Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-73/2021 27.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə 26 avqust 1969-cu ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 11,151 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxslə bağlı daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Bərdə RPŞ-nin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 06:20-də yaşadığı Bərdə rayonunun Zümürxan Ərazi Dairəsi, Zümürxan kənindəki evinin qarşısında saxlanılaraq Bərdə RPŞ-in inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 11,151 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın qabaq sağ yan cibindən 2 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 4,897 qram və 6,254 qram olmaqla aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyrək göstərmişdir ki, ilk dəfə təxminən 30 il əvvəl narkotik vasitə istifadə etməyə başlamış, hər zaman narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, marixuananı isə yaşadığı Bərdə rayonu ərazisində yabanı halda bitən kollardan yığımış və ya tanımadığı şəxslərdən almışdır. Mütəmadi olaraq narkotik vasitə istifadə edən olmamışdır. Məhkəmənin diqqətinə bir daha çatdırır ki, heç bir cinayət törətməmiş, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün hazırda ittiham olunduğu cinayəti törətdiyini qəbul etmək məcburiyyətində qalmışdır. Belə ki, Bərdə rayon Polis Şöbəsində onun ona bildirmişlər ki, “əgər deyilənləri qəbul etməsə oğlu da onunla birlikdə həbs ediləcək”. O, da oğlunun da tutulacağından qorxub razılaşmışdır. Onun heç bir narkotik vasitədən xəbəri olmamış, sözügedən ittiham ona qarşı səbəbsiz yerə elan edilibdir. Qeyd olunanların nəzərə alınıb məhkəmə tərəfindən ona bəraət verilməsini israrla məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, evlidir, 2 övladı vardır, rəsmi olaraq heç yerdə işləmir və günəmuzd fəhlə işləyib ailəsini dolandırır. İlk dəfə təxminən 30 il əvvəl narkotik vasitə istifadə etməyə başlamış, hər zaman narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, marixuananı isə yaşadığı Bərdə rayonu ərazisində yabanı halda bitən kollardan yığımış və ya tanımadığı şəxslərdən almışdır. Mütəmadi olaraq narkotik vasitə istifadə edən olmamış, təxminən ayda 2-3 dəfə narkotik vasitə istifadə etmişdir. 2017-ci il tarixdə barəsində cinayət işi başlanandan sonra həbs olunmuş və həbsdən azad edildikdən sonra bir daha narkotik vasitə istifadə etməmək qərarına gəlmişdir. Lakin bədənində olan ağrıları azaltmaq və fikirlərini dağıtmaq məqsədi ilə yenidən narkotik vasitə qəbul emək qərarına gəlmişdir. Bərdə şəhərində tanımadığı şəxslərdən müxtəlif vaxtlarda və yerlərdə narkotik vasitə qurululmuş marxiana alıb istifadə etmiş, narkotik vasitələri aldığı şəxsləri tanımadığı üçün onların anket məlumatlarını qeyd edə bilmir. Çünki onların şəxsiyyətləri maraqlı olmamışdır. Son vaxtlar marixaunadan istifadə edən zaman bədənində olan ağrılar tam keçəmədiyindən narkotik vasitə heroin istifadə etmək qərarına gəlmiş, bu vaxta qədər heroin istifadə etməmişdir. Bu məqsədlə 26.08.2020-ci il tarixdə axşam saatlarında X4 Kompleksi ərazisinə getmiş, məqədi orada narkotik vasitə satan adını dəqiq bilmədiyi şəxsi tapmaq olmuşdur. Avtovağzal ərazisinə getmiş və orada bir müddət axtarmağına baxmayaraq üzdən tanıdığı, lakin adını dəqiq bilmədiyi şəxsi tapa bilməmişdir. Bundan sonra orada təxminən 1 saat gözləmiş və həmin şəxsi tapa bilmədiyi üçün evinə getmək qərarına gəlmişdir. Evə getmək istəyən zaman həmin şəxsin axtovağal ərazisinə daxil olduğunu görmüş və ona yaxınlaşaraq ondan narkotik vasitə heroin satmasını istəmişdir. Həmin şəxs üzərində narkotik vasitə heroin olduğunu demiş və hər qramını 30 (otuz) manatdan sata biləcəyini bildirmişdir. Onunla razılaşmış və üzərində 350 (üç yüz əlli) manat pul olduğunu deyərək ona narkotik vasitə heroin verməsini istəmişdir. Bu zaman həmin şəxs ona 2 ədəd bükümdə narkotik vasitə heroin vermiş və onların içərilərində ümumilikdə 12 qrama yaxın narkotik vasitə heroin olduğunu bildirmişdir. Ondan 2 ədəd bükümdə narkotik vasitəni alıb əynində olan şalvarın sağ yan cibinə qoymuş və vatovağzal ərazisindən çıxıb yaşadığı evə getmişdir. Həmin gün doğum günü olduğundan evdə ailə üzvləri ilə birlikdə yemək yemiş və həmin vaxt narkotik vasitədən istifadə etməmişdir. Çünki ailə üzlərinin hamısı evdə olmuş, həmçinin ailə üzvlərinə üzərində narkotik vasitə olması barədə məlumat veməmişdir. Beləliklə həmin gün narkotik vasitədən istifadə etməmiş, həmin günün səhərisi yəni 27.08.2020-ci il tarixdə saat 06 radələrində yuxudan durub həyətində olan heyvaları hindən çölə çıxarmış, həmin vaxt evinin qarşısında dayanıb siqaret çəkən zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Özünü təqdim etdikdən sonra həmin şəxslər də özlərini təqdim edib BNMİ və Bərdə RPŞ-in əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumat olduğunu deyərək Bərdə RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib etiraz etməmiş və onlarla birlikdə Bərdə RPŞ-nə gəlmişdir. Orada çatanda onu xidməti iş otaqlarının birinə aparmışlar və orada təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bərdə rayon Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı təqdim edilmişdir. Siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil Zaur İsmayılovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq üzərində olan əşyalarını təqdim etsini xahiş etmişdir. Əynində olan göy rəngli şalvarının qabaq sağ yan cibindən 2 ədəd bükümdə içərilərində narkotik vasitə heroin olan bükümləri və 5 manat pulu çıxarıb təqdim etmiş, sorğu zamanı həmin bükümləri şəxsi istifadəsi üçün üzrərində saxladığını, onları tapdığını bildirmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və çəkiləri 12.12 qram gəlmişdir. Bundan sonra həmin bükümlər qablaşdırlaraq götürülmüş, pulu isə özünə geri qayarılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Narkotik vasitə əldə etməyindən ailə üzvlərinin məlumat olmamış, heç kimə narkotik vasitə satmamış, üzərindən aşkar edilmiş narkotik vasitələri də şəxsi istifadəsi üçün üzərində saxlamış, narkotik vasitələri 2 ədəd bükümlərdə almış, saxlanılarkən və saxlandıqdan sonra Bərdə RPŞ-də və BMCMİ-də ona qarşı hər hansı formada təsir və ya təzyiq olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 26 avqust 2020-ci il tarixdə Bərdə rayonu, Zümürxan Ərazi Dairəsi, Zümürxan kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa Şahid1 də daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Daxil olmuş məlumat əsasında Bərdə şəhərinə gedib DİN-in Bərdə RPŞ-nin rəhbərliyinə məlumat verdikdən sonra həmin şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 əməliyyat qrupuna daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 27.08.2020-ci il tarixdə qeyd olunan ünvana getmişlər. Orada olan zaman saat 06:20-də Bərdə rayonu, Zümürxan Ərazi Dairəsi, Zümürxan kəndində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını deyərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirilib onlarla birlikdə Bərdə RPŞ-nə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Bərdə RPŞ-nin inzibati binasına gələ biləcəyini demişdir. Bundan sonra birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişlər. X11 X5 təhqiqatçısı Röyal Ağayevin xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib Bərdə rayonu ərazisində fəaliyyət göstərən vəkillərin adları olan siyahını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil Zaur İsmayılov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 2 ədəd bükümü və 5 manat pulu çıxararaq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini və onları tapdığını demişdir. Bundan sonra həmin bükümlər qablaşdırılaraq götürülmüş və pul onun özünə geri qaytarılmışdır. Bundan sonra baxış dayandırılmış, bu barədə protokol tərtib edilmiş, həmin protokolu bütün iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs qarşı hər hansı formada psixi və ya fiziki təsir, həmçinin zorakı hərəkətlər etməmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və Şahid4 Şahid2la eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır və onlar bir evdə yaşayırlar. 27 avqust 2020-ci il tarixində səhərə yaxın saat 5-ə işləmiş yataqda uzanmış, lakin yatmamışdır. Bu zaman həyətdən səs gəldiyini eşitmiş və aynadan həyətə baxdıqda əlində avtomatlı, üzü masqalı adamların onların həyətlərinə daxil olduqlarını görmüşdür. O, qorxduğu üçün çarpayının altına girmişdir. Həmin əlində avtomatlı, üzü masqalı adamlar onların evinə daxil olmuş, evi axtarmağa başlamış və onu da çarpayın altından çıxararaq əl-qoluna bağlamışlar. Onlar qorxudan qışqıran zaman avtomatı başlarına dirəyib hədələyərək qışqırsalar onları da aparacaqlarını bildirmişlər. Atam Təqsirləndirilən şəxs gözümüzün qarşısında yerə yıxaraq əllərini qandallamış, paltarlarını belə geyməyə imkan verməmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BMCMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 26 avqust 2020-ci il tarixli raportundan görünür ki, xx.xx.1969-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu, Zümürxan ərazi dairəsi, Zümürxan kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 07:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində 1 ədəd 5 manatlıq əsginazı və 2 ədəd sellofan bükülmüş narkotik vasitəyə bənzər kütləni könüllü olaraq təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2020-ci il tarixli 16/607 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs..” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,897 qram, 6,254 qram, ümumi təmiz çəkiləri 11,151 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 4(005)-1031/2020 nömrəli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 5(021)-128/2020 nömrəli qərarından görünür ki, 26 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bərdə rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26 avqust 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş İstintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına 05.10.2020-ci il tarixli 008-4725-1220 saylı cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə şəhərində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və satışı iilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə, elədə də bu cinayətrə iştirakı olan digər şəxslərin şəxsiyyətinin müəyyən edilərək əlaqələrinin yoxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilməkdədir və alınmış nəticə barədə əlavə məlumat veriləcəkdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 sentyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 sentyabr 2020-ci il tarixli 6/1915 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qəhvəyi rəngli kağız paketdəki 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 4,797 qram, 6,154 qram ümumi təmiz şəəkiləri 10,951 qram olan maddələr xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli №Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixatrik ekspertizasının 15 sentyabr 2020-ci il tarixli 1809 №-li rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. 2) Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 3) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 2747 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 oktyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 10,751 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Zümürxan kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2020-ci il tarixli 431 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə rayon Zümürxan kənd inzibatı ərazi dairəsinin Zümürxan kəndində yaşayır. Ailə üzvləri aşağıdakılardır: 1.Arvadı: X6 2.Oğlu: X9 3.Qızı: X8 Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Zümürxan kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə rayon Zümürxan kənd inzibatı ərazi dairəsinin Zümürxan kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 11,151 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanının tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ibtidai istintaq orqanına “ondan aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olduğunu, qeyd olunan 2 ədəd bükümdə olan narkotik vasitə heroini özünün istifadə etməsi məqsədi ilə üstündə saxladığını, heç kimə satmadığını və vermədiyini” bildirmiş, lakin məhkəmədə ifadə verərkən “heç bir cinayət törətmədiyini, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün cinayət törətdiyini qəbul etmək məcburiyyətində qaldığını” qeyd etmiş, bu mövqedən çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə heç bir cinayət törətməməsi ilə bağlı dedikləri iş üzrə kifayət qədər toplanmış biri digərini tamamlayan sübutlarla (özünün ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələrli, şahidlərin ifadələri, ekspert rəyləri və s.) tam təkzib edildiyindən, müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilən ifadələr kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə polis əməkdaşlarının təsiri nəticəsində etiraf edici ifadələr verməsi ilə bağlı söylədiklərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, o, bu təsirin nədə ifadə olunduğunu dəqiqləşdirə bilmədi, ümumi olaraq təsir göstərildiyini bildirməklə kifayətləndi, həmçinin belə bir təsir göstərildiyi halda ibtidai araşdırma dövründə tam deyil, qismən etiraf edici ifadələr verməsini, yəni narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verməsinin səbəbini izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və məhz həmin ifadələr əsas götürülməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “ Son vaxtlar marixaunadan istifadə edən zaman bədənində olan ağrılar tam keçəmədiyindən narkotik vasitə heroin istifadə etmək qərarına gəlmiş, və bu məqsədlə 26.08.2020-ci il tarixdə axşam saatlarında X4 Kompleksi ərazisində tanımadığı şəxsdən 2 ədəd bükümdə narkotik vasitə heroini istifadə etmək üçün almışdır”. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Həmçinin, cinayət işi üzrə dindirilən şahidlər Şahid1, Şahid3, Şahid4 və Şahid2 da istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı şahid qismində ifadə verərkən “Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini və onları tapdığını” söylədiyinin şahidi olduqlarını bildirmişlər. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni məhz satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 11,151 qram olan narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşıması özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən X3 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 05 oktyabr 2020-ci il tarixli 2747 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 27.08.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 10,751 qram qalmış narkotik vasitə heroin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, bir ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 10,751 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 124 manat 16 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Eytiram Musayevin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 10,751 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 124 manat 16 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-73/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-73/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver