Məhkəmə qərarları › İş №1(100)-71/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-71/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-71/2025 29.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X6 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1984-cü il tarixdə Xanlar rayonu, Aşıqlı kəndində anadan olan, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmayan, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 48B, mənzil 36-da qeydiyyatda olmaqla, ünvan 1 ünvansız fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 7,407 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 20 may 2023cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 21 may 2023-cü il tarixdə saat 00:10 radələrində Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və həmin günü, yəni 21 may 2023-cü il tarixdə saat 01:00-da onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 7,407 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, “Xaraba yeri” adlanan ərazidə qumbara partladılan vaxtı o, həmin yerə yaxın özünə məxsus anbarda olmuşdur. Partlayış səsi gələndən bir qədər sonra Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın rəisi Elşən Mehdiyev ona zəng etmişdir. X54 dostluq münasibəti olmuşdur. Telefonu açdıqdan sonra Elşən ona qohumu X60 küçəsində qumbara partlatdığını demiş, o isə “elə şey ola bilməz, nə danışırsan” dedikdə sonuncu hadisə yerində olduğunu və tez oraya gəlməyini demişdir. O da saat 19-20 radələrində Ülvünün qardaşı Elvin Hüseynovla birlikdə qumbara atılan əraziyə getmişdir. Həmin yerə çatanda Elşən Mehdiyevin, əməliyyatçıların və başqa şəxslərin toplaşdığını görmüşdür. O, Elşənə yaxınlaşan zaman sonuncu ona Ülvünün qumbara ilə buranı partladığını demiş, o isə Ülvünü yaxşı tanıdığını və sonuncunun elə şey etməyəcəyini demişdir. Bundan sonra o, Elşənin yanında Ülvünün telefonuna bir neçə dəfə zəng etmiş, lakin sonuncu telefonu açmamışdır. O, sonradan bilmiş ki Ülvünün telefonu avtomobildə qaldığı üçün zəngə cavab verməmişdir. Ülvün telefonu götürmədiyi üçün o, Vaqifə zəng etmiş, sonuncu da telefonu açmamışdır. Bir qədər sonra başqa şəxslərin köməyi ilə o, Ülvünlə əlaqə saxlayaraq nə etdiyini və nə baş verdiyini soruşmuşdur. Həmin vaxtı telefonu səsucaldanda olmuş və Elşənlə digər əməliyyatçılar Ülvünün səsini eşitmişlər. O, Ülvünə hadisə yerinə gəlməyini demiş, sonuncu isə qumbaranı Elmir adlı şəxsin atdığını, özünün isə həmin şəxsin arxası ilə düşdüyünü demişdir. Danışıq zamanı Ülvünün səsi əsəbi olmuşdur. O, Ülvünə nə isə etməyə ehtiyac olmadığını, polislərin hadisə yerinə gəldiyini, hadisəni kim törədibsə cavab verəcəyini, həmçinin Elşən müəllimin digər əməliyyatçılarla burada olduğunu və danışığı eşitdiyini deyib hadisə yerinə gəlməsini xahiş etmişdir. Bir neçə dəqiqə sonra Ülvün hadisə yerinə gəlmişdir. Bundan sonra Elşən müəllim Vaqifə zəng etməyini dediyi üçün o, sonuncuya yığmışdır. Danışıq zamanı hadisə yerinə gəlməsini dedikdə Vaqif Elşənin onu yükləyəcəyindən qorxduğunu bildirmişdir. O, bunu Elşənə dedikdə sonuncu narahat olmamağını söyləmişdir. Vaqif Elşənin onu yükləməyəcəyinə zəmanət verəcəyi təqdirdə gələcəyini demiş, Elşənin isə elə şey ola bilməyəcəyini desməsinə baxmayaraq, Vaqif gəlməmişdir. Ülvün gələndən sonra sonuncunun avtomobilinə baxılmış və mobil telefonla bıçaq aşkar olunmuşdur. Bir qədər sonra Ülvünü polis şöbəsinə aparmışlar. Ülvün şöbəyə aparıldıqdan sonra o, işlədiyi anbara qayıtmışdır. Bundan 1-2 saat sonra ona zəng edib Ülvünü hadisə yerinə çəkilişə gətirdiklərini demişlər. O da oraya getmiş və əməliyyatçıların toplaşdığını görmüşdür. Elşən onu görüb “sən nəyə gəlirsən e bura? telefonunu alın, Anarı da aparın” demişdir. Elşən bu sözləri əməliyyatçı Şahid1 bildirmişdir. O da “bu nə danışıqdır, mənlik heç bir şey yoxdur” deyib telefonunu Siraca vermişdir. Şöbəyə getmək üçün avtomobilə minən zaman Elşən ona “sənə deyirəm buradan get” demişdir. O da telefonunu götürüb oradan uzaqlaşmışdır. Həmin gün axşam saat 11-12-də Elşən istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng edərək Ülvünün ac olduğunu və yemək gətirmək fikrinin olub-olmadığını soruşmuş, o da gətirəcəyini demişdir. Bundan sonra o, zəng edərək oğlu Məhəmmədi çağırmış və Ülvünə dönər almaq üçün sonuncu ilə birlikdə getmişdir. Şöbəyə gedənə qədər Elşən ona dəfələrlə zəng edərək “noldu, gəl, Ülvün acdı” demişdir. Şöbənin qarşısına çatdıqda Ülvünün qohumların toplaşdığını görmüşdür. Orada Ülvünün nənəsi ona Elşənə inanmamağını və onu da şərləyəcəklərini demişdir. O isə Elşənin dostu olduğunu və sonuncunun elə şey etməyəcəyini demişdir. Hər ehtimala qarşı mobil telefonunu söndürərək oğlu Məhəmmədə verib şöbəyə daxil olmuş və Elşənin otağına qalxmışdır. Elşən ona köməklik üçün hadisə yerinin videosunu göstərib orada olan şəxslərdən kimləri tanıdığını soruşmuşdur. Ülvün üçün gətirdiyi dönəri isə əməliyyatçılar yemişlər. O, az sonra Elşənə getmək istədiyini dedikdə sonuncu and verərək darıxdığını və bir qədər onunla oturmağını xahiş etmişdir. Bir qədər sonra Elşən otaqda gözləməyini, 5-10 dəqiqə sonra gələcəyini deyib çıxmışdır. O, artıq nəyinsə düz olmadığını başa düşmüşdür. Elşən otaqdan çıxdıqdan sonra otağa əməliyyatçı gələrək onunla salamlaşmışlar. O, əməliyyatçıya getmək istədiyini dedikdə sonuncu Vaqif gəlib təslim olanadək onun saxlanmağı barədə tapşırıq aldığını demişdir. Narazılıq etdikdən sonra onu başqa otağa aparmışlar. Otaqda olarkən Ülvünün səsini eşitmiş və sonuncunun onun olduğu otağın qarşısından keçdiyini bilmişdir. Onlar Ülvünlə bir-birini görməsə də səslərini eşitmişlər. Ülvün şəhid övladı olduğu üçün sonuncuya koridorda sərbəst hərəkət etməyə imkan verilmiş, lakin onun belə imkanı olmamışdır. O, gecəni səhərə kimi şöbədə keçirmişdir. Səhər saat 8-9-da Vaqifin yoldaşını şöbəyə gətirmişlər. Bununla bağlı koridorda səs-küy yaranmış, o, otaqdan çıxanda Ülvünün də koridorun digər tərəfindəki otaqdan çıxdığını görmüşdür. Bir neçə saatdan sonra Vaqif şöbəyə gəlmişdir. O, polis əməkdaşlarına artıq Vaqifin gəldiyini və onu buraxmalarını dedikdə sonuncular bir qədər də gözləməyini demişlər. Bir müddət sonra qumbara atan şəxsin Bakı şəhərində güllələndiyini bildirmişlər. Həmin gün günorta saatlarında olduğu otağa qəfildən polis əməkdaşları daxil olub onun qolunu buraraq Niyaməddin müəllimin otağına aparmışlar. Gəncə ŞBPİ-nin əməkdaşı Şahin müəllim də orada olmuşdur. Şahin müəllim onu yumruqla vuraraq dizini yerə qoymağını demiş, Niyaməddin müəllim isə buna ehtiyac olmadığını söyləmişdir. Bundan sonra onu başqa otağa aparmışlar və həmin otaqda olarkən Rəşad adlı polis əməkdaşı paltarının cibinə narkotik qoymuş, o isə etiraz etmişdir. Əməliyyatçılar onun qolunu burub yumruqla yan nahiyələrindən vurmuşlar. Bu zaman cinayət-axtarışın rəisi Ramin müəllim otağa gəlmiş və ona “ay Anar filankəsi öldürdülər də bilirsən. Əgər sən də ölmək istəmirsənsə bunu götür get. Səni burdan buraxacam, çöldə güllələyəcəklər” demişdir. O isə heç nə etmədiyini söyləmişdir. Bundan sonra onu vursalar da narkotik vasitəni üzərinə götürməmişdir. Daha sonra otağa alt qadın paltarı gətirilməsi deyilmişdir. Narkotik vasitəni üzərinə götürməyəcəyi halda qadın alt paltarını geyindirəcəklərini və şəkilini çəkəcəklərini demişlər. O da rüsvay olmaqdansa narkotiki üzərinə götürməklə razılaşmış və videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu demişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** mobil nömrə polis əməkdaşı Elşənə Mehdiyevə məxsus olmuşdur. Sonuncu partlayış hadisəsi baş verən gün dəfələrlə ona zəng etmişdir. Hadisə günü Elşən ilk dəfə zəng etdikdə onu “Xaraba yeri” adlanan ərazidəki hadisə yerinə, digər zənglərində isə polis şöbəsinə dəvət etmişdir. O, polis şöbəsinə Ülvün Hüseynova dönər aparmaq üçün getmişdir. Polis şöbəsində saxlanıldığı otağa hadisə baş verən yerdə avtomobil yuyan Lətif adlı şəxsi də gətirmişlər. Polis əməkdaşları sonuncunu sillələmişlər. Şahin və narkomaniyanın rəisi Rəşad onu xəsarət almayacaq həddə döymüşlər. Onun sinəsinə yumruqla vurmuşlar, dizinin arxasından vurub yerə qoymuşlar, sonra isə qadın alt paltarı gətirib ona geyindirəcəklərini demişlər. Onu qadın alt paltarı geyindirib rüsvay edəcəkləri ilə hədələdikləri üçün o, etirafedici ifadələr vermişdir. Onu polis şöbəsində öldürməklə hədələdikləri üçün birinci dəfə sanksiyaya çıxarılan zaman fiziki təzyiq göstərildiyini deməmiş, lakin ikinci dəfə sanksiyaya çıxarkən artıq təcridxanada onu öldürə bilməyəcəklərini bildiyi üçün döyüldüyünü demişdir. “Xaraba yeri” adlanan ərazidə qumbara partladılması hadisəsi zamanı orada olmuş Ülvün həm şəriki, həm də oğlunun kirvəsi olduğundan, başqa sözlə desək onun sonuncu ilə yaxın münasibəti olduğu üçün başına bunlar gəlmişdir. Hadisə həmin ərazidə olduğu üçün Elşən müəllim hadisə yerinə gəlib təxminən axşam saat 6,7 və ya 8 radələrində ona zəng etmiş, o isə həmin vaxtı “Xaraba yeri” adlanan ərazidə yerləşən sexdə işdə olmuşdur. O, hadisə yerinə iki dəfə gəlmiş, birinci dəfə Ülvün gələn vaxtı, ikinci dəfə isə Ülvün çəkiliş üçün yenidən hadisə yerinə çıxarıldığı vaxt gəlmişdir. Elşənlə o, uşaqlıqdan dost olmuş, bununla belə Elşənlə onun arasında pul söhbətinə görə narazılıq yaranmışdır. O, polis şöbəsinə dönər alıb gedəndə heç bir təzyiqlə qarşılaşmamış, həmin vaxt o, bir dost kimi şöbəyə getmişdir. Dönəri stolun üzərinə qoyduqdan sonra Elşən ondan görüntüdəki şəxslərin kim olduğunu soruşmuş, o da birinin Vaqif, birinin isə Ülvün olduğunu, digərlərini tanımadığını demişdir. Bundan sonra o, Elşənlə borcu barədə danışmış və pula ehtiyacı olduğundan qaytarmasını xahiş etmiş, sonuncu da verəcəyini demişdir. Elşənin yanında 20-30 dəqiqə oturduqdan sonra sonuncu qalxıb tədbirə getdiyini bildirmişdir. Həmin vaxt o da getmək istədiyini dedikdə Elşən 10-20 dəqiqə sonra qayıdacağını və otaqda tək darıxdığını bildirib gözləməsini söyləmiş, o da razılaşmışdır. Həmin vaxt Elşənin ona oyun oynayacağını anlamış, lakin bunun onun üzərinə narkotik vasitə qoyulması ilə nəticələnəcəyini düşünməmişdir. O, Ülvünə yemək aparmaq üçün 2-ci polis şöbəsinə getdiyi gün Ülvünü görməmiş, sonuncu başqa bir otaqda olmuş, onlar sadəcə bir birinin səsini eşitmişdir. O, Ülvünü görməsə də edilən təzyiq nəticəsində sonuncunun qışqırdığını eşitmişdir. O, Ülvünə yemək aparmaq üçün polis şöbəsinə gedən zaman sonuncunun şəhid anası olan yaşlı nənəsi şöbənin qarşısında oturmuşdur. Bundan başqa orada Ülvünün qardaşı Elvin, Vəli və digər şəxslər də olmuşdur. Bir sözlə həmin vaxt şöbənin qarşısında Ülvünün arxasınca gələn 5-6 nəfər adam olmuşdur. O, şöbəyə girmək istəyən zaman Ülvünün nənəsi ona içəri girməməyini, onu da oyuna salacaqlarını demişdir. Polis şöbəsində o, qumbara atan şəxsin müqavimət göstərdiyinə görə polislər tərəfindən öldürüldüyünü eşitdiyi üçün onu da öldürəcəklərindən qorxmuşdur. Çünki polislər həmin şəxsin müqavimət göstərdiyi üçün öldürüldüyünü yox, sadəcə hadisə ilə bağlı öldürmək barədə göstəriş aldıqlarını demişlər. İki dəfə çəkilişdən imtina etdikdən sonra üçüncü dəfə qadın alt paltarını gətirib polislər onun üzərinə tökülmüşlər. Ramin müəllim onun qarşısına gəlib “Anar hörmətcil oğlansan, valla səni öldürəciyik, özü də qadın paltarı geyindirib öldürəciyik, mən istəmirəm sənin başına bu oyunu açsınlar, götür get, 2-3 ildən sonra çıxarsan, kişi kimi get, kişi kimi çıx, yazıqsan” demişdir. O, şöbəyə girən zaman telefonu üzərində olmamış, şöbəyə daxil olarkən telefonunu oğluna vermişdir. Şöbənin daxilində olan zaman başqa şəxsin mobil telefonu ilə kiməsə zəng etməmiş, mesaj da göndərməmişdir. Oğlu səhərədək şöbənin qarşısında olmuşdur. Şahinlə Rəşad onun sinəsindən yumruqla vursalar da onun bədəni üzərində hər hansı xəsarəti olmamışdır. Ona daha çox psixoloji təzyiq göstərmişlər. Şöbənin daxilində onun sərbəst hərəkət etmək imkanı olmamış, çünki o, bir Elşənin otağında, bir də digər saxlanma otağında olmuşdur. Elşənin otağında olarkən Rəşad adlı polis əməkdaşı yanında olmuşdur. Şöbədə olarkən tanışlarından yanına gələn olmamış, sadəcə saxlanıldığı otağa partlayış hadisəsi zamanı orada olan avtomobil yuyulması ilə məşğul olan Lətifi və başqa bir uşağı gətirmişlər. Saxlanıldığı otağın pəncərəsi olmuş və o, oradan baxaraq oğlunu görmüşdür. Saxlanıldığı otaq səhv etmirsə 3-cü mərtəbədə yerləşmiş və həmin vaxt onun əlində qandal olmamışdır. O, otaqda olan zaman birinci olaraq Emin adlı əməliyyatçı avtomobil yuyan şəxsi döyə-döyə yanına gətirmiş, otağa gətirəndən sonra Emin həmin şəxsi təhqir edib sol tərəfdəki seyfin üzərinə əllərini qoyaraq tək ayaq üzərində dayanmasını demişdir. Həmin avtomobil yuyan şəxs səhərədək onunla birlikdə otaqda qalmışdır. İbtidai istintaq zamanı ona göstərilmiş təzyiqlə bağlı şəxsən təcridxanadan çıxan kimi prokurorluğa şikayət etmişdir. Saxlanılan zaman ***-***-**-** mobil nömrə onun, ***-***-**-** mobil nömrə isə oğlunun istifadəsində olmuşdur. Atatürk prospekti, 237 ünvanı polis bölməsinin yaxınlığında yerləşmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, polis əməkdaşlarının hədə-qorxusu altında məcbur olub sanksiya zamanı fiziki təsirə məruz qaldığını bildirməmiş, əksinə narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Onun 3 övladı var, polis bölməsində elə vəziyyət yaranmış ki, o nə ölmək, nə də alçalmaq istəmişdir. Ona görə məcbur olub polislərin dediklərini etmişdir. Lətif və Ronald polis bölməsində onunla eyni otaqda olmuşlar. Sonuncuları da qumbara hadisəsi ilə bağlı gətirmişlər. Eşən xx.xx.2023-cü il tarixdə saat 22:30-da ona zəng edib Ülvünə dönər alıb gətirməyini demişdir. xx.xx.2023-cü il saat 22:30-dan xx.xx.2023-cü il gecə saat 04-ə kimi oğlu Məhəmməd polis bölməsinin qarşısında olmuş, telefonu da Məhəmməddə olmuşdur. O, Elşən Mehdiyev zəng etdikdən sonra polis şöbəsinə getmişdir. Həmin vaxta qədər isə Gəncə şəhərində “xaraba yeri” adlanan ərazidə olmuşdur. Şəxsi axtarış və götürmə aparılması barədə videoçəkiliş o, saxlanıldıqdan 18-20 saat sonra aparılmışdır. Videoçəkiliş axşam radələrində aparılmış, qapının aşağı hissəsindən görünən işıq dəhlizin süni işıqları olmuşdur. Onu polis şöbəsində saxlayan zaman Vaqif Bəhlulzadə gəldikdən sonra sərbəst buraxacaqlarını demişlər. Bunun səbəbini soruşduqda yanında dayanan polis əməkdaşı yuxarının tapşırığı olduğunu bildirmişdir. Bundan bir müddət sonra Vaqifin yoldaşını polis şöbəsinə gətirmişlər və qarışıqlıq düşmüşdür. O, bu prosesləri otaqdan eşitmişdir. Yoldaşını polis şöbəsinə gətirdikdən sonra Vaqif də şöbəyə gəlmişdir. Vaqif şöbəyə gəldikdən sonra yanına gəlib narahat olmamağını və özü gəldiyi üçün onu buraxacaqlarını demişlər. Bir qədər sonra Elmirin öldürülməsi xəbəri gəlmiş və yenidən ara qarışmışdır. Bundan bir qədər sonra isə onu çəkiliş üçün aparmışlar. Barəsində olan cinayət işi məhkəməyə verildikdən sonra ibtidai istintaq zamanı ilkin vaxt müdafiəçisi olmuş Müdafiəçi2la hüquqlarını müdafiə etməsi üçün heç bir təzyiq olmadan müqavilə bağlamışdır. Nümayiş etdirilən videoçəkiliş o saxlanıldıqdan sonrakı gün aparılmışdır. O, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı isə etirafedici ifadələri təzyiq altında vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri üzərində gəzdirməsi, istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ondan, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə birlikdə Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanının yaxınlığında olması barədə məlumat əldə edərək oraya getmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncuya nədə şübhəli olduğunu izah edərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə video çəkiliş əsasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və bu zamanı sonuncunun üzərindən 7-8 qram heroin aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospekti, “Kavrovu” adlanan ərazidə saxlamışlar. Gəncə şəhər Beynəlxalq Xəstəxanasının arxa tərəfi “Kavrovu” adlana ərazi olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı dəqiq xatırlamamış, səhv etmirsə günortadan sonra olmuşdur. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı başqa bir hadisə ilə bağlı saxlanılmamış, sonuncu barəsində daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmışdır. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsi ilə bağlı əməliyyat məlumatının öz təsdiqini tapıb-tapmaması barədə məlumatı olmamışdır. Heç bir polis əməkdaşı Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamışdır. Sonuncu özü şəxsən şöbəyə gəlməmiş, çünki onlar Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirmişlər. O, həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İfadəsinin davamı olaraq Şahid1 həmçinin bildirmişdir ki, onun istifadəsində daimi olaraq ***-***-**-** mobil nömrə olmuşdur. O, həmin nömrəni daşıması üçün başqa şəxsə verməmişdir. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs saxlanıldığı yerə hansı qrup üzvü ilə hansı formada gəldiyini xatırlamamışdır. Saxlanılan şəxs şöbəyə gətirildikdən sonra vəkil dəvət edilib üzərində şəxsi axtarış keçirilənədək çox vaxtı bir əməkdaş sonuncunun yanında qalmışdır. Hazırkı iş üzrə əməliyyat tədbirinə ayrı-ayrı və ya birlikdə getdiklərini xatırlamamışdır. xx.xx.2023-cü il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat tədbirində iştirak etməyinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə saat 00:29-da mobil telefon nömrəsinin anten dairəsinin “Göygöl şəhəri”, həmin tarixdə 01:10-da isə “Gəncə şəhəri, Atatürk pr 122” əhatəsində olmasının səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs əməliyyat tədbirində birlikdə iştirak etməklərinə baxmayaraq, Şahid2 nə üçün xx.xx.2023-cü il tarixdə saat 00:29-da ona zəng etməsinin də səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yer 2-ci polis şöbəsindən avtomobillə 2 dəqiqəlik məsafədə yerləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin NBM-nin kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, xatırladığı qədəri ilə 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında onlar Gəncə şəhəri, “Kavrovu” adlanan ərazidə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncunu polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və bu zaman sonuncunun üzərində 8-9 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs sadəcə üzərində olan narkotik vasitəni tapdığını dediyini xatırlamışdır. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixi zor tətbiq edilməmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən qoyulmamışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təhsil idarəsindən aşağı tərəfində “Kavrovu” adlanan ərazidə saxlamışlar. Hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün saxlanılma saatı dəqiq xatırlamamış, lakin axşam saatları olduğunu bilmişdir. Gəncə şəhərində partladılmış əl qumbarası ilə Təqsirləndirilən şəxs saxlanılması arasında heç bir əlaqə olmamışdır. Təqsirləndirilən şəxsla eyni gündə Ülvün Hüseynovun saxlanılıbsaxlanılmaması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra polis şöbəsinə avtomobillə aparmışlar, lakin hadisənin üzərindən xeyli vaxt keçdiyindən avtomobilin kimin olmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs şöbəyə dəvət edərkən sonuncu onlara qarşı hər hansı bir etiraz etməmişdir. Onun Təqsirləndirilən şəxs “əl qumbarası partladılması” hadisəsi ilə əlaqəsi olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs özü şöbəyə gəlməmiş, onlar sonuncunu əməliyyat məlumatı əsasında saxlayıb şöbəyə gətirmişlər. O, həm ibtidai istintaq zamanı, həm də əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İfadəsinin davamı olaraq Şahid3 həmçinin bildirmişdir ki, 3-4 il olarki ***-***-**-** mobil nömrə daimi olaraq onun istifadəsində olmuşdur. Xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs “Kavrovu” deyilən ərazidə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldığı yerə əməliyyat qrupunda olan şəxslərlə birgə gəlmişdir. Əməliyyat tədbirindən əvvəl təlimatlandırılmaq üçün qrup üzvləri ilə bir yerə toplaşdığını xatırlamamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman Gəncə şəhərində olmağına baxmayaraq, xx.xx.2023-cü il tarixdə saat 23:59-da mobil telefon nömrəsinin “Göygöl şəhəri, A.Kazımov küçəsi, Okean Restoran yaxınlığı” anten dairəsi əhatəsində olmasının səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu saxlayıb polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı səhv etmirsə sonuncunun üzərindən metamfetamin aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə bir xırda bükümdə 3-4 qram olmuşdur. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və təzə tapdığını bildirmişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs “Pasyolka” adlanan ərazidə saxlamışlar. Saxlanılan vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. Əməliyyat tədbirində o, Şahid1 və Şahid3 iştirak etmişlər, əməliyyat məlumatı Şahid1 olmuşdur. Onun Təqsirləndirilən şəxsla şəxsi tanışlığı olmamış, lakin sonuncunu üzdən tanımışdır. O, arabir Anarı öz avtomobilində şəhərdə işıqforlarda dayananda görmüşdür. Xatırladığı qədəri ilə Anarı “Füzuli” parkının yanında, Şahlar Hüseynov küçəsində, Metallurq stadionunun aşağısında günorta təxminən saat 3-4 arası saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları tarixi xatırlamamış, lakin 10-11 ay bundan əvvəl olmuşdur. Onlar Anara yaxınlaşan zaman sonuncu tək olmuşdur. Onlarda Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni kimə verəcəyi barədə əməliyyat məlumatı olmamış, əgər olmuş olsa idi gözləyib narkotik vasitəni verdiyi zaman sonuncunu saxlamış olardılar. Bildiyi qədəri ilə onlarda əvvəllər Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı olmamış, o, sonuncunu məşq zalından idmançı kimi tanımışdır. Anar saxlanıldığı vaxtdan sonra sonuncunun narkotik vasitə istifadə etməsi, yaxud saxlaması barədə məlumat eşitməmişdir. Anarı şöbəyə aparanadək sonuncunun üzərinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs şöbəyə apardıqdan təxminən iki saat sonra üzərində şəxsi axtarış aparılmış, çünki vəkilin gəlməyi bir qədər çəkmişdir. Təqsirləndirilən şəxs saxlayarkən sonuncuya nədə şübhəli bilinməsini və hüquq və vəzifələrini deməmişlər, sadəcə polisə gəlməli olduğunu demişlər, sonuncu da onlarla gəlmişdir. O, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışda iştirak etmişdir. Xatırladığı qədəri ilə Anarın üzərindən bir bükümdə metamfetamin aşkar edilmişdir. Əməliyyat məlumatı onun olmadığı üçün yoxlanılıb-yoxlanılmamasını bilməmişdir. O, təxminən bir il əvvəl Gəncə şəhərində qumbara partlaması ilə baş vermiş hadisə yerində olmuş, lakin Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. O, 2018-ci il tarixdən ittiham aktında qeyd edilmiş mobil nömrəni istifadə etmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman da həmin mobil nömrə üzərində olmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra vəkillə təmin edilənədək təhqiqatçı otağında saxlanılmışdır. Təhqiqatçı otağında təhqiqatçılardan əlavə əməliyyatçılar da növbəli şəkildə dayanmışlar. Anar təhqiqatçı otağında olarkən o da sonuncunun yanında dayanmışdır. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki yaxud psixi zor tətbiq edilməmişdir. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə heç nə əldə etməmişlər. O, müstəntiqə verdiyi ifadəsini oxuyub imzalamışdır. Olar bilər ki, Anar saxlanılan gün başqa əməliyyatları da olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyindən hazırda dedikləri ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olmuşdur. Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanı ilə “Füzuli” parkının yanı, Metallurq stadionunun aşağısı arasında 3-4 km məsafə olmuşdur. Hadisənin üzərindən uzun müddət keçdiyi üçün şəxsi axtarışın səhvən saxlanıldıqdan iki saat sonra keçirilməsini göstərmiş, halbuki şəxsi axtarış bir saatdan sonra aparılmışdır. İfadəsinin davamı olaraq Şahid2 həmçinin bildirmişdir ki, 2018-ci ildən daimi olaraq onun istifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanında saxlanılmışdır. Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanı X5 arxa tərəfində yerləşmiş və həmin yer Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsindən təxminən 300 metr məsafədə olmuşdur. Səhv etmirsə hadisə günü Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı Gəncə şəhərində “Pasyolka” adlanan ərazidən gəlib əməliyyat tədbirində iştirak etmişdir. O, birbaşa Təqsirləndirilən şəxs saxlanıldığı yerə gəlmiş, başqa sözlə əməliyyat tədbirindən əvvəl qrup üzvləri ilə görüşüb getməmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat tədbirində iştirak etmək üçün hər bir qrup üzvü ayrıayrılıqda gəlmişdir. Əməliyyat tədbirinin keçiriləcəyi barədə məlumat veriləndə o, digər qrup üzvləri ilə birlikdə olmamışdır. Təqsirləndirilən şəxs barəsində keçiriləcək əməliyyat tədbirində iştirak etmək üçün Gəncə şəhərində “Pasyolka” adlanan ərazidən gəlməyini xatırlamağına baxmayaraq, 20 may 2023-cü il tarixdə saat 23 radələrində mobil nömrəsinin müvafiq olaraq “Göygöl şəhəri, A.Kazımov küçəsi, Okean Restoran yaxınlığı; X78/Gəncə şəhəri, Nizami rayonu, Tatarlı küçəsi, ev 36; Göygöl rayonu, Qızıl Qaya qəsəbəsi, X66; Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi; Göygöl rayonu, Qızıl Qaya qəsəbəsi, X66” adlı anten dairələri əhatəsində olması barədə heç nə deyə bilməmişdir. Axşam saatlarında yollar boş olduğu üçün Maralgöl restoranından 2-ci polis şöbəsinə 6-7 dəqiqə ərzində çatmaq mümkün olmuşdur. Maralgöl restoranı Gəncə şəhərində “Pasyolka” adlanan ərazidə yerləşməmişdir. Hadisə günü Təqsirləndirilən şəxs ilk dəfə saxlanılan yerdə, yəni Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanında “Şəfa” aptekin yaxınlığında görmüşdür. Təqsirləndirilən şəxs əməliyyat tədbirində birlikdə iştirak etməyinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə saat 00:29-da nə üçün Şahid1 zəng etdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, “Xaraba yeri” adlanan əraziyə gəldikdə xeyli adamın toplaşdığını görmüşdür. Dostları yolun kənarında dayandığı üçün o, avtomobilini kənarda saxlayıb düşmüşdür. Həmin vaxt əmisigilə gəlmişdir. Dostları ona qumbara partladığı üçün adamların toplaşdığını və Ülvünün dalaşdığını demişlər. O, Ülvünün kənarda dostları ilə, atası Təqsirləndirilən şəxs isə polis olan Elşən əmisi ilə söhbət etdiyini görmüşdür. Atasıgil tərəfə yaxınlaşdıqda sonuncu ona buradan getməyini demiş, o da yenidən dostlarının yanına qayıtmışdır. Bir qədər sonra Ülvünü aparmışlar, atası isə oradan harasa getmişdir. Bundan bir qədər sonra Ülvün əmisini yenidən hadisə yerinə gətirmişlər, atası da gəlmişdir. O, həmin vaxt hadisə yerində olmuşdur. Sonra yenidən Ülvün əmisini aparmışlar. Atası isə yaxınlıqdakı ofisinə getmişdir. Bir qədər sonra atası ona zəng edərək Ülvün əmisinə yemək aparmaq üçün gəlib onu götürməyini demişdir. Atasını ofisdən götürdükdən sonra “Köhnə Yevlax avtovağzalı” deyilən ərazidən dönər almışlar və polis şöbəsinə gəlmişlər. Həmin vaxt Ülvün əmisinin qardaşı Elvin əmisi, nənəsi və atasının dostları polis şöbəsinin qarşısında olmuşlar. Dostları atasına polis şöbəsinə girməməsini, onu da tutacaqlarını demişlər. Atası Anar isə heç bir şey etmədiyini, həm də Elşənin dostu olduğu üçün onu tutmayacağını bildirmişdir. Bundan sonra atası telefon və saatını ona verib polis şöbəsinə girmişdir. Atası içəri daxil olduqdan xeyli keçdikdən sonra şöbənin aynasından əl ilə işarə edib getməyini demişdir. O, getməmiş və səhər saat yeddiyə qədər şöbənin qarşısında gözləmişdir. Səhər şöbədən polis əməkdaşı gəlib atasını tutduqlarını və getməyini dediyi üçün o, çıxıb getmişdir. İfadəsinin davamı olaraq Məhəmməd Əsgərov bildirmişdir ki, onlar Ülvünə dönər alıb şöbəyə gedərkən yolda Elşən atasına zəng edib harada qaldığını soruşmuşdur. Atası aldığı yeməyi Ülvünə verməsi üçün şöbədə Elşənin yanına getmişdir. Atası ilə gələrkən şöbənin qarşısında olan şəxslərdən Ülvünün qardaşı Elvinin və Vaqifin adını bilmiş, orada olan atasının digər dostlarının adlarını bilməmişdir. Atası Təqsirləndirilən şəxs şöbəyə daxil olduqdan bir-iki saat sonra şöbənin yuxarı mərtəbəsindəki aynadan onlara əli ilə işarə edib getmələrini demiş, onlar isə həmin vaxtı Anara baxmışlar. Atası əli ilə işarə edərkən otağın aynası bağlı olmuşdur. Xatırladığı qədəri ilə atasının əli ilə işarə etdiyi aynada dəmir barmaqlıqlar olmamışdır. Atası əli ilə işarə etdiyi otaqda başqa bir nəfəri də görmüş, həmin adam atasının yanına gəldikdən sonra getmişdir. Şöbənin qarşısında gözlədiyi vaxt atasını aynadan 2-3 dəfə görmüşdür. Atasının hadisə yerində söhbət etdiyi Elşən cinayət-axtarış bölməsinin rəisi olmuşdur. Hadisə yerində Elşəndən başqa digər polislər də olmuşdur. O, Elşəni əvvəldən atasının yaxın dostu və polis kimi tanımışdır. Polis şöbəsinin qarşısında gözləyərkən dostlarından heç kim gəlməmiş, sadəcə İslam adlı dostu ona zəng edib Ülvünü tutub-tutmadıqlarını soruşmuş, o isə şöbənin qarşısında gözlədiyini, atasının da içəriyə daxil olduğunu və xəbər gözlədiyini demişdir. İslamın valideynləri icazə vermədiyi üçün sonuncu onun yanına gələ bilməmişdir. Dəqiq saatını xatırlamasa da İslam polis şöbəsinin qarşısında gözlədiyi vaxt öz istifadəsində olan +99***-***-**-** mobil nömrədən onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng etmişdir. O, polis şöbəsinə daxil olmamış, sadəcə qarşısında gözləmişdir. O, atası ilə polis şöbəsinə gələndə axşam saat 11-12 radələri olmuşdur. O, səhər saat 7-8-dək polis şöbəsinin qarşısında gözləmişdir. Atası şöbəyə daxil olarkən saatını və telefonunu ona vermiş, lakin o, bunun səbəbini bilməmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, hadisə günü onlar həyətdə avtomobil təmir etmişlər. Həmin vaxt Elşən müəllim Anara zəng edib Ülvünün qumbara partlatdığını deyərək yanına çağırmışdır. Anar telefonla danışdıqdan sonra çıxıb getmişdir. 5-10 dəqiqə sonra o da Anarın arxasınca getmişdir. Hadisə yerində Anar Elşən müəllimlə söhbət etdikdən sonra Ülvünə zəng etmiş, lakin Ülvün telefonu hadisə yerindəki avtomobilində qoyub qumbara partladan şəxsin arxasınca getdiyindən zəngə cavab verməmişdir. Bir qədər sonra Ülvün hadisə yerində gəlib avtomobilinin qapısını açmış, Elşən müəllim sonuncunun telefonu götürüb özünü də polis şöbəsinə aparmışdır. O da evə qayıdıb nənəsi ilə birlikdə polis şöbəsinə getmişdir. Şöbədə Ülvünü hadisə yerinə apardıqlarını dedikləri üçün hadisə yerinə qayıtmışlar. Oraya çatanda artıq Ülvünü yenidən polis şöbəsinə aparmışlar. Onlar da Ülvünün arxasınca polis şöbəsinə getmiş, lakin onları şöbənin inzibati binasına buraxmamışlar. Həmin vaxt Elşən müəllim Anara zəng edib Ülvünə dönər alıb gətirməsini demiş, onlar polis şöbəsinin həyətində olanda Anar əlində dönərlə polis şöbəsinə gəlmişdir. Həmin vaxt nənəsi Anara polis şöbəsinə girməməsini, onu da saxlayacaqlarını demiş, lakin Anar Elşənin dostu olduğunu və heç bir narahatçılıq olmadığını deyib telefonunu oğlu Məhəmmədə verərək polis bölməsinə daxil olmuşdur. Bundan sonra Anar səhərədək orada qalmış, onlar da səhər saat 06-ya kimi polis bölməsinin qarşısında qalmışlar, saat 06 radələrində Anar pəncərədən əli ilə işarə edib getmələrini istəmişdir. İfadəsinin davamı olaraq Elvin Hüseynov bildirmişdir ki, Təqsirləndirilən şəxs Kəpəz rayon polis şöbəsinə daxil olanda o, polis şöbəsinin qarşısında olmuşdur. O, Anar Əsgrovun əlində Ülvünə aldığı dönərlə Kəpəz PRŞ-ə daxil olduğunu görmüş, sonuncunu heç kim saxlamamış, oğlu Məhəmmədlə birlikdə Ülvünə dönər alıb gəlmişlər. Polis şöbəsinə telefonla daxil olmağa icazə vermədikləri üçün Anar telefonunu oğluna verib bölməyə daxil olmuşdur. Anar polis bölməsinin ikinci mərtəbəsindən, pəncərədən onlara işarə edib getmələrini demişdir. Onlar səhər saat 06-ya kimi polis bölməsinin qarşısında olmuşlar. Həmin vaxta kimi də onlar Anarı işarə verdiyi pəncərədən görmüşlər. Həmin otaqda Anardan başqa xeyli polis əməkdaşı, Lətif və Ronald da olmuşdur. Anarın olduğu otaqda pəncərədən Ülvün və Vaqifi görməmiş, Anar həmin otaqda sərbəst hərəkət etmişdir. Polis bölməsində çıxan əməkdaşlardan Anarı saxlamalarının səbəbini soruşduqda sonuncular “Anarlıq heç nə yoxdur, Vaqif gələndə onu buraxacaqlar” demişlər. Bir gün sonra saat təxminən 12 radələrində Vaqif polis bölməsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X41 və X1 Elvin Vüqar oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Anar polis şöbəsinə gedəndə o, orada olmamışdır. Polis şöbəsinə getməzdən əvvəl hadisə yerində olanda da, polis şöbəsinə gedəndən sonra da o, Anarla telefonla danışmışdır. Anar hadisə yerində olanda ona zəng edib Kəpəz rayon polis şöbəsinin CAB-ın rəisi Elşən Mehdiyevin hadisə yerində olduğunu və gəlib təslim olmağını demişdir. Həmin hadisədə əl qumbarası onun üzərinə atılmış və o, zərər çəkmiş olmuşdur. Hadisə vaxtı Anar orada olmamış, sonuncu hadisə yerinə polis əməkdaşları gələndən sonra gəlmişdir. O, təslim olmağa getməmiş, Anargil idarəyə gedəndən sonra ona zəng edib zərər çəkmiş şəxs olduğunu deyərək polis şöbəsinə çağırmışlar. Həmin vaxtı o, həm Ülvün, həm də Anarla danışmış, sonra polis şöbəsinə getmiş, ondan sonra da onu narkotik vasitə ilə yükləmişlər. İfadəsinin davamı olaraq Vaqif Bəhlulzadə bildirmişdir ki, hadisə günü ona Anardan başqa polis əməkdaşları da zəng etmiş, hətta Niyaməddin müəllim ona “mənəm, baş idarədən Niyaməddin müəllim, məni yığ” məzmunlu mesaj yazmışdır. Ondan sonra o, zəng edib Niyaməddinlə də danışmışdır. O, polis şöbəsində olanda Anarı görmüş, sonuncunu Ülvünə yemək almaq bəhanəsi ilə polis şöbəsinə çağırıb saxlamışlar. O, polis şöbəsində Anarı görəndə artıq onu narkotiklə yükləmişlər, sənədləşmə üçün müdafiəçini gözləmişlər, həmin vaxt Anarın işinə xitam verib MSY-ə göndərmişlər. O, özü dünya çempionu olmuş, Anar da dünya çempionu olmuş, onların ümumiyyətlə narkotiklə əlaqəsi olmamışdır. O, Anarın polis əməkdaşları tərəfindən saxlanılmasını, döyülməsini və sonuncunun üzərinə narkotik vasitə qoyulmasını görməmişdir. Polis şöbəsində olanda 3cü mərtəbədə Anarla qarşılaşmış, sonra da MSY-ə birlikdə getmişlər. O, baş təhqiqatçının otağında olmuş, Anar da koridorun başında sağ tərəfdə əməliyyatçıların otağında olmuşdur. Onlar cəmi 5 dəqiqəlik görüşmüş, həmin vaxt Anar ona polis əməkdaşlarının onu döyməsini deməmiş, qadın alt paltarı geyindirib videosunu çəkərək yaymaqla hədələdiklərini və buna görə də məcbur olaraq razllaşdığını demiş, o da sonuncuya eyni şeylə hədələndiyini demişdir. Çünki polislər bilirdilər ki, onları döyməklə üzərinə heç nə qoya bilməyəcəklər. O, 2-ci polis şöbəsində olanda orada Gəncə şəhər Baş Polis İdarəsinin Mahir, Şahin və Niyaməddin adlı əməkdaşları olmuş, lakin Sərvun və Həsən adlı polis əməkdaşları olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X42 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 20 ildən çoxdur tanımışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla partlayış hadisəsi baş verdiyi yerdə görüşmüşdür. xx.xx.2023-cü il tarixdə hadisə yerində Təqsirləndirilən şəxsla təsadüfən görüşmüşdür. Bundan sonra Anarla görüşünün olub-olmamağını, həmçinin partlayış hadisəsi olan günü sonuncunu harasa dəvət etməyini xatırlamamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng etməyini də xatırlamamışdır. Təqsirləndirilən şəxsla münasibəti yaxşı olmuş, nə onun Anara, nə də ki, Anarın ona borcu olmamış, mütəmadi olmasa da arabir sonuncu ilə telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman o, Bakı şəhərində olmuşdur. Qayıtdıqdan sonra isə Anarın saxlanıldığını öyrənmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə ilə əlaqəsinin olub-olmasını bilməmiş, saxlanılmasından əvvəl Təqsirləndirilən şəxs zəng edib şöbəyə çağırıb-çağırmadığını xatırlamamışdır. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə də qoyulmamış, çünki o, həmin vaxt Bakı şəhərində olmuşdur. xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində baş vermiş partlayış hadisəsindən sonra Bakı şəhərinə getsə də, saat neçədə yaxud günün hansı hissəsində getdiyini xatırlamamışdır. Onun istifadəsində +99***-***-**-** mobil nömrə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs nə üçün zəng etdiyini xatırlamamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng edib üzərinə narkotik vasitə qoymaq üçün polis şöbəsinə çağırmamışdır. O, 17 ildir Gəncə şəhərində əməliyyatçı işləmiş, lakin “Dubay Bazarı” adlanan yeri tanımamışdır. İşlədiyi polis idarəsi “Premium Hotel”-in yaxınlığında yerləşmişdir. O, Təqsirləndirilən şəxs məxsus mobil nömrənin xx.xx.2023-cü il tarixdə saat 22:33-dən xx.xx.2023-cü il tarixdə saat 03:26-a qədər 2-ci polis şöbəsinin yerləşdiyi “Tekstil/Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı/Ganja” antenin əhatə dairəsində olması barədə heç nə deyə bilməmişdir. Göygöl şəhərindən işıqforları nəzərə almaqla Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsinə nə qədər müddətə çatmağın mümkün olması barədə də heç nə deyə bilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/534 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,407 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 7,407 qr., tədqiqata sərf edildi - 0,1 qr., qalıq – 7,307 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 930 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 770 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X63 X38 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 428 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda “Şəxsiyyətin isterik tipli pozuntusu, davamlı kompensasiya mərhələsi XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs “Şəxsiyyətin isterik tipli pozuntusu, davamlı kompensasiya mərhələsi XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:40-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclası zalında həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən boz falqaya bükülmüş bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisinə baxıldıqda ilk görünüşdən heroinə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 8,63 qram təşkil etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunmuş diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlarda narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik maddə əldə edib istifadə etməsində və Gəncə şəhəri ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən X48 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Gəncə ŞBPİ-nin 2ci PŞ-nin CAB-ın rəisi X21 rəhbərliyi altında həmin PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, üzərində saxlamaqda və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanın yaxınlığında saxlanılaraq Gəncə ŞBPİ-nin 2-ci PŞ-ya gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək daşıyıb saxlaması müəyyən edilsə də, onun həmin narkotik vasitəni hansı mənbədən və nə vaxt əldə etməsini, həmçinin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə dispanserə müraciət etmiş və ona “İsterik tipli psixopatiya” diaqnozu qoyulmuşdur. Təqsirləndirilən şəxs bundan sonra bir daha dispanserə müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞİH başçısının 3 nömrəli sahə İƏDÜN-nin xx.xx.2023-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 48B, mənzil 36-da qeydiyyatda olmaqla, ünvan 1 ünvansız fərdi yaşayış evində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi X43 tərəfindən 384-C-23 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin qeyri-obyektiv aparılması və sonuncunun işgəncəyə məruz qalması barədə vətəndaş X8 müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA1766893 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X49 adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,307 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə ŞBPİ-nin saxlanma anbarına saxlanca verilmiş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan və məktuba əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə MSY-yə daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində əsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Gəncə ŞBPİ-də və onun tabeli orqanları əməkdaşlarının icraatında əməliyyat-qeydiyyat işi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olmasına dair həmin polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş raportun surətindən görünür ki, raportun yuxarı sol küncündə dərkənar olan hissədə tarix kimi xx.xx.2023-cü il, aşağı sol küncündə də tarix kimi xx.xx.2023-cü il göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, 952 sıra nömrəsi qarşısında Təqsirləndirilən şəxs CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 00:25-də polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 01:25-də də MSY-yə təhvil verilməsi göstərilmişdir. 953 sıra nömrəsi qarşısında isə X9 CAB-ın əməliyyat müvəkkili Emil Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:20-də polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 21:30-da MSY-yə təhvil verilməsi göstərilmişdir. Ümumiyyətlə də Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdə sıra nömrəsi 952 ilə başlayır və 957 ilə bitir. 954 sıra nömrəsi qarşısında X15, 955 sıra nömrəsi qarşısında X26, 956 sıra nömrəsi qarşısında X27, 957 sıra nömrəsi qarşısında isə X28 aid qeydlər yazılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının əslinin müvafiq vərəqlərindən görünür ki, 952 sıra nömrəsi qarşısında Təqsirləndirilən şəxs CABın əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 00:25-də polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 01:25-də də MSY-yə təhvil verilməsi göstərilmişdir. 953 sıra nömrəsi qarşısında X7 CAB-ın əməliyyat müvəkkili Rəşad Cəfərli tərəfindən xx.xx.2023-cü il tarixdə saat 11:00-da polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 14:00-da isə izahatı alındıqdan sonra buraxılması göstərilmişdir. 954 sıra nömrəsi qarşısında isə X9 CAB-ın əməliyyat müvəkkili Emil Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:20-də polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 21:30-da MSY-yə təhvil verilməsi göstərilmişdir. Ümumiyyətlə də Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdə sıra nömrəsi 952 ilə başlayır və 958 ilə bitir (halbuki eyni polis şöbəsi tərəfindən əvvəlki sorğuya cavab məktubuna əlavə edilmiş eyni kitabın eyni vərəqlərinin surətində İlhamə Bəhlulzadəyə aid qeydlər ümumiyyətlə yoxdur, Vaqif Bəhlulzadəyə aid qeydlər isə 953 sıra nömrəsi qarşısında yazılmış, sıra nömrəsi də kitabın əslində olduğu kimi deyil, tamamilə fərqli olaraq 952 ilə başlayır və 957 ilə bitir). Kitabın əslinin növbəti vərəqində sıra nömrəsi əvvəlki vərəqə münasibətdə ardıcıl olaraq 959 ilə başlamalı olduğu halda, sıra nömrəsi təkrar olaraq 956 ilə başlayır, daha sonra 957, 958 və ardıcıl olaraq 965 sıra nömrəsinə qədər davam edir, halbuki 956, 957 və 958 sıra nömrələri Təqsirləndirilən şəxs aid vərəqdə də qeyd edilmiş və həmin sıraların hər birinin qarşısında ayrı-ayrı şəxslərə aid qeydlər yazılmışdır. Göründüyü kimi, 956, 957 və 958 sıra nömrələri həm Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdə, həm də ardıcıl olaraq növbəti vərəqdə də təkrar yazılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:18:10-da Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən oğlu Məhəmməd Əsgərovun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etmiş və həmin vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsi “X76-2/Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi/Ganja/ (40.690xx/xx.38523)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Maşın təmiri mərkəzi”nin yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 22:30:40-da Gəncə ŞBPİnin 2-ci PŞ-nin CAB-ın rəisi X21 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng daxil olmuş və həmin vaxtı sonuncunun mobil nömrəsinin anten dairəsi “X76-2/Gəncə şəhəri, T.Arani küçəsi ilə Xətai prospektinin kəsişməsi/Ganja/ (40.690xx/xx.38523)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Maşın təmiri mərkəzi”nin yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 22:33:01-dən etibarən, yəni Elşən Mehdiyevin zəngindən sonra xx.xx.2023cü il tarixdə saat 03:31:49-dək Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin anten dairəsi “Tekstil/Gəncə şəhəri, Xətai prospekti, 64, AMF Group Consulting yaxınlığı/Ganja/ (40.691xx/xx.36314)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin inzibati binasının yerləşdiyi ərazinin yaxınlığını göstərir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış iş üzrə şahid qismində dindirilən X11 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:18:10-da Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsindən Məhəmməd Əsgərovun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış iş üzrə şahid qismində dindirilən əməliyyat məlumatının daxil olduğu polis əməkdaşı Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil nömrə X29 adına, +99***-***-**-** mobil nömrə isə X30 (cinayət işinin materiallarına əsasən xx.xx.2023-cü il tarixdə Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən) adına qeydiyyata alınmışdır. Anten məlumatlarına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 23:35:12-də Ramiz Quliyevin istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən, həmin gün saat 23:40:41-də iş üzrə şahid olan digər əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən, həmin gün saat 23:48:48-də +99***- ***-**-** mobil nömrədən, xx.xx.2023-cü il tarixdə saat 00:29:54-da isə +99***-***-**-** mobil nömrədən zəng daxil olan zaman Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin anten dairəsi Göygöl rayonu ərazisində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 01:10:28-da isə Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən zəng daxil olan zaman Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin anten dairəsinin “Gence sh. Ataturk pr. 122” əhatə dairəsində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış iş üzrə şahid qismində dindirilən əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:40:41-də Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən digər əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunmuş və həmin vaxtı Şahid2 mobil nömrəsinin anten dairəsi “Gulustan/Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev prospekti ev 403A/Ganja/ (40.647xx/xx.34594)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Əziz Əliyev adına park”ın yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 23:46:40-da Şahid2 mobil nömrəsinin anten dairəsi “Gizilgaya/Gəncə şəhəri, Göygöl rayonu, Qızıl Qaya qəsəbəsi, X66/Ganja/ (40.63xx/xx.3327)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə-Kəlbəcər-Laçın yolunun üzü Gəncə şəhəri istiqamətində hərəkət etdikdə yolun sağ tərəfindən yerləşən “Maral Göl” restoranın yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:00:23-dən həmin gün saat 00:12:08-dək Şahid2 mobil nömrəsinin anten dairəsi “Tekstil//Ganja/ (40.691xx/xx.36314)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, X79 prospektində yerləşən “Premium Hotel”-in qarşını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:29:54-də Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən digər əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng olunmuş və həmin vaxtı Şahid2 mobil nömrəsinin anten dairəsi “Goy-Gol sheheri/Göygöl şəhəri, H.Əliyev prospekti 7, Mexaniki zavodunun ərazisi/Goygol/ (40.592xx/xx.32204)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:30:10-da Şahid2 istifadəsində olmuş mobil nömrənin anten dairəsi “Goy-Gol sheheri//Goygol/ (40.592xx/xx.32204)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:31:53-də Şahid2 istifadəsində olmuş mobil nömrənin anten dairəsi “Azay Kazimov 2/Göygöl şəhəri, A.Kazımov küçəsi, Okean Restoran yaxınlığı/Goygol/ (40.583xx/xx.32572)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranının yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:39:21-da Şahid2 istifadəsində olmuş mobil nömrənin anten dairəsi “Tekstil//Ganja/ (40.691xx/xx.36314)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, X79 prospektində yerləşən “Premium Hotel”-in qarşını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:49:00-da Şahid2 istifadəsində olmuş mobil nömrənin anten dairəsi “Ganja-RS//Ganja/ (40.71xx/xx.3662)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Dəmiryolçular parkının qarşısını göstərir. xx.xx.2023-cü il tarixdə saat 01:02:53-də və saat 01:05:30-da Şahid2 istifadəsində olmuş mobil nömrənin anten dairəsi “Ganja-RS//Ganja/ (40.71xx/xx.3662)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Dəmiryolçular parkının qarşısını göstərir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən alınmış iş üzrə şahid qismində dindirilən əməliyyat müvəkkili X3 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Kamran Həsənzadənin istifadəsində olmuş mobil nömrənin anten dairəsi xx.xx.2023-cü il tarixdə 23:28:46-dan növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 00:31:53-dək “Azay Kazimov 2/Göygöl şəhəri, A.Kazımov küçəsi, Okean Restoran yaxınlığı/Goygol/ (40.583xx/xx.32572)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranının yaxınlığını göstərir. Qeyd edilən müddət ərzində X52 ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X21 istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsi ilə qarşılıqlı formada mütəmadi olaraq əlaqədə olmuşdur. xx.xx.2023cü il tarixdə saat 00:31:53-də Kamran Həsənzadə istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən qrupun üzvü olan digər əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng etmiş və həmin vaxtı Kamran Həsənzadənin mobil nömrəsinin anten dairəsi Goy-Gol sheheri//Goygol/ (40.592xx/xx.32204) koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə 00:49:14-də Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən Kamran Həsənzadənin istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng daxil olmuş və həmin vaxtı sonuncunun mobil nömrəsinin anten dairəsi “X76- 2//Ganja/ (40.690xx/xx.38523)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Maşın təmiri mərkəzi”nin yaxınlığını göstərir. xx.xx.2023-cü il tarixdə saat 00:52:26-dan həmin gün 01:16:32-dək Kamran Həsənzadənin istifadəsində olmuş +99***-***-**-** mobil nömrənin anten dairəsi “Tekstil//Ganja/ (40.691xx/xx.36314)” koordinatda yerləşən şanın əhatə dairəsini olmuşdur. Qeyd edilən şanın koordinatlarını “Google” axtarış sisteminin “Xəritə” bölməsindəki axtarış alt bölməsinə daxil etdikdə Gəncə ŞBP-nin 2-ci PŞ-nin yerləşdiyi Gəncə şəhəri, X79 prospektini göstərir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş müdafiə tərəfinin təqdim etdiyi bir ədəd informasiya daşıyıcısı olan diskdəki “WhatsApp Video 2024-04-24 at 18.23.01” adlı videodan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda quraşdırılmış WhatsApp ani mesajlaşma proqramında “Elwen..polis” adı ilə qeydiyyata alınmış +99***-***-**-** mobil nömrəyə zəng edir, zəngə cavab verən şəxsə Elşən deyə müraciət edib zəng edənin Anar olduğunu deyir, danışıq zamanı Təqsirləndirilən şəxs Elşən adlı şəxsə həbsdən azad olunduğunu, daha sonra isə Təqsirləndirilən şəxs Elşən adlı şəxsə məhz ona güvənib polis şöbəsinə gəldiyini deyərək nəyə görə onu tutulan günü polis şöbəsinə dəvət edib orada qoyaraq çıxıb getdiyini sonuncudan soruşur, Elşən adlı şəxs isə Təqsirləndirilən şəxs polis şöbəsinə məhz özünün dəvət etdiyini inkar etmədən çıxıb Bakı şəhərinə getdiyini və səhəri gün Gəncə şəhərinə qayıtdığını bildirir, Təqsirləndirilən şəxs da Elşən adlı şəxsə pulu qaytarmasını deyir, Elşən isə şəhərdə bir yerdə görüşüb bu barədə danışmağı təklif edir, Təqsirləndirilən şəxs da evdə olduğunu, heç bir yerə çıxmayacağını, çünki bir dəfə onun sözü ilə çıxaraq polis şöbəsinə getdiyi üçün yükləndiyini bildirib Elşəndən özünün gəlməsini tələb edir. Məhkəmə istintaqı zamanı +99***-***-**-** mobil nömrənin Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X31 məxsus olması müəyyən edilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham məhkəmə istintaqında tədqiq edilmiş qeyri-mötəbər və mümkün hesab edilə bilməyən sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara, həmçinin aşağıda sadalanan əsaslara görə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanın yaxınlığında saxlanılaraq Gəncə ŞBPİ-nin 2-ci PŞ-ya gətirilməsi göstərilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs tutulduqdan səkkiz gün sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçisi tərəfindən müvafiq məhkəmə qərarından verilmiş şikayət ərizəsində, həmçinin qeyd edilən məsələ ilə bağlı Gəncə Apellyasiya Məhkəməsində 30 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında, o cümlədən həmin vaxtdan etibarən ibtidai istintaqın sonunadək, eləcə də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində 20 may 2023-cü il tarixdə saat 22:30 radələrində əvvəllər dostluq münasibətində olduğu Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X21 istifadəsində olan +99***-***-**-** mobil nömrədən onu istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng edərək Gəncə şəhəri, Vəli Xuluflu küçəsində baş vermiş qumbara partlayışı hadisəsi ilə bağlı onu polis şöbəsinə dəvət etdiyini, məhz sonuncunun zəngindən sonra özünün polis şöbəsinə getdiyini, daha sonra Elşən Mehdiyevin onu polis şöbəsinin inzibati binasında otaqların birində qoyaraq çıxıb harasa getdiyini, həmin otaqda təxminən bir neçə saat əliqolu açıq vəziyyətdə, yəni qolunda qandal olmadan qalaraq sərbəst hərəkət etdiyini, hətta həmin müddət ərzində otağın pəncərəsindən çölə baxaraq oğluna və dostlarına əli ilə işarə edib çıxıb getmələrini dediyini, bir neçə saatdan sonra əməliyyat müvəkkillərinin onun olduğu otağa daxil olaraq 20 may 2023-cü il tarixdə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində baş vermiş qumbara partlayışı hadisəsində onun da iştirakının olduğunu bildirib ona psixoloji təzyiq göstərdiklərini, polislərin qumbara hadisəsi ilə bağlı bir nəfərin zərərsizləşdirildiyini, yəni güllələndiyini deyərək ona hədə-hədə qorxu gəldiklərini, daha sonra isə üzərinə bir bükümdə narkotik vasitə olan heroin qoyduqlarını, polislərin onun da başına oyun açacaqlarından qorxaraq sonuncular tərəfindən üzərində qoyulmuş bir ədəd bükümdə olan narkotik vasitə heroinin təzyiq altında qalıb videoçəkiliş zamanı özünə məxsus olduğunu etiraf etdiyini göstərmişdir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Elşən Mehdiyev ifadəsində Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat tədbirində iştirak etmədiyini, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxsla partlayış hadisəsi baş verdiyi yerdə təsadüfən görüşdüyünü, lakin həmin gün Təqsirləndirilən şəxs zəng edib üzərinə narkotik vasitə qoymaq üçün sonuncunu polis şöbəsinə çağırmadığını, həmin gün Bakı şəhərinə getdiyini və ona görə də Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirinin ona heç bir aidiyyəti olmadığını göstərmişdir. X57 Əsgərovun məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatları təkzib etməsinə baxmayaraq, "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlara baxdıqda həqiqətən də Elşən Mehdiyevin istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən xx.xx.2023cü il tarixdə saat 22:30:40-da Təqsirləndirilən şəxs zəng etməsi, daha sonra isə sonuncunun mobil nömrəsinin anten dairəsinin həmin gün saat 22:33:01-dən növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 03:31:49-dək Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin inzibati binasının yerləşdiyi ərazinin yaxınlığında olan şanının əhatə dairəsində olması öz təsdiqini tapmışdır. Qeyd edilən hal Təqsirləndirilən şəxs Elşən Mehdiyevin zəngindən sonra polis şöbəsinə sərbəst formada getməsinə zəmin yaratmaqla onun əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmasını şübhə altına alır. İstifadəsində olmuş mobil telefonla bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, polis şöbəsinə girən zaman telefonun alınacağını bildiyi üçün telefonu oğlu Məhəmməd Əsgərova verib şöbəyə girmiş, oğlu da səhərə qədər polis şöbəsinin qarşısında onu gözlədiyi üçün mobil nömrəsinin anten dairəsi məhz buna görə 2-ci PŞ-nin inzibati binasının yerləşdiyi ərazini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məhəmməd Əsgərov da atasının mobil telefonun onda olmasını təsdiq etmişdir. X47 ifadəsində Təqsirləndirilən şəxs saxlanılan günü Bakı şəhərində olduğunu və sonuncu barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin ona heç bir aidiyyəti olmadığını göstərsə də, iş materiallarında olan Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən X48 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” qərarda əməliyyat qrupuna rəhbərliyin məhz Elşən Mehdiyevə həvalə edilməsi göstərilmişdir. O cümlədən cinayət işinin materiallarında olan əməliyyat məlumatının daxil olmasında dair Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin sənədin yuxarı sağ küncündə dərkənar əlyazma ilə Elşən Mehdiyevin adına qoyulmuşdur. X58 ifadəsində tutulan günü Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmədiyini, eləcə də nə onun Təqsirləndirilən şəxs, nə də ki sonuncunun ona borcu olmadığını göstərsə də, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin təqdim etdiyi videoçəkilişdən açıq-aydın görünür ki, ev dustaqlığına buraxıldıqdan sonra aralarında baş vermiş telefon danışığı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə məhz Elşən Mehdiyevin zəngindən sonra getdiyini sonuncunun üzünə qarşı deyir, Elşən Mehdiyev isə həmin faktı təkzib etmədən axşam saatlarında Bakı şəhərinə getdiyini deyir, ardınca Təqsirləndirilən şəxs Elşən Mehdiyevdən pulunu tələb edir, sonuncu da görüşüb bu barədə danışmağı təklif edir. Müdafiə tərəfinin təqdim etdiyi həmin videogörünütü ilə bağlı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində zəng edənin özü olduğunu, zəngə cavab verənin isə Gəncə ŞBP-nin 2-ci PŞ-nin CAB-ın rəisi Elşən Mehdiyev olduğunu göstərmişdir. Bundan başqa, videodan açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs internet üzərindən +99***-***-**-** mobil nömrəyə zəng edir. Məhkəmə istintaqı zamanı da həmin mobil nömrənin həqiqətən də Elşən Mehdiyevin istifadəsində olması öz təsdiqini tapmışdır. Üstəlikdə ki videoda eşidilən səslərin Təqsirləndirilən şəxsla Elşən Mehdiyevə məxsus olması ittiham və müdafiə tərəfi arasında mübahisə doğurmamışdır. Belə olan halda müdafiə tərəfinin təqdim etdiyi videonun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi məhkəmədə şübhə doğurmur. X64 ifadəsində əvvəllər dostluq münasibətində olduqları üçün mütəmadi olaraq Təqsirləndirilən şəxsla telefonla danışdığını göstərsə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid məlumatlara baxdıqda xx.xx.2023-cü il tarixdən geriyə, yəni hadisə günündən başqa son bir ay ərzində X57 Əsgərova zəng etməsi və ya əksinə, Təqsirləndirilən şəxs Elşən Mehdiyevə zəng etməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Elşən Mehdiyevin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyrisəmimi olmaqla həqiqəti əks etdirmir və yuxarıda sadalanan sübutlarla tam olaraq təkzib olunur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün yaradılmış əməliyyat qrupuna rəhbərliyi həyata keçirən Elşən Mehdiyevin iş materiallarında olan ilkin raportlara əsasən xx.xx.2023-cü il tarixdə saat 00:10-da rəsmi qaydada saxlanılmamışdan təxminən iki saat əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs zəng etməsi və sonuncunun istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinin Elşən Mehdiyevin zəngindən 3 dəqiqə sonra davamlı olaraq bir neçə saat ərzində, yəni xx.xx.2023-cü il tarixdə saat 22:33-dən etibarən növbəti gün gecə saat 03:31-dək Gəncə ŞBPİ-nin 2-ci PŞnin inzibati binasının yerləşdiyi ərazinin yaxınlığında olan şanının əhatə dairəsində olması Təqsirləndirilən şəxs polis şöbəsinə məhz Elşən Mehdiyevin çağırışı ilə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində könüllü getməsinə dəlalət etməklə onun əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmasını, həmçinin saxlanılan zaman üzərində narkotik vasitə olan heroinin olmasını, eləcə də şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsini şübhə altına alır. Bundan başqa, iş materiallarında olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının daxil olmasını əks etdirən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin məlumat əməliyyat müvəkkili Şahid1 daxil olmuşdur. Həmçinin xx.xx.2023-cü il tarixli “Əməliyyat qrupunun yaradılması haqqında” qərara əsasən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi Elşən Mehdiyevin rəhbərliyi altında həmin PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. O cümlədən iş materiallarında olan Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanın yaxınlığında saxlanılaraq Gəncə ŞBPİ-nin 2-ci PŞ-ya gətirilməsi göstərilmişdir. Əməliyyat qrupunun üzvü olmuş adları qeyd olunan polis əməkdaşları ifadələrində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiklərini və sonuncunun məhz əməliyyataxtarış tədbiri nəticəsində saxlanıldığını göstərmişlər. Bununla belə, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı məhkəmə istintaqında olduğu kimi müqavilə əsasında eyni Müdafiəçi1 iştirakı ilə verdiyi bütün ifadələrində, eləcə də məhkəmə istintaqında verdiyi bütün ifadələrində hər hansı bir əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmadığını, əskinə Elşən Mehdiyevin zəngindən sonra polis şöbəsinə özünün könüllü olaraq getdiyini göstərmişdir. Məhkəmə əməliyyat qrupunun yaradılması haqqında qərarda adları qeyd olunan əməliyyat müvəkkillərinin həqiqətən də əməliyyat-axtarış tədbirində iştirak edibetməmələrini müəyyən etmək üçün əməliyyat-axtarış tədbiri keçirilən zaman hər üçün polis əməkdaşının istifadələrində olan mobil nömrələrə dair anten məlumatları əldə etmək üçün müvafiq mobil operatorlara sorğular göndərmişdir. İlk növbədə məhkəmə əməliyyat məlumatının daxil olduğu Şahid1lə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin əməliyyat müvəkkilinin istifadəsində olmuş +99***-***-**- ** mobil nömrəsinə aid müvafiq mobil operatoru tərəfindən təqdim olunmuş məlumatlara baxdıqda xx.xx.2023-cü il tarixdə saat 23:35:12-də cinayət işinin materiallarına əsasən xx.xx.2023-cü il tarixdə Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən X30 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən, həmçinin həmin gün saat 23:40:41-də iş üzrə şahid olan digər əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrədən, o cümlədən həmin gün saat 23:48:48-də +99***-***-**-** mobil nömrədən, eləcə də xx.xx.2023-cü il tarixdə saat 00:29:54-da Şahid2 istifadəsində olan +99***-***-**-** mobil nömrədən zəng daxil olan zaman Şahid1 mobil nömrəsinin anten dairəsinin Göygöl rayonu ərazisində olması müəyyən edilmişdir. Göründüyü kimi, mobil operatoru tərəfindən təqdim edilmiş anten məlumatlarına əsasən Şahid1 xx.xx.2023-cü il tarixdə saat 23:35-dən növbəti gün, yəni xx.xx.2023cü il tarixdə saat 00:29-dək davamlı olaraq Göygöl rayonu ərazisində olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Buna baxmayaraq, cinayət işinin materiallarında onun xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsi göstərilmişdir. Həmçinin cinayət işinin materiallarına əsasən əməliyyat məlumatının daxil olması barədə raport Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar yenə xx.xx.2023-cü il tarixdə qəbul olunmuş, əməliyyat qrupunun yaradılması haqqında qərar da xx.xx.2023-cü il tarixdə qəbul olunmuş, Təqsirləndirilən şəxs saxlanılmasına dair raport isə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Qeyd edilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı xx.xx.2023-cü il tarixdə gecə saatlarında daxil olmuş, bundan dərhal sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən sənədləşmə işləri aparılmış və qısa müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 00:10-da CAB-ın rəisi Elşən Mehdiyevin rəhbərliyi altında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmışdr. Bununla belə, Elşən Mehdiyev məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini və həmin gün Bakı şəhərində olduğunu göstərmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, əməliyyat məlumatı daxil olan zaman, bununla bağlı ilkin sənədləşmə işləri aparılan zaman, eləcə də əməliyyat-axtarış tədbiri keçirilən zaman Şahid1 faktiki olaraq Göygöl rayonu ərazisində olduğu üçün, Elşən Mehdiyev isə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmədiyini və həmin ərəfədə Bakı şəhərində olduğunu iddia etdiyi üçün Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ilkin sənədlərin məhz Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə gecə saatlarında Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin inzibati binasında real olaraq tərtib edilməsi şübhə altına alınır. O cümlədən əməliyyat qrupunun üzvü olmuş Şahid3 istifadəsində olmuş olmuş +99***-***-**-** mobil nömrəsinə aid anten məlumatlarına baxdıqda onun xx.xx.2023-cü il tarixdə 23:28:46-dan növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 00:31:53-dək Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranının yaxınlığında olması, xx.xx.2023-cü il tarixdə saat 00:31:53-də digər əməliyyat müvəkkili Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng edən zaman Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığında olması, xx.xx.2023-cü il tarixdə 00:49:14də Şahid2 ona zəng edən zaman onun Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Maşın təmiri mərkəzi”nin yaxınlığını olması müəyyən edilmişdir. Göründüyü kimi, mobil operatoru tərəfindən təqdim edilmiş anten məlumatlarına əsasən Şahid3 xx.xx.2023-cü il tarixdə saat 23:28-dən növbəti gün, yəni xx.xx.2023cü il tarixdə saat 00:31-dək davamlı olaraq Göygöl rayonu ərazisində olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Buna baxmayaraq, cinayət işinin materiallarında onun xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsi göstərilmişdir. Habelə əməliyyat qrupunun digər üzvü olmuş Şahid2 istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəsinə aid anten məlumatlarına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 23:40:41-də Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng edən zaman onun mobil nömrəsinin anten dairəsinin Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Əziz Əliyev adına park”ın yaxınlığında olması, həmin gün saat 23:46:40-da Gəncə-Kəlbəcər-Laçın yolunun üzü Gəncə şəhəri istiqamətində hərəkət etdikdə yolun sağ tərəfindən yerləşən “Maral Göl” restoranın yaxınlığında olması, xx.xx.2023-cü il tarixdə saat 00:00:23-dən həmin gün saat 00:12:08-dək Gəncə şəhəri, X79 prospektində yerləşən “Premium Hotel”-in qarşında olması, xx.xx.2023-cü il tarixdə saat 00:29:54-də Şahid1 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə zəng edən zaman Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığında olması, xx.xx.2023-cü il tarixdə saat 00:30:10-da Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığında olması, xx.xx.2023-cü il tarixdə saat 00:31:53-də Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranının yaxınlığında olması, xx.xx.2023-cü il tarixdə saat 00:39:21-da Gəncə şəhəri, X79 prospektində yerləşən “Premium Hotel”-in qarşında olması, xx.xx.2023-cü il tarixdə saat 00:49:00-dan saat 01:05:30-dək Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Dəmiryolçular parkının qarşısında olması müəyyən olunmuşdur. Göründüyü kimi, mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid2 da xx.xx.2023-cü il tarixdə saat 00:29-dan həmin gün saat 00:31-dək davamlı olaraq Göygöl rayonu ərazisində olması, həmçinin xx.xx.2023-cü il tarixdə saat 00:49:00-dan saat 01:05:30-dək, yəni iş materiallarına əsasən faktiki olaraq həmin saat aralığında (01:00-dan 01:10-dək) şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətində iştirak etməsi göstərildiyi halda, onun polis şöbəsinin inzibati binasının yerləşdiyi ərazidən təxminən 5-6 kilometr aralı məsafədə yerləşən Gəncə şəhəri, Zülfü Hacıyev küçəsindəki Dəmiryolçular parkının qarşısında olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Ümumiyyətlə də hər üç əməliyyat müvəkkilinin mobil nömrələrinə dair məlumatları qarşılıqlı formada müqayisə etdikdə belə təəssürat yaranır ki, Şahid1lə Şahid3 xx.xx.2023cü il tarixdə saat 23:30-dan növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 00:30-dək Göygöl rayonu, Azay Kazımov küçəsində yerləşən “Okean” restoranının yaxınlığında olmuşlar, daha sonra isə Şahid2 da Şahid1 zəng edərək onların yanına getmişdir. Beləliklə də məhkəmə tərkibi hesab edir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün yaradılmış əməliyyat qrupuna daxil edilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 əməliyyat məlumatı daxil olan zaman və əməliyyat-axtarış tədbiri keçirilən zaman faktiki olaraq Göygöl rayonu ərazisində olduqları üçün onların Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmələri, həmçinin Təqsirləndirilən şəxs məhz elə əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması, o cümlədən saxlanılan zaman sonuncunun üzərində narkotik vasitə olan heroinin olması, eləcə də şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi şübhə altına alınır. Qeyd edilən hallar Təqsirləndirilən şəxs özünün könüllü olaraq polis şöbəsinə getməsinə zəmin yaradır. Bundan başqa, məhkəmə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 da ayrı-ayrılıqda ifadələrinə qiymət verməyi zəruri hesab edir. Belə ki, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxladıqları vaxtı, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs saxlanıldığı yerə hansı qrup üzvü ilə hansı formada getdiyini, ümumiyyətlə də əməliyyat tədbirinə qrup üzvləri ilə birlikdə və ya ayrı-ayrı getdiklərini xatırlamadığını göstərmişdir. Həmçinin Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs saxlanıldığı yerə əməliyyat qrupunda olan digər əməliyyat müvəkkilləri ilə birgə gəldiyini, əməliyyat tədbirindən əvvəl təlimatlandırılmaq üçün qrup üzvləri ilə bir yerə toplaşdığını xatırlmadığını göstərmişdir. Halbuki digər əməliyyat müvəkkili Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əməliyyat tədbiri keçiriləcək yerə ayrı-ayrı gəldiklərini göstərmişdir. Göründüyü kimi, hər iki əməliyyat müvəkkilinin ifadələri arasında keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar toplanma şəraitinə münasibətdə əhəmiyyətli ziddiyyətlər vardır. Bundan əlavə də Şahid3 istifadəsində olmuş mobil telefonun anten məlumatlarına əsasən o, faktiki olaraq Təqsirləndirilən şəxs saxlanılan zaman Göygöl rayonu ərazisində olduğu üçün onun əməliyyat tədbirində iştirak etməsi şübhə doğurur. O cümlədən Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs səhv etmirsə Gəncə şəhərində “Pasyolka” adlanan ərazidə yerləşən Füzuli parkının yanında, Şahlar Hüseynov küçəsində, Metallurq stadionunun aşağısında günorta saat 15- 16 radələrində saxladıqlarını, şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından təxminən iki saat sonra keçirildiyini, şəxsi axtarış zamanı da Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkar edildiyini göstərmişdir. Bununla belə, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10-da Gəncə şəhəri, Atatürk prospekti 237 ünvanının yaxınlığında saxlanılmış, şəxsi axtarış zamanı da onun üzərindən metamfetamin deyil, məhz narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan əlavə Şahid2 şəxsi axtarışın Təqsirləndirilən şəxs saxlanılmasından iki saat sonra keçirildiyini qeyd etməklə dolayısı ilə sonuncunun xx.xx.2023-cü il tarixdə təxminən saat 22:30 radələrindən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin inzibati binasında olmasını təsdiq etmişdir. Hətta Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid müvafiq mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlarına baxdıqda onun xx.xx.2023-cü il tarixdə saat 00:29:54-də digər əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş +99***-***- **-** mobil nömrəsinə zəng etməsi və həmin vaxtı Şahid2 mobil nömrəsinin anten dairəsinin Göygöl rayonu, Heydər Əliyev prospektində yerləşən “X73”nun yaxınlığını olması müəyyən olunmuşdur. Əgər əməliyyat müvəkkilləri birlikdə xx.xx.2023-cü il tarixdə saat 00:10-da əməliyyat-axtarış tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirmişdilərsə və müdafiəçisi gələnədək sonuncunun yanında qalaraq həmin şəxs tərəfindən əgər üzərində narkotik vasitə olduğu halda həmin maddənin atılmasının və ya məhv edilməsinin qarşını almaq üçün tədbir görməli olmuşlarsa necə ola bilər ki, əməliyyat qrupunun üzvü olan həm Şahid1, həm də Şahid2 məhz şübhəli şəxs saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra sonuncunu orada qoyaraq Göygöl rayonu ərazisinə getmişlər? Məhkəmə istintaqı zamanı qeyd edilən suala adları çəkilən hər iki əməliyyat müvəkkili məntiqli cavab verə bilməmişlər. İttiham tərəfi də həmin xüsusata dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə də məhkəmə tərkibi polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini bir-biri ilə, həmçinin iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, həmin şəxslərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin mötəbərliyi və onların Təqsirləndirilən şəxs saxlanılmasına dair əməliyyat tədbirində həqiqətən də iştirak etmələri şübhə altına alınır. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti saat 01:00da başlamış və saat 01:11-dək davam etmişdir. Qeyd edilən istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, hər üç polis əməkdaşı istintaq hərəkətində iştirak etmişlər. Həmçinin istintaq hərəkətinə dair videoçəkilişin 6-cı dəqiqəsinin 28-ci saniyəsinə diqqət yetirdikdə istintaq hərəkətini həyata keçirən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X2 qolundakı qol saatının işlək vəziyyətdə olması və istintaq hərəkəti keçirilən zaman saatın “00:36” olması görünür. Videoçəkilişin ümumi olaraq 10 dəqiqə 17 saniyə davam etməsini nəzərə aldıqda, şəxsi axtarış və götürmə istintaq hərəkəti təhqiqatçının qolundakı saatda olan vaxta münasibətdə saat 00:30-da başlaması və saat 00:41-də başa çatması müəyyən olunur. Halbuki cinayət işinin materiallarında olan qeyd edilən istintaq hərəkətinə dair protokolun yuxarı hissəsində istintaq hərəkətinin xx.xx.2023-cü il tarixdə saat 01:00-da başlaması və saat 01:11-də başa çatması qeyd olunmuşdur. Göründüyü kimi, təhqiqatçının qolundakı saatla istintaq hərəkətinə dair protokoldakı saatlar arasında əhəmiyyətli ziddiyyətlər vardır. O cümlədən videoçəkilişdən görünür ki, istintaq hərəkətinin əvvəlində təhqiqatçının əlindəki sənədlərin içərisində “Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemi”ndən çıxarış, yəni portal vardır. Cinayət işinin materiallarında olan həmin sənədə nəzər yetirdikdə, qeyd edilən sənədin yuxarı sol küncündə sənədin xx.xx.2023-cü il tarixdə sat 02:35-də sistem üzərindən sorğu verilərək çap edilməsi göstərilmişdir. Belə olan halda ortaya sual çıxır ki, necə ola bilər ki şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti zamanı təhqiqatçının əlində faktiki olaraq şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən çıxarış, yəni portal göründüyü halda və həmin portal xx.xx.2023-cü il tarixdə saat 02:35-də sistem üzərindən sorğu verilərək çap edildiyi halda qeyd edilən istintaq hərəkətinin başlanma saat 01:00 kimi, bitmə saatı isə 01:11 kimi göstərilmişdir? Habelə iş materialında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolda istintaq hərəkətinin 21 may 2023-cü il tarixdə saat 01:00da başlaması və həmin gün saat 01:11-də başa çatması göstərilsə də, elə iş materiallarında olan müvafiq mobil operatoru tərəfindən təqdim edilmiş Şahid2 istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid anten məlumatlarına baxdıqda onun xx.xx.2023-cü il tarixdə saat 00:49:00-dan saat 01:05:30-dək Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən Dəmiryolçular parkının qarşısında olması müəyyən olunmuşdur. Qeyd edilən park da polis şöbəsindən 5-6 kilometr aralı məsafədə yerləşir. Göründüyü kimi, protokolda göstərilmiş istintaq hərəkətinin aparılması saatlarında əməliyyat müvəkkili Şahid2 Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin inzibati binasının yerləşdiyi ərazidə deyil, tamamilə fərqli bir ərazidə olmuşdur. Hətta Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şəxsi axtarış və götürmə aparılması barədə videoçəkilişin o, saxlanıldıqdan 18-20 saat sonra aparıldığını göstərmişdir. Beləliklə də məhkəmə tərkibi şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair yuxarıda qeyd edilən əhəmiyyətli ziddiyyətləri nəzərə alaraq hesab edir ki, həmin istintaq hərəkətinin protokolda qeyd edilən saat aralığında keçirilməsi, həmçinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 protokolda qeyd edilən saat aralığında polis şöbəsində olmaları, eyni zamanda saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroinin olması, eləcə də şəxsi axtarış zamanı sonuncunun üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi şübhə altına alınır. Ona görə də şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntusu ilə aparıldığı üçün hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət işinin materiallarında qeyd edildiyi kimi deyil, yəni polislər tərəfindən saxlanılmadığını, əksinə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində əvvəllər dostluq münasibətində olduğu Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X21 zəngindən sonra polis şöbəsinə getdiyini, daha sonra orada onu bir neçə saat saxladıqlarını, polis şöbəsinin inzibati binasında otaqların birində olarkən polislərin Ronald və Lətif adlı şəxsləri də gətirərək onunla bir otaqda saxladıqlarını, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində baş vermiş qumbara partlayışı hadisəsinə görə axtarılan digər tanışı X20 gəldikdən sonra polislərin onu buraxacaqlarını dediyini, növbəti gün Vaqif Bəhlulzadənin arvadı X7 polis şöbəsinə gətirildiyini, ardınca isə Vaqif Bəhlulzadənin özünün polis şöbəsinə gəldiyini, lakin polislərin onu buraxmadıqlarını göstərmişdir. Qeyd edilən xüsusatların araşdırılması üçün məhkəmə xx.xx.2024-cü il tarixli sorğu məktubu ilə Gəncə ŞBPİ-nin 2-ci PŞ-yə müraciət edərək 20-21 may 2023-cü il tarixlərdə həmin polis şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabından müvafiq vərəqlərinin çıxarışlarını tələb etmişdir. Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin həmin dövr üçün rəisi Samir Məcidov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli müşayiətedici məktub ilə sorğuda tələb edilən sənədlərin əvəzinə məhkəməyə yalnız Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportun surəti göndərilmişdir. Bununla belə, sorğuya cavab məktubunda əlavə olunmuş Şahid1 tərtib etdiyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatının daxil olması haqqında raportun kserosurətindən görünür ki, həm dərkənar olan hissədə, həm də aşağıda sağ küncdə raportun tarixinə qələmlə müdaxilə olunaraq tarix kimi xx.xx.2023-cü il göstərilmişdir. Halbuki həmin sənədin cinayət işinin materiallarında olan əslindən görünür ki, qeyd edilən raportun tarixi xx.xx.2023-cü ildir. Qeyd edilən məsələ ilə bağlı məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar olaraq Gəncə ŞBPİ-nin 2-ci PŞ-yə müraciət olunsa da xx.xx.2024-cü il tarixədək sorğuya cavab alınmamışdır. Ona görə də məhkəmə sorğuya cavabın verilməməsinin səbəbinin araşdırılması, eləcə də tələb olunan gətirilmiş şəxslərin qeydiyyatı kitabından müvafiq çıxarışların məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etmişdir. Yalnız həmin müraciətdən sonra Gəncə ŞBPİnin 2-ci PŞ-nin həmin dövr üçün rəisi Samir Məcidov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli müşayiətedici məktub ilə məhkəmə tərəfindən tələb olunan sənədlərin surəti təqdim olunmuşdur. Qeyd edilən məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, 952 sıra nömrəsi qarşısında Təqsirləndirilən şəxs CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən xx.xx.2023-cü il tarixdə saat 00:25-də polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 01:25-də də MSY-yə təhvil verilməsi göstərilmişdir. 953 sıra nömrəsi qarşısında isə X9 CAB-ın əməliyyat müvəkkili Emil Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:20-də polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 21:30-da MSY-yə təhvil verilməsi göstərilmişdir. Ümumiyyətlə də Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdə sıra nömrəsi 952 ilə başlayır və 957 ilə bitir. 954 sıra nömrəsi qarşısında X15, 955 sıra nömrəsi qarşısında X26, 956 sıra nömrəsi qarşısında X27, 957 sıra nömrəsi qarşısında isə X28 aid qeydlər yazılmışdır. Sözügedən çıxarışların tədqiqi zamanı onların sənədin əsli ilə eynilik təşkil etməsinə dair məhkəmədə şübhə yarandığı üçün məhkəmə xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə Gəncə ŞBPİ-nin 2-ci PŞ-yə müraciət edərək kitabın əslinin məhkəməyə göndərilməsini tələb etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin rəhbərliyi tərəfindən kitabın əsli məhkəməyə təqdim olunamışdır. Əksinə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında əlavə şahid kimi dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞnin CAB-ın rəisi X42 ifadəsində əvvəlki sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş gətirilmiş şəxslərin qeydiyyatı kitabının müvafiq vərəqlərinin surətlərinin fotoşəkili polis şöbəsinə təqdim olunduqdan sonra həmin kitabın əslinin məhkəməyə göndərilməsinin təmin olunacağını bildirmişdir. Göründüyü kimi, istintaq orqanı hər dəfəsində uzun müddət ərzində məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməməklə, eləcə də kitabın əslini məhkəməyə təqdim etməməklə işdə maraqlı olmasını göstərmişdir. Bununla belə, məhkəmə tərəfindən təkrar olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət olunmuş və Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin hazırkı rəisi Tural Hacıyev tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli müşayiətedici məktubla Təqsirləndirilən şəxs tutulduğu dövrə aid polis şöbəsinə gətirilmiş şəxslərin qeydiyyatı kitabının əsli məhkəməyə göndərilmişdir. Qeyd edilən kitabın əslinə məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, kitabın əsli ilə Gəncə ŞBPİ-nin 2-ci PŞ-si tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli müşayiətedici məktub ilə göndərilmiş eyni kitabın Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqlərinin kserosurəti arasında kifayət qədər əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının əslində 952 sıra nömrəsi qarşısında Təqsirləndirilən şəxs aid qeydlər vardır. Kserosurətlə kitabın əslindəki həmin qeydləri qarşılıqlı formada müqayisə etdikdə kitabın əslində 2-ci qrafanın altında 952 sıra nömrəsi qarşısında olan Təqsirləndirilən şəxs atasının adından sonra “oğlu” sözü yazılmamış, halbuki əvvəlki sorğuya cavab olaraq verilmiş kserosurətdə “oğlu” sözü yazılmışdır. Həmçinin kitabın əslində 4-cü qrafanın altına olan yazılarda “Avtozavod, qəs, Sərvan kuç” sözləri alt-alta hər sətirdə yazılsa da, kserosurətdə alt-alta hər sətirdə fərqli olaraq “Avtozavod, qəs Sərvan, küçəsi” sözləri yazılmışdır. Kitabın əslində 7-ci qrafanın altında alt-altda hər sətirdə “CASnın, Hacıyev S” yazılsa da, kserosurətdə alt-alta hər sətirdə fərqli olaraq “CAŞ-i, Şahid1” yazılmışdır. Kitabın əslində 8, 9 və 10-cu qrafalarda olan yazılarla kserosurətdə olan eyni qrafalardakı yazıları gözlə vizual olaraq müqayisə etdikdə həmin qrafalardaki yazıların da fərqli olması açıq-aydın görünür. Eyni ziddiyyətlər kitabın əslində 954-958 sıra nömrəli qarşısında olan şəxslə aid qeydlərdə də vardır. Bundan əlavə, kitabın əslində 952 sıra nömrəsindən sonra 953 sıra nömrəsi qarşısında X7 CAB-ın əməliyyat müvəkkili Rəşad Cəfərli tərəfindən xx.xx.2023-cü il tarixdə saat 11:00-da polis şöbəsinə gətirilməsi, xx.xx.2023-cü il tarixdə saat 14:00-da isə izahatı alındıqdan sonra buraxılması yazılmışdır. Halbuki eyni kitabın eyni vərəqlərinin kserosurətində 953 sıra nömrəsi qarşısında X13 aid qeydlər yazılmış və həmin kserosurətdə ümumiyyətlə İlhamə Bəhlulzadəyə aid qeydlər yoxdur. Bundan əlavə, kitabın əslində Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdə sıra nömrəsi 952 ilə başlayır və 958 ilə bitir, halbuki eyni kitabın eyni vərəqlərinin surətində sıra nömrəsi kitabın əslində olduğu kimi deyil, tamamilə fərqli olaraq 952 ilə başlayır və 957 ilə bitir. Həmçinin kitabın əslinin növbəti vərəqində, yəni Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdən sonrakı vərəqdə sıra nömrəsi əvvəlki vərəqə münasibətdə ardıcıl olaraq 959 ilə başlamalı olduğu halda, sıra nömrəsi təkrar olaraq 956 ilə başlayır, daha sonra 957, 958 və ardıcıl olaraq 965 sıra nömrəsinə qədər davam edir. Halbuki 956, 957 və 958 sıra nömrələri Təqsirləndirilən şəxs aid vərəqdə də qeyd edilmiş və həmin sıraların hər birinin qarşısında ayrı-ayrı şəxslərə aid qeydlər yazılmışdır. Bu isə o deməkdir ki, 956, 957 və 958 sıra nömrələri həm Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdə, həm də ardıcıl olaraq növbəti vərəqdə təkrar yazılmışdır. Bütün yuxarıda qeyd olunanlar məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin cavabdeh şəxsləri tərəfindən məhkəməyə göndərilmiş sorğuya cavablar qərəzli olaraq dəyişdirilmişdir. Hətta vəzifəli şəxs kimi Gəncə ŞBPİ-nin 2ci PŞ-nin CAB-ın rəisi X21 məhkəmədə əvvəlki sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş gətirilmiş şəxslərin qeydiyyatı kitabının müvafiq vərəqlərinin surətlərinin fotoşəkili polis şöbəsinə təqdim olunduqdan sonra həmin kitabın əslinin məhkəməyə göndərilməsinin təmin olunacağını bildirməsi ona dəlalət edir ki, Gəncə ŞBPİ-nin 2-ci PŞ-si Təqsirləndirilən şəxs işində maraqlı olmaqla məhkəmə tərəfindən verilmiş sorğulara cavab verməkdən mümkün qədər yayınmağa çalışmış, eyni zamanda Təqsirləndirilən şəxs polis şöbəsində “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında qeydiyyata alındığı tarixi və saatı gizlətməyə çalışmışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Vaqif Bəhlulzadə və sonuncunun arvadı İlhamə Bəhlulzadə ilə bağlı göstərdiyi xüsusatlar Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının əslinin tədqiqi zamanı öz təsdiqini tapdığına görə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin hissədə verdiyi ifadəsi daha mötəbər sayılmalı, bununla yanaşı kitabın əsli ilə sorğuya cavab olaraq daha əvvəl verilmiş həmin kitabın müvafiq vərəqlərinin kserosurəti arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə həm kitabın əslində, həm də kserosurətdə olan Təqsirləndirilən şəxs aid qeydlərin mötəbərliyi, həmçinin onun polis şöbəsinə gətirilmə tarixi və saatı, o cümlədən Təqsirləndirilən şəxs məhz əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması, habelə saxlanılan zaman sonuncunun üzərində narkotik vasitə olan heroinin olması, eləcə də şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsi şübhə altına alınır. Eyni zamanda məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin sabiq rəisi Samir Məcidov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli müşayiətedici məktub ilə məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının Təqsirləndirilən şəxs aid qeydlər yazılmış vərəqinin kserosurəti ilə eyni polis şöbəsinin hazırkı rəisi Tural Hacıyev tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli müşayiətedici məktub ilə məhkəməyə göndərilmiş həmin kitabın əslinin Təqsirləndirilən şəxs aid qeydlər yazılmış vərəqi arasında məhkəmə istintaqı zamanı əhəmiyyətli ziddiyyətlər aşkar edildiyi üçün həmin xüsusatın araşdırılmasından ötrü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6cı maddəsinin tələbinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna məlumat verilməlidir. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində atasının dostu olan polis əməkdaşı Elşən Mehdiyevin atası Təqsirləndirilən şəxs zəng etdikdən sonra sonuncu da ona zəng edərək gəlib özünü götürməsini və birlikdə Gəncə ŞBPİ-nin 2-ci PŞ-yə gedəcəklərini demişdir. O da atasının zəngindən sonra sonuncunun dalınca getmiş, daha sonra isə birlikdə 2-ci polis şöbəsinə getmişlər. Şöbənin qarşısında atasının dostları Elvin Hüseynov, Vəli Bağırov və digərləri olmuşlar. Atası həmin vaxtı mobil telefonun ona verərək polis şöbəsinin inzibati binasına daxil olmuşdur. Üstündən bir qədər keçdikdən sonra o, polislərin atasını tutduqlarını bilmişdir. O, səhərə qədər polis şöbəsinin qarşısında gözləmişdir. Atası içəri daxil olduqdan xeyli vaxt keçdikdən sonra şöbənin otağının aynasından əl ilə işarə edib ona getməyini demişdir. Həmin otağın pəncərəsinin barmaqlıqları olmamışdır. O, şöbənin qarşısında atasını gözlədiyi vaxtı İslam adlı dostu +99***-***-**-** mobil nömrədən tez-tez ona zəng edib maraqlanmışdır. Məhəmməd Əsgərovun ifadəsini Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***- ***-**-** mobil nömrəsinə aid müvafiq mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlarla müqayisə etdikdə həqiqətən də Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:18:10-da Məhəmməd Əsgərova zəng etməsi, həmin vaxtı Təqsirləndirilən şəxs mobil nömrəsinin anten dairəsinin Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən “Maşın təmiri mərkəzi”nin yaxınlığında olması, eləcə də Məhəmməd Əsgərovun özünün istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə aid müvafiq mobil operatoru tərəfindən təqdim edilmiş məlumatlarla müqayisə etdikdə həqiqətən də İslam adlı şəxsin +99***-***-**-** mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 22:22:31-də və həmin gün saat 23:45:00-də Məhəmməd Əsgərova zəng etməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar isə Məhəmməd Əsgərovun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin mötəbərliyinə dəlalət edir. Bundan əlavə Təqsirləndirilən şəxs tanışları X34, X41 və X35 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs 2-ci polis şöbəsinin inzibati binasına daxil olduqdan xeyli vaxt keçdikdən sonra şöbədəki otağının aynasından əl ilə işarə edib onlara getməklərini işarə etdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs otaqda sərbəst formada hərəkət etdiyini, eyni zamanda Lətif və Ronald adlı şəxslərin də həmin otaqda olduqlarını və pəncərədən boylandıqlarını göstərmişlər. Təqsirləndirilən şəxs da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 2-ci polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsində saxlanıldığı otaqda olarkən polislərin partlayış hadisəsi zamanı orada olan avtomobil yuyulması ilə məşğul olan Lətif, daha sonra isə Ronald adlı başqa bir uşağı da gətirərək onunla bir otağa saldıqlarını, onun saxlanıldığı otağın pəncərəsinin olduğunu, oradan baxaraq oğlunu gördüyünü, həmin vaxtı da onun əlində qandal olmadığını göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarix aralığında olan dövrü əhatə edən Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqdən əvvəlki vərəqdə olan qeydlərdən görünür ki, həqiqətən də X10 xx.xx.2023-cü il tarixdə saat 22:45-də 2-ci polis şöbəsinə gətirilmişdir. Eyni zamanda kitabın Təqsirləndirilən şəxs aid qeydlər olan vərəqindən görünür ki, X44 da xx.xx.2023-cü il tarixdə 2-ci polis şöbəsinə gətirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində Lətif və Ronald adlı şəxslərlə bağlı göstərdiyi xüsusatlar da öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənlər məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində, yəni azadlığının faktiki məhdudlaşdırıldığı andan növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulana, həmin gün saat 01:00-da isə üzərində şəxsi axtarış keçirilənə qədər iki saat müddət ərzində polis əməkdaşlarının sərəncamı və nəzarəti altında olmuş, həmçinin Təqsirləndirilən şəxs saxlanıldığı müddət ərzində polis şöbəsinin inzibati binasında saxlanıldığı otaqda sərbəst formada hərəkət etmək imkanına malik olmuşdur. Bu hal isə ona dəlalət edir ki, həqiqətən də saxlanılan zaman üzərində narkotik vasitə olduğu təqdirdə üç saata yaxın vaxt boşluğu ərzində Təqsirləndirilən şəxs həmin kütləni kənar bir yerə atmaqla və ya digər tədbirlər görməklə, o cümlədən onunla bir otaqda olan digər şəxslərə verməklə şəxsi axtarış zamanı üzərindən narkotik vasitənin aşkarlanmasının qarşısını almaq iqtidarında olmuşdur. Qeyd edilən xüsusatla bağlı məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarışın Təqsirləndirilən şəxs tutulmasından təxminən iki saat sonra aparılması, yəni tutulma ilə şəxsi axtarış arasındakı təxminən iki saat vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bu halın mövcudluğu isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alır. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdə, həmçinin iş materiallarının 1-ci cilddə vərəq 26-27-də olan şübhəli şəxs kimi tutulduqdan sonra verdiyi ilkin izahatında, vərəq 43-45-də olan şübhəli şəxs kimi verdiyi ifadəsində, vərəq 54-56-da olan təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində Təqsirləndirilən şəxs guya ki üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etməsi göstərilmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs kimi verdiyi ilkin izahatla ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan səkkiz gün sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçisi tərəfindən müvafiq məhkəmə qərarından verilmiş şikayət ərizəsində, həmçinin qeyd edilən məsələ ilə bağlı Gəncə Apellyasiya Məhkəməsində 30 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında, o cümlədən həmin vaxtdan etibarən ibtidai istintaqın sonunadək, habelə cinayət işinin materialları ilə tanış olarkən, eləcə də məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ona məxsus olmadığını, həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşlarının qoyduqlarını, polislərin onu Gəncə şəhəri, Vəli Xuluflu küçəsində baş vermiş qumbara partlayışı hadisəsi ilə bağlı tutduqlarını, polis şöbəsində onu qadın paltarını geyindirib videosunu çəkməklə hədələdiklərini, məhz buna görə də məcbur olub polislərlə razılaşaraq üzərinə qoyulmuş narkotik vasitənin videoçəkiliş zamanı özünə məxsus olmasını etiraf etdiyini göstərmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 428 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, ekspert komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs heç bir cinayət əməli törətmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitə ilə heç bir əlaqəsinin olmadığını, istintaq zamanı da həmin narkotik vasitənin ona aid olmadığını göstərmişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 770 nömrəli məhkəmətibb ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evlərinin yaxınlığında tanıdığı şəxslərin mübahisə edərək dalaşdığını, daha sonra isə hədisə zamanı bir nəfərin qumbara atdığını gördüyünü göstərmişdir. Habelə iş materiallarında olan Gəncə şəhər prokurorluğunun icraatında olmuş 384- C-23 nömrəli ilkin yoxlama materialından görünür ki, vətəndaş X8 müraciət edərək Təqsirləndirilən şəxs Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın rəisi X42 tərəfindən haqsız olaraq saxlanıldığını göstərmişdir. Eyni zamanda Gülarə Hüseynova müxtəlif instansiya qurumlarına eyni məzmunlu şikayət ərizəsi göndərmişdir. Qeyd edilən materialdakı izahatında da Təqsirləndirilən şəxs hazırkı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu izahat verərək polis şöbəsində psixi zorakılığa məruz qaldığını göstərmişdir. Hətta məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində polis şöbəsində olanda 3-cü mərtəbədə Təqsirləndirilən şəxsla qarşılaşdığını, sonra da birlikdə MSY-ə getdiyini, həmin ana qədər özünün baş təhqiqatçının otağında olduğunu, Təqsirləndirilən şəxs isə koridorun başında sağ tərəfdə əməliyyatçıların otağında olduğunu, sonuncu ilə cəmi 5 dəqiqəlik görüşdüyünü, həmin vaxtı Təqsirləndirilən şəxs ona polis əməkdaşlarının onu döyməsini demədiyini, sadəcə qadın alt paltarı geyindirib videosunu çəkərək yaymaqla hədələdiklərini və buna görə də məcbur olaraq polislərlə razllaşdığını dediyini, özünün də sonuncuya eyni şeylə hədələndiyini dediyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş psixi zorakılıq nəticəsində üzərinə qoyulmuş narkotik vasitəni etiraf etməsini göstərmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Layıcov Azərbaycana qarşı” işi üzrə Qərarında göstərmişdir ki, pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, ərizəçiyə yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə Qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” və “Bıkov Rusiyaya qarşı” iş üzrə Qərarlarında formalaşdırdığı presedent mövqeyə görə özünə qarşı ifadə verməmək hüququ cinayət işində ittiham tərəfinin təqsirləndirilən şəxsə qarşı öz versiyasını sübut etmək üçün “məcbur etmə” və təqsirləndirilən şəxsin iradəsi əleyhinə təzyiq üsulları ilə əldə edilmiş sübuta əl atmamasını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə Qərarında formalaşdırdığı presedent mövqeyə görə məhkəmə prosesinin şəxsin özünə qarşı ifadə verməmək hüququna xələl gətirib-gətirmədiyini araşdırarkən Avropa Məhkəməsi konkret olaraq aşağıdakı elementləri: məcburetmənin xarakterini və dərəcəsini; araşdırılan cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai marağı; həmin prosesdə müvafiq təminatların olub-olmadığını və məcburetmə yolu ilə əldə edilmiş hər hansı materialdan istifadə edilib-edilmədiyini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdə, həmçinin iş materiallarının 1-ci cilddə vərəq 26-27-də olan şübhəli şəxs kimi tutulduqdan sonra verdiyi ilkin izahatında, vərəq 43- 45-də olan şübhəli şəxs kimi verdiyi ifadəsində, vərəq 54-56-da olan təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində Təqsirləndirilən şəxs guya ki üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi, əksinə təkzib edildiyi, eləcə də həmin ifadələri işin faktiki hallarına uyğun gəlmədiyi, o cümlədən ona göstərilmiş pis rəftar nəticəsində əldə edildiyi və istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntusu ilə aparıldığı üçün hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Eyni zamanda həmin ifadələr əsasında təqsirləndirilən şəxs barəsində ittiham hökmü də çıxarıla bilməz. Bununla da, məhkəmə tərkibi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində saxlanılmasını və tutulduğu andan etibarən növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulana qədər iki saat müddət ərzində polis əməkdaşlarının sərəncamında və nəzarəti altında olmasını nəzərə alaraq hesab edir ki, tutulma ilə şəxsi axtarış arasındakı təxminən iki saatlıq vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Bu halın mövcudluğu isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alır. Eyni zamanda məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1, həmin PŞnin CAB-ın əməliyyat müvəkkili Şahid2 və Gəncə ŞBPİ-nin NBM-nin kiçik inspektoru Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrini həqiqi, obyektiv və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyib hesab edir ki, onlar iş üzrə maraqlı şəxslər olduqları üçün həmin şəxslərin verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X11, X17, X22, X18 və X9 məhkəmə istintaqı zamanı verdikləri ifadələrini daha inandırıcı, obyektiv və işin faktiki hallarına uyğun gələn ifadələr kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X19 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” işi üzrə Qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Bəhs edilən Qərarın 69-cu bəndində göstərilmişdir ki, “Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi”. Avropa İnsan Hüquqları Məhkəməsi “Savalanlı və digərləri Azərbaycana qarşı” iş üzrə 15 dekabr 2022-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Belə ki, həmin Qərarın 91-ci bəndində göstərilmişdir ki, “Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127).” Məhkəmə tərkibi hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı yuxarıda qeyd edilən nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulması ilə üzərinə aparılmış şəxsi axtarış arasında keçən müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onun üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını Təqsirləndirilən şəxs tutulmasından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Beləliklə də, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edərək, iş materiallarındakı hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayaraq, təhlil edib bir-biri ilə müqayisə edərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs polis şöbəsinə könüllü olaraq gəldiyi andan şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış keçirilənə kimi, yəni iki saat ərzində Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi baxımından polisin nəzarətində olduğundan, ittiham tərəfi isə həmin dövr ərzində ittihamın əsasını təşkil edən narkotik vasitə olan heroinin onun üzərinə qoyulmasına dair müdafiə tərəfinin dəlillərini təkzib edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması”, “şəxsi axtarış və götürmə haqqında”, Təqsirləndirilən şəxs ilkin etirafedici izahatı ilə ifadələri, o cümlədən ibtidai istintaq zamanı dindirilmiş polis əməkdaşı olan şahidlərin ifadələri işin faktiki hallarına uyğun gəlmədiyindən və digər sübutlarla təsdiq olunmadığından, eləcə də Təqsirləndirilən şəxs göstərilmiş pis rəftar nəticəsində əldə edildiyindən və qeyd edilən istintaq hərəkətləri istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə olan halda məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhz elə əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmasına, o cümlədən saxlanılan zaman sonuncunun üzərində narkotik vasitə olan heroinin olmasına, eləcə də şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroinin aşkar edilməsinə şübhə ilə yanaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qeyd edilən Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Sözügedən Qərarın 33-cü bəndində göstərilmişdir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla bağlı məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ilkin izahatı ilə ilkin ifadələri, o cümlədən şahidlərin ifadələri müqayisə edilərkən iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi üçün ittihamın əsası kimi qəbul edilə bilməz. Cinayət-Prosessual Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-ci maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin “Barbera, Messegi və Cabardo İspaniyaya qarşı”, o cümlədən “Yanoseviç İsveçə qarşı” iş üzrə Qərarlarında formalaşdırılmış presedent hüququna görə təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Telfner Avstriyaya qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Şenk İsveçrəyə qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə Konvensiyanın 19-cu maddəsinə əsasən onun vəzifəsi Konvensiyanın iştirakçısı olan dövlət tərəfindən üzərilərinə götürdükləri öhdəliklərinə əməl etmələrini təmin etməkdir. Xüsusilə, milli məhkəmələr tərəfindən törədilməsi iddia olunan fakta və ya hüquqa aid səhvlə məşğul olmaq, əgər bu səhvlər Konvensiya ilə qorunan hüquq və azadlıqların pozulmasına səbəb olmamışdırsa, məhkəmənin funksiyası deyil. Avropa İnsan Hüquqları Məhkəməsinin “X36rşı” və “X23rşı” işlər üzrə Qərarlarında göstərilmişdir ki, buna görə də prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X36rşı” və “X23rşı” işlər üzrə Qərarlarında həmçinin göstərilmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bıkov Rusiyaya qarşı” iş üzrə Qərarında formalaşdırılmış presedent hüququna görə sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” iş üzrə Qərarında göstərilmişdir ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəllənin 8.0.5-ci maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir. Cinayət-Prosessual Məcəllənin 28.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq (CPM-in 28.4.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq (CPM-in 28.4.3-cü maddəsi) kimi vəzifələri yerinə yetirməlidirlər. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər (CPM-in 33.1-ci maddəsi). Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33.2-ci maddəsi). Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (CPMin 33.3-cü maddəsi). Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsinə əsasən, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (CPM-in 125.2.1-ci maddəsi); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (CPM-in 125.2.2-ci maddəsi); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (CPM-in 125.2.3-ci maddəsi); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (CPM-in 125.2.7-ci maddəsi) əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət-Prosessual Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 144-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145.1-ci maddəsinə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəllənin 351.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq (CPM-in 351.3.1-ci maddəsi); bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq (CPM-in 351.3.2-ci maddəsi); məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM-in 351.3.3-cü maddəsi); təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM-in 351.3.4-cü maddəsi) sübuta yetirilmiş hesab edilə bilər. Cinayət-Prosessual Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət-Prosessual Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə barəsində bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Cinayət-Prosessual Məcəllənin 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət-Prosessual Məcəllənin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz, istintaq hərəkətinin icraatı qaydalarının kobud pozuntuları ilə aparıldığından hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Bu səbəbdən də qeyd edilən sübutlar əsasında Təqsirləndirilən şəxs barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Beləliklə də, məhkəmə tərkibi iş materiallarında olan hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayaraq, təhlil edib bir-biri ilə müqayisə edərək, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, o cümlədən daxili inamına əsaslanaraq Cinayət- Prosessual Məcəllənin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Cinayət-Prosessual Məcəllənin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə ona bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığ qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə ŞBPİ-nin saxlanma anbarına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,307 qram narkotik vasitə olan heroin narkotik vasitənin əldə edilməsi və istifadə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Gəncə ŞBPİ-nin saxlanma anbarında saxlancda saxlanılmalı, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 (dörd) ədəd disklər, eləcə də müdafiə tərəfinin məhkəmə istintaqı zamanı təqdim etdiyi 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilməlidir. Cinayət-Prosessual Məcəllənin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət-Prosessual Məcəllənin 63-cü maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349 və 350-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə ŞBPİ-nin saxlanma anbarına saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,307 qram narkotik vasitə olan heroin narkotik vasitənin əldə edilməsi və istifadə edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Gəncə ŞBPİ-nin saxlanma anbarında saxlancda saxlanılsın. Şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş 04 (dörd) ədəd disklər, eləcə də müdafiə tərəfinin məhkəmə istintaqı zamanı təqdim etdiyi 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın mülki mühakimə icraatı qaydasında iddia qaldırmaqla ödənilməsini tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar