Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-73/2025 23.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1989-cu ildə Gəncə şəhərində Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-cimaddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməyən tarix və vaxtda istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 4.698 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 07 aprel 2023-cü il tarixdə, saat 16:45-də Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Nizami prospekti “Deluxe” otelinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülü çəkisi 4.698 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Vüsal Süleymanov adlı dostuna həbsxanaya yemək göndərmişdir. Polis əməkdaşları onu ilk dəfə saxlayarkən səbəb kimi dostuna həbsxanaya yemək göndərməsini göstərmiş, o isə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, cəzasını çəkib başa vurduğunu bildirmişdir. Daha sonra evdə olduğu vaxt anasına “Kapital Bank”dan zəng gəldiyini deyərək banka getmiş, bu zaman üç nəfər onu saxlamışdır. Şəxsi avtomobili həmin yerdə qalmış, polis əməkdaşlarının maşını ilə şöbəyə aparılmışdır. Şöbəyə gedərkən üzərində 45 manat pul, “Kapital Bank” kartı, avtomobilin açarı və cib dəsmalı olmuş, polis əməkdaşları bunların hamısını götürmüş və onun cibinə narkotik vasitə yerləşdirmişlər. Polis əməkdaşları ondan narkotik vasitəni üzərinə götürməsini tələb etmiş, o isə etiraz etdikdə bu hərəkətin Vüsal Süleymanovun məhkəməsinə getməsi ilə əlaqədar olduğunu demişlər. Həmçinin bildirib ki, Vüsalın anası yaşlı qadındır və özü taksi fəaliyyəti ilə məşğul olduğu üçün ona kömək etməyi xahiş etmişdir. Daha sonra ona psixoloji təzyiq göstərilmiş – qadın geyimi geyindirməklə hədələnmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları onu Yevlax avtovağzalında, “Bank of Baku”nun qarşısında saxlamış və ona psixoloji təsir göstərmişlər. O, narkotik vasitələrdən istifadə etmədiyini, onu Vüsal Süleymanovun işi ilə bağlı saxladıqlarını bildirmişdir. Onun üzərinə baxış videoçəkilişlə aparılmış, həmin zaman narkotik vasitə aşkar olunmuş, şöbədə olarkən isə telefonla zəng edib yükləndiyini demiş və “Kapital Bank” kartından köçürmə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində hadisənin təfərrüatlarını xatırlamadığını bildirmiş, həm məhkəmədə, həm də istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs “Bank of Baku”nun qarşısında saxlanılmış, saxlanılma zamanı Şahid3 da həmin ərazidə olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs saxlanılması zamanı ona qarşı hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Şöbədə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən isə o, həmin vaxt orada olmamışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O, ifadəsində Köhnə Yevlax avtovağzalının yanında təqsirləndirilən şəxsə yaxınlaşaraq onu polis bölməsinə dəvət etdiklərini, daha sonra isə işlə bağlı onu başqa yerə göndərdiklərini və təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman həmin yerdə olmadığını bildirmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs Yevlax avtovağzalında 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılarkən tək olmuş, Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Həmin vaxt orada özü, Rəşad, Tohid və Sübhan olmuşdur. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, ifadəsində hadisənin çoxdan baş verdiyini qeyd edərək detalları dəqiq xatırlamadığını bildirmiş, eyni zamanda təqsirləndirilən şəxsin “Bank of Baku”nun yaxınlığında saxlanıldığını və şöbəyə aparıldıqdan sonra onun üzərinə baxış keçirildiyini qeyd etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı Şahid4 məxsus olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən orada Şahid4, Şahid1, Şahid2 və özü – dörd nəfər olmuşlar. Təqsirləndirilən şəxs “Bank of Baku”nun qarşısında saxlanılmış, saxlanılma zamanı polis əməkdaşlarına qarşı hər hansı etiraz etməmiş və ona qarşı heç bir təzyiq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, lakin şahid narkotik vasitənin çəkisini xatırlamadığını bildirmişdir. Tədqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman isə Şahid1 və Şahid2 həmin məkanda olmamışdır. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, O, ifadəsində bildirmişdir ki, təxminən iki il əvvəl Yevlax avtovağzalının yaxınlığında, “Bank of Baku”nun yanında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, daha sonra onu Yevlax Şəhər Polis İdarəsinin İkinci Polis Şöbəsinə dəvət etmişlər. Onunla birlikdə şöbəyə getdikdən sonra tədqiqatçının xidməti otağında videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs cibindəki bükümü özü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində heroin – narkotik vasitə olmuşdur. Büküm tədqiqatçı tərəfindən sənədləşdirilərək götürülmüşdür. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, aşkar edilmiş narkotik vasitə 1 büküm şəklində olmuş və çəkisi təxminən 4-5 qram təşkil etmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman ona zəng edərək bu barədə məlumat vermişdir. O, həmin vaxt idarədə olmuşdur. Təqsirləndirilən şəxs ona 2023-cü il aprelin 7-də, saat 08:00 radələrində zəng etmiş, o isə Samirdən nə üçün saxlanıldığını soruşduqda, Samir üzərinə 5 qram narkotik vasitə qoyulduğunu bildirmişdir. Daha sonra Samir ondan şəxsi avtomobilini, bank kartını və telefonunu götürməyi xahiş etmişdir. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, Samir onunla öz şəxsi telefonu vasitəsilə əlaqə saxlamış, lakin özü şöbəyə gedərkən Samiri görməmişdir. Kart və avtomobil açarını isə polis əməkdaşlarından təhvil almışdır. Samir onu ***-***-**-** nömrəli telefondan yığmış, o isə açarı götürdükdən sonra “Bank of Baku”nun yaxınlığına gedərək qapısı açıq vəziyyətdə olan avtomobili götürmüşdür. Samir saxlanıldıqdan bir gün sonra polis əməkdaşı ona zəng edərək Samirin ona nə dediyini soruşmuşdur. Qeyd etmişdir ki, həmin vaxt Samir yalnız ona deyil, ailə üzvlərinə də zəng etmişdir. Samir telefonla əlaqə saxladığı zaman üzərinə narkotik vasitə qoyulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Samirin işi olmadığı üçün taksilik fəaliyyəti ilə məşğul olmuş, həmin zamanda o, 7 aprel tarixində Samiri gözləmiş, lakin saat 6 olmasına baxmayaraq Samirdən xəbər çıxmamışdır. Daha sonra Samir ona zəng edərək “xala, məni üzərimə narkotik qoyaraq tutublar” demişdir. Həmin zaman o Samirdən “səni narkotiklə tutublarsa telefon necə üzərindədir” deyə soruşmuş, Samir isə cavabında ona ”telefon cibimdə qalıb” demişdir. Samir həmin zaman 3 qram narkotik vasitənin nə olduğunu bilməmiş və bu səbəbdən qəbul etmiş, həmçinin saxlanılan zaman polislər onun cibini yoxlamamışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Samir saxlanılan zaman ona təzyiq və təsir göstərilmişdir. Həmçinin Samir onunla birgə oğlu Vüsal Süleymanovun məhkəmə iclasına gəldiyi üçün saxlanılmışdır. Həmin məhkəmə iclaslarına onun bacısı, qardaşı və Samirdən başqa heç kim getməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Samir onun qonşusu olmuş, Samirin valideynləri xəstə olduğu üçün tez-tez onlara baş çəmək məqsədilə Samirgilə getmişdir. 7 aprel tarixində axşam vaxtları Samirin anasına baş çəkmək üçün onlara getmiş, içəri girən zaman Samirin anasının telefonla danışdığını görmüş, həmin zaman isə telefon əlindən düşmüşdür. O, həmin telefonu götürüb Samirdən nə olduğunu soruşmuş, Samir isə ona “məni 5 qram heroinlə yükləyiblər” demişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Samir saat 6 radələrində ev telefonuna zəng edərək anası ilə danışmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023cü il tarixli Raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Şübhəli şəxsin tutulması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlnun üzərində axtarış aparılan zaman 4,93 (dörd tam yüzdə doxsan üç) qram narkotik vasitə olan heroin aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 aprel 2023-cü il tarixli 16/402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 4,698 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1ci siyahısının İ bəndinə daxildir. Qeyd: Heorinin təmiz çəkisi – 4,698 qr, tədiqata sərf edildi – 0,1 qr, qalıq – 4,598 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-189/2023 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli videodiskə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülü, çəkisi sellofan kəsiyi ilə birlikdə 4.93 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülməsi, əsas isə həmin fakta dair toplanmış ilkin yoxlama materialı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-279/2023 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Gəncə Şəhər Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında polis əməkdaşları tərəfindən ona təzyiqlərin olunması, eləcə də üzərinə narkotik vasitələrin qoyulması barədə dediyi xüsusatlar öz əksini tapmamış, polis əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-57-2/2- 20117/2023 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini kimdən və harada əldə etməsi, həmin narkotik vasitəni hansı məqsədlə üzərində daşıması, həmin narkotik vasitəni kənar şəxslərə verib-verməməsini müəyyən etmək üçün Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə əməliyyat tapşırığına verilmiş cavaba əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatlarının olduğu bildirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etmə mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 4507 nömrəli Arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 4522 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Eləcə də, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 515 saylı məhkəmətibbi ekspertiza rəyinə əsasən sonuncunun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 4522 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli Sübutların qiymətləndirilməsi haqqında Qərara əsasən 4,598 qram çəkidə olan heroin və üzərinə keçirilmiş baxışla əlaqədar DVD disklər sübut olaraq tanınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İş məhkəməyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs ərizə və vəsatətlərlə müraciət edərək, ilk öncə aparıldığı zaman videokamera görüntüsünün olmasını qeyd etmiş, daha sonra saxlanılmasının üzərindən iki ildən artıq vaxt keçməsini bildirərək, artıq videogörüntünün olmadığını diqqətə çatdırmışdır. Eləcə də, saxlanılan zaman özünə məxsus olan mobil telefonun üzərində olmasını bildirərək, həmin telefonla zənglər etməsini diqqətə çatdırmışdır. Lakin, iş materialları, üzərinə keçirilmiş baxış, eləcə də şahid ifadələri zamanı üzərində telefon aşkarlanmamışdır. Belə olan halda qeyd olunan xüsusat təqsirləndirilən şəxsin öz müdafiəsi məqsədilə gətirdiyi dəlil olaraq qiymətləndirilməlidir. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Usub Əliyevin əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün etirafedici ifadələrində, eləcə də şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə narkotik vasitə olan heroini tapdığını, heç kimə satmadığını və satmaq niyyətində də olmadığını göstərmişdir. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatı, təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin psixotrop maddə hesab olunur; xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 0,15 qramdır, külli miqdarın aşağı həddi isə 2 qramdır. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli 16/402 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan heroin ümumi təmiz çəkisi 4,598 qram olmaqla külli miqdar təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini şəxsi istehlak məqsədilə əldə edib, üzərində gəzdirmişdir. Qeyd olunan narkotik vasitəni kiməsə satmamış, hədiyyə qismində verməmiş, belə olduqda isə onun törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs X3 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Ona görə onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 aprel 2023-cü il tarixindən hesablanmışdır. Bundan başqa, iş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 09 aprel 2023cü il tarixli qərarı ilə 4 (dörd) ay həbs qətimkam tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPMin 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 72 (yetmiş iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından müdafiəçi X4 üçün 542 (beş yüz qırx iki) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar X1 32,40 (otuz iki manat, qırx qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroin ümumi təmiz çəkisi 4,598 qram psixotrop maddə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət ışının materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2023-cü ildən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 542 (beş yüz qırx iki) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32,40 (otuz iki manat, qırx qəpik) məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinin ümumi təmiz çəkisi 4,598 qram psixotrop maddə olan heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət ışının materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-73/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-73/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver