıqları üzə çıxarmaq lazım olduğunu, balıqları hərəkətsiz vəziyyətə gətirməkdən ötrü Təqsirləndirilən şəxs2 partlayıcı maddə lazım olduğunu bildirib, bu işdə köməklik etməsini Elgizdən xahiş etmişdir. Vüsal bu sözləri deyən kimi Elgiz mobil telefonu ilə kiməsə zəng edərək danışmış, daha sonra isə telefona adboy verib, Vüsala narahat olmamağı, telefonda danışdığı şəxsin partlayıcı maddəni təşkil edəcəyini demişdir. O, bu söhbəti eşitsə də buna əhəmiyyət vermədən nərd oynamağa davam etmişdir. Bundan sonra o, Elgizin telefonda danışdığı şəxsin Vüsagil üçün partlayıcı maddə təşkil edib-etməməsini bilməmiş, bundan məlumatı olmamışdır. Həmin söhbətdən təxminən 10 gün sonra Təqsirləndirilən şəxs2 gətirib Elgizə 3 ədəd balıq verməsini görmüş, yalnız bundan sonra Elgizin telefonda danışdığı şəxsin Vüsalgilə lazım olan partlayıcı maddəni təşkil etdiyini başa düşmüşdür. 29 aprel 2020-ci il tarixdə o, Vüsala bir neçə dəfə zəng etsə də sonuncunun telefonunun söndürülmüş olmasını görmüş, sonradan ona məlum olmuşdur ki, Vüsal polis əməkdaşları tərəfindən saxlanılmışdır. Vüsalın saxlanılmasının səbəblərini o, bilməmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 da polis əməkdaşları tərəfindən saxlanılmışdır. Vüsalgilin saxlanılmasından təxminən üç ay sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən dəvət olunaraq sorğu-sual edilmiş, o, Vüsalla bağlı bildiklərinin hamısını orada danışmışdır. Aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, Vüsalın sifarişi əsasında Təqsirləndirilən şəxs2la Madər Esmira adlı qadını İran İslam Respublikasında öldürmüş, bundan başqa Vüsal Elgizdən partlayıcı maddələri balıq tutmaq üçün yox, Dövlət Sosial Müdafiə Fondunun Heybət adlı əməkdaşının avtomobilini partlatmaq üçün əldə etmişdir. Həmçinin araşdırma zamanı ona məlum olmuşdur ki, Bakı şəhərində olan mənzillərin birində polislər tərəfindən aparılan axtarış zamanı aşkar edilərək götürülmüş hansısa tapança da Vüsala məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2001-ci ildən 2019-cu ilədək hərbi xidmət üzrə müxtəlif hərbi hissələrdə müvafiq olaraq zabit kimi tağım komandiri və böyük komandir olmuşdur. 2019-cu ilin yanvar ayında səhhətində yaranmış problemlərlə bağlı hərbi xidmətdən kapitan rütbəsi ilə ehtiyatda olan zabit kimi təqaüdə buraxılmışdır. Şahid1 onun xalası oğludur. 2019-cu ilin yay aylarında o, Şahid1la birlikdə “Elit” ticarət mərkəzinin yaxınlığındakı “Turac” çay evində olarkən xalası oğlu Şahid1 ona “Bəhruz” adlı tanışının olduğunu, İmişli rayonunda həmin tanışının qardaşına məxsus süni yaradılmış gölün olduğunu, “Bəhruz” adlı tanışının həmin gölü qurutmaq istədiyini, qurutmazdan öncə orada olan balıqları üzə çıxartmaq istədiklərini, bu məqsədlə də həmin “Bəhruz” adlı şəxsə trotil lazım olduğunu demişdir. Şahid1 bu sözləri ona deyib partlayıcı maddənin tapılmasında köməklik etməsini xahiş etmişdir. O, xalası oğlunun xahişinə əsasən xidmət etdiyi illərdən tanıdığı və əvvəllər birlikdə işlədiyi Şahid3 zəng etmişdir. Şahid3 həmin vaxt Beyləqan rayonundakı “N” saylı Hərbi Hissədə Raket Artelleriya Silahları xidmətinin rəisi vəzifəsində işləmişdir. O, Rafaellə telefonla danışan zaman sonuncuya balıq tutmaq üçün bir nəfər tanışına təlimlərdə istifadə etdiyi partlayıcı maddə trotil lazım olduğunu bildirmişdir. Rafael heç bir problemin olmadığını deyib, həmin şəxsə mobil telefon nömrəsini verə biləcəyini ona demişdir. Bundan sonra o, Rafaelin mobil telefon nömrəsini xalası oğlu Şahid1 vermişdir. Bundan bir neçə gün sonra xalası oğlu Şahid1 artıq Rafaelin nömrəsini tanışı Təqsirləndirilən şəxs2 verdiyini ona demişdir. Sonradan o, Təqsirləndirilən şəxs2 Rafaellə görüşərək məsələni həll etmələrini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019cu ilin avqust ayının təxminən əvvəllərində hərbiçi kimi bir yerdə xidmət etdikləri Şahid2 ona zəng edərək göldən balıq tutması ilə bağlı partlayıcı maddə trotil şaşkası lazım olduğunu, qardaşı ilə birlikdə göldən balıq çıxaracaqlarını bildirib, həmin partlayıcı maddələrdən tapmağa köməklik etməsini ondan xahiş etmişdir. Elgiz onun RAS xidmətinin rəisi vəzifəsində işlədiyini bildiyi üçün məhz bu işdə köməklik etməsini ondan xahiş etmişdir. O, Elgizə bunun təhlükəli olduğunu bildirib, partlayıcı maddə verə bilməyəcəyini, bu işdə köməklik edə bilməyəcəyini Elgizə demişdir. Lakin Elgiz durmadan 2-3 dəfə zəng edib bununla bağlı ondan xahiş etmişdir. O, Elgizin dəfələrlə zəng edib xahiş etməsini görüb, 2019-cu ilin iyul ayında Beyləqan rayonundakı Haramı düzündə yerləşən Ağburun təlim mərkəzində keçirilən təlim zamanı oradan sellofan torbaya bükülmüş vəziyyətdə taparaq hərbi hissədəki xidməti otağında saxladığı 6 ədəd 120 mm-lik minaatan mərmisinin partlayışının səsini imitasiya edən tüstü şaşkalarını və tərkibində partlayıcı maddə heksogen olan elektrik detonatorları Elgizə vermək qərarına gəlmişdir. Telefon danışığı zamanı Elgiz həmin partlayıcı maddələri ya özünün, ya da ki, qardaşının gəlib ondan götürəcəyini demişdir. Sonra isə Elgiz ona zəng edərək nömrəsini Bəhruz adlı şəxsə verdiyini və Bəhruzun Beyləqan rayonuna gələrək ondan həmin partlayıcı maddələri götürəcəyini demişdir. Bundan sonra xatırlamadığı bir nömrədən ona zəng olunmuş, danışan şəxs özünü Bəhruz kimi təqdim edib nömrəni Elgizdən aldığını və onunla görüşmək məqsədilə Beyləqan rayonuna gəldiyini bildirmişdir. O, həmin Bəhruz adlı şəxslə Beyləqan rayon mərkəzində görüşmüş və 6 ədəd 120 mm-lik minaatan mərmisinin partlayışının səsini imitasiya edən tüstü şaşkalarını və 6 ədəd tərkibində partlayıcı maddə heksogen olan elektrik detonatorlarını sellofan kulyokda Bəhruza vermişdir. Bəhruz bunun müqabilində ona 100 manat pul vermək istəsə də o, bunu qəbul etməmiş və Bəhruza tutacaqları balıqdan 3-4 ədədini gətirməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, BMCMİnin İstintaq və Təhqiqat idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, həmin iş üzrə Təqsirləndirilən şəxs1 tutulandan sonra özünə məxsus olan bir ədəd tapançanı və həmin tapançaya aid bir ədəd darağın Təqsirləndirilən şəxs5 tərəfindən saxlanılması ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 tapşırıq vermiş, Təqsirləndirilən şəxs5 isə həmin silahı X7 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cəbiyev küçəsindəki 21 saylı evin 60 saylı mənzilində Olqaya məlumat vermədən saxlamışdır. Onun iştirakı ilə keçirilən baxış zaman Sədaqət həmin silahı və silaha aid darağı gizlətdiyi yeri Olqanın evində göstərmiş və həmin odlu silah daraqla birlikdə onun tərəfindən götürülmüşdür. Bundan başqa eyni iş üzrə keçirilmiş əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 sifarişi ilə Təqsirləndirilən şəxs2 6 ədəd elektrik detonatorunu və 6 ədəd şaşkanı qanunsuz olaraq əldə edib Vüsalın tapşırığına əsasən saxlanılması üçün İmişli rayonunda yaşayan Təqsirləndirilən şəxs3 vermişdir. O, ANAMA-nın əməkdaşları, eləcə də digər polislərin, həmçinin Təqsirləndirilən şəxs3 iştirakı ilə İmişli rayonunda sonuncunun yaşadığı evə keçirilən baxışda iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 partlayıcı maddələri evində gizlətdiyi yeri polis əməkdaşlarına göstərmiş, həmin vasitələr müvafiq qaydada götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs3 partlayıcı maddələrin gizlədilməsi üçün Təqsirləndirilən şəxs2 tərəfindən ona verildiyini, həmin partlayıcı maddələrlə kiminsə avtomobilini partlatmalarını planlaşdırdıqlarını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. «Baxış keçirilməsi və götürülməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X7 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cəbiyev küçəsindəki 21 saylı evin 60 nömrəli mənzilinə baxış keçirilmişdir. Baxış keçirilən zaman mənzilin qonaq otağındakı eyvanda, sol tərəfdən taxta materialdan yığılmış dolabın aşağı gözündən 01 ədəd “SİG SAUER P-226” modelli tapança və həmin silaha aid 01 ədəd içərisində patron olmayan boş daraq müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İstintaq hərəkəti zamanı video çəkiliş aparılmaqla video görüntüləri özündə əks etdirən DVD disk iş materiallarına əlavə edilmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı İmişli rayonu, Xiyabani küçəsindəki 228 saylı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirilən zaman fərdi yaşayış evinin hamam otağındakı divara söykədilmiş qapının arxasında, döşəmə üzərindən 06 ədəd tüstü şaşkası və 06 ədəd elektrik detonatoru müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İstintaq hərəkəti zamanı video çəkiliş aparılmaqla video görüntüləri özündə əks etdirən DVD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin 18 iyun 2020-ci il tarixli, 1,784 saylı məktubundan görünür ki, aşkar edilmiş tüstü şaşkaları (imitasiya patronu) Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalıdır, tərkibi kalium-nitrat, maqnezium tozu və kriolitdən ibarət olmaqla 120 mm-lik minaatan mərmisinin partlayışının səsini imitasiya edir. Hərbi məqsədlər üçün təkrar istifadəyə yararlıdırlar. Elektrik detonatorları (ED №8a) hərbi məqsədlər üçün təkrar istifadəyə yararlıdır, tərkibində 1.1 qram partlayıcı maddə olan heksogen vardır, kustar üsulla partlayışlar həyata keçirməyə və insan həyatı üçün təhlükə yaratmağa imkan verir. Elektrik detonatorları (ED №8a) tüstü şaşkalarının partladılmasında partladıcı funksiyanı yerinə yetirir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin 14 may 2020-ci il tarixli əməliyat tapşırığına cavab məktubundan görünür ki, 2018-ci il ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birincinin həyat yoldaşı X13 öldürmək üçün bir neçə dəfə onun yeməyinə zəhər qatmış, lakin sonuncu təsadüfən sağ qalmışdır; - 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışları, əvvəllər məhkum olunmuş X30 ilə birlikdə həmin vaxt Türkiyə Respublikasının İstanbul şəhərində olan Esmira Əliyevanı öldürmək məqsədilə həmin şəhərə getmiş, lakin əlverişli şərait yaranmadığından niyyətlərini başa çatdıra bilməmişlər;- 2018-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 sifarişi əsasında X4 İbrahimovun vasitəsilə X47 dövlətinin Kiyev şəhərinə dəvət edilmiş, X48 Əliyevanı şəhərin yaxınlığındakı meşəlik əraziyə apararaq sonuncunu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhvil verməsi tapşırılmış, lakin Tale İbrahimov tapşırığı bacarmamışdır. X28 əvvəlcədən hazırlanıb həyata keçirilmiş plan əsasında xx.xx.2019-cu il tarixdə gecə vaxtı İran İslam Respublikasının Biləsuvar şəhəri yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Niva” markalı, **-RJ-*** dövlət nömrə nişanlı avtomobildə Təqsirləndirilən şəxs1 xalası oğlu Təqsirləndirilən şəxs4 tərəfindən iplə boğulmaqla, Təqsirləndirilən şəxs2 tərəfindən isə bıçaqla xəsarət yetirilməklə öldürmüş, meyitini isə həmin ərazidə yol kənarına atmışlar;- 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs5 vasitəsilə Esmira Əliyevanın bacısı Zamiranın Türkiyəyə gedəcəyi barədə məlumat aldıqdan sonra Təqsirləndirilən şəxs1 təyyarə ilə, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə sonuncunun idarə etdiyi avtomobillə qabaqcadan Antalya şəhərinə geərək orada görüşmüş, oradan həmin avtomobillə İzmir şəhərinə gedərək hava limanında Zamranı qarşılayaraq onu təqib etmişlər. Plana əsasən Zamiranın ünvanını müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs1 mənzilə daxil olaraq onu öldürməliymiş. Lakin yolda Zamiranın izini itirdiklərindən niyyətlərini həyata keçirə bilməmişlər. - Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs5 Kiprdə yaşayan oğlu X14 vasitəsilə 300 dollara odlu silah – tapança əldə etmiş, lakin patron olmadığından və Zamiranın olduğu yer müəyyən edilmədiyindən silahdan istifadə etmək cəhdi baş tutmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 silahı qrupun digər üzvləri ilə birgə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə Bakıya göndərmiş, özü isə təyyarə ilə Bakıya qayıtmışdır.- Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından əldə etdikləri odlu silaha patron tapa bilmədiklərindən Şahid8 öldürmək üçün avtomaşınını partlatmaq qərarına gəlmiş, partlayıcı maddə əldə etmək məqsədilə tanışı Şahid1 müraciət etmiş, sonuncu öz növbəsində xalası oğlu keçmiş hərbiçi Şahid2 vasitəsilə Vüsalı tanışı Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə silah xidmətinin rəisi vəzifəsində xidmət edən Şahid3 ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs1 Şahid3lə razılığa gəldikdən sonra sonuncunu Təqsirləndirilən şəxs2la əlaqələndirmişdir. Təqsirləndirilən şəxs2 Şahid3 partlayıcı maddə olan detonatorları və üstü şaşkalarını 100 manata əldə etmiş və saxlanılması üçün partlayışı törətməli olan Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 isə qeyd edilən partlayıcı maddələri İmişli rayonunda özünə məxsus fərdi yaşayış evində saxlamışdır. “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sistemindən sərhədkeçmə hesabatlarından görünür ki, X2 Bəhruz Xosrov oğlu ilə birlikdə 17 may 2018-ci il tarixdə müvafiq olaraq saat 01:48 və 01:49-da, X22 18 may 2018-ci il tarixdə saat 07:21-də, Təqsirləndirilən şəxs1 isə 21 may 2018-ci il tarixdə saat 06:33-də Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Babək Zeynalov 22 may 2018-ci il tarixdə müvafiq olaraq saat 16:04 və 16:05-də, Esmira Əliyeva isə 24 may 2018-ci il tarixdə saat 23:49-da Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olmuşlar. X22 29 oktyabr 2018-ci il tarixdə saat 04:24-də, Təqsirləndirilən şəxs1 isə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 30 oktyabr 2018-ci il tarixdə müvafiq olaraq saat 02:33 və 02:34-da Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək Ukrayna dövlətinin Kiyev şəhərinə getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 oktyabr 2018-ci il tarixdə saat 06:32-də, Esmira Əliyeva isə 02 noyabr 2018-ci il tarixdə saat 02:43-də Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olmuşlar.Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 ilə birlikdə 16 yanvar 2019-cu il tarixdə saat 14:51-də sonuncuya məxsus “VAZ 21214” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara X35 məntəqəsindən, X22 isə 16 yanvar 2019-cu il tarixdə saat 23:46-da X34 Buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının ərazisinə daxil olmuşlar. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs2 ilə birlikdə 17 yanvar 2019-cu il tarixdə saat 09:16-da yuxarıda qeyd edilən avtomobillə Astara X35 məntəqəsindən keçərək Azərbaycana qayıtmışlar. (Sərhədkeçmə hesabatlarından görünür ki, X22 Azərbaycana qayıtmamışdır.) Təqsirləndirilən şəxs2 23 yanvar 2019-cu il tarixdə saat 08:43-də Dövlət Sərhəd Xidmətinin Şıxlı X35 məntəqəsindən Gürcüstan Respublikası ərazisinə keçərək həmin gün, yəni 23 yanvar 2019-cu il tarixdə saat 14:28-də eyni X35 məntəqəsindən qayıdaraq ölkə ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 24 iyul 2019-cu il tarixdə müvafiq olaraq saat 08:38, 08:39, 08:43 və 08:44-də sonuncuya məxsus “Hyundai Sonata” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dövlət Sərhəd Xidmətinin X41 məntəqəsindən Gürcüstan ərazisinə keçməklə, Təqsirləndirilən şəxs1 isə 26 iyul 2019-cu il tarixdə saat 07:29-da Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək Türkiyə Respublikasına getmişlər. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs2la birlikdə 01 avqust 2019-cu il tarixdə müvafiq olaraq saat 21:48, 21:52 və 21:53-də sonuncuya məxsus “Hyundai” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Dövlət Sərhəd Xidmətinin X41 məntəqəsindən, Təqsirləndirilən şəxs1 isə 01 avqust 2019cu il tarixdə saat 05:42-də Heydər Əliyev adına X27 Dövlət Sərhəd Xidmətinin Nəzarət Buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olmuşlar. İstintaq eksperimentinin keçirilməsinə dair xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 iştirakı ilə istintaq eksperimenti keçirilmişdir. İstintaq eksperimenti zamanı Təqsirləndirilən şəxs5 Türkiyə Respublikasının Antalya şəhərində oğlu Tale İbrahimovun vasitəsilə qanunsuz olaraq əldə etdikləri “SİG SAUER P-226” modelli tapançanı “Hyundai Sonata” markalı avtomobilin mühərrik hissəsində gizlətdikləri hava filtrinin yerləşdiyi boşluğu göstərmişdir. İstintaq hərəkəti zamanı avtomobilin mühərrik hissəsindəki hava filtri olduğu boşluqdan çıxarılmış, “SİG SAUER P-226” modelli tapança həmin boşluğa yerləşdirilmişdir. Tapançanın tam sərbəst şəkildə maneəsiz qeyd edilən boşluğa keçməsi müəyyən edilmişdir. İstintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyun 2020ci il tarixli, 20/297R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli “SİG SAUER P-226” modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 15 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir-daraqdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Kompleks məhkəmə-ballistik və məhkəmə partlayış-texniki ekspertizasının 28 iyul 2021-ci il tarixli, 3/1235; 3/1236 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə Almaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli “SİG SAUER P-226” modelli tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, və atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça 15 ədəd 9x19 mm kalibrli patron tutumuna malik olan, “SİG SAUER P-226” modelli tapançada komplekt hissə kimi istifadə üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Həmin rəyə əsasən tədqiqata təqdim edilmiş 06 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 120 mm-lik minaatan mərmisinin partlayışının səsini imitasiya edən şaşkalardır (İM 120 M imitasiya patronlarıdır), hərbi vasitədir, döyüş sursatı və partlayıcı maddə deyil, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş digər 06 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş hərbi məqsədlər üçün istifadə edilən, tərkibində 1.1 qram partlayıcı maddə heksogen olan elektrik detonatorlarıdır (ED №8a), partlayıcı vasitədir, təyinatı üzrə istifadəyə yararlıdır.Göstərilən rəyə əsasən tədqiqata təqdim edilmiş tapançadan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 02 iyul 2020ci il tarixli, 20/329R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 ədəd əşya zavod üsulu ilə istehsal edilmiş, tərkibində kalium-nitrat, maqnezium tozu, kriolitdən ibarət olmaqla 120 mm-lik minaatan mərmisinin partlayışının səsini imitasiya edən tüstü şaşkasıdırlar (imitasiya patronu) hərbi vasitədir və hərbi məqsədlər üçün təkrar istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş digər 06 ədəd əşya zavod üsulu ilə istehsal edilmiş tərkibində 1.1 qram partlayıcı maddə heksogen olan elektrik detonatorlarıdır (ED №8a), hərbi məqsədlər üçün istifadəyə yararlıdır, partlayıcı vasitədir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 17 iyun 2020ci il tarixli, 011-6408-1220 saylı məktubundan görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 9 mm kalibrli “SİG SAUER P-226” modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 117/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs5 ifadələrində bildirdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə dəfələrlə Esmira Əliyevanı öldürmək məqsədilə sonuncunun yeməyinə və içkisinə zəhərli bitki toxumları qatdıqlarını, hətta Esmiranı öldürmək məqsədilə Vüsalla birlikdə bir dəfə İstanbul, bir dəfə isə Kiyev şəhərinə getdiyini, nəhayət Vüsalın sifarişi əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4la birlikdə 2019-cu ilin 16-17 yanvar tarixlərində İran İslam Respublikası ərazisində Esmira Əliyevanı öldürdüklərini, 2019-cu ilin iyul ayında Esmiranın bacısı Zamiranı öldürmək məqsədilə birlikdə İzmir şəhərinə getdiklərini, bundan ötrü X36 danışıb tapança əldə etdiyini, Təqsirləndirilən şəxs2 avtomobili ilə Zamiranı izləyərkən itirdikləri üçün Vüsalın Zamiranı öldürə bilmədiyini, Təqsirləndirilən şəxs1 tapşırığına əsasən həmin tapançanı Bəhruzun maşınında Azərbaycana gətirdiklərini, sonradan Heybət adlı şəxsi öldürməyi planladığını, bununla bağlı Təqsirləndirilən şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs2 Beyləqan rayonundan partlayıcı maddələr gətirdiyini sonuncunun üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs5 ifadələrində bildirdiklərini bir daha təsdiq edərək 2019-cu ilin iyul ayında Esmiranın bacısı Zamiranı öldürmək məqsədilə birlikdə İzmir şəhərinə getdiklərini, bundan ötrü X36 danışıb tapança əldə etdiyini, Zamiranı izləyərkən itirdikləri üçün Vüsalın Zamiranı öldürə bilmədiyini, Təqsirləndirilən şəxs1 tapşırığına əsasən həmin tapançanı Bəhruzun maşınında Azərbaycana gətirdiklərini, sonradan Heybət adlı şəxsi öldürməyi planladığını, bununla bağlı Təqsirləndirilən şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs2 Beyləqan rayonundan partlayıcı maddələr gətirdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs5 ifadələrində bildirdiklərini bir daha təsdiq edərək, 2019-cu ilin iyul ayında Madər, İlham və Bəhruzla birlikdə Antalya və İzmir şəhərlərində olduqlarını, Vüsalın tapşırığına əsasən Esmiranın bacısı Zamiranın öldürülməsindən ötrü sonuncunun olduğu avtomobili birlikdə izlədiklərini, Bəhruz və İlhamın Taleyin köməkliyi ilə Antalya şəhərindən tapança əldə etdiklərini, həmin tapançanı birlikdə Bəhruzun avtomobili ilə Azərbaycana gətirdiklərini, tapançanı avtomobilin mühərrik yerindəki hava filtrinin olduğu yerdə gizlətdiklərini, bütün bunların hamısından Təqsirləndirilən şəxs4 da məlumatlı olduğunu sonuncunun üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs5 ifadələrində bildirdiklərini bir daha təsdiq edərək, 2019-cu ilin iyul ayında Madər, İlham və Bəhruzla birlikdə Antalya və İzmir şəhərlərində olduqlarını, Vüsalın tapşırığına əsasən Esmiranın bacısı Zamiranın öldürülməsindən ötrü sonuncunun olduğu avtomobili birlikdə izlədiklərini, Bəhruz və İlhamın Taleyin köməkliyi ilə Antalya şəhərindən tapança əldə etdiklərini, həmin tapançanı birlikdə Bəhruzun avtomobili ilə Azərbaycana gətirdiklərini, tapançanı avtomobilin mühərrik yerindəki hava filtrinin olduğu yerdə gizlətdiklərini, bütün bunların hamısından Təqsirləndirilən şəxs3 də məlumatlı olduğunu sonuncunun üzünə qarşı demişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs5 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs5 barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-nin 228.2.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhər 147 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 5il 57-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs5 ünvan 2 ünvanında yaşayır. ünvan 5il 57-də qeydiyyatdadır. Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İmişli rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 İmişli şəhəri, P.Həsənov küçəsi 54 saylı ünvanda həyat yoldaşı X5, övladları X8 və X19 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZE № 11874250 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X8 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. AZE № 11874251 saylı “Şəxsiyyət vəsiqəsinin” surətindən görünür ki, X19 xx.xx.2014-cü il tarixdə anadan olmuşdur. Bakı şəhər "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi rayonu Mirəsədulla MirQasımov küçəsi bin 59, M18, m 3 saylı mənzildə yaşamışdır. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İ № 410217 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X15 arasında xx.xx.2008-ci il tarixdə nikah bağlanmışdır. AZ-İİ № 285874 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X52 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. AZ-İİ № 285874 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X39 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. İmişli rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 İmişli şəhəri, Xəqani küçəsi, ev 10-da qeydiyyatdadır və həmin ünvanda atası X23, anası X20 və qardaşı X31 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İmişli rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Rzayev X26 şəhəri, Xiyabani küçəsi, ev 62 ünvanında həyat yoldaşı X16, övladları xx.xx.2016-cı il təvvəllüdlü X59 və xx.xx.2014-cü il təvvəllüdlü X45 ilə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs5 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmışdır.Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 313, 32.4, 313, 320.1 və 320.2-ci maddələri ilə cəza təyininə dair müddəalar 4 mart 2021-ci il tarixli hökmdən xaric edilməklə, o, həmin Məcəllənin 178.3.2, 29, 178.3.2, 126.2.2, 32.3, 29, 126.2.3 və 32.3, 315-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.3,127.2.1 və 32.3,127.2.2-ci maddələri ilə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının başlanğıcı 24 aprel 2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 07 sentyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 157-1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % tutulmaqla 4 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 29, 126.2.2, 29, 126.2.3, 315 və 134-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cəbiyev küçəsindəki 21 saylı evin 60 nömrəli mənzilindən götürülmüş 01 ədəd “SİG SAUER P-226” modelli tapança, həmin silaha aid 01 ədəd içərisində patron olmayan boş daraq, İmişli rayonu, Xiyabani küçəsindəki 228 saylı fərdi yaşayış evindən götürülmüş 06 ədəd tüstü şaşkası və 06 ədəd elektrik detonatoru maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsində saxlanılır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Əliyev X40 və İzmir şəhərlərinə istirahət etmək məqsədilə getdiyini, odlu silah hesab edilən tapançanın, eləcə də partlayıcı maddələrin ona aidiyyətinin olmadığını, həmin vasitələrin nə zaman, haradan və hansı şəraitdə əldə olunmasından məlumatsız olduğunu, Təqsirləndirilən şəxs2 2019-cu ilin yay ayında Antalya və İzmir şəhərlərinə istirahət etmək məqsədilə getdiyini, nə Vüsalın, nə də ki, hər hansı bir şəxsin tapşırığına əsasən heç kimdən odlu silah götürmədiyini, odlu silahı avtomobilində Azərbaycana gətirmədiyini, Vüsalın tapşırığına əsasən balıq tutmaq məqsədilə Beyləqan rayonundan elektrik cərəyanı buraxan cihaz götürdüyünü, həmin cihazın partlayıcı maddə olmasını bilmədiyini, Təqsirləndirilən şəxs3 2019-cu ilin iyul ayında Türkiyə Respublikasının Antalya şəhərində olarkən ümumiyyətlə İzmir şəhərinə getmədiyini, Vüsal, Bəhruz, Sədaqət və Madərin İzmir şəhərinə getdikləri zaman Antalya şəhərində oteldə qaldığını, “SİG SAUER P-226” modelli odlu silaha heç bir aidiyyətinin olmadığını, silahın nə zaman, harada, kimin tərəfindən əldə olunması, hansı şəraitdə və kimin tərəfindən Bəhruzun avtomobilinə qoyulmasından məlumatsız olduğunu, İmişli şəhərindəki evindən aşkar edilmiş partlayıcı maddələrin əvvəlcədən polis əməkdaşlarının özləri tərəfindən onun evinə qoyulduğunu, həmin partlayıcı maddələrin ona aidiyyətinin olmadığını, Təqsirləndirilən şəxs4 2019-cu ilin iyul ayında Türkiyə Respublikasının Antalya və İzmir şəhərlərində olarkən tapançanın nə zaman, kimin tərəfindən, hansı şəraitdə əldə olunaraq Bəhruzgilə verilməsini, eləcə də həmin silahın hansı şəraitdə, nə zaman və kimin tərəfindən Bəhruzun avtomobilinin mühərrik olan hissəsində gizlədilməsini, silahın Bəhruzun avtomobilində 01 avqust 2019-cu il tarixdə “Qırmızı Körpü” X35 Məntəqəsindən keçirilməsini bilmədiyini, bütün bunlardan məlumatsız olduğunu bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özlərinin müdafiəçilərinin iştirakları ilə ibtidaii istintaq zamanı təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadəlrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, valideynlərinin məlumatı olmadan 2008-ci ildə Esmira Məmmədova ilə ailə həyatı quraraq qanuni nikaha daxil olmuş və həmin nikahdan onların iki oğlu dünyaya gəlmişdir. 2017-ci ildən isə onun Esmira ilə aralarında soyuq münasibətləri yaranmışdır. Bundan bir müddət sonra o, Türkiyənin İzmir şəhərində yaşayan Esmiranın bacısı Zamiranı da öldürmək qərarına gəlmişdir. Buna səbəb isə Zamiranın bacısı Esmiranın əxlaqsızlıqla məşğul olduğu halda ona bu barədə məlumat verməməsi, dəfələrlə onu aldadıb pullarını xərcləməsi, həmçinin bacısı Esmiranın itkin düşməsi məsələsi ilə bağlı daha da çox maraqlanması olmuşdur. O, Zamiranın milliyyətcə türk olan əri Burakla 2019cu ilin 25 iyul tarixindən sonra İzmir şəhərinə gedəcəklərini bildiyindən, Burakla telefonla danışaraq guya İzmir şəhərində iş qurmaq məqsədlə sonuncu ilə görüşmək istədiyini deyib Burakdan razılıq almışdır. Burak da konkret olaraq İzmir şəhərinə gedəcəyi tarixi ona demişdir. Bundan sonra o, xalası oğlu Madəri, tanışları Təqsirləndirilən şəxs3, Sədaqəti və Bəhruzu sonuncunun idarə etdiyi avtomobillə Gürcüstan ərazisindən keçməklə Türkiyənin Antalya şəhərinə yola salmağı, özünün isə təyyarə ilə getməsini qərarlaşdırmışdır. Belə ki, həmin ərəfələrdə Madərlə İlham, eləcə də Sədaqət hardasa istirahət etmək istədiklərini ona dediklərindən, o, bunu fürsət bilib birlikdə göndərmək qərarına gəlmişdir. Onun Esmiranın bacısı Zamiranı öldürmək niyyətinin olmasını yalnız Bəhruz bilmişdir. X11 aşayan oğlu Tale də bir neçə dəfə ona Türkiyəyə gələcəyi təqdirdə görüşüb birlikdə istirahət edə biləcəklərini demişdir. 2019-cu ilin iyul ayının sonlarında o, Madəri, İlhamı, Sədaqəti və Bəhruzu sonuncunun idarə etdiyi avtomobillə Gürcüstan ərazisindən keçməklə Türkiyənin Antalya şəhərinə yola salmış, bir-iki gün sonra isə özü təyyarə ilə Bəhruzgilin yanına Antalya şəhərinə getmişdir. O, Antalya şəhərində olarkən gəlməsinin əsl məqsədinin Zamiranı öldürmək olmasını hamıya bildirmişdir. O, Zamiranı silahla öldürməyi planlaşdırdığından Sədaqətin vasitəsilə sonuncunun oğlu Taleylə telefonla əlaqə saxlamış, Taleyə səsboğucu və patronla birlikdə silah təşkil etməsini xahiş etmişdir. Tale ona 300 ABŞ dolları pulun müqabilində ona silah təşkil edə biləcəyini demiş və o, razılaşaraq həmin məbləğdə pulu Taleyin Türkiyədə olan bank hesabına köçürmüş, sonuncu bir gün ərzində silahı təşkil edəcəyini ona demişdir. Daha sonra o, bu barədə Bəhruza da məlumat verərək, Taleyin silah təşkil edəcəyini, sonuncunun dediyi vaxtda həmin silahı götürüb ona verməli olduğunu, həmin silahla Zamiranı öldürəcəyini Bəhruza bildirmişdir. Ertəsi gün Tale ona zəng edərək silahın hazır olduğunu, dediyi ünvana gedəndən sonra bir nəfər şəxsin yaxınlaşaraq silahı maşına tullayacağını, bunun üçün aşının dövlət nömrə nişanının verilməli olduğunu bildirmişdir. O, Taleylə danışdığı üzərində Türkiyə nömrəsi olan mobil telefonunun Bəhruza vermiş, nəticədə Bəhruz Taleylə danışaraq sonuncunun dediyi ünvana getmiş, həmin ünvanda bir nəfər şəxs silahı gətirib Bəhruzun avtomobilinə arxa oturacaq tərəfdən tullayıb getmişdir. Bəhruz silahı maşınında daşımaqla onun yanına gəlmiş, o, silaha baxanda patron və səsboğucunun olmadığını görmüş və bununla bağlı yenidən Taleyə zəng etmişdir. Bu zaman Tale onun üçün səsboğucu və patron da təşkil edəcəyini demişdir. Lakin Taleh onun üçün səsboğucu və patron təşkil edə bilmədiyi üçün o, Esmiranı bıçaqla öldürmək qərarına gəlmiş və bu məqsədlə Antalya şəhərindən bıçaq almışdır. Əvvəlcədən qurulmuş plana əsasən o, adları yuxarıda qeyd edilən şəxslərlə birlikdə İzmir hava limanından çıxan Zamiranı izləməli, tək yaxalayan kimi bıçaqla vurub sonuncunu öldürməliymiş. O, Madər, İlham, Sədaqət və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Antalya şəhərindən İzmir şəhərinə hava limanının qarşısına gəlmişdir. Hava limanının qarşısına gəldikdən sonra o, İlhamla avtomobildən enmiş, Zamira onu tanıdığından o, bir qədər aralıda, İlham isə hava limanının qarşısında dayanmışdır. O, əvvəlcədən İlhama tanıması üçün Zamiranın fotoşəklini də vermişdir. Bir müddət sonra İlham ona zəng edərək Zamira ilə ərinin hava limanından çıxdığını bildirmişdir. Zamira əri ilə birlikdə qayınanasının avtomobilinə minərək hərəkətə başlamışlar. O, Madər, İlham, Sədaqət və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Zamiragilin olduğu maşını izləməyə başlamışlar. Zamiragilin olduğu avtomobil binaların həyətinə daxil olub dayanmış, lakin Zamiragilin hara getmələrini bilməmişlər. Ona görə də o, Sədaqət və Bəhruzla kafedə oturub yemək yemiş, Madərlə İlham isə dayanıb Zamiranın çıxmasını gözləmişlər. Bir müddət sonra Madər və ya İlham ona zəng edərək Zamiranın çıxdığını bildirmişdir. O, yenə də adları yuxarıda qeyd edilən şəxslərlə birlikdə Bəhruzun avtomobili ilə Zamiragili izləməyə davam etmiş, lakin bir qədər hərəkət etdikdən sonra yenə də Zamiranın olduğu avtomobili itirmişlər. O, Madər, İlham, Sədaqət və Bəhruzla birlikdə İzmir şəhərindəi otellərin birinə gəlmiş, Sədaqətə Zamira ilə mobil telefonla yazışaraq İzmir şəhərində olmasını, oğlu Talehə görüşməyə gəlməsini deyib Zamiranı da birlikdə yeməyə dəvət etməsini tapşırmışdır. X44 telefon yazışmalarına cavab vermədiyini ona bildirmişdir. Bu səbəbdən də Zamiranın öldürülməsi planı baş tutmamışdır. O, Zamiranı öldürmək planının baş tutmadığını görüb aldığı bıçağı da orada tullamışdır. O, Türkiyədə olarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyən Şahid8 da müalicə olunmaq məqsədilə Türkiyəyə gələcəyini eşitmişdir. O, Heybətin Türkiyəyə gələcəyi vaxtadək Taleyin onun üçün patron və səsboğucu tapacağını düşünüb, elə orada olarkən Heybəti də öldürməyi qərarlaşdırmışdır. Onun Heybəti öldürmək istəməsinə səbəb isə sonuncunun onun işlə təmin olunmasına maneələr yaratması, eyni zamanda onun anasının qanunsuz yollarla pensiya əldə etməsinə dair toplanmış materialları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərməsi olmuşdur. Hətta qeyd edilən materialların Prokurorluq orqanlarına göndərilməsi ilə əlaqədar o, 2019-cu ilin iyul ayının ortalarında sifariş verərək Şahid8 işçisi olan X65 Rzayevə döydürmüşdür. Lakin sonradan Şahid8 Türkiyəyə gəlməsində yubanmaların olması, eləcə də Talehin onun üçün patron və səsboğucu təşkil edə bilməməsi səbəbindən o, Bakı şəhərinə qayıtmışdır. Daha sonra isə Madər, İlham və Sədaqət də Bəhruzla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıtmışlar və qayıdan zaman Türkiyədə əldə etdikləri silahı avtomobillə qanunsuz yolla Bakı şəhərinə gətirmişlər. Bəhruz ona tapançanı falqa kağıza bükməklə idarə etdiyi avtomobilin mühərrik hissəsində gizlətməklə sərhəddən keçirdiyini və bundan maşında olan digər şəxslərin də məlumatlı olduğunu bildirmişdir. O, Bəhruzla Bakı şəhərində görüşmüş, silahı sonuncudan götürməklə bir müddət özünə məxsus “Range Rover” markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində çantada gizlətməklə saxlamış, lakin silaha səsboğucu və patron tapa bilməmişdir. Odur ki, o, Şahid8 avtomobilini partlatmaqla sonuncunu öldürməyi qərara almışdır. Bu məqsədlə o, “Elit” ticarət mərkəzinin yaxınlığında olan çayxanada tanışı Şahid1 vasitəsilə əvvəllər hərbiçi olmuş sonuncunun xalası oğlu Elgizlə görüşmüş və sonuncuya trotil və detonator lazım olduğunu bildirmişdir. O, həmin vasitələrin əslində hansı məqsədlər üçün lazım olduğunu Elgizə deməmiş, sonuncuya yalandan tanışı Təqsirləndirilən şəxs2 məxsus balıq vətəgəsinin olduğunu, vətəgəni qurudacaqlarını, qurutmazdan öncə əldə edəcəyi trotil və detonatorla göldə olan balıqları suyun üzünə çıxaracaqlarını bildirmişdir. Hətta o, Elgizi buna inandırmağı Təqsirləndirilən şəxs2 da xahiş etmişdir. Elgiz Beyləqan rayonundakı “N” saylı hərbi hissədə silah anbarının rəisi vəzifəsində işləyən bir nəfər şəxslə münasibətlərinin yaxşı olduğunu bildirib, həmin hərbiçinin mobil telefon nömrəsini xalası oğlu Şahid1 vermiş, sonuncu isə həmin nömrəni Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 trotil və detonatorların Şahid8 öldürülməsindən ötrü lazım olduğunu onun deməsindən bilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Beyləqan rayonunda həmin hərbiçi ilə görüşmüş və 100 manat pulun müqabilində detonator və trotili hərbiçidən götürmüş və tapşırığına əsasən saxlaması üçün Təqsirləndirilən şəxs3 vermişdir. Belə ki, Təqsirləndirilən şəxs3lə olan söhbətləri zaman sonuncu ona Ukrayna dövlətinin Jitomir şəhərində olarkən yanında olan bir nəfər şəxsin dəfələrlə partlayıcı maddələr hazırladığını görməsini və bu sahədən anlayışının olmasını demişdir. Bundan başqa İlhamla onun arasında olan razılaşmaya əsasən İlham həmin trotil və detonatorla uzaqdan idarə edilən partlayıcı qurğu hazırlamalı, həmin qurğunu Şahid8 avtomobilinin alt hissəsinə yerləşdirməli və bu yolla da avtomobili partlatmaqla Heybəyi öldürməliymişlər. Lakin 2019cu ilin iyul ayının ortalarında onun sifarişi ilə Təqsirləndirilən şəxs3 tərəfindən Cəmil Kərimov döyüldüyündən həmin ilin avqust ayının ortalarında öncə o, daha sonra isə İlham polis əməkdaşları tərəfindən tutulmuş, bu səbəbdən də Şahid8 öldürülməsi planı baş tutmayaraq detonator və trotil Təqsirləndirilən şəxs3 İmişli rayonundakı evində qalmışdır. Məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 2017-ci ildə işləmək məqsədilə yaşadığı İmişli rayonundan Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra isə uşaqlıq dostu və orta məktəbdə sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs1lə görüşməyə başlamışdır. 2019-cu ilin iyul ayında Vüsal onu, Sədaqəti, xalası oğlu Madəri və İlhamı istirahət etmək məqsədilə Antalya şəhərinə yola salacağını, özünün isə təyyarə ilə gələcəyini demişdir. Vüsal yol pulu olaraq ona 1.500 manat məbləğində pul vermiş, o, həmin pulun 150 manat məbləğində olan hissəsini borcuna vermiş, qalan pulu isə götürüb İlham, Madər və Sədaqətlə birlikdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gürcüstana, oradan isə Türkiyənin Antalya şəhərinə getmişdir. Onlar Antalya şəhərindəki ucuz otellərin birində yer götürmüşlər. Bunun ertəsi gün Vüsal da təyyarə ilə Antalyaya onların yanına gəlmişdir. Vüsal Antalyaya gəldikdən sonra ona gəlməkdə əsas məqsədinin Esmiranın bacısı Zamiranın öldürülməsi olmasını, Zamiranın bacısı Esmiranın itkin düşməsi ilə çox maraqlandığını, bu səbəbdən də Zamiranın öldürülməli olduğunu demişdir. Plana əsasən Zamira milliyətcə türk olan əri ilə İzmir şəhərinə gəldikdən sonra o, Vüsal və digər şəxslərlə birlikdə Zamiranı izləməli, fürsət yaranan kimi isə sonuncunu öldürməliymişlər. Buna görə də o, Vüsalın tapşırığına əsasən sonuncu, İlham, Madər və Sədaqətlə birlikdə idarə etdiyi avtomobillə İzmir şəhərindəki hava limanının qarşısına gəlmişlər. Bir neçə dəqiqə sonra Zamira əri ilə hava limanından çıxmış və qayınanasının idarə etdiyi avtomobillə hərəkətə başlamışlar. O, darə etdiyi avtomobillə yuxarıda qeyd edilən şəxslərlə birlikdə Zamiranın olduğu avtomobili izləməyə başlamış, lakin bir qədər sonra həmin avtomobili gözdən itirmişlər. Lakin bir qədər axtardıqdan sonra həmin avtomobilin yaşayış binalarının birinin həyətində dayandığını görmüşlər. Bundan sonra o, digər şəxslərlə birlikdə növbəli qaydada həmin binanın yaxınlığında dayanıb Zamiranın evdən çıxmasını gözləmişdir. İlk öncə Madərlə İlham müşahidə etmiş, o, Vüsal və Sədaqətlə yaxınlıqdakı kafedə oturub yemək yemişlər. Sonra isə növbəni dəyişəndə Vüsal Zamiragilin evdən çıxdıqlarını və avtomobillə hərəkətə başladıqlarını demişdir. O, yenə də Vüsalgillə birlikdə avtomobili ilə Zamiragilin olduğu avtomobili izləmiş, lakin yolları yaxşı tanımadığından izlərini itirmişdir. Bundan sonra onlar birlikdə İzmir şəhərindəki otellərin birinə gəlmişlər. Otelə gəldikdən sonra Vüsal ona İlhamla birlikdə Antalyaya getməsini tapşırıb orada olan bir nəfər şəxsdən tapança götürməli olduğunu bildirmiş və ona Türkiyə operatoruna məxsus xatırlamadığı bir nömrə vermişdir. O, İlhamla birlikdə Antalya şəhərinə qayıtmış, yolda olarkən Vüsalın verdiyi nömrəyə zəng etmiş, həmin şəxs olduğu ünvanı telefona göndərərək həmin yerə gəlməsini ona demişdir. O, məkana çatan kimi həmin nömrəyə zəng etmiş, danışdığı şəxs ona maşından enməyi, maşının qapılarını bağlamamağı, kənara çəkilib gözləməsini tapşırmışdır. O, avtomobilinin qapılarının kilidini bağlamadan İlhamla birlikdə kənardakı kafelərin birində oturmuşdur. Bundan təxminən 25 dəqiqə sonra həmin şəxs ona zəng edərək silahın artıq avtomobildə olduğunu bildirib, dərhal oradan uzaqlaşmasını tapşırmışdır. O, İlhamla birlikdə maşına əyləşmiş və bu zaman arxa ayaqaltının üzərində bir ədəd tapançanın olduğunu görmüşdür. İlham həmin tapançanı götürüb içərisində paltarlar olan çantanın içərisində gizlətmiş və onlar birlikdə İzmiş şəhərindəki otelə gəlmişlər. O, otelə çatan kimi tapançanı Vüsala vermişdir. O, həmin gün yorğun olduğundan yatmış, ertəsi gün yuxudan oyananda heç kimin, eləcə də avtomobilinin olmadığını görmüşdür. Həmin günün axşamı Vüsalgil otelə qayıtmış və Vüsal ona İzmir şəhərinə getdiklərini, Zamiranı axtardıqlarını, lakin tapa bilmədiklərini demişdir. Ertəsi gün Sədaqət qayıtmalı olduğundan o, digər şəxslərlə birlikdə Sədaqəti avtobusla Bakı şəhərinə yola salmışdır. Onlar isə Zamiranı axtarmaq məqsədilə bir neçə gün də qalmağı planlaşdırmışlar. Qəfildən Vüsal fikrindən yayınmış və qalmağın mənasız olduğunu, özünün təyyarə ilə qayıdacağını bildirib, ona, İlhama və Madərə də qayıtmalarını tapşırmışdır. Bundan sonra o, Madər və İlhamla birlikdə Vüsalı hava limanından Bakı şəhərinə yola salmış, özü isə avtomobilində Madərlə İlham olmaqla Bakıya yola düşmüşdür. Həmin vaxt tapança da avtomobildə paltarlar olan əl çantasında olmuşdur. Sarp sərhəd buraxılış məntəqəsinə çatmağa az qalmış onlar tapançanı avtomobilin mühərrik hissəsində, havatəmizləyicinin yerləşdiyi qutuda gizlətmək qərarına gəlmişlər. Bu məqsədlə o, yol kənarındakı mağazaların birindən falqa kağız almış və silahı həmin kağıza bükərək avtomobilin mühərrik hissəsində gizlətmişlər. O, avtomobili ilə ilk öncə Türkiyə, daha sonra isə Gürcüstan sərhədini keçərək Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra o, Vüsalla görüşmüş və gətirdiyi tapançanı Vüsala vermişdir. Bundan təxminən iki gün sonra Vüsal ona Heybətin avtomobilini partlatmaqla sonuncunu öldürüb qisas almaq qərarına gəldiyini bildirmişdir. Bu məqsədlə Vüsal ona Elgiz adlı tanışı ilə danışdığını, Elgizin Bəhruz adlı xalası oğlunun vasitəsilə partlayıcı maddə olan detonator və trotil əldə edəcəyini, həmin vasitələri götürmək məqsədilə Beyləqan rayonuna getməli olduğunu demişdir. Həmçinin Vüsal ona Beyləqan rayonundan partlayıcı vasitələri götürdüyü şəxsi həmin vasitələrlə balıq tutacaqlarını inandırması üçün üç ədəd balıq və 100 manat pul da verməsini tapşırmışdır. Eyni zamanda Vüsal Elgizə, eləcə də Elgizin xalası oğlu Şahid1 da partlayı maddələrlə gölü qurutmaqla balıq tutacağını demişdir. O, Vüsalın tapşırığına əsasən tanımadığı hərbiçi ilə Beyləqan rayonunun mərkəzindəki dairənin yaxınlığında görüşmüş və balıq aparmadığı üçün hərbiçiyə 100 manat pul vermək istədikdə həmin şəxs pulu götürməyərək, əvəzində balıq gətirməsini ondan xahiş etmişdir. Bundan sonra həmin hərbiçi trotil və detonatoru göy rəngli sellofanın içərisində ona vermişdir. O, trotil və detonatoru avtomobilinə qoyub Bakı şəhərinə qayıtmış, “Elit” ticarət mərkəzinin yaxınlığında Elgiz və Şahid1la görüşmüş, Vüsalın tapşırığına əsasən Bəhruz və Elgizə 3 ədəd balıq verib, həmin balıqları trotil və detonatordan istifadə etməklə tutduqlarını bildirmişdir. Bundan sonra o, Vüsalın tapşırığına əsasən partlayıcı maddələri İmişli rayonuna aparıb saxlaması üçün İlhama vermiş və İlham çıxıb getmişdir. O, həmin gün İmişli rayonunda toyda olan zaman İlham ona zəng edərək Vüsal tərəfindən Bakıya çağırıldığını, lakin getmək üçün yol pulunun olmadığını bildirib, ondan pul istəmişdir. O, İlhamı İmişli rayonunda olduğu restorana çağırmış, sonuncuya 30 manat pul vermişdir. İlham Bakıya getmiş, lakin partlayıcı maddələri özü ilə aparmamışdır. Bundan 3-4 gün sonra o, Vüsal və İlhamın Cəmil adlı şəxsi döydüklərinə görə tutulduqlarını eşitmişdir. Bundan təxminən 10-15 gün sonra o, X3 görüşən zaman sonuncu ona “Range Rover” markalı, **-BV-*** dövlət nömrə nişanlı avtomobilinin yük yerində olan tapançanı oradan götürməsini və saxlaması üçün Sədaqətə verməsini tapşırmışdır. O, Vüsalın tapşırığına əsasən sonuncunun avtomobilinin yük yerindən silahı götürüb saxlaması üçün Sədaqətə vermişdir. Məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin yay aylarında o, tanışı Təqsirləndirilən şəxs1lə görüşən zaman, Vüsal ona İzmir şəhərindəki bir qadında özünə aid sənədlərin olduğunu, qadının izlənərək yaşadığı evin müəyyən edilməklə qadındakı sənədlərin oğurlanmalı olduğunu, bu səbəbdən də başqa tanışları ilə birlikdə öncə Antalya, daha sonra isə İzmir şəhərinə gedəcəyini demişdir. Vüsal bunları deyib ona da birlikdə getməsini təklif etmişdir. Daha sonra Vüsal ona özünün təyyarə ilə gedəcəyini, onun isə Madər, Sədaqət və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi avtomobillə gedəcəklərini bildirmiş, o razılaşmışdır. 24 iyul 2019cu il tarixdə səhər saatlarında o, yaşadığı evdə olarkən Bəhruz ona zəng etmiş, o, evdən çıxanda Bəhruzun avtomobilində sonuncudan başqa Madər və Sədaqətin də olduğunu görmüşdür. O, adları çəkilən şəxslərlə birlikdə Bəhruzun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə öncə Gürcüstan, daha sonra isə Türkiyə ərazisinə keçməklə Antalya şəhərinə gəlmişlər. Onlar iki gün yol gəlmişlər, daha sonra Vüsal da təyyarə ilə Antalya şəhərinə onların yanına gəlmişdir. Onlar birlikdə Antalya şəhərindəki otellərin birində bir gün gecələdikdən sonra İzmir şəhərindəki hava limanının qarşısına gəlmişlər. O, hava limanının qarşısında olarkən ona məlum olmuşdur ki, izləyəcəyi qadın məhz həmin gün əri ilə birlikdə İzmir şəhərinə gəlməliymiş. Bəhruzun avtomobilində olan zaman Vüsal ona bir kişi ilə bir qadını göstərib izləməli olduğu qadının məhz həmin qadın olduğunu bildirmişdir. O, Bəhruzun avtomobilindən düşüb həmin qadınla kişini izləyən zaman izlədiyi qadının əri ilə birlikdə başqa bir qadının idarə etdiyi opel markalı avtomobilə əyləşdiklərini görmüşdür. O, dərhal həmin avtomobili Vüsal və Bəhruza göstərmiş, Bəhruz avtomobilini idarə edərək Sədaqət və Madər də olmaqla birlikdə qeyd olunan avtomobili izləməyə başlamışlar. Bir müddət sonra həmin avtomobil gözdən itmiş, nəticədə həmin qadının izlənməsi mümkün olmamışdır. Daha sonra o, adları yuxarıda qeyd edilən şəxslərlə birlikdə otelə qayıtmışlar. Vüsal ona Sədaqətin oğlu Taleyə silah sifariş verdiyini, silahın müqabilində Taleyə 300 ABŞ dolları məbləğində pul göndərdiyini deyib, həmin silahın götürülməli olduğunu bildirmişdir. Antalya şəhərində olarkən Vüsal Tale ilə telefonla danışdıqdan sonra ona bir nəfər Türkiyə vətəndaşının həmin silahı gətirib verəcəyini bildirmişdir. Bundan sonra Vüsal Bəhruzun nömrəsini Taleyə vermiş, Tale Bəhruza zəng edərək nömrəsini adını bilmədiyi Türkiyə vətəndaşına vermiş, həmin şəxsin zəng edəcəyi halda dediyi restorana getməklə silahı götürməyi bildirmişdir. Bir müddət sonra Bəhruza bir nəfər şəxs zəng edərək Antalya şəhərində olan restoranların birinə dəvət etmişdir. O, Bəhruzla birlikdə sonuncunun idarə etdiyi avtomobillə həmin restorana gəlmiş, həmin restoranda yemək yeyən zaman Bəhruza zəng olunmuş və onlar hesabı verib Bəhruzun avtomobilinə əyləşmişlər. Daha sonra bir nəfər Türkiyə vətəndaşı arxadan avtomobilə əyləşmiş, əlində olan bir ədəd silahı avtomobilin qabaq sərnişin oturacağının arxa cibinə qoymuşdur. Bundan sonra o, Bəhruzla birlikdə yenidən otelə qayıtmışdır. Onlar oteldə silaha baxdıqda silahın darağında patronun olmadığını görmüşlər. Vüsal bununla bağlı təkrarən Tale ilə danışmış, sonuncu patron da təşkil edə biləcəyini demişdir. O, Vüsalın hansı səbəblərə görə silah əldə etməsini bilməmişdir. Daha sonra Vüsal həmin silahın Bəhruzun avtomobilində sərhəddən Azərbaycana keçirilməli olduğunu bildirmişdir. Bəhruz həmin silahı bir ədəd falqa kağıza büküb avtomobilin mühərrik olan yerində hava filtrinin yerləşdiyi boşluqda gizlətmişdir. 01 avqust 2019-cu il tarixdə o, Sədaqət, Madər və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi avtomobillə Gürcüstandan keçməklə Azərbaycana qayıtmışdır. Vüsal isə təyyarə ilə Bakı şəhərinə qayıtmışdır. Söhbət zamanı Bəhruz ona trotil verəcəyini və trotil vasitəsilə İmişli şəhərindəki göldə balıq tutacaqlarını demişdir. O, Bəhruzla razılaşmışdır. 15 avqust 2019cu il tarixdə o, səhər saatlarında İmişli rayonunda olarkən Bəhruz ona zəng edərək trotil şaşkası və detenatorı götürdüyünü bildirmişdir. O, Bəhruzla İmişli rayonunda Aran şadlıq sarayının qarşısında görüşmüş, Bəhruz həmin trotil şaşkasını və detonatoru avtomobilindən çıxarıb saxlaması üçün ona vermişdir. O, şaşkaları və detonatoru götürüb piyada yaşadığı evə gəlmişdir. Trotil şaşkası və detenatorlar sellofana bükülmüş vəziyyətdə idman çantasının içərisində olmuşdur. O, evə gələrkən idman çantasını yolun kənarında olan zibilliyə tullamış, sellofana bükülmüş vasitələri isə yaşadığı evin mansar yerində hörgüdə daşların arasında gizlətmişdi. Daha sonra isə o, həmin sellofan torbada olan partlayıcı maddələri yarımtikilidə hörgü daşlarının arasından çıxarıb yarımtikiliyə daxil olduqdan sonra girişdən sağ tərəfdə ikinci otaqda, yəni hamam otağında divara söykənilmiş qapının arxasında gizlətmiş və balıq tutmaq üçün Araz çayına gəlmişdir. Bundan sonra o, Yasmal Rayon Polis idarəsi əməkdaşları tərəfindən tutulmuşdur. O, Bəhruzun həmin partlayıcıları haradan və necə əldə etməsini bilmir. 17 iyun 2020-ci il tarixdə onun iştirakı ilə polis əməkdaşları tərəfindən İmişli şəhəri, Xiyabani küçəsində yerləşən ona məxsus yarımtikili evə baxış keçirilən zaman həmin eketrik detonataroları və tüstü şaşkaları aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları və ANAMA-nın nümayəndəsinin iştirakı ilə ona məxsus yarımtikiliyə baxış keçirilən zaman o, polisləri hamam otağına dəvət etmiş, polislər tərəfindən sellofan torbada olan 06 ədəd tüstü şaşkası və 06 ədəd elektrik detonatırları aşkar edilərək götürülmüşdür. O, həmin maddəlləri balıq tutmaq üçün istifadə etməyi nəzərdə tutumuşdur. Vüsalın arvadı Esmiranı, eləcə də sonuncunun bacısı Zamiranı, həmçinin Heybət adlı şəxsi tanımadığını, Ukraynanın Jitomir şəhərində olarkən bir nəfər şəxsin elektrik detonatorlarını akkumlyatora qoşaraq gölə buraxmaqla cərəyan verib balıqları öldürdüyünü gördüyünü, bu barədə Vüsala danışdığını, Vüsalın həqiqətən də ona partlayıcı maddə hazırlamaqla Heybət adlı şəxsin avtomobilini partlatmasını tapşırdığını, lakin bunun cinayət olduğunu bildiyi üçün Vüsalla razılaşmadığını, belə olan halda Vüsalın həmin partlayıcı maddələri evində saxlamasını ondan xahiş etdiyini, İmişli rayonuna gələndə gölə cərəyan verməklə balıq tutacaqlarını dediyini, buna görə də həmin partlayıcı maddələri İmişli rayonunda evində saxladığını, “SİG SAUER P-226” modelli odlu silahı Antalya şəhərində Bəhruzun maşınına qoyan şəxsi tanımadığını, həmin silahın pnevmotik silah olmasını düşündüyünü bildirmişdir. O, 2019-cu ilin iyul ayında Türkiyə Respublikasının Antalya şəhərində olarkən ümumiyyətlə İzmir şəhərinə getməmiş, Vüsal, Bəhruz, Sədaqət və Madər İzmir şəhərinə gedərkən o, Antalya şəhərində oteldə qalmış, Vüsalgilin İzmir şəhərinə getmələrinin səbəbini bilməmişdir. Daha sonra o, həmin ifadəsində “SİG SAUER P-226” modelli odlu silaha heç bir aidiyyətinin olmadığını, silahın nə zaman, harada, kimin tərəfindən əldə olunması, hansı şəraitdə və kimin tərəfindən Bəhruzun avtomobilinə qoyulmasından məlumatsız olduğunu, İmişli şəhərindəki evindən aşkar edilmiş partlayıcı maddələrin əvvəlcədən polis əməkdaşlarının özləri tərəfindən onun evinə qoyulduğunu, həmin partlayıcı maddələrin ona aidiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma xalası oğludur, Vüsalla hər zaman münasibətləri yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 2019-cu ilin iyul ayının sonlarında Vüsal onu Bakı şəhərinə dəvət edib işə düzəldəcəyini, buna görə də Bakı şəhərində anasıgildə qalmasını məsləhət görmüşdür. O, Vüsalın anasıgildə qalmağa və hər yerə Vüsalla birlikdə gedib-gəlməyə başlamışdır. Bir müddət sonra Vüsal ona Esmiranın bacısını qətlə yetirmək fikrinin olduğunu və Esmiranın qətlini Türkiyədə həyata keçirəcəyini demişdir. Vüsalın planına əsasən Esmiranın bacısı əslən türk olan əri ilə birlikdə Türkiyənin İzmir şəhərinə gedəcəyindən, Vüsal türkiyədə Esmiranı izləməli və fürsət yaranan kimi sonuncunu orada ödürməliymiş. Bu plandan ondan başqa Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 də məlumatı olmuşdur. Vüsalın sifarişi üzrə X58 Türk Respublikasında yaşayan oğlu Taleh Türkiyədə susdurucusu olan tapança təşkil etməli və həmin tapança ilə Esmiranın bacısı qətlə yetirilməliymiş. Həmin tapança Antalya şəhərindən əldə olunacağından Vüsal onu, Bəhruzu, İlhamı və X17 şəhərinə yola salacağını, daha sonra isə özünün Antalyaya gələcəyini demişdir. 24 iyul 2019-cu il tarixdə o, İlham Sədaqət və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-SE-*** qeydiyyat nişanlı avtomobillə Gürcüstandan keçməklə Türkiyənin Antalya şəhərinə gəlmiş, və oradakı ucuz otellərin birində qalmağa başlamışlar. Ertəsi günün axşamı Vüsal da təyyarə ilə Antalya şəhərinə onların yanına gəlmişdir. Sədaqətin oğlu Tale tapançanı vəd etdiyi gündə təşkil edə bilmədiyindən həmin gün tapançanın əldə olunması mümkün olmamışdır. Lakin Esmiranın bacısı artıq İzmirə gələcəyi üçün o, Vüsal, İlham, Sədaqət və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi avtomobillə İzmir şəhərinin hava limanının qarşısına gələrək, orada Esmiranın bacısının gəlməsini gözləmişlər. Bir müddət sonra Esmiranın bacısı əri ilə birlikdə hava limanından çıxmış, Esmiranın bacısını qayınanası arşılamış və avtomobili ilə oğlunu və gəlinini götürmüşdür. O, Bəhruzun avtomobilində adları yuxarıda qeyd edilən şəxslərlə birlikdə Esmiranın bacısını izləməyə başlamış, lakin yolda həmin avtomobilin izini itirmişlər. Bir qədər axtardıqdan sonra həmin avtomobilin yaşayış binasının həyətində dayandığını görmüşlər. Esmiranın bacısının evdən çıxamasını müşahidə etmək məqsədilə ilk olaraq o, İlhamla birlikdə həmin yaşayış evini izləmiş, Bəhruz, Vüsal və Sədaqət isə yaxınlıqdakı kafedə oturub yemək yemişlər. Daha sonra isə o, İlhamla kafeyə gəlmiş, bu zaman isə müşahidəni Bəhruz, Vüsal və Sədaqət davam etdirmişlər. Elə bu zaman Esmiranın bacısı evdən çıxaraq hərəkətinə davam etmiş və o, yenə də Bəhruzun avtomobilində adları yuxarıda qeyd edilən şəxslərlə birlikdə Esmiranın bacısının olduğu maşını izləməyə davam etmişlər. Lakin bu dəfə də yolu tanımadıqlarından Esmiragilin izini itirmişlər. Bundan sonra o, Bəhruzgillə birlikdə İzmir şəhərindəki otellərin birində olarkən X9 telefonla danışmış, sonuncu Antalya şəhərinə gedib oradan silahı götürə biləcəyini Vüsala demişdir. Bu danışıqdan sonra Vüsal Bəhruz və İlhama birlikdə Antalya şəhərinə getmələrini, oradan bir nəfər şəxsdən tapança götürməli olduqlarını tapşırmışdır. Bəhruzla İlham birlikdə Antalya şəhərinə gedib oradan susdurucusu və patronu olmayan bir ədəd tapança götürüb yenidən İzmir şəhərinə onların yanına qayıtmışlar. Onlar birlikdə növbəti gün də İzmir şəhərində Esmiranın bacısını axtarsalar da müsbət nəticə əldə edə bilmədiklərindən yenidən otelə qayıtmışlar. Ertəsi gün Sədaqət Bakı şəhərinə qayıtmalı olduğundan o, Bəhruz, İlham və Vüsalla birlikdə Sədaqəti avtobusla Bakı şəhərinə yola salmışlar. O, Bəhruz, Vüsal və İlhamla birlikdə Esmiranın bacısının axtarışını davam etmək məqsədilə İzmir şəhərində qalmalarını planlaşdırarkən, bir müddət sonra Vüsal təyyarə ilə qaydacağını bildirib, onların da Bakı şəhərinə qaytmalarını və qayıdan zaman gizli olaraq tapançanı da Azərbaycana aparmalarını tapşırmışdır. Bundan sonra o, İlham və Bəhruzla birlikdə Vüsalı İzmir hava limanından Bakı şəhərinə yola salmış, özü isə İlham və Bəhruzla birlikdə sonuncunun avtomobili ilə Bakı şəhəri istiqamətində yola çıxmışlar. Həmin vaxt tapança da paltarlar olan əl çantasının içərisində avtomobilin yük yerində olmuşdur. Onlar Sədaqətin hələ də avtobusla sərhədi keçmədiyini öyrənib sonuncunu da avtobusdan endirərək maşına mindirmişlər. Sarp sərhəd buraxılış məntəqəsinə çata-çatda onlar silahı avtomobilin mühərrik olan yerində gizlətmək qərarına gəlmişlər. Yolda olarkən onlar falqa kağız alaraq tapançanı həmin falqaya büküb avtomobilin mühərrik olan yerində, hava filtrinin yerləşdiyi boşluqda gizlətmişlər. Onlar ilk olaraq Türkiyə sərhədini, daha sonra isə Qırmızı körpü sərhəd buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişlər. Azərbaycan ərazisinə keçdikdən sonra o, Bəhruz, İlham və Sədaqətlə sağollaşıb İmişli rayonuna öz evlərinə gəlmişdir. Məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və sonuncunun arvadı Esmira Əliyevanı 2015-ci ilin sonlarında tanımış, Vüsal və Esmira onun yaşadığı binanın 8-ci blokundakı 8-ci mərtəbədə yerləşən mənzildə yaşamışlar. Bir müddət sonra Vüsalgilin yaşadığı ev balaca olduğundan Vüsal yaşadığı evi sataraq onun yaşadığı binanın 7-ci blokunda yerləşən 717 saylı evi almaqla onunla divar qonşusu olmuşdur. Həmin vaxt Vüsal və Esmiranın Raul adlı övladları olmuş, 2015-ci ildə isə Maqsud adlı övladları dünyaya gəlmişdir. Onun bildiyinə görə Vüsal və Esmira rəsmi nikahda olmuşlar. Esmiranın ikinci övladı dünyaya gəldikdən sonra ondan uşaqlara baxmaqda köməklik etməyi xahiş etmiş və bundan sonra da onunla Esmiranın münasibətləri daha da yaxın olmuşdur. Həmin ərəfələrdə o, artıq Esmiranın anası Sevinclə də tanış olmuşdur. Vüsalla Esmiranın münasibətləri normal olmadığından və tez-tez dalaşdıqlarından sonuncunun anası Sevinc gecə saatlarında tez-tez ona zəng edərək səsküy olub-olmamasını soruşmuşdur. Esmira Əliyevanın ona deməsindən bilmişdir ki, Vüsalla ailəli olmasını sonuncunun valideynləri bilməmişdir. Təxminən 2017-ci ildə Esmira ona Vüsalın başqa bir qadınla ailə həyatı qurmaq istədiyini, lakin buna baxmayaraq Vüsaldan ayrılmayacağını demişdir. Esmira Vüsalla evli olmasına baxmayaraq yüngül həyat tərzi keçirmiş, pul qarşılığında başqa şəxslərlə cinsi əlaqədə olmuş, Vüsalın bundan məlumatı olduğundan münasibətləri korlanmışdır. Eləcə də Vüsalın valideynləri sonuncunun Esmira ilə evli olduğunu bilmədikləri üçün Vüsalı evləndirmək qərarına gəlmişlər. Bu səbəblərdən də Vüsal Esmiradan ayrılmaq məcburiyyətində qalmış və şəxsi əşyalarını yığıb Esmira ilə birgə yaşadığı evdən çıxmışdır. 2019-cu ilin iyul ayında Vüsal tanışları Bəhruz və İlhamı, xalası oğlu Madəri, eləcə də onu istirahət etmək məqsədilə Antalya şəhərinə göndərmək qərarına gəlmişdir. 24 iyul 2019-cu il tarixdə o, İlham, Madər və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Gürcüstan, daha sonra isə Türkiyə ərazisinə keçərək Antalya şəhərinə getmişlər. O, iki gün yol getdikdən sonra Antalya şəhərinə çatmış, 26 iyul 2019-cu il tarixdə isə Vüsal təyyarə ilə Antalya şəhərinə gəlmişdir. Vüsal Antalya şəhərinə gəldikdən sonra ona məlum olmuşdur ki, gəlməkdə əsas məqsəd Esmiranın İzmir şəhərində yaşayan bacısı Zamira Barutu öldürmək olmuşdur. Təqsirləndirilən şəxs1 ona deməsindən bilmişdir ki, Zamira bacısının itkin düşməsi ilə çox maraqlanır, bu səbəbdən də Vüsal yalandan biznes fəaliyyəti ilə məşğul olmaq istədiyini Zamiranın milliyyətcə türk olan Burak adlı ərinə deyərək görüşmək istədiyini bildirmiş, bu yolla da Burakın arvadı ilə birlikdə Bakı şəhərindən İzmir şəhərinə gələcəyi günü və vaxtı müəyyən etmişdir ki, İzmir şəhərində Zamiranı izləyərək sonuncunu öldürsün. Həmçinin Vüsal ona Burakın maddi cəhətdən çox imkanlı şəxs olduğunu, Bakı şəhərindəki evlərində külli miqdarda pul olduğunu, bu səbəbdən də Zamiranı öldürdükdən sonra sonuncunun çantasından Bakı şəhərində olan mənzillərinin açarını götürəcəyini və mənzildə olan həmin pulları ələ keçirəcəyini demişdir. X70 şəhərində olacağını dediyindən ona, Bəhruza, İlhama və Madərə birlikdə İzmir şəhərinə getməli olduqlarını demişdir. Bundan sonra o, Vüsal, İlham, Madər və Bəhruzla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Antalya şəhərindən İzmir şəhərinə hava limanının qarşısına gələrək Zamira ilə əri Burakın gəlməsini gözləmişlər. Məqsəd Zamiranı izləməklə sonuncunun İzmir şəhərində yaşadığı mənzilin ünvanını müəyyən etmək olmuşdur. Bir neçə dəqiqə sonra Zamira əri Burakla İzmir şəhərində hava limanından çıxmış və hər ikisi Burakın anasının idarə etdiyi avtomobilə əyləşərək hərəkət etməyə başlamışlar. O, Bəhruzun avtomobilində adları yuxarıda qeyd edilən digər şəxslərlə birlikdə Zamiranın olduğu avtomobili izləmiş və Zamira əri ilə ansısa bina evinə gəlmişlər. Bir müddət sonra Zamiragil yenidən həmin evdən çıxıb harasa gedərkən Bəhruz Zamiragili gözdən itirmiş və bu səbəbdən də sonuncunu artıq izləyə bilməmişlər. Bu zaman Vüsal ondan Zamira ilə mobil telefon vasitəsilə yazışaraq güya oğlu Taleylə istirahət etmək məqsədilə İzmir şəhərinə gəldiklərini, Zamira ilə görüşmək istədiyini deməsini tapşırmışdır. O, mobil telefonla Zamira ilə yazışıb hal-əhval tutmuş, lakin Zamiranı görüşə dəvət etməyərək yalandan Vüsala Zamiranın görüşə gələ bilməyəcəyini demişdir. O, Esmiranın Vüsalın sifarişi ilə Bəhruz və Madər tərəfindən artıq öldürüldüyünü bildiyindən, Zamiranı görüşə dəvət edəcəyi halda sonuncunun da öldürüləcəyini başa düşdüyündən Zamiranı görüşə dəvət etməmişdir. Bu səbəbdən də Zamiranı öldürmək alınmamışdır. Daha sonra X51 danışaraq silahı təşkil etmələrini bildirmişlər. Tale əvvəl silahı təşkil etməkdən boyun qaçırmış, lakin Vüsal və Bəhruz təkidlə durmadan zəng etdiklərindən, eləcə də Vüsal silahla bağlı Taleyə pul göndərdiyindən sonuncu məcbur qalıb silahı təşkil etmişdir. Bəhruz İlhamla birlikdə idarə etdiyi avtomobillə silahı götürmək məqsədilə Antalya şəhərinə getmiş, o, Madər və Vüsalla İzmir şəhərində mehmanxanada qalmışdır. Bir müddət sonra Bəhruzla İlham bir ədəd tapança ilə İzmir şəhərinə geri mehmanxanaya qayıtmış, silahın patron və səsboğucusunun olmadığını görən Vüsal Taleyə zəng edərək buna görə mübahisə etmişdir. Tale də səsboğucu və patron da təşkil edəcəyini Vüsalgilə demişdir. Bəhruzun deməsindən ona məlum olmuşdur ki, Bəhruz İlhamla birlikdə Antalya şəhərində olarkən bir nəfər milliyyətcə türk olan şəxs həmin tapançanı gətirib Bəhruzun avtomobilinin arxa oturacağına atıb getmişdir. Silah gətirildikdən sonra Vüsalın ona deməsindən bilmişdir ki, Bəhruzgilin gətirdiyi tapança bir neçə gündən sonra müalicə almaq məqsədilə İstanbul şəhərinə gələcək Heybət adlı şəxsin öldürülməsi üçün əldə edilmişdir, belə ki, Heybət adlı şəxs Vüsalın işə qəbul olunmasında maneələr yaratmışdır. Bu səbəbdən də Vüsal, Bəhruz, Madər və İlham əlavə olaraq bir neçə gün də Türkiyədə qalmağı planlaşdırmışlar. O, artıq Bakı şəhərinə qayıtmaq istədiyindən Vüsalgil İzmir şəhərindən avtobusla onu yola salmışlar. Lakin sonradan Tale Vüsalgil üçün patron və səsboğucu təşkil etmədiyi, həmçinin telefonunu söndürdüyü üçün Vüsalgil də geri qayıtmaq məcburiyyətində qalmışlar. Vüsal yenidən tək təyyarə ilə, İlham və Madər isə Bəhruzla birlikdə sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə geri qayıtmışlar. Yolda olarkən Bəhruz ona zəng etmiş və o, Sarp sərhəd buraxılış məntəqəsinə çatmamış avtobusdan düşərək Bəhruzun avtomobilinə əyləşmişdir. Bir qədər hərəkət etdikdən sonra Bəhruz maşını saxlamış, İlham və Madərlə köməkləşib maşında olan tapançanı parıltılı kağıza bükməklə Bəhruz öz avtomobilinin mühərrik hissəsində hava təmizləyicinin yerləşdiyi qutuda gizlətmişdir. Bakı şəhərinə gəldikdən sonra Bəhruz həmin silahı Vüsala vermişdir. Vüsal qanunsuz olaraq saxta sənədlər əsasında müxtəlif vətəndaşlara təqaüd düzəltməsi, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Heybət adlı əməkdaşının yanında işləyən Cəmil adlı şəxsi döydüyü üçün 2019-cu ilin avqust ayında tutulmuşdur. 2020-ci ilin aprel ayının əvvəllərində Bəhruz onun yaşadığı evə gələrək, Türkiyədən gətirdikləri tapançanı Vüsalın tapşırığına əsasən saxlaması üçün ona vermişdir. Həmçinin Bəhruz ona hazırda kirayədə yaşadığı evin qapısının taxtadan olduğunu, bu səbəbdən də silahı evində saxlamağa ehtiyat etdiyini, bir müddətdən sonra həmin silahı ondan götürüb İmişli rayonundakı ata evinə aparacağını, silaha patron və səsboğucu təşkil edəcəyini demişdir. O, Bəhruza etiraz etməmiş və tapançanı götürərək evində saxlamışdır. 2019-cu ilin avqust ayının əvvəllərində o, ərinin il dönümü ilə bağlı Qax rayonunda olarkən Bəhruzla telefonla danışan zaman sonuncu ona İmişli rayonunda olduğunu demişdir. O, Bəhruzdan rayonda olmasının səbəbini soruşduqda Bəhruz ona hərbi hissədən “Bump eləyən”, yəni bomba gətirdiyini demişdir. Daha sonra o, Bakı şəhərində Bəhruzla görüşən zaman sonuncu ona Heybət adlı şəxsi öldürmək üçün tapançaya patron axtardıqlarını, bunu ya özünün, ya Vüsalın, ya da ki, İlhamın etməli olduğunu, silaha patron tapa bilmədikləri üçün Heybətin avtomobilini partlatmaqla sonuncunu öldürəcəklərini, bombanı da məhz bu məqsədlə əldə etdiklərini demişdir. Bir müddət sonra Bəhruz da Vüsalın sifarişi ilə adam döydüyü üçün tutulmuşdur. Bəhruzun tutulmasından bir müddət sonra o, evində silah olmasının polislər tərəfindən bilinəcəyindən qorxmuş, bu səbəbdən də o, 2020-ci ilin may ayının əvvəllərində milliyyətcə rus olan rəfiqəsi Olqa Lanovçukun Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cəbiyev küçəsindəki 21 saylı evin 60 saylı mənzilinə gələrək rəfiqəsinə özünə aid vacib bir əşyanı müvəqqəti olaraq saxlamasını xahiş edib bir müddət sonra götürəcəyini demişdir. O, əlində olan sellofana bükülmüş əşyanın silah olmasını Olqaya deməmiş, sonuncunun bundan məlumatı olmamışdır. Olqa buna etiraz etməmiş və həmin əşyanı istədiyi yerə qoya biləcəyini ona demişdir. O, həmin silahı Olqanın mənzilinin qonaq otağının eyvanında, solda divardan yığılmış taxta materialdan olan şkafın içərisində alt tərəfdən birinci dolaba qoymuşdur. Silah bir ədəd ağ və bir ədəd qara rəngli sellofanın içərisində yapışqan lentlə bağlanmış vəziyyətdə olmuşdur. Olqa tək qadın olduğundan, yaşadığı mənzilə heç kim gəlib-getmədiyindən o, silahı Olqanın evində saxlamaq qərarına gəlmişdir. 13 iyun 2020-ci il tarixdə o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindfən dəvət olunan zaman ona məlum olmuşdur ki, Bəhruz artıq silahın onda olması ilə bağlı polis əməkdaşlarına məlumat vermişdir. Odur ki, o da bütün olanlar barədə olduğu kimi polislərə ifadə vermişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə rəfiqəsi Olqanın yaşadığı mənzilə gedərək orada gizlətdiyi silahı polislərə təqdim etmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikası CM-in 228.2.1 və 206.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-in 228.2.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını isə nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını isə nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını isə nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını isə nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs5 cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını isə nəzərə alır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamışlar, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişlər və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.3.2, 29, 178.3.2, 313, 32.4, 313, 320.1, 320.2, 32.3, 29, 126.2.2, 32.3, 29, 126.2.3, 32.3, 315-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmışdır.Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 313, 32.4, 313, 320.1 və 320.2-ci maddələri ilə cəza təyininə dair müddəalar 4 mart 2021-ci il tarixli hökmdən xaric edilməklə, o, həmin Məcəllənin 178.3.2, 29, 178.3.2, 126.2.2, 32.3, 29, 126.2.3 və 32.3, 315-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplama yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3,127.2.1, 32.3,127.2.2 və 32.3,128ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.3,127.2.1 və 32.3,127.2.2-ci maddələri ilə 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.3,128-ci maddəsi ilə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5,127.2.1 və 32.5,127.2.2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 29, 126.2.2, 29, 126.2.3, 315 və 134-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırda ittiham olunduqları cinayət əməllərini yuxarıda qeyd olunan barələrində çıxarılmış hökmlərdən əvvəl törətmişlər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməli, cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməli, cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməli, cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, nəzərə alaraq, təqsirləndirilən şəxslərə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Təqsirləndirilən şəxs4 barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 cəza təyin edərkən qadın olmasını, yaşını, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsini və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələri həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi və onu cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməklə həmin cəzanın şərti tətbiq edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi ailəsinin ciddi məhrumiyyətlərə düçar edə bilər, bu əmələ görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ədalətli hesab edilə bilməz və məhkumun islah və yenidən tərbiyə olunmasına isə xidmət edə bilməz. Ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 70-ci maddəsində göstərilmişdir ki, “... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən isə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs5 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs5 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs5 təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan 06 ədəd tüstü şaşkası və 06 ədəd elektrik detonatoru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “SİG SAUER P-226” modelli tapança, həmin silaha aid 01 ədəd içərisində patron olmayan boş daraq, Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 220,00 (iki yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 228.2.1 və 228.2.2-ci maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı)) il müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.4 və 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Bakı Apellyasiya Məhkəməsinin 09 iyul 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 16 avqust 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 228.2.1 və 228.2.2-ci maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı)) il müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 24 aprel 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2 və 206.3.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 228.2.1 və 228.2.2-ci maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı)) il müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırki hökm üzrə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 15 avqust 2019-cu il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı 17 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs5 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs5 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə maddi sübut hesab edilərək Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində saxlanılan 06 ədəd tüstü şaşkası və 06 ədəd elektrik detonatoru hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “SİG SAUER P-226” modelli tapança, həmin silaha aid 01 ədəd içərisində patron olmayan boş daraq, Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 220,00 (iki yüz iyirmi) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-7/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-7/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver