Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-75/2021 17.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, hazırda ünvan 3 qeydiyyatda olmuş və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X8 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2020-ci ilin mart ayında günü məlum olmayan tarixdə faktiki olaraq yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq külli miqdar təşkil edən, yəni ümumi sayı 64 ədəd olan çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivatsiya etmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər BPİ-nin Nizami rayon polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə və kultivasiya etməkdə şübhəli bilinərək Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı orta məktəbin qarşısında saxlanılıb Gəncə şəhər Nizami rayon polis idarəsinə gətirilmiş və həmin tarixdə saat 20 radələrində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən həyətyanı sahəsindən ayrı-ayrılıqda əkilmiş külli miqdar təşkil edən, 64 ədəd yaş halda ümumi təmiz çəkisi 66450 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.2.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitədən istifadə etmiş, istifadə etdiyi narkotik vasitə marixuananın içərisində olan xırda toxumları yığıb saxlamışdır. Lakin sonradan marixuananı özü əkib becərmək qərarına gəlmiş, ona görə də 2020-ci ilin mart ayının sonlarında əvvəldən özündə saxladığı narkotik vasitə marixuananın toxumlarını yaşadığı ünvan 2 ünvanda olan evinin həyətyanı torpaq sahəsinə əkmişdir. Həmçinin illər əvvəl küçədən öz şəxsi ehtiyacları olduğu üçün evlərinin həyətyanı torpaq sahəsinə plastik boru ilə su çəkmişdir. O, hər dəfə məhəlləni suladıqda marixuana toxumları da sulanmış, onların tez böyüməsi üçün diblərinə heyvan peyini tökmüşdür. 2020-ci ilin may ayının ortalarında o, həmin toxumların yetişib yetişmədiyini yoxlamış, lakin hələ tam yetişmədiyi üçün ondan istifadə etməmişdir. xx xxxxxx 2020-ci il tarxdə saat 19 radələrində Yeni Gəncə qəsəbəsi 2 saylı orta məktəbin yaxınlığında 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və onu Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Lakin baxış zamanı üzərində heç bir narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. Daha sonra yaşadığı evdə də narkotik maddə saxlamaqda şübhəli olduğu üçün xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində onun yaşadığı evə baxış keçirmək üçün polislərlə ora getmişdir. Oraya müdafiəçi ,adını bilmədiyi aqronom və polis əməkdaşları ilə birlikdə getmişlər. Orada o, əsəbləşərək özünə xəsarət yetirəcəyini bildirdiyindən o, müvəqqəti saxlama yerinə aparılmış, atası Şahid1, anası Solmaz Əhmədlinin iştirakı ilə evlərinin həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Narkotik tərkibli çətənə kollarının əkilməsi barədə ailə üzvlərinin məlumatı olmamış, həmin çətənə bitkisini gələcəkdə özü qurudub istifadə etmək üçün əkmiş, lakin tam yetişmədiyi üçün yığıb quruda bilməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, ünvan 3 ünvanında oğlu Təqsirləndirilən şəxs və arvadı Solmaz Əhmədli ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində bir neçə polis əməkdaşı, oğlu Təqsirləndirilən şəxs adlarını sonradan bildiyi vəkil Elmira Həsənova və aqronom Qurban adlı şəxs onların evinə gəlmişdir. Polis əməkdaşlarndan biri ona oğlu Təqsirləndirilən şəxs narkotik vasitəni daşımaqda və evində saxlamaqda şübhəli olduğunu, ona görə də evə baxış keçirəcəklərini demişlər. O da baxışa razılıq vermiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra polis əməkdaşları içəri daxil olmuş və evin həyətinə baxış keçirməyə başlamış, həmin vaxt Təqsirləndirilən şəxs həyəcanlanmış, səs-küy salmağa başlamışdır. Bu səbəbdən polis əməkdaşları Azəri aparmış, onun və arvadı Solmazın iştirakları ilə baxış davam etmişdir. Baxış zamanı yaşadıqları evin həyətyanı torpaq sahəsində polislər bitki kolları olduğunu aşkar etmiş, aqranom ora baxış keçirmiş və kolların narkotik tərkibli bitki olan marixuana kolları olduğunu demişdir. Daha sonra kollar kökündən qoparılmış və ümumilikdə 64 ədəd olduğu müəyyən edilmişdir. Onların iştirakı ilə həmin kollar böyük ölçülü tərəzidə çəkilmiş və ümumi çəkisi 93 kiloqram 330 qram olmuşdur. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılarla bərabər o və arvadı Solmaz Əhmədli də protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində daşıması və yaşadığı evin həyətyanı sahəsində çətənə kollarını əkib becərməsində şübhəli olduğu barədə məlumat daxil olmuşdur. Bununla bağlı onlar təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmişlər. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən 2 saylı tam orta məkəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nə gətirilmiş gətirilmiş və müdafiçi ilə təmin edilmişdir.Daha sonra Gəncə şəhər Nizami RPİ-nin inzibati binasının otaqlarının birində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya narkotik tərkibli bitki aşkar edilməmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs, müdafiəçi Elmira Həsənova, aqranom X5 və polis əməkdaşları ilə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs atası Şahid1 baxış keçirilməsinə razılıq verməsi barədə ərizə alınmışdır. Sonra evin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilmiş 64 ədəd çətənə kolu aşkar edilmiş və kollar kökləri ilə birlikdə qoparılaraq yaş halda tərəzidə çəkilmiş, həmin kolların ümumi çəkisi 93 kiloqram 330 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş kollar 6 ədəd kisəyə bükülüb qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək tərəfindən imzalanmışdır. Həmin vaxt o da öz imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncunun ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri S.Qazıyeva küçəsi, 2-ci döngə,ev 5 ünvanında yerləşən evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan aqrotexniki qaydada qulluq edilmiş 64 ədəd çətənə kolu aşkar olunaraq götürülərək tərəzidə çəkilmiş və ümumi çəkisi 93 kiloqram 330 qram olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx xxxxxx 2020-cu il tarixli, 16/571 nömrəli rəyindən görünür ki, hər birinin üzərində “1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanının həyatyanı sahəsindən götürülmüş çətənə bitkisinə oxşar kollar” adlar və imzalar olan 6(altı) ədəd baş-başa keçirilmiş sintetik kisələrdə, ümumi sayı 64 (altmış dörd) ədəd ümumi təmiz çəkisi 66450 qram nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(044)-81/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və sonuncunun yaşadığı evin həyətyanı sahəsindən narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(044)-86/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublkası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-cİ il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublkası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il 2501 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanda qeydiyyatda olmaqla yaşayır. Ailə tərkibi atası Şahid1, anası X2 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixdə 3163 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qediyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 3621 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının xx xxxxxxx 2020-cu il tarixli, 915 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərədə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs özünə məxsus evin həyətyanı sahəsində külli miqdarda narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilmişdir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan, 66450 qram çəkidə, 64 ədəd çətənə kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən ) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan, 66450 qram çəkidə, 64 ədəd çətənə kolu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edillsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə müdafiəsini Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X3 həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində X8 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-75/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-75/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver