Məhkəmə qərarları › İş №1(100)-76/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-76/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-76/2023 05.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Gəncə şəhəri, F.Əliyev küçəsi ev 5 mənzil 1-də qeydiyyatda olmaqla Gəncə şəhər Şəddadilər küçəsi ev 123-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri, seçilərək, hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.226 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan metadonu, şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0.047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0.082 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməklə həmin narkotik vasitələri və psixotrop maddəni idman şalvarının bel hissəsinə 3 ədəd sellofan bükümün içərisində olan 3 ədəd parça bükümlərdə xüsusi qaydada yerləşdirməklə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan tanışı X1 gətirmiş, 20 may 2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasının sovqat qəbulu məntəqəsində Təqsirləndirilən şəxs gətiridiyi sovqata baxış keçirilərkən sovqatın içərisindəki idman şalvarın belində xüsusi qaydada yerləşdirilmiş 1 ədəd sellofan bükümün içərisində olan 1(bir) ədəd parça bükümdə təmiz çəkisi 0.047 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1(bir) ədəd sellofan bükümün içərisində olan 1(bir) ədəd parça bükümdə təmiz çəkisi 0.082 qram kustra üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bükümün içərisində olan 1(bir) ədəd parça bükümdə təmiz çəkisi 0.226 qram kustar üsulla hazırlanmış narkotik vasitə metadon aşkar edilərək götürüldüyündən onun iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı, yəni narkotik vasitə olan heroin və metadonu, həmçinin psixotrop maddə olan metamfetamini istintaq təcridxanasında saxlanılan tanışı Tofiq Abdullayevə ötürməyə cəhd etmişdir. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.971 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib ilə üzərində saxlayaraq daşımış, bu barədə Gəncə şəhər Kəpəz RPİ-nin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyyat məlumatı əsasında Kəpəz RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 17:40 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Təhsil Şöbəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş təmiz çəkisi 0.971 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, təxminən 1 ildir ki narkotik vasitələrdən istifadə edirmiş. X14 onun qoşusudur, uzun müddətdir tanıyır, yaxın münasibətləri olmuşdur. xx.xx.2021-ci il tarixdə işlədiyi yerdən pul almışdır. Həmin pulla istintaq təcridxanasında olan X1 aparmaq fikrinə düşmüşdür. xx.xx.2021-ci il tarixdə o, şirniyat, kolbasa, siqaret, çay, qənd, alt paltarı və idman şalvarı almışdır. Bundan sonra o Abdullayev Tofiqin narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona istifadə etməyi üçün heç bir təmannasız 1 büküm kakos, 1 büküm patı, 1 büküm metadon və 1 bükümdə həmin narkotik və psixotrop maddəni bişirmək üçün limon duzunu idman geyiminin bel hissəinə gizlətmişdir.Bütün bu aldıqlarını əl çantasına yığmışdır. Səhəri gün saat 11 radələrində sovqatı Abdullayev Tofiqə vermək üçün 2 saylı istintaq təcridxanasına getmişdir. İstintaq təcridxanasında onun apardığı sovqata baxış keçirilmiş, baxış zamanı onun gizlədərək 2 saylı İstintaq təcridxanasında cəza çəkən Abdullayev Tofiqin istifadə etməsi üçün keçirtmək istədiyi narkotik vasitə və psixotrop maddə aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və onu polis əməkdaşları Nizami RPİ-nə aparmışlar. Nizami RPİ-də inzibati otaqların birində hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. O, həmin narkotik vasitəni və psixotrop maddəni 2021-ci ilin may ayında Məhsəti qəsəbəsində təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 30(otuz) manata almışdır. Təmannasız olaraq Tofiqin istifadəsi üçün pay kimi aparmışdır.Tofiq Abdullayevə narkorik vasitə və psixotrop maddə aparmağını heç kəs ondan xahiş etməmiş və istəməmişdir. Bildirmək istəyir ki bu onun öz fikri olmuşdur. Heç kəsin bu barədə məlumatı olmamışdır. Tofiq özü də bu bardə məlumatsız olmuş, Tofiqə sürprsiz etmək niyyətində olmuşdur. Abdullayev Tofiq cəza çəkdiyi müddətdə onunla telefon vasitəsi ilə əlaqə saxlamamışdır. O, xx.xx.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında zibil qutusunun yanında siqaret falqasına bükülmüş büküm tapmışdır. O, ara-sıra heroin istifadə etdiyi üçün həmin bükümü iyisindən tanımış və şəxsi istifadəsi üçün götürüb üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 17:40 radələrində Gəncə şəhər Aatatürk prospektində yerləşən təhsil şöbəsinin yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişdilər. Onu narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğu üçün Gəncə şəhər Kəpəz RPİ-nə dəvət etmişdirlər. O heç bir etiraz etməmiş Gəncə şəhər Kəpəz RPİ-nə gəlmiş və orada inzibati otaqların birində hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı o bildirmişdir ki, həmin üzərində olan narkotik vasitə olan heroini 1 gün əvvəl yaşadığı evin yaxınlıında zibil qutusunun yanından tapmış və şəxsi istifadəsi üçün götürüb üzərində daşımışdır. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 1.21 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş kütlə ekspertizaya göndərilmişdir. Sonra ekspertizanın rəyi ona elan edilmişdir. Ekspertin rəyində məlum olmuşdur ki, onun üzərindən aşkar olunan kütlə kustar üsulla hazırlanmış təmiz çəkisi 0.971 qram narkotik vasitə olan heroindir. Onun üzərindən aşkar edilən narkotik vasitə olan heroin ona məxsusdur. Narkotik vasitəni heç kəsə satmamışdır. Narkotik vasitə olan heroini yaşadığı evin yaxınlığında zibil qutusunn yanından tapmışdır. İstifadəsində mobil telefon nömrəsi yoxdur. Üzərində narkotik vasitə olmasından heç kəsin xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz RPİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə saat 17:40 radələrində ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri Şəddadilər küçəsi ev 123 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır.Daha sonra həmin məlumat əsasında Kəpəz RPİ-ninnin CAŞ-ın əməliyyat müvəkkili polis leytenantı Nicat Söhrabi ilə birlikdə saat 17:40 radələrində Gəncə şəhər Atatürk prospektində yerləşən Təhsil Şöbəsinin yaxınlığında Təqsirləndirilən şəxs olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Kəpəz RPİ-nə dəvət etmişdirlər. Kəpəz RPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X15 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində 11 ədəd siqaret olan Prima markalı siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülü aşkar edilmişdir. Həmin bükülüyə baxanda içərisində qəhvəyi rəngli kristal halında narkotik vasitə olan heroinə oxşar kütlə müəyyən edilmişdir. Həmin 1 ədəd siqaret falqasına bükülmüş kütlə elektron tərəzidə çəkildi və narkotik vasitəyə oxşar kütlənin bükümü ilə birlikdə çəkisi 1,21 qram olmaqla qablaşdırılmış və üzəri Azərbaycan Respublikasının DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tutulmamışdan 1 gün əvvəl yaşadığı yerin yaxınlığında zibil qabının yanından tapdığını bildirmişdir. Onlarda olan ilkin məlumata görə Təqsirləndirilən şəxs mütamadi qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayırmış və istifadə edirmiş. Sonradan da Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X30 məhkəməyə verdiyi ifadəsində X10 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında sovqatların qəbul otağında böyük nəzarətçi vəzifəsində işləyir. 20 may 2021-ci il tarixdə saat 11:00 radələrində əməliyyat bölməsinin rəisi X22, Əməliyyat bölməsinin inspektoru X25, hal şahidi qismində dindirilmiş təcridxanada dükançı işləyən X16 və təcridxanada komendant işləyən X19 iştirakı ilə 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəller Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum olunmuş, həbsə qədər ünvan 5 ünvanında yaşamış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı ile Azerbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsinde 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, halhazırda Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hesabında 2 saylı İstintaq Təcridxanasının 2-ci rejim korpusunun 38 saylı kamerasında saxlanılan həbs edilmiş şəxs X1 gətirən qohumu, 1985-ci ilde ünvan 7 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirən zaman sovqatın içərisindəki şalvarın belində xüsusi qaydada yerləşdirilmiş 4 ədəd ağ rəngli polietilen torbaya bükülmüş qəhvəyi və ağ rəngdə kristal və toz şəklində ümumi çəkisi 2,1 qram narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş sovqatın içərisindəki şalvarın belində xüsusi qaydada yerləşdirilmiş 4 ədəd ağ rəngli polietilen torbaya bükülmüş qəhvəyi ve ağ rəngde kristal və toz şəklində ümumi çəkisi 2,1 qram narkotik maddəyə bənzər kütlələr tərəfilərindən xüsusi qaydada qablaşdırıldıqdan sonra zərflər üçün möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. İştirakçılara Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrinə uyğun olaraq hüquq və vəzifələri barədə xəbərdarlıq edilmişdir. Həyata keçirilən proseslər videoçəkiliş vasitəsi ile qeydə alınmışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X25 məhkəməyə verdiyi ifadəsində X24 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, X14 ilə 2010-cu ildən ailə həyatı qurmuşdur. Həmin nigahdan 1 övladları vardır. 2020-ci ildə Tofiq Abdullayev ilə boşanmış lakin boşandıqdan sonra mütamadi olaraq Tofiq onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib azyaşlı övladı ilə maraqlanırmış. Tofiqin narkotik vasitə istifadə etməyindən və narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında cəza çəkdiyi bilir. Tofiq cəza çəkmə müəsisəsində olduğu dövrdə 1-2 dəfə onun istifadəsində olan mobil telefona zəng edərək azayaşlı övladı ilə maraqlanmışdır. Tofiq Abdullayevin cəza çəkmə müəsisəsində ona narkotik vasitə keçirilməsinə cəhd edilməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tanımır. Tofiq Abdullayev ilə ailəli olduğum dövrdə Tofiq evə heç bir dostunu gətirmədiyi üçün dostları barədə heç bir məlumatım yoxdur və heç birini tanımır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X19 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid Faiq Niyazov ibtidai istintaq orqanına verdiyi ifadəsində şahid X24 və X36 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid Vüqar Abbasov ibtidai istintaq orqanına verdiyi ifadəsində şahid X24 və X36 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, şahid Tofiq Abdullayev ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il ilin noyabr ayında Azərbaycan Respublikası CM-nin 228-1ci maddəsi ilə məhkum edilmişdir. Həmin hökmə əsasən ona 2 il 06 ay azadlıqın məhdudlaşdırılması cəzası verilmişdir. Daha sonra barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsində narkotikdən istifadə etdiyinə görə təqsirləndirilən şəxs qismində cəl edilmişdir. Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və 01 may 2021-ci il tarixdə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılır. Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşayır. Onunla hər-hansı xüsusi münasibəti və ədavəti yoxdur. 20 may 202-ci il tarixdə Təqsirləndirilən şəxs sovqat gətirməsini və həmin vaxt sovqatın qəbul otağında sovqata baxış keçirilərkən narkotik maddəyə bənzər kütlə aşkar olunmasını eşitmişdir. O, həmin gün heç kimdən sovqat gözləmimiş və heç kimdən sovqat gətirməsini xahiş etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxsla heç bir əlaqəsi olmayıb. İstintaq Təcridxanasında icazəli telefon ilə yalnız anasına məxsus ***-***-**-** və ********** nömrələri ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmayıb. Hətta Mehman onu üzdən görsə belə tanımaz. O Təqsirləndirilən şəxs zəng etməmişdir.Həmin günü telefon günləri olmadığından telefondan istifadə etməmişlər. Mehmanın nömrəsini ümumiyyətlə bilmir. Həmin sovqatı necə və hardan əldə etdiyini bilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 20 may 2021-ci il tarixli “Cinayət törətməkdə şübhəlinilən şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami RPİ-nin təhqiqatçısı polis kapitanı X7 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 317-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə 20 may 2021-ci il tarixdə, saat 13:00-da şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 may 2021-ci il tarixli “şübhəli şəxsi MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrion və psxiotrop maddələrin miqdarında habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasıının 28 iyun 2005-ci il tarixli qanununa əsasən Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 satylı İstintaq Təcridxanasında saxlanılan tanışı X9 göndərmiş olduğu sovqatın içərisindən aşkar olunmuş kütlələr çəkisi “0.047” qram olan heroin, “0.082” qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi “0.277” qram qida məhsulu limon duzu və “0.226” qram naməlum maddədir, buda cinayət məsuliyyətini istisna etdiyindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:00-da Gəncə şəhər Nizami RPİ-nin təhqiqatçısı polis kapitanı Babək Allahevrdiyev tərəfindən MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2021-ci il tarixli 16/476 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqatın içərisindən aşar olunmuş....” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümün içərisindəki 1 (bir) ədəd parça bükümdə təmiz çəkisi 0.047 qram olan maddə kustar üsulla hazırlanmış Narkotik vasitə – Heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in 1-ci siyahısının 5-ci bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd sellofan bükümün içərisindəki 1 (bir) ədəd parça bükümdə təmiz çəkisi 0,082 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -Metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 2-ci siyahısının 67-ci bəndinə daxildir. Həmin kağız paketdəki 1 (bir) ədəd sellofan bükümün içərisindəki 1 (bir) ədəd parça bükümdə təmiz çəkisi 0.277 qram ağ rəngli, dənəvər-kristalik maddə, qida məhsulu olan limon duzudur. Həmin kağız paketdəki 1 (bir) ədəd sellofan bükümün içərisindəki 1 (bir) ədəd parça bükümdə təmiz çəkisi 0,226 qram olan boz rəngli maddənin MEM-nin X21 lazımı texniki avadanlıq olmadığından tədqiqatı aparılmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 avqust 2021-ci il tarixli 6/3266 nömrəli rəyində göstərilmişdir ki,tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə, bir ədəd MEM-ə məxsus üzərində “16/476.... xx.xx.2010-ci il...” sözləri olan bir ədəd qəhvəyi rəngli paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,226 qram olan boz rəngli maddə- Metadondur. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in 1-ci siyahısının 13-ci bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2021-ci il tarixli 16/879 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə oxşar kütlə.... ” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,971 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in 1-ci siyahısının 5-ci bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 avqust 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 avqust 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən ümumi çəkisi 1,21 qram çəkidə bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, həmin büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 25 avqust 2021-ci il tarixli 16/879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə oxşar kütlə.... ” sözləri və imzaları olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,971 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”in 1-ci siyahısının 5-ci bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin Müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 avqust 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 24 avqust 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X11 tərəfindən şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunmuş,video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən ümumi çəkisi 1,21 qram çəkidə bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, həmin büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 sentyabr 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli 3100 nömrəli Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli 4184 nömrəli Gəncə şəhər Narkolji Dispanserinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 oktyabr 2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 25 oktyabr 2021-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutlaraq Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 oktyabr 2021-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” və “qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında” qərarlardan görünür ki, Gəncə şəhər BPİ-nin müstəntiqi, polis kapitanı Nicat Rüstəmov tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 oktyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 avqust 2021-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməklə MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 1345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 iyul 2021-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 09 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin müstəntiqi, baş ədliyyə müşaviri Ramiz Qafarov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsi iləolan ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilib barəsində həbs qətimkan tədbiri seçilərək, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin hesabında Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan X6 adına 20 may 2021-ci il tarixdə saat 11:00 radələrində Gəncə şəhər F.Əliyev küçəsi bina 5 mənzil 1-də qeydiyyatda olmaqla Şəddadilər küçəsi ev 123-də yaşayan Təqsirləndirilən şəxs gətirdiyi sovqata İstintaq Təcridxanasının əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun içərisindəki şalvarın belində xüsusi qaydada yerləşdirilmiş 1 ədəd sellofan bükümdə 0.047 qram çəkidə narkotik vasitə hesab edilən heroinin, 1 ədəd sellofan bükümdə 0.082 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə 0.226 qram çəkidə narkotik vasitə olan metadon aşkar edilərək götürülməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 noyabr 2021-ci il tarixli “cinayət işlərinin bir icraata birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi müstəntiq Pərviz Qasımovun icraatında olan ********* saylı cinayət işinə birləşdirilməsi üçün cinayət işinin istintaqı müstəntiq Pərviz Qasımova həvalə edilmiş, cinayət işi icraata qəbul edilməklə icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 avqust 2021-ci il tarixli “cinayət işinin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, 24 avqust 2021-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsindən həmin məcəlləınin 234.1, 29 və 317-1.1-ci maddələrinə tövsif edilərək aidiyyatı üzrə Gəncə şəhər BPİ-nin İTİ-nə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 sentyabr 2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, 17 sentyabr 2021-ci il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxs müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 53.1.1-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 oktyabr 2021-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, 28 oktyabr 2021-ci il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2021-ci il tarixli “birgə istintaq qrupunun yaradılması haqqında” qərardan görünür ki, 12 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İİ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi Ayaz Əhmədovun rəhbərliyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinin müstəntiqi, İİ dərəcəli ədliyyə qulluqçusu X12 ibarət birgə istintaq qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin haradan əldə etməsini, kiməsə narkotik vasitə satıb satmamasını əgər satmışdırsa həmin şəxslərin dairəisinin müəyyən edilməsi , narkotik vasiətni əldə etməsində ona kömək edən şəxsin olub olmamasını, digər cinayətlərdə iştirak edib-etməməsini, narkotik vasitəni və psixotrop maddəni 2021-ci ilin may ayında Gəncə şəhəri Məhsəti qəsəbəsində aldığı şəxsi müəyyən etmək müəyyən etmək məqsədilə müvafiq əməliyyat tapşırıqları verilmiş, əməliyyat tapşırıqlarına cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olsada satdığı şəxslərin dairəsini müəyyən etmək mükün olmamışdır. Bundan başqa narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasiəni əldə etməsində kömək edən şəxs olub-olmamasını, digər cinayətlər iştirak edib-etməməsini, narkotik vasitəni və psixotrop maddəni 2021-ci ilin may ayında Gəncə şəhəri Məhsəti qəsəbəsində aldığı şəxsi müəyyən etmək müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2021-ci il tarixli 16/1302 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ Vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqatın içərisindən aşkar olunmuş” yazı və imzalar olan kağız paketdəki heroin ilə üzərində” Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən narkotik maddəyə oxşar kütlə.” Sözlər və imzalar olan paketdəki heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkibinə görə müxtəlifdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 fevral 2022-ci il tarixli qərarlardan görünür ki, 27 yanvar 2022-ci il tarixdə ********* saylı cinayət işi müstəntiq Pərviz Qasımov tərəfindən ittiham aktı ilə birlikdə Gəncə şəhər Prokurorluğuna göndərilmiş, lakin 12 fevral 2022-ci il tarixdə həmin cinayət işi üzrə tərtib edilmiş 27 yanvar 2022-ci il tarixli ittiham aktı təstiq edilmədən əlavə ibtidai istintaq aparılması üçün cinayət işinin istintaq müddəti 13 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixə qədər uzadılaraq Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə qaytarılmış və cinayət işi icraatıma qəbul edilməklə istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarlardan görünür ki, 25 fevral 2022ci il tarixdə tərəfimdən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat eyni tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 iyun 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” və “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərarlarından görünür ki, 03 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəlməsi ilə əlaqədar cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 iyun 2022-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 may 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı X2 Bölməsinin rəisi, ədliyyə kapitanı X22 tərəfindən baxış keçirilməsi barədə protokol tərtib olunmuş, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs İstintaq Təcridxanasının 2-ci rejim korpusunun 38 saylı kamerasında saxlanılan X13 apardığı sovqata baxış keçirilən zamanı içərisindəki şalvarın belində xüsusi qaydada yerləşdirilmiş 4 (dörd) ədəd polietilen torbaya bükülmüş narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlələrdən biri qəhvəyi rəngli toz şəklində, digəri isə ağ rəngli kristal şəklində olmuş, ümumi çəkisi 2,1 qram olmuş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 iyun 2022-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 20 may 2021-ci il tarixdə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən şəxsi axtarış aparılması haqqında protokol tərtib olunmuş,video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun üzərindən saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamış, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdəı Bakcell MMC-də daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı mesajlar olmuşdur lakin iş üzrə əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələrindən həmin məcəllənin 234.4.2 və 29, 317-1.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0.911 qram narkotik vasitə olan heroin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına apardığı sovqatın içərisindən aşkar olunub götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,017 qram narkotik vasitə olan heroin, 0.176 qram narkotik vasitə olan metadon, 0.052 qram psixotrop maddə olan metamfetamin maddi sübutlar kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca anbarına təhvil verilmiş, həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına keçirmək istədiyi sovqatın içərisinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, "xxxx" MMCdən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD həıcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2022-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, 25 iyul 2022-ci il tarixdə tərəfimdən ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop psixotrop maddənin məbəyinin müəyyən edilməsi məqsədilə hazırkı cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 1(125)-149/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbs yerində saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbir həbs növündə qətimkan tədbiri ilə dəyişdirilmiş və axtarışı elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.2 və 29, 317-1.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 29, 317-1.1-ci -ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs birinci epizod üzrə ittiham verilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.226 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan metadonu, şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0.047 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarında, yəni təmiz çəkisi 0.082 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməklə həmin narkotik vasitələri və psixotrop maddəni idman şalvarının bel hissəsinə 3 ədəd sellofan bükümün içərisində olan 3 ədəd parça bükümlərdə xüsusi qaydada yerləşdirməklə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Gəncəşəhərində yerləşən 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan tanışı X1 gətirmiş, 20 may 2021-ci il tarixdə saat 11 radələrində Gəncəşəhər 2 saylıİstintaq Təcridxanasının sovqat qəbulu məntəqəsində Təqsirləndirilən şəxs gətiridiyi sovqata baxış keçirilərkən sovqatın içərisindəki idman şalvarın belində xüsusi qaydada yerləşdirilmiş qeyd olunan narkotik vasitələr və psixotrop maddə aşkar edilərək götürüldüyündən onun iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib qadağan olunmuş əşyanı, yəni narkotik vasitə olan heroin və metadonu, həmçinin psixotrop maddə olan metamfetamini istintaq təcridxanasında saxlanılan tanışı Tofiq Abdullayevə ötürməyə cəhd etmişdir. Lakin, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs istintaq təcridxanasına keçirməyə cəhd etdiyi üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin sonuncu tərəfindən qanunsuz olaraq əldə edilməsinin, saxlanılmasının satış məqsədi güddüyü qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə etməsini, saxlamasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə ki, istər ibtidai istintaq istər sə də məhkmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, qonşusu olan istintaq təcridxanasında saxlanılan X9 xx.xx.2021-ci il tarixdə sovqat aparmaq qərarına gəlmiş, o Abdullayev Tofiqin narkotik vasitə istifadə etdiyini bildiyi üçün ona istifadə etməyi üçün heç bir temannasız 1 büküm kakos, 1 büküm patı, 1 büküm metadon və 1 bükümdə həmin narkotik və psixotrop maddəni bişirmək üçün limon duzunu idman geyiminin bel hissəinə gizlətmişdir. Təmannasız olaraq Tofiqin istifadəsi üçün pay kimi aparmışdır.Tofiq Abdullayevə narkorik vasitə və psixotrop maddə aparmağını heç kəs ondan xahiş etməmiş və istəməmişdir. Tofiq özü də bu bardə məlumatsız olmuş, Tofiqə sürprsiz etmək niyyətində olmuşdur. Eyni zamanda ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X14 ifadəsindəgöstərmişdir k, Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşayır, xx.xx.2021-ci il tarixdə heç kimdən sozvqat gözləməmiş, və heç kimdən sovqat gətirməsini xahiş etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxsla telefonla danışmamış, ona nəsə gətirilməsini xahiş etməmiş, Mehmanının ona narkotik gətirmək məqsədindən məlumatsız olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 15-ci bəndinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə istehlak miqdarında və ondan az miqdarda narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi olmadan ötürülməsi və həmin şəxslər tərəfindən həmin miqdarda belə maddələr hazırlanması, saxlanılması, gəzdirilməsi əməlləri yalnız müvafiq olaraq CM-in 317-1 və 317-2-ci maddələri ilə tövsif olunmalıdır. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında şəxslərə satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddənin və satış məqsədi ilə həmin maddələrin hər hansı miqdarda ötürülməsi əməlləri isə cinayətlərin məcmusu qaydasında CM-in 317-1-ci maddəsi və narkotik vasitənin və psixotrop maddənin ötürülməsi məqsədindən və miqdarından asılı olaraq CM-in 234.1 və ya 234.2-ci yaxud 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Görünüdüyü kimi, istintaq orqanı tərəfindən heç bir əsas olmadan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədilə satış məqsədi ilə istintaq təcridxanasına keçirməyə cəhd etməsi ilə bağlı ittiham verilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən heç bir sübüt və əsas olmadan Mehmana Məmmədova təkrarən 0.971 qram narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə əldə etməyə görə ittiham verilmişdir. Belə ki, həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrində 0.971 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə heroini yaşadığı evin yaxınlığında zibil qutusunn yanından tapdığını, özünün şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvəkkilləri X30 və X10 ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, istifadə etməsi, üzərində saxlaması və daşıması barədə daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır. Hətta iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin haradan əldə etməsini, kiməsə narkotik vasitə satıb satmamasını əgər satmışdırsa həmin şəxslərin dairəisinin müəyyən edilməsi , narkotik vasiətni əldə etməsində ona kömək edən şəxsin olub olmamasını, digər cinayətlərdə iştirak edib-etməməsini, narkotik vasitəni və psixotrop maddəni 2021-ci ilin may ayında Gəncə şəhəri Məhsəti qəsəbəsində aldığı şəxsi müəyyən etmək müəyyən etmək məqsədilə müvafiq əməliyyat tapşırıqları verilmiş, əməliyyat tapşırıqlarına cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olsada satdığı şəxslərin dairəsini müəyyən etmək mükün olmamışdır. Bundan başqa narkotik vasitəni əldə etdiyi mənbəni, narkotik vasiəni əldə etməsində kömək edən şəxs olub-olmamasını, digər cinayətlər iştirak edib-etməməsini, narkotik vasitəni və psixotrop maddəni 2021-ci ilin may ayında Gəncə şəhəri Məhsəti qəsəbəsində aldığı şəxsi müəyyən etmək müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi istintaq orqanına verilmiş əməliyyat tapşırığına cavab məktubunda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar əks olunmuş, yəni bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi göstərilsə də, digər tərəfdən eyni məktubda Təqsirləndirilən şəxs heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Bundan əlavə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 1345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi məhkəmə-narkoloji ekspertizasının rəyi Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən istifadə etdiyini təsdiq edir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olması özözlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni və təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi, o cümlədən narkotik vasitə olan heroini satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə - bu əməl CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli sayılır. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk əvvəl əməldə CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Bununla belə iş materiallarında olan xx.xx.20222-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 29,317-1.1-ci maddələrindən birbaşa həmin məcəllənin 234.4.2 və 29, 317-1.1-ci maddələrinə tövsif edilmişdir. Göründüyü kimi istintaq orqanı hər iki cinayət işi üzrə Təqsirləndirilən şəxs ayrıayrılıqda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamı dəyişdirərək hər iki iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürməli və daha sonra satış məqsədi təsdiq edildiyi halda qeyd edilən iki işi bir icraatda birləşdirərək əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.4.2ci maddəsinə tövsif etməli olduğu halda, səhvə yol verərək sonuncunun əməlini birbaşa CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif etmişdir. Bununla da istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifi barədə düzgün qənaətə gəlməmişdir. Bundan əlavə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.2-ci maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olmasını və daxil olmuş əməliyyat məlumatlarını əsas götürmüşdür. Bununla belə cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Eymi zamanda məhkəmə tərkibi vurğulayır ki, i, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin və metodon narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Metadonun şəxsi istehlak miqdarından artıq miqdarı 0,02 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 1.6 qramdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Bununla da məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29, 317-1.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs Mehman Məmədovun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarında olan Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Məhkəməsinin 1(125)-149/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, həbs yerində saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bundan əlavə hazırkı iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, CMin 234.1-ci maddəsi ilə xx.xx.2021-cil tarixdən xx.xx.2021-ci il tarixədək,xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək,axtarışla bağlı təqsirləndirilən şəxs qismində xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 29, 317-1.1-ci maddələri ilə təqsirləndiriləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbir həbs növündə qətimkan tədbiri ilə dəyişdirilmiş və axtarışı elan edilmişdir. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ona görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(125)-57/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən CM-in 177.2.3-cü maddəsi ilə 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, CM-in 234.1-ci maddəsi ilə 24 avqust 2021-cil tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 25 oktyabr 2021ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək axtarışla bağlı təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 160 manat 20 qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0.911 qram narkotik vasitə olan heroin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına apardığı sovqatın içərisindən aşkar olunub götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,017 qram narkotik vasitə olan heroin, 0.176 qram narkotik vasitə olan metadon, 0.052 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. 1 (bir) DVD, Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd CD həıcmi kiçik olduğundan cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021ci il tarixli, 1345 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29, 317-1.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 234.1 maddəsi ilə 1 il 6 ay, CM-in 29, 317-1.1-ci maddələsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci madddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-57/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 68.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkmədək icraat zamanı 04 avqust 2022-ci il tarixdən 06 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, CM-in 234.1-ci maddəsi ilə 24 avqust 2021-cil tarixdən 26 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, 25 oktyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək axtarışla bağlı təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət cəmi olaraq 08 (səkkiz) gün müddət, ona təyin olunmuş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 ( iyirmi iki) gün müddətində azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 160 manat 20 qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs ooğluna isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar