Məhkəmə qərarları › İş №1(100)-74/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-74/2022

14.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-74/2022 14.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Fərhad oğlunun və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci ildə Daşkəsən rayonu Tapan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi döngə 1, ev 1, mənzil 15-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Fərhad oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Fərhad oğlu məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,042 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəksi 1.745 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini vahid niyyətlə qanunsuz əldə edərək üzərində saxlamaqla daşımış, qadağan olunmuş əşya olan əldə etmiş olduğu 1.745 qram çəkidə olan metamfetamindən 0.683 qram hissəsini və 3.042 qram çəkidə narkotik vasitə olan heroini yoxlamadan gizlətməklə kartofun içərisində iki ədəd ayrı-ayrı polietilen bükümlərdə yerləşdirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhəri Həsən Əliyev küçəsində yerləşən 2 saylı İstintaq Təcridxanasında saxlanılan tanışı Şahid8 verilməsi üçün sonuncuya sovqat aparan oğlu Şahid9 vasitəsilə göndərmiş, Şahid9 yetkinlik yaşına çatmadığından içərisində narkotik vasitə və psixotrop maddə olan sovqatı dayısı Şahid11 həbsdə saxlanılan atası Şahid8 verməsini xahiş etməsinə görə 14 fevral 2021-ci il tarixdə, saat 15:40-da 2 saylı istintaq təcridxanasının sovqat qəbulu Arzu Qurbanovun gətirmiş olduğu sovqata baxış keçirilərkən kartofun içərisində gizlədilmiş 2 (iki) ədəd ayrı-ayrı bükümlərdə olan təmiz çəkisi 3,042 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təmiz çəkisi 0,683 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar olunaraq götürüldüyündən onun iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı, yəni naktotik vasitə olan heroini və pixotrop maddə olan metamfetamini istintaq təcridxanasında saxlanılan tanışı Şahid8 ötürməyə cəhd etmiş, həmçinin 2 saylı İstintaq Təcridxanasına narkotik vasitə və psixotrop maddə ötürməyə cəhd etməsi ilə əlaqədar Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 16 fevral 2021-ci il tarixdə, saat 20:00-da Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zamanı əynindəki göy rəngli idman geyiminin sağ yan cibindən istintaq təcridxanasına keçirməyə cəhd etdiyi psixotrop maddə ilə eynilik təşkil etdiyi təmiz çəkisi 1,062 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Fərhad oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitədən istifadə edir. Şahid8 onun tanışıdır. Şahid8 həmin vaxt oğurluq etdiyinə görə 2 saylı İstintaq təcridxanasında saxlanılırdı. 14 fevral 2021-ci il tarixdə Şahid8 onun istifadəsində olan mobil nömrəsinə gizli nömrədən zəng edərək Kürdəmirdən Qoşqar ləqəbli bir şəxsin ona ərzaq göndərdiyini bildirib, ona həmin ərzağı götürüb türməyə gətirməyini bildirmişdir. O, isə Şahid8 şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Belə olan halda Raziyə sovqatı İstintaq Təcridxanasına gətirə bilmədiyini bildirəndə sonuncu həmin gün oğlu Nicatın sovqat aparacağını ona bildirmiş və Nicatın istifadəsində olan mobil nömrəsini ona verib bildirmişdir ki, həmin sovqatıda Nicata versin. Həmin gün səhər saatlarında onun istifadəsində olan mobil telefonuna hazırda xatırlamadığı mobil nömrədən zəng gələrək, 15 dəqiqə sonra sovqatı götürməsi bildirilmişdir. Bundan sonra o, dövlət qeydiyyat nömrəsini xatırlamadığı, qırmızı rəngli Mikroavtobusun şöferindən sovqatı götürmüş və özü də bir neçə qutu siqaret alıb həmin sellfon torbanın içərisinə qoymuşdur. Daha sonra o, istifadəsində olan mobil nömrəsindən Razinin oğlu Nicatın istifadəsində olan mobil nömrəsinə zəng edib atasının dostu olduğunu və atasına sovqat göndərmək istədiyini deyib harada olduğunu soruşanda Nicat Gəncə şəhəri, “Dəyirman dairəsi” adlanan ərazidə olduğunu demişdir. O, “Pasyolka” adlanan ərazidə olduğunu, həmin yerə getdiyini Nicata bildirmişdir. Bundan sonra o, “Dəyirman dairəsi” adlanan yerə gedib orada “Dostlar inşaat” dükanının qarşısında Nicatla görüşmüşdür. Həmin vaxt Nicatın yanında adını bilmədiyi dostu da olmuşdur. O, sovqatı Nicata verib oradan çıxıb getmişdir. Bundan başqa 16 fevral 2021-ci il tarixdə saat 10:00-da yaşadığı evin qapısı döyülmüş və o qapını açmışdır. Bu vaxt mülki formada 4 nəfər onun qollarını burub yaşadığı mənzildən çıxarmışlar. Həmin vaxt onun əynində idman şalvarı, futbol geyimi olmuş, lakin ayağında ayaqqabı olmamışdır. Hətta həmin şəxslər onu paltar belə geyinməyə qoymamışlar. Onu binanın dəhlizi ilə düşürən zaman adını tam bilmədiyi qonşusu Eliş kimi tanıdığı şəxs görmüşdür. Bundan sonra onu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirmişlər. Polis idarəsində ona zor tətbiq edərək, ona hadisədən iki gün qabaq türməyə gedən kartofun içinə narkotiki onun qoymasını və sonra aparıb Razinin oğluna verməsini bildirməsini tələb etmişlər. Əgər bu deyilənləri qəbul etməsə evinə iki kilo narkotik və silah qoyub çəkiliş apararaq onu türməyə salacaqlarını bildirmişlər. Bundan sonra o təziqlərə dözməyib deyilənlərlə razılaşmışdır. Bundan sonra onu başqa otağa apararaq müdafiəçinin iştirakı ilə video çəkiliş etmişlər. Təqsirləndirilən şəxs Fərhad oğlu məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “o, narkotik vasitədən uzun müddətdir ki istifadə edir. Şahid8 onun tanışıdır. Şahid8 hal-hazırda oğurluq etdiyinə görə 2 saylı İstintaq təcridxanasında saxlanılır. 14 fevral 2021-ci il tarixdə Şahid8 onun istifadəsində olan 055-55- 39-74 saylı mobil telefon nömrəsinə gizli nömrədən zəng edərək narkotik vasitə gətirməyi ondan xahiş etmişdir. O, isə Şahid8 İstintaq Təcridxanasına narkotik vasitə gətirə bilmədiyini bildirəndə sonuncu həmin gün oğlu Nicatın sovqat aparacağını ona bildirmiş və Nicatın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ona verib bildirmişdir ki, narkotik vasitəni Nicatın xəbəri olmadan sonuncuya versin. O, da biraz kartof və soğan almış, özündə olan 3,042 qram narkotik vasitə olan heroini və 0,683 qram psixotrop maddə olan metafetamini ayrı-ayrı bükümlərə qoyaraq kartofun içərisinə yerləşdirmişdir. Həmin kartofu və soğanı sellofan torbaya qoymuş, həmçinin bir neçə qutu siqaret də alıb həmin sellofon torbanın içərisinə qoymuşdur. Bundan sonra o, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Razinin oğlu Nicatın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib atasının dostu olduğunu və atasına sovqat göndərmək istədiyini deyib harada olduğunu soruşanda Nicat Gəncə şəhəri, “Dəyirman dairəsi” adlanan ərazidə olduğunu demişdir. O, “Pasyolka” adlanan ərazidə olduğunu, həmin yerə getdiyini Nicata bildirmişdir. Bundan sonra o, “Dəyirman dairəsi” adlanan yerə gedib orada “Dostlar inşaat” dükanının qarşısında Nicatla görüşmüşdür. Həmin vaxt Nicatın yanında adını bilmədiyi dostu da olmuşdur. O, sovqatı Nicata verib oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, onun verdiyi sovqata İstintaq Təcridxanasında baxış keçirilən zamanı onun kartofun içərisinə yerləşdirdiyi narkotik vasitə aşkar olunaraq götürülmüşdür. O, daha sonra ifadəsində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə Gəncə şəhəri Həsən Əliyev küçəsində yerləşən 2 saylı İstintaq Təcridxanasının yanından keçən zaman 3 nəfər mülki formada olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. O, Nizami Rayon Polis İdarəsində olarkən polis əməkdaşları onun üstünə baxış keçiriləcəyini bildirib ondan müdafiəçi istəyib-istəmədiyini soruşmuşlar. O, maddi imkani olmadığını bildirdiyi üçün müdafıəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilən zamanı əynindəki göy rəngli idman geyiminin sağ yan cibindən 1 ədəd gümüşü rəngli falqaya bükülü halda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı həmin psixotrop maddə olan metamfetamini polis əməkdaşları tərəfindən saxlanıldığı gündən 3-4 gün əvvəl Gəncə şəhərində yerləşən “Metallurq stadionu” adlanan ərazinin yaxınlığında yerdən tapdığını, özünə məxsus olduğunu, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamin aptek tərəzisində çəkilmiş və çəkisi 1,28 qram müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri onunla yanaşı baxış zamanı iştirak edən iştirakçılar tərəfindən imzalanmış, eyni zamanda onun üzərinə baxış keçirilməsi barədə tərtib olunmuş protokol da onunla yanaşı digər iştirakçılar tərəfindən imzalanmışdır” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş, bundan sonra Şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasının yaxınlığında müəyyən edib saxlanılmış, onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsinin inzibati binasına dəvət etmişlər. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı əynindəki göy rəngli idman geyiminin sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş ağ rəngli, kristal şəklində, ilk baxışdan narkotik vasitə olan “metamfetaminə” oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən təxminən 2-3 gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını, özü isifadə etmək məqsədilə üzərində saxladığını, həmin psixotrop maddədən heç kimə satmadığını və kiməsə satmaq fikri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş kütlə aptek tərəzisində çəkilmiş və çəkisi 1 qramdan artıq olmuş, zərfə qoyularaq qablşaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 sayı İstintaq Təcridxanasının əməliyyat bölməsinin inspektoru vəzifəsində xidmət edir, ədliyyə baş leytenantıdır. Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının əməliyyat aparatına daxil olmuş əməliyyat məlumatına əsasən 14 fevral 2021-ci il tarixdə, saat 15:40 radələrində barəsində həbs qətimkan tədbiri seçilməklə, 2 saylı istintaq təcridxanasında saxlanılan Şahid8 sovqat gətirən qaynı Şahid11 gətirdiyi sovqata baxış keçirilən zaman kartofun içərisinə xüsusi qaydada yerləşdirilmiş 2 ədəd polietilen torbaya bükülmüş narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəyə bənzər kütlələrdən biri qəhvəyi rəngli toz şəklində, digəri isə ağ rəngli kristal şəklində olmuşdur. Hər iki narkotik vasitəyə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin çəkisi 3 qramdan artıq, ağ rəngli narkotik vasitəyə bənzər kütlənin çəkisi isə təxminən 0.75 qram olmuşdur. Aşkar edilib götürülmüş kartofun içərisinə xüsusi qaydada yerləşdirilmiş 2 ədəd polietilen torbaya bükülmüş narkotik vasitəyə bənzər kütlələr xüsusi qaydada qablaşdırıldıqdan sonra zərfələr üçün möhürlə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, Şahid6 və Şahid7 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Fərhad oğlunu uzun müddətdir ki tanıyır, sonuncu ilə aralarında çox yaxın münasibət olmuşdur. Onun olduğu kamerada ona yaxın olan yaşlı bir adam heç kimi olmadığını və ona ərzaq göndərmək istədiklərini bildirmiş, o da dostu Təqsirləndirilən şəxs zəng edərək, həmin ərzaqı götürərək təcridxanaya gətirməsini xahiş etmişdir. Bundan sonra Məhərrəm həmin ərzaqı götürmüş, lakin sənədi olmadığı üçün onun övladına verərək təcridxanaya göndərmişdir. Lakin nə onun, nə Məhərrəmin, nədə ki, onun övladının həmin ərzaqın nə olmasından və içərisində narkotik vasitə olmasından xəbərləri omamışdır. Şahid8 ifadəsinə əlavə olaraq bildirdi ki, o ümumiyyətlə narkotik vasitə istifadəçisi deyil, həmçinin həmin vaxt onunla birlikdə istintaq təcridxanasında saxlanılan şəxsin adını hal hazırda xatırlamır. Şahid8 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “O, həbsdə olduğu zaman 14 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib sonuncudan bir qədər ərzaq və siqaret göndərməsini xahiş etmişdir. Həmin gün oğlunun da ona sovqat gətirəcəyini və Məhərrəmin göndərəcəyi sovqatı da oğlu ilə ona göndərməsini sonuncudan xahiş etmişdir. Bundan sonra Məhərrəm ona göndərəcəyi sovqatları oğluna vermişdir. O, narkotik vasitə göndərməsini Məhərrəmə deməmişdir. Məhərrəm isə ona demədən sovqatın içərisində olan kartofların içərisinə narkotik vasitə olan heroini və metamfetamini yerləşdirib ona göndərmişdir. O, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etsə də narkotik vasitələrin digər növlərindən heç vaxt istifadə etməmişdir. Həmin gün oğlu Nicat sovqatı gətirərkən yaşı az olmasına görə sonuncunu «sovqat qəbulu» məntəqəsində qəbul etməmişlər və geri qaytarmışlar. Bu səbəbdən də qaynı Arzu Qurbanov gələrək sovqatı ona vermək üçün İstintaq Təcridxanasının «sovqat qəbulu» məntəqəsinə daxil olmuş və sovqatıona vermək istəmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə istəməmiş, sonuncunun özüondan xəbərsiz ona göndərdiyi sovqatın içərisinə həmin narkotik vasitəni yerləşdirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması haqqında onun məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması barədə onun heç bir məlumatı olmamışdır”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Şahid8 onun bacısının əridir. 14 fevral 2021-ci il tarixdə, saat 12 radələrində o, evdə olan zaman ev telefonlarına Nicat zəng edib bildirmişdir ki, 2 saylı İstintaq Təcridxanasına atası üçün sovqat aparmış, lakin 18 yaşı tamam olmadığı üçün apardığı sovqatı götürməmişlər və yaşı 18-dən çox olan şəxsin sovqatı aparıb verməsini Nicata bildirmişlər. O, Nicata orada gözləməsini bildirmişdir ki, sovqatı aparıb həbsxanaya versin. O, şəxsiyyət vəsiqəsini götürüb nahardan sonra təxminən saat 17 radələrində Nicatın yanına getmiş, Nicatdan sovqatı götürüb Şahid8 vermək üçün içəri daxil olmuşdur. Həbsxana əməkdaşları tərəfindən sovqata baxış keçirən zamanı kartofun içərisindən sellofana bükülmüş iki ədəd bükülü aşkar olunmuşdur. Ondan bükülünün nə olmasını soruşanda o, bu barədə xəbəri olmadığını bildirmişdir. Onun apardığı sovqatın içərisindəki kartofdan aşkar olunmuş narkotik vasitəni haradan əldə etdiyi ondan soruşulanda o, həmin narkotik barədə xəbərsiz olduğunu, bacısı oğlu Nicatın 18 yaşı olmadığından sovqatı o, gedib həbsxananın qarşısında Nicatdan götürüb sovqat verilən yerə təhvil vermiş, sovqata baxış keçirilən zamanı kartofun içərisindən narkotik vasitə aşkar olunmuşdur. Həmin sovqatı da Nicat adını bilmədiyi atasının dostundan alıb həbsxanada cəzaçəkən atasına aparmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Şahid8 onun atasıdır, atası oğurluq etdiyinə görə hal-hazırda həbsdədir. 14 fevral 2021-ci il tarixdə, saat 12 radələrində atası onun istifadəsində olan telefon nömrəsinə zəng edib həbsxanaya yemək aparmağı ona bildirmişdir. Həmçinin atası ona bildirmişdir ki, Osman adlı dostu zəng edib ona yemək verəcək, o, da həmin yeməyi atasına aparacaqdır. Həmçinin atası ona bildirmişdir ki, bir nəfər şəxsin ona verdiyi 20 manat pula da qril, siqaret və çörək alıb həbsxanaya aparsın. 14 fevral 2021-ci il tarixdə, saat 12 radələrində ***-***-**-** saylı mobil telefon nömrəsindən onun nömrəsinə zəng gəlmiş, telefonda danışan şəxs «Poçt» qəsəbəsində olmağı, ona 20 manat pul verməli olduğunu, həmin pulu gedib «Poçt» qəsəbəsindən» götürməyi ona bildirmişdir. Həmin şəxs əgər kart hesabı varsa 20 manat pulu onun kartına köçürməyi bildirdiyi üçün o, qonşusu İlqarın kartını həmin şəxsə vermiş və həmin şəxs də 20 manat pulu İlqarın hesabına köçürtmüşdür. 14 fevral 2021-ci il tarixdə dostu Məhəmməd onların yaşadıqları evə gəlmişdir. O, İlqarla görüşüb sonuncunun kartına köçürülmüş 20 manat pulu götürmüş, daha sonra o, yaşadığı evdən atası üçün makaron götürüb Məhəmmədlə birlikdə şəhərə çıxmışlar. Həmin vaxt atası Razi onun telefon nömrəsinə zəng edib dostunun ona zəng edəcəyini, ərzaq verəcəyini, həmin ərzağı da həbsxanaya aparmağı ona bildirmişdir. Daha sonra ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan nömrəyə zəng gəlmiş, atasının dostu olduğunu bildirib harada olduğunu soruşanda o, Gəncə şəhəri «Dəyirmanın dairəsi» adlanan yerdə yerləşən «Dostlar inşaatın» qarşısında dayandığını bildirmişdir. Həmin şəxs də «Pasyolka» adlanan ərazidə olduğunu və həmin yerə gəldiyini demişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra həmin şəxs yenidən ona zəng edib harada olduğunu soruşmuş və yolu keçərək gəlib onlara yaxınlaşmışdır. Həmin şəxs onlara yaxınlaşıb salamlaşmış, sellofan torbanı ona vermişdir. O, torbanın içərisində nə olduğunu soruşanda həmin şəxs torbanın içərisində kartof, soğan, siqaret olduğunu bildirmişdir. Onlar həmin torbanın içərisinə baxanda həqiqətən də torbanın içərisində kartof, soğan, siqaret olduğunu görmüşlər. Bundan sonra o, torbanı götürüb dostu Məhəmmədlə birlikdə «Azərittifaq» adlanan yerə getmişlər. Həmin yerdən qril, 3-4 çörək almışlar. Sonra taksi sifariş edib həbsxanaya getmişlər. Onlar apardıqları sovqatı vermək istəyərkən yaşları 18-dən az olduğu üçün həbsxananın əməkdaşları sovqatı onlardan götürməmişlər. Ona görə də o, ev telefonlarına zəng edib bu barədə anasına bildirmiş, anası da bir az gözləməyi, anası və yaxud dayısının oraya gəldiyini bildirmişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra dayısı Arzu onların yanına gəlmiş, o, sovqatı dayısı Arzuya vermiş və sonuncu həbsxanaya daxil olmuşdur. O, dostu Məhəmmədlə təxminən bir saata yaxın bayırda dayanıb Arzunu gözləmişlər. Sonra içəridən bir nəfər adam onlara yaxınlaşıb sellofan torbanı kimin gətirməsini onlardan soruşmuş, onun özü torbanı həbsxanaya apardığını bildirmişdir. Bundan sonra həmin şəxslə birlikdə həbsxananın içərisinə daxil olmuş, adını bilmədiyi şəxs ondan sovqatı haradan aldığını soruşanda o, atasının dostu tərəfindən sovqatı aldığını söyləmişdir. Bundan sonra o, bayıra çıxmış, sellofan torbanın içərisindəki kartofun içərisindən «zibil çıxdığını» Məhəmmədə bildirmiş və sonuncunun oradan çıxıb evinə getməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, o, Gəncə şəhərində yerləşən «Dubay» bazarı adlanan yerdə çayxana işlədir. O, əvvəllər narkotik vasitənin marixuana növündən siqaretə doldurma yolu ilə istifadə etmiş, son üç aydır ki narkotikin heç bir növündən istifadə etmir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, həmin nömrəni təxminən bir ildən artıqdır ki istifadə edir. Təqsirləndirilən şəxs Fərhadoğlunu tanımır, həmin şəxslə heç bir əlaqəsi olmamış, Təqsirləndirilən şəxs sms yazmamış, sonuncu ilə telefon vasitəsilə danışmamış və Təqsirləndirilən şəxs narkotik vasitə istəməmişdir. Ola bilsin ki, “Dubay” bazarında yerləşən çayçıda olarkən çayçıya gələn şəxslərdən kimsə telefonu ilə danışmasını ondan xahiş edib və o, da telefonunu həmin şəxsə vermişdir. Eyni zamanda əgər o, Təqsirləndirilən şəxs sms yazsaydı və ya zəng etsəydi “mənəm eliş” sözlərini yazmazdır. Müdafiəçi vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs Fərhad oğlu ilə qonşuluqda yaşayır. O, tarixini xatırlamadığı gündə gecə növbəsindən evinə qayıdan zaman binanın qarşısında tanımadığı mülki geyimli şəxslərin Məhərrəmin qollarını burub apardıqlarını görmüşdür. O, düşünmüşdür ki, Məhərrəmi aparan şəxslər polis əməkdaşlarıdır. Hətta həmin mülki geyimdə olan şəxslər ondan haradan gəldiyini soruşmuş, o, isə cavabında onlara işdən gəldiyini bildirmişdir. Həmin hadisədən təxminən 2 və ya 3 gün sonra o, Məhərrəmi yaşadıqları binanın blokunda görmüş, lakin ondan nə baş verdiyini soruşmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 fevral 2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs Fərhadoğlunun üzərinə baxış keçirilən zamanı onun əynindəki göy rəngli idman geyiminin sağ yan cibindən ümumi çəkisi 1,28 qram çəkidə bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənib götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 04 mart 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və DVD disklərdən görünür ki, Təqsirləndirilən şəxs, 14 fevral 2021-ci il tarixdə, saat 13:02 radələrində Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsi ilə yolun kənarı ilə «Metallurq» stadionunun hasarının yanı ilə üzü «İmperial» şadlıq sarayı istiqamətində addımladığı görünür və həmin vaxt Təqsirləndirilən şəxs sağ əlində ağ rəngli torbanın olduğu görünür. Daha sonra diskin içərisində olan digər video görüntülər açılıb baxış keçirilən zamanı məlum oldu ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən «Dəyirmanın dairəsi» adlanan yerdə yolun kənarında iki nəfər cavan oğlanların əlləri ciblərində dayandıqları, həmin şəxslərin yanında və əllərində hər hansı bir yük və yaxud torba olması görünmür. Daha sonra isə həmin oğlanların dayandıqları yer istiqamətində Təqsirləndirilən şəxs sağ əlində ağ rəngli torba ilə addımladığı görünür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 avqust 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan fayllarda məxsusluq tarixçəsində olan məlumatlara əsasən ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri Gəncə şəhəri Kəpəz rayanu, Azərbaycan bayrağı küçəsi döngə 1, ev 1, mənzil 15-də yaşayan Təqsirləndirilən şəxs istifadəsində olmuş, diskin içərisində olan «SMS_Tarixçəsi__**********4257__555503974» adlı fayla baxış zamanı məlum olmuşdur ki, 23.01.2021-ci il tarixdə, 20:13:53-də **********35 saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Menem ilkin bir sey var gelim» məzmunda sms gəlibdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 fevral 2021-ci il tarixli 16/143 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid11...” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,683 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə– metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Daha sonra ekepsrrtiza rəyindən görünür ki, həmin kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 3,042 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 17 fevral 2021-ci il tarixli 16/150 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 1,062 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə–metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 23 iyun 2021-ci il tarixli 782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sitifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 06 avqust 2021-ci il tarixli 16/757 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Şahid11” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetaminlə, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə görə eynidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin 29 iyul 2021-ci il tarixli, 121-7859-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin əldə edərək saxlamış, eyni zamanda Gəncə şəhəri ərazisində narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olsa da narkotik vasitə və psixotrop maddə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs Fərhad oğlunun üzərindən aşkar olunub götürülmüş 1,062 qram psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 0,942 qram, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X2 Arzu Qurban oğlunun vasitəsilə göndərdiyi sovqatın içərisindən isə aşkar olunub götürülmüş 0,683 qram psixotrop maddənin qalıq çəkisi 0,563 qram, 3,042 qram narkotik vasitə olan heroinin qalıq çəkisi 2,842 qram iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X2 Arzu Qurban oğlunun vasitəsilə göndərdiyi sovqatın içərisinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Nizami RPİ-də Şahid11 üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Təhlükəsizlik kamerasından götürülmüş Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsini kəsişməsində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerdə quraşdırılmış video görüntü olan 1 (bir) DVD, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD, Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən özünün etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 fevral 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokoldan və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 05 iyul 2021-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 31/103 nömrəli görünür ki, o, Sankt-Peterburq Kalinin Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli hökmü ilə RF-nın 30 M 3 H, 228.1 M 1 hissəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 13.10.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsindən alınaraq cinayət işinə əlavə edilmiş 25.08.2021-ci il tarixli, 31/103 nömrəli məktubdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir cinayət işi və material olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs Fərhad oğlu məhkumluğu olmayan şəxs hesab edilmişdir. Sankt-Peterburq Kalinin Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli hökmü qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisində tanınmadığından heç bir hüquqi qüvvəyə malik olmaması nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Fərhad oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qeyd edilən Qərarın 13-cü bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, yuxarıda sadalananlara əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Fərhad oğlunun məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələr, eyni zamanda şahid qismində dindirilmiş Şahid8 məhkəmə istintaqı zamanı verdiyi ifadələr, Təqsirləndirilən şəxs Fərhad oğlunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, həmçinin Şahid8 doğma oğlu Şahid9 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş oldığı ifadələr, digər şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin protokolları, video yazılar, cinayət işi üzrə tədqiq edilmiş ekspert rəyləri və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla tam olaraq təkzib olunduğundan həmin ifadələri (Şahid8a münasibətdə yaxın dostuna) onun özünü müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş cəzadan yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə yönəlmiş səyi kimi qiymətləndirir. Müdafiə tərəfinin vermiş olduğu vəsatət əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 məhkəmə iclasında təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə Təqsirləndirilən şəxs yaşadığı mənzildən tutularaq polis əməkdaşları tərəfindən aparılmasının şahidi olduğunu göstərsə də məhkəmə iclası zamanı vermiş olduğu ifadəsində qeyd etdiyi halın baş vermə zamanını göstərə bilməmiş, bundan əlavə ona ünvanlanan suala cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan 2 və ya 3 gün sonra yenidən yaşadıqları binanın blokunda gördüyünü bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların hazırki işlə heç bir bağlılığı yoxdur. Çünki, Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müxtəlif növlərdə olmaqla şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Fərhad oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Fərhad oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3 və 29,317-1.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs Fərhad oğlunun cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 16 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs Fərhad oğlunun üzərindən aşkar olunub götürülmüş 1,062 qram psixotrop maddə olan metamfetaminin qalıq çəkisi 0,942 qram, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X2 Arzu Qurban oğlunun vasitəsilə göndərdiyi sovqatın içərisindən isə aşkar olunub götürülmüş 0,683 qram psixotrop maddənin qalıq çəkisi 0,563 qram, 3,042 qram narkotik vasitə olan heroinin qalıq çəkisi 2,842 qram məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 5 (beş) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 91,20 (doxsan bir manat iyirmi qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs Fərhad oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Fərhad oğlunun müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Fərhad oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Fərhad oğlu qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 16 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Fərhad oğlunun barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,942 qram psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 0,563 qram psixotrop maddə olan metamfetamin, qalıq çəkisi 2,842 qram narkotik vasitə olan heroin məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 5 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 91,20 (doxsan iki manat iyirmi qəpik) manat Təqsirləndirilən şəxs Fərhad oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs Fərhad oğluna dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (bir yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs Fərhad oğluna verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar