Məhkəmə qərarları › İş №1(100)-71/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-71/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-71/2021 18.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X6 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Rəşid Behbudov küçəsi, ev 4 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən X9 ittiham elan edilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada olaraq Şəmkir şəhəri, Rəşid Behbudov küçəsi ilə evlərinə doğru hərəkətdə olarkən küçənin giriş hissəsində Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrlə söyməsindən və yaranmış sözlü mübahisə zamanı onu itələyib yerə yıxmasından əsəbləşərək qisas almaq niyyətilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə şalvarının yan cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli bıçağı çıxararaq qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağ ciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd və qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, cəmi 5 (beş) ədəd xəsarətlər yetirmiş, bu zaman Zərərçəkmiş şəxs onun əlindən çıxaraq qaçması səbəbindən və vaxtında Gəncə X20 Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında heç bir düşmənçilik və ədavətləri olmamış, mehriban münasibətləri olmaqla Sənanla birlikdə “Akam” ləqəbli Bəxtiyar adlı ustanın yanında fəhlə işləmişlər. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində o, və Sənan işdən çıxan zaman ustadan hər biri üçün 10 manat pul almışlar. Yaşadıqları evə gedib paltarlarını dəyişdikdən sonra ilk öncə, Sənanla birlikdə X19 tərəfdə yerləşən “Əntinin çayçısı” deyilən çay evinə getmişlər. Orada bir az söhbətləşdikdən sonra dostu Mamedin boz rəngli “Nexia” markalı avtomobili ilə həmişə oturduqları, Şəmkir şəhəri, Səməd Vurğun küçəsinin baş tərəfində, “Oba” marketin yanındakı binanın 2-ci mərtəbəsində yerləşən “Pub” kafesinə gəlmişlər. Orada oturub təxminən hərəyə 4-5 bakal pivə içmişlər. Təxminən 30 dəqiqə sonra dostu Ceyhun ora gəlmişdir. Ceyhun gəldikdən sonra əlavə 6 bakal pivə sifariş etmişlər. Onlar “Pub”da olduqları müddət ərzində işləri ilə bağlı ümumi söhbət etmişlər. Heç bir mübahisə və ya hər hansı bir söz-söhbət olmamışdır. Təxminən saat 23:45-də “PUB”dan çıxmışlar. O, Pərviz, Sənan, Fərid və Ceyhun Mamedin avtomobilinə əyləşərək evə doğru hərəkət etmişlər. Onlar ilk öncə Ceyhunu, daha sonra qardaşı Pərvizi evə aparmışlar. Qardaşı ona düşməyi təklif etsə də, o razılaşmamış və Pərvizə daha sonra gələcəyini bildirmişdir. Onlar “Döngə” deyilən yerdə bir qədər söhbət etdikdən sonra Sənanla birlikdə sərxoş halda yaşadıqları yerə tərəf piyada getmişlər. Yolda söhbət etmiş və yaşadığı küçənin baş tərəfinə çatan zaman aralarında söyüş söyməyə görə mübahisə yaranmışdır. Belə ki, Sənan onu söyüb təhqir etmişdir. Sənan onun valideynlərini söyərək onu özündən çıxartmışdır. O, Sənanı xəbərdar etsə də, Sənan başa düşməmişdir. Hadisə olan yerdə Sənanla ondan başqa heç kəs olmamışdır. Aralarında mübahisə yaranmış, Sənan mübahisə zamanı onu itələyərək yerə yıxmış, bu zaman o əlindən xəsarət alımışdır. O, yerdən qalxan zaman cibində olan qatlanan bıçağı çıxarıb açaraq Sənanın qarın nahiyəsinə bir və ya iki dəfə vurmuşdur. Sənan qışqıran zaman o, ayılan kimi olmuş və Sənana “Döngə” tərəfə gedərək onu gözləməsini özünün kömək çağıracağını demiş, mobil telefonu sönülü olduğundan hadisə yerinə ən yaxın ev olan bibisi Sədaqətgilə gedərək ona Sənanı onu söydüyü üçün bıçaqla vurduğunu, təcili kömək çağırmasını demiş və bibisinin evi onların yaşadığı evə çox yaxın məsafədə olduğu üçün kəsdirmə yolla yaşadığı evə gedərək atası Vaqifə və qardaşı Pərvizə Sənanı bıçaqla vurduğunu deyərək dərhal Sənana köməklik etmələrini bildirmişdir. O, həyəcanlı olmuş və qışqırmışdır ki, Sənana köməklik etsinlər. Daha sonra atası Vaqif və qardaşı Pərviz Sənanı xəstəxanaya aparmışlar. O, evdə olan zaman polis şöbəsinə getmək istəyərkən polislər gəlib onu polis şöbəsinə aparmışlar. Həmçinin ifadəsində Sənana söyüş söydüyü üçün bıçaqla xəsarət yetirən zaman onu öldürmək niyyəti olmadığını, sadəcə bir anlıq əsəblə hadisəni törətdiyini, daha sonra Sənan qışqırdıqdan sonra özünə gələrək Sənana onu gözləməsini, kömək çağıracığını deyib dərhal kömək çağırmaq üçün getdiyini, törətmiş olduğu cinayət əməlindən çox peşiman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, yəni 1 günlük tanışı Mixayılla birlikdə günü 15 manata “Akam” ləqəbli Bəxtiyar ustanın yanında malyar köməkçisi işləmişdir. Onlar Mixayılla mehriban şəkildə bir yerdə işləmişlər. Heç bir zaman problem və ya mübahisələri olmamışdır. Hadisə günü hərəsinə işdən 10 manat pul almış və saat təxminən 21 radələrində Mixayılla döngədə görüşərək “Əntinin çay evi”nə doğru hərəkət etmişlər. Çay evinin çöl tərəfində mehriban bir şəkildə söhbət etmişlər. Təxminən 20 dəqiqə sonra Mamed gəlmiş, həmçinin Mixayılın qardaşı Pərviz və Fərid də çay evində olmuşlar. Orada pivə içməyə getməyi qərara almışlar. O və dostları Mamedin boz rəngli “Nexia” markalı avtomobili ilə Şəmkir şəhərində “Oba” marketin yanındakı binanın 2-ci mərtəbəsindəki “Pub”-da oturmuşlar. Orada 20 bakal pivədən ibarət olan pivə seti sifariş etmişlər. Onlar 5 nəfər olmuş və hər kəsə 4 bakal pivə içmişlər. Təxminən 30 dəqiqə sonra dostu, həmkəndlisi Ceyhun ora gəlmişdir. Ceyhun gəldikdən sonra əlavə olaraq, 6 bakal pivə sifariş etmişlər. Hər kəs içmişdir. Onlar “Pub”da olduqları müddət ərzində işləri ilə bağlı ümumi söhbət etmişlər. Öz aralarında zarafatlaşmışlar. Mixayılla işləri barədə söhbət etmişlər. Heç bir mübahisə və ya söz-söhbət olmamışdır. Təxminən saat 23:45-də “Pub”dan çıxaraq, o, Pərviz, Fərid, Mixayıl, Ceyhun Mamedin avtomobilinə əyləşərək kəndə doğru hərəkət etmişlər. Onlar, ilk öncə Ceyhunu evinə aparmışlar. Daha sonra Pərvizi evinə düşürmüşlər. Pərviz qardaşı Mixayıla avtomobildən düşərək evə birlikdə getmələrini təklif etmişdir. Mixayıl isə Pərvizə getməyini və daha sonra özünün evə gələcəyini demişdir. O, Fərid və Mixayıl avtomobilə əyləşərək “döngə” deyilən yerə getmişlər. Onlar söhbət edən zaman Mixayılın əlində 500 milliqram həcmində “Xırdalan” pivəsi olduğunu görmüşdür. Pivənin Mixayıl və ya başqa şəxs tərəfindən alınmasını bilməsə də, Mixayılla o, həmin pivəni birlikdə içmişlər. Onlar da Mamedin avtomobilinə əyləşərək yaşadıqları küçəyə tərəf hərəkət etmişlər. İlk öncə, onu yaşadığı küçənin baş tərəfinə aparmışlar. Daha sonra isə Mamed Mixayılı evinə tərəf düşürmüşdür. Bundan sonra o, Mixayılı səsləmişdir ki, 05 avqustda işə saat neçədə gedəcəklər. O, Mixayılla sağollaşmaq üçün Mixayılın yaşadığı küçənin baş tərəfində, yəni Rəşid Behbudov küçəsinin giriş hissəsində görüşmüşdür. Mixayılla ümumi-iş barədə söhbət etmişlər. Bundan sonra o, içkinin təsirindən Mixayılın ata-anasını söyərək təhqir etmişdir. Həmin vaxt o və Mixayıl içkili vəziyyətdə olmuşlar. Mixayıl söyüşə görə, hiddətlənmişdir. Onu, hətta xəbərdar etmişdir. Mixayıl yaşca ondan kiçik olduğundan Mixayılın xəbərdar etməsi onu özündən çıxartmış və Mixayılın “var-yox”unu söymüşdür. Mixayıl ona valideynlərini söyməməsi üçün bir daha xəbərdar etmişdir. Bundan sonra aralarında dartışma olmuşdur. O, fiziki cəhətdən güclü olduğu üçün Mixayılın yaxasından itələyərək yerə yıxmışdır. Hadisə saat 01 radələrində baş vermişdir. Mixayıl ayağa qalxaraq onu bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Döş qəfəsindən və sol böyrək nahiyəsindən qan axdığı üçün bədənində boşluq hiss etmiş, bu zaman o qışqırmış, bu an Mixayıl sanki ayılmışdır. O, həmin an tam olaraq özündə olmamış, Mixayıl ona “yuxarıya tərəf get gözlə kömək çağırıram” demiş, o da “döngə” deyilən yerə tərəf yaralı olduğu üçün asta addımlarla gedən zaman yolda Cəfərqulu ona yaxılaşaraq, onun qoluna girərək kömək etmiş və onu döngənin mərkəzində yerləşən marketin qarşısına gətirmişdir. Orada yerə yıxılmış, huşu itmişdir. Mixayılın qardaşı Pərviz ora gəlmişdir. Pərvizin ona köməyi çox olmuşdur. Onunla birlikdə X20 avtomobilində Gəncə şəhərinə getmişdir. O, Gəncə şəhər Beynəlxalq xəstəxanasına, oradan Mərkəzi Klinik xəstəxanasına, daha sonra isə Gəncə şəhər X20 Xəstəxanasına aparılmışdır. Gəncə şəhər X20 Xəstəxanasında əməliyyat olunmuşdur. Həmçinin ifadəsində bildirdi ki, Mixayılla hazırda barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 21:00-da o, “Əntinin çayçısı” deyilən çay evində çay içən zaman Fərid də çay evinə gəlmiş, Fərid dostlara araq içməyi təklif etmişdir. İlk olaraq, Mixayıl və Sənan ora gəlmişlər. Hər ikisi “Akam” ləqəbli malyar Bəxtiyar ustanın yanında köməkçi işləmişlər. Təxminən 5 dəqiqə sonra Mamed də ora gəlmişdir. Mamed hamı ilə salamlaşdıqdan sonra çölə çıxmışdır. Bu vaxt Sənan Mamedə pivə içməyə getməyi təklif etmişdir. O, qardaşı Mixayıla hər evdən bir nəfərin getməsinin daha yaxşı olduğunu demiş, Mixayıl isə onunla getmək istədiyini bildirmişdir. Onlar Mamedin boz rəngli “Nexia” markalı avtomobili ilə “Pub”-a getmişlər. Yol boyunca heç bir mübahisə baş verməmiş, sakit bir şəkildə gəlmişlər. Onlar hərəyə 4 bakal pivə içmiş, daha sonra Ceyhun da ora gəlmiş və əlavə 6 bakal da pivə sifariş etmişlər. Onlar təxminən saat 23:50-də oradan çıxmışlar. O, Fərid, Sənan, Mixayıl, Ceyhun Mamedin avtomobilinə əyləşərək kəndə doğru hərəkət etmişlər. İlk öncə, Ceyhunu evinə aparmışlar. Daha sonra onu evə düşürmüşlər. O, qardaşı Mixayıla avtomobildən birlikdə düşməyi təklif etsə də, qardaşı sonradan gələcəyini demişdir. Aralarında heç bir mübahisə baş verməmiş, o, yaşca kiçik də olsa, qardaşı Mixayıl ilə razılaşmışdır. Təxminən 15-20 dəqiqə sonra qardaşı Mixayılla bibisi Şahid9 təlaşlı şəkildə evə daxil olmuşlar. Mixayıl həyəcanlı bir şəkildə Sənanı bıçaqladığını və kömək etməyin lazım olduğunu deyərək ondan Sənana kömək etməsini xahiş etmişdir. Mixayıl həyəcanlı olmuşdur. Mixayıl Sənana kömək olsun deyə, kəsdirmə yolla, yəni Sədaqət bibisinin evi tərəfdən ora gəlmişdir. Bibisi də Mixayılla birlikdə gəlmişdir. Qardaşı Mixayıl hadisəni etiraf edərək Sənanı yaşadıqları küçənin baş tərəfində bıçaqla vurduğunu bildirmişdir. O, tez əynini geyinmiş və döngəyə tərəf qaçaraq gəlmişdir. Gələn zaman görmüşdür ki, Sənan yaralı vəziyyətdə yerə uzanıbdır. Yanında Nofəl, mağazanı işlədən Eliş və digər kənd uşaqları olmuşdur. Sənan arxası üstə yerə uzanmışdır. Üstü qanlı olmuşdur. X20 avtomobili gəlmiş və Sənanı avtomobilə əyləşdirərək və özü də Sənanla birlikdə avtomobilə əyləşərək xəstəxanaya getmişdir. X20 avtomobilində olarkən öyrənmişdir ki, Mixayıl aralarında yaranmış mübahisə zamanı Sənanı bıçaqla vurub. Mübahisənin səbəbi isə Sənanın Mixayılı söyməsi, valideynini, yəni ata və anasını təhqir edərək onlara qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. X17 ailə üzvlərini təhqir etməsin deyə xəbərdar etsə də, Sənan qardaşı ilə aralarında yaranmış itələşmə zamanı Mixayılı yerə yıxmışdır. Mixayıl da Sənanın bu söyüşlərinə görə, əvvəlcədən onda olan bıçaqla Sənana bıçaq zərbələri ilə xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid10, Şahid11, Şahid5, Şahid6 Şahid2 ifadəsinə özlərinə aid hissədə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində darvazanın bərk döyüldüyünü, kiminsə “ay bibi kömək et, ay bibi kömək et, öləcək deyərək qışqırdığını eşitmişdir. Bu vaxt o, evdəkilər oyanmasın deyə tez bir şəkildə darvazaya tərəf getmiş, qardaşı Vaqifin oğlu Mixayılın əlində qanlı bıçaq olduğunu, bıçağı ona tərəf uzadaraq “ay bibi bıçaqla vurdum kömək et ölməsin” deyə həyəcanlı bir şəkildə qışqırdığını görmüşdür. O cəld bir şəkildə qardaşı Vaqifin evinə getmiş, bu zaman Vaqiflə Pərviz çölə çıxmışlar. Bu zaman Mixayıl təkrar qışqıraraq “tez olun ölməyə qoymayın, öləcək” deyə qışqırmışdır. O, qardaşı evinə daxil olmuş, evlərinin yıxıldığını, Mixayılın adam vurduğunu demişdir. Mixayıl bu vaxt məhləyə tərəf qaçaraq təlaşlı və həyəcanlı bir şəkildə “öləcək, ölməyə qoymayın” deyərək özünü döyməyə başlamışdır. Mixayıl bıçaqla adam vurduğunu təkrarlayaraq vurduğu adamın Sənan olduğunu bildirmiş və əlindəki bıçağı göstərərək “bu bıçaqla vurmuşam, öləcək qoymayın” demişdir. Mixayıldan nə baş verdiyini və nə üçün bıçaqla Sənanı vurduğunu soruşduqda, Mixayıl həyacanlı şəkildə aralarında mübahisə baş verdiyini, Sənanın onu təhqir etdiyini və bu səbəbdən də Sənanı vurduğunu bildirmişdir. Onlar Mixayılla bu barədə söhbət edən zaman Pərvizlə Vaqif tez bir şəkildə hadisə olan tərəfə getmişlər. Söhbət zamanı Mixayıl Sənanı bıçaqladıqdan sonra Sənana orada gözləməsini, onun atasında və qardaşından kömək almaq üçün evə getdiyini bildirmişdir. Qardaşı Vaqif hadisə yerindən qayıtdıqdan sonra Sənanın sağ olduğunu, Sənanı X20 avtomobilinə əyləşdirərək Pərvizi də onunla yola saldığını bildirmişdir. Bundan təxminən 10 dəqiqə sonra polis əməkdaşları gəlmiş və Mixayılı Şəmkir rayon Polis İdarəsinə aparmışlar. Həmçinin o ifadəsində bildirdi ki, hadisə yeri ilə onun yaşadığı evin arasında təxminən 150-200 metr məsafə olduğu üçün Mixayıl ilk öncə kömək üçün onlara daha sonra onlara çox yaxın məsafədə yerləşən öz evlərinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşadığı evdə olarkən, evin qarşında taksi dayanmış və adını bilmədiyi sürücü ona oğlu Sənanın dalaşdığını və qol nahiyəsindən yaralandığını bildirmişdir. O, ilk öncə, heç bir şey olmadığını düşünərək oğlunun Şəmkirdə hansı xəstəxanada olduğunu soruşmuşdur. Cavan oğlan Sənanın Gəncəyə aparıldığını demiş və o anlamışdır ki, vəziyyət heç də yaxşı deyil. Həmin cavan oğlan yolda ona X8 tərəfindən bıçaqla qol nahiyəsindən vurulduğunu bildirmişdir. Tez bir şəkildə Gəncə şəhərinə yola düşmüş, oğlu Sənan Gəncə şəhər X20 xəstəxanasında əməliyyat olunmuşdur. Sonradan oğlu ilə X13 küçəsinin giriş hissəsində mübahisə etdiklərini, mübahisənin oğlu Sənanın Mixayılın ata-anasına söydüyünə görə başladığını, bu zaman həm oğlunun, həm Mixayılın içkili olduqlarını öyrənmişdir. Oğlu Sənan ona hər şeyi danışaraq bildirmişdir ki, həmin gün hər ikisi içkili vəziyyətdə olmuş, içkinin təsirindən Sənan Mixayılın valideynlərinə söymüşdür. Oğlu, deməsinə görə, zarafat etmək istəmişdir. Lakin, Mixayıl Sənanı xəbərdar edərək söyməməyini demişdir. Oğlu isə, əksinə, Mixayılı itələyərək, yaxşı eliyib söydüyünü bildirmişdir. Mixayıl isə ayağa qalxaraq oğluna bıçaqla xəsarətlər yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Şahid8 ifadəsinə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “05 avqust tarixdə saat təxminən 01:20-də işlədiyi yerdən geri qayıdarkən Məmmədəli Əhmədov küçəsi ilə Şıxəli Qurbanov küçəsinin kəsişməsində yerləşən marketdən özünə siqaret aldıqdan sonra evə tərəf hərəkət etmişdir. Evinə təxminən 100 metr qalmış küçə ilə bir şəxsin qaçaraq “kömək edin, kömək edin” deyərək qışqırmasını görmüşdür. O, həmin adama yaxınlaşmış və görmüşdür ki, bu qonşusu və həmkənlisi Zərərçəkmiş şəxsdir. O, həmin yerə çatan zaman Sənan yerə yıxılmışdır. Sənanın qarın ön hissəsi qan içində olmuşdur. Sənanı çiyninə alaraq döngəyə tərəf hərəkət etmişdir. Hərəkət edə-edə X20a zəng etmişdir. Zərərçəkmiş şəxs nə baş verdiyini və onu kimin bu hala saldığını soruşmuşdur. Sənan isə heç bir şey deməyərək zarımağa davam etmişdir. Sənanı döngənin yanına aparaq arxası üstə uzatmış və X20 avtomobilinin gəlməyini gözləmişdir. Təxminən 20 dəqiqə sonra X20 avtomobili gəlmişdir. Həmin vaxt Sənanın ətrafına xeyli adamlar toplaşmışdır. İlk öncə Mixayılın atası Vaqif və qardaşı Pərviz gəlmişdir. Pərviz Sənanı bıçaqlayan şəxsin qardaşı olduğunu bildirmişdir. Pərviz X20 avtomobilinə əyləşərək Gəncə şəhərinə xəstəxanaya getmişdir. O, da Sənanın əmisinə zəng vuraraq vəziyyəti bildirmişdir. Daha sonra isə evə çıxıb getmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 01:05-də o, X14 “döngə” deyilən ərazidə yerləşən və ona məxsus olan marketdə olmuşdur. Bu vaxt Cəfərqulu aşağı tərəfdən üzü döngəyə sarı “kömək edin” deyə qışqırmışdır. O, çölə tərəf baxdıqda görmüşdür ki, Cəfərqulu arxasında isə yaralı şəkildə Sənan sol tərəfini tutaraq gəlir. Bu vaxt Sənan marketin qarşısında yerə yıxılmış və o, qolundan qaldıraraq Sənanı marketin çölündə-pilləkənin üzərində oturtmuşdur. Nə baş verdiyini və Sənanı kimin bıçaqladığını soruşmuş, Sənan cavab verməmişdir. Sənan oturaqlı vəziyyətdə arxası üstə yerə yıxılmışdır. Sənanın sol tərəf qarın nahiyəsində, sağ arxa tərəfində və sağ qolunda qan izləri görmüşdür. Pərvizlə Akam ləqəbli Bəxtiyar usta hadisə yerinə çatmışlar. Pərviz Sənanı bıçaqla qardaşı Mixayılın vurduğunu bildirmişdir. Sənanı X20 avtomobili ilə xəstəxanaya yola salmışlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 06.08 2020-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin baş verdiyi yer Məmmədəli Əhmədov küçəsi ilə Şıxəli Qurbanov küçəsinin kəsişməsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə xx.xx.2020-ci il tarixli 318 saylı aktdan görünür ki, hadisə vaxtı X7 yüngül sərxoşluq vəziyyəti aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və pataloji anatomiya Birliyi X22n xx xxxxxx 2020-ci il tarixli, 989 nömrəli ekspertiza rəyindən görünür ki, X6 bədən səthində aşkar edilmiş xəsarətlər hər iki əlin ovuc səthinin sıyrıqları küt əşyaların təsirindən törənmiş, törənmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 1005 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş aşağıdakı xəsarətlər: döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağ ciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxaiç səthinin cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası; sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ budun yuxarı üçdə birinin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, (cəmi 5 ədəd) deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə, döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağ ciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası və sağ budun yuxarı üçdə birinin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə həm ayrı-ayrılıqda, həm də birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1532 nömrəli ekspert rəyindən görünür ki, təhqiqata təqdim edilmiş X6 və Zərərçəkmiş şəxs geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Həmin kənar lif mikrohissəciklərinin arasında, -Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə, Mixayıl Quliyevin şalvarının tərkib liflərinə uyğun gəlirlər. Mixayıl Quliyevin şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə, Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 591/2020-MTBŞ №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); X6 ABO sistemi üzrə qrup göstəricisi: B(İİİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən); Ekspertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar, trusik, X9 məxsus şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız “B” antigeni alındı. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən də, Zərərçəkmiş şəxs və ya X9 məxsus ola bilər (əgər hadisə zamanı sonuncunun bədənində qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X5 Publik hüquqi şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 391-MTKŞ/2020 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus trusikin arxa səthinin sağ yuxarı nahiyəsində 1 (bir) ədəd və şalvarın arxa səthinin sağ yuxarı nahiyəsində 1(bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər. Bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X22” Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 276 nömrəli məktubundan görünür ki, X2 rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 489/214 nömrəli ekspert rəyindən görünür ki, X11 aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; X11 cinayət əməlini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur və bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər; X11 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). X11 emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. X11 hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini tam dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. X6 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O. hal-hazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 1787 nömrəli arayışdan və 91 nömrəli xasiyyətnamədən görünür ki, X2 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 88 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qara rəngli, qatlanan tipli bıçaq, X9 məxsus göy rəngli cins şalvar, qara rəngli qısaqol, sepli kişi koftası, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvar və açıq göy rəngli trusik iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2021-ci il tarixli Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X11 əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Şəmkir rayon Məhkəməsinin qərarından görünür ki, təqsirləndirilən şəxs X11 xx xxxxxx 2020-ci il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, şərh edilən cinayət əməlinin təqsirləndirilən şəxs X11 tərəfindən törədilməsi məhkəmədə araşdırılmış sübutların məcmusu ilə tam sübuta yetirilir, lakin onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. X6 əməlini CM-nin 29,120.1-ci maddəsinə tövsif edərkən ibtidai istintaq orqanı onun zərərçəkmiş şəxsə bıçaqla çoxsaylı zərbələr vurması, həmin xəsarətləri həyat üçün təhlükəli orqanlara yetirməsi, xəsarətləri yetirdikdən sonra hər hansı yardım göstərməyə cəhd etməməsi, zərərəkmiş şəxsin təqsirləndirilən şəxsin əlindən çıxaraq qaçması səbəbindən və vaxtında xəstəxanaya çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatının xilas edilməsi səbəbindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməməsi kimi hallara əsaslanmışdır ki, bunların da heç bir hüquqi əsası yoxdur. Belə ki, qüvvədə olan CM-nin 3-cü maddəsinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin subyektiv cəhəticinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir. Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələ və onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında xx xxxxxx 2002-ci il tarixli, 3 nömrəli qərarının 1-ci və 2-ci bəndlərində tövsiyə edilmişdir ki, məhkəmə istintaqı zamanı işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin qərarda qeyd edilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə, Plenumun yuxarıda qeyd edilən qərarında göstərilən hüquqi mövqeyini hazırki cinayət işi üzrə müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, təqsirləndirilən Mixayıl Quliyevin zərərçəkən Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti olmamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi) ilə yanaşı həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətlərini, təqsirkarın hadisədən sonrakı hərəkətlərini nəzərə almalı olduğu halda nəzərə almamış və nəticədə təqsirləndirilən şəxsin əməlinin tövsifində yanlış nəticəyə gəlmişdir. X6 Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi barədə istintaq orqanının gəldiyi nəticə iş üzrə toplanmış sübutlara əsaslanmamışdır. Belə ki, cinayət işinin yuxarıda şərh edilən hallarından birmənalı görünür ki, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. X1 zərərçəkən Zərərçəkmiş şəxs arasında sonuncunun heç bir səbəb olmadan spirtli içkinin təsiri altında təqsirləndirilən şəxsin ata və anasının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən mübahisə yaranmış, həmin ana qədər Mixayıl Quliyev və Zərərçəkmiş şəxs arasında mehriban münasibətlər olmuşdur. Daha sonra hadisələrin davamında zərərçəkən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona söyüş söyməməsi barədə xəbərdarlıq etməsindən əsəbiləşərək Mixayıl Quliyevi itələmiş, sonuncu yerə yıxılaraq əlindən xəsarət almış və ayağa qalxaraq şalvarının yan cibində saxladığı bıçağı çıxararaq qəsdən zərərçəkmiş şəxsə 2 ədəd sağlamlığa ağır zərər vuran, 3 ədəd sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İbtidai istintaq orqanı təqsirləndirən şəxsin öz hərəkətlərini davam etdirə bilməməsinin səbəbi kimi Zərərçəkmiş şəxs onun əlindən çıxaraq qaçmasını göstərsə də məhkəmə istintaqı zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirən, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin verdikləri ifadələri ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hadisə yerindən qaçması kimi bir hal olmamış, zərərçəkmiş şəxs qışqırdıqdan sonra təqsirləndirən şəxs öz hərəkətlərini davam etdirməyərək zərərçəkmiş şəxsə yuxarı “Döngəyə” doğru hərəkət edərək orada onu gözləməsini, dərhal kömək çağıracağını bildirmiş və hadisə yerinə ən yaxın məsafədə yerləşən bibisi Şahid9 yaşadığı evə gedərək Sənanı bıçaqla vurduğunu, dərhal kömək çağırmasını, onu ölməyə qoymamasını bildirmiş, daha sonra öz yaşadığı evə gedərək qardaşı Pərvizə və atası Vaqifə Sənanı bıçaqla vurduğunu, dərhal ona köməklik etmələrini bildirmişdir. Qeyd edilənlərlə yanaşı təqsirləndiriən şəxsin aldığı bədən xəsarətlərinə müvafiq olaraq onun təqsirləndiriən şəxsin əlindən qaçmaqla həyatını xilas etməsi inandırıcı hesab edilmir. Göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xəsarət aldığından zəifləməsinə, heç kimin ona mane olmadığı bir şəraitdə öz niyyətini (qəsdən Zərərçəkmiş şəxs öldürmək niyyətini) davam etdirib zərərçəkən şəxsə yenidən bıçaq zərbələri yetirərək onu həyatdan məhrum etmə üçün bütün imkanlara malik olmasına baxmayaraq bunu etməmiş, əksinə zərərçəkmiş şəxsə gözləməsini, kömək çağıracağını bildirərək dərhal hadisə yerinə ən yaxın yer olan bibisinin və daha sonra özünün yaşadığı evə gedərək “tez olun ölməyə qoymayın, öləcək” deyə qışqıraraq Zərərçəkmiş şəxs kömək çağırmış, onun çağırışından sonra X20 gəlmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs hadisə vaxtı mobil telefonunun enerjisi olmadığından işlək vəziyyətdə olmadığı üçün özünün hadisə yerində qalaraq kömək çağırmaq imkanının olmamasını bildirdi. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin həmin ifadəsi qane edici və işin faktiki halları ilə uyğunluq təşkil edən ifadə kimi qiymətləndirilir. Həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri ilə bir daha sübut olunur ki, hadisə zamanı X16 Quliyevi qəsdən öldürmək niyyəti olmamışdır, Mixayıl Quliyevin qəsdi Zərərçəkmiş şəxs xəsarət yetirməyə yönəlmişdir. Qüvvədə olan qanunun mənasına görə Azərbaycan Respublikası CM-nin 29-cu maddəsində nəzərdə tutulmuş cinayət etməyə cəhd o zaman mövcud olur ki, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl, şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmır, şəxsin məhz arzu etdiyi nəticə meydana gəlmir. Əməlin CM-nin 120.1-ci maddəsi ilə tövsif olunması üçün cinayət törətmiş şəxsin təqsiri qəsdən adam öldürməyə münasibətdə qəsddən ibarət olur. Yuxarıda şərh edilən sübutlarla müəyyən olunur ki, hazırki halda təqsirləndirilən şəxs Mixayıl Quliyev zərərçəkmiş şəxsin ölümünü arzu etməmiş, onun qəsdi Zərərçəkmiş şəxs öldürməyə yönəlməmişdir. Təqsirləndirilən şəxsin qəsdi Zərərçəkmiş şəxs xəsarət yetirməyə yönəldiyindən onun təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən ibarət olduğu üçün Mixayıl Quliyevin qəsdi yalnız əməlin sonrakı nəticəsi ilə (sağlamlığa ağır zərər vurma ilə) əhatə olunur. Beləliklə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsi, həmçinin şahid ifadələri, iş materiallarında mövcud olan digər sübutlarla müəyyən edilmişdir ki, X11 xx xxxxxx 2020-ci il tarixdə, saat 01 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada olaraq Şəmkir şəhəri, Rəşid Behbudov küçəsi ilə evlərinə doğru hərəkətdə olarkən küçənin giriş hissəsində Zərərçəkmiş şəxs heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına təhqiramiz ifadələrlə söyməsindən və yaranmış sözlü mübahisə zamanı onu itələyib yerə yıxmasından əsəbləşərək şalvarının yan cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan tipli bıçağı çıxararaq qəsdən xəsarət yetirmək məqsədilə Zərərçəkmiş şəxs ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin döş boşluğuna keçən, sol ağ ciyərin aşağı payını və diafraqmanı zədələyən, hemopnevmatoraksa səbəb olmuş 1 (bir) ədəd və qarının ön divarının sol yarısının daxilə keçən nazik bağırsağı zədələyən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran sağ bazunun yuxarı üçdə birinin ön-iç səthinin, aşağı üçdə birinin arxa-iç səthinin, sağ budun yuxarı üçdə birinin bayır səthinin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən, cəmi 5 (beş) ədəd xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən həmin Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyidir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində göstərilir ki, «Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Şərh edilənlərə əsasən, CPM-nin yuxarıda sadalanan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə təqsirləndirilən şəxs Mixayıl Quliyevin əməlini Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanunauyğun hesab edərək onun əməlini CM-nin 126.1-ci maddəsinə tövsif edərək hesab edir ki, X11 CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, 59.2-ci maddəsinə əsasən əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını X6 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X6 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların omamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X6 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. X11 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunda saxlanılan qara rəngli, qatlanan tipli bıçaq, X9 məxsus göy rəngli cins şalvar, qara rəngli qısaqol, sepli kişi koftası, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvar və açıq göy rəngli trusik məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi X4 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, X6 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunda saxlanılan qara rəngli, qatlanan tipli bıçaq, X9 məxsus göy rəngli cins şalvar, qara rəngli qısaqol, sepli kişi koftası, Zərərçəkmiş şəxs məxsus göy rəngli cins şalvar və açıq göy rəngli trusik məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci X4 tutularaq dövlət nəfinə ödənilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti X9 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar