Məhkəmə qərarları › İş №1(100)-77/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-77/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-77/2025 23.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Ermənistan, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,162 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə saat 16:50-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 18:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 8,162 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri “Xaraba yeri” adlanan ərazidə dostu ilə birlikdə qalmışdır. Daha sonra o çay içmək üçün “Dubay bazarı” adlanan yerə getmişdir. Orada çay içərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlmiş və onu narkomaniyaya aparmışlar. BMCMİ-nin əməkdaşları onu idarəyə gətirdikən sonra üzərində silah varsa silahı təqdim etməyi və onun barəsindəki cinayət işinin silahla rəsmiləşdiriləcəyini demişlər. O isə silahının olmadığını demişdir. BMCMİ əməkdaşları isə ona “Kiməsə denən sənə silah gətirsinlər, barəndəki cinayət işini silah ilə rəsmiləşdirək.”demişlər. O isə BMCMİ-nin əməkdaşlarına elə bir adam olduğunu demiş, deməkdə məqsədi qardaşını çağırmaq olmuş və başına gəlmiş vəziyyəti ailəsinə çatdırmaq üçün bu addımı atmışdır. O, qardaşına “ Get anamgili tez gətir bura, burada məni yükləyəcəklər”demişdir. Onun atası və anası gəlmiş, idarənin pəncərəsini daş ilə vurub qırmışlar. O, BMCMİ-nin əməkdaşlarına atasının 1-ci qrup əlil olduğunu demiş və atası ilə görüşmək üçün şərait yaradılmasını istəmişdir. O, atası və anası ilə görüşmüş, yüklənəcəyini demiş, ondan silah istədiklərini bildirmiş, silah da olmadığı üçün məcburi narkotiklə yüklənəcəyini ata və anasına demişdir. O heç vaxt narkotik görməmiş və istifadə etməmişdir. Anası ona nə olursa olsun razılaşmamağını demiş, o, isə razılaşmamağın mümkün olmadığını başqa şeylər ilə hədələndiyini anasına demişdir. O, ata və anasına tutulacağını, ancaq günahsız olduğunu və narkotiklə heç vaxt əlaqəsinin olmadığını demişdir. O, ailəsinə bu sözləri demiş və onları yola salmışdır. O narkotikdən istifadə etmək, satmaq və həmin pulu öz övladlarına yedizdirməyi heç vaxt şəxsiyyətinə sığışdırmamışdır. O, həmişə narkotik satan şəxslərin qarşısında durmuş, öz yaşadığı ərazidə hər hansısa bir narkotik maddənin satılmasına göz yummamışdır. Onun qanından narkotik çıxmamışdır. O narkotik vasitələrdən həmişə uzaq olmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı ona Azərbaycan Respublikasının CMin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə müdafəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,”09 iyun 2023-cü il tarixdə Gəncə şəhərində yaşadığı ünvanın blokunun qarşısına çıxan zaman yerdə bir ədəd sellofan bükümün olmasını görmüşdür. Sellofan bükümdə qəhvəvi rəngli maddənin olmasını görmüşdür. Həmin sellofanı əlinə alanda içərisində narkotik vasitə heroin olmasını görmüşdür. O narkotik vasitə heroini internetdə görmüşdür. Həmin narkotik vasitə heroin heç kimin əlinə keçməsin deyə götürərək üzərində saxlamışdır. Məqsədi həmin narkotik vasitə heroini kimsənin əlinə keçməsin deyə uzaq bir yerə atmaq olmuşdur. Həmin narkotik vasitə heroini tapmağı və üzərində saxlamağı barədə heç kimə heçnə deməmişdir. 09 iyun 2023-cü il tarixdə tanışı Şahid4 Oqtay oğlu ilə görüşmüş və həmin gün saat 16:50-də ünvan 5 ünvanının yaxınlığında Şahid4 Oqtay oğlu ilə birlikdə dayanıb söhbət etdiyi zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları onlardan özlərini təqdim etməyi xahiş etmiş, Təqsirləndirilən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, Şahid4 isə özünü təqdim edərək Şahid4 Oqtay oğlu olduğunu bildirmişdir. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşmüş, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu və Şahid4 polis idarəsinə dəvət etmişdir.O, Şahid4 ilə birlikdə buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində Regional şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Şahid4 isə şübhəli şəxs qismində tutulmamışdır. Şahid4 üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Daha sonra onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofanda olan bükümü, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən siqaret qutusunu, 01 ədəd plastik bank kartını, 26 manat pulu çıxarmış, masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, möhür ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Aşkar edilmiş 01 ədəd plastik bank kartı, 26 manat pul və siqaret qutusu ona geri qaytarılmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən başqa qanunsuz hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Şahid4 üzərinə baxış keçirilmişdir. Şahid4 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid4 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirmiş, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən şəxsiyyət vəsiqəsini və buraxılış vərəqəsini, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 82 manat pulu çıxarmış masanın üzərinə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid4 üzərindən qanunsuz digər əşyalar aşkar edilməmişdir. Şahid4 aşkar edilmiş 82 manat pul, şəxsiyyət vəsiqəsi və buraxılış vəsiqəsi onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş narkotik vasitə heroini bu gün Gəncə şəhərinə yaşadığı ünvanın blokunda yerdən tapdığını, sonradan başqa şəxslərin əlinə keçməməsindən ötrü tullamaq üçün üzərində gəzdirdiyini, üzərindən aşkar edilən maddələrdən Şahid4 məlumatının olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid4 onunla dost olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır». Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Qədir oğlu ifadəsində göstərmişdir ki, 9 iyul 2023-cü ildə ona əməliyyat məlumatı daxil olmuş, daxil olan əməliyyat məlumatında Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu qeyd olunmuşdur. Əməliyyat axtarış tədbirinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş, onlar Gəncə şəhərinə gəlmiş, saat 4-5 radələrində təqsirləndirilən şəxsi “Dubay” bazarı deyilən ərazidə Məmmədov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında Sənan adlı şəxs də olmuşdur. Hər iki şəxs Baş Narkotiklə Mübarizə İdarəsinin regional şöbəsinə dəvət edilmiş, orada üzərlərinə baxış keçirilmiş və Vüsalın üzərindən 1 büküm narkotik vasitə olan “heroin” aşkar olunmuşdur. Sənanın üzərinə keçirilən baxışda isə üzərindən yalnız pul çıxmışdır. Vüsal narkotik vasitəni yaşadığı evin blokundan tapdığını və heç kimin əlinə düşməsin deyə üstündə saxladığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı iyun ayında Şahid1 daxil olmuşdur. Əməliyyat tədbiri həyata keçirilmiş, keçirilən əməliyyat məlumatında Təqsirləndirilən şəxs saxlanılaraq, Baş Narkotiklə Mübarizə İdarəsinin regional şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən bir bükümdə narkotikə bənzər maddə aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuş, daxil olmuş məlumatda Vüsalın külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması qeyd olunmuşdur. 9 iyun 2023-cü ildə Gəncə şəhər ərazisində Məmmədov küçəsində təxminən saat 5 radələrində onlar tərəfindən şəxsin yeri müəyyən edilmiş, Təqsirləndirilən şəxs yanında Sənan adlı şəxs də olmuşdur. Hər iki şəxs Baş Narkotiklə Mübarizə İdarəsinin regional şöbəsinə gətirilmişdir. İdarədə hər iki şəxs vəkillə təmin olunmuş, video-çəkiliş ilə üzərlərinə baxış keçirilmiş, baxış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansısa qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, Vüsal isə üzərində olan “heroin”i təqdim etmişdir. Digər şəxsin üzərində isə qanunsuz heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərində olan narkotik maddə onlar tərəfindən qablaşdırılıb götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Oqtay oğlu ifadəsində göstərmişdir ki, o, Vüsal ilə dost olmuşdur. Vüsal ilə görüşmüş, çayçıda oturub çay içmişlər. Çayçının qarşısında avtomobillər dayanmış və dostu Vüsalı çayçıdan aparmışlır. O, BNMİ-nin əməkdaşlarından Vüsalın nəyə görə saxladığını soruşmuş, BNMİ-nin əməkdaşları isə cavab olaraq «sənlik deyl, sən qarışma» demişlər. O, Vüsalı hara aparacaqlarını bilmək istəmiş və onu da Vüsal ilə birlikdə aparmışlar. Onları birlikdə Baş Narkotiklə Mübarizə İdarəsinin regional şöbəsinə aparmışlar, oradan da Bakıya göndərmişlər. Hadisə gününün sabahı onu buraxmışlar, Vüsalı isə narkotiklə saxlamışlır. Məhkəmədə tədqiq edilmiş 09 iyun 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2023-cü il tarixdə tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 09 iyun 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2028-cü il tarixli, 6/3283 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd sellofan bükümdə....şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bir ədəd zərfdəki, 1(bir) ədəd bükümdə təmiz çəkisi 8,162 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı |) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi -8,162 qr, cəmi tədqiqata sərf olundu - 0.1 qr, qalıq 8,062. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloyi Mərkəzin Ambulator məcburi-narkolofi tibbi yoxlamasının 09 sentyabr 2023-cü il tarixli 5788 nömrəli məhkəmə-narkolofi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş 06 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş 05 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi barədə əlavə məlumatlar əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştiraklarının olubolmamasının, onun narkotik vasitə və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şəxslərin, eləcə də narkotik vasitə və ya psixotrop maddələri satdığı şəxslərin əhatəsinin müəyyən edilməsi istiqamətində tədbirlər keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 8,062 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş DİN BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Əliyev X5-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək, N ay intizam xarakterli hərbi hissədə saxlama N ay şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Bundan başqa Əliyev X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum etmə cəzasına, 03 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm dəyişdirilərək 04 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə 09 sentyabr 2023-cü il tarixdə material ayrılmışdır. Məhkəmədə tədqiq edilmiş BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X4 tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 iyun 2023-cü il tarixdə saat 16:50-də ünvan 5 ünvanının yaxınlığında Şahid4 Oqtay oğlu ilə birlikdə olduğu zaman saxlanılaraq BNMİ-nin Qərb bölgəsində regional şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və 01 ədəd diskə köçürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, özünün istintaq zamanı qismən etirafedici ifadəsi, şəxsi axtarış, baxış və götürmə haqqında protokol, şahid ifadələri, məhkəmə kimyəvi və ekspertiza rəyləri, əməliyyat tapşırığına cavab məktubu, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin qanuni hesab edilməsi haqqında qərarı, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,062 qram narkotik vasitə heroin, həmçinin cinayət işinə əlavə edilmiş 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heronin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkilişlə tam təkzib edildiyindən, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadəni özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroni əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də məhəkəmədə tədqiq olunmuş mateiallardan görününr ki,təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 8,062 qram təmiz çəkidə narkotik vasitə heroini aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 8,062 qram olan narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs 8,062 qram təmiz çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, video səkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 8,062 qram olan narkotik vasitə heroinin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasının yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi olması onun məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Başqa sözlə təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhukluğunu ödənilməsi üçün qanunda müəyyən edilmiş müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 8,062 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Həmçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 8,062 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Həmçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar