Məhkəmə qərarları › İş №1(100)-8/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-8/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-8/2023 09.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi X3, Təqsirləndirilən şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1985-ci ildə Yardımlı rayonu, Ərsilə kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada sürücü işləmiş, Yardımlı rayonu, Ərsilə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə Gürcüstanın Poti şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə siqaret, dərman vasitələri və mobil telefonlardan ibarət xeyli miqdarda malların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi və bilə-bilə külli miqdarda qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədilə daşınaraq saxlanılması və həmin malların cinayətkar qrupun Azərbaycan Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvünə çatdırılması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, ümumi cinayətkar niyyətə uyğun olaraq həmin tarixdə Gürcüstanın Poti şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvündən 1200 konvalyut “Nexium 40 mg”, 1190 konvalyut “Diltizem 60 mg”, 1200 konvalyut “Diltizem 90 mg”, 29 qutu “Mirena 52 mg”, 22 qutu “Triplexam 10 mg 2.5/10 mg”, 50 konvalyut “Xarelto 15 mg”, 160 konvalyut “Xorelto 20 mg”, 164 flakon “Dostinex 0,5 mg”, 180 konvalyut “Roaccutane 20 mg”, 10 ədəd “Enbrel 50 mg”, 60 konvalyut “Arimidex 1 mg”, 51 qutu “Pentasa 500 mg”, 120 konvalyut “Janumet 50/100 mg”, 410 konvalyut “Femara 2,5 mg”, 50 konvalyut “Oseflu 75 mg”, 90 konvalyut “Jardiance 25 mg”, 39 konvalyut “Forziga 10 mg”, 20 flakon “Canhera 150 mg”, 300 konvalyut “Alfamet 250 mg”, 110 konvalyut “Januvia 100 mg”, 8400 konvalyut “Anaprilin 40 mg”, 232 konvalyut “Galvus met 50 mg”, 230 konvalyut “İmuran 50 mg”, 1620 konvalyut “X26 50 mg/1000 mg”, 136 konvalyut “Anafranil 75 mg”, 150 konvalyut “Anafranil 25 mg” göstəricili, bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş ümumilikdə külli miqdarda - 60254,3 manat dəyərində dərman vasitələrini əldə edərək qəsdən satış məqsədi və tamah niyyəti ilə saxlamış, eyni zamanda Gürcüstanın Poti şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvündən həmçinin 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla ümumilikdə 100000 manat dəyərində cəmi 38 ədəd mobil telefonu və ümumilikdə 1920 manat dəyərində 320 qutu “X30” markalı siqareti təhvil almış, qeyd edilən tarixdə həmin siqaretlər, dərman vasitələri və mobil telefonlardan 18 ədədi malları təhvil aldığı cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan həmin üzvü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan soya yükünün altında və qeyd edilən mobil telefonların 20 ədədi isə Təqsirləndirilən şəxs özü tərəfindən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin kabinəsindəki yataq yerinin divarının arxasında gizlədilərək satış məqsədi ilə saxlanılmış, Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə, saat 03:10 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda cəmi xeyli miqdarda – 162174,3 manat dəyərində qeyd edilən malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir və ailə üzvləri ilə birlikdə Yardımlı rayonu, Ərsilə kəndində yaşayır. 2020-ci ilin mart ayının əvvəllərindən müxtəlif şirkətlərə və ya şəxslərə məxsus müxtəlif markalı və dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələrini etibarnamə əsasında idarə etməklə, yəni sürücü işləməklə yük daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Apardığı hər yük reysinə görə də ona zəhmət haqqı olaraq 250-300 manat məbləğində pul ödənilmişdir. 2020-ci ilin noyabr ayından fiziki şəxs – Azərbaycan Respublikası vətəndaşı Şahid6 İzafəddin oğluna məxsus “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmişdir. Daşıyacağı yükləri yük nəqliyyat vasitəsinin sahibi təyin etmiş və ona hər reys üçün məsafədən asılı olaraq 250-300 manat məbləğində pul vermişdir. Gürcüstanın Tiflis şəhərinə yük apardıqda ona zəhmət haqqı olaraq 250 manat, Gürcüstanın Poti şəhərinə yük apardıqda isə ona zəhmət haqqı olaraq 300 manat məbləğində pul ödənilmişdir. 2021-ci ilin yanvar ayının ortalarında “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Şahid6 İzafəddin oğlu onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq “qlinkel" yükünü Gürcüstanın Rustavi şəhərinə aparmalı olacağını, Gürcüstanın Poti şəhərində “soya” yükünü təhvil alıb Azərbaycan Respublikasına gətirməli olacağını və bununla bağlı zəhmət haqqı olaraq ona 300 manat məbləğində pul verəcəyini demişdir. O da Şahid6 bu təklifi ilə razılaşmışdır. Bundan sonra 11 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonuna gəlmiş və həmin gün etibarnamə əsasında idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **- OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Gürcüstanın Rustavi şəhərinə aparıb təhvil verməli olacağı “qlinkel” yükü yüklənmişdir. Həmin günün səhərisi, yəni 12 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində “qlinkel” yükü dolu vəziyyətdə olan “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. 13 yanvar 2021-ci il tarixdə, saat 14:30 radələrində “qlinkel” yükü dolu vəziyyətdə olan “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna çatmış və həmin gün saat 16:10 radələrində qeyd edilən postdan keçməklə Gürcüstanın Rustavi şəhərinə getmişdir. 15 yanvar 2021-ci il tarixdə, saat 10 radələrində Gürcüstanın Rustavi şəhərinə çatmış və “qlinkel” yükünü təyinatı üzrə həmin yükü idxal edən şirkətin anbarına boşaltmışdır. Daha sonra 15 yanvar 2021-ci il tarixdə, saat 20 radələrində Azərbaycan Respublikasına aparılacaq “soya" yükünü götürmək üçün Gürcüstanın Poti şəhərində olan Poti limanına getmişdir. 16 yanvar 2021-ci il tarixdə “soya” yükünün yüklənməsi ilə əlaqədar Poti limanında olarkən əvvəllər tanıdığı, yəni 2020-ci ilin təxminən oktyabr ayında Poti limanında tanış olduğu, Poti limanında dəqiq olaraq nə işlə məşğul olduğunu bilmədiyi, 35-40 yaşlı, təxminən 170 santimetr hündürlükdə, arıq bədən quruluşlu, sarıyanız, Gürcüstan vətəndaşı Qori adlı şəxslə görüşmüşdür. Görüşləri zamanı Qori adlı şəxs aparacağı “soya” yükünün altında Azərbaycan Respublikasına mobil telefon, siqaret və dərman yüklərini aparmağı ona təklif etmişdir. Qori adlı şəxs əvvəllər də ona bu təklifi etmiş, lakin həmin vaxtlar razılaşmamışdır. Sonuncu dəfə Qori adlı şəxs mobil telefon, dərman vasitələri və siqaret yüklərini ondan təhvil alacaq şəxsin ona istəyəcəyi qədər məbləğdə pulu verəcəyini demişdir. Maddi cəhətdən çətinlik çəkdiyi və tamahına hakim ola bilmədəyi üçün Qori adlı şəxsin bu təklifinə öz razılığını vermişdir. Söhbətləri zamanı Qori adlı şəxs görəcəyi işə görə ona konkret olaraq nə qədər məbləğdə pul veriləcəyini deməmiş, özü də Qori adlı şəxsdən bunu soruşmamışdır. Sadəcə Qori adlı şəxsin veriləcək pulun onu qane edəcəyini bildirməsinə inandığı üçün bu barədə Qori adlı şəxslə hər hansı başqa söhbətləri olmamışdır. Qori adlı şəxsdən sonuncunun verəcəyi mobil telefon, siqaret və dərman vasitələri yüklərini Azərbaycan Respublikasında kimə təhvil verməli olacağını soruşmuşdur. Qori adlı şəxs də təhvil verəcəyi dərman vasitələrini, mobil telefonları və siqaretləri Azərbaycan Respublikasının gömrük sərhədindən problemsiz keçirib Azərbaycan Respublikasına, Bakı şəhərinə çatdıqdan sonra Bakı şəhərində adını bilmədiyi, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan şəxsin və qeyd edilən şəxsin şəriki Əli adlı şəxsin təhvil alacaqlarını ona demişdir. Lakin Qori adlı şəxs Əli adlı şəxsin mobil telefon nömrəsini ona deməmişdir. O, Qori adlı şəxslə razılaşmışdır. Bundan sonra Qori adlı şəxs qara sellofan paketlərdə göndərmək istədiyi mobil telefon, dərman vasitələri və siqaret yüklərini gətirib Gürcüstanın Poti limanında onun idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan “soya” yükünün altında gizlətmişdir. X20 limanında idarə etdiyi nəqliyyat vasitəsinə möhür vurulmuşdur. İdarə etdiyi nəqliyyat vasitəsinə möhür vurulduqdan sonra Qori adlı şəxs əlavə olaraq göndərmək istədiyi 20 ədəd mobil telefonun qaldığını ona bildirmiş və əlavə olaraq qara sellofan torbada 20 ədəd “İphone Pro” markalı mobil telefon vermişdir. O da Qori adlı şəxsdən təhvil aldığı qara rəngli sellofan torbada olan 20 ədəd “İphone Pro” markalı mobil telefonu idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində divarın arxasında gizlətmişdir. 17 yanvar 2021-ci il tarixdə, saat 11 radələrində Poti limanından Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. Gürcastanın gömrük sərhədindən keçərkən hər hansı problemlə üzləşməmiş və idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş mobil telefon, siqaret və dərman vasitələri yükləri aşkar edilməmişdir. 18 yanvar 2021-ci il tarixdə, saat 03:10 radələrində Azərbaycan Respublikasının gömrük sərhədinə çatmış və “Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. Nəqliyyat vasitəsində olan yükün sənədlərini gömrük əməkdaşına təqdim etmiş və nəqliyyat vasitəsinə vizual baxış keçirildikdən sonra gömrük əməkdaşı ona gedə biləcəyini demişdir. Gömrük postundan çıxıb rentgen nəzarətindən keçmək üçün getmək istəyərkən bir nəfər ona yaxınlaşaraq gömrük əməkdaşı olduğunu və idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçiriləcəyini demişdir. Həmin gömrük əməkdaşı idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməyən hər hansı predmetin olub-olmadığını ondan soruşmuş, o da idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməyən hər hansı predmetin olmadığını və idarə etdiyi qeyd edilən nəqliyyat vasitəsinə baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**- ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi rentgen müayinəsindən keçirilmiş və bir neçə şəxs nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. Baxış zamanı ilk öncə idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinəsindəki divarın arxasında gizlətdiyi mobil telefonlar aşkar edilmiş və daha sonra idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilmişdir. Baxış zamanı idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindəki “soya” yükünün altında gizlədilmiş, sellofan torbalarda olan dərman vasitələri, mobil telefonlar və siqaretlər də aşkar edilmişdir. Aşkar edilmiş malllar, yəni mobil telefonlar, siqaretlər və dərman vasitələri “Qırmızı Körpü” gömrük postuna aparılmışdır. İdarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gizlədilmiş mobil telefonlar, siqaretlər və dərman vasitələrinin aşkar edildiyini görüb həyəcanlanmış və bu səbəbdən boşluq yarandığını görüb qaçaraq yaxınlıqda olan kəndə girmişdir. Bir qədər sonra qaçmağın düzgün addım olmadığını başa düşüb magistral yola çıxmışdır. Magistral yola çıxdıqdan bir qədər sonra yanında bir maşın saxlamış və onu yenidən gömrük postuna aparmışlar. “Qırmızı Körpü” gömrük postunda idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin kabinəsindəki divarın arxasından və yük yerindəki “soya” yükünün altından aşkar edilmiş malların 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla ümumilikdə cəmi 38 ədəd mobil telefon, 1200 konvalyut “Nexium 40 mg”, 1190 konvalyut “Diltizem 60 mg”, 1200 konvalyut “Diltizem 90 mg”, 29 qutu “Mirena 52 mg”, 22 qutu “Triplexam 10 mg 2.5/10 mg”, 50 konvalyut “Xarelto 15 mg”, 160 konvalyut “Xorelto 20 mg”, 164 flakon “Dostinex 0,5 mg”, 180 konvalyut “Roaccutane 20 mg”, 10 ədəd “Enbrel 50 mg”, 60 konvalyut “Arimidex 1 mg”, 51 qutu “Pentasa 500 mg”, 120 konvalyut “Janumet 50/100 mg”, 410 konvalyut “Femara 2,5 mg”, 50 konvalyut “Oseflu 75 mg”, 90 konvalyut “Jardiance 25 mg”, 39 konvalyut “Forziga 10 mg”, 20 flakon “Canhera 150 mg”, 300 konvalyut “Alfamet 250 mg”, 110 konvalyut “Januvia 100 mg”, 8400 konvalyut “Anaprilin 40 mg”, 232 konvalyut “Galvus met 50 mg”, 230 konvalyut “İmuran 50 mg”, 1620 konvalyut “X26 50 mg/1000 mg”, 136 konvalyut “Anafranil 75 mg”, 150 konvalyut “Anafranil 25 mg”, 105 konvalyut “Plaguenil 200 mg” göstəricili dərman vasitələri və 320 qutu “X30” markalı siqaret olduğu məlum olmuşdur. Bununla bağlı protokol tərtib edilmiş, o, da həmin protokolla tanış olub imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, Qori adlı şəxsin mobil telefon nömrəsi digər mobil telefonunda olmuşdur. Həmin mobil telefonu gömrük əməkdaşları onu saxlayandan sonra onların xəbəri olmadan yaxınlıqda olan su gölməçəsinə atmışdır. Lakin gömrük əməkdaşları axtarsalar da, həmin mobil telefonu tapmamışlar. Qori adlı şəxs milliyyətcə gürcü olsa da, onunla türk dilində ünsiyyət saxlamışdır. Qori adlı şəxs ona rahat şəkildə rentgen müayinəsi zamanı heç bir problemin olmayacağını demişdir. Buna görə də onda arxayınçılıq yaranmışdır. Həmçinin onu da bildirir ki, dərman vasitələrinin, mobil telefonların və siqaretlərin qaçaqmalçılığı ilə bağlı Qori adlı şəxsdən başqa hər hansı digər şəxslə, o cümlədən etibarnamə əsasında idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Şahid6 İzafəddin oğlu və “soya” yükünün idxalatçısı – "xxxx" MMC-nin təsisçisi X18 ilə qabaqcadan hər hansı razılığa gəlməmişdir. Şahid6 və Rauf Nəzərovun törədəcəyi cinayət əməlləri barədə qabaqcadan hər hansı məlumatları da olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, əvvəlki verdiyi ifadələrində Qori adlı şəxsdən ümumilikdə 38 ədəd deyil, 44 ədəd “İphone Pro” markalı mobil telefon təhvil aldığını göstərsə də, sonradan o, həmin telefonların sayını düşünüb dəqiqləşdirdikdən sonra yadına salmışdır ki, həmin telefonların sayı həqiqətən də 38 ədəd olmuşdur və telefonların sayının 38 ədəd olması ilə bağlı heç bir mübahisə yoxdur. Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair tərtib edilmiş 18 yanvar 2021-ci il tarixli protokolda da aşkar edilərək götürülmüş mobil telefonların sayının 38 ədəd olduğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərmişdir ki, Qori adlı şəxsin dediyinə görə ona təhvil verdiyi dərman vasitələrini, mobil telefonları və siqaretləri Azərbaycan Respublikasının Bakı şəhərində adını bilmədiyi, ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi olan şəxs və qeyd edilən şəxsin şəriki Əli adlı şəxs təhvil almalı olmuşdur. Bu barədə Qori adlı şəxs dərman vasitələrini, mobil telefonları və siqaretləri Gürcüstanda ona təhvil verərkən demişdir. 18 yanvar 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyi mallar aşkar edildikdən sonra ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etsə də, qeyd edilən mobil telefon nömrəsinin işləmədiyini, yəni həmin telefon nömrəsinə zəng çatmadığını görmüşdür. Bundan sonra 20 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəçisinin şəxsiyyəti ona bəlli olmayan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Gürcüstandan gələn dərman vasitələrinin gömrük əməkdaşları tərəfindən saxlanılması barədə məlumat verərək qeyd edilən şəxsin və onun şəriki Əli adlı şəxsin onunla əlaqə saxlamalarını və ortaya çıxıb ona köməklik etmələrini, ortaya çıxmayacaqları təqdirdə onlar barəsində araşdırma orqanına məlumat verəcəyini bildirmişdir. Daha sonra 21 yanvar 2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ***-***-**-** saylı mobil telefon nömrəsinin şəxsiyyəti ona bəlli olmayan istifadəçisi olan bir nəfər kişi cinsli şəxslə mobil telefon vasitəsi əlaqə saxlaya bilmişdir. Danışıqları zamanı qeyd edilən şəxs Qori və Əli adlı şəxsləri tanımadığını, aşkar edilərək götürülmüş dərman vasitələrinin, siqaretlərin və mobil telefonların da ona hər hansı aidiyyətinin olmadığını, qeyd edilən məsələ ilə bağlı onu bir daha narahat etməməsini demişdir. Sonradan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamaq istəsə də, qeyd edilən mobil telefon nömrəsinə daha sonra bir neçə dəfə zəng etsə də, həmin mobil telefon nömrəsinə zəng çatmamış və buna görə də qeyd edilən şəxslə daha sonra hər hansı ünsiyyəti də olmamışdır. Qori adlı şəxs Əli adlı şəxsin mobil telefon nömrəsini ona demədiyi üçün də Əli adlı şəxslə də ünsiyyət saxlaya bilməmişdir. Eyni zamanda qeyd edir ki, ona qarşı Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddianı qəbul edir, mülki iddianın təmin edilməsinə etiraz etmir və 22382,56 manat pulu ödəməyə razıdır. O, törətdiyi cinayət əməlindən peşmandır. Onun himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, bundan başqa onkoloji xəstə olan atasının və ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onların qeyd edilən cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinin əməliyyat müvəkilli işləyir. 17 yanvar 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi əməliyyat şöbəsinə “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində dərman vasitələrinin və mobil telefonların gətiriləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi tərəflərindən nəzarətə götürülmüşdür. 18 yanvar 2021-ci il tarixdə, saat 03:10 radələrində “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. O da kənardan qeyd edilən nəqliyyat vasitəsini müşahidə etməyə başlamışdır. Daha sonra “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, əvvəllər tanımadığı, adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs mal-müşayiət sənədlərini gömrük əməkdaşı Şahid2 təqdim etmiş və ilkin gömrük nəzarətindən keçmişdir. İlkin gömrük yoxlaması zamanı qeyd edilən nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməyən hər hansı predmet aşkar edilməmişdir. Lakin “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində dərman vasitələrinin və mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olduğu üçün həmin nəqliyyat vasitəsi gömrük postu ərazisini tərk etmək istəyərkən tərəfindən saxlanılmış və qeyd edilən yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs qeyd edilən yük nəqliyyat vasitəsini rentgen müayinəsindən keçirilməsindən ötrü “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən rentgen aparatına aparılmasını bildirmişdir. Təqsirləndirilən şəxs onların müşayiəti ilə idarə etdiyi “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini rentgen müayinəsindən keçirilməsindən ötrü “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən rentgen aparatına aparmışdır. Rentgen müayinəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində və yük yerində şübhəli cizgilər aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da idarə etdiyi “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını ona demişdir. Bundan sonra iki nəfər hal şahidi dəvət edib onlara hüquq vəzifələrini izah edərək, həmin hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə tərəfindən baxış keçirilməyə başlamışdır. İlkin olaraq nəqliyyat vasitəsinin kabinəsinə tərəflərindən baxış keçirilmişdir. Kabinədə ilk baxışdan hər hansı predmet aşkar olunmamışdır. Lakin kabinədə olan yataq yerinin divarının arxasına baxdıqda orada mobil telefonların saxlanıldığını aşkar etmiş və həmin mobil telefonları oradan çıxartmışdır. Sonra qeyd edilən yük nəqliyyat vasitəsinin yük yerinə vurulmuş möhür tərəflərindən qırılmış və yük yerində olan tenti açaraq orada olan “soya” yükünün altına baxış keçirilmişdir. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı orada olan “soya” yükünün altında qara sellofan paketlərin olduğu tərəfindən aşkar edilmiş və həmin sellofan paketlər soya yükünün altından çıxarılmışdır. Qeyd edilən sellofan paketlərə ilkin baxış zamanı həmin sellofan paketlərdə dərman vasitələrinin, siqaretlərin və mobil telefonların olduğunu müəyyən etmişlər. Sellofan paketləri soya yükünün altından çıxardıqları ərəfədə Təqsirləndirilən şəxs yaranmış boşluqdan istifadə edərək onların yanından uzaqlaşmışdır. Bundan sonra qeyd edilən sellofan paketlər nəqliyyat vasitəsinin kabinəsindən aşkar edilmiş mobil telefonlarla birlikdə tərəflərindən “Qırmızı Körpü" gömrük postunun inzibati binasına aparılmışdır. Bir qədər sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edərək onu “Qırmızı Körpü" gömrük postunun inzibati binasına gətirmişlər. “Qırmızı Körpü" gömrük postunun inzibati binasında Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə “soya” yükünün altından aşkar edilmiş qara sellofan paketlərə ətraflı baxış keçirilmişdir. Ətraflı baxış zamanı da “soya” yükünün altından aşkar edilmiş qara sellofan paketlərdə mobil telefonların, siqaretlərin və dərman vasitələrinin olduğu bir daha müəyyən edilmişdir. Bundan sonra tərəflərindən nəqliyyat vasitəsinin kabinəsindən və yük yerindən aşkar edilmiş mallar sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə çeşidlənmiş və sayılmışdır. Mallar çeşidlənib sayıldıqdan sonra “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindən və yük yerindən aşkar edilmiş malların 11 (on bir) ədəd “İphone 12 pro max 256 gb" markalı, 2 (iki) ədəd “İphone 12 pro max 512 gb" markalı, 5 (beş) ədəd “İphone 12 pro max 128 gb" markalı, 14 (on dörd) ədəd “İphone 12 pro 128 gb" markalı, 6 (altı) ədəd “İphone 12 pro 256 gb" markalı mobil telefonlar, üzərində “Nexium 40 mg" yazılmış hər birində 7 həb olmaqla 1200 (bir min iki yüz) konvalyut, üzərində “Diltizem 60 mg” yazılmış hər birində 16 həb olmaqla 1190 (bir min yüz doxsan) konvalyut, üzərində “Diltizem 90 mg” yazılmış hər birində 16 həb olmaqla 1200 (bir min iki yüz) konvalyut, üzərində “Mirena 52 mg" yazılmış 29 (iyirmi doqquz) qutu, üzərində “Triplexam 10mg/2.5 mg/10 mg” yazılmış 22 (iyirmi iki) qutu, üzərində “Xarelto 15 mg" yazılmış hər birində 14 həb olmaqla 50 (əlli) konvalyut, üzərində “Xarelto 20 mg" yazılmış hər birində 14 həb olmaqla, 160 (bir yüz altmış) konvalyut, üzərində “Dostinex 0.5 mg" yazılmış 164 (bir yüz altmış dörd) flakon, üzərində “Roaccutane 20 mg" yazılmış hər birində 10 həb olmaqla 180 (bir yüz səksən) konvalyut, üzərində “Enbrel 50 mg" yazılmış hər birində 2 qələm olmaqla 10 (on) ədəd, üzərində “Arimidex 1mg" yazılmış hər birində 14 həb olmaqla 60 (altmış) konvalyut, üzərində “Pentasa 500 mg" yazılmış 51 (əlli bir) qutu, üzərində “Janumet 50/1000 mg" yazılmış hər birində 7 həb olmaqla 120 (bir yüz iyirmi) konvalyut, üzərində “Femara 2.5 mg" yazılmış hər birində 10 həb olmaqla 410 (dörd yüz on) konvalyut, üzərində “Oseflu 75 mg" yazılmış hər birində 10 həb olmaqla 50 (əlli) konvalyut, üzərində “Jardiance 25 mg" yazılmış hər birində 10 həb olmaqla 90 (doxsan) konvalyut, üzərində “Forziga 10 mg" yazılmış hər birində 14 həb olmaqla 39 (otuz doqquz) konvalyut, üzərində “Canhera 150 mg" yazılmış 20 (iyirmi) flakon, üzərində “Alfamet 250 mg" yazılmış hər birində 10 həb olmaqla 300 (üç yüz) konvalyut, üzərində “Plaguenil 200 mg" yazılmış hər birində 10 həb olmaqla 105 (bir yüz beş) konvalyut, üzərində “Januvia 100 mg" yazılmış hər birində 14 həb olmaqla 110 (bir yüz on) konvalyut, üzərində “Anaprilin 40 mg" yazılmış hər birində 10 həb olmaqla 8400 (səkkiz min dörd yüz) konvalyut, üzərində “Galvus 50 mg” yazılmış hər birində 14 həb olmaqla 232 (iki yüz otuz iki) konvalyut, üzərində “İmuran 50 mg" yazılmış hər birində 25 həb olmaqla, 230 (iki yüz otuz) konvalyut, üzərində “X26 50/1000 mg" yazılmış hər birində 10 həb olmaqla 1620 (bir min altı yüz iyirmi) konvalyut, üzərində “Anafranil 75 mg" yazılmış hər birində 10 həb olmaqla 136 (bir yüz otuz altı) konvalyut, üzərində “Anafranil 25 mg" yazılmış hər birində 10 həb olmaqla 150 (bir yüz əlli) konvalyut dərman vasitələri, onlara aid eyni sayda qutuları və istifadəsi üçün təlimat vərəqələri (ayrıca yığılmışpreslənmiş vəziyyətdə) və aksiz markası olmayan 320 (üç yüz iyirmi) qutu “Marlboro" siqareti olduğu məlum olmuş və qeyd edilən mallar tərəflərindən “Qırmızı Körpü” gömrük postunun anbarına təhvil verilmişdir. Daha sonra tərəfindən protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və hal şahidləri də həmin protokolla tanış olub öz imzaları ilə təsdiq etmişlər. Şahid1 ifadəsində həmçinin göstərmişdir ki, baxış zamanı “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindən və yük yerindən aşkar edilmiş mobil telefonların ümumilikdə sayının 38 ədəd olduğu müəyyən edilmişdir. Qeyd edilən mobil telefonlardan 20 ədədi yük nəqliyyat vasitəsinin kabinəsindən, qalan 18 ədədi isə yük nəqliyyat vasitəsinin yük yerindəki soya yükünün altından aşkar edilərək götürülmüşdür. Məhkəmənin əvvəlki iclaslarında şahid qismində dindirilmiş, həmçinin məhkəmə baxışı zamanı tədqiq edilmiş Şahid2 və Şahid3 ifadələrindən görünür ki, məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 17 yanvar 2021-ci il tarixdə yaxın dostu X13 ilə birlikdə Qazax rayonu, 2-ci Şıxlı kəndində yaşayan dostu gilə getmişdir. Həmin gün axşam saatlarında kəndi gəzmək məqsədilə çölə çıxmış və Nurlan Həsənovla birlikdə “Qırmızı Körpü” gömrük postuna tərəf getmişlər. “Qırmızı Körpü” gömrük postunun yaxınlığında yerləşən kafedə əyləşib çay içib söhbət etməyə başlamışlar. Bununla əlaqədar başları qarışdığından artıq gecə yarısı olmasından xəbərsiz olmuşlar. Qeyd edilən kafedə olduqları vaxt, yəni 18 yanvar 2021-ci il tarixdə, saat 03:20 radələrində kafeyə bir nəfər daxil olaraq onlara yaxınlaşmışdır. Həmin şəxs özünü təqdim edərək gömrük əməkdaşı olduğunu, adının Qalib olduğunu, Gürcüstandan gələn nəqliyyat vasitəsinə baxış keçiriləcəyini onlara demiş və bununla əlaqədar həmin baxışda hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Əvvəlcə o və dostu Nurlan Həsənov keçiriləcək baxışda hal şahidi qismində iştirak etmək istəməmişlər, lakin kafedə onlardan başqa heç kimin olmadığını görüb keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra Qalib adlı gömrük əməkdaşı ilə birlikdə “Qırmızı Körpü” gömrük postunun qarşısında dayanmış “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yanına getmişlər. Qeyd edilən nəqliyyat vasitəsinin yanına çatdıqda nəqliyyat vasitəsinin sürücüsü adı və soyadı onlara sonradan məlum olan Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Baxış keçirilməmişdən qabaq Qalib adlı gömrük əməkdaşı onlara hal şahidi kimi hüquq və vəzifələrini izah etmiş, keçiriləcək gömrük baxışında diqqətli olmağı və ehtiyac olduğu təqdirdə gələcəkdə aşkar ediləcək faktlarla bağlı izahat verəcəklərini bildirmişdir. Bundan sonra gömrük əməkdaşları tərəfindən onun, digər hal şahidi Nurlan Həsənovun və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilməyə başlanılmışdır. İlkin olaraq nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilmişdir. Kabinədə ilk baxışdan hər hansı predmet aşkar olunmamışdır. Lakin gömrük əməkdaşı kabinədə olan yataq yerinin divarının arxasına baxdıqda orada mobil telefonların saxlanıldığını aşkar etmiş və həmin mobil telefonları oradan çıxartmışdır. Bundan sonra gömrük əməkdaşı yük yerinə vurulmuş möhürü qırmış və yük yerində olan tenti açaraq orada olan “soya” yükünün altına baxış keçirmişdir. Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı orada olan “soya” yükünün altında qara sellofan paketlərin olduğu gömrük əməkdaşı tərəfindən aşkar edilmiş və həmin sellofan paketlər “soya” yükünün altından çıxarılmışdır. Qeyd edilən sellofan paketlər nəqliyyat vasitəsinin kabinəsindən aşkar edilmiş mobil telefonlarla birlikdə “Qırmızı Körpü" gömrük postuna aparılmış və qeyd edilən gömrük postunda gömrük əməkdaşları tərəfindən onun, digər hal şahidi Nurlan Həsənovun və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə “soya” yükünün altından aşkar edilmiş qara sellofan paketlərə ətraflı baxış keçirilmişdir. Baxış zamanı soya yükünün altından aşkar edilmiş qara sellofan paketlərdə mobil telefonların, siqaretlərin və dərman vasitələrinin olduğu müəyyən edilmişdir. Sonra gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin kabinəsindən və yük yerindən aşkar edilmiş mallar onun, digər hal şahidi Nurlan Həsənovun və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə çeşidlənmiş və sayılmışdır. “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindən və yük yerindən aşkar edilmiş malların ümumilikdə 38 ədəd “İphone 12 pro” markalı mobil telefonlar, bundan başqa adları yadında qalmayan dərman vasitələri, onlara aid eyni sayda qutuları və istifadəsi üçün təlimat vərəqələri (ayrıca yığılmış-preslənmiş vəziyyətdə) və 320 (üç yüz iyirmi) qutu “Marlboro" siqareti olduğu məlum olmuş və qeyd edilən mallar gömrük postunun anbarına təhvil verilmişdir. Bütün bunlarla bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar da həmin protokolla tanış olub düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş X13 məhkəmədə şahid kimi dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, sifariş əsasında özünə məxsus yük maşını ilə 2020-ci ilin noyabr ayının ortalarından müxtəlif şirkətlərə və ya şəxslərə məxsus olan yüklərin Azərbaycan Respublikasından xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına daşınmasını təşkil edir və bu yolla maddi qazanc əldə edir. 18 yanvar 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən gizlədilmiş dərman vasitələrinin, mobil telefonların və siqaretlərin aşkar olunduğu və Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ona məxsusdur. Həmin nəqliyyat vasitəsini 05 noyabr 2020-ci il tarixdə almışdır. Yük nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sürücülük hüququnu təsdiq edən sənədi olmadığına və xarici pasport əldə etmədiyinə görə həmin nəqliyyat vasitəsini özü idarə edə bilməmişdir. Bu səbəbdən qeyd edilən sənədləri əldə edənə kimi özünə məxsus olan “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini 2020-ci ilin noyabr ayının təxminən ortalarından etibarnamə əsasında müvəqqəti olaraq idarə etməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxslə 2020-ci ilin noyabr ayının təxminən ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yük maşınlarının dayanacağında tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona Gürcüstana yük aparıb-gətirdiyini və idarə etdiyi yük nəqliyyat vasitəsini sahibi satdığına görə işsiz olduğunu ona demişdir. O da Təqsirləndirilən şəxs mobil telefon nömrəsini götürüb lazım olacağı təqdirdə onunla əlaqə saxlayacağını bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb özünə məxsus olan “DAF FTXF 105 yük" markalı, 99OD297/99ZH297 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etməsi üçün ona etibarnamə vermiş və Təqsirləndirilən şəxslə həmin nəqliyyat vasitəsi ilə bir neçə dəfə sifariş əsasında Gürcüstana yük göndərmişdir. Təqsirləndirilən şəxs tərəfindən hər reys üçün məsafədən asılı olaraq 250- 300 manat məbləğində pul verilmişdir. Gürcüstanın Tiflis şəhərinə yük apardıqda Təqsirləndirilən şəxs zəhmət haqqı olaraq 250 manat, Gürcüstanın Poti şəhərinə yük apardıqda isə zəhmət haqqı olaraq 300 manat məbləğində pul vermişdir. Əsasən göndərilən və gətiriləcək yükləri firmalarla özü danışmış və bundan sonra Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq daşınacaq yük barəsində məlumat vermişdir. Şahid6 ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin yanvar ayının əvvəllərində “Holçim" zavodu ilə onlara məxsus “qlinkel" yükünün Gürcüstana aparılması barədə razılığa gəlmişlər. Həmin vaxt eyni zamanda “X27" MMC-nin rəhbəri Rauf adlı şəxslə danışaraq onlara gələcək “soya" yükünün daşınması barədə razılığa gəlmişlər. Həmin razılaşmalarından qabaq bir dəfə “X27" MMC-yə gələcək “soya" yükünü Gürcüstandan Azərbaycan Respublikasına gətirmişlər. Bununla əlaqədar 2021-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq “qlinkel" yükünü Gürcüstan Respublikasına Rustavi şəhərinə aparmalı olacağını, Gürcüstanın Poti şəhərindən də “soya” yükünü təhvil alıb Azərbaycan Respublikasına gətirməli olacağını və bununla bağlı zəhmət haqqı olaraq ona 300 manat məbləğində pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs də onun bu təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonuna gəlmişdir. Həmin gün ona məxsus olan və verdiyi etibarnamə əsasında idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **- OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Təqsirləndirilən şəxs Gürcüstanın Rustavi şəhərinə aparıb təhvil verməli olacağı “qlinkel” yükü yüklənilmişdir. Həmin günün səhərisi, yəni 12 yanvar 2021-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs “qlinkel” yükü dolu vəziyyətdə olan “DAF FTXF 105 yük” markalı, **- OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhərindən Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə “qlinkel” yükü dolu vəziyyətdə olan “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirməklə 15 yanvar 2021-ci il tarixdə Gürcüstanın Rustavi şəhərinə çatmış və qeyd edilən “qlinkel” yükünü aparıb təyinatı üzrə çatdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həmin gün “soya" yükünü götürmək üçün birbaşa Poti limanına getmişdir. Təqsirləndirilən şəxs bundan əvvəl bir dəfə eyni yükdən gətirdiyi üçün həmin yeri tanımışdır. Müntəzəm olaraq Təqsirləndirilən şəxslə sonuncunun istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsində qeydiyyatdan keçmiş “Whatsapp" proqramı vasitəsilə əlaqə saxlayıb harada olduğunu öyrənmişdir. Sonuncu dəfə 17 yanvar 2021-ci il tarixdə, saat 21:10 radələrində Təqsirləndirilən şəxs “Whatsapp" proqramı vasitəsilə mesaj yazaraq nə etdiyini xəbər almışdır. Təqsirləndirilən şəxs də ona hər şeyin qaydasında olduğunu və Azərbaycan Respublikası istiqamətində yolda olduğunu bildirmişdir. 18 yanvar 2021-ci il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs “Whatsapp" proqramı vasitəsilə mesaj yazaraq harada olması ilə maraqlanmışdır. Lakin mesajın çatmadığını görüb Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng çatmamışdır. Bundan sonra “soya” yükünün sahibi və “X27" MMC-nin rəhbəri Rauf adlı şəxsə zəng edərək Təqsirləndirilən şəxslə əlaqə saxlayıb-saxlamadığını xəbər almışdır. Rauf adlı şəxs də ona Təqsirləndirilən şəxslə əlaqə saxlamadığını bildirmişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ona zəng gəlmiş, Təqsirləndirilən şəxs nəyə görə telefonuna zəng çatmamasının və onunla əlaqə saxlamamasının səbəbini soruşmuşdur. Təqsirləndirilən şəxs də gətirdiyi yükün sənədlərində problem olduğunu və bu səbəbdən gömrük postunda saxlanıldığını ona demişdir. O da Təqsirləndirilən şəxs Rauf adlı şəxslə əlaqə saxladığını və gətirilən yükün sənədlərində hər hansı problemin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də ona hər şəyin qaydasında olduğunu, bir müddət sonra gömrük postundan çıxaraq Bakı şəhəri istiqamətində hərəkət edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs danışığı şübhəli gəldiyi üçün ona inanmamış və bununla əlaqədar tanıdığı sürücülərlə əlaqə saxladığı zaman özünə məxsus olan və verdiyi etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş dərman vasitələrinin, mobil telefonların və siqaretlərin gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünü bilmişdir. Bundan sonra Qərb Ərazi Baş Gömrük İdarəsində izahat verərkən qeyd edilən faktın həqiqətən baş verdiyinə əmin olmuşdur. Şahid6 ifadəsində onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin, mobil telefonların və siqaretlərin gətiriləcəyi barədə qabaqcadan hər hansı məlumatı olmamış, eləcə də qeyd edilən dərman vasitələrinin, mobil telefonların və siqaretlərin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi barədə qabaqcadan hər hansı şəxs və ya şəxslərlə hər hansı razılığa gəlməmişdir. Təqsirləndirilən şəxs və ya hər hansı digər şəxs də ona qabaqcadan bu barədə heç bir söz deməmişdir. Hətta Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirdiyi dərman vasitələrinin, mobil telefonların və siqaretlərin gömrük əməkdaşları tərəfindən aşkar edilməsi faktını ondan gizlətməyə çalışmışdır. Əgər bu barədə qabaqcadan bilsəydi, heç vaxt bu cür halın baş verməsinə yol verməzdi. Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş dərman vasitələrinin, mobil telefonların və siqaretlərin Təqsirləndirilən şəxs kimdən və harada təhvil alması və qeyd edilən yüklərin hara və kimə çatdırılacağı barədə hər hansı məlumatı yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “X27" MMC 06 noyabr 2020-ci il tarixdə X18 tərəfindən təsis edilmişdir. MMC-ni təsis etmədkə məqsəd ölkə xaricindən kənd təsərrüfatı mallarını gətirmək, həmin kənd təsərrüfatı mallarını həm şirkətə məxsus təsərrüfatda istifadə etmək, eyni zamanda digər sahibkarlara satışını təşkil etmək olmuşdur. 14 dekabr 2020-ci il tarixdən hazırkı vaxtadək “X27" MMC-nin hüquqşünasıdır. “X27" MMC-nin təsisçisi X18 şirkətin işləri ilə əlaqədar ölkə hüdudlarından kənarda olduqda etibarnamə əsasında şirkətin işlərinin təşkil edilməsi ilə də məşğul olur. Hazırda da “X27" MMC-nin təsisçisi ölkə hüdudlarından kənarda olduğu üçün X18 şirkətin işlərinin təşkil edilməsi ilə özü məşğul olur. 2021-ci ilin yanvar ayının əvvəllərində şirkətləri ilə yük nəqliyyat vasitəsi sahibi olan Şahid6lə sonuncuya məxsus nəqliyyat vasitəsində ölkə xaricindən yük gətirilməsi barədə razılığa gəlinmişdir. Həmin vaxtdan qabaq bir dəfə də Şahid6 məxsus yük nəqliyyat vasitəsi ilə şirkətlərinin sifarişi əsasında Gürcüstandan “soya" yükü gətirilmişdir. Bu dəfə də, yəni 2021-ci ilin yanvar ayının əvvəllərində də şirkətləri tərəfindən Şahid6 məxsus yük nəqliyyat vasitəsi ilə Gürcüstandan “soya" yükü gətirilməsi sifariş verilmişdir. Şahid6 də Pərviz adlı sürücüsünün həmin yükü gətirəcəyini şirkətlərinin təsisçisi Rauf Nəzərova bildirmişdir. 18 yanvar 2021-ci il tarixdə, səhər saatlarında Şahid6 “soya” yükünün sahibi və “X27" MMCnin rəhbəri Rauf Nəzərova zəng edərək yük nəqliyyat vasitəsinin sürücüsü Pərviz adlı şəxslə əlaqə saxlayıb-saxlamadığını xəbər almış, X31 Əliyevə Pərviz adlı sürücü ilə əlaqə saxlamadığını bildirmişdir. Həmin gün bir qədər sonra Şahid6 Pərviz adlı şəxsin idarə etdiyi və şirkətlərinə məxsus “soya” yükünün olduğu nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə gətirilmiş malların aşkar olunduğunu “X27" MMC-nin rəhbəri Rauf Nəzərova bildirmişdir. Bu barədə Rauf Nəzərov özü ona bildirmişdir. Sonuncu dəfə “X27" MMC-nin ünvanına Təqsirləndirilən şəxs tərəfindən gətirilən yükün içərisində və qeyd edilən nəqliyyat vasitəsinin kabinəsində gömrük nəzarətindən gizlədilmiş malların olması barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Aşkar edilən malların konkret olaraq nə olması barədə də hər hansı məlumatı yoxdur. “X27" MMC-nin təsisçisi X18 şirkətin işləri ilə əlaqədar 2021-ci iln mart ayında Rusiya Federasiyasına getmişdir. Məhkəmənin əvvəlki iclaslarında şahid qismində dindirilmiş, həmçinin məhkəmə baxışı zamanı tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, o, fərdi qaydada şərab evi işlədir. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. 2017-ci ildən 2021-ci ilin fevral ayının təxminən ortalarınadək ***-***-**-** saylı mobil telefon nömrəsini istifadə etmişdir. Qeyd edilən mobil telefon nömrəsi 2017-ci ilədək əmisi oğlu X9 istifadəsində olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsi 2017-ci ildən onun istifadəsində olsa da, qeyd edilən mobil telefon nömrəsini əmisi nəvəsi X7 onun xahişi ilə öz adına qeydiyyata aldırmışdır. Tayfun Bəyməmmədli dövlət işində, yəni Heydər Əliyev adına X16 işlədiyindən “Bakcell” mobil operatorunda olan kampaniya ilə əlaqədar qeyd edilən mobil telefon nömrəsini onun adına qeydiyyata aldırmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi X4 adına qeydiyyata alınsa da, heç vaxt sonuncunun istifadəsində olmamış, 2017-ci ildən yalnız özünün istifadəsində olmuşdur. 2021-ci ilin fevral ayının təxminən ortalarından hazırkı vaxtadək ***-***-**-** saylı mobil telefon nömrəsini işlətməmişdir. 2021-ci ilin fevral ayının təxminən ortalarından hazırkı vaxtadək ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edir. 2021-ci ilin yanvar ayının ortalarında əvvəllər tanımadığı, hər hansı münasibəti olmayan, özünü Pərviz kimi təqdim edən şəxs hazırda xatırlamadığı mobil telefon nömrələrindən ona zəng edərək ona aidiyyəti olmayan məsələlərlə bağlı onu narahat etdiyi üçün ilk öncə onun hərəkətləri ilə bağlı polisə şikayət etmək istəmiş, lakin bir müddət sonra həmin fikrindən daşınmış və ən yaxşısı ***-***-**-** saylı mobil telefon nömrəsini işlətməmək qərarına gəlmişdir. Buna görə də 2021-ci ilin fevral ayının təxminən ortalarından hazırkı vaxtadək ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edir. Şahid8 ifadəsinin davamında göstərmişdir ki, 2021-ci ilin yanvar ayının 20-də əvvəllər tanımadığı, hər hansı münasibəti olmayan həmin şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək adının Pərviz olduğunu, güya ona məxsus olan yükün gömrükdə aşkar olunaraq götürüldüyünü demişdir. Qeyd edilən məsələnin ona hər hansı aidiyyəti olmadığı üçün qeyd edilən şəxsə səhv nömrəyə zəng etdiyini demişdir. Həmin şəxs də ona “bağışlayın” deyib onunla sağollaşmışdır. Bundan bir qədər sonra özünü Pərviz kimi təqdim edən şəxs istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinə təhdid xarakterli mesajlar yazmağa başlamışdır. O da özünü Pərviz kimi təqdim edən şəxsə bir daha səhv nömrə ilə əlaqə saxladığını, əgər belə davam etsə onun hərəkətləri ilə bağlı polisə şikayət edəcəyini demişdir. Lakin Pərviz adlı şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə yenidən onu narahat etməyə davam etmişdir. Bununla bağlı bir gün sonra Pərviz adlı şəxslə yenidən mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq yazdığı mesajlara aydınlıq gətirməsini demişdir. Pərviz adlı şəxs də onun mobil telefon nömrəsinin güya ona kiminsə verdiyini, güya ona məxsus dərman yükünün gömrük orqanında aşkar edilərək saxlanıldığını, Əli adlı ortağının olduğunu demişdir. O da qeyd edilən məsələlərin ona hər hansı aidiyyətinin olmadığını, Əli adlı ortağının da olmadığını bir daha Pərviz adlı şəxsə demişdir. Danışıqları zamanı Pərviz adlı şəxsdən mobil telefon nömrəsini kimin verdiyini soruşmuşdur. Pərviz adlı şəxs də “veriblər də” deyib ona hər hansı şəxsin adını bildirməmişdir. Bundan sonra bir daha Pərviz adlı şəxsə səhv şəxslə və mobil nömrə ilə əlaqə saxladığını, bir daha onu narahat etməməsini, belə davam edəcəyi təqdirdə hərəkətlərindən polisə şikayət edəcəyini demiş və onunla sağollaşmışdır. Onun Pərviz adlı şəxslə hər hansı tanışlığı və münasibəti olmamışdır. Qeyd edilən şəxsin onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etməsinin və qeyd edilən mobil telefon nömrəsinə ona aidiyyəti olmayan mövzuda mesajlar yazmasının səbəbini də bilmir. Şahid8 ifadəsinin davamında həmçinin göstərmişdir ki, Qori adlı şəxsi tanımamış, qeyd edilən şəxslə hər hansı münasibəti və ünsiyyəti də olmamışdır. Hər hansı şəxsə Gürcüstandan Azərbaycan Respublikasına siqaretlərin, dərman preparatlarının və mobil telefonların gətirilməsini sifariş etməmiş və ya bununla bağlı hər hansı şəxslə hər hansı razılığa da gəlməmişdir. X19 işlətdiyi şərab evində satıcı işləmiş, sonradan isə həqiqi hərbi xidmətə getmişdir. İstifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi adətən şərab evinin əlaqə nömrəsi kimi istifadə edilmişdir. Həmin mobil nömrəsinin istifadə edildiyi mobil telefon aparatında Kənan Şükürov istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini də istifadə etmişdir. Qeyd edilən mobil telefon aparatı iki sim kartlı “Samsung” markalı mobil telefon olmuşdur. Həmin mobil telefon aparatı şərab evinin əlaqə vasitəsi kimi istifadə edilmişdir. Məhkəmə baxışı zamanı mülki iddiaçının nümayəndəsi X5 göstərmişdir ki, cinayət işinin ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ərizəsini müdafiə edir və Təqsirləndirilən şəxs 22382,58 (iyirmi iki min üç yüz səksən iki manat əlli səkkiz qəpik) manat məbləğində maddi ziyanın tutularaq Dövlət Gömrük Komitəsi vasitəsilə (adı – Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsinə dair mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda tərtib edilmiş 18 yanvar 2021-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, 18 yanvar 2021-ci il tarixdə, saat 03:10 radələrində Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olan Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı nəqliyyat vasitəsinin kabinəsindəki yataq yerinin divarının arxasında və yük yerində olan soya yükünün altında gömrük nəzarətindən gizlədilmiş 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla 38 ədəd mobil telefon, 1200 konvalyut “Nexium 40 mg”, 1190 konvalyut “Diltizem 60 mg”, 1200 konvalyut “Diltizem 90 mg”, 29 qutu “Mirena 52 mg”, 22 qutu “Triplexam 10 mg 2.5/10 mg”, 50 konvalyut “Xarelto 15 mg”, 160 konvalyut “Xorelto 20 mg”, 164 flakon “Dostinex 0,5 mg”, 180 konvalyut “Roaccutane 20 mg”, 10 ədəd “Enbrel 50 mg”, 60 konvalyut “Arimidex 1 mg”, 51 qutu “Pentasa 500 mg”, 120 konvalyut “Janumet 50/100 mg”, 410 konvalyut “Femara 2,5 mg”, 50 konvalyut “Oseflu 75 mg”, 90 konvalyut “Jardiance 25 mg”, 39 konvalyut “Forziga 10 mg”, 20 flakon “Canhera 150 mg”, 300 konvalyut “Alfamet 250 mg”, 110 konvalyut “Januvia 100 mg”, 8400 konvalyut “Anaprilin 40 mg”, 232 konvalyut “Galvus met 50 mg”, 230 konvalyut “İmuran 50 mg”, 1620 konvalyut “X26 50 mg/1000 mg”, 136 konvalyut “Anafranil 75 mg”, 150 konvalyut “Anafranil 25 mg”, 105 konvalyut “Plaguenil 200 mg” göstəricili dərman vasitələri və 320 qutu “X30” markalı siqaret aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild 1, səh.8-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “DAF FTXF 105 yük” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, “DAF FTXF 105 yük” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş mobil telefonlardan 20 ədədi qeyd edilən yük nəqliyyat vasitəsinin kabinəsindəki yataq yerinin divarının arxasından, digər qismi, siqretlər və dərman vasitələri isə həmin yük nəqliyyat vasitəsinin yük yerində olan “soya” yükünün altından aşkar edilərək götürülmüşdür. Baxış zamanı qeyd edilən yük nəqliyyat vasitəsində xüsusi saxlanc yerinin olması müəyyən edilməmişdir (iş vərəqə: cild 1, səh.227-233). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2021-ci il tarixli, 6/320 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “№003824 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi, Azərbaycan Respublikası vətəndaşı, dərman, mobil telefon...” yazılan paketdə olan dərman preparatları üzərlərindəki tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş dərman preparatları 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən və zəhərli maddələr siyahısı”na daxil deyil. “Nexium 40 mg” göstəricili dərman preparatından 2 həb, “Diltizem 60 mg” göstəricili dərman preparatından 2 həb, “Diltizem 90 mg” göstəricili dərman preparatından 2 həb, “Triplexam 10 mg 2.5/10 mg” göstəricili dərman preparatından 5 həb, “Xarelto 15 mg” göstəricili dərman preparatından 2 həb, “Xorelto 20 mg” göstəricili dərman preparatından 2 həb, “Dostinex 0,5 mg” göstəricili dərman preparatından 1 həb, “Roaccutane 20 mg” göstəricili dərman preparatından 2 həb, “Arimidex 1 mg” göstəricili dərman preparatından 2 həb, “Pentasa 500 mg” göstəricili dərman preparatından 1 konvalyut, “Janumet 50/100 mg” göstəricili dərman preparatından 2 həb, “Femara 2,5 mg” gəstəricili dərman preparatından 2 həbin, “Oseflu 75 mg” göstəricili dərman preparatından 2 həb, “Jardiance 25 mg” göstəricili dərman preparatından 2 həb, “Forziga 10 mg” göstəricili dərman preparatından 2 həb, “Canhera 150 mg” göstəricili dərman preparatından 10 mg hissə, “Plaguenil 200 mg” göstəricili dərman preparatından 2 həb, “Januvia 100 mg” göstəricili dərman preparatından 2 həb, “Anaprilin 40 mg” göstəricili dərman preparatından 2 həb, “Galvus met 50 mg” göstəricili dərman preparatından 2 həb, “İmuran 50 mg” göstəricili dərman preparatından 5 həb, “X26 50 mg/1000 mg” göstəricili dərman preparatlarından 2 həb, “Alfamet 250 mg” dərman preparatından 2 həb, “Anafranil 75 mg” göstəricili dərman preparatından 2 həb ekspertiza tədqiqatına sərf edilmişdir (iş vərəqə: cild 1, səh.54-55). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli, 9/422 nömrəli ekspert rəyindən görünür ki, 18 yanvar 2021-ci il tarixə “İphone 12 Pro Max 256 GB” markalı mobil telefonun 1 ədədinin dəyəri 2800 manat təşkil etməklə 11 ədədinin cəmi dəyəri 30800 manat, “İphone 12 Pro Max 512 GB” markalı mobil telefonun 1 ədədinin dəyəri 3500 manat təşkil etməklə 2 ədədinin cəmi dəyəri 7000 manat, “İphone 12 Pro Max 128 GB” markalı mobil telefonun 1 ədədinin dəyəri 2600 manat təşkil etməklə 5 ədədinin cəmi dəyəri 13000 manat, “İphone 12 Pro 128 GB” markalı mobil telefonun 1 ədədinin dəyəri 2400 manat təşkil etməklə 14 ədədinin cəmi dəyəri 33600 manat, “İphone 12 Pro 256 GB” markalı mobil telefonun 1 ədədinin dəyəri 2600 manat təşkil etməklə 6 ədədinin cəmi dəyəri 15600 manat, aksiz markası olmayan “X30” markalı siqaretlərin 1 qutusunun dəyəri 6 manat təşkil etməklə 320 qutusunun cəmi dəyəri 1920 manat, “Nexium 40 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 1,7 manat təşkil etməklə 1200 konvalyutunun cəmi dəyəri 2040 manat, “Diltizem 60 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 1,35 manat təşkil etməklə 1190 konvalyutunun cəmi dəyəri 1606,5 manat, “Diltizem 90 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 2,2 manat təşkil etməklə 1200 konvalyutunun cəmi dəyəri 2640 manat, “Mirena 52 mg” göstəricili dərman preparatının 1 qutusunun dəyəri 99 manat təşkil etməklə 29 qutusunun cəmi dəyəri 2871 manat, “Triplexam 10 mg 2.5/10 mg” göstəricili dərman preparatının 1 qutusunun dəyəri 8,8 manat təşkil etməklə 22 qutusunun cəmi dəyəri 193,6 manat, “Xarelto 15 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 18 manat təşkil etməklə 50 konvalyutunun cəmi dəyəri 900 manat, “Xorelto 20 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 18 manat təşkil etməklə 160 konvalyutunun cəmi dəyəri 2880 manat, “Dostinex 0,5 mg” göstəricili dərman preparatının flakonunun dəyəri 12,8 manat təşkil etməklə 164 flakonunun cəmi dəyəri 2099,2 manat, “Roaccutane 20 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 6 manat təşkil etməklə 180 konvalyutunun cəmi dəyəri 1080 manat, “Enbrel 50 mg” göstəricili dərman preparatının 1 ədədinin dəyəri 304 manat təşkil etməklə 10 ədədinin cəmi dəyəri 3040 manat, “Arimidex 1 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 12,2 manat təşkil etməklə 60 konvalyutunun cəmi 732 manat, “Pentasa 500 mg” göstəricili dərman preparatının 1 qutusunun dəyəri 34,2 manat təşkil etməklə 51 qutusunun cəmi dəyəri 1744,2 manat, “Janumet 50/100 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 3,45 manat təşkil etməklə 120 konvalyutunun cəmi 141 manat, “Femara 2,5 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 11,2 manat təşkil etməklə 410 konvalyutunun cəmi dəyəri 4592 manat, “Oseflu 75 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 13,35 manat təşkil etməklə 50 konvalyutunun cəmi dəyəri 667,5 manat, “Jardiance 25 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 40,35 manat təşkil etməklə 90 konvalyutunun cəmi dəyəri 3631,5 manat, “Forziga 10 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 38 manat təşkil etməklə 39 konvalyutunun cəmi dəyəri 1482 manat, “Canhera 150 mg” göstəricili dərman preparatının 1 flakonunun dəyəri 486 manat təşkil etməklə 20 flakonunun cəmi dəyəri 9720 manat, “Alfamet” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 3,55 manat təşkil etməklə 300 konvalyutunun cəmi dəyəri 1065 manat, “Januvia 100 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 13,8 manat təşkil etməklə 110 konvalyutunun cəmi dəyəri 1518 manat, “Anaprilin 40 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 0,25 manat təşkil etməklə 8400 konvalyutunun cəmi dəyəri 2100 manat, “Galvus met 50 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 8 manat təşkil etməklə 232 konvalyutunun cəmi dəyəri 1856 manat, “İmuran 50 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 10,6 manat təşkil etməklə 230 konvalyutunun cəmi dəyəri 2438 manat, “X26 50 mg/1000 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 4,9 manat təşkil etməklə 1620 konvalyutunun cəmi dəyəri 7938 manat, “Anafranil 75 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 5,3 manat təşkil etməklə 136 konvalyutunun cəmi dəyəri 720,8 manat, “Anafranil 25 mg” göstəricili dərman preparatının 1 konvalyutunun dəyəri 1,9 manat təşkil etməklə 150 konvalyutunun cəmi dəyəri 285 manat müəyyən edilmişdir. Qeyd edilən müxtəlif adda dərman preparatlarının, mobil telefonların və siqaretlərin 18 yanvar 2021-ci il tarixə ümumilikdə orta bazar qiyməti 161160,30 manat təşkil etmişdir. “Plaguenil 200 mg” göstəricili dərman preparatının qiyməti barədə məlumat olmadığından həmin dərman preparatının qiymətini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə: cild 1, səh.68-71). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2021-ci il tarixli, 5/60 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilən aktivləşdirilməmiş 05 ədəd qutulanmış vəziyyətdə uyğun aksesuarları ilə birlikdə “İphone 12 Pro Max” markalı, “A2342” modelli (pasific blue, 128 GB tutumlu), “İphone 12 Pro Max” markalı, “A2342” modelli (pasific blue, 512 GB tutumlu), “İphone 12 Pro” markalı, “A2408” modelli (pasific blue, 256 GB tutumlu), “İphone 12 Pro” markalı, “A2341” modelli (Graphite, 128 GB tutumlu), “İphone 12 Pro Max” markalı, “A2412” modelli “Graphite, 256 GB tutumlu) mobil smartfonlar hal-hazırda işlək vəziyyətdədirlər və istifadə üçün yararlıdırlar (iş vərəqə: cild 1, səh.74-75). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMC-dən 15 aprel 2021-ci il tarixli, 7682 saylı məktubla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqların kompüter açıqlamaları yazılmış “CD diskə baxış keçirilməsi haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri arasında danışıqların aparıldığı müəyyən edilmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında sms yazışmalarının aparıldığı müəyyən edilmişdir. Həmin yazışmaların tarixi, vaxtı və məzmunu aşağıdakı kimidir: - 20 yanvar 2021-ci il tarixdə, saat 18:09-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Telefonu aç, problem var. Gürcüstandan gələn dərman tutulub. Aç təcili, ya da ki, Əliyə de mənə təcili zəng vursun. Yoxsa polislə tapacağıq. Mən pis vəziyyətdəyəm. - 20 yanvar 2021-ci il tarixdə, saat 18:10-da Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Nə dərmanı? Nə Əli? Nə polis? - 20 yanvar 2021-ci il tarixdə, saat 18:42-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: - İş nə qədər qəlizləşməyib çıxın ortaya. Əli də, sən də qaçıb gizlənməklə can qurtara bilməyəcəksiniz. Elə bilməyin mən tutulacam, siz də çöldə qalacaqsınız. Kişisiz, çıxın ortaya. - Ya bu məsələni həll edək. Mən hələ heç kimə heç nə deməmişəm. Sən kişisənsə, xoşluqla Əlini çıxart ortaya, mənə köməklik edin, Tutulsam, səni də, Əlini də aparacam. - 20 yanvar 2021-ci il tarixdə, saat 18:49-da nömrəsindən Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsinə göndərilmiş mesajın mətni aşağıdakı kimidir: - Bu sms-i qeyd eledim. Məni məcbur elədin ki, polisə şikayət edim. Bu yazmaqlarını araşdırmaq üçün sən kimsən, nə istəyirsən. 3 gündür eyni şeyi deyib bezdirmisən. - 20 yanvar 2021-ci il tarixdə, saat 18:55-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə göndərilmiş mesajların mətni aşağıdakı kimidir: - Siz busunuz. Kişi olsaz, çıxarsız ortaya. Ver polisə, fərq etməz. Onsuz mən tutulsam, hamınızı aparacam özümlə. Məni siz salmısınız bu bəlaya, sən, Əli (iş vərəqə: cild 1, səh.278-292). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan "xxxx" MMC-dən 20 may 2021-ci il tarixli, 14135/21 saylı məktubla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqların kompüter açıqlamaları yazılmış “CD diskə baxış keçirilməsi haqqında” 08 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri arasında danışıqların aparıldığı müəyyən edilmişdir (iş vərəqə: cild 2, səh.1-7). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 12 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2019-cu il tarixdən 09 yanvar 2021-ci il tarixədək mütəmadi olaraq Gürcüstan və Rusiya Federasiyasına gedərək həmin ölkələrdən Azərbaycan Respublikasına geri qayıtmış, sonuncu dəfə 13 yanvar 2021-ci il tarixdə idarə etdiyi “DAF” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “Şıxlı” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından Gürcüstana getmiş, 18 yanvar 2021ci il tarixdə, saat 03:10-da idarə etdiyi “DAF” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə həmin sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına geri qayıtmışdır (iş vərəqə: cild 1, səh.94). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Dövlət Gömrük Komitəsinin Hədəf Mərkəzindən daxil olmuş Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı yük avtomobilinin 18 yanvar 2021-ci il tarixdə hərəkət trayektoriyasını əks etdirən videogörüntünün əks olunduğu “diskə baxış keçirilməsi haqqında” 03 iyun 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı yük avtomobilinin 18 yanvar 2021-ci il tarixdə, saat 02:46-da Gürcüstan istiqamətindən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə daxil olaraq gömrük yoxlaması zonasında dayanmış, yük nəqliyyat vasitəsi gömrük yoxlaması zonasında dayandıqdan sonra gömrük əməkdaşı tərəfindən qeyd edilən yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında ilkin vizual baxış həyata keçirilmiş, həmin vaxt bir qədər kənarda ağ rəngli “Niva” markalı nəqliyyat vasitəsi dayanmış, ilkin gömrük yoxlamasından və Təqsirləndirilən şəxs pasport qeydiyyatdan keçdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FTXF 105 yük” markalı, **-OD-***/**-ZH-*** dövlət nömrə nişanlı yük avtomobili saxlanılaraq qeyd edilən ağ rəngli “Niva” markalı nəqliyyat vasitəsinin müşayiəti ilə postun ərazisini tərk etmişdir (iş vərəqə: cild 1, səh.268). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” publik hüquqi şəxsinin 30 mart 2021-ci il tarixli, 02/4656 nömrəli məktubundan görünür ki, “Plaguenil 200 mg” adlı vasitə dərman vasitəsi kimi Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmamış və “Azərbaycan Respublikası dərman vasitələrinin Reyestri”nə daxil edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən dərman vasitəsinin idxalı və satışı barədə “X8” publik hüquqi şəxsinin ünvanına müraciət daxil olmamışdır. Respublika ərazisində Dövlət Qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri istehsalçı ölkəsindən, istehsalçı zavodundan, formasından, dozasından asılı olaraq Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən təsdiqlənir və Tarif şurasının rəsmi internet səhifəsində yerləşdirilir (iş vərəqə: cild 1, səh.241). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 10 iyun 2021-ci il tarixli, İN-X/O-5725/2021 nömrəli məktubundan görünür ki, “Plaguenil 200 mg” adlı dərman vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadığı, qiymət tənzimlənməsi ilə əlaqədar 18 yanvar 2021-ci il tarixinə və ondan əvvəlki dövrdə müraciət olunmadığı üçün həmin tarixə adı çəkilən dərman vasitəsinin istinad ölkələrində olan dəqiq qiymətinin təqdim edilməsi mümkün deyildir (iş vərəqə: cild 2, səh.31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X32 İdarəsinin 05 aprel 2021-ci il tarixli, 016-36230-1221 nömrəli məktubundan və məktuba əlavə edilmiş çıxarışdan görünür ki, DİN-in Baş X32 İdarəsinin Qeydiyat-imtahan İdarəsinin kompüter bazasına görə Yardımlı rayonu, Ərsilə kəndində qeydiyyatda olan xx xxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi keçmir. “DAF FTXF 105 yük” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 05 noyabr 2020-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan 14 dekabr 1985-ci il təvəllüdlü Şahid6 adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə əsasında 26 noyabr 2020-ci il tarixdən 17 oktyabr 2029-cu il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN-in Baş X32 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (iş vərəqə: cild 1, səh.202-203). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Yardımlı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 25 mart 2021-ci il tarixli, 03-107 nömrəli məktubundan görünür ki, xx xxxxx 1985-ci il təvəllüdlü, Yardımlı rayonu, Ərsilə kənd sakini Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstə kimi Yardımlı MRX-də dispanser qeydiyyatında dayanmır (iş vərəqə: cild 1, səh.140). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin 19 mart 2021-ci il tarixli, xx/xx/014678 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli, 9/422 nömrəli rəyinə əsasən ümumi orta bazar qiyməti 100000 manat təşkil edən 38 ədəd mobil telefonun gömrük ödənişləri və ticarət əlavələri çıxıldıqdan sonra ümumi gömrük dəyəri 61275 manat təşkil edir. Qeyd edilən 38 ədəd mobil telefonun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarına əsasən, tarif dərəcəsi 15 faiz olmaqla gömrük rəsmiləşdirilməsi üçün ödənilməli olan gömrük ödənişlərinin cəmi 22382,58 manatdır (iş vərəqə: cild 1, səh.138). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddia ərizəsindən görünür ki, dövlətə vurulmuş 22382,58 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq tərəfindən Dövlət Gömrük Komitəsi vasitəsilə dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə dair mülki iddia ərizəsi verilmiş (iş vərəqə: cild 2, səh.182-184) və xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi mülki iddiaçı kimi tanınmış (iş vərəqə: cild 2, səh.227-230), xx.xx.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır (iş vərəqə: cild 2, səh.241-243). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, ekspertizanın təyin edilməsinə dair qərarda bir neçə dərman vasitəsinin sayı texniki olaraq səhv göstərildiyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/422 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində həmin dərman vasitələrinin ayrı-ayrılıqda göstərilən qiymətləri ilə müəyyən edilir ki, Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/422 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müxtəlif adda dərman vasitələrinin, mobil telefonların və siqaretlərin ümumilikdə orta bazar qiyməti 161160,30 manat deyil, 162174,30 manat olduğu müəyyən edilir (iş vərəqə: cild 2, səh.193-226). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa “Qori”, “Əli” kimi bəlli olan şəxslərin və eləcə də cinayətlərin törədilməsində iştirakı olan digər şəxslərin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə cinayət işi ayrılmışdır (iş vərəqə: cild 2, səh.234-236). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “maddi sübut kimi tanınma haqqında qərar”dan görünür ki, iş üzrə 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla 38 ədəd mobil telefon, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1200 konvalyut “Nexium 40 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1190 konvalyut “Diltizem 60 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1200 konvalyut “Diltizem 90 mg”, 5 həbi ekspertiza tədqiqatına sərf edilmiş 22 qutu “Triplexam 10 mg 2.5/10 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 50 konvalyut “Xarelto 15 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 160 konvalyut “Xorelto 20 mg”, 1 həbi ekspertiza tədqiqatına sərf edilmiş 164 flakon “Dostinex 0,5 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 180 konvalyut “Roaccutane 20 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 60 konvalyut “Arimidex 1 mg”, 1 konvalyutu ekspertiza tədqiqatına sərf edilmiş 51 qutu “Pentasa 500 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 120 konvalyut “Janumet 50/100 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 410 konvalyut “Femara 2,5 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 50 konvalyut “Oseflu 75 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 90 konvalyut “Jardiance 25 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 39 konvalyut “Forziga 10 mg”, 10 mg hissəsi ekspertiza tədqiqatına sərf edilmiş 20 flakon “Canhera 150 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 110 konvalyut “Januvia 100 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 8400 konvalyut “Anaprilin 40 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 232 konvalyut “Galvus met 50 mg”, 5 həbi ekspertiza tədqiqatına sərf edilmiş 230 konvalyut “İmuran 50 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1620 konvalyut “X26 50 mg/1000 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 136 konvalyut “Anafranil 75 mg”, 29 qutu “Mirena 52 mg”, 10 ədəd “Enbrel 50 mg”, 2 həbi ekspertiza 300 konvalyut “Alfamet 250 mg”, 150 konvalyut “Anafranil 25 mg” göstəricili dərman vasitələri və 320 qutu “X30” markalı siqaret maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır, eləcə də iş üzrə maddi sübut qismində tanınmamış, həmçinin qiyməti müəyyən edilməyən, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 105 konvalyut “Plaguenil 200 mg” göstəricili dərman vasitəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılır (iş vərəqə: cild 2, səh.188-192). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnаməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild 1, səh.148). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 2, səh.93). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh.144-146). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur (iş vərəqə: cild 2, səh.175-181). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, ona qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş mülki iddianı qəbul edir, həmin mülki iddianın təmin edilməsinə etiraz etmir və 22382,56 manat pulu ödəməyə razıdır, həmçinin cinayət işi üzrə maddi sübut kimi tanınmış dərman vasitələrinin və siqaretlərin dövlət nəfinə müsadirə edilməsinə etiraz etmir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 1, səh.124-127). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild 1, səh.144). Cinayət işinin materiallarına əlavə edilmiş AO ******* saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X2 Qarabağ müharibəsi zamanı xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş və iş materiallarında olan İ-4748 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Rahib Ağayev “Vətən müharibəsi iştirakçısı” medalı, həmçinin İ- 1579 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə, bundan başqa İ-6339 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, o, Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs atası X10 üz dərisinin bədxassəli yenitörəməsi və yanaq dərisinin “bazal hüceyrəli karsinoması” kimi onkoloji xəstəlikdən əziyyət çəkir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs digər qardaşı X11 “OU yüksəkdərəcəli miopiya, miopik xorioreyinal distrofiya, manulodistrofiya” diaqnozu ilə Yardımlı mərkəzi rayon xəstəxanasında dispanser qeydiyyatında dayanır və ikinci qrup əlildir (cinayət işinin materialları). Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrədən göndərilən yazılı mesajlara baxış protokolları ilə, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təsdiq olunmuş və sübuta yetirilmişdir. Odur ki, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 19-ci bəndində qeyd olunmuşdur ki, “.... Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrlə ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun yaşlı və onkoloji xəstə olan atasının, həmçinin ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını, eyni zamanda digər qardaşının İkinci Qarabağ müharibəsində iştirak edərək çoxsaylı medallarla təltif edilməsini, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onun cəzasını yüngülləşdirən hallarla yanaşı, həmçinin onun cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edildikdə belə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cinayət məsuliyyətinin prinsiplərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərə alıb təqsirləndirilən şəxsin himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, onun yaşlı və onkoloji xəstə olan atasının, həmçinin ikinci qrup əlil olan qardaşının da onun himayəsində olmasını, eyni zamanda digər qardaşının İkinci Qarabağ müharibəsində iştirak edərək çoxsaylı medallarla təltif edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2021-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, daha sonra isə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir, yəni Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən hazırki tarixədək həbsdə və ev dustaqlığında olmuşdur. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla ona qəti müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə, Təqsirləndirilən şəxs cəzasını çəkilməsi hissəsində həbsdə və ev dustaqlığında olduğu müddətlə kifayətlənilməsini məqsədə müvafiq hesab edir. Odur ki, Təqsirləndirilən şəxs hazırki tarixədək həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməli və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət 200- 1.2.2, 200-1.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bundan başqa, məhkəmə Dövlət Gömrük Komitəsi tərəfindən Təqsirləndirilən şəxs qarşı 22382,58 manat məbləğində pulun sonuncudan tutulmasına dair verilmiş mülki iddia ilə bağlı qeyd edir ki, məhkəmə baxışı zamanı mülki iddiaçının nümayəndəsi ibtidai istintaq zamanı verilmiş mülki iddianı müdafiə etdiyini bildirmiş, 22382,58 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulub Dövlət Gömrük Komitəsinin vasitəsi ilə (Adı- Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-in 179.1-ci maddəsində göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsində göstərilir ki, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatla zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsində göstərilir ki, mülki iddia üzrə qərar iddianın pretmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 354.1-ci maddəsində göstərilir ki, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə, məhkəmə istintaqı zamanı müəyyən edilən hallara və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Dövlət Gömrük Komitəsinin cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia tələbi əsaslı olduğundan təmin edilməli, 22382,58 (iyirmi iki min üç yüz səksən iki manat əlli səkkiz qəpik) manat məbləğində maddi ziyan cavabdeh Təqsirləndirilən şəxs oğlundan tutularaq Dövlət Gömrük Komitəsinin vasitəsi ilə (Adı- Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, xüsusi müsadirə təqsirləndirilən şəxslərin qanuni əsaslarla əldə etdiyi əmlaklarına, habelə onların himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilməməlidir. Belə ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquq olmaqla ali insan dəyərlərini özündə əks etdirən, demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiyası da mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları arasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən maddələr vardır. Belə ki, Konstitusiyanın 13-cü maddsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquq və əsas azadlıqları haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Balkanovun Rusiyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin ilk və ən əhəmiyyətli tələbi ondan ibarətdir ki, ictimai hakimiyyətin mülkiyyətdən maneəsiz istifadə hüququna dövlətin hər hansı müdaxiləsi qanuni olmalıdır. Birinci bəndin ikinci cümləsi nəzərdə tutur ki, əmlakdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulan hallarda yol verilir. İkinci bənd isə müəyyən edir ki, dövlət mülkiyyətdən istifadə üzərində “qanunla” icra etmək yolu ilə nəzarəti həyata keçirmək hüququna malikdir. Deməli cəmiyyətin maraqları ilə şəxsiyyətin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa nail olunması məsələsi yalnız o vaxt meydana çıxa bilər ki, şikayət verilən müdaxilə özbaşına olmamaqla qanunilik tələbinə müvafiq olsun. Həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına riayət edilməsi üzərində nəzarət etmək sahəsində onun səlahiyyətləri məhduddur. Milli məhkəmələrin pul vəsaitlərinin müsadirə edilməsinin hüquqi əsaslarını göstərməməsi və milli qanunvericiliyə münasibətdə presedent hüququnun ziddiyyətli olmasına görə Avropa Məhkəməsi hesab etdi ki, işin hallarının mövcud vəziyyətində ərizəçinin özünün hərəkətlərinin nəticəsini nəzərə ala bilməsinin təmini baxımından nəzərdən keçirilən milli qanunvericilik dəqiqliklə müəyyənləşdirilməmişdir. Deməli, mülkiyyət hüququna müdaxilə Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından qanuni müdaxilə kimi nəzərdən keçirilə bilməz. Eyni nəticəyə Avropa Məhkəməsi “Qrifrost Fransaya qarşı” işində də gəlmişdir. Qaçaqmalçılıq cinayətinin predmeti olan əşyaların sahibinə qaytarılması məsələsi İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “İsmayılovun Rusiyaya qarşı işi üzrə” xx.xx.2008-ci il tarixli qərarı ilə də müəyyən edilmişdir. Qərarın 37-ci bəndində göstərilir ki, İsmayılovun törətdiyi qaçaqmalçılıq cinayətində cinayətin predmeti olan pullar qanuni yolla əldə edilmişdir və bu vəsaitin ölkəyə gətirilməsi gömrük orqanlarına bəyan edilməsi şərti ilə yol verilən idi. Deməli ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur. Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tətbiqinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına sınaq müddəti ilə azadlıqdan məhrum edilmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etdi və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirdi və qaçaqmalçılıq cinayətinin predmeti olan pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəldi. Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenumu da eyni mövqedən çıxış edərək özünün 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında göstərmişdir ki, məhkəmələr qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla 38 ədəd mobil telefon cinayət yolu ilə əldə olunmadıqlarından xüsusi müsadirə cinayət-hüquqi tədbirinin müsadirə obyekti ola bilməz və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsinin tələbinə əsasən qanuni sahibinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin imperativ tələbinə görə qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr xüsusi müsadirənin predmeti ola bilməz. Həmçinin, vurğulanmalıdır ki, nə ibtidai istintaq zamanı, nə də ki məhkəmə istintaqında qeyd edilən maddi sübutların cinayət yolu ilə əldə olunduğunu təsdiq edən hal müəyyən edilməmişdir. Lakin qanunvericiliyə uyğun olaraq malın gömrük rüsumu ödənilmədiyindən sözügedən cinayət hadisəsi baş vermiş və qeyd olunan mallar iş üzrə maddi sübut kimi tanınmışlar. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla, ümumilikdə 38 ədəd mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənildikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış dərman vasitələrinin və siqaretlərin qanuni sahibini müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən həmin dərman vasitələri və siqaretlər hökm qanuni qüvvəsini aldıqdan sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1200 konvalyut “Nexium 40 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1190 konvalyut “Diltizem 60 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1200 konvalyut “Diltizem 90 mg”, 5 həbi ekspertiza tədqiqatına sərf edilmiş 22 qutu “Triplexam 10 mg 2.5/10 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 50 konvalyut “Xarelto 15 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 160 konvalyut “Xorelto 20 mg”, 1 həbi ekspertiza tədqiqatına sərf edilmiş 164 flakon “Dostinex 0,5 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 180 konvalyut “Roaccutane 20 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 60 konvalyut “Arimidex 1 mg”, 1 konvalyutu ekspertiza tədqiqatına sərf edilmiş 51 qutu “Pentasa 500 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 120 konvalyut “Janumet 50/100 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 410 konvalyut “Femara 2,5 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 50 konvalyut “Oseflu 75 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 90 konvalyut “Jardiance 25 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 39 konvalyut “Forziga 10 mg”, 10 mg hissəsi ekspertiza tədqiqatına sərf edilmiş 20 flakon “Canhera 150 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 110 konvalyut “Januvia 100 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 8400 konvalyut “Anaprilin 40 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 232 konvalyut “Galvus met 50 mg”, 5 həbi ekspertiza tədqiqatına sərf edilmiş 230 konvalyut “İmuran 50 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1620 konvalyut “X26 50 mg/1000 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 136 konvalyut “Anafranil 75 mg”, 29 qutu “Mirena 52 mg”, 10 ədəd “Enbrel 50 mg”, 2 həbi ekspertiza 300 konvalyut “Alfamet 250 mg”, 150 konvalyut “Anafranil 25 mg” göstəricili dərman vasitələri, eləcə də qiyməti müəyyən edilməyən, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 105 konvalyut “Plaguenil 200 mg” göstəricili dərman vasitəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməlidir. Habelə 320 qutu “X30” markalı siqaret Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin üzərində belə marka olmayan siqaretlər Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 249,87 (iki yüz qırx doqquz manat səksən yeddi qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200- 1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdən həbsdə və ev dustaqlığında olması nəzərə alınaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin, 22382,58 (iyirmi iki min üç yüz səksən iki manat əlli səkkiz qəpik) manat məbləğində pul cavabdeh Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsinin vasitəsi ilə (adı- Qərb Ərazi Baş Gömrük İdarəsi) dövlət büdcəsinə keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1200 konvalyut “Nexium 40 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1190 konvalyut “Diltizem 60 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1200 konvalyut “Diltizem 90 mg”, 5 həbi ekspertiza tədqiqatına sərf edilmiş 22 qutu “Triplexam 10 mg 2.5/10 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 50 konvalyut “Xarelto 15 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 160 konvalyut “Xorelto 20 mg”, 1 həbi ekspertiza tədqiqatına sərf edilmiş 164 flakon “Dostinex 0,5 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 180 konvalyut “Roaccutane 20 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 60 konvalyut “Arimidex 1 mg”, 1 konvalyutu ekspertiza tədqiqatına sərf edilmiş 51 qutu “Pentasa 500 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 120 konvalyut “Janumet 50/100 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 410 konvalyut “Femara 2,5 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 50 konvalyut “Oseflu 75 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 90 konvalyut “Jardiance 25 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 39 konvalyut “Forziga 10 mg”, 10 mg hissəsi ekspertiza tədqiqatına sərf edilmiş 20 flakon “Canhera 150 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 110 konvalyut “Januvia 100 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 8400 konvalyut “Anaprilin 40 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 232 konvalyut “Galvus met 50 mg”, 5 həbi ekspertiza tədqiqatına sərf edilmiş 230 konvalyut “İmuran 50 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 1620 konvalyut “X26 50 mg/1000 mg”, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 136 konvalyut “Anafranil 75 mg”, 29 qutu “Mirena 52 mg”, 10 ədəd “Enbrel 50 mg”, 2 həbi ekspertiza 300 konvalyut “Alfamet 250 mg”, 150 konvalyut “Anafranil 25 mg” göstəricili dərman vasitələri, həmçinin qiyməti müəyyən edilməyən, 2 həbi ekspertiza tədqiqatına sərf edilmiş 105 konvalyut “Plaguenil 200 mg” göstəricili dərman vasitəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilsin. Bundan başqa, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 320 qutu “X30” markalı siqaret Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin üzərində belə marka olmayan həmin siqaretlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Həmçinin hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Azərbaycan Respbulikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan 11 ədəd “İphone 12 Pro Max 256 GB” markalı, 2 ədəd “İphone 12 Pro Max 512 GB” markalı, 5 ədəd “İphone 12 Pro Max 128 GB” markalı, 14 ədəd “İphone 12 Pro 128 GB” markalı, 6 ədəd “İphone 12 Pro 256 GB” markalı olmaqla 38 ədəd mobil telefon qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənildikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 249,87 (iki yüz qırx doqquz manat səksən yeddi qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar