Məhkəmə qərarları › İş №1(100)-76/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-76/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-76/2020 23.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X37 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X20 və X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Mirhəşimov Pərviz Böyükağa oğlu, İ dərəcəli hüquqşünas X18, mülki iddiaçının nümayəndəsi Şahid10, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, ev 76, mənzil 69-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs1 xx xxxxxx 1981-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxxxx 1993-cü il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax şəhəri, Vidadi küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “West Telekom” mağazalar şəbəkəsində satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 21A ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla qazanc əldə etmək məqsədilə mobil telefonların Azərbaycan Respublikasına qanunsuz gətirilməsini təşkil edən Təqsirləndirilən şəxs1 “West Telekom” mağazasının satış meneceri Təqsirləndirilən şəxs4 X15 Dubay şəhərində pulunu ödədiyi 20 ədəd “İphone” markalı mobil telefonun 1 ədədini 85 ABŞ dolları və 40 ədəd “Xiaomi” markalı mobil telefonun 1 ədədini isə 55 ABŞ dolları müqabilində Dubay şəhərindən Bakı şəhərinə qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı razılığa gəlmiş, telefon mağazalarına satmaq məqsədilə özü üçün də, gətirəcəyi 65 ədəd, eləcə də Təqsirləndirilən şəxs4 məxsus 60 ədəd, ümumilikdə 125 ədəd mobil telefonların Dubay şəhərindən Gürcüstan- Azərbaycan sərhədindəki “neytral zona”ya gətirildikdən sonra 1 ədədini 30-40 manat müqabilində Azərbaycana gömrük nəzarətindən gizli və düzgün bəyan etməməklə keçirilməsi, habelə Bakı şəhərinə çatdırılması ilə bağlı isə Qazax rayon sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə sövdələşmişdir. Ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə birlikdə xx xxxxxx 2019-cu il tarixdə Dubay şəhərinə getmiş, Təqsirləndirilən şəxs4 60 ədəd olmaqla, cəmi 40 ədəd “Xiaomi”, 85 ədəd “İphone” markalı, ümumilikdə, 125 ədəd mobil telefonu xx xxxxxx 2019-cu il tarixdə təyyarə ilə Gürcüstana gətirib X31 Limanında tranzit qaydada bəyan etməklə Gürcüstan-Azərbaycan sərhədindəki “neytral zona”ya keçirməyə nail olmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində dəyəri 2000 manat olan 1 ədəd “İphone XS Max markalı 64 GB” mobil telefonla sərhədi “Sınıq Körpü” SNBM-dən Azərbaycan istiqamətində keçərək mobil telefonları qəbul etmək üçün Bakı şəhərinə gəlmiş, “neytral zona”da qalan Təqsirləndirilən şəxs3 isə Qazax rayon ərazisində sərhəd keçid məntəqəsinin qarşısında olan Təqsirləndirilən şəxs2la birlikdə 1 ədədinin dəyəri 1280 manat olan 5 ədəd “İphone 8 markalı 64 GB”, 1 ədədinin dəyəri 1550 manat olan 5 ədəd “İphone 8 Plus markalı 64 GB”, 1 ədədinin dəyəri 2000 manat olan 44 ədəd “İphone XS Max markalı 64 GB”, 1 ədədinin dəyəri 2240 manat olan 10 ədəd “İphone XS Max markalı 256 GB”, 1 ədədinin dəyəri 1800 manat olan 9 ədəd “İphone XS markalı 64 GB”, 1 ədədinin dəyəri 2000 manat olan 11 ədəd “İphone XS markalı 256 GB” və 1 ədədinin dəyəri 1170 manat olan 6 ədəd “By X47 3” markalı, ümumi sayı 91 (doxsan bir) ədəd, ümumilikdə dəyəri isə 171770 (yüz yetmiş bir min yeddi yüz yetmiş) manat təşkil edən kommersiya təyinatlı mobil telefonları 12-xx xxxxxx 2019-cu il tarixlərində qaçaqmalçılıq yolu ilə, yəni qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan istifadə edərək guya şəxsi istifadə təyinatlı göstərməklə istintaqa məlum olmayan Gürcüstandan Azərbaycana keçən şəxslərin vasitəsilə “neytral zona”dan Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən gizli və düzgün bəyan etməməklə keçirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs1 qəbul etməsi üçün Bakı şəhərinə göndərmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş baxış nəticəsində Bakı şəhəri 28 May adlanan ərazidə yerləşən “Satel Telecom” adlı telefon dükanından Təqsirləndirilən şəxs1 nisyə alınmış 17 ədəd “İphone XS MAX markalı 64 GB”, 10 ədəd “İphone XS MAX markalı 256 GB”, 9 ədəd “İphone XS markalı 64 GB” və 3 ədəd “İphone XS 256 GB” markalı mobil telefonlar, həmin telefon dükanının qarşısında Rauf Haqverdiyevin içərisində olduğu **-KR-*** dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobildən 5 ədəd “İphone 8 markalı 64 GB” və 5 ədəd “İphone 8 Plus markalı 64 GB” markalı mobil telefonlar, həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X38 küçəsi, 3133-cü məhəllə, ev 31, mənzil 1217 ünvanında keçirilmiş baxış nəticəsində isə Təqsirləndirilən şəxs4 məxsus ümumi dəyəri 47.020 manat olan 6 ədəd “Xiaomi Mimix-3” markalı, 8 ədəd “İphone XS markalı 256 GB” və 12 ədəd “İphone XS Max markalı 64 GB” mobil telefonların da olduğu cəmi 28 ədəd “İphone XS MAX markalı 64 GB”, 8 ədəd “İphone XS markalı 256 GB” və 6 ədəd “Xiaomi” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin səmimi etirafları ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, mülki iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhərindəki 28 Mall ticarət mərkəzinin yaxınlığında yerləşən ”West Telecom” adlı mağazanın satış meneceri Təqsirləndirilən şəxs4 adlı tanışı ilə telefon danışığında sonuncu Dubaydan Azərbaycana gömrükdə bəyan etmədən gətirməyi üçün 20 ədəd “Xiaomi Mimix 3”, 20 ədəd “Xiaomi Mi 8”, 20 ədəd isə “İphone” markalı mobil telefon sifariş vermişdir. ,Danışığa əsasən Təqsirləndirilən şəxs4 həmin telefonlar üçün Dubaya ödəniş etməıi, onun vəzifəsi isə həmin telefonları gömrükdə bəyan etmədən Azərbaycana gətirib Təqsirləndirilən şəxs4 təhvil verməkdən ibarət olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs4la 20 ədəd “İphone” markalı mobil telefonun 1 ədədini 85 ABŞ dolları və 40 ədəd “Xiaomi” markalı mobil telefonun 1 ədədini isə 55 ABŞ dolları müqabilində ölkəyə qaçaq yolla gətirməyinə dair qabaqcadan razılaşmışlar. Bundan başqa, 2018-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən “Satel Telecom” adlı dükana yaxınlaşaraq Dubaydan telefon gətirib satdığını bildirmiş, həmin dükanın sahibi Şahid1 adlı şəxs də bir neçə dəfə ondan 3-4 ədəd mobil telefon almışdır. O, sonuncu dəfə Dubaya getməmişdən əvvəl Şahid1la telefon danışığında Dubaydan çoxlu sayda telefon gətirəcəyini bildirmiş, Şahid1 isə ona cavabında “İphone XS” və “İphone XS Max” markalı, ümumilikdə 40 ədəd mobil telefonu ala biləcəyi qiymətləri demişdir. Şahid1 dediyi qiymətlər ona da uyğundursa telefonları ölkəyə gətirsin, uyğun deyilsə gətirməsin deyə bildirmişdir. O, Şahid1la mobil telefonları Dubaydan Azərbaycana gətirib ona satmaq, Vasif isə ödənişi həmin telefonları satdıqdan sonra ona edəcəyi barədə razılaşmışlar. Şahid1 onun həmin telefonları hansı qaydada və kimlərin vasitəsilə gətirməyi, gömrük rüsumu ödəyib-ödəməyəcəyi barədə məlumatı olmamışdır, bu barədə heç nə deyilməmişdir. O, telefonları Şahid1 satdıqdan sonra öz xeyrini götürüb Dubaydakı dükana ödəməli olduğu pulu göndərəcəkdi. xx xxxxxx 2019-cu il tarixdə Qazax rayonunda yaşayan tanışı Təqsirləndirilən şəxs3 ilə bərabər taksi ilə Tbilisi şəhərinə, oradan isə hava yolu ilə Dubay şəhərinə getmişlər. O, Dubayda Deyra adlanan yerdəki telefon satan dükanlardan 125 ədəd mobil telefon almışdır. Dubaydan Təqsirləndirilən şəxs4 üçün gətirəcəyi mobil telefonları, həmçinin Şahid1 satmağı planlaşdırdığı telefonları, o cümlədən Bakı şəhərində istəyən şəxslərə pərakəndə şəkildə satmaq üçün 25 ədəd “İphone” markalı mobil telefon almışdır. Ümumilikdə, 125 ədəd mobil telefonu Deyra şəhərində yerləşən dükanlardan alaraq Təqsirləndirilən şəxs3 ilə birlikdə təyyarə ilə Gürcüstanın Tbilisi şəhərinə aparmış, həmin telefonları Gürcüstanda tranzit şəkildə bəyan edib Gürcüstan-Azərbaycan sərhədinə gətirmişlər. xx xxxxxx 2019-cu il tarixdə Gürcüstan- Azərbaycan sərhədində neytral zonada Gürcüstanın gömrük əməkdaşlarından həmin telefonları təhvil alıb Təqsirləndirilən şəxs3 verdikdən sonra taksi ilə Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs3 digər tanışı Təqsirləndirilən şəxs2la birlikdə həmin telefonların Azərbaycana keçirilməsini təşkil etmələrini tapşırmışdır. Gətirdiyi “İphone” markalı telefonlardan 1 ədədini açıq şəkildə öz üzərində gömrükdə bəyan etmədən keçirərək Bakıya gətirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2la telefon danışığı zamanı sonuncu artıq 91 ədəd telefonun Azərbaycan ərazisinə keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs2la həmin telefonları taksi ilə onun tanışı Şahid2 Bakı şəhərində yaşadığı evə göndərmələri barədə razılaşmışlar. Bundan sonra Şahid2la əlaqə saxlayaraq telefonların evində olduğunu dəqiqləşdirdikdən sonra gedib götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təxminən 30-40 manat verəcəyini bildirmiş, sonuncu isə həmin puldan Təqsirləndirilən şəxs3 keçiriləcək hər telefon üçün 5-10 manat verəcəyini demişdir. Dubaydan qayıdandan sonra Şahid2 91 ədəd telefon gətirdiyini, həmin telefonları qəbul edib evində saxlamasını demişdir. xx xxxxxx 2019-cu il tarixdə qohumu Şahid8 zəng edərək maşını ilə onu bir-iki yerə aparmağını xahiş etmişdir. Onlar Şahid8 məxsus **-KR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli VAZ 2107 markalı maşınla Şahid2 yaşadığı evə getmişlər, oradan 48 ədəd “İphone” markalı mobil telefonu, eləcə də özü ilə sərhəddən keçirdiyi telefonu da qablaşdırmış, cəmi 49 ədəd “İphone” markalı mobil telefonu götürmüşdür. Həmin telefonların 39 ədədini Şahid1 çatdırmalı olmuş, qalan 10 ədədi isə özünün olmuş, istəyən olsa satmaq üçün götürmüşdür. Bundan sonra “Satel Telecom”un müdiri Şahid1la əlaqə saxlayaraq telefonların onda olduğunu bildirərək, onunla telefonları aparıb “Satel Telecom”da təhvil vermək barədə razılaşmışlar. Yolda olarkən Şahid2 zəng edərək telefonlardan birini evdə unutduğunu bildimişdir. Buna görə də Şahid1 cəmi 17 ədəd “İphone XS MAX 64 GB”, 10 ədəd “İphone XS MAX 256 GB”, 9 ədəd “İphone XS 64 GB” və 3 ədəd “İphone XS 256 GB” markalı, ümumilikdə 39 ədəd telefon vermiş, qalan 1 ədəd “İphone XS MAX 64 GB” markalı telefonu isə başqa vaxt gətirəcəyini bildirmişdir. Telefonları təhvil verdikdən sonra Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları onun və qohumu Şahid8 içərisində olduğu **-KR-*** dövlət qeydiyyat nişanlı ağ rəngli VAZ 2107 markalı maşına yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onların və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı maşının arxa oturacağından 10 ədəd “İphone” markalı telefon aşkar edilmişdir. “West Telekom”un işçisi Təqsirləndirilən şəxs4 məxsus isə 12 ədəd “İphone XS MAX 64 GB”, 8 ədəd “İphone XS 256 GB” və 6 ədəd “X49 3” markalı telefonları qeyri-rəsmi yolla gömrükdə bəyan etmədən ölkəyə keçirməyə nail olmuş, həmin telefonlar Şahid2 evində qalmış, növbəti gün bu telefonları Təqsirləndirilən şəxs4 çatdırmağı planlaşdırmışdır. Təqsirləndirilən şəxs4 sifarişindən qalan 14 ədəd “X47 3” və 20 ədəd “Xiaomi Mİ 8 Pro” markalı telefon isə gömrükdə qalmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilib, mülki iddianı qəbul edərək ifadəsində göstərmişdir ki, 2003-cü ildən etibarən mobil telefon aparatlarının satışının aparıldığı “West Telekom” mağazalar şəbəkəsində işləyir, hal-hazırda satış meneceri kimi çalışır, telefonların alınması və dükanlara paylanması sahəsində səlahiyyətli şəxsdir. Mobil telefonların Dubaydan ölkəyə gətirilməsi və satışı ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ilin əvvəllərində işlədiyi mağazaya gələrək əlində mobil telefonlar olduğunu bildirmiş, o isə mağazaları üçün lazım olan mobil telefonları alaraq satışını həyata keçirmişdir. Bununla da onların arasında münasibət yaranmış və dəfələrlə Təqsirləndirilən şəxs1 mobil telefonlar, əsasən də, maya dəyəri yüksək olan “İphone”, “Samsung” və “Xiaomi” markalı mobil telefon aparatlarını alıb mağazalarında satışını həyata keçirmişdir. O, “West Telekom” mağazalar şəbəkəsi üçün lazım olan mobil telefonları almaqla məşğul olur. Rəhbəri Şahid3 almalı olduğu telefonların markasını və modelini məruzə edir və razılıq aldıqdan sonra isə özü telefonları sifariş edib ölkəyə gətirilməsini təşkil etmişdir. Bəzi telefonları rəsmi qaydada idxal etmiş, bəzilərinin isə qiyməti baha olduğuna və rüsumları çox olduğuna görə Təqsirləndirilən şəxs1 vasitəsilə gömrükdə bəyan edilmədən gətirilməsinə nail olmuşdur. Lakin Təqsirləndirilən şəxs1 telefonları ölkəyə kimlərin vasitəsilə gətirdiyini bilməmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq istədiyi markalı mobil telefon aparatlarını Dubay şəhərindən gətirmək imkanının olduğunu demişdir. Maya dəyəri 300-330 ABŞ dollarından yuxarı olan mobil telefon aparatlarını ölkə ərazisinə rəsmi idxal edib müvafiq gömrük və vergi rüsumlarını ödədikdən, eləcə də mobil telefon aparatlarını ölkə ərazisində keçirdikdən sonra satmaqda çətinlik çəkmişlər. Bu səbəbdən də real bazarın rəqabətinə davam gətirmək üçün maya dəyəri yüksək olan mobil telefon aparatlarını ölkə ərazisinə rəsmi olaraq gətirə bilmirlər. Təqsirləndirilən şəxs1 həmin telefonları hissə-hissə ölkə ərazisinə gətirib müvafiq gömrük bəyannaməsindən keçirmədiyi üçün həmin telefonların maya dəyəri ucuz olmuşdur. Buna görə də 2019-cu ilin fevral ayının əvvəllərində o, Təqsirləndirilən şəxs1lə telefon danışığında sonuncuya Dubaydan Azərbaycana gömrükdə bəyan etmədən gətirməsi üçün 20 ədəd “Xiaomi Mimix 3”, 20 ədəd “Xiaomi Mi 8”, 20 ədəd isə “İphone” markalı mobil telefon sifariş vermişdir. O özü həmin telefonlar üçün Dubaya ödəniş etmiş, Təqsirləndirilən şəxs1 vəzifəsi isə həmin telefonları gömrükdə bəyan etmədən Azərbaycana gətirib ona təhvil verməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 20 ədəd “İphone” markalı mobil telefonun 1 ədədini 85 ABŞ dolları və 40 ədəd “Xiaomi” markalı mobil telefonun 1 ədədini isə 55 ABŞ dolları müqabilində ölkəyə qaçaq yolla gətirməsinə dair qabaqcadan razılaşmışlar. Təqsirləndirilən şəxs1 ondan sifarişi qəbul edərək həmin telefonları müvafiq gömrük bəyannaməsindən keçirmədən ölkə ərazisinə gətirəcəyini demişdir. 2019-cu ilin fevral ayının ortalarında Rauf telefon danışığında ona bildirmişdir ki, sifariş verdiyi telefonların bir hissəsini artıq ölkəyə gətirib. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayında tanışı Təqsirləndirilən şəxs1 BƏƏ-nin Dubay şəhərindən bir neçə ədəd "İphone" markalı mobil telefon gətirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin telefonları təyyarə ilə əvvəlcə BƏƏnin Dubay şəhərindən Gürcüstanın Tbilisi şəhərinə gətirib, daha sonra isə Gürcüstan gömrüyündə onları Azərbaycana "tranzit" gələn mal kimi bəyan edərək Gürcüstan- Azərbaycan sərhədinin "neytral" adlanan hissəsində onun adamı Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 isə həmin mobil telefonları Gürcüstandan Azərbaycana gələn şəxslərin hər birinə bir ədəd verməklə paylaşdırıb Azərbaycan ərazisinə keçirmişdir. Daha sonra o, mobil telefonları "Qırmızı Körpü"dəki avtovağzalda Səfərin verdiyi şəxslərdən yığaraq Raufa çatdırmışdır. Bu yolla təxminən 4-5 dəfə hər dəfəsində təxminən 10-100 ədəd olmaqla Təqsirləndirilən şəxs1 Dubaydan Gürcüstana gətirdiyi "İphone" markalı mobil telefonları Azərbaycana keçirməklə Bakı şəhərində və ya Qazax rayonu ərazisində Təqsirləndirilən şəxs1 çatdırmışdır. Təqsirləndirilən şəxs1 həmin telefonları Bakı şəhərində sataraq qazanc əldə etmişdir. O, bu yolla hər bir telefonun keçirilməsinə 20-30 manat məbləğində qazanc əldə etmiş, həmin puldan 5-10 manatını keçirilən hər telefona görə Təqsirləndirilən şəxs3 vermişdir. 2019-cu ilin fevral ayının 11-də Təqsirləndirilən şəxs1 mobil telefon gətirmək üçün BƏƏ-nin Dubay şəhərinə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 də öz yanında aparmışdır. Fevral ayının 12-də Təqsirləndirilən şəxs3 ona zəng edərək Təqsirləndirilən şəxs1lə birlikdə Gürcüstan- Azərbaycan sərhədinin "neytral" adlanan ərazisində olduqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ayrılaraq Bakı şəhərinə getmiş və özü ilə birlikdə 1 ədəd “İphone” markalı mobil telefonu gömrükdə bəyan etmədən keçirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 Dubaydan "tranzit" mal kimi Gürcüstan gömrüyündə bəyan edilmiş 84 ədəd "İphone" və 6 ədəd "Xiaomi" markalı mobil telefonları "neytral" adlanan ərazidə tanıdığı Qazax rayon sakinlərinə və ya maşınla Gürcüstandan Azərbaycana keçən şəxslərə paylayaraq Azərbaycana keçirə bilmişdir. Təqsirləndirilən şəxs3 telefonları payladığı şəxslərdən bəziləri gömrükdə telefonu göstərərək şəxsi istifadə üçün keçirdiyini demiş, bəziləri isə telefonu ümumiyyətlə gömrük əməkdaşlarına göstərməmiş və Azərbaycana keçirmişdir. Bundan sonra isə o, həmin mobil telefonları Təqsirləndirilən şəxs3 ona əvvəlcədən dediyi şəxslərdən yığmışdır. Telefon çox olduğu üçün bir hissəsini xx xxxxxx 2019-cu il tarixdə, bir hissəsini isə xx xxxxxx 2019-cu il tarixində Azərbaycan ərazisinə keçirmişlər. Təqsirləndirilən şəxs1 tapşırığı ilə Təqsirləndirilən şəxs3 və onun gömrükdən kənar keçirtdikləri 84 ədəd “İphone" və 6 ədəd "Xiaomi" markalı mobil telefonları xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Qazax- Bakı taksi sürücülərindən olan tanımadığı şəxsə verərək Bakıya çatdırmağı tapşırmış və 5 manat pul vermişdir. Həmin taksi sürücüsünə Təqsirləndirilən şəxs1 tanışı Şahid2 adlı şəxsin nömrəsi verərək Bakıya çatanda həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs1 öz telefonlarını tanışı Şahid2 evinə yerləşdirib sonra götürmək istəmişdir. "Xiaomi" markalı mobil telefonların 34 ədədi isə Gürcüstan-Azərbaycan sərhədindəki "Duty Free"də qalmışdır. Təqsirləndirilən şəxs1 keçirdikləri telefonları tez bir zamanda çatdırmağını tələb etmişdir. Telefonların Təqsirləndirilən şəxs1 tərəfindən sonradan hara aparılması, kimlərə və hansı qiymətlərə satılmasından məlumatı olmamışdır. O, daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs1 1 mobil telefonun Azərbaycan Respublikasına keçirmələrinə görə ona zəhmət haqqı kimi 20-30 manat məbləğində pul verməyə razılaşmışdır. Həmin puldan hər keçirilən telefon üçün 5-10 manatını Təqsirləndirilən şəxs3, həmçinin eyni məbləğdə pulu telefonu keçirən şəxslərə vermişdir. Hər telefondan ona qazanc kimi təxminən 10 manat pul qalmışdır. Rəsmi iş yeri olmadığından və ailəyə yeganə qazanc gətirən şəxs olduğundan sınaq müddətində belə bir cinayət əməlinə əl atmağa məcbur olduğunu, hazırda əməlindən peşman olmasını və himayəsində işləməyən həyat yoldaşı ilə yanaşı iki azyaşlı uşaqlarının olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, gündəlik tələbat malları gətirmək üçün “Qırmızı körpü” sərhəd keçid məntəqəsindən keçməklə Gürcüstana səfərlər edir. Tanışı və həmyerlisi Məmmədov X21–Azərbaycan sərhədinin neytral ərazisindən qeyri-qanuni yolla, yəni gömrük rüsumu ödəmədən və bəyan etmədən mobil telefonların və aksessuarların qaçaq yolla keçirilməsi ilə məşğul olduğunu ona bildirib, bu işdə köməklik göstərməsini təklif etmişdir. Ona hər keçirəcəyi telefon üçün 5-10 manat verəcəyini bildirmiş, o da maddi vəziyyəti pis olduğu üçün Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmışdır. Onun işi öncədən tanımadığı şəxslərin göndərdiyi telefonları neytral ərazidə qəbul edib, daha sonra ayrı-ayrı şəxslərin vasitəsi ilə həmin telefonların gömrükdən keçirilməklə Təqsirləndirilən şəxs2 çatdırılmasından ibarət olmuşdur. Adətən telefonları alış-verişlə məşğul olan qadınlara verir, onlar isə öz növbəsində gömrükdən keçirərək Azərbaycan ərazisində Təqsirləndirilən şəxs2 təhvil vermişlər. Bəzən bir neçə ədəd telefonu tanımadığı avtomobil sürücülərinə vermişdir ki, Azərbaycan ərazisinə keçirsinlər. Həmin avtomobillərin nömrələrini dərhal Təqsirləndirilən şəxs2 bildirmişdir ki, sərhədi keçən kimi telefonları götürsün. Neytral ərazidə ona telefonları çox vaxt tanımadığı şəxslər, bəzən isə sonradan Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxs vermişdir. 2019-cu ilin fevral ayında Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, tanışı Təqsirləndirilən şəxs1lə telefon gətirmək üçün Dubaya getsin. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1lə Dubaya getmişlər. Orada Təqsirləndirilən şəxs1 “İphone” və “Xiaomi” modellərindən ibarət 125 ədəd telefon alıb, bir gün sonra yenidən Tiflis şəhərinə qayıtmışlar. Yuxarıda qeyd edilən kimi Dubaydan Gürcüstan-Azərbaycan sərhədinə qanuni yolla, Gürcüstan-Azərbaycan sərhədindəki neytral zonadan isə gömrük rüsumu ödəməmək üçün ayrı-ayrı şəxslərin vasitəsi ilə telefonları Azərbaycan ərazisinə keçirməyə nail olmuşlar. Telefonları payladığı şəxslərdən bəziləri gömrükdə telefonu göstərərək şəxsi istifadə üçün keçirdiyini demiş, bəziləri isə telefonu ümumiyyətlə gömrük əməkdaşlarına göstərməyərək Azərbaycana keçirmişdir. Onun və digər şəxslərin vasitəsi ilə qeyri qanuni yolla, yəni gömrük rüsumu ödənilmədən Azərbaycana keçirilmiş telefonların sonradan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən hara aparılması, kimlərə və hansı qiymətlərə satılmasından məlumatı olmamışdır. Həmçinin gətirilən telefonların Dubayda maya dəyəri barədə məlumatı olmamışdır. Onun işi yalnız həmin telefonların Gürcüstan-Azərbaycan sərhədindəki neytral zonadan gömrük rüsumu ödəməmək üçün ayrı-ayrı şəxslərin vasitəsi ilə ölkə ərazisinə keçirilməsindən ibarət olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən “Satel Telekom” adlı telefon dükanının sahibidir. Əvvəllər mobil telefonlar aldığı tanışı Təqsirləndirilən şəxs1lə 2019-cu ilin fevral ayında telefon danışıqlarında Təqsirləndirilən şəxs1 ona Dubaydan çoxlu sayda telefon gətirəcəyini bildirmiş və istəyəcəyi təqdirdə bu telefonlardan ona da sata biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 cavabında “İphone XS” və “İphone XS Max” markalı, ümumilikdə 40 ədəd mobil telefon ala biləcəyini bildirmişdir. Raufla belə razılaşmışlar ki, qiymət uyğun olsa mobil telefonları Dubaydan Azərbaycana gətirib ona satacaq, o isə ödənişi həmin telefonları satdıqdan sonra Təqsirləndirilən şəxs1 edəcək. Təqsirləndirilən şəxs1 telefonları hansı qaydada və kimlərin vasitəsilə gətirməsi barədə məlumatı olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1lə telefon danışığında Təqsirləndirilən şəxs1 ona telefonları artıq gətirdiyini və “Satel Telekom”un qarşısında ona verəcəyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs1 telefonları gətirmiş və 17 ədəd “İphone XS MAX 64 GB”, 10 ədəd “İphone XS MAX 256 GB”, 9 ədəd “İphone XS 64 GB” və 3 ədəd “İphone XS 256 GB” markalı, ümumilikdə 39 ədəd telefonu ona təhvil vermişdir. Təqsirləndirilən şəxs1 qalan 1 ədəd “İphone XS MAX 64 GB” markalı telefonu isə evdə unutduğunu, başqa vaxt gətirəcəyini bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər mağazaya daxil olmuş, onun icazəsi və iştirakı ilə, habelə hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, Təqsirləndirilən şəxs1 verdiyi 39 ədəd telefonu qablaşdıraraq protokol tərtib etməklə götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 2019-cu ilin fevral ayının əvvəllərində telefon almaq üçün Dubaya getmiş, lakin onun Dubaydan nə qədər telefon gətirəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycana qayıtdıqdan sonra ona Gürcüstan ərazisindən keçməklə Dubaydan 91 ədəd telefon gətirdiyini, əlavə olaraq 34 telefonun isə gömrükdə qaldığını, bir müddət sonra onları da ölkəyə gətirəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 telefonlardan birini özünün sərhəddən keçirdiyini ona demiş və xahiş etmişdir ki, qalan 90 ədəd telefonu Qazaxdan gələn taksi sürücüsündən təhvil alıb öz yaşadığı evdə saxlasın. O, Raufun dediyi kimi həmin telefonları xx xxxxxx 2019-cu il tarixdə səhər vaxtı tanımadığı taksi sürücüsündən qəbul etmiş və yaşadığı ünvana aparıb saxlamışdır. Həmin telefonların 84-ü “İphone”, 6-sı isə “Xiaomi” markalı olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs1 onun yaşadığı evə gələrək 48 ədəd “İphone” markalı mobil telefonu götürmüşdür. Təqsirləndirilən şəxs1 özünün sərhəddən keçirdiyi telefonla bərabər, cəmi 49 ədəd “İphone” markalı telefonu satmağa apardığını demiş, lakin o, Təqsirləndirilən şəxs1 telefonları hara, kimə aparmasını bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilən zaman 39 ədəd “İphone” markalı müxtəlif modelli və 6 ədəd “Xiaomi” markalı “Mi Mix 3” modelli mobil telefonlar aşkar edilərək götürülmüşdür. 39 ədəd “İphone” markalı mobil telefondan 36-sı Təqsirləndirilən şəxs1 məxsus olmuş, qalanı isə onun özünə məxsus telefonlardan qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən etibarən mobil telefon aparatlarının satışının aparıldığı “West Telekom” mağazalar şəbəkəsinin rəhbəridir. Təqsirləndirilən şəxs1 tanımır və onunla heç bir əlaqəsi yoxdur. Təxminən 2019-cu ilin fevral ayının əvvəllərində işçisi Təqsirləndirilən şəxs4la danışıqlarında razılıq vermişdir ki, Dubay şəhərində təxminən 40 ədəd “Xiaomi” və 20 ədəd “İphone” markalı mobil telefon aparatlarını sifariş verib ölkəyə gətizdirsin və satışını təşkil etsin. Təqsirləndirilən şəxs4 telefon alqı-satqısı ilə bağlı işlərdə səlahiyyətli şəxs olduğuna görə Dubaydakı partnyor şirkətlərlə özü danışmışdır. Həmin mobil telefon aparatlarını hansı qaydada və kimlərin vasitəsilə ölkə ərazisinə gətirəcəyi barədə Təqsirləndirilən şəxs4 ona məlumat verməmişdir. Həmin telefonların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə işdə olarkən özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər işlədikləri “Satel Telekom” adlı dükana gəlib xidməti vəsiqələrini göstərmişlər. Həmin vaxt müdirləri Şahid1 da dükanda olmuşdur. Şahid1 özü DTX əməkdaşları ilə söhbət edərək onları içəri dəvət etmiş və baxış keçirmələrinə icazə verdiyini bildirmişdir. Bundan sonra DTX əməkdaşları onların işlədikləri dükana, yəni ünvan 3 ünvanında yerləşən “Satel Telekom”a və dükanın qarşısında olan **-KR-*** nömrəli VAZ 2107 markalı avtomobilə keçirəcəkləri baxışda hal şahidi kimi iştirak etməklərini xahiş etmişlər. O və iş yoldaşı Ziyad keçirilməsi planlaşdırılan baxışlarda hal şahidi kimi iştirak etməyə etirazlarının olmadığını bildirərək DTX əməkdaşlarının təklifi ilə razılaşmışlar. Onlara hüquq və vəzifələri izah edildikdən sonra baxış keçirilmiş, baxış zamanı “Satel Telekom”un ikinci mərtəbəsində Şahid1 məxsus müdir otağında 39 ədəd təzə “İphone” markalı mobil telefon qutuları ilə birlikdə aşkar edilmişdir. Qeyd edilən 39 ədəd “İphone” markalı mobil telefonlar qutuları ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış başa çatdıqdan sonra DTX əməkdaşı tərəfindən baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilmişdir. O, digər hal şahidi qismində iştirak edən Ziyad, eləcə də onlardan savayı baxışda iştirak edən Şahid1 protokolla tanış olub onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra Ziyad və o, tanımadıqları Rauf və Yunis adlı şəxslərə məxsus **-KR-*** nömrəli VAZ 2107 markalı maşına baxışda iştirak etmişlər. Avtomobilin sahibi Yunis adlı şəxs DTX əməkdaşlarına avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı avtomobilin arxa oturacağında 10 ədəd “İphone” markalı təzə telefon qutuları ilə birlikdə, eləcə də 4 ədəd “Samsung” markalı telefonun boş qutusu aşkar edilmişdir. Qeyd edilən 10 ədəd “İphone” markalı telefon və 4 ədəd “Samsung” markalı telefonun boş qutusu DTX əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış başa çatdıqdan sonra DTX əməkdaşı tərəfindən baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilmiş və imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3131-cü məhəllədə yerləşən 31 nömrəli binanın mühafizəçisi işləyir. xx xxxxxx 2019-cu il tarixdə axşamüstü iş yoldaşı Namiqlə bərabər işdə olarkən özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərmiş və Bakı şəhəri, Binəqədi rayonu. 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3131-cü məhəllə, ev 31, mənzil 1217 ünvanında baxış keçirəcəklərini bildirib, baxışda hal şahidi qismində iştirak etmələrini xahiş etmişlər. O və Namiq etirazlarının olmadığını bildirərək DTX əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Ünvanda yaşayan Rüstəm adlı şəxslə DTX əməkdaşları söhbət etdikdən sonra Rüstəm adlı şəxs onları mənzilə dəvət etmişdir. Baxış başlamamışdan əvvəl DTX əməkdaşı Şahid2, eləcə də onlara, yəni hal şahidlərinə hüquq və vəzifələrini izah etmiş, sonra isə baxış keçirilmişdir. Baxış zamanı həmin evin otaqlarından 6 ədəd “Xiaomi” markalı mobil telefon qutuları ilə birlikdə, 10 ədəd “İphone” markalı mobil telefon qutuları ilə birlikdə, 1 ədəd “İphone” markalı qutusuz mobil telefon, 9 ədəd qulaqcıq, 1 ədəd qol saatı, 39 ədəd müxtəlif model qutusuz “İphone” telefon və 45 ədəd boş telefon qutusu aşkar edilmişdir. Qeyd edilən əşyalar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxış başa çatdıqdan sonra DTX əməkdaşı tərəfindən baxışın nəticələrinə dair müvafiq protokol tərtib edilmiş və baxışda iştirak edənlər protokolla tanış olub doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs1 ona zəng edərək bir-iki yerə getməli olduğunu bildirərək onu dediyi yerlərə aparmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşdıqdan sonra özünə məxsus **-KR-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı maşını ilə Rauf Haqverdiyevin onu gözlədiyi Neftçilər metro-stansiyasının yaxınlığına gedib, onu götürmüşdür. Təqsirləndirilən şəxs1 bir tanışının evindən bir neçə telefon götürüb, 28 May metrosu yaxınlığında tanışlarına təhvil verməli olduğunu demişdir. Daha sonra onlar Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən binanın yaxınlığına getmişlər və Təqsirləndirilən şəxs1 özü tanışı ilə əlaqə saxlayıb telefonları götürmək üçün evinə getmiş, o isə maşında gözləmişdir. Bir müddət sonra Rauf əlində sellofan torbalar ilə geri qayıtmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs1 göstərişi ilə 28 May metro-stansiyası yaxınlığında yerləşən bir telefon dükanının qarşısına getmişlər. Təqsirləndirilən şəxs1 maşından düşüb içərisində mobil telefonlar olan torbalardan birini tanımadığı şəxsə təhvil vermiş və geri qayıdıb maşına əyləşən zaman Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların və hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı avtomobilinin arxa oturacağından 10 ədəd “İphone” markalı telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 mobil telefonları kimdən alması, hansı qaydada və kimlərin vasitəsilə Azərbaycan Respublikasına gətirməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Gürcüstan ərazisindən keçməklə Dubaya getmiş və 1 gün sonra Tbilisi şəhərinə geri qayıtmışdır. Dubaydan Tbilisiyə qayıdarkən Dubay aeroportunda təsadüfən Təqsirləndirilən şəxs1 və onun tanışı Təqsirləndirilən şəxs3 ilə görüşmüşlər. Təqsirləndirilən şəxs1 mobil telefonlar alıb Tbilisiyə qayıtmışdır. Onlar eyni təyyarədə Tbilisiyə getmişlər və Təqsirləndirilən şəxs1 Dubaydan aldığı mobil telefonları tranzit qaydada Azərbaycana keçirmək üçün bəyan edərək birlikdə “Şıxlı” SNBM-ə getmişlər. “Şıxlı” SNBM-də olarkən Təqsirləndirilən şəxs1 ayrılıb “Duty Free” dükanına getmiş, oradan isə Azərbaycan istiqamətində sərhədi keçmişdir. Daha sonra o da Azərbaycan istiqamətində keçib Raufla görüşmüş və onlar birlikdə taksi ilə Bakı şəhərinə getmişlər. Məhkəmədə tədqiq edilən baxış protokollarından görünür ki, 5 ədəd “İphone 8” markalı 64 GB mobil (smartfon) telefon, 5 ədəd “İphone 8 Plus” markalı 64 GB mobil (smartfon) telefon, 45 ədəd “İphone XS Max” markalı 64 GB mobil (smartfon) telefon, 10 ədəd “İphone XS Max” markalı 256 GB mobil (smartfon) telefon, 9 ədəd “İphone XS” markalı 64 GB mobil (smartfon) telefon, 11 ədəd “İphone XS” markalı 256 GB mobil (smartfon) telefon, 6 ədəd “By X47 3” markalı “M1810E5A” modelli (smartfon) telefon ümumilikdə, 91 ədəd qaçaqmal mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 6263/6264 saylı xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, 1 ədəd “İphone 8” markalı 64 GB mobil (smartfon) telefonun qiyməti 1280,00 manat, 5 ədədinin qiyməti 6400,00 manat; 1 ədəd “İphone 8 Plus” markalı 64 GB mobil (smartfon) telefonun qiyməti 1550,00 manat, 5 ədədinin qiyməti 7750,00 manat; 1 ədəd “İphone XS Max” markalı 64 GB mobil (smartfon) telefonun qiyməti 2000,00 manat, 45 ədədinin qiyməti 90000,00 manat; 1 ədəd “İphone XS Max” markalı 256 GB mobil (smartfon) telefonun qiyməti 2240,00 manat, 10 ədədinin qiyməti 22400,00 manat; 1 ədəd “İphone XS” markalı 64 GB mobil (smartfon) telefonun qiyməti 1800,00 manat, 9 ədədinin qiyməti 16200,00 manat; 1 ədəd “İphone XS” markalı 256 GB mobil (smartfon) telefonun qiyməti 2000,00 manat, 11 ədədinin qiyməti 22000,00 manat; 1 ədəd “By X47 3” markalı “M1810E5A” modelli (smartfon) telefonun qiyməti 1170,00 manat, 6 ədədinin qiyməti 7020,00 manatdır. Tədqiqata təqdim edilmiş cəmi 85 ədəd həssas təzyiqlə (sensorlu) çalışan “İphone” markalı və 6 ədəd “By X47 3” markalı mobil (smartfon) telefonlar hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdırlar. Ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə, zəmanəti və qeydiyyatı olmayan mobil telefon aparatlarının xx.xx.2019-cu il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 171770,00 manat müəyyən olunur. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin 10007 saylı xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissəsə verilmiş yazılı mətnlərdən ibarətdir. 2 ədəd “PRİNCO” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs4, “K4” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs2, “K5” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3, “K7” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid1, “K15” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid3 məxsusdur. Məhkəmədə tədqiq edilən Dövlət Təhlükəsizliyi Xidmətinin “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə saat 00:22 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədinin Qazax rayonundakı “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən keçərək Gürcüstana getmişlər, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 19:10 dəqiqədə, Təqsirləndirilən şəxs3 isə xx.xx.2019-cu il tarixdə saat 00:26 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədinin Qazax rayonundakı “Şıxlı” nəzarət-buraxılış məntəqəsindən sərhədi keçərək Azərbaycan Respublikasına geri qayıtmışlar. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli CD-yə baxış protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 öz istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs2 öz istifadəsində olan ***-***-**-**, Təqsirləndirilən şəxs3 öz istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs4 öz istifadəsində olan ***-***-**-** saylı nömrələrlə bir-birilə telefon danışıqları aparmışlar. Həmin danışıqların məzmunundan görünür ki, göstərilən şəxslər qabaqcadan əlbir olaraq bir qrup şəxs halında külli miqdarda dəyəri olan mobil telefon aparatlarını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və düzgün bəyan etməməklə keçirmişlər. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubuna və xx xxxxx 2019-cu il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 11-xx xxxxxx 2019-cu il tarixlərində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gömrükdə rəsmi qaydada bəyan edərək Azərbaycan Respublikasına mobil telefon idxal etmələrinə dair bəyannamə yoxdur. Ümumiyyətlə, 2019-cu il ərzində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 gömrükdə rəsmi qaydada bəyan edərək Azərbaycan Respublikasına mobil telefon idxal etmələrinə dair bəyannamə müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 2019-cu ilin fevral ayı üzrə Təqsirləndirilən şəxs4 tərəfindən gömrük orqanlarına hər hansı gömrük bəyannaməsinin təqdim olunması haqqında DGK-nın məlumat bazasında məlumat yoxdur. Məhkəmədə tədqiq edilən xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 telefon danışıqlarına qulaq asılaraq yazılmış 7394-2018 və ***-**** saylı CD disklər və onların, eləcə də Şahid1, Şahid3, X5 və X1 nümunələri yazılmış 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişlər. Məhkəmədə tədqiq edilən xx xxx 2019-cu il tarixli qərardan görünür ki, cəmi 85 ədəd həssas təzyiqlə (sensorlu) çalışan “İphone” markalı və cəmi 6 ədəd “By X47 3” markalı mobil (smartfon) telefon (ümumilikdə 91 ədəd mobil telefon aparatı) iş üzrə maddi sübut kimi tanınmışlar və saxlanılması üçün DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilən Qazax RİHB-nın Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli 11-21/341 nömrəli arayışından və xasiyyətnaməsindən, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax rayonu, Xanlıqlar kəndində yaşayır, xx.xx.1989-cu il təvəllüdlü arvadı X13, xx.xx.2015-ci il təvəllüdlü qızı X14 və xx.xx.2017-ci il təvəllüdlü oğlu X6 ibarət ailə üzvləri vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Qazax RİHB-nın şəhər İƏD üzrə nümayəndəliyinin xx xxxx 2019-cu il tarixli xx-xx/1425 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 1955-ci il təvəllüdlü X33, 1957-ci il təvəllüdlü X25, 1992-ci il təvəllüdlü X26 ilə birlikdə Qazax şəhəri, Vidadi küçəsi, ev 26-da qeydiyyatdadır, barəsində nümayəndəliyə heç bir şikayət, narazılıq, o cümlədən təqsirləndirici sənəd daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Bakı şəhəri 50 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli 363 nömrəli arayışından və həmin tarixli 364 nömrəli xasiyyətnaməsindən, eləcə də doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Q.Qarayev küçəsi, ev 76, mənzil 69-da qeydiyyatdadır, anası X8, həyat yoldaşı X3, xx.xx.2007-ci il təvəllüdlü oğlu X10 və xx.xx.2004-cü il təvəllüdlü qızı X8 ibarət ailə üzvləri vardır, barəsində MKİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən Sabunçu RİH Başçısının Sabunçu qəsəbə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 4049 saylı arayışından, həmin tarixli xasiyyətnaməsindən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 4 ünvanında qeydiyyatdadır, həyat yoldaşı X4, xx.xx.2012-ci il təvvəllüdlü qızı X16 və xx.xx.2014-cü il təvəllüdlü oğlu X17 ibarət ailə üzvləri vardır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X9 tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X9 tələbnaməsindən və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödənildiyinə görə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X9 tələbnaməsindən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünün surətindən görünür ki, Məmmədov X27 şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası cəza şərti hesab edilərək 2 il sınaq müddəti təyin edilmiş, hökm xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda dəyəri olan mobil telefon aparatlarını qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirdiklərinə görə onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməli və onlar həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 himayələrində azyaşlı övladlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 səmimi etiraflarını, əməllərindən peşman olmalarını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 isə sınaq müddəti ərzində yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Məmmədov X27 şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası cəza şərti hesab edilərək 2 il sınaq müddəti təyin edilmiş, hökm xx.xx.2017-ci il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda məhkumluqları ödənilmiş hesab olunur. Göründüyü kimi Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş Təqsirləndirilən şəxs2 həmin məhkəmənin yuxarıda göstərilən hökmü ilə ona təyin təyin edilmiş sınaq müddəti ərzində, yəni hazırki cinayət işi üzrə qabaqcadan əlbir olan bir qrup şəxs halında 12-xx xxxxxx 2019-cu il tarixlərində qaçaqmalçılıq yolu ilə, istintaqa məlum olmayan Gürcüstandan Azərbaycana keçən şəxslərin vasitəsilə “neytral zona”dan Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən gizli və düzgün bəyan etməməklə keçirərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində, yəni 12-xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəzaya Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətində azadlıqan məhrum etmə cəzası qismən birləşdirilmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, eyni zamanda onların şəxsiyyətlərini, əməllərindən peşman olmalarını, səmimi etiraflarını, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hər birinin himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb, onları cəmiyyətdən təcrid etmədən, yəni onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq tətbiq etməklə onların islah olunmalarına nail olmaq mümkündür. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 isə ağır maddi ehtiyac üzündən hazırki cinayət əməlini törətməsini, eləcə də barələrində yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların toplusunu nəzərə alaraq, hər birinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onlarınn cəza çəkmədən islah olunmalarını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışları üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışları üzərində nəzarət müvafiq olaraq hər birinin yaşayış yeri üzrə Probasiya Şöbələrinə həvalə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək cəzanın sınaq müddəti ilə şərti hesab olunmasını nəzərə alaraq hesab edir ki, onların barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən mülki iddiadan və xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşı cəmi 38205,61 manat məbləğində mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat İdarəsi, gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Şahid10 mülki iddiaçının nümayəndəsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 isə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin x xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 91 ədəd mobil telefonlar barədə tərtib edilmiş məhkəmə ekspertiza mərkəzinin xx xxxx 2019cu il tarixli rəyinə əsasən ölkə ərazisindəki satış qiymətindən, yəni 171.770 manatdan “ Gömrük Tarifi Haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində göstərilən xərclər çıxılmaqla Gömrük dəyəri (20% ticari əlavə və digər xərclər nəzərə alınmaqla) 104936,16 manat məbləğində müəyyən olunmuşdur. Bu mallara görə ödənilməli olan gömrük ödənişləri aşağıdakı kimidir. İdxal gömrük rüsumu-15740,42 manat, əlavə dəyər vergisi- 21721,79 manat, gömrük yığımları- 600 manat, gömrük yığımlarına tətbiq edilən əlavə dəyər vergisi- 108 manat, elektron gömrük xidmətlərinin göstərilməsi-30 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə alınan məbləğdə tətbiq edilən əlavə dəyər vergisi- 5, 40 manat, cəmi 38205,61 manat təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin məhkəməyə ünvanladəğı xx xxxxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi, Əməliyyat İdarəsi, gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Şahid10 məhkəmədə mülki iddiaçının nümayəndəsi qismibdə iştirak etmək, idarənin adından çıxış etmək, işlərin aparılmasına, sənədlərin imzalanmasına və təhvil-təsliminə nümayəndə təyin edilmişdir. Məhkəmə baxışı zamanı da mülki iddiaçının nümayəndəsi Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu mülki iddianı müdafiə etdiyini bildirərək 38205,61 manat məbləğində mülki iddianın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tutulub Dövlət Gömrük Komitəsinin vsitəsi ilə (Adı- Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilən hallara və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Dövlət Gömrük Komitəsinin cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşı iddia tələbi tam təmin edilməli, 38205,61 (otuz səkkiz min iki yüz beş manat altmış bir qəpik) manat məbləğində maddi ziyan cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tutularaq Dövlət Gömrük Komitəsinin vsitəsi ilə (Adı- Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, xüsusi müsadirə təqsirləndirilən şəxslərin qanuni əsaslarla əldə etdiyi əmlaklarına, habelə onların himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilməməlidir. Belə ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquq olmaqla ali insan dəyərlərini özündə əks etdirən, demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyası da mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Belə ki, Konstitusiyanın 13-cü maddsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquq və əsas azadlıqları haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Balkanovun Rusiyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin ilk və ən əhəmiyyətli tələbi ondan ibarətdir ki, ictimai hakimiyyətin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlətin hər hansı müdaxiləsi qanuni olmalıdır. Birinci bəndin ikinci cümləsi nəzərdə tutur ki, əmlakdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulan hallarda yol verilir. İkinci bənd isə müəyyən edir ki, dövlət mülkiyyətdən istifadə üzərində “qanunla” icra etmək yolu ilə nəzarəti həyata keçirmək hüququna malikdir. Deməli cəmiyyətin maraqları ilə şəxsiyyətin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa nail olunması məsələsi yalnız o vaxt meydana çıxa bilər ki, şikayət verilən müdaxilə özbaşına olmamaqla qanunilik tələbinə müvafiq olsun. Həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına riayət edilməsi üzərində nəzarət etmək sahəsində onun səlahiyyətləri məhduddur. Milli məhkəmələrin pul vəsaitlərinin müsadirə edilməsinin hüquqi əsaslarını göstərməməsi və milli qanunvericiliyə münasibətdə presedent hüququnun ziddiyyətli olmasına görə Avropa Məhkəməsi hesab etdi ki, işin hallarının mövcud vəziyyətində ərizəçinin özünün hərəkətlərinin nəticəsini nəzərə ala bilməsinin təmini baxımından nəzərdən keçirilən milli qanunvericilik dəqiqliklə müəyyənləşdirilməmişdir. Deməli, mülkiyyət hüququna müdaxilə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından qanuni müdaxilə kimi nəzərdən keçirilə bilməz. Eyni nəticəyə Avropa Məhkəməsi “Qrifrost Fransaya qarşı” işində də gəlmişdir. Qaçaqmalçılıq cinayətinin predmeti olan əşyaların sahibinə qaytarılması məsələsi X45 Avropa Məhkəməsinin “İsmayılovun Rusiyaya qarşı işi üzrə” xx.xx.2008-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir. Qərarın 37-ci bəndində göstərilir ki, İsmayılovun törətdiyi qaçaqmalçılıq cinayətində cinayətin predmeti olan pullar qanuni yolla əldə edilmişdir və bu vəsaitin ölkəyə gətirilməsi gömrük orqanlarına bəyan edilməsi şərti ilə yol verilən idi. Deməli ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur. Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tətbiqinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına sınaq müddəti ilə azadlıqdan məhrum edilmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etdi və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirdi və qaçaqmalçılıq cinayətinin predmeti olan pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəldi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu da eyni mövqedən çıxış edərək özünün xx xxxx 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında göstərmişdir ki, məhkəmələr qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair X45 Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə xx xxxxx 2008-ci il tarixli, “X7rşı”iş üzrə xx xxxxxxx 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına saxlanılan 85 ədəd həssas təzyiqlə (sensorlu) çalışan “İphone” markalı və cəmi 6 ədəd “By X47 3” markalı mobil (smartfon) telefon (ümumilikdə 91 ədəd mobil telefon aparatı) cinayət yolu ilə əldə olunmadıqlarından xüsusi müsadirə cinayət-hüquqi tədbirinin müsadirə obyekti ola bilməz və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsinin tələbinə əsasən qanuni sahibinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin imperativ tələbinə görə qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr xüsusi müsadirənin predmeti ola bilməz. Həmçinin, vurğulanmalıdır ki, nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə istintaqında qeyd edilən maddi sübutların cinayət yolu ilə əldə olunduğunu təsdiq edən hal müəyyən edilməmişdir. Lakin qanunvericiliyə uyğun olaraq malın gömrük rüsumu ödənilmədiyindən sözügedən cinayət hadisəsi baş vermiş və qeyd olunan mallar iş üzrə maddi sübut kimi tanınmışlar. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 5 ədəd “İphone 8” markalı 64 GB mobil (smartfon) telefon, 5 ədəd “İphone 8 Plus” markalı 64 GB mobil (smartfon) telefon, 45 ədəd “İphone XS Max” markalı 64 GB mobil (smartfon) telefon, 10 ədəd “İphone XS Max” markalı 256 GB mobil (smartfon) telefon, 9 ədəd “İphone XS” markalı 64 GB mobil (smartfon) telefon, 11 ədəd “İphone XS” markalı 256 GB mobil (smartfon) telefon, 6 ədəd “By X47 3” markalı “M1810E5A” modelli (smartfon) telefon - ümumilikdə, 91 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilərək qanuni sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qaytarılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslərin müdafiəçinin xidmətlərini ödəməyə vəsaitləri olmadığına görə onların hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 Xandəmnir qızı və Müdafiəçi4 həyata keçirmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçilərin məhkəməyə təqdim etdikləri hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi1, təqsirləndirilən Təqsirləndirilən şəxs2 vəkil Müdafiəçi2, təqsirləndirilən Təqsirləndirilən şəxs3 oluna Vəliyeva Tunzalə və təqsirləndirilən Təqsirləndirilən şəxs4 isə vəkil Müdafiəçi4 54 iş saatı həcmində hüquqi yardım göstərmişlər. Odur ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə göstərilmiş cəmi 54 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi1 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 324 manat məbləğində pul köçürülməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 560 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 3.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 təyin olunmuş 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bakı şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 4.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə şərti məhkum etmə ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 3 (üç) il müddətə azadlıqan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia tam təmin edilsin, 38205,61 (otuz səkkiz min iki yüz beş manat altmış bir qəpik) manat məbləğində pul cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4tutularaq Dövlət Gömrük Komitəsinin vsitəsi ilə (Adı- Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 5 ədəd “İphone 8” markalı 64 GB mobil (smartfon) telefon, 5 ədəd “İphone 8 Plus” markalı 64 GB mobil (smartfon) telefon, 45 ədəd “İphone XS Max” markalı 64 GB mobil (smartfon) telefon, 10 ədəd “İphone XS Max” markalı 256 GB mobil (smartfon) telefon, 9 ədəd “İphone XS” markalı 64 GB mobil (smartfon) telefon, 11 ədəd “İphone XS” markalı 256 GB mobil (smartfon) telefon, 6 ədəd “By X47 3” markalı “M1810E5A” modelli (smartfon) telefon - ümumilikdə, 91 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilərək qanuni sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qaytarılsın. Məhkəmə məsrəfi hesab olunan 560 (beş yüz altımış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Müdafiəçi1vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər bir müdafiəçi üçün ayrı-ayrılıqda 324 manat məbləğində pul köçürülsün Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində X37 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar