Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-79/2021 15.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1978-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikasının Bolnisi rayonu, Darvaz kəndində qeydiyyatda olan və yaşayan, 08 may 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1975-ci ildə Qazax rayon, Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyata olan və həmin ünvanda yaşayan, 08 may 2020-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Seyid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda - 1005 qram çəkidə narkotik vasitə heroini Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 yerləşən 5-ci avtobus dayanacağının yaxınlığında dayanmış vəziyyətdə olan “Kamaz” markalı avtomobilin arxa təkərinin yanında gizlətmiş, cinayətkar plana uyğun olaraq “Seyid” adlı şəxsin “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs1 07 may 2020-ci il tarixdə həmin külli miqdarda 1005 qram çəkidə narkotik vasitə heroini qeyd olunan yerdən satış məqsədilə qanunsuz olaraq götürüb əldə etdikdən sonra “Seyid” adlı şəxsin tapşırığı üzrə həmin narkotik vasitə heroini Qazax rayon sakini Təqsirləndirilən şəxs2 satış məqsədilə təhvil vermək üçün üzərində qanunsuz saxlamaqla cinayətə aidiyyəti olmayan Şahid4 idarə etdiyi X24 markalı Gürcüstan Respublikasına məxsus RO-696-OR qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Bakı-Qazax-Gürcüstan avtomagistiral yolunun Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisindən keçən 493-cü kilometirliyinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin Baş İdarənin X15 şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyataxtarış tədbiri nəticəsində 08 may 2020-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs1 külli miqdarda 1005 qram çəkidə narkotik vasitə heroini Bakı-Qazax-Gürcüstan avtomagistiral yolunun Qazax rayonu, Birinci Şıxlı kəndi ərazisindən keçən 493-cü kilometirliyində yolun hərəkət zolağının sağ tərəfində cinayətkar plana uyğun olaraq satış məqsədilə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 təqdim edərkən sonuncu ilə birlikdə saxlanılaraq Regional Şöbəyə gətirilmiş və orada həmin tarixdə saat 20:30-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zamanı sağ əlində olan sellofan torbada bir ədəd polietilen bükümdə külli miqdarda - 1005 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1990-cı ildən Azərbaycan Respublikası Bakı şəhərində müxtəlif ünvanlarda kirayə tutduğu evlərdə yaşamış, hazırda Bakı şəhəri Xəzər rayonu Binə sovxoz adlanan kənddə, qohumunun evində tək yaşayır. Arvadı və uşaqları hazırda Gürcütan Respublikasının Bolnisi rayonu, Darvaz kəndində yaşayırlar. Qazax rayonu Birinci Şıxlı kənd sakini “Qara” ləqəbli Təqsirləndirilən şəxs2 və Qazax rayonu Qarapapaq kənd sakini Şahid4 bu hadisədən əvvəl tanımamış, onlarla heç bir münasibəti olmamışdır. 07.05.2020ci il tarixdə təxminən saat 22:00 radələrində 5-6 aydır ki, telefon vasitəsilə əlaqə saxladığı İran İslam Respublikasında yaşayan Seyid adlı şəxs onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək bildirmişdir ki, şəhərdən onun yaşadığı kəndə gələndə, 5-ci avtobus dayanacağının yanındakı tikinti materialları satılan mağazanın yanında dayanan quyu qazan Kamazın arxa təkərinin yanında sellofan torbada narkotik vasitə heroin qoyulub və onu götürüb aparıb Qazaxda yaşayan “Qara” ləqəbli adama vermək lazımdır. Həmin adam ona 400 manat pul verəcək, həmin pulu özü üçün götürəcəkdir. O, həmin vaxt Seyidə Qazaxa getməyə pulunun, maşınının olmadığını bildirdikdə Seyid bir az sonra zəng edib demişdir ki, onun telefon nömrəsini “Qara” adlı şəxsə vermişdir. “Qara”nın tanış adamı var və həmin adam Bakı-Qazax marşrutu üzrə sərnişin daşıyır. Həmin adam gəlib onu götürəcəkdir. Təxminən saat 23:30 radələrində o, Seyidin dediyi yerə gedib baxanda həmin içərisində narkotik vasitə olan torbanı tapıb götürmüşdür. Torbada təxminən bir kiloqram narkotik vasitə olmuşdur. Səhər təxminən saat 08:30 radələrində ***-***-**-** nömrədən onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona Şahid4 zəng edərək bildirmişdir ki, onun nömrəsini ona Arif vermişdir ki, onunla görüşüb idarə etdiyi avtomobillə onu Qazaxa aparsın. Bu zaman polis əməkdaşları onu saxlamışlar. Ondan bu barədə soruşarkən həmin narkotik vasitənm Seyid adlı İran vətəndaşının göstərişi ilə Qazax rayonu Birinci Şıxlı kənd sakini “Qara” ləqəbli Arif adlı şəxsə verəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşlavrı ona dedikləri kimi hərəkət etməsini və polisin onu tutduğunu şübhələndirməmiyi bildirib onunla birlikdə Qazax rayonuna gedəcəklərini demişlər. O, Seyidin dediyi yerdən götürdüyü narkotik vasitə heroini Qazax rayonu Birinci Şıxlı kənd sakini “Qara” ləqəbli Arifə vermək üçün Elvinlə saat 10:00 radələrində Bakı şəhərində Koroğlu metrosunun yaxınlığında görüşüb onun idarə etdiyi VİTO markalı avtomobilə minmiş və təxminən saat 18:30 radələrində Qazax rayonu Birinci Şıxlı kəndinə çatmışlar. Arif Elvinlə telefonla əlaqə saxladığına görə o, kəndin içərisində yolun kənarında onları gözləmişdir. Elvin avtomobili Arifin yanında saxlamış və həmin vaxt bir neçə nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər onların narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmiş qəbul edilmiş qərarla onları tanış etmişlər. Onlar heç bir müqavimət göstərməmişlər. Polis əməkdaşları onları Gəncə şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbəyə dəvət etdiklərinə görə onlarla birlikdə həmin şöbəyə gəlmişlər. Şöbədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra video çəkiliş altında baxış keçirilərkən o, Seyidin dediyi yerdən götürdüyü və Qazax rayonu Birinci Şıxlı kənd sakini Qara ləqəbli Arifə vermək üçün gətirdiyi əlində olan bir ədəd sellofan torbada narkotik vasitə heroini otaqdakı stolun üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbaya baxış keçiriləndən sonra içərisində heroin olan torba bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, zərfin ağzı bağlanıb möhürlənmişdir. Onlar zərfin üzərini imzalamışlar və həmin zərf ekspertizaya göndərilməsi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş, ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixotrik disponserdə qeydiyyatda deyil. Rəsmi olaraq heç bir yerdə işləməsə də, istifadəsində olan X25 markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qazax-Bakı avtoreysi ilə sərnişinlərin daşınması ilə məşğul olub ailəsini dolandırır. İstifadəsində ***-***-**-** mobil nömrəsi var. O, həmin mobil nömrəni 6 ildir ki, istifadə edir. Əvvəllər məhkum olunmamışdır. Dəqiq tarixi yadında qalmayan vaxtda, 2019-cu ilin fevral ayının əvvəllərində təxminən saat 14 radələrində o, istifadəsində olan avtomobillə Bakı Beynəlxalq Avtovağzalından Qazax rayonu ərazisində yerləşən Qırmızı Körpü dövlət sərhəd məntəqəsinə sərnişin gətirmək üçün gözləyən zaman Gürcüstan Respublikası sakini kimi tanıdığı “Elmar” adlı şəxs ona yaxınlaşmış və onun avtomobili ilə Qırmızı Körpü dövlət sərhəd məntəqəsinə getmişdir. Elmar bir neçə dəfə onunla birlikdə Gürcüstan Respublikasına getməyindən ötrü Bakı şəhərində onun avtomobilinə əyləşib Qırmızı Körpü dövlət sərhəd məntəqəsinə getmişdir. Sonralar Elmarın tanışı olan adını sonradan bildiyi İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxs onun avtomobili ilə Bakı şəhərindən Qırmızı Körpü sərhəd məntəqəsinə geyim əşyaları yola salmışdır. “Seyid” adlı şəxs geyim əşyalarını taksi vasitəsilə onun yanına gətizdirmiş və o, xidməthaqqı müqabilində əşyaları Qırmızı Körpü dövlət sərhəd Məntəqəsinin yaxınlığına aparmışdır. Sərhəd məntəqəsində tanımadığı şəxslər Seyidin əşyalarına yaxınlaşıb ondan götürmüşlər. 07 may 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, yaşadığı evdə olan zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsinə +**********40 mobil nömrəsindən zəng gəlmişdir. O, mobil telefon zənginə cavab vermiş və Seyid özünü ona təqdim etmişdir. O, Seyidi dərhal tanımış və ondan nə səbəbə ona zəng etdiyini soruşmuşdur. Seyid ona hazırda İran İslam Respublikasında olduğunu və onun avtomobil ilə Bakı şəhərinə gedib-gəldiyini soruşmuşdur. O da karantin rejimi ilə bağlı Bakı şəhərinə getmədiyini bildirmişdir. Sonra Seyid ona Rizvan adlı tanışının Bakı şəhərindən Gürcüstan Respublikasına yola salmaq istədiyini bildirmiş və ondan Qırmızı Körpü sərhəd məntəqəsinə tanış Mersedes sürücülərindən gələnləri öyrənib ona bildirməsini xahiş etmişdir. Sonra o, Seyid ilə mobil zəng əlaqəsini kəsmiş və istifadəsində olan telefonla onunla birlikdə Bakı-Qazax marşurut xətti ilə sərnişinlərin daşınması ilə məşğul olan tanışı Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. Elvin ona istifadəsində olan avtomobili ilə Bakı şəhərinə sərnişin apardığını və hazırda Bakı şəhərində olduğunu bildirmişdir. O, Elvindən Bakı şəhərindən nə zaman Qazax rayonuna geri qayıdacağını soruşduqda Elvin ertəsi günü yəni, 08 may 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhərindən Qazax rayonuna gələcəyini bildirmişdir. Sonra o, Elvindən bir nəfərin Bakı şəhərindən götürüb Qırmızı Körpü dövlət sərhəd məntəqəsinə gətirməsini xahiş etmişdir. Elvin də ona etiraz etməmişdir. Sonra o, mobil telefonu ilə Seyidin qeyd etdiyi nömrəsinə zəng etmiş və ona tanışı Elvinin səhəri günü yəni 08 may 2020-ci il tarixdə Bakı şəhərindən Qazax şəhərinə gələcəyini bildirmişdir. Sonra Elvin ona Rizvan adlı şəxsin ***-***-**-** nömrəsini verərək həmin nömrəni Elvinə verməyini ondan xahiş etmişdir. X21 karantin rejimi ilə bağlı Gürcüstan Respublikasına gedə bilməyəcəyi təqdirdə Rizvanı yaşadığı evdə qonaq saxlamağını ondan xahiş etmişdir. O da Seyidə bu barədə etiraz etməmişdir. Sonra o, Elvinə zəng edib Seyidin ona verdiyi Rizvanın mobil nömrəsini ona vermişdir. Lakin, o, Rizvanla mobil əlaqə saxlamamışdır. Ertəsi günü yəni, 08 may 2020-ci il tarixdə Elvin istifadəsində olan mobil telefonla Rizvanla əlaqə saxlamış və onu Bakı şəhəri Xəzər rayonu ərazisində avtomobilinə əyləşdirmişdir. Həmin günü təxminən saat 17 radələrində yaşadığı kənddə yas mərasimində olan zaman Elvin ona zəng edərək saat 18:30 radələrində yaşadığı Birinci Şıxlı kəndi ərazisinə çatacağını bildirmişdir. Sonra o, yas mərasimini tərk edib Bakı-Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun yaşadığı kəndin ərazisindən keçən hissəsinə Rizvanı qarşılamağa çıxmışdır. Təxminən saat 18:30 radələrində Elvinin idarə etdiyi avtomobil onun yanında saxlamış və onunla birlikdə Rizvan avtomobildən yerə düşmüşdür. Onlarla görüşdükdən təxminən 1-2 dəqiqə sonra mülki geyimli şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını onlara bildirmişlər. Polislər onlardan qanunla müəyyən edilmiş qaydada üzərilərində narkotik vasitə və digər qanunsuz əşya olub-olmadığını soruşmuşlar. O və Elvin polis əməkdaşlarına üzərilərində narkotik vasitə və digər qanunsuz əşya olmadığını bildirmişlər. Rizvan isə polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Sonra polis əməkdaşları hər üçünü Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbəsinə dəvət etmişlər. Onlar da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Sonra polis əməkdaşları onları özləri ilə birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 şöbəsinin inzibati binasınına aparmışlar. Şöbədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirmişlər. Lakin, onun üzərindən narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya aşkarlanmamışdır. Sonra üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra o, həmin protokola müdafiəçinin iştirakı ilə imza etmişdir. Sonra ona müəyyən olmuşdur ki, Rizvan adlı şəxs polis əməkdaşlarına üzərində gəzidirdiyi narkotik vasitə hesab edilən kütləni təqdim etmişdir. Rizvanın narkotik vasitə gətirməsindən xəbəri olmamış, Seyiddə ona bu barədə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 3-4 ildir ki, Qazax-Bakı şəhərlərarası sərnişin daşıma ilə məşğul olur. 07.05.2020-ci il tarixdə özünə məxsus Gürcüstan Respublikasına məxsus RO-696-OR dövlət nömrə nişanlı, Mercedes markalı mikroavtobus ilə Bakı şəhərinə sərnişin aparmışdır. Yolda gedən zaman ona Qazax şəhərində yaşayan, tanışı Arif adlı şəxs ***- ***-**-** nömrəli mobil nömrə ilə zəng edərərək bildirmişdir ki, Bakı şəhəri Binə qəsəbəsindən, Qazax şəhəri Şıxlı kəndinə gəlmək istəyən bir nəfər müştəri sərnişin vardır. O Arifə hal-hazırda Bakı şəhərinə çatdığını ancaq səhər tezdən geriyə qayıdacağını bildirmişdir. Eyni zamanda Arifə həmin şəxsi 50 manat pul müqabilində gətirəcəyini söyləmişdir. Ariflə razılaşmışlar və həmin şəxsin mobil telefon nöərəsini ona və onunla əlaqə saxlamış və görüşmüşdür. 08.05.2020-ci il tarixdə səhər o Binə qəsəbəsinə getmiş və Arifin ona verdiyi ***-***-**-** nömrəli mobil telefona, sonradan adı ona məlum olan Rizvan adlı şəxsə zəng edərək bildirmiş ki, o Binə qəsəbəsinə gəlmişdir. Rizvan ona bildirmişdir ki, ona bir azdan zeng edəcək, Rizvanın sözü onun xoşuna gəməmiş və eyni zamanda tələsdiyi üçün, geri digər sərnişinləri götürmək üçün Bakı şəhərinə qayıtmışdır. O X2 zaman Rizvan yenidən ona zəng edərək demişdir ki, o evdən çıxmış harada görüşək. O isə öz növbəsində Rizvana bildirmişdir ki, Binə qəsəbəsində uzaqlaşmış avtovağzala gedir. Rizvanla razılaşmışlar ki, gəlsin avtovağzala orada görüşək. O yol üstü digər sərnişinləri gütürərək Bakı şəhər avtovağzalına getmişdir. O avtovağzala çatdıqdan təxminən 15-20 dəqiqə sonra Rizvanda avtovağzala gəlmiş və o Rizvanla birlikdə digər 2 sərnişin ilə birlikdə Qazax şəhərinə getmək üçün yola çıxmışdır. Təxminən saat 18:20 radələrində onlar Qazax şəhərinə çatmışlar. O digər 2 sərnişini Qzax şəhərində düşürtmüş, Rizvanı isə Şıxlı kəndinə aparmaq üçün yola davam etdirmişdir. Yolda olan zaman Rizvan Arifə zəng etmiş və demişdir ki, onlar artıq Şıxlı kəndinə çatmışdır. O Şıxlı kəndinə çatdıqda görmüşdür ki, razılaşdığı kimi Arif onları yolun kənarında gözləmişdir. O avtomobili saxlamışdır. Hər ikisi Rizvan və o, avtomobildən düşərək Ariflə salamlaşaraq gürüşmüşlər. Sonra o avtomobilin qarşı tərəfinə keçmiş və Rizvanı gətirmək müqabilində əvvəlcədən razılaşdığı 50 manat pulu almaq üçün gözləmişdir. Bu zaman onlara mülki geyimli şəxslər yaxınlaşmış, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları onların qanunsuz olaraq narkotik vasitələrin saxlanması, daşınması və satmasında şübhəli olduğlarını bildirmişlər və onları Gəncə şəhərində yerləşən BNMİ-nin QBRŞ-nə gətirmişlər. Polis şöbəsində ona hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan müdafiəçi ilə təmin etmişlər. Sonra polis əməkdaşları onun üzərinə və idarə etdiyi Gürcüstan Respublikasına məxsus RO-696-OR dövlət nömrə nişanlı, Mercedes markalı mikroavtobusa, baxış keçirmişlər. Baxış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən qanunsuz hər-hansı əşya və ya kütlə aşkar olunmamışdır. O, Rizvan adlı şəxsi əvvəllər tanımamış, onu tanışı Arif adlı şəxsin vasitəsi ilə sərnişin qismində Qazax şəhərinə gətirmək üçün tanış olmuşdur. Həmçinin onun üzərində narkotik vasitə olduğundan məlumatı olmamışdır. Əhmədov Rizvanın üzərində narkotik vasitə olduğunu o polis şöbəsində olan zaman bilmişdir. Bakı şəhərindən gələrkən tanımadığı 2 nəfər sərnişində götürmüş. Həmin şəxslərin polis əməkdaşları olması barədə məlumatı olmamışdır. Həmin iki nəfər şəxs Qazax rayonunda avtomobildən düşmülər.Polis əməkdaşları onları saxlayarkən avtomobildə Rizvandan başqa şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsinində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 08.05.2020-ci il tarixdə Gürcüstan Respublikası vətəndaşı, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə edərək Qazax rayonu Birinci Şıxlı kəndi ərazisindən “Qara” ləqəbli “Arif” adlı şəxsin vasitəsilə Gürcüstan Respublikasına qanunsuz yolla keçirməsi barədə DİN BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla Şöbə rəhbərliyininə məruzə edilmiş və tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və Şahid2, həmçinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 daxil edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 görüşməkləri ehtimal edilən Bakı-Qazax-Gürcüstan magistral yolunun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində, 493-cü kilometirliyində mövqe tutaraq müşahidə etməyə başlamışlar. 08.05.2020-ci il tarixdə saat 18:30 radələrində həmin yerdə yolun hərəkət zolağının sağ tərəfində Gürcüstan Respublikasına məxsus RO-696-OR qeydiyyat nişanlı Mercedes Vito markalı avtomoblinin dayandığını və avtomobildən də Təqsirləndirilən şəxs1 oxşar şəxsin düşdüyünü, həmin şəxsin Təqsirləndirilən şəxs2 oxşar şəxslə görüşdüyünü görmüşlər. Onlar həmin şəxslərə və avtomobilin sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Avtomobilin sürücüsü özünü təqdim edərək Qazax rayonu, Qarapapaq kəndində yaşayan Şahid4 olduğunu, digər şəxslər isə Gürcüstan Respublikası vətəndaşı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 və Qazax rayonu, Birinci Şıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 olduğlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 X4 dövriyyəsi ilə məşğul olduqlarını bildirərək onaları Regional Şöbəyə dəvət etmişlər. Şöbəyə gətiriləndən sonra saxlanılan şəxslərin hüquqlarının müdafiə edilməsi üçün müdafiəçilər dəvət edilmişdir. Bundan sonra həmin şəxslərin barəsində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs1 üzərində olan əşyaları könüllü surətdə verməsi təklif edildikdən sonra o, sağ əlində olan bir ədəd ağ rəngli üzərinə qara hərflərlə adidas yazılmış sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik tərkibli maddə olan heroin olduğunu bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilərkən sözügedən torbanın içərisindən qırmızı-qara naxışları olan başqa sellofan torba aşkar olunmuşdur. Sonuncu torbanın içərisində baxış keçirilərkən torbanın içərisindən şəffaf yapışqanla bükülmüş narkotik tərkibli maddə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən siqaret, alışqan, pul əskinazları, açar və bir ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Sonra şəffaf yapışqanla bükülmüş içində heroinə oxşar maddə olan kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1036 qram olmuşdur. Bundan sonra həmin kütlə elektron zərfə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmişdir. Bundan başqa, bir ədəd Samsung markalı mobil telefon və açarlar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Siqaret, alışqan və pul əskinasları Təqsirləndirilən şəxs1 özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 və Şahid4 üzərilərinə şəxsi axtarış, eləcə də Şahid4 idarə etdiyi Mersedes Vito markalı OR-696-OR Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə də baxış keçirilsə də qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə, eləcə də əməliyyat marağı kəsb edən hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, protokol bütün iştirkaçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Əməliyyat tədbiri zamanı polis əməkdaşları tərəfindən onlara qarşı müqavimət göstərməmiş və heç bir bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi, yəni narkotik vasitəni götürəndən sonra polis əməkdaşlarının onu saxlaması və birlikdə Qazax rayonuna gəlmələri barədə göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir.. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 08.05.2020-ci il tarixli qərardan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı, hazırda Bakı şəhərində müvvəqəti yaşayan Təqsirləndirilən şəxs1 satış məqsədilə külli miqdarda narkotik vasitə olan heroin əldə edərək, Qazax rayonu Birinci Şıxlı kəndi ərazisində “Qara ləqəbli “Arif” adlı şəxsin vasitəsilə Gürcüstan Respublikasına qanunsuz yolla keçirməsi faktının ifşa edilməsi üçün ətraflarında baxış keçirilməsinə dair qərar qəbul olunmuşdur. Qazax Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli 5(023)-17/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsinin baş əməliyyat müvəkkili, Şahid1 tərəfindən qəbul edilmiş 08 may 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. “Şəxsi axtarış və götürmə barədə” 08.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 sağ əlində olan bir ədəd ağ rəngli üzərinə qara hərflərlə adidas yazılmış sellofan torbanı təqdim edərək həmin torbanın içərisində narkotik tərkibli maddə olan heroinə bənzər kütlənin olduğunu bildirdi. Həmin sellogan torbaya baxış keçirilərkən sözügedən torbanın içərisindən qırmızı qara naxışları olan sellofan torba aşkar edildi. Sonuncu torbanın içərisində baxış keçirilərkən torbanın içərisindən şəffaf yapışqana (skoça) bükülmüş narkotik tərkibli maddə olan heroinə bənzər kütlə aşkar edildi.Şəxsi xatarış zamanı 1 ədəd Vest markalı siqaret, 1 ədəd qırmızı rəngli alışqan, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazları, 3 ədəd açar və bir ədəd Samsung markalı qara rəngli anderoid mobil telefon aşkar edildi. Daha sonra şəffaf yapışqana (skoça) bükülmüş imində heroinə oxşar maddə olan kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 1036 qramoldu. Həmin narkotik vasitə qablaşdırıldı və möhürləndi.Bundan başqa 3 ədəd açar və bir ədəd Samsung markalı qara rəngli anderoid mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 1 ədəd Vest markalı siqaret, 1 ədəd qırmızı rəngli alışqan, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 2 ədəd 1 manatlıq pul əskinazları isə Təqsirləndirilən şəxs1 qaytarılmışdır. Şəxsi axtarış və götürmə barədə” 08.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd Nokia markalı mobil telofon,1 ədəd pul kisəsi, iki ədəd iyimi manatlıq, 1 ədəd beş manatlıq,, 3 ədəd bir manatlıq pul əskinasları, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd etibarnamə, 2 ədəd siğorta sənədləri aşkar edilmişdir. 1 ədəd Samsung markalı mobil telefon, 1 ədəd Nokia markalı mobil telofon, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd avtomobilin texniki şəhadətnaməsi, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd etibarnamə, 2 ədəd siğorta sənədləri iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 1 ədəd pul kisəsi, iki ədəd iyimi manatlıq, 1 ədəd beş manatlıq,, 3 ədəd bir manatlıq pul əskinasları isə Təqsirləndirilən şəxs2 geri qaytarımışdır. “Avtomobilə baxış keçirilməsi və götürmə barədə08.05.2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 məxsus Mersedes Vita markalı OR-696-OR Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və predmet aşkar edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X15 Şöbəsinin 03.11.2020-ci il tarixli 206-2272-1220 nömrəli tapşırığa cavab məktubundan görünür ki,ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə əməliyyat tapşırığına cavab olaraq göstəririk ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində alınmış əməliyyat məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə heroini telefon vasitəsilə əlaqə yaratdığı İran İslam Respublikasından olan “Seyid” adlı şəxsin tapşırığına əsasən, sonuncunun tapşırığına əsasən Təqsirləndirilən şəxs2 çatdırmaq məqəsdilə Bakı şəhərində qoyulmuş yerdən götürüb gətirməsi əməliyyat məlumatları ilə təsdiq olunmuş, lakin İran İslam Respublikasından olan “Seyid” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır.Onların birlikdə əvvəllər narkotik vasitələrin qeyri qanuni dövriyyəsi ilə məş.ğul olmaları barədə əməliyyat məlumatı daxil olsa da, əlavə olaraq digər yerlərdə narkotik vasitələr gizlədərək saxlamaları, əlaqəlri olan hər hansı bir şəxs və ya şəxsləri, narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şahidləri və eləcə də baş vermiş digər cinayətlərdə iştirakını müəyyən etmək mümkün olmamışdır. “Mobil telefonlara baxış keçirilməsi haqqında” 03.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan bir ədəd «Samsung SM-J260F» markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, bir ədəd qara rəngli “Samsung SM-J260F” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdə, plasmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı və daxili yaddaşlıdır, rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman mobil telefonda olan “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində İran İslam Respublikasına məxsus +98-***-***-**-** GSM nömrənin istifadəçisi olan “Seyid” adlı şəxslə aşağıdakı məzmunda səsli ismarıclar aşkar edildi: 07 may 2020-ci il tarixdə saat 23:28-də “Seyid” adlı şəxs səsli ismarıcda bildirmişdir ki: “birinci maşına çatanda arxa təkərin üstündə ağ paketdədir”Bundan sonra həmin nömrədən Təqsirləndirilən şəxs1 videogörüntü göndərilməklə narkotik vasitənin yerləşdiyi yerin görüntüsü qeyd edilir.08 may 2020-ci il tarixdə saat 01:30-da səsli mesajda bildirilir: “qardaş gör nə deyirəm, sənə inşallah sübh səng edəcək ha da hazır olginən, onu da dediyim kimi təmiz bağla tər-təmiz bağla heç açılmağa post olmasın ki, pramoy gedəcək o yana özün bilirsən. Həmin gün saat 14:50-də Rizavan Akhmedov yazır: Hə, hə, gəldi götürdü, meqabaytım var da”.Saat 16:47-də “Seyid” adlı şəxs yazır: “qardaş gör nə deyirəm, inşallah bilirəm, bir 40 dəqiqəyə sada çatırsan ora, mənim o adamım “Qaradır”, “Qara” adlı bir kişidir, indi onunla sən bir yerdə qalacaqsan, o iş görəcək, sən onun yanında qalacaqsan, təmiz ağlın başında olsun, mən səndən başqa güvənirəm o adama da işimizi görübdür, inanıram, ancaq səni mən özümə hamıdan yaxın bilirəm, ona görə də bu sözləri sənə deyirəm ki, zirəng ol oturacaqsan yanında, indi alah qoysa bu gecə ya səhər işimiz alınandan sonra o yandan bəri pul gələcək sən də gələcəksən Bakıya, çat onun yanına mənə yazarsan”.Saat 18:25də “Seyid” adlı şəxs yazır: heç bir şey narahat olma o gələcəy, o işini bilir nağayrır, sən heç narahat olma, həlvət 5-10 dəqiqəyə gəlib səni götürsün gedib istirahət edərsiz, oturarsız, danışarsız,o özü işini görəcək, başa düşdün? İndi ortadada səndən o “aynuyunu” alıb verəcək birinə ki o yola düşsün, rahat olarsan onda”.Saat 18:31-də “Seyid” adlı şəxs yazır: “qardaş narahat olma o özü işini bilir, o nağayracaq o özü bilir, sən heç narahat olma bir 10-15 dəqiqə gözlə o sənə çatsın, burdan oyana o bilir neyniyir, özünün maşını sadı var da mindirəcək səni gedəcəksiz, indi o aynuyun səndən veriləndən sonra rahat olarsan, ordan ayna biryerdə qalarsız”.Saat 18:34-də “Seyid” adlı şəxs yazır: bir də gör nə deyirəm o mütləq səndən aynuyunu istəyəndə, verəndə mütləq mənimlə əlaqə saxla, birdən desə denən qoy Seyidə zəng eliyim ondan sonra başa düşdün?, birdən aynuyunu alar səndən deyər sən getginən, neylə, yox, əvvəl mənimlə danış sonra nə iş görürsən gör orda”Saat 18:35-də “Seyid” adlı şəxs yazır: yanıə belə buları deməkdə ehtiyat üçün deyirəm ha yosxsa mən söhbəti onun la danışmışam ki, qardaşgil gəlir sənin yamnına , yəni ona demişəm ki, sən gedirsən onun yanına sən onunla barabar qalacaqsan ki o yandan pul gəlsin, sənin də pulun qardaşın da pulu gəlsin, başa düşdün mən bunları danışmışam onunla”; Bundan başqa da həmin şəxslə aralarında digər sms və səsli mesaj məlumatları aşkar edilmişdir.Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Samsung SM-J260F» markalı mobil telefon aparatı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işi materillarına əlavə edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 12.09.2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan zənglərə, həmçinin daxil olan və çızan SMS mətnlərinə nəzər salındı, lakin iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşka edilmədi. "Üzləşdirmə haqqında” 11.05.2020-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında videoçəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxsin tapşırığı ilə narkotik vasitəni Təqsirləndirilən şəxs2 verməli, sonuncu narkotik vasitəni kimlərəsə verdikdən sonra onun pulunu verərək Bakı şəhərinə yola salacaqmış. Təqsirləndirilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmiş və həmin videogörüntülər bir ədəd DVD diskə köçürülmüşdür. Həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 09.05.2020-ci il tarixli 16/327 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “08.05.2020-ci il tarixdə saat 18:30-da Bakı- Ələt-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Qazax rayonu Birinci Şıxlı kəndi ərazisindən keçən 493-cü kilometrliyində X13 üzərindən aşkar olunaraq götürülmüş heroinə bənzər kütlə.sözləri və imzalar kağız paketdəki, 1(bir) ədəd polietilen torbada olan digər 1(bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış şəffaf rəngli polietilen torbada təmiz çəkisi 1005 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X5 31.08.2020-ci il tarixli 2398 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X5 31.08.2020-ci il tarixli 2399 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 08.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10.05 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 may 2020-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 08.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 may 2020-ci il tarixdən hesablanmışdır. Qazax rayon Birinci Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.06.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax rayon Birinci Şıxlı kəndində həyat yoldaşı X6 və övladları X20 və X16 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 yaşayış üzrə müsbət xarakterizə edilir. AZ № 12142600 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 16.03.2011-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X3r. AZ № 12142601 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 04.04.2013cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs2, anası X3r. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. “Sübutların qiymətləndirilməsi haqqında” 04.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CMnin 29, 206.3.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmş, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 307.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmş, Təqsirləndirilən şəxs1 və Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 139-1-ci maddəsi cinayət təqibinin başlanması rədd edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1004,8 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan və təqsirləndirilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd disk, Təqsirləndirilən şəxs1 məxsus“Samsung SM-J260F” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 04.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 tərəfindən külli miqdarda 1005 qram çəkidə narkotik vasitə heroinin əldə edilmə mənbəsinin, eləcə də “Seyid” adlı İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə gətirməsindən məlumatı və xəbərinin olmadığını, İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxsin xahişi əsasında Təqsirləndirilən şəxs1 qarşılayıb oteldə yerləşdirməli olduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, ekspertiza rəylərini, özlərinin müdafəçilərinin iştirakı ilə verdikləri ibtidai istintaq zamanı ilkin ifadələrini, üzləşdirmədə dindirilmələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı, başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilmişdir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqlayuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzalarını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, onlara ittiham olunduğu maddələrin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onların əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası CM-nin 52-ci maddəsində əcnəbilərə əsas cəza növü çəkildikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma kimi əlavə cəzanın təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Akhmedov X11 Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinin tələblərinə əsasən ona təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalımış 1004,8 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X19 Qrupu tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan və təqsirləndirilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Eləcə də iş üzrə maddi sübut hesab edilərək, Təqsirləndirilən şəxs1 məxsus və cinayət işinin materiallarında saxlanılan “Samsung SM-J260F” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 08 may 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Gürcüstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs1 ona təyin olunmuş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 08 may 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalımış 1004,8 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyasının Daimi X19 Qrupu tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan və təqsirləndirilən şəxslər arasında üzləşdirmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Eləcə də iş üzrə maddi sübut hesab edilərək, Təqsirləndirilən şəxs1 məxsus və cinayət işinin materiallarında saxlanılan “Samsung SM-J260F” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-79/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-79/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver