Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-70/2022 15.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X15 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, işsiz, subay, Göygöl rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27.02.2020-ci il tarixli qərarına əsasən həmin hökm dəyişdirilib üzərində 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 29.07.2020-ci il tarixdə cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, M.Fizuli küçəsi, 2-ci döngə, ev 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə 0,161 qram çəkidə narkotik vasitə-heroini və 0,105 qram çəkidə psixotrop maddə-metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 23 dekabr 2020-ci il tarixdə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən xüsusi karantin rejimi tədbirləri ilə əlaqədar yaradılmış stasionar karantin postunda Şəki ŞRPŞ-nin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən keçirilmiş müvafiq yoxlamalar zamanı özünü şübhəli apardığından üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhələr yarandığı üçün o, həmin tarixdə Şəki ŞRPŞ-nə gətirilib üzərinə baxış keçirən zaman əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindəki “Camel” markalı siqaret qutusunun içərisində, bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,105 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra o, təkrarən məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni, 0,095 qram, 12,486 qram və 145,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, 145,283 qram heroini yaşadığı evin yataq otağındakı dolabda saxlamış, 0,095 qram, 12,486 qram heroini isə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində və evində saxlaması, satması barədə Gəncə şəhər Kəpəz RPİ-nə daxil olmuş məlumat əsasında 27 fevral 2021-ci il tarixdə saat 19:30 radələrində Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, N.Rəfibəyli küçəsində saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ kiçik cibindən 1 ədəd göy rəngli kağız bükümdə 0,095 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, qara rəngli gödəkçəsinin sol iç cibində 1 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümdə külli miqdarda, yəni, 12,486 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin tarixdə saat 20:29-da yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən isə yaşadığı evin ona məxsus yataq otağında yerləşən mebel dəstinin açıq hissəsinə qoyulmuş şüşə şirniyyat qabının içərisindən 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə külli miqdarda, yəni, 145,283 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 23.12.2020-ci il tarixdə qohumum bir nəfər tanışının oğlunun Şəki şəhər türməsində olduğunu deyib həmin şəxsə yemək, yəni “peredaça” aparmağını xahiş etmişdir. Bundan sonra isə o, evdəkilərin hazırladığı ərzaqları götürüb etibarnamə əsasında idarə etdiyi, renta car-a məxsus Hundai İX 35 markalı avtomobil ilə Şəki şəhərinə getməyə başlamışdır. Lakin o, tək getməmək üçün tanışları, Namiq və Seymura da onunla birlikdə Şəki rayonuna gedib-gəlmələrini xahiş etmişdir. Onlar da işlərinin olmadığını bildirib onunla razılaşmışlar. Onlar Gəncə şəhərindən çıxdıqdan sonra Yevlax rayonu ərazisindən keçib saat təxminən 16 radələrində Şəki şəhərinə getmişlər. Şəki şəhərinin girişində olan karantin postunda polis əməkdaşları avtomobili saxla işarəsini verib karantin rejimi ilə əlaqədar sənədlərini tələb etmişlər. Həmin vaxt polis əməkdaşlarından biri avtomobili qabağa sürməsini və arxadan gələn kamaz maşınlarına yol verməsini istəmişdir. Buna görə o, avtomobili bir qədər qabağa sürməyə başlamışdır. O, qarşıda olan dairədən geri, yəni posta tərəf hərəkət etmək istəyərkən postda olan polis əməkdaşlarının arxasınca gəldiklərini görmüşdür. O da, qarşıdakı dairədən geri dönərək posta qayıtmışdır. Posta çatarkən isə polis əməkdaşlarına sənədlərini təqdim etmişdir. Həmin vaxt bir neçə mülki geyimdə və bir neçə polis geyimində olan şəxslər ona yaxınlaşmış, bir neçə şəxs onun avtomobilinə oturaraq Şəki polisinə sürməsini tələb etmişlər. Onlar oradan Şəki polisinə gəlmişlər. O, orada onu nə üçün saxlamalarını soruşduqda polis əməkdaşları onu maşını sürüb qaçdığı üçün saxladıqlarını bildirmişlər. Bir qədərdən sonra onlar təhqiqatçının otağına düşmüşlər. Orada olanda polis əməkdaşları ona məxsus “Camel” markalı siqaret qutusunu göstərib demişlər ki, həmin siqaret qutusunun içərisində narkotik vasitə vardır. Həmin siqaret qutusu ona məxsus olsa da, həmin vaxt o, siqaret qutusunu avtomobilinə qoyduğuna görə Şəki polisində olarkən maşınının açarını, telefonunu, bir sözlə üzərində olan bütün əşyaları onun üzərindən götürüldüyündən, polis əməkdaşlarının siqaret qutusunu nə vaxt avtomobilindən götürdüklərini də görməmiş və hansı şəraitdə ona məxsus siqaret qutusunun içərisinə narkotik vasitə qoyduqları ona məlum olmamışdır. O, polislərə həmin narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, polislər ona “əgər həmin siqaret qutusunun içərisində olan narkotik vasitənin sənə məxsus olmasını bildirməsən o, zaman dostların da tutulacaq” deyə bildirmişlər. Buna görə o, dostlarının tutulmaması üçün məcbur olub polis əməkdaşlarına həmin narkotik vasitənin onun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının otağında müdafiəçi iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış, cibinə qoyduqları “Camel” markalı siqaret qutusunun içərisindən narkotik vasitə çıxmış və özləri sənədləşmə aparmaqla ona imza etdirmişlər. Dostlarını isə sərbəst buraxmışlar. O, iki gün saxlanıldıqdan sonra buraxılmışdır. 26 fevral 2021-ci il tarixdə o, evdə olarkən tanışı olan Ruslan adlı şəxs onun istifadəsində mobil telefon nömrəsinə zəng edərək həbsdə olan oğlunun pula ehtiyacı olduğunu ona bildirib ondan pul istəmişdir. O isə, ona səhər gəlib 50 manat köməklik edəcəyini bildirmişdir. Səhəri günü, yəni, 27.02.2021-ci il tarixdə o, Ruslanın evinə getmiş, Ruslan yataq xəstəsi olduğundan yerindən qalxa bilməmiş və heç bir hərəkət edə bilməmişdir. O, Ruslana 50 manat pul verib oğluna göndərməsini demişdir. Söhbət zamanı Ruslan ona bildirmişdir ki, son vaxtlar onun yaşadığı evə polis əməkdaşları gəlib-gedir. Daha sonra Ruslan telefonunda kontur olmadığını bildirib ondan telefonunu ona verməsini, kiməsə zəng edib evinə gələn polislərin kim olduğu ilə maraqlanacağını demişdir. O, telefonunu Ruslana vermiş və Ruslan da, onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən kiməsə zəng edib evinə gələn polislərin kim olduğunu soruşmuşdur. Lakin həmin şəxsin ona nə cavab verdiyini bilməmişdir. Onlar orada söhbət edərkən təxminən 10-15 dəqiqədən sonra Kəpəz RPİ-nin cinayət-axtarışın rəisi kimi tanıdığı Şahin adlı polis əməkdaşı, həmçinin adlarının bilmədiyi digər 3 nəfər polis əməkdaşı Ruslanın evinə gələrək onu saxlayıb Kəpəz RPİ-nə gətirmişlər. Kəpəz RPİ-nin inzibati binasında yuxarı mərtəbələrin birində onlar onun qolunu buraraq hansısa otağa salmış və guya onun cinayətkarlıqla məşğul olduğunu, şəhər ərazisində cinayətkarlığı təbliğ etdiyini ona bildirmişlər. Bundan sonra Şahin ona bildirmişdir ki, “ya sənə arvad paltarı geyindirib başına oyun açacağıq, telefonla kiminlə əlaqədəsənsə hamısını çağırıb üzünə qoyacağıq, ya da ki, narkotiki götürüb gedəcəksən”. Onlar ona təyziq göstərdikləri üçün, həmçinin arvad paltarı geyindirməmələri üçün narkotiki götürməyə razılaşmışdır. Belə ki, Şahin ona bildirmişdir ki, o, razılıq verdikdən sonra həm üzərindən, həm də yaşadığı evdən narkotik çıxaracaqlar. Bundan sonra bir ədəd büküm gətirib üzərinə qoymuşlar və bundan sonra müdafiəçi dəvət edib videoçəkilişlə üzərinə baxış keçirməyə başlamışlar. Həmin vaxt üzərindən onların qoyduqları narkotik vasitə çıxmışdır. Həmçinin çəkiliş zamanı narkotikin ona məxsus olmasını bildirmişdir. Bundan sonra Şahin və digər polis əməkdaşları ilə birlikdə yaşadıqları evə getmişlər. Həmin vaxt o, bilə-bilə Şahini aldadaraq Şahinə evin ikinci mərtəbəsində yerləşən özünə məxsus yataq otağını deyil, evin birinci mərtəbəsində yerləşən anasına məxsus yataq otağını göstərmiş və həmin yataq otağının ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahin həmin yataq otağına da narkotik vasitə qoyaraq qoyduğu yeri ona bildirmiş və çəkiliş zamanı həmin narkotik vasitəni özünün təqdim etməsini demişdir. Bundan sonra çəkiliş aparmağa başlamışlar və o, yenə də qorxduğu üçün Şahinin dediyi yerdən narkotik vasitəni götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bununla da çəkiliş başa çatmış və onu yenidən polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmadığını, iş üzrə Şahid9 məxsus mobil nömrədən onun istifadə etdiyi mobil nömrəyə SMS mətninin səhvən ona göndərildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfər vəzifəsində işləyir. Respublika ərazisində “Covid19” pandemiyası ilə əlaqədar, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, “Daş qaya” adlana yerin yaxınlığındakı xüsusi karantin tədbirləri ilə əlaqədar yaradılmış stasionar karantin postunda hər gün xidmət etmişdir. Həmin karantin postundakı vəzifəsi Şəki rayonunda qeydiyyatda olmayan, həmçinin xüsusi icazəsi olmayan şəxslərin Şəki rayon ərazisinə buraxılmaması olmuşdur. 23 dekabr 2020-ci il tarixdə xidmətdə olan zaman, Hundai İX35 markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin posta yaxınlaşmasını görmüş, bundan sonra həmin avtomobilə yaxınlaşıb sənədlərini təqdim etməklərini xahiş etmişdir. Həmin vaxt avtomobildə 3 nəfər oğlan var olmuşdur. Onlardan sənədləri təqdim etməklərini xahiş etdikdən sonra onlar sənədlərini bir qədər axtarmağa başlamışlar. Lakin bir neçə dəqiqə keçməsinə baxmayaraq onlar sənədləri təqdim edə bilməmişdir. Həmin avtomobilə görə tıxac yarandığını görüb avtomobili bir qədər irəlidə saxlamaqlarını və daha sonra sənədləri təqdim etməklərini xahiş etmişdir. Bundan sonra avtomobil bir qədər irəli gedib saxlamış və sürücü avtomobildən yerə düşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs hava yağı olduğuna görə “butkaya” yaxınlaşmış və ondan sənədləri təqdim etməsini xahiş etmişdir. Bundan sonra o, yenidən avtomobilin yanına getmiş, bir neçə dəqiqə sonra avtomobilin hərəkət edib oradan uzaqlaşmaq istədiyini görmüşdür. Bundan sonra isə xidməti avtomobil ilə onların arxasınca gedib saxla işarəsi verib avtomobili saxlamalarını demiş, onlar kənarlaşmaq istəmədiklərini, sadəcə avtomobil ilə geri qayıtmaq istədiklərini bildirmişlər. Həmin vaxt avtomobildə olan sürücü və sərnişinlərin gözlərinin qızartı olmasını, özlərini qəribə aparmaqlarını hiss edib onların narkotik vasitə istifadə etməklərindən şübhələnmişdir. Bundan sonra postda birgə xidmət etdiyi Şəki ŞRPŞ-nin DYPB-nin inspektoru Şahid2 bu barədə məlumat verdikdən sonra birlikdə Şəki ŞRPŞ-nin rəhbərliyinə hadisə barədə məruzə etmişlər. Bundan sonra həmin avtomobil ilə birlikdə hər üç nəfər şəxsi polis şöbəsinə dəvət etmiş və onlarda etiraz etməmişlər. Bundan sonra birlikdə Şəki ŞRPŞ-nə gəlib, raportla şöbə rəhbərliyinə məruzə etmişlər. Həmin şəxslərin üzərinə şəxsi axtarış və avtomobilə baxış keçirilmişdir. İlk olaraq müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən siqaret qutusunu, şalvarının cibindən isə mobil telefonu və avtomobilin açarını masanın üzərinə qoymuş və üzərinə əlavə heç bir əşya olmadığını bildirmişdir. Təhqiqatçı bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş və heç bir əşya yaxud predmet tapmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əşyaları təqdim etməsini xahiş edildikdə o, siqaret, mobil telefonu və açarı təqdim edib özünə məxsus əşyalar olduğunu demişdir. Təhqiqatçı siqaret qutusunun içərisinə baxdıqda içərisində 7 ədəd siqaret giləsinin olduğunu müəyyən etmişdir. Həmçinin həmin vaxt siqaret qutusunun içərisində arxa tərəfdə iki ədəd bükülünün olduğunu da müəyyən etmişdir. Bundan sonra həmin bükülülər açıldıqda içərisində narkotik vasitəyə oxşar kütlə olması müəyyən edilmiş və bu barədə Təqsirləndirilən şəxs sual verildikdə o, hər iki bükümün içərisində narkotik vasitə olduğunu, Gəncə şəhərində avtovağzaldan tapdığını, təxminən 10 ildir ki, özünün istifadə etdiyini, həmin narkotik vasitəni də tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin bükülülər və Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edildiyi üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi etirazının olub olmadığını soruşduqda o, heç bir etirazının olmadığını bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirən zaman orada qanunla qadağan edilmiş hər hansı əşya yaxud predmet aşkar edilməmişdir. Bundan başqa Şahid3 və Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş,lakin onların üzərində qanunla qadağan edilməyən hər hansı əşya olmamışdır. Həmin şəxslərin mobil telefonlarıda qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun dostudur. 23 dekabr 2020-ci il tarixdə dostu Nəzər mənə Namiq, o və Nəzər, olmaqla birlikdə Şəki şəhərinə getməyi təklif etmişdir. Həmin vaxt ondan Şəkiyə niyə getməyi soruşduqda o, atasının tanışının oğlunun Şəki şəhərində olan türmədə cəza çəkdiyini, ona yemək və digər zəruri əşyalar apardığını, lakin tək getmək istəmədiyini bildirmişdir. Həmin vaxt işi olmadığına görə onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Namiq və Nəzər birlikdə onun idarə etdiyi Hundai İX35 markalı avtomobil ilə Gəncə şəhərindən çıxıb Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə çatdıqda giriş hissədə, sonradan “Daş qaya” adlandığını eşitdiyi yerdə, karantin postunda sənədləri təqdim etmək üçün dayanmışlar. Həmin vaxt hava yağışlı olduğu üçün Nəzər avtomobildən düşüb polis əməkdaşının olduğu “butkaya” yaxınlaşmışdır. Onların icazə sənədləri olmadıqları üçün bu barədə rəhbərliklərinə məruzə edib avtomobil ilə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onların hər üçünün üzərinə eyni vaxtda, eyni otaqda iki dəfə şəxsi axtarış keçirmişlər. Təhqiqatçı ilk öncə onunda CM-nin 234.1-ci maddəsi ilə şübhəli bilindiyini bildirmiş, bundan sonra təkrar onun üzərinə yenidən şəxsi axtarış keçirmişlər. Lakin onun üzərindən qanunla qadağan edilməmiş hər-hansı əşya və ya maddə çıxmamışdır. Daha sonra onları MSY-nə aparmışlar. İki gün sonra Namiqi, onu buraxmışlar, Nəzəri isə bir gün sonra buraxacaqlarını bildirmişlər. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq özünün də narkotik vasitə istifadə etmədiyini, Nəzərin narkotik vasitə istifadə etməsindən xəbəri olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 27.02.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə idarənin əməkdaşı Şahid6 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin günü saat 19:30-da Nəzəri Gəncə şəhəri, N.Rəfibəyli küçəsində müəyyən edib saxlamışlar və özlərini təqdim etdikdən sonra Nəzərə narkotik vasitələri qanunsuz olaraq saxlamaqda, satmaqda və istifadə etməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Kəpəz RPİ-nə gəlməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə Kəpəz RPİ-nə getmiş və idarədə ona şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etməklə videoçəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmiş və onun üzərindən digər əşyalarla yanaşı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd içərisində siqaretlər olan siqaret qutusu, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik iç cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş kəskin iyli ilk baxışdan narkotik vasitə olan “heroin”-ə oxşar kütlə, həmçinin gödəkçəsinin sol iç yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş kəskin iyli ilk baxışdan narkotik vasitə olan “heroin”-ə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan kütlələr heroindir və 4-5 gün əvvəl heroini Bakı şəhəri Əhmədli deyilən yerdə tanışı İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxs ona pay vermiş, özü istifadə etməsi üçün üzərində saxlamış, satmaq fikrində olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmiş və Təqsirləndirilən şəxs, müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə Nəzərin razılıq ərizəsi əsasında onun yaşadığı Gəncə şəhəri, M.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı videoçəkilişdən də istifadə edilmişdir ki, Nəzər baxışa başlanılarkən bildirmişdir ki, evinə baxış keçirilməsinə ehtiyac yoxdur, yaşadığı evin ona məxsus yataq otağında narkotik vasitə olan heroin saxlayır və saxladığı heroini könüllü təqdim edəcəkdir. Daha sonra o, iştirakçıları fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən yataq otağına dəvət etmiş və otağın içərisindəki dolabın açıq rəfinin qarşısına qoyulmuş şüşə şirniyyat qabının içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdən aşkar olunan kütlə narkotik vasitə olan heroindir və 4-5 gün əvvəl narkotik vasitə olan heroini Bakı şəhəri Əhmədli deyilən yerdə tanışı İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxsdən bir qramını 30 manata almış, üzərindən aşkar olunan 2 bükümdə olan narkotik vasitə olan heroinləri də tanışı Baba ona pay vermişdir. Aşkar edilmiş kütlələr yuxarıda göstərilən şəxslərin iştirakı ilə tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayında CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Ailəlidir, ailə üzvləri yoldaşı Aynurədən, qızı Aytəndən, oğlu Kənandan ibarətdir ki, Kənan təxminən 8 il bundan qabaq həbs edilmiş və hal-hazırda da həbsdədir. Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır, əksinə olaraq münasibətləri həmişə yaxşı olmuşdur. Özü iki ilə yaxındır ki, yataq xəstəsidir. Sonuncu dəfə 2021-ci ilin fevral ayında o, evdə olarkən Nəzər ona baş çəkmək üçün onlara gəlmişdir. Həmin vaxt saat təxminən 15 radələri olardı. Bir qədər söhbət etdikdən sonra onun telefonu olmadığından Nəzərin telefonunu alıb qohumu Samirin hal-hazırda xatırlamadığı nömrəsinə zəng edərək onun üçün siqaret alıb gətirməsini xahiş etmişdir. Bundan təxminən 20-25 dəqiqə sonra Kəpəz polisinin əməkdaşları evinə daxil olmuşlar. Həmin vaxt Nəzər də onlarda olmuşdur. Polislər Nəzəri çölə çıxarmış, Şahin adlı polis əməkdaşı isə onun yanında qalaraq hansısa oğurluq hadisəsi ilə bağlı ondan söz soruşmağa başlamışdır. O isə, Şahinə heç bir məlumatının olmadığını demişdir, bundan sonra Şahin də onların evindən çıxıb getmişdir. Lakin Nəzər onun evinə qayıtmamışdır. Bundan təxminən 3-4 gün sonra eşitmişdir ki, Kəpəz polisi Nəzəri onun evindən tutaraq polisə aparmışdır və onu narkotikə görə həbs etmişlər. Lakin o bildiyinə görə həmin vaxt Nəzərin üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onların evinə gələrkən evdə arvadı Aynurə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, rəsmi olaraq hal-hazırda heç bir yerdə işləmir. Evdar qadındır. Şahid7 ilə 1993-cü ildə ailə həyatı qurmuşdur. Ruslan onlar ailə həyatı qurduqları vaxtlar avtomobil təmiri işi ilə məşğul olmuşdur. Lakin sonradan Ruslan narkotik vasitələrdən istifadə etməyə və narkotik vasitələrin aludəçisi olmağa başlamışdır. Ruslan müxtəlif vaxtlarda 3 dəfə narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. Onun oğlu Kənan Quliyev 7 il əvvəllər dostları ilə birlikdə Tərtər rayonunda oğurluq əməlləri törətdiyinə görə 9 il həbs cəzasına məhkum edilmişdir. Əri Ruslan təxminən 1 il yarımdır ki, yataq xəstəsidir. Gün ərzində Ruslan yataq xəstəsi olduğuna görə onu dostları yanına gəlib-gedir, lakin onun dostlarının dəqiq olaraq adlarını bilmir və bununla da maraqlanmır. O, Nəzərin onların evinə gedibgəldiyini görmüş, lakin Nəzərin və ya başqa şəxsin onun evindən tutularaq polislər tərəfindən aparılmasını görməmişdir. Polis əməkdaşları yalnız təxminən 2021-ci ilin may ayının ortalarında yaşadıqları evdə axtarış keçirilməsi üçün gəlmişlər. Həmin vaxt polis əməkdaşları ona Ruslanın narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli olduğunu demişlər. Onların yaşadıqları evdə axtarış keçirmiş, baxış zamanı Ruslanın yatdığı yataq otağından və yatağının ətrafından müxtəlif növlərdə adını bilmədiyi narkotik vasitələr, 16 ədəd mobil telefon, 3 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan bir qədər sonra isə Ruslanı narkotik vasitələrdən istifadə etdiyi üçün həbs etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, hazırda taksi fəaliyyəti ilə məşğuldur. Özü narkotik vasitə olan heroindən istifadə edir və həmin narkotik vasitəni bəzən dost və ya tanışlarından əldə edir. Lakin narkotik vasitələrin satışı ilə məşğul deyil. Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs Gəncə şəhərində “hörmətli” olan şəxs kimi tanıyır. O, taksi fəaliyyəti ilə məşğul olduğuna görə hazırda tanımadığı şəxslər tərəfindən ona maneələr göstərilməsi səbəsindən Nəzərdən ona köməklik etməsi üçün mesaj yazmışdır. Təxminən 2021-ci ilin mart ayında eşitmişdir ki, Nəzər narkotikə görə tutulub. Lakin Nəzərlə onun arasında narkotiklə bağlı heç bir münasibət olmamışdır. O, indiyə qədər Nəzərdən hər hansı bir narkotik vasitə əldə etməmişdir. Şahid9 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra ifadəsində göstərdiyi xüsusatları polis əməkdaşlarının onu incitməsi nəticəsində verdiyini bildirdi və həmçinin qeyd etmişdir ki, “BRAT SALAM QADAN ALİM. BƏRK AĞRİYİRAM TORPAĞİN VARSA BİR DÜZ - QOŞ ELİYƏRDİN VƏZYƏTDƏN ÇİXARDİM. BƏRK AĞRİYİRAM BRAT” mətinli sms-i o yazmamışdır. Şahid9 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “.............Təxminən 2021-ci ilin mart aında eşitmişdir ki, Nəzər də, narkotikə görə tutulmuşdur. Lakin Nəzərlə onların arasında narkotiklə bağlı heç bir münasibət olmamışdır. 2021-ci ilin fevral ayının 18-də istifadəsində olmuş ***-******* saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrəsinə “BRAT SALAM QADAN ALİM. BƏRK AĞRİYİRAM TORPAĞİN VARSA BİR DÜZ - QOŞ ELİYƏRDİN VƏZYƏTDƏN ÇİXARDİM. BƏRK AĞRİYİRAM BRAT.” məzmunda sms-i həqiqətən o yazmışdır. Yadına gəlir ki, həmin ərəfələrdə narkotik vasitə tapıb istifadə edə bilmədiyi üçün bərk ağrıyırdı və buna görə digər şəxslərlə yanaşı Nəzərə də sms yazaraq ona narkotik vasitə tapmasını xahiş etmişdir ki, istifadə etsin və ağrıları kəsilsin. Həmin sms-də “torpaq” dedikdə o, məhz narkotik vasitə olan heroini nəzərdə tutmuşdur. Lakin sonradan Nəzər ona narkotik vasitə tapa bilmədiyini demişdir. O, indiyə qədər Nəzərdən hər hansı bir narkotik vasitə əldə etməmişdir. Sadəcə Nəzər “ortalıq uşağı” olduğundan fikirləşmişdir ki, Nəzər kiməsə deyə bilər ki, ona narkotik vasitə versinlər. Təqsirləndirilən şəxs narkotik vasitə satması və ya istifadə etməsi barədə onun heç bir məlumatı olmamışdır”. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 27 fevral 2021-ci il tarixdə o, evdə öz otağında çarpayıda oturub Nəzərin cibləri sökülmüş paltarlarını tikən zaman evin həyətində səs-küy yaranmışdır. O, səs-küyə bayıra çıxan zaman iki nəfər mülki geyimli, iki nəfər xidməti geyimli şəxslər və Nəzərin əlləri qandallı onların yanında görmüşdür. Həmin vaxt polis əməkdaşları evə daxil olmuşlar, o, onlardan nə baş verdiyini xəbər alanda içərilərində Şahin adlı sarışın alçaq boylu polis əməkdaşı “oğlunu tutmuşuq, evdə də video görüntü ilə baxış keçirəcəyik” deyə bildirmişdir. Sonra onu otaqların birinə salıb bayıra çıxmasına mane olmuşdurlar. O, eşitmişdir ki, video çəkilişlə baxış Nəzərin otağında deyil, onun yataq otağında aparılır. Sonra ona otaqdan narkotik vasitə aşkarlandığını demişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o, Gəncə şəhər BPİ-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs narkotiklə bağlı saxlanılan zaman tanımış, həmin vaxt o, Gəncə şəhər Kəpəz rayon Polis idarəsinin CAŞ-nın rəisi vəzifəsində işləmişdir. Onun Nəzərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs Ruslan adlı şəxsin evinin yaxınlığında saxlamışlar. Ruslan adlı şəxs də narkotiklə bağlı tutulmuşdur. O, Təqsirləndirilən şəxs cibinə narkotik qoymamış və Təqsirləndirilən şəxs fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs narkotiklə bağlı saxlanılıb evinə baxış keçirilən zaman o da həmin evdə mühafizəni təşkil etmək məqsədilə olmuşdur. Onda Nəzərin narkotik saxlaması ilə bağlı məlumat olmayıb, ancaq onların əməkdaşlarında Nəzərin narkotik saxlaması, gəzdirməsi və dövriyyəsi ilə məşğul olması ilə bağlı məlumat olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 fevral 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, yaşadığı evdə saxlamaqda və alqı-satqısında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd içərisində siqaretlər olan “Kent” markalı siqaret qutusu, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan kiçik iç cibindən 1 ədəd ağ rəngli kağıza bükülmüş, narkotik vasitə olan “heroin”ə oxşar kütlə, gödəkçəsinin sol iç yan cibindən 170 manat nəğd pul, 1 ədəd şəffaf sellofona bükülmüş kəskin iyli ilk baxışdan narkotik vasitə olan “heroin”ə oxşar kütlə aşkar olunaraq götürülmüş, götürülmüş kütlələr aptek tərəzisində çəkilmiş, götürülmüş “heroin”ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş ağ kağız parçası ilə birlikdə 0,14 (sıfır tam yüzdə on dörd) qram, digər götürülmüş “heroin”ə oxşar 1 bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellofan ilə birgə 12,91 (on iki tam yüzdə doxsan bir) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd bükümlərdəki narkotik vasitəyə oxşar olan kütlələrin «heroin” və özünün narkotik vasitəsi aludəçisi olduğunu, həmin narkotik vasitəni 4-5 gün əvvəl Bakı şəhərində Əhmədli qəsəbəsində tanışı, İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxsin ona pay verdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 fevral 2021-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs evin yataq otağında narkotik vasitə olan “heroin” saxladığnı, evin 1-ci mərtəbəsindəki yataq otağında dolabın açıq rəfinə qoyulmuş şüşə şirniyyat qabının içərisindən 1 ədəd şəffaf sellofana bükülmüş, ilk baxışdan narkotik vasitə olan “heroin”ə bənzər kütləni təqdim etmiş, götürülmüş kütlə aptek tərəzisində çəkilmiş, narkotik vasitə “heroin”ə oxşar 1 bükümdə olan kütlənin çəkisinin bükülmüş şəffaf sallafanla birlikdə 147 (yüz qırx yeddi) qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə olan “heroin” olduğunu və 4-5 gün əvvəl narkotik vasitə olan heroini Bakı şəhəri Əhmədli deyilən yerdə tanışı İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxsdən hər bir qramını 30 manata satın aldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 08 iyun 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin disklərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* və ***-******* saylı mobil telefon nömrələrinə daxil olan və çıxan sms və zənglər öz əksini tapmışdır. - Gəncə şəhəri, Kəpəz rayonu, G.Ə.Şıxlınski küçəsi, ev 48-də qeydiyyatda olan Fuad Kazımovun adına rəsmiləşdirilmiş +**********76 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrəsinə 04.01.2021-ci il tarixdə saat 02:21:19-da “Qinamiram ayqa bunu yaxsi usagdi ey 3 gundu yatmir berk pati edir ozunden asli olmur”, saat 02:21:19-da isə “Bide cavidi dusurdende evlerine demisen ayqa pati verecey narmalni cekersen ay dost)” məzmunda sms göndərilmişdir. Gəncə şəhəri, Məhərrəmov küçəsi, ev 58-də qeydiyyatda olan Səbinə İbrahimovanın adına rəsmiləşdirilmiş +**********18 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* saylı mobil nömrəsinə 18.02.2021-ci il tarixdə, saat 23:50:46-da “BRAT SALAM QADAN ALİM. BƏRK AĞRİYİRAM TORPAĞİN VARSA BİR DÜZ - QOŞ ELİYƏRDİN VƏZYƏTDƏN ÇİXARDİM. BƏRK AĞRİYİRAM BRAT.” məzmunda sms göndərilmişdir. ***-******* saylı mobil telefon nömrəsindən 27.02.2021-ci il tarixdə, saat 17:16-da X7 adına rəsmiləşdirilmiş ***-******* saylı mobil telefon nömrəsindən zəng olunaraq 69 saniyə müddətində danışıq aparılmışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-******* və ***-******* saylı mobil telefon nömrələrinə daxil olan və çıxan sms və zənglərə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 28 fevral 2021-ci il tarixli 16/196 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd göy rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 12,486 qram, ümumi təmiz çəkisi 12,581 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 1 ədəd bükümdə heroinə bənzər kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 145,283 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Eləcə də tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 03 iyun 2021-ci il tarixli 6/2223 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEMnin “X19 N3” ştamp əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər maddə” sözlər və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə heroin və üzərində AR ƏN MEM-nin “X18 N1” ştamp əksi və “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr” sözlər və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə olan heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroinlərin ilkin tədqiqatı zamanı təmiz çəkiləri 23 dekabr 2020-ci il tarixli X11 17/643 saylı və 28 fevral 2021-ci il tarixli X10 16/196 saylı ekspert rəylərində göstərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin X11 24.12.2020-ci il tarixli 17/643 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0.161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçinin ekspertiza rəyindən görünür ki, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,105 qram olan maddə Azərbayan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (İ siyahı, İİ bənd, sıra №27) daxil olan-metamfetamindir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 mart və 20 iyul 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs döyülüb üzərinə narkotik vasitələr qoyulması ilə bağlı müraciətinə əsasən toplanmış 131-C-21 saylı və 145c-21 saylı materiallarda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin 15 fevral 2021-ci il tarixli 114 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış X6 Mərkəzinin 24.12.2020-ci il tarixli müayinənin nəticəsi məktubundan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı qanında amphetamin, marixuana və morfin pozitiv çıxmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhər Ruhi-Əsəb Dispanserin 10 mart 2021-ci il tarixli 1233 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin 10 mart 2021-ci 2020-ci il tarixli 147 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkiloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 12 may 2021-ci il tarixli 122-20548-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının, narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyətinin, həmçinin həmin şəxsin rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin əməliyyat yolu ilə müəyyən edilməsi mümkün olamışdır. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq ayrı-ayrı şəxslərə narkotik vasitə satması barədə məlumat daxil olmuş, lakin onun dəqiq olaraq kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qərarəndan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış küçirilməsinə dair Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid5 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 27 fevral 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 avqust 2021ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,111 qram, 12,481 qram və 145,233 qram narkotik vasitə olan heroin və təmiz qalıq çəkisi 0,085 qram psixotropmaddə olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, saxlanılması üçün Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş, 23.10.2020-ci il tarixdə və 27.07.2021-ci il tarixdə Şəki ŞRPŞ-də və Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış zamanı, həmçinin evinə baxış zamanı narkotik vasitə aşkar edilərkən istifadə edilmiş video çəkilişin iki ədəd “DVD” diski iş üzrə maddi sübut kimi tanınaraq işə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Nizami rayonu evlər üçlüyünün 12 fevral 2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası-X4 və bacısı-X2 ilə birlikdə ünvan 2 ünvanında yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 dekabr 2020ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və 25 dekabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 25 dekabr 2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 fevral 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan və 01 mart 2021-ci il tarixli Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həb qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin 25 yanvar 2021-ci il tarixli tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27.02.2020-ci il tarixli qərarına əsasən həmin hökm dəyişdirilib üzərində 02 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 29.07.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluq ödənilmədən yenidən qəsdən cinayət törətsə də Azərbaycan Respublikası 18.4.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun əməlində cinayətlərin residivi müəyyən edilə bilməz. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə və ya psixotrop maddə istifadəçisi olmamasına, polis əməkdaşlarının ona təsiri və təzyiqi nəticəsində ibtidai istintaq zamanı üzərindən və yaşadığı evdən ayrı-ayrı vaxtlarda aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını bildiməsinə, iş üzrə Şahid9 məxsus mobil nömrədən onun istifadə etdiyi mobil nömrəyə ünvanlanmış “BRAT SALAM QADAN ALİM. BƏRK AĞRİYİRAM TORPAĞİN VARSA BİR DÜZ - QOŞ ELİYƏRDİN VƏZYƏTDƏN ÇİXARDİM. BƏRK AĞRİYİRAM BRAT” mətnli SMS-nın səhvən ona göndərilməsinə, polis əməkdaşları tərəfindən Ruslan adlı tanışının evində saxlanmasına dair ifadələri şahidlərin ifadələri, şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən “DVD” disklərə baxış zamanı, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlara, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən (şahidlər anası X4 və tanışı Şahid9 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri Təqsirləndirilən şəxs münasibətdə) özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi həmin xüsusatlarla bağlı olaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarında olan 27 fevral 2021-ci il tarixli Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən video diskə baxış zamanı müəyyən edilir ki, təqsirləndirilən şəxs evə baxış keçirilməsi başlamazdan əvvəl polis əməkdaşlarına evə baxış keçirilməsinə ehtiyac olmadığını, yaşadığı evin yataq otağında heroin saxladığını və saxladığı heroini özünün gətirib təqdim edə biləcəyini bildirmiş, bundan başqa Təqsirləndirilən şəxsli hər iki epizod üzrə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Həmçinin, sözügedən prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, təqsidləndirilən şəxs həmin vaxt üzərindən aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin ona məxsus olmasını bildirmiş, o, yuxarıda qeyd edilən məsələlərlə razılaşmış və prosessual hərəkətin nəticəsinə dair protokolu imzalayaraq sözügedən halları təsdiq etmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qeyd edilən Qərarın 13-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bununla belə məhkəmə narkotik vasitələr 2 ay aralıqla olmaqla müxtəlif yerlərdə aşkar edilməsinə, müxtəlif növdə olmasına, təqsirləndirilən şəxsin vahid niyyətinin olmasına dair ifadəsinin olmamasına, narkotik vasitə olan heroinin kustar üsulla hazırlanmış olmasına və işin digər faktiki hallarına əsasən cinayət əməllərində təkrarlıq əlamətinin olması kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdarda olmasına, 2 fərli növdə, müxtəlif vaxtlarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar ediməsinə, cinayət işinin obyektik hallarına əsasən də təqsirləndirilən şəxsin təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıması və saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və evinə baxış zamanı videoçəkilişin görüntülərini özündə əks etdirən diskləri, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulması ilə bağlı 23 dekabr 2020-ci il tarxli “şübhəli şəxsin tutulması haqqında” protokolu, 25 dekabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarı, 27 fevral 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokolu və 01 mart 2021-ci il tarixli Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarını araşdırıb və Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində göstərilən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmasına və CM-nin 158.6-cı maddəsində göstərilən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməsinə dair tələbini rəhbər tutmaqla hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə 23 dekabr 2020-ci il tarixdən 25 dekabr 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək ümumi cəza müddətinə daxil edilməklə ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməli Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 27 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji Dispanserin 15 fevral 2021-ci il tarixli 114 nömrəli əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. MəhkəməAzərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar Gəncə şəhər BPİ-də saxlanılan təmiz qalıq çəkisi 0,111 qram, 12,481 qram və 145, 233 qram narkotik vasitə olan heroin və təmiz qalıq çəkisi 0.085 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 23 dekabr 2020-ci il tarixdə və 27 fevral 2021-ci il tarixdə Şəki ŞRPŞ-də və Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə baxış zamanı, həmçinin evinə baxış zamanı narkotik vasitə aşkar edilərkən istifadə edilmiş 2 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfi olan 215,50 (iki yüz on beş manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 dekabr 2020-ci il tarixdən 25 dekabr 2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət təyin edilən ümumi cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Gəncə şəhər BPİ-də saxlanılan təmiz qalıq çəkisi 0,111 qram, 12,481 qram və 145, 233 qram narkotik vasitə olan heroin və təmiz qalıq çəkisi 0.085 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 2 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 215,50 (iki yüz on beş manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-70/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-70/2022
15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver