Məhkəmə qərarları › İş №1(100)-72/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-72/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-72/2021 14.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Bayramlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində dayısı oğlu X7 Tovuz rayonunun Alakol kəndində yerləşən «Alakol» adlı kafedə aralarında yaranmış mübahisə zamanı qardaşı Şahid1 döyməsini bildikdən sonra həmin gün saat 23 radələrində X21 rayonu Bayramlı kəndinin kənarında yerləşən boş təpəlik sahədə görüşməyi təklif etmiş, sonuncu qeyd edilən yerə əmisi oğlu Zərərçəkmiş şəxs və digər şəxslərlə birlikdə gəldikdən sonra Ruslan və Zərərçəkmiş şəxslərin yenidən qardaşının üzərinə gələrək mübahisə etdiklərindən aralarında yaranmış mübahisə zamanı o, Ruslan və Zərərçəkmiş şəxslərdən qisas alıb onları qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün qabaqcadan şalvarının sağ cibində gizlətdiyi əldəqayrılma üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı ilə əvvəlcə Ruslan Nağıyevə bir dəfə zərbə vuraraq ona qarının ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək qəsdən öldürmüş, bundan dərhal sonra Zərərçəkmiş şəxs də qəsdən öldürmək məqsədilə onun bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə məqsədyönlü bıçaq zərbələri vuraraq Zərərçəkmiş şəxs qarının sol yan divarının daxilə keçən, enən çənbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş, 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və sol saidin yuxarı üçdə birinin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs özünü aktiv müdafiə etməsi, eləcə də onun dərhal xəstəxanaya çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən, o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmiş, nəticədə o, qisas almaq niyyətilə qəsdən adam öldürmə və qəsdən iki şəxsi öldürməyə cəhd etmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə və iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.1 və 29, 120.2.7-ci maddələri ilə elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dayısı uşaqları X18 və Zərərçəkmiş şəxs ilə münasibətləri həmişə normal olmuş, ədavət və ya düşmənçilikləri olmamış, mehriban münasibətdə olmuşlar. 26 iyul 2020-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olarkən qardaşı Şahid1 ona zəng edərək kəndin mərkəzində yerləşən idarənin yanına gəlməsini bildirmişdir. O, atasına məxsus "VAZ 2106" markalı avtomobillə evdən çıxaraq qeyd edilən yerə getmiş və idarənin qabağında qardaşı Eşqini gözləmişdir. Bir az keçmiş Eşqin və həmkəndlisi Murad gəlmişlər. O, qardaşının sərxoş olduğunu görüb nə baş verdiyini soruşduqda Eşqin ona həmin gün Tovuz rayonunda yerləşən kafedə dayısı oğlu Ruslan ilə mübahisə etdiyini, mübahisə zamanı Ruslanın onu döydüyünü söyləmişdir. Dayısı oğlu Ruslanın qardaşı Eşqini vurduğu üçün əsəbləşmişdir. Bir az sonra Xalid idarə etdiyi "VAZ 21015" markalı avtomobili ilə idarənin qabağına gəlib avtomobili yanında saxlayaraq söhbət etmək istədiyini bildirmişdir. O, Ruslanın harada olmasını soruşduqda Xalid ona onun başqa yerdə olduğunu bildirmişdir. O, Ruslan ilə görüşüb məsələni aydınlaşdırmaq üçün Eşqinin istifadəsində olan mobil telefonundan Ruslana zəng edərək ona kəndin kənarında yerləşən boş təpəlik sahədə görüşməyi təklif etmişdir. Ruslan ilə danışdıqdan sonra Xalid idarə etdiyi avtomobili ilə çıxıb getmişdir. Bundan sonra o, Eşqin, Murad və Cəfər ilə birlikdə hadisə yerinə getmişlər. Onlar ora çatdıqdan təxminən 5 dəqiqə sonra Xalid və Ruslan hər biri öz avtomaşınları ilə hadisə yerinə gəlib avtomaşınlardan düşmüşlər. Onlarla birlikdə həmkəndliləri İbrahim, Təbriz və Rahil də gəlmişlər. Söhbətə yalnız Ruslanın gələcəyini düşünmüş, Xalidin gəlməsini gözləməmişdir. Ruslan qardaşını döydüyü üçün fikri onu döymək olmuşdur. Lakin, Ruslandan əlavə Xalid və bir neçə şəxs gəldiyi üçün aralarında dava-dalaş ola biləcəyini fikirləşmiş və buna görə hər ehtimala qarşı qabaqcadan avtomobilin salonunda olan bıçağı götürərək şalvarının sağ cibinə qoymuşdur. Xalid hadisə yerinə çatan kimi aqressiv şəkildə Eşqinin üzərinə getmişdir. Eşqin Ruslandan onu niyə vurduğunu soruşmuş, Ruslan isə hirsli formada Eşqindən bura niyə gəldiyini soruşmuş, bundan sonra Eşqin və Ruslan mübahisə etməyə başlamışlar. Hadisə yerində olan uşaqlar Eşqin ilə Ruslanın arasına keçib onları sakitləşdirmişlər. Xalid qardaşı ilə aqressiv danışdığı üçün o, Xalidin çiynindən tutaraq onu sakitləşdirmək istəmişdir. Xalid isə onun ünvanına nalayiq ifadələr işlədərək daha da aqressiv olmağa başlamışdır. Hadisə yerində olan uşaqlar Xalidi tutub sakitləşdirməyə çalışmışlar. Bu vaxt Eşqinin Ruslandan onu niyə vurduğunu soruşduğunu eşitdiyi üçün Xaliddən aralanıb Ruslana tərəf getmişdir. O, Ruslana irad bildirərək nə üçün qardaşını vurduğunu soruşduqda Ruslan ona “nə deyirsən sən əə”-deyə cavab vermişdir. Davanın qaçılmaz olmasını başa düşərək cibində saxladığı bıçağı çıxardaraq Ruslana xəsarət yetirmək məqsədilə həmin bıçaqla onun qarınına bir dəfə zərbə vurmuşdur. Ruslanı vurandan dərhal sonra Xalidə də xəsarət yetirmək məqsədilə cəld hərəkət edərək bıçaqla ona zərbə vurmuşdur. Bıçaq Xalidin qoluna dəydikdən sonra onun qarınına girmişdir. Hadisə yerində olan uşaqlar kömək etmək üçün Ruslana tərəf getmişlər. Hadisəni törətdikdən dərhal sonra Eşqinlə avtomobilə oturub evə gəlmişlər. Yolda olduqları vaxt Eşqinə demişdir ki, polisə zəng edib hadisə barədə məlumat versin. Onun deməsindən sonra qardaşı Eşqin polisə zəng vuraraq məlumat vermiş, evə çatdıqdan sonra ailə üzvlərinə Ruslan və Xalidi bıçaqla vurduğunu bildirmişdir. Valideynləri onları danlamış və bundan sonra dayısı Mehdinin evinə getmişlər. O, bıçağı əl-üz yuyulan yerdə yuyub qab-qacağın arasına qoymuşdur. Təxminən 5-10 dəqiqədən sonra yaşadığı evə polis əməkdaşları gəlmiş, bundan sonra isə könüllü olaraq onlarla bərabər polis şöbəsinə getmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Ruslanı dalaşmaq məqsədilə çağırmış, orada Xalidi gördükdən sonra bıçağı götürmüş, birinci Ruslanı vurmuş, onu vuran zaman yaxında heç kim olmamış, heç kim ona mane olmadığı üçün ikinci bıçaq zərbəsini də vura biləcəyi halda onu vurmamışdır. Ruslanı vurduqdan sonra bir-iki addım geriyə atıb Xalidi də vurmuş, səbəb isə Xalidin ona qarşı aqressiv danışmağı olmuşdur. Xalidə də ikinci dəfə zərbə vura biləcəyi halda onu vurmamışdır. Ruslanı və Xalidi vurmaqda məqsədinin onları öldürmək olmadığını göstərmişdir. Əlavə olaraq törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ruslan Nağıyev onun oğludur. Təqsirləndirilən şəxs bacısı oğlu, Zərərçəkmiş şəxs isə qardaşı oğludur. Hadisədən əvvəl Təqsirləndirilən şəxs ilə oğlu Ruslan Nağıyev arasında hər hansı narazılıq, mübahisə, düşmənçilik və ya ədavət olmasını eşitməmiş və görməmişdir. Əksinə dayı oğlu-bibi oğlu kimi münasibətləri daima yaxşı olmuşdur. 26 iyul 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə kənddə qardaşı oğlu Natiqin nişan məraisimi ilə bağlı təşkil olunmuş məclisdə iştirak etmişdir. Məclisdə həmçinin oğlu Ruslan, Eşqin, İsmət və digər qohumları olmuşlar. Məclisin qurtarmasına yaxın Ruslan və Eşqin çıxıb getmişlər. Ruslan ona kəndin mərkəzinə gedəcəyini söyləmişdir. Həmin gün gecə saatlarında yaşadığı evdə olan zaman bacısı Münəvvər, onun həyat yoldaşı Həsrət və qardaşı Fərmayıl gəlmişlər. Münəvvər həyəcanlı səslə oğlu İsmətin bir az əvvəl Ruslan və Xalid ilə dalaşdığını, mübahisə zamanı İsmətin bıçaqla onlara vuraraq xəsarət yetirdiyini bildirmişdir. Hadisədən sonra kənd uşaqları Ruslan ilə Xalidi avtomaşınlarla xəstəxanaya aparmışlar. O, oğlunun hansı xəstəxanaya aparıldığını öyrənmək üçün qardaşı Fərmayılın idarə etdiyi “VAZ 2107” markalı maşını ilə Şəmkir şəhərinə X28 Stansiyasına getmişdir. Orada ona bildirmişlər ki, zərərçəkənlərdən biri Gəncə şəhərinə, o biri isə Şəmkir rayon mərkəzi xəstəxanasına aparılmışdır. O, dərhal Şəmkir RMX-na yollanmış və xəstəxanaya gələn zaman morqun qabağında çox sayda kənd sakinlərinin toplaşdıqlarını görmüşdür. Oğlu Ruslan xəstəxanaya çatdırılmasına baxmayaraq aldığı xəsarətdən yolda ölmüşdür. Sonradan ona məlum olmuşdur ki, 26 iyul 2020-ci il tarixdə oğlu Ruslan Tovuz rayonunda yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı Eşqin ilə mübahisə etmiş, mübahisə zamanı Eşqin oğlunun burun nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, daha sonra Eşqin döyülməsi haqda qardaşı İsmətə demiş, İsmət də oğlunu kənddə söhbətə çağırmış, həmin vaxt İsmət heç bir səbəb olmadan bıçaqla oğlu Ruslanı vuraraq öldürmüş, Xalidə isə ağır xəsarət yetirmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bibisi oğlu olmaqla daim mehriban münasibətdə olmuşlar. 26 iyul 2020-ci il tarixdə əmisi oğlu X14 ailə həyatı qurması münasibəti ilə bağlı evində təşkil olunmuş məclisdə iştirak etmişdir. Məclisdə həmçinin əmisi oğlu Ruslan da olmuşdur. Özünü yaxşı hiss etmədiyi üçün məclisdə çox oturmayaraq məclisdən çıxıb evə yatmağa getmişdir. Həmin gün saat 22 radələrində Zəyəm qəsəbəsində qohumu Eyvazın hüzur yerində iştirak etmişdir. Daha sonra özünə məxsus “VAZ 21015” markalı avtomaşınla valideynlərini, bacısı oğlu Təbriz və həmkəndlisi Cəfəri kəndə aparmışdır. Valideynlərini evə düşürtdükdən sonra Cəfər kəndin o biri başında uzaqda qaldığı üçün onu evə apararkən kəndin mərkəzində idarənin yanında bibisi oğlanları Eşqin ilə İsmətin ucadan danışdıqlarını görmüşdür. O, nə baş verdiyini öyrənmək üçün avtomobili onların yanında saxlayıb avtomobildən düşərək Eşqinə “nə olub, nə baş verib”-deyə soruşduqda ona bu gün dayısı oğlu Ruslanın onu vurduğunu demişdir. O, Eşqinə öz iradını bildirərək əmi oğlu ilə bibi oğlunun mübahisəsinin doğru olmadığını demişdir. Eşqin isə israrla Ruslan ilə görüşmək və münasibətləri aydınlaşdırmaq istəmişdir. O, hər hansı xoşagəlməz hadisəninin baş verə biləcəyinin qarşısını almaq üçün Ruslanı qabaqlamaq üçün bacısı oğlu Təbriz ilə kəndin girəcəyinə getmiş, avtomaşınla gedərkən istifadəsində olan mobil nömrədən Ruslanın istifadəsində olan mobil nömrəsinə zəng etmişdir. Ruslan ona bu gün Eşqin ilə mübahisə etdiyini, mübahisə zamanı Eşqinin onun burun nahiyəsindən yumruqla vurduğu üçün burun sümüyünün sındığını, kəndə gəldiyini bildirmişdir. Bundan bir qədər sonra kəndin girəcəyində Ruslan ilə görüşmüşdür. Ruslanın burnu sındığı üçün avtomobili Rahil idarə etmişdir. Ruslana təklif etmişdir ki, söhbəti sabaha saxlasın. Buna baxmayaraq Ruslan nəyin bahasına olursa olsun Eşqin ilə görüşəcəyini demişdir. Daha sonra onlar kəndə idarənin qabağına getmiş, lakin orada nə Eşqini, nədə ki İsməti görməmişlər. Həmin vaxt ya Eşqin, ya da ki İsmət Ruslana zəng vuraraq kəndin kənarında boş təpəlik ərazidə görüşməyi təklif etmişdir. Onlar öz avtomaşınları ilə qeyd edilən yerə getmiş və ora çatan zaman təpənin başında görüşmüşlər. Hadisə yerinə getməmişdən öncə yolda həmkəndlisi İbrahim ilə rastlaşdığı üçün onu da özü ilə aparmışdır. İbrahimi götürməkdə məqsədi onun İsmət ilə yaxın dosltluq münasibətlərində olması, dava-dalaş vaxtı İsmətin onun sözünü eşidəcəyini fikirləşmişdir. O, avtomobildən düşəndə Eşqin söyüş ilə danışmağa başlamış, buna görə Eşqinə irad bildirərək dayı oğlu-bibi oğlunun arasında olan mübahisənin doğru olmadığını demişdir. Buna baxmayaraq Ruslan və Eşqin onlarla mübahisə etməyə davam etmişlər. O, Eşqin ilə Ruslanın arasına girərək onları sakitləşdirməyə çalışmışdır. Eşqin bir qədər sakitləşmiş və o, arxayın olmuşdur. Eləcə də Ruslan sakitləşmişdir. Lakin İsmət sağ əlini belinin arxasında gizlədərək yavaş-yavaş Ruslana tərəf gəlməyə başlamışdır. O, hər hansı xoşagəlməz hadisənin baş verə biləcəyinin qarşısını almaq üçün İsmətini qabağını kəsərək ona “sən qarışma, onların ikisi də sərxoşdur, dalaşsalar da barışacaqlar” demişdir. İsmət başı ilə işarə edərək ona “yaxşı” demişdir. O, arxayın olaraq İsmətdən kənara çəkilmişdir. Bu vaxt İsmət qəflətən gözləmədiyi anda bıçaqla onu vurmaq istəyən zaman o, sol əlini qabağa verdiyi üçün bıçaq onun qoluna dəymişdir. Bundan sonra İsmət öz qanunsuz hərəkətlərini davam etdirərək üzərində olan bıçaqla ardıcıl olaraq onu iki dəfə vuraraq xəsarətlər yetirmişdir. O cəld hərəkət edərək İsməti özündən qabağa itələyib arxaya çəkilmişdir. Buna görə İsmət üzərində olan bıçaqla ona növbəti bıçaq zərbələri vura bilməmişdir. O, qışqıranda İsmət qorxmuş və hadisə yerindən qaçmışdır. O, qolunun uyuşduğunu hiss etmiş və qoluna baxanda görmüşdür ki, qolundan qan gəlir. Ona görə maşına minərək uşaqlara onu təcili xəstəxanaya aparmalarını bildirmişdir. Avtomaşına oturan zaman əmisi oğlu Ruslanın yerdə uzanıqlı vəziyyətdə görmüşdür. Hadisə yerində olan uşaqlar Ruslanı avtomaşının qabaq sağ oturacağına əyləşdirmişlər. Ruslan xəsarət aldığı üçün danışa bilməmiş, yalnız xırıldamışdır. Bacısı oğlu Təbriz tez avtomaşını Şəmkir rayon TTYS-na sürmüş, orada tanımadığı həkim Ruslanı müayinə edərək onun öldüyünü bildirmişdir. Bundan sonra tibbi yardım göstərilməsi ilə əlaqədar onu X28 maşını ilə Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs bıçaqla Ruslan Nağıyevi vurub xəsarət yetirməsini görməmişdir. Həmçinin Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, X18 və Zərərçəkmiş şəxs isə dayısı oğlanlarıdır. Əvvəllər onlarla heç bir narazılıqları, mübahisələri və münaqişləri olmamışdır. 26 iyul 2020-ci il tarixdə dayısı oğlu X14 ailə həyatı qurması münasibəti ilə bağlı kənddə təşkil olunmuş məclisdə iştirak etmişdir. Məclisdə həmçinin sinif yoldaşı Murad və Ruslan da olmuşlar. O, Murad ilə spirtli içki olan araq içmişdir. Axşam saatlarında o, Ruslan və Murad məclisdən çıxaraq kəndin mərkəzində yerləşən çayxanaya getmişlər. Yolda həmçinin sinif yoldaşı Rahili də götürmüşlər. Çayxanada adama bir bokal pivə içmişlər, sonra çimmək üçün Ruslanın idarə etdiyi maşını ilə Tovuz rayonunda yerləşən “Alakol” adlanan kafeyə getmiş, kafenin arxasında yerləşən hovuzda çimmiş, sərinlənmiş və kafedə ayrıca masada əyləşib pivə sifariş vermişlər. O, Rahil və Murad adama iki bokal pivə içmiş, Ruslan isə özünə çay sifariş vermişdir. Bundan sonra o və Ruslan dayısının evində təşkil olunmuş məclisi müzakirə etməyə başlamışlar. Ruslan dayısı oğlu Natiqi təriflədikdə Ruslana irad bildirərək nə üçün əvvəllər küsülü olduğu dayısı oğlunu indi təriflədiyini demişdir. Buna görə aralarında mübahisə başlamışdır. Ruslan hirslənərək masadan qalxıb kafeni tərk edib avtomobilə tərəf getmişdir. Rahil onun arxasınca getmişdir. O, və Murad yarımçıq qalmış pivəni içib hesabı vermiş və kafenin qabağına çıxmışlar. Orada yenə də mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Ruslan yumruqla onun sifətinə bir dəfə vurmuşdur. O, Ruslanı vurmaq istəyərkən Murad və Rahil onları sakitləşdirib aralamışlar. Daha sonra Ruslan sükan arxasına keçmiş, Rahil isə onun yanında qabaq sağ oturacaqda əyləşmişdir. Ruslan kafedən çıxıb getmək istəyərkən ona “bizim söhbətimiz qurtarmayıb, kənddə davam edərik” söyləmişdir. O, ona söhbəti davam etməyən oğlanın ünvanına söyərək cavab qaytarmışdır. Ruslan isə söhbətə gəlməyən oğlanı söymüşdür. Ruslanın bu sözlərindən sonra qəzəblənərək onun üzərinə gedib yumruqla bir dəfə onun burnuna güclü zərbə vurmuşdur. Bu vaxt Murad onu tutaraq kənara çəkmişdir. Ruslan söhbəti kənddə davam edəcəyini bildirib çıxıb getmişdir. Onların kəndə qayıtmaq üçün avtomobili olmadığına görə Şəmkir rayonu Düyərli kəndində yaşayan dostu Orxana zəng edərək kafeyə gəlib onu aparmasını xahiş etmişdir. Qardaşı İsmət telefon işlətmədiyi üçün kəndə gedərkən evdə ailə üzvlərinin istifadəsində olan mobil nömrəyə zəng edərək İsmətə idarənin qabağına gəlməsini xahiş etmişdir. İsmət idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə idarənin qabağına gəldikdən sonra onun həyəcanlı olmasını görüb nə baş verdiyini soruşduqda ona bir az əvvəl kafedə Ruslan ilə mübahisə etdiyini, mübahisə vaxtı Ruslanın onu vurmasını söyləmişdir. İsmət Ruslana zəng edib danışmışdır. Həmkəndlisi Cəfər yaxınlıqda olduğu üçün onlara yaxınlaşmışdır. Bundan sonra onlar kəndin kənarında yerləşən boş təpəlik əraziyə getmişlər. Onlarla birlikdə həmçinin Murad və Cəfər də getmişlər. Ora çatdıqdan sonra Ruslan ona zəng edərək harada olduqlarını soruşmuş, o isə ona həmkəndlisi Ceyhuna məxsus evin yaxınlığında boş təpəlik ərazidə olduğunu bildirmişdir. Təxminən 2 dəqiqə sonra hadisə yerinə Xalid və Ruslan öz avtomobilləri ilə gəlmişlər. Onlardan əlavə avtomobildən Rahil, Təbriz və İbrahim düşmüşlər. O, Ruslana “məni niyə vurmusan” demişdir. Ruslan isə nə üçün yumruqla onu vurduğunu soruşduqda ona “sən məni birinci vurdun deyə mən də səni vurdum” demişdir. Ruslan əlləri ilə onu itələmiş və Xalid ilə birlikdə onu vurmaq istəmişdir. Qardaşı İsmət yanında olmaqla onları sakitləşdirmək istəmiş, lakin Ruslan və Xalid daha da aqressiv şəkildə onlara qıcanaraq onları vurmaq istəmişlər. Onlar mübahisə etmişlər. Ruslan və Xalid onu vurmaq istədiklərinə görə İsmət bıçaqla Ruslana bir dəfə zərbə vurmuşdur. Bundan dərhal sonra İsmət bıçaqla Xalidi vurmuşdur. Hadisə yerində olan şəxlsər tibbi yardım göstərilməsi üçün Ruslanı götürüb maşına qoymuşlar. O isə İsmətlə yaşadıqları evə getmişlər. İsmət avtomobildə ona polisə zəng edib hadisə barədə məlumat verməyini istəmiş, o da X22 əməkdaşı, polis serjantı X8 zəng edib hadisə barədə məlumat vermişdir. Evə gəldikdən sonra olanlar barədə ailə üzvlərinə danışmışlar. Anası və atası onları danlamış və sonra evdən çıxıb getmişlər. İsməti təximən hadisədən 10-15 dəqiqə sonra X22 əməkdaşları gəlib evdən aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. İsmətin qardaşı Şahid1 sinif yoldaşı, Ruslan Nağıyev və Xalid Nağıyev isə həmkəndliləridir. 26 iyul 2020-ci il tarixdə o, Eşqin, Ruslan və Muradla birlikdə Şəmkir rayonunun Bayramlı kəndinin mərkəzində yerləşən çayxanada oturub adama bir bakal pivə içmişlər. Hava isti olduğuna görə istirahət etmək məqsədilə Tovuz rayonunda yerləşən adını xatırlamadığı kafeyə gedərək kafenin arxasında yerləşən hovuzda çimdikdən sonra ayrıca masada əyləşib pivə sifariş vermişlər. Ruslan pivə içməmiş, özünə çay sifariş vermişdir. Eşqin, Murad və o, adama 2 və ya 3 bakal pivə içmişlər. Onlar öz aralarında söhbət edəndə Eşqin ilə Ruslan nədənsə mübahisə etməyə başlamışlar. Xatırladığı qədərilə mübahisə məclisin səbəbkarı Natiqin üstündə olmuşdur. Ruslan Natiqin tərəfini saxladığı üçün Eşqin ona öz iradını bildirmişdir. Bundan sonra Ruslan “gedən varsa gəlsin” deyərək kafeni tərk edib getmişdir. O, Ruslanı sakitləşdirmək üçün onun arxasınca kafenin qabağına çıxaraq onunla söhbət etmiş, bibisi oğlu Eşqinə fikir verməməsini, dayı oğlu-bibi oğlu olduqlarını, Eşqinin sərxoş olmasını bildirmişdir. Ruslan ona demişdir ki, get onları çağır bura. O, kafeyə qayıdıb Eşqini çağırmış, lakin Eşqin gəlməyəcəyini bildirmişdir. O, yenidən Ruslanın yanına qayıdaraq çıxıb getməyi təklif etmişdir. Ruslan isə “gözlə mənim onlarla söhbətim qurtarmayıb” demişdir. Sonra Ruslan yanına Muradı çağıraraq onunla söhbət etməyə başlamışdır. O, ayaqyoluna getmiş və oradan qayıdan zaman kafenin qarşısında Eşqin ilə Ruslanın mübahisə etdiklərini görmüşdür. O və Murad onları sakitləşdirmək istəmişlər. Birtəhər onları sakitləşdirdikdən sonra Ruslan özünə məxsus “Vaz 2107” markalı maşına əyləşmişdir. Ruslanı tək qoymamaq üçün onun yanında qabaq sağ oturacaqda oturmuşdur. Ruslan avtomobili işə salıb kafedən çıxıb getmək istəyən zaman Eşqinə “bizim söhbətimiz qurtarmayıb” demiş, Eşqin isə “söhbət etməyən kişi deyil, gedək söhbətimizi edək”-deyə cavab vermişdir. Ruslan bunu eşidən kimi avtomobildən düşərək Eşqinin üzərinə getmiş və ona yumruq zərbəsi vurmuşdur. Bundan sonra onlar əlbəyəxa olmuşlar. O, avtomobildən düşüb onları aralamışdır. Murad Ruslanı, o isə Eşqini tutub saxlamışlar. Sək-küyə kafedən iki nəfər çıxmışdır. Ruslan sakitləşdikdən sonra maşına oturmuşdur. Ruslan qayıdaraq Eşqinə demişdir ki, “bu söhbət belə qalası deyil”. Eşqin isə Ruslana nalayiq ifadələr işlətməyə başlayaraq qəflətən onun burun nahiyəsindən yumruqla bir dəfə zərbə vurmuşdur. Eşqin onu vursa da Ruslan avtomobildən düşüb onunla dalaşmamış, əksinə avtomobili işə salaraq Bakı-Qazax avtomobil yoluna çıxaraq avtomobili Bayramlı kəndi istiqamətində hərəkət etdirmişdir. Yolda Ruslan ona gözlərinin ağrıdığını və qaranlıq havada yolu görmədiyini bildirərək avtomobili idarə etmək üçün ona vermişdir. Bundan sonra onlar Əyyublu kəndində yaşayan həkimin evinə getmişlər. Adını bilmədiyi sınıqçı Ruslanın burnunu müayinə edərək səhərisi gün xəstəxanaya müraciət etməsini bildirmişdir. Onlar oradan çıxdıqdan sonra ya Xalid Ruslana ya da ki, Ruslan Xalidə zəng etmişdir. Ruslan Xalidə bibisi oğlu Eşqinlə dalaşdığını, Eşqinin onu vurduğunu, kəndə gəldiyini, görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Bayramlı kəndinə gəlmiş və kəndin girəcəyində Xalid ilə görüşmüşlər. Xalid Ruslandan dalaşmalarının səbəbini soruşmuş, Ruslan isə Eşqinin əmisinin qapısında çörək kəsdiyini, lakin onlara hörmətsizlik etdiyini bildirmişdir. X25 indi sərxoş olduğundan söhbəti sabaha saxlamasını təklif etmiş, Ruslan isə sakitləşməyərək bu gecə Eşqinin burnunu sındıracağını bildirmişdir. Bundan sonra onlar idarənin qabağına getmişlər. Bu vaxt Ruslan telefonla Eşqin ilə danışmışdır. Ruslanın dediyinə görə Eşqin onu Ceyhungilin evinin yanında boş sahədə gözləmişdir. Bundan sonra Xalid, Ruslan, Təbriz və o, hadisə yerinə getmiş və yolüstü Xalid tanışı İbrahimi götürmüşdür. Hadisə yerində Ruslan, Eşqin, İsmət və Xalid mübahisə etməyə başlamışlar. O, Təbriz, İbrahim və Murad onları sakitləşdirməyə çalışmışlar. Bu vaxt qəflətən gözləmədiyi anda Xalidin özünü yerə atdığını, İsmətin əlində isə bıçaq görmüşdür. O, İsmətə bıçağı yerə atmasını xahiş etmişdir. İsmət arxaya çəkilərək maşına tərəf qaçmışdır. Ruslanın yerdə uzanıqlı vəziyyətdə olmaqla bədənindən qan axdığını görmüş və İsmətin bıçaqla onu vurmasını başa düşmüşdür. İsmət avtomobilə əyləşdikdən sonra Eşqinə qışqıraraq maşına minməsini demişdir. Onlar avtomobilə minərək sürətlə hadisə yerindən uzaqlaşmışlar. Xalid də hadisə vaxtı xəsarət almışdır. Onlar tez Ruslanı “VAZ 21015” markalı avtomobilin qabaq oturacağına qoymuş, Xalid arxada oturmuş, Təbriz isə sükan arxasına keçmişdir. Təbriz maşınla zərərçəkənləri xəstəxanaya aparmışdır. O, Murad və İbrahim onların arxasınca getmişlər. Ruslan xəstəxanaya aparılarkən yolda ölmüşdür. Xalidi isə Gəncə şəhərinə 3 nömrəli xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mahiyəddin oğlu Şahid3 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə axşam saatlarında Zəyəm qəsəbəsində qohumu Eyvazın hüzür yerinə getmişdir. Xalid valideynlərini evə düşürtdükdən sonra o, kəndin o biri başında uzaqda qaldığı üçün Xalid idarə etdiyi “VAZ 21015” markalı avtomobili ilə Təbriz ilə birlikdə onu evə apararkən kəndin mərkəzində idarənin yanında Eşqinlə İsməti görmüşlər. Xalid onlardan nə baş verdiyini soruşduqda Eşqin ona Ruslanla mübahisə etdiyini, mübahisə zamanı Ruslanın onu vurduğunu bildirmişdir. Xalid ona öz iradını bildirərək əmi oğlu ilə bibi oğlunun mübahisəsinin doğru olmadığını demişdir. Eşqin Ruslanla görüşüb aralarında olan söhbəti həll etmək istəmişdir. Xalid isə Ruslanla Eşqin arasında baş verə biləcək mübahisənin qarşısını almaq üçün Ruslanı qabaqlamaq üçün avtomaşınla çıxıb getmişdir. O və Murad uşaqları sakitləşdirmək məqsədi ilə İsmətlə Eşqinin yanında qalmışlar. Onları sakitləşdirmək istəsə də heç bir nəticəsi olmamış, əksinə İsmət Ruslana zəng edərək ona kəndin kənarında yerləşən boş təpəlik ərazidə görüşməyi təklif etmişdir. Bundan sonra onlar İsmətin idarə etdiyi maşınla qeyd edilən yerə getmişlər. Təxminən 1-2 dəqiqə sonra Xalid və Ruslan öz avtomaşınları ilə gəlmişlər. Xalid avtomobildən düşərək Eşqin ilə İsmətə “utanmırsınızmı, dayı oğlu bibi oğlusunuz, bura dalaşmağa gəlmisiniz?” demişdir. Eşqin Ruslanın ünvanına nalayiq ifadələr işlətdiyi üçün Ruslan avtomobildən düşərək onunla mübahisə etmişdir. Xalid və digər uşaqlar onları sakitləşdirmək istəmişlər. Hava qaranlıq olduğundan bütün baş verənləri tam olaraq dəqiq görmək mümkün olmamışdır. Gözləmədiyi anda Xalid “İsmətin əlində bıçaq var”-deyə qışqırıb arxaya çəkilmişdir. İsmət qaçaraq avtomobilin sükanı arxasına keçmiş və Eşqini də özü ilə çağıraraq hadisə yerindən sürətlə uzaqlaşmışlar. O, İsmətin bıçaqla Xalidə xəsarət yetirdiyini başa düşmüşdür. Xalid qaçaraq “VAZ 21015” markalı avtomobilin arxa oturacağına uzanmış, Təbriz isə avtomobilin sükan arxasına keçmişdir. Bu vaxt Ruslanın da xəsarət aldığını görmüşlər. O və Rahil onu yerdən qaldırıb “VAZ 21015” markalı avtomobilin qabaq sağ oturacağına əyləşdirmişlər. Ruslanın ağzından və burun dəkilərindən qan gəlməyə başlamışdır. Təbriz çıxıb getdikdən sonra hadisə yerinə sinif yoldaşı Şahid9 idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla gəlmişdir. O, tez Elşənin avtomobilinə minərək avtomobili onların arxasınca sürməsini demişdir. Elşən evin açarının onda qalmasını bildirərək avtomobili ilk əvvəl evə sürdürüb açarı ailə üzvlərinə vermiş, sonra onlar xəstəxanaya gedərkən yolda İbrahim, Murad və Rahili götürmüş, çünki onlar Ruslanın idarə etdiyi avtomobili ilə xəstəxanaya gedərkən avtomobilin benzini qurtarmışdır. Onlar ilkin olaraq Kür qəsəbə xəstəxanasına gedərkən adını xatırlamadığı kənd sakinlərindən biri onlara zəng edərək Ruslanın vəfat etdiyini, Xalidin isə ağır vəziyyətdə Gəncə şəhərinə aparıldığını bildirmişdir. Bundan sonra onlar Şəmkir şəhərinə gəlmişlər. Şəmkir rayon TTYS-da Ruslanın meyitinin morqa aparıldığını bilmişlər. Sonra oradan morqa getmişlər. İfadəsinə əlavə olaraq hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla X18 və Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 onun oğullarıdır. 26 iyul 2020-ci il tarixdə həyat yoldaşı Minəvvər qayını Nağı Nağıyevin oğlunun nişan mərasimi ilə bağlı kənddə təşkil olunmuş məclisə getmişdir. O və oğlu İsmət isə həmin vaxt heyvanlara baxmaq üçün yatağa getmiş, axşam saat 22 radələrində İsmətlə yataqdan qayıtmışlar. Onlar evə gələn vaxt arvadı Minəvvər və gəlinləri evdə olmuşdur. Saat 23 radələrində oğlu İsmət idarənin qabağına getmək adı ilə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə evdən çıxıb getmişdir. Həmin vaxt evdə arvadı Minəvvər, gəlinləri Ayşən və Təranə olmuşlar. İsmət ilə Eşqin evə gec qayıtdıqları üçün arvadı Minəvvər istifadəsində olan mobil nömrədən Eşqinin istifadəsində olan mobil nömrəyə zəng edərək harada olduğunu soruşmuş, Eşqin ona yaxınlıqda olmasını bildirərək bir az sonra gələcəyini söyləmişdir. Ona yatağa getməyə avtomobil lazım olduğu üçün təkrar Eşqinə zəng edərək evə tez gəlməsini xahiş etmiş, həmin vaxt onun səsində hər hansı narahatçılıq hiss etməmişdir. Onlar evdə olan zaman saat 23 radələrində Eşqin ilə İsmət təşviş içində evə gəlmiş, İsmət onlara dayısı uşaqları Ruslan və Xalid ilə mübahisə etdiyini, mübahisə zamanı bıçaqla Ruslan və Xalidi vurduğunu bildirmişdir. Onlar xəbəri eşidən kimi Fərmayılın evinə, oradan da Fərmayılın maşını ilə Mehdinin evinə getmişlər. Xalid ilə Ruslanın bıçaqlanaraq xəsarət aldıqlarını Mehdiyə onlar demişlər. Bundan sonra onlar avtomaşınlarla Şəmkir rayon Kür qəsəbə xəstəxanasına gedərkən Xalidin ağır vəziyyətdə Gəncə şəhər 3 nömrəli xəstəxanasına aparıldığını, Ruslanın isə Xəstəxanaya aparılan zaman yolda öldüyünü bilmişlər. Ruslanın meyiti morqda müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin X22 polis baş serjantı X15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 onlarla birlikdə post patrul xidmətində işləmişdir. Hadisə baş verən gün gecə saat 23-24 radələrində Eşqin ona zəng edərək qardaşı İsmətin hadisə törətdiyini bildirmişdir. O həmin vaxt bölmədən 200-300 metr aralıda olmuşdur. Eşqin ona hadisə barədə dedikdən sonra bölməyə yaxınlaşmışdır. Bölmədə hadisə barədə məlumat vermiş, orada ona demişlər ki, həmin hadisə ilə bağlı xəstəxana məlumatı daxil olmuşdur. Daha sonra onlar rəhbərliyin göstərişi ilə həm hadisə yerinə, həm də İsmətin evinə getmişlər. Onlar gedəndə İsmət evdə olmuş, hadisə törətdiyini deyib, könüllü şəkildə avtomobilə əyləşmişdir. Əlavə olaraq göstərmişdir ki, onlar iki qrup şəklində bir qrup hadisə yerinə, bir qrup isə İsmətin evinə getmişlər. İş materiallarına əlavə olunmuş “hadisə yerinə baxış keçirilməsi haqqında” 27 iyul 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir rayonun mərkəzindən şimal istiqamətdə 25 km məsafədə Şəmkir rayonunun Bayramlı kəndində yerləşən boş təpəlik sahədir. Hadisə yerində bir neçə yerdə biri-birindən aralıda quru torpaq üzərində tək-tək damcılarla müşahidə olunan tünd qonur rəngdə qana şübhəli ləkələr aşkar edilmişdir. Bundan başqa hadisə yerində üzərində qana şübhəli ləkələr olan ağ salfet aşkar edilmişdir. Həmin ləkələr və salfet şərti olaraq 1-2-3-4-5 kimi nişanlanmışdır. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon Şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 27.07.2020-ci il tarixli 916 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon Şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 28.07.2020-ci il tarixli 925 №-li rəyindən görünür ki, Şahid1 bədən səthində aşkar edilmiş xəsarətlər – sağ çənə nahiyəsinin yumşaq toxumalarının ağrı halında əzniyi və sağ bazunun orta üçdə birinin ön səthinin qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 26 iyul 2020-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon Şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair 12.08.2020-ci il tarixli 1032 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – qarının sol yan divarının daxilə keçən, enən çənbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş, 1 ədəd deşilmiş-kəsilmiş yarası və sol saidin yuxarı üçdə birinin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmişdir, eləcə də eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla yetirilə bilərdi, yetirilmə müddətləri 26 iyul 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər qısa müddət ərzində yetirildiyindən həmin xəsarətlərin yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır.

2. Ağırlıq dərəcəsinə görə qarının sol yan divarının daxilə keçən, enən çənbər bağırsağı zədələyən, daxili qanaxmaya səbəb olmuş, 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol saidin yuxarı üçdə birinin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şəmkir rayon Şöbəsi tərəfindən təqdim edilmiş 27.07.2020-ci il tarixli 25 №-li meyitin ekspertizasına dair rəyindən görünür:

1. X1 meyitinin bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Bunlardan: 1.1. Qarının ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmişkəsilmiş yarası; 1.2. Burun sümüyünün çoxqəlpəli, yerini dəyişmiş sınığı, burunun sol yan səthinin sıyrıqları və sol gözaltı nahiyənin qançırı.

2. Qarının öv divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici alətlə, ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaqla, burun sümüyünün çoxqəlpəli, yerini dəyişmiş sınığı, burunun sol yan səthinin sıyrıqları və sol gözaltı nahiyənin qançırı isə küt əşya ilə (əşyalarla) R.Nağıyevin ölümündən az əvvəl yetirilmişdir, həyatıdırlar.

3. Ağırlıq dərəcəsinə görə qarının öv divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən kəskin qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdir, burunun sol yan səthinin sıyrıqları və sol gözaltı nahiyənin qançırı ilə müşayət olunan burun sümüyünün çoxqəlpəli, yerini dəyişmiş sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər.

4. X1 ölümünə səbəb qarının ön divarının sağ yarısının daxilə keçən, nazik bağırsaq müsariqə arteriyasını və nazik bağırsaq ilgəyini zədələyən deşilmiş-kəsilmiş yaranın törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X7 ölümü meyitin müayinəyə başlanmasından 8-10 saat əvvəl baş vermişdir.

5. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsi tərəfindən təqdim edilmiş 04 sentyabr 2020-ci il tarixli 16/588 №-li materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X10, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid1 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X10 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X10 məxsus 01 ədəd şalvarın üzərindən tapılmış açıq-göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Şahid1 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, X10, Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X10, Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında, Şahid1 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 07.09.2020-ci il tarixli 16/589/590 №-li məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilın bıçaq əldəqayrılma üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan mərhum X10 məxsus qısaqol köynəyin səthində olan “b” zədəsi və Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş mərhum X10 məxsus qısaqol köynəyin səthində olan “b” zədəsində və Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan mərhum X10 məxsus qısaqol köynəyin səthində olan “a” zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Təqdim olunan mərhum X10 məxsus cins şalvarın, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların və Şahid1 hadisə vaxtı əynində olmuş paltarların üzərində mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş maddi sübutların ekspertizasına dair 680/2020- MTBŞ №-li 07.10.2020-ci il tarixli rəyindən görünür ki, 1. X7 ABO sistemi üzrə qrup göstəricisi: O(İ). 2. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ)/axtarış vərəqəsinin kserosurətinə əsasən/. 3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ)/axtarış vərəqəsinin kserosurətinə əsasən. 4. Şahid1 ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. 5. Ekspertizaya təqdim edilmiş R.M.Nağıyevə məxsus qısaqol kofta və şalvar, Zərərçəkmiş şəxs qısaqol koftası, Təqsirləndirilən şəxs şalvarı, Şahid1 qısaqol köynəyi, bir ədəd qatlanan bıçaq, 04 ədəd zərfə qablaşdırılmış daş parçaları və salfet üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, R.M.Nağıyevin qısaqol koftası, Zərərçəkmiş şəxs qısaqol koftası və 04 ədəd zərfə qablaşdırılmış daş parçaları üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən X10, Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Bu ləkələrdə Şahid1 qanının olması inkar olunur. 6. Təqdim olunmuş Təqsirləndirilən şəxs qısaqol köynəyi və Şahid1 şalvarı üzərində qan aşkar olunmadı. İş materiallarına əlavə olunmuş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03 sentyabr 2020-ci il tarixli 498/220 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki ruhi (psixi) xəstəlik, ruhi (psixi) fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı emosional davamsız şəxsiyyət pozuntusu XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirmişdir və keçirir. Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və hərəkətlərinin məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, hazırki cinayət əməlini törədən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş 27.07.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1 və 29, 120.2.7-ci maddələrilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 28.07.2020-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 27 iyul 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 27.07.2020-ci il tarixli 302 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, “ayıq” vəziyyətdə olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “Publik hüquqi Şəxsi” X4 alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasının narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Bayramlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 iyul 2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu Bayramlı kəndində atası Şahid8, anası X3, qardaşı Şahid1, arvadı X6 və oğlu X11 ilə yaşamışdır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Bayramlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs şikayətçidir və Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulan ən ağır cəzanın verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Şəmkir rayon polis şöbəsi Zəyəm polis bölməsi tərəfindən Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 25.05.2021-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Şəmkir rayon Bayramlı kənd sakini X12 öldürülməsi ilə əlaqədar Şəmkir RPŞ-nin Zəyəm PB-nə hər hansı bir məlumat daxil olmamış və heç bir qeydiyyat aparılmamışdır. Lakin Şəmkir rayon Bayramlı kənd sakini Zərərçəkmiş şəxs bıçaqlanaraq qarının ön sol yarısının daxilə keçən kəsilmiş deşilmiş yarası və sol saidin sıyrığı xəsarətilə Gəncə şəhər 3 nömrəli xəstəxanasına daxil olması barədə 27.07.2021-ci il tarixdə saat 00.45 radələrində həmin xəstəxanadan Şəmkir RPŞ-nin Zəyəm PB-nə məlumat daxil olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək ifadəsində Ruslanı dalaşmaq məqsədilə çağırdığını, orada Xalidi gördükdən sonra bıçağı götürdüyünü, birinci Ruslanı vurduğunu, onu vuran zaman yaxında heç kimin olmadığını, heç kim ona mane olmadığı üçün ikinci bıçaq zərbəsini də vura biləcəyi halda onu vurmadığını, Ruslanı vurduqdan sonra bir-iki addım geriyə atıb Xalidi də vurduğunu, Xalidi vurmasına səbəb onun aqressiv danışığının olduğu, Xalidə də ikinci dəfə zərbə vura biləcəyi halda onu vurmadığını, Ruslanı və Xalidi vurmaqda məqsədinin onları öldürmək olmadığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi həmin ifadəsinə tənqidi yanaşaraq həmin ifadəni işin faktiki hallarına uyğun olmayan, uydurma, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə onun təqsirinin zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapdığını hesab edir. Məhkəmə mövqeyini əsaslandırarkən həmçinin təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonrakı davranışlarını, hadisəni törətdikdən sonra avtomobilə əyləşərək dərhal hadisə yerini tərk etməsini, zərərçəkmişlərə biganə olan davranışları ilə bağlı halları da nəzərə almağı zəruri hesab edir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisəni törətdikdən dərhal sonra Eşqinlə avtomobilə oturub evə gəldiklərini, yolda olduqları vaxt Eşqinə polisə zəng edib hadisə barədə məlumat verməsini dediyini, onun deməsindən sonra qardaşı Eşqinin polisə zəng vuraraq məlumat verdiyini, evə çatdıqdan sonra ailə üzvlərinə Ruslan və Xalidi bıçaqla vurduğunu bildirdiyini, valideynlərinin onları danlayaraq dayısı Mehdinin evinə getdiklərini, təxminən 5-10 dəqiqə sonra yaşadığı evə polis əməkdaşlarının gəldiyini, bundan sonra isə könüllü olaraq onlarla bərabər polis şöbəsinə getdiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı göstərmişdir: “...hadisəni törətdikdən dərhal sonra Eşqinlə avtomobilə oturub evə gəlmişlər. Eşqin hadisənin şokunda olmaqla Xalid ilə Ruslanı bıçaqla vurduğu üçün onu danlamışdır. Evə çatdıqdan sonra ailə üzvlərinə bildirmişdir ki, Ruslan ilə Xalidi bıçaqla vurmuşdur. Valideynləri onları danlamağa başlamış və dayısı Mehdinin evinə getmişlər. O, bıçağı əl-üz yuyulan yerdə yuyub qab-qacağın arasına qoymuşdur. Valideynləri çıxıb getdikdən sonra Eşqinə polisə xəbər verməsini demişdir. X31 Bölməsində işləyən iş yoldaşları ilə danışaraq hadisə barədə məlumat vermişdir. Təxminən 10 dəqiqədən sonra yaşadığı evə polis əməkdaşları gəlib onu bölməyə aparmışlar...” Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində hadisədən sonra İsmətlə yaşadıqları evə gedərkən İsmət avtomobildə ona polisə zəng edib hadisə barədə məlumat verməyini istəmiş, o da X22 əməkdaşı, polis serjantı X8 zəng edib hadisə barədə məlumat vermiş, evə gəldikdən sonra olanlar barədə ailə üzvlərinə danışmışlar. Anası və atası onları danlamış və sonra evdən çıxıb getmişlər. İsməti təximən hadisədən 10-15 dəqiqə sonra X22 əməkdaşları gəlib evdən aparmışlar. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən Şahid1 həmin xüsusatla bağlı göstərmişdir: “...İsmətlə yaşadıqları evə getmişlər. Evə gəldikdən sonra olanlar barədə ailə üzvlərinə danışmışlar. Anası və atası onları danlamış və sonra evdən çıxıb getmişlər. Daha sonra ona Zəyəm PB-dən zəng gəlmişdir. O, polislərə bildirmişdir ki, qardaşı bıçaqla adam vurmuşdur. Bundan sonra polis əməkdaşları yaşadıqları evə gəlib onları bölməyə aparmışlar...” Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı X15 qeyd olunan xüsusatla bağlı dindirilərkən ifadəsində Eşqinin ona hadisə barədə məlumatından sonra bölməyə yaxınlaşaraq bu barədə məlumat verərkən həmin hadisə ilə bağlı artıq xəstəxana məlumatının olduğu ona bildirilmiş, bundan sonra isə həm hadisə yerinə, həm də İsmətin evinə əməliyyat qrupu göndərilmişdir. Onlar gedəndə İsmət evdə olmuş, hadisə törətdiyini deyib, könüllü şəkildə avtomobilə əyləşmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon prokurorluğunun müstəntiqi tərəfindən tərtib edilmiş 27 iyul 2020-ci il tarixli telefon məlumatından müəyyən edilmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 23.20-də Şəmkir rayon polis şöbəsinin növbətçi hissəsindən Şəmkir rayon Bayramlı kənd sakini Təqsirləndirilən şəxs dayısı oğlanları Ruslan Nağıyev və Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zəminində bıçaqla vuraraq Ruslan Nağıyevi qəsdən öldürməsi və Zərərçəkmiş şəxs isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirməsi barədə Şəmkir rayon prokurorluğuna telefon məlumatı daxil olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra qardaşı ilə birlikdə yaşadıqları evə gəlmişlər, ailə üzvlərinə də baş vermiş hadisə barədə məlumat vermişlər və polis əməkdaşları tərəfindən o yaşadığı evindən aparılmışdır ki, bu da Şahid1 tərəfindən hadisə barədə onlar evə qayıdarkən yolda olduqları müddətdə polisə məlumat verdiklərinə dair ifadələrini inandırıcı ifadə kimi hesab etməyə əsas vermir və məhkəmə Təqsirləndirilən şəxs həmin xüsusatla bağlı ibtidai istintaq dövründə verdiyi ifadəsini daha inandırıcı ifadə kimi qəbul edir. Həmçinin müəyyən olunmuşdur ki, polis bölməsinə hadisə barədə məlumat verildiyi vaxt artıq polis əməkdaşlarında zərərçəkmiş şəxslər barədə xəstəxanadan daxil olmuş məlumat olmuş, həm hadisə yerinə həmçinin Təqsirləndirilən şəxs ünvanına polis əməkdaşlarından ibarət heyət getmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası şəxsin azad, könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: · cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; · cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; · hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; · hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; · açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); · cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Qeyd olunanlara əsasən məhkəmə Şahid1 qardaşı Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl barədə sonuncunun istəyilə polisə məlumat verməsini və nəticədə polis əməkdaşları tərəfindən sonuncunun evindən polis şöbəsinə aparılmasını Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №li qərarının 2 və 3-cü bəndinin izahına görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.1 və 29,120.2.7-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.4-cü maddəsinə görə cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.7, maddəsi ilə təyin ediləcək cəzanın son həddi sözü gedən maddənin yuxarı həddinin (20 ilin) dörddə üçündən (15 ildən) çox ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan ölmüş zərərçəkmiş X10 məxsus paltarları – boz və qara rəngdə parçadan olan qısaqol köynək və bozumtul-qara rəngdə cins şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus paltar – göy rəngli qısaqol köynək Zərərçəkmiş şəxs özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs paltarları – tünd-göy rəngdə qısaqol köynək və qara rəngli cins şalvar yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Şahid1 məxsus paltarlar - qısaqol köynək və göy rəngli cins şalvar Şahid1 özünə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş üzərində qana şübhəli ləkələr olan çınqıl daşlar və ağ salfet, Şahid1 təqdim etdiyi 1 ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 127,80 manat ( yüz iyirmi yeddi manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 29,120.2.7-ci madəlləri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanaraq qəti olaraq ona 16 (on altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 27 iyul 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan ölmüş zərərçəkmiş X10 məxsus paltarları – boz və qara rəngdə parçadan olan qısaqol köynək və bozumtul-qara rəngdə cins şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs məxsus paltar–göy rəngli qısaqol köynək Zərərçəkmiş şəxs özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs paltarları–tünd-göy rəngdə qısaqol köynək və qara rəngli cins şalvar yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Şahid1 məxsus paltarlar qısaqol köynək və göy rəngli cins şalvar Şahid1 özünə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş üzərində qana şübhəli ləkələr olan çınqıl daşlar və ağ salfet, Şahid1 təqdim etdiyi 1 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 127,80 manat ( yüz iyirmi yeddi manat səksən qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar