Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-75/2024 10.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X14 üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X15, müdafiəçilər- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 15,090 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda, yəni təmiz çəkisi 17,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, zavod üsulu ilə hazırlanmış üç ədəd dərman preparatı olan tramadolu və zavod üsulu ilə hazırlanmış bir ədəd dərman preparatı olan preqabalini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə saat 12:00-da Gəncə şəhər Baş Polis İdarəsinin X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən “Kent” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin çantanın içəri hissəsindən iki ədəd kəsilmiş konvalyutlarda, ümumi sayı üç ədəd zavod üsulu ilə hazırlanmış bir ədəd həbin təsir maddəsinin miqdarı 0,225 qram dərman preparatı olan tramadol və bir ədəd kəsilmiş konvalyutda, bir ədəd ağ-qırmızı rəngli zavod üsulu ilə hazırlanmış bir ədəd kapsulanın təsir maddəsinin miqdarı 0,3 qram dərman preparatı olan preqabalin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 15,090 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda, yəni təmiz çəkisi 17,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, zavod üsulu ilə hazırlanmış üç ədəd dərman preparatı olan tramadolu və zavod üsulu ilə hazırlanmış bir ədəd dərman preparatı olan preqabalini əldə edib üzərində saxlamaqla daşımış, 20 iyul 2022-ci il tarixdə saat 12:00-da Gəncə şəhər Baş Polis İdarəsinin X6 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının qarşısında saxlanılıb ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş və şəxsi axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən “Kent” markalı siqaret qutusunun içərisində 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,527 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmin çantanın içəri hissəsindən iki ədəd kəsilmiş konvalyutlarda, ümumi sayı üç ədəd zavod üsulu ilə hazırlanmış bir ədəd həbin təsir maddəsinin miqdarı 0,225 qram dərman preparatı olan tramadol və bir ədəd kəsilmiş konvalyutda, bir ədəd ağ-qırmızı rəngli zavod üsulu ilə hazırlanmış bir ədəd kapsulanın təsir maddəsinin miqdarı 0,3 qram dərman preparatı olan preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. 19 iyul 2022-ci il tarixdə sosial şəbəkəsi vasitəsi ilə tanıdığı İran vətəndaşı olan Əli adlı şəxsdən istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə istəmiş, Əli ona onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan İlkin adlı şəxslə görüşməsini bildirmiş və İlkin adlı şəxsin də Gəncə şəhərində olduğunu bildirmişdir. Daha sonra o, qeyri-rəsmi münasibətdə olduğu və həmçinin birlikdə narkotik vasitə istifadə etdiyi Məlahət Qurbanova ilə birlikdə öz şəxsi maşını xarab olduğu üçün taksi ilə narkotik vasitə istifadə etmək və İlkin adlı şəxsdən narkotik vasitə götürmək məqsədi ilə Bakı şəhərindən Gəncə şəhərinə gəlmişdirlər. Gəncəyə çatdıqdan sonra Məlahətlə birlikdə Əlinin vasitəsi ilə tanış olduğu İlkin adlı şəxsdən istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, İlkin ona Gəncə şəhərində Yeni Gəncə adlı ərazidə görüşün uyğun olduğunu bildirmişdir. Onlar İlkin ilə 5 qram metamfetamin götürmək üçün razılığa gəlmişlər, lakin sözügedən kütlələri İlkindən götürmək üçün Gəncə şəhərinə gəldikdən sonra razılaşdıqları qaydada Yeni Gəncə adlı ərazidə görüşərkən İlkin “Cruze” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə orada olmuş, onlar avtomobildə əyləşdikdən sonra İlkin çantaları Məlahətə verərək özü maşından düşüb kənarlaşmış və daha sonra anidən polis əməkdaşları gələrək onları saxlayıb Gəncə şəhəri Baş Polis İdarəsinə gətirmişlər. BPİ-də ona təzyiqlər göstərərək qeyd olunan narkotik vasitələrin onun olduğunu bildirməsini və etirafedici ifadələr verməsinə məcbur etmişdirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Məlahət Qurbanova ilə qeyri-rəsmi münasibətləri olmuş və birlikdə narkotik vasitə istifadə etmişdirlər. O ümumiyyətlə ittihamda qeyd olunan narkotik vasitələr ilə əlaqəsinin olmadığını, sadəcə İlkin adlı şəxsdən 5 qram metamfetamin istədiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, sonradan polis əməkdaşları İlkini buraxmışlar, ehtimal edir ki, İlkin polis əməkdaşlarının “adamı” olduğu üçün İlkin adlı şəxsi məsuliyyətdən kənarda saxlamışlar. İlkin onlarla qeyd olunan ərazidə görüşmək üçün “Chevrolet Cruze” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İki azyaşlı övladı var. Uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Həmin psixotrop maddəni o, “patı” kimi adlandırır. Təqsirləndirilən şəxs2 təxminən 10-15 gündür ki tanıyır. Onların sevgili münasibətləri olmuşdur. 19 iyul 2022-ci il tarixdə onlar Bakı şəhərinə getmişlər. Onlar Bakı şəhərinə getməkdə məqsədləri tanışı İran vətəndaşı olan Əli adlı şəxsdən istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə götürmək olmuşdur. Onlar onun telefonu ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Əli ilə əlaqə saxlamışlar və xəritə ilə yolladığı ünvana getmişlər. Həmin ünvan tam yadında qalmasa da, Xırdalan şəhərində yerləşirmişdir. Onlar 20 iyul 2022-ci il tarixdə saat 03 radələrində həmin ünvanda Əlinin qoyduğu bükülünü götürmüşlər və Gəncə şəhərinə yollanmışlar. O, həmin bükülünü Məlahətdə olan əl çantasına qoymuşdur. Onlar həmin narkotik vasitə, psixotrop maddə və dərman preparatları üçün pul verməmişlər. O, həmin kütlələri Əlinin Gəncə şəhərində olan tanışı İlkin adlı şəxsə vermək üçün götürdüklərini, həmin kütlələri İlkinə verdikdən sonra oradan onlara 5 qram metamfetamin və 20 manat yol pulu verəcəklərini bildirmişdir. Onların bu qaydada razılaşmışlar. Onların Gəncə şəhərinə gəlmişlər və hərə öz evinə getmişdir. Bundan sonra onlar razılaşdıqları qaydada Gəncə şəhəri 41 saylı tam orta məktəbin qarısında görüşərək Gəncə şəhəri 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının 2-ci mərtəbəsində İlkinin tapşırdığı qıza vermək üçün həmin yerə getmişlər. Orada o, İlkinlə görüşmək üçün aşağıda qalmış, Məlahət isə yuxarı ikinci mərtəbəyə qalxmışdır. Orada polis əməkdaşkları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik maddə, dərman preparatları və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Gəncə şəhəri Baş Polis İdarəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmişdir. Bu zaman Məlahətin də saxlanıldığını görmüşdür. Onları polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmişlər və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Gəncə şəhər BPİ-də müdafiəçinin, Nicadın və onun müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərlərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara təklif etmişlər ki, üzərlərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsinlər. Məlahət də onlara əlində olan qara rəngli çantanın içərisindən bir ədəd “Kent” adlı siqaret qutusunun içərisində olan sellofan torbalara bükülmüş narkotik vasitə olan heroinə bənzər, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin həmin çantanın sepli hissəsində olan 4 ədəd konvalyut kəsiklərində olan dərman həblərini çaxardaraq təqdim etmişdir. Məlahət həmin sellofan bükülüdə olan kütlənin “patı”, digər kütlənin isə “kola” olmasını, konvalyut kəsiyində olan dərman həblərinin 3 ədədinin “225” və 1 ədədinin “lirika” olmasını bildirmişdir. Bundan başqa o, üzərində olan “Katel” markalı mobil telefonu təqdim etmişdir. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və heç bir şey aşkar edilməmişdir. Onun da üzərinə baxış keçirilmiş və üzərindən cinayət xarakterli əşya və predment aşkar olunmamışdır. Həmin bükülülərin içərisində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, heroinin ümumi çəkisi 17,26 qram, metamfetaminin ümumi çəkisi 20,00 qram olmuşdur. O, həmin psixotrop maddədən və narkotik vasitədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, həmin kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan torbacıqda, külli miqdarda təmiz çəkisi 15,090 qram təşkil edən narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 17,527 qram psixotrop maddə olan metamfetamindir. Məlahətin üzərindən aşkar edilərək götürülmüş heroini, metamfetamini və dərman həblərini həmin gün Xırdalan şəhərindən Əli adlı şəxsin qoyduğu yerdən götürmüşlər və İlkinə vermək üçün Gəncə şəhərinə gətirmişlər. O, əldə edib saxladığı narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini və dərman həblərini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin psixotrop maddəni İlkinin dediyi qıza verəcəkmiş və əvəzində ona 5 qram özü istifadə etmək üçün verəcəkmiş. Onun narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini və dərman həblərini əldə etməyindən, saxlamağından və istifadə etməyindən Nicaddan başqa heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu Gəncə şəhər Baş Polis İdarəsinə apararkən, həmçinin İdarənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Onun istifadəsində ***-***-**-**; ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan öncə narkotik vasitə istifadəçisi olmuşdur. 19 iyul 2022-ci il tarixdə Bakı şəhərində olmuş, həmin vaxt qeyri-rəsmi münasibətdə olduğu Nicad adlı şəxslə görüşmüşlər. Söhbət əsnasında o, Gəncə şəhərinə gedəcəyini bildirmiş, Nicad onun da Gəncəyə gedəcəyini bildirdiyi üçün, onlar birlikdə Gəncəyə getmələri barədə razılığa gəlmişlər. Onlar birlikdə olan zaman Nicadın tanışı kimi tanıdığı İran vətəndaşı olan Əli adlı şəxs Nicada zəng etmiş ona içərisində narkotik vasitə olan sellofanı Bakıdan Gəncəyə aparmaq lazım olduğunu bildirmişdir. O, Əli adlı şəxsi fiziki olaraq görməmiş, sadəcə Nicadla görüntülü danışıb, sonuncuya müəyyən koordinatlar vermişdir. Nicad ona istifadə etmək üçün sözügedən narkotik vasitədən onlara da verəcəklərini bildirmiş, buna görə də Nicad Əli adlı şəxslə görüşən zaman o, onların yanında olmamış sadəcə Nicad ona bu barədə sonradan bütün məsələlər ilə bağlı məlumatlandırmışdır. Daha sonra sözügedən narkotik vasitəni götürmək üçün Nicad Əli adlı şəxslə görüşmüş, Nicad qeyd olunan narkotik vasitəni götürən zaman o Bakıda qaldığı evdə olmuşdur. Daha sonra Nicad ona Gəncəyə gedərkən qadın olduğu üçün onu yoxlamayacaqlarını bildirərək narkotik vasitələri onun götürməsini bildirmişdir. O, həmin bükülünü özündə olan əl çantasına qoymuş və Nicadla birlikdə həmin kütlələri İlkin adlı şəxsə vermək üçün Gəncə şəhərinə yola düşmüşlər. Bundan sonra onlar Gəncə şəhəri 41 saylı tam orta məktəbin qarısında görüşərək Gəncə şəhəri 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının 2-ci mərtəbəsində İlkinə vermək üçün həmin yerə getmişlər. X35 görüşmək üçün aşağıda qalmış, o, isə yuxarı ikinci mərtəbəyə qalxmışdır. Orada polis əməkdaşkları ona yaxınlaşaraq onları saxlayıb Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişdirlər. Aşağı düşdükdə Nicadın da saxlanıldığını görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, o sadəcə istifadə etmək üçün Nicadla birlikdə getmişdir. İlk dəfə Nicadla narkotik vasitə istifadə etdiyi və sadəcə təsadüfi olaraq Bakıda olduğu üçün Nicadla birlikdə həmin narkotik vasitələri götürmüşdür.Daha sonra polis əməkdaşları ilə Gəncə BPİ-yə getmiş, orada şəxsi axtarışı aparılmış üzərində olan ittihamda qeyd olunan çəkidə heroin və metamfetamin, həmçinin Lirika adlı dərmanlar aşkar olunaraq götürülmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan qanunsuz əməllərə yol verdiyi vaxt hamilə olmuş, bu da onun psixi sağlamlığına olduqca mənfi təsir etmişdir. Belə ki, həm hamilə olması, həm narkotikdən asılı olması onun sağlam düşünməsinə imkan verməmişdir. Bu kimi halların nəzərə alınmasını hakimlər heyətindən xahiş edir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 yuxarıda göstərilən ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bir azyaşlı övladı var. O, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən istifadə edir. Həmin psixotrop maddəni o, “patı”, narkotik vasitəni isə “kola” kimi adlandırır. Təqsirləndirilən şəxs1 təxminən 10-15 gündür ki tanıyır. Onların sevgili münasibətləri olmuşdur. 19 iyul 2022-ci il tarixdə onlar Bakı şəhərinə getmişlər. Onların Bakı şəhərinə getməkdə məqsədləri Nicadın tanışı İran vətəndaşı olan Əli adlı şəxsdən istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə götürmək olmuşdur. Onlar Nicadın telefonun ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Əli ilə əlaqə saxlamışlar və Əli adlı şəxsin xəritə ilə yolladığı ünvana getmişlər. Həmin ünvan tam yadında qalmasa da, Xırdalan şəhərində yerləşmişdir. Onlar, 20 iyul 2022-ci il tarixdə saat 03 radələrində həmin ünvanda Əlinin qoyduğu bükülünü götürmüşlər və Gəncə şəhərinə yollanmışlar. O, həmin bükülünü özündə olan əl çantasına qoymuşdur. Onlar həmin narkotik vasitə, psixotrop maddə və dərman preparatları üçün pul verməmişlər. O, həmin kütlələri Əli Gəncə şəhərində olan tanışı İlkin adlı şəxsə vermək üçün götürdüklərini, həmin kütlələri İlkinə verdikdən sonra oradan onlara 5 qram metamfetamin və 20 manat yol pulu verəcələrini bildirmişdir. Onlar bu qaydada razılaşmışlar. Onlar Gəncə şəhərinə gəlmişlər və hərə öz evinə getmişdir. Bundan sonra onlar razılaşdıqları qaydada Gəncə şəhəri 41 saylı tam orta məktəbin qarısında görüşərək Gəncə şəhəri 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının 2-ci mərtəbəsində İlkinin tapşırdığı qıza vermək üçün həmin yerə getmişlər. X35 görüşmək üçün aşağıda qalmış, o, isə yuxarı ikinci mərtəbəyə qalxmışdır. Orada polis əməkdaşkları ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik maddə, dərman preparatları və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Gəncə şəhəri Baş Polis İdarəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmişdir. Aşağı düşdükdə Nicadın da saxlanıldığını görmüşdür. Onlar polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Gəncə şəhər BPİ-də müdafiəçinin, Nicadın və onun müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərlərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onlara təklif etmişlər ki, üzərlərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin O, da onlara əlində olan qara rəngli çantanın içərisindən bir ədəd “Kent” adlı siqaret qutusunun içərisində olan sellofan torbalara bükülmüş narkotik vasitə olan heroinə bənzər, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin həmin çantanın sepli hissəsində olan 4 ədəd konvalyut kəsiklərində olan dərman həblərini çaxardaraq təqdim etmişdir. O, həmin sellofan bükülüdə olan kütlənin “patı”, digər kütlənin isə “kola” olmasını, konvalyut kəsiyində olan dərman həblərinin 3 ədədinin “225” və 1 ədədinin “lirika” olmasını bildirmişdir. Bundan başqa o, üzərində olan “Katel” markalı mobil telefonu təqdim etmişdir. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və heç bir şey aşkar edilməmişdir. Həmçinin Nicadın da üzərindən cinayət xarakterli əşya və predment aşkar olunmamışdır. Həmin bükülülərin içərisində narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, heroinin ümumi çəkisi 17,26 qram, metamfetaminin ümumi çəkisi 20,00 qram olmuşdur. O, həmin psixotrop maddədən və narkotik vasitədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, həmin kütlədən az miqdarda istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o, öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan torbacıqda, külli miqdarda təmiz çəkisi 15,090 qram təşkil edən narkotik vasitə heroin və külli miqdarda ümumi təmiz çəkisi 17,527 qram psixotrop maddə olan metamfetamindir. O, üzərindən aşkar edilərək götürülmüş heroini, metamfetamini və dərman həblərini həmin gün Xırdalan şəhərindən Əli adlı şəxsin qoyduğu yerdən götürmüşlər və İlkinə vermək üçün Gəncə şəhərinə gətirmişlər. O, əldə edib saxladığı narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini və dərman həblərini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin psixotrop maddəni İlkinin dediyi qıza verəcəkmiş və əvəzində ona 5 qram özü istifadə etmək üçün verəcəkmiş. Onun narkotik vasitə heroini, psixotrop maddə olan metamfetamini və dərman həblərini əldə etməyindən, saxlamağından və istifadə etməyindən Nicaddan başqa heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Polis əməkdaşları onu Gəncə şəhər Baş Polis İdarəsinə apararkən, həmçinin İdarənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbim yoxdur. Onun istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, heç bir münasibəti, ədavət və ya düşmənçiliyi olmamışdır. Ona Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütamadi olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. 20 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının qarşısında olduqları müəyyən edilmişdir. Həmin günü Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının qarşısında saxladıqdan sonra onları Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli əl çantasının içərisindən sellofan torbalara bükülmüş narkotik vasitə olan heroinə bənzər, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin dərman həbləri aşkar edilmişdir. Həmin kütlələri haradan əldə etdiklərini və kimə məxsus olması soruşulduqda sözügedən kütlələri birlikdə gətirdiklərini, həmin narkotik vasitələri İran vətəndaşı olan Əli adlı şəxsdən aldıqlarını və razılaşmaya əsasən qeyd olunan kütlələri Gəncə şəhərində İlkin adlı şəxsə verəcəklərini bildirmişdilər. Verilən suallara cavab olaraq bildirmişdir ki, İlkin adlı şəxsi tanımamış, sadəcə təqsirləndirilən şəxslər ifadələri zamanı sözügedən kütlələri İlkinə verməli olduqlarını bildirmişdirlər. “Chevrolet Cruze” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuş və təqsirləndirilən şəxsləri tutan zaman həmin avtomobili özü idarə etmişdir.Təqsirləndirilən şəxslər tutulan zaman əməliyyatda polis əməkdaşlarından savayı adam olmamışdır. Təqsirləndirilən şəxs1 İlkin adlı şəxsin guya onun avtomobilini idarə etməsinə dair söylədikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin XTB-nin polis nəfəri Şahid2 eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı şahid X7 göstərdyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin Xidmətetmə personalının polis nəfəridir. Gəncə şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, heç bir münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. O, 20 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulan Məlahət Qurbanovanın üzərinə şəxsi axtarış keçirmək üçün dəvət olunmuşdur. Daha sonra təhqiqatçının otağında müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə Məlahət Qurbanovanın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Məlahət Qurbanova əlində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd siqaret qutusunun içərisində olan sellofan torbalara bükülmüş narkotik vasitə olan heroinə bənzər, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin dərman həblərini çıxardaraq təqdim etmişdir. Həmin kütlələri haradan əldə etdiklərini və kimə məxsus olması təhqiqatçı tərəfindən soruşulduqda isə bükülüləri sosial şəbəkədən tanıdıqları İran vətəndaşı olan Əli adlı şəxsdən “whatsapp” vasitəsi ilə danışaraq əldə etdiklərini və həmin kütlələri İlkin adlı şəxsə verməli olduqlarını bildirmişdirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərin tutulması zamanı iştirak etməməiş, sadəcə Məlahət Qurbanovanın üzərinə şəxsi axtarışda iştirak etmiş və həmin şəxsin üzərinə şəxsi axtarış zamanı Məlahət Qurbanovaya qarşı hər hansı psixi və ya fiziki təzyiq olmamışdır. Şəxsi axtarış zamanı Məlahət Qurbanovanın üzərindən aşkar edilən həmin kütlələrin çəkisi təxmini 17-20 qram olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 4(125)-38/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 4(125)-37/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin hakimi 17 oktyabr 2022-ci il tarixli, 4(125)-169-2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1(bir) ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin hakimi 18 oktyabr 2022-ci il tarixli, 4(125)-170-2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1(bir) ay müddətinə uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin, 04 noyabr 2022-ci il tarixli, 4(125)-197/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin son müddəti 21 noyabr 2022-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 4(125)-223/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 3(üç) ay müddətinə, yəni 21 fevral 2023cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 4(125)-89/2023 saylı qərarında görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 03 (üç) ay müddətinə yəni, xx.xx.2023-cü il tarixə qədər uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat dayandırılmış və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 avqust 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin, MSY-ə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli 16/858 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, , “ şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdə -1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 15,090 qram, maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. -1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 17,527 qram, maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Üzərində “X9 225 mg” göstəricisi olan 2(iki) ədəd kəsilmiş konvalyutlarda, ümumi sayı 3(üç) ədəd həb zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır. (beynəlxalq adına görə Tramadol Hidroxlorid). Təqdim olunmuş sayı 1(bir) ədəd olan tramdol həbinin təsir maddəsinin miqdarı 0,225 qram təşkil edir. -1 (bir) ədəd kəsilmiş konvalyutda 1(bir) ədəd ağ-qırmızı rəngli, kaosula zavod üsulu ilə hazırlanmış Preqabalin dərman preparatıdır.(beynəlxaq adına görə Preqabalin) Təqdim olunmuş 1(bir) ədəd Preqabalin kapsulasının təsir maddəsinin miqdarı 0,3 qram təşkil edir. -Tədqiqata təqdim edilmiş, tramadol həbləri xarici əlamətlərinə (rəngi, dərman forması, üzərindəki göstəricilərə və s.) və kimyəci komponent tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim edilmiş, digər obyektlər müxtəlif xarici əlamətlərə və kimyəvi tərkiblərə malik olduqları üçün müqaisəli tədqiqat aparmaq mümkün deyil. Tramadol Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmi. “güclü təsir edən maddələrin və onların külli miqdarının “ siyahısına (əlaavə1) daxildir. PreqabalinAzərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmi. “güclü təsir edən maddələrin və onların külli miqdarının “ siyahısına (əlaavə1) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 15,090 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq -14,890 qramdır. Metamfetaminin təmiz çəkisi -17,527 qram,tədqiqata cəmi sərf edildi -0,2 qram, qalıq-17,327 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1518 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-kompüter texniki ekspertizasının 8 dekabr 2022-ci il tarixli 5/1424 nömrəli ekspertiza rəyindən görünür ki:
1. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A41” markalı “SM-A415F” modelli smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A41” markalı “SM-A415F” modelli mobil smartfonun “imei” kodunu müəyyən etmək mümkün olmadı. 3.Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A41” markalı SM-A415F modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir ilə (parolpassword) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. 4.Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A41” markalı SM-A415F modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontak, zəng,”SMS”, mesaj, foto, udio, video fayllar, “WhatsApp” proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 iyul 2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilən zamanı istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X19, Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı X16, BPİ-nin XTB-nin polis nəfər, polis serjantı Şahid2, BPİ-nin Xidmətetmə personalının polis nəfəri, polis serjantı Şahid3, həmçinin müdafiəçləri Müdafiəçi3 və X2 və şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış keçirilir. İlkin olaraq şübhəli şəxslərə hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Onlara üzərlərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmaması soruşulur, varsa təqdim etmələri bildirilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 əlində olan qara rəngli əl çantasının içərisindən 1 ədəd “Kent” markalı siqaret qutusunu çxıardaraq içərisində olan sellofan torbalara bükülmüş narkotik vasitə olan heroinə bənzər, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, həmçinin həmin çantanın sepli hissəsində olan 4 ədəd konvalyut kəsiklərində olan dərman həblərini çıxardaraq təqdim etdi. Həmin bükülülərin nə olması soruşulduqda, şübhəli şəxs Təqsirləndirilən şəxs2 1 ədəd sellofan bekeledə olan kütlənin “patı”, digər bükümdəki kütlənin isə “kola” olmasını, konvalyut kəsiyində olan dərman həblərinin 3 ədədinin “225” və 1 ədədinin “lirika” olmasını bildirdi. Həmin kütlələri haradan əldə etdiklərini və kimə məxsus olması soruşulduqda Nicadın bükülüləri İranlı Əli kimi tanıdıqları şəxsin “whatsapp” sosial şəbəkəsinə yollandıqları xəritə vasitəsilə Bakı şəhərində yerləşən ünvanda Əlinin qoyduğu yerdən götürdüklərini, həmin maddələr üçün heç bir ödəniş etmədiklərini, həmin kütlələri Əlinin tanışı olan Gəncə şəhərindəki İlkin adlı şəxsə vermək üçün götürdüklərini, həmin kütlələrdən heç kimə satmadıqlarını, üzərindən özlərinin istifadə etdiklərini, həmin gecə yola çıxaraq səhərə yaxın Gəncə şəhərinə gəlmələrini, sonrada isə Gəncə şəhəri 21 saylı tam orta məktəbin qarşısında görüşərək 28 May küçəsində yerləşən “Ucuzluq” mağazasının 2-ci mərtəbəsində İlkinin tapşırdığı qıza vermək üçün həmin yerə getdiklərini bildirmişlər. Sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir, onun üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd unibanka məxsus olan “Albalı” kartı və 1 ədəd kitabça aşkar edilir. Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefona baxan zaman “whatsapp” sosial şəbəkəsində “Eli” adlı ilə qeyd etdiyi şəxslə arasında yazışmalar olduğu görülür. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman 1 ədəd “Ketel” markalı mobil telefon aşkar edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümlər ayrı-ayrılıqda aptek tərəzisində çəkilir və narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 17,26 qram, psixotrop maddə olan metamfetaminə bənzər kütlənin ümumi çəkisi isə 20,00 qram olduğu müəyyən olunur. Daha sonra aşkar olunaraq götürülmüş iki ədəd sellofan bükümdəki kütlələr və konvalyut kəsiyində olan dərman həbləri zərfdə qablaşdırılır və ağzı Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi3 və X10 şübhəli şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı təzyiq olub-olmadığını soruşurlar. Şübhəli şəxslər heç bir fiziki və psixoloji təzyiqə məruz qalmadıqlarını bildirirlər. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisinə baxış keçirilərkən orada 15 ədəd faylın olduğu müəyyən edildi. Həmin diskin içərisində yerləşən 7-ci və 8-ci faylardada isə Nicat Cavadpurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələrə və digər mobil nömrələrdən həmin mobil nömrəyə göndərilmiş mesaj mətnlərini özündə ehtiva edir. 7-ci faylda olan mesaj mətnlərindən ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 15:01 dəqiqədə Nicat Cavadpurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “E bir cindirlig eleme daw hardan goturek diwimin agrisinan olurem” məzmunda və ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:57 dəqiqədə Nicat Cavadpurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “70yeke 50 balaca balacanin pulunu ora catana karta atacaqlar” məzmunda mesaj yazılmışdır. 8-ci faylda olan mesaj mətnlərindən ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 16:35 dəqiqədə Nicat Cavadpurun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “10dene balaca 30 dene yeke” məzmunda və ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 00:53 dəqiqədə ***-***-**-** saylı mobil nömrəyə göndərilmiş “Rusik belke dawin ola)” məzmunda mesaj mətnləri yazılmışdır. Həmin mesajlar Cavad-X27 narkotiki vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Diskin içərisində olan digər 13 ədəd faylda iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilmədiyindən məzmunları protokolda qeyd olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Əməliyyat tağşırığına verilmiş cavabdan görünür ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və dərman preparatlarını haradan, kimdən, nə vaxt əldə etməsi, İran İslan Respublikası vətəndaşı olan Əli adlı şəxsin və Gəncə şəhərindəki İlkin adlı şəxsin şəxsiyyətləri müəyyən edilə bilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və dərman preparatlarını satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə olan heroini, psixotrop maddə olan metamfetamini və dərman preparatlarını satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 istintaqa cəlb edilənədək istifadəsində “Azercell” mobil operatoruna məxsus “***-***-**-**” saylı, “Bakcell” mobil operatoruna məxsus “***-***-**-**” saylı, Təqsirləndirilən şəxs2 istintaqa cəlb edilənədək istifadəsində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** saylı mobil nömrələri işlətdikləri müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış 10 avqust 2022-ci il tarixli,4255 saylı. arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən alınmış 10 avqust 2022-ci il tarixli, 4254 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 avqust 2022-ci il tarixli, 3681 saylı Gəncə şəhər rayonlararası Narkoloji dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Cavad-X17 şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülüb qablaşdırılmış və məhkəmə-kimyəvi ekspertizasının tədqiqatından 14,890 qram heroin, 17,327 qram çəkilərdə metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə aparılmış şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk və 16 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli, 174583 saylı “Doğum haqqında Şəhadətnamənin” kserosurətindən görünür ki, Mələk Cavad-Pur 06 avqust 2018-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs1 qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2016-cı il tarixli, 859273 saylı “Doğum haqqında Şəhadətnamənin” kserosurətindən görünür ki, Emil Cavad-Pur 10 oktyabr 2016-cı il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs1 oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2018-ci il tarixli, 039427 saylı “Doğum haqqında Şəhadətnamənin” kserosurətindən görünür ki, X12 14 iyun 2011-ci il tarixdə anadan olmuş və Təqsirləndirilən şəxs2 Aysu Fərəcovanın anasıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istinatqında vermiş olduğu ifadədə İlkin ilə 5 qram metamfetamin götürmək üçün razılığa gəldiklərini, lakin sözügedən kütlələri İlkindən götürmək üçün Gəncə şəhərinə gəldikdən sonra razılaşdıqları qaydada Yeni Gəncə adlı ərazidə görüşərkən İlkin “Cruze” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdikdən sonra İlkinin çantaları Məlahətə verərək özünün maşından düşüb kənarlaşmasına, polis əməkdaşları ona təzyiq etdiyi üçün ibtidai istintaqda ittihamın məzmununa uyğun ifadə verməsinə dair, həmçinin təqsirləndirilən şəxs X5 isə məhkəmə istintaqında vermiş olduğu ifadədə ondan aşkar olunmuş Təqsirləndirilən şəxs1 ilə birlikdə əldə etdikləri narkotik vasitələri satmaq məqsədlərinin olmamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, həmçinin Məlahət Qurbanovanın məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokolları və s.) tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs1 və Məlahət Qurbanovanın ifadələrində göstərdikləri həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X13 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 və Məlahət Qurbanovanın əməlində Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X5 cinayəti törədərkən hamilə olmasını və himayəsində azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59.1.3 və 59.1.4-cü maddələrinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X5 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs1 və Məlahət Qurbanovanın ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrin sanksiyaslında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və 240.2.1-ci sanksiyasında isə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və X8 cəza təyin edərkən hesab edir ki, onlara yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və X13 törətdikləri əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdirlər. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamışlar, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişlər və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Ona görə də qanunun həmin tələbinə əsasən Təqsirləndirilən şəxs1 və X8 təyin olunacaq cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs1 tutulduğu, həbsdə saxlanıldığı müddət, yəni xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Məlahət Qurbanov şübhəli şəxs qismində xx.xx.2022-ci tarixdə tutularaq həbsdə saxlanılmış və Gəncə şəhər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 4(125)-37/2022 nömrəli qərarına əsasən barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra Gəncə şəhər Məhkəməsinin hakimi 18 oktyabr 2022-ci il tarixli, 4(125)-170-2022 nömrəli qərarına əssən Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 1(bir) ay müddətinə uzadılmışdır. Bundan başqa Gəncə şəhər Məhkəməsinin, 04 noyabr 2022-ci il tarixli, 4(125)-197/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin son müddəti 21 noyabr 2022-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 avqust 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin, MSY-ə təhvil verilmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məlahət Qurbanova cəza təyin edərkən ona təyin edilmiş cəzadan, yuxarıda qeyd olunanlara əsasən onun xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək, yəni toplam 04 ay 01 gün həbsdə saxlandığı və ev dustaqlığı qətimkan tədbiri seçildiyi müddət ona təyin olunan cəza müddətinə hesablamaqla, qəti cəza təyin edilməli və ona təyin ediləcək cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X8 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1518 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmçinin Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının 12 oktyabr 2022-ci il tarixli 1517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X8 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs1 və X3 aşkar edilmiş ekspertizasının tədqiqatından sonra ümumi qalıq təmiz çəkisi 14,890 qram olan heroin və 17,327 qram olan metamfetamin Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanca verilmiş, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə aparılmış şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk və 16 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş 1 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və X3 aşkar edilmiş ekspertizasının tədqiqatından sonra ümumi qalıq təmiz çəkisi 14,890 qram olan heroin və 17,327 qram olan metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə aparılmış şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və 16 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 144 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxlərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxslərin üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 288 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə və Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə isə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 20 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə və Azərbaycan Respublikası CM-in 240.2.1-ci maddəsi ilə isə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq X8 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məlahət Qurbanova cəza təyin edərkən ona təyin edilmiş cəzadan, yuxarıda qeyd olunanlara əsasən onun xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək, yəni toplam 04 ay 01 gün həbsdə saxlandığı və ev dustaqlığı qətimkan tədbiri seçildiyi müddət ona təyin olunan cəza müddətinə hesablamaqla üzərində qəti olaraq 05 (beş) il 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X8 narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 və X3 aşkar edilmiş ekspertizasının tədqiqatından sonra ümumi qalıq təmiz çəkisi 14,890 qram olan heroin və 17,327 qram olan metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə aparılmış şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və 16 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin BİKİ-dən daxil olmuş 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 144 manat 80 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 müştərək qaydada alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 288 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.