Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-79/2024 23.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, X1 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əlı̇ yev Əli Həbib oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamışdır. Belə ki, o, külli miqdarda, yəni təmiz çəkisi 710 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək bir ədəd qara rəngli polietilen torbada əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sol iç cibinə qoyaraq saxlamış, 13 yanvar 2023-cü il tarixdə, saat 20:40-da Gəncə şəhəri, Səməd Vurğun küçəsində saxlanılaraq, Gəncə şəhəri, Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhəri 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sol iç cibində saxladığı bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 710 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini göstərmişdir. Belə ki, onun üzərindən şəxsi axtarış zamanı ona elan edilmiş ittihamda göstərildiyi kimi 710 qram tiryək deyil, təxminən 1 (bir) qram yarım heroin narkotik vasitəsi aşkar edilmişdir. Onun üzərində tiryək olmayıb. Tiryəki onun üzərinə polis əməkdaşları qoyublar, polis əməkdaşları ona həmin narkotik vasitə tiryəkin ona məxsus olduğunu etiraf etmədiyi təqdirdə evindən narkotik vasitə çıxacağını deyərək ona psixoloji təzyiq göstərmişlər. O isə evində ailəsi olduğu üçün məcbur olub həmin narkotik vasitə olan tiryəkin ona məxsus olduğunu etiraf etmişdir. Onun üç övladı var, onlardan biri azyaşlıdır. Polis əməkdaşları ona heç bir fiziki təzyiq göstərməmişlər, sadəcə psixoloji təzyiq göstərmişlər, ona görə də o, həmin narkotik vasitə olan tiryəkin ona məxsus olduğunu etiraf etmişdir. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs həmçinin məhkəmənin sonrakı iclaslarında 2 saylı İstintaq Təcridxanasından götürülmüş onun tibbi kitabçasında “həbs olunmadan əvvəl alınmış zədələr barədə” olan qrafada göstərilmiş köhnə çapıq toxumaları kimi zədələri həbs olunmamışdan əvvəl aldığını və hazırki cinayət işi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 13 yanvar 2023-cü il tarixdə verdiyi izahatında, sonra 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilərkən, eyni zamanda 15 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cəlb edilərkən təqsirləndirilən şəxs qismində verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. 12 yanvar 2023-cü il tarixdə o, qardaşı Elçin Əliyevlə görüşmək üçün Gəncə şəhərinə gəlmişdir. 13 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Samux rayonunda yaşayan digər qardaşını görmək üçün Gəncə şəhəri, Poçt qəsəbəsi ilə Samux rayonuna getmək istəyərkən dəmir yolu keçidində tanımadığı şəxsin dəmir yolu relsi yaxınlığında yerə qara rəngli əşya qoyub üzərinə daş qoyaraq çıxıb getdiyini görmüşdür. Həmin şəxs uzaqlaşdıqdan sonra o, həmin yerə yaxınlaşaraq daşı qaldırıb altına baxmış, daşın altında qara rəngli sellofan torba olduğunu görmüş, həmin torbaya baxdıqda onun üzəri ağ rəngli yapışqanla bağlanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin bükümdə nə olmasını yoxlamaq üçün bir tərəfindən açmış və içərisində narkotik vasitə olan tiryək olduğunu görmüş, özü narkotik vasitələrdən istifadə etdiyi üçün lazım olan vaxt istifadə etmək məqsədilə özü ilə götürmüşdür. Buna görə də həmin bükülünü götürüb əynində olan qəhvəyi rəngli dəri gödəkcənin sol iç cibinə qoymuşdur. Bundan sonra həmin tapdığı tiryəki saxlamaq üçün Samux rayonuna getməyərək yaşadığı Gəncə şəhəri, Nizami küçəsinə qayıtmaq üçün hərəkətə başlamışdır. O, Gəncə şəhəri, S.Vurğun küçəsi ilə piyada yaşadığı evə gedərkən üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək onu 1-ci Polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli dəri gödəkcənin iç cibində saxladığı bir ədəd qara rəngli sellofan torbaya bükülmüş kütlə aşkar edilərək götürülmüşdür. Sonra ondan götürülmüş narkotik vasitə tiryək sellofan torba ilə birlikdə müdafiəçinin iştirakı ilə elektron tərəzisində çəkilmiş, ümumi çəkisi 740 qram olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə tiryək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, sonra zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir, Gəncə şəhər 1-ci PŞ-nə gətirilən zaman ona polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamış, üzərindən aşkar olunmuş narkotik vasitə olan tiryəki tapmış və onu özü yaşadığı evdə saxlamaq üçün aparmışdır. O, narkotik vasitələrdən istifadə etdiyinə görə həmin tiryəki də bir müddət istifadə etmək üçün saxlamaq istəmişdir (iş vərəqə: cild İ, səh.27-28, 37-39, 60-62 ). Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, təqsirləndirilən şəxs qismində dindirilərkən özünü həmin maddə ilə təqsirli bilmədiyini göstərmişdir (iş vərəqə: cild İ, səh.153-155). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona qanunsuz təzyiqlər etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, o, Cinayət Axtarış Bölməsinin kiçik inspektorları X2 və Şahid3 ilə birlikdə tərəflərindən 13 yanvar 2023-cü il tarixdə saat 20:40 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Səməd Vurğun küçəsində olduğu yer müəyyən edilərək saxlanılmış və Gəncə şəhəri 1-ci Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, bundan sonra videoçəkiliş ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs gödəkçəsinin cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir, cibindən həmçinin xatırladığı qədər açarlar, pul, alışqan da çıxmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Həmin bir ədəd qara rəngli sellofana bükülmüş bükümün nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü tapdığını, həmin bükümü açıb dadına baxdıqdan sonra tiryək olduğunu bildiyini, özünün də uzun müddətdir tiryəkdən istifadə etdiyini, buna görə də həmin tiryəki istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını bildirmişdir. Daha sonra həmin kütlə sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş və çəkisi 740 qram olmuş, bundan sonra isə qablaşdırılaraq, möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik alqı-satqısı zamanı aşkar edə bilməmiş, onun narkotik vasitə satmasına dair və yaxud narkotik satışı ilə əlaqədar kimləsə hər hansı sövdələşməsinin olmasına, bu məqsədlə müəyyən hərəkət etməsinə dair hər hansı məlumat və sübutlar əldə edə bilməmişlər. Şahid1 ifadəsinin yekununda onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, həmçinin üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı psixoloji, fiziki və ya digər təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Prosessual hərəkətlər təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə tiryək deyil, heroin aşkar edilməsi və ya üzərinə narkotik vasitə tiryəkin qoyulması kimi ifadəsində bildirdikləri tamamilə əsassız və özündən uydurma fikirlər olmaqla heç bir həqiqəti əks etdirməməklə yalan məlumatlardır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 13 yanvar 2023-cü il tarixli “şəxsi axtarış haqqında protokol”dan və 22 fevral 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərində olan qəhvəyi rəngli qış gödəkçəsinin sağ cibindən 04 ədəd açar dəsti, 30 manat pul, 01 ədəd ağ rəngli alışqan, həmin qış gödəkçəsinin sol iç cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentle bağlanmış büküm aşkar edilir. Təqsirləndirilən şəxs həmin bükümü “Poçtavoy yolu” deyilən yerdə dəmiryolu keçidi tərəfdə bir nəfər şəxsin həmin bükümü ora qoyaraq üzərinə daş qoyduğunu gördüyünü, həmin şəxs oradan uzaqlaşdıqdan sonra həmin bükümü götürdüyünü, açıb dadına baxdıqdan sonra tiryək olduğunu bildiyini, uzun müddətdir tiryəkdən istifadə etdiyini, heç kimə satmadığını bildirmişdir. Həmin kütlə saxlandığı sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisi 740 qram olmuşdur. Sonra aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib edilmiş, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi pul, açar dəsti və alışqan isə özünə qaytarılmışdır (cild 1, iş vərəqə: 24-25, 91). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2023-cü il tarixli, 16/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,740 kq çəkidə olan tiryəkə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdə, üzəri yapışqanlı lentle sarınmış bir ədəd qara rəngli polietilen torbadakı üzəri yapışqanlı lentle sarınmış şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 710 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə –tiryəkdir (iş vərəqə: cild İ, səh.33-35). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 01 may 2023-cü il tarixli, 761 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir (iş vərəqə: cild İ, səh.131). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 13 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 16- 17). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 71-74). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 fevral 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və onun həmin məhkumluqları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir, həmin tələbnamədə Təqsirləndirilən şəxs barəsində göstərilmiş onun sonuncu məhkumluqları ilə bağlı qeyd edilməlidir ki, həmin tələbnamədən, həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 iyun 2007-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 il 24 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, bundan sonra Qaradağ rayon Məhkəməsinin 08 fevral 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 fevral 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.93-96). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 709,8 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş, həmçinin şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmadığından həmin mənbə ilə əlaqədar hazırkı cinayət işindən başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.135-143). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild İ, səh.130). Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımağa görə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmamış, onun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlaması təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Belə ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin hər hansı miqdarda satışı ilə məşğul olması və ya narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi və saxlaması nə şahid ifadələri, nə də digər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, kiçik inspektorları X2 və Şahid3 verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ibtidai istintaqın gedişi zamanı verilən istintaq tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni konkret olaraq kimlərəsə satmasını və ya satmaq istəməsini, bu məqsədlə hər hansı hərəkət etməsini müəyyən edə bilmədiklərini göstərmişlər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunan, onun ibtidai araşdırma zamanı verdiyi izahatından, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, konkret olaraq kiməsə narkotik vasitə satdığını və ya belə bir məqsədinin olduğunu ümumiyyətlə göstərməmişdir, həmin izahat və ifadələrində də ondan aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə, həmçinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvala «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrinin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya" əsasən "tiryək" narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Yəni, Təqsirləndirilən şəxs götürülən tiryək narkotik vasitəsinin kütləsi 710 qram olduğundan külli miqdar kimi qəbul edilməlidir. Lakin Təqsirləndirilən şəxs götürülən tiryək narkotik vasitəsinin kütləsinin 710 qram olmaqla külli miqdar kimi qəbul edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə əldə edib saxlaması, konkret şəxslərlə narkotik vasitənin alqı-satqısı ilə bağlı hər hansı razılaşması, onun hansısa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin satışını həyata keçirmək məqsədilə onun hər hansı şəxslə əvvəlcədən razılaşması, konkret olaraq kiməsə narkotik vasitə satması, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs özündə və ya onun ünvanında narkotik vasitələrin çəkilməsinə dair, onun xırda bağlamalara bükülməsinə dair və ya onun satışına dəlalət edən hər hansı avadanlıq aşkar edilməmişdir. Göstərilənlərdən başqa, qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, o, 13 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuş, həmin vaxt izahat verərkən üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını bildirmiş, 14 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi dindirilərkən də üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını bildirmiş, bundan sonra o, 15 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və təqsirləndirilən şəxs kimi də dindirilərkən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heç kimə satmadığını və belə bir məqsədinin də olmadığına dair ifadəsini bir daha təsdiq etmiş, eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrdən istifadə etdiyi və tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi müəyyən olunmuşdur. Lakin ibtidai istintaqın sonunda, 04 may 2023-cü il tarixdə heç bir yeni hallar, buna dair hər hansı sübutlar və yaxud hansısa real məlumatlar müəyyən edilməsə də, onun əməli heç bir əsas olmadan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş və həmin vaxt Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini göstərmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlamasında, həmçinin satışı ilə məşğul olmasında şübhəli olduğu göstərilsə də (cild 1, iş vərəqə: 3), cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Yalnız cinayət işinə əlavə edilmiş raportda bir cümlə ilə ifadə edilmiş əməliyyat məlumatına istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə saxlaması qənaətinə gəlmək mümkün deyildir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması nəticəsinə gələrkən qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız narkotik maddənin külli miqdar həddində olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıyaraq saxlaması kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkotik vasitə olan tiryəkdən asılılığı olan və narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsdən aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdar həddində olması əsasına görə, satış məqsədinə dair heç bir sübutlar olmadığı təqdirdə, yalnız ehtimal və fərziyyələrə əsaslanmaqla onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlinməsi tamamilə əsassızdır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandıqdan sonra onun üzərindən aşkar edilən növdə olan narkotik vasitədən həqiqətən də asılılığının olmasının təsdiq olunması, eləcə də ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq ibtidai istintaqın sonuna qədər təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədilə əldə etməsinə və saxlamasına dair heç bir sübutlar əldə edilmədiyi təqdirdə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilərkən ibtidai araşdırma orqanı tərəfindən gəlinmiş nəticə tamamilə əsassız olmaqla heç bir sübuta əsaslanmamış və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitə tiryəki satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vasitəni kimə və necə satması və ya satış məqsədinin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təsdiq olunmadığı halda, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsi ibtidai istintaq orqanının yalnız fərziyyə və şübhələri üzərində qurulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət Məcəlləsində narkotik vasitələrin satış məqsədi olmadan külli miqdar həddində saxlanması, daşınması cinayət əməlinin dispozitiv əlamətləri isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən tiryək narkotik vasitəsinin kütləsi 710 qram olmaqla külli miqdar təşkil etdiyindən, həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlaması təsdiq olunmadığından, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından,cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun üzərindən şəxsi axtarış zamanı tiryək deyil, təxminən 1 (bir) qram yarım heroin narkotik vasitəsi aşkar edilməsi, onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən ona edilən təzyiqlər nəticəsində ondan aşkar edilmiş 710 qram narkotik vasitə tiryəkin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair ifadəsində göstərdiklərini məhkəmə onun cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə keçirilmiş (iş vərəqə: cild 1, səh.24-25), xx.xx.2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə izahat verərkən üzərindən həmin narkotik vasitə tiryəkin aşkar edildiyini, həmin maddəni tapdığını göstərmiş (cild 1, iş vərəqə:27- 28), daha sonra şübhəli şəxs qismində dindirilərkən və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən də üzərindən tiryək narkotik vasitəsinin aşkar olunduğunu və həmin maddəni tapdığını bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiqlər olmadığını göstərmişdir (cild 1, iş vərəqə:60-62). Eyni zamanda, cinayət işinin materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli qərarından görünür ki, məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirmiş və ona qarşı hər hansı qanun pozuntularına yol verilməsi barədə heç nə bildirməmişdir (cild 1, iş vərəqə: 71-74). Həmçinin cinayət işinin materiallarında olan 01 may 2023-cü il tarixli, 761 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkolojitibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmiş və həmin maddənin ona məxsus olduğunu inkar etməmişdir (cild 1, iş vərəqə: 131). Bundan başqa, məhkəmənin sorğusu əsasında Gəncə şəhər Baş Polis İdarəsindən məhkəməyə daxil olmuş 30 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X4 qəbul olunarkən müayinə olunmuş və üzərində heç bir xəsarət müəyyən edilməmişdir, həmçinin Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X4 daxil olunarkən üzərində xəsarətlərin olubolmamasının müəyyən edilməsi üçün X3 məhkəməyə göndərilmiş “Tibbi müayinənin keçirilməsi və Qeydiyyatı” kitabından görünür ki Təqsirləndirilən şəxs hər hansı xəsarətin olması müəyyən edilməmişdir (cinayət işinin materialları). Eyni zamanda, məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və bədənində xəsarətlər aşkar edilməmişdir, aşkar edilmiş köhnə çapıq izləri isə o, həbs olunmamışdan əvvəl yaranmışdır (cinayət işinin materialları). Həmçinin məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olunarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün 2 saylı istintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs baxış zamanı xəsarət aşkar edilməmişdir (cinayət işinin materialları). Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni onun saxlanılmasında iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq edilərək və ya digər qanunsuz hərəkətlərə yol verilərək ondan aşkar edilmiş narkotik vasitə tiryəkin ona məxsus olduğunu etiraf etməsinə məcbur edildiyinə dair göstərdikləri ilə əlaqədar hər hansı araşdırmanın aparılmasına dair Gəncə şəhər Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Gəncə şəhər Prokurorluğundan məhkəməyə göndərilmiş 144-C-23 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Gəncə şəhəri 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə və təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Gəncə şəhər Prokurorluğunda toplanmış həmin material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir (cinayət işinin materialları). Göründüyü kimi, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi inkaredici hallar şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr, “şəxsi axtarış haqqında” protokol, şəxsi axtarışın video görüntülərinin əks olunduğu disk, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluqları, hətta sonuncu məhkumluqları da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir, Təqsirləndirilən şəxs sonuncu məhkumluqları ilə bağlı, yəni onun Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 iyun 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 09 il 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, bundan sonra Qaradağ rayon Məhkəməsinin 08 fevral 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 08 fevral 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunması ilə bağlı qeyd olunmalıdır ki, onun həmin məhkumluqları da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.3.4-cü maddələrinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad olunduğu xx.xx.2016-cı il tarixdən hazırki cinayət əməlini törətdiyi tarixədək altı ildən çox müddət keçdiyindən onun həmin məhkumluqları ödənilmişdir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhər Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 13 yanvar 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 01 may 2023-cü il tarixli, 761 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 709,8 qram olan narkotik vasitə tiryək məhv edilməli, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 709,8 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Dadaş İmanov
Məhkəmə qərarları › İş №1(100)-79/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-79/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver