Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-70/2025 17.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X4 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2amış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan 01 ədəd qara rəngli polietilen kəsiyi bükümündə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 7,024 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, barəsində daxil olmuş məlumat əsasında 20 may 2023-cü il tarixdə saat 19:40-da Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış, polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,024 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15-16 radələrində avtomobilini yudurtmaq üçün yaşadığı Gəncə şəhəri, Vəli Xuluflu küçəsində “xaraba yeri” adlanan ərazidəki avtomobil yuma yerində olduğu zaman dostu Vaqif ona zəng edib dalaşdığını deyərək harada olmağını soruşmuşdur. O, Vaqifə yerini deyərək yanına gəlməsini bildirmişdir. Bir qədər sonra Vaqif onun yanına gəlmişdir. O, Vaqifə dalaşdığı digər tərəfi bura çağırmağı və barışmalarını demişdir. O, Vaqiflə bir neçə dəqiqə söhbət etdikdən sonra sonuncu əsəbiləşib getmiş, o isə avtomobil yuma yerinə keçmişdir. Bir qədər sonra çöldə əl qumbarası partlamışdır. Hadisə yerinə Elşən müəllim və digər polis əməkdaşları gəlmişdir. Polislər onun avtomobilini yoxlamış, lakin heç nə aşkar etməmişlər. Polis əməkdaşları onu əvvəlcə 2-ci polis şöbəsinə aparmışlar. Şöbədə təxminən 1 saat saxlanıldıqdan sonra onu yenidən hadisə yerinə aparmışlar. O, həmin vaxt nə üçün yenidən hadisə yerinə aparıldığını soruşduqda, partlayış zamanı qəlpələrin avtomobilinə dəydiyini və hadisə yerinin ekspert tərəfindən müayinə ediləcəyini demişlər. xx.xx.2023-cü il tarixdə axşam saat 8-ə işləmiş onu yenidən hadisə yerinə gətirmişlər və orada araşdırma aparılmışdır. Bundan sonra axşam saat 11 radələrindən Elşən müəllimin “AP” markalı xidməti avtomobili ilə yenidən 2-ci polis şöbəsinə aparılmışdır. Şöbədə olarkən onun zərərçəkmiş şəxs kimi izahatının alınacağını demişlər və ertəsi gün Gəncə şəhər Baş Polis İdarəsində Samir müəllim tərəfindən izahatı alınmışdır. Bundan sonra onu yenidən 2-ci polis şöbəsinə gətirmişlər. Şöbədə zərərçəkmiş şəxs olduğunu demişlər. O, nə üçün buraxılmadığını soruşduqda polislər Vaqif gəlməyəcəyi halda onu buraxmayacaqlarını demişlər. Bundan sonra Anarı polis şöbəsinə gətirmişlər. Onlar Ramin müəllimin və Şahin müəllimin telefonları ilə Vaqifə zəng edib şöbəyə gəlməsini demişlər. Vaqif isə şöbəyə gələcəyi təqdirdə onu narkotiklə yükləyəcəklərini demiş, o, isə gəlməli olduğunu, onların heç bir təqsiri olmadığını demişdir. Vaqif şöbəyə gəlmədiyi üçün sonuncunun valideynlərini və həyat yoldaşını şöbəyə gətirmişlər. Ailəsini gətirdikləri üçün Vaqif şöbəyə gəlmişdir. Bundan sonra Şahin müəllim və digər əməliyyatçılar onun əlini arxadan bağlayıb təzyiq göstərmişlər və narkotik vasitəni üzərinə götürməli olduğunu demişlər. O, polislərə şəhid övladı olduğunu və bunun ona yaraşmayacağını demişdir. Polislərə etiraz edən zaman onun qarşısına qırmızı rəngli qadın paltarları qoymuşlar, narkotik vasitəni qəbul etməyəcəyi halda həmin qadın paltarını geyindirib şəklini çəkəcəklərini və sosial şəbəkədə yayacaqlarını bildirmişlər. O isə bunu şəxsiyyətinə sığışdırmadığı üçün narkotik vasitəni üzərinə götürmüş və polislərin dedikləri bütün sənədləri imzalamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən ona göstərilən təzyiqlə bağlı valideynləri və özü Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayətlər etmişlər. Polis əməkdaşlar onu döyməmiş, sadəcə psixoloji təzyiq göstərmişlər. O, hadisə yerindən getdikdən sonra Anar ona zəng edib Elşən müəllimin və Dilqəm müəllimin hadisə yerində olduqlarını, oranı partlatdığı üçün onu axtardıqlarını demişdir. Bundan sonra o, hadisə yerinə qayıtmış və polislərə Elmir adlı şəxsin əl qumbarası atıb oranı partlatdığını demişdir. Elşən müəllimin tapşırığı ilə axşam saat təxminən 8-ə işləmiş onu polis əməkdaşları avtomobilləri ilə 2-ci polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərini axtarıb növbətçi otağının arxasındakı otağa salmışlar. Təxminən bir saat orada saxlanıldıqdan sonra yenidən polis əməkdaşları onu hadisə yerinə gətirmişlər. O, nə üçün hadisə yerinə qayıtdığını soruşduqda ekspertin gəldiyini, qumbaranın qəlpələrinin onun də avtomobilinə dəydiyini, buna görə orada olmalı olduğunu demişlər. O, hadisə yerinə gəldikdən sonra ekspert tərəfindən fotoşəkillər çəkilmişdir. O, Elmir adlı şəxsi taınmamışdır. Axşam saat 9 radələrində hadisə yerinə gətiriləndə Elşən müəllim və Baş Polis İdarəsinin əməkdaşı Tural müəllim də orada olmuşdur. Onun mobil telefonu olmuşdur. Hadisəni törədən şəxsin arxası ilə qaçdıqdan sonra hadisə yerinə qayıdan zaman telefonu avtomobilində zaryatkada olmuşdur. Həmin telefonunu Elşən müəllim götürmüş və sona kimi də telefonu sonuncuda qalmışdır. Tutulan vaxtı onun istifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. Tutulan günü axşam saat 11-ə işləmiş Elşən müəllimin “AP” seriyalı xidməti avtomobili ilə hadisə yerindən 2-ci polis şöbəsinə aparılmışdır. Həmin vaxt avtomobili Elşən müəllim idarə etmiş, o isə qabaq sağ oturacaqda əyləşmişdir. Onlar yolda olarkən dördyola çatmamış Elşən müəllim Vaqifin harada olduğunu soruşmuş və o da bunu bilmədiyini demişdir. Bundan sonra Elşən ona Vaqifə zəng etməyini, sonuncu gəlsə onu buraxacağını demişdir. O, telefonunun hadisə yerində qaldığını demiş, Elşən müəllim isə onun telefonunu digər əməkdaşa verdiyini demişdir. Bundan sonra Elşən əməliyyat müvəkkilinin avtomobilini saxladıb onun telefonunu götürmüşdür. O, telefonu ilə adi zəng vasitəsilə Vaqifin **********, ********** və ya ********** mobil nömrəsinə yığmışdır. Vaqifə şöbəyə gəlməli olduğunu və Elşən müəllimin hadisə zamanı onların heç bir təqsiri olmadığını, izahatını verib gedəcəyini bildirdiyini demişdir. O, Vaqiflə danışdıqdan sonra Elşən müəllimin özü telefonunu alıb Vaqiflə “Abbas Səhhət” adına xəstəxananın işıqforuna qədər danışmış və sonuncuya şöbəyə gəlməyəcəyi halda and verib “içəriyə göndərəcəyini” demişdir. Vaqif isə ona ilk dəfə olmadığını, onu yükləyəcəklərini bildiyini demişdir. Bundan sonra danışıq sonlanmışdır. Onlar 2-ci polis şöbəsinə çatdıqdan sonra onu Elşən müəllimin otağının yanındakı otaqda saxlamışlar. Bir qədər sonra Ramin müəllim və Şahin müəllim də oraya gəlmişdir. O, sonuncularla danışmış və heç bir təqsirinin olmadığını demişdir. O, Elşən müəllimlə birlikdə şöbəyə gələndə axşam saat təxminən 11 radələri olmuşdur. Ona görə də o, hadisə günü axşam saat 8-dən 11-ə dək partlayış baş verən yerdə olmuşdur. Gecəni həmin otaqda qaldıqdan sonra onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar və orada zərərçəkmiş şəxs kimi izahatı alınmışdır. Bundan sonra yenidən 2-ci polis şöbəsinə gətirmişlər. O, şöbədə olan zaman Anarı da oraya gətirdiklərini və yan otaqda saxladıqlarını görmüş, lakin onları bir-birinin yanına buraxmamışlar. Polislər yenidən Vaqifə zəng edib şöbəyə gəlməsini demişlər, lakin sonuncu yenə də gəlməyəcəyini, gələcəyi halda yüklənəcəyini demişdir. Polislər də “gəlmirsənsə onda bütün ailəni buraya gətirəcəyik” demişlər. Bundan sonra polis əməkdaşları Vaqifin ailə üzvlərini şöbəyə gətirmiş, Vaqif də məcbur olub şöbəyə gəlmişdir. Polis şöbəsində əməliyyatçılar əlləri arxadan bağlı formada onu küncə sıxmış, bu zaman o, polislərə şəhid övladına bu formadamı hörmət qoyduqlarını soruşmuşdur. Şahin müəllim ona “bəsdir, az dədənin adından istifadə elə” demişdir. Bir qədər sözlü mübahisə etdikdən sonra Ramin müəllim ona narkotik vasitəni üzərinə götürəcəyini demişdir. O, etiraz etmiş və yaraşmayacağını demişdir. Ramin müəllim isə “getməlisən” demiş və əgər onu buraxsalar partlayış hadisəsi ilə bağlı BMCMİ tərəfindən güllələnəcəyini bildirmişdir. O, narkotik vasitəni üzərinə götürməyəcəyini dedikdən sonra Ramin müəllim Şahin müəllimə “gətir” demişdir. Bundan sonra Şahin müəllimin podnosda qırmızı rəngli qadın alt paltarı gətirdiyini görmüşdür. Sonuncu bunu ona geyindəcəklərini və fotoşəkillərini çəkib sosial şəbəkədə paylaşacaqlarını demişlər. O isə bunu şəxsiyyətinə sığışdırmadığı üçün narkotik vasitəni üzərinə götürmüş və polislərin dedikləri bütün sənədləri imzalamışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə çıxarılması ilə bağlı videoçəkilişi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 12-01 radələrində qeydə almışlar. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, 18 may 2023-cü il tarixdə saat 14 radələrində o, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli tam orta məktəbin yaxınlığı ilə piyada hərəkətdə olan zaman zibil qutularının yaxınlığında yerdə 01 ədəd qara rəngli sellofan büküm görmüşdür. O, həmin bükümü yerə əyilib əlinə götürmüşdür. Sonra o, bükümün içərisinə baxış keçirmiş və onun narkotik vasitə heroin olduğunu iyindən müəyyən etmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitə heroin istifadə etdiyindən o, tapdığı narkotik vasitədən yenidən istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə o, narkotik vasitə heroinə bənzər kütləni istifadə etməyindən ötrü cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli tam orta məktəbin yaxınlığı ilə piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ondan birlikdə 2-ci Polis Şöbəsinə getməyi tələb etmişlər. O da polis əməkdaşları ilə polis şöbəsinə getməyə razılaşmış və polis əməkdaşlarının avtomobili ilə 2-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində müdafiəçisi X12 onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 18 may 2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən zibil qutularının yanından yerdən götürdüyü bir ədəd büküm aşkar olunmuşdur. O, polis əməkdaşlarına həmin bükümün narkotik vasitə oluğunu bildirmişdir. Sonra üzərindən aşkar edilmiş büküm onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 7,42 qram gəlmişdir. Həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən əvəzli və ya əvəzsiz olaraq kiməsə vermədiyini, həmin bükümü 18 may 2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin yaxınlığında zibil qutularının yanından tapıb cibinə qoyduğunu, əməliyyat-axtarış tədbirləri və təhqiqat zamanı ona heç kəsin hər hansı bir fiziki və ya psixi təsir göstərmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona göstərilmiş psixoloji təsirə görə həmin formada izahat və ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xankəndi ŞPŞ-nin Təhqiqat və istintaq qrupunun baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə məlumat verildikdən sonra əməliyyat qrupu yaradılmış və onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin yaxınlığında olmasını müəyyən etmişlər. Ardınca həmin yerə gedib sonuncunu saxlayaraq şöbəyə gətirmişlər. Şöbədə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs özü üzərindəki narkotik vasitəni təqdim etmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuşdur. Əməliyyatda o, Şahid3 və Şahid2 iştirak etmişdir. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilmiş, çəkisi də 7 qram olmuşdur. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri 24 nömrəli tam orta məktəbin yaxınlığında saxlamışlar. Saxlanılan vaxt sonuncu heç bir müqavimət göstərməmiş, əksinə narkotik vasitəni zibillikdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməliyyat məlumatı ilkin olaraq narkotik vasitənin üzərində saxlanması və alqı-satqısı ilə bağlı olmuş, lakin sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı məlumat aşkar olunmamışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan dərhal sonra polis şöbəsinə gətirmişlər, ardınca da sonuncunun üzərində şəxsi axtarış aparılmışdır. Ülvünün saxlanılmasından üzərində şəxsi axtarış aparılmasınadək nə qədər müddət keçməsini dəqiq xatırlamasa da, bu qısa müddət ərzində baş vermişdir. Çünki şöbəyə gətirildikdən dərhal sonra Ülvün müdafiəçi ilə təmin olunaraq üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasında CAB-ın rəisi Elşən müəllim iştirak etməmiş, sonuncu həmin vaxtı polis şöbəsində olmuşdur. Onlar Təqsirləndirilən şəxs evinə baxış keçirməmiş, saxladıqları zaman da sonuncunun üzərinə baxış keçirməmişlər, üzərinə baxışı polis şöbəsində keçirilmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixoloji təsir tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs “qarşısına qadın paltarı qoyaraq ya narkotik vasitəni qəbul edəcəksən, ya da ki, qadın paltarlarını geyindirib şəkilini çəkəcəyik” kimi təsir olunduğunu göstərməsi tamamilə yalan olmulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin CAB-ın əməliyyat müvəkkili Şahid2, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin KTQ-nin baş inspektoru Şahid4 və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 saylı tam orta məktəbin qarşısındakı binada yaşamışdır. 20 may 2023-cü il tarixdə günorta saat 12-13 radələrində avtomobilini partlayış yerinə yaxın saxlayıb evə getmişdir. Bundan bir neçə saat sonra partlayış səsi eşidilmişdir. O, hadisə yerinə tərəf gedəndə partlayışın təsiri nəticəsində avtomobilinin şüşələrinin sındığını görmüşdür. O, axşam saat 11-in yarısınadək hadisə yerində olmuşdur. Həmin vaxta qədər də oraya gəlib-gedənlər olmuşdur. İfadəsinin davamı olaraq Pərvin Əsgərov bildirmişdir ki, axşam saat 21 radələrində hadisə yerinə ağ rəngli avtomobil gəlmiş, orada olan şəxslər həmin avtomobillə Elşən müəllimin gəldiyini demişlər. Lakin o, Elşən müəllimin kim olduğunu bilməmişdir. O, Elşən müəllimin hadisə yerinə kiminlə birlikdə gəlməsini də görməmişdir. O, həmin gün saat axşam 11-in yarısına qədər hadisə yerində olmuş, bundan sonra polis əməkdaşları avtomobilinin şöbəyə aparılmalı olduğunu demişlər. O, hadisə günü axşam saat 9-dan 11in yarısına kimi partlayış baş verən kafenin qarşısında Təqsirləndirilən şəxs görmüşdür. Partlayış 20 may 2023-cü il tarixdə saat 17-18 radələrində baş vermişdir. Partlayışdan sonra o, avtomobilinə yaxınlaşmaq istəyəndə polis əməkdaşı avtomobili yerindən tərpətməməyini demişlər. Avtomobili hadisə yerində olduğu üçün o, saat 11-in yarısınadək orada olmuşdur. O, Elşən müəllimin xarici görünüşünü təsvir edə bilməmişdir. Sadəcə orada olan şəxslər Elşən müəllimin gəldiyini dedikləri üçün sonuncunun gəldiyini bilmişdir. O, hadisə yerində olanlardan Ülvünü Elşən müəllimin apardığını eşitmişdir. O, hadisə yerində Təqsirləndirilən şəxs hər hansı hədə edilməsini, polis əməkdaşları tərəfindən təsirtəzyiq göstərilməsini, yaxud sonuncunun qoluna qandal vurulmasını görməmişdir. O, hadisə yerindən gedən zaman Elşən müəllimin Ülvünü apardığını demişlər, lakin o, bunu görməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X17, X13 və X2 Pərvin Muzadir oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, hər şey partlayışdan sonra başlamışdır. O, partlayışı törədən Elmir adlı şəxslə dalaşmış və sonuncunu döymüşdür. Davadan sonra söhbət etmək üçün o, Təqsirləndirilən şəxs yanına getmişdir. Orada söhbət edən zaman Elmir qumbaranı onun üzərinə atmışdır. Həmin vaxt Ülvün avtoyuma məntəqəsində olmuşdur. Partlayışı törədən Elmir adlı şəxs onun qonşusu olmuşdur. Elmir psixotrop maddə istifadə etdiyi üçün özündə olmamışdır. Təqsirləndirilən şəxs partlayış hadisəsinə aidiyyəti olmamışdır. Partlayış hadisəsindən sonra o, Bakı şəhərinə yola düşmüşdür. Bu zaman Ülvünün telefonu ilə saat 20:30 və 22:50 radələrində Elşən müəllimlə danışmışdır. Bundan başqa generalın müavini Niyaməddin müəllim “hadisədə olmusan məni yığ” deyə mesaj yazmışdır. Onun barəsində də cinayət işi açılmışdır. O, Niyaməddin, Rəşad, Elşən müəllim və başqaları ilə danışmışdır. Ülvünü onun dostu olduğuna görə tutmuşlar. Onun 4- 5 dostu olmuş ki, sonunculardan ikisi bu hadisəyə görə tutulmuşdur. İfadəsinin davamı olaraq Vaqif Bəhlulzadə bildirmişdir ki, polis şöbəsində onunla görüşmək üçün Ülvün “Niva” ilə, o isə öz avtomobili ilə gəlmişdir. Onlar görüşmüş, daha sonra söhbət edən zaman Ülvün içəri girmiş, o isə çöldə qalmışdır. Həmin vaxt Elmir gəlmiş və heç nə demədən qumbaranı onun üzərinə atmışdır. Həmin vaxt orada aidiyyəti olmayan adamlar da olmuşdur. Ülvünün Elmirlə mübahisəyə heç bir aidiyyəti olmamış, Anarın isə ümumiyyətlə davadan xəbəri olmamışdır. Onları “gündə birini döyürsünüz” deyə tutmaq üçün narkotiklə şərləmişlər. Onun yanında polislər Ülvünün üzərinə şəxsi axtarış keçirməmiş və sonuncunun üzərinə narkotik qoymamışlar. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 Vaqif Kamal oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin xx.xx.2023-cü il tarixli, 16/533 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,024 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd: heroinin təmiz çəkisi – 7,024 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 6,924 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 772 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1164 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir, narkotik vasitə olan kannabionoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2023-cü il tarixdə saat 19:40-da azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 may 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyi bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 7,42 olması müəyyən edilmişdir. Bir ədəd büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında olan zibilliyin yanında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını, tutulan günü Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında saxlanıldığını, saxlanılan zaman üzərində mobil telefonun olduğunu, polis şöbəsinin yaxınlığında telefon danışıqlarına dair məlumatların aşkar edilməməsi üçün mobil telefonunu yerə atdığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarış aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 1-ci döngə, ev 67A-də axtarış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus İphone 13 Pro markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, saxlaması və satması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, mütəmadi olaraq narkotik vasitə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində, saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, mütəmadi olaraq narkotik vasitə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində, saxlamasında və satmasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40-da Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman yerə atdığını özünə məxsus İphone markalı mobil telefon 2-ci PŞ-nin inzibati binasının yaxınlığında tapılaraq istintaqa təqdim olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi müəyyən edilsə də, onun narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini, həmçinin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-28/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş; Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi X18 tərəfindən 384 C-23 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs işinin qeyri-obyektiv aparılması və sonuncunun polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə nənəsi X5 müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İH başçısının 1 nömrəli SİƏDÜN-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,924 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs məxsus İphone 13 Pro markalı mobil telefonun Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd diskin, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd diskin iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəhid ailəsi üzvünün 013460 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailə üzvüdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da polis şöbəsinə gətirilmiş, həmin gün saat 21:30-da MSY-yə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitələrdən istifadə etmədiyini, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Vəli Xuluflu keçəsində baş vermiş partlayış hadisəsi ilə bağlı polislər tərəfindən tutulduğunu, daha sonra polis şöbəsinə aparıldığını, bir müddət sonra polislərlə birlikdə hadisə yerinə qayıtdığını, həmin gün axşam saat 23 radələrinə qədər hadisə yerində olduğunu, ardınca isə polis əməkdaşı Elşən Mehdiyevin “AP” markalı xidməti avtomobili ilə yenidən 2-ci polis şöbəsinə aparıldığını, polis şöbəsində psixoloji təzyiqlərə məruz qaldığını, polislərin onun üzərinə narkotik vasitə qoyduğunu, ona göstərilmiş psixi zorakılıq nəticəsində üzərinə qoyulmuş narkotik vasitənin videoçəkiliş zamanı özünə məxsus olduğunu etiraf etdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7, X17, X13, X14, X8 və X10 ifadələrində Təqsirləndirilən şəxs polislər tərəfindən məhz Gəncə şəhəri, Vəli Xuluflu keçəsində baş vermiş partlayış hadisəsi ilə bağlı polislər tərəfindən tutulduğunu göstərmişlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, eləcə də şahidlər X7, X17, X13, X14, X8 və X10 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadəsi, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qumbara partlayışı hadisəsi ilə bağlı polislər tərəfindən tutulduğunu iddia etsə də, iş materiallarında olan ilkin raportlardan və digər sənədlərdən Təqsirləndirilən şəxs məhz mütəmadi olaraq narkotik vasitə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində, saxlamasında və satmasında şübhəli bilindiyi üçün saxlanılaraq polis şöbəsinə gətirilməsi göstərilmişdir. Müdafiə tərəfi iddia etdiyi həmin xüsusatla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında olan zibilliyin yanında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını, tutulan günü də Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında saxlanıldığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs qumbara partlayışı ilə bağlı tutulmasını, polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli polietilen kəsiyi bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 7,42 olması müəyyən edilmişdir. Şifahi sorğusual zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğuunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə günorta radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında olan zibilliyin yanında yerdən tapdığını, satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı istintaq hərəkətinin sonunda Təqsirləndirilən şəxs həm təhqiqatçının, həm də müdafiəçisinin sualına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. O cümlədən Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişin xx.xx.2023-cü il tarixdə gecə saat 12-01 radələrində aparıldığını iddia etsə də, həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, təhqiqatçı istintaq hərəkətinin xx.xx.2023-cü il tarixdə saat 20:30-da başladığını elan edir, Təqsirləndirilən şəxsla müdafiəçisi isə buna heç bir etiraz etmirlər. Qeyd edilən hal da Təqsirləndirilən şəxs iddia etdiyi həmin xüsusatı təkzib edir. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunun üzərinə bir ədəd bükümdə narkotik vasitə olan heroin qoymadığını, şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə olan narkotik vasitə heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin maddəni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini göstərmişlər. Hətta iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviriəsaslandırıcı hissəsindən görünür ki, həkim-məsləhət komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını göstərmişdir. Eyni zamanda iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətin olması da öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə polislər tərəfindən saxlanıldıqdan sonra 2-ci polis şöbəsinə aparıldığını, bir müddət orada qaldıqdan sonra yenidən polis əməkdaşları ilə birlikdə partlayış hadisəsi baş verən Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə getdiyini və həmin gün saat 23 radələrində təkrar polis şöbəsinə qayıtdığını göstərsə də, iş materiallarında olan 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən, şübhəli şəxs qismində tutulma haqqında protokoldan və digər protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da polis şöbəsinə gətirilmiş, həmin gün saat 20:10-da şübhəli şəxs qismində tutulmuş, saat 20:30-dan saat 20:42-dək onun üzərində şəxsi axtarış aparılmış, saat 21:30-da da MSY-yə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis şöbəsindən çıxıb-geri qayıtması ilə bağlı iddia etdiyi xüsusat da öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində dövlət hesabına, daha sonra isə müqavilə əsasında məhkəmə istintaqında olduğu kimi eyni müdafiəçiyə malik olmasına baxmayaraq, ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçilərinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Eləcə də, Təqsirləndirilən şəxs psixi və fiziki zorakılığa məruz qalması barədə nənəsi Gülarə Hüseynovanın müraciəti əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılaraq təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsi faktı öz təsdiqini tapmadığı üçün Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən bəraətverici əsasla cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki müqavilə əsasında müdafiəçisi Müdafiəçi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, o cümlədən barəsində tərtib olunmuş tibbi sənədlərdə və digər sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının və müdafiəçisinin suallarına qəti olaraq cavab verib ona qarşı təsir və ya təzyiqlərə yol verilmədiyini, fiziki və ya psixi zorakılığa məruz qalmadığını, narkotik vasitənin də özünə məxsus olduğunu göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Gəncə şəhər prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müqavilə əsasında müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iş üzrə şahid qismində dindirilmiş X7, X17, X13, X14, X8 və X3 Hüseynovun dostları və tanışları olduğu üçün həmin şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir və təqsirləndirilən şəxsin lehinə olmaqla işin faktiki hallarına uyğun gəlmir. Çünki qeyd edilən şəxslərin ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı hər hansı mötəbər sübutla təsdiq olunmamışdır. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satdığı şəxslərin dairəsini, həmçinin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir bükümdə narkotik vasitə olan heroinin Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, həmin vasitəni tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etdiyini, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmasına baxmayaraq, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı konkret sübutların əldə olunmadığını göstərmişlər. O cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 24 nömrəli orta məktəbin yaxınlığında olan zibilliyin yanında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikrinin olmadığını göstərmişdir. Habelə Təqsirləndirilən şəxs yaşadığı evinə, eləcə də istifadəsində olmuş mobil telefona, eyni zamanda istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlara baxış zamanı narkotik vasitələrin və ya psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Hətta iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və narkotik vasitə olan kannabionoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisinin külli miqdar təşkil etməsini, yəni xeyli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddindən dəfələrlə artıq olmasını əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması onun satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, heroini hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə olan heroini məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı ilə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin istifadəçisi olduğunu güman etmək olsa da, onun heroini satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq onun əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını narkotik vasitənin miqdarı ilə yanaşı digər hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Buna baxmayaraq, cinayət işinin materiallarında satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Həmçinin cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Çünki istintaq orqanı bir tərəfdən təqsirləndirilən şəxsə satış məqsədi ilə bağlı ittiham irəli sürsə də, digər tərəfdən əməliyyat tapşırığına verilmiş cavab məktubunda verilmiş ittihamla tamamilə ziddiyyətli məlumatlar əks olunaraq, təqsirləndirilən narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Belə ki, Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşıması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qramdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 7,024 qram olmaqla külli miqdar təşkil edir. Məhkəmə tərkibi şəhid ailəsi üzvü olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-28/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, həmin əməli xx.xx.2023-cü il tarixdə törətmişdir. Göründüyü kimi, əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığı üçün onun məhkumluğu ödənilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs Müdafiəçi tərəfindən göstərilmiş 95 (doxsan beş) iş saatı (55 iş saat xx.xx.2025-ci il tarixədək, 40 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 770 (yeddi yüz yetmiş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,924 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus İphone 13 Pro markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınmalı, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1164 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 20 may 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 770 (yeddi yüz yetmiş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,924 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs məxsus İphone 13 Pro markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınsın. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-70/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-70/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver