Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-79/2022 26.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 3.903 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və daşıması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami RPİ-nə daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Şəddadilər küçəsində yerləşən 4 nömrəli məktəbin qarşısındakı avtomobil dayanacağının yaxınlığında saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami RPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zamanı əynində olan açıq-qara rəngli parça şalvarın sağ arxa cibindən 1 ədəd şəffaf sellofan bükümündə 3.903 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir. 11 fevral 2021-ci il tarixdə narkotik vasitə saxladığına görə Gəncə şəhər Nizami RPİ-nin əməliyyat müvəkkili Şahid2 və digər polis əməkdaşları tərəfindən saxlanılmış, CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri secilmişdir. Bundan sonra barəsində seçilmiş qətimkan tədbirinin şərtlərinə əməl etmiş və müəyyən olunmuş qrafiklə polis idarəsinə getmiş və sənədlərə imza etmişdir. Onu tutan polis əməkdaşları nə üçün onu həbs etmədiklərinə görə onu hədələmiş və yenə tutacaqlarını bildirmişlər. xx.xx.2021-ci il tarixdə günorta saatlarında xalası oğlu Hamletin yaşadığı evə getmiş və onunla birlikdə çay içib söhbət etmişlər. Bu zaman yenə də Şahid2 və digər polis əməkdaşları həyətə daxil olmuş və onların hər ikisini tutub polis idarəsinə aparmışlar. Polis İdarəsində üzərinə baxış keçirilmiş və üzərindən heç bir əşya aşkar olunmamışdır. Sonra onun hədələməyə başlamışlar və təzyiq göstərmişlər. Ona üzərinə narkotik vasitə qoyacaqlarını, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi oldugunu, üzərinə qoyacaqları narkotik vasitəyə görə də CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olacağını onun üzərinə qoyacaqları narkotikin onun cəzasına təsir etməyəcəyini bildirmişlər. Ona görə də məcbur olub polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Bundan sonra hüquqlarının dövlət hesabına müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı polis əməkdaşlarının əvvəlcədən ona verdiklər əynindəki açıq-qara rəngli şalvarın sağ arxa cibinə qoyduğu 1 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi təxminən 4 qram gəmişdir. Sonra narkotik vasitə qablaşdırılmış, üzəri onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. Əvvəlcədən dedikləri kimi həmin narkotik vasitənin ona aid olduğunu və o həmin narkotik vasitən olan heroini Şəddadilər küçəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında tapdığını şəxsi istifadəsi üçün üzərində saxılayıb daşıdıdğını, həmçinin narkotik vasitə olan heroini tapan zaman tək olduğunu, üzərində narkotik vasitə olması barədə heç kimə məlumat vermədiyini və həmin narkotik vasitə heroini heç kimə vermədiyini, satmadığını bildirmişdir. İstifadəsində əvvəlllər 055-796 90 05, sonralar isə 051 851-65-69 mobil nömrələri olmuşdur. Cinayət işinin materiallarında olan 055-796 90 05 nömrəsinə gələn mesajlar barədə onu deyə bilər ki, həmin mesajları 11 fevral 2021-ci il tarixdə birinci dəfə tutulub barəsində həbs qətimkan tədbiri secilmədiyinə görə polis əməkdaşları onu hədələyərək yenə tutacaqlarını bildirmiş və ona görə də polis əməkdaşları öz tanışlarına və ya özlərinə məxsus mobil nömrələrdən ona bilərəkdən qəsdən yazmışdır. Həmin nömrələrə cavab yazmamış, bəzilərindən heç xəbəri də olmamışdır. İndi başa düşmüşdür ki, onu yenə də tutmaq ücün onun əvvəlki nömrəsinə narkotik vasitəyə aid şübhəli mesajlar göndərilmişdir. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində orda olan şəxslərdən eşitmişdir ki, son zamanları polis əməkdaşları kimisə tutmaq istəyirlərsə, həmin şəxsin nömrəsinə narkotik vasitə ilə əlaqəli mesajlar gondərirlər. Sonra istintaq zamanı tutulan şəxsin telefon danışıqları çıxarılanda həmin mesajlar müəyyən olunur və həmin mesajlarıdan şəxsin tutulması üçün əleyhinə istifadə olunsun. Polis əməkdaşları onun 051 851-65-69 mobil nömrəsini bilməmişlər, hesab edir ki, həmin nömrəni bilsə idilər ona da narkotik vasitə ilə əlaqəli mesaj göndərilərdi. Şahid3 tanıyır, lakin onunla yaxın münasibəti olmamışdır. Ona dişi ağrıdığı üçün ağrıkəsici dərman verməmişdir. Hec vaxt narkotik vasitə satmamışdır. Qorxuğu üçün müdafiəçiyə üzərinə narkotik vasitə qoyulmasını deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər Nizami RPİ-nə Gəncə şəhəri, Nizami küçəsi 10-cu dalan ev 2-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitəni daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı əsasında onun və Nizami RPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Şəddadilər küçəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri Nizamim RPİ-nə gətirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə daşıması və qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilimişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, vəkillə təmin edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan açıq-qara rəngli parça şalvarın sağ arxa cibindən şəffaf sellofana bükülmüş 1 ədəd ilk görünüşdən heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər kütləni təxminən xx.xx.2021-ci il tarixdə səhər saatlarında 4 nömrəli orta məktəbin yaxınlığında tapdığını bildirmiş, “heroinə” bənzər kütlənin ümümi çəkisi 4.06 qram olmuşdur. Bundan sonra həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 110 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, onu yenidən tutacaqları ilə hədələmədiyini və üzərinə narkotik vasitə qoymadıqlarını bildirmişdir. Onu bir neçə ay əvvəldə də narkotik vasitə saxladıqları üçün tutmuşlar. Sonuncu dəfə də, əvvəl də Təqsirləndirilən şəxs narkotik vasitə satması ilə deyil, saxlaması və istifadə etməsi bardə məlumat daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması barədə məlumat olmuşdur. İstintaq zamanı ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onların yaşadığı evə getmiş, onlar birlikdə çay içmişlər. Həmin vaxt həmçinin onun dostu da onlarla birlikdə evdə olmuşdur. Evin qapısı bağlı olmuş, qəfildən sonradan polis əməkdaşları olduğu ona məlum olan şəxslər evə daxil omuş, onları tutub polis şöbəsinə aparmışlar. Sonra bilmişdir ki, polis idarəsində Zamanın üzərinə narkotik vasitə qoyulmuşdur. xx.xx.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı istifadə edilmiş video çəkiliş cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami RPİ-nin təhqiqatçısı, polis mayoru X2, Nizami RPİ-nin CAİ-nin əməliyyat müvəkili, polis baş-leytenantı Şahid2 və həmin idarənin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmçinin müdafiəçi X4 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşyanın olması soruşulur. Bundan sonra Təqsirləndirilən şəxs özü üzərində olan açıq-qara rəngli parça şalvarın sağ arxa cibindən 1ədəd şəfaff siqaret sellofanına bükülmüş büküm müəyyən edilmişdir. Həmin büküm aşkar açılan zaman içərisində ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 1 ədəd açar və 1 ədəd yazı olan kağız aşkar olunur lakin iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarımışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş büküm içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir. Həmin kütlənin büküm ilə birlikdə ümumi çəkisi 4.09 qram gəlir. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə daxil olmuş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş həmin disk “Dell” markalı kompyuterin disk oxuyucusuna yerləşdirilmiş. Diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zaman heç olmasa 3 toçka mal ver men gedim işimi görüm, ***-***-**-** nömrəsindən Aqali patıda yoxdu? smsləri yazılmışdır. Diskə baxış zamanı həmin smslər çap edilərək protokola əlavə edilmişdir. Maddə və materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli 16/682 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdə, bir ədəd sellofan bükümdə təmiz çəkisi 3.903 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümükün olmamış, o, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş lakin, həmin narkotik vasitəni konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 824 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər üvlər üçülüyü tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsi 10-cu dalan ev 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 261372 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X5r. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və müvvəqəti saxlama yerindən azad olunması barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 07 ay 13 gün azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 il sınaq müddəti təyin edilmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmişdir. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 13 gün azadlıqdan məhrumetmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmş cəzaya qismən birləşdirilmiş və ona 03 il azadlıqdan məhrumetmə cəzasına təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlıqdan məhrumetmə cəzasısnın bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişidirilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 03 gün müddət, habelə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 25 gün müddət. cəmi 03 ay 28 gün müddət Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və Təqsirləndirilən şəxsn üzərində 02 il 08 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. “8 noyabr-Zəfər Günü manasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək onun cəzsının çəkilməmiş hissəsi 06 ay azaldılmış və Təqsirləndirilən şəxs qəti olaraq 02 il 02 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə cəza çəkməsinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3.703 qram narkotik vasitə olan heroin Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də iki ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 26 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə aludəçisidir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhər Şəddadilər küçəsində yerləşən 4 nömrəli orta məktəbin yaxınlığında şəffaf sellofana bükülmüş büküm tapıb və heroin istifadəçisi olduğu üçün həmin kütləni görünüşündən və spesfik iyindən dərhal narkotik vasitə olan heroin olduğunu bilmişdir. Həmin heroini götürüb əynində olan açıq-qara rəngli parça şalvarın sağ arxa cibində saxlamış, həmin gün saat 15:30 radələrində Gəncə şəhər Şəddadilər küçəsində yerləşən 4 nömrəli orta məktəbin qarşısında olan avtobus dayanacağında olan zaman ona 2 nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək X3 dövriyyəsində şübhəli olduğuna görə Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsində narkotik vasitəni üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli üçün saxlanılığını bildirmişlər. Həmin inzibati binada hüquqlarımın müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş, o, təqdim olunmuş vəkillərin siyahısından X8 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş, müdafiəçi X10 dəvət olunaraq ona təqdim edilmiş, bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan açıq-qara rəngli şalvarın sağ arxa cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə tünd qəhvəyi rəngli, kəskin spesfik iyli ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüş, həmin aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin çəkisi 4.06 qram gəmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri onun, müdafiəçisinin və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin qablaşdırılan kağız zərf möhürlənmişdir. Daha sonra ekspertizanın rəyinin ona elan edildiyini, ekspertizanın rəyinə əsasən onun üzərindən aşkar olunmuş kütlə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitə ona aid olduğunu və o həmin narkotik vasitən olan heroini Şəddadilər küçəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında tapdığını şəxsi istifadəsi üçün üzərində saxılayıb daşıdıdğını, həmçinin narkotik vasitə olan heroini tapan zaman tək olduğunu, üzərində narkotik vasitə olması barədə heç kimə məlumat vermədiyini və həmin narkotik vasitə heroini heç kimə vermədiyini, satmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən iki nəfər polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri “İstintaq orqanının verdiyi əməliyyat tapşırığı nəticəsində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq üçün müştəri axtarmaq niyyəti ilə üzərində daşıması barədə məlumat almışıq” ifadəsinə, xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubda göstərilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, o, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş lakin, həmin narkotik vasitəni konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. məktubuna və xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə daxil olmuş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirlərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**- ** mobil nömrəsindən zaman heç olmasa 3 toçka mal ver men gedim işimi görüm, ***-***- **-** nömrəsindən Aqali patıda yoxdu? smsləri yazılmasına əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlamasını göstərmiş, istintaq zamanı ifadələrində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Həmçinin 11 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması barədə deyil, narkotik vasitə qəbul etməsi, əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuş, həmin tarixdə də o polis əməkdaşları tərəfindən saxlanılmışdır. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və xx.xx.2021-ci il tarixdə cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, o, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş lakin, həmin narkotik vasitəni konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və 10 gün sonra müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Həmin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu özü də həqiqiliyi barədə şübhə doğurur. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs barəsində toplanmış materialın aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə göndərilməsi haqqında Gəncə şəhəri Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli Gəncə şəhəri Nizami RPİ-si, ünvanı, telefon nömrələri və rəisin adı və soyadı yazılmış məktubla, xx.xx.2021-ci il tarixli Gəncə şəhəri Nizami RPİ-nin Gəncə şəhər Baş Polis İdarəsinə ünvanladığı əməliyyat tapşırığına cavab məktub arasında qeyd edilən yəni, Gəncə şəhəri Nizami RPİ-si, ünvanı, telefon nömrələri və rəisin adı və soyadının yazılışında, strukturunda və şiriftlərində bir sıra fərqlər mövcuddur. Bundan başqa xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubun üzərində də digər məktubdan fərqli olaraq Gəncə şəhər Baş Polis İdarəsinə daxil olma barədə ştamp da yoxdur. Bu faktlar da bir daha həmin məktubun həqiqəti əks etdirmədiyini göstərir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən zaman heç olmasa 3 toçka mal ver men gedim işimi görüm, ***-***-**-** nömrəsindən Aqali patıda yoxdu? smsləri yazılması faktı ilə bağlı istintaq orqanı heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs sms yazmış şəxslərin telefon nömrələri və ünvanları məlum olsa da həmin şəxslərin heç birini qeyd edilən xüsusatla bağlı dindirməmişdir. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs isə ifadəsində göstərmişdir ki,.. həmin mesajları 11 fevral 2021-ci il tarixdə birinci dəfə tutulub barəsində həbs qətimkan tədbiri seçilmədiyinə görə polis əməkdaşları onu hədələyərək yenə tutacaqlarını bildirmiş və ona görə də polis əməkdaşları öz tanışlarına və ya özlərinə məxsus mobil nömrələrdən ona bilərəkdən qəsdən yazmışdır. Həmin nömrələrə cavab yazmamış, bəzilərindən heç xəbəri də olmamışdır. İndi başa düşmüşdür ki, onu yenə də tutmaq üçün onun əvvəlki nömrəsinə narkotik vasitəyə aid şübhəli mesajlar göndərilmişdir. İstintaq təcridxanasında saxlanıldığı müddət ərzində orda olan şəxslərdən eşitmişdir ki, son zamanları polis əməkdaşları kimisə tutmaq istəyirlərsə, həmin şəxsin nömrəsinə narkotik vasitə ilə əlaqəli mesajlar gondərirlər. Sonra istintaq zamanı tutulan şəxsin telefon danışıqları çıxarılanda həmin mesajlar müəyyən olunur və həmin mesajlardan şəxsin tutulması üçün əleyhinə istifadə olunur. Polis əməkdaşları onun 051 851-65-69 mobil nömrəsini bilməmişlər, hesab edir ki, həmin nömrəni bilsə idilər ona da narkotik vasitə ilə əlaqəli mesaj göndərilərdi. Qeyd edilən həmin sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan da məlum olur ki, Təqsirləndirilən şəxs ona göndərilən heç bir smsə cavab yazmamışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərardan və həmin tarixli «Raport»dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması barədə deyil, narkotik vasitə qəbul etməsi, əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində həqiqəti əks etdirməsi şübhə doğuran məktuba, narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən sms məlumatlarına və iki nəfər şahidin qeyri-müəyyən ifadəsinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X3 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 02 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanmaq yolu qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65.2-ci maddəsinə tələblərini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3.703 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin tələblərinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 02 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 10 noyabr 2021ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 3.703 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-79/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-79/2022
26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver