Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-71/2022 02.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafıəçilər – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X6, X11 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Dəmiryol altı, Y/S KV V-4, sahə 30 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09.02.2022-ci il tarixli qərarı ilə “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 2,811 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı Gəncə şəhəri Natavan qəsəbəsi, 6-cı küçədə yerləşən yerləşən fərdi yaşayış evində saxlamış, 14.04.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər, BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi 6-cı küçədə saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhəri BPİ-nə gətirilmiş, keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi 6-cü küçədə yerləşən 34 saylı evə baxış keçirərkən yataq otağından 1 ədəd “Rothmans” siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib 10 ədəd bükümlərdə, ayrı-ayrılıqda çəkisi, 0,264 qram, 0,276 qram, 0,338 qram, 0,350 qram, 0,256 qram, 0,278 qram, 0,337 qram, 0,317 qram, 0,321 qram və 0,074 qram olmaqla ümumi təmiz çəkisi – 2,811 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ağrıları olduğu üçün psixotrop maddə olan “Metafetamin” qəbul etmişdir. 14.04.2021-ci il tarixdə təxminən saat 15-16 radələrində o ailəsi ilə birlikdə yaşadığı ünvan 5 ünvanda evdə olarkən polis əməkdaşları zorla evə daxil olmuşlar. Polislər evə daxil olduqdan sonra onu qonaq otağında, arvadını, uşağını və anasını isə digər otaqda saxlamışlar. Bundan sonra polislər ondan narkotik vasitə olubolmamasını soruşmuşlar, o da 05 bükümdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polislər onu evin həyətinə çıxarmış və evdə axtarış aparmışlar. Bir qədər keçdikdən sonra polislər onu təkrar evin qonaq otağına aparmış və həmin vaxt o, masanın üzərində 10 bükümdə narkotik vasitə olduğunu görmüşdür. Həmin vaxt o, polis əməkdaşlarına həmin narkotik vasitələrdən sadəcə 05 bükümünün onun olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona fiziki güc tətbiq edərək digər bükümlərin də onun olmasını boynuna almasını, onu CM-nin 234.1-ci maddəsinə tövsif edilərək yüngül cəza veriləcəyini bildirmiş, o da razılaşmışdır. Daha sonra polislər içərisində psixotrop maddə olan həmin bükümləri zərfə qoyaraq möhürləmiş, bu barədə protokol tərtib edilərək video çəkiliş aparılmış, protokolun doğruluğunu imzalarla təstiq edilmişdir. O, həmin “Metafetamin”ə oxşar kütlədən heç kimə satmamış və ya istifadə etmək üçün verməmişdir. Aşkar olunmuş metamfetaminin sadəcə 05 bükümü ona məxsus olmuşdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirirəm ki, Gəncə şəhəri, Natavan qəsəbəsi, 6-cı küçədə yaşayan 02.02.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə psixotrop maddəni daşıması, satması və psixotrop maddə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, CAİ-nin kiçik inspektoru Şahid2 oğlunun və CAİ-nin kiçik inspektoru Şahid3 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14.04.2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Natavan qəsəbəsi, 6-cı küçədə yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Ə.Hüseynzadə küçəsində yerləşən Gəncə şəhər BPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə daşıması, satması və psixotrop maddələri qəbul etməsi, yaşadığı evdə psixotrop maddələr saxlaması və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 Verdiyev müdafiəçi təyin edilmiş və onların arasında konfidensial söhbət aparmaları üçün şərait yaradılmışdır. Gəncə şəhər Baş polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri yaşadığı evdə təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yuxarıda gösətrilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan psixotrop maddə olan metamfetamini gizlətdiyi yerdən çıxararaq təqdim edə biləcəyini bildirmiş və həmin kütləni yataq otağında çarpayısının üzərində olan “Rothmans” markalı siqaret qutusunun içərisində olan 10 ədəd büküm aşkar edilmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və kütlələrin çəkisi 0.3 qram, 0.2 qram, 0.3 qram, 0.3 qram, 0.3 qram, 0.4 qram, 0.3 qram, 0.3 qram, 0.3 qram, 0.2 qram, olmuşdur. Həmin kütlələr zərfdə qablaşdırılmış, zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan kütlənin psixotrop maddə olam metamfetamin olduğunu, 1-2 gün əvvəl “Vasqa” ləqəbli şəxsdən aldığını, həmin psixotrop maddələri heç kimə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahidlər Şahid2 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 14.04.2021-ci il tarixdə saat 15-16 radələrində o, ünvan 5 ünvanda yerləşən evdə yatarkən polis əməkdaşları qəfildən həmin evə daxil olmuş və gəlini Aysel onu yuxudan oyadaraq Elnurun polislər tərəfindən aparıldığını bildirmişdir. O da oyanıb qonaq otağına gedərkən Elnurun polislər tərəfindən ayaqyalın şəkildə aparıldığını görmüş və onlara Elnura geyinməsi üçün çəkələk verməsini xahiş etmişdir. Bu zaman polislər Elnuru evin qonaq otağına salmış, onu və gəlinini isə digər otaqda saxlamışlar. Bundan sonra Piran adlı polis əməkdaşı digər polis əməkdaşı ilə birlikdə otaqları axtarmağa başlamış, bir qədər sonra sonuncu telefonla danışarkən qarşı tərəfdəki şəxsə “tapdım” deyə bildirmişdir. Bundan sonra Piran Elnurun otağına girmiş və oradan nazik siqaret qutusu aşkar etmişdir. Həmin vaxt polislər onu digər otağa çıxarmış və videoçəkiliş olana qədər həmin otağa buraxmamışlar. Bundan sonra Xanlar müəllim gəlmiş, Elnurun olduğu otağa girib videoçəkiliş aparmışlar. Elnurgil olan otağın qapısı aralı olduğundan o, sonuncunun divara söykənikli vəziyyətdə “onlar mənim deyil” deməsini eşitmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 14.04.2021-ci il tarixdə saat 15-16 radələrində o, evin mətbəxində olmuş, qaynanası Arzu isə yataq otağında yatmışdır. Həmin vaxt o, qapıdan polis əməkdaşının həyətə düşdüyünü görmüş və qaynanasına bildirmişdir. Polis əməkdaşları heç bir sənəd təqdim etmədən evə daxil olmuş, yoldaşı Elnuru tutub döymüşlər. Sonra polislər onu və qaynanasını otaqdan çıxarmış və həmin otağın qapısında duraraq onları içəri buraxmamışlar. Bundan sonra polis əməkdaşlarından Piran otağı axtarmış və sonuncu Elnurun otağından siqaret qutusu götürmüşdür. Elnurgil olan otağın qapısı aralı olduğundan o, Piranın cibindən çıxararaq, həmin siqaret qutusunun içərisinə ağ rəngli salfetə bükülmüş büküm qoyduğunu görmüşdür. Çəkiliş aparılanadək polislər onu və qaynanasını həmin otağa burxmamış, çəkiliş zamanı buraxmışlar. O, Piranın siqaret qutusunun içərisinə büküm qoymasını qaynanasına deməmiş, çünki o, çəkiliş zamanı bunu demək istəmiş, lakin polislər ona icazə verməmişlər. Həmin vaxt Seymur adlı polis əməkdaşı onlara şikayət edəcəkləri təqdirdə onlara pis olacağı ilə bağlı sonuncunu hədələmiş, o da qorxduğundan bu barədə şikayət etməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 aprel 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının vermiş olduğu 15 aprel 2021-ci il tarixli 16/343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş kütlələr....” sözləri və imzalar olan kağız paketdəki, 9 (doqquz) ədəd sellofan bükümlərdə və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,276 qram, 0,338 qram, 0,350 qram, 0,256 qram, 0,278 qram, 0,337 qram, 0,321 qram, 0,074 qram, ümumi təmiz çəkisi – 2,811 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Qeyd: Metamfetamin ümumi təmiz çəkisi – 2,811 qram, tədqiqata sərf edildi – 0,4 qram (hər birindən 0,04 qr), qalıq – 2,411 qram.. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan metamfetamindən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmənarkoloji ekspertizasının 27 may 2021-ci il tarixli 623 nömrəli rəyi istintaq materiallarına uyğun verildiyi üçün sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 02 avqust 2021-ci il tarixli 424 nömrəli rəyindən görünür ki, Verdiyev X9 davamsız şəxsiyyət pozuntusu özünükəsmələrlə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmə-psixiatrik ekspertizasının 02 avqust 2021-ci il tarixli 424 nömrəli rəyi istintaq materiallarına uyğun verildiyi üçün sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 16.04.2021-ci il tarixli 5(043)-84/2021 saylı qərarından görünür ki, Gəncə şəhər BPİ-nin CAİ-nın əməliyyat müvəkkili, polis kapitanı Mehdixanov Şahid1 14 aprel 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarın Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissəsi qanuni hesab edilmiş, həmin qərarın Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi hissəsinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 08.06.2021-ci il tarixli 120-17413-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni həqiqətən “Vasqa” ləqəbli şəxsdən əldə edib-etməməsi, psixotrop maddənin əldə edilməsində ona kömək edən şəxsin olub-olmaması, həmin psixotrop maddədən yaşadığı evində, yaxud digər yerlərdə gizlədərək saxlayıb-saxlamaması, istifadəsində hər hansı mobil operatora məxsus nömrənin olub-olmamasının, Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən “Vasqa” ləqəbli şəxsdən alıb-almadığının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması barədə məlumat olsa da, həmin şəxsləri müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, istifadəsində hər hansı nömrənin olması müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş arayışdan görünür ki, onun məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “emosional davamsız tip şəxsiyyət pozğunluğu özünükəsmələrlə” dianozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24.08.2021-ci il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 2,411 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslə müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra Gəncə şəhər BPİ-nə məsul saxlanc verilmişdir. 14.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 1 ədəd diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 aprel 2021ci il tarixli “təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında ”qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(100)-71/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Kəpəz Rayon Polis İdarəsinin 19.02.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19.02.2022-ci il tarixdə saxlanılmış və Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasına etap olunması üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 21.02.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həbs olunaraq 19.02.2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına etap olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi onda aşkar edilən psixotrop maddənin 05 bükümünün ona aid olması digər 05 bükümünün polislər tərəfindən ona fiziki güc tətbiq edilərək boynuna alması ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə şahidlər X3 (təqsirləndirilən şəxsin anası) aşkar olunan narkotik vasitələrin Elnura aid olmaması barədə və X8 (təqsirləndirilən şəxsin yoldaşı) polis əməkdaşı Piranın evin divarının yanından siqaret qutusu aşkar edərək içərisinə ağ rəngli salfetə bükülmüş büküm qoyması, polislər tərəfindən şikayət edəcəkləri təqdirdə onlara pis olacağı ilə bağlı hədələnməsi barədə ifadələrinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin yaxın qohumları olduqlarından onun cəzasını yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni 2,811 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı Gəncə şəhəri Natavan qəsəbəsi, 6-cı küçədə yerləşən yerləşən fərdi yaşayış evində saxlamış, 14.04.2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər, BPİ-nin CAİ-nin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi 6-cı küçədə saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhəri BPİ-nə gətirilmiş, keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmiş, tədbirin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi 6-cü küçədə yerləşən 34 saylı evə baxış keçirərkən yataq otağından 1 ədəd “Rothmans” siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib 10 ədəd bükümlərdə, ayrı-ayrılıqda çəkisi, 0,264 qram, 0,276 qram, 0,338 qram, 0,350 qram, 0,256 qram, 0,278 qram, 0,337 qram, 0,317 qram, 0,321 qram və 0,074 qram olmaqla ümumi təmiz çəkisi – 2,811 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdardan dəfələrlə artıq olması və eləcə də Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi 6-cü küçədə yerləşən 34 saylı evə baxış keçirərkən yataq otağından 1 ədəd “Rothmans” siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq əldə edib 10 ədəd bükümlərdə, ayrı-ayrılıqda çəkisi, 0,264 qram, 0,276 qram, 0,338 qram, 0,350 qram, 0,256 qram, 0,278 qram, 0,337 qram, 0,317 qram, 0,321 qram və 0,074 qram olmaqla ümumi təmiz çəkisi – 2,811 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 14 aprel 2021-ci il tarixdə şüphəli şəxs qismində tutulmuş, 16 aprel 2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təmiz qalıq çəkisi 2,411 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 aprel 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu andan, 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təmiz qalıq çəkisi 2,411 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-71/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-71/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver