Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-75/2023 09.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 2.088 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 aprel 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, M. Xələfov küçəsində yerləşən A.Səhhət adına Gəncə şəhər Xəstəxanasının yaxınlığında saxlanılıb Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gətirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2.088 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, ailəlidir, iki azyaşlı övladı var. O, narkotik vasitə olan heroindən istifadə edir, 3-4 ildir ki, narkotik vasitə aludəçisidir. O, buna görə müalicə də almışdır. 08 aprel 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri Məmməd Xələfov küçəsində yerləşən Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasının yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və mağazadan oğurluq etdiyini bildirib onu Gəncə şəhəri 2-ci Polis Şöbəsinə aparmışlar. O, həqiqətən də bir neçə gün əvvəl mağazadan ayaqqabı oğurlamışdır. Bundan əvvəl bir neçə dəfə şəhərin müxtəlif yerlərində xırda oğurluqlar etmiş və oğurladığı əməlakları sataraq narkotik vasitə alıb istifadə etmişdir. Həmin oğurluq əməllərinə görə inzibati qaydada cəzalandırılmışdır. Gəncə şəhər 2-ci Polis Şöbəsində üzərini axtarmışlar və heç bir əşya aşkar olunmamışdır. Sonra polis əməkdaşları ona oğurluq etməyini deyəndə o etiraf edərək mağazadan ayaqqabı oğurladığını və satıb narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra ona təzyiq olunmuş və narkotik vasitə istifadəçisi olduğu bildiririlərək üzərinə narkotik vasitə qoyulacağını deyilmiş, o da məcbur olub onların dedikləri ilə razılaşmışdır. Bundan sonra üzərini bir büküm narkotik vasitə qoyulmuşdur. Sonra vəkil dəvət olunmuş müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da onlara əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibində olan şəffaf sellofan kəsiyinə bükülü içərisində narkotik vasitə olan kütləni təqdim etmişdir. Həmin bükülüyə baxdıqda içərisində açıq qəhvəyi rəngli kristal halında narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən edilmişdir. O, həmin bükülün içərisində “kakos” adlandırdığı heroin olduğunu bildirmişdir. O, bundan başqa üzərində hər hansl cinayət xarakterli əşya və ya predmet olmadığını demişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan heroin müdafiəçisinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmişdir. Sorğu zamanı o, əvəlcədən deyildiyi kimi həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni 08 aprel 2022-ci il tarixdə günorta radələrində 24 nömrəli orta məktəbin yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, həmin kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Üzərinə narkotik vasitə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmişdir. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, heç vaxt narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Əldə etdiyi narkotik vasitəni özü qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əbülfəz oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 08 aprel 2022-ci il tarixdə daxil Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Abbas Səhhət adına Xəstəxanının yaxınlığında olması barədə məlumat almışlar. Dərhal həmin ünvana yollanmışlar və tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən Abbas Səhhət adına Xəstəxanının yaxınlığında olduğu müəyyən edilmişdir. Həmin günü saat 20:30 radələrində Təqsirləndirilən şəxs Abbas Səhhət adına Xəstəxananın yaxınlığında barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və müdafiəçinin iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmaması, varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibindən şəffaf sellofan kəsiyinə bükülmüş kütlə təqdim etmişdir. Həmin bükülüyə baxdıqda içərisində açıq qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi təxminən 2 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs sorğu zamanı üzərində aşkar olunaraq götürülmüş kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu, həmin kütləni 08 aprel 2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri 24 saylı tam orta məktəbin yaxınlığında yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin üzərində aşkar olunan narkotik vasitədən başqa yaşadığı ünvanda və digər yerdə narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə bir ədəd zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə göstərdikləri düz deyildir. Onun üzərinə narkotik vasitə qoyulmamış və buna məcbur edilməmişdir. Əvvəllər xırda talama etməsi və buna görə inzibati qaydada cəzalandırılmasını eşitsə də həmin işlərin sənədləşməsində iştirak etməmişdir. Onu narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı məlumat əsasında saxlamışlar. İbtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədi ilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər və raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 oğlu Şahid1 Əbülfəz oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, iki azyaşlı övladları var. Əli əvvəllər oğurluğa görə məhkum edilmişdir. Əli artıq bir neçə ildir ki, narkotik vasitə istifadə edir. O, Əlinin narkotik vasitə heroin istifadə etdiyini bilmişdir. Lakin onun heç vaxt narkotik vasitə istifadə etdiyini və satdığını görməmişdir. Əli fərdi əməklə məşğul olur və gündəlik qazancı ilə ailələrini dolandırmışdır. 08 aprel 2022-ci il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən ona zəng edərək Əlinin narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün tutulduğunu bildirmişlər. Yalnız bundan sonra o, Əlinin tutulduğunu bilmişdir. O, Əlinin narkotik vasitə istifadə etdiyini bilsə də o narkotik vasitə satmmamışdır. O, heç vaxt Əlinin üzərində və ya yaşadıqları evdə narkotik vasitə görməmişdir. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs X3 olaraq əldə etməkdə, qəbul etməkdə, üzərində gəzdirməkdə, saxlamaqda satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümdə olan kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu, həmin kütləni yaşadığı evin yaxınlığında, 24 nömrəli tam orta məktəbin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kəsə satmadığını bildirmişdir. Sellofan torbanın içərisindəki kütlənin qəhvəyi rəngli, toz halında olduğu görünür. Götürülmüş kütlə aptek tərəzisində çəkilmiş və kütlənin çəkisi bükülmüş şəffaf sellofan ilə birlikdə 2,36 (iki tam yüzdə otuz altı) qram olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasında video çəkiliş ilə üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X10 Bölməsinin təhqiqatçısı, polis mayoru X7, 2-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Əbülfəz oğlu, CAB-nin əməliyyat baş müvəkkili, polis baş leytenantı X2, həmçinin müdafiəçi X11 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Ona üzərində hər hansı narkotik vasitə olubolmaması soruşulur, varsa təqdim etməsi bildirilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükümdə olan kütləni təqdim edir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu, həmin kütləni yaşadığı evin yaxınlığında, 24 nömrəli tam orta məktəbin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kəsə satmadığını bildirir. Sellofan torbanın içərisindəki kütlənin qəhvəyi rəngli, toz halında olduğu görünür. Götürülmüş kütlə aptek tərəzisində çəkilir. Götürülmüş “heroin”ə oxşar bir bükümdə olan kütlənin çəkisi bükülmüş şəffaf sellofan ilə birlikdə 2,36 (iki tam yüzdə otuz altı) qram olur. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, yaşadığı evdə axtarış keçirilməsinə etiraz etdiyini bildirir. Müdafiəçi X11 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin ona məxsus olub-olmadığını, ona hər hansı təzyiq olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütlənin ona məxsus olduğunu, heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sellofan bükümdəki narkotik vasitəyə bənzər kütlə zərfdə qablaşdırılır və ağzı Azərbaycan Respublikası DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**; ***-***-**-**” saylı "xxxx" nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş BKC/LGL-9542/22 nömrəli məktubla daxil olmur bir ədəd ağ rəngli, üzərində çap üsulu ilə "xxxx" yazısı olan CD diskə baxış keçirtdikdə “***- ***-**-**; ***-***-**-**” saylı mobil telefon nömrələrindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində müxtəlif mobil telefon nömrələrinə zənglər olunaraq danışıqlar aparılması müəyyən edilmişdir. Eyni zamanda hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/405 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş kütlə” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümdə, təmiz çəkisi 2,088 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikasının əraziində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısının İ bəndinə daxildir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs “***-***- **-**; ***-***-**-**” mobil nömrələri işlətdiyi müəyyən edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1056 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. AZ-İİİ № 922176 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid3dır. AZ-İİİ № 276703 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid3dır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 aprel 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.1, 62ci maddələrinə əsasən 400 saat ictimai işlər cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarı ilə cəzası 03 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,038 qram olan narkotik vasitə heroin Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd “CD” disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri Məmməd Xələfov küçəsində yerləşən Abbas Səhhət adına Gəncə şəhər Xəstəxanasının yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə, saxlanılmasında və dövriyyəsində şübhəli olduğunu bildirib Gəncə şəhəri 2-ci Polis Şöbəsinə gəlməyi üçün onui dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2-ci Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Gəncə şəhər 2-ci PŞ-də müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O, da onlara əynində olan qara rəngli dəri gödəkcənin sol iç cibində olan şəffaf sellofan kəsiyinə bükülü içərisində narkotik vasitə olan kütləni təqdim etmişdir. Həmin bükülüyə baxdıqda içərisində açıq qəhvəyi rəngli kristal halında narkotik vasitə olan heroinə bənzər kütlə müəyyən edilmişdir. O, həmin bükülün içərisində “kakos” adlandırdığı heroin olduğunu bildirmişdir. O, bundan başqa üzərində hər hansl cinayət xarakterli əşya və ya predmet olmadığını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və heç bir şey aşkar edilməmişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan heroin müdafiəçisinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 2,36 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni 08 aprel 2022-ci il tarixdə günorta radələrində 24 nömrəli tam orta məktəbin yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, həmin kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaret falqası bükümündə təmiz çəkisi 2,088 qram təşkil edən maddə narkotik vasitə olan heroindir. O, üzərindən aşkar edilərək götürülmüş heroini 08 aprel 2022-ci il tarixdə günorta radələrində 24 nömrəli tam orta məktəbin yaxınlığında yerdən taparaq götürmüşdür. Həmin narkotik vasitənin istifadə etmək üçün üzərində saxlamışdır. O, əldə edib saxladığı narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan heroini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən ona heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Onun istifadəsində ***- ***-**-** saylı mobil nömrə olmuşdur. O, heç vaxt narkotik vasitə olan heroini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri «Təqsirləndirilən şəxs Gəncə şəhər ərazisində narkotik vasitələrin, əldə etməkdə, qəbul etməkdə, üzərində gəzdirməkdə, saxlamaqda satmaqda şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur, lakin tərəfimizdən əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri satması barədə məlumat olsa da, şəxslərin dairəsini müəyyən etmək mümükün olmamışdır, narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatlar yoxdur.» ifadəsinə və xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubda göstərilən «Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini haradan, kimdən,nə vaxt əldə etməsi müəyyən edələ bilməmişdir. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır» məktubuna əsaslanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması və satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olur, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni əldə etmə, saxlama, gəzdirmə, istifadə, satma və ya satış məqsədi ilə əldə etmədə şübhəli olması kimi qəbul edirlər və raportu və qərarı bu məzmunda tərtib edirlər. Şübhəli şəxs saxlanıldıqdan sonra araşdırma zamanı məlumatda göstərilən məsələn, narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması öz təsdini tapmır. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. İstintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və Gəncə şəhər Baş Polis İdarəsin 2-ci Polis Şöbəsindən xx.xx.2022-ci il tarixdə cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini haradan, kimdən, nə vaxt əldə etməsi müəyyən edilə bilməmişdir. Həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs “***-***-**-**; ***-***-**-**”mobil nömrələri işlətdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Qeyd edilən məktubda Təqsirləndirilən şəxs işlətdiyi mobil nömrələrin əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən eilməsi göstərilmiş, lakin məktubda qeyd olunan möbil nömrələri özü istintaq zamanı sərbəst ifadələrində göstərmişdir. Bu faktlar da bir daha həmin əməliyyat tapşırığına cavab məktubun həqiqiliyi barədə şübhə doğurur. Bundan başqa ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***- ***-**-**; ***-***-**-**” saylı "xxxx" nömrələrinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmışdır. Bununla əlaqədar alınmış həmin cavablardan məlum olur ki, Təqsirləndirilən şəxs verilən ittihamla əlaqədar hər hansı bir maraq doğuran smslərin olması müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində həqiqəti əks etdirməsi şübhə doğuran məktuba, narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən iki nəfər şahidin qeyri-müəyyən və ehtimal olunan ifadəsinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X3 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,038 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 08 aprel 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,038 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-75/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-75/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver