Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-77/2020 15.01.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1967-ci ildə Goranboy rayonu Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Xoylu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında Goranboy rayonun Xoylu kəndində özünə məxsus yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin hissələrini qanunsuz olaraq satış məqsədi ilə toplayıb qurutmaqla 5725.526 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitədən 5000 qram hissəsini 6 ədəd karton qutulara bölüb qablaşdırmaqla həyətdə yerləşən tövlənin dam hissəsində, 639.569 qramını 105 ədəd kibrit qutularına bölüb onları isə hər biri 5 ədəd kibrit qutusundan ibarət olmaqla yapışqan lentlə bir-birinə sarıyaraq cəmi 21 bağlama şəklinə salıb qablaşdırmaqla yaşadığı evin yataq otağındakı dolabın üstündə dəri materialdan olan çantanın içərisində, 0.957 qram qurudulmuş marixuananı 1 ədəd kağız bükülüdə yataq otağındakı dolabın içərisində və qalan 85 qramını isə evin ikinci mərtəbəsində yerləşən yaşayış olmayan təmirsiz otaqda döşəmənin üzərində 1 ədəd karton qutuda qanunsuz olaraq saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayında Goranboy rayonunun Xoylu kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq 24 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda əkib onlara aqrotexniki qaydaqa qulluq edib yetişdirməklə kultivasiya etmiş və 11 iyul 2019-cu il tarixdə Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilərkən satış məqsədi ilə qanunsuz əldə edib hissələrə bölüb saxladığı 5725.526 qram çəkidə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və kökü üstə olan külli miqdarda kultivasiya etdiyi 24 ədəd ümumi təmiz çəkisi 43250 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi özünün səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə, sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildə həyat yoldaşı X4 ilə boşanmışdır. Birgə nigahdan onun himayəsində 8 yaşlı oğlu X6 və 3 yaşlı qızı X3 adlı uşağı vardır. 1993-cü ildən işləmək üçün Rusiya Federasiyasına getmiş və orada 25 il ticarətlə məşğul olmuşdur. 2012-ci ildən isə qayıdıb Azərbaycan Respublikasına gəlmiş və Goranboy rayonunun Xoylu kəndində yaşamışdır. 32 ildir ki marixuanadan istiadə edir. Ona görə də Goranboy rayonunun Xoylu kəndində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində Rusiya Federasiyasından gətirdiyi çətənə toxumlarını 2019-cu ilin mart ayında əkmişdir. Lakin ailə üzvlərindən heç kimin bundan xəbəri olmamışdır. O, çətənə toxumlarını əkdiyi yeri vaxtlı-vaxtında suvarmış və çətənə toxumlarını əkdikdən təxminən 15 gün sonra toxumları əkdiyi yerdən narkotik tərkibli çətənə kolları bitməyə başlamışdır. O, həmin çətənə kollarına qulluq etməyə başlamışdır. Yəni dibinə peyin vermiş, suvarmışdır. 2018-ci ilin mart ayında isə həyətyanı sahəsində bağda, tərəvəz əkdiyi yerdə, arxın kənarında yabanı halda narkotik tərkibli çətənə kolları bitdiyini və 2018-ci ilin sentyabr ayında həyətyanı sahəsində yabanı halda bitmiş həmin narkotik tərkibli bitkiləri yığıb həyətyanı sahəsində tövlənin ot yığmaq üçün nəzərdə tutulan hissəsində qurudub 6 ədəd karton qutuya yığıb saxlamışdır. O, həmin narkotik tərkibli çətənə kollarından yığıb qurutduğu marixuanadan bir hissəsini kip olması, dağılmaması üçün kibrit qutularına dolduraraq qovluq çantanın içərisinə yığıb yataq otağındakı paltar dolabının üst hissəsinə qoymuşdur. Həmin kibrit qutularındakı narkotik vasitə olan marixuananın bir hissəsini özü istifadə etmiş, 105 ədəd kibrit qutusunda isə narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü isifadə etmək üçün saxladığını bildirmişdir. Bundan başqa fərdi yaşayış evinin ikinci mərtəbəsində yaşayış olmayan və təmir olunmamış otaqda karton qutunun içərisində narkotik maddə olan marixuana saxlamışdır. O, narkotik vasitə olan marixuananı öz istifadəsi üçün əkib-becərmiş və saxlamış, satmaq niyyəti olmamışdır. 11.07.2019-cu il tarixdə təxminən saat 11-12 radələrində yaşadığı evdən çıxaraq şəxsi işi ilə əlaqədar Gəncə şəhərinə getmişdir. Təxminən 2 saat sonra tanımadığı nömrədən ona zəng gəlmiş və o, cavab verəndə, həmin şəxs özünü təqdim edərək, danışanın Goranboy rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 olduğunu bildirmişdir. Şahid4 onadan yaşadığı evə gəlməsini istəmişdir. Yaşadığı evə gedəndə görmüşdür ki, bir qrup polis əməkdaşı, aqranom Şahid3, hal şahidi kimi dəvət olunmuş Şahid1 və Şahid2 oradadırlar. Həmin şəxslərin iştirakı ilə bağ sahəsinə baxış keçirmişlər və həyətyanı sahəsində, bağda əkib-becərdiyi 24 ədəd çətənə kollarını aşkar etmişlər. Bundan sonra polis əməkdaşları ondan həyətyanı sahəsində olan tövlədə və yaşayış evində narkotik tərkibli marixuana olub-olmamasını soruşub,əgər varsa həmin narkotik vasitənin yerini könüllü olaraq göstərməsini bildirmişlər. O, heç bir etirazı olmadığını bildirmiş, tövlənin ikinci mərtəbəsində olan 6 ədəd karton qutuya yığdığı narkotik vasitə olan qurudulmuş marixuananı, fərdi yaşayış evinin birinci mərtəbəsinin yataq otağında paltar dolabının üstündə, çantanın içərisində 105 ədəd kibrit qutusunda qablaşdırdığı narkotik vasitə olan marixuananı və həmin dolabın içərisində olan qara rəngli qutunun içərisində ağ kağıza bükülü narkotik vasitə olan marixuananı və evin ikinci mərtəbəsində olan otaqların birində karton qutuda olan narkotik vasitə olan marixuananın yerini könüllü olaraq polis əməkdaşlarına göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmişŞahid4 ifadəsində göstərmişdir ki, Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Goranboy rayon polis şöbəsinə Goranboy rayonunun Xoylu kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə yerləşən, yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkib becərməsi, həmçinin fərdi yaşayış evində satış məqsədi ilə külli miqdarda narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən 11 iyul 2019-cu il tarixdə, əməliyyat qrupunun tərkibində Goranboy rayonu Xoylu kəndinə getmişlər. Bu məqsədlə aqranom və iki nəfər hal şahidi dəvət edilmişdir. Qapını Təqsirləndirilən şəxs qardaşı arvadı Şahid7 açmış və Elmanın evdə olmadığını bildirmişdir. Əməliyyat-axtarış tədbiri keçirilməsi haqqında qərarı ona göstərmişlər və Şahid7 heç bir etirazı olmadığını bildirmişdir. O, Elmanın telefon nömrəsini öyrənib ona zəng edərək yaşadığı ünvana gəlməsini bildirmişdir. Bundan sonra həmin evin bağ sahəsinə baxış keçirilən zaman bağ sahəsində ağacların arasında əkilmiş 24 ədəd narkotik tərkibli çətənə koluna bənzər, kəskin spesifik iyə malik kollar aşkar edilmişdir. Eyni zamanda çətənə kollarının dibinə tökülmüş 4 ədəd quru, 6 ədəd yaş halda olan çətənə kolunun hissələri aşkar edilərək götürülmüşdür. Alim aqronom Şahid3 həmin 24 ədəd kolun narkotik tərkibli çətənə bitkisi olduğunu və hər birinin diblərinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərilməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs gəlmiş və Təqsirləndirilən şəxs həyətyanı sahəsinin sol tərəfində yerləşən heyvan saxlamaq üçün nəzərə tutulmuş tövlənin ikinci mərtəbəsində olan ot yığılması üçün nəzərədə tutulmuş yerə baxış zamanı oradan altı ədəd karton qutuya yığılmış qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 6 ədəd karton qutuda olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və karton qutularda ümumi çəkisi 8.750 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmiş və yaşayış evinin birinci mərtəbəsində sağdan sonuncu otaqda yerləşən dolabın içərisində qara rəngli qızıl qabının içərisində olan ağ kağıza bükülü vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər kütlə və marixuananın toxumuna bənzər toxum aşkar edilmişdir. Həmin otaqda dolabın üzərində çantanın içərisində 105 ədəd kibrit qutusuna qablaşdırılmış və beş ədədi bir olmaqla yapışqan lentlə (skocla) bir birinə bərkidilmiş 21 ədəd, hər birinin içərisində kəskin spesifik iyə məxsus narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kibrit qutularında olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 950 qram olması müəyyən edilmişdir. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada yaşayış olmayan və tam təmir olunmamış otaqdan karton qutuda kəskin spesifik iyə məxsus olan narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə də karton qutuda elektron tərəzidə çəkildikdə ümumi şəkisi 650 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik tərkibli çətənə koluna bənzər kollar və marixuanaya bənzər kütlə hal şahidlərinin, aqronomun və iştirakçıların iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməsi üçün maddi sübut kimi götürülmüşdür. Bununla bağlı protokol tərtib edilərək üçadan iştirakçılara oxunmuş və hamı tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onun həyətyanı sahəsindən aşkar edilmiş 24 ədəd çətənə kolunu özü əkib-becərdiyini, eyni zamanda aşkar edilərək götürülmüş qurudulmuş halda olan marixuananın onun özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmişŞahid6 və Şahid5 ifadələrində Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verib sonuncunun işin halları bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid7 Musa qızı məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Onlar ayrı yaşayırlar, evləri ayrıdır. Elman təxminən bir il yarım əvvəl həyat yoldaşı Elmira ilə rəsmi olaraq boşanmışdır. Elmanın himayəsində iki azyaşlı uşaqları vardır. Elmanla Elmira boşandıqdan sonra sonuncu çıxıb Yevlax rayonunun Havarlı kəndində yaşayan atası evinə getmişdir. 11 iyul 2019-cu il tarixdə Elman işi olduğu üçün Gəncə şəhərinə getmiş və ondan xahiş etmişdir ki, onun evinə nəzarət etsin. O da, Elmanın evinə gedib həyətində oturmuşdur. Təxminən saat 13-14 radələrində o, Elmanın evində olan zaman Goranboy rayon polis şöbəsinin əməkdaşları Elmanın həyətinə gəlmişlər. Onların yanında başqa mülki geyimli şəxslər də olmuşdur. Polis əməkdaşları Elmanın həyətinə, evinə baxış keçirmək istədiklərini bildirmişlər və bu barədə qərarı ona təqdim etmişlər. O heç bir etiraz etməmiş, eyni zamanda həyat yoldaşı Telmana zəng vurub onu da Elmanın həyətinə çağırmışdır. Polis əməkdaşları hal şahidlərinin və digər şəxslərin iştirakı ilə Elmanın həyətyanı sahəsinə baxış keçirmişlər. Elmanın həyətyanı sahəsindən, meyvə tərəvəz əkilən sahənin qabaq tərəfindən, yəni ağacların, qarğıdalı sahəsinin arxasından 24 ədəd kəskin spesifik iyli, bitkilər aşkar etmişlər. Polis əməkdaşlarının yanında olan aqranom, həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu bildirmişdir. Polis əməkdaşları zəng edərək Elmanı yaşadığı evə çağırmışlar. Bundan sonra Elman özü polis əməkdaşları ilə birlikdə həyətdə olan tövlənin dam hissəsinə çıxmış və oradan 6 karton qutuda qurudulmuş halda olan narkotikə bənzər kütlələri düşürmüşlər. Həmin 6 ədəd karton qutuda olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra Elmanın yaşayış evinə baxış keçirilmiş və yaşayış evinin birinci mərtəbəsində sağdan sonuncu otaqda yerləşən dolabın içərisində qara rəngli qızıl qabının içərisində olan ağ kağıza bükülü vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər kütlə və marixuananın toxumuna bənzər toxum aşkar edilmişdir. Həmin otaqda dolabın üzərində çantanın içərisində isə 105 ədəd kibrit qutusuna qablaşdırılmış və beş ədədi bir olmaqla yapışqan lentlə (skocla) bir birinə bərkidilmiş 21 ədəd, hər birinin içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kibrit qutularında olan narkotik vasitə olan marixuanaya bənzər kütlə ümumilikdə elektron tərəzidə çəkilmişdir. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada yaşayış olmayan və tam təmir olunmamış otaqdan karton qutuda kəskin spesifik iyə malik olan narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə də karton qutuda elektron tərəzidə çəkilmişdir. Bundan sonra narkotik tərkibli çətənə koluna bənzər kollar və marixuanaya bənzər kütlələr hal şahidlərinin, aqronomun və iştirakçıların iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməkdən ötrü maddi sübut kimi götürülmüşdür. Protokol tərtib edilərək ucadan iştirakçılara oxunmuş və onlar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 11.02.2019-cu il tarixdən Goranboy RİH başçısının Goranboy rayonu Xoylu kənd İƏDÜ nümayəndəsinin müavini vəzifəsində işləyir. 11.07.2019-cu il tarixdə iş yerində olan zaman Goranboy rayon polis şöbəsinin bir qrup əməkdaşı oraya gəlmişlər və ona Xoylu kənd sakini Təqsirləndirilən şəxs Oktay oğlunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi ilə məşğul olması barədə məlumat daxil olmasını bildirərək, onun evinə baxış keçirilməsi üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı göstərmişlər və hal şahidi kitmi iştirak etməsini xahiş etmişlər. Bundan sonra ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmişdir. O da Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə baxış keçirilməsində iştirak etmək üçün əvvəlcədən dəvət olunmuş alim aqronom Şahid3 və hal şahidi Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Evin qapısını Təqsirləndirilən şəxs qardaşı X1 arvadı Şahid7 açmış və Elmanın evdə olmadığını bildirmişdir. Polis əməıkdaşları əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə olan qərarı ona göstərmişlər və Kəmalə heç bir etirazı olmadığını bildirmişdir. Həmin evin bağ sahəsinə baxış keçirilən zaman bağ sahəsində ağacların arasında əkilmiş 24 ədəd narkotik tərkibli çətənə koluna bənzər, kəskin spesifik iyə malik kol aşkar edilmişdir. Alim aqronom Şahid3 bildirmişdir ki, həmin 24 ədəd kol narkotik tərkibli çətənə bitkisidir və hər birinin diblərinə ayrı ayrılıqda aqrotexniki qaydada qulluq göstərilmişdir. Eyni zamanda çətənə kollarının dibinə tökülmüş 4 ədəd quru, 6 ədəd yaş halda olan çətənə kolunun hissələri aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özü də gəlmişdir və bundan başqa Təqsirləndirilən şəxs həyətyanı sahəsinin sol tərəfində yerləşən heyvan saxlanılan tövlənin ikinci mərtəbəsində olan ot yığılması üçün nəzərədə tutulmuş yerə baxış zamanı oradan altı ədəd karton qutuya yığılmış qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 6 ədəd karton qutuda olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və karton qutularda ümumi çəkisi 8.750 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmiş və yaşayış evinin birinci mərtəbəsində sağdan sonuncu otaqda yerləşən dolabın içərisində qara rəngli qızıl qabının içərisində olan ağ kağıza bükülü vəziyyətdə narkotik vasitə olan marixuana və marixuananın toxumuna bənzər toxum aşkar edilmiş və həmin otaqda dolabın üzərində çantanın içərisində 105 ədəd kibrit qutusuna qablaşdırılmış və beş ədədi bir olmaqla «skotçla» bir birinə bərkidilmiş 21 ədəd, hər birinin içərisində kəskin spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kibrit qutularında olan narkotik vasitə olan marixuanaya bənzər kütlə ümumilikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 950 qram olması müəyyən edilmişdir. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada yaşayış olmayan və tam təmir olunmamış otaqdan karton qutuda kəskin spesifik iyə malik olan narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir, həmin kütlə də karton qutuda elektron tərəzidə çəkilmiş və ümumi şəkisi 650 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik tərkibli çətənə koluna bənzər kollar və marixuanaya bənzər kütlələr hal şahidlərinin, aqronomun və iştirakçıların iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməkdən ötrü maddi sübut kimi götürülmüşdür.Protokol tərtib edilərək üçadan iştirakçılara oxunmuş və onlar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 11 iyul 2019-cu il tarixdə təxminən saat 13-14 radələrində o, yaşadığı kənddə olan zaman Goranboy rayon polis şöbəsinin bir qrup əməkdaşı oraya gəlmişlər və ona Xoylu kənd sakini Təqsirləndirilən şəxs Oktay oğlunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib becərməsi ilə məşğul olmasını, ona görə onun evinə baxış keçirilməsi üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarı göstərmişlər. Bundan sonra ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmişdir. O da Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və evinə baxış keçirilməsində iştirak etmək üçün əvvəlcədən dəvət olunmuş aqronom Şahid3 və digər hal şahidi Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Evin qapısını onun qardaşı X1 arvadı Şahid7 açmış və Elmanın evdə olmadığını bildirmişdir. Polis əməıkdaşları əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə olan qərarı göstərmişlər və Kəmalə heç bir etirazı olmadığını bildirmişdir. Həmin evin bağ sahəsinə baxış keçirilən zaman bağ sahəsində ağacların arasında əkilmiş 24 ədəd narkotik tərkibli çətənə koluna bənzər, kəskin spesifik iyə malik kol aşkar edilmişdir. Aqronom Şahid3 bildirmişdir ki həmin 24 ədəd kol narkotik tərkibli çətənə bitkisidir və hər birinin diblərinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərilmişdir.Eyni zamanda çətənə kollarının dibinə tökülmüş 4 ədəd quru, 6 ədəd yaş halda olan çətənə kolunun hissələri aşkar edilərək götürülmüşdür. Bu zaman Təqsirləndirilən şəxs özü də gəlib çıxmışdır.Təqsirləndirilən şəxs həyətyanı sahəsinin sol tərəfində yerləşən heyvan saxlamaq üçün nəzərə tutulmuş tövlənin ikinci mərtəbəsində olan ot yığılması üçün nəzərədə tutulmuş yerə baxış zamanı oradan altı ədəd karton qutuya yığılmış qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 6 ədəd karton qutuda olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və karton qutularda ümumi çəkisi 8.750 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmiş və yaşayış evinin birinci mərtəbəsində sağdan sonuncu otaqda yerləşən dolabın içərisində qara rəngli qızıl qabının içərisində olan ağ kağıza bükülü vəziyyətdə narkotik vasitə olan marixuana və marixuananın toxumuna bənzər toxum aşkar edilmiş və həmin otaqda dolabın üzərində çantanın içərisində 105 ədəd kibrit qutusuna qablaşdırılmış və beş ədədi bir olmaqla skocla bir birinə bərkidilmiş 21 ədəd, hər birinin içərisində kəskin spesifik iyə məxsus narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kibrit qutularında olan narkotik vasitə olan marixuanaya bənzər kütlə ümumilikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 950 qram olması müəyyən edilmişdir. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada yaşayış olmayan və tam təmir olunmamış otaqdan karton qutuda kəskin spesifik iyə malik olan narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə də karton qutuda elektron tərəzidə çəkildikdə ümumi şəkisi 650 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik tərkibli çətənə koluna bənzər kollar və marixuanaya bənzər kütlə hal şahidlərinin, aqronomun və iştirakçıların iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməkdən ötrü maddi sübut kimi götürülmüşdür. Protokol tərtib edilərək üçadan iştirakçılara oxunmuş və onlar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Kənd Təsərrüfatı institutunun «Aqrokimya və torpaqşünaslıq» ixtisasını bitirmişdir, uzun müddətdir Bitki Mühafizəsi və X11 Tədqiqat İnstitutunun şöbə müdiri vəzifəsində işləyir. 11 iyul 2019-cu il tarixdə təxminən saat 13:30 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarının dəvəti ilə Goranboy rayonu Xoylu kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə və yaşayış evinə baxış keçirilməsində iştirak etmişdir. Polis əməkdaşlarının, onun və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedilmiş, evin qapısını onun qardaşı arvadı Şahid7 açmış və Təqsirləndirilən şəxs evdə olmadığını bildirmişdir. Polis əməıkdaşları əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə olan qərarı göstərmişlər və Kəmalə heç bir etirazı olmadığını bildirmişdir. Həmin evin bağ sahəsinə baxış keçirilən zaman bağ sahəsində ağacların arasında əkilmiş 24 ədəd narkotik tərkibli çətənə koluna bənzər, kəskin spesifik iyə məxsus kol aşkar edilmişdir.O, həmin kollara baxdıqda, həmin 24 ədəd kolun narkotik tərkibli çətənə bitkisi olduğunu və hər birinin diblərinə ayrı-ayrılıqda aqrotexniki qaydada qulluq göstərilməsini görmüşdür.Yəni həmin kolların dibləri yumşaldılmış, süvarılmışdır. Eyni zamanda çətənə kollarının dibinə tökülmüş 4 ədəd quru, 6 ədəd yaş halda olan çətənə kolunun hissələri aşkar edilərək götürülmüşdür.Bu zaman Təqsirləndirilən şəxs özü də gəlib çıxmışdır.Polis əməkdaşları zəng edərək onu çağırmışlar. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və fərdi yaşayış evinə baxış keçirilməsinə heç bir etiraz etməmiş, ona görə də bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinin sol tərəfində yerləşən heyvan saxlamaq üçün nəzərə tutulmuş tövlənin ikinci mərtəbəsində olan ot yığılması üçün nəzərədə tutulmuş yerə baxış zamanı oradan altı ədəd karton qutuya yığılmış qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 6 ədəd karton qutuda olan narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və kardon qutularda ümumi çəkisi 8.750 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinə baxış keçirilmiş və yaşayış evinin birinci mərtəbəsində sağdan sonuncu otaqda yerləşən dolabın içərisində qara rəngli qızıl qabının içərisində olan ağ kağıza bükülü vəziyyətdə narkotik vasitə olan marixuananın toxumuna bənzər toxum və mrixuanaya bənzər kütlə aşkar edilmişdir.Həmin otaqda dolabın üzərində çantanın içərisində 105 ədəd kibrit qutusuna qablaşdırılmış və beş ədədi bir olmaqla yapışqan lentlə (skocla) bir birinə bərkidilmiş 21 ədəd, hər birinin içərisində kəskin spesifik iyə məxsus narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kibrit qutularında olan narkotik vasitə olan marixuanaya bənzər kütlə ümumilikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 950 qram olması müəyyən edilmişdir. Bundan başqa evin ikinci mərtəbəsinə baxış keçirilən zaman orada yaşayış olmayan və tam təmir olunmamış otaqdan karton qutuda kəskin spesifik iyə məxsus olan narkotik maddə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə də karton qutuda elektron tərəzidə çəkildi və ümumi şəkisi 650 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik tərkibli çətənə koluna bənzər kollar və marixuanaya bənzər kütlə hal şahidlərinin, mənim və digər iştirakçıların iştirakı ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya təqdim edilməkdən ötrü maddi sübut kimi götürülmüşdür. Protokol tərtib edilərək üçadan iştirakçılara oxunmuş və onlar həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid4 11 iyul 2019-cu il tarixli raportundan görünür ki, Goranboy rayonunun Xoylu kənd sakini xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Xoylu kəndində yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə olan marixuana (çətənə kolları) əkib-becərməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 iyul 2019-cu il tarixli əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, ona məxsus Goranboy rayonunun Xoylu kəndində yerləşən evinə və həyətyani sahəsinə daxil olunmasına və baxış keçirilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 iyul 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Goranboy rayonu Xoylu kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evi, həmin evin həyətyanı sahəsi və həyətyanı sahədə yerləşən tövlədir. Evin həyətinə daxil olmaq üçün dəmir materialdan ola iki taylı, boz rənglə boyanmış qapı yerləşir. Evə küçədən daxil olmaq üçün isə boz rənglə boyanmış, dəmir materialdan hazırlanmış iki taylı qapı yerləşir. Qapıdan həyətə daxil olduqda solda tövlə, sağda isə fərdi yaşayış evi yerləşır. Həyətə daxil olduqda üzbəüz həyətyanı sahə yerləşir. Həyətyanı sahədə salınmış bağa daxil olduqda isə orada müxtəlif cinsli ağaclar, həmçının qarğıdalı, lobya bitkiləri əkilmişdir. Ağacların arasında 24 (iyirmi dörd) ədəd 0.40 metrdən 2.20 metrədək uzunluqda kəskin, spesifik iyə məxsus narkotik maddə hesab edilən çətənə bitkisinə bənzər bitkilər vardır. Baxış zamanı aqronom Şahid3 24 (iyirmi dörd) ədəd tərkibində narkotik maddə olan çətənə bitkisinə bənzər bitkilərin narkotik vasitə olan marixuana olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmidir. Çətənə bitkisinə bənzər kolların dibinə həmin bitkidən qopmuş hissələr səpələnmişdir. 24 (iyirmi dörd) ədəd çətənə bitkisinə bənzər bitkilər hal şahidlərinin, istintaq hərəkətinin iştirakçılarının və aqronomun iştirakı ilə kökündən çıxarılaraq “MOCKOB” markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 45120 qram, bitkilərin dibinə səpələnmiş 4 (dörd) ədəd quru, 6 (altı) ədəd yaş halda oları bitki hissələri həmin elektron tərəzidə çəkilmiş və 4 (dörd) ədəd quru bitki hissələrinin çəkisi 50 (əlli) qram, 6 (altı) ədəd yaş bitki hissələrinin çəkisinin isə 50 (əlli) qram olduğu müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs evinin həyətində yerləşən tövlənin mansarında, fərdi yaşayış evində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu və onu könüllü göstərmək istədiyini bildirmişdir. Hal şahidlərinin, iştirakçıların və aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs mansarda qalxdıqda sol boş tərəfdə 6 (altı) ədəd karton materialdan olan qutuları göstərib onların içərisində qurudulmuş marixuna olduğunu və özü istifadə etmək üçün qurudub saxladığını bildirmişdir. 6 (altı) ədəd qutu içərisində kəskin, spesifik iyə məxsus narkotik vasitə olan marixuanaya bənzər kütlə ilə birlikdə hal şahidlərinin, iştirakçıların və aqronomun iştirakı ilə “MOCKOB” markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 8750 qram olması müəyyən edilmişdir, hər bir qutu ayrı– ayrılıqda sarı rəngli kağızda qablaşdırılaraq Azərbaycan Respublikası DlN–in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evinin birinci mərtəbəsində olan girişdən sağ istiqamətdə sonda yerləşən yataq otağındakı dolabın üst hissəsindən tünd qırmızı, dəri materialdan olan çantanın içərisində 105 (yüz beş) ədəd kibrit qutusunu göstərib içərisində narkotik maddə olan qurudulmuş marixuana olmasını və öz istifadəsi üçün saxladığını bildirmişdir. 105 (yüz beş) ədəd kibrit qutusunun hər birinin içərisinə baxış zamanı hər birinin içində kəskin, spesifik iyə məxsus narkotik maddə hesab edilən marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin 105 (yüz beş) ədəd kibrit qutusu içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə ilə birlikdə hal şahidlərinin, iştirakçıların və aqronomun iştirakı ilə "MOCKOB” markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 950 qram olduğu müəyyən edilmişdir. 105 (yüz beş) ədəd kibrit qutusunun içərisindəki narkotik vasitə olan marixuanaya bənzər kütlə ilə birlikdə dəri çantada, sarı rəngli kağızda qablaşdırılaraq Azərbaycan Azərbaycan Respublikası DİN–in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs həmin dolabın içərisində qara qutuya qoyduğu ağ rəngli kağızda olan 2 (iki) ədəd bükülünü göstərərək, həmin bükülülərdan 1 (bir ) ədədinin narkotik maddə hesab edilən qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün saxladığını. 1 (bir) ədədinin isə çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Həmin 2 (iki) ədəd bükülü ayn-ayrılıqda hal şahidlərinin və iştirakçıların iştirakı ilə “KİNLEE” markalı elektron tərəzidə çəkilmiş və çətənə bitkisinin toxumlarına bənzər toxumların 105 qram olması, kəskin, spesifik iyə məxsus narkotik maddə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin isə 0.975 qram olması müəyyən olunmuşdur. Ayrı-ayrılıqda iki ədəd ağ rəngli zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin ikinci mərtəbəsində, yaşayış olmayan, təmirsiz otaqda, döşəmənin üzərində kagiz kardondan olan qutudakı kəskin, spesifik iyə məxsus narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlənin narkotik maddə hesab edilən marixuana olduğunu və öz istıfadəsi üçün saxladığını bildirmişdir. Həmin karton qutudakı narkotik maddə olan marixuanaya bənzər qurudulmuş kütlə hal şahidlərinin, iştirakçıların və aqronomun iştirakı ilə 'MOCKOB' markalı elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 650 qram olması müəyyən olunmuşdur. Narkotik maddə olan marixuanaya bənzər qurudulmuş kütlə kardon qutuda sarı rəngli kağızda qablaşdırılaraq Azərbaycan Respublikası DlN-in 121 saylı möhürü ilə möhürlənmiş və ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 iyul 2019-cu il tarixli aqronom Şahid3 rəyindən görünür ki, 11.07.2019-cu il tarixdə Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə Goranboy rayonunun Xoylu kəndində Təqsirləndirilən şəxs Oktay oğlunun həyətyanı sahəsində baxış keçirdiyi 24 (iyirmi dörd) ədəd çətənə bitkisi xüsusi, yəni aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kollarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 iyul 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu 11 iyul 2019-cu il tarixdə saat 17:00-da tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 4(045)-27/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 iyul 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin 5(045)-32/2019 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Goranboy rayon Polis Şöbəsinin CAB-ın Goranboy rayonunun Xoylu kəndində yaşayan Təqsirləndirilən şəxs Oktay oğlunun yaşadığı ünvana baxış keçirilməsi haqqında “əməliyat axtarış tədbirləri həyata keçirilməsinə dair” 11 iyul 2019-cu il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.08.2019cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZE № 18783453 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 10.12.2011-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Elmira Rəcəbovadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZ-İİİ № 859427 saylı “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X3 25.07.2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs Oktay oğlu, anası X2r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2019-cu il tarixli 88 nömrəli arayışından görünür ki, Hüseynov X5 rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır və onun öhdəsində 2 (iki) azyaşlı övladı var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Xoylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 17 sentyabr 2019-cu il tarixli 101 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy Rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli, 4(045)-37/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Oktay oğlu barəsində həbsdə saxlama müddəti 02 (iki) ay müddətinə, yəni 11 yanvar 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Goranboy RPŞ-nin 12 noyabr 2019-cu il tarixli, 197-64713-1219 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədilə qablaşdırıb saxlaması müəyyən edilsə də, onun hansı şəxslərə narkotik maddə satmasını əməliiyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-biloloji ekspertizasının 12 iyul 2019-cu il tarixli, 393 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş və hər birinin üzərində «Təqsirləndirilən şəxs Oqtay oğlunun fərdi yaşayış evinin bağ sahəsində» yazı və imzalar olan sintetik kisələrdə ayrıayrılıqda təmiz çəkiləri 5400 qram, 5550 qram,4950 qram,7300 qram, 4750 qram, 6600 qram, 4100 qram, 4600 qram, ümumi təmiz çəkisi 43250 qram, ümumi sayı 24 (iyirmi dörd) ədəd, bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir.-Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir.Tədqiqata təqdim olunmuş üzərində hər birinin üzərində «Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində yerləşən tövlənin mansarından» yazı və imzalar olan 6 (altı) ədəd qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 650 qram,600 qram, 800 qram, 950 qram,1050 qram, 950 qram ümumi təmiz çəkisi 5000 qram, üzərində «Təqsirləndirilən şəxs fərdi yaşayış evinin ikinci mərtəbəsində təmirsiz» yazı və imzalar olan 1 (bir) ədəd qutuda təmiz çəkisi 85 qram, üzərində Paltar dolabının...» yazı və imzalar olan 1(bir) dəri əl çantasında 105 (yüz beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri : 070 qram, 5.460 qram,5.884 qram, 6.010 qram,5.882 qram, 5.887 qram, 5.923 qram,6.062 qram,6.165 qram, 5.786 qram, 5.760 qram,5.897 qram,6.749 qram,6.995 qram,6.459 qram, 6.165 qram,6.324 qram, 6.997 qram,7.042 qram,6.279 qram, 6.058 qram,5.725 qram, 6.295 qram, 5.606 qram,5.458 qram, 5.490 qram,6.017 qram,7.118 qram,6.280 qram, 5.658 qram, 6.206 qram,6.318 qram, 6.024 qrakm,6.425 qram,6.437 qram,6.788 qram, 5.960 qram,5.936 qram,5.801 qram,6.006 qram,6.000 qram,7.065 qram,5.971 qram,5.828 qram, 5.934 qram,6.381 qram, 6.065 qram, 7.037 qram, 5.591 qram,6.334 qram,6.139 qram,5.272 qram,5.981 qram, 5.928 qram,6.666 qram,5.011 qram,5.173 qram,6.384 qram, 6.544 qram,6.542 qram,6.253 qram, 4.180 qram,6.558 qram,6.679 qram,6.299 qram,6,399 qram, 6.857 qrakm,7.553 qram,0.163 qram,6.792 qram,7.666 qram, 6.433 qram, 6.363 qram,6.088 qram, 5.274 qram,5.433 qram,5.820 qram,5.213 qram,6.767 qram,7.089 qram,5.841 qram,6.525 qram,6.043 qram,7.123 qram,6.396 qram,6.990 qram,5.749 qram,7.273 qram,5.425 qram,6.514 qram,5.707 qram,5.475 qram,5.174 qram,6.297 qram,6.449 qram,6.688 qram,5.874 qram,7.102 qram,5.883 qram,6.188 qram, 5.630 qram,5.403 qram, 5.744 qram, 5.561 qram,5.398 qram, ümumi təmiz çəkisi 639.569 qram, üzərində «Goranboy rayonu Xoylu kənd sakini Təqsirləndirilən şəxs fərdi yaşayış evinin birinci mərtəbəsində» yazı və imzalar olan 1 (bir) ədəd zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0.957 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş çətənə bitkiləri ilə marixuanalar tərkiblərinə görə eyni deyildir.Tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs fərdi yaşayış evinin bağ sahəsində» yazı və imzalar olan sintetik kisədə təmiz çəkisi 50 qram ümumi sayı 4 (dörd) ədəd olan qurudulmuş, iri xırdalanmış və təmiz çəkisi 50 qram, ümumi sayı 6 (altı) ədəd yaş, iri xırdalanmış bitki hissələri narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir.Tədqiqata təqdim olunmuş bitki toxumları narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları olub, narkotik tərkibli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 sentyabr 2019-cu il tarixli, 677 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13 iyul 2019-cu il tarixli “Maddi Sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu Xoylu kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş ekspertizadan sonra təmiz çəkisi 43245.2 qram, 98 qram bitki hissələri, bir ədəd zərfdə olan ekspertizadan sonra təmiz çəkisi 5702.926 qram qalan narkotik maddə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy RPŞ-nə təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətinin olmamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən qurudulmuş marixuana, narkotik vasitə hesab olunur, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarı isə 500 qram hesab olunur. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının17.09.2019-cu il tarixli 667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 11.07.2019-cu il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan 9 ədəd sintetik kisələrdə olan ekspertizadan sonra təmiz çəkisi 43245.2 qram olan çətənə kolları, 98 qram bitki hissələri, bir ədəd qutuda, yeddi ədəd MEM-nə məxsus kağız paketdə, bir ədəd zərfdə olan ekspertizadan sonra təmiz çəkisi 5702.926 qram qalan narkotik maddə olan qurudulmuş marixuana, bir ədəd zərfdə olan çətənə bitkisinin toxumları Goranboy RPŞ-də saxlanılır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, Goranboy RPŞ-də saxlanılan 9 ədəd sintetik kisələrdə olan ekspertizadan sonra təmiz çəkisi 43245.2 qram olan çətənə kolları, 98 qram bitki hissələri, bir ədəd qutuda, yeddi ədəd MEM-nə məxsus kağız paketdə, bir ədəd zərfdə olan ekspertizadan sonra təmiz çəkisi 5702.926 qram qalan narkotik maddə olan qurudulmuş marixuana, bir ədəd zərfdə olan çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Goranboy RPŞ-də saxlanılan 9 ədəd sintetik kisələrdə olan ekspertizadan sonra təmiz çəkisi 43245.2 qram olan çətənə kolları, 98 qram bitki hissələri, bir ədəd qutuda, yeddi ədəd MEM-nə məxsus kağız paketdə, bir ədəd zərfdə olan ekspertizadan sonra təmiz çəkisi 5702.926 qram qalan narkotik maddə olan qurudulmuş marixuana, bir ədəd zərfdə olan çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat 80 (səksən) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiyaprotesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-77/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-77/2020
15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver