Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-8/2022 26.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X17 üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X8, müdafiəçilər- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 Möhübbət oğlunun və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X19 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Gəncə Apellyasiya məhkəməsinin 03.07.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 və 66.3-cü maddələri ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulanadək Gəncə şəhəri, ünvan 2azırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilimələrinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 09 yanvar 2018-ci il tarixdə təxminən saat 22 radələrində yaxın tanışları olan Gəncə şəhər sakinləri X48, X27, Təqsirləndirilən şəxs2, Şahid6, X20, X6, X9, X28, Şahid12, X29, X10, Şahid7 Raqif oğlu və hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə, Gəncə şəhəri və ətraf rayonların yaşayış məntəqələrinin əvvəllər cinayət törətmiş və məhkumluq həyatı yaşamış şəxslər arasında özlərinin qəbul etdikləri tərzdə nüfuz sahibi olan, cinayətkar aləmdə «Gəncəli Firdovsi» ləqəbi ilə tanınan X11 ilə öz arasında bölüşdürülməsi məsələsini həll etmək məqsədilə, Firdovsi Mustafayevin tərəfdarları olan Zərərçəkmiş şəxs, Şahid10 Lənkərən oğlu, X49, Şahid4, X29, X63, Şahid9, Şahid8, X40, Şahid11, X50 və istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılaşaraq, onlarla Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində görüşüb söhbət edərkən, heç bir əsaslı səbəb olmadan qarşı tərəfdən gəlmiş şəxslərlə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı kobud nalayiq ifadələr işlətməklə söyüşlər söyərək öz hərəkətlərini tərəfdar olduğu qrup üzvləri ilə uzlaşdırıb üstün nüfuz sahibləri olduqlarını nümayiş etdirmək üçün qrup üzvü Şahid6 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi patron yatağının uzunluğu 70 mm olan, lülələri və qundağı kəsilməklə konstruktiv dəyişikliklərə məruz qalmış, zavod üsulu ilə istehsal edilmiş 1 (bir) ədəd 16 kalibrli “C 00797” №-li “İJ 27” modelli hamar-yivsiz odlu silahla, eləcə də Şahid12 idarə etdiyi VAZ 21014 markalı ** ND *** qeydiyyat nişanlı avtomobillə onların toplaşdığı yerə gələn X9 istintaq zamanı əldə edilməsi mümkün olmayan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silahdan havaya bir neçə dəfə atəşlər açaraq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə bir qrup şəxs halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının pozulmasında ifadə olunan, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəktləri etmiş, başladığı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, qrupun digər üzvləri tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan Təqsirləndirilən şəxs2 və digər şəxslə cinayətdə iştirakşılığın bir qrup şəxs formasında birləşib, qarşı tərəfi qorxutmaq, onlara özlərinin üstünlüklərini göstərmək məqsədilə, ictimai yerdə, ictimai asayış qaydalarına açıq-aşkar etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadığı halda xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs2 və digər şəxslə birlikdə qəflətən həmin tərəfi təmsil edən Zərərçəkmiş şəxs üzərinə hücüm edib, qrup üzvləri ilə müqavimətinin qırılmasına yönələn uzlaşdırılmış birgə hərəkətlə ona əl-ayaq zərbələri endirmiş, sonra üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs qarın və bel nahiyələrinə qəsdən vuraraq ona qarının sağ tərəfinin daxilə keçən kəsilmişdeşilmiş yaralanması, nazik bağırsaq ilgəklərinin eventerasiyası, nazik bağırsağın, yoğun bağırsağın, böyük piyliyin, qaraciyərin, yaralanması və sol sağrı nahiyəsinin kəsilmişdeşilmiş yaralanması, hemorragik, travmatik şok ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs2 09 yanvar 2018-ci il tarixdə təxminən saat 22 radələrində yaxın tanışları olan Gəncə şəhər sakinləri X48, X27, Təqsirləndirilən şəxs1, Şahid6, X20, X6, X9, X28, Şahid12, X29, X10, Şahid7 Raqif oğlu və hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə, Gəncə şəhəri və ətraf rayonların yaşayış məntəqələrinin əvvəllər cinayət törətmiş və məhkumluq həyatı yaşamış şəxslər arasında özlərinin qəbul etdikləri tərzdə nüfuz sahibi olan, cinayətkar aləmdə «Gəncəli Firdovsi» ləqəbi ilə tanınan X11 ilə öz arasında bölüşdürülməsi məsələsini həll etmək məqsədilə, Firdovsi Mustafayevin tərəfdarları olan Zərərçəkmiş şəxs, Şahid10 Lənkərən oğlu, X49, Şahid4, X29, X63, Şahid9, Şahid8, X40, Şahid11, X50 və istintaqa məlum olmayan digər şəxslərlə əvvəlcədən razılaşaraq, onlarla Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində görüşüb söhbət edərkən, heç bir əsaslı səbəb olmadan qarşı tərəfdən gəlmiş şəxslərlə mübahisə edərək ictimai qaydanı kobud surətdə pozub, onlara qarşı kobud nalayiq ifadələr işlətməklə söyüşlər söyərək öz hərəkətlərini tərəfdar olduğu qrup üzvləri ilə uzlaşdırıb üstün nüfuz sahibləri olduqlarını nümayiş etdirmək üçün qrup üzvü Şahid6 qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi patron yatağının uzunluğu 70 mm olan, lülələri və qundağı kəsilməklə konstruktiv dəyişikliklərə məruz qalmış, zavod üsulu ilə istehsal edilmiş 1 (bir) ədəd 16 kalibrli “C 00797” №-li “İJ 27” modelli hamar-yivsiz odlu silahla, eləcə də Şahid12 idarə etdiyi VAZ 21014 markalı ** ND *** qeydiyyat nişanlı avtomobillə onların toplaşdığı yerə gələn X9 istintaq zamanı əldə edilməsi mümkün olmayan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi odlu silahdan havaya bir neçə dəfə atəşlər açaraq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə bir qrup şəxs halında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının pozulmasında ifadə olunan, özləri və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəktləri etmiş, başladığı qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, qrupun digər üzvləri tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan Təqsirləndirilən şəxs1 və digər şəxslə cinayətdə iştirakçılığın bir qrup şəxs formasında birləşib, qarşı tərəfi qorxutmaq, onlara özlərinin üstünlüklərini göstərmək məqsədilə, ictimai yerdə, ictimai asayış qaydalarına açıq-aşkar etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadığı halda xuliqanlıq niyyəti ilə Təqsirləndirilən şəxs1 və digər şəxslə birlikdə qəflətən həmin tərəfi təmsil edən Zərərçəkmiş şəxs üzərinə hücüm edib, qrup üzvləri ilə müqavimətinin qırılmasına yönələn uzlaşdırılmış birgə hərəkətlə ona əl-ayaq zərbələri endirmiş, sonra üzərində gəzdirdiyi, istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində istifadə olunan bıçaqla Zərərçəkmiş şəxs qarın və bel nahiyələrinə qəsdən vuraraq ona qarının sağ tərəfinin daxilə keçən kəsilmişdeşilmiş yaralanması, nazik bağırsaq ilgəklərinin eventerasiyası, nazik bağırsağın, yoğun bağırsağın, böyük piyliyin, qaraciyərin, yaralanması və sol sağrı nahiyəsinin kəsilmişdeşilmiş yaralanması, hemorragik, travmatik şok ilə nəticələnən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir.. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə saat 22 radələrində Göygöl rayonu, Qızlca kəndi ərazisində baş vermiş hadisədə iştirak etməmişdir. Hadisə baş verən günü evdə olmuş, heç bir toplantının olmasından məlumatı olmamışdır. Qızılcada baş verən hadisə barədə sonradan bilmişdir. Qızılcada baş verən hadisə barədə ümumi olaraq yaşadığı şəhərdə gəzən söhbətlərdən eşitmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla münasibəti olduqca yaxşı olmuşdur. Belə ki, Ruslan qardaşı ilə dost olmuşdur. Ruslanla əvvəllər aralarında mübahisə, dava-dalaş olmamamışdır. Rasifi də əvvəllər tanımış, onunla da aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Qızılcada davanın nə üstündə olduğunu bilmir. Hadisə günü anasını xalasıgildən evə gətirmiş və bütün günü yaşadığı evdə olmuşdur. Anasını gətirəndən sonra qonşusu ilə rastlaşmış və biraz onunla qapıda söhbət etmişdir. Sonradan axtarıldığını bildiyi üçün hadisə günü harada olduğu və nə etdiyini xatırlamır. Məhkəmənin diqqətinə çatdırır ki, onun hər hansı kriminal qruplaşma ilə əlaqəsi olmamışdır. Hadisə günü xəsarət alan Zərərçəkmiş şəxs o vurmamış, Rusalanın da hansı xəsarət alması ilə bağlı hər hansı əlaqəsi olmamışdır. Odur ki, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,120.2.1, 29,120.2.2 və 221.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə Gəncə şəhərində olduğu zaman tanışı “Ququ” ləqəbli Qurbanın məclislərin birində onu faizə pul verən şəxs kimi adlandırdığını eşitmiş, bu söhbəti eşitdikdən sonra “Ququ” ləqəbli Qurbanla hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və görüşmək istədiyini demiş, “Ququ” ləqəbli Qurban isə görüşə gəlməmiş, sonradan o, “Ququ” ləqəbli Qurbanla yenə əlaqə saxlamış və faiz məsələsi üstündə görüşməli olduqlarını və onun barəsində faizə pul verən şəxs sözünü deyib-demədiyini aydınlaşdımaq istədiyini bildirmiş, o, həmin vaxt “Ququ” ləqəbli Qurbanı Gəncə şəhərində yerləşən “Tağıyev Mall”un qarşısına çağırmış, “Ququ” ləqəbli Qurban isə onunla görüşməyə gəlməmiş, bundan təxminən 1 saat sonra o, qardaşı Sərxanla görüşmüş və onlar birlikdə “Qələbə” parkı adlanan əraziyə doğru getmişlər. Həmin yerə o, öz idarə etdiyi VAZ 2107 markalı **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmiş, ora getməkdə məqsədi qohumu Məmmədlə aralarında olan şəxsi söhbət olmuşdur., Qeyd olunan yerə gedəndə tanışları Nəzəri, Rasifi, Fariz Feyzizadəni görmüş və onlarla salamlaşmış, həmçinin, onların yanında tanımadığı şəxslər də olmuşdur. Həmin vaxt onlar onun “Ququ” ləqəbli Qurbanla aralarındakı söhbətin nə olduğunu soruşmuş, o isə söhbəti özü həll edəcəyini, boş bir məsələ olduğunu bildirmiş, bundan sonra o, oradan çıxıb birbaşa “Tağıyev Mall” ın arxasındakı çayxanaya getmiş, orada olduğu zaman tanışı Məmməd ona zəng edərək “Qələbə” parkında yerləşən çayxanadakı uşaqların oradan durub harasa getdiklərini bildirmiş, ondan sonra o, orada olan şəxslərdən maraqlanmış və tanışlarının Göygöl rayonunun Qızılca kəndinə getdiklərini öyrənmiş, bundan sonra o, öz idarə etdiyi avtomobillə birbaşa Göygöl rayonunun Qızılca kəndinə doğru hərəkət etməyə başlamışdır. Həmin kənd yolunda gedərkən irəlidə çoxlu sayda avtomobillərin və insanların olduğunu görmüş, onlar isə həmin vaxt ora-bura qaçmış, bundan sonra o, avtomobildən düşüb nə baş verdiyi barədə maraqlanmış, orada isə adamlar ona hadisə vaxtı silahdan istifadə olunduğu və havaya atəş açıldığını demişlər. Daha sonra o da avtomobilə əyləşib yenidən Gəncə şəhərinə qayıtmış, sonradan həmin vaxt orada olan şəxslərin onun və “Ququ” ləqəbli Qurbanın söhbətinə getdiklərini öyrənmiş, lakin, “Ququ” ləqəbli Qurban ora gəlmədiyinə görə söhbətin məcrası türmədə olan şəxslərin Gəncə şəhərində nüfuz dairəsinin müəyyən edilməsi istiqamətində dəyişmiş, həmin vaxt isə orada bir nəfər şəxsin bıçaqlandığını eşitmişdir. Bundan sonra isə o, orada olan şəxsləri polis idarəsinə çağırılmasını eşitmiş və ona görə də Gəncə şəhərindən çıxaraq Bakı şəhərinə getmişdir.Daha sonra barəsində axtarış verilməsini öyrənmiş, 07 noyabr 2019-cu il tarixdə isə Gəncə şəhəri, Türklər qəsəbəsində polis əməkdaşları onu tutmuş və polis idarəsinə gətirmişlər. Təqsirləndirilən şəxs2 həmçinin qeyd etmişdir ki, Şahid7 onu “Qələbə” parkında görmüş, lakin, həmin vaxt o, orada Nəzəri, Fariz Feyzizadəni görmüş, həmçinin, o, Göygöl rayonu, Qızılca kəndinə gedərkən orada heç kimlə mübahisə etməmiş, əlbəyəxa olmamış və “Hanı Ququ, özü niyə gəlmiyib? Bu söhbəti bu vəziyyətə gətirən odur” sözlərini işlətməmiş, həmçinin, orada Vüsalla və Arzu ilə görüşməmiş, Rasifin hansı səbəbdən o cür ifadə verməsini başa düşə bilməmiş, Şahid12 adlı şəxsi tanımamış və onun hansı səbəbdən bu məzmunda ifadə verməsini bilməmiş, “Qadam” ləqəbli X30 zəng etməmiş və söhbətinə çağırmamış, Göygöl rayonunun, Qızılca kəndinə gedərkən üzərində hər hansı bir silah və ya silah qismində istifadə oluna bilən əşya götürməmiş, orada olduğu zaman Zərərçəkmiş şəxs adlı şəxsin kim tərəfindən vurulmasının şahidi olmamış və ümumiyyətlə Ruslanın kim tərəfindən vurulması barədə hər hansı bir məlumatı olmamış, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti və ya ədavəti olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Maarif oğlu ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhərində “Posyolka” adlanan ərazidə yerləşən tez-tez getdiyi parka getmişdir. Orada tanımadığı şəxslərin “Posyolka” uşaqları ilə dava-dalaş etmək istədiyini görmüşdür. Sonradan dava etməyə toplaşmış şəxslər dağılışmışlar, həmin vaxt onların davanı davam etməyə Göygöl rayonunun Qızılca kəndinə getdiyini eşitmişdir. Tanımadığı bir taksiyə minərək ora getmişdir. Qızılca kəndinə çatdıqda orada təxminən 10-12 maşının və xeyli sayda şəxsin yığıldığını, görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq onlara Gəncənin balaca şəhər olduğunu, hamının səhəri gün üz-üzə çıxacaqlarını bildirmişdir. Bu zaman da orada olan şəxslər mübahisə etmişlər, bir-biriləri ilə mübahisə etməyə və əlbəyaxa olmağa başlamışlar. O, onlara iradlarını bildirmişdir. Həmin anda tanımadığı şəxslərdən biri bıçaqla onun qarın nahiyyəsinə vurmuş, və o, yerə yıxılmışdır. Xatırlamadığı uşaqlardan biri öz maşınında onu X25 gətirmişdir. Onu bıçaqla vuran şəxsi tanımır. Zərərçəkmiş şəxs Maarif oğlu həmçinin ifadəsində göstərmişdir ki, Şamil, Maqsud, Oruc və s. adlı şəxsləri tanıyır. Mübahisə zamanı nəsə alış-veriş söhbəti olmuş, mübahisə bir saata yaxın davam etmişdir. Elə bir səs küy olmamışdır. Sonra axşam saat 10 radələrində Qızılca qəsəbəsinə getmişdir ki, dava-dalaş olmasın. Qızılcaya tək, taksi ilə getmişdir. Qızılcada araya girmişdir ki, mübahisə edənləri aralasın. Qaranlıq olduğu üçün onu vuran şəxsi görməmişdir. Zərərçəkmiş şəxs Maarif oğlu əlavə olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Ona xəsarət yetirən şəxsi görməmişdir. Onu vurandan sonra yerə yıxılmışdır. Qızılca qəsəbəsində Vüsalı görməmişdir, Vüsal orada olmamışdır. Farizi tanımır, orada olub olmamasını isə xatırlamır. Məhkəməyə ünvanladığı ərizə və teleqramları özü şəxsən göndərmişdir. Dəqiqliklə bildirir ki, onu vuran şəxs nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2dur. Vüsalı çoxdan tanıyır, qardaşını da tanıyır, atası İlqarı da tanımışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ona xəsarət yetirən şəxsi görməmişdir. Lakin bildirir ki, həmin şəxs nə Vüsal, nə də ki, Farizdir. Bədəninin iki yerindən xəsarət almışdır. Onu vuran adam ona yançağından xəsarət yetirmişdir. Hesab edir ki, onu yançağından vuran adam bu hərəkəti ilə məcazi mənada nə isə “deməyə”, işarə etməyə çalışmışdır. Lakin onu. Kimin və ya kimlərinsə vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la isintaq vaxtı üzləşməmişdir. Sonradan bilmişdir ki, sələm söhbəti olmuşdur. O, “ququ” ləqəbli şəxsi tanımır. Hadisə yerinə getməyinin səbəbi mübahisə edən tərəfləri aralamaq olubdur. Təqsirləndirilən şəxs1 hadisə yerində olsaydı onu tanıyardı. Təqsirləndirilən şəxs1la aralarında hər hansı narazılıq olmayıbdır. O, Firdovsi adlı şəxs tərəfindən gəlməmiş, Vüsal ilə də bu barədə hər hansı söhbəti olmamışdır. Vüsal ümüumiyyətçə orada olmamışdır. Onu vuran şəxs vurmuş və hadisə yerindən qaçmışdır. Arxa hissəsindən zərbə vurulmasını vurulduğu anda hiss etməmişdir. Hadisə yerində olanarın çoxu papaqlı və saqqallı olmuşdur. Rasif adlı şəxsi isə tanımır. Məhkəmənin diqqətinə çatdırır ki, hər iki təqsirləndirilən şəxslə barışmışdır. Onlara qarşı hər hansı tələbi də yoxdur. Bir daha vurğulayır ki, onu nə Vüsal, nə də Fariz vurmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X57 ifadəsində göstərmişdir ki, 09 yanvar 2018-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı 38-ci hərbi şəhərcikdə tanışları Sahil Xaliq oğlu və Alimlə birlikdə söhbət etdiyi zaman Sahil ondan xahiş edərək bildirmişdir ki, “maşınına benzin alım məni 44 nömrəli orta məktəbin yanına apar”. O, da razılaşmışdır. Sahil, Amil və o, idarə etdiyi Mercedes ML markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək 44 nömrəli məktəbin qarşısına gəlmişlər. Daha sonra oradan Sahil və Alimin xahişi ilə Daşkəsən rayonun istiqamətində hərəkət etmişdir. Göygöl rayonu Qızılca kəndi ərazisində olan vaxt yolun sağ və sol tərəflərində çoxlu sayda maşının toplaşdığını görmüşdür. Həmin vaxt orada təxminən 40-50 nəfər olmuşdur. O, maşınını yolun sağ tərəfində saxlamışdır, onunla gələn Sahil və Alim maşından düşmüşlər, o, isə sükan arxasında qalmışdır. Qəflətən atəş səsi eşitmiş, oraya toplaşmış şəxslər bundan sonra dağılışmağa başlamışlar. Nüsrət, Sahil və Alim onun maşınına əyləşmişlər və oradan tez getmək lazım olduğunu demişlər. Sonradan yaşadığı evə getmişdir. Şahid X57 həmçinin ifadəsində göstərmişdir ki, “Miko” və ya “Eka” adlı bir şəxs tanımır, heş kəsin xəsarət aldığını bilmir, kiminsə kimisə bıçaqlamasını eşitməmiş,Qızılcada kiminsə kimisə vurmasını, dalaşmasını görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X31 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X57 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, 09 yanvar 2018-ci il tarixdə axşam saat təxminən 20 radələrində yaşadığı 38-ci hərbi şəhərcikdə tanışları Sahil Xaliq oğlu və Alimlə birlikdə söhbət etdiyi zaman Sahilə bir nəfər “Püsük” ləqəbli şəxs zəng edib davası düşdüyünə görə 44 nömrəli orta məktəbin yanına çağırmış, Sahil, Amil və o onun idarə etdiyi Mercedes ML markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək 44 nömrəli məktəbin qarşısına gəlmiş, ora çatdıqda təxminən 40-50 nəfər adamın toplaşdığını orada görmüş, o maşından düşdükdən sonra orada olan Nüsrət və Şamil adlı şəxslərlə yaxınlaşaraq nə baş verdiyini soruşmuş, onlar lotu Qulunun şəhərin idarə olunmasını “Püsük” ləqəbli şəxsə tapşırmasını demiş, o bu zaman “Püsüyün” kim olmasını soruşmuş və Nüsrət bunun Təqsirləndirilən şəxs1 olmasını demiş, bu zaman orada olan şəxslər polislərin gəldiyini qışqırmış, orada toplaşmış şəxslər hərə bir yerə qaçmış, Nüsrət və Sahil onun maşınına əyləşmiş, o da maşınını xanımının dükanının yanına sürmüş, dükanın yanında Sahilə zəng gəlmiş Bağmanlarda yerləşən “Vüsal” şadlıq sarayının yanına gəlmək lazım olduğunu bildirilmiş, onlar da həmin yerə gəlmiş, orada yerləşən yanacaq doldurma məntəqəsində benzin vurmuş, şəhidlər xiyabanının yanında maşını saxlamış, sonradan davaya toplaşmış şəxslərin Daşkəsən rayonu istiqamətində hərəkət etdiklərini görmüş, ona görə maşınını arxalarınca sürmüş, bu zaman təxminən 3-4 maşın dal-qabaq getmiş, Göygöl rayonu Qızılca kəndi ərazisində olan vaxt yolun sağ və sol tərəflərində çoxlu sayda maşının toplaşdığını görmüş, o maşınını yolun sağ tərəfində saxlamış, onunla gələn adamlar maşından düşmüş, o isə sükan arxasında qalmış, həmin vaxt orada təxminən 40-50 nəfər olmuş və onlar əlbəyaxa olmuş, qəflətən 2 atəş səsi eşidilmiş, oraya toplaşmış şəxslər bundan sonra dağılışmağa başlamış, Nüsrət, Sahil və Alim onun maşınına əyləşmiş və oradan tez getmək lazım olduğunu demiş, o maşında getdikləri zaman Nüsrətgilin söhbətindən “Təqsirləndirilən şəxs1gilin gilin gəlib havaya atəş açıb aranı qızışdırmaqlarından eşitmiş, sonradan yaşadıqları evlərə getmiş, səhəri gün Salehdən “Püsük” ləqəbli Vüsalın və sonradan adını polisdə bildiyi Zərərçəkmiş şəxs Maarif oğlunun bıçaqla vurulmasını öyrənmiş, “Püsüyü” “Miko” ləqəbli şəxs, Ruslanı isə kim tərəfindən bıçaqla vurulduğunu bilinmədiyini qeyd etmişdir. Şahid8 həmçinin qeyd etmişdir ki, “Miko” və ya “Eka” adlı bir şəxs tanımır, davada X11 tərəfindən iştirak etmiş, mübahisəyə getməsinin məqsədi Gəncə şəhərinin idarə olunması “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 tapşırılması ilə əlaqədar Firdovsi Mustafayevın etiraz etməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 09.01.2018-ci il tarixdə saat təxmin 18 radələrində Gəncə şəhəri Mərkəzi Univermağının yanında olan vaxt dostu Rasif ona zəng edərək Farizlə pul haqq-hesabı olduğunu demiş və maşını olduğu üçün onu çağırmışdır. O, idarə etdiyi “VAZ-21014” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Maslojir” deyilən yerə getmişdir. Rasif, Fariz, Ramellan orada olmuşdur. Oradan yəni çayxanadan, hər üçü, Rasiflə onun deməsinə əsasən Göygöl rayonunun, Qızılca kəndi ərazisinə getmişdir. Rasif onun maşınını idarə etmişdir. Qızılcada adamlar yığılmış və demişlər ki, “məsələni həll etməyi özümüz bilərik”. O, da həmin vaxt maşınının açarı Rasifdə olduğundan maşınını orada qoymuş və digər avtomobil ilə Gəncə şəhəri Dəmir yolu vağzalının yanına gəlmişdir. Sonra Dəmir yolu vağzalının yanında olan vaxt Rasif onun avtomobilini idarə edib gətirərək ona verəndə maşında silah atıldığını görmüşdür. Demişlər ki, silahı Ramellan atıb, lakin o, həmin vaxt orada olmamışdır. Bundan sonra o, çıxıb Bakıya getmişdir.Şahid12 həmçinin ifadəsində göstərmişdir ki, Farizlə bir nəfərin pul-haqq hesabı olmuşdur. Orada Fariz kiminləsə mübahisə etmiş, lakin həmin adamı tanımır. O, Farizi Qızılcada görmüş, lakin Vüsalı və Qurbanı görməmişdir. Ruslanın vurulduğunu tutulanda bilmişdir. Qızılcada dava-dalaş görməmişdir. Ramellanın üzərində silah görməmişdir. Maşında o, arxada oturmuş, Rasif maşını sürmüş, Ramellan da qabaqda oturmuşdur. O, silahdan atəş açılmasını görməmişdir. Təqsirləndirilən şəxs1 kiminləsə dalaşmasını görməmişdir. O, Vüsalı yaxşı tanıyır, onu Qızılcada görməmişdir. Onun yanımda heç bir söhbət olmayıb. O, Rasif və Ramellan birlikdə Qızılcaya getmişlər, Qızılcada gördüyü şəxsləri isə tanımır.Bildiyi qədər ya Farizin Ququya pul borcu olmuş, ya da əksinə. Ququnu görməmişdir. O, Ruslanı tanımır, Qızılcada Ruslanı görməmişdir. Qızılcada Firdovsi barədə heç nə eşitməmişdir. O, silah atıldığını maşını ona veriləndə bilmişdir. O, Ariz Feyzizadəni tanımır. Sərxan Səmədov öz 07 markalı avtomaşını ilə gəlmişdir. Mirağa demişdir ki, “Ququ hanı?”. Qızılcada kiminsə kimisə vurmasını, dalaşmasını görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımırmış, aralarında heç bir düşmənçilik və ədavəti olmamış, 09.01.2018-ci il tarixdə saat təxminən 18 radələrində Gəncə şəhəri Mərkəzi Univermağının yanında olan vaxtı dostu Rasim özünə məxsus 055-604-04 mobil nömrə ilə istifadəsində olan nömrəyə zəng etmiş, Fariz adlı şəxsin pul mübahisəsi olmasını bildirmiş və onu X88 çağırmış, bir müddət keçdikdən sonra o, özünün idarə etdiyi VAZ-21014 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəmir yolu vağzalının yanına gəlmiş, bu zaman Ramoş ləqəbli Romellan qabaq tərəfdə, Rasif isə arxa oturacaqda əyləşmiş, onlar Qələbə parkının yanına getmiş, maşından düşərkən xeyli sayda adamların oraya toplaşdığını görmüş, orada onun tanıdığı şəxslərdən “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1, Vüsalın əmisi oğlu X28, Nəzər adlı şəxs, X32, qardaşı Təqsirləndirilən şəxs2, X41, qardaşı X33, “qadam” ləqəbli Kərimov İlham və digər adlarını bilmədiyi şəxslər toplaşmış, o, maşından düşən zaman Sərxan Səmədovun idarə etdiyi VAZ-2107 markalı qabaq seriyası 20-076 olan qara rəngli maşını görmüş, daha sonra isə orada toplaşmış şəxslərlə söhbətləşmiş, bu zaman onunla birlikdə gələn dostu Rasif “Püsük” ləqəbli şəxsdən nə olduğunu, toplaşmaq məqsədlərini soruşmuş, buna cavab olaraq isə “Püsük” ləqəbli şəxs “Ququ” ləqəbli Qurbanla Təqsirləndirilən şəxs2 arasında pul mübahisəsi olduğunu, o məsələnin həll olması üçün çağırıldığını demiş, daha sonra “Püsük” ləqəbli şəxsə zəng gəlmiş, tekstilniyə gəlməkləri deyilmiş və bu məlumatı Vüsal da təsdiqləmiş, X34 “ququ” ləqəbli Qurbanı ora söhbət etməyə çağırdığını demiş, Rasif, Romellan və Təqsirləndirilən şəxs2 ilə birlikdə ona məxsus maşınla deyilən ünvana getmişdirlər. Daha sonra onlara zəng gəldiyini, zəngdə 44 nömrəli məktəbin yanında polislərin püsükgili tutmaq istədiklərini, lakin hərənin bir yerə dağıldığını, eyni zamanda onların Göygöl rayonu, Qızılca kəndi ərazisinə getdiklərini və onlarında həmin əraziyə gəlmələrini deyilmiş, onlar deyilən yerə getmiş, lakin bir müddət gözləyib heç kimin gəlmədiyini gördükdən sonra Gəncə şəhəri istiqamətində qayıdarkən Qızılca yazısının yazıldığı yerdə qarşılarına təxminən 10-15 nəfər adam çıxmış, məcbur olub dayanmış, həmin vaxt maşından çoxlu adamlar düşmüş, bu şəxslərin arasından Şamil və Mirağanı tanımış və daha sonra hamı maşından düşmüş, Təqsirləndirilən şəxs2 Mirağadan ququnun harada olduğunu soruşmuş və daha sonra ququsuz niyə gədiklərini, söhbətin bu yerə ququnun gətirdiyini demiş, bu zaman qarşı tərəfdə adını sonradan polis şöbəsində bildiyi ağ saçlı Zərərçəkmiş şəxs Maarif oğlunun isə bir az yorğun və əzgin vəziyyətə Püsüyün harada olduğunu soruşmuş, qısa müddət keçdikdən sonra “Püsük” ləqəbli Vüsal Arzu ilə onların yanına gəlmiş, bu zaman həmin ağ saçlı Ruslan ucadan səs-küy salaraq nalayiq sözlər ilə Firdovsinin adını çəkmiş və Firdovsinin sözünü hamiya yedirdəcəyini demiş, buna görə isə Arzu ilə “Püsük” Ruslana Firdovsinin onların qardaşı olduğunu demiş, lakin Ruslan nalayiq sözlərini deməkdə davam etmiş, nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la əlbəyaxa olmuş, bu zaman havaya 2 dəfə atəş açılmış, lakin o, atəşin kimin tərəfindən açıldığını görməmiş, həmin vaxt Ramoş ləqəbli Romellan da havaya 1 dəfə atəş açmış və daha sonra hər kəs dağılmağa başlamış, oraya toplaşmış şəxslər hamının getməsini istəmiş, o, özünü itirdiyində görə öz maşını ilə deyil, başqa bir maşınla Gəncə şəhəri Dəmir yolu vağzalınının yanına gəlmiş, bu zaman o, davanın səbəbinin Farizlə ququ ləqəbli Qurban arasındakı pul söhbəti deyil, Gəncə şəhərinin avtoritetlər arasında nüfuz dairəsinə bölünməsi olduğunu bilmiş, Rasif ona məxsus maşınla və içərində olan Romellan yanına gələrək maşını ona vermiş, Rasif ona Romellanın onun maşınındakı silahla atəş açdığını və maşının üst hissəsinin deşildiyini demiş, Romellan ondan üzr istəmiş, maşının xərclərini ödəyəcəyini demiş, bir neçə gün keçdikdən sonra Gəncə şəhəri, “Pasyolka” və “Dəmir yolunda” yerləşən çayxanalarda danışılan söhbətlərdən ona 10 yanvar 2018-ci il tarixdə Göygöl rayonu, Qızılca kəndi ərazisində baş vermiş dava-dalaş zamanı “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 və Səmədov X24 Gəncəli tərəfindən gələn, adı sonradan Şahid12 məlum olmuş ağ saçlı X35 ilə mübahisə edib, dalaşaraq onu bıçaqla xəsarət yetirmələri məlum olmuş, o davaya “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən getmiş və dava zamanı heç kimi vurub xəsarət yetirməmiş, yalnız dalaşanları ayırmağa çalışdığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 09.01.2018-ci il tarixdə dostu Turalla çayxanada oturub çay içən vaxt zəng gəlmiş, dostu Təqsirləndirilən şəxs2 “Ququ” ləqəbli şəxslə sələmə pul verilməsinə görə mübahisəsi olduğunu və buna görə Göygöl rayonunun Qızılca kəndinə getməli olduqlarını bildirilmişdir. O, Turaldan ayrılıb evinə getmişdir. Dava-dalaş olacağını, onlara gücləri çata bilməyəcəyini və aralamaq məqsədi ilə X7 məxsus evin həyətində yerləşən və nisbətən hazır olmayan evin damında polietilen kisəyə gizlədib qoyduğu atası X5 yadigar qalmış, təxminən 3 il əvvəl luləsini kəsib gödəltdiyi qoşa lüləni götürüb əynində olan uzun paltonun içərisində gizlədərək evdən çıxmışdır. Taksiyə minmək üçün “Xan arxı” deyilən əraziyə getmiş, lakin həmin yerdə taksi tapa bilməyərək bir qədər irəli gedərək tanımadığı bir taksi avtomobilini saxlatmışdır. Həmin taksiyə onu Göygöl rayonunun, Qızılca kəndi ərazisinə aparmasını bildirmişdir. Göygöl rayonunun, Qızılca kəndi ərazisinə çatdıqda orada çoxlu sayda maşının dayanmasını görmüşdür. Həmin an orada təxminən hava qaranlıq olmasına baxmayaraq 15-20 nəfər adam olmuşdur. Həmin şəxslərin bir qismi bir-biriləri ilə əlbəyaxa olmuş, digər qismi isə aralaşdirırdılar. Bunu gördükdə o, öz qoşa lüləsindən iki dəfə göyə atəş açmışdır. Bundan sonra orada toplaşan şəxslər hərə bir tərəfə qaçmışdır. O, da bir qədər piyada şəhər istiqamətinə gəlmiş, sonradan qəbirstanlığın yanında dayanmış tanımadığı bir taksi maşınına minib Gəncəyə qayıtmışdır. O, maşından düşəndən sonra hasardan silahı tullamış, evə keçib orada heç kimin olmadığına əmin olduqda silahı dayısı yaşadığı evin yataq otağında paltarların altına qoymuşdur. 2-3 gün sonra o, Bakıya toy şənliyinə getmişdir. Sonra onu Gəncə şəhərində mərkəzi univermağın yanında polis əməkdaşları saxlamışlar. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, onu müstəntiq aldatmış və ifadəsini oxumadan imza etdirmişdir. O, Qızılca qəsəbəsinə tək getmiş, silahı götürməkdə məqsədi qorxutmaq olmuşdur. O, hadisə yerinə taksi ilə getmişdir. Havaya atəş açdığı qoşa lülə silahı isə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində qanunsuz tiryək saxladığına görə onun barəsində istintaq edilən cinayət işi ilə əlaqədar evində baxış keçirildiyi zaman polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 onun dostudur. Farizin əlində bıçaq görməmişdir. Ruslanın qaçdığını görməmişdir, belə ki, orada qarışıqlıq olduğu üçün hamı qaçırmış. Ruslanın vurulmasını görməmiş, lakin Ruslanla Farizin yaxalaşdıqlarını görmüşdür. O, heç kimin əlində bıçaq görməmişdir. Təqsirləndirilən şəxs1la tanışlıq münasibəti olubdur. Vüsalın mobil telefon nömrəsini bilməmişdir. Hadisə yerinə o, taksi ilə getmiş, onu evdən heç kim Mersedes markalı avtomaşın ilə götürməmiışdir. Qızılca qəsəbəsinə getdiyi taksi qara VAZ-2107 markalı avtomaşın olmuşdur. Taksidə ondan və sürücüdən başqa heç kəs olmamışdır. Hadisə günü Nəzər onun yanında olmamışdır. Mübahisə yerində təxminən 20 nəfər adam olmuş, həmin şəxslərin əlində silah və yaxud bıçaq olmamışdır. Hadisə yerində Fariz demişdir ki, “ququ hanı”, Ruslan da demişdir ki, “ququ gəlməyibdir”, Fariz isə “ququ gəlməyibsə siz nəyə gəlibsiz” demişdir. Ruslan Farizə cavabında bildirmişdir ki, “ququ ya mən fərqi yoxdur, nə sözün var de”. Bu söhbətdən sonra hamı bir-birinə girmiş, sonra o, atəş açmış və hamı qaçmışdır. Təqsirləndirilən şəxs1 və Nəzər hadisə yerində olmamış, əgər Vüsal və Nəzər hadisə yerində olsaydılar o, onları görərmiş. “Eka” ləqəbli şəxsi tanımır. Sonradan ona məlum olmuşdur ki, Ruslan həmin vaxt xəsarət alıbdır. Təqsirləndirilən şəxs1 xəsarət aldığını eşitməmişdir. O, Turalı yola salmış sonra evdən silahı götürmüş və tanımadığı taksiyə minib Qızılca qəsəbəsinə getmişdir. Mübahisə Fariz ilə “ququ” arasında olan sələm söhbətinə görə olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamış, 09.01.2018-ci il tarixə saat təxminən 20 radələrində yaşadığı evdə olduğu zaman ona dostu “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 əvvəli 055- 222 olan, davamını isə xatırlamadığı nömrədən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək onun harada olduğunu soruşmuş, Vüsalın problemi düşdüyünü və buna görə Göygöl rayonu Qızılca kəndinə getdiklərini bildirmiş, uşaqların onu evindən götürəcəyini bildirmiş, o, dava-dalaşın böyüyə biləcəyini və onların gücü çata bilməyəcəyini hesab edərək X7 məxsus evin həyətində yerləşən və nisbətən hazır olmayan evin damında polietilen kisəyə gizlədib qoyduğu atası X5 yadigar qalmış, təxminən 3 il əvvəl luləsini kəsib gödəltdiyi qoşa lüləni götürüb həyətin darvazasının arxasına qoymuş, onun dalınca gələcək adamları gözləmiş, az sonra qara rəngli “Panorama” Mercedes markalı maşının evlərinin qarşısında dayandığını görmüş, maşında onun tanışı Nəzər və başqa tanımadığı 3 nəfər orta bədən quruluşlu şəxs olmuş, o qundağı və patronlarla birlikdə lüləsi kəsik qoşa lüləli silahı götürmüş və maşının sərnişin tərəfindən arxa qapısını açıb əyləşmiş, maşında əyləşən şəxslər ondan silahın nə üçün lazım olduğunu soruşmuş, o da onlara lazım gəldikdə göyə atəş atacağını bildirmiş, yolda getdikdə Nəzər “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 ilə danışıb toplaşdıqları yeri soruşmuş, onlar Göygöl rayonu, Qızılca kəndi ərazisinə çatdıqda orada çoxlu sayda maşının dayanmasını görmüş, həmin an orada təxminən hava qaranlıq olmasına baxmayaraq əksəriyyətinin əllərində bıçaq olmaları aydın görsənən 35- 40 nəfər adam olmuş və onlar bir-biriləri ilə əlbəyaxada olmuş, bu zaman adı sonradan ona polisdən məlum olan Zərərçəkmiş şəxs Maarif oğlu uca səslə nalayiq söyüşlər söymüş və buna görə dava-dalaş qızışmış, bunu gördükdə o, öz qoşa lüləsindən iki dəfə göyə atəş açmış, bundan sonra orada toplaşan şəxslər hərə bir tərəfə qaçmış, o Zərərçəkmiş şəxs Maarif oğlunun Gəncə istiqamətində qaçdığını görmüş, sonradan onlar maşına minib Gəncəyə qayıtmış, o maşından düşəndən sonra hasardan silahı tullamış, evə keçib orada heç kimin olmadığına əmin olduqda silahı dayısı yaşadığı evin yataq otağında paltarların altına qoymuş, 2-3 gün sonra o, Bakıya toy şənliyinə getmiş, səhəri gün də Gəncə şəhərində Bağman adlanan ərazidə yerləşən çayxanadakı söz-söhbətdən hadisə günü dostu “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 ayaq nahiyyəsinə bıçaqla adını bilmədiyi “Eka” ləqəbli şəxsin vurmasını eşitmiş, hadisə zamanı Zərərçəkmiş şəxs Maarif oğlunu bıçaqla kim tərəfindən vurulmasını görməmiş, bu şəxsin kim olduğu barədə xəbəri olmamış, davadalaş zamanı ona yaxın olan şəxslərin Fariz və onun dostu Nəzər adlı şəxslər olduğunu bildirmişdir. Şahid6 həmçinin qeyd etmişdir ki, dostu “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 ona kimlə dalaşdığını deməmiş, mübahisə kiminsə sələmə pul götürməyinə görə düşmüş, patronların gilizlərini hadisə yerindən Gəncəyə qayıdan vaxt tanımadığı ərazinin yolunda atmış, havaya atəş açdığı qoşa lülə silahı isə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində qanunsuz tiryək saxladığına görə onun barəsində istintaq edilən cinayət işi ilə əlaqədar evində baxış keçirildiyi zaman polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında videorabitə kanallarından istifadə edilməklə videokonfrans rejimində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, İbtidi istintaq zamanı verdiyi ifadəni təsdiq etmir.-Mən hadisə yerində Təqsirləndirilən şəxs1 görməyib. Mübahisənin məğzi Farizlə Ququ arasında sələm pul söhbəti ilə əlaqədar olub.Ona Fariz zəng vurmuş və olduğu yerə çağırmışdır. O da,-hadisə yerində Tural, Romeş və Farizlə getmişdir. Vüsal isə orda olmayıb.-Hadisə yerinə, yəni Qızılcaya gedəndə kimsə Püsüy hardadı deyəndə “Fariz Püsüy yoxdu mən burdayam” demiş və məsələni sülh yolu ilə aydınlaşdırmağa çalışmışdır. Fariz ona zəng edib Turalı da götürüb gəlməsini xahiş etmişdir. O, da öz növbəsində Tural və Romeş birlikdə hadisə yerinə gedib. Qızılcada Farizlə Ruslan arasında mübahisə yaranmış və onlar bir-biri ilə əlbəyaxa dalaşan vaxt anidən atəş açılmışdır. Atəşin açılması səbəbi ilə də hamı dağlışmışdır. O atəş açan şəxsi görməsə də sonradan eşitmişdir ki, atəşi Sərxan adlı şəxs açıb.Farizlə Ruslan əlbəyaxa dalaşan vaxt Farizin qardaşı onları aralamış, mübahisəyə son qoyulmasına çalışmışdır.-O dava dalaşa qarışmamış, kənarda durmuşdur. Zərərçəkmiş şəxs Ruslanın hər hansı bir xəsarət almasını görməmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 da hadisə yerində görməmişdir. Hadisədən əvvəl mən X79 dostu Romeşlə birlikdə söhbət edib. Fariz ona zəng edib, Ququ ilə mübahisəsinin düşdüyünü Turala da zəng edib onunla birlikdə gəlməyimi bildirdikdən sonra Romeş və Turalla birlikdə Turalın avtomobili ilə Dəmiryolundan Qələbə parkın yanına gəlmişlər. O maşından düşmüş və Ruslana yaxınlaşıb salamlaşmışdır, həmin vaxt Ruslan telefonla danışırmış, Ruslanla salamlaşdıqdan sonra o çayçı tərəfə getmişdir. Bu vaxt Mirağa Farizə zəng vurmuş, bundan sonra onlar Turalın avtomobili ilə birinci Posyolka tərəfə sonra isə Qızılcaya getmişlər.Qızılcada tanıdığım şəxslərdən Fariz, Farizin qardaşı, Romeş və o olmuş, Vüsal isə orada olmayıbdır.O qızılcaya - Tural və Romeşlə birlikdə getmiş, Fariz isə onlardan əvvəl getmişdir. Qızılcaya çatanda Mirağanı da orada görmüşdür. Belə ki, Mirağa qarşı tərəfdən gəlmişdir. Sonra orada kiminsə Püsüy hanı ? deməsini eşitmiş, Fariz isə Püsüy yoxdur mən burdayam deyə cavab vermişdir. -Ruslan sələm alana və verənə söyüş söydüyü üçün mübahisə başlamış və dava düşmüşdür. O yalnız polis idarəsinə gələndə bilmişdir ki, dava vaxtı Qızılcada bıcaqlaşma olub.Hadisəndən təxminən 10 gün sonra həbs edilmişdir.Məhkəmənin diqqətinə çatdırmışdır ki, Farizlə Ruslanın mübahisə etdiyini görsə də, həmin davada təxmini 40- 50 nəfər bəlkə də daha artıq adam iştirak etdiyi üçün kimin hərəkətinin nədən ibarət olmasını görməyib.hadisə yerində Rəşad Böyükkişiyev adlı şəxsi görməyib Ümumiyyətlə həmin şəxsin kim olduğunu bilmir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Maarif oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ya ədavət olmamış, 09.01.2018-ci il tarixdə saat təxminən 18 radələrində tanışı “Ramoş” ləqəbli Romellan Ələddin oğlu ilə birlikdə Gəncə şəhəri, X79 dayanıb söhbət etdiyi zaman X21 onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə onun tanımadığı nömrədən zəng edib Fariz olduğunu bildirmiş, “Püsüyün” mübahisəsi olduğunu qeyd etmiş, Qələbə parkına gələ bildiyini soruşmuş, o, gələ biləcəyini söyləmiş, sonradan “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 zəng edib nə baş verdiyini soruşmuş, “Püsük” ona mübahisəsinin olduğunu demiş və Qələbə parkında Nəzərin çayxanasına çağırmış, öz maşını olmadığı üçün tanışı Tural Məcnun oğluna zəng edərək ona X88 gəlib onları aparmağa çağırmış, bir müddət sonra Tural VAZ-21014 markalı **-ND-*** dövlət qeydiyyat nışanlı avtomobillə gəlmiş, “Ramoş” ləqəbli Romellan qabaq, o isə arxa tərəfdə əyləşmiş, Qələbə parkına çatanda orada xeyli sayda adamların toplaşdığını görmüş, o, həmin şəxslərdən “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1, Vüsalın əmisi oğlu X14, Nəzər adlı şəxsi, Nazim adlı şəxsi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qardaşı X15, Feyzi-zadə Fariz Mübariz oğlunu, Fariz Feyzi-zadənin qardaşı X60 oğlunu, “Qadam” ləqəbli Kərimov İlhamı tanımış, digər 5-6 nəfərin kim olduğunu isə bilməmiş, orada həmçinin Sərxan Səmədovun idarə etdiyi VAZ-2107 markalı qabaq seriyası 20 olan qara rəngli maşını görmüş, hamıynan salamlaşdıqdan sonra “Püsük” ləqəbli Vüsaldan nə məsələ olduğunu soruşmuş, Vüsal “Ququ” ləqəbli Qurbanla Təqsirləndirilən şəxs2 arasında pul mübahisəsi olduğunu və bu məsələni həll etmək üçün yığışdıqlarını bildirmiş, sonradan “Püsük” ləqəbli Vüsala zəng gələrək onlardan tekstilniyə gəlməklərini istəmiş, X2 “Ququ” ləqəbli Qurbanı ora söhbət etməyə gətirdiyini bildirmiş, ora getməli olduqlarını demiş, onlar ora getsələr də, ora gələn olmamış, “Püsüyə” sonradan zəng gəlib 44 nömrəli məktəbin yanında polislər onları tutmaq istədiyinə görə söhbəti Göygöl rayonu Qızılca kəndi ərazisinə keçirməkləri deyilmiş, onlar Qızılca kəndinə gəlib bir müddət gözləmiş, lakin gələn olmadığına görə onlar geri dönmüş, Gəncə istiqamətində qayıdarkən Qızılca yazısı yazılan yerdə qarşılarına təxminən 10-15 ədəd maşın çıxdığına görə məcbur olub dayanmış, həmin maşınlardan çoxlu adamlar düşmüş, onların arasında o Şamil və Mirağa adlı şəxsləri tanımış, Təqsirləndirilən şəxs2 Mirağa Ağayevdən “Ququ”nun harada olduğunu və niyə gəlmədiyini soruşmuş, həmin zaman qarşı tərəfdən adı sonradan ona polis şöbəsində məlum olmuş ağ saçlı Zərərçəkmiş şəxs Maarif oğlu yorğun və əzgin vəziyyətdə “Püsüyün” harada və kim olmasını soruşmuş, “”Püsük” ləqəbli Vüsal Arzu ilə birlikdə 2-3 dəqiqədən sonra yanlarına gəlmiş, ağ saçlı Ruslan ucadan səs-küy salaraq nalayiq küçə sözləri ilə Firdovsinin adını çəkib Firdovsinin sözünü hamıya yedirdəcəyini demiş, buna görə də Arzu ilə “Püsük” Ruslana Firdovsinin onların da qardaşı olduğunu demiş, lakin Ruslan dayanmadan nalayiq sözlər işlətdiyi üçün Təqsirləndirilən şəxs2, Arzu Süleymanov və Təqsirləndirilən şəxs1 əlbəyaxa olmuş və həmin vaxt Vüsal əlindəki bıçaqla Ruslanın arxa sol nahiyyəsinə bir dəfə vurmuş, sonradan o Ruslanı hava qaranlıq olduğu üçün görməmiş, “Püsük” sonradan Mirağanın üstünə gedib onu bu qədər camaatın orada toplaşmasında, bu hadisələrin baş verməsində ittiham etmiş, sonradan havaya 2 dəfə odlu silahdan atəş açılmış və hamıdan dağılmağı istəmiş, həmin vaxt Romellan da üstündə gəzdirdiyi tapança ilə bir dəfə havaya, bir dəfə də maşının içərisində olan vaxt atəş açmış, həmin atəş Turalın maşınının patolokundan çıxmış, bu zaman Turalın maşınını o özü sürmüş, Təqsirləndirilən şəxs2 onun yanında qabaqda, Romellanla bir nəfər tanımadığı şəxs arxada oturmuş və onlar Gəncə şəhəri istiqamətində gəlmiş, həmin dava-dalaş zamanı davanın əsl səbəbi Farizlə “Ququ” ləqəbli Qurbanın arasında olan pul söhbəti yox, Gəncə şəhərinin avtoritetlər arasında nüfuz dairəsinə bölünməsi onlara məlum olmuş, o oradan maşını X88 sürmüş, Romellanla tanımadığı şəxsi Romellangilin küçəsində düşürtmüş, Turala maşını verib evə getmiş, 2-3 gün sonra “Püsük” ona ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp”-la zəng edərək Ruslanın payını aldığını və özünün də ayağından yüngül zərər aldığını bildirmiş, lakin kimin tərəfindən deməmiş, o dava-dalaş zamanı “Püsüyün” tərəfində getmiş, heç kimi vurub xəsarət yetirməmiş, yalnız dalaşanları aralamağa çalışmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid14 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur, oğlu Təqsirləndirilən şəxs2 2018-ci ilin yanvar ayının 9-da Göygöl rayonu, Qızılca kəndində baş vermiş bıçaqlanma hadisəsi zamanı orada olmuş, həmin hadisə ilə əlaqədar orada iştirak etmiş şəxslərin bir hissəsi cinayət məsuliyyətinə cəlb olunmuş, həmin vaxtlarda oğlu Təqsirləndirilən şəxs2 həmin hadisə ilə bağlı tutulacağını bilib evdən çıxıb getmiş, o, sonradan 2018-ci ilin aprel ayında oğlu Təqsirləndirilən şəxs2 barəsində axtarış verildiyini öyrənmiş, oğlunun hazırda harada olması barədə heç bir məlumatı olmamışdır. Şahid14 həmçinin bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 təxminən 1 il yarımdan çoxdur ki, görməmiş, sonuncu dəfə Farizi öz evində görmüş, Təqsirləndirilən şəxs2 ailə üzvləri ilə, yaxud hər hansı bir tanışı ilə əlaqə saxlayıb-saxlamamağı barədə hər hansı bir məlumatı olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.10.2018-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi” haqqında qərardan görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 221.2.1-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaq sənədlərindən 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca kəndində Zərərçəkmiş şəxs Maarif oğlunun bıçaqla ağır xəsarət alması və insanların kütləvi şəkildə əlbəyaxa olmaqla bir-birlərinə müxtəlif xəsarət yetirmələri, eləcə də, odlu silahlardan havaya atəş açmaqla bir-birlərinə hədə-qorxu gəlmələri ilə nəticələnmiş cinayət hadisəsinə görə Şahid12, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid6, X48, X9, X28, Şahid10 Lənkərən oğlu, X49, Şahid4, X29, X63, Şahid9, Şahid8, X40, Şahid11, X50 və digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1, 221.2.1 və 221.3-cü maddələri ilə 14 oktyabr 2018-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru X42 tərəfindən ayrıca icraata ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.10.2018-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4, 182.2.1, 182.2.2, 182.2.4 və 221.2.1-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin başlamasına əsas və səbəb Gəncə şəhər sakinləri X60 oğlu, X51, X58, X36, X37, X6, X43, X44 və X52 ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək tamah niyyəti ilə 15 may 2018-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər Natavan küçəsinin yaşayış sahəsi olmayan ərazisinə də yerləşən “Çəkillik” adlanan yerdə qrup üzvüləri ilə birlikdə X22 həyat sağlamlığı üçün təhlükəli zoraklıqla üzərinə basqın edib qəsdən əl və ayaq zərbələri ilə sonununcunun sağ göz ətrafı nahiyənin yumşaq toxmalarının əzniyi, hemotoması, alın, burun nahiyələrinin qançırları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səsəb olan yüngül dərəcəli xəsarət yetirməklə Ruslan Qurbanova məxsus olan xeyli miqdar təşkil edən 5500 manat dəyərində Mersedes-Benz 220 minik markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmələri və sonuncudan 11.000 manat pulu hədə qorxu ilə tələb etmələri olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2018-ci il tarixli “hadisə yerinin baxışının aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Göygöl rayonu, Qızılca kəndi ərazisində Daşkəsən rayonu istiqamətindəki yolun kənar hissəsidir. Baxış iştirakçısı X16 bildirmişdir ki, 09.01.2018-ci il tarixdə təxminən saat 22 radələrində təxminən 6-7 avtomobil sağ və sol tərəfdə dayanmış,həmin avtomobillərdən təxminən 30-40 nəfər şəxs düşərək uca səslə nalayiq ifadələr işlədib mübahisə etmişlər. Odur ki, həmin yerə gəlinmiş və həmin yerin Qızılca kəndi ərazisi olduğu, Gəncə-Daşkəsən avtomobil yolunun 9-cu kilomterliyində yerləşdiyi məlum olmuşdur. Hadisə yerinə baxış zamanı Daşkəsən rayonu istiqamətində yolun sağ tərəfində asfalt örtükdə və çınqıllı daşlardan ibarət ehtiyat hissədə qana bənzər ləkələr aşkar olunmuşdur.Həmçinin yolun sağ hərəkət ehtiyat hissəsindən sol ehtiyat hissəsinə tərəf 4 metr məsafədə qaz borusunun keçdiyi, həmin borunun üstündə və yaxınlığında olan yaşıllıq sahədə də qanabənzər ləkələr olduğu müşahidə edilmişdir.Hadisə yerində ərazinin müfəssəl müşahidəsi aparılmışdır. Yolun sağ və sol tərəflərində düzənlik, kiçik təpələrin olduğu görünmüşdür. Həmin yerdən təxminən 200-300 metr məsafədə yaşayış evləri olduğu müşahidə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 yanvar 2018-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqdim edilmiş maykaya, köynəyə və qəhvəyi rəngli qış gödəkçəsinə baxış zamanı həmin paltarların sağ yan tərəfində 10 sm ölçüdə kəsici-deşici alətlə yetirilmiş cırıq olduğu, bundan başqa göy rəngli cins şalvarın və göy rəngli tumanın arxa sol tərəfində 2 sm ölçüdə cırıq olduğu, həmçinin qara rəngli maykada, köynəkdə, göy rəngli tumanda, göy rəngli cins şalvarda qan ləkələri olduğu müşahidə edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2018-ci il tarixli avtomobilə baxış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, VAZ 21015 markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə Gəncə şəhər Kəpəz rayon polis idarəsinin həyətində baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, avtomobil ağ rəngli olmaqla VAZ 21015 markalıdır, avtomobilin yan güzgüləri qara rəngdədir, arxası nisbətən kəsik formalıdır və avtomobilin qabaq, arxa, yan tərəfində heç bir əzik, batıq aşkar edilmədi. Yalnız avtomobilin arxa sərnişin yerinin üst hissəsində güllə izi vardır, həmin iz güllənin avtomobilin salonundan atılmasını göstərir, belə ki, güllə izi avtomobildən havaya tərəf qabarıq formadadır. Bundan baqşa avtomobildən heç bir güllə izi aşkar edilmədi. Baxış keçirilmiş avtomobil dörd qapılıdır ibarətdir, avtomobilin sükanı sol tərəfdə yerləşir. Avtomobildə qabaq tərəfdə sürücüdən başqa bir nəfər sürücü üçün yer vardır, avtomobilin arxa oturacağı isə üç nəfər sərnişin əyləşməsi üçün nəzərdə tutulmuşdur. Avtomobilin qabaq hissəsində motorxana, arxa hissəsində is əl yüklərinin saxlanılması üçün baqaj vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi kriminalistik ekspertizasının 24.01.2018-ci il tarixli 32/2018 MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maarif oğluna məxsus maykanın ön sağ səthində bir ədəd, sviterin ön sağ səthində bir ədəd, gödəkçənin ön sağ yaxalığında bir ədəd, tumanın arxa sol səthində bir ədəd və şalvarın arxa sağ səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə, deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan, yastı tiyə tipli deşiçi-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs Maarif oğluna məxsus gödəkçənin sağ qoltuqaltı tikişi üzərində bir ədəd və boyun nahiyəsində olan etiketin sağ tikişi üzərində bir ədəd sökülmə zədələri aşkar olundu. Bu sökülmələr, gödəkçənin müvafiq nahiyəsinin küt qüvvəyə tətbiq etməklə gərilib-dartılma nəticəsində əmələ gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 13.02.2018-ci il tarixli 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maarif oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qarının sağ tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yaralarnması, nazik bağırsaq ilgəklərinin eventeraziyası, nazik bağırsağın, yoğun bağırsağın, böyük piyliyin, qara ciyərin yaralanması, daxili və xarici qanaxma, sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yaralanması, hemmorragik, travmatik şok-kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinə olunanın yuxarıda göstərmiş olduğu müddətə, yəni 09.01.2018-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olub sağlamlığıa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi bioloji eksertizasının 14.02.2018-ci il tarixli 38/2018- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Maarif oğlunun ABO sistemi üzrə qan qrupu B/İİİ/ dir. Zərərçəkmiş şəxs Maarif oğluna məxsus şalvar, köynək, mayka, trusik, gödəkçə, daş üzərində olan ləkələrdə və hadisə yerindən 08 ədəd pambıq çöplər üzərinə hopdurulub götürülmüş maddə ləklərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B antigeni və əksər ləkələrdə həmçinin alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B/İİİ/qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs Maarif oğluna məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02.03.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14.03.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02.03.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03.07.2012-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.05.2012-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1 maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 21 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.04.2018-ci il tarilxi qərardan görünür ki, 18 aprel 2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru X42 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.08.2018-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə” Göygöl Rayon Məhkəməsinin 4(066)-22/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu vaxtdan hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.08.2018-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə” Göygöl Rayon Məhkəməsinin 4(066)-21/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli tutulduğu vaxtdan hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30.04.2019-cu il tarixli qərardan görünür ki, 30 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 126.2.1, 221.2.1 və 221.3-cü maddələri istintaq edilən ********* nömrəli cinayət işinin istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən 03 ay, yəni 04 avqust 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31.08.2018-ci il tarixli 120-12215-1218 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər X27, X43 və X23 10 iyul 2018-ci il tarixdə X1 qətl hadisəsini törətməsi ilə nəticələnən Gəncə şəhər Mərkəzi meydanda baş vermiş kütləvi iğtişaşlarda sonuncu ilə birlikdə iştirakları müəyyən edilməsə də lakin X1 X27 ilə birlikdə 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca qəsəbəsində Zərərçəkmiş şəxs Maarif oğlunun bıçaqla ağır xəsarət alması və insanların kütləvi şəkildə əlbəyaxa olmaqla bir birilərinə müxtəlif xəsarət yetirmələri, eləcə də odlu silahlardan havaya atəş açmaqla bir birilərinə hədə-qorxu gəlmələri ilə nəticələnmiş cinayət hadisəsində iştirakları müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.01.2019-cu il tarixli qərardan görünür ki, 27 yanvar 2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru X42 tərəfindən Azərbaycan Respublikası CM-nin 126.2.1, 221.2.1 və 221.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.04.2019-cu il tarixli qərardan görünür ki, 17 aprel 2019-cu il tarixdə ********* nömrəli cinayət işinin icraatı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin sabiq baş müstəntiqi, polis mayoru X42 tərəfindən təzələnərək icraata qəbul edilərək istintaq aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.04.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16.04.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilərək tutulmuş və 17.04.2019-cu il tarixdə Gəncə şəhəri Nizami RPŞ-nə gətirilərək, həmin tarixdə saat 22- 00 radələrində Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertizasının 19.04.2019-cu il tarixli 493 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol said nahiyəsinin və qarın nahiyəsinin sağ yan səthinin kəsilmiş yaraları-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və hər biri ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol göz altı nahiyənin və sağ qulaq seyvanının ön səthinin qançırları isə-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.06.2019-cu il tarixli qərardan görünür ki, qeyd edilən cinayət hadisəsi Göygöl rayonu Qızılca kəndi ərazisində törədildiyindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X48, X9 və digər şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1, 221.2.1 və 221.3cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi istintaq aidiyyatı üzrə Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsi ilə Göygöl rayon Polis Şöbəsinə göndərilməsi barədə baş müstəntiq Samir Rüstəmov tərəfindən 05 iyun 2019-cu il tarixdə qərar qəbul edilsə də, Azərbaycan Respublikası Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun 20 iyun 2019-cu il tarixli qərarı ilə cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında qərar ləğv edilmiş və istintaqın davam etdirilməsi Gəncə şəhər Baş Polis idarəsinin İstintaq və Təhqiqat idarəsinə havələ edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30.07.2019-cu il tarixli qərardan görünür ki, 30 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 126.2.1, 221.2.1 və 221.3-cü maddələri istintaq edilən ********* nömrəli cinayət işinin istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən 03 ay, yəni 04 noyabr 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, ittiham aktından görünür ki, X3 və digərlərinin barələrində Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə X97 İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi X59 tərəfindən Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə X1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.3, 120.2.7, 120.2.10, 120.2.11, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.10, 29, 120.2.11, 181.2.1, 181.2.3, 181.2.4, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 221.3, 228.3, 228.4, 277, 278.2, 279.1-1, 281.2, 315.2-ci maddələri təqsirləndirlən şəxs qismində cəlb edilməsi haqqında 25 yanvar 2019-cu il tarixdə qəbul edilmiş qərarda 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca qəsəbəsində Zərərçəkmiş şəxs ağır xəsarət alması ilə nəticələnmiş cinayət hadisəsi üzrə Rəşad Böyükkişiyevin əməli Azərbaycan Respublikası 29,120.2.1-ci maddəsi kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.08.2019-cu il tarixli qərarlardan görünür ki, 05 avqust 2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsi ilə təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.1-ci maddəsindən həmin məcəllənin 29,120.2.1-ci maddəsinə tövsif edilmiş və həmin tarixdə aidiyyəti üzrə Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.11.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07.11.2019-cu il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhəri Nizami RPŞ-nə gətirilmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13.11.2019-cu il tarixli 4(014)-82/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13.11.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli 1(100)-96/2019 saylı hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.3, 120.2.7, 120.2.11, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7, 29.120.2.10,29,120.2.11, 181.2.1, 181.2.2, 181.2.3, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4, 214.2.1, 214.2.3, 214.2.6, 220.1, 221.3, 228.3, 228.4, 278.2, 279.1-1, 281.2 və 315.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, öldüyünə görə cəza təyin edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə - psixiatrik ekspertizasının 04.09.2019-cu il tarixli 473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs1 müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs1 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, hazırkı eskpertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı bir cinayət əməlini törətmədiyini, onun barəsində böhtan atıldığını söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının 04.09.2019-cu il tarixli 195a saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 ona şamil edilən cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 ona şamil olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə - psixiatrik ekspertizasının 28.11.2019-cu il tarixli 643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. S Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs2 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, hazırkı eskpertiza zamanı aktiv surətdə müdafiə olunaraq hər hansı bir cinayət əməlini törətmədiyini bildirməsi, sadəcə davada iştirak etdiyini söyləməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş məhkəmə-psixoloji ekspertizasının 28.11.2019-cu il tarixli 253 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 ona şamil edilən cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 ona şamil olunan cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.09.2019-cu il tarixli 120-20057-1219 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 09 yanvar 2018-ci il tarixdə Göygöl rayonu Qızılca kəndi ərazisində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirilməsi faktında cinayətin əsas iştirakçıları olmuş və əllərində olan bıçaqla zərərçəkmiş şəxsə xəsarətlər yetirmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 28.11.2019-cu il tarixli 222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 28.11.2019-cu il tarixli 221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.02.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Nizami rayonu, Bakı küçəsi ev 71 ünvanında yaşamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.01.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.01.2020 ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.12.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.11.2015ci il təvəllüdlü X74 Səmədovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.03.2020-ci il tarixli qərarlardan görünür ki, 03 mart 2020-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.7 və 221.3-cü madddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18.03.2020-ci il tarixli məktubdan görünür ki, 18 mart 2020-ci il tarixdə ********* nömrəli cinayət işi ittiham aktı ilə birlikdə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01.06.2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23.07.2020-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2 və 221.3-cü madddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara yenidən ittiham elan edilmişdir. Cinayət işi üzrə aparılmış istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmiş və barələrində aparılmış cinayət işi üzrə icraata xitam verilmişdir. İş üzrə maddi sübutlar: Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd tuman, bir ədəd sviter, bir ədəd şalvar və bir ədəd gödəkçə Gəncə şəhər prokurorluğunun inzibati binasında maddi sübutlar otağında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cinayət iş üzrə şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi və notarial qaydad təsdiq edilmiş ərizsəindən görünür ki, onun Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məhkəmə istinatqında vermiş olduğu ifadədə hadisə yerində olmamasına, zərərçəkmşi şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsinə, Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqında verdiyi ifadəsində zərərçəkmşi şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsinə dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (ifadələr, istintaq hərəkətlərinin protokolları və s.) təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə, Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibi vardır. Eyni zamanda məhkəmə vurğulayır ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 29,120.2.1 və 29,120.2.2 maddələrində nəzərdə tutulan cinayətin əlamətlərinin olması qənaətinə gəlməklə səhvə yol vermişdir. Belə ki, ibtidai istintaq orqanı yuxarıda adları qeyd edilən şəxslərin qəsdən, xuliqanlıq niyyətilə, cinayətdə iştirakçılığın bir qrup şəxs formasında birləşib zərərçəkmiş Zərərçəkmiş şəxs öldürülməsindən ibarət nəticənin əldə edilməsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digər şəxsin biri biri ilə kriminal əməlin törədilməsinə yönələn fəaliyyət birliyinin nədə təzahür olunduğunu, onların vahid psixoloji birliyə malik olan iştirakçılar qismində birləşdiyini, hər birinin mənafelərinin üst-üstə düşdüyünü, hər bir iştirakçının hərəkətinin başqasının hərəkəti üçün şərt olduğunu və bir-birini tamamladığını, kriminal əməlin, yaxud da ictimai təhlükəli nəticənin bütün iştirakçılar üçün ümumi olmasını, habelə hər bir iştirakçının əməli ilə kriminal nəticə (Zərərçəkmiş şəxs qəsdən öldürülməsi) arasında səbəbli əlaqənin mövcud olmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu özünün 12 dekabr 2012-ci il tarixli "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarında da eyni mövqedən çıxış etmişdir. Belə ki sözügedən qərarın 5-ci bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu qeyd etmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bundan başqa məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.2, maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqında bu ittihamların təsdiq edilməsinə dair əsaslı sübutlar müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin müəyyən etdiyi hallara uyğun olaraq yol verilən hüquqa zidd əməllər 40-50 nəfərdən ibarət iki qrupun biri biri ilə qarşılıqlı dava-dalaş etməsi şəraitində baş vermişdir. Qeyd olunanların fonunda gözə görünən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağırlaşdırıcı hallarda xuliqanlıq etməsindən, hər iki şəxsin cinayətdə iştirakçılığın bir qrup şəxs formasında birləşib zərərçəkmişə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə yançağından və qarnından bıçaq zərbəsi vurulmasından ibarət kriminal nəticənin baş verməsidir. Məhkəmə vurğulayır ki, bu halın baş verməsi özlüyündə V.Sülüymanovun və Təqsirləndirilən şəxs2 zərər çəkmiş Zərərçəkmiş şəxs qəsdən öldürmək istəməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə baxışı iclasında tədqiq edilmiş Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsinə nəzər salsaq, şahidin hadisədən 2-3 gün sonra “Püsük” ləqəbli Təqsirləndirilən şəxs1 onunla ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp”-la tətbiqi vasitəsilə danışaraq Ruslanın payını aldığını və özünün də ayağından yüngül zədələndiyini bildirməsinə dair xüsusat diqqət çəkir. Buradan aydın olur ki, Təqsirləndirilən şəxs1 telefonla danışığında öz məqsədinə çatdığının, yəni Ruslanın payının verildiyini vurğulayır, bununla da öz üstünlüyünü nümayiş etdirir. Baş vermiş hüquqazidd əməllərin törədilmə üsullarını, şəraiti, təqsirləndirilən şəxslərin hadisədən əvvəlki və sonrakı hərəkətlərini qarşılıqlı şəkildə müqayisə etdikdə tam aydın olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən yolverilən hüquqazidd əməllər zərərçəkmiş Zərərçəkmiş şəxs öldürülməsi ilə qətiyyən əlaqəli olmamışdır. V.Süyeymanovun, həmçinin Fariz Səmədoivun ən ümdə məqsədi öz üstünlüklərinin nümayişi və bunun fonunda Zərərçəkmiş şəxs gözdağı verilməklə “cəzalandırılması” (məxsusi olaraq yançağından vurulması) olmuşdur. Məhkəmə bir daha vurğulayır ki, qeyd olunan hərəkətlərin baş verməsi qətiyyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qəsdən öldürmək istəməsi kimi qiymətləndirilə bilməz. Bir daha qeyd olunmalıdır ki, baş vermiş hüquqazidd hərəkətlər iki qrupun qarşılıqlı davası şəraitində baş vermişdir. Belə şəraitdə ibtidai istintaq orqanı daha mötəbər və tutarlı sübut təqdim edə bilməmiş, mülahizələrə əsasən təqsirləndirilən şəxslərə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-in 29, 120.2.1 və 29,120.2.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən sübutlar qeyd olunan ittihamın sübuta yetirilməsinə xidmət edə bilməz. Bu tip sübutlarla şəxsə ittiham elan edilməsini qanunvericilik birmənalı qadağan edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual-Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Həmçinin Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə vurğulayır ki, sübutetmə predmeti iş üzrə müəyyən edilməli olan halların elə məcmusundan ibarətdir ki, belə məcmu olmadan əsaslandırılmış və qanuni hökmün çıxarılmasına nail olmaq mümkün deyildir. Buna görə də cinayət mühakimə icraatında obyektiv həqiqətin müəyyən edilməsi zamanı hər bir konkret cinayət işi üzrə sübutetmə predmetinin düzgün müəyyən edilməsinin mühüm təcrübi əhəmiyyəti vardır. Eyni zamanda da cinayət-prosessual qanunvericilik təhqiqat, ibtidai araşdırma aparılarkən cinayət işinə məhkəmədə baxılarkən bir sıra halların mütləq mənada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, göstərilənləri və Azərbaycan Respublikası CPM-in 318-ci maddəsini rəhbər tutub məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli (zərərçəkmiş Zərərçəkmiş şəxs ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd olunması epizodu üzrə) ittiham olunduğu Azərbaycan Respublikası CM-in 29, 120.2.1 və 29, 120.2.2, maddələrindən Azərbaycan Respublikası CM-in 126.2.1 və 126.2.4-cü maddələrinə tövsif olunmalıdır. Bununla belə təqsirliliyi sübuta yetirildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə onların yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunmaları və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bu səbəbdən Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o dərhal məhkəmə zalından həbsə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxsin ona qarşı hər-hansı şikayət və ya tələbinin olmamasını, onunla barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61cu maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 03.07.2012-ci il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.05.2012-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab edilir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddəti təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1,126.2.2, 126.2.4, 221.3 maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.04.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16.04.2019-cu il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində müəyyən edilərək tutulmuş və 17.04.2019-cu il tarixdə Gəncə şəhəri Nizami RPŞ-nə gətirilərək, həmin tarixdə saat 22- 00 radələrində Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.11.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07.11.2019-cu il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhəri Nizami RPŞ-nə gətirilmiş və həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13.11.2019-cu il tarixli 4(014)-82/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri qərarı ləğv edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13.11.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 07.11.2019-cu il tarixdən 13.11.2019-cu il tarixədək bu iş üzrə cəmi 7 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 16.04.2019-cu il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq cəzanı çəkməlidirlər, belə ki, onların islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onların cinayət məsuliyyətindən və ya cəzadan azad edilmələrinə əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsas yoxdur. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunun maddi subutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd tuman, bir ədəd sviter, bir ədəd şalvar və bir ədəd gödəkçə qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu 16 aprel 2019cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 07.11.2019-cu il tarixdən 13.11.2019-cu il tarixədək bu iş üzrə cəmi 7 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 6 il 5 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 26 aprel 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər prokurorluğunun maddi subutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd tuman, bir ədəd sviter, bir ədəd şalvar və bir ədəd gödəkçə qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-8/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-8/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver