Məhkəmə qərarları › İş №1(100)-74/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-74/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-74/2025 07.08.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1953-cü il tarixdə Tərtər şəhərində anadan olmuş, evli, ali təhsilli, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı vəzifəsində işləmiş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Tərtər Rayon İcra Hakimiyyəti başçısı V.İ.İsayev tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 24 nömrəli əmrlə xx.xx.2009-cu il tarixdən etibarən Tərtər rayon İcra Hakimiyyəti başçısı Aparatının, Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə onun səlahiyyətlərinə aid olmayan, yəni ilkin mərhələdə fərdi yaşayış evinin tikintisinə razılıq verilməsi və daha sonra Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, yerli icra hakimiyyəti orqanı başçısının səlahiyyətlərinə aid edilmiş, yəni tikinti obyektinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar vəd edib aldadaraq və etibardan sui-istifadə etmə yolu ilə, tanışı X5 məxsus ünvan 3 ünvanında yerləşən 0,06 hektar ölçüdə torpaq sahəsində köhnə yaşayış evinin sökülüb yerində 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi yaşayış sahəsi kimi nəzərdə tutulacaq ümumi sahəsi 344,82 kv.m ölçüdə olan 2 mərtəbəli tikinti obyektinin inşasına razılıq verilməsi ilə əlaqədar 2023-cü ilin iyul ayının ortalarında, şəxsi münasibəti olan tanışı Şahid4 və Şahid3 vasitəsi ilə ona müraciət edən Şahid1, guya xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, xeyli miqdar təşkil edən maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə Tərtər şəhəri, H.Əliyev prospekti 41 ünvanında yerləşən, Tərtər rayon İcra hakimiyyətinin inzibati binasının qarşısında istəyərək, aldatma yolu ilə Şahid1 razılığını alaraq 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə Tərtər şəhəri, Nizami küçəsində yerləşən “Saat dairəsi” adlanan yerin yaxınlığında sonuncunun tanışı Şahid3 idarə etdiyi “Mercedes Benz E 200D” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində alaraq, səlahiyyəti olmadığı təqdirdə fərdi yaşayış evinin tikintisinə razılıq verilməsinin təmin edilməsi və daha sonra tikinti obyektinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini həll etmək iqtidarında olduğunu yalandan vəd edib, özünə qarşı inam yaradaraq, xx.xx.2023-cü il tarixdə X4 Tərtər rayon icra hakimiyyətinə qəzalı vəziyyətdə olan yaşayış evinin tikintisinə icazə verilməsi məzmunda ərizə alınmasını təmin edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə edərək, zərərçəkmiş şəxs Şahid1 25.000 (iyirmi beş min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.1953-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, həmin rayonda da qeydiyyatdadır. Əvvəllər məhkumluğu olmamışdır. O, həbs olunmamışdan əvvəl, Tərtər Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdüri vəzifəsində işləmişdir. Ona istintaq orqanı tərəfindən verilən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə bağlı olan ittihamları qəbul etmir. Belə ki, o Şahid1 və Şahid4 ilə qohumu vasitəsilə tanış olmuşdur. Adıçəkilən şəxslər ona müraciət edərək, Tərtər rayonunda birinci mərtəbəsi qeyri-yaşayış, ikinci mərtəbəsi isə yaşayış sahəsi üçün nəzərdə tutulacaq ikimərtəbəli bina tikmək istədiklərini bildirmişdir. O isə sözügedən binanın tikintisi üçün lazım olan icazənin onun səlahiyyətləri daxilində olmadığını və heç bir köməklik göstərə bilməyəcəyini bildirmişdir. Şahid1 və Şahid4 getdikdən sonra onun polis vəzifəsində işləyən qohumu, həmin şəxsləri yenidən qəbul edib görüşməsini ondan xahiş etmişdir. O isə qohumuna cavab olaraq bu işin onun səlahiyyətləri çərçivəsində olmadığını izah etsə də, Şahid1 və Şahid4 yenidən təkidlə onunla görüşmək üçün geri qayıtmışlar. Daha sonra o, həmin şəxslərə birbaşa deyil, dolayı yolla kömək edəcəyini bildirərək onlarla razılaşmışdır. Həmçinin qohumu ona zəng edərək, israrla həmin şəxslərdən iyirmi beş min manatı götürüb onlara köməklik göstərməsini xahiş etmişdir. Həmin vaxtlar onun pula ehtiyacı olduğu üçün Tərtər rayonunda 30 iyul tarixində Şahid1 və Şahid4 pulu götürmüş, eyni zamanda bu icazənin verilməsinin səlahiyyətləri daxilində olmadığını bir daha qeyd etmişdir. Onun həmin şəxslərlə əvvəlcədən tanışlığı və ya ədavəti olmamışdır. O həmin şəxslərin məqsədinin bina tikmək yox, onu həbs etdirmək olduğunu sonradan anlamışdır. Əlavə olaraq təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, onun səlahiyyətlərinə həyətyanı torpaq sahələrinin ayrılması, şəhərdə abadlaşdırma işlərinin aparılması kimi işlər daxil olmuşdur. Bina tikintisinə icazə vermək isə ümumiyyətlə onun səlahiyyətləri xaricində olmuşdur. Şahid1 ona verdiyi pul vəsaitini asan qazanc kimi görmüş və hər hansı hərəkətlər etməyərək sözügedən pul vəsaitini almışdır. Onun sözügedən pul vəsaitini almaqda məqsədi hər hansı hərəkətlər etmək olmamış, özü də sözügedən sənədlərin verilməsinin onun səlahiyyətində olmadığını başa düşmüş və hər hansı bir problem olmayacağı təqdirdə həmin şəxslərin rəsmi müraciət edərək tikintiyə razılıq ala biləcəklərini ehtimal edib, özü də heç bir rolu olmadığı təqdirdə həmin pul vəsaitini asan qazanc hesab edərək götürmüşdür. Eyni zamanda törətdiyi əməldən peşmançılıq hissi keçirdiyini də bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, hazırda Tərtər Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində məsləhətçidir və Təqsirləndirilən şəxsla uzun müddətdir eyni iş yerində işləmişlər. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla razı deyil. Əlavə olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə istintaqı zamanı verilən suallara cavab kimi bildirmişdir ki, hadisə nə Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında, nə də ki o vəzifə başında olarkən baş verməmiş və istintaq zamanı ifadəsi alınmamışdır. İşin mahiyyətindən xəbərdardır və işin İcra Hakimiyyətinin nüfuzuna xələl gətirməsi fikri ilə razıdır. Evin tikintisi ilə bağlı icazənin verilməsi, yalnız Şəhərsalma qurumunun səlahiyyətləri daxilindədir, İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. İş üzrə şikayətçinin Şahid1 olduğunu bilir. Şahid1 ev almaq istədiyi ilə bağlı heç bir rəsmi müraciəti olmamışdır. İcra Hakimiyyətinin Memarlıq şöbəsinin, ümumiyyətlə qeyri-yaşayış binalarının tikilməsi ilə əlaqədar heç bir səlahiyyəti yoxdur. Əvvəllər İcra hakimiyyətinə Təqsirləndirilən şəxs ilə bağlı heç bir şikayət daxil olmamış, əksinə göstərdiyi fəalliyyətlərinə görə o dövlət tərəfindən müxtəlif vaxtlarda hətda təltif olunmuşdur. Hər hansı vətəndaş tərəfindən İcra hakimiyyətinin əməkdaşları ilə bağlı şikayət olunduqda, o bu işlərə hüquqşünas kimi cəlb olunmuş, lakin hazırki proseslərin heç birində iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar yol kənarında bina tikmək istəmişdirlər. Bir müddət araşdırdıqdan sonra Tofiqlə görüşmək qərarına gəlmişlər. Onlar işlərini həll etmək üçün Tofiqlə razılaşdıqdan sonra Tofiq onlara verdikləri məbləğin miqdarının az olduğunu demişdir. O, Təqsirləndirilən şəxs onlardan əlavə pul istədiyi üçün, həmçinin onlardan rüşvət aldığına görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onları Goranboy RPŞ-nin keçmiş əməkdaşı olmuş Sənan adlı şəxs tanış etmişdir. O, Təqsirləndirilən şəxs yol kənarında tikinti üçün uyğun yer axtardığını bildirmiş, nəticədə yol kənarında olan həyət evinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar razılaşmışdır. Bundan sonra o, pulu Təqsirləndirilən şəxs vermiş, bir-iki gün sonra isə Təqsirləndirilən şəxs pulun az olduğunu demişdir. Buna görə də, Təqsirləndirilən şəxs şikayət etmişdir. Əlavə olaraq, Şahid1 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, o, Sənanla birbaşa özü yox, Rusiyada yaşayan qohumu vasitəsi ilə tanış olmuş, Sənan ticarətlə məşğul olmuşdur. Tərtər rayonundan keçən Kəlbəcər - Ağdərə istiqamətində olan yolun sol tərəfində yerləşən Kərrar Bayramova məxsus evin birinci mərtəbəsinin qeyri-yaşayış, ikinci mərtəbəsinin isə yaşayış sahəsi olan ev tikmək istəmişdir.Həmin tikili yolun təxminən 30-35 metr aralığında olmuşdur. Onlar gedib evə baxdıqda, ev sahibi Kərrar Bayramov evi satmaq istədiyini demişdir. O, Kərrar ilə evin satış qiyməti barədə razılaşmasını xatırlamamışdır. Evin sökülüb-tikilməsi ilə bağlı sənədləşmə işləri onun adına olacaqmış, alqı-satqı işlərini isə sənədləşmə olduqdan sonra həyata keçirmələri barədə razılaşmışlar. Kərrar özü Tofiqlə danışmışdır. Daha sonra Təqsirləndirilən şəxs gəlib evə baxmış və evin alınıb-satılması ilə bağlı heç bir problemin olmadığını bildirmişdir. Nə Kərrar, nə də o, heç bir sənədə qol çəkməmişlər. Təqsirləndirilən şəxs ondan 25.000 manat məbləğində pul vəsaiti istəmişdir. O, Təqsirləndirilən şəxs Tərtər rayonunda yerləşən “saat dairəsi” adlanan yerin yaxınlığında, avtomobilin içərisində pulu vermişdir. Pulu verərkən yanlarında Sənan da olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ondan pulu alarkən pulun bir hissəsinin icazə almaq üçün “Bakı”ya göndəriləcəyini də bildirmişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs ona zəng edərək, əlavə ərizə yazılmalı olduğunu, bunun müqabilində 3.000 - 4.000 manat əlavə pul lazım olacağını demiş, o da əlavə pul istədiyi üçün Təqsirləndirilən şəxs heçnə demədən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etmişdir. Əvvəl Bərdə rayonunda, indi isə Laçında yaşayır. Şəhərsalma qurumuna tək getməmiş, həmçinin hazırda sözügedən idarədə hansı şəxsin qəbulunda olduğunu xatırlamamışdır. Təqsirləndirilən şəxs pulu israrla deyil, onun öz istəyi ilə vermişdir. Təqsirləndirilən şəxs pulu verərkən saxta olması ehtimalına qarşı şəklini çəkmiş və Təqsirləndirilən şəxs pulu aldıqdan sonra geri qaytarmağa cəhd etməmişdir. Alqı-satqı ilə bağlı ev sahibi ilə onun arasında şifahi razılaşma olmuş, lakin layihəni kimin hazırlayacağından məlumatı olmamışdır. Bina tikmək istəməsi ilə bağlı heç bir dövlət qurumuna rəsmi müraciət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxsla sənədləşmə, icazə almaq, alqı-satqı işlərinin hamısını onun tərəfindən həyata keçiriləcəyi ilə bağlə razılaşmışlar. Onun ev almaq üçün təxminən 50.000 manat vəsaiti olmuşdur. Ev almaq üçün nəzərdə tutduğu vəsaiti daha sonra təsərrüfat sahəsində xərcləmişdir. Onun məqsədi Təqsirləndirilən şəxs həbs etdirmək olmamışdır. Tofiq ondan artıq vəsait istədiyi üçün əsəbləşmiş, buna görə də şikayət etmişdir. Tofiq əlavə vəsait istəmək üçün birbaşa ona yox, Rahibə demişdir. Rahib adlı şəxsi bir dəfə Tərtər rayonunda görmüş və Sənanın tanış olduğu üçün ona kömək etmişdir. Onun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət etdiyi günün axşamı həmin qurumun əməkdaşları Tofiqin yanına gəlmişlər. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla dostluq münasibəti olmuşdur. O atasından qalan evini satmaq istəmişdir. Sənan adlı şəxsin vasitəsilə tanımadığı şəxslər gələrək evə və həyətinə baxmışlar. O, ilk öncə evi 60.000 manata satmağ istəsə də, sonradan 50.000 manata razılaşmışlar. Alan şəxs evlə bağlı planlarını demiş, o isə bunun ona maraqlı olmadığını sadəcə evini satmaq istədiyini qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Siyavuş adlı şəxs gəlib, ona evin söküləcəyini və yerində birinci mərtəbəsi yaşayış, ikinci mərtəbəsi isə qeyri-yaşayış olan ikimərtəbəli bina tikiləcəyini demişlər. O isə evin satışı ilə bağlı razılaşdıqları məbləğin ona verilməsi təqdirdə problem olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs tutulmamışdan bir gün əvvəl Sənan adlı şəxs ona Tofiqin yanına gedib ərizə yazmalı olduğunu demişdir. O gedib ərizəni yazmış, həmçinin müvafiq icazə sənədinin alındıqdan sonra, heç kimə yox şəxsən onun özünə təqdim edilməsini istəmişdir. Bundan təxminən 5-6 saat sonra həmin şəxsə Tərtər rayon prokurorluğundan zəng edilmiş və o, müvafiq prokurorluq orqanına çağırılmışdır. Adıçəkilən şəxs onun nəyə görə çağırıldığını öyrənmək istədikdə, onu həmin orqanın əməkdaşları Korrupsiya İdarəsinə yönəltmiş, bundan sonra o, ifadə verən zaman Tofiq adlı şəxsi görüb narahat olmuşdur. Əlavə olaraq şahid X9 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Sənan digər tanımadığı adamlarla birgə gəldikdə, onda layihə sənədinin olduğunu ehtimal etmişdir. Daha sonra Tofiq adlı şəxs gəlmiş və alıcıların evlə bağlı fikrini ona demişdir. O hazırda ünvan 6 ünvanında yaşayır. Yaşadığı ev satmaq istədiyi evlə qonşuluqda olmuş, onların arasında hasar arakəsmə mövcud ollmuşdur. Ev tamamilə yenidən tikilmiş və o, atasından qalan evi satmaq istədiyi üçün Sənanla razılaşmışdır. Sənanla onun əvvəldən tanışlığı olmamış, sonuncunun sözünə güvəndiyi üçün “beh” almamışdır. Evlə maraqlanmağa gələn şəxslər Şahid1, köhnə polis əməkdaşı olan Sənan olmuşdur. Onun evini alacaq olan şəxsin Şahid1 olduğu ona dəqiq olaraq bildirilməmiş və o, evi Sənana satdığını zənn etmişdir. Ev qəzalı vəziyyətdə olmuş və avtomobillərinin hərəkət etdiyi yoldan təxminən 16 metr uzaqlıqda olmuşdur. Sözügedən hadisədən 4-5 ay sonra evi başqa şəxsə satmışdır. Baş vermiş hadisədən və Tofiq adlı şəxsin həbs olunmasından sonra Tərtər Rayon İcra Hakimiyyətinə ünvanladığı ərizədən imtina etmişdir. Məhkəmə iclasında digər şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun təqsirləndirilən şəxslə hər hansı qohumluq və ya düşmənçilik münasibəti olmamış, əksinə Tofiqə qarşı hörməti olmuşdur. Sənan adlı şəxs qohumunun Tərtər rayonundan ev almaq istədiyini dedikdən sonra, Sənanı Təqsirləndirilən şəxsla tanış etmişdir. Evi alan şəxs Təqsirləndirilən şəxs pulu Sənanın avtomobilində vermiş və o isə həmin vaxt avtomobilin yanında söhbət etmiş, pul məsələsinə isə qarışmamışdır. Əlavə olaraq Şahid4 məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, Sənanı Təqsirləndirilən şəxsla o tanış etmiş və Təqsirləndirilən şəxs evi almaq istəyən şəxslərə sənədləri gətirməyini, əgər qanunauyğun olarsa, köməklik göstərəcəyini demişdir. O, sonraki proseslərdə, yəni pul verilməsində iştirak etməmiş, evi almaq istəyən şəxslərlə Təqsirləndirilən şəxs özü razılaşmışdır. İlk tanışlıqdan təxminən 1- 2 ay sonra evi almaq istəyən şəxslər sənədlərlə birlikdə Təqsirləndirilən şəxs müraciət etmişlər. Təqsirləndirilən şəxs evi almaq istəyən şəxslərdən avtomobildə hər hansı pul vəsaiti aldığını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarından öyrənmişdir. Hazırda heç bir işlə məşğul deyil, əvvəllər polis işləmişdir. Onun Sənanla münasibəti olmuş, Sənan Tərtər rayonundan mülk almaq istədiyini demiş, o da Tərtər Rayon İcra Hakimiyyətində Təqsirləndirilən şəxs yanına getməsi üçün onu yönləndirmişdir. Sənan əslən Kəlbəcərlidir, Bakıda, O isə Goranboyda yaşayır. Evi almaq istəyən şəxslər əvvəlcə Şəhərsalma qurumuna müraciət etmiş, həmin qurumun əməkdaşları evlə yolun arasında məsafə olmalı olduğunu onlara bildirmişlər. Ev ikimərtəbəli olmuş və sözügedən evlə yolun arasındakı məsafə çox az, təxminən 5 metrdən də az olmuşdur. İkinci dəfə evə baxmağa gedən vaxt Sənan, o, “X11 və Şəhərsalma Baş İdarəsi”nin əməkdaşları, Təqsirləndirilən şəxs və evi almaq istəyən şəxslər olmuşdur. Evi almaq istəyən şəxslər alt mərtəbəni qaraj, ikinci mərtəbəni isə market kimi işlətməyi planlaşdırmışlar, ona belə bir planın olmasını alıcılar yox, Sənan demişdir. “X11 və Şəhərsalma Baş İdarəsi”nin əməkdaşları da bunu eşitmiş, evlə yol arasındakı məsafə təmin olunduğu təqdirdə heç bir problem olmayacağını demişlər. Təqsirləndirilən şəxs İcra Hakimiyyətinin yaxınlığında ona bu işi 25.000 manata həll edəcəyini demişdir. Təqsirləndirilən şəxs 25.000 manat qarşılığında tikintiyə icazə verilməsi ilə bağlı arayış verməli imiş və onun Şahid1la heç bir söhbəti olmamışdır. Şahid1 daha sonra evi alıb-almadığı ilə bağlı onun heç bir məlumatı olmamışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində verdiyi ifadəni özü vermişdir. Şahid1 Təqsirləndirilən şəxs pul verən vaxt orada Sənan, Rahib, cinayət axtarış şöbsəinin rəisi Natiq və Təqsirləndirilən şəxs olmuşdur. Sözügedən şəxslər həmin yerə ayrı-ayrı maşınlarda gəlmişlər. Avtomobildə Şahid1 Tofiqə pul verən vaxt Sənan, Şahid1 və Təqsirləndirilən şəxs olmuşdur. Avtomobildə Təqsirləndirilən şəxs sözügedən şəxslərdən pul götürdüyünü görməmişdir. Hadisədən sonra Sənana və Şahid1 zəng vursa da, onlar zəngə cavab verməmişlər. Daha sonra Sənan Valehin üzərində hər hansı kamera olmasından xəbəri olmadığını, kameranın gizli yerləşdirildiyini demişdir. Valehi əvvəllər tanımamış, sadəcə olaraq evə baxmağa gedən vaxt tanımışdır. Onun Təqsirləndirilən şəxs 25.000 manat pul vəsaiti alacağından xəbəri olsa da, Tofiqə pulu o, verməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tərtər Rayon İcra Hakimiyyəti (bundan sonra – Tərtər RİH) Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Təqsirləndirilən şəxs, Şahid4, X6 və Şahid1 tanıyır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. 2023-cü ilin iyul ayının ortasında Şahid4 bildirmişdir ki, tanışı Şahid1 Kərrar Bayramovdan ünvan 3 ünvanında yerləşən sonuncuya məxsus 6 sot torpaq və həmin torpaqda olan köhnə yaşayış evini şifahi qaydada razılaşdırılmaqla 50.000 (əlli min) manat qarşılığında almışdır. Belə ki, tərəflər arasında olan razılığa əsasən Şahid1 həmin torpaq sahəsində köhnə tikilini söküb əvəzində 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi ilə yaşayış sahəsi olan 2 mərtəbəli tikili tikəcəkdir. İlkin olaraq yeni tikiləcək tikili Kərrar Bayramovun adına rəsmiləşdirildikdən və yeni tikiliyə çıxarış alındıqdan sonra alğı-satqı qaydasında Şahid1 adına 50.000 manat qarşılığında rəsmiləşdiriləcəkdir. Lakin yeni tikiləcək obyektə razılıq lazım olduğu üçün xahişi əsasında Şahid4 köməklik göstərilməsi üçün onunla və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Tərtər RİH-də yerləşən xidməti otağında sonuncunun qəbulunda olmuşdur. Xidməti otaqda danışıq zamanı Şahid1 Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi razılaşma barədə məlumat vermişdir. Şahid4 xahişinə əsasən Təqsirləndirilən şəxs onunla və Şahid1 ilə birlikdə həmin əraziyə gedib baxmış və tikilməsi planlaşdırılan ərazinin normativlərinin yerində olduğunu müəyyən edib bu barədə onlara məlumat vermişdir. Lakin tikilməsi planlaşdırılan tikilinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi olacağından həmin sənədləşmə prosedurunun Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında X11 və Şəhərsalma Baş İdarəsinin (bundan sonra – Baş İdarə) səlahiyyətində olduğunu Təqsirləndirilən şəxs Şahid1 izah etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid1 təklif etmişdir ki, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi ilə yaşayış sahəsi olan 2 mərtəbəli tikili sənədlərdə 2 mərtəbəli yaşayış evi kimi rəsmiləşdirilsin. Təqsirləndirilən şəxs məqsədi həmin tikilinin sənədləşməsinin ancaq Tərtər RİH-in səlahiyyətli şəxsi kimi tərəfindən edilməsinə nail olmaq olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə Tərtər şəhəri Heydər Əliyev prospekti 41 ünvanında yerləşən Tərtər RİH-in inzibati binasının qarşısında onun və Şahid4 şahidliyi ilə Təqsirləndirilən şəxs Şahid1 ilə 25.000 (iyirmi beş min) manat qarşılığında 2 mərtəbəli yaşayış evinin tikintisinə icazə sənədinin təşkil olunması və gələcəkdə növbəti sənədləşmə prosesində evin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi sənədləşdirilməsinin həyata keçiriləcəyi barədə razılığa gəlmişdir. Şahid1 Təqsirləndirilən şəxs təklifini qəbul etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Tərtər şəhəri, Nizami küçəsində yerləşən “Saat” dairəsinin yaxınlığında onun, Şahid4, Şahid1, Təqsirləndirilən şəxs, sonuncunun tanışı Natiq Mirzəyevin şahidliyi ilə görüş baş tutmuşdur. Danışıq zamanı Şahid1 özünəməxsus 25.000 manat pul vəsaitini üstündə olduğunu Təqsirləndirilən şəxs bildirmişdir. Kənar şəxslərin görməməsi üçün idarə etdiyi qara metallik rəngli “Mercedes Benz E200D minik” markalı 77AB680 dövlət qeydiyyat nişanlı avtomibilinin arxa oturacağında Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə oturmuş, avtomobilin sükan yerləşən oturacağında isə özü olmuşdur. Həmin avtomobildə Şahid1 verdiyi 25.000 manat pul vəsaitini Təqsirləndirilən şəxs sayaraq qəbul etmişdir. Rəsmiləşmə prosesinin başlanması məqsədilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 09 radələrində X17 RİH-in inzibati binasına dəvət edərək sonuncudan yaşayış evinin sökülüb yerində 2 mərtəbəli ev tikilməsinə razılıq verilməsi məzmununda razılıq verilməsi barədə ərizə almışdır. Sonradan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması barədə məlumatları kütləvi informasiya vasitələrindən eşitmişdir. Təqsirləndirilən şəxs Şahid1 aldığı 25.000 manat pul vəsaitinin təyinatı görəcəyi sənədləşmə ilə əlaqədar rüşvət olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məqsədi aldığı rüşvət qismində 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi ilə yaşayış sahəsi olan 2 mərtəbəli tikilini 2 mərtəbəli yaşayış evi kimi pərdələyib sənədləşməsinin ancaq Tərtər RİH tərəfindən edilməsinə nail olmaq olmuşdur. Təqsirləndirilən şəxs Şahid1 aldığı 25.000 manat pul vəsaitinin birbaşa şahidi avtomobildə olan özü, dolayı şahidi isə Şahid4 ilə birlikdə Natiq Mirzəyev olmuşdur. Baxışına təqdim olunan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən toplanmış materiala əlavə edilmiş əməliyyat görüntülərdə olan hadisələr ifadəsində qeyd etdiyi xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Tərtər şəhəri, Nizami küçəsində yerləşən “Saat” dairəsinin yaxınlığında olan görüş ilə əlaqədar olmuşdur. Həmin görüntüdə olan şəxslər onunla birlikdə Şahid4, Şahid1 və Natiq Mirzəyev olmuşdur. İfadəsində qeyd etdiyi əsaslar ilə əlaqədar Təqsirləndirilən şəxs Şahid1 rüşvət qismində 25.000 manat almasından Müstəqim Məmmədovun və ya digər şəxslərin məlumatlı olub-olmamasından xəbəri yoxdur. Lakin danışıqlar zamanı Şahid1 istənilən məbləğin aşağı salınmasını xahiş etdikdə Təqsirləndirilən şəxs cavabında “məsləhətləşməliyəm, məndən asılı deyil” bildirmişdir. Lakin Təqsirləndirilən şəxs kiminlə məsləhətləşəcəyi barədə onlara hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs Şahid1 tikiliyə icazə verilməsi qarşılığında əlavə olaraq hər hansı miqdarda pul vəsaitini istəməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tərtər Rayon İcra Hakimiyyəti (bundan sonra – Tərtər RİH) Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Təqsirləndirilən şəxs tanıyır, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 2022-ci ilin fevral ayından Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında X11 və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə), Qarabağ iqtisadi rayonu üzrə şəhərsalma nəzarəti şöbəsinin 3 saylı sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyir. Xidməti vəzifələrinin icrasına Tərtər rayonunda tikilməsi planlaşdırılan qeyri-yaşayış sahələrinə vizual olaraq baxış keçirib sənədlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq aiddir. Belə ki, hər hansı tikilinin sənədləri qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən etdikdə ilk əvvəl bu barədə tikintini aparan şəxslə məlumat verib tərəfindən aktlaşdırılır. Daha sonra həmin akt Baş İdarənin rəhbərliyi tərəfindən müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 göndərilir. 2023-cü ilin iyul ayının əvvlində, dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ona Tərtər şəhəri, Elman Hüseynov küçəsində qeyriyaşayış sahəsini tikmək istəyən vətəndaşa məsləhət verilməsi üçün köməklik etməsini xahiş etmişdir. Göstərilən səbəbdən həmin tarixdə o, Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun göstərdiyi Tərtər şəhəri, Elman Hüseynov küçəsində yerləşən torpaq sahəsinə getmişdir. Qeyd olunan vaxt tanımadığı şəxs qapını açdıqdan sonra həyətə daxil olmuş və vizual olaraq baxdıqda torpaq sahəsində köhnə tikili kimi yaşayış evinin olduğunu müəyyən etmişdir. Danışıq zamanı yaşayış evinin mülkiyyətçisi olan tanımadığı kişi cinsli şəxs ona həmin torpaq sahəsinin müəyyən hissəsini satacağı barədə məlumat vermişdir. Əraziyə baxış apardıqda fərdi yaşayış evi ilə tikilməsi planlaşdırılan qeyriyaşayış sahəsi arasında məsafənin 6 metrdən az olması səbəbindən qeyd olunan qeyriyaşayış sahəsinin tikintisinə icazə verilməsinin qanunvericiliyin tələblərinə əsasən qeyrimümkün olduğunu Təqsirləndirilən şəxs diqqətinə çatdırmışdır. Təqsirləndirilən şəxs ilə sağollaşıb həmin ərazini tərk etmiş və müəyyən müdətdən sonra Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılması barədə məlumatları şəhər sakinlərindən eşitmişdir. X9, Şahid1 Əlamdar oğlu, Şahid4 və Şahid3 tanımır, qeyd olunan şəxslərlə hər hansı ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs xidməti fəaliyyəti ilə əlaqədar hər hansı şəxsdən rüşvət istəyərək almasından məlumatı olmamışdır. Hər hansı tikinti işləri aparılmadığı üçün Təqsirləndirilən şəxs xahişinə əsasən Tərtər şəhəri, Elman Hüseynov küçəsində yerləşən torpaq sahəsinə baxış keçirilməsində iştirak etdikdə bu barədə rəsmi sənəd tərəfindən tərtib edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2023-cü il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 4(001)-804/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, X4 Tərtər rayon İcra Hakimiyyətinə ünvanladığı qəzalı vəziyyətdə olan yaşayış evinin sökülüb təqdim etdiyi lahiyə əsasında 2 mərtəbəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi məzmununda xx.xx.2023-cü il tarixli ərizənin əsili, həmin ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın 2 ədəd surəti, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü il tarixli lahiyənin əsili və surəti, ərizənin üzərinə qoyulmuş xx.xx.2023-cü il tarixli qeydiyyat-nəzarət vərəqəsi və dərkənar, 124 ədəd 200 manatlıq və 2 ədəd 100 manatlıq əskinaslar şəklində olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaiti Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağından aşkar edilərək götürülmüşdür. Video çəkilişdən istifadə olunmaqla baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin gedişi və nəticələri elektron məlumat daşıyıcısı olan 1 ədəd “CD” diskə köçürülməklə protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31 iyul 2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağından aşkar edilərək götürülmüş ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaiti A09425513, A17986634, A21906438, A25094083, A28240876, A00986621, A00986624, A00986626, A17986618, A00986608, A12095413, A28561410, A12412788, A16577242, A03551643, A04570234, A10918299, A26793464, A32682043, A00955280, A00986697, A17986636, A17986601, A00986698, A00986603, A00986617, A04906119, A25913557, A27687356, A05249719, A00960691, A33301087, A21961403, A20470052, A13917397, A30433999, A16379567, A00986692, A00986694, A13603998, A08474128, A00986639, A06952457, A10831553, A08090804, A03442663, A32682046, A16449194, A21961488, A04301463, A04892971, A00986676, A00986680, A01602648, A26416931, A11465322, A08113065, A17454870, A22285340, A07935250, A32682042, A11486700, A00986602, A00986601, A32682045, A17986612, A30579854, A00986674, A26468616, A21961404, A00986610, A00986611, A00986612, A29981922, A26007654, A31315768, A00986605, A00986607, A06943466, A10170853, A28579478, A00986638, A00986637, A00986629, A02638219, A08504831, A19646869, A13100482, A05113542, A14318082, A27582885, A24208355, A01090197, A17986637, A00986622, A00986632, A17986633, A00986636, A00986630, A23926682, A04610507, A03588048, A30781689, A27379424, A17600663, A27193772, A24372442, A01076597, A27816367, A28599610, A13325958, A13325957, A03469182, A03193756, A00812539, A16968853, A00079419, A00986616, A00986618, A00986619, A24446636, A00986620, A02420696, A03325122 nömrəli 124 ədəd 200 manatlıq və A74927082, D14117336 nömrəli 2 ədəd 100 manatlıq əskinaslar şəklində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər Rayon İcra Hakimiyyəti başçısından daxil olmuş xx.xx.2023-cü il tarixli 5-78/2- 839/2023 nömrəli məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısı V.İ.İsayev tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 24 nömrəli əmrlə, xx.xx.2009-cu il tarixdən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vəzifə təlimatına əsasən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin, «Dövlət Qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qərarlarının və rayon icra hakimiyyətində aparılmış iş bölgüsünün tələblərinə uyğun qurmaq və həyata keçirmək, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyələrini icra etmək, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının təmin edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparılması və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsi ilə bağlı məsələlərin icrasında iştirak etmək, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə şöbə müdiri kimi nəzarəti həyata keçirmək və rəhbərliyə təkliflər vermək, rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin hazırlanması prosesinə rəhbərlik etmək və (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq etmək üçün rəhbərliyə təqdim etmək, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi ilə bağlı təkliflərini rəhbərliyə təqdim etmək, şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim etmək, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək, dövlət mülkiyyətində olan torpaq ehtiyatlarından səmərəli istifadə üçün tədbirlər görməklə bağlı təkliflərini rəhbərliyə təqdim etmək, dövlət idarə və müəssisələrinin binalarının, otaqlarının əsaslı və cari təmirinə nəzarətin həyata keçirilməsi, həmçinin dövlət idarə və müəssisələrinin binalarının təmiri üzrə proqramların hazırlanması işinin təşkilində iştirak etmək və müvafiq təkliflərin aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim etmək üçün təkliflərini rəhbərliyə təqdim etmək, ətraf ərazilərin çirklənməsi təhlükəsi doğura biləcək tikintilər aparılan meydançaların saxlanılmasına nəzarəti həyata keçirmək, tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək, məhəllədaxili ərazilərdə və meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə verməklə bağlı məsələləri araşdırıb rəhbərliyə təkliflər vermək, tikinti layihələrinin, habelə tikilməkdə olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların) işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ qaldırmaqla bağlı rəhbərliyə təkliflər vermək, “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən təsdiq edilmiş memarlıq layihələrinin qeydiyyatdan keçirilmək üçün rəhbərliyə təqdim etmək, İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək üçün öz təkliflərini rəhbərliyə təqdim etmək, müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək üçün öz təkliflərini rəhbərliyə təqdim etmək, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsinə, habelə mövcud tikililərin yenidən planlaşdırılmasına, yenidən qurulmasına, konstruktiv dəyişikliklər aparılmasına razılıq vermək, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə nəzarət etmək, şəhərsalma fəaliyyəti ilə əlaqədar yaranan mübahisələrə baxmaqla bağlı rəhbərliyə təklif və məlumat vermək, yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirməklə bağlı əlaqədar şöbələr və komissiyaların kollektiv rəyi əsasında rəhbərliyə təkliflər vermək, elektrik, içməli su, kanalizasiya, istilik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirmək, küçələrin işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işinin təşkilinə nəzarəti həyata keçirmək, rayon ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara icrası məcburi olan göstərişlər vermək, şöbənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərin icrasını təmin etmək və qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görmək, şöbənin iş planına uyğun öz fəaliyyətini qurmaq və iş planmdakı məsələlərin icra hakimiyyəti başçısı yanında şura iclasında müzakirə etmək üçün məsələnin layihəsinin hazırlanmasına rəhbərliyi həyata keçirmək, Tərtər şəhərinin baş planına uyğun olaraq tikinti və abadlıq işlərinin görülməsinə rəhbərlik etmək, rayon ərazisində təmizliyin və yaşıllığın qorunub saxlanılması məqsədilə xidmət təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi və fəaliyyətlərinə nəzarət sahəsində tədbirlər görmək, rayon ərazisində aparılan abadlıq işlərində, yeni inşa olunan obyektlərdə estetik gözəlliyi, müasirliyi və milli memarlıq üslubunun təmin edilməsi üçün rəhbərliyə təkliflər vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək, rayon icra hakimiyyəti başçısının müvafiq sahəyə aid əmr və sərəncamlarının hazırlanmasına rəhbərliyi həyata keçirmək, vəzifəsi üzrə rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyəti vəzifələri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. Məktuba əlavə edilmiş xidməti xasiyyətnaməyə və Tərtər RİHB-nin Tərtər şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 10087 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən xəstəxanada müalicədə olmayıbdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-9119 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış sənədlərin məhkəmə-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 5/1097 nömrəli rəyindən görünür ki, A09425513, A17986634, A21906438, A25094083, A28240876, A00986621, A00986624, A00986626, A17986618, A00986608, A12095413, A28561410, A12412788, A16577242, A03551643, A04570234, A10918299, A26793464, A32682043, A00955280, A00986697, A17986636, A17986601, A00986698, A00986603, A00986617, A04906119, A25913557, A27687356, A05249719, A00960691, A33301087, A21961403, A20470052, A13917397, A30433999, A16379567, A00986692, A00986694, A13603998, A08474128, A00986639, A06952457, A10831553, A08090804, A03442663, A32682046, A16449194, A21961488, A04301463, A04892971, A00986676, A00986680, A01602648, A26416931, A11465322, A08113065, A17454870, A22285340, A07935250, A32682042, A11486700, A00986602, A00986601, A32682045, A17986612, A30579854, A00986674, A26468616, A21961404, A00986610, A00986611, A00986612, A29981922, A26007654, A31315768, A00986605, A00986607, A06943466, A10170853, A28579478, A00986638, A00986637, A00986629, A02638219, A08504831, A19646869, A13100482, A05113542, A14318082, A27582885, A24208355, A01090197, A17986637, A00986622, A00986632, A17986633, A00986636, A00986630, A23926682, A04610507, A03588048, A30781689, A27379424, A17600663, A27193772, A24372442, A01076597, A27816367, A28599610, A13325958, A13325957, A03469182, A03193756, A00812539, A16968853, A00079419, A00986616, A00986618, A00986619, A24446636, A00986620, A02420696, A03325122 nömrəli 124 ədəd 200 Azərbaycan manatı və A74927082, D14117336 nömrəli 2 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Təqdim edilmiş pul əskinaslarının hər hansı bir fraqmenti sonradan dəyişdirilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədildiyi ərəfədə Şahid4, Şahid3 və Şahid5 ilə mütəmadi şəkildə telefonla ünsiyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ”Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi”nin sədri F.Rzaquluyev tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli “Fəxri Diplom”dan görünür ki, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı Təqsirləndirilən şəxs “44 günlük” Vətən Müharibəsi günlərində, Vətənpərər və xüsusi xidmətlərinə görə “Fəxri Diplom”la təltif olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 iyun tarixli, 1553 nömrəli Sərəncamı ilə verilmiş, № İ-748 “Azərbaycan Respublkasının Medalının Vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokol əsasında Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağından aşkar edilərək götürülmüş X4 Tərtər rayon İcra Hakimiyyətinə ünvanladığı qəzalı vəziyyətdə olan yaşayış evinin sökülüb təqdim etdiyi lahiyə əsasında 2 mərtəbəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi məzmununda xx.xx.2023-cü il tarixli ərizənin əsili, həmin ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın 2 ədəd surəti, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü il tarixli lahiyənin əsili və surəti, ərizənin üzərinə qoyulmuş xx.xx.2023-cü il tarixli qeydiyyat-nəzarət vərəqəsi və dərkənar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, A09425513, A17986634, A21906438, A25094083, A28240876, A00986621, A00986624, A00986626, A17986618, A00986608, A12095413, A28561410, A12412788, A16577242, A03551643, A04570234, A10918299, A26793464, A32682043, A00955280, A00986697, A17986636, A17986601, A00986698, A00986603, A00986617, A04906119, A25913557, A27687356, A05249719, A00960691, A33301087, A21961403, A20470052, A13917397, A30433999, A16379567, A00986692, A00986694, A13603998, A08474128, A00986639, A06952457, A10831553, A08090804, A03442663, A32682046, A16449194, A21961488, A04301463, A04892971, A00986676, A00986680, A01602648, A26416931, A11465322, A08113065, A17454870, A22285340, A07935250, A32682042, A11486700, A00986602, A00986601, A32682045, A17986612, A30579854, A00986674, A26468616, A21961404, A00986610, A00986611, A00986612, A29981922, A26007654, A31315768, A00986605, A00986607, A06943466, A10170853, A28579478, A00986638, A00986637, A00986629, A02638219, A08504831, A19646869, A13100482, A05113542, A14318082, A27582885, A24208355, A01090197, A17986637, A00986622, A00986632, A17986633, A00986636, A00986630, A23926682, A04610507, A03588048, A30781689, A27379424, A17600663, A27193772, A24372442, A01076597, A27816367, A28599610, A13325958, A13325957, A03469182, A03193756, A00812539, A16968853, A00079419, A00986616, A00986618, A00986619, A24446636, A00986620, A02420696, A03325122 nömrəli 124 ədəd 200 manatlıq və A74927082, D14117336 nömrəli 2 ədəd 100 manatlıq əskinaslar şəklində olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaiti isə saxlanılması üçün qanuni sahibi Şahid1 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 308.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini rüşvət almaqda və Tərtər Rayon İcra Hakimiyyətinin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etməsi kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Şahid1 məxsus maddi nemət hesab edilən 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini ələ keçirməsindən ibarət əməli vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla külli miqdar təşkil edən maddi neməti vahid niyyətlə şəxsən rüşvət qismində istəyərək almağa və vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə yönəlməmiş və eyni zamanda istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd əməlin faktiki hallarını kifayət qədər araşdırmamışdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsini”-nin 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə müvafiq olaraq, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Eyni zamanda, həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İbtidai istintaq orqanı ilk öncə təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürərkən, onun Şahid1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni ilkin mərhələdə nəzərdə tutulmuş tikilinin fərdi yaşayış evi kimi tikintisinə razılıq verilməsinin təmin edilməsini qeyd etsə də, yuxarıda qeyd olunan normativ hüquqi aktın tələblərinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı bağlı məlumatlandırma icraatı həyata keçirildiyi üçün məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ilk öncə fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə alınmasını vəd etsə də, özü baş memar vəzifəsində işlədiyi üçün fərdi yaşayış evlərinin tikintisi ilə bağlı hər hansı icazə tələb olunmadığını (məlumatlandırma icraatı həyata keçirildiyi üçün) yaxşı bilmiş və onun məqsədi məhz Şahid1 vəd etdiyi kimi hər hansı fərdi yaşayış evinin tikilməsinə icazə almaq deyil, sadəcə olaraq Şahid1 fərdi yaşayış evinin tikintisi ilə bağlı icazə tələb olunmadığını bilməməsindən istifadə edərək onu aldatmaq olmuşdur. Bundan başqa, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Tərtər Rayon İcra Hakimiyyəti başçısı V.İ.İsayev tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 24 nömrəli əmrlə xx.xx.2009-cu il tarixdən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memarı vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, “Dövlət qulluğu haqqında” Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilmiş aidiyyəti vəzifələri yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək tanışı X7 məxsus ünvan 3 ünvanında yerləşən 0,06 hektar ölçüdə torpaq sahəsində köhnə yaşayış evinin sökülüb yerində 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi yaşayış sahəsi kimi nəzərdə tutulmuş ümumi sahəsi 344,82 m2 ölçüdə olan 2 mərtəbəli tikinti obyektinin inşasına razılıq verilməsi ilə əlaqədar 2023-cü ilin iyul ayının ortalarında cinayətdən xəbərsiz tanışı Şahid4 və cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə özünə müraciət edən Şahid1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni ilkin mərhələdə nəzərdə tutulmuş tikilinin fərdi yaşayış evi kimi tikintisinə razılıq verilməsinin təmin edilməsi və daha sonra tikinti obyektinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar külli miqdar təşkil edən maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla xx.xx.2023-cü il tarixdə Tərtər şəhəri Heydər Əliyev prospekti 41 ünvanında yerləşən Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında şəxsən rüşvət qismində istəyərək, Şahid1 razılığını alıb həmin niyyətlə külli miqdar təşkil edən maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə Tərtər şəhəri, Nizami küçəsində yerləşən “Saat” adlanan dairənin yaxınlığında sonuncunun tanışı Şahid3 xx.xx.2023-cü il tarixli 2003/23 nömrəli etibarnamə əsasında idarə etmək hüququ olduğu “Mercedes Benz E 200D minik” markalı 77AB680 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində Şahid1 özü üçün birbaşa yolla şəxsən qəbul etməklə, xx.xx.2023-cü il tarixdə X4 Tərtər Rayon İcra Hakimiyyətinə qəzalı vəziyyətdə olan yaşayış evinin sökülüb təqdim etdiyi lahiyə əsasında 2 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilməsi məzmununda ərizə ilə müraciət etməsini təmin edib, cinayətkar niyyətini davam etdirərək xx.xx.2023-cü il tarixdə Tərtər şəhəri Heydər Əliyev prospekti 41 ünvanında yerləşən Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Şahid1 2 mərtəbəli tikinti obyektinin inşası ilə əlaqədar kağız daşıyıcıda olan memarlıq-planlaşdırma bölməsinə öz xətti ilə “Razılaşdırılmış” və “Tərtər rayonunun baş memarı” sözlərinin yazılaraq Memarlıq və tikinti şöbəsinin dairəvi möhürü ilə təsdiq etməsi qarşılığında əlavə olaraq külli miqdar təşkil edən maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəməklə, özü üçün birbaşa yolla vahid niyyətlə külli miqdar təşkil edən maddi nemət olan 33.000 (otuz üç min) manat məbləğində pul vəsaitini şəxsən rüşvət qismində istəyərək, özü üçün birbaşa yolla külli miqdar təşkil edən 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini rüşvət qismində almış, həmin hərəkətləri ilə Tərtər Rayon İcra Hakimiyyətini əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin yerli icra hakimiyyətinin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İbtidai istintaq orqanı Tərtər Rayon İcra Hakimiyyətinin (bundan sonra – Tərtər RİH) baş memarının vəzifə təlimatlarına uyğun olaraq təqsirləndirilən şəxsi cinayət məsuliyyətinə cəlb edərkən, Tərtər RİH-in baş memarının hazırda qüvvədə olan və özündə qulluq funksiyalarını əks etdirən vəzifə təlimatına uyğun olmayan vəzifə təlimatına istinad etmiş, hansı ki, istintaq orqanının istinad etdiyi vəzifə təlimatı, icra hakimiyyəti orqanlarında baş memar üçün müəyyən olunmuş vəzifə təlimatlarına uyğun deyil və sözügedən vəzifə təlimatının əvvəlki dövrlərdə baş memar vəzifəsi üçün müəyyən olunmuş vəzifə təlimatı olmasını da istisna etmir. Həmçinin istintaq orqanının istinad etməklə irəli sürdüyü ittihamın məzmununda da öz əksini tapan vəzifə təlimatında istinad olunmuş, yəni “Şəhərsalmanın əsasları haqqında” qanun Azərbaycan Respublikasının Prezidentinin 29 iyun 2012-ci il, № 392-İVQ fərmanı ilə, 2013-cü il yanvar ayının 1dən etibarən qüvvədən düşmüşdür. Bu da istintaq orqanının işin obyektiv hallarını tam araşdırmadan üzərindən keçdiyini, sanki təqsirləndirilən şəxsə sırf vəzifəli şəxs olduğu üçün onun törətdiyi hüquqazidd əməlin faktiki hallarına diqqət yetirməyərək, CM-in 311-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham elan etdiyini göstərən mötəbər dəlillərdən biri olduğunu göstərmək üçün əsasdır. Təqsirləndirilən şəxsə onun vəzifə səlahiyyətlərinə uyğun olmayan hər hansı (yaxud qüvvədən düşmüş) vəzifə təlimatlarına əsasən, CM-in 308 və 311-ci maddələri ilə ittiham elan edilməsi absurddur. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydaları konkret müəyyən olunmuşdur, belə ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.11-ci maddəsinə əsasən, yerli icra hakimiyyəti başçısı) qərarı əsasında həyata keçirilir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs aşağıdakı sənədləri təqdim edir:

1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir);

2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti);

3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu);

4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.

Yuxarıda sadalanan xüsusatlar konkret olaraq yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün müəyyən olunmuş qaydalardır ki, Təqsirləndirilən şəxs özü də Şahid1 pul vəsaitini götürən vaxt Karrar Bayramovun İcra Hakimiyyətinə ərizə ilə müraciət etməsini və müəyyən sənədlər təqdim etməsini bildirmiş, eyni zamanda, cinayət işinin materiallarından da göründüyü kimi Karrar Bayramov ərizə ilə Tərtər RİH-ə müraciət etmiş və memarlıq planlaşdırma bölməsindən müəyyən sənədlər təqdim etsə də, istintaq orqanı Təqsirləndirilən şəxs sözügedən sənədlərin icrası ilə bağlı hər hansı şəxslərlə sövdələşmə, yaxud hər hansı hərəkətlər (hərəkətsizlik) etməsini müəyyən etməmişdir. Halbuki, Kərrar Bayramovun təqdim etdiyi sənədlər yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün adi prosedur qayda olmuş, həmin sənədlərin təqdim edilməsi Təqsirləndirilən şəxs səlahiyyətlərinin icrası ilə bağlı olmamışdır. Təqsirləndirilən şəxs ərizəçinin təqdim etdiyi sənədlərdən sonra hər hansı hərəkətlər (hərəkətsizlik) etməmiş və sözügedən icazənin verilməsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim etmək fikri də olmamış, sadəcə olaraq Təqsirləndirilən şəxs ərizəçinin RİH-ə prosedur qayda olaraq sənədlərlə müraciət etməsini bildirsə də, onun məqsədi hər hansı razılıq verilməsinin təmin edilməsindən və yaxud məsələnin həlli yönündə hər hansı hərəkətlər etməsindən ibarət olmamış, çünki sözügedən hərəkətlərin edilməsi üçün sərancamverici şəxs olmamışdır. Təqsirləndirilən şəxs ərizəçinin sənədlərlə RİH-ə müraciət etməyini deməsinin əsl səbəbi, öz cinayətkar niyyətini bir növ pərdələmək məqsədi daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin sənədlərin təqdim edilməsi ilə sadəcə olaraq sözügedən şəxslərdə yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi ilə bağlı müsbət yöndə hər hansı hərəkətlər edilməsi görüntüsü yaradaraq, öz cinayətkar niyyətini həyata keçirmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Tofiq X1 məxsus ünvan 3 ünvanında yerləşən 0,06 hektar ölçüdə torpaq sahəsində köhnə yaşayış evinin sökülüb yerində 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi yaşayış sahəsi kimi nəzərdə tutulmuş ümumi sahəsi 344,82 m2 ölçüdə olan 2 mərtəbəli tikinti obyektinin inşasına razılıq verilməsi ilə əlaqədar xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq edəcəyi hərəkətə görə maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla əldə etdiyini göstərsə də, “Vəzifə təlimatı”na əsasən, Təqsirləndirilən şəxs ərizəçinin təqdim etdiyi layihə və yaxud sənədlərlə bağlı razılıq vermək kimi bir səlahiyyəti olmamış, həmçinin Təqsirləndirilən şəxs müraciət edən şəxsin təqdim etdiyi layihə və sənədlərlə bağlı rəy verməsi, müraciətə müsbət və ya mənfi cavab verilməsi üçün əsas təşkil etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək, yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Belə ki, istintaq orqanı təqsirləndirilən şəxsə X7 məxsus ünvan 3 ünvanında yerləşən 0,06 hektar ölçüdə torpaq sahəsində köhnə yaşayış evinin sökülüb yerində 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi mağaza, 2-ci mərtəbəsi yaşayış sahəsi kimi nəzərdə tutulmuş ümumi sahəsi 344,82 m2 ölçüdə olan 2 mərtəbəli tikinti obyektinin inşasına razılıq verilməsi ilə əlaqədar xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq edəcəyi hərəkətə görə maddi nemət olan 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla əldə etməsi ilə bağlı ittaham vermişdir. Yuxarıda qeyd olunan normativ aktlara əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, eyni zamanda tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının salahiyyətlərinə aid edilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən xüsusatlarla bağlı sərəncam vermək səlahiyyəti olan rəhbər şəxslərlə (RİH-in başçısı) əlbir olmaqla, sözügedən məsələlərlə bağlı müraciətlərə müsbət və yaxud mənfi yöndə razılıq verilməsi, eyni zamanda, qərar qəbul edilməsi hallarını müəyyən etməmişdir. Buna görə də sərəncamverici şəxs olmadığı və səlahiyyətləri olmadığı təqdirdə Təqsirləndirilən şəxs sözdə “xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq edəcəyi hərəkətə” görə ittiham verilməsi yuxarıda qeyd olunan hüquq normalarının açıq-aşkar pozulması deməkdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsinin dizpoziyasının əsas tövsifedici xüsusatı vəzifəli şəxsin məhz xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və yaxud üçüncü şəxslər üçün maddi nemət istəməsidir. Burada vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar etdiyi hər hansı hərəkət (hərəkətsizlik) dedikdə, qanunla və ya əmək müqaviləsi ilə vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülməlidir ki, Təqsirləndirilən şəxs da xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkət (hərəkətsizlik) etməmiş, hər hansı sərəncam vermək səlahiyyəti olmadığından, onun özü üçün sözügedən hərəkətə görə maddi nemət istəməsi və ya alması rüşvət alma kimi qiymətləndirilə bilməz, eyni zamanda, təqsirləndirilən şəxsin üçüncü şəxs üçün maddi nemət istəməsi istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. İttiham orqanı təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərinə daxil olan konkret hansı səlahiyyətlərdən istifadə etməklə həmin hərəkətləri təmin etməsini (razılıq verilməsi və yaxud razılıq verilməsinin təmin edilməsi) aydınlaşdırmadan üzərindən keçmiş, sırf təqsirləndirilən şəxsin vəzifəli şəxs olmasını əsas gətirərək və ümumi sözlərdən istifadə etməklə, süni olaraq CM-in 308.1 və 311.3.3-cü maddələrinin dizpozisiyasını yaratmaqla ittihamı formalaşdırmışdır. İttiham orqanı təqsirləndirilən şəxsin səlahiyyətinə aid olan hər hansı hərəkətə dair sübut aşkar edə bilməmişdir. Belə ki, istintaq orqanının istinad etdiyi yeganə sübut, X13 RİH-ə ərizənin və memarlıq planlaşdırma bölməsindən müəyyən sənədlərin ünvanlanmasıdır ki, sözügedən sənədlərin ünvanlanması özlüyündə adi prosedur qayda olmuş, hər hansı nəticəni göstərən sənədlər olmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxsə ittiham verilərkən istintaq orqanının əsaslandığı vəzifə təlimatının, təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərini əks etdirən vəzifə təlimatı olmaması da verilmiş ittihamı şübhə altına alan əsas faktlardan biridir. Yuxarıda şadalanan normativ hüquqi sənədlərə uyğun olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi, eyni zamanda, tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün müvafiq təhlillər aparılmalı, rəsmiləşdirilməli, rəy və təkliflər hazırlandıqdan sonra toplanmış müvafiq sənədlər əsasında səlahiyyətli vəzifəli şəxs (yerli icra hakimiyyəti orqanının başçısı) digər əlaqəli dövlət qurumları ilə razılaşdırmaqla, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə münasibət bildirməyə səlahiyyətli idi. İbtidai istintaq orqanı isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı səlahiyyətli olan vəzifəli şəxslər barədə araşdırma aparmaqdan və onların məsuliyyət məsələsini həll etməkdən yan keçdiyi üçün təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı düzgün nəticəyə gələ bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqında” xx.xx.2015-ci il tarixli, qərarın 36-cı bəndinə əsasən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, ittiham orqanı təqsirləndirilən şəxsə ittiham irəli sürərkən onun məhz hansı vəzifə səlahiyyətləri olduğunu, ümumiyyətlə təqsirləndirilən şəxsin ilkin mərhələdə nəzərdə tutulmuş tikilinin fərdi yaşayış evi kimi tikintisinə razılıq verilməsinin təmin edilməsi və daha sonra tikinti obyektinin 1ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar olaraq, belə bir səlahiyyətinin olması hissəsində törədilmiş əmələ düzgün mövqedən yanaşa bilməmiş, həmçinin istintaq orqanı şəxsin törətdiyi əməlin hüquqazidd əməl olduğunu müəyyən etsə də, təqsirləndirilən şəxsin sözügedən əməlləri rüşvət qismində istəyərək, əldə etmək niyyətinin olmadığını müəyyən edə bilməmişdir. Çünki təqsirləndirilən şəxs özü ifadəsində də Şahid1 əldə etdiyi pul vəsaitinə asanlıqla əldə edilmiş gəlir kimi baxdığını, ümumiyyətlə Şahid1 aldığı pul vəsaitinin qarşılığında heç bir hərəkət etmək fikrinin olmadığını, eyni zamanda, onun belə bir səlahiyyətinin olmadığını da qeyd etmişdir. Təqsirləndirilən şəxsin niyyəti, sadəcə olaraq Şahid1 əldə etdiyi pul vəsaiti qarşısında heç bir hərəkətlər etməyərək, asan qazanc əldə etməklə dələduzluq etmək olmuşdur. İstintaq orqanı ittihamda təqsirləndirilən şəxsin öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı hərəkətlər edəcəyini sübuta yetirə bilməmiş, təqsirləndirilən şəxsin tikintiyə və daha sonra tikinti obyektinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsini təmin edəcəyi qeyd olunsa da, Təqsirləndirilən şəxs, özlüyündə belə səlahiyyətlərinin olmadığını dərk etmiş və dələduzluqla bağlı niyyətini həyata keçirmək üçün qulluq mövqeyindən istifadə edərək, sözügedən hərəkətlər edəcəyini vəd edib, zərərçəkmiş şəxs Şahid1 etibarından sui-istifadə edərək onu aldatmışdır. Təqsirləndirilən şəxsin ittihamda qeyd edildiyi kimi “ilkin mərhələdə nəzərdə tutulmuş tikilinin fərdi yaşayış evi kimi tikintisinə razılıq verilməsinin təmin edilməsi və daha sonra tikinti obyektinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” ilə bağlı hər hansı diskresion səlahiyyətləri (fərdi yaşayış sahəsinin tikintisinə və yaxud tikinti obyektinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı sərəncam verib-verməmə) olmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Bununla bağlı məhkəmə aşağıdakıları vurğulayır: Mülkiyyət məfhumu hüquqi və iqtisadi məna kəsb etməklə dövlətin və insanların həyatında əvəzedilməz rola malikdir. Məhz bu xüsusiyyətlər mülkiyyətə və mülkiyyət hüququna müqəddəslik və toxunulmazlıq gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası CM-in 23-cü fəslində təsbit olunmuş cinayətlərin obyekti mülkiyyət münasibətləridir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddələşdiyindən mülkiyyət hüququ da əşya hüquqularına aiddir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirilməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakını tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın predmeti ilk növbədə əmlakdır. Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Əşyalara yalnız fiziki obyektlər deyil, habelə pul və qiymətli kağızlar da aiddir (MM – in 135.1– ci maddəsi). Talama cinayətlərinin predmeti qismində istehlak dəyərinə malik olan istənilən maddi - əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul çıxış edir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və ( və ya ) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmur. (istisna: talamanın yalnız bir formasında – mənimsəmə və ya israfetmədə təqsirkar talanan əmlak barəsində mülkiyyət hüququnun bəzi elememtlərinə malik olur. Lakin həmin hüquqlar əmlakın mülkiyyətçisinin verdiyi səlahiyyətlər çərçivəsində olur və müvəqqəti xarakter daşıyır). Talama cinayətlərinin daha bir obyektiv əlaməti özgənin əmlakını götürülməsinin və (və ya) təqsirkarın və ya başqa şəxslərin xeyrinə keçirilməsinin əvəzsiz olmasıdır. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyət maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təklükəli nəticənin - əmlakın mülkiyyətçisinə real maddi ziyanın vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı götürülmüş əmlakın dəyəri ilə müəyyən edilir. Talamanın subyektiv cəhətinin daha zəruri bir əlaməti tamah məqsədinin olmasıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Sözügedən qərarın 3-cü bəndində qeyd olunmuşdur ki,dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Sözügedən qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Sözügedən qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmçinin, sözügedən qərarın 23-cü bəndinə müvafiq olaraq, qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 308.1 və 311.3.3-cü maddələrindən, CM-in 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunacağından, dövlət orqanı olan Tərtər Rayon İcra Hakimiyyətinin iş üzrə zərərçəkmiş kimi tanınması istisna olunur, eyni zamanda, hüquqazidd əməl nəticəsində zərərçəkmiş şəxs Şahid1 25.000 (iyirmi beş min) manat məbləğində dəymiş ziyanın isə qanuni sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini, “44 günlük” Vətən Müharibəsi günlərində, Vətənpərər və xüsusi xidmətlərinə görə “Fəxri Diplom”la təltif olunmasını, müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın təmamilə aradan qaldırılmasını, hazırda 72 yaşının olmasını və törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu, yəni xx.xx.2023-cü il tarixdən, hazırki vaxtadək həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 357.0.5-ci maddəsinə əsasən qətimkan tədbiri qaydasında faktiki həbsdə olduğu müddətdən artıq olmayan müddətə azadlıqdan məhrum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxsin məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməsi müəyyən edildiyindən, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində hazırki qərarın çıxarıldığı tarixədək faktiki həbsə saxlanıldığı müddət, ona təyin ediləcək cəzanı tam əhatə etdiyinə görə o, cəzasını çəkmiş hesab edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokol əsasında Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağından aşkar edilərək götürülmüş X4 Tərtər rayon İcra Hakimiyyətinə ünvanladığı qəzalı vəziyyətdə olan yaşayış evinin sökülüb təqdim etdiyi lahiyə əsasında 2 mərtəbəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi məzmununda xx.xx.2023-cü il tarixli ərizənin əsili, həmin ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın 2 ədəd surəti, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü il tarixli lahiyənin əsili və surəti, ərizənin üzərinə qoyulmuş xx.xx.2023-cü il tarixli qeydiyyat-nəzarət vərəqəsi və dərkənar cinayət işinin materiallarına əlavə edilmiş, A09425513, A17986634, A21906438, A25094083, A28240876, A00986621, A00986624, A00986626, A17986618, A00986608, A12095413, A28561410, A12412788, A16577242, A03551643, A04570234, A10918299, A26793464, A32682043, A00955280, A00986697, A17986636, A17986601, A00986698, A00986603, A00986617, A04906119, A25913557, A27687356, A05249719, A00960691, A33301087, A21961403, A20470052, A13917397, A30433999, A16379567, A00986692, A00986694, A13603998, A08474128, A00986639, A06952457, A10831553, A08090804, A03442663, A32682046, A16449194, A21961488, A04301463, A04892971, A00986676, A00986680, A01602648, A26416931, A11465322, A08113065, A17454870, A22285340, A07935250, A32682042, A11486700, A00986602, A00986601, A32682045, A17986612, A30579854, A00986674, A26468616, A21961404, A00986610, A00986611, A00986612, A29981922, A26007654, A31315768, A00986605, A00986607, A06943466, A10170853, A28579478, A00986638, A00986637, A00986629, A02638219, A08504831, A19646869, A13100482, A05113542, A14318082, A27582885, A24208355, A01090197, A17986637, A00986622, A00986632, A17986633, A00986636, A00986630, A23926682, A04610507, A03588048, A30781689, A27379424, A17600663, A27193772, A24372442, A01076597, A27816367, A28599610, A13325958, A13325957, A03469182, A03193756, A00812539, A16968853, A00079419, A00986616, A00986618, A00986619, A24446636, A00986620, A02420696, A03325122 nömrəli 124 ədəd 200 manatlıq və A74927082, D14117336 nömrəli 2 ədəd 100 manatlıq əskinaslar şəklində olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaiti isə saxlanılması üçün qanuni sahibi Şahid1 təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokol əsasında Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağından aşkar edilərək götürülmüş X4 Tərtər rayon İcra Hakimiyyətinə ünvanladığı qəzalı vəziyyətdə olan yaşayış evinin sökülüb təqdim etdiyi lahiyə əsasında 2 mərtəbəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi məzmununda xx.xx.2023-cü il tarixli ərizənin əsili, həmin ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli çıxarışın 2 ədəd surəti, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü il tarixli lahiyənin əsili və surəti, ərizənin üzərinə qoyulmuş xx.xx.2023-cü il tarixli qeydiyyat-nəzarət vərəqəsi və dərkənarın cinayət işinin materiallarına əlavə edilməsi və A09425513, A17986634, A21906438, A25094083, A28240876, A00986621, A00986624, A00986626, A17986618, A00986608, A12095413, A28561410, A12412788, A16577242, A03551643, A04570234, A10918299, A26793464, A32682043, A00955280, A00986697, A17986636, A17986601, A00986698, A00986603, A00986617, A04906119, A25913557, A27687356, A05249719, A00960691, A33301087, A21961403, A20470052, A13917397, A30433999, A16379567, A00986692, A00986694, A13603998, A08474128, A00986639, A06952457, A10831553, A08090804, A03442663, A32682046, A16449194, A21961488, A04301463, A04892971, A00986676, A00986680, A01602648, A26416931, A11465322, A08113065, A17454870, A22285340, A07935250, A32682042, A11486700, A00986602, A00986601, A32682045, A17986612, A30579854, A00986674, A26468616, A21961404, A00986610, A00986611, A00986612, A29981922, A26007654, A31315768, A00986605, A00986607, A06943466, A10170853, A28579478, A00986638, A00986637, A00986629, A02638219, A08504831, A19646869, A13100482, A05113542, A14318082, A27582885, A24208355, A01090197, A17986637, A00986622, A00986632, A17986633, A00986636, A00986630, A23926682, A04610507, A03588048, A30781689, A27379424, A17600663, A27193772, A24372442, A01076597, A27816367, A28599610, A13325958, A13325957, A03469182, A03193756, A00812539, A16968853, A00079419, A00986616, A00986618, A00986619, A24446636, A00986620, A02420696, A03325122 nömrəli 124 ədəd 200 manatlıq və A74927082, D14117336 nömrəli 2 ədəd 100 manatlıq əskinaslar şəklində olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaiti isə saxlanılması üçün qanuni sahibi Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxs X10 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışında zərər çəkmiş şəxs, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs qətimkan tədbiri qaydasında xx.xx.2023-cü il tarixdən, hazırki hökmün çıxarıldığı tarixədək faktiki həbsə saxlanıldığı müddət, təyin edilmiş cəzanı tam əhatə etdiyinə görə, ona təyin edilmiş cəza çəkilmiş hesab olunsun, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokol əsasında Təqsirləndirilən şəxs Tərtər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən xidməti otağından aşkar edilərək götürülmüş X4 Tərtər rayon İcra Hakimiyyətinə ünvanladığı qəzalı vəziyyətdə olan yaşayış evinin sökülüb təqdim etdiyi layihə əsasında 2 mərtəbəli yeni yaşayış evinin tikintisinə icazə verilməsi məzmununda xx.xx.2023-cü il tarixli ərizənin əsili, həmin ərizəyə əlavə edilmiş xx.xx.2022ci il tarixli ********** nömrəli çıxarışın 2 ədəd surəti, "xxxx" MMC tərəfindən tərtib edilmiş 2023-cü il tarixli layihənin əsili və surəti, ərizənin üzərinə qoyulmuş xx.xx.2023-cü il tarixli qeydiyyat-nəzarət vərəqəsi və dərkənarın cinayət işinin materiallarına əlavə edilməsi və A09425513, A17986634, A21906438, A25094083, A28240876, A00986621, A00986624, A00986626, A17986618, A00986608, A12095413, A28561410, A12412788, A16577242, A03551643, A04570234, A10918299, A26793464, A32682043, A00955280, A00986697, A17986636, A17986601, A00986698, A00986603, A00986617, A04906119, A25913557, A27687356, A05249719, A00960691, A33301087, A21961403, A20470052, A13917397, A30433999, A16379567, A00986692, A00986694, A13603998, A08474128, A00986639, A06952457, A10831553, A08090804, A03442663, A32682046, A16449194, A21961488, A04301463, A04892971, A00986676, A00986680, A01602648, A26416931, A11465322, A08113065, A17454870, A22285340, A07935250, A32682042, A11486700, A00986602, A00986601, A32682045, A17986612, A30579854, A00986674, A26468616, A21961404, A00986610, A00986611, A00986612, A29981922, A26007654, A31315768, A00986605, A00986607, A06943466, A10170853, A28579478, A00986638, A00986637, A00986629, A02638219, A08504831, A19646869, A13100482, A05113542, A14318082, A27582885, A24208355, A01090197, A17986637, A00986622, A00986632, A17986633, A00986636, A00986630, A23926682, A04610507, A03588048, A30781689, A27379424, A17600663, A27193772, A24372442, A01076597, A27816367, A28599610, A13325958, A13325957, A03469182, A03193756, A00812539, A16968853, A00079419, A00986616, A00986618, A00986619, A24446636, A00986620, A02420696, A03325122 nömrəli 124 ədəd 200 manatlıq və A74927082, D14117336 nömrəli 2 ədəd 100 manatlıq əskinaslar şəklində olmaqla ümumilikdə 25.000 (iyirmi beş min) manat pul vəsaitinin isə qanuni sahibi Şahid1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi - 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə baxışında zərər çəkmiş şəxs, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar