Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-76/2025 16.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 İnqilab oğlu, zərərçəkmiş şəxs X8 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, Şəmkir rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 4(076)-116/2023 saylı qərarı ilə barəsində 04 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar zorlama və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən evdə yaşayan qonşusu və dostu Qanuni nümayəndə evinə dəfələrlə qonaq qismində gedərkən Qanuni nümayəndə qızı xx.xx.1998-ci il təvəllüdlü X5 anadangəlmə “davranış pozğunluğu ilə müşayiət olunan yüngül dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkməsini bilərək onu zorlamaq qərarına gəlmiş, öz cinsi ehtirasını təmin etmək məqsədilə təxminən 2022-ci ilin dekabr ayında məlum olmayan tarixdə və vaxtda Ruhanə Cabbarovanın yaşadığı evdə tək olduğunu bilib bundan istifadə edərək onun yaşadığı evə getmiş, sağlamlıq imkanları məhdud olmaqla əqli və psixi inkişafında gerilik əlamətləri debillik dərəcəsində olan əqli zəifliyi müşahidə olunan, fərdi psixi xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə onunla edilən hərəkətləri qavrasa da həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan, əqli və psixi inkişafına görə hadisə zamanı onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını əvvəlcədən dəqiqliklə bilib onun köməksiz vəziyyətindən istifadə etməklə sonuncunu hamam otağına aparıb onu arxa tərəfdən əlləri ilə qucaqlayaraq özünə tərəf sıxmış, Ruhanə Cabbarova onun əlindən çıxmağa cəhd etmək istəyəndə sonuncuya onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Ruhanə Cabbarova buna etiraz edərkən əlləri ilə sonuncunun boynundan tutaraq aşağı əymiş, daha sonra əynində olan şalvarı və trusiki soyundurub sonuncunun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla Ruhanə Cabbarovanın arxa keçəcək dəliyinə, daha sonra cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla və bir dəfə qeyritəbii yolla cinsi əlaqədə olub onu zorlamış və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, təkrarən öz cinsi ehtirasını təmin etmək məqsədilə təxminən 2023-cü ilin yanvar ayında məlum olmayan tarixdə və vaxtda Ruhanə Cabbarovanın yaşadığı evdə tək olduğunu bilib bundan istifadə edərək sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək sağlamlıq imkanları məhdud olmaqla əqli və psixi inkişafında gerilik əlamətləri debillik dərəcəsində olan əqli zəifliyi müşahidə olunan, fərdi psixi xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə onunla edilən hərəkətləri qavrasa da həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmayan, əqli və psixi inkişafına görə hadisə zamanı onunla edilən hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmamasını əvvəlcədən dəqiqliklə bilib onun köməksiz vəziyyətindən istifadə etməklə sonuncunu fərdi yaşayış evinin hamam otağında arxadan qucaqlayaraq boynundan öpmüş, Ruhanə Cabbarova buna etiraz edərkən o, sonuncunun əynində olan şalvarı və trusiki soyundurub onunla cinsi əlaqədə olmaq istədiyini bildirib Ruhanə Cabbarovanın dodaq və boyun nahiyələrindən öpməyə davam etmiş, daha sonra sonuncunun iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla Ruhanə Cabbarovanın arxa keçəcək dəliyinə, daha sonra cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii və bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub onu zorlamış və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 149.2.5 və 150.2.5-ci maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Qanuni nümayəndə yemək üçün evinə dəvət etmişdir. Nüsrət də onu ördək kəsdiyi üçün öz evinə yeməyə dəvət etmiş, onu öz evinə aparmış, bir yerdə yeyib içmişlər. O il yarım vaxt ərzində bir gündən bir Nüsrətgilə gedib-gəlmişdir. Bir gün Nüsrətin qızı Ruhanə ondan mağazaya borcu olduğu üçün 20 manat pul istəmişdir. Ruhanə ondan dəfələrlə 5 manat, 10 manat pul istəmişdir. Ruhanə tək olduğu vaxtda onu evə çağırmış, o isə Ruhanədən onu niyə çağırdığını soruşmuşdur. Ruhanə onu dartaraq içəri aparmış, o nə qədər desə də, Ruhanə ondan əl çəkməmişdir. Ruhanə onu otağa salmış və onlar cinsi əlaqədə olmuşlar. Daha sonra Ruhanə evdə heç kim olmayanda ona zənglər etmiş və dəfələrlə birlikdə cinsi əlaqədə olmuşlar. O, Ruhanə ilə təxminən 10-15 dəfə cinsi əlaqədə olmuşdur. O, Ruhanənin yanına gedəndə Ruhanə onun üstünü axtarmış və pul gətirib-gətirmədiyini soruşmuşdur. Ruhanə ona dəfələrlə gecə saat 12-də səhər saat 6-da zənglər etmiş evdə tək olduğunu demiş və onu yanına çağırmışdır. O, verilən ittihamlar üzrə özünü təqsirli bilmir. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və özünü müdafiə üçün dəlillər gətirərək ifadəsində göstərmişdir ki, o, psixi cəhətdən özünü sağlam hesab etməklə, bununla bağlı heç bir müalicə almamış və dispanserdə psixi pozuntusu olan şəxs qismində qeydiyyata alınmamışdır. O, 1992-ci ildə X7 ilə ailə həyatı qurmuş və onların bu evlilikdən 3 (üç) övladları dünyaya gəlmişdir. X8 həm onun qonşusu, həm də yaxın dostu olan Qanuni nümayəndə qızıdır. Onun Nüsrət və ailəsi ilə həmişə normal münasibəti olmuşdur. Belə ki, onlar mütəmadi olaraq bir-birilərinin yaşadığı evə gedibgəlmiş, birlikdə dəfələrlə oturub yeyib-içmişlər. Təxminən 2023-cü ilin yanvar ayında o, Nüsrətin yaşadığı evə getmişdir. Onlar birlikdə süfrədə oturub yeyib-içməyə başlamışlar. Nüsrətin qızı Ruhanə yeyib-içən vaxtı onlara qulluq etmişdir. O, hər dəfə Nüsrətin evinə gələndə Ruhanə gözünü ondan çəkməyərək diqqətlə ona baxıb göz-qaş etmişdir. Lakin o, Ruhanədə anadangəlmə psixi çatışamazlıq olduğunu bildiyi üçün onun bu hərəkətlərinə önəm verməmişdir. Müəyyən müddət keçdikdən sonra onun mədəsində ağrılar olduğu üçün o, içki içməyə fasilə vermiş və Nüsrətin evinə getməmişdir. Belə olan halda Ruhanə ona zəng edərək niyə evlərinə gəlmədiyini soruşmuşdur. O da mədəsi ağrıdığı üçün içkiyə fasilə verdiyini, bu səbəbdən də evlərinə gələ bilmədiyini demişdir. Ruhanə ondan ötrü darıxdığını, onu çox istədiyini və tez-tez gəlməsini xahiş etmişdir. O da yenə hər zamanki kimi Ruhanəgilə gedib atası Nüsrət ilə yeyib-içmişdir. Nüsrət ailəsini dolandırmaq üçün tikintilərdə fəhlə işləyir və hər il müəyyən vaxtlarda işləmək üçün Rusiya Federasiyasına gedir. 2023-cü ilin fevral ayında o, yaşadığı evin həyətində iş görmüşdür. Bu zaman Ruhanə istifadəsində olan “***-***-**-**” saylı nömrədən onun istifadəsində olan “***-***-**- **” saylı nömrəyə zəng edib atası Nüsrətin və anası Südabənin evdə olmadığını deyərək onu evlərinə çağırmışdır. Həmin vaxt o, ehtiraslanmış və Ruhanə ilə cinsi əlaqədə olmaq istəyi yaranmışdır. O, dərhal evdən çıxıb Ruhanənin yaşadığı evə getmişdir. Darvazadan içəri daxil olanda o, Ruhanəni həyətdə görmüşdür. Ruhanə onu qucaqlayıb üzündən öpmüş və ona evin içinə girməyi təklif etmişdir. O, Ruhanə ilə yaşadığı evə girmiş və Ruhanə onu öz yatdığı yataq otağına aparmışdır. Otağa girəndə Ruhanə onunla cinsi əlaqədə olmaq istəyini bildirmiş və o da Ruhanə ilə razılaşmışdır. Ruhanə öz əynində olan şalvarı və trusiki aşağı çəkmişdir. Daha sonra o, öz əynində olan şalvarı və trusiki çıxarmışdır. Ruhanə bundan sonra kürəyi üstdə yatağın üzərinə uzanmış, o da üzərinə uzanaraq Ruhanəni dodaqlarından və boyun nahiyəsindən öpməyə başlamışdır. O, bərkimiş cinsiyyət orqanını Ruhanənin cinsiyyət orqanına daxil etmişdir. O, Ruhanə ilə cinsi əlaqədə olarkən sonuncunun bakirəliyinin pozulmuş vəziyyətdə olduğunu hiss etmişdir. Hətta, cinsi əlaqədə olarkən Ruhanənin cinsiyyət orqanından ümumiyyətlə qan gəlməmişdir. Təxminən onlar 2-3 dəqiqə ərzində təbii yolla bir dəfə cinsi əlaqədə olmuşlar. O, cinsi aktını başa çatdırdıqdan sonra özünü saxlaya bilməmiş və o, cinsiyyət orqanından gələn spermanın yarı hissəsini Ruhanənin cinsiyyət orqanının içinə ifraz etmişdir. Daha sonra o, cinsiyyət orqanını çölə çıxararkən yerdə qalan sperma yatağın üzərinə tökülmüşdür. Bundan sonra Ruhanə yatağın üzərində olan spermanı təmizləmişdir. O da paltarını geyinərək öz yaşadığı evə getmişdir. Bir neçə gün keçəndən sonra Ruhanə yenə ona zəng edərək, ondan ötrü darıxdığını yenə evlərinə tez-tez gəlməsini demişdir. Təxminən 1 həftə sonra Ruhanə ona zəng etmiş və evdə tək olduğunu, atası və anasının başqa yerə getdiyini bildirərək onun evlərinə gəlməsini istəmişdir və gələrkən özü ilə aptekdən hamiləliyə qarşı dərman alıb gətirməsini xahiş etmişdir. O, aptekə gedərək hamiləliyə qarşı dərman almış və Ruhanənin evinə getmişdir. Onlar yenə də eyni qaydada evin yataq otağına keçmişlər. O, öz şalvarını və trusikini, Ruhanə də öz şalvar və trusikini aşağı çəkmişdir. Ruhanə yatağın üzərində yarıçılpaq vəziyyətdə uzanmışdır. O da yarıçılpaq vəziyyətdə Ruhanənin üzərinə uzanmış və Ruhanənin dodaqlarından, boyun nahiyəsindən öpərək öz bərkimiş cinsiyyət orqanını Ruhanənin cinsiyyət orqanına daxil etmişdir. Onlar təxminən 2-3 dəqiqə təbii yolla bir dəfə cinsi əlaqədə olmuşlar. O, yenə də özünü saxlaya bilməmişdir və cinsi orqanından gələn spermanın bir hissəsini Ruhanənin içinə, qalan hissəsini isə yatağın üzərinə tökmüşdür. Cinsi əlaqə yekunlaşdıqdan sonra Ruhanə yatağı təmizləmiş, o da paltarlarını geyinərək öz evinə getmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Nüsrət işi ilə əlaqədar Rusiya Federasiyasına getmişdir və həmin vaxt Ruhanənin anası da Çinarlı qəsəbəsində haradasa işləməyə getmişdir. Ruhanə ona zəng eləmiş və evdə heç kimin olmadığını bildirirərək, onu evlərinə çağırmışdır. O, yenə Ruhanənin evinə gedərək yataq otağına girmiş və şalvarını, trusikini aşağı çəkmişdir. Ruhanə də eyni zamanda öz şalvarını, truskini aşağı çəkib yatağın üzərində kürəyi üstdə uzanmışdır. Ruhanə ondan uşağı olmasını istəyərək, ondan spermasını içinə ifraz etməsini xahiş etmişdir. O da Ruhanənin üzərinə uzanaraq dodaqlarından, boyun nahiyısindən öpərək bərkimiş cinsiyyət orqanımı sonuncunun cinsiyyət orqanına daxil edib təxminən Ruhanə ilə 2-3 dəqiqə cinsi əlaqədə olmuş və cinsi orqanından gələn spermanı bütünlükdə Ruhanənin içinə ifraz etmişdir. Bundan sonra yenə paltarlarını geyinib öz evinə getmişdir. Bundan sonra bir neçə dəfə Ruhanə ilə evlərində cinsi əlaqədə olmuşdur. 31 may 2023-cü il tarixdə Ruhanənin bacısı və anası onun yaşadığı evinə gələrək onu öz evlərinə çağırmışlar. O da Ruhanəgilin evinə getmişdir. Ruhanənin anası və bacısı onun Ruhanəni niyə hamilə qoyduğunu demişlər. O da Ruhanə ilə evlənmək fikri olduğu üçün onunla cinsi əlaqədə olduğunu onlara bildirmiş, hətta uşağı abort etdirmək üçün Ruhanəgilə 90 manat məbləğində pul vermişdir». Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, Bayram onlarla qonşu olmuş və atası evdə olmayanda onlara gəlib-getmişdir. Bayram onun ögey anasına pul vermişdir. O qab yuyanda Bayram gəlmiş və arxadan ona yaxınlaşıb bıçağı boğazına dayamış və ona səni istiyirəm demişdir. Gücü çatmadığı üçün o, cəht etsə də Bayramı özündən uzaqlaşdıra bilməmişdir. O ev paltarında olmuş, əynində şalvar olmuşdur. Bayram onun Şalvarını aşağı salmış, onun gücü çatmadığından Bayrama mane ola bilməmişdir. Onlar birinci dəfə hamamda cinsi münasibətdə olmuşlar. Həmin gün ögey anası da evdə olmuşdur. Ögey anası Bayramla həmişə ünsiyyətdə olmuşdur. O, Bayramla təbii yolla cinsi əlaqədə olmuşdur. Hadisə olanda o ağrımış və ondan qan gəlmişdir. Hadisə barədə o ögey anasına demiş, ögey anası da heç nə olmayacağını demişdir. O, evdə hər gün ögey anasına nökər kimi işləmiş, sonuncu ona heç nəyə icazə verməmişdir. Ögey anası onu qorxutduğundan o bacısına heç nə deyə bilməmiş, amma sonra başına gələn bütün hadisələri bacısına danışmışdır. Bacısına uşağın Bayramdan olduğunu da demişdir. Təbi yolla cinsi əlaqədə olanda Bayram ögey anasının yaxasından tutub ona nəsə demiş, amma nə dediyini bilməmişdir. Onu xəstəxanaya aparanda Bayram pul verməmişdir. Təbbi yolla cinsi əlaqədə olanda Bayram onunla qeyri-təbii yolla cinsi əlaqədə olanda da ağrıları olmuşdur, qan olmamışdır. Daha sonra zərərçəkmiş şəxs cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, onun 22 yaşım var, həkim ona xəstəliyi olduğunu dediyindən, başında problemləri olduğundan, o orta məktəbdə oxumamış, təhsil almamışdır. Onun telefonu olmamış, telefonu ögey anası işlətmişdir. O, Bayramla telefonla gündəlik danışmamış, cəmi bir dəfə telefonla danışmış, onda da Bayram onun atasını soruşmuşdur. Bayramla ögey anası danışmış, o danışmamışdır. Bayram onlara gələndə o paltarda olmuşdur. Bayram ona cinsi əlaqədə olmaq istədiyini demiş, o yox demiş, Bayram onun saçından tutub zorla başını aşağı əymiş, onu zorlamış, paltarını cırmışdır. Bayram birinci dəfə onunla təbii yolla, sonra isə arxadan əlaqədə olmuşdur. O, evlənməmiş, ögey anası Bayramdan nə qədər pul və hansı məqsədlə aldığını bilməmişdir. Bayram ona olan hadisələri heç kimə deməməsini və deyərsə onu öldürəcəyini bildirmişdir. Bayram onu vurmamış, sözlə qorxutmuşdur. O hərf, rəqəm, pul tanımamış, onun telefonu olmamışdır. Bayramdan şikayətçidir, Bayramın azadlığa buraxılmasını istəmir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Bayramla qonşu olmuş, evlərinin arasında 5-10 metrlik məsafə olmuşdur. Qızı Ruhanə oxuyub-yaza bilməmiş, hətta pul belə tanımamışdır. Onunla Bayram qonşu kimi oturub yemək yemişlər. Daha sonra Bayram ondan tənəyini kəsməsini istəmiş, o da Bayramın tənəyini kəsmişdir. Bayram ona birlikdə araq içməyi təklif etmiş, o da bu təklifi qəbul etmişdir. O, Bayramı öz evində yemək olduğu üçün sonuncunu evinə dəvət etmiş və eyvanda birlikdə araq içib, yemək yemişlər. Sonralar da onunla Bayram qonşu kimi dəfələrlə bir yerdə oturub-durmuşlar. Bayramın onun evinə hansı məqsədlə gəldiyini bilməmişdir. O, Azərbaycanda olmamış, ona Bayramın Ruhanənin başına oyun açdığını demişlər. O, hadisə baş verdiyi müddət ərzində Rusiya Federasiyasında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bayram dəfələrlə onlara gəlmiş və əri Qanuni nümayəndələ birlikdə yeyib içmişlər. O, Nüsrətin ikinci həyat yoldaşı, qızın ögey anası olmuşdur. Ruhanə 6 aylıq hamilə olanda onun hadisədən məlumatı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o 2023cü il mayın 31-ində evdə olmuş, bacısı Cabbarova Ruhanə ona zəng etmiş və onlara gələcəyini demişdir. Ruhanə onun evinə gəldikdən sora o, Ruhanəyə qarnının böyüdüyünü demiş, hamilə olub-olmadığını soruşmuş, Ruhanə isə elə bir şey olmadığını demişdir. O, Ruhanənin hamilə olub-olmadığını yoxlamaq üçün test etmişdir. O, test etdikdən sonra 2 xətt çıxmış və uşağın kimdən olduğunu Ruhanədən soruşmuşdur. O, özünü saxlaya bilməmiş, Ruhanəni şillə ilə vurmuş və təkidlə uşağın kimdən olduğunu soruşmuşdur. O, Ruhanəni şillə ilə vurduqdan sonra onun qaynanası gəlmiş və niyə belə etdiyini soruşmuşdur. O isə vəziyyəti qaynanasına danışmışdır. Daha sonra o, yenidən Ruhanədən uşağın kimdən olduğunu soruşmuş, Ruhanə isə Bayramdan olduğunu demişdir. O, Bayramın evinə getmiş və Bayramı çağırmışdır. Bayram onu görən kimi qorxmuşdur. O, Bayrama onunla işi olduğunu və onlara gəlməyini demişdir. Bayram onlara getmiş, qapıdan içəri girəndə onun yoldaşını görmüş və çəkinərək araxaya çəkilmişdir. Bayram içəri daxil olandan sonra o, Bayrama bacısının ondan hamilə olduğunu demişdir. O, Bayrama baş verən hadisəni dedikdən sonra Bayram onun bacısı Ruhanəyə tərs-tərs baxmışdır. O, Bayrama bundan sonra nə iş görəcəyini və onun böyüyü bildikdən sonra nələr olacağını demişdir. Bayram ona Ruhanə ilə ailə qura biləcəyini demişdir. O isə Bayrama uşağı yaşında adamla ailə qurmağın utanılacaq bir şey olduğunu demişdir. O, bacısı Ruhanəni həkimə aparmış, həkim isə uşağın təxminən 22-26 həftəlik olduğunu ona demişdir. Daha sonra o, bibisi və atasına zəng edib hadisə barədə məlumat vermişdir. Ruhanənin analığı məsələni bilmişdir. Bayram dəfələrlə analığına bazarlıq etmiş və pullar vermişdir.Bacısı Ruhanədə əqli çatışmazlıq olmuş xəstə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o başqa evdə yaşamışdır. İşdə olarkən böyük qardaşının qızı ona zəng etmiş və əmisigilə gəlməyini istəmişdir. O, qardaşı qızına işdə olduğunu və işdən buraxmayacaqlarını demiş, qardaşı qızı isə təkidlə icazə alıb gəlməli olduğunu, Ruhanənin başına iş gəldiyini deyib hadisə ilə bağlı məlumat vermişdir. O gələndə Ruhanənin analığının qızı həkimdən gətirdiyini görmüşdür. Qardaşı qızı Ruhanənin başına gələnləri ona danışmışdır. X10 münasibətindən istifadə etmiş, pullar almışdır. Ruhanənin analığı gedib Bayramdan Ruhanəni həkimə aparmaq üçün də pullar almışdır. Həkimlər də uşaq artıq böyüdüyü üçün götürülməyinin, «abort» olunmasının mümkün olmayacağını bildirmişlər. Bayram Ruhanənin atasının yanında olmamağından istifadə etmiş və xəstə qızın başına oyun açmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 02 iyun 2023-cü il tarixli, 587 saylı rəyindən görünür ki, X5 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. X5 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti iki həftədən çoxdur. X5 arxa keçəcəyində şüavarı büküşlərin hamarlaşması və arxa keçəcəyi büzən əzələnin boşalması aşkar edilmişdir. Bu da onunla arxa keçəcəkdən dəfələrlə cinsi əlaqələrin olmasına dəlalət edir. X8 01 iyun 2023-cü il tarixdə Şəmkir RMX-nın USM kabinetində müayinədən keçirilmiş, müayinə zamanı X6 22-23 həftəlik hamiləlik aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 05 iyun 2023-cü il tarixli, 605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks-məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli, 380 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Hadisədən əvvəl və hadisə anında Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Məhkəmədə tədqiq edilmiş kompleks-məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 06 iyun 2023-cü il tarixli, 340 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs X6 yüngül dərəcəli əqli gerilik XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəliyi aşkar edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Şəmkir MRX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli 208 saylı arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (müayinə zamanı yoxlanılan şəxsin verilən suallara qısa və konkret cavablandırması, baş vermiş qanunazidd əməli konkret sözlərlə təsvir etməsi, dəfələrlə soruşulmasına baxmayaraq hadisənin nə vaxt baş verdiyini tam düzgün söyləyə bilməməsi, baş vermiş hadisənin nəticəsinə biganə yanaşması, anadan olduğu ili, ayı və günü, həmçinin hal-hazırki ekspertiza keçirilən günü və ili dəqiq söyləyə bilməməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, oxumaq, yazmaq vərdişlərinin zəif, kobud qrammatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını qismən düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) kobud səhvlər etməsi, maraq dairəsi daralması, mülahizə və mühakimələrinin bir qədər səthi olması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməməsi, onda kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar edilməməsi, adi məişət problemlərini sərbəst həll etmək qabiliyyətində olması, intellektinin inkişafdan yüngül geri qalması, İQ=60% və s.) sübut edir. Yoxlanılan şəxs X6 şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma, özünü müdafiəyə meyillik kimi psixoloji əlamətlər müşahidə olunur. X1 yüngül dərəcəli əqli gerilik XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəliyi mövcuddur. X8 yüngül dərəcəli əqli gerilik XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəliyi keçirdiyindən baş vermiş hadisələri tam düzgün qavrayaraq həmin hadisələr barəsində tam düzgün ifadə vermək qabiliyyətində deyildir. X8 hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). X8 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma, özünü müdafiəyəyə meyillik. Ruhanə Cabbarovanın psixi vəziyyəti nəzərə alınmaqla hər hansı şəxs(lər)in onunla təbii və qeyritəbii yolla cinsi əlaqəyə girməsinin mahiyyətini tam dərk etməmişdir. X8 yüngül dərəcəli əqli gerilik XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.0 xəstəlik keçirməsi səbəbindən onunla cinsi əlaqədə olan hər hansı şəxs(lər)ə müqavimət göstərmək imkanında olmamışdır. X8 özündən uydurmağa meyilli deyildir. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-dən təqdim edilmiş 2 (iki) ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilməklə cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Şəmkir şəhər mərkəzindən 12 km məsafədə yerləşən rayonun Çinarlı qəsəbəsi, ünvan 4 ünvanda yerləşən Qanuni nümayəndə məxsus fərdi yaşayış evindədir. Zərərçəkmiş şəxs X8 2022-ci ilin dekabr ayında saat 14 radələrində həyətdə su dolduran zaman evdə tək olan vaxt Bayram onların yaşadıqları evə gəlmiş, Bayram onunla cinsi əlaqədə olmaq istədiyini demiş, o, Bayrama nəvəsi yaşda olduğunu və onu buraxmasını desə də, Bayram onun qolundan tutub hamam otağına salmış, daha sonra əynində olan şalvarı və trusikini aşağı endirmiş, bundan sonra əlləri ilə boynundan tutaraq onu aşağı əymiş və əynində olan şalvarı və trusikini aşağı salmış, Bayram öz bərkimiş cinsiyyət orqanını ilk öncə onun arxa keçəcək nahiyəsinə yeritmiş, o, çox ağrı çəkdiyi üçün qışqırmağa başlamış, daha sonra Bayram bərkimiş cinsiyyət orqanını onun cinsiyyət orqanına yeritmiş və ondan qan gəlməyə başlamış, həmin an o, cinsiyyət orqanında ağrılar hiss etməyə başlamış, Bayram cinsi aktı başa çatdırdıqdan sonra cinsiyyət orqanından gələn spermanı hamam otağında yerə boşaltmış, cinsi aktı başa çatdırdıqdan sonra Bayram trusikini və şalvarını yuxarı çəkərək hamam otağından çıxmış və olub-bitənləri heç kimə deməməsini ona bildirərək öz evinə getmiş, Bayram olanları kiməsə deyəcəyi halda onu öldürməklə hədələmiş, o da çox qorxduğu üçün bu barədə heç kimə danışmamış, baş vermiş hadisədən təxminən 1 ay sonra Bayram yenə onların evinə gəlmiş, o, həyətdə qab yuyan zaman ona yaxınlaşmış və cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o, buna qəti şəkildə etiraz etmiş, Bayram da onunla zorla iradəsinə zidd olaraq cinsi əlaqədə olacağını demiş, o, qabları yumaq üçün hamamdan şampun gətirməyə getmiş, Bayram da onun arxası ilə gələrək hamam otağına daxil olmuş, daha sonra onu qucaqlayaraq boynundan öpmüş, o, Bayramı itələyib özündən uzaqlaşdırmağa çalışmış, lakin Bayram ondan fiziki cəhətdən güclü olduğuna görə o, Bayrama müqavimət göstərə bilməmiş, Bayram yenə də öz əynində olan şalvarı və trusikini aşağı salmış, Bayram onun qollarından tutaraq əynində olan şalvarı və trusiki çıxararaq onu aşağı əymiş, Bayram öz bərkimiş cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etmiş və onunla 1(bir) dəfə təbii yolla cinsi əlaqədə olmuş, cinsi aktı başa çatdırdıqdan sonra Bayram spermasını onun içinə boşaltmış, daha sonra yenə də paltarlarını yuxarı çəkmiş və olanları kiməsə deyəcəyi halda onu ölümlə hədələyərək yaşadığı evinə getmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs X8 cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 10 iyul 2023-cü il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 13 iyul 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs X5 arasında 2022-ci ilin dekabr ayından etibarən mütəmadi olaraq telefon danışıqları olmuşdur. Məhkəmədə tədqiq edilmiş Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X18”nin X4 05 iyun 2023-cü il tarixli, 207 nömrəli arayışından görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs Şəmkir rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmamışdır. Məhkəmədə tədqiq edilmiş Şəmkir Mərkəzi Rayon Xəstəxanasının “X18”nin X4 05 iyun 2023-cü il tarixli, 208 nömrəli arayışından görünür ki, ünvan 6 ünvanda qeydiyyatda olan, X2 rayon Konsultativ Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində olan 22 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2023-cü il tarixli, 648 nömrəli arayışından görünür ki, X2 rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, X5 barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon icra hakimiyyəti başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2023-cü il tarixli, 646 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Məhkəmədə tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 04 iyun 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-ci il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 4(076)-116/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və “həbs” etmənin əvvəli 04 iyun 2023-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyun 2023-cü il tarixli, 605 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, zərərəçəkmiş şəxsi zorlamaması və onunla qeyri-təbbi yolla cinsi əlaqəda olmaması barədə verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığından və digər sübutlarla təsdiq olunmadığından, həmin ifadələrə tənqidi yanaşaraq, inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirir. Məhəkəmə hesab edir ki,t Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 149.2.5 və 150.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, yəni zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar zorlama və zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət əməllərini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, şahid ifadələri, iş üzrə tərtib edilmiş digər istintaq hərəkəti protokolları, o cümlədən, 05 iyun 2023-cü il tarixli üzləşdirmə protokolu, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokollar, 26 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və digər zəruri istintaq materialları və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, 05 iyun 2023-cü il tarixli üzləşdirmə protokolu, xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokolu, 10 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolu, məhkəmə-tibbi ekspertizasının 02 iyun 2023-cü il tarixli, 587 saylı, 05 iyun 2023-cü il tarixli, 605 saylı, 05 iyun 2023-cü il tarixli, 605 saylı rəyləri, kompleks-məhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli, 380 nömrəli və 06 iyun 2023-cü il tarixli, 340 nömrəli rəyləri, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, qeyd olunan cinayət əməlləri məhz tçəqsirləndirilən şəxs tərəfindən törədilmiş, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Məhəkəmə hesab edir ki,qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələrində nəzərdə tutualn azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olamaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. İş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğuna qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-76/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-76/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver