Məhkəmə qərarları › İş №1(100)-72/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-72/2023

30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-72/2023 30.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarixdə və vaxtda qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək 17 aprel 2022-ci il, saat 11 radələrinədək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşlarının tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qasımbəyli qəsəbəsi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim edənədək satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən üç ildir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2022-ci ilin aprel ayının əvvəllərində Yevlax şəhərində sonradan adının Qarabağ küçəsi olduğunu bildiyi ərazidə gəzərkən yerdə bir ədəd rəngli kağız bükülü diqqətini cəlb etmişdir. Həmin bükülüləri yerdən götürüb baxdıqda qəhvəyi rəngli bükülünün içərisində “kokos” adı ilə tanıdığım heroin olduğunu görmüşdür. Narkotik tərkibli maddələrdən istifadə etdiyi üçün həmin bükülünün içərisində olan narkotik maddəni tanımışdır. Təxminən 05 qram olmuşdur. O, həmin bükümü götürdükdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə o, təxminən üç ildir ki, Ağdam rayonu Qasımbəyli qəsəbəsində ayrıldığı keçmiş həyat yoldaşı Şahid4 ilə birlikdə yaşayan yeddi yaşlı qızı Aysu İmanquliyevanı görmək məqsədi ilə Ağdam rayonu Quzanlı qəsəbəsinə gəlmişdir. Həmin gün saat 08 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində “Dördyol” deyilən yerdə “VAZ-2106” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı taksiyə yaxınlaşmış və əvvəllər tanımadığı, sonradan adının X18 olduğunu bildiyi sürücüdən onu Ağdam rayonu, Qasımbəyli qəsəbəsinə aparmasını xahiş etmişdir. Həmin taksi sürücüsünə dediyi ünvana çatdırmaq üçün iki manata razılaşmış və onlar birgə Ağdam rayonu Qasımbəyli qəsəbəsinə getmişlər. Qəsəbədə maşından düşən zaman Ağdam rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddənin olmasında şübhəli olduğunu bildirərək onu Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. Sonra üzərinə baxış keçirilmiş və cibində olan heroin aşkar olunmuşdur. Bundan sonra ona bildirmişlər ki, vəkil dəvət olunacaq və üzərinə videoçəklişlə baxış keçiriləcək, həmin narkotik vasitəni və az miqdarda da «patı» onun cibinə qoymuşlar ki, özü təqdim edər, onu narkotik vasitə qəbul edən kimi sənədləşdirəçəklər və bu onu əməlinə ağırlaşdırmayacaqdır. Onların dediklərinə inanmış, həm də qorxub təkliflərinə razı olmuşdur. Sonra orada hüquqlarını izah edib videoçəkilişlə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd göy rəngli bükülünü könüllü olaraq təqdim etmişdir. O, həmin bükümləri təqdim etdikdən sonra hər iki bükülü ayrı-ayrılıqda tərəzidə çəkilmişdir. Belə ki, öncə göy rəngli bükülü çəkilmiş və çəkisi 0.28 qram, sonra isə şəffaf sellofanda olan bükülü çəkilmiş və çəkisi 2 qram olması müəyyən edilmişdir. Heroinin çəkisinin çox olmasından başa düşmüşdür ki, üzərinə artırıblar, lakin dediyi səbəbə görə bir söz deməmişdir. Sonra hər iki bükülü onların iştirakı ilə qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Həmin narkotik vasitəni üzərində satış məqsədilə yox, şəxsi istifadəsi üçün saxladığını, buna görə həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə saxlamaqda özünü təqsirli bilmədiyini, ümumiyyətlə heç kimə narkotik maddə satmadığnı bildirmişdir. Bir ildən artıqdır ki, mobil telefondan istifadə etmədiyini, müxtəlif vaxtlarda bacısı İradə İmanquliyevaya aid 050 827 50 39 saylı mobil nömrənin “WhatsApp” ani mesajlaşma sistemindən istifadə etdiyini bildirmişdir. O, heç kimə narkotik vasitə satmamış və belə məqsədi olmamışdır. İstintaq zamanı aralarında narazılıq olduğu üçün arvadı onun əleyhinə yalan ifadə vermişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017ci ildən DİO-da vəzifədə xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhər sakini Təqsirləndirilən şəxs X7 saxlanılmasında, satışında və istifadəsində şübhəli olması, eləcə də, həmin vaxt Ağdam rayonu ərazisində olması barədə Ağdam rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsi ərazisinə gedərək orada Təqsirləndirilən şəxs “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən enib piyada hərəkət etdiyini müşahidə edib dərhal Təqsirləndirilən şəxs və onunla birgə oraya gələn “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs o cümlədən, Famil Rzayevin idarə etdiyi “VAZ-2106” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon polis şöbəsinin inzibati binasında müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükülünü və içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükülünü təqdim etmişdir. Həmin bükülülər elektron tərəzi vasitəsilə çəkilərkən göy rəngli kağız bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0.28 qram, şəffaf sellofan bükümün isə içərisindəki kütlə ilə birlikdə çəkisinin 2.33 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülünün içərisində “kakos” adlanan narkotik maddə, 01 ədəd göy rəngli bükülünün içərisində isə “patı” adlanan narkotik maddə olduğunu, hər iki bükülünü təxminən 10-15 gün öncə Yevlax şəhərində adını bilmədiyi küçədə gəzərkən yerdən tapdığını, istifadə etmək üçün götürdüyünü, lakin ondan istifadə edə bilmədiyini bildirmişdir. Hər iki bükülü onların iştirakıyla qablaşdırılmış, imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını onun üzərinə ələavə psixotrop maddə qoyulmadığını və üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmadığını bildirmişdir. İbtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədi ilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər və raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2017ci ildən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Yevlax şəhər sakini Təqsirləndirilən şəxs X7 saxlanılmasında, satışında və istifadəsində şübhəli olması, eləcə də, həmin vaxt Ağdam rayonu ərazisində olması barədə Ağdam rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsi ərazisinə gedərək orada Təqsirləndirilən şəxs “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən enib piyada hərəkət etdiyini müşahidə edib dərhal Təqsirləndirilən şəxs və onunla birgə oraya gələn “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X14 yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs o cümlədən, Famil Rzayevin idarə etdiyi “VAZ-2106” markalı, **-FZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi məqsədilə həmin şəxsləri Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon polis şöbəsinin inzibati binasında Ağdam rayon polis şöbəsinində müdafiəçinin, onun və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükülünü və içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükülünü təqdim etmişdir. Həmin bükülülər elektron tərəzi vasitəsilə çəkilərkən göy rəngli kağız bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0.28 qram, şəffaf sellofan bükümün isə içərisindəki kütlə ilə birlikdə çəkisinin 2.33 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülünün içərisində “kakos” adlanan narkotik maddə, 01 ədəd göy rəngli bükülünün içərisində isə “patı” adlanan narkotik maddə olduğunu, hər iki bükülünü təxminən 10-15 gün öncə Yevlax şəhərində adını bilmədiyi küçədə gəzərkən yerdən tapdığını, istifadə etmək üçün götürdüyünü, lakin ondan istifadə edə bilmədiyini bildirmişdir. Hər iki bükülü onların iştirakıyla qablaşdırılmış, imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını onun üzərinə ələavə psixotrop maddə qoyulmadığını və üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmadığını bildirmişdir. İbtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədi ilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər və raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2018-ci ildən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə X7 əldə olunmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Ağdam rayon polis şöbəsinə gətirildikdən sonra həmin gün saat 11 radələrində onu şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini, eləcə də, Təqsirləndirilən şəxslə birgə Ağdam rayon polis şöbəsinə dəvət olunmuş X12 istifadəsində olan “VAZ-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçiriləcək baxış zamanı həmin baxışı videogörüntü ilə ilə qeydə alınmağı üçün dəvət etmişlər. Ağdam rayon polis şöbəsinin inzibati binasında təhqiqat bölməsində müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükülünü və içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükülünü təqdim etmişdir. Həmin bükülülər elektron tərəzi vasitəsilə çəkilərkən göy rəngli kağız bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0.28 qram, şəffaf sellofan bükümün isə içərisindəki kütlə ilə birlikdə çəkisinin 2.33 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülünün içərisində “kakos” adlanan narkotik maddə, 01 ədəd göy rəngli bükülünün içərisində isə “patı” adlanan narkotik maddə olduğunu, hər iki bükülünü təxminən 10-15 gün öncə Yevlax şəhərində adını bilmədiyi küçədə gəzərkən yerdən tapdığını, istifadə etmək üçün götürdüyünü, lakin ondan istifadə edə bilmədiyini bildirmişdir. Hər iki bükülü qablaşdırılmış, imzalarla təsdiq edilmiş və möhürlənərək götürülmüşdür. Bundan sonra müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imza edilmişdir. Onun tərəfindən çəkilmiş videogörüntülər protokola əlavə edilmişdir. Bundan sonra həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs, Famil Rzayevin və digər polis əməkdaşlarının iştirakı ilə Famil Rzayevin istifadəsində olan “Vaz-2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı avtomobildə dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmiş, o cümlədən iş üçün əhəmiyyət kəsb edən hansısa hal müəyyən olunmamışdır. Bununla əlaqədar müvafiq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imza edilmişdir. Onun tərəfindən çəkilmiş videogörüntülər protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını onun üzərinə ələavə psixotrop maddə qoyulmadığını və üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildən 2020-ci ildək qeyri rəsmi nigahda olmuşlar, həmin evlilikdən X8 adlı azyaşlı övladı var. O, keçmiş əri Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi olması barəsində təxminən 2016-cı ilin dekabr ayında bilmişdir. Belə ki, 2016-cı ilin dekabr ayında o, Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Şuşa şəhərciyi”ndə hazırda nömrəsini və dəqiq yerini xatırlamadığı ünvanda kirayənişin kimi yaşayarkən dəqiq xatırlamadığı tarixdə səhər saatlarında yaşadıqları evin həyətində yerləşən hamamdan səs gəldiyini görüb həmin yerə baxdıqda əri Təqsirləndirilən şəxs əlində şprislə qoluna iynə vurduğunu görmüşdür. Həmin vaxt o, gördüyü mənzərədən çox sarsılmış və həmin gün İlqarla bu barədə söhbət etdikdə İlqarın narkotik maddə istifadəçisi olduğunu bilmişdir. 2020-ci ilin yay aylarında o, Təqsirləndirilən şəxs ayrılaraq azyaşlı qızı Aysu ilə birlikdə Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşayan anası X3 yaşadığı ünvana gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə və vaxtda Ağdam rayonu Qasımbəyli qəsəbəsinə azyaşlı qızı Aysunu görmək məqsədilə gəlmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs Ağdam rayonu Qasımbəyli qəsəbəsində yaşadıqları evin həyətində yerləşən tualetə gedərək orada narkotik maddə qəbul etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələri haradan və ya kimdən əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs onunla bacısı X6 istifadəsində olan 050 827 50 39 saylı mobil nömrədən onun istifadəsində olan 055 773 53 39 saylı mobil nömrəyə “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə zəng etməklə və mesaj yazmaqla əlaqə saxladığını, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, özünün mobil telefonu olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslə arasında narazılıq yarandığı üçün istintaq zamanı onun əleyhinə ifadə vermiş, yəni birlikdə narkotik vasitə qəbul etdiyini və narkotik vasitədən ona da verməsini demişdir. Lakin sonradan düzgün ifadə verərək İlqarın ona da əvvələr narkotik vasitə vermədiyni demişdir. İlqar heç kimə narkotik vasitə satmamışdır. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X7 olaraq saxlanmasında, satışında və qəbulunda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 17 aprel 2022-ci il tarixdə Ağdam rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən içərisində kibrit dənələri olan kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükülünü və içərisində ağ rəngli narkotik maddəyə bənzər kütlə olan 01 ədəd göy rəngli bükülünü təqdim etmişdir. Həmin bükülülər elektron tərəzi vasitəsilə çəkilərkən göy rəngli kağız bükümün içərisindəki kütlə ilə birlikdə çəkisinin 0.28 qram, şəffaf sellofan bükümün isə içərisindəki kütlə ilə birlikdə çəkisinin 2.33 qram olması müəyyən edilmiş, hər iki büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. 1 ədəd ağ rəngli alışqan, iki ədəd bir manatlıq əskinaslar və içərisində kibrit dənələri olan kibrit qutusu iş üçün əhəmiyyat kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “VAZ- 2106” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir.Baxış zamanı avtomobildən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr, digər əşya və predmetlər aşkar edilməmişdir. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, M.Müşfiq küçəsi, ev 62 ünvanında yaşadığı evə və həmin evin həyatyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı evdən və evin həyatyanı sahəsindən iş üçün əhəmiyyət kəsb edən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr, digər əşya və predmetlər aşkar edilməmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(013)-29/2022 saylı qərarından görünür ki, Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir “Təqsirləndirilən şəxsin İfadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/444 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş........” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Həmin kağız paketdəki 1(bir) ədəd göy rəngli kağız bükümdəki təmiz çəkisi 0,191 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ağdam Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddəni hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində kiminləsə əlbir olmasına hər hansı bir fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı narkotik istifadəçilərinə narkotik maddə satmasına dair əməliyyat məlumatları daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 371 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 882 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, M.Müşfiq küçəsi, ev 62 ünvanında qeydiyyatdadır və yaşayır.Ailə üzvləri atası X11, anası X1, həyat yoldaşı Şahid4 və övladı X4 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. AZ-İİİ № 655077 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid4dır. Yevlax rayon Narkoloji Kabinetinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin narkoloji kabinetdə qeydiyyatda durmur. Yevlax rayon Psixonevroloji Kabinetinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin psixonevroloji kabinetdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 aprel 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar- 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan, tədqiqata istifadə olunduqdan sonra 2,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan, tədqiqata istifadə olunduqdan sonra 0,171 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin Ağdam rayon polis şöbəsinin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırıldığını və 0,191 qram psixotrop maddə olan metamfetamin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax şəhərində sonradan adının Qarabağ küçəsi olduğunu bildiyi ərazidə gəzərkən yerdə iki ədəd olmaqla, biri göy rəngli kağız bükülü və digəri isə şəffaf sellofanda olan bükülü diqqətini cəlb etmişdir. Həmin bükülüləri yerdən götürüb baxdıqda göy rəngli bükülünün içərisində ağ rəngli “patı” və ya “şüşə” adı ilə tanıdığı metamfetamin, şəffaf sellofan bükülünün içərisində isə qəhvəyi rəngli “kokos” adı ilə tanıdığım heroin olduğunu görmüşdür. Narkotik tərkibli maddələrdən istifadə etdiyi üçün həmin bükülülərin içərisində olan narkotik maddələri tanımışdır. O, həmin bükümləri götürdükdən sonra hər iki bükümü əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır….Ağdam rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddənin olmasında şübhəli olduğunu bildirərək onu Ağdam rayon polis şöbəsinə dəvət etmişlər. Orada hüquqlarını izah edib videoçəkilişlə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Həmin vaxt o, əynində olan boz rəngli cins şalvarın sol cibindən bir ədəd ağ rəngli alışqanı və iki ədəd bir manatlıq pul əskinaslarını, əynindəki köynəyin sol yan cibindən kibrit qutusunu, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü və bir ədəd göy rəngli bükülünü könüllü olaraq təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri « Təqsirləndirilən şəxs Ağdam rayonu ərazisində narkotik vasitələrin, qəbul etməkdə, saxlamaqda və satmaqda şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur,lakin tərəfimizdən əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə məlumat olsa da, şəxslərin dairəsini müəyyən etmək mümükün olmamışdır, narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatlar yoxdur.» ifadəsinə və xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubda göstərilən «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddəni hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində kiminləsə əlbir olmasına hər hansı bir fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı narkotik istifadəçilərinə narkotik maddə satmasına dair əməliyyat məlumatları daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır» məktubuna əsaslanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə ibtidai istintaq zamanı verdikləri ifadələrini onunla əsaslandırmışlar ki, təcrübələrində belə halların çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədi ilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər və raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. İstintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Ağdam Rayon Polis Şöbəsindən xx.xx.2022-ci il tarixdə cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülən narkotik vasitə və psixotrop maddəni hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axatarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində kiminləsə əlbir olmasına hər hansı bir fakt müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrı narkotik istifadəçilərinə narkotik maddə satmasına dair əməliyyat məlumatları daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır» Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Bu faktlar da bir daha həmin əməliyyat tapşırığına cavab məktubun həqiqiliyi barədə şübhə doğurur.Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs mobil telefondan istifadə etmədiy müəyyən edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində həqiqəti əks etdirməsi şübhə doğuran məktuba, narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən iki nəfər şahidin qeyri-müəyyən, ehtimala əsaslanan şübhəli ifadəsinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X7 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X9 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Ağdam Rayon Polis Şöbəsində saxlanılan (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan, tədqiqata istifadə olunduqdan sonra 2,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan, tədqiqata istifadə olunduqdan sonra 0,171 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X7 X9 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 17 aprel 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam Rayon Polis Şöbəsində saxlanılan (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,054 qram olan, tədqiqata istifadə olunduqdan sonra 2,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1(bir) ədəd göy rəngli kağız bükümdə təmiz çəkisi 0,191 qram olan, tədqiqata istifadə olunduqdan sonra 0,171 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X7 X9 üzrə Dövlət Komissiyasının Daimi X16 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar