Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-78/2025 17.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə İclas katibləri: X5, X8 və X6 və X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və nümayəndəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəmkir rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2 və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının ortalarında, istintaqa məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Mahmudlu kənd sakini Zərərçəkmiş şəxs məxsus rayonun Təzəkənd kəndində, Kür qəsəbəsinə gedən avtomobil yolunun 2.3-cü kilometrliyində yerləşən “Samir 777” adlı yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin əvvəllər özünə məxsus olduğunu, həmçinin torpaq sahəsində tikdirdiyi avtomobillərin təmiri müəssisəsinin Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli, 2(104)-1706/2013 nömrəli qətnaməsinə əsasən söküldüyünü və Zərərçəkmiş şəxs bu işdə maraqlı olmasını sonuncunun tanışı Тağıyev Əli Nağı oğlunun vasitəsilə оna bildirərək, 2023-cü ilin mart ayının əvvəllərində istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən “Məzahirin kafesi” adlanan yerdə Zərərçəkmiş şəxsla görüşüb sonuncunun yanacaqdoldurma məntəqəsindəki benzin aparatını alışdırıb partladacağını, həmçinin, onun və ailəsinin barəsində müxtəlif yuxarı instansiyalara şikayət etməklə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq Zərərçəkmiş şəxs 100.000 (yüz min) manat məbləğində pulunu hədə-qorxu yolu ilə tələb etmiş, 06 may 2023-cü il tarixdə saat 11 radələrində sonuncu aralarındakı problemi həll etmək üçün istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olan «Azercell» mobil operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefona zəng edib özünə məxsus yanacaqdoldurma məntəqəsində görüşə çağırmış, Təqsirləndirilən şəxs müxtəlif instansiyalarda dövlət qurumlarına etdiyi şikayətləri dayandırması müqabilində əvvəlcə tələb etdiyi pulun yarısını, yəni 50.000 (əlli min) manat pulu hədə-qorxu yolu ilə tələb etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən edilmiş hədənin real hədə kimi qəbul edərək onun tətbiq ediləcəyindən ehtiyatlanıb qeyd olunan 50.000 (əlli min) manat pulu tapıb 11 may 2023-cü il tarixdə sonuncunun istifadəsində olan mobil nömrəyə zəng etməklə saat 11 radələrində onunla sahibi olduğu yanacaqdoldurma məntəqəsində görüşüb həmin pulu verməsi müqabilində Təqsirləndirilən şəxs bir daha onun və ailəsi haqqında şikayətlər yazmaması üçün öz xətti ilə iltizam yazmasını xahiş etməsinə baxmayaraq, o, bundan imtina edib zərərçəkmiş şəxsdən külli miqdarda pulu hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin razılığı əsasında rayonun Təzəkənd kəndinin sabiq bələdiyyə sədri Şahid1 tərəfindən 27 iyun 2007-ci il tarixdə verilmiş çıxarışla ona ayrılmış bələdiyyə mülkiyyətində olan 0,6 ha torpaq sahəsində inşa etdiyi tikilinin Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli, 2(104)-1706/2013 nömrəli qətnaməsi ilə qanunsuz hesab edildiyi üçün sökülməsi qət edildiyinə görə, Şahid1 qisas almaq məqsədilə 05 aprel 2023-cü il tarixdə Şəmkir rayon prokurorluğunun Şəmkir şəhərində yerləşən inzibati binasına gələrək, guya Şahid1 ona əvvəl verdiyi, rayonun Kür qəsəbəsinə gedən yolun sağ tərəfində, Şəmkir çayının şərq hissəsində yerləşən bələdiyyə mülkiyyətində olan 0,3 ha torpaq sahəsi üçün 5000 (beş min) manat məbləğində rüşvət alması (passiv rüşvətxorluq) barədə izahat verib sonuncunun ağır cinayət törətməsi barədə bilə-bilə yalan xəbərçilik edərək Şəmkir rayon prokurorluğunun normal iş fəaliyyətini pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2007-ci ildə torpaq sahələri satılırdı həmin müddətlərdə bələdiyyəyə yaxınlaşıb torpaq almaq istədiyini bildirmiş, bələdiyyə sədri ona torpaq sahələrini göstərib qiymətlərini demiş, torpaq sahəsinin birində razılaşıb nə qədər verəcəyini dedikdə bələdiyyə həmin torpaq sahəsinin qiymətinin 5000 olduğunu, həmin yeri bir neçə şəxsin də istədiyini, həmkəndlisi olduğu üçün ona satacağını demişdir. Qiymətlə razılaşıb torpağı almış, sənədləşmə aparılmış, daha sonra həmin torpaq sahəsində tikinti işlərinə başlamışdır. Həmin torpağın yanlış satdığını ərazinin “Şəmkir qalas”ına düşdüyü üçün mədəniyyət və turizm nazirliyinə veriləcəyini demiş müəyyən işlər gördüyünü dedikdə başqa yerdən torpaq sahəsi verəcəklərini bildirmişlər. Torpaq sahəsi ilə yanaşı arx da verəcəklərini demiş, ona başqa yerdən torpaq sahəsi vermiş, təkrar həmin sahədə sənədləşmə aparılmış, obyekti inşa etməyə başlamış, 2007-ci ildən inşasına başladığı tikilini 2012-ci ildə başa çatdırmış, həmin vaxt tanımadığı şəxs yaxınlaşaraq torpaq sahəsinin onun olduğunu ona səhvən satıldığını demişdir. Əlində rəsmi sənədləri olduğunu deyib obyekti sökdürməyə ixtiyarı olmadığını desə də əvvəlcə Şəmkir rayon məhkəməsinə iddia qaldırılmış, əmlakla bağlı sənədi olmadığnı və qanunsuz obyekt tikdiyi üçün obyektin sökülməsi barədə qərar çıxarılmıdır. Torpağın pay torpağı yoxsa bələdiyyə torpağı olmasını aydınlaşdırmaq üçün Respublika prokurorluğuna müraciət etmiş, oradan isə iş məhkəmədə olduğu üçün heç nə edə bilməyəcəklərini demişlər. Şəmkir şəhər məhkəməsinin qərarından sonra Apellyasiya məhkəməsinə müraciət etmiş, Apellyasiya məhkəməsi obyektin qanuni olmasını bildirsə də, Ali məhkəmə qərarı ləğv edib Apellyasiyaya qaytarmış, onlar isə torpaq sahəsinin pay torpağı olduğunu, obyektin dərhal sökülməsi barədə qərar qəbul etmiş, məcburiyyət qarşısında obyekti öz hesabına sökdürməli olmuşdur. Kənd sakinləri niyə sökdüyünü soruşanda torpaq sahəsinin pay torpağı olduğunu, yanlış satıldığını demiş, üzərindən bir neçə il keçdikdən sonra həmin torpaq sahəsinin yanında başqa obyekt inşa edildiyini görmüşdür. Həmin obyektə yaxınlaşıb ustalardan kimin olduğunu soruşduqda Murazın obyekti olduğunu demişlər. Mən həmin sahədə çəkiliş edib vəkil köməyi ilə şikayət etmişdir. Daxili işlər nazirliyində işləyən Nazim adlı şəxsin yanına gedib olanları danışaraq kömək istəmiş, əvvəlcə Daxili İşlər Nazirliyi, sonra isə Prezident Aparatının şöbə müdiri ilə İcra hakimiyyətində online qəbulda olmuş, olanları danışıb həmin sahədə obyekt tikintisi işini apara bilmədiyi halda başqa şəxslər tikə bildiklərini demiş, dayanmadan şikayət etmişdir. Həmin vaxt tanıdığı Şahid4 ona zəng edərək onunla görüşməyini istəmiş, görüş vaxtı Anar ona İsbəndiyarın halallıq alıb barışmaq isətdiyini demiş, əvvəl tərəddüd etsə də çıxandan sonra Anar zəng edib İsbəndiyarla kafedə oturduğunu və onu da dəvət etdiklərini demişdir. Həmin kafeyə getmiş, Anarla İsbəndiyarın oturub çay içdiklərini görmüş, onlara yaxınlaşıb salam verib oturmuşdur. Çay içərkən İsbəndiyar ondan nə istədiyini dedikdə İsbəndiyara heç nə istəmədiyini, haqqını tələb etdiyini demiş, “ikimizdə vətəndaşıq, mənə orada tikmək qadağandırsa sənə də qadağan olunmalıdır!” demişdir. İsbəndiyar nə qədər pul istədiyini dedikdə ona onunla şəxsi problemi olmadığını, obyektlə bağlı şikayət etdiyini demişdir. İsbəndiyar onu şikayət etdiyi üçün işini görə bilmədiyini demiş, İsbəndiyar ona 5000 manat verə bildiyini dedikdə razılaşmamış, obyektin qiymətinin 100 000 min manat olduğunu demişdir. Üzərindən 2 gün keçdikdən sonra Anar yenidən ona zəng edərək, İsbəndiyardan 20 000 alıb verəcəyini və barışdırmaq istədiyini demiş, əvvəlcə Anara obyektin qiymətinin neçə olduğunu bildiyini demiş, Anar isə düşmən olmadıqlarını, barışmağı məsləhət görmüşdür. Anarla razılaşsa da qısa müddət sonra maraqlananda, İsbəndiyarın ona lazım gələrsə obyektini sökəcəyini amma ona pul verməyəcəyini demişdir. İsbəndiyar sonra onun yanına Mais Məmmədov və Bəylər Məmmədov adlı şəxsləri göndərmiş, onlar da İsbəndiyardan nə istədiyini soruşanda heç nə istəmədiyini və gəlib üzbəüz danışmasını demişdir. Sabahısı günü İsbəndiyar ona zəng edərək görüşmək istədiyini bildirmiş, İsbəndiyarla görüşmüşdür. İsbəndiyar 20 000 manatı verəcəyini demiş, o isə 20 000 istəmədiyini, pulu özünün təklif etdiyini demişdir. İsbəndiyar fikirləşib deyəcəyini demiş, növbəti dəfə İsbəndiyar zəng edəndə zəngləri açmadığı üçün İsbəndiyar həmin vaxt olduğu “Məzahirin kafesi”nə gəlib niyə onun zənglərini açmadığını soruşmuş, ona öz aralarındakı söhbətin bağlandığını, zəngə ehtiyac olmadığını demişdir. İsbəndiyar ona obyektə görə 50 000 manat verəcəyini dedikdə onunla razılaşmış və İsbəndiyar zəng edəcəyini demişdir. Həmin gün nahardan sonra İsbəndiyar ona zəng edib öz obyektinə çay içməyə dəvət etmiş, ona qonaqları olduğunu sonra gələcəyini desə də İsbəndiyar əl çəkməmiş, yanacaqdoldurma məntəqəsindəki ofisinə gedəndə İsbəndiyarın qabağına zərf qoyub içərisində 50 000 manat pul olduğunu demiş, vəkilin köməyi ilə ərizə yazaraq şikayətçi olmayacağını bildirməyi istəmişdir. İsbəndiyara “obyektimin pulunu alıb niyə şikayət edim!?” desə də inanmamış, dilindən yazılı kağız verməyi desə də sonradan onu ilişdirəcəklərindən qorxduğu üçün razılaşmayıb çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, haqqını tələb etmək üçün şikayət etmiş, şikayətin səbəbi sökülən obyektinin yanında başqa şəxsin yenidən orada obyekt tikdirməyi olmuşdur. Bələdiyyənin ona satdığı torpaq sahəsinin araşdırılması üçün bir tək Respublika prokurorluğuna müraciət etmiş, müraciət etməsinin səbəbi isə bələdiyyə və icra hakimiyyəti barəsində tədbir görülməsi olmuş, lakin prokurorluq ona şikayətin nəticəsi ilə bağlı heç bir qərar verməmiş, işin məhkəmədə olmasını əsas gətirmişlər. İsbəndiyargilin ondan tələbi şikayətlərinin dayandırılması olmuş, onu şikayət etdiyi üçün tikintinin davam etməməsini dayandırıldığını demişdir. Sonradan ona satılan torpağın kənd təsərrüfatı təyinatlı olduğuna görə obyekt tikməsinə icazə yoxdursa başqasına necə icazə verilməsinə etiraz etmişdir. İsbəndiyardan heç nə tələb etməmiş, kompensasiya üçün müvafiq qurumlara şikayət edərkən İsbəndiyar özü şikayəti dayandırmağı, əvəzində ona kompensasiya verəcəyini demişdir. İsbəndiyardan ona ödəniş etməsini istəməmiş, İsbəndiyar özü kompensasiya ödəməyi təklif etmiş, 5 000 manatdan ibarət təklifi qəbul etməmiş, obyektinin dəyərinin 100 000 manat olduğunu bildirmiş, müvafiq orqanlardan kompensasiya almaq üçün məhkəməyə müraciət etməmiş, İsbəndiyar özü təklif etdikdə sonuncu ilə razılaşmışdır. İsbəndiyar onun yanında vəkilinə zəng edərək kağız yazıb şikayətçi olmadığını bildirməyi istəmiş, vəkil Xalidə İsbəndiyara zəng edərək ərizə yazdığı tarixi, aldığı məbləği və həmin gündən etibarən İsbəndiyardan şikayətçi olmamasını qeyd etməsini demişdir. Şahid4 isə İsbəndiyarla onu barışdırmaq üçün 20 000 alıb vermək istədiyini demiş, Anarla razılaşıb İsbəndiyarla barışmağı qəbul etmiş, sonra isə Anar zəng edərək İsbəndiyarın ona pul vermək istəmədiyini demişdir. İsbəndiyar sonradan ifadəsində qeyd etdiyi 2 nəfər şəxsi yanına göndərib ondan nə istədiyini soruşduqda onlara İsbəndiyardan heç nə istəmədiyini, problemi olmadığını demişdir. Ən son razılaşdıqları məbləğ olan 50 000 manat məbləğində pulu isə İsbəndiyarın özü ona təklif etmiş, onun obyektinin dəyəri isə 100 000 manatdan artıq olmuşdur. İsbəndiyar ona 50 000 manat verəcəyini dedikdə ona obyektinin dəyərinin 100 000 olduğunu demiş ancaq həmin pulu tələb etməmişdir. İsbəndiyarın Tikdirdiyi yanacaqdoldurma məntəqəsi 9 hektarın içərisində olmuşdur. O, İsbəndiyardan 100 000 manat məbləğində pul istəməmiş, İsbəndiyar özü ona 3 dəfə (5000 , 20000 və 50000 manat olmaqla) pul təklif etmiş sonuncu dəfə təklif etdiyi 50000 manatı isə 20000 +10000+ 10000 formada hissələrlə vermək təklif etsə də İsbəndiyarla razılaşmamışdır. İsbəndiyar ona əvvəl təklif etdiyi 5000 manatı ümumiyyətlə istəməmiş, sonradan 20000 manatla razılaşsa da İsbəndiyar özü sonradan pulu verməkdən imtina etmişdir. Onun sökülən obyektinin uzunluğu 36 metr, çəkdiyi ümumi xərc isə 100000 manatdan artıq olmuşdur. İlk dəfə aldığı torpağın təyinatı obyekt tikmək üçün olsa da həmin sahə “Şəmkir qala” ərazisinə düşdüyündən həmin sahəni turizm nazirliyinə verildiyini deyib tikintisini yarımçıq dayandırılmış, bələdiyyəyə torpağa görə verdiyi pulu geri istədikdə əvvəlki sahədən də 2 dəfə artıq və yaxşı yerdən torpaq sahəsi verəcəklərini demişlər. 2007-ci ildən tikintiyə başlamış, 2012-ci ildə isə bələdiyyə sədrinin qohumu olan tanımadığı şəxs yaxınlaşıb torpaq sahəsinin səhv satıldığını, ona aid yer olduğunu bildirmişdir. Rəsmi qaydada torpağı aldığını desə də həmin şəxs rəsmi sənədləri olduğunu, dayısının yanlış olaraq torpaq sahəsini satdığını və torpağına ona aid olduğunu demişdir. 2022-ci ildən başlayaraq şikayət etməsinə səbəb eyni təyinatlı torpaqda digər vətəndaş İsbəndiyara tikinti aparılması ilə bağlı icazə verilməsi olmuşdur. İsbəndiyar bununla bağlı 2023-cü ildə görüşdən əvvəl onu mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə vermiş, 2023-cü il mart ayında şikayət əsassız sayılmış, 2023-cü ilin aprel ayında isə Anarın təklifi və İsbəndiyarın təkidi ilə görüşmüşlər. İlk dəfə artıq evə çatdığını görüşmək istəmədiyini desə də Anar ona zəng edib İsbəndiyarla kafedə oturduğunu və onların yanına getməyini demiş, kafedə əvvəlcə üçü biryerdə təxminən 1 saat söhbət etmiş, sonradan Anar İsbəndiyarla təkbətək söhbət etmək üçün onları otaqda tək qoyub çıxmış, İsbəndiyar ona halallıq almaq üçün 5000 manat verəcəyini desə də bunu qəbul etməmişdir. Növbəti günlərdə Anar İsbəndiyardan 20 000 manat alıb verəcəyini və barışdırmaq istədiyini demiş, növbəti görüşdə İsbəndiyar niyə şikayətləri dayandırmadığını, şikayətlərinə görə onun tikintisinin yarımçıq qaldığını demişdir. İsbəndiyarla əvvəlcə 20 000 manat məbləğində pul ilə razılaşalar da İsbəndiyar həmin məbləği verməkdən imtina etmiş, bunun üstündən təxminən 2 ay keçdikdən sonra obyektinin dəyərinin 100 000 min olduğu demişdir. İsbəndiyar obyektin xərcini soruşduqda o, kompensasiya olaraq 100000 manat olduğunu demiş, İsbəndiyar o qədərə gücü çatmadığını və ancaq 50000 manat verə biləcəyini demiş, 2 saat sonra İsbəndiyar onu obyektinə çay içməyə dəvət etmiş, orada isə kağız yazmağı desə də bunu qəbul etməmiş və çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə göstərmişdir ki, Şahid1 Şəmkir çayının şərq hissəsində bələdiyyə mülkiyyətində olan torpaqdan 0,03 ha torpaq sahəsinin ayrılması müqabilində 5000 (beş min) manat rüşvət verərkən yanlarında heç kim olmamışdır. Sonuncuya həmin pulu gedib kabinetində vermiş, bu təxminən 2007-ci ilin qış aylarında olmuş, O, qayınatası Şahid3la birlikdə Şahid1 pul vermək üçün sonuncunun yanına getmiş, qayınatası onunla birlikdə getsə də içəri girməyib həyətdə gözləmiş, ancaq Aydına pul vermək üçün getdiyini bilmiş, qayınatasına Şahid1 torpaq sahəsinin ayrılması üçün 5000 (beş min) manat pul verdiyini demişdir. Şəmkir rayon İHB-nın Memarlıq və Tikinti Şöbəsinin sabiq rəisi Şahid2 bələdiyyə mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin alınmasına razılığın verilməsi üçün ondan 3000 (üç min) manat pul alarkən isə yenə qayınatası Xəlilin məlumatı olmuş və onunla birlikdə Şəmkir rayon İcra Hakimiyyətinə getmişdir. Xəlil yenə bayırda gözləmiş, O, kabinetə girib Şahid2 3000 (üç min) manat pulu xidməti otağında vermiş, qayınatasına da çıxandan sonra məlumat vermişdir. 2023-cü il DİN-nin keçirilən qəbulunda iştirak etmiş və orada torpaq sahəsi və tikinti ilə bağlı şikayətini bildirib köməklik göstərilməsini xahiş etmiş, polis rəisi də həqiqətən incidildiyini nazirə məruzə etmiş, Şahid2 qanunsuz hərəkətləri barədə məlumat vermiş, sonradan onun işi yenidən qaldırıb araşdırmış, nazirlikdən adam gəlmiş, sonradan isə materialı prokurorluğa göndərmişlər, onun şikayəti torpaq sahəsinin ayrılması və onun obyekti söküldükdən sonra aparılmış tikinti işləri ilə bağlı olmuş, ayrı-seçkiliyə məruz qalmasına, ona vurulmuş ziyana etiraz etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, özünə məxsus xüsusi mülkiyyətdə olan torpaq sahəsində 2022-ci ilin iyul ayının ortalarında o, yanacaq doldurma məntəqəsinin bünövrəsini qoydurarkən Şəmkir rayonu, Mahmudlu kənd sakini, tanışı Şahid5 onun yanına gəlib Abbas adlı şəxslə görüşməyi təklif etmiş, Abbasın ona obyektin sökülməsində Natiqə məqsədli şəkildə özü və qardaşlarının kömək etdiyini demiş, özünün bu məsələni yoluna qoymaq istədiyini demişdir. Abbasla görüşəcəyini desə də 2-3 gün sonra Əli yenə zəng edərək Abbasla danışıb-danışmadığını soruşmuş, Əli ona Abbasla danışmağı demiş, Əlidən Abbasın niyə gəlib onunla görüşmədiyini dedikdə yaxın olduğu üçün Abbasın onu göndərdiyini demişdir. O, Əliyə Abbasın yanına getməyəcəyini, lazımdırsa özünün yanına gəlib söhbət etməsini demiş, lakin, Abbasın özü onunla nə ona zəng etməmiş, nədə görüşməmiş, onun barəsində müxtəlif orqanlara şikayət edərək guya tikdirdiyi yanacaq doldurma məntəqəsinin əvvəlcə yerində olmuş bir neçə ağacı kəsdirməsi və ziyan vurması barədə şikayət etmiş, Abbasdan nə istədiyini öyrənmək üçün 2023-cü ilin mart ayında dostunun oğlu Anar vasitəsilə Abbasa xəbər göndərib görüşmək istədiyini demişdir. Anar Abbasla görüşüb onunla əlaqə saxlamış, “Məzahirin kafesi” adlanana yerdə görüşməyə razılaşmışlar. Anarın orada gözlədiyini görmüş, kabinetlərdən birinə daxil olub orada əyləşən Abbasa niyə onun barəsində dayanmadan şikayətlər etməsini soruşanda, Abbas ona YDM-nin yaxınlığında bir neçə il əvvəl tikdirdiyi təmir sexini Natiqə kömək edib sökdürdüyünü, 100.000 (yüz min) manat ziyan dəydiyini deyib ondan həmin məbləğdə pul istəmişdir. Həmin pulu verməsə, yanacaq doldurma məntəqəsini yandıracağını, ailəsi və qardaşları barəsində şikayət edəcəyini demişdir. Abbasın dediklərindən qorxub fikirləşib yaxın vaxtda məlumat verəcəyini demişdir. Anara Abbasla arasında olan söhbət barəsində heç nə deməmiş, bir neçə gün sonra Anarın Abbasın pul istəməsini bildiyini 30.000 (otuz min) manat pul istədiyini demişdir. Anar ona Abbasa 20.000 (iyirmi min) manat versə, barışdıra biləcəyini demiş, Anarla razılaşmamış, Abbasa pul verməyəcəyini, lazım gəlsə öz obyektini sökəcəyini demişdir. Abbas onun barəsində yenə şikayətlər yazdığı üçün 2023cü il may ayının əvvəli istifadəsində olan mobil nömrədən zəng edib yanacaq doldurma məntəqəsinə gəlməyi təklif etmiş, qısa vaxt sonra Abbas onun yanına gəlmişdir. O, YDMdəki kabinetdə Abbası qəbul etmiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Abbas ona əvvəl dediyi məbləğin yarısını verməyi demiş, Abbas ona 50.000 (əlli min) manat pul verəcəyi halda, bütün yuxarı instansiyalara şikayət yazmağı dayandıracağını demişdir. O, Abbasa o qədər pulu olmadığını, cəmi 20.000 (iyirmi min) manat pul verə biləcəyini dedikdə, Abbas onunla razılaşmayıb çıxıb getmişdir. Abbasın onun barəsində şikayətlər yazacağını özünü və qardaşlarını biabır edəcəyindən qorxmuş, onu razı salmağa çalışmış, Abbasın istifadəsində olan mobil nömrəyə 2 dəfə zəng etsə də, sonuncu telefonu götürməmişdir. Özü Abbasın işlədiyi yerə gedib telefonu niyə götürmədiyini soruşanda Abbas onunla danışığının bitdiyini demişdir. O, sonuncu dəfə Abbasdan tələb etdiyi pulu soruşarkən Abbas əvvəl dediyi pulun, yəni 100 000 manatın yarısını, yəni 50.000 manatı tələb etdiyini, o da həmin pulu Gəncə şəhərində bankdan kredit götürüb ona verəcəyini demiş, Abbas onunla razılaşıb pulu gətirdikdən sonra görüşəcəyini demişdir. Həmin gün saat 11 radələrində Abbasa zəng edib pulu tapdığını, kabinetdə olduğunu və gəlib iş yerindən götürməyi demişdir. Abbas razılaşıb bir müddət sonra kabinetinə gəlmiş, 50, 100 və 200-lük əsginaslardan ibarət ümumilikdə 50.000 (əlli min) manat məbləğində pulu stolun üzərinə qoyaraq pulu tapdığını demişdir. Abbasa verəcəyi 50000 manat pulun müqabilində şərt qoyaraq təklif etmişdir ki, onun haqqında şikayət etməsin, gələcəkdə o və ailə üzvlərinin barəsində yalan məlumatlar yaymasın və bunu öz xətti ilə yazsın. Abbas onun təklifi ilə razılaşmayıb iltizam yazmayacağını, heç nə yazmayacağına demişdir. Abbasın ondan 50000 manat pulu aldıqdan sonra heç kimə sübut edə bilməyəcəyi və şikayətlər edəcəyindən qorxduğu üçün imtina etmiş, Abbas kabinetindən çıxarkən onu yola salmış və çıxıb getmiş, prokurorluğa şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, O, Abbasa pul verməmiş, Abbasın ona birinci səfər dediyi obyektin pulu olan 100000 manatın yarısı olan 50000 manat pul verməyə də onun əsassız şikayətlərinə özü və həmin vaxt vəzifədə olan qardaşları Mübariz və Tariyel haqqında yazıların guya ona himayədarlıq etmələri dövlət orqanlarına təsir etməsini yazmasına görə məcbur qalıb razılaşmışdır. Abbasa pulu verəcəyini uzun müddətdir vəkili olan Xalidə ilə danışıb desə də sonuncu ona Abbasa pul verməməyi, verərsə daha artıq pul tələb edəcəyini demiş, Xalidəyə Abbasın onu yazıları şikayəti ilə bezdirdiyini rahat olmaq istədiyini dedikdə sonuncu ona telefonda danışıq zamanı heç olmasa pulu verəndən sonra Abbasdan öz əlyazma xətti ilə yazılı formada özü və ailəsi haqqında iltizam yazmağı demiş, lakin Abbas yazmağa razı olmadığı üçün o da pulu verməkdən imtina etmişdir. Abbas bir neçə dəfə şikayətlərində əsassız olaraq onun vəzifədə olan qardaşlarının adını da hallandırmış, sonda Abbasın birinci səfər hədə-qorxu ilə tələb etdiyi pulun yarısı olan 50000 manat pulu ona verməyə razılaşmışdır. 20 000 manatla razılaşmayıb, sonradan 50 000 manat tələbi ilə razılaşmasının səbəbi odur ki, barəsində şikayətlər çoxaldıqca demək olar ki, əksər dövlət qurumundan onun tikdiyi obyektə yoxlama gəlmiş, fəaliyyəti əsassız olaraq dayandığı üçün razılaşmağa məcbur qalmışdır. 100 000 manatın tələbi ilə bağlı səs yazısı mövcuddur, həmin səs yazısında Abbas ondan əvvəlki tələb etdiyi məbləğin yarısını- yəni 50 000 manatı tələb etdiyini bildirir, burdan da onun əvvəlki tələbinin 100000 min manat olduğu aydın görünür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, bələdiyyə sədri işlədiyi 2007-ci ildə Təqsirləndirilən şəxs Şəmkir İcra Hakimiyyətinə sahibkarlıqla məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş etmiş, İcra Hakimiyyətindən ona Təqsirləndirilən şəxs Kür qəsəbəsinə gedən yolda bələdiyyə mülkiyyətində olan istifadəsiz torpaq sahəsinin 0,03 sot torpaq ayrılması sahibkarlıq məqsədilə istifadə edəcəyi bildirilmişdir. Həmin dövrdə bələdiyyələr torpaq sahəsini müstəqil qərarla verə bilməmiş, ancaq İcra Hakimiyyətinin verdiyi rəyi əsasında bələdiyyə mülkiyyətində olan torpaq sahələri vətəndaşa verilmişdir. Lakin həmin torpaq sahəsi “Şəmkir qalası” adlanan yerlə üzbəüz olduğu üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən narazılıq olduğundan Abbasa verilmiş 0,03 ha torpaq sahəsi geri alınmış, İcra Hakimiyyətinin razılığı ilə Abbasa Kür qəsəbəsinə gedən yolun sağ tərəfində, kəhriz quyusu ilə üzbəüz köhnə yanacaq doldurma məntəqəsinin cənub hissəsində yerləşən bələdiyyə mülkiyyətinə aid 0,06 ha torpaq sahəsi verilmişdir. Sonradan digər sakinlə Abbas arasında torpağa görə mübahisə yaranmış, işə məhkəmədə baxılmışdır. Məhkəmə qərarı ilə Abbasın həmin torpaq sahəsi üzərində tikdirdiyi müəssisə sökülmüşdür. Abbas 2008-2009-cu illərdə bir dəfə onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmiş, guya onun torpaq sahəsinin ayrılması üçün ayrı-ayrı vaxtlarda 5000 (beş min) olmaqla, ümumilikdə 10000 (on min) ABŞ dolları rüşvət kimi istəyib aldığını demiş, Şəmkir prokurorluğu işi araşdırılmış və fakt təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Abbasın həmin vaxt obyekt söküldüyü üçün əsassız şikayət etməsinə fikir verməmişdir. Son dəfə isə Abbas təxminən ay yarım əvvəl Şəmkir rayon prokurorluğuna barəsində şikayət ərizəsi yazıb guya bələdiyyə sədri işlədiyi dövrdə Təzəkənd kəndində ona sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün sonuncudan 5000 (beş min) ABŞ dolları məbləğində rüşvət aldığını bildirmiş, cinayət işinin başlanması rədd edilmişdir. Abbas yalan danışdığı əsassız şikayət etdiyi üçün rayon prokurorluğuna ərizə yazıb Abbasın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, özündə ola yanacaq doldurma məntəqəsində müşahidə kameraları ilə qeydə alınmış görüntüləri də sübut olaraq təqdim etmiş, orada Abbasla arasında olan danışıqlar olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki Təqsirləndirilən şəxs həm əvvəl, həm də sonra torpaq sahələri həmin dövrdə İcra Hakimiyyətinin göstərişi və razılığı ilə verilmişdir. Abbas həmin torpaq sahəsi sonradan başqasına yəni İsbəndiyara satıldığı üçün bunu özünə sığışdıra bilməmiş və İsbəndiyardan qisas almaq üçün ondan şikayət etmişdir. Özü barəsində şikayəti isə obyekti söküldüyü üçün ondan da qisas almaq üçün guya pul istəyib alması barədə etmişdir. Torpaq sahələri icra hakimiyyətinin verdiyi rəy əsasında ayrılmışdır. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, bir neçə il əvvəl, xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs rayon icra hakimiyyətinə ərizəsi daxil olmuş, sahibkarlıq fəaliyyəti üçün sonuncuya Kür qəsəbəsinə gedən yolun sağ tərəfində torpaq sahəsinin verilməsini xahiş etmişdir. Abbas ona Təzəkənd bələdiyyə sədri Şahid1la birlikdə kənddə özü üçün nəzərdə tutulmuş torpaq sahəsinə baxdıqlarını və artıq torpağın yerini təyin etdiklərini demiş, Abbasa İcra Hakimiyyətinə daxil olmuş ərizəsi dərkənar qoyulmaqla onun üzərinə yazıldığını, bələdiyyə sədrindən lazımı sənədləri alıb gətirdikdən sonra torpaq sahəsinin ayrılmasına razılıq verilməsi üçün rəy verəcəyini demişdir. Abbas bir neçə gün sonra yanına gəlib özü ilə lazımi sənədləri gətirmiş, Şəmkir çayının şərq hissəsində yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədilə 0,03 ha torpaq sahəsinin ayrılmasına dair rəy hazırlayıb Abbasa təqdim etmişdir. Abbas həmin rəy əsasında Təzəkənd bələdiyyəsindən torpaq sahəsinin verilməsinə dair sənəd alıb orada özünə obyekt tikməyə başlamışdır. Sonradan həmin torpaq sahəsi Şəmkir qalası ilə üzbəüz yerləşdiyi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələcəkdə yerin araşdırılması, qeyd olunan ərazinin yaxınlığından avtomobil yolu çəkilməsi nəzərdə tutulduğu üçün Abbasa verilmiş 0,03 ha torpaq sahəsinin dəyişdirilməsinə zərurəti yaranmış, məsələni bələdiyyə sədri Aydın Abbasa izah etmişdir. Abbas yanına gəlib torpaq sahəsinin yerinin indi dəyişdirmək istədiyini demiş, yenidən ərizə yazıb sonuncuya başqa yerdən torpaq sahəsi ayrılmasını xahiş etmişdir. İcra Hakimiyyətinin Başçısı tərəfindən ərizə onun üzərinə yazılmış, bu dəfə Təqsirləndirilən şəxs Kür qəsəbəsinə gedən yolun sağ tərəfində, kəhriz quyusunun yaxınlığında bələdiyyə mülkiyyətinə aid torpaqda sahibkarlıq məqsədilə tikinti aparmaq üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Abbas həmin torpaq sahəsində özünə kiçik bir avtomobillərin təmiri müəssisəsi tikdirmişdir. Sonradan Abbas həmin torpaq sahəsi üzərində kiminləsə problemi olduğunu, başına gələnlər haqqında heç bir məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs dediklərinin tamamilə yalan olduğunu, sonuncudan heç vaxt rüşvət almadığını bildirmişdir. Abbasa torpaq sahəsinin ayrılmasını İcra Hakimiyyətinin başçısı tapşırmışdır. Təqsirləndirilən şəxs onun qəbuluna gələrkən birincinin yanında heç kimin olmadığını, həmin vaxt onun tək yanına gəldiyini, həmçinin kabinetində olarkən də ikisindən başqa orada heç kim olmadığını qeyd etmişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Abbas ona Şahid2 torpaq sahəsinin verilməsi üçün 3000 manat rüşvət verməsi haqqında heç nə deməmişdir. Kürəkəni Abbasla birlikdə sabiq bələdiyyə sədri Şahid1 yanına getməsi və kabinetə daxil olmayıb həyətdə gözləməsi doğrudur. Abbasın Şahid1 kabinetinə tək daxil olduğunu, lakin Abbasın onun yanına getməmişdən qabaq torpaq sahəsinin ayrılması müqabilində sonuncuya 5000 manat rüşvət verəcəyi, kabinetdən çıxdıqdan sonra da həmin məbləğdə pul verməsi barədə heç bir məlumatı yoxdur. Abbas özü də ona konkret olaraq 5000 manat rüşvət verməsi haqqında heç bir məlumat vermədiyini bildirmişdir. Abbas Aydına torpağın pulunu verdiyini ona demiş, həmin pulun nə olması barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Əli oğlu göstərdi ki, bu baş verən hadisədən 2-3 ay əvvəl Abbas özünə məxsus obyektinə getmiş, Abbasla oturub söhbət etmiş, Abbasla söhbət edərkən İsbəndiyarla arasındakı ədavəti danışmış, İsbəndiyara zəng edib ondan Abbasla görüşüb barışmaqlarını istəmişdir. Abbasla İsbəndiyar onun iştirakı ilə bazarın yaxınlığında yerləşən kafedə görüşmüş, onlar söhbət edərkən onlara getməyi, rahat danışmalarını deyib çölə çıxmışdır. Yanlarında olarkən aralarındakı danışıq tam olaraq əvvəl mübahisəli obyekt və torpaq sahəsi ilə bağlı olmuş və həmin məzmunlu söhbətlər olmuşdur. Abbas İsbəndiyara onu obyektinin yerləşdiyi ərazini əvvəldən Natiqdən aldığını, Natiqin isə sonradan sökdürülməsi üçün məhkəməyə verdiyini demiş, İsbəndiyar isə Abbasa onunla heç bir problemi olmadığını barışmaq istədiyini bildirmişdir. Həyətə çıxıb Abbasla İsbəndiyar aralarındakı problemi həll edib ortaq məxrəcə gəlmiş, həyətə çıxdıqdan 5 dəqiqə sonra Abbasla İsbəndiyar kafedən birlikdə çıxmış, onlar kafedən çıxdıqda razılaşa bildiklərini soruşduqda razılığa gələ bilmədiklərini demişlər. Üzərindən bir müddət keçdikdən sonra İsbəndiyar ondan Abbasdan necə halallıq almağı soruşmuş, yenidən Abbasla söhbət edib İsbəndiyarın ondan halallıq almaq istədiyini dedikdə İsbəndiyar özü halallıq almaq” üçün 20 min manat məbləğində pul təklif etmişdir. Üzərindən 10-15 gün keçdikdən sonra İsbəndiyardan nə olduğunu soruşduqda İsbəndiyar obyektinin icra hakimiyyətinin söküldüyünü və buna görə aralarındakı məsələni həll edə bilmədiyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, İsbəndiyar ona məxsus obyektinin İcra Hakimiyyəti tərəfindən söküldüyündən Abbasla aralarındakı ədavəti həll edə bilmədiklərini demiş, İbəndiyarla Abbas arasında əlavə söhbətin olub-olmamasını bilmir. İsbəndiyar ona Abbasın pul tələb etdiyini deməmiş, Abbasın sonradan hansı səbəbdən saxlanılmasını bilməmişdir. Abbasın obyektinin söhbətinin sökülməsinə İsbəndiyarın hansısa aidiyyəti olmamış, Abbasla İsbəndiyar onun iştirakı ilə görüşmüşdür. Abbasla İsbəndiyara birlikdə oturub razılaşmaqlarını istəmiş, İsbəndiyar Abbasdan halallıq alması üçün ona 20 min manat məbləğində pul təklif etmişdir. Abbasla İsbəndiyarın 20 mindən əvvəl əlavə pul söhbətləri olduğunun şahidi olmamışdır. Abbasla İsbəndiyarın ilk görüşündə Nəzər adlı şəxsin kafesində birlikdə olmuşlar. Abbasla İsbəndiyarın görüşündən əvvəl Abbasla Nəzərin kafesində görüşləri olmuş, pul təklifi isə İsbəndiyardan gəlmişdir. İsbəndiyar Abbasa halallıq məqsədi ilə 20 min manat məbləğində pul təklif etmiş, Abbas 20 min manatla razılaşmışdır. X3 görüşdüyünü və 50 min manat məbləğində pul verdiyini eşitmişdir. Abbasla İsbəndiyarın 1-ci görüşü zamanı üçü bir yerdə olmuş, Abbasla İsbəndiyar söhbət edərkən rahat şəkildə görüşüb aralarındakı məsələni həll etmələri üçün kafedən çıxıb kafenin qarşısında onları gözləmişdir. Abbasla İsbəndiyar kafedə kabinetdə olmuşdur. Aralarında münaqişə yaransa eşitmək imkanı olamamışdır. Abbasla İsbəndiyarın onun iştirakı ilə görüşdükləri tarixi tam olaraq xatırlamır, gün təxmini yaz yay ayında imiş. İsbəndiyar Abbasın ondan şikayət etdiyini dediyi üçün görüşlərini təşkil etmiş, İsbəndiyarın obyekti görüşdən sonra sökülsə də Abbas İsbəndiyarla görüşməmişdən əvvəl şikayət etmişdir. İsbəndiyarla barışmaq üçün 20000 manat məbləğində pulu qəbul etməyini özü istəmiş, İsbəndiyarın İcra hakimiyyəti tərəfindən sökülən obyektinin yerində sonradan yenidən obyekt inşa edilmişdir. Abbas onun vasitəsilə İsbəndiyarın ona verməsi üçün pul tələb etməmiş, İsbəndiyar özü 20 000 manat təklif edib gücünün ona çatdığını demişdir. Kafedən çıxarkən İsbəndiyardan nə olduğunu soruşanda İsbəndiyar Abbasın ondan yüksək məbləğdə pul istədiyini demişdir. İbtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, İsbəndiyar və Abbas həmkəndliləri olmuş onlarla arasında ədavət yaxud düşmənçilik olmamışdır. Mübahisəli torpaq sahəsində Abbasa məxsus tikili söküldükdən sonra Abbas açıq şəkildə bildirmişdir ki həmin sahəni kim alsa və nəsə tiksə ondan halallıq almalıdır. Halallıq deyəndə nəyi nəzərdə tutduğunu başa düşməmiş, İsbəndiyar ona Abbasın özü və ailə üzvləri barəsində çoxsaylı şikayətlər yazdığını demiş Abbasla görüşüb məsələmi yoluna qoymağı xahiş etmişdir. Abbasla görüşəndə ona İsbəndiyarın Natiqdən aldığı torpaq sahəsindəki tikilinin sökülməsinə Natiqə İsbəndiyargilin kömək etdiyini demiş, Abbasa İsbəndiyarla görüşüb aralarındakı problemi yoluna qoymağı xahiş etmiş, Abbas razı olduqdan sonra İsbəndiyarla əlaqə saxlayıb “Məzahirin kafesi” adlanan yerə gəlmiş, kafedəki kabinetlərdən birinə daxil olub söhbət etmiş, Abbas İsbəndiyarla danışmağa başlamış, özünə dediklərini demişdir. Söhbətin uzandığını və aralarında şəxsi məsələ olduğunu fikirləşib kabinetdən çıxmış, sonradan İsbəndiyardan Abbasın nə istədiyini soruşmuş, İsbəndiyar aralarında olan söhbət barədə danışmayıb demişdir ki, Abbas ondan elə məbləğ istəyir ki, həmin pulu verməyə gücü çatmaz. Bir neçə gün sonra İsbəndiyarla maraqlananda Abbasın şikayətlər etdiyini, ərazidə tikdirdiyi dəmir konstruksiyanının söküldüyünü və razılaşmalarının pozulduğunu demişdir. Sonradan İsbəndiyar ona Abbasın əvvəlcə 30.000 (otuz min) manat, sonra isə 20.000 (iyirmi min) pul istədiyini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, “Məzahirin kafesi” adlanan yerdə görüşəndə və yanlarında olanda İsbəndiyar Abbasın ondan nə qədər pul tələb etməsini konkret olaraq deməsə də, sonradan İsbəndiyar demişdir ki, Abbas ondan elə məbləğdə pul istəyir ki, verməyə gücü çatmaz. X4 20000 (iyirmi min) manata razılaşdıqlarını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, İsbəndiyar aldığı torpaq sahəsinin üzərində YDM-si tikdirən zaman Abbas ona məhkəmə qərarı ilə onun obyekti kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşsə də söküldüyünü, qonşuluqdakı torpaq sahəsində isə İsbəndiyar özünə rahat şəkildə YDM-si tikdirdiyini bildirmiş, buna razı olmayacağını, şikayət edəcəyini yazacağını demişdir. Abbas obyektinin sökülməsində Natiqə İsbəndiyar və qardaşları Mübarizlə Taryelin kömək etdiyini, işi belə qoymayacağını demişdir. Abbasa obyektinin sökülməsində nə İsbəndiyarın, nə də ki qardaşının heç bir iştirakı olmadığını desə də Abbas onu dinləməmiş, buna görə İsbəndiyarla görüşüb bu məsələni ona deyəcəyini bildirmişdir. İsbəndiyarla görüşəndə Abbasla arasındakı söhbəti ona demiş, Abbasla onu barışdırmaq istədiyini demişdir. Uzun söhbətdən sonra İsbəndiyar ona Abbasla görüşəcəyini demiş, 3-4 gün sonra İsbəndiyara zəng edib maraqlananda Abbasın onu yorduğunu demiş, söhbət etməyini xahiş etmişdir. İsbəndiyarın sözlərini Abbasa deyib razılaşmağı demiş, Abbas sökülmüş obyektin yerində obyekt tikdirdiyini, bu səbəbdən halallıq almağı dediyi üçün İsbəndiyar telefonda söhbəti uzatmayıb görüşəcəyini demişdir. İsbəndiyarın Abbasla görüşmədiyi üçün, Abbasa onu öz işlərinə qarışdırmamağı demişdir. O, Abbasla əlaqəsini kəsmiş və bir daha sonuncu ilə görüşməmişdir. İsbəndiyardan pul istədiyi isə sonralar ona Zərərçəkmiş şəxs özü demiş, Abbasın halallıq verməsi üçün nə istəməsindən isə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu, Zərərçəkmiş şəxs isə qaynıdır. Abbasla onun yan-yana obyektləri olmuş, obyekti yanacaqdoldurma məntəqəsi olduğuna görə qaynı Zərərçəkmiş şəxs həmin obyektin yerində yanacaqdoldurma məntəqəsi inşa edəcəyini deyib ona satmağını istəmiş, özünə məxsus olan obyekti qaynı Zərərçəkmiş şəxs Qəhraman oğluna cüzi məbləğə satmışdır. Təqsirləndirilən şəxs başqa yerdən torpaq verildiyi üçün Abbas həmin obyektini sökdürüb başqa bir ünvana köçsə də o obyekti İsbəndiyara satandan sonra Abbas “bura mənim yerimdir deyib” qaynı İsbəndiyardan təxminən 25-50 000 manat pul istəmişdir. Qaynı İsbəndiyar isə həmin pulu Abbasa vermədiyi üçün ədavətləri yaranmışdır. Verilən suallara cavab olaraq göstərdi ki, obyektinin təyinatı yanacaqdoldurma məntəqəsi olmuş, Abbasla obyektləri yan-yana olmuş, yaxın olduğu üçün birləşib tikdirmişdlər. Abbasın tikdirdiyi obyektin sahibi Natiq olmuşdur. Obyekti öz yerinə məxsus sahədə olmuş, Natiq əvvəlcədən o obyekti Abbasa verməyinin səbəbi qardaşı ilə münaqişələri çıxdığı üçün Natiqin oradan getməsi olmuşdur. Natiq geri qayıdanda qanuni şəkildə torpağını tələb edib məhkəmə yolu ilə geri almış və Abbasa başqa yerdən torpaq vermişlər. Natiq Abbas tikdirdiyi obyekti öz hesabına sökdürüb yenidən tikdirmiş, hazır şəkildə qaynı Zərərçəkmiş şəxs satmışdır. X10 torpağa və orada olmuş obyektə görə pul istədiyini özü şəxsən ona demiş, Abbasın İsbəndiyardan şikayət etməsindən məlumatı olmuşdur. Abbasın şikayətindən sonra İsbəndiyarın obyektinə müəyyən yoxlamalar gəlmişdir. Həmin yerdə tikilən Abbasın obyektin qiyməti təxmini olaraq 15-20 min manat arası olmuş, aşağı hissə 4 ədəd 6x5 metr ölçüsü olan otaqlar olmuş, qarşısında isə avtoyuma məntəqəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 2023-cü ilin may ayının 19-u saat 21:00 radələrində Təqsirləndirilən şəxs ilə kafedə oturarkən Zərərçəkmiş şəxs avtomobili ilə kafeyə yaxınlaşıb içəri daxil olmuş, Abbasa “telefonu niyə açmırsan?” deyə sual verib yanlarında əyləşmişdir. İsbəndiyar Abbasa “niyə obyektimi tikdirməyimə mane olursan?” sualını verəndə Abbas isə heç nə etməyib haqqını tələb etdiyini demiş, uzun söhbət əsnasında İsbəndiyar Abbasa dəymiş ziyanın yarısının ödənilməsini boynuna götürdüyünü və ödəyəcəyini amma bu söhbətdən heç kəsin xəbəri olmamasını dedikdə Abbas İsbəndiyarla razılaşmışdır. İsbəndiyar kafedən çıxıb Gəncə şəhərinə gedib pul götürüb gətirib Abbasa verəcəyini demiş, avtomobilinə minib oradan uzaqlaşmış, 1-2 saat ərzində zəng edib xəbər verəcəyini demişdir. Özü kafedən çıxıb marketə gedəndə Abbası telefonla danışdığını görmüş, Abbas avtomobilin harada olduğunu soruşanda əli ilə qarşıda olduğunu bildirmişdir. Abbasla birlikdə gedib, Zərərçəkmiş şəxs məxsus olan yanacaqdoldurma məntəqəsində dayanmışlar. Abbas avtomobildən düşüb, yanacaqdoldurma məntəqəsinə girib 20-25 dəqiqə sonra qayıtmışdır. Abbasdan İsbəndiyardan pulu alıb-almadığını soruşanda ona heç bir məlumat verməmiş, İsbəndiyarın ona kağız yazdırıb imza çəkdirməsini dediyini bildirmişdir. Abbasdan nə kağız olduğunu soruşanda pul alması ilə bağlı kağız yazıb imza çəkməyi demişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Abbas kağız yazıb imzalamağı deməyi özü danışmış, ilk dəfə Abbasla İsbəndiyar söhbət edən zaman rahat söhbət etmələri üçün qalxıb onlara çay qoymuş, aralarında olan söhbəti dəqiq eşitməmişdir. Əvvəlinə danışdıqlarını bilməsə də çayı qoyub gələn zaman İsbəndiyarın Abbasa pulla bağlı zəng edib məlumat verəcəyini deməsini eşitmiş, hətta İsbəndiyar ayağa qalxıb gedən zaman onu qapının ağzında görüb “bu qardaşda 3-cü adam olsun yanında deyirəm başqa heç kəs bilməsin” demişdir. Abbas ona İsbəndiyardan nə qədər məbləğdə pul alacağını demədiyinə görə bu haqda heç bir məlumatı yoxdur. Abbasla İsbəndiyarın danışıqları 2023-cü ilin may ayının 19-u günü olmuşdur. Çöldə dayansa da söhbət edərkən onlarla arasında məsafə təxminən 10-15 metr olmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə isə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 göstərmişdir ki, 2023-cü ildə dəqiq xatırlamadığı tarixdə əkin sahəsində olarkən həmkəndlisi İsbəndiyar ona zəng edərək Abbasın onu bezdirdiyini apardığı tikinti ilə bağlı şikayətlər etdiyini onunla danışın aralarındakı məsələni yoluna qoymağı sonuncunun ondan nə istəməsini öyrənməyi xahiş etmişdir. Aralarında hansı məzmunda danışıq olması, kimin kimdən nə qədər pul istəməsi və verməyə razılaşması barədə məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan ərizədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Daxili işlər nazirinə mərkəzi icra hakimiyyəti orqanlarının yerlərdə keçirilmiş qəbul zamanı şikayətlə müraciət etmiş, həmin müraciət üzrə xx.xx.2023-cü ildə DİN Şəmkir RPŞ təhqiqatçısı tərəfindən izahat alınmaqla izahatında göstərdiyi Şəmkir rayonu Təzəkənd bələdiyyə sədri işləmiş Şahid1 sahibkarlıq məqsədilə torpaq sahəsinin verilməsi üçün 5000 (beş) min pulun alınması hissəsində hüquqi qiymət verilməsi üçün xx.xx.2023-cü il tarixdə Şəmkir rayon prokurorluğuna göndərilmiş, bu barədə həmin tarixli arayışla Şəmkir RPŞ rəisi DİN rəhbərliyinə məruzə edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Şəmkir rayon prokurorluğunda da Təqsirləndirilən şəxs izahat yenidən izahatı alınmış, izahatında sonuncu bələdiyyə sədri işləmiş Şahid1 torpaq sahəsinin ayrılması müqabilində 5000 (beş) min manat, həmin dövrdə Şəmkir RİHB-nin Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş Şahid2 3000 (üç min) manat pul istəyib aldığını və həmin pul müqabilində ona torpaq sahəsi ayrıldığını bildirmişdir. Sonradan rayon prokurorluğunun müstəntiqi tərəfindən barəsində şikayət edilən Şahid1 izahatı alınmış və sənədlər əlavə edilməklə cinayət işinin başlanması xx.xx.2023cü ildə məhz Şahid1 əməlində cinayət tərkibi olmaması əsası ilə rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü ildə isə Şahid1 rayon prokuroruna Təqsirləndirilən şəxs bir neçə gün əvvəl rayon prokurorluğuna barəsində əsassız şikayət etməsi, bir neçə il əvvəl təxminən 2007-2008-ci illərdə də onun barəsində guya 10 000 ABŞ dolları məbləğində rüşvət istəyib alması barədə müraciət etdiyini, həmin vaxt da cinayət işinin başlanması rədd edilməsi barədə qərar qəbul etdiyini, buna görə də şəxsin barəsində tədbir görülməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə audio-video yazıların ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1332-4/1358 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında aşağıdakı məzmunda danışıq qeydə alınmışdır. K1 K2 kişi cinsinə məxsus səslə danışan diktorlardır, aparılan danışıqların məzmunu isə aşağıdakı kimidir: K1-mən çəkdiyim ziyanın pulu istəyirəm, mən çəkdiyim stressin, K2 –yox e sənin o ziyanının mənim burda günahım yoxdu., mənim günahım ola ki, gərək deyəsən ki, sənin günahındı.... K1- deyir sənin günahın elə günahsızlığındı. Sənin oranı almağın, yəni o boyda o pulu ona aparıb ona verib yedizdirməyin, mən oğlanın əlində qoyacaydım o yeri o ona göz dağı olacaqdı K2- o heç onun yeri deyil axı, bələdiyyədən almışam, onun yeri oydu. K1-indi onun o yeri oydu, onsuz da görürsənmi deyirsən ki apardı məhkəməyə verdi. Sən onun yerinə girməmişdin eləməmişdin səni məhkəməyə niyə K2 - Vermədi, diskamfort olmamalıdı, bir dənə başağrısı olmamalıdı. İndi yenə de K1 - Ay ... bax mən qoy deyirəm, gedirəm. Day indi bir-birimizi o/// K2 - Heş getmiyin, getmiyindeyin/// K1 - Razılaşırıqsa dediyim, saa dediyim summanın tən yarısı K2 - Nə? Neçə? K1 - Dediyim summanın tən yarısı, bu son K2 - Dediyin summanın tən yarısı neçədir? K1 -50.000 K2 - ... 50.000 saa pul verim? K1 - Vermə e, mən səndən istəmirəm e K2 - Gah deyirsən, Anara dedim 30.000 K1 - Yox, dedim qurtardı da, olmadı. Həmin gün razılaşsan, razılaşacaydım. gəldim dedim nə dedi, dedi deyir ki, sökəjəm. Dedim fso, söhbət öldü, qurtardı. E 10 dəyqədən sonra/// K2 - Bə Anara deyirsən 20000 versin, mən yazı-pozuyu dayandıracam. K1 - Dedim, qurtardı o vaxt. Anar məni çağırdı ki, gəlin sizi barışdırım. Mən də < əgər bu gün eliyəcəksənsə də, bu gün 30.000-lə də qurtardı söhbət. Sabah da ge Abbas, İsbiyə dedim, dedi yox, sökürəm K2 - İndi bu 50000 aldın, bütün yazı-pozuyu dayandırajassan? K1 - Əlbəttə, mən razılaşıramsa, mən kişiyəm, söz ağzımızdan çıxır, bə deyirəm qı deməkdi ki? K2 - Sabah birdən bir də iddia elədin? K1 - Sənlə razılaşım, səhər bir də gedim təzədəngedım ... K2 - Gör nə deyirəm, sən deyirsən belə, 20000 saa pul verirəm K1 - Yox, yox, heç demə onu, sən mən dediyim sözün qabağında sən onu deyi demiyim K2 - Bax, 20000-i bu dəyğə verim sana K1 - Yox, qardaş, niyə tələsirsən ki? Fikirləş, elə, əgər dediyim işə razısansa, razıla; K2 - Son qərarın neçədi sənin? K1 - Son qərarım dediyim K2 - Neçədi? K1 -50.000 K2 - 50.000 alacaqsan, yaz-pozu dayanacaq? K1 - Əlbbətdə ki K2 - Çox isdiyirsən, Abbas K1 - Çox deyil, vallah, azdı, özüm ölüm, azdı K2 - 50.000 azdı? K1 - O stresslərin qabağında azdı K2 - Mən keçirtdiyim stress nədi bəs? Gəl, sən 20.000-i al K1 - Yox, sağ ol (ayağa qalxıb əl tutuşur) K2 - Son qiymatın neçədi? K1 - Dedim, qurtardı, getdi də, 50.000. 150.000-lik obyektim sökülüb, 20.000 belə xə Özüm də nə stressdər keçirmişəm K2 - 50.000 çox istəyirsən qardaş. 20.000 istəyirsən verim K1 - Demirəm, istiyirəmsə də, nə deyirəm ki, rrjəmgəlib məjbur döyül ki K2 - O Anar deyirdi 20.000 İİİ K1 - Deyilən ... orda qaldı da K2 - Bildim e, ama bu 20000-nən razılaşırdın, nə oldu? K1 - Yox da, bə orda işlər görülüb axı, onda? K2- Nə işlər görülüb, gedib nəsə maya qoyubsan nəyəsə? K1- Nəyə maya qoyubsan? K2- Yox, indi K1-Ə, qardaş, gəl 20000-i al, к -Yox, qardaş, yox, yox K2 - Səninki səndə, mənimki/// K1- Yox, yox. Onsuz da biz razılaşandan sonra dost olacıyıq, bir-birimizə hardasa köməyimiz, bc nəyimiz dəyəjək sabah K2-Orası elədi e, gəl, gəl bu 20.000-i al K1-Yox, yox K2-Son qiymatın 50.000-di? Ə vallah/// K1- Hə. Tovba, özüm ölüm, o ən aşağı qiymətdi K2- 50.000? K1-Bax, mənim canım üçün K-2-Ayə 50.000-lik, sən 50.000 sənnən ötəri... puldumu? K-1 Amma, amma, ə 50.000 nə puldu? Amma razılaşmasaq, yəni sabah bir az da səni hardasa incitsələr, yəni o 50.000-ə də razılaşammıyacam K-2 Demək son qiymatın 50000-di? K-1 Hə, vallah, ondan aşağısı yoxdu K-2 Yaxşı, söhbət/// K-1 Mən bir söz demirəm K2-Şeydi, mən vəkilnən danışdım, dedi problem yoxdu. İntəhası bir xahişim var sənnən. Bir dənə yaz ki, mən innən sonra filankəsov filankəsdən heş bir etirazım yoxdu. Lap vəkil desin, onu da yaz, altınnan da qol çək, bu 50.000, verim/// K1- Yox, heş bir etirazım yoxdu, onu indi K2 - Ona qarşı şeyim yoxdu. K-1 yazarıq/// K2-Yox e, indi yaz. Mən də K1-Əgər mən dedimsə K2- Mən səni başa düşürəm, Abbas K1- Mən dedimsə onu deməli// K2 diktoru K1 diktoruna pul verdikdən sonra Zərərçəkmiş şəxs heç bir etirazı, narazılığ olmayacağı barədə kağızda qeyd edib, imzalaması barədə mübahisə edirlər.) K1- Dedim ki, Anar, yarısını verdin, yaxşı, getdin. Dedi yox, o boyda vermə, bir 20- 30.000-ə, dedim Anar, bu gün razılaşırıqsa 30.000-ə get razılaşdıq. Sabah da gəldim dedim Anar, noldu? K2-Yəni Anara 30.000/// K-1 Dedi ki, zəng elədim ki, ay ... gəl barışdırım bu qiymətə, dedi heç lazım döyül, sökürəm. Dedim Anar, dedim Anar bax bu söhbət bura kimi idi. Dünən söz verdim, bu gün də gəldim,….yoxmu söhbət öldü qardaş, 10 dəyqədən sonra İsbəndiyar məllim zəng eləyib. desə ki, Anar razıyam uje bil ki, bu qutardı söhbət. K2- Yox, onu onnan bəri 1 ay keçib, ay yarım keçib. Mövzu ətrafında danışıqlar davam edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən kompleks məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 27 iyul 2023-cü il tarixli, 450 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında hərəkətinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs anlaqsızlıq, yəni xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyinin əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. İstinad edilən cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs adi emosional vəziyyətdə olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-portret ekspertizasının 31 avqust 2023-cü il tarixli, 3-16-16/1-3/1257 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “CD-R” tipli diskdə əks olunmuş “XVR_ch1_main _ **********2325 _ **********4000” və “XVR _ ch1 _ main _ **********2400 _ **********4000” adlı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə 2 nəfər kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdırlar. -tədqiqata təqdim edilmiş, “CD-R” tipli diskdə əks olunmuş “XVR_ch1_main_ **********2325 _ **********4000” və “XVR _ ch1 _ main _ **********2400 _ **********4000” adlı videogörüntülərdən çıxarılmış, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin fotoşəkillərdə və təqdim edilmiş Təqsirləndirilən şəxs dair videogörüntüdən çıxarılmış fotoşəkillərdə eyni şəxs əks olunmuşdur. -tədqiqata təqdim edilmiş, “CD-R” tipli diskdə əks olunmuş “XVR_ch1_main_ **********2325 _ **********4000” və “XVR _ ch1 _ main _ **********2400 _ **********4000” adlı videogörüntülərdən çıxarılmış, ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş kişi cinsli şəxsin fotoşəkillərində və təqdim edilmiş Zərərçəkmiş şəxs Qəhərman oğluna dair videogörütüdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxs əks olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-fonoskopik ekspertizasının 08 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1332-4/1358 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 ədəd “BİNGO” markalı CD disklərdə olan mübahisəli videofonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. -ekspertizaya təqdim olunmuş 2 ədəd “BİNGO” markalı CD disklərdə olan mübahisəli videofonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs -ekspertizaya təqdim olunmuş 2 ədəd “BİNGO” markalı CD disklərdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs məxsusdur. -ekspertizaya təqdim olunmuş 2 ədəd “BİNGO” markalı CD disklərdə olan mübahisəli videofonoqramlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, sözlərarası və cümlələrarası əsaslanmamış pauzaların olması, obyektin kadrlarda əsaslanmamış itməsi və ya peyda olması, görüntülərdə çəkiliş rakusunun və işaqlanmanın əsaslanmamış dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. İş materiallarında olan və məhkəmədə araşdırılan “sübutların qiymətləndirilməsi haqqında” tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki ədəd CD-R disk, sonuncu və Təqsirləndirilən şəxs eksperimental videoyazı nümunələri olan 2 (iki) ədəd CD-R diski, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD-R disk və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin görüntüləri olan 1 (bir) ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan videoçəkiliş diskinə baxış keçirilməsi haqqında 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində DVD formatlı 2 ədəd fayl müəyyən edildi. Həmin videogörüntülərə baxış keçirən zaman danışıqların 06 may 2023-cü il tarixdə saat 11 radələrində baş verdiyi görünür. Videogörüntülərdə Təqsirləndirilən şəxs müxtəlif orqanlara yazdığı şikayət ərizələrini dayandırması müqabilində Zərərçəkmiş şəxs birinci səfər tələb etdiyi məbləğin yarısını, yəni 50.000 (əlli min) manat pul tələb etdiyi, onun həmin pulu vermədiyi təqdirdə şikayətlər yazmaqda davam edib ona problem yaradacağı, o zaman heç 50.000 (əlli min) manat pula da razılaşmayacağı, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxsla danışıb onu razı salmaq və yazdığı şikayətləri dayandırması müqabilində 20.000 (iyirmi min) manat pul təklif etməsi, sonuncunun bununla razı olmaması əks olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan 15 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 ilə şahid Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı birinci istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı Şəmkir rayonu, Təzəkənd kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması müqabilində ondan 5000 (beş min) manat rüşvət almadığını, dediklərinin yalan və böhtandan ibarət olduğunu bildirmişdir. Şahid Təqsirləndirilən şəxs isə törətmiş olduğu cinayət əməlini etiraf etməyərək ona torpaq sahəsinin ayrılması müqabilində Şahid1 5000 (beş min) manat rüşvət verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 16 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun hədə-qorxu yolu ilə ondan 100.000 (yüz min) manat, daha sonra 50.000 (əlli min) manat pul tələb etdiyini, verməyəcəyi təqdirdə onun və ailəsinin barəsində müxtəlif yuxarı qurumlara şikayətlər yazmaqla rüsvay edəcəyi, sahibi olduğu yanacaq doldurma məntəqəsinin benzin aparatını partladaraq əmlakına ziyan vuracağı ilə hədələdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə törətmiş olduğu cinayət əməlini qismən etiraf edərək Zərərçəkmiş şəxs və onun ailə üzvlərindən şikayət yazmayacağı müqabilində 50.000(əlli min) manat pul tələb etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 30 avqust 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı birinci istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Təqsirləndirilən şəxs üzünə qarşı Şəmkir rayon İcra Hakimiyyəti Başçısı aparatında memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə rayonun Təzəkənd kənd bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılmasına razılıq verməsi müqabilində ondan 3000 (üç min)manat rüşvət almadığını, dediklərinin yalan və böhtandan ibarət olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan 04 sentyabr 2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid1 ilə Şahid5 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı birinci istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Şahid5 üzünə qarşı Şəmkir rayonu, Təzəkənd kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması müqabilində nə onun, nədə başqalarının yanında Təqsirləndirilən şəxs 5000 (beş min) manat rüşvət almadığını və sonuncudan heç bir məbləğdə pul istəmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir rayon mərkəzi xəstəxanası PHŞ-dən verilmiş 25 iyul 2023-cü il tarixli, 253 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın konsultativ poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Şəmkir RİHB-nin Təzəkənd kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 2023-cü il tarixli, №-li arayış və xasiyyətnamədən görünür ki, övladları var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 06 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-in 296.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan və Şəmkir rayon Məhkəməsinin 17 iyun 2023-cü il tarixli, 4(076)-127/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, tələbnamədən görünür ki, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayan, xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəmənin ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, iş materiallarına, tədqiq edilmiş sübutlara əsasən gəldiyi qənaət ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci və 296.2-ci madələrinə uyğundur, və o həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs zərərçəkmişdən hansısa məbləğdə pul tələb etmədiyini, zərərçəkmiş şəxsin özünün ona müxtəlif ifadəsində göstərdiyi şəxslər vasitəsilə barışıq yaratmaq istəməsi, onları görüşdürməyi təklif etməsi, hətta telefonları götürmədiyi üçün özünün onun olduğu kafeyə gəlib görüşərək əvvəlcə 5000 (beş min) manat pul istəməsi, sonradan isə 20000 manata razılaşmaları, lakin sonradan həmin sözündən də danmasını nəhayət obyektinin dəyəri olan 100000 (bir yüz min) manatın yarısı olan 50000 manat pul təklif etməsinə münasibətdə qeyd edir ki, zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə baxışında verdiyi ifadəsindən görünür ki, təqsirləndirilən şəxs ondan ilkin olaraq 100000 (bir yüz min) manat pul tələb etmiş, sonradan 50000 manata razılaşmışdır. Zərərçəkmiş şəxsin pul məbləğlərini özünün təklif etməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hal təqsirləndirilən şəxs tərəfindən göstərilən hədə qorxunun nə dərəcədə real olduğunun göstəricisidir. Yəni edilən hədə qorxu nəticəsində zərərçəkmiş şəxs bunu real olmasını qəbul edib müxtəlif vasitə və şəxslərlə həmin pulu verməsinə cəhd etməsini göstərir. İttihamda göstərilən digər epizod yəni Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə verilmiş ittiham üzrə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Şahid1 barəsində əvvəl etdiyi şikayətin əsassız olduğunu bilə-bilə uzun müddət təxminən 15 (on beş) il sonra böhtan xarakterli əsassız şikayət verməklə Şəmkir rayon prokurorluğunun normal iş fəaliyyətini pozmuş, yəni prokurorluğun resurslarını əsassız şikayətin araşdırılmasına yönəltməklə digər şəxs barəsində ağır cinayətin (rüşvət istənilməsi haqqında) törədilməsi barədə yalan xəbərçilik etmişdir. Məhkəmə CM-in 296-cı maddəsi üzrə ittihama münasibətdə qeyd edir ki, iş materiallarından, həmçinin təqsirləndirilən şəxsin ifadəsindən də aydın görünür ki, Təqsirləndirilən şəxs qəbulda olduqdan sonra 05 aprel 2023-cü il tarixdə Şəmkir rayon prokurorluğunun Şəmkir şəhərində yerləşən inzibati binasına gəlib izahat verərək Şahid1 qanunsuz əməlləri barəsində məlumat vermişdir. Həmin məlumat əsasında Şəmkir rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və Şahid1 əməlində hər hansı cinayətin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin hazırki iş üzrə "cinayət işinin ayrılması" barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işindən Təqsirləndirilən şəxs Şahid1 rüşvət verməsini təsdiq edən Şahid5 əməlinə qiymət verilməsi üçün CM-in 297.2-ci maddəsi ilə başqa cinayət işi ayrılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 onun barəsində əvvəldə eyni məzmunlu (torpaq sahəsi ayrılması üçün bələdiyyə sədri işlədiyi dövrdə (ondan 5000 (beş) min ABŞ dolları istəyib alması barədə əsassız şikayət etdiyini və həmin halın təsdiqini tapmadığı üçün Şəmkir rayon prokurorluğunda 2008-2009-cu illərdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini göstərmişdir. Yəni təqsirləndirilən şəxs etdiyi şikayətin əsassız olduğunu bilə-bilə bu dəfə digər mərkəzi icra hakimiyyət və hüquq mühafizə orqanı olan daxili işlər nazirinin qəbuluna girib eyniməzmunlu şikayət etmiş, sonradan həmin şikayət Şəmkir rayon prokurorluğuna göndərilməklə torpaq sahəsinin ayrılması ilə əlaqədar Təqsirləndirilən şəxs rüşvət istənilib alınmasına dair hissədə əsassız olması bir daha təsdiqini tapmışdır. Odur ki, Təqsirləndirilən şəxs qeyd edilən halı dərk edib arzu etməsi müəyyən edildiyindən yəni qəsdlə hərəkət etməsi sübuta yetirildiyindən şəxsin əməlində CM-in 296.2-ci maddəsinin də tərkib əlaməti var. CM-in 182.3.2-ci maddəsi ilə olan ittihama münasibətdə məhkəmə hesab edir ki, hədə-qorxu ilə tələb edilən məbləğ zərərçəkmiş Zərərçəkmiş şəxs həm ibtidai, həm məhkəmə istintaqı zamanı verilən ifadələr, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında tarixdə baş tutmuş görüş zamanı çəkilmiş videoçəkilişlə (əvvəlki məbləğin yarısının-50 000 manatın tələb edilməsi), həmçinin Təqsirləndirilən şəxs öz ifadəsi ilə təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs şikayət etməməsi üçün ona 5 000 manat təklif etdikdə, o, sökülmüş obyektinin 100 000 manat dəyərində olmasını bildirib razılaşmamışdır. Təqsirləndirilən şəxs tərəfindən bir neçə dəfə fərqli məbləğlərdə pul tələb edilsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli vahid niyyət kimi qəbul edilməli, 100 000 manat pulun hədə-qorxu ilə tələb edilməsi şəxsin digər əməllərini əhatə etməlidir. Pulun hədə-qorxu ilə təqsirləndirilən şəxs tərəfindən tələb edilməsi, yaxud zərərçəkmiş şəxsin təqsirləndirilənə həmin məbləğləri təklif etməsinə münasibətdə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs anlaqlı şəxs olmaqla biznes fəaliyyətilə məşğul olmuş, özünün də ifadəsində bildirdiyi kimi, qeyd edilən məbləğləri adi vəziyyətdə kiməsə təklif edəcək potensialda olmamış, hədənin real olmasını fasiləsiz olaraq onu yoxlamağa gələn dövlət orqanlarının fəaliyyəti ilə müqayisə edib başa düşmüş, məsələnin birdəfəlik həll edilməsi üçün çalışmış, Təqsirləndirilən şəxs müvafiq iltizamı imzalamadığı üçün pulu verməkdən imtina etmiş, hədənin sonradan yenə də davam edəcəyindən ehtiyatlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs da qeyd edilən torpağı alqı-satqı etməklə əldə etmiş, Təqsirləndirilən şəxs obyektinin sökülməsilə bağlı üzərində hər hansı məsuliyyət, öhdəlik olmamışdır. Təqsirləndirilən şəxs bunu bilsə də, Zərərçəkmiş şəxs məxsus qeyd edilən məbləğləri qəbul etmək üçün razılaşmışdır. Kompensasiya ilə bağlı məsələnin Zərərçəkmiş şəxs heç bir aidiyyəti olmamış, mübahisə gedən dövrdə obyektin sökülmüş olması, obyektin qiymətinin 100 000 manat olmasının təqsirləndirilən şəxs tərəfindən qabardılması da məhz həmin məbləğdə pulun hədə-qorxu ilə tələb edilməsinə xidmət etmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, verilən ittihamda nəzərdə tutulan hər iki əməl formal tərkiblidir, müvafiq olaraq pulun tələb edildiyi və məlumatın bu və ya digər formada verildiyi andan başa çatır. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə, şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdəiki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən maddələri ancaq birinci azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması nəzərdə tutulsa da, məhkəmə hesab edir ki, törədilmiş əməlin xarakteri və ictimai təhlükəliliyi Təqsirləndirilən şəxs yalnız azadlıqdan məheumtmə növündə cəza təyin edilməsini zəruri edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, CM-in 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi hər iki maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın ən aşağı hədd cəza Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsinin sanksiyasında həddini təyin etməklə və təyin edilmiş cəzaları qismən toplamaqla Cinayət Qanununun ədalət humanizm və qanunçuluq prinsiplərini təmin etmək və cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ...xüsusilə ağır cinayətə görə məhkum edilmiş şəxslərin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Təsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən cinayət əməllərindən birinə 182.3.2-ci maddəyə görə yuxarı hədd olaraq on beş il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna..... xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, oğlunun cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki ədəd CD-R diski, sonuncunun və Təqsirləndirilən şəxs eksperimental videoyazı nümunələri əks olunmuş iki ədəd CD-R disk və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinə əlavə edilmiş 1 ədəd DVD-R diski olmaqla ümumilikdə 5 (beş) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD-R diski cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 520 (beş yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi məhkəmə ekspertiza mərkəzinə köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 2 (iki ) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş iki ədəd CD-R diski, sonuncunun və Təqsirləndirilən şəxs eksperimental videoyazı nümunələri əks olunmuş iki ədəd CD-R disk və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinə əlavə edilmiş 1 ədəd DVD-R diski olmaqla ümumilikdə 5 (beş) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD-R diski cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 520 (beş yüz iyirmi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs) verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-78/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-78/2025
17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver