Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-77/2021 20.05.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, onun nümayəndəsi Nümayəndə, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Goranboy rayonu, Goranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Yol İstismar İdarəsində gözətçi işləmiş, Goranboy rayonu Qazançı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs gizli olaraq yaxın münasibətdə olduğu, iki uşaq anası 02 fevral 1983-cü il təvəllüdlü X2 zamanlar onunla görüşməkdən imtina edib əlaqəsini kəsmək istədiyi üçün, buna etiraz etməsinə və izah verməklə münasibətlərini aydınlaşdırmaq cəhdlərinə cavab olaraq sonuncunun və bacısı X5 onun özünün və ailə üzvlərinin ünvanına nalayiq, təhqiredici söyüşlər işlətməklə rədd cavabı vermələri səbəbindən qisasını almaq niyyəti ilə Gülbuta İmanovanı qəsdən öldürmək qərarına gəlmiş və öz cinayətkar niyyətini həyata keçirmək üçün 05 avqust 2020-ci il tarixdə saat 23 radələrində mərhum atası Əfqan Qəribovdan ona yadigar qalmış, Goranboy rayonunun Qazançı kəndində yaşadığı evdə saxladığı “İJK” modelli, 32 kalibirli, K 39837 nömrəli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, təklüləli, yivsiz odlu ov silahı hesab edilən tüfəngi və həmin növ yivsiz odlu ov tüfənglərində istifadə olunmaq üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış gilizlərinin içərisini bir gün əvvəldən, yəni 04 avqust 2020-ci il tarixdə yaşadığı evdə barıt və qırma atmaları ilə dolduraraq qanusuz olaraq hazırladığı döyüş sursatı olan 32 kalibirli 6 ədəd patronu özü ilə götürüb yaşadığı Qazançı kəndindən rayonun Goran qəsəbəsinə Gülbuta İmanovanın yaşadığı evin yaxınlığına getmiş, həmin vaxt evin həyətindən səs gəldiyindən, heç kimin görməməsi üçün evdən təxminən 100 metr məsafəyə aralanaraq hər hansı hasar və çəpərlə əhatə olunmayan evin həyətini kənardan müşahidə edərək niyyətini həyata keçrimək üçün əlverlişli şəraitin yaranmasını gözləmiş, təxminən 30 dəqiqə sonra Gülbuta İmanovanın əri Şahid1 və azyaşlı övladı, 01 aprel 2010-cu il təvəllüdlü Şahid4 ilə birlikdə evdən çıxıb qonşuluqda yaşayan xalası Şahid2 evinə getdiklərini görüb, həmin evin küçəyə baxan pəncərəsinə yaxınlaşaraq, ona heç kimin mane olmayacağına əmin olduqdan sonra özü ilə gətirdiyi tüfəngin patronluğuna bir ədəd patron yerləşdirib, evin televizor işığı ilə işıqlandırılmış qaranlıq otağının bağlı pəncərəsindən otaqda yerdən oturaraq çarpayıya söykənmiş vəziyyətdə olan Gülbuta İmanovanın, həmin çarpayıda uzanmış xalası Şahid2 və ondan bir qədər əks tərəfdə aralıda yerdən uzanıqlı vəziyyətdə olan əri Şahid1 ilə birlikdə televizora baxdığını görüb, atəş açacağı təqdirdə digər şəxsin, yəni Şahid2 da həyat və sağlamlığı üçün real təhlükə yaranacağını bilə-bilə, əməlinin ictimai təhlükəli nəticələrinin baş verməsinə şüurlu sürətdə yol verməklə, yəni qəsdən ümumi təhlükəli üsulla, eləcə də, Gülbuta İmanovanı özlərinə əziz bilən əri Şahid1 və xalası Şahid2 gözləri qarşısında onlara əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla, Gülbuta İmanovanı qəsdən öldürmək məqsədi ilə 3 metr məsafədən nişan alıb bir dəfə qəsdən atəş açmış, həmin atəş nəticəsində məqsədinə nail olduğuna əmin olmaq üçün və cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə ikinci dəfə Gülbuta İmanovaya qəsdən atəş açmaq üçün tüfəngin patronluğuna patron yerləşdirib yenidən eyni məsafədən sonuncunu nişan alıb Gülbuta İmanovanı özlərinə əziz bilən və birinci atəşin səsinə otağa daxil olub işığı yandırmış sonuncunun xalası Şahid2 qızı Şahid3, onun arxasınca gələn otaq qapısının astanasında olan Gülbuta İmanovanın azyaşlı qızı Şahid4, eləcə də Şahid2 azyaşlı nəvəsi 22 iyul 2010-cu il təvəllüdlü Şahid5 və hələ də otaqda olan əri Şahid1 gözləri qarşısında onlara əzab verib istirab çəkdirdiyini dərk edərək qəsdən xüsusi amansızlıqla öldürmək məqsədi ilə daha bir atəş açmış və hər iki atəşin nəticəsində Gülbuta İmanovaya sağ döş qəfəsinin ön səthinin kor odlu silah (qırma) yarasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və döş qəfəsinin sağ yarısının, sol saidin, sol bazunun, sol körpücük altı nahiyənin çoxsaylı qırma yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı sağ döş qəfəsinin ön səthinin kor odlu silah (qırma) yarası nəticəsində ağ ciyərin yuxarı payının didilib-dağılmış yarısından baş vermiş kəskin qan itirmədən ölmüş, yəni qabaqcadan özünün qanunsuz olaraq hazırladığı döyüş sursatı olan patronlardan istifadə etməklə odlu ov silahından atəş açaraq qəsdən ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla X10 öldürmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 120.2.4 və 229.1-ci maddələri ilə qismən, yalnız CM-in 120.2.4-cü maddəsilə təqsirli bildiyini, CMin 229.1-ci maddəsilə isə təqsirli bilmədiyini qeyd edərək ifadə verməkdən imtina etdiyini, məhkəməyədək verdiyi ifadələrini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı verdiyi, məhkəmə istintaqı zamanı isə elan edilməklə tədqiq edilmiş ifadələrində Təqsirləndirilən şəxs özünü verilmiş ittihamlarla tam təqsirli bilməklə göstərmişdir ki, 1983-cü il təvəllüdlü X17 ilə yaşadığı Goranboy rayonu Qazançı kəndində tanış olmuşdur. X32 qeyri rəsmi ailə həyatı qurmuş və Tərtər rayonuna köçmüşdür. Lakin sonradan, 2019-cu ilin may ayında Gülbuta İmanova ilə münasibət qurmuş və onunla birlikdə Goranboy şəhərində yerləşən Yeni binalarda yaşamağı başlamışdır. Onlar bir-birlərini sevmişlər və ailə həyatı qurmaq istəmişlər. Gülbuta İmanova əri Şahid1 tamamilə ayrılmışdır. Onların birgə evlilikdən iki övladları vardır. O, həmin uşaqları da saxlamq istəyirdi. X33 bacısı Gülnarə onların münasibətlərini pozmaq istəyirdi. Dəfərləcə Gülnarə onu nəlayiq sözlərlə təhqir edib bacısı Gülbuta İmanovadan ayrılmaqlarını istəyirdi. Bunlara baxmayarq o, Gülbuta İmanovadan ayrılmırdı. 27 iyul 2020-ci il tarixdə Gülbuta İmanova uşaqlarınıda götürüb bacısı Gülnarənin yaşadığı Goranboy rayonu Qaradağlı kəndinə getmişdir. O, Gülbuta İmanovanın ********** və ya ********** nömrəli mobil telefonlarına zəng edərkən Gülnarə elə olurdu ki, telefona cavab verib və ya Gülbuta İmanova cavab verərkən qıraqdan onu nəlayiq sözlərlə təhqir edirdi və qıcıqlandırırdı. X21 evində qalarkən sonuncu onu da ona qarşı öyrətdi və X34 rayonu Goran qəsəbəsində yerləşən yataqlarına gəldikdən sonra sonuncu da onu təhqir edib özündən aralamaq istəyirdi. O, da Gülbuta İmanovanın bu cür hərkətlərinə əsəbləşib 05 avqsut 2020-ci il tarixdə onu öldürmək qərarına gəlmişdir. 05 avqust 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Goranboy rayonu Qazançı kəndində yerləşən evlərindən mərhum atası Əfqan Zamanova məxsus tək lüləli ov tüfəngini, içərisinə barıt və qırmalar doldurduğu 6 ədəd gilizləri götürüb Gülbuta İmanovanın yaşadığı Goranboy rayonu Goran qəsəbəsinə getmiş, həmin qəsəbəyə piyada torpaq sahələrlə getmiş, saat 22 radələrində Gülbuta İmanovanın qaldığı evin qarşısına çatmış, Gülbuta İmanovanın qaldığı evin həyətindən səs gəldiyindən evə yaxınlaşmamış və heç kimin görməməsi üçün təxminən 100 metr məsafəyə aralanmışdır Həmin vaxt Gülbuta İmanova yanında uşağı ilə evdən çıxıb qonşuluqda yaşayan xalası Mələkgilin evinə getmiş, Mələkgilin həyətindən səs gəlmədiyinə və ona qarşı heç kimin müqavimət göstərməyəcəyinə əmin olduqdan sonra evin televizor işığı yanan otağının pəncərəsinə yaxınlaşmış, ora yaxınlaşarkən artıq tüfəngin içərisinə qırmalarla və barıtla dolu giliz qoymuş, pəncərədən Gülbuta İmanovanın televizordan solda yerləşən üzərində dəmir setka olan çarpayının ayaq tərəfinə sökənib yerdən oturmasını görmüşdür. Çarpayının üzərində heç kim yox idi. X49 ilə üzbəüz təxminən 3 metr məsafədə Şahid1 yerdən uzanmışdır. X19 tuşlayıb ona atəş açmış, sonra tüfənginə özü ilə gətirdiyi qırmalarla və barıtla dolu yeni giliz qoymuş, birinci atəşdən sonra otağın işiğını kimsə yandırmış, Gülbuta İmanova olduğu yerdə qalıb qışqırmışdır. Şahid1 Gülbuta İmanovanın sağ tərəfinə keçib Gülbuta İmanovaya "nə olub" sözlərini demiş, tüfəngini ikinci dəfə Gülbuta İmanovaya tuşlayıb ona atəş açmış, ikinci atəşdən sonra dərhal həmin yerdən uzaqlaşmışdır. Atəş açdığı iki ədəd gilizi isə özü ilə aparmışdır. Bundan sonra gəldiyi sahələrlə yaşadığı Qazançı kəndinə gəlmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib olduğu yeri demişdir. Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib onu rayon polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən peşmançılıq hissi çəkməsini, məlum hadisə vaxtı hər hansı bir xəsarət almamasını, Gülbuta İmanovanın yaşadığı Goranboy rayonu Goran qəsəbəsində yerləşən evlərinə getməkdə məqsədinin sonuncunu öldürmək olmasını, hadisə vaxtı əynində qara rəngli, üzərində ağ və qırmızı zolaqları olan qısaqol futbolka, tünd boz rəngli cins şalvar və ağ rəngli rəngli mayka olmasını, həmin paltarların zədələnməməsini və onları rayon prokurorluğuna təqdim etdiyini, atəş açdığı tüfəngin mərhum atası Əfqan Zamanova məxsus olmasını, Əfqan Zamanovun öldükdən sonra tüfəngi evdə saxlamasını, Gülbuta İmanovanı öldürmək üçün üzərində 6 ədəd qırmalarla və barıtla dolu giliz gətirməsini, həmin gilizlərin mərhum atası Əfqan Zamanova məxsus olmasını və onları evdə saxlamasını, gilizlərin içərisinə qırmaları və barıtı özünün əldə edib doldurmasını, həmin vaxt tüfənglə iki dəfə atəş açmasını, hər iki atəşi öldürmək məqsədi ilə Gülbuta İmanovaya açmasını, hər iki atəşdən sonra gilizləri cibinə qoymasını, həmin gilizləri, qırmalarla və barıtla dolu 4 gilizlə və tüfənglə birlikdə Goranboy rayon polis şöbəsinə təqdim etməsini, tüfəngi məlum hadisəyə qədər Goranboy rayonu Qazançı kəndində yerləşən evlərində heç kimin bilmədiyi yerdə saxlamasını, tüfəngin onda olması barədə ailə üzvlərinindən heç birinin xəbərinin olmamasını, hadisə vaxtı Gülbuta İmanovanın əynində qara rəngli, üzərində ağ rəngli ürəklər və qırmızı rəngli ulduzlar olan xələtin olmasını, Gülbuta İmanaovaya həm birinci dəfə, həm də ki ikinci dəfə atəş açarkən kiminsə xəsarət alacağından ehtiyat etməsini, lakin heç kimin xəsarət almayacağına əmin olduqdan sonra Gülbuta İmanovaya həm birinci dəfə, həm də ki ikinci dəfə atəş açmasını bildirmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, cinayəti törədərkən istifadə etdiyi tüfəngin heç bir sənədi yoxdur. Həmin tüfəngi yaşadığı Goranboy rayonu Qazançı kəndində yerləşən fərdi yaşayış evlərində gizlədirdi. Həmin tüfəngin onda olması barədə ailə üzvlərinin məlumatı olmamışdır. Gülbuta İmanovanı öldürəcəyi barədə heç kimə məlumat verməmiş, 05 avqust 2020-ci il tarixdə yaşadığı evdən çıxıb Gülbuta İmanovanın qaldığı Goranboy rayonu Goran qəsəbəsinə gələrkən evdə X50nın və qardaşı qızı Çinarə olmuş, hadisə yerinə tək piyada getmiş və X50 ondan hara getməsini soruşmamışdır. İlk öncələr Gülnarə onun valideyinlərinin ünvanına nəlayiq sözlər deyirdi, yəni "sənin atan və anan belə-belə olsun, sənin varyoxuna nələt" sözləri ilə təhqir edirmiş, bununla bağlı bir dəfə 2020-ci ildə təxminən mart-aprel aylarında Gülnarə əməliyyat olunub evə buraxıldıqdan sonra Gülbuta İmanova ilə əlaqə saxlayıb ona "səni Dəliməmmədli şəhərində gözləyirəm, gəl birlikdə Goran qəsəbəsinə gedək" sözlərini demiş, həmin vaxt X6 getməyinə icazə verməmiş, Gülnarənin göstərişi ilə X20 kəndindən Gülnarənin oğlu Fərid Dəliməmmədli şəhərinə gətirib oradan yola salarkən Fəridlə görüşmüş və ona "anan məni xalan Gülbuta ilə ola münasibətlərimizə görə təhqir edir, anana denən ki, bu sözləri yığışdırsın" sözlərini demişdir. Sonra Fərid X20 kəndinə aparmış və ona "gözlə burda gəlib söhbət edək" sözlərini demişdir. O, da Fəridin sözləri ilə razılaşmış, X20 kəndinə apardıqdan sonra Fərid geri Dəliməmmədli şəhərinə gəlmiş, həmin vaxt Gülbuta İmanova ona zəng etmiş və telefonda Gülnarə və Gülbuta İmanova onu nəlayiq sözlərlə təhqir etmişlər. Fərid geri gələndən sonra ona "gəl çıxaq qırağa, gedək söhbət edək" sözlərini demiş, o, da ona "qıraqda nə işimiz var, gəl burda söhbət edək" sözlərini demiş, sonra onlar hər ikisi onun avtomobilində oturub söhbət etmişlər. Söhbət zamanı Fəridə "mənim sənin xalan Gülbuta İmanova ilə sevgi münasibətlərim var, biz bir-birimizi sevirik, bir müddət ailə kimi Goranboy şəhərində yaşamışıq, lakin anan Gülnarə imkan vermədi, sənin bacını mən sevmirəm, bahənə olaraq onu ortalığa atırlar" sözlərini demiş, Fərid də ona "bu məsələni maraqlanıb sənə deyərəm" sözlərini demiş, lakin sonradan Fərid ona zəng etməmiş və onunla görüşməmişdir. Bundan başqa Gülbuta İmanova ona "əgər, mənimlə evlənməyə imkan verməsələr, Gülnarənin qızı ilə ailə həyatı qurarsan və biz birlikdə münasibətimizi davam etdirərik" sözlərini demiş, lakin o, Gülbuta İmanovaya "belə edə bilmərəm, çünki bacın Gülnarə bilsə ailəmi bir-bririnə qatar" sözlərini demişdir. Gülbuta İmanovanın **********, **********, **********, **********, **********, **********, ********** nömrəli mobil nömrələri ilə əlaqə saxlayıb danışdıqlarını, "Vatsap" proqramı vasitəsi ilə Gülbuta İmanovanın ********** nömrəli mobil telefonu ilə danışıb smsləşməsini, "Vatsap" proqramı vasitəsi ilə Gülbuta İmanova ilə 13 iyul 2020-ci il tarixədək danışıb smsləşməsini, həmin tarixdən sonra adi qaydada mobil telefonla danışıb yazışmalarını, digər nömrələrlə də danışıqlarının olmasını, eləcə də ********** və ********** nörmələrini alıb Gülbuta İmanovaya verməsini, işlətdiyi ********** və ********** nömrəli mobil nömrələrini ara-sıra Gülbuta İmanovanın işlətdikdən sonra geri qaytarmasını, sonuncu dəfə Gülbuta İmanovanın ********** nörməli mobil telefonuna zəng edib onunla danışmasını, cinayəti törətdikdən sonra yaşadığı Qazançı kəndinə getməsini, dərhal Goranboy rayon polis şöbəsinə və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət etməmisinin səbəbi ondan ibarət olmuşdur ki, torpaq yolla Qazançı kəndinə getmiş, bu səbəbdən Goranboy rayon polis şöbəsinə gəlməmiş, lakin Qazançı kəndinə gəldikdən sonra DİN-nin "102" xidmətinə zəng edib törətdiyi cinayət barədə və Qazançı kəndində olması barədə məlumat vermiş, bundan sonra rayon polis şöbəsinin əməkdaşları gəlib onu aparmışlar. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Gülbuta İmanova ilə ünvan 2 ünvanında dəfələrcə cinsi münasibətlərdə olmuş, həmin evə tez-tez getmiş, yalnız həmin evdə Gülbuta İmanovanın yaxın qohumlarından kimsə olanda getməmişdir. Onların bir-birlərini sevdiklərini və ailə həyatı qurmaq istədiklərini, Gülbuta İmanovanın ona dəflərcə əri Şahid1 uzaqlaşdığını və onunla evlənmək istəməsini dediyini bildirmişdir. O, da Gülbuta İmanovaya evlənsələr onu iki övladı ilə birlikdə saxlamasına söz vermişdir. Lakin X32nın bacısı Gülnarə onların münasibətlərini pozmaq istəyirdi. Dəfərləcə Gülnarə onu nəlayiq sözlərlə təhqir edib bacısı Gülbuta İmanovadan ayrılmağını istəyirdi. Bundan başqa Gülbuta İmanova ilə olan münasibətlərini təsdiqləyən fotoşəkilləri, video çəklişləri və "Vatsap" yazışmaları var. Həmin foto şəkillər, video çəklişlər və "Vatsap" yazışmaları mobil telefonundadır. Gülbuta İmanova onu "sənin varyoxun, nəslin belə-belə olsun əl çək məndən" sözləri ilə təhqir etməsini, mərhum atasının və anasının ünvanına da bu cür söyüşlər deməsini, o, isə ona "sən mənə söz vermişdin ki, evlənəcəyik, indi də məni söyürsən, mən sənin gör başına nə oyun açacam" sözlərini deməsini bildirmişdir. Ola bilsin ki, Gülbuta İmanovaya həm birinci, həm də ki ikinci atəş açarkən otaqda Şahid1 başqa kimsə olmuşdur. X42 hər iki dəfə atəşi onun yanında heç kim olmadıqda açmışdır. Həm birinci dəfə, həm də ki ikinci dəfə Gülbuta İmanovaya atəş açmaqda məqsədi sonuncunu öldürmək olmuşdur. İkinci dəfə də atəş açmışdır ki, əgər birinci atəşdən sonra Gülbuta İmanova ölməyibsə, ikinci atəşdən sonra ölsün. Gülbuta İmanovanı öldürmək üçün özü ilə apardığı 6 ədəd patronu hadisədən bir gün qabaq 04 avqust 2020-ci il tarixdə yaşadıqları evdə təklikdə düzəltmiş, patronların içərisini qırma və barıtla özü doldurmuşdur. Qırmalarla barıtı isə xatırlamadığı vaxt xatırlamadığı mağazadan almışdır. İçərisinə qıma və barıt doldurduğu gilizlər tüfənglə birlikdə mərhum atası Əfqan Zamanovdan qalmışdır. Təxminən 30 dəqiqə Gülbuta İmanovanın yaşadığı evdən uzaqda gözləməsini, onlardan uzaqda olduğundan və qaranlıq olduğundan həmin vaxt Gülbuta İmanovanın yanında yalnız Şahid4 səsini eşitməsini, Şahid1 onun yanında olmasını görmədiyini bildirmişdir. 2019-cu ilin noyabr ayında yaşadığımız Qazançı kəndində tövlələrini təmir etdirirdilər. Bu səbəbdən X50 ilə birlikdə özlərinə məxsus iri buynuzlu heyvanları götürüb Goranboy rayonu Goran qəsəbəsinə köçmüşdülər. X50 ilə birlikdə Goran qəsəbəsində Minarə Əliyevaya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırdılar. X43 da ailə isə birlikdə Goran qəsəbəsində yaşayır. Lakin onun nə bibisi Həqiqətlə, nə onun əri Qəşəm Nəbiyevlə, nə də ki onu ailə üzvləri ilə heç bir mübahisəsi olmamışdır. 2020-ci ilin may ayında isə geri Qazançı kəndində yaşadıqları evə qayıtmışlar. O, heç vaxt X4 istəməmişdir. Şahid1 sözləri yalan və böhtandır. Hadisədən təxminən 10 gün qabaq Goran qəsəbəsində Gülbuta İmanovagilin evlərində cinsi əlaqədə olmuş, həmin vaxt o və Gülbuta İmanova evdə tək olmuşlar. Onlar evdən çıxdıqda yalandan mübahisə etmişlər ki, həyətdə onları görən Şahid2 onların münasibətlərindən şübhələnməsin. Həmin vaxt Gülbuta İmanova ilə dalaşmamışdır. Məhkəmə istintaqı zamanı əlavə olaraq göstərmişdir ki, atəş açdığı silah rəhmətlik atasından qalan silah olmuş, atası 2009-cu ildə rəhmətə gedib, gilizlər, patronlar və silah o vaxtdan qalanlar olmuş, gilizlərə barıtı və qırmaları özü doldurmamış, necə olmuşsa, elə də evdən götürmüşdür. İbtidai istintaq zamanı da belə desə də, ola bilsin ki, anlaşımazlıq olduğundan, ifadəsində göstərilən kimi başa düşülmüşdür. Həmçinin ifadəsində törətdiyi əmələ görə peşmançılıq çəkdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 qızı ifadəsində göstərmişdir ki, X17 doğma bacısıdır. Təxminən 2007-ci ildə X51 Mikayılovla qeyri rəsmi ailə həyatı qurmuş və onların birgə evlilikdən iki övladları olmuşdur. X51 Mikayılovla ailə həyatı qurduqdan sonra Tərtər rayonunun Bəyimsarov kəndində yaşamışlar. Lakin 2010-cu ildə onlar Goranboy rayonunun Goran qəsəbəsinə köçmüşlər. Gülbuta İmanova və Şahid1 Goran qəsəbəsində fərdi təsərrüfatla məşğul olmuşlar. Təqsirləndirilən şəxs 2018-ci ildən tanımışdır. Təqsirləndirilən şəxs Goranboy rayonunun Goran qəsəbəsində görmüşdür. Çünki Təqsirləndirilən şəxs X50 ilə birlikdə Goran qəsəbəsinə mal-heyvanlarını gətirib saxlayırdılar. O, da Goran qəsəbəsinə bacısı Gülbuta İmanovanın yanına getdikdə orada Təqsirləndirilən şəxs görmüşdür. Belə ki, Təqsirləndirilən şəxs ara-sıra Gülbuta İmanovanın evinə gəlir, Şahid1la birlikdə su gətirməyə gedirdi. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəllərində Goran Qəsəbəsində görmüşdür. Bundan başqa 2020-ci ilin mart ayında Goran qəsəbəsində olarkən Təqsirləndirilən şəxs X50 ona "balaca qızın nə qəşəgdir, istiyərdim onu oğluma alım" sözlərini demiş, o, da Dilbər Zamanovaya "dediyin qızımın adı Şövkətdir, onun 15 yaşı var, onun evlənmsi hələ tezdir" sözlərini demişdir. Təxminən 2020-ci ilin iyun ayında Qaradağlı kəndində öz evlərində olmuş, həmin vaxt Gülbuta İmanova da onların evində olmuş, həmin vaxt Gülbuta İmanovanın mobil telefonuna zəng gəlmiş və Glbuta İmanova telefonda danışarkən o, ona "səninlə kim danışır" sözlərini demiş, Gülbuta İmanova ona "Qəriblə danışıram" sözlərini demiş, o, telefonu Gülbuta İmanovanın əlindən alıb Təqsirləndirilən şəxs "sənə nə lazımdır" sözlərini demiş, Təqsirləndirilən şəxs ona "dedim ev üçün nəsə lazımdırsa, alım" sözlərini demişdir. Təqsirləndirilən şəxs "əgər Gülbutagilə alınası nəsə lazımdırsa onda Tofiqə zəng etmirsən, sən bir də Gülbutaya zəng etsən, qardaşlarıma deyəcəm" sözlərini demişdir. Bu sözlərindən sonra telefonu sonladırmışdır. 05 avqust 2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı Goranboy rayonu Qaradağlı kəndində olmuş, həmin gün saat 23 radələrində qardaşı Maşallah İmanov ona zəng edib "Gülbutanı güllələyiblər, hazırlaş gəlib səni götürəcəm" sözlərini demiş, bundan sonra Maşallah İmanov öz avtomobili ilə gəlib onu evlərindən götürüb aparmışdır. Goranboy rayon mərkəzi xəstəxanasında məlum olmuşdur ki, Gülbuta İmanova ölmüşdür. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs Gülbuta İmanova ilə sevgi münasibətlərində olmaları və sonuncunun Təqsirləndirilən şəxsla münasibətləri dayandırması, onu söyüb təhqir etməsi səbəbindən Təqsirləndirilən şəxs Gülbuta İmanovanı öldürməsi ilə bağlı məlumatı olmamışdır. Əlavə olaraq təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci ildə X17 ilə qeyri rəsmi ailə həyatı qurmuşdur. Onların birgə evlilikdən iki övladları var. Onlar 2008-ci il təvəllüdlü X40 və 2010-cu il təvəllüdlü Şahid4dır. Gülbuta İmanova ilə ailə həyatı qurduqdan sonra Tərtər rayonu Bəyimsarov kəndində yaşamağa başlamışlar. Orada onlar mal-heyvan saxlayırdılar. Sonralar 2010-cu ildən Gülbuta İmanova ilə birlikdə Goranboy rayonu Goran qəsəbəsinə köçmüş və orada yaşamağa başlamışlar. Gülbuta İmanova həm də ki onun bibisi nəvəsidir. Təqsirləndirilən şəxs arvadı Gülbuta İmanovanın həmkəndlisi kimi tanımışdır. Təqsirləndirilən şəxs Goran qəsəbəsində yaşayarkən onun anası X35 bacısı Gülnarənin qızı Şövkəti oğlu Qəribə istədiyini bildirmiş, Gülbuta İmanova isə X23 ailəsi ilə söz-söhbəti olduğunu, həm də ki, onların yaşlarının uyğun gəlmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla Gülbuta İmanovanın arasında narazıçılıq olmuş, Təqsirləndirilən şəxs Gülbuta İmanovaya irad bildirmişdir. 05 avqust 2020-ci il tarixdə saat 22 radələrində o, Gülbuta İmanova, övladları Şahid4 və Şəfəq İmanova, eləcə də Gülbuta İmanovanın qardaşı Şahid6la yaşadıqları Goran qəsəbəsində yerləşən evlərində olmuşlar. Həmin vaxt Gülbuta İmanova ona Mələk xalasının xəstə olduğunu, onlara getmələrini, həm də yemək aparmalarını, həm də uşaqların televizorda kinoya baxmalarını demiş, o, da Gülbuta İmanovanın sözləri ilə razılaşıb evdəkilərlə birlikdə ora getmişlər. Lakin yolda Şahid6 Şəfəq İmanovanı götürüb öz evlərinə aparmışdır. O, Gülbuta İmanova və Şahid4 ilə Şahid2gilin evinə getmişlər. Şahid2gilin evində Şahid3, onun uşaqları Əli İmanlı və Sakit İmanlı, birdə Şahid2 nəvəsi Şahid5 olmuşlar. Həmin vaxt Şahid5 və Əli İmanlı evin birinci otağında yatmışlar. Sakit İmanlı isə tevizor olan otaqda olmuşdur. O, evin televizor olan otağında yerdən şkafın qarşısnda uzanmış, Şahid2 giriş qapısından sağda yerləşən çarpayının üzərində uzanmışdır. Gülbuta İmanova isə həmin çarpayıya söykənib yerdən oturmuşdur. Qızı Şahid4 isə Gülbuta İmanovanın yanında oturmuşdur. Saat 23 radələrində Şahid4 durub birinci otağa getmişdir. Həmin vaxt o, mürgüləmiş və birdən partlayış səsi eşitmişdir. O, dərhal yerindən durmuş və elə başa düşmüşdür ki, televizor partlayıb. Otağın işığı yanmış və tez gedib televizoru elektrik cərəyanından aralamışdır. Şahid2 isə giriş qapısı tərəfə getmişdir. Televizoru cəryandan araladıqdan sonra bir də partlayış səsi eşitmiş, ikinci partlayışdan sonra Gülbuta İmanova "televizor partlamadı, deyəsən məni vurdular" sözlərini demişdir. O, dərhal Gülbuta İmanovanı quçaqlamış və o, yerə uzanmışdır. Gülbuta İmanovanın sinəsindən qan axmağa başlamış və o, huşunu itirmişdir. O, dərhal əlləri ilə Gülbuta İmanovanın sinəsini sıxmışdır ki, qanı dayasın. Lakin qan dayanmamışdır. Evin içərisinin tüstüsü çəkiləndə başa düşmüşdür ki, Gülbuta İmanovanı odlu silahdan açılmış atəşlə vurublar və atəş tevizorun arxasındakı pəncərinin sağ tərəfindən açılmışdır. Çünki pəncərənin sağ aşağı küncünə baxdıqda şüşəsinin qırıldığını və ətrafının barıt izlərinə bulaşdığını görmüşdür. Şahid2 parça gətrmiş və həmin parçanı Gülbuta İmanovanın sinəsinə qoymuşdur. Şahid3 isə evdə olan uşaqları sakitləşdirməyə çalışmışdır. Sonra Şahid3 polisə və təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Təcili tibbi yardım briqadası gəldikdən sonra X24 rayon mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açıb qətlə yetirməsini sonradan bilmiş, hadisə vaxtı Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açmasını görməmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, X36 Zamanovla sevgi münasibətlərində olması, sonuncunun Təqsirləndirilən şəxsla münasibətləri dayandırması, onu söyüb təhqir etməsi səbəbindən Təqsirləndirilən şəxs Gülbuta İmanovanı öldürməsi ilə bağlı məlumatı olmamışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs özünə məxsus iri buynuzlu heyvanlarını götürüb Goranboy rayonu Goran qəsəbəsinə köçmüş, Goran qəsəbəsində Minarə Əliyevaya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamış, sonralar, yəni 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs bibisi əri X59 Zamanovu həmin evdən çıxartmışdır. Buna səbəb onların arasında olan mübahisə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Qəşəm Nəbiyevin yaşadığı evə tez-tez gedibgəlmiş, Qəşəm Nəbiyevin gəlini Rahilə ilə Təqsirləndirilən şəxs söhbətlər etməsi səbəbindən X52 Zamanovun arasında mübahisə yaranmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X17 onun bacısı qızıdır. Bundan başqa qızı Şərafət X14rdaşı Maşallah İmanovun arvadıdır. Gülbuta İmanovanın əri Şahid1dur. Onların birgə evlilikdən iki övladları vardır. 03 avqust 2020-ci il tarixdə qızı Şahid3 oğlanları Əli İmanlı və Sakit İmanlı ilə birlikdə onun evinə gəlmişlər. Şahid3 onun evinə gəlməkdə məqsədi bir neçə gün onlarda qalmaq olmuşdur. 05 avqust 2020-ci il tarixdə Şahid3 oğlanları ilə birlikdə onun evində olduqları vaxt saat 22 radələrində Şahid1, Gülbuta İmanova və onların qızları Şahid4 onlara gəlmişlər. Gülbuta İmanova əlində aş da gətirmişdir. Gətirilən aşdan Əli İmanlı yemiş, sonra Şahid5 birinci otaqda divanın üstünə uzanıb yatmışdı. O, isə televizor olan otaqda çarpayının üstünə uzanmış, Gülbuta İmanova isə həmin çarpayıya söykənib yerdən oturmuşdu. Şahid1 isə Gülbuta İmanova ilə üzbəüz şkafın qarşısnda yerdən uzanmışdı. Onlar televizora baxırmışlar. Şahid4 və Əli İmanlı isə Gülbuta İmanovanın böyründə oturub mobil telefonla oynayırdılar. Şahid3 isə stulda oturub televizora baxırdı. Sakit İmanlı isə anası Şahid3 yanında yerdən uzanıb yatmışdır. Şərafət X29cağına alıb evin birinci otağına aparmış, bu vaxt Şahid3 ilə birlikdə Şahid4 və Əli İmanlı da evin birinci otağına keçmişlər. Birdən o, olduğu otaqda bərk partlayış baş vermiş, elə bilmişdir ki, televizor partlamışdır. O, dərhal çarpayıdan durmuş və qorxusundan birinci otağa keçmişdir. Həmin vaxt Şahid3 televizor olan otağa keçib işığı yandırmış, yenə partlayış baş vermişdir. Televizor olan otağa keçdikdə Gülbuta İmanovanın çarpayının böyründə oturaq vəziyyətdə olmasını və sinəsindən qan axdığını görmüşdür. Gülbuta İmanova "tevizor partlamadı, deyəsən məni vurdular" sözlərini demiş, Tofiq X11caqlamış və onu yerə uzatmışdır. Gülbuta İmanova huşunu itirmişdir. Şahid1 dərhal əlləri ilə Gülbuta İmanovanın sinəsini sıxmışdır ki, qanı dayansın. Lakin qan dayanmamışdır. Evin içərisinin tüstüsü çəkiləndə başa düşmüşdür ki, Gülbuta İmanovanı odlu silahdan açılmış atəşlə vurmuşlar və atəş tevizorun arxasındakı pəncərinin sağ tərəfindən açılmışdır. Çünki pəncərənin sağ aşağı küncünə baxdıqda şüşənin qırılmasını və ətrafının barıt izlərinə bulaşdığını görmüşdür. O, parça gətirmiş və həmin parçanı Gülbuta İmanovanın sinəsinə qoymuşdur. Şahid3 isə evdə olan uşaqları sakitləşdirməyə çalışmışdır. Sonra Şahid3 polisə və təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Təcili tibbi yardım briqadası gəldikdən sonra X24 rayon mərkəzi xəstəxanasına aparmışlar. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açıb qətlə yetirməsini sonradan bilmiş, hadisə vaxtı Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açmasını görməmişdir. X36 Zamanovla sevgi münasibətlərində olması, sonuncunun Təqsirləndirilən şəxsla münasibətləri dayandırması, onu söyüb təhqir etməsi səbəbindən Təqsirləndirilən şəxs Gülbuta İmanovanı öldürməsi ilə bağlı məlumatının olmamasını bildirmişdir. Əlavə etmişdir ki, hadisədən təxminən 10 gün əvvəl yaşadığı Goran qəsəbəsində olarkən saat 10 radələrində evdə olarkən Gülbuta İmanova onu evlərinə çay içməyə dəvət etdiyindən onlara gedib qapılarına çatanda Təqsirləndirilən şəxs və Gülbuta İmanovanın mübahisə etdiklərini görmüşdür. Onlara yaxınlaşanda Gülbuta İmanova əlindəki un ələyi ilə Təqsirləndirilən şəxs iki dəfə vurmuş və "qanını üstümə tökmə, qardaşlarımı çağırmamış, çıx get" sözlərini demişdir. Təqsirləndirilən şəxs Gülbuta İmanovanın qolundan tutub içəri aparmaq istəmiş və "məni biyabır etmək istəyirsən, gəl evə keçək" sözlərini demişdir. O, da Təqsirləndirilən şəxs "sənin Gülbuta ilə nə söhbətin var" sözlərini demiş, Təqsirləndirilən şəxs da ona "Gülbuta mənim anama dediyi sözü özü bilir" sözlərini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra Gülbuta İmanovadan nə baş verdiyini soruşduqda, Gülbuta İmanova ona "dedi-qodu üstündə mənimlə dalaşır" sözlərini demişdir. Hadisə barədə Gülbuta İmanovanın qardaşı Şahid6 da demişdir. Şahid6 da həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs əmisi Məhərrəmə zəng edib ona demişdir ki, "qardaşın oğlu Qəribi çək evinə bağla, birdə bacımın evinə gəlməsin". Məhərrəm də ona demişdir ki, "heç kimə deməyin, mən bu məsələni aydınlaşdırıb, Qəribi başa salaram". Bundan başqa Gülnarə Salmanova da Təqsirləndirilən şəxs qardaşı Neymətə zəng edib ona demişdir ki, "qardaşın Təqsirləndirilən şəxs evinizə bağla, qoy bacım Gülbutadan əl çəksin". Bundan başqa bildirmişdir ki, onun yanında Gülbuta İmanova dəfələrcə Təqsirləndirilən şəxs təhqir edib ondan əl çəkməsini istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, X17 onun həm xalası qızıdır, həm də ki əri Maşallah İmanovun bacısıdır. Gülbuta İmanovanın əri Şahid1dur. Onların birgə evlilikdən iki övladları vardır. Gülbuta İmanova əri Şahid1 və uşaqları ilə bilrikdə Goranboy rayonunun Goran qəsəbəsində yaşadığı evin qonşuluğunda yaşayırlar. Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs özünə məxsus iri buynuzlu heyvanlarını götürüb Goranboy rayonu Goran qəsəbəsinə köçmüş, orada Minarə Əliyevaya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində anası ilə yaşamış, bir müddət sonra isə Goranboy rayonunun Qazançı kəndinə getmişlər. Təqsirləndirilən şəxs Goran qəsəbəsindən çıxıb getdikdən sonra onun avtomobilini bir dəfə Goran qəsəbəsində uzaqdan görmüşdür. Lakin Təqsirləndirilən şəxs Goran qəsəbəsinə nə səbəbə görə gəlməsini bilməmişdir. 03 avqust 2020-ci il tarixdə oğlanları Əli İmanlı və Sakit İmanlı ilə birlikdə anası Şahid2 qonşuluqda yerləşən evlərinə gəlmiş, bir neçə gün anası Şahid2 evində qalmaq istəmişdir. 05 avqust 2020-ci il tarixdə anası Şahid2 evində olduğu vaxt saat 22 radələrində Şahid1, Gülbuta İmanova və onların qızları Şahid4 onlara gəlmişlər. Gülbuta İmanova əlində aş da gətirmişdir. Gətirilən aşdan oğlu Əli İmanlı yemiş, Şahid5 birinci otaqda divanın üstünə uzanıb yatmışdır. Anası Şahid2 televizor olan otaqda çarpayının üstünə uzanmış, Gülbuta İmanova isə həmin çarpayıya söykənib yerdən oturmuş, Şahid1 isə Gülbuta İmanova ilə üzbəüz şkafın qarşısnda yerdən uzanmışdır. Onlar televizora baxmışlar. Şahid4 və Əli İmanlı isə Gülbuta İmanovanın böyründə oturub mobil telefonla oynayırdılar. O, isə stulda oturub televizora baxmış, Sakit İmanlı isə onun yanında yerdən uzanıb yatmışdır. Bir qədər sonra Sakit İmanlını qucağına alıb evin birinci otağına aparmış, bu vaxt onunla birlikdə Şahid4 və Əli İmanlı da evin birinci otağına keçmişlər. Sakit İmanlını çarpayının üstünə uzadarkən birdən televizor olan otaqdan bərk partlayış səsi eşitmiş, uşqaları oataqda qoyub, tez televizor olan otağa keçib işığı yandırmış və otağın tüstüyə büründüyünü görmüşdür. Gülbuta İmanova isə çarpayının böyründə oturaq vəziyyətdə olmuşdur. Şahid1 televizoru tokdan çıxartmış və anası Şahid2 qorxusundan durub birinci otağa keçmişdir. Həmin vaxt ikinci partlayış baş vermiş, sonra Gülbuta İmanovanın sinəsindən qan axdığını görmüş, Gülbuta İmanova "televizor partlamadı, deyəsən məni vurdular" sözlərini demişdir. Tofiq X11caqlamış və onu yerə uzatmışdır. Gülbuta İmanova huşunu itirmişdir. Şahid1 dərhal əlləri ilə Gülbuta İmanovanın sinəsini sıxmışdır ki, qanı dayansın. Lakin qan dayanmamışdır. Evin içərisinin tüstüsü çəkiləndə başa düşmüşdür ki, Gülbuta İmanovanı odlu silahdan açılmış atəşlə vurublar və atəş tevizorun arxasındakı pəncərinin sağ tərəfindən açılmışdır. Çünki pəncərənin sağ aşağı küncünə baxdıqda şüşənin qırılmasını və ətrafının barıt izlərinə bulaşmasını görmüşdür. Şahid2 parça gətirmiş və həmin parçanı Gülbuta İmanovanın sinəsinə qoymuşlar. O, isə evdə olan uşaqları sakitləşdirməyə çalışmışdır. Sonra polisə və təcili tibbi yardıma zəng edib məlumat vermiş və təcili tibbi yardım briqadası gəldikdən sonra X24 rayon mərkəzi xəstəxanasına aparmışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açıb qətlə yetirməsini sonradan bilmiş, hadisə vaxtı Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, atası Şahid1, anası isə Gülbuta İmanovadır. Bir bacısı var onun adı isə Şəfəq İmanovadır. O, ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Goran qəsəbəsində yerləşən evlərində yaşayırlar. 05 avqust 2020-ci il tarixdə saat 22 radələrində atası Şahid1, X53, bacısı Şəfəq İmanova və dayısı Şahid6 yaşadılqarı Goran qəsəbəsində yerləşən evlərində olmuşlar. Həmin vaxt X53 atası Şahid1 Mələk xalanın xəstə olduğunu, ağradığını, onlara yemək aparmalarını, həm də kinoya baxmalarını demiş, atası Şahid1 isə etiraz etməyərək, birlikdə evdən çıxıb getmişlər. Lakin yolda Şəfəq İmanova dayısı Şahid6la onların evlərinə getmiş, atası Şahid1, X53 və o Şahid2gilin evinə getmişlər. Şahid2gilin evində Şahid3, onun uşaqları Əli İmanlı və Sakit İmanlı, birdə Şahid2 nəvəsi Şahid5 olmuşlar. X37 gətirdiyi aşdan Əli İmanlı yemiş, Şahid5 birinci otaqda divanın üstünə uzanıb yatmış, Sakit İmanlı isə tevizor olan otaqda olmuşdur. Atası Şahid1 evin televizor olan otağında yerdən şkafın qarşısnda uzanmış, Şahid2 giriş qapısından sağda yerləşən çarpayının üzərində uzanmışdır. X53 isə həmin çarpayıya söykənib yerdən oturmuşdur. O və Əli İmanlı isə X37 böyründə oturub mobil telefonla oynayırmışlar. Şahid3 isə stulda oturub televizora baxırdı. Sakit İmanlı isə onun yanında yerdən uzanıb yatmışdır. Həmin vaxt otağın işığı sönülü olmuşdur. Saat 23 radələrində Şərafət X29cağına alıb evin birinci otağına aparmışdır. Şahid3 Sakit İmanlının çarpayının üstünə uzadarkən birdən televizor olan otaqdan bərk partlayış səsi eşitmiş, Şahid3 onları otaqda qoyub, tez televizor olan otağa keçib işığı yandırmış, Şahid2 qorxusundan durub birinci otağa keçmiş, həmin vaxt ikinci partlayış baş vermişdir. Sonra o partlayış baş verən ikinci otağa keçmiş və Gülbuta İmanovanın sinəsindən qan axmasını görmüş və Gülbuta İmanova "tevizor partlamadı, deyəsən məni yurdular" sözlərini demişdir. Atası Şahid1 X44 qucaqlamış və onu yerə uzatmışdır. X53 huşunu itirmiş, atası Şahid1 dərhal əlləri ilə X37 sinəsini sıxmışdır ki, qanı dayasın. Lakin qan dayanmamış, sonra bacısı Səfəq İmanova və dayısı Şahid6 Şahid2gilin evlərinə gəlmişlər. X44 təcili tibbi yardım briqadası Goranboy rayon mərkəzi xəstəxanasına aparmış, sonra o, atası Şahid1 və bacısı Şəfəq İmanova ilə birlikdə Goranboy rayon Mərkəzi xəstəxanasına getmişlər. Orada onlara anasının artıq ölməsini demişlər. İfadəsinə əlavə olaraq anası X36 Zamanov adlı şəxs tərəfindən atəş açılaraq öldürülməsini sonradan bilmiş, lakin nə səbəbə öldürməsi barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs Gülbuta İmanovaya atəş açmasını görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, X17 onun doğma bacısıdır. Təxminən 2007-ci ildə X51 Mikayılovla qeyri rəsmi ailə həyatı qurmuş və onların birgə evlilikdən iki övladları olmuşdur. X51 Mikayılovla ailə həyatı qurduqdan sonra Tərtər rayonunun Bəyimsarov kəndində yaşamışlar. Lakin sonradan, yəni 2010-cu ildə onlar Goranboy rayonu Goran qəsəbəsinə köçmüşlər. Gülbuta İmanova və Şahid1 Goran qəsəbəsində fərdi təsərrüfatla məşğul olmuşlar. Təqsirləndirilən şəxs həmkəndli kimi tanımışdır. 2019-cu ilin sonlarında Təqsirləndirilən şəxs özünə məxsus iri buynuzlu heyvanlarını götürüb Goranboy rayonu Goran qəsəbəsinə köçərək Minarə Əliyevaya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində anası ilə birlikdə yaşamış, bundan sonra isə həmin evdən çıxıb, mal-heyvanlarını da götürüb yaşadıqları Goranboy rayonu Qazançı kəndinə getmişlər. Təqsirləndirilən şəxs Goran qəsəbəsindən çıxıb getdikdən sonra ara-sıra onu Goran qəsəbəsində görmüşdür. Təxminən 05 avqsut 2020-ci il tarixdən 5-6 gün qabaq Gülbuta İmanova onu öz yaşadığı evinə çağırmış, o, Gülbuta İmanovanın yaşadığı evə getmişdir. X30 Təqsirləndirilən şəxs əli bıçaqlı qapısına basqına gəldiyini bildirmiş, X38 Zamanovun nə səbəbə görə onun üstünə basqına gəlməsini soruşduqda Gülbuta İmanova da ona “Təqsirləndirilən şəxs mənə deyir ki, sən mənim həyatımı puç eləmisən, anama nəsə demisən, işimi sən burmusan" sözlərini demişdir. O, X28 nə işini pozduğunu soruşduqda Gülbuta İmanova ona "Qərib Gülnarənin qızını istəyib, biz də Dilbərə demişik ki, sənə veriləsi qızımız yoxdur, bunun üstündə Qərib mənimlə öcəşir" sözlərini demişdir. Dərhal Təqsirləndirilən şəxs zəng edib ona "bıçağı sənə soxacam, görək bıçaq çıxartmaq necə olur" sözlərini demiş, Təqsirləndirilən şəxs ona "Gülbuta İmanova mənim bacımdır, anamdır, mən Gülbutagilə içkili gəlmişəm, Gülbuta məni söyüb evdən qovaladı" sözlərini demiş, Təqsirləndirilən şəxs nə səbəbə görə Gülbuta İmanovagilə gəlməsini soruşmuş, Təqsirləndirilən şəxs ona "yanına gəlmək istəyirəm, sən Xəqaniyə demisən ki, Qəribi biyabır edib telefona çəkəcəm" sözlərini demişdir. O, da Təqsirləndirilən şəxs "mən elə söz deməmişəm, qoy istəyirsənsə, Xəqaniyə zəng edib deyim" sözlərini demişdir. Təqsirləndirilən şəxs ona "sən atanın goru zəng eləmə, özüm ora gələcəm" sözlərini demişdir. Sonra Təqsirləndirilən şəxs anası Cahan İmanova ilə də mobil telefonda danışmışdır. Cahan İmanova sonra ona "Qərib məndən də sənə dediyi kimi üzrhaqlıq etdi" sözlərini demişdir. Təqsirləndirilən şəxs əmisi Məhərrəmə də zəng edib "Qəribi evinizə bağlayın, biz sizə nə pislik etmişik" sözlərini demiş, Məhərrəm də ona "həmin məsələni aydınlaşdıraram" deyə cavab vermişdir. 05 avqust 2020-ci il tarixdə saat 22 radələrində Gülbuta İmanovagilin evində aş yemiş və sonra onlar hamısı evdən çıxmışlar. O və X16 İmanova onun evinə getmişlər. Gülbuta İmanova, Şahid1 və Şahid4 isə kinoya baxmaq üçün Şahid2gilin evinə getmişlər. Saat 23 radələrində evdə yatdığı vaxt birdən ona zəng gəlmiş, telefona cavab verəndə qonşusu Bəxtiyar ona "Gülbuta ağrıyır, dur Mələk xalangilə gəl" sözlərini demişdir. Şahid2gilin evinə getdikdə Gülbuta İmanovaya atəş açılıb yaralanmasını görmüşdür. Təcili tibbi yardım briqadası X24 rayon mərkəzi xəstəxanasına aparmış və Gülbuta İmanova orada vəfat etmişdir. Sonra bilmişdir ki, X45 Zamanov atəş açaraq öldürmüşdür. İfadəsinə əlavə olaraq X36 Zamanovla sevgi münasibətlərində olmasının, sonuncunun Təqsirləndirilən şəxsla münasibətləri dayandırması, onu söyüb təhqir etməsi səbəbindən Təqsirləndirilən şəxs Gülbuta İmanovanı öldürməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş « Hadisə yerinə baxış keçirilməsi » haqqında 05.08.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonunun Goran qəsbəsində yerləşən Şahid2 yaşadığı fərdi yaşayış evidir. İş materiallarına əlavə olunmuş « baxış keçirilməsi haqqında » haqqında 07.08.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs istifadəsində olan «Samsung » markalı mobil telefonun "WhatsApp” proqramına baxış keçirilmişdir. Kompyuterin işçi masasında bir ədəd "SAMSUNG" markalı mobil telefon vardır. Həmin mobil telefonun işçi ekranına təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dediyi kimi "Q1967Z" parolu vasitəsi ilə daxil olundu. Daxil olduqdan sonra "WATSAP" proqramına daxil olundu. Mobil telefonun "WATSAP" proqramı ***-***-**-** nömrəsi altında işləyir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** nömrəsi mərhum X12 məxsus olmuşdur. Həmin nömrəyə daxil olduqda müəyyən edildi ki, həqiqətən Təqsirləndirilən şəxsla Gülbuta İmanova arasında sevgi məzmununda smslər yazılmış və səs yazıları göndərilmişdir. Qeyd edilən sms yazışmaları və səs yazıları 19 may 2019-cu il tarixdən 05 avqust 2020-ci il tarixədək göndərilmişdir. İş materiallarına əlavə olunmuş «baxış keçirilməsi haqqında» haqqında 01.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli və Gülbuta İmanovanın istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrələrə daxil olan və çıxan zənglərə baxış keçirilmişdir. 6 ədəd maqnit faylı açılmış, 1-ci maqnit faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin nömrələri və danışıq müddətləri qeyd edilmişdir. Həmin fayldan görünür ki, 01 iyun 2020-ci il tarixdən 03 avqust 2020-ci il tarixədək müddət ərzində ***-***-**-** mobil nömrəsinə Gülbuta İmanovanın istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrədən müxtəlif tarixlərdə zənglər daxil olmuş və sonuncu nömrəyə ***- ***-**-** nömrəsindən zənglər edilmişdir. Eləcə də həmin nömrələr arasnda müxtəlif müddətlərdə danışıqlar olmuşdur. 2-ci maqnit faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan sms mətnləri qeyd edilmişdir. Həmin fayldan görünür ki, 23.07.2020, 24.07.2020, 25.07.2020, 01.08.2020, 02.08.2020 və 03.08.2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsindən Gülbuta İmanovanın istifadəsində olmuş ***-***-**-** nömrəsinə sevgi, yalvarış və hədə məzmunlu sözlər yazılmış sms mətnlər göndərilmişdir. 3-cü maqnit faylda X7 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin nömrələri və danışıq müddətləri qeyd edilmişdir. Həmin fayldan görünür ki, 01 iyun 2020-ci il tarixdən 03 avqust 2020-ci il tarixədək müddət ərzində ***-***- **-** mobil nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli mobil nömrələrdən müxtəlif tarixlərdə zənglər daxil olmuş və sonuncu nömrələrə ***-***-**-** nömrəsindən zənglər edilmişdir. Eləcə də həmin nömrələr arasnda müxtəlif müddətlərdə danışıqlar olmuşdur. 4-cü maqnit faylda X7 istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan sms mətnləri qeyd edilmişdir. Həmin fayldan görünür ki, 22.07.2020, 23.07.2020, 24.07.2020, 25.07.2020, 28.07.2020, 29.07.2020, 30.07.2020, 31.07.2020, 01.08.2020, 02.08.2020 və 03.08.2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəsindən Gülbuta İmanovanın istifadəsində olmuş ***-***-**-** nömrəsinə sevgi, yalvarış və hədə məzmunlu sözlər yazılmış sms mətnlər göndərilmişdir. İş materiallarına əlavə olunmuş "SAMSUNG" markalı mobil telefona təkrar baxış keçirilməsi haqqında 03 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "SAMSUNG" markalı mobil telefonuna onun tələbi ilə baxış keçirilmişdir. Həmin mobil telefonun işçi ekranına təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dediyi kimi "Q1967Z" parolu vasitəsi ilə daxil olundu. Daxil olduqdan sonra "Photo Vault" proqramına Təqsirləndirilən şəxs dediyi kimi "1967" rəqəmlərindən ibarət parol yazılaraq daxil olundu. Daxil olunduqdan sonra "GÜLÜM VƏ MƏN" faylı vardır. Həmin fayla təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dediyi kimi "GÜLÜM" sözlərindən ibarət parol yazılaraq daxil olundu. Həmin faylda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsla X1 birgə şəkilləri və intim videoları vardır. Həmin videolar "Qalereya" bölməsinə köçürüldü. Videolardan da görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs mərhum Gülbuta İmanova ilə sevgi münasibətlərində olmuşlar. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Goranboy rayon Şöbəsi tərəfindən təqdim edilmiş 06.08.2020-ci il tarixli 22 №-li meyitin ekspertizasına dair rəyindən görünür ki, 1983 -cü ildə anadan olmuş X1 meyitinin məhkəmə tibbi ekspertizası və qərarda qoyulmuş suallara uyğun olaraq aşağdakı nəticəyə gəlirəm: X7 meyitində sağ döş qəfəsinin ön səhtinin kor odlu silah (qırma) yarası. Sağ ağ ciyərin yuxarı payının didilib-dağılmış yarası, döş qəfəsinin sağ yarısının və sol saidin, sol bazunun, sol körpücük altı nahiyənin çox saylı yaraları. Bu xəsarətlər həyatidir, ölüm baş verməmişdən saniyələrlə ölçülən az müddət əvvəl yetirilmişdir. Ölümlə bir başa səbəbli əlaqəlidir. Həmin yaralar öndən arxaya doğru olub patronun qırma (seçmə) ilə doldurulmuş odlu silahdan qırmaların (seçmələrin) daxil olduğu yaxın məsafədən, yəni 3-5 metrdən iki dəfə açılmış atəş təsirindən əmələ gəlmişdir. Yaranın xarakteri, yara kanalının olması, yara kanalında və daxili üzündə qırmanın aşkar edilməsi təsiq edici əlamətlərdəndir. Döş qəfəsinin ön səthində olan yara sağlamlığa ağır zərər vurmaya aid edilir, digər yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X1 ölümünə səbəb ağciyərin zədələnməsi və kəskin qan itirmə ilə nəticələnən sağ döş qəfəsinin ön səhtinin kor odlu silah yarası olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 4-6 saat əvvəl baş verdiyini göstərir. Xəsarətlərin xarakteri və lokalizasiyası xəsarət aldıqdan sonra G.İmanovanın qısa müddət ərzində hər hansı iradi hərəkət etməsini istisna etmir. Atəş zamanı şəxsin oturaq vəziyyətdə olması inkar olunmur. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Goranboy rayon Şöbəsi tərəfindən təqdim edilmiş 07.08.2020-ci il tarixli 491 №-li canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonervoloji Dispanserindən təqdim edilmiş ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23.10.2020-ci il tarixli, 589/268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdi-psixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi. O, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişin onu təhqir etməsi və ondan ayrılmaq istəməsi ola bilərdi. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 28.09.2020-ci il tarixli 3/996; 997; 998 №-li kompleks məhkəmə-ballistik-trasoloji ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş silah - 1963-cü ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 32 kalibrli, “ИЖК” modelli, K 39837 №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir, üzərindəki zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, ondan öz-özünə atəş açılmır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 32 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar təxminən 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altrnda atılan güllələr isə 1000-1500 metr məsafəyə uça və həmin məsafələrdəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd patron-32 kalibrli olmaqla, həmin kalibrli, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış gilizlərə malik, 02 ədədi diametrləri 3 mm olan (5 №-li), 02 ədədi isə diametrləri 3,50 mm olan (3 №-li) qırma atımları ilə təchiz olunmaqla kustar üsulla doldurulmuş patronlardırlar, üzərlərində odlu silahdan atəş açılarkən yaranmağa xarakterik izlər yoxdur və atəşə yararlıdırlar. Həmin patronların 02 ədədinin gilizləri 1989-cu ildə, 01 ədədinin gilizi 1973-cü ildə, Rusiyada, Tula patron zavodunda istehsal olunmuşdur, 01 ədədinin gilizinin üzərində isə istehsal olunduğu ili bildirən işarə (yazı) olmadığından, onun gilizinin nə vaxt hazırlandığını və eləcə də müvafiq elmi metodika olmadığına görə, kustar üsulla doldurulmuş həmin 4 (dörd) ədəd patronun doldurulduqları tarixi müəyyən etmək mümkün deyildir. Həmçinin həmin patronların təyinatları üzrə döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulduqları 32 kalibrli yivsiz odlu ov tüfənglərindən atəş açılarkən, onların 02 ədədinə doldurulmuş 3 mm diametrli (5 №-li) qırmalar 300 metr, 02 ədədinə doldurulmuş 3,50 mm diametrli (3 №-li) qırmalar 350 metr məsafəyə uça və həmin məsafələrdəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 32 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər, Rusiyada, Tula patron zavodunda istehsal olunmuşlar, 01 ədədi 1989-cu ildə hazırlanmışdır, 01 ədədinin üzərində isə istehsal olunduğu ili bildirən işarə (yazı) olmadığından, onun nə vaxt hazırlandığını müəyyən etmək mümkün deyildir. Onlar təyinatlarına, kalibrlərinə, istehsal olunduqları yerə və bir sıra digər xüsusiyyətlərinə görə, təqdim edilmiş 4 (dörd) ədəd patronun gilizləri ilə bir-birlərinə uyğun gəlirlər. Həmin gilizlər, təqdim edilmiş 32 kalibrli, “ИЖК” modelli, K 39837 №-li təklüləli ov tüfəngindən atılmışlar. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd metal predmet-zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentlərinin atəşlə ayrılmış hissələridirlər diametrləri təxminən 3,50 mm olan (3 №-li) qırmalardırlar və təyinatlarına və konstruksiyalarına uyğun olaraq, 3,50 mm diametrli (3 №-li) qırmalar təyinatları üzrə döyüş sursatı kimi istifadə olunmaq üçün nəzərdə tutulduqları müvafiq kalibrli patronlara doldurlmaqla, yivsiz odlu ov tüfənglərindən atəş açılarkən 350 metr məsafəyə uça və həmin məsafələrdəki hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilərlər, lakin konstruksiyasına əsasən, qırmaların üzərində istehsal tarixinə və yerinə dair müvafiq işarə (yazı) nəzərdə tutulmadığına görə, onların nə vaxt və harada hazırlandıqlarını müəyyən etmək mümkün deyildir. Həmçinin təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə 32 kalibrli giliz(lər)ə doldurlması ilə hazırlanmış patron(lar)dan istifadə olunmaqla, tədqiqata təqdim edilmiş 32 kalibdir “ИЖК” modelli, K 39837 №-li təklüləli ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların həmin tüfəngdən və eləcə də başqa hansısa konkret bir silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Gülbuta İmanovaya məxsus bir ədəd qısaqol xalat, bir ədəd qara rəngli məmədan üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəciklərinin və qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, zədələrin formasına, morfoloji quruluşuna əsasən bir ədəd qısaqol xalat, bir ədəd qara rəngli məmədanın ön hissəsi üzərindəki zədələr giriş zədələri olub hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan bir atəş nəticəsində, 2 metrdən yuxarı məsafədən qırmaların təsirindən yetirilməyə xarakterikdir. Həmin zədələr təqdim edilmiş tüfəngdən açılan atəş nəticəsində yaranması mümkündür. Çıxış zədəsi olmadığından atəşin istiqamətini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli cins şalvarın səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara rəngli cins şalvarın üzərində odlu silahdan açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş hadisə yerindən pambıqla götürülmüş nümunə və 2 (iki) ədəd gilizin üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri aşkar edildi. Həmin hissəciklər ekspertizaya təqdim edilən tüfəngin lüləsində və 2 (iki) ədəd gilizlərdə olan atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hisəcikləri ilə forma və ölçülərinə görə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş tüfəngin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərini aşkar edilməsinə əsasən, həmin silahdan atəş(lər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından açılan atəş(lər)in vaxtını və sonuncu dəfə həmin silahdan nə vaxt və hansı gilizlə atəş açılmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş geyim əşyalarının üzərində qarşılıqlı mübarizə zamanı fiziki qüvvənin təsirindən yarana bilən hər hansı mexaniki zədə yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 05.11.2020-ci il tarixli 3/1803 №li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş təklüləli, yivsiz odlu ov tüfəngindən açılan atəş zamanı qırmalar çarpayının üzərində uzanmış Şahid2 İsibxan qızına zədə yetirə bilər, digər şəxslər Şahid1 və Şahid3 zədə yetirməsi mümkün hesab edilmir. Cinayət işinin materiallarında görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum G.G.İmanovaya ov tüfəngi ilə atəşlər açarkən tüfəngi mərhuma doğru istiqamətləndirmiş və iki atəş açmışdır. Ekspert rəyindən görünür ki, X1 meyidində olan çox saylı yaralar, öndən-arxaya doğru olub patronun qırma (seçmə) ilə doldurulmuş odlu silahdan qırmaların (seçmələrin) daxil olduğu 3-5 metrdən, iki dəfə açılmış atəş təsirindən əmələ gəlmişdir. Atəş zamanı şəxsin oturaq vəziyyətdə olması inkar olunmur. Təqdim edilmiş ov tüfəngindən 3 metr məsafədən 32 mm kalibrli kustar üsulla doldurulmuş patrondan istifadə etməklə atəş açılarkən zədənin radusunun 23 sm diametrə malik olması eksperimental atəş nəticəsində müəyyən edilmişdir. Patronların daxilində olan qırmalar 2,5 metr məsafəyə qədər kompakt halda uçur, bu məsafədən sonra yayılmağa başlayır. 3 metr məsafədən atəş açılarkən lülədən çıxmış qırmalar 23 sm radiusda yayılaraq tuşlanmış hədəf istiqamətə səpələnir. Təqsirləndirilən şəxs birinci atəşi açdığı yerdən mərhum G.G.İmanovaya 3 metr, bu vəziyyətdə G.G.İmanova ilə Şahid1 olduğu yerin arasındakı məsafənin 1,5 metr olduğu halda yuxarıda göstərilmiş xüsusatları nəzərə almaqla qırmaların Şahid1 dəyməsi və zədə yetirməsi mümkün hesab edilmir. Lakin birinci atəş nəticəsində G.G.İmanovanın yerə oturaraq söykəndiyi çarpayının üzərində uzanmış vəziyyətdə olmuş Şahid2 qırmalar zədə yetirə bilər, nəzərə alsaq ki hadisə vaxtı birinci atəş pəncərənin şüşəsini keçdikdən sonra mərhuma dəymişdir, bu vəziyyətdə səpələnmə radusunun dairəsi qismən genişlənə bilər. Birinci atəşdən sonra təqsirləndirilən Təqsirləndirilən şəxs ikinci atəşi açdığı yerdən mərhum G.G.İmanovaya 3 metr, bu vəziyyətdə G.G.İmanova ilə Şahid1 olduğu yerin arasındakı məsafənin 1,8 metr, G.G.İmanova ilə Şahid3 ilə arasındakı məsafə 1,9 metr olduğu halda yuxarıda göstərilmiş xüsusatları nəzərə almaqla, qırmaların şahidlər Şahid1 və Şahid3 zədə yetirməsi mümkün hesab edilmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 11.09.2020-ci il tarixli 6/1696 №li materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X7 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəldə göstərilib. Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində Gülbuta İmanovanın geyim paltarlarının tərkib liflərindən yoxdur. Gülbuta İmanovanın geyim paltarlarının üzərində Təqsirləndirilən şəxs geyim paltarlarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gəncə Şəhər Narkoloji Dispanserindən təqdim edilmiş ambulator məcburi narkoloji-tibbi yoxlamanın 23 oktyabr 2020-ci il tarixli 921 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X55 Şəxsin Gəncə şöbəsi tərəfindən təqdim edilmiş 23 oktyabr 2020-ci il tarixli 47 №li rəydən görünür ki, X7 maye halda qanının qrup göstərici ABO sistemi üzrə A(İİ) betadır. Təqdim edilmiş mərhum X12 məxsus bir ədəd xələt, bir ədəd busqalter üzərində insana məxsus qan aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Hadisə yerindən götürülmüş iki ədəd pambıq tamponlar üzərində insana məxsus qan ləkələri aşkar olundu, Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan mərhum X12 məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd qısaqol kofta, bir ədəd mayka üzərində qanabənzər ləkələr aşkar olunmadığından müayinə edilmədi. İş materiallarına əlavə olunmuş 06.08.2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-in 120.1-ci maddəsilə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş Goranboy rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli “təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 04 (dörd) ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəlinin 06 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB Goranboy rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Zamanov X25 RMX-nın poliklinika şöbəsinin onkoloji, narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında dayanmır, bundan əlavə Təqsirləndirilən şəxs 06.08.2020-ci il tarixdə saat 05:40 radələrində Goranboy RMX-da sərxoşluğa görə tibbi müayinədən keçirilmişdir, diaqnozu ayıq, alkaqol qəbulu əlamtləri yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Goranboy RPŞ tərəfindən təqdim edilmiş 01.10.2020-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Goranboy rayonu Qazançı kəndində yaşamış Təqsirləndirilən şəxs təsərrüfat işləri və heyvandarlıqla məşğul olurmuş, yaxın qohumlarla yaxşı münasibətdə olmamış, spirtli içkiyə meyilli olmuşdur. O, əvvəlcə kənddə yaşamış sonra isə heyvanlarını götürərək X8 yaşadığı Goran qəsəbəsinə gəlmiş, mütəmadi olaraq X8 yaşadığı gedib-gəlirmiş və onun qardaşları ilə yaxşı münasibət saxlayırmış. Aldığımız məlumata görə əvvəllər Təqsirləndirilən şəxs X13 evlənmək məqsədilə istəmiş, sonradan isə evlilik baş tutmamışdır. Buna baxmayaraq X18 evəndikdən sonra da Təqsirləndirilən şəxs ilə münasibət saxlayırmış. X56 qəsəbəsində yaşadığı üçün Təqsirləndirilən şəxs Goran qəsəbəsinə gələrək Gülbutanın anası və qardaşlarından xahiş etmişdir ki, kənddə qohumları ilə münasibəti pisdir və onun orada qalmasına köməklik etsinlər. Onlar isə bunun orada yaşaması üçün şərait yaratmışlar, o isə hadisə törətməyə gələrkən tək olmuş və hadisəni törədərək hadisə yerini tərk etmişdir. Təqsirləndirilən şəxs X8 öldürülməsində heç bir qohumlarının və digər şəxslərin iştirakı olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərədindən təqdim edilmiş 07.10.2020-ci il tarixli məktubdan görünür ki, «İJ-K» markalı, 32 kalibrli, K-39837 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Goranboy rayon icra hakimiyyəti başçısının Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş alınmış arayışdan görünür ki, Zamanov X25 rayonu, Qazançı kəndində qeydiyyatdadır və anası X15 ilə birlikdə yaşamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Goranboy rayon icra hakimiyəti başçısının Qazançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xarakteri qənaətbəxş deyildir. İş materiallarına əlavə olunmuş 06 avqust 2020-ci il tarixli “cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət haqqında şifahi məlumat verərək bildirmişdir ki, 05 avqust 2020-ci il tarixdə saat 23 radələrində Goranboy rayonu Goran qəsəbəsində tüfəngdən açmış olduğu 2 atəşlə X10 öldürmüşdür. Odur ki, könüllü olaraq Goranboy rayon polis şöbəsinə təslim olur. 01 ədəd tüfəngi, 04 ədəd patronu və 02 ədəd gilizi təqdim edir. Barəsində tədbir görülməsini xahiş edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü verilmiş ittihamlarla qismən, yalnız CM-in 120.2.4-cü maddəsilə təqsirli bildiyini, CM-in 229.1-ci maddəsilə isə təqsirli bilmədiyini qeyd edərək göstərmişdir ki, atəş açdığı silah rəhmətlik atasından qalan silah olmuş, atası 2009-cu ildə rəhmətə gedib, gilizlər, patronlar və silah o vaxtdan qalanlar olmuş, gilizlərə barıtı və qırmaları özü doldurmamış, necə olmuşsa, elə də evdən götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilən həmin məzmunlu ifadə işin faktiki hallarına uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən, özünün məhkəməyədək icraat zamanı verdiyi ifadələrilə təkzib olunan ifadədir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.2.4 və 229.1-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan törədilməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir. İbtidai araşdırma orqanı tərəfindən tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmadığı qeyd edilmişdir. Halbuki cinayətin odlu silahdan törədilməsi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı idi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 7 iyun 2019-cu il tarixli Qərarında işə baxan məhkəmənin ittiham aktında göstərilməyən ağırlaşdırıcı halları cəza təyin edərkən nəzərə alması və buna uyğun cəzaçəkmə müəssisəsinin növünü seçməsinin mümkünlüyü ilə bağlı qeyd etmişdir ki, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirici hal kimi nəzərə alınsa da, həmin məcəllənin 61.1.10-cu maddəsində nəzərdə tutulan cinayətin odlu silahdan törədilməsi cəzasını ağırlaşdırıcı hal kimi qəbul olunduğundan ona cəza təyin olunarkən həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməllər xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Goranboy Rayon Prokurorluğunun arxivində saxlanılan maddi sübutlar hadisə yerinə baxış zamanı 1 ədəd pambıqla götürülmüş barıt nümunəsi, meyitin bədənindən aşkar edilmiş 02 ədəd qırma və 02 ədəd giliz məhv edilməli, X7 meyitinə baxış zamanı götürülmüş 1 ədəd qara rəngli, üzərində ağ rəngli ürəklər və qırmızı rəngli ulduzlar xələt, 1 ədəd qara rəngli lifçik yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, üzərində ağ və qırmızı zolaqları olan qısaqol futbolka, 1 ədəd tünd boz rəngli cins şalvar, 1 ədəd ağ rəngli mayka və 1 ədəd mobil telefon yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Goranboy Rayon Prokurorluğunun arxivində saxlanılan, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra Goranboy rayon polis şöbəsinə təqdim etdiyi 1 ədəd 32 kalibrli, “ИЖК” modelli, K 39837 №-li təklüləli ov tüfəngi, 4 ədəd patron (həmin patronlardan 3 ədədi məhkəmə-ballistik ekspertizası keçirilərkən eksperimental atəş açılaraq istifadə edilmişdir) dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 502 (beş yüz ikiı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, və 229.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanaraq ona qəti olaraq 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 06 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Goranboy Rayon Prokurorluğunun arxivində saxlanılan maddi sübutlar hadisə yerinə baxış zamanı 1 ədəd pambıqla götürülmüş barıt nümunəsi, meyitin bədənindən aşkar edilmiş 02 ədəd qırma və 02 ədəd giliz məhv edilsin, X7 meyitinə baxış zamanı götürülmüş 1 ədəd qara rəngli, üzərində ağ rəngli ürəklər və qırmızı rəngli ulduzlar olan xələt, 1 ədəd qara rəngli lifçik yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli, üzərində ağ və qırmızı zolaqları olan qısaqol futbolka, 1 ədəd tünd boz rəngli cins şalvar, 1 ədəd ağ rəngli mayka və 1 ədəd mobil telefon yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1. maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulduğundan, Goranboy Rayon Prokurorluğunun arxivində saxlanılan, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra Goranboy rayon polis şöbəsinə təqdim etdiyi 1 ədəd 32 kalibrli, “ИЖК” modelli, K 39837 №-li təklüləli ov tüfəngi, 4 ədəd patron (həmin patronlardan 3 ədədi məhkəmə-ballistik ekspertizası keçirilərkən eksperimental atəş açılaraq istifadə edilmişdir) dövlət nəfinə müsadirə olunaraq DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan 502 (beş yüz ikiı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-77/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-77/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver