Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-74/2021 29.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, 14 may 1988-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, həbs olunanadək ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Züqo Tavr” restoranının arxasında əvvəllər tanımadığı sərxoş vəziyyətdə olan Gəncə şəhər sakini Zərərçəkmiş şəxs onunla alçaldıcı formada rəftar etməsi və onu yumruqla vurmasına görə aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi kustar üsulu ilə hazırlanmış turist bıçağı ilə iki dəfə sinə nahiyyəsindən qəsdən vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin iki ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, yaralardan biri döş boşluğuna keçdiyi üçün həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, digər yara isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 25 iyul 2020-ci il tarixdə saat 18 radələrində vaxt keçirmək üçün Gəncə şəhərindəki “Züqo Tavr” şadlıq sarayının arxasında yerləşən ərazidə quş saxlayan Elxan adlı tanışının yanına getmişdir. Həmin vaxt orada tanışları Elxan, Elvin, Elvinin qardaşı və Eldəniz, həmçinin əvvəllər tanımadığı, sonradan adının Ceyhun olduğunu bildiyi şəxs olmuşdur. O, həmin şəxslərlə salamlaşdıqdan sonra Elvinlə söhbət etmişdir. O, Elvinlə söhbət etdikdən sonra Ceyhun onunla tanış olmaq istəmiş və o da özünü Ceyhuna təqdim edib “Dəyirmanın dairəsi” adlanan ərazinin yaxınlığında yaşadığını bildirmişdir. Həmin vaxt o, Ceyhunun danışığından onun sərxoş olduğunu başa düşmüşdür. Bundan sonra Ceyhun öz telefonu ilə kimlərəsə zəng edərək onun barəsində maraqlanmağa başlamış, Ceyhun zəng etdiyi şəxsə kinayə ilə, onu alçaltmaq fikri ilə sonuncunun “gənc kadr” olduğunu bildirmişdir. O, Ceyhuna nə üçün tanımadığı halda, həmçinin münasibəti olmadığı halda onun barəsində hansısa şəxslərə o cür danışdığını soruşmuş, Ceyhun isə kobud halda ona danışmağı öyrətməməsini demişdir. O, oturacaqda oturmuş halda sakit formada Ceyhunla söhbət etmək istəmiş, lakin həmin vaxt Ceyhun heç bir səbəb olmadan gəlib onun qarşısında oturub ona danışmağı öyrətməməsini deyib qəflətən yumruqla onun sifətinə və başına vurmağa başlamışdır. Ceyhunun vurduğu zərbələrdən onun burnundan qan axmışdır. Həmin vaxt orada olan şəxslər Ceyhunu ondan aralamışlar. Bu zaman Ceyhun yanında olan kiçik oturacağı götürüb onu vurmaq üçün üstünə hücum etmiş, o da cibində olan bıçağı çıxararaq Ceyhuna tərəf bir neçə zərbə atmışdır. O, atdığı bıçaq zərbələrinin Ceyhunun bədəninin harasından dəydiyini bilməmişdir. Ətrafda olan şəxslər yenidən onları ayırmışlar. Ceyhun ayrıldıqdan sonra əlini sinəsinə tutub vurulduğunu bildirmişdir. Həmin vaxt o, atdığı bıçaq zərbəsinin Ceyhunun sinəsindən dəydiyini bilmişdir. Bundan sonra Elxan öz avtomobili ilə Ceyhunu xəstəxanaya aparmış, o isə qorxduğu üçün oradan uzaqlaşıb Bakı şəhərinə getmişdir. Müəyyən müddət Bakı şəhərində qaldıqdan sonra törətdiyi cinayət əməlindən peşman olaraq Gəncə şəhərinə gəlib yaşadığı evdə oturub polisin gəlməsini gözləməyə başlamışdır. Daha sonra isə polis əməkdaşları evə gələrək onu polis idarəsinə aparmışlar. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 iyul 2020-ci il tarixdə saat 15-16 radələrində o, əsəblərini sakitləşdirmək üçün bir şüşə araq və bir şüşə pivə alaraq Gəncə şəhəri “Alov” ticarət mərkəzinin qarşısında ev alqı-satqı ofisini işlədən tanışı Mahirin ofisinə getmiş və ofisin qarşısında dayanaraq həmin araq və pivəni tək içmişdir. Həmin vaxt Mahir də orada olmuşdur. O, araq və pivəni bir-birinə qataraq içdiyi üçün həddindən artıq sərxoş olmuşdur. Xatırladığı qədər o, orada olarkən tanımadığı şəxslə yadında qalmayan səbəbə görə dalaşmış və həmin şəxs də onu bıçaqla vurmuşdur. Bıçaqla vurulduqdan sonra isə o, Elxan adlı taksi sürücüsünün avtomobili ilə xəstəxanaya getmişdir. Bundan başqa o, hadisənin baş verdiyi yeri, hadisə baş verən vaxt orada kimlərin olduğunu xatırlamır. Sonradan polis əməkdaşı onu vuran şəxsin Təqsirləndirilən şəxs olduğunu demişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Hadisə zamanı əynində olmuş bir ədəd köynəyin məhv edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özünə məxsus “VAZ-2106” markalı, **-DX-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, yaşadığı evin qarşısında, “Züqo Tavr” şadlıq sarayının arxasında yerləşən ərazidə quş saxlamışdır. Zərərçəkmiş şəxs onun qonşusu olmaqla münasibətləri həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs da Gəncə şəhər sakini kimi tanımış və onunla da heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ceyhun, Orxan və digərləri bəzən boş vaxtlarında onun yanına gələrək quşlara baxmış, bir qədər söhbət edib dağılışmışlar. 25 iyul 2020-ci il tarixdə saat 18 radələrində o, quşlara qulluq edərkən, Ceyhun onun yanına gəlmişdir. O,Ceyhunun danışığından və hərəkətlərindən sonuncunun sərxoş olduğunu başa düşmüşdür. Bir qədər sonra isə Elvin və adını bilmədiyi qardaşı, onların arxasınca isə Orxan onların yanlarına gəlmiş və söhbət etmişlər. Az sonra Ceyhun Orxanı sorğu-sual etməyə, harada yaşadığını, nə işlə məşğul olduğunu soruşmağa başlamışdır. Orxanın verdiyi cavablar sərxoş olduğu üçün Ceyhunun xoşuna gəlməmiş və Ceyhun qəflətən ayağa qalxaraq Orxanı yumuruqla vurmuşdur. O, oradakı digər şəxslərlə Ceyhunu Orxandan ayırmağa çalışmışlar. Onlar Ceyhunu ayırdıqdan sonra Ceyhun yenə Orxanın üstünə hücum etmək istəmişdir. Həmin vaxt Orxan qəflətən bıçaq çıxararaq bir neçə dəfə bıçaqla Ceyhuna zərbə vurmuşdur. Orxanın vurduğu bıçaq zərbəsi Ceyhunun sinəsinin sol tərəfindən dəymiş və Ceyhun yerə yıxılmışdır. Bundan sonra Ceyhun sakitləşmişdir. O, Orxanın əlindəki bıçağı gördükdən sonra Orxana oradan çıxıb getməsini demiş və Orxan da əlindəki bıçaqla birlikdə harasa getmişdir. Bundan sonra o, Ceyhunu tez öz avtomobilinə əyləşdirərib 3 nömrəli xəstəxanaya gətirmiş və orada Ceyhuna tibbi yardım göstərilmişdir. Hadisə təxminən 3-5 dəqiqə davam etmiş və həmin vaxt ətrafda heç kim olmamışdır. Hadisə zamanı Orxanın əlindəki bıçaq balaca bıçaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu olmaqla ailəli olmuş və müəyyən səbəblərə görə ailəsindən ayrılmışdır. Ceyhun ailəsindən ayrıldıqdan sonra spirtli içkiyə alüdə olmuşdur. 25.07.2020ci il tartixdə saat 20 radələrində o, işdə olarkən kiçik oğlu ona zəng vurub Ceyhunun bıçaqlandığını və 3 nömrəli xəstəxanada olduğunu bildirmişdir. O, nə baş verdiyini öyrənmək üçün işdən çıxaraq xəstəxanaya gəlmişdir. Həmin vaxt Ceyhun ona günorta vaxtı yaşadıqları evin yaxınlığında spirtli içki içdiyini və yadında qalmayan şəxslə yadında qalmayan səbəbə görə dalaşdığını demişdir. Dava zamanı isə dalaşdığı şəxs Ceyhunu bıçaqla vurmuşdur. Sərxoş olduğundan heç nə onun yadında olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, H.Əliyev prospektində, “Alov” ticarət mərkəzinin qarşısında yerləşən ev alqı-satqı ofisində makler işləyir. Zərərçəkmiş şəxs Gəncə şəhər sakini kimi tanımışdır. 25.07.2020-ci il tartixdə saat təxminən 15-16 radələrində o, ofisdə olarkən Ceyhun onun yanına gəlmiş, həmin vaxt Ceyhun özü ilə araq və pivə də gətirmiş, ofisin qarşısında tək olaraq həmin araq və pivəni içməyə başlamışdır. O, Ceyhuna spirtli içki içməməsini məsləhət görsə də, Ceyhun onun sözünə qulaq asmamışdır. Təxminən bir saata yaxın Ceyhun ofisin qarşısında olduqdan sonra onun müştərisi gəldiyi üçün o, müştəri ilə evə baxmağa getmişdir. Səhəri günü isə polis əməkdaşları onun yanına gələrək Ceyhunun ofisin qarşısında olan günü kimsə tərəfindən bıçaqlandığını bildirmiş və onu sorğu-sual etməyə başlamışlar. O isə bildiklərini polis əməkdaşlarına danışmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 oktyabr 2021-ci il tarixli “hadisə yerinə baxışın keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, hadisə yeri Gəncə şəhəri Ş.İ.Xətai prospektindəki “Züqo Tavr” şadlıq sarayının arxasında olan çoxmərtəbəli yaşayış binalarının arasında, Şahid3 quş saxladığı yerin qarşısında yerləşir. Ərtafdan qarajlar, kiçik əl damları, saxlanc yerləri və həyətyanı sahələrlə əhatə olunmuşdur. Hadisə yerində oturmaq üçün kiçik stol və stullar vardır. Hadisə yerinə baxış zamanı heç bir cinayət xarakterli iz aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 20.08.2020-ci il tarixli, 1260 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yan səthində iki ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu yaralar kəsici-deşici alətlə (alətlərlə) yetirilmişdir, yetirilmə müddətləri 25.07.2020-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə yaralardan biri döş boşluğuna keçdiyi üçün həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, digər yara isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2020-ci il tarixli 16/624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qısaqol köynəyin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspetiza və Pataloji Anatomiya ETT Birliyinin 20.08.2020-ci il tarixli 1260 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarəti ilə təqdim edilmiş köynəyin səthində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “döş qəfəsinin sol yan səthində iki ədəd kəsilmiş-deşilmiş yara” xəsarətləri ilə köynəyin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni, zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 28 sentyabr 2020-ci il tarixli 16/624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmətibb ekspertizasının 17.09.2020-ci il tarixli, 1428 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ gözün alt qapağının və sağ körpücük nahiyəsinin qançırları, burunun sağ yan səthinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 1-2 gündür və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, 25.07.2020-ci il tarixdə baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq ona xəsarət yetirməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və ərizələrinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 22 sentyabr 2020-ci il tarixli araryışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasnını CM-nin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Gəncə Apelliyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2017-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasnını CM-nin 126.1-ci maddəsinə Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ Rayon məhkəməsinin 09 mart 2018-ci il tarixli 7(002)- 644/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) il 13 (on üç) gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser və Gəncə şəhər Psixonevroloji Dispanserinin arayışlardan görünür ki, Məmmədov X2 Dispanserinin və narkoloji Dispanserinin qeydiyyatında durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospektində yerləşən “Züqo Tavr” restoranının arxasında əvvəllər tanımadığı sərxoş vəziyyətdə olan Gəncə şəhər sakini Zərərçəkmiş şəxs onunla alçaldıcı formada rəftar etməsi və onu yumruqla vurmasına görə aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi kustar üsulu ilə hazırlanmış turist bıçağı ilə iki dəfə sinə nahiyyəsindən qəsdən vuraraq sonuncuya döş qəfəsinin sol yan səthinin iki ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, yaralardan biri döş boşluğuna keçdiyi üçün həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, digər yara isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Yuxarıda qeyd olunan hüquqi əsaslara görə məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3–cü maddəsinə müvafıq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması həmin Məcəllənin 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 26.05.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Azərbaycan Respublikasının CM-nin 126.1 və 62 maddələri ilə barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.03.2018-ci il tarixli qərarı ilə cəzadan 01 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş, 23.04.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivi yaranır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməlində cinayətin təhlükəli residivi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməli cinayətin təhlükəli residivini yaratdığından, ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, cəza təyin edilərkən həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın üçdə ikisindən az olmayan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10 - 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olduğundan onun barəsində CM-nin 60-cı maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 16 sentyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd köynək sahibi tərəfindən qəbul edilməsi imtina edildiyindən məhv edilməldir. Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd köynək sahibi tərəfindən qəbul edilməsi imtina edildiyindən məhv edilsin. Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirdiyindən 240 (iki yüz qırx) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-74/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-74/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver