Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-77/2024 05.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1996-cı ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş və üzərində saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və məlum olmayan mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni 3,576 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib 12 fevral 2023-cü il tarixdə üzərində saxlamış, həmin tarixdə saat 22 radələrində Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən “Nazlı” (keçmiş Tayson) çay evində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında həmin tarixdə saat 22:05-dən 22:55-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 3,576 qram təmiz çəkidə narkotik vasitə olan heroin onun əynində olan qara rəngli dəri gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Belə ki, o, 12 fevral 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Tovuz şəhəri, Sabir küçəsində yerləşən bilyard klubda tanışları ilə bilyard oynayan vaxt Ümüd adlı uşaq gəlib demişdir ki, Elvin onu yanına göndərmişdir ki, Orxan “022 ” adlı kafedə içib orada səs-küy salır, bəlkə onun sözünü eşidər, gəlib onu sakitləşdirsin. O, həmin yerə getməmişdir. Bir az keçdikdən sonra sonra Elvin onun yanına gələrək demişdir ki, “bəlkə Orxan sənin sözünü eşidər, kömək et gətirək”. O, yenə də getməmişdir. Sonra Elvin yenə də gəlmişdir. O, ürəyi durmamış və həmin kafeyə getmişdir. Həmin kafeyə getdikdə görmüşdür ki, səs-küy edirlər, söyüş söyürlər. O, Orxanı sakitləşdirmək istəmişdir. Görmüşdür ki, Orxan onun sözünü eşitmir, sonra çıxıb getmişdir. Bu vaxt oraya polis əməkdaşları gəlmiş, nə baş verdiyini öyrəndikdən sonra Orxanı və Elvini aparmışlar. O isə yenə də bilyard kluba qayıtmışdır. Daha sonra Tovuz rayonu, Qazıqulu kəndi ərazisində yerləşən “Tayson” adlanan çay evinə gəlmişdir. Bir az keçdikdən sonra həmin çay evinə Tovuz Rayon Polis Şöbəsinin polis əməkdaşları gəlmişlər. Orada onun ciblərini yoxlamağa başlamışlar. Sonra onu Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. Tovuz Rayon Polis Şöbəsində polis əməkdaşı ona “sən rayonda kriminal işlərlə məşğul olursan, pul yığırsan”. O, demişdir ki, “mənim dostum var türmədədi, dostlarla aramızda pul yığıb siqaret almışıq, pul yığıb vermişik anasına ki, versin həmin türmədəki dostuna”. Lakin o, heç kimdən pul almamışdır. Polis Şöbəsində ona demişlər ki, “ya narkotik vasitənin səndən aşkar olunduğunu etiraf etməlisən, ya da silahın”. O, məcbur olub narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Qeyd etdiklərinə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Tovuz Rayon Polis Şöbəsində ona fiziki təzyiq göstərmişlər ki, həmin narkotik vasitənin ondan aşkar olunduğunu etiraf etsin. Ona göstərilən qanunsuz təzyiqlər nəticəsində o, həmin narkotik vasitənin ondan aşkar olunduğunu etiraf etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, daha sonra 14 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, Tovuz şəhəri, H.Aslanov küçəsi, 5 nömrəli evdə yaşayır. Narkotik vasitə aludəçisidir, hərdən narkotik vasitədən istifadə edir. Heç bir yerdə işləmir. Təxminən bir ay əvvəl Bakı şəhərinə getmiş, Gənclik metrosunun yaxınlığında yerdən sellofana bükülü qəhvəyi rəngdə əşya tapmışdır. Açıb baxmışdır ki, narkotik vasitə olan heroindir. Narkotik vasitədən istifadə etmək məqsədi ilə götürüb cibində saxlamışdır ki, istifadə edər. Ancaq istifadə etməmiş, üstündə, əynində olan qara rəngli gödəkçənin cibində qalmışdır. 12 fevral 2023-cü il tarixdə, saat 21:40 radələrində Tovuz şəhəri, Sabir küçəsində olarkən yolda Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış və onu Tovuz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada ona hüquqları izah edilmiş və ona hüquqlarının müdafiə edilməsi üçün vəkillərin siyahısı təqdim edilmiş, o da həmin siyahıdan X1. Daha sonra üzərinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının və X6 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkçənin sol cibində saxladığı narkotik vasitə olan heroin aşkar edilmişdir. Üstündən aşkar edilən narkotik vasitə ekspertizaya göndərilməsi üçün götürülmüş və elektron tərəzi vasitəsilə çəkilib zərfə qoyulub qablaşdırılmışdır. Tərəzidə çəkilərkən heroin 3,75 qram gəlmiş, zərf möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza atmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroini bir ay bundan əvvəl Bakı şəhərində, Gənclik metrosunun yaxınlığında yerdən tapmış, özü istifadə etmək üçün götürüb üstündə saxlamış, həmin vaxtı da bunu heç kim görməmişdir. Həmin narkotik vasitədən heç kimə satmamış, bağışlamamış və yaxud da kiməsə verməmişdir. Heç kimin də onun narkotik vasitə olan heroin saxlamaqdan xəbəri olmamışdır (iş vərəqə: cild İ, səh.22-23, 43-45). Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı yeni müdafiəçiləri- Müdafiəçi3 və Müdafiəçi1 işə qoşulduqdan sonra o, əvvəlki ifadələrini dəyişərək, əlavə dindirilməsi zamanı əvvəlki ifadələrini təsir altında verdiyini, Tovuz rayonu, Qazıqulu kəndində “Tayson” adlanan çay evində Tovuz RPŞ-nin əməliyyat müvəkillərinin onun ciblərini yoxladığını, sonra Tovuz RPŞ-nin inzibati binasında olarkən polis əməkdaşının “sən rayonda “vorovskoy” işlərlə məşğulsan, tüfeyli həyat yaşayırsan, hamınız qudurubsunuz” dediyini, şəffaf rəngli sellofanda balaca bir bükümün onun əynində olan gödəkcənin cibinə qoyulduğunu, narkotik vasitə aludəçisi olmadığını, əvvəlki ifadələrini təsir altında verdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.96-98, 201-204). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Tovuz Rayon Polis X18 Xidməti bölüyünün komandiri vəzifəsində işləyir. 12 fevral 2023-cü il tarixdə Tovuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinə əməliyyat yolu ilə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin əldə edib üzərində saxlayır. Təqsirləndirilən şəxs olduğu yer müəyyənləşdirilmiş və Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən “Tayson” çay evində olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmış, o, Tovuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X15, həmin bölmənin baş əməliyyat müvəkkili Şahid3 və X2 əməliyyat müvəkkili Şahid2 ilə birlikdə “Tayson” çay evinə getmişlər. Həmin çay evinə daxil olub Təqsirləndirilən şəxs yaxınlaşaraq öz xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək, ona üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs istəmişdir ki, sol əlini əynindəki qara rəngli gödəkcənin sol cibinə atsın, lakin buna imkan verməyib onu özləri ilə birlikdə Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı raport tərtib olunmuşdur. Polis Şöbəsinin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi Təhqiqat bölməsinin təhqiqatçısı Şahid9 tapşırılmışdır. Daha sonra o, öz digər xidməti işi ilə əlaqədar Polis şöbəsinin inzibati binasını tərk etmiş, digər polis əməkdaşları X15 ilə Şahid3 şəxsi axtarışda iştirak etmək üçün Polis şöbəsinin inzibati binasında qalxmışlar. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təxminən xatırladığı qədər 3 qramdan bir qədər çox narkotik vasitə olan heroin aşkar olunmuşdur. götürülmüşdür. Şahid1 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı çay evində hər hansı polis əməkdaşı onun üzərində heç bir axtarış hərəkətləri aparmamışdır. Onlar həmin çay evinə daxil olarkən Təqsirləndirilən şəxs istəmişdir ki, əlini əynindəki gödəkcənin sol cibinə salsın, lakin onlar buna imkan verməmişlər və Təqsirləndirilən şəxs Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və ya digər təzyiqlər göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Tovuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş məlumat rəhbrliyə məruzə olunaraq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Tovuz rayonunda “Tayson” çay evində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Tovuz Rayon Polis Şöbəsində təhqiqatçının xidməti otağına gətirmişlər. Orada video çəkilişlə və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən təxminən 3 qramdan çox narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin maddə ekspertizaya təqdim olunması üçün kağız zərfə qoyularaq üzəri möhürlənmişdir. Şahid3 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş maddəni tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı heç bir təsir, təzyiq olmamış, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Tovuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. O, Tovuz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid3, X2 əməliyyat müvəkkili Şahid2 və Post Patrul Xidməti Bölüyünün komandiri Şahid1 ilə birlikdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən “Tayson” çay evi istiqamətinə tərəf getmişlər. Həmin çay evinə daxil olub orada olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək, ona üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs istəmişdir ki, sol əlini gödəkcəsinin sol salsın. Onlar buna imkan verməyib Təqsirləndirilən şəxs özləri ilə birlikdə Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, müdafiəçi ilə təmin edilmişdir. Sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs cibindən şəffaf rəngli polietilen kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin maddənin onun özünə məxsus olduğunu, Bakı şəhərində olarkən yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra həmin kütlə tərəzidə çəkilmiş, çəkisi təxminən xatırladığı qədər 3 qramdan çox olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılmış, üzəri möhürlənmiş və zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Şahid X15 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı çay evində polis əməkdaşları onun üzərində axtarış hərəkətləri aparmamışlar. Təqsirləndirilən şəxs çay evində polis əməkdaşlarını görən kimi əlini əynindəki gödəkcənin sol cibinə salmaq istəsə də, onlar buna imkan verməmişlər və Təqsirləndirilən şəxs Tovuz Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki, psixi və ya digər təsir, təzyiq göstərilməmiş, heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə yaxın münasibətləri var. O, Təqsirləndirilən şəxsla dostdur. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq, o, Təqsirləndirilən şəxsla birlikdə “Tayson” çay evinə getmişdir. Təxminən yarım saat keçmişdir ki, polis əməkdaşları çay evinə gəlmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs çölə çıxartmışlar, Təqsirləndirilən şəxs üstünü yoxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən puldan başqa heç nə çıxmamışdır. Sonra isə maşına mindirib aparmışlar. O, çay evinin pəncərəsindən baxırmış. Həmin vaxt o, çay evinin içərisində olmuşdur. Pəncərədən baxanda görmüşdür Təqsirləndirilən şəxs üzərini yoxlayırlar. Həmin vaxt qaranlıq olsa da, çay evinin işığı düşürmüş. Polis əməkdaşları Təqsirləndirilən şəxs maşına mindirəndə heç bir zor tətbiq etməmişlər. O, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verildiyini görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə həmkəndli kimi yaxın münasibətləri var. O, “Tayson” çay evini işlədir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq, Şahid6 ilə çay evində oturmuşdular. Bir az keçdikdən sonra polis əməkdaşları içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs demişdir ki, “çölə çıxım görüm nə məsələdi”. Çöldə polis əməkdaşları Təqsirləndirilən şəxs üstünü yoxlamışlar. Daha sonra maşına mindirib aparmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs maşına mindirəndə heç bir zor tətbiq etməyiblər, həmçinin Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiq olunmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri var. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmamışdan qabaq, çay evində oturub çay içirdi. Bir az keçdikdən sonra polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Polis şöbəsinə getməli olduğunu demişlər. Sonra isə çölə çıxmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərini axtarmışlar, üzərindən pul çıxmışdır. O, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin müdiri vəzifəsini icra edir. Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının rəyi verilmişdir. Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi, epizodik hallarda istifadə etdiyi müəyyən olunmuşdur. O, Təqsirləndirilən şəxs barəsində verdiyi məhkəmə-narkoloji ekspertizasının rəyini təsdiq edir. Məhkəmə iclasında ittiham tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, hazırki cinayət işinin ibtidai araşdırması zamanı o, Tovuz Rayon Polis X4 təhqiqatçısı vəzifəsində işləmişdir, hal-hazırda isə təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs dindirilməsi zamanı ifadəsində bir yerdə ondan aşkar edilmiş narkotik vasitənin marixuana kimi göstərilməsi mexaniki səhv olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroin olmuşdur. Onun ifadəsində özünün bildirdiyi kimi, üzərindən aşkar edilmiş maddənin adı heroin göstərilmişdir, yalnız bir yerdə marixuana yazılmışdır ki, bu da komputerdə yazılarkən texniki səhvlə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs üzərində bir dəfə şəxsi axtarış keçirilmiş, o da üzərindən aşkar edilmiş maddənin heroin olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,75 qram narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh.19-20). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə protokol”dan görünür ki, şəxsi axtarış istintaq hərəkətinin video görüntüsü nümayiş etdirilərkən müəyyən edilmişdir ki, X3 hüquqlarını izah edildikdən sonra üzərində əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmadığını soruşulur. X8 əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf rəngli poletilen sellofana bükülmüş bükülünü çıxardıb təhqiqatçıya təqdim edir. Sorğu zamanı X8 bildirir ki, həmin bükülünün içərisindəki kütlə heroindir, Bakı şəhərindən tapmışdır, özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin bükülü masanın üzərində olan elektron tərəzidə çəkilmiş və çəkisi 3,75 qram olmuşdur. Bundan sonra görüntüdə həmin bükülünün zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanması görünür. Görüntünün başlanğıcından sonuna kimi olan müddətdə X5 qarşı hər hansı zor, təzyiq göstərmə və sair qeyri-prosessual hərəkətlərə yol verilməsi öz əksini tapmamışdır (iş vərəqə: cild İ, səh.195). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2023-cü il tarixli, 16/208 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,576 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (iş vərəqə: cild İ, səh.27-29). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 22 fevral 2023-cü il tarixli, 323 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.109). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserin 18 aprel 2023-cü il tarixli, 668 nömrəli təkrar məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.238). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 X14 Şöbəsinin 22 fevral 2023-cü il tarixli, 120 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən onda anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.164-165). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 27 aprel 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,376 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz Rayon Polis Şöbəsində saxlanca təhvil verilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bir yerdə yazılmış marixuana sözü texniki səhv kimi qiymətləndirilmiş və heroin kimi oxunmalı olduğu göstərilmişdir (iş vərəqə: cild 2, səh.2-14). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti Başçısının Aşağı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, keçmiş adı “Tayson” olan, hazırki adı isə “Nazlı” olan çay evi həqiqətən Tovuz rayon Aşağı Öysüzlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Aşağı Öysüzlü kəndi ərazisində yerləşir (iş vərəqə: cild 2, səh.1). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.17). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs həmin tarixdə məhkəmə iclas zalında həbsdən azad edilmişdir (iş vərəqə: cild İ, səh.58-61). Cinayət işinin materiallarına əlavə edilmiş 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.62). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 24 fevral 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.113-116). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.125). Cinayət işinin materiallarına əlavə edilmiş “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014xx.xx.2016, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir (iş vərəqə: cild İ, səh.78). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh.88). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “heroin” narkotik maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik maddənin külli miqdar həddindən artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun saxlanılmasında və üzərində şəxsi axtarış keçirilməsində iştirak edən Tovuz Rayon Polis Şöbəsinin polis əməkdaşlarının həmin narkotik maddəni onun üzərinə qoymalarına, onu saxlayan həmin polis əməkdaşlarının ona fiziki və ya digər təzyiqlər göstərmələrinə, həmin narkotik maddənin ona məxsus olduğunu etiraf etməsinə məcbur etmələrinə dair göstərdiklərini məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsində həmin göstərdikləri cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkiliş məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən onun saxlanılmasında iştirak edən Tovuz Rayon Polis Şöbəsinin polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı həqiqətən də Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda göstərilən narkotik maddənin aşkar edildiyi və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı, həmçinin ibtidai istintaqın sonrakı mərhələsində verdiyi ifadəsi ilə cinayət işinin materialları qarşılıqlı şəkildə tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin araşdırma başlandığı vaxtdan müdafiəçisinin iştirakı ilə 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, daha sonra 14 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində təqsirli bilindiyi cinayət əməlini etiraf etmiş və üzərindən aşkar edilmiş həmin narkotik maddəni yerdən tapdığını və şəxsi istifadəsi üçün cibinə qoyub saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı işə yeni müdafiəçiləri- Müdafiəçi3 və Müdafiəçi1 qoşulduqdan sonra o, əvvəlki ifadələrini dəyişərək, əlavə dindirilməsi zamanı əvvəlki ifadələrini təsir altında verdiyini, onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verildiyini və narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsinə məcbur edilməsinə dair həqiqətə uyğun olmayan və araşdırma zamanı heç bir faktla öz təsdiqini tapmayan ifadələr vermişdir. Təqsirləndirilən şəxs üzərindən həqiqətən də 3,576 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilməsi və həmin vaxt ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməməsi və bütün prosessual hərəkətlərin qanun çərçivəsində keçirilməsi cinayət işinin materiallarına əlavə edilmiş 12 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə protokolu”, həmin istintaq hərəkətinin əks olunduğu video çəkiliş və həmin video çəkilişin əks olunduğu disk, Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində və 14 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə, maddi sübutlarla, ekspertiza rəyləri ilə, istintaq hərəkəti protokolları ilə və cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla tamamilə təsdiq edilmiş və həmin sübutlar təqsirləndirilən şəxsin həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı verdiyi inkaredici ifadələrini tamamilə təkzib etmiş, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsini təsdiq edən həmin sübut növlərinin əldə edilməsi halları ilə bağlı hər hansı şübhələr müəyyən edilmədiyindən onlar qanunvericiliyin tələblərinə əməl edilməklə əldə edilmiş mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs X11 Saxlama Yerinə daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün X9 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs baxış zamanına aid hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Bununla yanaşı, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanına aid xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Göstərilənlərdən başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair göndərilmiş sorğu əsasında Tovuz Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 72c-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialın məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun göstərdiyi polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, həmçinin ifadəsində göstərdiyi polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından Tovuz Rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən 25 may 2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Beləliklə də, bütün göstərilənlərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi həmin inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edilmiş və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar olduğu bir daha təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs verdiyi inkaredici ifadələrini sübut növü kimi qəbul etmir və onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri cinayət işinin materialları üzrə istintaq hərəkəti protokolları, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işinin materiallarına əlavə edilmiş videoçəkilişin əks olunduğu disk, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq edildiyindən, məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər Şahid6, Şahid7 və Şahid5 vеrdikləri ifadələrinin sübut növü kimi mötəbərliyinin müəyyən еdilməsini zəruri hеsab еdir. Həmin şahidlərin ifadələrindən görünür ki, Şahid6 Təqsirləndirilən şəxsla yaxın münasibətləri olmaqla sonuncunun dostudur, Şahid7 və Şahid5 da Təqsirləndirilən şəxsla həmkəndli olmaqla dostluq münasibətlərində olan şəxslərdir. Həmin şəxslər ifadələrində polis əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməməsini bildirsələr də, onların ifadələrində polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun üzərinin yoxlanılmasına dair ifadələrində göstərdikləri cinayət işinin materialları, iş üzrə toplanmış digər sübutlar və cinayət işinin obyektiv halları ilə qarşılıqlı şəkildə müqayisə edilərkən onların ifadələrində göstərdikləri həmin halların öz təsdiqini tapmadığı və heç bir faktla təsdiq olunmadığı müəyyən edilmişdir, odur ki, həmin şahidlərin verdikləri ifadələri mötəbər sübut kimi qəbul edilmir, belə ki, həmin şəxslər təqsirləndirilən Təqsirləndirilən şəxsla yaxın münasibətdə olmaqla cinayət işinin nəticəsində maraqlı olmalarını və məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs mənafeyinə uyğun ifadələr verməsinin qeyd edilən hallarla əlaqədar olması müəyyən edildiyindən, həmçinin həmin şahidlərin ifadələrində göstərdikləri qeyd edilən həmin hallar cinayət işi üzrə digər sübutlarla və cinayət işinin faktiki halları ilə təsdiq edilmədiyindən və həqiqətə uyğun olmadığından məhkəmə onların həmin ifadələrini sübut növü kimi qəbul etmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib və üzərində saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs xx.xx.2014-xx.xx.2016, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə həqiqi hərbi xidmət keçməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək, yəni 3 (üç) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 (üç) gün müddətində tutulmasını nəzərə alaraq, həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarına əsasən həbs olunduğu 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həbs olunduğu 24 fevral 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 3,376 qram narkotik maddə heroin məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli həbs olunduğu 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Tovuz Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 3,376 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-77/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-77/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver