Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-76/2022 31.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkil X2 müdafiəçilər– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Gəncə şəhəri, D.Qorqud küçəsi ev 5A, mənzil 56-da qeydiyyatda olan, Gəncə şəhəri, Fizuli küşəsi döngə 2, ev 19-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4, 157.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etmək hədəsi ilə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, qəsdən ümumi təhlükəli üsul və xüsusi amansızlıqla adam öldürməyə, yəni digər şəxsi qəsdən ümumi təhlükəli üsul və xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(043)- 65/2015 saylı qətnaməsi əsasında rəsmi nikah münasibətlərinə xitam verilmiş Zərərçəkmiş şəxs işlədiyi Mingəçevir şəhər mərkəzi xəstəxanasında əxlaqsızlıqla məşğul olmasından şübhələndiyi üçün sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək üçün içərisində benzin olan plastik qabı, eləcə də, soyuq silah hesab edilən, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı ov bıçağını istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirib 02 aprel 2020ci il tarixdən 03 aprel 2020-ci il tarixə keçən gecə saat 01 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına gələrək yaşayış evinin həyətyanı sahəsinin darvazasının bağlı olmasını görüb, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, hasarın üzərindən atlanaraq həyətyanı sahədən yaşayış evinin ikinci mərtəbəsinə qalxıb zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs və onunla birgə həmin evdə yaşayan şəxslərin iradəsi ziddinə yaşayış evinin giriş qapısının şüşələrini sındıraraq Zərərçəkmiş şəxs yatdığı otağa daxil olmaqla sonuncunun ünvanına nalayiq sözlər deyib onu yandırmaqla öldürəcəyi ilə hədələdikdən sonra yaşayış evində onun qanunazidd hərəkətləri nəticəsində yaranmış səs-küydən oyanaraq ayağa qalxan Zərərçəkmiş şəxs üzərinə özü ilə gətirdiyi kimyəvi tərkibinə görə tezalışan neft məhsulu olan benzini tökərək əlində olan alışqanla od vurub yandırmağa, yəni ümumi təhlükəli üsulla öldürməyə yönələn hərəkətlər etməyə çalışarkən onun sərxoş vəziyyətdə olmasından istifadə edən Zərərçəkmiş şəxs əlləri ilə onun qollarından tutaraq aktiv müqavimət göstərib cəld hərəkət edərək çarpayının altına gizləndikdən sonra o, cinayətkar niyyətdən vaz keçməyərək bir əli ilə onun ayağından tutub çarpayının altından çıxarmağa, digər əlində olan alışqanı çaxaraq yandırmağa çalışan zaman yuxudan oyanmış, onunla birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan qızı -02.06.2004-cü il təvəllüdlü X10 və 21.06.2001-ci il təvəllüdlü Şahid3 gözləri qarşısında sonunculara xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək bunu arzulayıb Zərərçəkmiş şəxs xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla öldürmək məqsədi ilə yandırmağa cəhd etmiş, lakin alışqanın yanmaması, daha sonra isə Şahid3 onun əlində olan alışqanı almaq üçün alışqanın yuxarı hissəsindən tutan zaman alışqanın başlıq hissəsinin qırılaraq yatağın, alışqanın özünün isə döşəmənin üzərinə düşməsi nəticəsində, habelə cinayət əməlini başa çatdırmaqda qərarlı olduğundan cinayətin törədilməsi üçün digər üsula əl ataraq üzərində gəzdirdiyi bıçaqla bir neçə dəfə Zərərçəkmiş şəxs zərbələr endirməyə cəhd etmiş, lakin sonuncunun anası Şahid2, qızları Şahid3 və X6 onun qollarından tutaraq mane olmaları, Zərərçəkmiş şəxs fürsətdən sui-istifadə edərək hadisənin baş verdiyi otaqdan yaşayış evinin hamam otağına qaçıb qapını bağlaması, bundan əlavə sonuncunun atası Şahid1 daxili işlər orqanlarına məlumat verəcəyini bildirməsi nəticəsində, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirməklə, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etmək hədəsi ilə mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olaraq, qəsdən ümumi təhlükəli üsul və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs öldürməyə, yəni sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuş və onlar 2000-ci ildə rəsmi ailə həyatı qurduqdan sonra birgə nikahdan 2001-ci il təvəllüdlü Şahid3, 2004-cü il təvəllüdlü Şahid4 və 2010-cu il təvəllüdlü Şahid5 adlı övladları dünyaya gəlmişdir. Vəfa ilə əvvəllər münasibətləri yaxşı olsa da, bir müddət keçdikdə, sonuncu onun spirtli içki və narkotik aludəçisi olmağını əsas gətirib mübahisələr etməyə başlamış və bundan sonra münasibətləri qeyri normallaşmışdır. Bu səbəbdən Vəfa boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etdikdən sonra 2014-cü ildə nikahlarına rəsmi qaydada xitam verilmişdir. Boşandıqdan sonra məhkəmənin qərarı ilə uşaqlar Vəfanın himayəsində qalmış və sonrakı dövrdə o, barışaraq Vəfa ilə bir yerdə yaşamaq üçün cəhdlər edib, əvvəlki qaydada mehriban yaşamalarını bildirmişdir. Vəfa isə onun spirtli içki və narkotik aludəçisi olduğunu bəhanə gətirərək barışmaq istəmədiyini, içkidən və narkotikdən uzaqlaşacağı təqdirdə barışacağını dedikdə, o, bir neçə dəfə Vəfa ilə danışan zaman sonuncunu öldürməklə qorxuzaraq barışmaq istəmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Sonuncu dəfə təxminən hadisədən bir gün əvvəl Vəfaya zəng edərək, içkini atdığını deyib barışmağı xahiş etdikdə, sonuncu qəti olaraq buna etiraz etmişdir. Həmin gün, yəni 02.04.2020-ci il tarixdə saat təxminən 22 radələrində o, Vəfanın sözündən təsirlənərək, əsəbiləşib gedib yaşadığı evdə təkcə xatırlamadığı miqdarda spirtli içki olan araq içmiş və spirtli içkini çox içdiyi üçün sərxoş olmuşdur. Vəfanın dediyi söz yadına düşdüyü üçün əsəbiləşərək, qərara gəlmişdir ki, gedib Vəfanı qorxuzsun ki, bəlkə sonuncu onunla barışsın. Buna görə evdən çıxanda özü ilə 5 litrlik boş su qabını və idarə etdiyi Kamaz markalı 20-703 dövlət nömrə nişanlı maşından pəncərəsinə qoyduğu bıçağı özü ilə götürərək, dəqiq yadında qalmayan yanacaq doldurma məntəqəsinə gedib oradan benzin alıb, tanımadığı taksi ilə Vəfanın yaşadığı ünvan 2 ünvanına getmişdir. Bıçağı götürməkdə məqsədi - əgər Vəfagilin yaşadığı evin qapısı bağlı olduğu təqdirdə bıçağı qapının arasına salıb güc tətbiq etməklə sındırmaq olmuşdur. Belə ki, artıq gecə vaxtı olduğundan o, qapının bağlı olduğunu düşünmüşdür. Həmin vaxt özü ilə götürdüyü bıçağı kürək nahiyəsinə, şalvarının kəmər hissəsinə qoymuş, qapı bağlı olduğu üçün bıçaqdan istifadə edərək güc tətbiq edib qapını aça bilmədiyindən, yan tərəfdə olan evin darvazasının üzərindən keçib həmin məhəllədən Vəfanın yaşadığı evin məhəlləsinə düşərək, evin ikinci mərtəbəsinə qalxmışdır. Evin giriş qapısı bağlı olduğu üçün bıçaqla da qapını aça bilməyəcəyini düşünərək, zərbə ilə qapıya vuran kimi qapı açılmış və qapının üzərində olan şüşəsi sınaraq yerə tökülmüşdür. O, əlində olan su qabındakı benzinlə birgə evin içərisinə daxil olaraq Vəfanın yatdığı yataq otağına girmiş, bu zaman Vəfa səs-küyə oyanıb yataqdan qalxaraq ona tərəf gələndə, o, sonuncunun dediyi sözlərə görə Vəfanı qorxutmaq üçün əlində olan su qabındakı benzinin hamısını Vəfanın üzərinə töküb cibindən alışqanı çıxarmışdır ki, Vəfanı qorxuzsun və sonuncu onunla barışaraq əvvəlki kimi birlikdə yaşasın. Alışqanı çıxardıb Vəfanı qorxutmaq istəyən zaman qızı Lalə və qaynanası Xalidə onun, Vəfanı alışqanla yandıracağını düşünərək, ona tərəf gəlib buna mane olmuşlar. Bu zaman Vəfa qışqıraraq səs-küy salmağa başlamış və o, səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyat etdiyindən, artıq Vəfanı qorxutduğunu düşündüyündən otaqdan çıxmışdır. Həmçinin bu vaxt şalvarının kəmər hissəsinə qoyduğu bıçaq yerə düşmüş və o, evdən çıxıb məhəlləyə gələrək darvazanı arxa hissədən açıb küçəyə çıxaraq yaşadığı evə getmiş və həmin vaxtdan iki-üç gün sonra onu polis idarəsinə çağırmışlar. O isə polis idarəsində olan zaman Vəfanın ondan şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, hadisədən əvvəlki vaxtlarda o, uşaqlarını görmək üçün Vəfanın yaşadığı evə getmiş, həmçinin Vəfa ilə barışmaq üçün öz yaxın qohumlarını da sonuncunun yaşadığı ünvana göndərmiş və öz qohumları ilə də birlikdə getmişdir. Vəfanın üzərinə benzin tökdükdən sonra cibindəki xatırlamadığı formalı və rəngli alışqanı cibindən çıxardıb sadəcə nümayiş etdirərək Vəfanı qorxutmaq istəmiş və həmin vaxt da sonuncunu yandıraraq öldürmək niyyəti olmamışdır. O, sadəcə Vəfanı qorxudaraq onunla barışması üçün üzərinə benzin tökmüş, lakin həmin vaxt nə alışqanı yandırmamış, nə də ki yandırmağa cəhd göstərməmişdir. Onun kifayət qədər Vəfanı yandırıb öldürmək üçün imkanları olmuş, lakin o, bunu etməmişdir. Vəfanın yaşadığı evə getməmişdən əvvəl götürdüyü alışqanın baş hissəsi qırıq olmuşdur. Bundan başqa bildirmişdir ki, əgər onun Vəfanı öldürmək niyyəti olsa idi, özü ilə təzə alışqan aparardı və ya qapını sındırmaq üçün üzərində götürdüyü bıçaqla sonuncuya zərbələr yetirərək öldürərdi. O, üzərində götürdüyü bıçağı qapını açmaq üçün düşünərək götürmüş və hadisə günü Zərərçəkmiş şəxs qarşı bıçaqdan istifadə etməmişdir. Həmçinin qeyd etmişdir ki, əgər istifadə etmiş olsa idi, həmin gün bıçaq onun belindən yerə düşüb qalmazdı, əksinə özü ilə birlikdə həmin bıçağı oradan aparardı. O, bildirmişdir ki, qız övladlarının və qaynanası Xalidənin ona müqavimət göstərə biləcək qədər qüvvələri olmamış, bu səbəbdən də əgər bıçaq tətbiq etmiş olsa idi, asanlıqla Vəfanı öldürə bilərmiş. Həmçinin hadisə zamanı onun bir əlində benzin qabının, bir əlində alışqanın və bıçağı isə hansı əlində saxlamağı məntiqə və həqiqətə uyğun deyildir. Qeyd etmişdir ki, necə ola bilər benzini tökərək qabı əlində saxlamaqla, o cümlədən alışqanı çaxmağını çəkməyi və bıçağı necə tətbiq etməyi çox maraqlıdır. Ona görə ki, Vəfa, onun anasının və uşaqlarının dediyi kimi, o, alışqanı cibindən çıxararaq yandırmaq istəyən zaman, sonuncuların ilk vaxtı onun əlində bıçaq görməmələri və onların müdaxilə etmələri onun bıçaq tətbiq etməyini birmənalı istisna etmişdir. Ona görə ki, həmin bıçaq onun belində olmuşdur. Bir daha bildirmişdir ki, bıçağı götürməkdə məqsədi - Vəfagilin yaşadığı evin qapısı bağlı olduğu təqdirdə bıçağı qapının arasına salıb güc tətbiq etməklə qapını sındırmaq olmuşdur. Belə ki, artıq gecə vaxtı olduğundan o, qapının bağlı olduğunu düşünmüşdür. Onun həmin gün Vəfanın yaşadığı evə getməkdə məqsədi həm sonuncunun onunla barışması, həmçinin sonuncunu qorxudaraq azyaşlı övladlarının olması baxımından bu yoldan Vəfanı əl çəkdirərək ailəsini bərpa etmək olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onlar 2000ci ilin fevral ayında rəsmi ailə həyatı qurduqdan sonra birgə nikahdan böyük qızı 21.06.2001-ci il təvəllüdlü Şahid3, ikinci qızı 02.06.2004-cü il təvəllüdlü X10 və oğlu 30.09.2010-cu il təvəllüdlü Şahid5 dünyaya gəlmişdir. Təqsirləndirilən şəxsla əvvəllər arasında olan münasibətləri yaxşı olsa da, sonradan əri tüfeyli həyat tərzi keçirməyə, spirti içkilər qəbul etməyə və narkotik vasitələr istifadə etməyə başladığı üçün münasibətləri korlanmışdır. Belə ki, Əziz dəfələrlə sərxoş və narkotik vasitələrin təsiri altında evə gələrək mübahisələr yaradıb, onu döyüb və ayrılacağı halda öldürəcəyini söyləmişdir. Əvvəlki vaxtlar o, bu barədə heç kimə heç nə deməsə də, sonradan Əzizin hər gün gəlib onu döyüb söydüyünü görərək, boşanmağı qərara almış və 2014-cü ildə nikahlarına məhkəmə tərəfindən müvafiq qaydada xitam verilmişdir. Əzizlə boşandıqdan sonra məhkəmənin qərarı əsasında övladları onun himayəsinə verilərək, Əzizin üzərinə məhkəmə tərəfindən uşaqları üçün aliment öhdəliyi qoyulmuş, lakin sonuncu uşaqların aliment pulunu ödəməkdən boyun qaçırmağa başlamışdır. Bundan başqa Əziz onunla boşandıqdan sonra daha da içki içməyə, narkotik qəbul etməyə qurşanmış və qumar oynamağa meyillənmişdir. Ayrılmaqlarına baxmayaraq keçmiş əri ondan əl çəkməyib, rahat yaşamağa imkan verməyərək, tez-tez ya ona telefonla zəng edib söyüb təhqir edərək hədələmiş, yaxud sərxoş vəziyyətdə yaşadıqları evə gəlib orada dava-dalaş salaraq onu pozğunluqda günahlandırıb, öldürəcəyinə and içirmiş. Bundan əlavə Əziz ona, iş yerində pozğunluqla məşğul olaraq müxtəlif şəxslərlə əlaqəsinin olduğunu deyərək, işdən çıxmasını tələb edirmiş. Eyni zamanda da onu pozğunluqda günahlandıraraq, digər tərəfdən barışmağa məcbur edirmiş, lakin Əzizlə barışmayacağını dedikdə, sonuncu onu ölümlə hədələyərək, imkan düşən kimi öldürəcəyini bildirirmiş. Sonuncu dəfə, 02.04.2020-ci il tarixdə gecə saatlarında Əziz mobil telefonuna zəng edərək, bir daha onu pozğunluqla məşğul olmaqda günahlandıraraq, öldürəcəyi ilə hədələmiş, lakin o, sonuncunun dediklərinə məhəl qoymayaraq, həmişəki kimi sadəcə olaraq danışdığını fikirləşmişdir. Həmin vaxt isə Əzizin danışığından, sonuncunun sərxoş olduğunu və ya narkotikdən istifadə etdiyini başa düşmüşdür. Buna baxmayaraq həmin gecə onlar həmişə olduğu kimi yatmışlar. Onu da qeyd etmişdir ki, Əziz ona barışmağı təklif edərək, əks halda öldürəcəyi ilə hədələdikdə, o, sonuncuya hər dəfə barışmayacağını bildirirmiş. 2020-ci ilin aprel ayının 3-nə keçən gecə, saat təxminən 01 radələrində, o, övladları Lalə, Aişə və Amin, həmçinin anası Xalidə ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsində, atası Mübariz isə birinci mərtəbədə yatan zaman, olduqları mərtəbənin giriş qapısının şüşəsinin qəfildən sındırılması səsini eşidib tez yuxudan oyanaraq, yerindən qalxıb Əzizin gəldiyini görmüş, belə ki, sonuncu qapını qırıb yatdıqları otağa daxil olmuşdur. Həmin vaxt yatdıqları otağın işığı sönülü olsa da, otağın bayır hissəsində qapının üstündən asılmış işıq lampası yanılı vəziyyətdə olduğundan, həmin lampanın işığı içəri düşdüyü üçün otaqda hər şey aydın görünmüşdür. Bu vaxt Əziz, ünvanına söyüş söyə-söyə ona yaxınlaşdıqda, sonuncunun bir əlində, içərisində maye olan dolu vəziyyətdə 5 litrlik plastik qab, digər əlində isə alışqan olmuş və o, bu anda yatdığı çarpayıdan ayağa qalxaraq, övladı Lalənin üzərinə benzin tökülməsin deyə yerə düşmüş, bu vaxta kimi isə Əziz ona yaxınlaşaraq, əlində olan plastik qabın ağzını açaraq içindəki mayeni üzərinə yuxarıdan aşağıya doğru, qabı silkələyib tökə-tökə ona qışqıraraq təkrartəkrar "ay qəhbə, səni yandırıb öldürəcəm" deyib ünvanına söyüşlər yağdırmağa başlamış və həmin vaxt o, qorxudan yerində donub qalmış, digər tərəfdən iyinə əsasən hiss etdiyi benzin məhlulunun gözünə dolması səbəbindən gözləri acışmışdır. O, özünü itirib qışqırmağa, Əzizə yalvarmağa başlayıb əlləri ilə sonuncunun qollarından tutaraq müqavimət göstərib, eyni zamanda tək gücünün çatmadığını görüb qaçıb çarpayının altına gizlənmək istəmiş, lakin həmin vaxt Əziz bir əli ilə onu ayağından tutub çarpayının altından çıxarmağa çalışaraq digər əlində olan alışqanla da onu yandırmaq üçün alışqanı çaxmışdır. Lakin alışqan qızı Laləlin müdaxilə etdiyinə görə yanmamışdır. Daha sonra bunu görən qızı Lalə cəld əl atıb Əzizin əlində olan alışqanın baş hissəsindən tutub ona alışqanı yandırmağa imkan verməyərək, Əzizin əlindən alışqanı almaq üçün onun yuxarı hissəsindən tutub buranda alışqanın baş hissəsi qırılmış və başlıq hissəsi yatağın üzərinə, alışqanın özü isə döşəmənin üzərinə düşmüşdür. O, qızı Lalənin Əzizə mane olduğunu görərək, bundan istifadə edib otaqdan qaçmaq istəmiş, lakin bu vaxt Əziz bunu görüb yenə qızlarını əli ilə kənara itələyib gəlib əli ilə onun saçından tutub dartdıqda, yenə iki qızı və anası ona mane olub Əzizi tutub saxlamağa başlamışlar. Həmin vaxt o, dönüb baxanda Əzizin haradansa bıçaq götürdüyünü və bıçağın sağ əlində olduğunu görmüşdür. Əziz əlində bıçaq ola-ola, ailə üzvlərinin əlindən çıxmağa çalışaraq ona doğru gəlib araya girən övladları və anasının üzərindən, yəni sağ yan tərəflərindən bir neçə dəfə bıçaqla onu vurmaq istəmiş, lakin o, arxaya tərəf getdiyi üçün və anası ilə uşaqları Əzizin qollarından tutduqları üçün bıçaq ona dəyməmişdir. Həmin vaxt o, ani olaraq şərait yarandığını görüb qapıya tərəf qaçaraq qapıdan çıxıb pilləkənlərlə evin birinci mərtəbəsinə qaçıb hamam otağına gedərək, qapını bağlamış, atası isə oğlu Aminin xəbər verməsi əsasında həmin vaxt yuxudan oyanıb pilləkənlərlə ikinci mərtəbəyə, onların yataq otağına qalxmışdır. Bir qədər keçmiş, o, Əzizin qışqırıq səslərindən və səsin ona yaxın olmasından, sonuncunun onun arxasınca gəldiyini başa düşmüş, həmin vaxt Əziz həyətdə uca səslə onun ünvanına söyüşlər söyüb, öldürəcəyini deyərək, bayıra çıxmağını tələb etmiş, lakin bu vaxt atası Mübariz Əzizin cavabını verdikdə sonuncu atasını söyüşlərlə təhqir etmiş və Mübarizin polis çağıracağını deməsini eşidərək, dərhal oradan qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, valideynləri boşandıqdan sonra onlar üç uşaq anasının yanında qalırlar və atası ilə hər hansı bir münasibətləri, əlaqələri yoxdur. Anası ilə atasının ayrılmasına səbəb sonuncunun içki və narkotik düşgünü olması, anasını yola verməməsi olmuşdur. Atası dəfələrlə sərxoş vəziyyətdə evə gəlib mübahisələr yaradıb, anasını döymüş və ondan ayrılacağı halda Vəfanı öldürəcəyini söyləmişdir. Onlar ayrıldıqdan sonra atası Əziz Vəfadan əl çəkməyərək, onların rahat yaşamasına imkan verməyib, tez-tez anasına telefonla zənglər edib sonuncunu söyüb təhqir edərək ölümlə hədələmişdir. Həmçinin atası Vəfanı pozğunçuluqda günahlandıraraq, işdən çıxmasını tələb edirmiş. Sonuncu dəfə atası hadisədən bir gün əvvəl, yəni 02 aprel 2020-ci il tarixdə gecə saatlarında yenə anasının mobil telefonuna zəng edib telefonda dalaşmış və Vəfanı pozğunluqla məşğul olmaqda günahlandıraraq öldürəcəyi ilə hədələmişdir. Bu barədə həmin vaxt anası onlara Əzizlə danışıb qurtarandan sonra ağlayıb demiş, onlar da anasına təsəlli verərək, atasının dediklərinə fikir verməməsini bildirmişlər. Anası isə həmin vaxt Əzizin danışığından sonuncunun sərxoş olduğunu və ya narkotik istifadə etdiyini başa düşmüşdür. Sonuncu dəfə isə 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, anası Vəfa, bacısı Ayşə, qardaşı Amin, nənəsi Xalidə və babası Mübariz yaşadıqları evdə yatmışlar, həmin vaxt onlar evin ikinci mərtəbəsində, babası Mübariz isə birinci mərtəbədə olmuşdur. Məlumat üçün bildirmişdir ki, o, adətən ayıq yatır. Gecə isə qəfil səs-küy eşidib yuxudan oyanaraq yatdıqları otaqda atası Əzizin anasının üzərinə plastik qabda olan benzini tökdüyünü, nalayiq söyüşlərlə təhqir edərək, əlində olan alışqanla anasını yandırıb öldürmək istədiyini görmüşdür. Həmin vaxt Vəfa qaçıb çarpayının altına girmək istədikdə, atası ayağından dartıb çıxarmağa çalışmış və sərxoş, həyəcanlı olduğu üçün əlləri əsdiyindən alışqanı yandıra bilməmişdir. Əziz alışqanı bir neçə dəfə çaxsa da alışqan yanmamış və bu zaman o, tez atasına yaxınlaşaraq əlində olan alışqanın üst hissəsindən tutub əydikdə, əşyanın üst hissəsi sınıb yatağın üzərinə düşmüşdür. Həmin vaxt nənəsi və Ayşə də yuxudan oyanaraq Əzizin üzərinə gəldikdə, nənəsi Aminə bildirmişdir ki, gedib babası Mübarizi yuxudan oyadıb yuxarı çağırsın. Bundan sonra o, atası Əzizin əlində bıçaq gördükdə, sonuncu həmin bıçaqla Vəfanın üzərinə gedərək öldürəcəyini demiş, bu vaxt o, nənəsi və bacısı, Əzizin qollarından tutaraq sonuncuya mane olmağa çalışmışlar, həmçinin anası da arxaya tərəf getdiyi üçün atası onu bıçaqla vura bilməmişdir. Onlar Əzizə mane olduqları üçün sonuncu Vəfanı bıçaqla vura bilməmiş və bu anda anası Əzizin əlindən çıxaraq yaşadıqları evin birinci mərtəbəsinə qaçmışdır. Daha sonra babası yuxarı qalxdıqda, Əziz bunu görərək çıxıb həyətə düşüb, orada anasının ünvanına söyüşlər söyməyə başlamış, Həmçinin bir neçə dəfə uca səslə həyətdə Vəfanı öldürəcəyini demişdir. Həmin gün atasından spirtli içki iyi gəlmiş və sonuncu sərxoş vəziyyətdə olmuşdur. X12 çıxıb getməsini və polis çağıracağını deyəndən sonra atası bunu eşidərək dərhal yaşadıqları evdən çıxıb getmişdir. O, qeyd etmişdir ki, atası Əziz, evdən qaçıb gedərkən, sonuncunun əlində olan bıçağın evdə yerə düşdüyünü görmüş və AR DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişidr ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür, Zərərçəkmiş şəxs onun qızıdır. Sonuncu 2000-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahlarından 22.06.2001-ci il təvəllüdlü Şahid3, 02.06.2004-cü il təvəllüdlü Şahid4 və 30.09.2010-cu il təvəllüdlü Şahid5 adlı övladları doğulmuşdur. Vəfa ilə Təqsirləndirilən şəxs əvvəllər aralarında münasibətləri yaxşı olsa da, sonradan Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürməyə, spirtli içki və narkotik vasitələr qəbul etməyə başladığı üçün aralarında mübahisələr yaranmış, bu səbəbdən də Təqsirləndirilən şəxs qızı Vəfanı dəfələrlə döyməyə və evdə münaqişə yaratmağa başlamışdır. Buna görə də qızı Vəfa Əzizlə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etmiş və 2014-cü ildə onların nikahına xitam verilmişdir. Onlar boşandıqdan sonra məhkəmənin qərarı ilə övladları Vəfanın himayəsinə verilmiş və Əzizə məhkəmə tərəfindən uşaqları üçün aliment öhdəliyi qoyulmuşdur. Lakin Əziz uşaqların aliment pulunu ödəməmişdir. Əziz Vəfa ilə boşandıqdan sonra daha da içki içməyə, narkotik vasitələr qəbul etməyə və qumar oynamağa meyllənmiş, bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə Vəfaya hədə-qorxu gələrək sonuncunu yalandan pozğunluqla məşğul olmada günahlandırıraq qızını öldürəcəyini demişdir. Sonuncu dəfə isə 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, qızı Vəfa, nəvələri Lalə, Ayşə və Amin, həmçinin həyat yoldaşı Şahid1 yaşadıqları evdə yatmışlar. Həmin vaxt o, qızı və nəvələri evin ikinci mərtəbəsində, həyat yoldaşı Mübariz isə birinci mərtəbəsində yatmışdır. Həmin vaxt o, səs-küy eşidib yuxudan oyanaraq, Əzizin qızı Vəfanı yerdə çarpayının altından dartıb çıxarmağa çalışdığını, daha sonra isə Əzizin əlində olan bıçaqla Vəfanı vurmağa çalışdığını görmüşdür. Həmin vaxt nəvəsi Lalə atası Əzizə mane olub araya girərək sonuncunun Vəfanı vurmasının qarşısını almaq üçün cəhdlər göstərmiş, o da həmin vaxt kiçik nəvəsi Aminə gedib babasını çağırmasını demişdir Bundan sonra isə qız nəvələri ilə birlikdə Əzizə mane olub, sonuncunun qollarından tutaraq, bıçaqla Vəfanı vurmasının qarşısını almağa çalışmışlar. Həmin vaxt onlar Əzizə mane olub onun qollarından tutduqları üçün Vəfa otaqdan qaçmağa nail olmuş və həyat yoldaşı Mübariz də gəlib Əzizə çıxıb getməsini, polis çağıracağını dedikdə, sonuncu qaçaraq otağı tərk etmişdir. Əziz getdikdən sonra isə o, döşəmənin üzərində 01 ədəd bıçaq olduğunu görmüşdür. Daha sonra Əziz, həyətdə uca səslə Vəfanın ünvanına nalayiq söyüşlər söyərək, sonuncunu öldürəcəyini bildirərək, yaşadıqları evdən çıxıb getmişdir. Bundan sonra nəvəsi Lalə AR DİN-nin 102 Xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Sonradan qızı Vəfanın və nəvəsi Lalənin ona deməsindən məlum olmuşdur ki, Əziz ilk öncə Vəfanın üzərinə benzin töküb sonuncunu yandıraraq öldürmək istəmiş, lakin alışqanın yanmaması, Lalənin mane olması və alışqanın baş hissəsinin sınması nəticəsində Əziz öz niyyətinə çatmamışdır. Daha sonra isə qız nəvələri ilə birlikdə Əzizin qollarından tutaraq, sonuncunun əlindəki bıçaqla Vəfanı vurub öldürməsinə mane olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Təqsirləndirilən şəxs isə kürəkəni olmuşdur. Vəfa ilə Əziz 2000-ci ildə rəsmi ailə həyatı qurmuşlar, lakin Vəfa ilə Əzizin əvvəllər aralarında münasibətləri yaxşı olsa da, sonradan Əziz tüfeyli həyat tərzi sürməyə, spirtli içki və narkotik vasitələr qəbul etməyə başladığı üçün aralarında mübahisələr yaranmış və buna görə də Əziz Vəfanı dəfələrlə döyməyə və evdə münaqişə yaratmağa başlamışdır. Buna görə də Vəfa Əzizlə boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etmiş və 2014-cü ildə onlar boşanmışlar. Bundan sonra Əziz dəfələrlə Vəfaya hədə-qorxu gələrək sonuncunu öldürməklə hədələmiş, hətta qızını yalandan pozğunluqla məşğul olmada günahlandıraraq, dəfələrlə öldürəcəyini demişdir. Sonuncu dəfə isə 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, evin birinci mərtəbəsində, qızı Vəfa, nəvələri Ayşə, Lalə, Amin və yoldaşı Xalidə isə evin ikinci mərtəbəsində yatarkən, o, evdə səs-küy yarandığını eşidərək, yuxudan oyanmış və bu zaman nəvəsi Amin qorxulu və həyəcanlı halda onun yanına gələrək atası Əzizin evə gələrək, özü ilə gətirdiyi benzinlə anasını yandırıb öldürmək istədiyini demiş və o, tez əynini geyinib evin ikinci mərtəbəsinə qalxanda Əzizlə rastlaşmışdır. Orada Əzizi sərxoş vəziyyətdə görüb polis çağıracağını deyərək evdən qovmuş, Əziz də onu görüb, həmçinin polis çağıracağını eşitdikdə oradan uzaqlaşmağa başlamışdır. Daha sonra Əziz qayıdıb həyətdə Vəfanın ünvanına nalayiq ifadələr işlədərək gec-tez öldürəcəyini bildirmiş, o isə bir daha Əzizə yaxınlaşaraq hərəkətlərini dayandırıb uzaqlaşmasını tələb etdikdə, sonuncu yaşadıqları evi tərk etmişdir. Bundan sonra o, evin ikinci mərtəbəsindəki yataq otağına daxil olanda görmüşdür ki, yataq otağında, iyindən hiss etdiyi benzin yerə tökülmüş və yerdə plastik qab olmuşdur. Ona sonradan məlum olmuşdur ki, Əziz özü ilə plastik qabda gətirdiyi benzini Vəfanın üzərinə tökərək sonuncunu alışqanla yandırmaq istəmiş, lakin nəvəsi Lalə Əzizə mane olduğu üçün Əziz Vəfanı yandıra bilməmiş və evdə yerdə olan bıçaqla da Vəfanı öldürməyə cəhd etmişdir. Əzizin bıçaqla Vəfanı vurub öldürməsinin qarşısı da arvadı Xalidə və qız nəvələri Əzizin qollarından tutaraq ona müqavimət göstərmələri nəticəsində alınmışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı Lalə polisə zəng edib məlumat verdiyi üçün həmin yerə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X10 ifadəsində göstərmişdir ki, valideynləri boşandıqdan sonra onlar üç uşaq anasının yanında qalırlar və atası ilə hər hansı bir münasibətləri, əlaqələri yoxdur. Anası ilə atasının ayrılmasına səbəb sonuncunun içki və narkotik düşgünü olması, anasını yola verməməsi olmuşdur. Atası dəfələrlə sərxoş vəziyyətdə evə gəlibmübahisələr yaradıb, anasını döymüş və ondan ayrılacağı halda Vəfanı öldürəcəyini söyləmişdir. Onlar ayrıldıqdan sonra atası Əziz Vəfadan əl çəkməyərək, onların rahat yaşamasına imkan verməyib, tez-tez anasına telefonla zənglər edib sonuncunu söyüb təhqir edərək ölümlə hədələmişdir. Həmçinin atası Vəfanı pozğunçuluqda günahlandıraraq, işdən çıxmasını tələb edirmiş. Sonuncu dəfə atası hadisədən bir gün əvvəl, yəni 02 aprel 2020-ci il tarixdə gecə saatlarında yenə anasının mobil telefonuna zəng edib telefonda dalaşmış və Vəfanı pozğunluqla məşğul olmaqda günahlandıraraq öldürəcəyi ilə hədələmişdir. Bu barədə həmin vaxt anası onlara Əzizlə danışıb qurtarandan sonra ağlayıb demiş, onlar da anasına təsəlli verərək, atasının dediklərinə fikir verməməsini bildirmişlər. Anası isə həmin vaxt Əzizin danışığından sonuncunun sərxoş olduğunu və ya narkotik istifadə etdiyini başa düşmüşdür. 2020-ci ilin aprel ayının 03-nə keçən gecə saat təxminən 01 radələrində o, bacısı Lalə, qardaşı Amin, anası Vəfa və nənəsi Xalidə ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsində, babası Mübariz isə evin birinci mərtəbəsində yatmışdır. Bu zaman o, evin 2-ci mərtəbəsinin giriş qapısının şüşəsinə nəsə güclü bir zərbə dəydiyini və qapının şüşələrinin sınması səsini eşidib tez səsə yuxudan oyanaraq yerindən qalxıb baxanda görmüşdür ki, qapının şüşəsini sındıran atası Əzizdir. Sonuncu qapını qıraraq yatdıqları otağa daxil olmuş və həmin vaxt otağın işığı sönülü olsa da, bayır hissədə qapının üstündən asılmış işıq lampası yanılı vəziyyətdə olduğu üçün və həmin lampanın işığı yatdıqları otağın içərisinə düşdüyündən, o, otaqda baş verənləri aydın şəkildə görmüşdür. Bu zaman atası anasının ünvanına nalayiq sözlər işlədərək söyə-söyə Vəfaya yaxınlaşanda, o, atasının bir əlində beş litr həcmli plastik qabın, digər əlində isə alışqanın olduğunu görmüşdür. Həmçinin bunu görən kimi anası cəld şəkildə yatdığı çarpayıdan ayağa qalxmış, lakin bu vaxta kimi atası Vəfaya yaxınlaşaraq əlində olan plastik qabın ağzını açıb içərisindəki mayeni anasının üzərinə doğru qabı silkələyib tökə-tökə, sonuncunun üstünə qışqırıb, bir neçə dəfə söydükdən sonra ona təkrar-təkrar yandırıb öldürəcəyini deyib, digər yandan isə özü ilə gətirdiyi məhlulu Vəfanın üstünə boşaltmaqda davam etmişdir. İlk öncə o və bacısı Lalə qorxudan qışqırıb, ağlayıb atasına bir neçə dəfə “Ata qurban eləmə’’, "Anamızı öldürmə” və s. kimi sözlər deyib yalvarsalar da, sonuncu onların sözlərinə məhəl qoymamışdır. Həmin vaxt Vəfa da özünü itirmiş və qışqırıb, ağlayıb Əzizə yalvarmışdır ki, onu öldürməsin. Anası əlləri ilə özünü müdafiə edərək, Əzizin hərəkətlərini dayandırmaq istəsə də, bunu edə bilməmiş və bu zaman qaçaraq otaqdakı çarpayının altına gizlənmişdir. Həmin vaxt isə atası bir əli ilə Vəfanın ayağından tutub, digər əlində olan alışqanla onu yandırmaq üçün alışqanı anasına yaxınlaşdırıb bir-iki dəfə alışqanı çaxmış, lakin nəyəsə görə alışqan yanmamışdır. Bunu görən böyük bacısı Lalə cəld şəkildə müdaxilə edərək Əzizin əlində olan alışqanın baş hissəsindən tutub, yandırmağa imkan verməyərək, həmin əşyanı əlindən almaq üçün alışqanın yuxarı hissəsindən tutub burduqda, alışqanın baş hissəsi sınaraq yatağın üzərinə düşmüşdür. Lalə atasına mane olduğu üçün Vəfa çarpayının altından çıxaraq oradan uzaqlaşmaq istəsə də, Əziz anasının saçından dartıb xatırlamadığı yerdən əlinə bıçaq götürərək, Vəfanı vurmaq istədikdə, o, atasının əlində bıçağı görərək, qorxub yalvarmışdır ki, anasına heç nə etməsin və bu vaxt Lalə araya girərək mane olmuşdur. Həmin vaxt tez o, və artıq yuxudan oyanmış nənəsi Xalidə onlara yaxınlaşıb Laləyə kömək edərək, atasının qollarını tutaraq, sonuncunun Vəfanı bıçaqla vurmasına mane olmuşlar. Anası isə bu vaxt cəld şəkildə otaqdan çıxaraq qaçmış və nənəsi Aminə qaçıb birinci mərtəbədə yatan babası Mübarizi köməyə çağırmasını demişdir. Babası yuxarı qalxdıqda, Əziz bunu görərək, çıxıb həyətə düşmüş və orada söyüşlər söyməyə başlamışdır. Həmçinin bir neçə dəfə uca səslə həyətdə Vəfanı öldürəcəyini demişdir. Həmin gün atasından spirtli içki iyi gəlmiş və sonuncu sərxoş vəziyyətdə olmuşdur. X12 polis çağıracağını deyəndən sonra, atası bunu eşidərək dərhal divardan keçib, qaçıb getmişdir. Bundan sonra bacısı Lalə polisə zəng edərək, hadisə barədə məlumat vermişdir. Onu da əlavə etmişdir ki, Əziz evdən qaçıb getdikdən sonra bıçağı və özü ilə gətirdiyi bir ədəd plastik qab evdə düşüb qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə atasıdır. Valideynləri yola getmədikləri üçün ayrı yaşayırlar, həmçinin atası Əziz anası Vəfanı tez-tez ölümlə hədələyib onu öldürəcəyini deyirmiş. 03.04.2020-ci il tarixdə gecə saat təxminən 01 radələrində o, anası Vəfa, bacıları Lalə və Aişə, nənəsi Xalidə və babası Mübariz yaşadıqları evdə yatmışlar. Həmin vaxt onlar evin ikinci mərtəbəsində, babası Mübariz isə evin birinci mərtəbəsində olmuşdur. Bu vaxt o, səs-küy eşidərək yuxudan oyanıb, yatdığı otaqda atasının, anasının üzərinə benzin töküb yandırmağa çalışdığını, bacısı Lalənin isə buna mane olduğunu görmüşdür. Bu zaman nənəsi Xalidə də yuxudan oyanaraq bacım Ayşə ilə birgə atasının üstünə gədərək sonuncunun qollarından tutub ona gedib babası Mübarizi çağırmasını demiş, o da cəld şəkildə evin birinci mərtəbəsinə düşərək, babasına, atası Əzizin gəlib anasını öldürmək istədiyini demişdir. Bu vaxt isə babası tez evin ikinci mərtəbəsinə çıxaraq Əzizi yaşadıqları evdən qovmuşdur. Atası evdən qaçıb gedəndə də əlində olan bıçaq evdə yerə düşmüşdür. Bundan sonra isə bacısı Lalə polisə zəng edərək bu barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 03.04.2020-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar olaraq Kəpəz RPİ-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən hadisə yeri olan ünvan 2 ünvanına baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerindən bir ədəd plastik qabda olan benzin və bir ədəd bıçaq götürülmüş, bu barədə protokol tərtib edilərək şəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 26.08.2020-ci il tarixli, 2457 nömrəli arayışından görünür ki, Cəlilov X1 qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 27.08.2020-ci il tarixli, 3037 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 24.11.2016-cı il tarixdən alkoqoldan asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-soyuq silah ekspertizasının 25 sentyabr 2020-ci il tarixli, 16/630 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2020-ci il tarixli 6/1883 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş plastik qabda olan 10 ml çəhrayı rəngli maye kimyəvi tərkibinə görə tezalışan neft məhsulu – benzindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qərardan görünür ki, 23 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134, 157.2 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qərardan görünür ki, 30 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134, 157.2 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi təsdiq olunmuş ittiham aktı ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli 1(43)-53/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 09.07.2021-ci il tarixli 1(043)-53/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin qəsdən adam öldürmə cinayətinin əlamətlərinin mövcudluğu barədə əsaslı şübhələrin olması qənaətinə gəlinərək, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatət təmin edilməklə, cinayət işinin baxılmasına xitam verilmiş, cinayət işi təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə, yəni 09 sentyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03.12.2020-ci il tarixli, 211 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ovçular” cəmiyyətinin üzvü deyil və qeydiyyatdan keçməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs Gəncə şəhər prokurorluğuna vermiş olduğu ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin 08 sentyabr 2021-ci il tarixli 2496 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 544/182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək və törətdiyi əməlin məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CMnin 21.1-ci maddəsinin təsiri alıtna düşmür və onun hal-hazırda müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini idarə etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. 1. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya)çətin daxil olma. 2. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi-həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 1079 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqoldan istifadə edir. Alkoqoldan sui-istifadə etmə nəticəsində yaranan alkoqolizm xəstəliyindən əzab çəkir. Xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 sentyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 134, 157.2 və 228.4-cü maddələrindən həmin Məcəllənin 29, 120.2.4, 157.2 və 228.4-cü maddələrinə edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4, 157.2 və 228.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilən bir ədəd ov bıçağı və içərisində benzin məhlulu olan bir ədəd plastik qab iş üçün mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və müdafiəçisi, zərərçəkmiş şəxsin nümayəndəsi cinayət işinin materialları ilə yanaşı maddi sübutlar hesab olunan bir ədəd bıçaq və içərisində benzin məhlulu olan bir ədəd plastik qabla tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur, onlar barışıblar. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 157.2 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 29,120.2.4,-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 157.2 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərşəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmamasını, onların barışmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 20 may 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə alkoqolizmdən məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunun dəftərxanasında saxlanılan soyuq silah hesab edilən bir ədəd ov bıçağı xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməli, içərisində benzin məhlulu olan bir ədəd plastik qab məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 111 manat 50 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 111 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03.05.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X3 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.4, 157.2 və 228.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli tutulduğu 20 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə alkoqolizmdən məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunun dəftərxanasında saxlanılan soyuq silah hesab edilən bir ədəd ov bıçağı xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin, içərisində benzin məhlulu olan bir ədəd plastik qab məhv edilsin. İş üzrə 111 manat 50 qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi2 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-76/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-76/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver