Məhkəmə qərarları › İş №1(100)-70/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-70/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-70/2021 10.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 180.1, 234.1,66.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Nizami rayonu Cavadxan küçəsi, ev 61-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami rayonu Y.Gəncə qəsəbəsi, Hərbi Şəhərcik ev X 2, mənzil 30-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayının əvvəllərində günü istintaqa məlum olmayan tarixdə Ceyhun adlı şəxsdən Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsində yerləşən «Dəmir yol» vağzalının yaxınlığında hər bir bükümü 20 manat olmaqla, ümumilikdə 180 manat pulun müqabilində 9 (doqquz) ədəd şəffaf rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,491 qram, 0,692 qram, 0,429 qram, 0,557 qram, 0,841 qram, 0,618 qram, 0,701 qram, 0,059 qram, ümumi təmiz çəkisi isə 4,847 qram külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edərək bir ədəd iç-içə keçirilmiş sellofan torbacıqda idarə etdiyi VAZ 21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla daşımış, Gəncə çəhər Nizami RPİ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat axtarış tədbirləri nəticəsində 12 iyul 2020-ci il tarixdə, saat 21:30-da Gəncə şəhəri, Ş.İ.Xətai prospektində “2705-in dairəsi” kimi adlanan ərazidə idarə etdiyi VAZ 21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən saxlanılaraq avtomobili ilə birlikdə Nizami RPİ-yə gətirilmiş və həmin tarixdə saat 22:55-dən 23:20-dək olan müddət ərzində avtomobilinə baxış zamanı avtomobilin ön sol qapısının saxlanc hissəsindən qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə edib avtomobilində saxladığı bir ədəd iç-içə keçirilmiş sellofan torbacıqda olan 9 (doqquz) ədəd şəffaf rəngli politilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,491 qram, 0,692 qram, 0,429 qram, 0,557 qram, 0,841 qram, 0,618 qram, 0,701 qram, 0,059 qram, ümumi təmiz çəkisi isə 4,847 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuş 18 oktyabr 2019-cu il tarixdə azadlığa buraxılmışdır. O, azadlığa cıxdıqdan sonra da narkotik vasitə olan heroin istifadə etmiş və narkotik vasitə olan heroindən asılı olduğu üçün ata bilməmişdir. Özünə məxsus VAZ 21725 markalı, **-TS-*** nömrə nişanlı avtomobili var. Tutulmamışdan təxminən 4-5 gün əvvəl, 2020-ci ilin iyul ayının əvvəllərində, gününü dəqiq bilmədiyi tarixdə Gəncə şəhərində yaşayan Ceyhun adlı tanışından «Dəmir yol» vağzalının yaxınlığında özü istifadə etmək məqsədilə bir bükümü 20 manat olmaqla 180 manat pulun müqabilində 9 (doqquz) büküm narkotik vasitə olan heroini xırda bükümlərdə alıb avtomobilində saxlamışdır. 12 iyul 2020-ci il tarixdə, saat 21 radələrində o, Gəncə şəhər Ş.İ.Xətai prospekti ilə hərəkət edib “2705-in dairəsi” kimi adlanan yerin yaxınlığına çatanda onu bir neçə nəfər mülki geyimli şəxslər saxladıqları üçün o, idarə etdiyi avtomobilini həmin şəxslərin yanında saxlamışdır. Həmin şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını və onun narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Gəncə şəhər Nizami RPİ-yə getməyi təklif etmişlər. O, da etiraz etməyib öz avtomobilini idarə edərək həmin şəxslərlə birlikdə Nizami RPİ-nin inzibati binasının həyətinə getmişlər. O, avtomobildən düşüb avtomobilin qapısını bağlamış, polis əməkdaşları ilə birlikdə inzibati binaya daxil olub xidməti otaqlardan birinə keçmişdir. Onun hüquqlarını müdafi etməsi üçün dövlət hesabına vəkil təqdim edilmiş, o, da həmin vəkilə etirazı olmadığını və vəkil tərəfindən hüquqlarının müdafiə olunmasına razılıq vermişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə onun öz razılığı ilə avtomobilinə baxış keçirilmiş və avtomobilinin sol qapısının saxlanc yerində öz istifadəsi üçün sellofanda saxladığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Onun və müdafiəçinin iştirakları ilə video çəkiliş çəkilərək həmin bir ədəd şəffaf rəngli salofan torba açılaraq içərisinə baxış keçirilmiş və oradan xırda bükümlərə bükülmüş narkotik vasitə olan 9 ədəd bükülü aşkar edilmişdir. Həmin kütlələr tərəzidə çəkilərək ümumi kütləsi 6,4 qram müəyyən olunmuş, daha sonra qablaşdırılaraq möhürlənmişdir. Özü narkotik vasitə aludəçisi olduğu üçün narkotikin vaxtı çatanda qəbul etməyən kimi bədənində ağrılar olduğuna görə bu səbəbdən də çox almışdır ki, hər dəqiqə narkotik vasitə tapmaq olmur və özü üçün lazım olanda istifadə etsin. Narkotik vasitə satmamış, heç vaxt bu cür niyyəti də olmamışdır. Onun özü narkotik aludəçisidir və narkotik asılılığından əziyyət çəkir. Onun narkotik vasitə olan heroin əldə etməsindən, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbəri olmamışdır. Gəncə şəhər Nizami RPİ-də və yaxud digər bir yerdə polis əməkdaşları tərəfindən ona heç təzyiq göstərilməmişdir. Bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hansı bir münasibəti olmamışdır. 12 iyul 2020-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri Cavadxan küçəsi ev 61-də qeydiyyatda olmaqla Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Hərbi Şəhərcik ev X 2, mənzil 30-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, narkotik vasitələri çox vaxt üzərində və idarə etdiyi VAZ-21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, onun rəhbərliyi altında əməliyyat müvəkkili Şahid3 və Nizami RPİ-nin PPXT-nın polis nəfəri X3 ibarət əməliyyataxtarış qrupu yaradılmışdır. 12 iyul 2020-ci il tarixdə, saat 21:30 radələrində adlarını yuxarıda qeyd etdiyim polis əməkdaşları ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Ş.İ.Xətai prospektində «2705» dairəsinin yaxınlığı ilə hərəkətdə olarkən saxlanılmış, əməliyyat-qrupunun üzvləri ilə birlikdə özlərini Təqsirləndirilən şəxs təqdim edib üzərində və idarə etdiyi avtomobilində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək həmin əməliyyat məlumatının yoxlanılması məqsədilə üzərinə və idarə etdiyi VAZ-21725 markalı avtomobilinə baxış keçirtmək məqsədilə Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilməsi məqsədilə müvafiq sənədləşmə aparılması təhqiqatçı, polis kapitanı Babək Allahverdiyevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi dəvət olunub Təqsirləndirilən şəxs təqdim edilmiş, sonuncu müdafiəçi qismində təqdim olunan müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet varsa çıxardıb təqim etməsi təklif olunanda sonuncu üzərində qanunsuz saxlanılan hər hansı bir əşya və ya predmet olmadığını bildirdiyinə görə müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də sonuncunun üzərindən istər narkotik vasitə, istərsə də saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olan heroin saxladığını bildirmişdir. Budan sonra video çəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin ön sol qapısının saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofan torbacıq aşkar edilmişdir. Həmin torbacığın içərisindən 09 (doqquz) ədəd şəffaf rəngli politelin kəsiklərinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, toz halında narkotik maddə olan «heroinə» bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülülərin içərisindəki kütlənin narkotik vasitə olan «heroin» olduğunu, həmin narkotik vasitə olan heroini saxlanıldığı gündən bir neçə gün əvvəl Gəncə şəhəri Mahrasa bağında yaşayan Ceyhun adlı şəxsdən Gəncə şəhəri «Dəmir yol» vağzalının yaxınlığında hər bir bükümü 20 manat olmaqla ümumilikdə 180 manata 09 (doqquz) ədəd büküm almışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, içərisində narkotik vasitə heroin olan həmin bükülüləri bədənində ağrılar olduğu üçün özü istifadə etmək məqsədilə alıb avtomobilində saxlamışdır. Bundan sonra müdafiəçi və Təqsirləndirilən şəxs iştrakları ilə içərisində narkotik vasitə heroin olan həmin 09 (doqquz) ədəd bükümlər sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisi 6,4 qram müəyyən olunmuşdur. Həmin sellofana bükülmüş kütlələr zərfə qoyularaq qablaşdırılmış, üzəri yazılmış və “Azərbaycan Respublikası DİN-nin 110 saylı” möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu Təqsirləndirilən şəxsla yanaşı o və baxış zamanı iştirak edən digər şəxslər imalamışlar. Baxış keçirilən zamanı rəqəmsal videoaparatdan istifadə olunmuş və həmin video görüntülər diskə köçürülərək materiala əlavə olunmuşdur. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotk vasitə olan heroini satan şəxs müəyyən olunmuş və Gəncə şəhər sakini olan X13 istintaqa təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Allahmanov Nicat Bəhlul oğlu və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 12.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində və idarə etdiyi avtomobildə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs X4 dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələri əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəxsi axtarış haqqında 12.07.2020-ci il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı sonuncunun üzərindən istər narkotik vasitə, istərsə də saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Avtomobilə baxış haqqında 12.07.2020-ci il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin ön sol qapısının saxlanc yerindən bir ədəd şəffaf rəngli sellofan torbacıq içərisindən 9 (doqquz) ədəd şəffaf rəngli politilen kəsiklərinə bükülmüş ümumilikdə 6,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, avtomobilə baxış aparılması prossesinin videoçəkilişi 1 ədəd DVD köçürülərək cinayət işinə əlavə edilmişdir. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin 14.08.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs, avtomobilindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini Gəncə şəhər sakini X1 məqsədi ilə alıb avtomobilində saxlamış, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olsa da narkotik vasitə satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Diskə baxış keçirilməsi haqqında” 05.10.2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 23 sentyabr 2020-ci il tarixli AZF/LGL-8681/20 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı 05 oktyabr 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon məhkəməsinin 17 avqust 2020-ci il tarixli qərarı əsasında “xxxx” MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə tərəfimdən baxış keçirilmiş və baxış zamanı 12.06.2020-ci il tarixdən 12.07.2020-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə gələn və həmin nömrədən gedən sms mətlərindən məlum oldu ki, 02.07.2020-ci il tarixdə, saat 16:58:51 dəqiqədə **********28 nömrədən Təqsirləndirilən şəxs istifadəsində **********04 nömrəsinə «kamran senden bir şey xahiş edim, qaqam sen onu düzəldib rastvor kim gətirə bilərsən qardaş kimi tez mən hay huy edim siz gedin 20 azn üstümdədi narahat olma sən öl», 02.07.2020-ci il tarixdə, saat 17:42:34 dəqiqədə isə həmin nömrədən «kamran sən canı bir set də mənə qaqa aparacaqlar məni bir azda» sms mətni göndərilibdir. Bundan başqa 03.07.2020-ci il tarixdə, saat 16:47:34 dəqiqədə **********09 nömrədən Təqsirləndirilən şəxs istifadəsində **********04 nömrəsinə «Nolar ki ayqa hara desən gələjəm qurban olun düz qoş dana», 11.07.2020-ci il tarixdə, saat 16:33:15 dəqiqədə isə həmin nömrədən «Kami aç beyax səma verdiyindən istəyən var» kimi sözləri yazılmış sms mətni göndərilibdir. “xxxx” MMCdən götürülmüş diskə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və “xxxx” MMC-dən götürülmüş 1 ədəd diskin içərisində olan «07» vərəqədən ibarət sms mətnləri çap olunaraq protokola əlavə olunmuşdur. Materialların məhkəmə ekspertizasının 13.07.2020-ci il tarixli 16/474 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «12.07.2020-ci il tarixdə vət. Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21725 markalı, **-TS-*** d.q.n-lı avtomobildən baxış zamanı aşkar olunub götürülmüş 6,4 qram çəkidə narkotik vasitə Heroinə oxşar kütlə.....» sözlər və imzalar kağız paketdəki, bir ədəd içə-içə keçirilmiş sellofan torbacıqda olan 9 (doqquz) ədəd şəffaf rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,491 qram, 0,692 qram, 0,429 qram, 0,557 qram, 0,841 qram, 0,618 qram, 0,701 qram, 0,059 qram, ümumi təmiz çəkisi 4,847 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 09.09.2020-ci il tarixli 778 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. AZ-İ № 858495 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında 18.07.2013-cü il tarixdə nikah bağlanmışdır. AZE № 12016091 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 22.06.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. AZ-İV № 575784 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 05.03.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X6r. Gəncə şəhəri Akademik Z.Məmmədov adına TTYX tərəfindən verilmiş 27.07.2020ci tarixli ultrasəs müayinəsindən görünür ki, Təqsirləndirilən şəxs hepatit xəstəsidir. “Şübhəli şəxsin tutulması haqqında” 12.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 14.07.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmün surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18.10.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. «Sübutların qiymətləndirilməsi haqqında» 16 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, X8 əməlinə hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması nəzərə alınmış, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21725 markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunub götürülmüş 4,847 qram külli miqdarda narkotik vasitə olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, maddi sübut hesab edilən Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunub götürülmüş narkotik vasitə hesab edilən heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 4,667 qram çəkidə narkotik vasitə olan heroinlə tanış olduqdan sonra həmin çəkidə olan narkotik vasitə Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, 3 ədəd DVD isə sübut növü kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə edib daşımadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X9 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, hepatit xəstəsi olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 18.10.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli 2020-ci ilin iyul ayında törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu, hazırda ittiham olunduğu CM-nin 234.4.3-ci maddəsində nəzərə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 12.07.2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 14.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs 12.07.2020-ci il tarixdən 14.07.2020-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm elan olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunub götürülmüş narkotik vasitə hesab edilən heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 4,667 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X9 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də Təqsirləndirilən şəxs idarəyə etdiyi avtomobilə baxış keçirilməsi barədə vidogörüntülərin və “xxxx” MMC-dən daxil telefon danışıqlarının əks olunduğu 3 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 iyul 2020-ci il tarixdən 14 iyul 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyrimi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri "həbs" növündə qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 10 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunub götürülmüş narkotik vasitə hesab edilən heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 4,667 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X9 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də Təqsirləndirilən şəxs idarəyə etdiyi avtomobilə baxış keçirilməsi barədə vidogörüntülərin və “xxxx” MMC-dən daxil telefon danışıqlarının əks olunduğu 3 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar