Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-72/2024 24.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisləri X25 və X15, zərərçəkmiş şəxsin hüquqi varisi X16 nümayəndələri Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Nümayəndə2 və Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Nümayəndə1, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Göygöl rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, ali təhsilli, Daşkəsən rayonu Əmirvar kənd Hafiz Qasımov adına tam orta məktəbdə tarix müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daşkəsən rayonunun Əmirvar kəndində müəllim işləyən Təqsirləndirilən şəxs götürmüş olduğu kredit üzrə həmkarı olan X20 borc pul verməsi, lakin həmin pulu sonuncunun geri qaytarmaması ilə bağlı zərərçəkmiş şəxslər Ə.Bayramov və sonuncunun oğlu X21 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməklə iki şəxsi qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs istifadəsində olan +994 70 ***-**-** nömrəli mobil telefonundan zərərçəkmiş şəxs Əli Bayramovun istifadəsində olan +994 55 ***-**-** nömrəli mobil telefonuna nalayiq söyüşləri özündə ifadə edən, eləcə də sonuncunu və A.Bayramovu qəsdən həyatdan məhrum edəcəyi məzmununda SMS-lər göndərmiş, həmin pul borcuna görə yaranmış mübahisənin aydınlaşdırılması ilə əlaqədar X19 Bayramov ilə Təqsirləndirilən şəxs qardaşı Niyazi Bayramovun 09 dekabr 2022-ci il tarixdə telefonla danışığı zamanı bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmələri ilə bağlı aralarında baş vermiş mübahisə barədə Təqsirləndirilən şəxs məlumatı olduqdan sonra 11 dekabr 2022-ci il tarixdə niyyətini həyata keçirmək üçün yaşadığı Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən yaşayış evindən 17 fevral 2021-ci il tarixli 329 nömrəli şəhadətnamə əsasında əldə etdiyi odlu silah hesab edilən 1964-cü ildə, keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğun uzunluğu 70 mm olan, 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli yivsiz odlu ov silahını, eləcə də soyuq silah hesab edilməyən qatlanmayan, ümumi uzunluğu 258 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 140 mm, orta hissədən eni 30 mm, maksimal qalınlığı 1.2 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 28 mm, orta hissədə qalınlığı 10 mm olan bıçağı götürməklə qardaşı X6 və müşahidə kameraları, eləcə də ifadələr ilə müəyyən edilən, lakin adı və soyadı istintaqa məlum olmayan şəxslə görüşərək N.Bayramova məxsus **-DL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21012” markalı avtomobil ilə Əli Bayramovla görüşmək üçün əvvəlcədən vədələşdikləri Gəncə şəhəri, X42 küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsində yerləşən “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısına getmiş, həmin gün saat 19:18 dəqiqədə orada sonuncu ilə görüşüb aralarında olan mübahisəni aydınlaşdıran zaman həmin gün saat 19:42 dəqiqədə X25 və sonuncunun dostları olan Zərərçəkmiş şəxs və soyadı, ata adı, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan Seymur adlı şəxs Zərərçəkmiş şəxs idarə etdiyi **-DV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobil ilə həmin ünvana gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb düşərək davam edən sözlü mübahisəyə müdaxilə etdikdən sonra, mübahisənin gedişində Təqsirləndirilən şəxs əvvəlcədən qərara gəldiyi niyyətini həyata keçirmək üçün xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi qəsdən öldürmək üçün yaşadığı evindən götürmüş olduğu və qardaşı Niyazi Bayramova məxsus **-DL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21012” markalı avtomobilin sağ arxa sərnişin oturacağında saxladığı, əvvəlcədən iki ədəd patronu patron yuvasına yeridərək və atəş üçün hazır vəziyyətə gətirdiyi 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli yivsiz odlu ov silahını təyinatından kənar saxladığı yerdən çıxararaq əvvəlcə Ayxan Bayramovu qəsdən öldürmək məqsədi ilə sonuncuya tuşlayan zaman Əli Bayramovun müdaxilə etməklə həmin silahın lüləsindən tutaraq aşağı doğru endirməsi nəticəsində Təqsirləndirilən şəxs ilk açdığı atəş yerə dəymiş, öz iradəsindən asılı olmayan səbəbdən əvvəlcədən bir-birlərini tanıdıqlarına görə X29 Bayramovun yaxın qohumu olmaq etibarı ilə oğlu olduğunu bilib, sonuncunun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, xüsusi əzab verdiyini, eləcə də şüurlu surətdə həmin vaxt ətrafda olan digər şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edərək A.Bayramovu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə yönəlmiş ictimai təhlükəli əməllərini Ə.Bayramovun aktiv müqavimət göstərməsinə görə başa çatdıra bilməyərək, A.Bayramovu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, cinayətkar niyyətinin davamı olaraq Əli Bayramovu həm aralarında olan pul mübahisəsinə görə, həm də valideyn kimi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qisas almaq üçün öldürmək məqsədilə Ayxan Bayramovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, xüsusi əzab verdiyini, eləcə də şüurlu surətdə həmin vaxt ətrafda olan digər şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edərək yaxın məsafədən əlini qəsdən silahın tətiyinə basıb növbəti atəşi açaraq X17 ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin, sol ağciyərin, diafraqmanın, dalağın, sol böyrəküstü vəzin və sol böyrəyin zədələnməsi, sol V, Vİ, Vİİ, Vİİİ qabırğaların orta körpücük xətt üzrə Xİ, Xİİ qabırğaların onurğayanı xətt üzrə sınması ilə müşayiət olunan dəlib çıxan odlu silah yarası xəsarəti yetirib xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüş, Təqsirləndirilən şəxs daha sonra Ayxan Bayramovu qəsdən həyatdan məhrum etmə cəhdini davam etdirərək şəxsi münasibətlər zəmnində yaranmış mübahisəni avtomobil yolunu kəsərək nəqliyyatın hərəkətinə mane törətməklə ictimailəşdirib qeyd olunan tarixdə və saatda ictimai yer hesab edilən Gəncə şəhəri, X42 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısında ətrafdakı insanları özünə cəlb etməklə həmin şəxslərə məhəl qoymayıb, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə müşayiət olunan hərəkətlər edib, öz üstünlüyünü nümayiş etdirmək üçün həmin ov silahını silah qismində istifadə edib qundaq hissəsi ilə əvvəlcə Ayxan Bayramovun kürək nahiyəsinə zərbə yetirməklə zor tətbiq etmiş, sonuncu qaçıb uzaqlaşdığı üçün niyyətini özündən asılı olmayan səbəbdən yenə başa çatdıra bilməyib Ayxan Bayramovu öldürməyə cəhd etmiş, həmçinin daha sonra həmin hərəkətiylə silahın qundaq hissəsi ilə Zərərçəkmiş şəxs sağ dirsək nahiyəsinin sıyrığı xəsarəti yetirərək sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq etmiş, beləliklə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüş, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmiş, həmçinin qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində ona Аzərbаycаn Rеspublikаsı CM-nin 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bundan əvvəl şübhəli və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadələrini müəyyən hissədə təsdiq etməklə əlavə olaraq göstərmişdir ki, qardaşı Niyazi Bayramova məxsus **-DL-*** dövləq qeydİyyat nişanlı “VAZ 21012” markalı avtomobil ilə sonuncu ilə birlikdə Gəncə şəhəri Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat”ın tikinti materialları bazarının qarşısına getmiş, həmin vaxt üzərində qara rəngli mətbəx bıçağı olmuş, həmin bıçağı o həmişə üzərində gəzdirmişdir. Qardaşı Niyazinin avtomobilində isə Təqsirləndirilən şəxs məxsus olan 1964-cü il Tula silah zavodunda istehsal edilmiş 16 kalibrli, 25626 nömrəli silah olmuşdur. Silahdan başqa avtomobildə 2 (iki) formada olan 4 (dörd) ədəd patron da olmuşdur. Qaradaşına məxsus avtomobillə “Daşqın İnşaat” tikinti bazarının qarşısına getmiş, orada iş yoldaşı Əli ilə görüşmüşdür. Həmin vaxt əynində olan gödəkcənin sağ döş cibində bıçaq olmuş, silah isə Niyaziyə məxsus avtomobildə olmuşdur. Patronlar isə ov silahının qatarının üzərində olmuşdur. Əli onlara yaxınlaşmış, bu zaman onlar avtomobildən düşərək Əli ilə söhbət etməyə, aralarında yaranmış narazılığa aydınlıq gətirmək istəmişlər. Bu məqsədlə Niyazi və Ayxan arasında olan söyüş məsələsini aydınlaşdırmağa başlamışdırlar. Həmin zaman Ayxan ona zəng etmiş. O isə telefonu Əliyə göstərərək Ayxanın zəng etdiyini bildirmişdir. Əli telefonu ondan alaraq Ayxanla danışmağa başlamış, lakin onlar arasında hansı məzmunda danışıq olması barədə məlumatı olmamışdır. Bundan bir qədər sonra VAZ 21015 markalı avtombil onlara yaxınlaşaraq içərisindən Ayxan Bayramov, sonuncunun dostları Murad və Seymur adında 3 nəfər şəxs düşmüşdür. Sonuncular onlara doğru gələrkən hər üçünün əlində bıçaq olmuş, Əli Bayramovun əlində isə bıçaq olmamışdır. Lakin həmin bıçaqların xüsusiyyətləri yadında qalmamışdır. Qeyd olunan şəxslər onların yanına çatdıqdan sonra ilkin olaraq Seymur adlı şəxs bıçaqla onun ürək nahiyəsinə bir ədəd zərbə vurmuşdur. Seymurun bıçağının dəstəyi qara, tiyəsi isə gümüşü rəngli olmuşdur. Həmin vaxt arxadan ona xeyli sayda bıçaq xəsarətləri yetirmişdilər. Lakin həmin vaxt ona kimin xəsarət yetirdiyini görməmişdir. Bu zaman huşunu itirmiş, bir anlıq özünə gəldikdə artıq Ayxan, Murad və Seymurun qardaşı Niyazi Bayramovu bıçaqladıqlarını görmüşdür. O həmin vaxt Niyazinin avtomobilinin sağ arxa oturacağının üzərində olan 1964-cü il Tula silah zavodunda istehsal edilmiş 16 kalibrli, 25626 nömrəli silahı götürərək avtomobilin içərisində silaha iki ədəd patron qoymuş və bu zaman Əli Bayramov ona yaxınlaşmış və onunla süpürləşməyə başlamışlar. Həmin vaxt Əli Bayramov silahın lülə hissəsindən tutaraq aşağı doğru çəkdiyindən ilkin atəş yerə dəymiş, bundan sonra süpürləşmə yenə davam etmiş, silah Əlinin ürək nahiyəsinə dirənmiş vəziyyətdə olan zaman təsadüfən ikinci atəş açılmış və həmin atəş Əli Bayamovun ürək nahiyəsinə dəymişdir. Bundan sonra Əli Bayramov yerə yıxılmış, silahla Əli Bayramova xəsarət yetirdikdən sonra Ayxan, Murad və Seymur qaçaraq uzaqlaşmışlar. Əli Bayramov ilə süpürləşən zaman hər ikisi ayaq üstə olmuşdur. Əli Bayramovu sinə nahiyəsindən xəsarət almışdır. O və Ə.Bayramov həmin vaxt süpürləşdiklərindən sonuncunun ürək nahiyəsinə dirənmiş formada atəş açılmışdır. Onun odlu silahı götürərək Əli Bayramova atəş açmaqda məqsədi onları qorxutmaq olmuşdur. Həmçinin, cinayətin aləti olan 1964-cü ildə, keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğun uzunluğu 70 mm olan, 16 kalibrli, “Б” modelli, 25626-64 nömrəli silahı və onun hissələri ona istintaq zamanı nümayiş etdirilmiş, o həmin silahın həqiqətən də onlara məxsus olduğunu bildirmişdir. Cinayət işinin mateiallarına əlavə edilmiş xəstəxanadan götülmüş paltarlar ona nümayiş etdirilmiş, o həmin paltarların hadisə zamanı onun və qardaşı Niyazinin üzərində olan paltarlar olduğunu bildirmişdir. Cinayətin aləti olan silahı avtomobildən götürən zaman kimisə öldürmək niyyəti olmamış, onları qoxutmaq istəmış, həmçinin silahı kiməsə tuşlamamışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmışdır ki, tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X25 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımış, belə ki, Təqsirləndirilən şəxs onun atası Əli Bayramov ilə birlikdə Daşkəsən rayonunun Əmirvar kəndində yerləşən orta məktəbdə müəllim işləmişdir. Niyazi Bayramovu da Təqsirləndirilən şəxs qardaşı olaraq tanımışdır. Lakin atası X28 Bayramov arasında pul borcuna görə mübahisə olmuşdur. Belə ki, atası Ə.Bayramov onlara pul borclu olmuş, hətta Niyazi Bayramovla, sonuncunun anası Ofelya dəfələrlə zəng edib telefon danışığı zamanı atası Ə.Bayramovu təhqir etmişlər. Atasının onlara təxminən 1100-1200 manat borcu olmuşdur. X30 maddi cəhətdən imkanı zəif olduğundan həmin pulu Kamala geri qaytara bilməmişdir. Bununla bağlı 09 dekabr 2022-ci il tarixdə Kamalın anası Ofelya onun ana nənəsi Nəzakətə zəng edərək həmin borcu qaytarmasını istəmişdir. Atası Ə.Bayramovun anası və atası rəhmətə getdiyindən, Ofelya həmin borcu Nəzakətə zəng edərək istəmişdir. Bu vaxt o da evdə olmuş və Nəzakət uca səslə Ofelyayla danışmışdır. Ofelya Nəzakətə “Borcu verməsəniz Ayxanın oxuduğu məktəbə gedərək qanımı onun üstünə təkəcəm, onu tutduracam” demişdir. Bundan sonra Niyazi telefonu anası Ofelyanın əlindən alaraq Nəzakətə əxlaqsız söyüşlər söymüş, buna görə də o telefonu Nəzakətin əlindən götürərək Niyaziyə söyməyə başlamışdır. Bundan sonra Niyaziyə bir neçə dəfə zəng edərək söyüşlə bağlı məsələni aydınlaşdırmaq üçün sonuncunu görüşə çağırmış, lakin Niyazi onunla görüşməkdən imtina etmişdir. Bundan sonra təxminən 10 dekabr 2022-ci il tarixdə Kamal ona zəng edərək Niyaziylə bağlı məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. 11 dekabr 2022-ci il tarixdə Kamal ona zəng edərək harda görüşəcəklərini soruşmuş, o isə Kamala Avtozavodda olduğunu, oraya gəlməsini və bir yerdə bu məsələni aydınlaşdırmaq istədiyini bildirmişdir. Bununla bağlı 11 dekabr 2022-ci il tarixdə təxminən 19:30 radələrində o Kamala zəng edərək harada olduğunu soruşmuş, Kamal isə ona Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” mağazası ərazisində Əli ilə birlikdə olduqlarını, məsələlərini həll edəcəklərini bildirmişdir. Bu vaxt atası Ə.Bayramov telefonu götürərək evə getməyini və həmin nömrəyə zəng etməməyini ona demiş, həmin vaxt o dostları Murad və Seymur ilə birlikdə Murada məxsus “Vaz 21015” markalı maşında olmuş, sonuncularla gəzmək məqsədilə görüşmüşlər. Bu vaxt dostları Murad və Seymur ilə birlikdə Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən “Daşqın İnşaat” mağazasının qarşısına getmişlər. Həmin “Daşqın İnşaat” mağazasının qarşısında Niyazi və Kamal qardaşları, yanlarında da bir nəfər tanımadığı şəxsin atası Ə.Bayramovla söhbət etdiklərini görmüşdür. Murad dairəvi yolu bir qədər irəli hərəkət etdirdikdən sonra avtomobili saxlamış və dərhal avtomobildən düşüb onların yanına getmişlər. Bu vaxt atası Ə.Bayramov ona tərəf gəlib əli ilə onu itələyərək “Ayxan, get burdan. Özüm həll edəcəm” demişdir. Həmin zaman Niyazi onlara əxlaqsız söyüş söyməklə Ə.Bayramovun və onun ünvanına “Sizin var-yoxunuzu s...m” demiş və sağ əli ilə bel hissəsindən bıçaq çıxarmışdır. Bu zaman atası Ə.Bayramov üzərində olan paltosunun sağ cibində olan bıçağı sağ əli ilə götürərək Niyaziyə bir neçə bıçaq zərbəsi vurmuş, bundan sonra Kamala doğru hərəkət etmişdir. Bu vaxt Niyazinin ona doğru hərəkət etdiyini gördükdə, o Niyazinin üz nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi atsa da, bir dənə yumruq onun sol sifət nahiyəsinə dəymişdir. Niyaziyə yumruq zərbəsi vurduqda o yerə yıxılmış, bundan sonra onların yanında olan üçüncü nəfərə yumruq atmağına baxmyaraq, həmin yumruq zərbəsinin ona dəyib-dəyməməsini xatırlamamışdır. Kamal da arxa sərnişin oturacağının qapısından, arxa sərnişin oturacağına tərəf əlini atıb avtomobildən 1 ədəd qoşa lüləli tüfəng çıxarmış, tüfəng əvvəlcədən doldurulmuş vəziyyətdə olmuş, çünki orada patron çıxarılmamışdır. Kamal silahı avtomobildən çıxartdıqdan sonra ona doğru tuşlamış, həmin vaxt onu vurmaq istədiyindən atası Ə.Təqsirləndirilən şəxs avtomobildən tüfəngi çıxardığını görüb sonuncunun üzərinə getmiş və qarşı-qarşıya dayandıqda Kamal silahı avtomobildən çıxardığı zaman atası Ə.Bayramov əlini silahın lüləsinə tərəf tutmuş, həmin vaxtadək Kamal silahı avtomobildən tam olaraq çıxara bilməmiş, ona görə də, silahın lüləsi avtomobilin arxa döşəməsi istiqamətində olmuşdur. Təqsirləndirilən şəxs tüfəngi avtomobilin arxa oturuacağından çıxardıqdan sonra həmin tüfəngi onun və atası Ə.Bayramovun istiqamətində tutmuş, bu zaman sonuncu Təqsirləndirilən şəxs çataraq sol əli ilə həmin tüfəngin lüləyindən tutmuş, o da öz növbəsində sağ əli ilə Kamala bıçaq atmış, lakin həmin zərbələrin Kamalın konkret olaraq hansı nahiyələrinə dəydiyini bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan tüfəngdən atəş açmış, atası Ə.Bayramov bir əli ilə tüfəngin lüləsindən tutaraq aşağı doğru əydiyindən həmin atəş yerə dəymiş, bu zaman sonuncunun əlində olan bıçaq yerə düşmüş, həmin bıçaq yerə düşdükdən sonra o bıçağı yerdən götürmüşdür. Bundan 10-15 saniyə sonra Təqsirləndirilən şəxs əlində olan silahdan ikinci dəfə atəş açmış, həmin atəş atası Ə.Bayramova dəymiş və sonuncu yerə yıxılmışdır. Bu zaman o yerdən götürdüyü bıçaq ilə Kamalın üzərinə gedərək onun kürək nahiyəsindən bir və ya iki ədəd bıçaq xəsarəti yetirmişdir. Bundan sonra Kamal onun istiqamətində döndükdə sağ və sol sifət nahiyələrinə və sinə nahiyəsinə bir neçə yumruq zərbəsi vurmuş, o atası Ə.Bayramovun yanında oturduqda Kamalın silahın lülə kanalını mexanizmdən ayırdığını görüb onun yenidən silaha patron doldurduğunu düşünmüş, lakin onun əlində əlavə patron görməmişdir. Sadəcə silahın lüləsi açıq vəziyyətdə əlini cibinə salmağına əsasən onun yenidən patron dolduracağını düşünmüş, Kamalı bıçaqla kürək nahiyəsindən və yumruqla vurduqdan sonra Kamal əlindəki silahı yerə buraxmamışdır. Silahın lüləsindən tutaraq qundaq hissəsi ilə bir ədəd onun kürək nahiyəsinə zərbə yetirmişdir. Buna görə də o Murad və Seymur ilə birlikdə qaçaraq həmin yerdən bir qədər uzaqlaşmışdılar. Kamal həmin vaxt arxalarınca gəlmiş, bundan sonra isə Kamal və Niyazi gümüşü rəngli VAZ 21012 markalı avtomobilə əyləşərək oradan qaçmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, O, X16 dostdur. Onlar həmin hadisə olan gün Ayxanla birlikdə ona məxsus olan Vaz-2115 markalı avtomobillə şəhərdə gəzirmişlər daha sonra Ayxan ona deyib ki, “qaqa məni apar nənəmgilə düşür” sonra o Ayxanı aparanda “Daşqın inşaat” adlı bazarın qarşısında Ayxanın atası Əlini görmüşdür. Onun bu məsələdən xəbəri olmamışdır. O, maşından düşüb Əli ilə görüşdükdən sonra Niyazi söyüş söymüş və Əli Niyazini vurmuşdur. Daha sonra Kamal maşına tərəf qaçmış o Kamala “neynirsən sən eləmə” demiş, daha sonra Kamal maşından silahı götürən zaman Əli də Kamalın arxasınca gəlmiş və onlar bir birləri ilə süpürləşmişlər. Kamal maşından silahı çıxaran zaman o, silahı gördükdən sonra maışınının yanına tərəf qaçmışdır. Kamal silahdan atəş açmış, lakin ilk zərbə yerə dəymişdir. Əli ilə Kamal süpürləşə-süpürləşə onun maşınının qarşısında Əlinin əlindən bıçaq yerə düşmüş sonra Kamal Əlini vurmuşdur. Həmçinin əlavə etmişdir ki, Kamal Əlini vurduqdan sonra Ayxanın arxasınca gəlmiş həmin an o qorxaraq maşının yanında donub qalmış, heç bir müdaxilə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X26 onun əri, X25 isə övladıdır. Əli təxminən 2007-ci il tarixdən Daşkəsən rayon, Əmirvar kənd tam orta məktəbində İngilis dili müəllimi işləmişdir. Həmin məktəbdə işləyən zaman Əmirvar kənd sakinləri Kamal, Niyazi və onların atası İbrahimxəlil ilə münasibəti olmuşdur. Kamal və atası İbrahimxəlil də həmin məktəbdə müəllim işləmişlər. Əli təzə işə başlayan ərəfədə bir müddət İbrahimxəlilgilin evində qonaq kimi qalmışdır. Təxminən 2020-ci il tarixdə Kamal bankdan kredit götürmüş, zamin isə əri Əli olmuşdur. Həmin vaxt Əli Kamala bankdan 1000 (min) manat artıq pul götürməsini, banka ödənişin axırıncı aylarını ödəyəcəyini bildirmiş, aralarında olan razılığa əsasən Kamal bankdan götürdüyü puldan 1000 (min) manatı Əliyə vermişdir. Əli 2022-ci ilin təxminən avqustsentyabr aylarından etibarən artıq banka ödənişi həyata keçirməli olmuşdur. Lakin onların maddi imkanı yaxşı olmadığından həmin ödənişi ödəyə bilməmişlər. Ödənişi ödəyə bilmədiyinə görə Kamalgilin ailəsi ilə artıq aralarında tez-tez mübahisələr baş vermişdir. Əli isə ilk fürsətdə həmin borcu ödəyəcəyini bildirmişdir. Əli 21 oktyabr 2022-ci il tarixdən artıq ərizə yazaraq məktəbdəki işindən xaric olunmuşdur. Əlinin işdən çıxmasına səbəb isə Kamalın anası Ofelyanın onu hədələyərək, 1000 (min) manat pulu ödəmədiyinə görə məktəbdə onu biabır edəcəyini bildirməsi olmuşdur. X31 Kollecdə oxuduğundan Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 3-cü döngə, ev 9 ünvanında anası Nəzakət və atası Elbəyi ilə birlikdə yaşamışdır. O, Əli və övladları isə müəyyən aralıqlarla gah Daşkəsəndə, gah da Gəncə şəhərində qeyd etdiyi ünvanda yaşamışlar. 2022-ci ilin təxminən 9-10 dekabr ərəfələrində Kamalın anası Ofelya Nəzakətə zəng edərək, Əlinin pulu nə vaxt verəcəyini soruşmuş, bu vaxt anası Əlinin hazırda işləmədiyini, işlədikdən sonra həmin pulu verəcəyini bildirmişdir. Bu zaman Ofelya anasına nalayiq sözlər deməklə təhqir etmiş, anası isə həmin sözlərin Ofelyanın nəvəsi, yəni Niyazinin övladlarının ünvanına getməsini bildirdikdə Niyazi telefonu götürərək Nəzakəti nalayiq ifadələrlə təhqir etmişdir. Bu vaxt Ayxan da Nəzakətin yanında olmuş, Niyazinin nalayiq sözlərlə Nəzakəti təhqir etdiyini eşitdikdə telefonu götürərək eyni ifadələrlə ona cavab vermişdir. Bu vaxt Əli və o Daşkəsən rayonunda olmuşlar. Xəbəri eşitdikdən sonra dərhal taksi tutaraq Gəncə şəhərinə gəlmişlər.11 dekabr 2022-ci il tarixdə tezdən Əli evdən çıxaraq Niyazi ilə danışaraq barışıb, məsələni həll edəcəyini bildirmişdir. Həmin gün artıq hava qaralanda Əli ona zəng edərək, Kamalın Ayxana zəng etdiyini və Gəncəyə gəlib söhbət edəcəyini bildirmişdir. Həmin vaxt Əli ona Kamalın bibisi Mahirə ilə danışdığını, Mahirənin ona Kamal və Niyazinin toplu tüfəngli onları qırmağa getdiyini bildirmişdir. Mahirə həmin vaxt Ayxana da zəng edərək eyni ifadəni bildirmişdir. Bundan bir qədər sonra Əli ilə yenə danışdıqda ona Niyazi, Kamal və yanlarında olan digər şəxs ilə birlikdə “Daşqın İnşaat” mağazasının qarşısında söhbət etdiklərini, Ayxanı gözlədiklərini demişdir. Bundan sonra isə Gəncə şəhəri, Avtozavod qəsəbəsi, “Daşqın İnşaat” mağazasının qarşısında baş vermiş münaqişə zamanı, Niyazi və Əli ölmüş, Kamal isə yaralanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 bildirmişdir ki, X26 onun kürəkəni, X25 isə onun nəvəsidir. Əli təxminən 2007-ci il tarixdən Daşkəsən rayonunun Əmirvar kənd tam orta məktəbində İngilis dili müəllimi işləmişdir. Həmin məktəbdə işləyən zaman Əmirvar kənd sakinləri Kamal, Niyazi və onların atası İbrahimxəlil ilə münasibəti olmuşdur. Kamal və atası İbrahimxəlil də həmin məktəbdə müəllim işləmişdirlər. Əli təzə işə başlayan ərəfədə bir müddət İbrahimxəlilgilin evində qonaq kimi qalmışdır. Təxminən 2020-ci il tarixdə Kamal bankdan kredit götürmüş, zamin isə Əli olmuşdur. Həmin vaxt Əli Kamala bankdan 1000 (min) manat artıq pul götürməsini, banka ödənişin axırıncı aylarını ödəyəcəyini bildirmiş, aralarında olan razılığa əsasən Kamal bankdan götürdüyü puldan 1000 (min) manatı Əliyə vermişdir. Əli 2022-ci ilin avqust-sentyabr aylarından etibarən artıq banka ödənişi həyata keçirməli olduğu halda maddi imkanı yaxşı olmadığından həmin ödənişi ödəyə bilməmişdir. Pulu ödəyə bilmədiklərinə görə Kamalgilin ailəsi ilə Əli arasında tez-tez mübahisələr baş vermiş, sonuncu isə ilk fürsətdə həmin borcu ödəyəcəyini bildirmişdir. Əli 21 oktyabr 2022-ci il tarixdən ərizə yazaraq məktəbdəki işindən xaric olmuşdur. Əlinin işdən çıxmasına səbəb Kamalın anası Ofelyanın 1000 (min) manat pulu ödəmədiyinə görə məktəbdə onu biabır edəcəyini bildirməsi olmuşdur. X31 Kollecdə oxuduğundan Gəncə şəhəri, M.C.Paşayev küçəsi, 3-cü döngə, ev 9 ünvanında o və əri Elbəyi ilə birlikdə yaşamışdır. Qızı Ramilə, Əli və övladları isə müəyyən aralıqlarla gah Daşkəsəndə, gah da Gəncə şəhərində həmin ünvanda yaşamışdırlar. 2022-ci ilin 9-10 dekabr ərəfələrində Kamalın anası Ofelya ona zəng edərək, Əlinin pulu nə vaxt verəcəyini soruşmuş, o, Əlinin hazırda işləmədiyini, işlədikdən sonra həmin pulu verəcəyini bildirmişdir. Bu zaman Ofelya ona nalayiq sözlər deməklə təhqir etmiş, o isə həmin sözlərin Ofelyanın nəvəsi, yəni Niyazinin övladlarının ünvanına getməsini bildirdikdə Niyazi telefonu götürərək onu nalayiq ifadələrlə təhqir etmişdir. Bu vaxt Ayxan da onun yanında olmuş, Niyazinin nalayiq sözlərlə təhqir etdiyini eşitdikdə telefonu götürərək eyni ifadələrlə sonuncuya cavab vermişdir. Bu vaxt Əli və qızı Ramilə Daşkəsən rayonunda olmuş, xəbəri eşitdikdən sonra dərhal taksi tutaraq Gəncə şəhərinə gəlmişdirlər. 11 dekabr 2022-ci il tarixdə axşam saatlarında Kamalın bibisi Mahirə ona zəng edərək Kamal və Niyazinin toplu-tüfəngli onları qırmağa getdiyini bildirmişdir. Mahirə həmin vaxt Əliyə və Ayxana da zəng edərək eyni məsələni bildirmişdir. Bundan bir qədər sonra X33, Kamal və yanlarında olan digər şəxs ilə birlikdə “Daşqın İnşaat” mağazasının qarşısında söhbət etdiklərini, Ayxanı gözlədiklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, X6 və Təqsirləndirilən şəxs onun övladlarıdır. X34 rayonu Əmirvar kənd Hafiz Qasımov adına tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmiş, mərhum Niyazi Bayramov isə kənd təsərrüfatı ilə məşğul olmuşdur. Kamal əvvəllər Aynurə adlı xanımla ailə qurmuş, lakin bir neçə il sonra boşanmışdır. Həmin evlilikdən övladı olmamışdır. 2020-ci ilin may ayında isə Kamal Aysel adlı xanımla ailə qurmuşdur. Həmin evlilikdən də övladı olmamışdır. Niyazi 2018-ci ildə Aytəkin ilə evlənmiş, həmin evlilikdən 2019-cu il təvəllüdlü Fatimə və Zəhra adlı əkiz övladı, 2021-ci il təvəllüdlü İbrahim adlı oğlu anadan olmuşdur. Fatimə və Zəhra anadan olduqları vaxtdan qüsurlu olduğundan və müalicəyə ehtiyacları olduğundan ilin müəyyən vaxtlarında oğlu Niyazi, sonuncunun ailəsi və o Göygöl rayonunun Üçtəpə kəndində ərinin bacısı Zöhrənin evində müvəqqəti qalmışlar. Yay fəslində isə yaşadıqları Daşkəsən rayonunun Əmirvar kəndinə gedərək orada yaşamışlar. Əli Bayramov onun əri İbrahimxəlil Bayramovun uzaqdan qohumudur. Əli yaşadıqları kənddə, Daşkəsən rayonunun Əmirvar kənd Hafiz Qasımov adına tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində işləmişdir. Bu vasitə ilə aralarında münasibətləri yaranmışdır. Təxminən 2017ci il tarixdə Əli ondan təqaüd düzəltmək adı ilə 5000 (beş min) manat istəmiş, lakin o həmin pulu Əliyə verməmişdir. Bu haqda isə digər heç bir kəsə məlumat verməmişdir. Bundan bir neçə il sonra Əli Bayramov oğlundan da borcu qismində 1000 (min) manat pul istəmiş və Kamal həmin pulu ona vermişdir. Pulu aldıqdan sonra isə həmin pulu ödəməkdən imtina etmişdir. 2022-ci il təxminən noyabr ayının əvvəli Əlinin qaynatası X35 borcu qarşılığında bal arısını yeşikləri ilə birlikdə vermək istədiklərini bildirmişdir. Kamal bu haqda ona bildirdikdə, Şahid3 ona heç bir etiraz etməmiş və borcu qaytarmadıqları üçün şərtlərini qəbul etmişlər. Buna görə də o noyabr ayının əvvəli Göygöl rayonunun Üçtəpə kəndində olan zaman Əlinin qaynanası Nəzakətə zəng edərək həmin borc qarşılığında bal arılarını vermələrini bildirmişdir. Bu vaxt Nəzakət ona “Yox, mən sizə arı verən deyiləm. Ağlınız olardı, pulu verməzdiz. Əli indi burda yoxdu, bizə vaxt verin, Əli ortaya çıxsın yenə danışarıq.” demişdir. Bundan təxminən bir ay sonra dekabr ayının təxminən 9-10-u ərəfələrində o yenidən Nəzakətə zəng edərək, pulu nə vaxt verəcəklərini soruşmuşdur. Nəzakətlə danışan zaman, sonuncunun nəvəsi, yəni Əlinin oğlu Ayxan telefonu onun əlindən alaraq “Bir də bu nömrəyə zəng etmə. Gəlib evdə sizi qıracam” demişdir. Bu vaxt Niyazi də onun yanında olmuşdur. O Ayxanla danışıb dəstəyi asdıqdan sonra, sonuncu Niyaziyə zəng etmişdir. Telefonda danışan zaman Ayxan Niyazini dalaşmaq üçün çağırmışdır. Lakin o Niyazinin evdən çıxmasına icazə verməmişdir. 11 dekabr 2022-ci il tarixdə o evdə olmayan zaman səhər saatlarında Niyazi evdən çıxmış, həmin vaxt Ayxan Niyaziyə xeyli sayda zənglər etməklə görüşüb dava etmək üçün çağırmışdır. Bununla əlaqədar Niyazi Kamala zəng edərək Ayxanın ondan əl çəkmədiyini, dayanmadan zənglər etdiyini bildirmişdir. Kamal isə Əliyə zəng edərək Ayxanı başa salmasını, Niyazini qıcıqlandırmamasını bildirmişdir. Bu vaxt X43 şəhərinə çağıraraq söhbət etib bu məsələni yoluna qoymaq istədiyini bildirmişdir. Bundan sonra Gəncə şəhəri, Avtozavod qəsəbəsində övladları Kamal və Niyazi ilə Əli, Ayxan və sonuncunun iki dostu, Murad və Seymur arasında münaqişə baş vermiş, həmin münaqişə zamanı oğlu Niyazi və Əli ölmüş, Kamal isə yaralanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Niyazi Bayramov onun vəfat etmiş qardaşı İbrahimxəlilin övladlarıdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Ofelya onun yanında Əli Bayramovun qaynanası Nəzakətə zəng edərək Əli ilə Kamal arasındakı borc məsələsi barədə danışmışdır. Belə ki, Əlinin Kamala təxminən 1000 (min) manat məbləğində borcu olmuşdur. Ofelya Nəzakətlə danışdığı zaman telefondan Əlinin oğlu Ayxanın səsi gəlmiş, sonuncu uca səslə Ofelyanı və ailə üzvlərini təhqir edərək nalayiq sözlərdən istifadə etmişdir. Bu zaman Niyazi Ayxanın təhqirlərini eşidərək telefonu anasından almış və sonuncu ilə mübahisə etmişdir. X32 şəhərinə “söhbətə” çağırmışdır. Həmin ərəfədə o, telefonu götürərək Ayxana sakit olmasını demiş, lakin Ayxan sakitləşməyərək təkrar onu təhqir etmiş, bundan sonra telefonu söndürmüşdür. Niyazi Ayxanın çağırdığı yerə getmək istəmiş, lakin onlar Niyaziyə mane olmuşlar. Sonrakı gün, 11 dekabr 2022-ci il tarixdə günorta saatlarında Niyazinin telefonuna tanımadığı nömrədən zəng gəlmiş, həmin vaxt Niyazi çöldə olduğundan və telefonu evdə qaldığından o, cavab vermişdir. Zəng edən şəxs qonşusu Seymur olduğunu bildirmiş, o, həmin şəxsi tanımayaraq telefonu söndürmüşdür. Həmin gün axşam saatlarında Niyazi evə gəlmədiyi üçün ona zəng etmiş, lakin sonuncu cavab verməmişdir. Niyazinin Əlinin yanında olduğunu ehtimal edərək sonuncuya zəng etmiş, Əli ona narahat olmamağı, Niyazi və Kamalın yanında olduğunu, söhbət etdiklərini demişdir. Bir qədər sonra, Kamal və Niyazinin yaralanması xəbərini eşidərək Gəncə şəhər 3 nömrəli xəstəxanaya getmişdir. Hadisənin necə baş verməsi barədə ətraflı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, sonuncu ilə 2020-ci ildə ailə həyatı qurmuşdur. X17 Kamala təxminən 1000 (min) manat məbləğində borcu olmuşdur. O, Əli Bayramovu tanımadığına görə Kamalla münasibətləri barədə geniş məlumatı yoxdur. 10 dekabr 2022ci il tarixdə axşam saatlarında Əli Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək sonrakı gün Gəncə şəhərində borcunun yarısını ödəcəyini bildirmişdir. 11 dekabr 2022-ci il tarixdə səhər saatlarında Kamal onunla birlikdə Daşkəsəndən Gəncəyə gəlmiş, onu Üçtəpə kəndinə qohumlarının qaldığı evə apararaq özü çıxıb getmişdir. Belə ki, Üçtəpə kəndində Kamalın bibisi Zöhrə, anası Ofelya, qardaşı Niyazi ailəsi ilə birlikdə yaşamışlar. Həmin günün axşamı Kamal ona zəng edərək Niyazini 3 nömrəli xəstəxanaya apardıqlarını bildirmişdir. O, həmin xəstəxaya getdikdən sonra baş vermiş hadisə barədə məlumatı olmuşdur, hadisənin necə baş verməsi barədə ətraflı məlumatı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzrərdə tutulmuş əməli törətməkdə şübhəli bilindiyinə görə şübhəli şəxs qismində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 4(125)-258/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə barəsində 03 ay 27 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri – Gəncə şəhəri, Cavadxan qəsəbəsi, X42 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən “Daşqın İnşaat” tikinti materialları satılan bazarın əsas giriş qapısının qarşısıdır. Həmin tikinti materialları satılan bazarın qarşısı asvalt örtükdən ibarətdir. Qarşısında bir mərtəbəli iaşə obyektləri vardır. X42 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində avtomobillərin istiqamətini dəyişməsi üçün nəzərdə tutulmuş dairəvi hərəkət təşkil olunmuş yolayrıcında 107 nömrəli Gəncə Təhlükəsizlik Şəhər Kamerası vardır. “Daşqın İnşaat” tikinti materialları satılan bazarın əsas giriş qapısının qarşı tərəfində M.C.Paşayev küçəsinin mərkəzində içərisində ağaclar olan otluq sahə (qazon) vardır. Həmin otluq sahə avtomobillərin hərəkət istiqamətini tənzimləmək üçün nəzərdə tutulmuşdur. M.C.Paşayev küçəsinin eni 09 (doqquz) metr olmaqla asvalt örtükdən ibarətdir. Yolun hər iki tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki vardır. Qazonun başlanğıcından 9.11 metr məsafədə şərti “ 01 “ rəqəmi ilə işarələnmiş, ov tüfənginin taxta qundağının qırılmış hissəsi vardır. Həmin hissənin üzəri qəhvəyi rəngli olmaqla uzunluğu 27.5 sm, ən enli hissəsi isə 5.3 sm ölçüdədir. Taxta parçadan otluq sahənin ən yaxın hissəsinədək olan məsafə 99 sm-dir. Həmin taxta parça üzərində orta hissədə boz rəngli yapışdırıcı vardır. Həmin taxta parçası fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Daşqın İnşaat” tikinti materialları satılan bazar ilə üzbəüz dayandıqda, həmin giriş qapısının sol küncündən Cumhuriyyət küçəsi istiqamətində hərəkət etdikdə asvalt örtük üzərində ov tüfənginin taxta qundağının qırılmış hissəsi vardır. Həmin taxta hissə şərti olaraq “02” rəqəmi ilə işarələnmişdir. Şərti “ 01 “ rəqəmi ilə işarələnmiş taxta parçadan, şərti “ 02 “ rəqəmi ilə işarələnmiş taxta parçaya qədər olan məsəfə 18.45 metrdir. “Daşqın İnşaat” tikinti materialları satılan bazarın darvazasının sol küncündən şərti “ 02 “ rəqəmi ilə işarələnmiş taxta parçasına qədər olan məsafə 6.8 metrdir. Həmin taxta parçası fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bazarın giriş qapısının sağ küncündən 6.85 metr aralıda, tikinti materialları satışı həyata keçirilən dükan vardır. Dükanın üzərində “FAB” sözü yazılmışdır. Həmin dükanın giriş qapısının sağ küncündən 4 metr məsafədə asvalt örtük üzərində üzəri çirkli vəziyyətdə olan yun materiallı qara qış papağı vardır. Həmin papaq şərti olaraq “ 03 “ rəqəmi ilə işarləndir. Qeyd olunan dükanın qarşısında eni 1.64 metr olan səki mövcuddur. Həmin səkidən “ 03 “ rəqəmi ilə işarələnmiş papağa qədər olan məsafə 77 sm-dir. Şərti “ 01 “ rəqəmi ilə işarələnmiş taxta parçadan “ 03 “ rəqəmi ilə işarələnmiş papağa qədər olan məsafə 12 metr 87 sm-dir. Həmin şərti “ 3 “ rəqəmi ilə işarələnmiş papağın fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərində “FAB” sözü yazılmış dükan ilə otluq sahə (qazon) arasında asvalt örtük üzərində qanabənzər ləkələr vardır. Həmin ləkələr şərti “ 04 “ rəqəmi ilə işarələnmişdir. “ 01 “ rəqəmi ilə işarələnmiş taxta parçadan “ 04 “ rəqəmi ilə işarələnmiş qanabənzər ləkəyə qədər olan məsafə 5.95 metrdir. “ 04 “ rəqəmi ilə nömrələnmiş qanabənzər ləkədən “ 03 “ rəqəmi ilə işarələnmiş papağa qədər olan məsafə 6.82 metrdir. Həmin qanabənzər ləkənin fotoşəkilləri çəkilməklə nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Üzərində “FAB” sözü yazılmış dükanın sağ küncündən 1.72 metr aralıda səki üzərində qanabənzər ləkələr müşahidə edildi. Həmin qanabənzər ləkələr şərti olaraq “ 05 “ rəqəmi ilə işarələnmişdir. Şərti “ 5 “ rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən, şərti ” 3 “ rəqəmi ilə işarələnmiş papağa qədər olan məsafə 2.28 metrdir. Həmin qanabənzər ləkənin fotoşəkilləri çəkilməklə nümunəsi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerindən Cumhuriyyət küçəsi ilə Gəncə şəhərinin mərkəzi istiqamətində hərəkət etdikdə, hadisə yerindən 2 km 750 metr məsafədə həmin küçədə üzərində “Şərab evi” yazılmış mağazanın qarşısında, 14 metr məsafədə **-DL-*** dövlət qeydiyyat nişanlı Vaz 21012 markalı gümüşü rəngli çirkli formada avtomobil müəyyən edildi. Cumhuriyyət küçəsi həmin hissədə 4 zolaqlı olmaqla, əsk tərəfli yollar arasında içərisində ağaclar və küçə işıqlandırılması üçün nəzərdə tutulmuş işıq dirəkləri olan otluq sahə (qazon) vardır. Həmin avtomobilin sürücü istiqamətində qabaq ön qapısı açıq, qabaq sol təkəri isə boş vəziyyətdədir. Avtomobilin sol qabaq qapısı ilə səki arasında asvalt örtük üzərində şərti “ 06 “ rəqəmi ilə işarələnmiş qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkədən səkiyə qədər olan məsafə 42 sm-dir. Avtomobilin sol qabaq təkərindən həmin qanabənzər ləkəyə qədər olan məsafə 146 sm-dir. Həmin qanabənzər ləkənin fotoşəkilləri çəkilməklə müvafiq qaydada nümunəsi qablaşdırılaraq götürülmüşdür. Avtomobilin içərisinə baxıldıqda bütün oturacaqları boz rəngli çexol örtüklüdür. Avtomobilin sol qabaq oturacağı üzərində qanabənzər ləkələr olan bağlı vəziyyətdə tutacağı qırmızı rəngli bıçaq müəyyən edilmişdir. Həmin bıçaq şərti “ 07 “ rəqəmi ilə işarələnmişdir. Həmin bıçağın tiyəsi gümüşü, bir tərəfi küt, digər tərəfi isə kəsici xassəlidir. Dəstəyi qırmızı rəngli plastik materialdan üzlüklə əhatə olunmuş və 3 nöqtədən bıçağa bərkidilmişdir. Həmin bıçaq qatlanan, tiyənin bir üzündə “STAİNLESS” yazısı olan, ümumi uzunluğu 198 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 89 mm, orta hissədən eni 17 mm, maksimal qalınlığı 1.8 mm, dəstəyin uzunluğu 109 mm, orta hissədən eni 15 mm, orta hissədə qalınlığı 10 mm-dir. Qeyd olunan bıçağın fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sol qabaq oturacağın orta hissəsində qanabənzər ləkələr müəyyən edilmişdir. Həmin qanabənzər ləkə şərti “ 08 “ rəqəmi ilə işarələnməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilin arxa oturacağının üzərində ov tüfənginə məxsus olan qəhvəyi rəngli patron kəməri vardır. Həmin kəmərin uzunluğu 990 mm, eni isə 80 mm-dir. Həmin patron kəmərinin üzərində 3 ədəd patron vardır. Həmin patronlarıdan 2 ədədinin uzunluğu 60 mm, 1 ədədinin uzunluğu isə 69 mm-dir. Qeyd olunan patron kəmərinin və 03 ədəd patron şərti “ 9 ” rəqəmi ilə işarələnərək fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Avtomobilin qabaq oturacaqlar arasında qoşa lüləli, 16 çaplı, N25626 nömrəli ov silahı vardır. Həmin ov silahının qundağı qırılmış vəziyyətdədır. Ov tüfənginin uzunluğu 1150 mm, lülənin uzunluğu 720 mm-dir. Həmin odlu silahın patronluqlarının hərəsində 01 ədəd olmaqla 2 ədəd giliz vardır. Həmin ov silahının yanında 995 mm uzunluğunda 01 ədəd, 620 mm uzunluğunda 01 ədəd olmaqla 02 ədəd dəmir parçası, 01 ədəd isə çəkic vardır. Qundağı qırılmış vəziyyətdə olan 01 ədəd ov silahı, 02 ədəd dəmir parçası, 01 ədəd isə çəkic şərti “ 10 “ rəqəmi ilə işarələnərək fotoşəkilləri çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobilin arxa yük hissəsi də daxil olmaqla ümumilikdə baxış keçirilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Bununla da hadisənin baş verdiyi yerə baxış keçirilməsi başa çatdırılmışdır. Həmçinin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əli Bayramovun meyitinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. qara rəngli gödəkçə; 2. tünd göy rəngli jaket; 3. Boz rəngli yataq köynəyi; 4. qara rəngli mayka; 5. tünd rəngli üzərində göy damaları olan şalvar; 6. qara rəngli dəriəvəzedici materialdan toqqa; 7. boz rəngli tuman; 8. boz rəngli tursik; 9. Qara rəngli corab. Paltarlar köhnədir, əyninə düzgün geyilmişdir. Paltarları soyundurduqda meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 170 smdir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda bir qədər istidir. Meyit ləkələri meyitin arxa səthlərində inkişaf etmişdir, zəifdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə tez bərpa olur. Meyit qacıması adi yoxlanılan əzələ qruplarında inkişaf etməmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə-qapağı sümükləri əllə yoxladıqda tamdır. Göz qapaqları örtülüdür, gözlərin birləşdirici toxumalarına qansızma yoxdur. Bəbəklər dairəvi formalıdır, bərabər genəlmişlər. Buynuz qişalar şəffafdır. Burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağız dodaqlarla örtülüdür, dodaqların daxili səthləri ağımtıl-çəhrayı rəngdədir. Dişləri tamdır, təbiidir, seyrəkdir, dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normastemikdir, simmetrikdir. Qabırğalar əllə yoxladıqda tamdırlar. Qarnı döş qəfəsi səviyyəsindədir. Xarici cinsiyyət üzvüləri düzgün inkişaf etmişdir. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmayıb. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Xəsarətlər: Döş qəfəsinin ön səthində solda ön qoltuqaltı xəttlə Vİİ-Vİİİ qabırğalar səviyyəsində, sol ayaq altından 110 sm yuxarıda dairəvi formalı kənarları nahamar, kənarlarında qaramtıl rəngli 0,2 sm enində qaramtıl rəngdə həlqəvi sıyrıq olan toxuma defektli yara vardır. Döş qəfəsinin arxa səthində solda nəzəri çəkilmiş dairəvi formalı 12 x 10 sm sahədə bir birindən aralı yerləşmiş 5 ədəd oval formalı ölçüləri 0,6 x 0,3 sm olan kənarları nahamar yaralar vardır. Qeyd edilən sahənin orta hissəsindən sol ayaq altına qədər olan məsafə 95 sm-dir. Yaralar sol kürək və sol onurğayanı xətlər üzrə yerləşir. Qeyd olunan sahədə dəridə göyümtül -qırmızımtıl rəngli 1,5 x 1,0 sm ölçüdə, qeyri-müəyyən formalı qançır da vardır, qançır olan nahiyəni əllə yoxladıqda dəri altında kiçik, bərk konsistensiyalı, dairəvi formalı yad cism qeyd edilir. Qançır üzərində kəsik edilərək 4 mm diametrində ağımtıl rəngli, dairəvi formalı yad cism-qırma çıxarıldı. Sol bud nahiyəsinin yan səthinin yuxarı 1/3 hissəsində 2 x 0,5 sm ölçüdə, kənarları hamar bir ucu iti digər ucu qövsvari formalı yara vardır. Sol əlin 1-ci barmağının əsas falanqasının arxa səthində 2 sm uzunluqda, sağ əlin 4-cü barmağının əsas falanqasının arxa səthində 1,5 sm uzunluqda, sağ əlin 2-ci barmağının əsas falanqasının arxa səthində 2 sm uzunluqda kənarları hamar, ucları iti yaralar vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilmədi. Meyitin paltarlarında bədənində olan xəsarətlərə müvafiq nahiyələrdə yaralara uyğun zədələr vardır. Meyitin xarici müayinəsində başqa xəsarətlər müəyyən edilməmişdir. Meyitə baxış zamanı X17 odlu silah yarasının mənfəzindən xaric edilmiş 01 ədəd metal predmet və sonuncunun meyitinin müayinəsi zamanı aşkar edilmiş 01 ədəd metal predmet, X20 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirilmişdir. Həmçinin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X20 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabıya baxış keçirilmişdir. X9 məxsus paltarla baxış zamanı aşağıdakılar aşkar olunmuşdur:
01. 01 ədəd gödəkçə – qara rəngli, ön hissədən düyməlidir, iki yan cibli olmaqla uzunqoldur. Qolları xaricə doğru qatlanmış şəkildədir. Gödəkçənin uzunluğu 800 mm, eni 510 mm-dir. Gödəkçənin üzərində qanabənzər ləkələr vardır. Gödəkçəyə baxış zamanı aşağıdakı zədələr müəyyən edildi: - Gödəkçənin ön, sol, yuxarı hissəsində sol çiyin tikişindən 350 mm aşağıda, sol yan tikişdən 180 mm sağda bir ədəd 45x20 mm ölçüdə deşib-keçən zədə vardır; - Gödəkçənin arxa, sol, aşağı hissəsində aşağı son kənarından 270 mm yuxarıda, sol yan tikişdən 70 mm sağda 160x120 mm sahədə dörd ədəd 15x10 mm, 20x10 mm, 10x10 mm və 7x5 mm ölçülərdə deşib-keçən zədələr vardır.
02. 01 ədəd köynək – mavi rəngli, naxışlı olmaqla uzunqoldur. Köynəyin uzunluğu 710 mm, eni 470 mm-dir. Köynəyin üzərində qanabənzər ləkələr vardır. Köynəyə baxış zamanı aşağıdakı zədələr müəyyən edildi: - Köynəyin ön, sol, yuxarı hissəsində sol çiyin tikişindən 300 mm aşağıda, sol yan tikişdən 120 mm sağda bir ədəd 35x30 mm ölçüdə deşib-keçən zədə vardır; - Köynəyin arxa, sol, aşağı hissəsində aşağı son kənarından 150 mm yuxarıda, sol yan tikişdən 25 mm sağda 115x110 mm sahədə dörd ədəd 15x10 mm, 15x5 m 12x10 mm və 10x10 mm ölçülərdə deşib-keçən zədələr vardır.
03. 01 ədəd köynək – boz rəngli olmaqla uzunqoldur. Uzunluğu 690 mm, eni 540 mm-dir. Köynəyin üzərində qanabənzər ləkələr vardır. Köynəyə baxış zamanı aşağıdakı zədələr müəyyən edildi: - köynəyin ön, sol, yuxarı hissəsində sol çiyin tikişindən 270 mm aşağıda, sol yan tikişdən 90 mm sağda bir ədəd 40x35 mm ölşüdə deşib-keçən zədəvardır; - köynəyin arxa, sol, aşağı hissəsində aşağı son kənarından 200 mm yuxarıda, sol yan tikişdən 110 mm sağda 180x165 mm sahədə altı ədəd 18x10 mm, 10x10 mm, 20x12 mm, 15x10 mm, 5x5 mm və 7x6 mm ölçülərdə deşib-keçən zədə vardır.
04. 01 ədəd şalvar – gör rəngli, qara naxışlı ön hissədən zəncirbəndli, iki yan, iki arxa cibə malik, belində qara rəngli kəmər vardır. Şalvarın uzunluğu 970 mm, bel hissədən eni 45 mm-dir. Şalvarın üzərində qanabənzər ləkələr vardır;
05. 01 ədəd şalvar – boz rənglidir. Şalvarın uzunluğu 1020 mm, bel hissədən eni 430 mm-dir.
06. 01 ədəd tursik – boz rənglidir. Ön bel hissədən üzərinə “DoReMi” yazılmışdır. Uzunluğu 280 mm, bel hissədən eni 310 mm-dir. Tursikin üzərində qanabənzər ləkələr müşahidə edildi;
07. 01 cüt ayaqqabı – mavi rənglidir. Üzəri iplə bağlanılır. Uzunluğu 310 mm, eni 115 mm, hündürlüyü 81 mm-dir. Bununla da X20 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabıya baxış keçirilməsi sona çatmış və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X22 məxsus 01 ədəd ağ rəngli gödəkçəyə, 01 ədəd idman şalvara, 01 cüt ağ rəngli idman ayaqqabısına baxış keçirilmişdir. X22 məxsus paltarla baxış zamanı aşağıdakılar aşkar olunmuşdur: - 01 ədəd gödəkçə – ağ rəngli, ön hissədən zəncirbəndli və düyməlidir. İki yan cibli olmaqla uzunqoldur. Gödəkçənin uzunluğu 730 mm, çiyin hissədən eni 470 mm-dir; - 01 ədəd idman şalvarı – tünd mavi rəngli, hər iki yan tərəfdə qırmızı və ağ zolaqları vardır. İki yan ciblidir. Sağ cibin yanında yuxarıdan aşağıya doğru “RUS” sözü yazılmışdır. Şalvarın uzunluğu 1010 mm, bel hissədən eni 310 mm-dir; - 01 cüt ayaqqabı – ağ rənglidir. Üzəri iplə bağlanılır. Uzunluğu 310 mm, eni 120 mm, hündürlüyü 120 mm-dir. Bununla da 01 ədəd ağ rəngli gödəkçəyə, 01 ədəd idman şalvara, 01 cüt ağ rəngli idman ayaqqabısına baxış keçirilməsi sona çatmış və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs könüllü şəkildə istintaqa təhvil verdiyi özünə məxsus 01 ədəd gödəkcə, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd köynək, 01 ədəd şalvara baxış keçirilmişdir. Zərərçəkmiş şəxs məxsus paltarla baxış zamanı aşağıdakılar aşkar olunmuşdur: - 01 ədəd gödəkçə – boz rəngli, ön hissədən zəncirbəndli, iki yan cibli olmaqla qolsuzdur. Gödəkçənin uzunluğu 630 mm, çiyin hissədən eni 450 mm-dir; - 01 ədəd köynək – boz rəngli, ön hissədən zəncirbəndli uzunqoldur. Köynəyin uzunluğu 660 mm, çiyin hissədən eni 530 mm-dir; - 01 ədəd köynək – mavi rəngli, boğazlı olmaqla uzunqoldur. Uzunluğu uzunluğu-620 mm, çiyin hissədən eni-420 mm-dir; - 01 ədəd şalvar – tünd boz rəngli, ön hissədən zəncirbəndli, iki yan, iki arxa cibə malikdir. Şalvarın uzunluğu uzunluğu 930 mm, bel hissədən eni 390 mm-dir. Bununla da 01 ədəd gödəkcə, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd köynək, 01 ədəd şalvara baxış keçirilməsi sona çatmış və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd boz rəngli köynək, 01 ədəd zolaqları olan köynək, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd papağa və 01 ədəd bıçağa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus paltarla baxış zamanı aşağıdakılar aşkar olunmuşdur:
01. 01 ədəd gödəkçə – xaki rəngli parça materiladn hazırlanmış, ön hissəsi zəncirbəndli, iki yan cibli olmaqla uzunqoldur. Gödəkçənin uzunluğu 730 mm, çiyin hissədən eni 430 mm-dir. Sol qolunun üzərində qırımızı etiket üzərində qara hərflərlə “ULEASE TİEAİ” yazılmışdır. Gödəkcənin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Gödəkcəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Gödəkçənin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 425 mm yuxarıda, sol yan tikişdən 180mm sağda bir ədəd 25 mm uzunluğunda zədə vardır; - Gödəkçənin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 180 mm yuxarıda, sol qolun dairə tikişindən 96 mm aşağıda bir-birindən 45 mm aralıyerləşmiş iki ədəd 25 mm və 30 mm uzunluğunda zədə vardır; - Gödəkçənin arxa hissəsinin yuxarı tərəfində, ətəyin son kənarından 590 mm yuxarıda, sol qolun dairə tikişindən 140 mm sağda bir ədəd 26 mm uzunluğunda zədə vardır; - Gödəkçənin arxa hissəsinin yuxarı sağ tərəfində, ətəyin son kənarından 630 mm yuxarıda, sağ qolun dairə tikişindən 220 mm solda bir ədəd 30 mm uzunluğunda zədə vardır; - Gödəkçənin arxa hissəsinin yuxarı sağ tərəfində, ətəyin son kənarından 695 mm yuxarıda, sağ qolun dairə tikişindən 110 mm sağda bir ədəd 30 mm uzunluğunda zədə vardır; - Gödəkçənin sağ qol hissəsinin arxa tərəfində, qol ağızlığının son kənarından 480 mm yuxarıda, sağ qolun dairə tikişindən 125 mm aşağıda bir ədəd 14 mm uzunluğunda zədə vardır; - Gödəkçənin arxa hissəsinin sağ tərəfində, ətəyin son kənarından 420 mm yuxarıda, sol qolun dairə tikişindən 135 mm sağda bir ədəd 30 mm uzunluğunda zədə vardır.
02. 01 ədəd köynək – boz rəngli, ön tərəfdən boğazı üçbucaq şəkilli olmaqla uzunqoldur. köynəyinin uzunluğu 710 mm, çiyin hissədən eni 410 mm-dir. Köynəyin orta nahiyədən yuxarı hissəsində üzərində “öztaç” yazılan etiket vardır. Köynəyin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Köynəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Köynəyin ön hissəsində, ətəyin son kənarından 430 mm yuxarıda, sol yan tikişdən 170 mm sağda bir ədəd 24 mm uzunluğunda zədə vardır; - Köynəyin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 435 mm yuxarıda, sol qolun dairə tikişindən 73 mm aşağıda bir-birindən 50 mm aralı yerləşmiş iki ədəd 30 mm və 26 mm uzunluğunda zədə vardır; - Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 440 mm yuxarıda, sol yan tikişdən 90 mm sağda bir ədəd 28 mm uzunluğunda zədə vardır; - Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 550 mm yuxarıda, sol yan tikişdən 85 mm sağda bir ədəd 27 mm uzunluğunda zədə vardır; - Köynəyin arxa hissəsinin yuxarı tərəfində, ətəyin son kənarından 662 mm yuxarıda, sol qolun dairə tikişindən 180 mm sağda bir ədəd 24 mm uzunluğunda zədə vardır.
03. 01 ədəd köynək – qırmızı, bənövşəyi və ağ rənglərdən ibarət olmaqla zolaqlıdır. Ön hissədən düyməli olmaqla uzunqoldur. Köynəyin uzunluğu 730 mm, çiyin hissədən eni 440 mm-dir. Ön sol tərəfdən sinə hissədə 01 ədəd cibi vardır. Köynəyin orta nahiyədən yuxarı hissəsində üzərində “BROSSARD İNDİGO JEANS 42” yazılan etiket vardır. Köynəyin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Köynəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Köynəyin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 420 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda bir ədəd 24 mm uzunluğunda zədə vardır; - Köynəyin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 450 mm yuxarıda, sol qolun dairə tikişindən 75 mm aşağıda bir-birindən 48 mm aralı yerləşmiş iki ədəd 29 mm və 30 mm uzunluğunda zədə vardır; - Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 470 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda bir ədəd 33 mm uzunluğunda zədə vardır; - Köynəyin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 570 mm yuxarıda, sol qolun dairə tikişindən 160 mm sağda bir ədəd 30 mm uzunluğunda zədə vardır; - Köynəyin arxa hissəsinin yuxarı tərəfində, ətəyin son kənarından 700 mm yuxarı sol qolun dairə tikişindən 215 mm sağda bir ədəd 31 mm uzunluğunda zədə vardır.
04. 01 ədəd sviter – yuxarı hissədən qara, orta hissədən ağ-qara naxışlı, aşağı hissədən isə boz-qara rənglidir. Uzunqoldur. Sviterin uzunluğu 650 mm, çiyin hissədən eni 490 mm-dir. Sviterin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Sviterə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Sviterin ön hissəsində, ətəyin son kənarından 350 mm yuxarıda, sol yan tikişdən 150 mm sağda bir ədəd 28 mm uzunluğunda zədə vardır; - Sviterin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 490 mm yuxarıda, sol qolun dairə tikişindən 30 mm aşağıda bir-birindən 40 mm aralı yerləşmiş iki ədəd 30 mm və 20 mm uzunluğunda zədə vardır; - Sviterin arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 370 mm yuxarıda, sol yan tikişdən 133mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır; - Sviterin arxa hissəsinin yuxarı sol tərəfində, ətəyin son kənarından 475 mm yuxarıda, sol yan tikişdən 185 mm sağda bir ədəd 27 mm uzunluğunda zədə vardır; - Sviterin arxa hissəsinin yuxarı tərəfində ətəyin son kənarından 570 mm yuxarıda, sol qolun dairə tikişindən 220 mm sağda bir ədəd 26 mm uzunluğunda zədə vardır.
05. 01 ədəd mayka – ağ rənglidir. Maykanın uzunluğu 720 mm, orta hissədən eni 450 mm-dir. Maykanın ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Maykaya baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Maykanın ön hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 470 mm yuxarıda, 23 mm uzunluğunda zədə vardır; - Maykanın arxa hissəsinin sol tərəfində, ətəyin son kənarından 460 mm yuxarıda, 27 mm uzunluğunda zədə vardır; - Maykanın arxa hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 570 mm yuxarıda, 27mm uzunluğunda zədə vardır. - 01 ədəd papaq – üst tərəfdən qara rənglidir, dairəvi formalıdır. İç tərəfdən qəhvəyi rəngli olmaqla naxışlıdır. Papağın diametri 220 mm, hündürlüyü isə 120 mm-dir. - 01 ədəd bıçaq – Həmin bıçağın tiyəsi qara, bir tərəfi küt, digər tərəfi isə kəsici xassəlidir. Dəstəyi qara rəngli plastik materialdan üzlüklə əhatə olunmuş və 3 nöqtədən bıçağa bərkidilmişdir. Həmin bıçaq qatlanmayan, ümumi uzunluğu 258 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 140 mm, orta hissədən eni 30 mm, maksimal qalınlığı 1.2 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 28 mm, orta hissədə qalınlığı 10 mm olan bıçağı Bununla da 01 ədəd yaşıl rəngli gödəkçə, 01 ədəd gödəkcə, 01 ədəd boz rəngli köynək, 01 ədəd zolaqları olan köynək, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd papağ və 01 ədəd bıçağa baxış keçirilməsi sona çatmış və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 dekabr 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə X4 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd gödəkcə, 01 ədəd tursikə keçirilmişdir. X2 məxsus paltarla baxış zamanı aşağıdakılar aşkar olunmuşdur:
01. 01 ədəd gödəkçə – qara rəngli, ön hissədən zəncirbəndli, iki yan cibli olmaqla uzunqoldur. Gödəkçənin uzunluğu 680 mm, çiyin hissədən eni 450 mm-dir. Sol tərəfdən sinə hissəsində “SR” yazılmışdır. Gödəkcənin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Gödəkcəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Gödəkçənin ön hissəsinin sağ yuxarı tərəfində, ətəyin son kənarından 435 mm yuxarıda, sol yan tikişdən 200 mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır; - Gödəkçənin ön hissəsinin sol aşağı tərəfində, ətəyin son kənarından 140 mm yuxarıda, sol yan tikişdən 210 mm sağda bir ədəd 32 mm uzunluğunda zədə vardır; - Gödəkçənin ön hissəsinin sol aşağı tərəfində, ətəyin son kənarından 105 mm yuxarıda, sol yan tikişdən 45 mm sağda bir ədəd 26 mm uzunluğunda zədə vardır; - Gödəkçənin sol qol hissəsində, qol ağızlığının son kənarından 350 mm yuxarıda sol qolun dairə tikişindən 280 mm aşağıda bir ədəd 5 mm uzunluğunda zədə vardır; - Gödəkçənin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 490mm yuxarıda, sol qolun dairə tikişindən 90 mm aşağıda bir-birindən 55 mm aralı yerləşmiş iki ədəd 25 mm və 27 mm uzunluğunda zədə vardır.
02. 01 ədəd köynək –göy rəngli, ön hissədən zəncirbəndli, iki yan cibli olmaqla uzunqoldur. Köynəyin uzunluğu 670 mm, çiyin hissədən eni 390 mm-dir. Köynəyin ön və arxa tərəfinin müxtəlif nahiyələrində qanabənzər ləkələr müşahidə edilir. Köynəyə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Köynəyin ön hissəsinin sol tərəfində, ətəyin son kənarından 170 mm yuxarıda, sol yan tikişdən 160 mm sağda bir ədəd 25 mm uzunluğunda zədə vardır; - Köynəyin ön hissəsinin sol yuxarı tərəfində, ətəyin son kənarından 410 mm yuxarıd,a sol yan tikişdən 140 mm sağda bir ədəd 29 mm uzunluğunda zədə vardır; - Köynəyin sol yan hissəsinin aşağı tərəfində, ətəyin son kənarından 153 mm yuxarıda, sol qolun dairə tikişindən 107 mm aşağıda bir ədəd 25 mm uzunluğunda zədə vardır; - Köynəyin sol qol hissəsində, qol ağızlığının son kənarından 107mm yuxarıda sol qolun dairə tikişindən 207 mm aşağıda bir ədəd 8mm uzunluğunda zədə vardır; - Köynəyin sol qol hissəsinin yuxarı tərəfində, qol ağızlığının son kənarından 525 mm yuxarıda sol qolun dair tikişindən 105 mm aşağıda bir-birindən 60 mm aralı yerləşmiş iki ədəd 25 mm və 30 mm uzunluğunda zədə vardır.
03. 01 ədəd şalvar – qara rəngli, ön hissədən zəncirbəndli, iki yan, iki arxa cibə malik, belində qara rəngli kəmər vardır. Şalvarın uzunluğu 930 mm, bel hissədən eni 480 mm-dir. Şalvara baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Şalvarın ön hissəsinin sol yuxarı hissəsində, ətəyin son kənarından 780 mm yuxarıda, sol yan tikişdən 125 mm sağda bir ədəd 25 mm uzunluğunda zədə vardır; - Şalvarın arxa hissəsinin sol yuxarı hissəsində, ətəyin son kənarından 790 mm yuxarıda, sol yan tikişdən 165 mm sağda bir ədəd 55 mm uzunluğunda zədə vardır; - Şalvarın sol yan hissəsində, ətəyin son kənarından 805 mm yuxarıda, sağ yan 18 mm solda bir ədəd 25 mm uzunluğunda zədə vardır.
04. 01 ədəd tursik – boz rənglidir. Uzunluğu 320 mm, bel hissədən eni 360 mm-dir. Tursikin bel hissədən üzərinə “BOXERLAND” yazılmışdır. Tursikə baxış zamanı aşağıdakılar zədələr müəyyən edildi: - Tursikin ön hissəsində, bel manjetindən 90 mm aşağıda bir ədəd 35 mm uzunluğunda zədə vardır; - Tursikin arxa hissəsində, bel manjetindən 135 mm aşağıda bir ədəd 40 mm uzunluğunda zədə vardır; - Tursikin sağ yan hissəsində, bel manjetindən 75 mm aşağıda bir ədəd 35 mm uzunluğunda zədə vardır. Bununla da belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd gödəkcə, 01 ədəd tursikə baxış keçirilməsi sona çatmış və fotoşəkilləri müvafiq qaydada çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, telefona baxış keçirilməsi haqqında 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “NOKİA” markalı mobil telefon – qara rənglidir, ön ekranın örtüyü sınmışdır. Telefonun ön və arxa hissələrində “NOKİA” sözləri yazılmışdır. Telefon düyməli-ekranlıdır, sadə tiplidir. Telefonun ön hissəsi ekrandan və idarətertmə düymələrindən ibarətdir. Telefonun “*#06#” kombinasiyası vasitəsilə cihaz məlumatları yoxlanılarkən “S1: **********75699 və S2: **********75698” seriya nömrələri müəyyən edildi. Telefonunun “Mesajlar” funksiyasına baxış keçirilən zaman “Eli m” adlı, +**********20 nömrəli kontakta aşağıdakı mesajların göndərildiyi müəyyən edildi: “Olunun.Goruna.Ozun.Dirixla.Ay.Şerefsiz.Alcaq.Meni.Borc.Usde.Camahat.Dara.Darti. Qapima.Tolulub.Gelir.Men.Nagayri.Ozumu.Oldurum.Yoxsa.Gelim.Senin.Varyoxunu.Sikim. Turmeye.Gedim.Men.Kende.Cixasi.Olmamisam.1400puldan.Oteri.Men.İstemedim.Bu.Der eceye.Dusek.Sen.İstedi.Mene.1400.Den.Artiq.Da.Ziyan.Vurdun.Ancaq.Men.Dedim.Cehen nem.İndi.Senin.Oglunun.Yeri.Senin.Yerin.Cehennem.Olacaq.Menim.Yerim.Turme.Sene.Xe berdarliq.Ay.Tulku.Alcaq” – xx.xx.2022-ci il, saat 18:19; “Menim.1400.Pulumu.Hardan.Alirsan.Al.3gune.Catdir.Catdirmasan.Varyoxunu.Sikib. Oglunun.Meydini.Senin.Disine.Vereceyem.Bunu.Sen.İstedin” – xx.xx.2022-ci il, saat 14:48; “Eli.Sen.Casdi.Adresi.Sef.Saldin.Men.İsdedim.Munasibetmizi.Hemiseki.Kimi.Saxlaya q.Ama.Bunu.Sen.İsdedin.Dedenin.Ananin.Goruna.And.İcmisdin.A.Alcaq.İndi.Senin.Dedeni n.Anani.Goruna.Men.Mixlayib.Oglunu.O.Dedenin.Ananin.Yanina.Gondereceyem.Elemeye n.Ogulun.Vayoxunu.Sikecem.” - xx.xx.2022-ci il, saat 14:19; “Yalan.Deyenin.Var.Yoxunu.Sikim.Emirvarri.Siksin.Pulu.Getirmesen.3gune.Gelib.Oglu nun.Birini.Bicaq.Qoyma.Deyib.Meydini.Disine.Verib.Sonra.Men.Turmeye.Sen.Yasamaga.” - xx.xx.2022-ci il, saat 23:21; “Eli.Menim.Pulum.3gune.Catmasa.Olacaqlari.Ozun.Bil.Adresi.Sef.Saldin.Nevaxdatan .Tulku.Kimi.Qacaq.Gezecen.Serefsiz.Alcaq” - xx.xx.2022-ci il, saat 23:09; “Ay.Vijdansiz.Menim.Basima.Ne.Oyun.Acdin.Men.Mecbur.Qalib.Malimin.Otunu.Satira m. Ay.Vijdansiz.” - xx.xx.2022-ci il, saat 23:21; “Eli.Muellim.Men.Sene.Pislekmi.Etdim.1400manati.Verdim.2ildi.Gozledim.Ozum.Ne.C ezalar.Cekdim.Ama.Senden.Pulu.İstemedim.Seni.Tentitmedim.Ama.Bu.GumElediyin.Here kete.Bax.Eli.Muellim.Senden.Cox.Xais.Edirem.1400un.Hamsini.İndi.Ver.Mende.Pis.Veziyy etden.Cixem.Borc.Yeler.Meni.Ele.Tentidib.Ki.İsdeyirm.Bir.Kagiz.Yazam.Kimden.Ne.Qeder. Alacagim.Var.Kime.Ne.Qeder.Vereceyim.Var.Qoyamda.Ozumu.Oldurem.Sennen.Aramdaki .Pul.Hesabini.Mamam.Gil.Bildi.Uzume.Tupururler.” - xx.xx.2022-ci il, saat 21:54; “Eli.Muellim.Mene.Yaxsi.Edirsen.” - xx.xx.2022-ci il, saat 20:22; “Tecili.Mene.Zeng.Et” - xx.xx.2022-ci il, saat 19:22; “Bu.Ne.Hereketdi.Etdin.Ela.Pox.Poxa.Qarisdi” - xx.xx.2022-ci il, saat 18:50; “Salam.Tecili.Mene.Zeng.Et” - xx.xx.2022-ci il, saat 18:46. Telefonunun “Mesajlar” funksiyasına baxış keçirilən zaman “Ramazan.Et” adlı, +**********83 nömrəli kontakta aşağıdakı mesajların göndərildiyi müəyyən edildi: “Bu.Ne.Hereketdi.Edirseniz.” - xx.xx.2022-ci il, saat 14:17. Telefona baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmiş, bununla da baxış sona çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, diskə baxış keçirilməsi haqqında 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən Gəncə şəhər prokurorluğuna “AZF/LGL-6338/23” nömrəli məktubla daxil olmuş bir ədəd CD diskinə baxış keçirilmişdir. Baxış zamanı həmin disk « HP » markalı kompüterə yerləşdirildi. Disk açılan zaman içərisində aşağıdakı faylların olduğu müəyyən edilmişdir:
- “SMS_Tarixcesi__**********0113__708888957”; - “SMS_Tarixcesi__**********0116__708888957”; - “Zenglerin_Detallasmasi__**********4640___708888957”; - “Zenglerin_Mexsusluq_Tarixceleri__**********4713___708888957_NAR”.
İlk olaraq “SMS_Tarixcesi__**********0113__708888957” adlı fayl tərəfimdən açıldı. Faylların içərisində 070 ***-**-** saylı mobil nömrəsindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göndərilən SMS-lərin siyahısı vardır. Həmin siyahıda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 070 ***-**-** saylı mobil nömrəsindən +994 55 *** ** ** mobil nömrəsinə göndərilən SMS-lər müəyyən edildi. Belə ki, qeyd olunan SMS-lərin məzmunu aşağıdakı kimidir: “Еli.Sеn.Cаsdi.Аdrеsi.Sеf.Sаldin.Mеn.İsdеdim.Munаsibеtmizi.Hеmisеki.Kimi.Sаxlаyа q.Аmа.Вunu.Sеn.İsdеdin.Dеdеnin.Аnаnin.Gorunа.Аnd.İcmisdin.А.Аlcаq.İndi.Sеnin.Dеdеni n.Аnаni.Gorunа.Mеn.Mixlаyib.Oglunu.O.Dеdеnin.Аnаnin.Yаninа.Gondеrеcem.Еlеmеyеn. Ogulun.Vаryoxunu.Sikеcеm.Mеnim.1400.Pulumu.Hаrdаn.Аlirsаn.Аl.3gunе.Cаtdir.Cаtdirm аsаn.Vаryoxunu.Sikib.Oglunun.Mеydini.Sеnin.Disinе.Vеrеcеm.Bunu.Sеn.İsdеdin.Olunun. Gorunа.Ozun.Dirixlа.Аy.Sеrеfsiz.Аlcаq.Mеni.Вorc.Usdе.Cаmаhаt.Dаrа.Dаrti.Qаpimа.Tolul ub.Gеlir.Mеn.Nаgаyri.Ozumu.Oldurum.Yoxsа.Gеlim.Sеnin.Vаryoxunu.Sikim.Turmеye.Gеdi m.Mеn.Kеndе.Cixаsi.Olmаmisаm.1400puldаn.Oteri.Mеn.İsdеmеdim.Вu.Dеrеceyе.Dusеk. Sеn.İsdеdi.Mеne.1400.Dеn.Аrtiq.Dа.Ziyаn.Vurdun.Аncаq.Mеn.Dеdim.Cеhеnnеm.İndi.Sеni n.Oglunun.Yеri.Senin.Yеrin.Cеhеnnеm.Olаcаq.Mеnim.Yеrim.Turmе.Sеnе.Xеberdаrliq.Аy. Tulku.Аlcaq” Bundan sonra ardıcıl olaraq “SMS_Tarixcesi__**********0116__708888957”, “Zenglerin_Detallasmasi__**********4640___708888957”,“Zenglerin_Mexsusluq_Tarixceler i__**********4713___708888957_NAR” adlı fayllar açıldı. Fayllara baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir. Bununla da bir ədəd CD diskinə baxış sona çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, diskə baxış keçirilməsi haqqında 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən Gəncə şəhər prokurorluğuna “BKC/LGL-2182/22” nömrəli məktubla daxil olmuş bir ədəd CD diskinə baxış keçirdilmişdir. Baxış zamanı həmin disk « HP » markalı kompüterə yerləşdirilmiş, disk açılan zaman içərisində aşağıdakı faylların olduğu müəyyən edilmişdir: - “SMS_Tarixcesi__**********4441__557971505”; - “SMS_Tarixcesi__**********4444__557971505”; - “SMS_Tarixcesi__**********4521__558528919”; - “Zenglerin_Detallasmasi__**********3121___558528919”; - “Zenglerin_Detallasmasi__**********3131___557971505”; - “Zenglerin_Mexsusluq_Tarixceleri__**********3107___558528919_BKC”; - “Zenglerin_Mexsusluq_Tarixceleri__**********3134___557971505_BKC”. Qeyd olunan fayllara növbəli şəkildə baxış keçirilmiş, lakin fayllara baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat əldə edilməmişdir. Bununla da bir ədəd CD diskinə baxış sona çatmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, X42 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində quraşdırılmış Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinə məxsus GTŞ-107 nömrəli kameradan xx.xx.2022-ci il tarixli video görüntülərlə bağlı xx.xx.2022-ci il tarixli 120-23149-1222 nömrəli məktubla şəhər prokurorluğuna təqdim olunmuş disklərə baxış keçirilmişdir. Disklər açılan zaman birinci diskdə GTŞ-107 1-2022-12-11_1, GTŞ-107 1-2022-12-11_2, GTŞ-107 1-2022-12-11_3 adlı, ikinci diskdə GTŞ-107 1-2022-12-11_4, GTŞ-107 1-2022-12-11_5, GTŞ-107 1-2022-12-11_6 adlı, üçüncü diskdə GTŞ-107 2- 2022-12-11_1, GTŞ-107 2-2022-12-11_2, GTŞ-107 2-2022-12-11_3 adlı, dördüncü diskdə GTŞ-107 2-2022-12-11_4, GTŞ-107 2-2022-12-11_5, GTŞ-107 2-2022-12-11_6 adlı, beşinci diskdə GTŞ-107 3-2022-12-11_ 1, GTŞ-107 3-2022-12-11_ 2 və GTŞ-107 3-2022- 12-11_3 adlı video görüntülərin olduğu müəyyən edilmişdir. İlk olaraq GTŞ-107 1-2022-12- 11_2 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:14-də Təqsirləndirilən şəxs X6 və şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə “VAZ 21012” markalı avtomobillə “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşmüşdürlər. Saat 19:18-də X26 qeyd edilən yerə piyada gələrək şəxslərlə söhbət etməyə başlamışdır. GTŞ-107 1- 2022-12-11_3 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, saat 19:43-də “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs, Niyazi Bayramov, Əli Bayramov, onun oğlu Ayxan Bayramov və digər 3 nəfər şəxs arasında əlbəyaxa mübahisə nəticəsində nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədilir. Yolun hərəkət hissəsində qarşı-qarşıya gümüşü rəngli, “VAZ 21012” və ağ rəngli, “VAZ 21015” markalı avtomobillər saxlanılmışdır. Saat 19:45-də Əli Bayramovun yerdə, Ayxan Bayramovun onun yanında olması, digər mübahisə iştirakçılarının kənarlaşması, insanların ətrafa toplaşması görünür. GTŞ-107 1-2022-12-11_4, GTŞ-107 1-2022-12-11_5, GTŞ-107 1-2022-12-11_6, GTŞ-107 2-2022-12-11_1, GTŞ-107 2-2022-12-11_2, GTŞ-107 2-2022-12-11_3, GTŞ-107 2-2022- 12-11_4, GTŞ-107 2-2022-12-11_5, GTŞ-107 2-2022-12-11_6 adlı video görüntülərə baxış keçirilmiş, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. GTŞ-107 3-2022-12-11_ 1 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, saat 19:14:13-də Təqsirləndirilən şəxs X6 və şəxsiyyəti məlum olmayan digər şəxslə birlikdə “VAZ 21012” markalı boz rəngli avtomobillə “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşmüş, saat 19:15:25-də təkrar avtomobilə əyləşərək gözləmişdirlər. Saat 19:18:35-də X26 qeyd edilən maşına yaxınlaşmış, bundan sonra içəridə olan şəxslər maşından düşərək Əli Bayramovla söhbət etmişdirlər. GTŞ-107 3-2022-12-11_ 2 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, həmin video görüntü saat 19:20-dən saat 19:40-dək vaxt aralığında yuxarıda qeyd edilən şəxslərin söhbət etməsini özündə əks etdirir. GTŞ-107 3-2022-12- 11_ 2 adlı video görüntüyə baxış keçirildikdə müəyyən edilmişdir ki, Əli Təqsirləndirilən şəxs Bayramov, Niyazi Bayramov və yanındakı şəxslərlə söhbət etdiyi zaman, saat 19:42:55-də Ayxan Bayramov şəxsiyyəti məlum olmayan 2 nəfər şəxslə birlikdə ağ rəngli, “VAZ 21015” markalı avtomobillə “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısına gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb avtomobildən düşmüş, söhbətə qoşulmaq istədiyi vaxt Əli Bayramov tərəfindən saxlanılmış, daha sonra ondan ayrılaraq Təqsirləndirilən şəxs və Niyazi Bayramovun üzərinə doğru getmiş, adıçəkilən şəxslər arasında əlbəyaxa süpürləşmə baş vermişdir. Saat 19:43:52-də Təqsirləndirilən şəxs “VAZ 21012” markalı avtomobilin arxa oturacağından ov silahını götürərək 19:44:18-də nəqliyyat yolunun ortasında dayanmış Əli Bayramov istiqamətində atəş açmış, sonuncu yerə yıxılmışdır. Həmin ərəfədə şəxsiyyəti məlum olmayan mübahisə iştirakçısı hadisə yerindən qaçmışdır. Saat 19:44:23-də Təqsirləndirilən şəxs silahın qundağı ilə Ayxan Bayramovun bel nahiyəsinə zərbələr endirmişdir. Saat 19:44:55-də Niyazi Bayramov maşının sükanında əyləşməklə Təqsirləndirilən şəxsla birlikdə “VAZ 21012” markalı avtomobillə hadisə yerini tərk etmişdir. Saat 19:45-də Əli Bayramovun yerdə, Ayxan Bayramovun onun yanında olması, digər mübahisə iştirakçılarının kənarlaşması, insanların ətrafa toplaşması görünür. Saat 19:46:36-da Ayxan Bayramov ətrafdakıların köməyi ilə Əli Bayramovu “VAZ 21015” markalı avtomobilə yerləşdirərək hadisə yerini tərk etmişdir. GTŞ-107 1-2022-12- 11_1 adlı video görüntüyə baxış keçirilmiş, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “avtomobilə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil **-DV-*** dövlət qeydiyyat nişanlı Vaz 21015 markalıdır, ağ rənglidir. Avtomobilin daxilinə və xaricinə, eləcə də arxa yük hissəsinə bütünlükdən baxış keçirilmişdir. Lakin cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı hal, eləcə də iz aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə qatlanmayan, ümumi uzunluğu 258 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 140 mm, orta hissədən eni 30 mm, maksimal qalınlığı 1.2 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 28 mm, orta hissədə qalınlığı 10 mm olan bıçaq, ona oxşar olan üç ədəd bıçaq arasında Gəncə şəhər BPİ-nin MSY-də masa üzərində sıra ilə nömrələnmiş vəziyyətdə Təqsirləndirilən şəxs tanınmaya təqdim olundu. Bıçaqlar nömrələnərkən və masa üzərinə sıra ilə qoyularkən Təqsirləndirilən şəxs dəhlizdə gözlədildi. Üç ədəd oxşar bıçaq müvafiq olaraq “ 1 ”, “ 3 ” və “4” rəqəmləri ilə, xəstəxanadan Təqsirləndirilən şəxs paltarları ilə birgə götürülmüş bıçaq isə “ 2 ” rəqəmi ilə nömrələndi. Bundan sonra Təqsirləndirilən şəxs otağa dəvət olundu və ona təklif olundu ki, ona məxsus olmaqla hadisə zamanı üzərində olan bıçağın həmin bıçaqların arasında olub-olmamasını göstərsin və əgər həmin bıçağı tanıyırsa, hansı əlamətlərinə görə tanımasını bildirsin. Təqsirləndirilən şəxs cəmi 04 ədəd nömrələnmiş bıçağa baxdıqdan sonra “2” nömrəsi ilə nömrələnmiş bıçağı göstərərək məhz həmin bıçağın ona məxsus olduğunu, hadisə zamanı üzərində olduğunu, lakin həmin bıçaqdan istifadə etmədiyini göstərdi. Təqsirləndirilən şəxs “1”, “3” və “4” rəqəmləri ilə nömrələnmiş bıçaqları tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əli Bayramov barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 100 nömrəli rəyindən görünür ki, sonuncunun meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinələrin cavabına əsasən və ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq, nəticəyə gəlinmişdir : - X7 meyitinin müayinəsi zamanı döş qəfəsinin sol yarısının ön səthində daxilə keçən ürəyin, sol ağciyərin, diafraqmanm, dalağın, sol böyrəküstü vəzin və sol böyrəyin zədələnməsi; sol V,Vİ,Vİİ,Vİİİ qabırğaların orta körpücük xətt üzrə Xİ,Xİİ qabırğaların onurğayam xətt üzrə sınması ilə müşaiyət olunan dəlib-çıxan odlu silah yarası.Giriş dəliyi döş qəfəsinin ön səthində solda ön qoltuqaltı xətt üzrə Vİ-Vİİ qabırğalar səviyyəsində ayaq altından 110 sm yuxarıda, çıxış dəlikləri isə döş qəfəsinin arxa səthində və sol bel nahiyəsində ayaq altından təqribən 95 sm yuxarıda yerləşir. Yara kanalının istiqaməti soldan sağa, öndən arxaya, yuxarıdan aşağıya doğrudur. Atəş dirənmiş və ya dirənmiş vəziyyətdə yaxın məsafədən atılmışdır. Bu xəsarət həyatidir, patronu qırma ilə doldurulmuş odlu silahdan, yaxın məsafədən atılmış bir atəşin nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsindəki göstərilən tarixə, yəni xx.xx.2022-il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. - Qeyd olunan odlu silah yarasından başqa X7 sol əlin İ-ci, sağ əlin İİ, İV barmaqlarında kəsilmiş yaralar, sol bud nahiyəsində isə deşilmiş - kəsilmiş yara da müəyyən edildi. Bu xəsarətlər də həyatidir, kəsici və deşici-kəsici alətlərlə yetirilmişdir, yetirilmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcələrinə görə, belə xəsarətlər canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb (plan) sağlamlığa YÜNGÜL zərər vurma kimi qiymətləndirilir. - Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzarə alaraq belə hesab edirəm ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzarən 1-2 saatdır (meyit xx.xx.2022-ci il tarixdə saat 21:30-da müayinə olunmuşdur). - X7 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin, sol ağciyərin, diafraqmanın, dalağın, sol böyrəküstü vəzin və sol böyrəyin zədələnməsi, sol V,Vİ,Vİİ,Vİİİ qabırğaların orta körpücük xətt üzrə Xİ,Xİİ qabırğaların onurğayam xətt üzrə sınması ilə müşaiyət olunan dəlib-çıxan odlu silah yarası olmuşdur. - Xəsarətlərin qarşılıqlı dalaşmağa və ya özünü müdaflyəyə xarakterik olubolmamasını müəyyən etmək məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. - X7 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ayxan Bayramov barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2188 nömrəli rəyindən görünür ki, sonuncunun məhkəmə-tibbi müayinəsinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: - X12 əlin lll-lV və sağ əlin lV-V barmaqlarının üst səthlərinin sıyrıqları-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2221 nömrəli rəyindən görünür ki, sonuncunun məhkəmə-tibbi müayinəsinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: - Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ dirsək nahiyəsinin sıyrığı- bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Niyazi Bayramov barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 101 nömrəli rəyindən görünür ki, sonuncunun meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinələrin cavabına əsasən və ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq, nəticəyə gəlinmişdir: - X1 meyitinin bədənində - alın nahiyəsində bir ədəd, döş qəfəsinin sol yarısının ön səthində bir ədəd, qarın nahiyəsində iki ədəd, sol bazu nahiyəsində üç ədəd, sol sağrı nahiyəsində bir ədəd, hər iki bud nahiyəsində bir ədəd olmaqla cəmi on ədəd deşilmişkəsilmiş yara müəyyən edilmişdir. Bu xəsarətlər həyatidir, deşici-kəsici alətin(alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 11.12.22-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə: döş qəfəsində olan bir ədəd yara sol İİİ qabırğa qığırdağını zədələyərək sol döş boşluğuna keçdiyindən, qarın nahiyəsində olan iki "ədəd yara isə qarın boşluğuna nüfuz edərək nazik bağırsaq müsariqəsini və mədənin seroz qişasını zədələdiyindən bu xəsarətlərin hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir; digər xəsarətlər isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurma kimi qiymətləndirilir. - X1 bədənində müəyyən edilən kəsilmiş-deşilmiş yaradan başqa sol diz nahiyəsində sıyrıq kimi xəsarət də aşkar edildi. Bu xəsarət həyatidir, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 11.12.22-ci il tarixə uyğun gəlir və belə xəsarət canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirilir və dərəcəsi təyin edilmir. - X1 ölümünə səbəb alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, hər iki bud nahiyələrinin çoxsaylı deşilmiş-kəsilmiş yaralar kompleksi nəticəsində əmələ gələn kəskin və çoxlu qanitirmə olmuşdur. Ölümün müddəti stasionar xəstənin tibbi kartasında göstərilən tarixə, yəni 12.12.22-il tarixə, saat 07:00 uyğun gəlir. - Xəstəxanada tibbi yardım məqsədi ilə X2 dərman maddələri vurulduğundan, hadisədən qabaq onun spirtli içkilər qəbul edib - etməməsini müəyyən etmək mümkün deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 07 nömrəli rəyindən görünür ki, sonuncunun məhkəmə-tibbi müayinəsinə və tibbi sənədlərə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: - Təqsirləndirilən şəxs bədəni üzərində-boyun nahiyəsində iki ədəd, sol bazu nahiyəsində iki ədəd, sol kürək nahiyəsində iki ədəd və döş qəfəsinin ön səthində bir ədəd olmaqla yeddi ədəd kəsilmiş-deşilmiş yaralar müəyyən edildi. Bu xəsarətlər deşici - kəsici alətlə(alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində təkrar məhkəmə-tibbi ekspertizasının T152/2023 nömrəli rəyindən görünür ki, tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: - xx.xx.2023-cü il tarixli 07 saylı rəyin elmi əsaslılığı onun hal-hazırda qüvvədə olan “Ekspert rəyi”nin tərtibatına əməl olunmasıdır. - Təqsirləndirilən şəxs boyun nahiyəsinin iki ədəd, sol bazu nahiyəsinin iki ədəd, sol kürək nahiyəsinin iki ədəd və döş qəfəsinin ön səthinin bir ədəd, ümumilikdə yeddi ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Xəsarətlərin xüsusiyyətləri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. - Xəsarət yetirilərkən həmlə edənlə zərərçəkmişin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, KEŞ-86 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X3 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və meyitinin məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlinmişdir: - X3 adına Gəncə şəhər X37 Xəstəxanasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuş və ona “Döş qəfəsinin qarının daxilinə keçən kəsilmiş- deşilmiş yaraları” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir; - Niyazi Bayramova təyin edilmiş diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya. Reviziya, sanasiyası və drenaj lanma” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir; - Əməliyyatdan sonra qanitirmə ilə əlaqədar xəstənin vəziyyəti ağır olmuş və xx.xx.2022- ci il tarixdə onda bioloji ölüm baş vermişdir; - Niyazi Bayramovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb alın, döş qəfəsi, qarın, sol bazu, sol sağrı, sağ bud nahiyələrinin çoxsaylı deşilmiş-kəsilmiş yaralar kompleksi nəticəsində əmələ gələn kəskin və çoxlu qanitirmənin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır;\ - Niyazi Bayramova göstərilmiş ixtisaslı tibbi yardımlar səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 12 saylı rəyindən görünür ki, ********* saylı cinayət işi əlaqədar olaraq təqdim olunmuş maddi sübutların məhkəmə-tibbi tədqiqinə əsasən aşağıdakı nəticəyə gəlinmişdir:
1. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır.
2. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır.
3. X7 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür.
4. X16 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə AB (İV)-dür.
5. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İl)-betadır.
6. Təqdim olunmuş bir ədəd açılıb-bağlanan bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan X2 və Təqsirləndirilən şəxs məxsus ola bilər.
7. Təqdim olunmuş hadisə yerindən götürülmüş №-4, №-5, №-6, №-8 nömrəli qan nümunələri üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan X2 və Təqsirləndirilən şəxs məxsus ola bilər.
8. Təqdim olunmuş X4 məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan mərhumun özünə və Təqsirləndirilən şəxs məxsus ola bilər.
9. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O (İ) alfa-beta olduğundan X2 və onun özünə məxsus ola bilər.
10. Təqdim olunmuş X20 məxsus paltarlar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi AB (İY) olduğundan mərhumun özünə məxsus ola bilər.
11. Təqdim olunmuş meyidə baxış zamanı götürülmüş kartec və tıxac üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi AB (İV) olduğundan mərhumun özünə məxsus ola bilər.
12. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd papaq, hadisə yerindən götürülmüş bir ədəd papaq, X9 məxsus bir ədəd şalvar (tuman), Zərərçəkmiş şəxs məxsus paltarlar, X22 məxsus paltarlar, bir ədəd patrondaş, atılıb və atılmamış patronlar, bir ədəd boş patron, bir ədəd çəkic, bir ədəd armatur, bir ədəd ling, bir ədəd qoşa lüləli ov tüfəngi üzərində qan aşkar olunmadı.
13. Təqdim olunmuş bir ədəd kustar üsulla hazırlanmış bıçaq üzərində qan aşkar olumnadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-ballistik, məhkəmə-kriminalistik, məhkəmə-trasoloji və məhkəməsoyuq silah ekspertizasının 28 fevral 2023-cü il tarixli, 3/62; 63; 64; 65 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı aşağıdakılar müəyyən edilmişdir: - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah - 1964-cü ildə, keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “Б” modelli, 25626-64 №-li, xarici çaxmaqlı, qoşalüləli tüfəngdir, hissə və mexanizmləri eyni bir silaha aiddir, konstruksiyasında qoruyucu mexanizm nəzərdə tutulmamışdır, detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, qəlibinin tətikbəndi yerində yoxdur, həmin detalın olmaması ilə silahdan istifadə olunmasında əhəmiyyətli çətinlik, nasazlıq yaranmamışdır, qundağı sınıb qəlibdən ayrıldığı üçün o, halhazırda nasazdır, lakin atəş açarkən həmin nasazlığı asanlıqla aradan qaldırmaq mümkündür, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır və döyüş vəziyyətinə gətirib, tətiklərini çəkmədən, o cümlədən zərbə ilə yerə dəydikdə, zərbə ilə vurulduqda, əldən yerə düşdükdə, çaxmaqları çəkildikdə və s. hallarda ondan öz-özünə atəş açılmır. - Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron - 16 kalibrli olmaqla, həmin kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış gilizlərə malik, 02 ədədi (“1” və “2” nömrəli patronlar) yivsiz ov silahlarında istifadə olunan atəş komponentləri ilə zavod üsulu ilə doldurulmuş, 01 ədədi isə (“3” nömrəli patron) həmin növ atəş komponentlərinin bir hissəsi ilə kustar üsulla doldurulmuş patronlardırlar, “1” və “2” nömrəli patronlar hədəfə zədə yetirmə qabiliyyətinə malik olmaqla təyinatları üzrə istifadəyə (atəşə) tam yararlıdırlar, “3” nömrəli patronda isə yalnız barıt atımı olduğu üçün atəş açmaq mümkündür, lakin onun daxilində müvafiq mərmi (qırma və s.) olmadığına görə, həmin patron hədəfə zədə yetirmə qabiliyyətinə malik olmadığı üçün, təyinatı üzrə istifadəyə yararsızdır. Təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmin 03 ədəd patron həmçinin tədqiqata təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngində də istifadə oluna bilərlər. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin 2 (iki) ədəd gilizdən: “1” nömrəli giliz, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-İi qoşalülə ov tüfənginin sağ lüləsindən, “2” nömrəli giliz isə həmin tüfəngin sol lüləsindən atılmışdır. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd karteç formalı metal predmet - müxtəlif kalibrli, yivsiz, odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir - diametri təxminən 8 mm olan karteçdir. Təyinatına uyğun olaraq, həmin karteçin digər atəş komponentləri ilə birlikdə təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin karteçin üzərində atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından və atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun, atəşədək təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə, yaxud başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadığını, eləcə də həmin gilizlərin hansındansa, yaxud başqa hansısa konkret bir gilizdən və təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 qoşalüləli ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd tıxacabənzər plastmas predmet – 16 kalibrli, yivsiv odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir – polietilen “konteyner” tipli tıxacdır. Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə təqdim olunmuş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun, təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə, yaxud başqa hansısa konkret bir gilizə doldurulub-doldurulmadığını və eləcə də həmin gilizlərin hansındansa və təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngindən, yaxud başqa hansısa konkret bir silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kəmər formalı predmet - yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, müxtəlif kalibrli patronların və onların gilizlərinin qoyulması və gəzdirilməsi məqsədilə kustar üsulla hazırlanmış ləvazimatdır - kəmər formalı patrontaşdır, döyüş sursatı və ya odlu silahın funksional əhəmiyyət daşıyan komplekt hissəsi hesab olunmur, təyinatına uyğun olaraq, həmçinin funksional əhəmiyyət daşımayan komplekt hissə kimi tədqiqata təqdim edilmiş 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli ov tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş 16 kalibrli patronların doldurulması üçün də istifadə oluna bilər. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd çəkic formalı predmet - kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı alətdir - çəkicdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd metal predmetdən: a) “1" rəqəmi ilə işarələnmiş metal predmet - kustar üsulla hazırlanmış, tikintidə, təsərrüfatda və eləcə də müxtəlif texniki məqsədlərlə istifadə olunan “armatura” tipli metal məmulatın bir parçasıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir; b) “2” rəqəmi ilə işarələnmiş metal predmet - kustar üsulla hazırlanmış, müxtəlif təsərrüfat sahələrində və eləcə də texniki məqsədlərlə istifadə olunan alətdir - lingdir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd bıçaqdan: a) “1” rəqəmi ilə işarələnmiş bıçaq - zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir; b) Tədqiqata təqdim edilmiş, “2” rəqəmi ilə işarələnmiş bıçaq, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - soyuq silah hesab edilmir; -Tədqiqata təqdim edilmiş bir ədəd silahın lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. - Tədqiqata təqdim edilmiş üzərində “Əli Bayramova” məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd sviter və bir ədəd uzunqol alt köynəyinin üzərində rəyin tədqiqi hissəsində göstərilən sayda və ölçüdə zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, geyim əşyalarının ön hissəsində olan zədə giriş, arxa hissəsində olan zədələr isə çıxış zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin - qırmaların təsirindən, silahın lülə ağzı gödəkçənin ön, sol, yuxarı hissəsinə dirənmiş vəziyyətdə, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində qırmaların təsirindən də yarana bilər. Geyim əşyaları üzərində olan zədələr yerləşmə sahələrinə görə Əli Bayramovun bədən xəsarətlərinə dair məhkəmə tibbi ekspertizasının rəyində qeyd edilən odlu silah xəsarətləri ilə üst-üstə düşür. - Tədqiqata təqdim edilmiş üzərində “Əli Bayramova” məxsus olduğu qeyd edilən digər geyim əşyaları, “Ayxan Bayramov”, “Təqsirləndirilən şəxs”, “Niyazi Bayramov” və “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. - Tədqiqata təqdim edilmiş üzərində “Əli Bayramova” məxsus olduğu qeyd edilən üzərində zədə olmayan digər geyim əşyaları, “Təqsirləndirilən şəxs” və “Niyazi Bayramova” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. - Tədqiqata təqdim edilmiş üzərində “Ayxan Bayramov” və “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. - Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əynində olmuş....” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd pulover, bir ədəd köynək, bir ədəd alt köynəyi, bir ədəd maykanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Ümumi əlamətlərinə əsasən gödəkçənin, puloverin, köynəyin, alt köynəyi, maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. - Təqdim edilmiş gödəkçənin, puloverin, köynəyin, alt köynəyi, maykanın səthində olan zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin bir və bir neçə və ya hər hansı konkret bir bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş gödəkçənin, puloverin, köynəyin, alt köynəyi, maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəspn öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. - Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əynində olmuş...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd pulover, bir ədəd köynək, bir ədəd alt köynəyi, bir ədəd maykanın səthində olan səthində olari'vl yuxarıda təsvir edilmiş zədələr Təqsirləndirilən şəxs barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə üst-üstə düşürlər. - Tədqiqata təqdim edilmiş üzərində “...Niyazi Bayramovun əynində olmuş....” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd tumanın səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Ümumi əlamətlərinə əsasən gödəkçənin, jaketin, şalvarın, tumanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. - Təqdim edilmiş gödəkçənin, jaketin, şalvarın, tumanın səthində olan zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədənin bir və bir neçə və ya hər hansı konkret bir bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. - Təqdim edilmiş gödəkçənin, jaketin, şalvarın, tumanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. - Təqdim edilmiş üzərində “...Niyazi Bayramovun əynində olmuş...” yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçə, bir ədəd jaket, bir ədəd şalvar, bir ədəd tumanın səthində olan və yuxarıda təsvir edilmiş zədələr X6 barəsində verilmiş tibbi rəydə qeyd olunmuş bədənində olan xəsarətlərlə üst-üstə düşürlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X17, X16, Təqsirləndirilən şəxs, X5 və X18 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır: - Təqsirləndirilən şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş tünd boz rəngli hamarpoliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, - Təqsirləndirilən şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş göy rəngli poliakrilonitril kimyəvi liflər cinsi əlamətlərinə görə Əii Bayramovun köynəyinin tərkib liflərinə uyğun gəlirlər; - Ayxan Bayramovun şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Əli Bayramovun şalvarının tərkib liflərinə uyğun gəlirlər, - Ayxan Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamarpolietster kimyəvi iiflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. - Zərərçəkmiş şəxs gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, - Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Əii Bayramovun şalvarının tərkib liflərinə uyğun gəlirlər. - Əli Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş bej rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Ayxan Bayramovun gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər, - Əli Bayramovun şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, - Əli Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamar-poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. - Niyazi Bayramovun şalvarının üzərindən aşkar edimiş rəngli göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Əli Bayramovun şalvarının tərkib liflərinə uyğun gəlirlər; - Niyazi Bayramovun gödəkçəsinin üzərindən aşkar edilmiş xaki rəngli hamar kimyəvi iiflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 794/278 nömrəli rəyindən görünür ki, komissiya bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, psixiatriya stasionarında müalicə olunmaması, tibbi yardım üçün fərdi qaydada həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya pozuntusunun az ifadəli olması əsas verir. Həmin rəyin davamı olaraq ekspert psixoloq aşağıdakı nəticəyə gəlmişdir: - Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər; - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ayxan Bayramov barəsində təyin edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 759/268 nömrəli rəyindən görünür ki, komissiya bu nəticəyə gəlmişdir ki, X25 cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. X25 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. X16 əməli AR CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə X16 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, psixiatriya stasionarında müalicə olunmaması, tibbi yardım üçün fərdi qaydada həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamam psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi əsas verir. Həmin rəyin davamı olaraq ekspert psixoloq aşağıdakı nəticəyə gəlmişdir: - X25 aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; - X25 cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur, bu halın yaranma səbəblərindən biri atasına qarşı törədilmiş qanunazidd əməl ola bilər; - X25 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs barəsində təyin edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2022-ci il tarixli 770/271 nömrəli rəyindən görünür ki, komissiya bu nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs ona şamil edilən cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi və s.) imkan verir. Zərərçəkmiş şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayarq o, ona şamil edilən hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Zərərçəkmiş şəxs əməli AR CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək, görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Zərərçəkmiş şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, psixiatriya stasionarında müalicə olunmaması, tibbi yardım üçün fərdi qaydada həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək hər hansı cinayət əməli törətmədiyini bildirməsi, hadisənin şahidi olduğunu söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür, intellekt pozğunluqlarının aşkar olunmaması, ekspertiza zamanı psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, düşdüyü vəziyyətə tənqidi münasibət bəsləməsi, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi və s.) az ifadəli olması əsas verir. Həmin rəyin davamı olaraq ekspert psixoloq aşağıdakı nəticəyə gəlmişdir: - Zərərçəkmiş şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə. Öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; - Zərərçəkmiş şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur; - Zərərçəkmiş şəxs ona şamil edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 159 nömrəli rəyindən görünür ki, sonuncu narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 121-37044- 1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, qeyd olunan şəxslərin əvvəllər aralarında mübahisənin və ədavətin olmadığı, onların yaşadığı ərazidə müsbət xarakterizə olunduqları, 1-ci PŞ-də münaqişəli ailə kimi qeydiyyatda olmaması müəyyən edilmişdir. Cinayət hadisəsində istifadə edilmiş qoşa lüləli, 16 çaplı N25626 nömrəli ov silahının və bıçaqların yaşadıqları evdən götürüldüyü və qoşa lüləli, 16 çaplı N25626 nömrəli ov silahının əvvəllər hər hansi bir cinayət zamanı istifadə edilməməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-72/2-2144/2023 saylı məktuba əlavə edilmiş sənədlərdən görünür ki, 1964-cü il istehsalı olan, “TOЗБ” markalı, qoşa lüləli, 16 çaplı, N-25626 nömrəli, ov tüfəngi RF-nin Tula silah zavodunda istehsal olunmuşdur. Təqsirləndirilən şəxs N-25626 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Daşkəsən RPŞ tərəfindən 26 iyul 2019-cu il tarixdə 329 nömrəli şəhadətnamə verilmiş, 17 fevral 2021-ci il tarixdə isə 329 nömrəli şəhadətnamə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Respublikası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 954 nömrəli məktubundan görünür ki, Ayxan Bayramov, Əli Bayramov, Niyazi Bayramov, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Respublikas Psixiatriya Xəstəxanasında müalicədə və qeydiyyatda olmamışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 426, 427, 428, 429, 430 nömrəli məktublarından görünür ki, Əli Bayramov, Niyazi Bayramov, Təqsirləndirilən şəxs, Ayxan Bayramov və Zərərçəkmiş şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 1118, 1119, 1122, 1123 nömrəli məktublarından görünür ki, Əli Bayramov, Niyazi Bayramov, Ayxan Bayramov, Zərərçəkmiş şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Əmirvar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 26 nömrəli və həmin tarixli 27 nömrəli yaşayış yeri və ailə tərkibi haqqında arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilməklə, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla aşağıdakı adları göstərilən ailə üzvləri vardır: - Arvadı - xx.xx.1993-cü il təvəllüdlü Şahid4, işləmir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklər edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə məzmun və mahiyyət baxımından yenidən ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 aprel 2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 4 №, 5 №, 6 №, 8 №-li qablaşdırılmış formada olmaqla 04 ədəd qan nümunəsi, hadisə yerindən götürülmüş 01 ədəd papaq, üzərində 02 ədəd patron gilizi olan qoşa lüləli, 16 kalibrli, “Б” modelli, 25626-64 nömrəli ov silahının hissələri, 03 ədəd patron, 01 ədəd patron kəməri, X17 odlu silah yarasının mənfəzindən xaric edilmiş 01 ədəd metal, 01 ədəd plastmas olmaqla 02 ədəd predmet, 02 ədəd bıçaq, 01 ədəd ling, 01 ədəd armatura tipli metal predmet, 01 ədəd çəkic, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd boz rəngli köynək, 01 ədəd zolaqları olan köynək, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd papaq, X22 məxsus 01 ədəd gödəkcə, 01 ədəd idman şalvarı, 01 cüt ayaqqabı, X4 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd gödəkcə, 01 ədəd tursik, X20 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkcə Təqsirləndirilən şəxs məxsus “NOKİA” markalı mobil telefon maddi sübut kimi tanınaraq ********* nömrəli cinayət işindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 29, 120.2.7, 221.2.1 və 221.3-cü maddələri ilə ayrılmış ********* nömrəli cinayət işində saxlanılmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və Zərərçəkmiş şəxs ilə barışmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edilməli, eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi əməli odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab olunmalıdır. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməllərlə (hərəkətlərlə) Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 4(125)-258/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə barəsində 03 ay 27 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübutlar – Gəncə şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan 4 №, 5 №, 6 №, 8 №-li qablaşdırılmış formada olmaqla 04 ədəd qan nümunəsi, hadisə yerindən götürülmüş 01 ədəd papaq, üzərində 02 ədəd patron gilizi olan qoşa lüləli, 16 kalibrli, “Б” modelli, 25626-64 nömrəli ov silahının hissələri, 03 ədəd patron, 01 ədəd patron kəməri, X17 odlu silah yarasının mənfəzindən xaric edilmiş 01 ədəd metal, 01 ədəd plastmas olmaqla 02 ədəd predmet, 02 ədəd bıçaq, 01 ədəd ling, 01 ədəd armatura tipli metal predmet, 01 ədəd çəkic, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə, 01 ədəd boz rəngli köynək, 01 ədəd zolaqları olan köynək, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd papaq, X22 məxsus 01 ədəd gödəkcə, 01 ədəd idman şalvarı, 01 cüt ayaqqabı, X4 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd gödəkcə, 01 ədəd tursik, X20 məxsus belində kəməri olan 01 ədəd şalvar, 01 ədəd boz rəngli şalvar, 01 ədəd boz rəngli köynək, 01 ədəd göy rəngli köynək, 01 ədəd gödəkcə, 01 ədəd tursik, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək, 01 ədəd zəncirbəndli köynək, 01 ədəd şalvar, 01 ədəd gödəkcə və Təqsirləndirilən şəxs məxsus “NOKİA” markalı mobil telefonun taleyi X25 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 221.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılan zaman həll edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizalarının cəmi 405 manat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli 15 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayət işi üzrə maddi sübutların taleyi X25 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının CM-in 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7 və 221.2.1-ci maddələri ilə, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 221.2.1 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılan zaman həll edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 405 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.