Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-75/2022 03.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləriSəmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X2, X3 və Məmmədova Arzu Məmməd qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1987-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının əvvəlləri yaşadığı Tovuz şəhəri Rövşən Məmmədov küçəsində yerləşən 38 №-li evin həyətyanı sahəsində, fərdi yaşayış evinin arxa tərəfində tikilmiş su hovuzunun içərisində bir ədəd vedrədə 21 ədəd, həmin yerdən 10 metr aralıda, həyətyanı sahədə 20 ədəd, cəmi 41 ədəd ümumi çəkisi 65 qram olan, yəni külli miqdarda əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib becərməklə aqrotexniki qaydada qulluq edib kultivasiya etmiş, 04.05.2021-ci il tarixdə saat 12 radələrində Tovuz RPŞ-nin və X10 Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin 41 ədəd narkotik tərkibli çətənə (kannabis) kolları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin237.2.3-cü maddəsi ilə olan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz şəhəri Rövşən Məmmədov küçəsi ev 38-də yaşayır, bir azyaşlı övladı var. Uzun müddətdir ki, marixuana çəkir. Üzərində psixotrop maddə olan metamfetamin aşkar olunduğuna görə barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Tovuz rayon məhkəməsinin hökmünə əsasən 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təxminən 2021-ci ilin mart-aprel ayının əvvəllərində təxminən 3 il əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən aldığı 21 ədəd narkotik vasitə olan çətənə bitkisinin toxumlarını bir ədəd dəmir vedrəyə əkib həmin vedrəni yaşadığı Tovuz şəhəri Rövşən Məmmədov küçəsində yerləşən 38 №-li evin həyətyanı sahəsində olan su hovuzunun içərisinə qoymuş və həmin toxumlara mütəmadi su tökərək becərməyə başlamışdır. 04.05.2021-ci il tarixdə saat 12 radələrində evində olduğu zaman Tovuz RPŞ-nin 5 nəfər polis əməkdaşı, bir nəfər aqranom mütəxəssis onun evinə gəlmişlər. Polis əməkdaşları ona yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə kolları əkməkdə şübhəli olduğunu, bu səbəbdən evinə və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. O da polis əməkdaşlarına evinə və həyətyanı sahəsinə baxış keçirməyə razı olduğunu bildirməklə bu barədə ərizə vermişdir. Bundan sonra polis əməkdaşları onun və aqranomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı onun həyətyanı sahəsində, evinin arxa tərəfində yerləşən su hovuzunun içərisində saxladığı, əkib-becərdiyi 21 ədəd narkotik vasitə olan çətənə kolları aşkar olunaraq götürülmüşdür. Daha sonra su hovuzundan təxminən 10 metr aralıda həyətyanı sahədə olan yabanı halda bitmiş 20 ədəd çətənə kolları aşkar olunmuşdur. O polis əməkdaşlarına hovuzdan aşkar olunmuş 21 ədəd çətənə kollarının onun tərəfindən əkilib-becərildiyini, digər yerdən aşkar olunmuş 20 ədəd kolların isə yabanı halda bitdiyini, onun tərəfindən əkilib-becərilmədiyini bildirmişdir. Aqranom mütəxəssis də 21 ədəd kola qulluq olunduğunu, 20 ədəd kola isə qulluq olunmadığını demişdir. Bundan sonra həyətyanı sahədən aşkar olunmuş 41 ədəd çətənə kolları yığılaraq kağız bağlamaya yerləşdirilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. İfadəsinə əlavə olaraq göstərmişdir ki, aşkar edilmiş 20 ədəd çətənə kolları yabanı şəkildə yetişdiyindən ittihamın həmin hissəsində özünü təqsirli bilməmiş, 21 ədəd çətənə kolları ilə bağlı verilmiş ittiham üzrə isə özünü təqsirli bilməklə, əməlindən peşmanıçılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi vaxt 04.05.2021-ci il tarixdə icraatına Tovuz şəhər Rövşən Məmmədov küçəsi, ev 38-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evində narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirməyinə icazə verilməsi üçün onun tərəfindən şöbə rəisinə raportla məruzə olunub «əməliyyat axtarış tədbirinin keçirilməsinə dair» qərar qəbul edilmiş və həmin qərara əsasən X10 Şöbəsinin Manqa X1, Tovuz RPŞnin CAB-in əməliyyat müvəkkili X6 və Tovuz RPŞ-nin KTQ-nun kiçik inspektoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 04.05.2021-ci il tarixdə saat 12 radələrində o və əməliyyat qrupunun digər üzvləri Təqsirləndirilən şəxs yaşadığı Tovuz şəhəri Rövşən Məmmədov küçəsi, 38 №-li evinə gedilmişdir və Təqsirləndirilən şəxs evində və həyətyanı sahəsində qanunsuz əşya və narkotik tərkibli çətənə kolları olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs da evində və həyətyanı sahəsində qanunsuz əşya və narkotik tərkibli çətənə kolları olmadığını demişdir. Bundan sonra onun və əməliyyat qrupunun digər üzvülərinin, oraya dəvət olunmış mütəxəssis Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə Tovuz RPŞ-nin təhqiqatsıçı X12 tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı Tovuz şəhəri Rövşən Məmmədov küçəsində yerləşən 38 №-li evinin arxasında olan yarım tikiliyə baxış keçirilmişdir. Həmin yarımtikiliyə baxış zamanı yarımtikilidən 21 ədəd müxtəlif ölçüdə çətənə bitkiləri aşkar olunmuşdur. Aqranom mütəxəssis həmin çətənə bitkilərinə baxaraq həmin bitkilərə dibləri yumşaldılmaqla suvarılaraq aqrotexniki qaydada qulluq olunduğunu bldirib həmin bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aid olduğunu bildirmişdir. Bundan sonra baxış davam etdirilməklə Təqsirləndirilən şəxs yaşadığı həmin evin həyətyanı sahəsinə baxılmışdır və oradan 20 ədəd müxtəlif ölçüdə çətənə bitkiləri aşkar olunmuşdur. Aqranom mütəxəssis həmin çətənə bitkilərinə də baxaraq həmin bitkilərə də dibləri yumşaldılmaqla suvarılaraq aqrotexniki qaydada qulluq olunduğunu bldirmiş, həmin bitkilərin narkotik tərkibli çətənə (kannabis) bitkilərinə aid olduğunu bildirmişdir. Baxış zamanı aşkar olunmuş ümumilikdə 41 ədəd narkotik tərkibli çətənə bitkiləri kökündən çıxarılmaqla 1 ədəd kağız paketə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs evinin arxasında olan yarımtikilidən aşkar olunmuş 21 ədəd narkotik tərkibli çətənə bitkilərinin onun tərəfindən əkilib becərilməklə dibləri yumşaldılaraq suvarılmaqla aqrotexniki qaydada qulluq olunduğunu, evinin həyətyanı sahəsindən aşkar olunmuş 20 ədəd narkotik tərkibli çənətə bitkilərinin isə onun tərəfindən əkilmədiyini, yabanı halda bitdiyini, onun tərəfindən aqrotexniki qaydada qulluq olunmadığını demişdir. Baxış zamanı evdən qeyd edilənlərdən əlavə qanunsuz əşya və hər hansı narkotik vasitə aşkar oldunmamışdır. Bu barədə protokol tərtib olunmuş, baxış aparılarkən vidioçəkilişdən istifadə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş 04 may 2021-ci tarixli “baxış və götürmə barədə” protokoldan görünür ki,Tovuz şəhəri Rövşən Məmmədov küçəsi ev 38-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs məxsus yaşayış evinə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin arxa tərəfində olan yarımtikilidə aqro-texniki qaydada qulluq edilmiş, vedrədə əkilmiş 21 ədəd çətənə-kannabis kolları, həmin yerdən 10 metr aralıda həyətyanı sahədə 20 ədəd çətənə-kannabis kolları aşkar edilmişdir. Təqsirləndirilən şəxsvedrədə əkilmiş 21 ədəd çətənə-kannabis kollarını özünün əkib qulluq etdiyini, həyətyanı sahədə aşkar edilmiş 20 ədəd çətənə-kannabis kollarına isə qulluq etmədiyini, həmin kolların özünün bitdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X22 İnkişaf Mərkəzinin aqronom mütəxəssisi Şahid4 tərəfindən tərtib edilmiş 04 may 2021-ci il tarixli rəydən görünür ki, Tovuz şəhəri Rövşən Məmmədov küçəsi ev 38-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 41 (qırx bir) ədəd şitil nümunələri (əkilibbecərilməsi) kultivasiya edilməsi qanunla qadağan olunmuş, tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq göstərilmiş çətənə-kannabis bitkiləridir, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, səpilib suvarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi tərəfindən təqdim edilmiş məhkəməbioloji ekspertizasına dair 05.05.2021-ci il tarixli 16/424 nömrəli rəyindən görünür ki, “vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş ümumilikdə 41 ədəd çətənə-kannabis kolları” sözləri yazılmış 1 (bir) ədəd kağız paketdə, ümumi sayı 41 (qırx bir) ədəd, ümumi təmiz çəkisi 65 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqranom (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli “əməliyyat-axtarış fəaliyyətinin həyata keçirən orqanın qərarının yoxlanılmasının nəticələrinə dair” qərardan görünür ki, Tovuz RPŞ-si CAB-ın baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 04 may 2021-ci il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 06.05.2021-ci il tarixdə Tovuz RPŞ-nin MSY-dən azd edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari X23 X15 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən göndərilmiş 16 may 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxsTovuz Rayon Mərkəzi XəstəxanasıPHŞ-i Poliklinika şöbəsində həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədəngörünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin 26.08.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 29.05.2021-ci il tarixli 277 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR.CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 07.09.2021-ci il tarixli 1043 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dairrəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannoboidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti Hakimiyyəti başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş 06.09.2021-ci il tarixli 4832 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı 16.10.1991-ci il təvəllüdlü X4 və qızı 12.05.2020-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəliyindən təqdim edilmiş 06.09.2021-ci il tarixli 4833 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, 23.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs övladı dünyaya gəlmişdir. İş materiallarına əlavə edilmiş Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş 17 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 05.11.2021-ci il tarixli “8 noyabr Zəfər Günü münasibətilə amistiya elan edilməsi haqqında” qərarın 2.5-ci bəndinin təsiri altına düşdüyünə görə Tovuz Rayon Məhkəməsinin 14.12.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və ona təyin edilmiş narkomaniyadan məcburi müalicə üzərində saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində aşkar edilmiş 21 ədəd çətənə kolları ilə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, lakin aşkar edilmiş 20 ədəd çətənə kollarının yabanı şəkildə yetişdiyini, həmin kolları əkmədiyini, onlara qulluq etmədiyini bildirərək özünü verilmiş ittihamla qismən təqsirli bildiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadəni işin faktiki halları ilə uyğun olmayan, uydurma,məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri “baxış və götürmə haqqında” protokol, şahidlərin ifadələri, mütəxəssis rəyi, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan aqronom mütəxəssisin rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş 41 (qırx bir) ədəd şitil nümunələri (əkilib-becərilməsi) kultivasiya edilməsi qanunla qadağan olunmuş, tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq göstərilmiş çətənə-kannabis bitkiləridir, həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, səpilib suvarılmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X22 İnkişaf Mərkəzinin aqronom mütəxəssisi Şahid4 ifadəsində verdiyi rəyi təsdiq etməklə, aşkar edilmiş 41 (qırx bir) ədəd tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini, səpilib suvarıldığını göstərmişdir. Göründüyü kimi aşkar edilmiş 41 (qırx bir) ədəd tərkibində narkotik maddələr olan çətənə-kannabis bitkilərinə aqrotexniki qaydada qulluq edilmiş, səpilib suvarılmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961 İİQ saylı Azərbaycan Respublikası Qanununun İİİ siyahısına görə, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarı aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06.05.2021-ci il tarixdə isə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin maddi subutların saxlanılması anbarında saxlanılan 41 ədəd 65 qram çəkidə narkotik tərkibli çətənə bitkisi məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclası zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixdən, yəni 03 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin maddi subutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, 41 ədəd 65 qram çəkidə narkotik tərkibli çətənə bitkisi məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-75/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-75/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver