Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-70/2024 04.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Samux rayonu, Qarayeri qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Samux rayonu, Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə bir ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 2,556 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 16 yanvar 2023-cü il tarixdə saat 13:10-da Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində yaşadığı evin qarşısında Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib şəxsi axtarış aparılan zaman üzərində saxladığı 2,556 qram çəkidə külli miqdar hesab olunan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin ondan aşkar edilmiş, əməliyyat tədbirlərinin davamı kimi həmin gün, yəni 16 yanvar 2023-cü il tarixdə saat 15:40-da isə yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilərkən evin həyətində saxlanc yeri hesab edilən anbardan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı sintetik bazar çantasında təmiz çəkisi 6760 qram olmaqla külli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, fərdi yaşayış evinin mətbəx otağında olan şkafdan isə 5 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,38 qram, 1,22 qram, 1,50 qram, 1,26 qram, 1,05 qram olmaqla, ümumi təmiz çəkisi 6,41 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 3 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,046 qram, 0,039 qram, ümumi təmiz çəkisi 0,190 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, ona elan edilmiş ittihamda göstərilən narkotik vasitələr ona məxsus deyil. Ona elan edilmiş ittihamda göstərilmiş onun üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələri polis əməkdaşları qoymuşlar. Onu Samux Rayon Polis Şöbəsinə apardıqdan sonra ona fiziki təzyiq göstərmişlər ki, həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsin. O da məcbur olub ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. O, əvvəllər narkotik vasitə qəbul etmişdir, ancaq aşkar olunan narkotik vasitələr ona aid deyil. Ona görə də ifadəsində göstərdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 16 yanvar 2023-cü il tarixdə verdiyi izahatında, daha sonra isə 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən və 18 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. İstifadəsində ***-***-**-** saylı mobil nömrə vardır. 2007-ci il tarixdə Rusiyada olan zaman Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228-1-ci maddəsinin 2-ci hissəsinin “B” bəndi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkim edilmiş, 2011-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. 2012-ci il tarixdə isə Azərbaycan Respublikasına gəlmişdir. İlk dəfə marixuanadan 17 yaşı olan zaman Rusiyada istifadə etmiş, sonradan mütəmadi olaraq istifadə etməyə başlamışdır. Narkotik vasitələrin hal-hazırda aludəçisidir. 5-6 ay bundan əvvəl isə narkotik vasitə olan metamfetamin istifadə edirmiş. 2022-ci ilin yay aylarının xatırlamadığı günündə Kür çayının Samux rayon ərazisindən keçən hissəsindən narkotik tərkibli çətənə kollarını yığmış, həmin çətənə kollarını yaşadığı evdə, evin həyətində yerləşən saxlanc yeri olan anbarda qurudaraq özü üçün istifadə etmək məqsədilə saxlamışdır. Bundan başqa son 5- 6 ay olar ki, metamfetamin istifadə etməyə başlamışdır. Təxminən 10 gün bundan əvvəl yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində küçənin başında zibil qutusuna zibil atmaq məqsədilə getmiş, həmin ərazidə xatırlamadığı yerdə sellofan bükülü görmüşdür. Onda maraq oyatdığından həmin bükülünü götürüb açdıqda metamfetamin olduğunu görmüş və özü üçün istifadə etmək məqsədilə cibinə qoymuş və özü ilə evə gətirmişdir. 16 yanvar 2023-cü il tarixdə həmin metamfetamini yaşadığı evdə mətbəxdə gündəlik istifadə etmək üçün bir neçə ədəd siqaret falqalarına bükmüş, qalan hissəsini istifadə etmək məqsədilə əynində olan tünd göy rəngli şalvarının cibinə qoymuşdur. Təxminən saat 14 radələri olarmış ki, küçəyə siqaret çəkməyə çıxmışdır. Yaşadığı evin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib demişlər ki, onlarda barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı vardır. Buna görə də ona təklif etmişlər ki, onlarla birlikdə Samux Rayon Polis Şöbəsinə getsin. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Samux Rayon Polis Şöbəsinə getmişdir. Samux Rayon Polis Şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil X3 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə, psixotrop maddə olub-olmamasını, əgər varsa təqdim edilməsini təklif etmişlər. O da həmin vaxt əynində olan tünd göy rəngli şalvarın sağ yan cibində olan şəffaf sellofana bükülmüş bükülünü təqdim etmiş və psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra həmin bükülüyə baxış keçirilmiş, həmin bükülüdən psixotrop maddə olan metamfetamin çıxmışdır. Həmin metamfetamin elektron tərəzidə çəkilmiş və 2.67 qram olmuşdur. Həmin büküm ağ kağız zərfə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı ona başqa yerdə də narkotik narkotik vasitə, psixotrop maddə saxlayıb-saxlamadığını soruşmuşlar. Həmin vaxt bilmişdir ki, yaşadığı evə baxacaqlar deyə, polis əməkdaşlarına evində narkotik vasitə, psixotrop maddə saxladığını səmimi etiraf etmiş və evinə baxış keçirilməsi üçün heç bir narazılıq etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə xidməti avtomobillə yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişdir. Təxminən saat 15:30 radələrində onlar evə çatmışlar. O, yaşadığı evə baxış keçirilməsi üçün etiraz etməməsi barədə rəsmi ərizə yazmış və dövlət hesabına təyin edilmiş müdafiəçi Fuad Ağazadə və polis əməkşdaşları ilə yaşadığı evin həyətinə daxil olmuşlar. Evə baxış keçirilən zaman valideynləri evdə yox imiş. Yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evin həyətində videoçəkiliş başlanmışdır. Videoçəkiliş başlayandan sonra o, Kür çayının Samux rayon ərazisindən keçən hissəsindən narkotik tərkibli çətənə kollarını yığıb qurudaraq saxlanc yeri olan anbarda saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın və yaşadığı evin mətbəx otağında olan şkafdan isə 5 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,38 qram, 1,22 qram, 1,50 qram, 1,26 qram, 1,05 qram, ümumi təmiz çəkisi 6,41 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və 3(üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,046 qram, 0,039 qram ümumi təmiz çəkisi 0,190 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin olduğu yeri təqdim etmişdir. Bundan sonra kütlələr qablaşdırılaraq götürülmüşdür. O göstərmişdir ki, onlardan heç kimə narkotik vasitə, psixotrop maddə verməmiş, satmamış, belə məqsədi də olmamışdır (iş vərəqə: cild İ, səh.37, 57-60, 72-76). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid10 Sabir oğlu ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən "xxxx" MMC-də sürücü vəzifəsində çalışmışdır. Onun Samux rayonu, Qaraarx kəndində qohumları yaşayır. O, hərdən həmin kəndə gedib-gəlir. O, həmin kənddə Yusif adlı bir şəxslə tanış olmuşdur. Sonuncu dəfə o, Yusiflə Samux rayonu, Qaraarx kəndində görüşərkən Yusif mobil telefonu olmadığı üçün onun mobil telefonunu istəmişdir. O telefonunu vermişdir. Yusif ondan ya kontura pul istəyirmiş, ya da kiminləsə danışırmış. Sonradan ona məlum olmuşdur ki, Yusif onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəhruz adlı şəxslə danışmışdır. O, Bəhruz adlı şəxsi tanımır, onun mobil telefonu ilə Yusif çox güman ki, danışıb. Yusif özü əvvəllər narkotik üstündə tutulmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri satış məqsədilə əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 16 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid9 və Sərxan Sadıqovla birlikdə Samux rayonu, Qarayeri qəsəbəsi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı evinin yaxınlığında olması müəyyən edilmişdir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satış məqsədilə əldə etməsi, gəzdirməyi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onlarla Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlarla Samux Rayon Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və müdafiəçi ilə təmin edilmişdir. Sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs cibində olan şəffaf sellofan bükülünü təqdim edərək metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddə tərəzidə çəkilmişdir. Həmin maddənin çəkisi təxminən xatırladığı qədər 2 qramdan çox olmuşdur. Sonra həmin maddə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, 10 gün əvvəl yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində küçənin başında zibil qutusuna zibil atmaq məqsədilə gedərkən, həmin ərazidə xatırlamadığı yerdə tapdığını və özü ilə evə gətirdiyini demişdir. O, evdə mətbəxdə gündəlik istifadə etmək üçün bir neçə ədəd siqaret falqalarına bükdüyünü, qalan hissəsini istifadə etmək məqsədilə cibinə qoyduğunu, həmçinin yaşadığı evin həyətində yerləşən anbarda qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə xidməti avtomobillərlə Təqsirləndirilən şəxs yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evinə gedilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə yaşadığı evin otaqlarına və yardımçı tikililərə baxış keçirilməsinə və götürmə aparılmasına icazə verməsi barədə ərizə təqdim etmişdir. Video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs göstərməsinə əsasən fərdi yaşayış evinin həyətində saxlanc yeri hesab edilən anbara baxış keçirilmiş və baxış zamanı anbarın daxilində taxta şkafın arxasına qoyulmuş 01 ədəd sintetik çantanı Təqsirləndirilən şəxs göstərərək həmin çantanın içərisində narkotik vasitə marixuana olduğunu demişdir. Kütləyə baxış zamanı kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya oxşar olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 7065 qram olması müəyyən edilmişdir. Çantada olan maddə qablaşdırılmış, üzərinə qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yardımçı tikiliyə baxış keçirilmişdir, ancaq heç bir şey aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx otağında şkafda əlavə olaraq psixotrop maddə - metamfetamin və kibrit qutularında qurudulmuş marixuana olduğunu bildirmişdir. Mətbəx otağına baxış zamanı mətbəx şkafının sol tərəf qapısından 5 ədəd kibrit qutusu və 3 ədəd siqaret bükümləri aşkar edilmişdir. Həmin kibrit qutularının içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya və 3 ədəd siqaret bükümlərinin içərisində psixotrop maddə olan metamfetaminə oxşar maddələr olduğu müəyyən edilmişdir. Həmin maddələr kağız zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış və yaşadığı evində baxış keçirilərkən ona qarşı hər hansı fiziki, psixi və ya digər təsir, təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 və X5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir. Bir neçə dəfə oğlunu müalicəyə aparsa da, hələ ki, nəticəsi olmamışdır. 16 yanvar 2023-cü il tarixdə saat 11 radələrində o, yaşadığı qəsəbənin baş tərəfində yerləşən kənd arasında “Novruzun çayçısı” adlanan çayxanada olmuşdur. Yaşadığı küçədən səs-küy gəldiyini eşidib tez evə getmişdir. Evə gedən zaman görmüşdür ki, oğlu Bəhruzu mülki paltarda olan şəxslər tutaraq maşına mindirib aparmışlar. O, çatana kimi onlar artıq getmişdirlər. Bir qədər keçdikdən sonra o, arvadı Baharla evdə olan zaman mülki formada şəxslər onların yaşadığı evə gələrək polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və demişlər ki, Təqsirləndirilən şəxs evinə baxış və axtarış keçiriləcəklər. Onlar da etiraz etməmiş və evdən çıxmışlar ki, evə baxış keçirtsinlər. Polis əməkdaşları oğlu Bəhruzla birlikdə yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evinə baxış keçirib çıxıb getmişlər. Həmin günün axşamı onlar evdə oturub televizora baxan zaman görmüşlər ki, onun evindən çəkiliş zamanı 7 kiloqramdan artıq narkotik vasitə marixuana aşkar edilmişdir. Oğlunun yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evinin həyətində olan anbarda və yaşadığı evdə nakotik vasitə gizlətməsi barədə xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onu polis şöbəsinə çağıraraq Təqsirləndirilən şəxs tanıyıbtanımadığını soruşmuşlar. O, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs telefonundan onunla mobil telefonla danışdığının müəyyən olunduğu ona bildirilmişdir. O özü əvvəllər Rusiya Federasiyasında narkotik vasitələrlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə baxışı zamanı Şahid5 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə hazırki cinayət işi üzrə məhkəməyədək icraat zamanı 17 mart 2023-cü il tarixdə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid5 məhkəməyədək icraat zamanı 17 mart 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 2022-ci ilin yay aylarında narkotik vasitə olan heroindən bir dəfə istifadə etməklə ondan asılı vəziyyətə düşmüş, həmin vaxtdan da narkotik vasitələrin aludəçisi olmuşdur. Hal-hazırda Gəncə Şəhər Narkoloji kabinetdə qeydiyyatda olmaqla müalicə alırmış. Onun anası X2 adına ***-***-**-** saylı mobil nömrəsi var, ancaq həmin nömrəni o, istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, belə ki, o da qəsəbə sakinidir. O, narkotik vasitə istifadəçisi olduğundan tələbatları var imiş, bir dəfə kənd camaatından xəbər almışdır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur. Buna görə də o, 2022-ci ilin sentyabr ayının xatırlamadığı bir günündə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq ondan narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs da ona demişdir ki, onda da qurtarıb əldə edən kimi ona da verəcəkmiş. Təqsirləndirilən şəxs ona “travmal” adlı dərman vərəcəkmiş, çünki onun bərk ağrıları var imiş, güya həmin dərman ona köməklik edəcəkmiş. Təqsirləndirilən şəxs onu 3 gün süründürmüş, belə ki, o, tapıb ona verə bilmirmiş, 3 gündən sonra onunla qəsəbədə zəngləşib görüşmüş və ona 15 manat qarşılığında “Travmal” adlı dərman vermişdir. Bundan sonra onunla əlaqə saxlamamışdır. Onun narkotik vasitə aludəçisi olduğunu evdən bilən zaman anası onu 2022-ci ilin dekabr ayından Gəncə şəhərində yerləşən Narkoloji dispanserə yerləşdirmişdir. O, 15 gündən bir olmaqla dispanserdə 15 gün qalır. O, daha narkotik vasitə istifadəçisi deyil, artıq o, müalicə olunmuş, hal-hazırda da müalicə olunurmuş. O, Təqsirləndirilən şəxs ancaq bir dəfə, yəni 2022-ci ilin sentyabr ayınının xatırlamadığı bir günündə “Travmal” adlı dərman almış, daha əvvəl və sonra onunla danışmamış, narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs ona satmış olduğu “Travmal” adlı dərman tramadoldur, hal-hazırda ona dispanserdə həmin dərmanın iynəsini vururlarmış (iş vərəqə: cild İ, səh.171-173). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, taksilik fəaliyyəti ilə məşğul olur. Onun Təqsirləndirilən şəxs ilə arasında telefon danışığının olması onun Təqsirləndirilən şəxs saxladığı quşlarına dən aparması ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona quşlar üçün dən almasını tapşırmış, o da dən alıb aparmışdır. O özü əvvəllər narkotik vasitə istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib-etmədiyini bilməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Məhkəmə baxışı zamanı Şahid6 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə hazırki cinayət işi üzrə məhkəməyədək icraat zamanı 19 mart 2023-cü il tarixdə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şahid qismində dindirilməsinə dair cinayət işinin materiallarında olan həmin protokol elan olunmaqla tədqiq edilmişdir. Şahid6 məhkəməyədək icraat zamanı 19 mart 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadəsində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, aradabir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə vardır, həmin nömrə ilə o, Təqsirləndirilən şəxsla bir neçə dəfə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə aulədçisi olduğunu, həmçinin satışı ilə məşğul olmasını kənd camaatından eşitmişdir. 2022-ci ilin yay aylarında xatırlamadığı bir günündə o, Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq ondan bir qədər nəşə istəmişdir. O, Təqsirləndirilən şəxs ancaq bir siqaret miqdarında istəmiş, Təqsirləndirilən şəxs da ona 10 manata satdığını demişdir. Təqsirləndirilən şəxsla razılaşandan sonra ona “vatsap” proqramında yazaraq bir kart nömrəsi atmış, ancaq seriya kodunu xatırlamırmış, çünki həmin vaxt 10 manat pulu yükləyəndən sonra silmişdir. Təqsirləndirilən şəxs nəşəni qəsəbədə xatırlamadığı bir ağacın dibində olan bir daşın altına qoymuşdur, o, gedib daşın altından götürmüş və təkcə olaraq istifadə etmişdir. O, Təqsirləndirilən şəxs ancaq bir dəfə, 2022-ci ilin yay aylarında xatırlamadığı bir günündə nəşə almış, hal-hazırda o, narkotik vasitə istifadə etmir, keçən il müalicə almışdır (iş vərəqə: cild İ, səh.174-176). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onu şahid qismində Polis Şöbəsinə çağırmışlar və ondan Təqsirləndirilən şəxs tanıyıb-tanımadığını soruşmuşlar. Ondan Təqsirləndirilən şəxs nəyə görə zəng etdiyini soruşulmuşdur. O isə demişdir ki, Təqsirləndirilən şəxsla bir kənddə yaşayırlar, ona görə də münasibətləri var. Təqsirləndirilən şəxs satdığı torpaqla əlaqədar zəng edib danışmışdır. O özü əvvəllər bir dəfə narkotik vasitə qəbul etmişdir. Lakin onun narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxsla danışığı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotiklə əlaqəsinin olub-olmadığını da bilmir. O özü əvvəllər narkotik vasitə qəbul etsə də, Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə qəbul etməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında o, həqiqi hərbi xidmətə getmiş, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Həqiqi hərbi xidmətə getməmişdən əvvəl öz adına ***-***-**-** saylı mobil nömrə almışdır. O, 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedən zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefonla bərabər evdə qoyub getmişdir. Həmin vaxt onun mobil telefonunu evdə istifadə ediblərmiş. O, həqiqi hərbi xidmətdən gəldikdən sonra həmin mobil nömrəni özü istifadə etməyə başlamışdır. O, Samux rayonu, Qarayeri qəsəbə sakini Təqsirləndirilən şəxs tanımır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 yanvar 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd şəffaf sellofan bükümdə 2,67 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 yanvar 2023-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilərkən evin həyətində saxlanc yeri hesab edilən anbardan sintetik bazar çantasında qurudulmuş marixuanaya oxşar maddə, fərdi yaşayış evinin mətbəx otağında olan şkafdan isə 5 (beş) ədəd kibrit qutularında qurudulmuş marixuanaya bənzər maddələr və 3 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə psixotrop maddə - metamfetaminə oxşar maddələr aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.35-36). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə bioloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 16/82 nömrəli rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdəki 5 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 1,38 qram, 1,22 qram, 1,50 qram, 1,26 qram, 1,05 qram, ümumi təmiz çəkisi 6,41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 2,556 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdəki 3 (üç) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,105 qram, 0,046 qram, 0,039 qram, ümumi təmiz çəkisi 0,190 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan sintetik bazar çantasında təmiz çəkisi 6760 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd bazar çantasında olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.41-44). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilən narkotik vasitəni tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli, 41 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad edilən hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq, ona istinad edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: -Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə adi psixi emosional vəziyyətdə olmuşdur (iş vərəqə: cild İ, səh.192-195). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 mart 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, "xxxx" Telekom MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan nömrələrin zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatlara dair göndərilmiş 1 (bir) ədəd CD diskə baxış keçirilərkən aşağıdakı SMS mətnləri aşkar edilmişdir: -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Metadon nazim qaqa qəndjiə meti braxan Nazim”, -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Qardaş səndən bir xahiş edim, nə olar əgər bayram ordadısa nolar 2 ma”, -**********76 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Qaqa menem Yusif yene 20 manadlıq götürmək olar”, -**********34 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Kartın nomresın at qaqa sıldım bayax”, -Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrə ilə **********34 saylı mobil nömrəyə “Gotur daaa ..... xebe ele, tezol gedirem”, -Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrə ilə **********34 saylı mobil nömrəyə “**********128580 kapital”, -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Məni and verirəm Allaha ağrıyıram, nolar 10 var mənə yardım et”, -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Ay qardaş ağrıdan ölürəm gəl 1 dənə dərmanınıda ver ölürəm qardaşım”, -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Qaqa 8 man var, qardaşımsan hara gəlim ağrıyıram”, -**********43 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “burda qalmışam hara gəlim, bərk ağrıyıram aç”, -**********43 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “zeng vur 30 man var vurum karta”, Təqsirləndirilən şəxs cavabında isə “Hə vur amma 1 saata gələcək”, -**********43 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “yarım karopqa yaxsı nəyşə var, o atdelni yarı patı istəyir, 30 manat da vursam gele bilərsənmi”, -**********04 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “duran kımı mene zeng vur yeke kişisen, bele hereket eleme, ağrı bbilirsən nədi sənə nə pislik elemışem ki, açmırsan telefonu, pul da var zeng vur duranda kişisen”, -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Ay Bəhruz bir trupkanı götür dana qaqa lap falqannan zadan varsa yaz”, -**********76 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “ay yetım qolada var”, -**********43 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “2 karopqa ot var yaxşı”, -**********70 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan **********84 saylı mobil nömrəsinə “Evə gələndə xəbər elə gəlim 10 kola götürüm mən hazıram” (iş vərəqə: cild İ, səh.159-169). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 2,456 qram maddə olan psixotrop maddə - metamfetamin, 0,160 qram maddə olan psixotrop maddə - metamfetamin, 5 (beş) ədəd kibrit qutularında 6,16 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd 6759,8 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Samux Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, yaşayış sahəsinə baxış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alındığı 2 (iki) ədəd “DVD” disk, "xxxx" MMCdən göndərilmiş bir ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.199-215). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.25). Cinayət işinin materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 16 yanvar 2023-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.87-88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Samux rayonu, Qarayeri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ, səh.127). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmiş, bundan başqa “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur, eynilə “metamfetamin” psixotrop maddəsi də külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmasına dair göstərdiyi halların araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında X4 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanına aid hər hansı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində ona elan edilmiş ittihamda göstərilən narkotik vasitələrin ona məxsus olmaması, onun üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələri polis əməkdaşlarının qoymalarına dair, Samux Rayon Polis Şöbəsində ona fiziki təzyiq göstərilməsinə və onun məcbur olub narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsinə dair göstərdiklərini məhkəmə onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində həmin göstərdikləri cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs evində baxış, həmçinin üzərində şəxsi axtarış zamanı prosessual hərəkətlər videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 16 yanvar 2023-cü il tarixdə verdiyi ilkin izahatından başqa, 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə 18 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən o, hər dəfə törətdiyi cinayət əməlini etiraf etmişdir. İlkin ibtidai araşdırma zamanı onun evində baxış və üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitələri tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin “ibtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan etmək haqqında protokol”dan və “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokol”dan da görünür ki, həmin prosessual hərəkətlər zamanı da təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs heç bir etiraz və vəsatətinin olmadığın bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, “Baxış keçirilməsi haqqında”, “Şəxsi axtarış aparılması haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi sübut növü kimi qəbul edilmir, onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri cinayət işinin bütün materialları və digər sübutlarla təsdiq olunduğundan ibtidai istintaqda verdiyi ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etməsi qənaətinə gələrkən onun evindən aşkar edilmiş 6 (altı) kiloqramdan çox narkotik vasitə olan marixuananın külli miqdar həddindən dəfələrlə çox olmasını, üzərindən və evindən aşkar edilmiş həmin maddələrin müxtəlif növlərdə olmasını, həmçinin evindən xırda bükümlərdə narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsini, eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə gəlmiş sms mətnlərinin təhlilinə əsasən Təqsirləndirilən şəxs müxtəlif şəxslərin narkotik vasitə alması üçün zəng etmələri, sms mesajlarının yazıldığını, həmçinin bank hesab kartlarının nömrələrinin də pulun köçürülməsi üçün mesajla göndərilməsini və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Məhkəmə eyni zamanda şahidlər Şahid5 və Şahid6 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışını təsdiq edən ifadələr vermələrinə baxmayaraq, həmin şahidlərin məhkəmədə verdikləri fərqli ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidlərin ifadələrindən göründüyü kimi, onlar Təqsirləndirilən şəxsla yaxın münasibətləri olan şəxslər olduğundan açıq məhkəmə iclası şəklində keçirilən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslə birlikdə məhkəmə prosesində iştirak etdiklərindən məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadələr verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidlərin məhkəməyədək icraat zamanı ifadələrində göstərdikləri cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edildiyindən həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıyıb saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü tarixdə şübhəli şəxs qismində tutularaq, Samux Rayon Məhkəməsinin 18 yanvar 2023-cü tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 128 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkiləri 2,456 qram maddə olan psixotrop maddə - metamfetamin, 0,160 qram maddə olan psixotrop maddə metamfetamin, 5 (beş) ədəd kibrit qutularında 6,16 qram narkotik vasitə olan qurudulmuş marixuana və 6759,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 16 yanvar 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Samux Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkiləri 2,456 qram maddə olan psixotrop maddə - metamfetamin, 0,160 qram maddə olan psixotrop maddə - metamfetamin, 5 (beş) ədəd kibrit qutularında 6,16 qram narkotik vasitə olan qurudulmuş marixuana və 6759,8 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd DVD disk və bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-70/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-70/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver