Məhkəmə qərarları › İş №1(100)-73/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-73/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-73/2022 11.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X7, X8 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, naməlum vaxtda və mənbədən satış məqsədilə ümumilikdə təmiz çəkisi külli miqdar hesab edilən 1007,937 qram çəkidə narkotik vasitə olan heroini və təmiz çəkisi külli miqdar hesab edilən 600 qram çəkidə narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib, heroinin 1005 qram çəkidə olan hissəsini, tiryəkin hamısını qanunsuz olaraq yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi, 148a saylı binanın 29 saylı mənzilində, heroinin qalan 2,937 qram hissəsini isə qanunsuz olaraq üzərində daşıyaraq saxlamış, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində o, 07 may 2021-ci il tarixdə saat 16-30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 148a saylı binanın qarşısında müəyyən edilib ünvan 2 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib saat 17.35 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyində içərisində təmiz çəkisi külli miqdar hesab edilən 2,937 qram çəkidə narkotik vasitə olan heroin, yaşadığı ünvan 4 ünvanına həmin gün saat 18-20 dəqiqədə baxış keçirmə zamanı yataq otağında yerləşən çarpayının yanındakı dolabın siyirməsinin içərisinə gizlətdiyi 02(iki) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbaların birində təmiz çəkisi külli miqdar hesab edilən 1005 qram çəkidə narkotik vasitə olan heroin və digər şəffaf polietilen torba kəsiyində isə təmiz çəkisi 600 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2012-ci ildə X5 ilə ailə həyatı qurmuş, rəsmi nikahlarından 2 övladları vardır. Təxminən 3 ildir ki, narkotik vasitə olan heroin qəbul edir. Narkotik vasitə istifadəçisi olsa da heç kimə narkotik satmamışdır. Həbs olunana qədər fəhləlik etməklə ailəsinə çörək pulu qazanmışdır. 07 may 2021-ci il tarixdə saat 16 radələrində tək evdə oturduğu vaxt polislər evinə basqın etmişlər. Həmin vaxt şprislə narkotik vasitə vurduğundan, polislər onu elə vəziyyətdə də tutmuşdular. Evin giriş qapısının kilidini bir müddət əvvəl qırdığından qapı bağlı olmamışdır. Həmin vaxt şprislə “kakos” vurmuş, polislər basqın edərkən şpris boş olmuşdur. Polis əməkdaşları həmin vaxt onun üzərini və evini axtarmışlar, lakin üzərində və evində narkotik vasitə olmadığından heç nə tapmamışlar. Daha sonra onlar onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada polis əməkdaşları Rəşad, Comərd və Sərxan onu döyərək 1 kiloqram “kakos”, 600 qram isə “qara” adlandırılan narkotik vasitə olan tiryəki üzərinə götürməyini bildirmişlər. Həmin narkotik vasitələri üzərinə götürmədiyindən həmin polis əməkdaşları onu döymüşlər. Döyülməyə dözməyib məcbur qalaraq həmin narkotik vasitələrin ona məxsus olduğunu qəbul etmişdir. Əvvəlcə çəkilişlə guya üzərində olan narkotik vasitəni təqdim etmiş, sonra isə polis əməkdaşlarının əvvəlcədən izah etdiyi kimi guya evində də olan narkotik vasitələri təqdim edəcəyini demişdir. Üzərində olan və təqdim etdiyi bükümü ona polis əməkdaşları vermişdi. Bundan sonra MSY-də müstəntiq ona sənədlərə qol çəkdirmək istəsə də, o həmin sənədləri imzalamamışdır. Buna görə də polis əməkdaşları Rəşad, Comərd və Sərxan onu yenə də döyərək sənədlərə qol çəkməyə məcbur etmişlər. 9 may 2021-ci il tarixdə polisin MSY-dən 2 saylı İstintaq Təcridxanasına etap edilmiş, təcridxanada tibbi baxışdan keçirilərkən bədənində olan xəsarətlər aşkar olunmuşdur. Belə ki, döyülmə nəticəsində onun hər iki gözünün alt nahiyəsində qaraltı, burnunun üstündə qaraltı və ayaq nahiyəsində xəsarət olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, polislər evinə 2 dəfə baxış keçirmişlər, birinci dəfə gələndə evində çəkiliş aparılmamış, çəkiliş ikinci dəfə həyata keçirilmiş, birinci dəfə evində narkotik vasitə tapmadıqları üçün ikinci dəfə narkotik vasitəni özləri gətirərək evinə qoymuşlar, evə baxış keçirilməmişdən əvvəl ona narkotik vasitənin hara qoyulduğu deyilmiş, bundan sonra videoçəkiliş aparılarkən həmin narkotik vasitəni deyildiyi yerdən özü götürərək təqdim etmişdir. Polis şöbəsinə aparıldığı vaxt evdə heç kim olmamış, evin qapısı isə açıq qalmışdır. Polis şöbəsində üzərinə baxış keçirildikdən sonra baxış üçün yaşadığı evə gətirilərkən də evinin qapısı açıq olmuş, evdə isə heç kim olmamışdır. Əlavə olaraq göstərmişdir ki, döyülməyi, təsir və təzyiqlərə məruz qalaraq üzərinə narkotik vasitə qoyularaq tutulmağı ilə əlaqədar baş prokurorluğa müraciət etmiş, bununla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılmış, araşdırma zamanı da narkotik vasitələrin ona məxsus olmadığını, həm üzərindən, həm də yaşadığı evdən aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulduğunu, həmin narkotik vasitələri üzərinə götürməsi üçün döyüldüyünü, qeyd edilən məzmunlu ifadələri özünün vermədiyini, həmin ifadələrin polis tərəfindən yazıldığını, ona fiziki təzyiq göstərilməklə, döyülməklə həmin ifadələri imzalatdırdıqlarını, xəsarətlərin də həmin döyülmə nəticəsində əmələ gəldiyini bildirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən döyüldüyü üçün narkotik vasitələrin ona məxsus olduğunu bildirmiş, guya həmin narkotik vasitələri tutulmamışdan təxminən 15 gün əvvəl Bakı şəhərində yerləşən avtovağzalda İran vətəndaşından 5000 manata aldığı yazılaraq imza etdirilmişdir. Həmçinin videoçəkiliş vaxtı da həmin məzmunda deyilməsi ondan tələb olunmuş, məcbur olub çəkilişdə də elə demişdir. Halbuki, həmin dövrdə nəinki Bakı şəhərinə getmiş, heç Gəncə şəhərinin ərazisindən kənarda olmamış, heç bir İran vətəndaşı ilə tanış olmamış, narkotik vasitə almamış, narkotik almaq üçün ifadələrində göstərilmiş 5000 manat pulu olmamışdır. Belə ki, həmin vaxt törətdiyi əvvəlki oğurluqla bağlı cinayət əməlinə görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına görə ayağında elektron nəzarət vasitəsi olmuş, Gəncə şəhərinin ərazisindən kənara çıxmaq ona qadağan edilmişdi. Bundan başqa göstərmişdir ki, qanunsuz olaraq həbs edilməsilə bağlı prokurorluğa şikayət etdikdən sonra növbəti dəfə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü guya CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək üzərindən aşkar edilmiş heroinin bir hissəsinin, təxminən 1 qramının ona məxsus olduğu göstərilmiş, həmçinin cinayət işinin materialları ilə tanış edilərkən əməlinin CM-in 234.1-ci maddəyə tövsif edilməsini xahiş etmişdir, halbuki, həmin vaxt dindirilərkən də özünü ümumiyyətlə təqsirli hesab etmədiyini bildirmiş, həmin vaxt verdiyi ifadədən əvvəl araşdırma zamanı verdiyi izahatda belə narkotik vasitələrin ona məxsus olmadığını göstərmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, istifadəsində 055 475 75 84 mobil nömrəsi olmuş, narkotiklə bağlı heç kimə heç nə yazmamış, ibtidai istintaq zamanı aşkar edilmiş sms yazışmalarını xatırlamadığını, ona yazan şəxslərlə arasında narkotiklə bağlı heç bir danışığın olmadığını bildirmişdir. Ola bilər ki, ona məxsus telefondan kimsə sms yazmışdır, ancaq onun yazılanlardan məlumatı olmamışdır. Həmçinin ifadəsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 yalan ifadə verməklə guya onu döyülmüş vəziyyətdə gördüyünü bildirərək bədənində olan xəsarətləri tam olaraq sadaladığını, halbuki onun polis şöbəsində döyüldüyündən və bundan sonra isə azadlığa buraxılmadığından Anarın onu görməsinin mümkünsüz olduğunu, xüsusilə də ayağında olan xəsarət görünməyən hissədə olduğundan onun həmin xəsarəti görməsinin mümkünsüzlüyünü göstərərək onun öyrədilərək həmin məzmunlu ifadə verdiyini bildirmişdir. Əlavə etmişdir ki, Anar özü də narkotiklə tutulduğu üçün ona qarşı ifadə verdiyini ehtimal edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən 07 may 2021-ci il tarixdə ünvan 5 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı mənzildə narkotik vasitə daşıyaraq saxlaması barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış idarəsinin rəis müavini, polis mayoru Şahid3, həmin idarənin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru X2 və Gəncə şəhər Baş Polis İdarəsinin X20 şöbəsinin ƏYPXB-nin Yol Patrul inspektoru, polis baş serjantı Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs, həmin gün onlar tərəfindən əməliyyat müşahidəsinə götürülüb, saat 16.30 radələrində müəyyən edilərək evinin yaxınlığında saxlanılmış, özlərini Elsevərə təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə gətirmiş, bu barədə rəhbərliyə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş, vəkillə təmin edilmiş, onların iştirakı ilə, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elsevərə üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya vardırsa təqdim edilməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyi təqdim etmiş, həmin sellofan kəsiyi bükümündə narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin bükümə baxış keçirilərkən bükümdə qəhvəyi rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlənin olması məlum olmuşdur. Həmin kütlə sellofan bükümlə birlikdə onlar tərəfindən aptek tərəzisində çəkilmiş, bükülü ilə birlikdə çəkisi təxminən 3 qram olmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı evdə 1 kiloqram heroinin və 500 qram çəkidə tiryəkin olmasını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar zərfin üzərinə imza atdıqdan sonra möhürlənib götürülmüşdür. Həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Evinə baxış keçirilərkən Elsevərin ailə üzvləri evdə olmamışdır. Baxış zamanı mənzilin yataq otağında yerləşən çarpayının yanındakı dolabın siyirməsindən 2 ədəd iç-içə keçirilmiş vəziyyətdə polietilen torbada narkotik vasitə olan heroinə və tiryəkə oxşar kütlənin olması məlum olmuş, baxış keçirmə zamanı Təqsirləndirilən şəxs bükülünün birində, yəni, həcmdə nisbətən böyük olan bükülüdə narkotik vasitə olan heroin olduğunu, həcmcə nisbətən kiçik olan bükülüdə isə narkotik vasitə olan tiryək olduğunu birdirmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və üzərində aşkar edilmiş narkotik vasitəni saxlanılmamışdan təxminən 15 gün əvvəl Bakı şəhərindən Yeni Avtovağzalın yanında tanımadığı İran İslam Respublikası vətəndaşından 5000 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələr, heroinə oxşar kütlə tərəzidə çəkilmiş, ümumi çəkisi 1030 qram olmuş, digər kütlə, yəni, tiryəkə oxar kütlə bükülü ilə birlikdə aptekdə çəkilmiş, ümumi çəkisi 609 qram olmuş, hər iki kütlə iri zərfə qoyularaq zərfin üzəri imzalanmış, möhülənib götürülmüşdür. Həmçinin ifadəsinə əlavə olaraq göstərmişdir ki, saxladıqları vaxt və bundan sonra Təqsirləndirilən şəxs xəsarət yetirməmişlər. Dediyinə görə Elsevər tutulmamışdan 3-4 gün əvvəl yaşadığı ərazidəki şəxslər narkotik vasitələr satdığına görə onu döymüşlər. Əlavə etmişdir ki, əməliyyat məlumatı bölməyə daxil olmuş, yaradılmış əməliyyat qrupunun rəhbərinin kim olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməkdaşları Şahid2, Şahid3, X4, Şahid5 Şahid1 ifadəsində göstərdiklərini təsdiq etməklə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində “Zirvə” kurslarının yanında qalır. Təqsirləndirilən şəxs tanımır. Qonşusu İlkin ondan zəng etmək üçün telefonunu istəmiş, o da telefonunu vermiş, İlkin kiminləsə danışdıqdan təxminən bir saat sonra telefonuna zəng gəlmiş, telefonda danışan şəxs polis əməkdaşı olduğunu bildirərək hazırda onun harada olduğunu soruşmuşdur. O yerini dedikdən bir qədər sonra polislər gəlib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olan zaman sənədlərə qol çəkmiş, lakin ifadəsini oxumamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində olan imzalar ona məxsus olsa da həmin ifadələri təzyiq altında vermişdir. Həmin vaxt onun öz işinə də məhkəmədə baxıldığı üçün polislərin dedikləri ilə razılaşıb ifadəyə qol çəkmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış və ondan narkotik vasitə almamış, onu narkotik satan bir şəxs kimi əvvəllər tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl, xatırlamadığı tarixdə Gəncə şəhərində yerləşən “Sultan” marketin qarşısında görmüş, həmin vaxt Elsevərin gözünün altında, burnunun üstündə göyərtilər, ayağında sıyrıq və qolunda qızartılar olduğunu görmüş, səbəbini soruşduqda onu tanımadığı uşaqların döydüklərini bildirmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evindən aparmalarını həmin ərazidə yaşayan hamı bilmiş, bu barədə o özü də eşitmiş, xəsarət almasını həmin vaxt, yaxud tanımadığı adamlar tərəfindən yetirilməsini isə dəqiq bilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə ŞBPİ-nin X1 rəisi tərəfindən tərtib edilmiş 07 may 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə Gəncə ŞBPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə ŞBPİ-nin X1 əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 07 may 2021-ci il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı ünvana baxış keçirilməsi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, əməliyyat qrupunun yaradılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17.00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 07 may 2021-ci tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyində olan kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan “kakos” olmasını bildirmiş, həmin kütləyə baxış keçirilərkən həmin kütlənin narkotik vasitə heroinə bənzər kütlə olduğu, aptek tərəzisində çəkilərkən ümumi çəkisinin 3 qram olması məlum olmuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə də 1 kiloqrama kimi heroinin və 500 qram narkotik vasitə olan tiryəkin olmasını, həmin narkotik vasitələri təxminən 15 gün əvvəl Bakı şəhərindən avtovağzalda təsadüfən tanış olduğu İran İslam Respublikasının vətəndaşından 5000 manata aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə zərfə qoyularaq qadlaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülmüşdür. İş materiallarına əlavə edilmiş 07 may 2021-ci tarixli “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, baxış keçirilən yer, ünvan 1 ünvanında yerləşir. Təqsirləndirilən şəxs yataq otağında yataq dəstinin yanında olan kiçik həcmli dolabın içərisindən 1 ədəd rəngli sellofan içərisində olan kütlələri çıxarıb təqdim edir, sellofanın içərisindən iki ədəd büküm aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan narkotik vasitənin tiryək və heroin olduğunu bildirir. Kütlələr açıldıqda birinin içərisində qara rəngli, ilk baxışda tiryəkə oxşar kütlə, digərinin içərisində isə qəhvəyi rəngli ilk baxışdan heroinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs 15 gün əvvəl həmin kütləni Bakı şəhərindən tanımadığı İran İslam Respublikasının vətəndaşından 5000 manata aldığını, heç kəsə narkotik vasitə satmadığını, vermədiyini bildirir. Aşkar edilmiş kütlələr tərəzidə çəkilir, tiryəkə bənzər kütlənin ümumi çəkisi 609 qram, heroinə bənzər kütlənin isə ümumi çəkisi 1030 qram olur. Həmin kütlələr yarı-ayrı iri zərflərdə qablaşdırılır, üzəri imzalanır, möhürlənərək götürülür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə digər bir narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş digər bir əşyanın olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs bildirir ki, heç bir narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş digər bir əşya yoxdur. Bundan sonra mənzilə baxış keçirilir, hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası X9 bölməsi tərəfindən təqdim edilmiş 08 may 2021-ci il tarixli 16/436 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə…» yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyində təmiz çəkisi 2,937 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə…» yazılar və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 2 (iki) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torbada təmiz çəkisi 1005 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Bundan başqa rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə…» yazılar və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd iç-içə keçirilmiş şəffaf polietilen torba kəsiyinə bükülmüş təmiz çəkisi 600 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş 09 may 2021-ci il “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, bir ədəd diskdə iki ədəd video görüntü vardır, 1-ci video görüntüyə baxış keçirilərkən məlum oldu ki, həmin video çəkiliş 23 dəqiqə 49 saniyə müddətində çəkilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısının qarşısında Gəncə şəhər Baş Polis İdarəsinin Baş təhqiqatçısı Etibar Abbasov tərəfindən Təqsirləndirilən şəxs həmin gün saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinə gətirilməsi, müdafiəçi ilə təmin olunmasını, üzərinə şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə aşkar olunmasını, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, hazırda yaşadığı mənzilə baxış keçirmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə olmasını bildirdiyi üçün gəldiklərini, Təqsirləndirilən şəxs ərizə verərək baxışa hər hansı bir etirazının olmadığını bildirir. Təhqiqatçı tərəfindən mənzilə baxış keçirmək istədikləri bildirilərkən Təqsirləndirilən şəxs mənzilin giriş qapısını açması təklif olunur, Təqsirləndirilən şəxs buna etiraz etməyərək qapını açıb içəri daxil olurlar. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Baş Polis İdarəsində üzərinə şəxsi axtarış keçirərkən yaşadığı mənzildə narkotik vasitə olmasını bildirdiyi üçün həmin narkotik vasitəni təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs yataq otağında dolabın içərisində iç-içə keçirilmiş sellofan torbanı təqdim edir, həmin torbanın içərisində iki ədəd sellofan bükümdə kütlə aşkar edilir. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması soruşulur, Təqsirləndirilən şəxs 15 gün əvvəl həmin kütləni Bakı şəhərindən tanımadığı İran İslam Respublikasının vətəndaşından almasını bildirir, özü həmin şəxslə tanış olmasını, onu kimsə də tanış etmədiyini, həmin şəxsə 5000 manat pul verib almasını, 3 ildir ki, narkotik vasitə qəbul etməsini, heç kəsə narkotik vasitə satmadığını, pay vermədiyini, özünün istifadə üçün alıb saxladığını, heroindən istifadə etməsini bildirir. Müdafiəçi X17 Nəbiyevə aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmadığını sorşur, Təqsirləndirilən şəxs həmin aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirir. Sonra həmin iri həclli kütlə açılır, qəhvəyi rəngdə, kəskin iydə olması bildirilir, həmin kütlənin heroin olması deyilir, sonra həmin üktlə tərəzidə çəkilir, tiryəkin ümumi çəkisi 609 qram olur, sonra digər nisbətən iri həcli kütlə çəkilir, həmin kütlənin də ümumi çəkisi 1030 qram olur. Həmin kütlələr yarı-ayrı iri zərflərdə qablaşdırılır, üzəri imzalanır, möhürlənərək götürülür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə digər bir narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş digər bir əşyanın olub-olmaması soruşulur, Təqsirləndirilən şəxs bildirir ki, heç bir narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş digər bir əşya yoxdur. Bundan sonra mənzilə baxış keçirilir, hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir, bundan sonra təhqiqatçı və iştirakçılar mənzilin çöl tərəfinə çıxılır, baxış keçirmənin nəticəsi və başa çatması elan edilməmişdən əvvəl vəsatət, şikayətlərinin olub-olmadığı soruşulur, müdafiəçi Cəfər Hacıyev yenidən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmadığını, təzyiqə məruz qalub-qalmasını soruşur, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olumasını deməklə bir daha təsdiqləyir və bununla da baxış başa çatır. Video diskdə olan 2-ci video görüntüyə baxış keçirilərkən məlum olmuşdur ki, həmin video çəkiliş 11 dəqiqə, 03 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, təhqiqatçı Etibar Abbasov 07 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə saat 16-30 dəqiqədə Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsi 48 a saylı binanın qarşısında müəyyən edilib Gəncə şəhər Baş Polis İdarəsinə gətirilməsini bildirib 07 may 2021-ci il tarixdə 17-35 dəqiqədə şübhəli şəxs Təqsirləndirilən şəxs Arfi oğlunun üzərinə şəxsi axtarış keçirməyə başlayır. Şəxsi axtarış keçirməmişdən əvvəl iştirakçılar elan edilir, ünvan 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həmin gün Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yaşadığı binanın yaxınlığında müəyyən edilib Gəncə şəhər Baş Polis İdarəsinə gətirilməsini, müdafiəçi- X10 adlı vəkillə təmin edilməsi bildirilir, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Arfi oğlunun şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifəlri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılır, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması, əgər vardırsa da təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən sellofan bükülüdə kütlə təqdim edir, kakos olmasını bildirir, həmin kütləyə baxış keçirmə zamanı sellofan bükülüdə kakos kimi adlandırdığ heroinə oxşar kütlənin olması məlum olur. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etməsi sorşulur, Təqsirləndirilən şəxs həmin kütləni 15 gün əvvəl Bakı şəhərində Yeni Avtovağzal ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını, həmin vasitədən yaşadığı mənzildə də olmasını bildirir. Sonra Təqsirləndirilən şəxs evdə bir kiloqrama yaxın heroin olmasını və yarım kilo tiryək olmasını, onların hamısına görə İran İslam Respublikasının vətəndaşından təsadüfən tanış olub 5000 manat pul müqabilində aldığını bildirir. Ona yaşadığı mənzilə baxış keçirməyə etirazının olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs hər hansı bir etirazının olmadığını deyir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə oxşar kütlə sellofan bükümlə birlikdə aptek tərəzisində çəkilir, 3,0 qram olması məlum olur. Ondan həmin narkotik vasitədən kiməsə də satması, verməsi soruşulur, Təqsirləndirilən şəxs heç kəsə satmadığını, özünün istifadəsi üçün saxladığını bildirir. Həmin kütlə iştirakçıların gözü qarşsında zərfə qoyularaq qablaşdırılır, hər bir şəxs zərfin üzərinə imza edir, zərfin üzəri DİN-nin 91 saylı möhürü ilə möhürlənib götürülür.Bundan sonra müdafiəçi X17 Nəbiyevə üzərində aşkar edilmiş kütlənin ona məxsus olub-olmadığını, ona hər hansı bir təsir və təzyiq olunub-olunmadığı soruşulur, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, ona heç kəs tərəfindən təsir və təzyiq göstərilmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(043)-86/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 07 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş 19 iyul 2021-ci il tarixli “diskə baxış keçirilməsi və məlumatları əks etdirən sənədlərin cinayət işi materiallarına əlavə edilməsi barədə” protokoldan görünür ki, Bakcell MMC-dən xx.xx.2021-ci il tarixli,BKC/LGL-12508/21 saylı məktubla daxil olmuş 01 ədəd diskə baxış keçirmə zamanı məlum olmuşdur ki, 01 ədəd diskdə SMS Tarixçəsi yazılan 1-ci qovluqda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan mesajların mətnləri əks olunmuşdur. Həmin mesajların mətnlərinə nəzər saldıqda xx.xx.2021-ci il tarixdə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə «Dedə başına dönüm gör nağarırsan, bu getsə lomkaçılıq olajax» kimi mesajın yazılması, xx.xx.2021-ci il tarixdə saat 09-40 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “QAQA mənəm Turqutdu, təmiz iyirmi var əlimdədimi, gəlim?” kimi mesajın yazılması, xx.xx.2021-ci il tarixdə saat 20-14 dəqiqədə ***-***-**-** mobil nömrəsinə «30 manat var naqarax» kimi mesajların yazılması məlum oldu. Diskdə olan 2-ci SMS Tarixçəsi yazılan qovluğa daxil olduqda həmin qovluqda da xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində ***-***-**-** mobil nömrəsinə bir neçə mesajların yazılması məlum oldu. Həmin mesajların yazı mətnlərinə nəzər saldıqda ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdə saat 22-26 dəqiqədə 55-443-30-39 mobil nömrəsinə «EM40 VAR İSTEMİRSEN» kimi mesajın yazılması, xx.xx.2021-ci il tarixdə saat 01-11 dəqiqədə ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə «ata pul düzəltmişəm borcdan 70 m, indi uşaqlar gözdüyür mennen dalaşırlar cavab de bilim bunlara vaxt deyim camaatın pulunu alıb vermişəm qalan pulu da indi du» kimi mesajın yazılması, yenidən həmin nömrəyə saat 13-05 dəqiqədə «QAQA SULU OLMASİN» kimi mesajların yazılması məlum olmuşdur. Bundan sonra diskdə 3-cü qovluqda zənglərin detallaşması qovluğu vardır, həmin qovluğa daxil olduqda ***-***-**-** mobil nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək giriş-çıxış zənglərin siyahısı, eyni zamanda zənglərin anten dairəsi göstərilmişdir. Həmin qovluğa nəzər saldıqda ***-***-**-** mobil nömrəsinin Gəncə şəhəri və ətraf hissələrdə anten dairəsinin olması məlum olmuşdur. Daha sonra diskdə olan 4-cü qovluğa daxil olduqda Zənglərin məxsusluq tarixçələri qovluğunun olması məlum oldu, həmin qovluqda Bakcell MMC-yə məxsus mobil nömrələrin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək giriş-çıxış zənglər edilmiş şəxslərin şəxsiyyətləri, ünvanları barədə məlumatların olması məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin 10 avqust 2021ci il tarixli, 944 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamaya dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-97/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 10 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 10 ay, 22 gün müddətinə məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının 02 ay, 03 gün hissəsini çəkmiş, 08 ay, 19 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərlə bağlı Gəncə şəhər prokurorluğu tərəfindən toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinə dair 8 may 2021-ci il tarixli ifadəsindən (səh. 49-52) və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 9 may 2021-ci il tarixli ifadəsindən (səh. 73-76) müəyyən olunmuşdur ki, o üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri Bakı şəhərindən almışdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, “ ... onun evdə pulu olmuş, o, narkotik vasitə almaq üçün təxminən 15 gün bundan əvvəl o, həmin pulu götürüb Bakı şəhərinə getmiş, avtovağzalda iranlılar olduğunu, narkotik satdığını eştimiş, o da elə orada həmin şəxsi tapıb danışmış, razılığa gəlmiş, həmin şəxs ona nə telefon nömrəsini, nə də ki, adını bildirməmişdir. Bakı şəhəri Yeni Avtovağzalda adını bilmədiyi İran vətəndaşı ilə tanış olmuş, həmin şəxs narkotik satdığını bildirmişdir. O, həmin şəxslə danışıb ümumi qiyməti 5000 manat olmaqla heroin və tiryək verməsini xahiş etmiş, həmin şəxs də ona təxminən bir kiloqram heroin, 600 qram çəkidə isə tiryək vermiş, o, həmin heroini və tiryəki götürüb yaşadığı evə gətirmiş, yatdığı otaqda dolabın siyirməsinə qoyub orada saxlamış, heroindən də bir azını bükülüdə cibində saxlamış, lazım olanda özü istifadə etmişdir. Həmin heroin və tiryəkdən heç kəsə verməmiş, heç kəsə də satmamışdır. 07 may 2021-ci il tarixdə saat 16-30 radələrində yaşadığı binanın qarşısında olarkən mülki geyimdə bir neçə nəfər ona yaxınlaşıb özlərini Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları kimi təqdim etmiş, onun üzərində şəxsi axtarış keçirilməsi üçün onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər...”. Növbəti dəfə 16 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən (səh. 198-200) ifadəsində onun üzərində aşkar edilmiş heroinin bir qismi, təxminən bir qrama yaxın hissəsinin ona məxsus olmasını, qalanının, o cümlədən yaşadığı mənzildə aşkar edilmiş heroinin və tiryəkin ona məxsus olmadığını, Şahid7 və Şahid6 adlı şəxsləri tanımadığını, onlara narkotik vasitə satmadığını, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** mobil nömrə istifadəçilərini ümumiyyətlə tanımadığını, qeyd olunan şəxslərə hər hansı bir məzmunda mesaj yazmasını xatırlamadığını, həmin şəxsləri tanımadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmin dövrdə Bakı şəhərinə getmədiyini, ümumiyyətlə Gəncə şəhərindən kənara çıxmadığını, heç bir İran vətəndaşı ilə tanış olmadığını, narkotik vasitə almadığını, narkotik almaq üçün ifadələrində göstərilmiş 5000 manat pulunun olmadığını, qeyd edilən məzmunlu ifadələri özünün vermədiyini, həmin ifadələrin polis tərəfindən yazıldığını, ona fiziki təzyiq göstərilməklə, döyülməklə həmin ifadələri imzalatdırdıqlarını bildirmişdir. Əlavə etmişdir ki, həmin vaxt törətdiyi əvvəlki oğurluqla bağlı cinayət əməlinə görə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına görə ayağında elektron nəzarət vasitəsi olmuş, Gəncə şəhərinin ərazisindən kənara çıxmaq ona qadağan edilmişdi. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmündən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 10 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 08.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi qoyulmuşdur. Bundan başqa iş materiallarında olan “Bakcell MMC” tərəfindən xx.xx.2021-ci il tarixli, BKC/LGL-12508/21 saylı məktubla təqdim edilmiş 01 ədəd diskdə olan zənglərin detallaşması məlumatlarından ***-***-**-** mobil nömrəsinin Gəncə şəhəri və ətraf hissələrdə anten dairəsinin olması məlum olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 8 may 2021-ci il tarixli və 9 may 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən (səh. 73- 76) müəyyən olunmuşdur ki, o, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri Bakı şəhərindən əvvəllər tanımadığı İran vətəndaşından 5000 manata aldığını göstərsə də, telefon məlumatlarından müəyyən olunmuşdur ki, o həmin müddət ərzində Bakı şəhərində olmamış, ümumiyyətlə Gəncə şəhərindən kənara çıxmamış, məhkəmə tərəfindən təyin edilmiş cəza ilə bağlı üzərində elektron nəzarət vasitəsi olmaqla Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək vəzifəsi qoyulmuşdur. Həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən döyüldüyü üçün narkotik vasitələrin ona məxsus olduğunu bildirsə də, prokurorluğa şikayət etdikdən sonra növbəti dəfə təqsirləndirilən şəxs qismində dindirilərkən (16 avqust 2021-ci il tarixli ifadə) özünü guya CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyi göstərilmişdir, halbuki, həmin vaxt dindirilərkən də özünü ümumiyyətlə təqsirli hesab etmədiyini bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xəsarət almasına dair toplanmış materiallarda olan 27 may 2021-ci il tarixli izahatında göstərmişdir ki, onu polis əməkdaşları evindən götürərək baş idarəyə apardıqdan sonra üzərindən narkotik vasitə çıxmamış, evindən götürülmüş şprisin boş olduğunu, içərisində olmuş “kakos”u istifadə etdiyini göstərmişdir. Göründüyü kimi müraciəti əsasında aparılmış araşdırma zamanı verdiyi 27 may 2021-ci il tarixli izahatında nə üzərindən, nədəki yaşadığı evdən narkotik vasitə aşkar olunmadığını bildirdiyi halda, 16 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək üzərində aşkar edilmiş heroinin bir qisminin, təxminən bir qrama yaxın hissəsinin ona məxsus olduğunu göstərməsi inandırıcı görünməməklə, həmin ifadənin də həqiqiliyini şübhə altına alır. İş materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 7 may 2021-ci il tarixli protokola (səh.28-29) əlavə edilmiş videogörüntü tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd polietilen sellofan kəsiyi təqdim edərək həmin sellofan kəsikdə narkotik vasitə olan heroin olmasını bildirmiş, həmin kütləyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 15 gün əvvəl Bakı şəhərindən avtovağzalda təsadüfən tanış olduğu İran İslam Respublikasının vətəndaşından 5000 manata aldığını bildirmiş, həmin vaxt təhqiqatçı “bundan əlavə də vardırmı ?” deyə soruşduqda o, yaşadığı mənzildə də 1 kiloqrama kimi heroinin və 500 qram narkotik vasitə olan tiryəkin olmasını bildirmişdir. Bundan başqa videogörüntüdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etdikdən sonra polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təhqiqatçının sualına cavab olaraq isə bildirmişdir ki, evdə tək yaşayır və yaşadığı evdə olan narkotik vasitəni təqdim edə bilər. Axtarış və götürmə tamamlandıqdan sonra çəkilişin davamının yaşayış evində aparılacağı elan olunduqdan sonra çəkiliş tamamlanmışdır. İş materiallarında olan “yaşayış evinə baxış keçirilməsi haqqında” 7 may 2021-ci il tarixli protokola əlavə edilmiş videogörüntü məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən olunmuşdur ki, mənzilə baxış keçirilməsi üçün təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qapını açması təklif edilmiş, lakin mənzilin giriş qapısının açıq olduğu, həmin vaxt qapının açıq olduğu mənzilə əvvəlcə polis əməkdaşı daxil olmuş, bundan sonra həmin polis əməkdaşı Nəbiyevin qolundan tutaraq onu narkotik vasitənin aşkar olunduğu otağa salmış, həmin otaqda dolabdan Təqsirləndirilən şəxs sellofan torbanı çıxardaraq təqdim etmişdir. Göründüyü kimi “şəxsi axtarış və götürmə haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən Təqsirləndirilən şəxs üzərindən yaşadığı mənzilin açarının aşkar olunmadığı, həmçinin onun həmin mənzildə tək yaşadığı müəyyən olunsa da yaşayış evinə baxış keçirilməsi haqqında protokoldan və videogörüntüdən mənzilin giriş qapısının hansı şəraitdə və kim tərəfindən açılmasının müəyyən olunmaması, baxışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs ailə üzvlərindən heç kimin iştirak etməməsi, o cümlədən polis əməkdaşının həmin mənzilə Təqsirləndirilən şəxs əvvəl daxil olması və dərhal girişdən sağdakı, narkotik aşkar olunan otağa keçməklə, Nəbiyevi də həmin otağa keçirməsi polis əməkdaşlarının baxışdan əvvəl həmin mənzildə olmalarına dair şübhələr yaratmaqla, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin həqiqiliyini təsdiq edir. Bundan başqa “şəxsi axtarış və götürmə haqqında” protokoldan axtarışın saat 17.35dən 18.05-dək, “yaşayış evinə baxış keçirilməsi haqqında” protokoldan isə baxışın saat 18.20-dən saat 19.10-dək aparıldığı göstərilsə də, videogörüntülərdən axtarış və baxışın hansı vaxtlarda aparıldığı müəyyən olunmamışdır. Göstərilənlərə əsasən “şəxsi axtarış və götürmə haqqında” protokolun və “yaşayış evinə baxış keçirilməsi haqqında” protokolun həqiqiliyinə şübhələr olduğundan məhkəmə qeyd edilən protokolları sübut kimi qəbul etmir. Bundan başqa məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs döyülərək, təsir və təzyiqlərə məruz qalaraq üzərinə narkotik vasitələrin qoyulduğu ilə bağlı Baş Prokurorluğa müraciət etdiyini, bununla bağlı araşdırma aparıldığını göstərdiyindən, həmin xüsusatın araşdırılması üçün müvafiq sorğu ilə qeyd edilən materialların surəti Gəncə şəhər prokurorluğundan götürülərək məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Həmin materialda olan Təqsirləndirilən şəxs 2 saylı İstintaq Təcridxanasının rəisinə verdiyi xx.xx.2021-ci il tarixli izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-dən 2 saylı İstintaq Təcridxanasına daxil olmuş, xx.xx.2021-ci il tarixdə saat 10.00 radələrində tibbi baxışdan keçirilən zaman bədənində aşkar olunan xəsarətləri xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən aldığını göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin materialdakı Gəncə şəhər prokurorluğuna verdiyi xx.xx.2021-ci il tarixli izahatından müəyyən olunur ki, evdə olduğu vaxt şprislə narkotik vasitə vurmuş, polislər evinə basqın edərkən şpris boş olmuşdur. Polis əməkdaşları həmin vaxt onun üzərini və evini axtarmışlar, lakin evdə və üzərində narkotik vasitə olmadığından heç nə tapmamışlar. Daha sonra onlar onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada polis əməkdaşları Rəşad, Comərd və Sərxan onu döyərək 1 kiloqram “kakos”, 600 qram isə “qara” adlandırılan narkotik vasitə olan tiryəki üzərinə götürməyini bildirmişlər. Həmin narkotik vasitələri üzərinə götürmədiyindən həmin polis əməkdaşları onu döymüşlər. Döyülməyə dözməyib məcbur qalaraq həmin narkotik vasitələrin ona məxsus olduğunu qəbul etmişdir. Araşdırma materiallarında olan xx.xx.2021-ci il tarixli 781 saylı canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun və hər iki gözaltı nahiyələrin qançırları, sol said və sol iç topuq oynağı nahiyələrinin sıyrıqları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri müayinə olunanın dediyi tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 iyun 2021-ci il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göründüyü kimi 7 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdə ondan izahat alınmış, 8 may 2021-ci il tarixdə şübhəli şəxs qismində, 9 may 2021-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkən verilmiş ittihamla özünü təqsirli bilərək aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirsə də, 2 saylı İstintaq Təcridxanasının rəisinə verdiyi xx.xx.2021-ci il tarixli izahatında aşkar olunan xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılarkən aldığını, Gəncə şəhər prokurorluğuna verdiyi xx.xx.2021-ci il tarixli izahatında isə polis əməkdaşları tərəfindən döyüldüyünü göstərmişdir. Həmçinin ekspert rəyi ilə də onun göstərdiyi xüsusat öz təsdiqini tapmışdır. Beləliklə də tədqiq edilmiş araşdırma materialları ilə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt, yəni 7 may 2021-ci il tarixdə xəsarət alması öz təsdiqini tapdığından məhkəmə onun məhkəmə istintaqı zamanı verilmiş ittihamla özünü təqsirli bilməməklə verdiyi ifadəsini həqiqi və obyektiv ifadə kimi qəbul etməklə, onun məhkəməyədək icraat zamanı 8 may 2021-ci il tarixdə şübhəli şəxs qismində, 9 may 2021ci il tarixdə və 16 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini həqiqəti əks etdirmədiyindən etibarsız ifadələr kimi qəbul edərək həmin ifadələri sübut kimi qəbul etmir. Bundan başqa cinayət işinin materiallarında olan əməliyyat tapşırıqlarından (səh. 96- 97; 168-169) görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbə, ifadəsində göstərmiş olduğu bir neçə gün əvvəl narkotik vasitəni zibillikdən tapması ilə bağlı xüsusatın əməliyyat yolu ilə yoxlanılaraq həmin şəxsin dindirilməsi üçün istintaqa təqdim edilməli olduğu tapşırılmışdır. Halbuki, Təqsirləndirilən şəxs ifadələrində həmin narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığı göstərilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan (səh.194) müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsinin müəyyən edilməsilə bağlı müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi istintaq orqanı tərəfindən verilmiş məzmunu ziddiyyətli əməliyyat tapşırığına formal cavab verilmiş, həmin cavab məktubunda qeyd edilmiş ziddiyyətə aydınlıq gətirilməmişdir. Bundan başqa iş materiallarında olan “diskə baxış keçirilməsi və məlumatları əks etdirən sənədlərin cinayət işi materiallarına əlavə edilməsi barədə” protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin mobil nömrədən çıxan mesajların mətnləri əks olunmuşdur. Həmin mesajlardan onun istifadəsində olmuş mobil nömrəyə ayrı-ayrı nömrələrdən yazılmış «Dedə başına dönüm gör nağarırsan, bu getsə lomkaçılıq olajax», “QAQA mənəm Turqutdu, təmiz iyirmi var əlimdədimi, gəlim?”, «30 manat var naqarax», həmçinin onun istifadəsində olmuş nömrədən ayrı-ayrı nömrələrə «EM40 VAR İSTEMİRSEN», «ata pul düzəltmişəm borcdan 70 m, indi uşaqlar gözdüyür mennen dalaşırlar cavab de bilim bunlara vaxt deyim camaatın pulunu alıb vermişəm qalan pulu da indi du», «QAQA SULU OLMASİN» və s. kimi mesajların yazılması müəyyən edilmişdir. Qeyd edilmiş mesajlarla bağlı ibtidai istintaq zamanı Şahid7 və Şahid6 şahid qismində dindirilmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edərək Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını, ondan narkotik vasitə almadığını, onu narkotik satan bir şəxs kimi əvvəllər tanımadığını, istifadəsində 055 *** ** ** saylı mobil nömrənin olduğunu, xatırlamadığı tarixlərdə qonşusu İlkin adlı şəxsin onun telefonu ilə bir neçə dəfə kiminləsə danışdıqdan sonra onun polislər tərəfindən aparılaraq polis şöbəsində təzyiqlə sənədlərə qol çəkdirildiyini, ifadəsini oxumadığını göstərmişdir. İş materiallarına əlavə edilmiş zənglərin detallaşmasına dair siyahıdan 055 *** ** ** saylı mobil nömrədən 055 475 75 84 saylı nömrəyə aprel ayı ərzində bir neçə dəfə zəng edilməsi müəyyən olunur. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 ifadəsində göstərdiyi hallar isə iş materialları ilə təsdiq olunmamışdır. Belə ki, ibtidai istintaq zamanı Şahid6 ifadəsində göstərmişdir ki, “...təxminən 4-5 ildir ki, narkotik vasitənin heroin növündən inyeksiya yolu ilə istifadə edir. Gəncə şəhər sakini «Eliş» ləqəbli Təqsirləndirilən şəxs təxminən 4-5 aydır ki, tanıyır. O, Elsevərin narkotik vasitə satmasını eşidib bilmiş, ona görə də Elsevərin yanına gedib arabir ona lazım olanda heroinin yarım qramına bəzi vaxtlar 20 manat verib almış, bəzi vaxtlar da 30 manat verib almış, o, Elsevərdən təxminən 4-5 dəfə bu qayda heroin almış, sonuncu dəfə də 07 may 2021-ci il tarixdə Elsevərlə ***-***-**-** mobil nömrəsinə zəng vurub heroin almaq üçün danışmış, o, Elsevərin evlərinin yanına gedəndə polis əməkdaşları olduğunu görmüş, polis əməkdaşları onu görüb oraya niyə gəlməsinin səbəbəini soruşmuş, o da Elsevərdən heroin almaq üçün gəlmiş, o, sonuncu dəfə Elsevərlə danışanda Elsevər ona heroinin yarım qramını 30 manata verə biləcəyini demiş, o da Elsevərlə danışıb bu cür razılaşmış, amma Elsevəri polislər aparıb getdikləri üçün o, Elsevərdən heroin ala bilməmişdir. Həmçinin o, bildirmişdir ki, o, Təqsirləndirilən şəxs son 4-5 ayda dəqiq tarixlərini xatırlamadığı vaxtlarda narkotik vasitə olan heroin almış, hər dəfə o, Elsevərdən 15 manatlıq, 20 manatlıq, ən çox halda 30 manatlıq yarım qram çəkidə heroin almış, hansı çəkidə heroinin nə vaxt, dəqiq hansı qiymətə almağını tam xatırlamır. Ondan başqa ayrı Elsevərdən kimlərin narkotik almasını bilmir, amma Elsevəri o, narkotik vasitə satan kimi tanıyır, narkotik vasitədənin alqı-satqısı ilə məşğul olur...”. İş materiallarında olan zənglərin məxsusluq siyahısından görünür ki, 055 246 70 70 mobil nömrəsi Şahid6 istifadəsində olmuşdur. Zənglərin detallaşmasından isə müəyyən olunmuşdur ki, 055 246 70 70 nömrəsindən 07 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə zəng vurulmamışdır. Həmçinin ibtidai istintaq zamanı dindirilmiş Şahid6 ifadəsində 07 may 2021-ci il tarixdə Elsevərin ***-***-**-** mobil nömrəsinə zəng vurub heroin almaq üçün danışdığını, Elsevərin evlərinin yanına gedəndə polis əməkdaşları olduğunu gördüyünü, polis əməkdaşlarının onu görüb oraya niyə gəlməsinin səbəbini soruşduqda onlara Elsevərdən heroin almaq üçün gəldiyini göstərmişdir. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları olan Şahid1, Şahid2 və digərlərinin ifadələrində göstərilən xüsusat öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə ***-***-**-** mobil nömrəsindən daxil olmuş «Dedə başına dönüm gör nağarırsan, bu getsə lomkaçılıq olajax» kimi mesajın, ***-***-**-** mobil nömrəsindən “QAQA mənəm Turqutdu, təmiz iyirmi var əlimdədimi, gəlim?”, «30 manat var naqarax» kimi mesajlarla bağlı ibtidai istintaq dövründə müstəntiq tərəfindən qeyd edilən nömrələrə zəng vurulmuş, lakin həmin nömrələrin aktiv olmadığı müəyyən edilmiş, bu barədə 20 iyul 2021-ci il tarixli protokol (səh. 166) tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrədən 55-443-30-39 mobil nömrəsinə «EM40 VAR İSTEMİRSEN» kimi mesajın yazılması, ***-***-**-** saylı mobil nömrəsinə «ata pul düzəltmişəm borcdan 70 m, indi uşaqlar gözdüyür mennen dalaşırlar cavab de bilim bunlara vaxt deyim camaatın pulunu alıb vermişəm qalan pulu da indi du» kimi mesajın yazılması, yenidən həmin nömrəyə «QAQA SULU OLMASİN» kimi mesajların yazılması ilə bağlı da ibtidai istintaq dövründə yalnız müstəntiq tərəfindən qeyd edilən nömrələrdən yalnız ***-***-**-** nömrəsinə zəng vurulmuş, lakin həmin nömrənin aktiv olmadığı, 55-443-30-39 mobil nömrəsinə isə ümumiyyətlə zəng vurulmadığı müəyyən edilmiş, bu barədə arayış tərtib edilmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığında (səh. 168-169) da yalnız ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** mobil nömrə sahiblərinin müəyyən edilib istintaqa təqdim edilmələri tapşırılsa da, ***-***-**-** mobil nömrəsinin istifadəçisi ilə bağlı belə tapşırıq verilməmişdir. Əməliyyat tapşırığına verilmiş cavabdan (səh.194) isə müəyyən olunmuşdur ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrə istifadəçiləri ilə əlaqə saxlanılsa da, onların ünvanlarına gedilsə də, nömrələrin aktiv olmaması və istifadəçilərin elə ünvanda yaşamamaları səbəbindən onların müəyyən edilib istintaqa təqdim edilmələri mümkün olmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə və həmin mobil nömrədən gedən sms-lərlə bağlı hərtərəfli araşdırma aparılmamış, həmin mobil nömrə istifadəçiləri müəyyən edilməmiş, dindirilmələri, zərurət yarandığı halda isə üzləşdirilmələri təmin edilməmiş, mötəbərliyi şübhə yaradan mənbələrdən daxil olmuş sms yazışmalar ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilinməsi üçün sübut kimi qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə ibtidai istintaq zamanı Şahid7 və Şahid6 şahid qismində verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri inandırıcı ifadələr kimi qəbul etmir, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə və həmin mobil nömrədən gedən sms-lərlə bağlı məlumatları isə mötəbər sübut kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edilənlərlə yanaşı, ibtidai istintaq dövründə əldə edilmiş telefon zəngləri və sms mətnlərində göstərilmiş xüsusatlar üzrə (kiməsə narkotik vasitə verməsi, satması) Təqsirləndirilən şəxs ittiham verilməməsini də nəzərə alır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində Təqsirləndirilən şəxs tutulmamışdan əvvəl, xatırlamadığı tarixdə Gəncə şəhərində yerləşən “Sultan” marketin qarşısında gördüyünü, həmin vaxt Elsevərin gözünün altında, burnunun üstündə göyərtilər, ayağında sıyrıq və qolunda qızartılar olmasını gördüyünü, səbəbini soruşduqda isə onu tanımadığı uşaqların döydüklərini bildirdiyini göstərərək, əlavə etmişdir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evindən aparmalarını həmin ərazidə yaşayan hamı bildiyini, bu barədə onun özünün də eşitdiyini, xəsarət almasının həmin vaxt, yaxud əvvəl tanımadığı adamlar tərəfindən yetirilməsini isə dəqiq bilmədiyini göstərmişdir. Məhkəmə Anar Məmmədovun ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi Təqsirləndirilən şəxs gördüyü vaxt bədənində olan xəsarətlərin olması, həmin xəsarətləri təsvir etməsi, Təqsirləndirilən şəxs tanımadığı uşaqlar tərəfindən döyülərək həmin xəsarətləri almasını ona bildirməsilə bağlı ifadəsi həqiqi və obyektiv ifadə kimi qəbul olunmamalıdır. Belə ki, o ifadəsində Təqsirləndirilən şəxs göz altı nahiyəsində, burnunun üstündə göyərtilər, ayağında sıyrığı, qolundakı qızartıları gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində Anar Məmmədovun onu həmin vəziyyətdə görmədiyini, xüsusən də ayağındakı xəsarət görünməyən hissədə olduğundan onun həmin xəsarəti görməsinin mümkünsüz olduğunu bildirmişdir. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3, X3 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, onlar iş üzrə maraqlı şəxslər olduqlarından verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir və həmin ifadələr iş üzrə sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 58-ci bəndində göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 2,837 qram çəkidə, 1004,9 qram çəkidə narkotik vasitə olan heroin və 599,8 qram çəkidə narkotik vasitə olan tiryək həmin maddələrin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-də, 02 ədəd DVD-R disk, 01 ədəd SD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-də ayrılmış xüsusi yerdə məsul saxlanca verilmiş, narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 2,837 qram çəkidə, 1004,9 qram çəkidə narkotik vasitə olan heroin və 599,8 qram çəkidə narkotik vasitə olan tiryək həmin maddələrin əldə edilməsi və istifadə edilməsilə bağlı xüsusatlar araşdırılanadək Gəncə şəhər BPİ-də, 02 ədəd DVD-R disk, 01 ədəd SD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət işi üzrə cinayət təqibi orqanlarının qanunsuz hərəkətlərindən mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar