Məhkəmə qərarları › İş №1(100)-71/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-71/2023

22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-71/2023 22.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X9 iştirakları ilə, xx xxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apelasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli aministya qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və azadlığın məhdudlaşdırılması cəzasını çəkməmiş, Gəncə şəhəri, Nizami rayonu Bayan küçəsi, 5-ci döngə, ev 48-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2.006 qram olan psixotrop maddə metamfetamini əldə edib eyni məqsəd ilə yaşadığı evdə və üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində satış məqsədi ilə əldə edib daşıyaraq saxladığı psixotrop maddə metamfetaminin 0,056 qram qramını 10 manat müqabilində tanışı Şahid1 satmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə, saat 18:45-də o, tanışı Şahid1 ilə birlikdə yaşadığı fərdi yaşayış evində saxlanıldıqdan sonra həmin evin mətbəxinə baxış zamanı, mətbəx mebelinin gözündən 1(bir) ədəd çəhrayı rəngli, kağız bükümdə təmiz çəkisi 1,561 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, tədbirinin davamı olaraq həmin günü o və Şahid1 Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 Şöbəsinin inzibati binasına gətirilmiş, həmin inzibati binada saat 21:25 radələrində əvvəlcə onun üzərinə şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli, qolsuz qış gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0, 389 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, saat 23:10 radələrində isə Şahid1 üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkcəsinin sağ yan cibindən 0,056 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri Bayan küçəsi 5-ci döngə, ev 48-də qeydiyyatda olmaqla yaşayır. Tutulmamışdan təxminən bir il əvvəl ki, psixotrop maddə metamfetamin istifadə edir. 09 aprel 2022-cı il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində tanışları Göy-Göl rayon sakini Şahid1 və qonşuluqda yaşayan Şahid2 ilə söhbət edən zaman, giriş darvazası döyüldüyünü eşitmiş və qapısını açıb küçəyə çıxmış, sonra bir neçə mülki geyimli şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirməklə özlərini təqdim edərək, Baş narkotiklərlə Mübarizə İdarəsinin X17 şöbəsinin əməkdaşlar olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaşadığı evə külli miqdarda narkotik vasitə saxladığını və onların qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demişlər. O, polis əməkdaşlarına yaşadığı evdə və üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitə istifadə etdiklərini bildiklərini deymiş o da narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Bundan sonra evində axtarış aparacaqlarını bildirmişlər. O da ərizə yazaraq evdə axtarış aparılmasını razılıq vermişdir. Bundan sonra evin mətbəxindən psixotorp maddə aşkar olunmuş, o həmin psixotorp maddənin onqa məxsus olmadığı demişdir. Bundaen sonra polis əməkdaşları ona hədə-qorxu gələrək təsir etmişlər ki, həmin narkotik vasitənin ona məxsus olmasını etraf etsin. O da məcbur olub onların dedikləri ilə razı olmuşdur.Bundan sonra videoçəkiliş başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları ilə yaşadığı evin mətbəxinə daxil olub orada kağız bükümdə olan psixotorp maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları metamfetaminə baxış keçirdikdən sonra onu aptek tərəzisində çəkmişlər, ümumi çəkisi 2,02 qram gəlmişdir. Sonra psixotrop maddə metamfetamini 01 ədəd ağ zərfdə qablaşdırmışlar, zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra onu iştirakçılar ilə birlikdə imzalamışlar. Bundan sonra yaşadığı evə baxış keçirilsədə başqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra onu, Vüsalı və Zauru avtomobil ilə Baş Narkotiklərlə Mübarizəİdarəsinin X17 Şöbəsinin Gəncə şəhəri, Atatürk prospektində yerləşən inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət etmişlər. Ona yenə hədə-qorxu gəliö üzərinə də az miqdarda narkotik vasitə qoyacaqların demşlər. O qorxusundan polis əməkdaşlarının dedikləri ilə razı olmuş və cibinə bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetam qoymuşlar. Bundan sonra müdafiəçini dəvət edib onun iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı üzərində olan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini də təqdim etmişdir. Həmin bükümə də baxış keçirilib gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 0.45 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədad ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəri imzalanaraq zərf eksperlizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib olunmuşdur. Sorgu zamanı polis əməkdaşlarının ona dedikləri kimi həmin psxotrop maddəni bir neçə gün əvvəl ücədən tapdığını və özü istifadə etmək üçün evdə və üzərində saxladığını bildirmişdir.Bu barədə müdafiəcisinə bir söz deməmişdir. Ona təsir göstərilərkən ciddi xəsarət almamış, hazırda üzərində xəsarətin izləri yoxdur. Vüsala və Zaurada polis əməkdaşları təsir etmiş, Vüsalda yəqin ki, qorxusundan üzərindən aşkar olumuş psixotrop maddənin ondan aldığını demişdir. Vüsal və Zaur onun üzərinə və evə psixotrop maddənin qoyulmasını görməmiş, həmin vaxt onları ayrı-ayrı saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi, ki, DİNnin BNMİ-nin QBRŞ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 3-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 09 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BNMİ-nin QBRŞ-nə ünvan 5-də yaşayan Namiq adlı şəxsin yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına getmişlər. Həmin evdə Təqsirləndirilən şəxs özünün razılığı və həmin vaxt evində olan tanışları Şahid1 və Şahid2 iştirakları ilə onun evinə videoçəkiliş vasitəsi ilə baxış keçirmişlər və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxsa yaşadığı ünvanda qanunla saxlanılması qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin saxladığını bildirərək həmin psixotrop maddəni təqdim etmək üçün onları evin mətbəxinə dəvət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onların müşayəti ilə mətbəx otağına gedib sol tərəfdəki qab-qacaq yığılan rəfin üzərindən bir ədəd kağız bükümü götürüb təqdim edərək həmin bükümdə olan kütlənin psixotorp maddə metamfetamin olduğunu, həmin kütləni 3-4 gün əvvəl küçədə, yerdən tapdığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Baxış zamanı mətbəx otağında, divanda oturaraq üzünü əlləri ilə örtmüş qadın sorğu zamanı özünü təqdim etməyərək baxışda iştirak etmək istəmədiyini, saxlanılan şəxsin onun övladı olmadığını, oğlunun narkotik vasitə istifadə etdiyini bilsədə saxladığı və satdığı barədə məlumatının olmadığını bildirmişdir. Namıq Əliyev həmin qadının onun anası X18 olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümə baxış keçirərkən bükümün içərisindəki kütlənin ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar olunmuş, həmin büküm elektron tərəzidə çəkilərək ümumi çəkisinin 2.02 qram olduğu müəyyən edilmiş, həmin kütlə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənərək qablaşdırılmış, üzəri iştirakçılar tərfindən imzalanmış və götürülmüşdür. Ulduz Əliyeva heç bir səbəb göstərmədən qablaşdırılmış zərfin üzərini imzalamaqdan imtina etmişdir. Mənzilə baxış davam etdirilərək iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra ev sahibi Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 baş narkotikləri mübarizə idarəsinin regional şöbəsinə aparılmış və şöbənin inzibati otağında dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb stolun üzərinə qoyub təqdim edərək həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bir ədəd sellofan bükümə baxış keçirərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmiş, həmin büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 0,45 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Sonra müdafiəçinin iştirakı və videoçəkilişlə Şahid2 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Daha sonra Şahid1 üzərinə müdafiəçinin iştirakı və videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməmişdən qabaq ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Şahid1 əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümü və bir ədəd alışqanı, sol yan cibindən isə bir ədəd cib dəsmalını çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək kağız bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şahid1 üzərindən aşkar olunmuş həmin bir ədəd kağız bükülüyə baxış keçirərkən bükümün içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edilmişdir. Həmin büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 0,08 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda çoxsaylı əməliyyat məlumatları olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, evinə və üzərinə psixotrop maddə qoyulcağını və ona məxsus olmasını etiraf etməsi üçün ona heç bir zor, təsir göstərilmədiyini və hədə-qorxu gəlinmədiyini bildirmişdir. Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddənin Təqsirləndirilən şəxs almasını etiraf etməsinə görə ona heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən iki ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanıdığı Gəncə şəhəri Bayan küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir. Onunla söhbət edərkən Namiqin qonşuluğunda yaşayan Zaur da həyətə gəlmiş, həyətdə söhbət edərkən bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda, onların isə narkotik vasitəni üzərində saxlamalarında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, yaşayış evinə baxış keçiriləcəyini bildirib bu barədə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Namiq etiraz etməyərək bu barədə ərizə yazmışdır. Sonra evə onların iştirakı ilə videoçəkliş altında baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Namiq yaşadığı evin mətbəxində rəfdə saxladığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş, həmin bükümə baxış keçirərək elektron tərəzidə çəkilmiş, sonra isə onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra onları ayrı avtomobillərdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 şöbəsinə gətirmişlər. Orada ona hədə-qorxu gəlinmiş psixotrop maddə metamfetamin istifadəcisi olduğunu bildiklərini deyərək üzərinə metamfetamin qoyacaqlarını və həmin metamfetami Namiqdən özü istifadə etmək 10 manata almasını deməsini bildirmişlər. O da qorxusundan polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Sonra ona az miqdarda metamfetamin vermişlər və gödəkcəsinin cibinə qoymuşdur. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı bir ədəd bükümdə psixotrop maddə metamfetamini əynində olan gödəkcənin sağ yan cibindən çıxarıb stolun üzərinə qoymuş, həmin bükümə onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkmişlər, içərisində metamfetamin olan bükümün çəkisi 0,08 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində 10 manat pul müqabilində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs və öz istifadəsi üçün alıb üzərində saxladığını, Namiqdən ağrıdan çıxmaq üçün narkotik vasitə almağa gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir göstərilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır.Əvvəllər Rusiyada yaşamış və narkotik vasitə istifadəçisi olmuşdur. Hazırda isə narkotik vasitə istifadə etmir, infeksion xəstəsidir. Hərdən bir Namiqin yanına gedib onunla söhbət edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir.Həmin vaxt Vüsal adlı şəxsində Namiqgildə olduğunu görmüşdür. Bir az söhbət etmişlər.Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər həmin ünvana gəlib onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda, onların isə narkotik vasitəni üzərində saxlamalarında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, yaşayış evinə baxış keçiriləcəyini bildirib bu barədə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Namiq etiraz etməyərək bu barədə ərizə yazmışdır. Sonra evə onların iştirakı ilə videoçəkliş altında baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Namiq yaşadığı evin mətbəxində rəfdə saxladığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş, həmin bükümə baxış keçirərək elektron tərəzidə çəkilmiş, sonra isə onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür.Bundan sonra onu Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 şöbəsinin inzibati binasına aparmışlar. Hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar,lakin üzərindən heç bir əşya aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları onları tutarkən onu kənarda saxlayıb sorğusual etmişlər, o da üzərində narkotik vasitə olmadığın, Namiqdən narkotik vasitə almağa gəlmədiyini, ona çay alıb gətirdiyini demişdir. Onun yanında Namiqə və Vüsala hədə-qorxu gəlinməmiş, belə bir şey olmuşdusa da o kənarda olan zaman ola bilərdi. Təqsirləndirilən şəxs narkotik vasitə satmasından xəbəri olmamışdır. Ona polis əməkdaşları təsir etməsə də həmin vaxt qorxmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, ***-***-**- ** mobil nömrəsi ona məxsusdur, həmin nömrəni uzun müddətdir istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, eyni zamanda Təqsirləndirilən şəxs onunla qohumluq əlaqəsi var. Özü narkotik vasitələrin istifadəçisi olmuş, 2000-ci ildən Gəncə şəhər Narkoloji dispanserdə rəsmi qeydiyyatdadır. Hal-hazırda müalicə olunur və narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. Təqsirləndirilən şəxs ilə təxminən 5-6 ay bundan əvvəl bir neçə dəfə əlaqə saxlayıb görüşmüş və bir yerdə narkotik vasitə kakos istifadə etmişdir. Həmin narkotik vasitə və psixotrop maddəni Namiq özü təşkil etmiş və kimdən almasını ona deməmiş, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni alıb onunla birlikdə onun yaşadığı ünvan 5 ünvanında həyətdə istifadə etmişlər. Həmin vaxtı işləmədiyi üçün pulu olmamış, narkotik vasitə və psixotrop maddəni öz pulu ilə almış, onun həmin narkotik vasitə və psixotrop maddəni kimdən almasını bilmir. Təqsirləndirilən şəxs atasının qohumudur, eyni zamanda Namiq də narkotik vasitələrin qəbulundan əziyyət çəkir, həmin vaxtları narkotik vasitələrin asıllığından əziyyət çəkdiyi üçün bir neçə dəfə onunla əlaqə saxlamış və Təqsirləndirilən şəxs öz pulu ilə narkotik vasitə və psixotrop maddə alaraq onunla birlikdə istifadə etmişdir. Ona görə də istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Namiq mən Gədəbəydə olmuşam niyə götürmürsən”, xx.xx.2022-ci il tarixdə “Namiq başını deyəsən patı aparıb, Namiq sən bizi kim düşünürsən”, xx.xx.2022-ci il tarixdə “ Ay Namiq söz soruşacam cavab ver” məzmunlu sms-lər yazmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, psixotrop maddə və narkotik vasitələrdən istifadə etdir, lakin heç vaxt oğlu Namiqin onun yanında psixotrop maddə və narkotik vasitələrdən istifadə etməmiş, psixotrop maddə və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. X14 onların uzaq qohumu olduğunu, onun psixotrop maddə və narkotik vasitələrədən istifadə etdiyini bildiyini, 2022-ci ilin yanvar ayında X13 Əliyevin yanına yaşadığı ünvan 6 ünvanına gəldiyini, lakin oğlu Təqsirləndirilən şəxs uzaq qohumları X20 ilə birlikdə onların yaşadıqları evdə psixotrop maddə və narkotik vasitələrədən istifadə etdiklərindən məlumatının olmadığını bildirmişdir. Namiq tutularkən polis əməkdaşları onu kənarda saxlamış, o axtarışda iştirak etməmişdir. Hesab edir ki, porlis əməkdaşları özləri evə narkotik vasitə qoymuş, Namiqə təsir etdikləri üçün o etiraf etmişdir. xx.xx.2022-ci il tarixli «Raport»-dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilməmişdən qabaq Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən evinə video görüntü ilə baxış keçirilir və baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirir, daha sonra onun yaşadığı evə baxış keçirilir və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində psixotrop maddə metamfetamin saxladığını bildirir və polis əməkdaşlarını evin mətbəxinə dəvət edir. Daha sonra Təqsirləndirilən şəxs mətbəxin sol tərəfindəki qab-qacaq yığılan rəfin üzərindən bir ədəd kağız bükümü götürüb təqdim edir və həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, təxminən 3-4 gün əvvəl küçədə yerdən tapdığını vəözünün istifadəsi üçün saxladığını bildirir. Həmin kütləyə baxış zamannı kütlənin ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzədiyi müşahidə olunur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilir və çəkisi 2,02 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülür və üzəri möhürlənir. Həmin möhürün üzəri və evə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi, Gəncə 1 saylı Vəkillər Bürosunun vəkili X4 iştirakı və videogörüntü ilə ünvan 7 ünvanınd yerləşən evinə baxış keçirilir və baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edir və həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, yaşadığı evdə aşkar olunmuş psixotrop maddədən bir qədər götürüb üzərində saxladığını və özünün istifadəsi üçün saxladığını bildirir. Həmin kütləyə baxış zamannı kütlənin ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzədiyi müşahidə olunur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilir və çəkisi 0,45 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülür və üzəri möhürlənir. Həmin möhürün üzəri və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan halhazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid1 bu barədə qərarla tanış edərək paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri,qanunla dövriyyəsi qadağan edilmiş,yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları vəya sənədləri könüllü surətdə verməsi təklif edildi.Bu təklifdən sonra Şahid1 əynində olan tünd göy rəngli gödəkcənin saö yan cibindən bir ədəd bükümü və bir ədəd alışqanı,sol yan cibindən isə bir ədəd cib dəsmalını cıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək kağız bükümün içərisindəki kütənin psixotrop maddə metamfetamin olduğunu bildirdi.Sonra Şahid1 üzərinə tərəfimdən şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Şahid1 üzərindən narkotik vasitə,psixotrop maddə,qanunla qadağan edilmiş əşya ,eləcədə heç bir əşya aşkar edilmədi.Cib dəsmalı alışqan ilə birlikdə şəxsin özünə qaytarıldı. Şahid1 üzərindən aşkar olunmuş həmin bir ədəd kağız bükülüyə baxış keçirərkən bükümün içərisində ağ rəngli ,kristal səkilli,psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar edildi.Həmin büküm gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 0.08 qram olduğu müəyyən edildi.Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlandı ,DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürləndi,üzəri iştirakçılar tərərfidən imzalanaraq zərf ekspertizaya göndərilməsi üçün tərəfimdən götürüldü. Şübhəli şəxs Şahid1 verilən suallara cavab olaraq bildirdi ki, təxminən iki ildir ki,narkotik vasitə və psixotrop maddələrdən istifadə edir, üzərindən aşkar olunan olunan psixotrop maddə metamfetamini saxlanmamışdan əvvəl ağrıdan çıxmaq üçün həyətində saaxlandığı Namiqdən almışdır, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmayıb, heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır,əvvəllər Namiqdən narkotik vasitə və ya psixotrop maddə almayıb,saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,şübhəli şəxs Şahid2 bu barədə qərarla tanış edərək paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri,qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları vəya sənədləri könüllü surətdə verməsi təklif edildi.Bu təklifdən sonra Şahid2 əynində olan şalvarın saö yan cibindən bir ədəd alışqanı,gödəkcənin sağ yan cibindən isə bir ədəd cib dəsmalını cıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim edərək üzərində qanunsuz əşya olmadığını bildirdi.Sonra Şahid2 üzərinə tərəfimdən şəxsi axtarış keçirildi.Şəxsi axtarış zamanı Şahid2 üzərindən narkotik vasitə,psixotrop maddə,qanunla qadağan edilmiş əşya ,eləcədə heç bir əşya aşkar edilmədi. Şahid2 üzərindən aşkar olunmuş əşyalar şəxsin özünə qaytarıldı. Diskə baxış keçirilməsi haqqında 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilməmişdən qabaq Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən evinə video görüntü ilə baxış keçirilir və baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirir, daha sonra onun yaşadığı evə baxış keçirilir və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində psixotrop maddə metamfetamin saxladığını bildirir və polis əməkdaşlarını evin mətbəxinə dəvət edir. Daha sonra Təqsirləndirilən şəxs mətbəxin sol tərəfindəki qab-qacaq yığılan rəfin üzərindən bir ədəd kağız bükümü götürüb təqdim edir və həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, təxminən 3-4 gün əvvəl küçədə yerdən tapdığını vəözünün istifadəsi üçün saxladığını bildirir. Həmin kütləyə baxış zamannı kütlənin ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzədiyi müşahidə olunur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilir və çəkisi 2,02 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülür və üzəri möhürlənir. Həmin möhürün üzəri və evəbaxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Daha sonra diskdə olan digər video görüntüyə baxış keçirilir və baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi, Gəncə 1 saylı Vəkillər Bürosunun vəkili X4 iştirakı və videogörüntü ilə ünvan 7 ünvanınd yerləşən evinə baxış keçirilir və baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edir və həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, yaşadığı evdə aşkar olunmuş psixotrop maddədən bir qədər götürüb üzərində saxladığını və özünün istifadəsi üçün saxladığını bildirir. Həmin kütləyə baxış zamannı kütlənin ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzədiyi müşahidə olunur. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilir və çəkisi 0,45 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülür və üzəri möhürlənir. Həmin möhürün üzəri və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan halhazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Materialların məhkəmə ekspertizasının 10 aprel 2022-ci il tarixli 16/407 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “ Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd çəhrayı rəngli kağız bükümdə təmiz çəkisi 1,561 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Tədqiqata təqdim edilmniş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,389 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən aşkar olunmuş....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd folqa kağız bükümdə təmiz çəkisi 0,056 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in 2-ci siyahısına daxildir. Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 13 may 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları vardır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş xx.xx.2022-ci il BKC/LGL-9228/22 nömrəli məktubla daxil olmuş diskə baxış keçirilmiş və baxıç zamanı müəyyən edilmişdir ki,xx.xx.2022-ci il tarixdə ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “Namiq başını deyəsən patı aparıb, Namiq sən bizi kim düşünürsən qaqa “ tipli, xx.xx.2022-ci il tarixdə ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə “ay qaqa bir kəlmə söz deyərdin səni gözləyirəm,səhər qizin işin yoluna qoyum sənin hörmətindən çıxacam,varyoxunu sikim sən verənin üstündəyəm, sən öl ağali dura bilmirəm,ayaqlarım pis ağrıyır, səhərdə 09:00 Yeganənin məhkəməsinə getməliyəm, bu gün 4 gündü yatmıram,sən bir söz de düzəlmirsə,mən bir nəfər var onun evinə girim başqa varyat qalmayıb,cavab de qaqa işimi bilim“tipli,xx.xx.2022-ci il tairxdə həmin nömrədən yenidən “gəlib getməyim səni narahat edirsə elə pramoy söz de,nedi-nedi bir-iki dəfə nisyə,bir-iki dəfə ağrıyıram, vəziyyətdən çıxar dedim ona görə belə oyun oynayırsan“ tipli sms-lər göndərilməsi aşkar edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 30 may 2022-ci il tarixli 742 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs –Gəncə şəhəri, Nizami rayonu Bayan küçəsi, 5-ci döngə, ev 48-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 aprel 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apelasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli aministya qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və cəzasını tam çəkib qutarmamışdır. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 100/2022 nömrəli məktubundan görünür ki, Gəncə Apelasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut- Ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1,461, 0,389, 0,056 qram çəkidə psixotrop maddələr, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, eləcədə yaşadığı evə baxış keçirilən zaman, həmçinin Şahid1 üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan üç ədəd “DVD” disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra 03 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmiş, psixotrop maddələr isə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli biləməyərək psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmadığını, üzərindən və evindən aşkar olunmuş psixotrop maddələrin ona məxsus olmadığını, Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddənin o satmadığını, Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddəni Təqsirləndirilən şəxs almadığını bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özlərinin müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, üzləşdirmədə dindirlərkən ifadələrini əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl ki, psixotrop maddə metamfetamin istifadə edir. Təxminən 3-4 gün əvvəl Gəncə şəhəri ərazisində piyada gəzən zaman Totanlı küçəsində yerdən bir ədəd bükümdə psixotrop maddə metamfetamin tapmış, bükümə tam baxış keçirdikdən sonra onu cibimə qoymuşdur. Sonra yaşadığı evə getmiş və yerdən tapdığı metamfetaminin üzərindən bir qədər şəxsi istifadəsi üçün sellofana doldurmaqla, yerdə qalanını evin mətbəxində olan mebelin gözünə qoymuşdur. 09 aprel 2022-cı il tarixdə saat 18 radələrində yaşadığı evin həyətində tanışları Göy-Göl rayon sakini Şahid1 və qonşuluqda yaşayan Şahid2 ilə söhbət edən zaman, giriş darvazası döyüldüyünü eşitmiş və qapısını açıb küçəyə çıxmış, sonra bir neçə mülki geyimli şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirməklə özlərini təqdim edərək, Baş narkotiklərlə Mübarizə İdarəsinin X17 şöbəsinin əməkdaşlar olduqlarını bildirmişlər. Polis əməkdaşları ona yaşadığı evə külli miqdarda narkotik vasitə saxladığını və onların qanunsuz dövriyyəsi ilə məşğul olduğunu demişlər. O, polis əməkdaşlarının yaşadığı evdə və üzərində saxladığı psixotrop maddə metamfetamindən xəbərlərinin olduqlarını düşünmüş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Sonra polis əməkdaşları ayrı-ayrılıqda özlərini Vüsala və Namiqə təqdim etdikdən sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə yazmışdır. Sonra razılığı ilə videoçəkiliş başlanmış, videoçəkiliş zamanı polis əməkdaşları ilə yaşadığı evin mətbəxinə daxil olub orada kağız bükümdə saxladığı psixotorp maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları metamfetaminə baxış keçirdikdən sonra onu aptek tərəzisində çəkmişlər, ümumi çəkisi 2,02 qram gəlmişdir. Sonra psixotrop maddə metamfetamini 01 ədəd ağ zərfdə qablaşdırmışlar, zərfin üzərinə müvafiq qeydlər aparıldıqdan sonra onu iştirakçılar ilə birlikdə imzalamışlar. Bundan sonra yaşadığı evə baxış keçirilsədə başqa qanunsuz əşya aşkar olunmamışdır. Sonra onu, Vüsalı və Zauru avtomobil ilə Baş Narkotiklərlə Mübarizəİdarəsinin X17 Şöbəsinin Gəncə şəhəri, Atatürk prospektində yerləşən inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X5 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərina şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı üzərində saxladığı bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini də təqdim etmişdir. Həmin bükümə də baxış keçirilib gümüşü rəngli elektron tərəzidə çəkilərək çəkisinin 0.45 qram olduğu müəyyən edilmişdir. Həmin büküm bir ədad ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı ilə bağlanmış, DİN-in zərflər üçün 7(2) möhürü ilə möhürlənmiş, üzəri imzalanaraq zərf eksperlizaya göndərilməsi üçün götürülmüşdür. Sonra protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyinə görə müdafiəçinin iştirakı ilə imzalamışdır. Ekspertiza rəyi ona elan edildikdə bilmişdir ki, yaşadığı evin mətbəxindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi 1, 561 qram, şöbənin inzibati binasında üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi isə 0, 389 qram, Şahid1 şöbənin inzibati binasında üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi isə 0,056 qramdır. Onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyası yoxdur. Onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində və yaşadığı evdə saxlamışdır. Mənim üzərimdən aşkar edilmişnarkotik vasitə heroini satmaq niyyətim olmamışdır. Şahid1 heç bir zaman psixotrop maddə metamfetamin satmamış, istifadəsində 055 *** ** ** mobil telefon nömrəsi vardır. Həmin nömrəni 1 ildir ki, istifadə edir. Bundan başqa məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində dindirilmiş, o cümlədən Təqsirləndirilən şəxs ilə üzləşdirmədə dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təxminən iki ildir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində tanıdığı Gəncə şəhəri Bayan küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmişdir ki, ondan istifadəsi üçün bir qədər narkotik vasitə və ya psixotrop maddə alıb istifadə etsin, ağrıları azalsın. Namiq gilə gəlmiş və ondan 10 manat müqabilində bir ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. Namiq ona verdiyi psixotrop maddəyə görə ondan pul almamışdır. O, psixotrop maddəni alıb onunla söhbət edərkən Namiqin qonşuluğunda yaşayan Zaur da həyətə gəlmiş, həyətdə söhbət edərkən bir neçə nəfər mülki geyimli şəxslər onun yaşadığı ünvana gəlib onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda, onların isə narkotik vasitəni üzərində saxlamalarında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər xidməti xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, yaşayış evinə baxış keçiriləcəyini bildirib bu barədə qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs tanış etmişlər. Namiq etiraz etməyərək bu barədə ərizə yazmış, sonra yaşadığı evə onların iştirakı ilə videoçəkliş altında baxış keçirilməsinə başlanmış, sorğu zamanı Namiqdən ağrıdan çıxmaq üçün narkotik vasitə almağa gəldiyini bildirmişdir. Baxış zamanı Namiq yaşadığı evin mətbəxində rəfdə saxladığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmiş, həmin bükümə baxış keçirərək elektron tərəzidə çəkilmiş, sonra isə onların iştirakı ilə qablaşdırılıb götürülmüşdür. Bundan sonra birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 şöbəsinə gedəcəyini bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X17 şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə, bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, fərdi qaydada fəaliyyət göstərən vəkil X12 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. X2 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aldığı bir ədəd bükümdə psixotrop maddə metamfetamini əynində olan gödəkcənin sağ yan cibindən çıxarıb stolun üzərinə qoymuş, həmin bükümə onun iştirakı ilə baxış keçirib sonra elektron tərəzidə çəkmişlər, içərisində metamfetamin olan bükümün çəkisi 0,08 qram olmuşdur. Həmin büküm ağ rəngli kağız zərfə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 17 radələrində 10 manat pul müqabilində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X10 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022ci il tarixli aministya qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və azadlığın məhdudlaşdırılması cəzasını ümumiyyətlə çəkməmişdir. Qeyd edilən hökm üzrə təyin edilən cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən həmin məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının cəzasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2022-ci il tarixli aministya qərarının 5-ci bəndinə əsasən 01 il azaldılmış və CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və çəkilməmiş qalan 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən, birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,461, 0,389 və 0,056 qram çəkidə psixotrop maddələr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X8 X10 üzrə Dövlət Komissiyasının Daimi X19 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilərək, qəti olaraq təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 11 (on bri) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsininə əsasən yeni hökm üzrə təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və qəti olaraq ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 09 aprel 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,461, 0,389 və 0,056 qram çəkidə psixotrop maddələr metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X8 X10 üzrə Dövlət Komissiyasının Daimi X19 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də üç ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar