Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-8/2024 05.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X18, X6 və Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X27 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X19, Şahid9, Şahid10 və Şahid1, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Qıvraq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qıvraq kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsində kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Rüstəmov X14 rayon sakini Şahid1 müraciəti üzrə Salyan rayon polis şöbəsində aparılan araşdırmanın sonuncunun xeyrinə müsbət həll olunması ilə bağlı 2020-ci ilin sonlarında özünə müraciətindən sonra guya Salyan rayon polis şöbəsində vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu Salyan rayonunda görüşləri zamanı Şahid1 yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən polis şöbəsində guya yüksək vəzifədə işləyən tanışlarına 400 (dörd yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla, Şahid1 razılığını aldıqdan sonra 2020ci ilin sonlarında Şahid1 tərəfindən istintaqa məlum olmayan bank hesabına göndərilmiş 200 manat və 2020-ci ilin sonlarında sonuncunun Neftçala rayonu Qaraqaşlı kəndində yaşadığı evində 200 manat olmaqla ümumilikdə 400 manat pul vəsaitini dələduzluqla ələ keçirmişdir. Bundan başqa, o, xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, faktiki olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayan (VÖEN **********) "xxxx" MMC-nin faktiki direktoru vəzifəsində işləyərkən cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsi və onun operativ idarə olunmasının həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı X7 qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin mart ayında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Oruc Qafarova bildirərək, həmin şəxslər vasitəsi ilə guya Oruc Qafarova ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabuncu rayonu, Sabuncu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışlarına 4.400 (dörd min dörd yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, Oruc Qafarovun razılığını aldıqdan sonra, həmin adla 2021-ci ilin mart-iyun ayları ərzində Bakı şəhəri ərazisində ayrı-ayrı ünvanlarda hissə-hissə olmaqla, ümumilikdə 4.400 manat pul vəsaitini Oruc Qafarovdan ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı Şahid2 qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata alınmaqla bağlı 2021-ci ilin yaz aylarında köməklik göstərilməsi üçün özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid2 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Şahid2 ev və avtomobil verilməsi imkanına malik olmasını Bakı şəhəri, Sabuncu rayonu, Sabuncu qəsəbəsində yerləşən sonuncunun yaşadığı evdə görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla, Şahid2 1.300 manata razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yaz aylarında Bakı şəhəri, Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığında Çinar kafesində 1.300 manat pul vəsaitini Şahid2 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 1.300 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid4 tanışı Qusar rayon Urva kənd sakini X1 əlillik dərəcəsinin verilməsinə köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid4 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Gülyanə Bağırovaya əlilik dərəcəsi təyin edilməsinə köməklik edəcəyini Qusar şəhər Avtovağzalının yaxınlığında yerləşən parkda görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid4 aldatmaqla bildirib, Şahid4 və Gülyanə Bağırovanın razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında Qusar şəhər Avtovağzalının yaxınlığında X25 Şeydabəyov vasitəsilə göndərdiyi 1.100 (bir min bir yüz) manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə X1 məxsus 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Şahid5 qohumu X23 dayandırılmış əlilliyinin bərpasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yaz aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid5 bildirərək, həmin şəxslər vasitəsi ilə guya X23 pensiyasının ödənilməsini bərpa edəcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid5 aldatmaqla bildirib, Şahid5 və Asəf Kərimovun razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqust ayında həmin ofisdə X37 Məmmədova vasitəsilə göndərdiyi 1.300 (bir min üç yüz) manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə X28 məxsus 1.300 (bir min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Masallı rayon sakinləri Şahid7 və Şahid8 Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinin Əməliyyat və İstintaq Baş idarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş Astara rayon sakini X10 cinayət məsuliyyətindən azad edilməsində köməklik göstərilməsi barədə 2021-ci ilin avqust ayında özünə müraciətlərindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid7 və Şahid8 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Elsevər Əliyevin cinayət məsuliyyətindən azad edilməsi imkanına malik olmasını Cəlilabad rayonunda “Ştuttqart” avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid7 və Şahid8 aldatmaqla bildirib, sonuncuların razılığını almaqla sövdələşərək, həmin adla Cəlilabad rayonunda “Ştuttqart” avtomobil ehtiyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada Şahid7 məxsus 2.000 manat və Şahid8 məxsus 3.000 manat olmaqla, ümumilikdə 5.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 2.000 (iki min) manat və Şahid8 məxsus 3.000 (üç min) manat, cəmi 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı Şahid9 Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi ona ev verilməsi ilə bağlı köməklik göstərilməsi üçün 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid9 bildirərək, həmin şəxslər vasitəsi ilə guya Şahid9 ev verilməsi imkanına malik olmasını Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Şahid9 razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında həmin ofisdə 5.000 manat pul vəsaitini Şahid9 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 2-ci Qarabağ müharibəsi iştirakçısı Şahid10 İİ qrup əlillik dərəcəsi almasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Şahid10 yalandan bildirərək, həmin şəxslər vasitəsi ilə guya sonuncuya pensiyasının təyin ediləcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Şahid10 razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin yay aylarında Bakı Metropoliteninin “Koroğlu” metrostansiyasının yaxınlığında iki dəfəyə, hər dəfəsində 2.500 manat olmaqla, ümumilikdə 5.000 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 1-ci Qarabağ müharibəsi iştirakçısı X16 dayandırılmış əlilliyin bərpasına köməklik etməsi ilə bağlı 2021-ci ilin yay aylarında özünə müraciətindən sonra əlilliyin təyin edilməsini həyata keçirən şəxslərlə yaxın münasibətlərinin olduğunu Azər Məmmədova yalandan bildirərək, həmin şəxslər vasitəsi ilə guya sonuncunun pensiyasının ödənilməsini bərpa edəcəyini Bakı şəhərində, Bakı Metropoliteninin “Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda görüşləri zamanı yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən tanışına 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Azər Məmmədovla razılığını almaqla sövdələşərək, həmin adla 2021-ci ilin avqust ayında Bakı şəhərində, Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən ofisində Azər Məmmədovun cinayətdən xəbərsiz Şahid11 vasitəsilə göndərdiyi 3.600 manat pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Azər Məmmədova məxsus 3.600 (üç min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Göygöl rayon şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 işlədiyi Göygöl şəhəri, Heydər Əliyev prospekti 57 ünvanında yerləşən iş yerinə gələrək sonuncunun Kəlbəcər rayonuna qanunsuz səfər etməsi barədə rəhbəri olduğu redaksiyaya məlumat daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə "xxxx" xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək həmin məlumatları yayacağı ilə onu hədələyib, Zərərçəkmiş şəxs3 qeyd edilən xarakterli rüsvayedici məlumatları "xxxx" xəbər portalında dərc etməməsindən ötrü istifadəsində olan mobil ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə “Whatsap” proqramı vasitəsilə 6 oktyabr 2021-ci il tarixdə şəklini göndərdiyi istintaqla müəyyən olunmayan bank hesabına 200 (iki yüz) manat məbləğində pul vəsaitini göndərməklə ona verməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin dekabr ayının ortalarında Samux rayonu Sərkar kənd musiqi məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefona özünə məxsus ***-***-**-** mobil nömrəsindən zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına qeyd edilən musiqi məktəbinin hər hansı fəaliyyətinin olmaması və dövlət tərəfindən ayrılan pul vəsaitlərinin mənimsənilməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə "xxxx" xəbər portalında məqalə dərc edəcəyini bildirərək həmin məlumatları yayacağı ilə hədələyib, qeyd edilən xarakterli rüsvayedici məlumatları "xxxx" xəbər portalında dərc etməməsindən ötrü 2.000 (iki min) manat məbləğində pul vəsaitini ona verməli olmasını Zərərçəkmiş şəxs1 bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, özgə əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgəyə məxsus pul vəsaitini tələb etməyə dair cinayətkar niyyətini həyata keçirmək üçün 2021-ci ilin dekabr ayında Samux rayonu Sərkar kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefona xx.xx.2021-ci il tarixdə özünə məxsus ***-***-**-** nömrəli telefon nömrəsi ilə “Whatsapp” proqramı vasitəsilə zəng edərək rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya məktəbdə intihar hadisəsinin olması barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə "xxxx" xəbər portalında məqalə dərc edəcəyini bildirərək bu məsələnin aydınlaşdırılması üçün görüşə dəvət etsə də, Zərərçəkmiş şəxs2 həmin görüşdən imtina etdikdə həmin məlumatları xəbər portalında rüsvayedici məlumatlar kimi yayacağı hədəsini təkrarən sonuncuya bildirərək qeyd edilən məqalənin mətbuatda yayılmamasından ötrü tərəfindən məlumatları göndəriləcək bank hesabına 1.000 (bir min) manat məbləğində pul vəsaitinin göndərilməli olduğunu Zərərçəkmiş şəxs2 bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 təkrarən hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hər-hansı vəzifə tutmamış, Dövlət Vergi xidmətinə gedərək "xxxx" MMC-ni (VÖEN **********) təsis etmişdir. Həmin cəmiyyətdə rəsmi qeydiyyatda olmasa da özü rəhbərlik etmişdir. Daha sonra www.beyaztv.az sosial şəbəkəsini yaratmış, cəmiyyətin adından istifadə edərək bir neçə müsahibələr almışdır. Müsahibələr əsas qazilər ilə bağlı olub və həmin müsahibələri sosial şəbəkədə paylaşmışdır. Oğlu Alməmməd vasitəsilə onun dostu X11 tanımış, təxminən 2021-ci ilin mart ayında Oruc Qafarov onlara gələrək oğlu Alməmməd ilə görüşərkən onunla söhbət əsnasında 2-ci Qarabağ müharibəsində iştirak etdiyini, döyüş tapşırığını yerinə yetirərkən xəsarət aldığını bildirmişdir. Ona qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salmağa, habelə əlilliyə görə pensiya verilməsi üçün yuxarı vəzifəli şəxslərə verilməsi adı ilə 3.500 manat pulunu almış, daha sonra Oruc Qafarov onun üçün heç bir köməyi olmadığına görə pulunu geri istəmişdir. Həmin pulu verməkdən əvvəlcə imtina etsə də, daha sonra hissə-hissə qaytaracağını bildirmiş, lakin hazıradək tərəfindən heç bir vəsait qaytarılmayıb. Bundan başqa, Sabunçu qəsəbəsində yaşayan Şahid11 ilə Oruc Qafarovun vasitəsilə tanış olmuş, təxminən 2021-ci ilin yay aylarında Şahid11 tanışı 2-ci Qarabağ müharibəsi iştirakçısı Şahid10 əlillik dərəcəsi alınması üçün yuxarı vəzifəli şəxslərə verilməsi adı ilə 5000 manat, 1-ci Qarabağ müharibəsi iştirakçısı Bəxtiyar adlı şəxsə ev alınmasına köməklik edəcəyi ilə bağlı 5000 manat və həmin ilin sentyabr ayında 1-ci Qarabağ müharibəsi iştirakçısı Azər adlı şəxsdən dayandırılmış pensiyanın bərpa edilməsi üçün 4000 manat pul almış və xərcləmişdir. Azər adlı şəxsdən aldığı 4000 manatdan 2350 manatını geri qaytarmışdır. Bundan başqa, tanışı Qabildən yuxarı vəzifəli şəxslərə verilməsi adı ilə 1000 manat alaraq sonuncunun qohumuna əlilliyə görə pensiya almasına köməklik göstərəcəyini bildirmişdim. Masallı rayonundan olan Adil adlı şəxsdən sonunucnun həbsdə olan qohumunun məhkəmə işində kömək edəcəyini bildirərək 4000 manat məbləğində pulunu almış və vəsaiti şəxsi ehtiyacları üçün xərcləmişdir. Tanış olduğu şəxslərə özünü www.beyaztv.az ("xxxx" MMC) sosial şəbəkəsinin rəhbəri kimi təqdim etmişdir. Lakin həmin müəssisə ilə heç bir əmək müqaviləsi bağlanmamışdır. Ona ünvanlanmış iş materiallarından Sərkar kənd musiqi məktəbinin direktoru Zərərçəkmiş şəxs1 və Sərkar kənd tam orta məktəbinin direktoru Zərərçəkmiş şəxs2 zəng edərək rəhbəri olduqları məktəblər barədə redaksiyaya rüsvayedici materiallar daxil olduğunu bildirib həmin materialları "xxxx" internet saytında ictimailəşdirəcəyini deyərək hədə qorxu gəlib ictimailəşdirməmək müqabilində onlardan müvafiq olaraq 2000 və 1000 manat pul istəməsinin görünməsi ilə bağlı heç kimə hədəqorxu gəlməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Məryəm tanışı olduğu üçün ona görə 400 manat borc almışam və qaytarmışdır. Bundan başqa Orucun ərizələrinə və sənədlərinə köməklik 3500 manat pul almış 2500 manatını qaytarmış, 1000 manatı qalmışdır.Bundan başqa Gülyanadan aidiyyəti orqanlara ərizələr yazmaq üçün 1000 manat almış, onu da qaytarmışdır. Asəflə aralarındaki danışıqları 1300 manat olub 750 manat vermiş, 750 manat qalmışdır.Adildən 2000 manat alıb, sadəcə 900 manat qaytarmış, Şirindən 5000, Ruslandan iki dəfəyə 3600 manat almış və hər ikisini də qaytarmışdır. Azərdəndən 3600 manat almış bir hissənin vermiş 1300 manatı qalmışdır. İşlərlə bağlı müsahibə götürmək üçün jurnalist kimi kimi fəaliyyət göstərdiklərini kanal üçün məlumatlar alıb yazılar hazırlamış, pulları köməklik etmək üçün almışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Fəhrad qızı ifadəsində göstərmişdir ki, Samux rayon Sərkar müsiqi məktəbinin direktoru olduğunu bildirmiş və 2021-ci ilin dekabr ayının 13-də işdə olarkən telefonuna tanımadığı ***-***-**-** mobil nömrəsindən zəng gəldiyinə görə həmin nömrəni tanımadığı üçün telefona cavab verməmişdir. Daha sonra “Getcontact” proqramı vasitəsilə nömrənin kimə məxsusluğunu yoxlayarkən Bəhrəm sözü çıxmış, tanımadığı adam olduğundan telefonu açmamışdır. Daha sonra ***-***-**-** mobil nömrəsindən zəng gəlməyə başlasa da, həmin nömrəni də tanımadığı üçün açmamışdır. Sonda ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə “Səadət müəllimə salam sizi narahat etdiyim üçün üzürlü sayın Bəhram müəllimdir Bəyaz tv dən zəhmət olmazsa telefonu açardınız” şəklində mesaj gəlmiş, həmin mesaja reaksiya vermədiyinə görə növbəti dəfə “Səadət müəllimə Sizdən şikayət xarakterli məktub gəlib bizim redaksiyaya onun üçün sizə zəng vurdum danışmaq istəmirsinizsə materialı buraxaq getsin” şəklində mesaj gəlmişdir. İşlədiyi dövrdə qanunsuzluğa yol vermədiyindən materialın məzmununun nədən ibarət olması ona maraqlı gəlmiş, növbəti dəfə Bəhram adlı şəxs yığanda onun zəngini qəbul etmişdir. Onunla danışıq zamanı Bəhrəm ona rəhbəri olduğu redaksiyaya guya musiqi məktəbinin fəaliyyətsiz olması ilə bağlı material daxil olduğunu, həmin materialın ictimailəşməməsi üçün onunla görüşmək istədiyini bildirmiş, Bəhrəmə yalandan ölkə ərazisində olmadığını, amma onunla nə üçün görüşmək istədiyini soruşmuşdur. Bəhrəm adlı şəxs bundan sonra materialın yayılmaması üçün onu “görmək” lazım olduğunu deyərək telefonda ondan 2000 manat pul istəmiş və həmin pulu şəklini göndərəcəyi karta göndərməsini bildirmişdir. Bəhrəm adlı şəxsə hər hansı bir qanunsuzluğa yol vermədiyini və musiqi məktəbinin qanuni fəaliyyət göstərdiyini, ona verməyə hər hansı bir məbləğdə pulunun olmadığını bildirmiş, daha sonra aralarında danışıq bitsə də, Bəhrəm dəfələrlə telefonuna zəng etsə də, zənglərini qəbul etməmiş və Bəhrəm adlı şəxslə görüşmək barədə təkliflərini qəti surətdə rədd etmişdir. Ona görə də Bəhrəm adlı şəxsin üzünü görməmiş, yalnız telefon nömrələrini bilir. Ona ünvanlanmış Bəhrəm adlı şəxsin 2000 manat pulu nə vaxt, harada və nə üçün istəməsi barədə suala cavab olaraq bir daha bildirmişdir ki, Bəhram adlı şəxs 2000 manat pulu 2021-ci ilin dekabr ayının ortalarında telefonda ona zəng edərək barəsində olan materialın "xxxx" internet portalında yayımlanmaması qarşılığında istəmiş və həmin pulu onun göndərəcəyi bank kartına yükləməyimi demiş, lakin bundan imtina etmişdir. Ona görə də Bəhrəm kartı ona göndərməmişdir. Bəhrəm adlı şəxs özünü ona "xxxx" nin rəhbəri kimi təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci ildən 2018-ci ilə qədər Samux rayonu Sərkar kənd Nizami Gəncəvi tam orta məktəbində direktor vəzifəsini əvəzedən, 2018-ci ildən isə Təhsil Nazirliyi tərəfindən həmin məktəbin dikretoru vəzifəsinə təyin olunmuşdur. 13 dekabr 2021-ci il tarixdə direktor işlədiyi məktəbə 2 nəfər tanımadığı şəxslər yaxınlaşaraq özlərini “beyaz tv”-nin baş redaktoru və təsisçisi kimi təqdim edərək, məktəbdə çəkiliş aparmaq istədiyini bildirmiş, söhbət əsnasında həmin şəxslərdən birinin adının Təqsirləndirilən şəxs, digərinin isə Rəfail Məmmədov olduğunu bilmişdir. Hər iki şəxs jurnalist olmalarına dair sənəd təqdim etmədiklərinə görə məktəbə daxil olmalarına və çəkiliş aparmalarına icazə verməmişdir. Həmin şəxslərdən jurnalist və ya redaktor olmaları barədə sənəd təqdim etmələrini bildirdikdə, Təqsirləndirilən şəxs və R.Məmmədov ona hər hansı bir vəsiqə və ya sənəd təqdim edə bilməmişlər. Bundan başqa hər iki şəxsin vaksin olunmaları barədə peyvənd sertifikatı olmadığına görə onlara qapalı məkana girişin qanunla qadağan olduğu bildirilmişdir. Növbəti gün ona məxsus olan +99***-***-**-** mobil nömrəsinə +99***-***-**- ** nömrədən gələn zəngə cavab verdikdə, həmin nömrənin sahibinin Təqsirləndirilən şəxs olduğunu bilmiş, telefon danışığı zamanı Təqsirləndirilən şəxs ona direktoru oluduğu məktəbdə intihar hadisəsinin baş verdiyi və həmin xəbəri redaktoru olduğu sosial şəbəkədə (www.beyaztv.az) paylaşacağını demiş, hətta ondan həmin xəbəri paylaşıb paylaşmamasını soruşmuşdur. Bu sualı verməklə Bəhrəm ondan paylaşmamaqla bağlı xahiş etməyini gözləmişdir. Amma əksinə ona cavab olaraq belə bir hadisənin baş vermədiyini bildirmişdir. Bundan sonra R.Bəhrəmov həqiqəti əks etdirməyən xəbəri www.beyaztv.az sosial şəbəkəsində paylaşdıqdan sonra +99***-***-**-** mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “whats app” programı vasitəsilə həmin sosial şəbəkədə paylaşdığı xəbərin linkini ona göndərmişdir. Eyni zamanda Bəhrəm ona www.nezaret.tv sosial şəbəkəsinin də dostlarına aid olduğunu bildirmişdir. “whats app” programı vasitəsilə Təqsirləndirilən şəxs +994-55-739-04-96 nömrəsi ilə qeydiyyatdan keçərək işlətdiyi “whats app” programına yazılı şəkildə verdiyi yanlış və qərəzli yazıya görə Hüquq Mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs göndərdiyi yazıdan sonra www.beyaztv.az sosial şəbəkəsində həmin xəbər başlığı silinmişdir. Bəhrəm dərhal onunla əlaqə yaradaraq yenidən həmin xəbərin redaktoru olduğu saytda və digər saytlarda paylaşılmaması üçün ona hədə-qorxu gələrək 1000 (bir min) manat pul tələb etmişdir. Həmin pulu isə ona məxsus olan kart hesabına göndərməsini istəmişdir. Bəhrəmə etirazını bildirirək, sağollaşdığından sonuncu ona kart nömrəsini göndərə bilməmişdir. Növbəti gün ona Rəfail Məmmədova məxsus olan +994-99-899-75-77 mobil nömrəsindən zəng gələrək, Təqsirləndirilən şəxs tələb etdiyi 1000 manatın hansı səbəbdən göndərmədiyini soruşduqda, Rəfail Məmmədova yalan məlumat yaymaqla ona hədə-qorxu gələrək pul tələb etdiklərinə görə aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Aralarında olan telefon danışığından sonra Təqsirləndirilən şəxs və Rəfail Məmmədovu görməmiş və heç bir telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3ifadəsində göstərmişdir ki,2021-ci ilin sentyabr ayının sonlarında işdə olarkən ona idarədən "xxxx" informasiya portalından 3 nəfər jurnalistin gəldiyini, qəbuluna düşmək istədiklərini demiş, həmin şəxsləri qəbul etmişdir. Qarşısında oturan Bəhrəm həmin vaxtı özünü "xxxx" -nin rəhbəri kimi təqdim edərək ondan Göygöl rayonu Quşçu kəndindən olan bir qazini incitməyi barədə onların redaksiyasına material daxil olduğunu, həmin materialla əlaqədar gəldiklərini demiş, Bəhrəmdən həmin qazinin adını və soyadını soruşduqda sonuncu ona həmin şəxsin məlumatlarını deməmiş, belə olan halda Bəhrəmin yalan danışdığını deyərək idarədən çıxmasını xahiş etmişdir. Bəhrəm isə ona barəsində Bəyaz TV-də material dərc edəcəyini demiş, Bəhrəmə qanuni fəaliyyət göstərdiyini deyib istədiyi materialı paylaşa biləcəyini bildirmiş, həmin vaxt əsas onunla söhbətləri Bəhrəm aparmış. Onlar çıxıb getdikdən sonra Bəhrəm yenə dayanmayaraq bu dəfə ona zəng edərək guya onun qanunsuz olaraq Kəlbəcər rayonuna səfər etdiyini deyərək bunu mətbuatda işıqlandıracağı ilə hədələmiş, bu söhbət aralarında dəfələrlə davam etmişdir. Eyni zamanda yazının mətbuatda işıqlandırılmaması üçün Bəhrəm ondan 200 manat istəmişdir. Bəhrəmin dəfələrlə ona ***-***-**-** nömrəsindən zəng edib hədə-qorxu gəlməsindən bezmişdir. Bəhrəm də ona kartı göndərmiş, Bəhrəm hətta Bəyaz Tv informasiya portalında paylaşdığı xəbərləri də hədə kimi ona göndərərək həmin pulu verməyəcəyi təqdirdə barəsində bu cür yazılar paylaşacağını göstərmişdir. Lakin onun tələb etdiyi məbləği ödəməmiş və barəsində hüquq-mühafizə orqanına müraciət edəcəyini dedikdən sonra Bəhrəmlə əlaqə kəsilmiş və sonuncu onu bir daha narahat etməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bəhrəmin hədə-qorxu gələrək pul tələb etməsini sübut etmək üçün pulu göndərməsi üçün ondan kart göndərməsini xahiş etmişdir. Bəhrəmin yanında olan iki şəxs isə sakit durmuşlar. Ona görə də həmin şəxslər özlərini təqdim etmədiyindən və onlar söhbətə qoşulmadıqlarından onların ad və soyadlarını öyrənə bilməmişdir. Bəhrəmlə barışdıqlarını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış X19 ifadəsində göstərmişdir ki,28 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə ***-***-**- ** saylı telefon nömrəsi ilə zəng edərək Bəhram Rüstəmovun qanunsuz əməllərindən şikayət etmişdir. Belə ki, 01 oktyabr 2020-ci il tarixdə könüllü olaraq döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayon istiqamətində gedən döyüşlər zamanı döyüş tağşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində sağ əlindən qəlpə yarası almış, daha sonra hərbi hospitala yerləşdirilmiş, xəstəxanada aparılan müayinə zamanı mənə “üzvi mənşəli şəxsiyyət pozğunluğu, barotravma nəticəsində şəxsiyyət pozuntusu, depressiv sindrom və retroqrad amneziya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin üzvü olmaqla (vəsiqə N1841) hazırda 3-cü qrup müharibə əliliyəm. Eyni zamanda mən Azərbaycan Respublikasının Prezidenti tərəfindən Füzulinin azad olunmasına görə, eyni zamanda, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdur. 9 dekabr 2020-ci il tarixdə ordu sıralarından tərxis olmuşdur. Tərxis olduqdan sonra göndəriş nəticəsində Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Psixiatrik” Xəstəxanasında müalicə almağa başlamış, müalicə aldığı dövrdə tanışı X4 atası Təqsirləndirilən şəxs ona zəng edərək qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salmağa, həmçinin əlilliyə görə pensiya almağına kömək edəcəyini bildirmişdir. O, Bəhrəmdən hansı səbəbdən mənə kömək etdiyini soruşduqda sonuncu oğlunun tanışı olduğuma görə kömək edəcəyini bildirmişdir. Həmin dövrdə bu işləri görə biləcək tanışı olmadığından, səhhəti buna imkan vermədiyinə görə Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** nömrə ilə əlaqə yaradaraq telefon danışığı apararkən Təqsirləndirilən şəxs mənə “Beyaztv.az” sosial şəbəkəsinin rəhbəri olduğunu bildirmiş,təxminən 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə əlaqə yaradaraq 20 Yanvar dairəsi yaxılığında görüşmüşdürlər. Həmin ərazidə Təqsirləndirilən şəxs özünə icarəyə ofis götürmüşdür. Təqsirləndirilən şəxs ilə ofisdə olan söhbət zamanı sonuncu ona qazi kimi ev, avtomobil növbəsinə də qeydiyyata salmağa və əlilliyə görə pensiya almağına görə ümumilikdə, 4400 manat məbləğində pul verməli olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs ev, avtomobil və pensiya ilə bağlı məsələləri həll edəcəyi təqdirdə 4400 manat məbləğində pulu ona verəcəyini bildirmişdir. Bundan başqa maddi imkanı zəif olduğundan həmin vəsaiti hissə-hissə verəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında ona zəng edərək işlərinin həlli üçün ilkin olaraq ondan 1100 manat məbləğində pul istəmiş və həmin vəsaitin yarı hissəsini Təqsirləndirilən şəxs evlərində, yarı hissəsini isə Bəhram Rüstəmovun ofisində 2021-ci ilin mart ayı ərzində vermişdir. Növbəti günlərdə Təqsirləndirilən şəxs ona zəng edərək işlərin həll olunması üçün ona əlavə 800 manat məbləğində pul verməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində yerləşən yaşadığı ünvana gedərək 800 manat pulu sonuncuya vermişdir. 800 manat pulu Təqsirləndirilən şəxs təqdim edəndə sonuncunun həyat yoldaşı Şahid12 da orada olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs yenidən ona zəng edərək vəd etdiyi məsələlərin həlli üçün əlavə olaraq 2500 manat məbləğində pulu ona verməli olduğunu bildirmiş, O, Bəhrəmə inandığı və işlərinin həll olunacağına güvəndiyi üçün, sonuncu ilə Nərimanov metrostansiyasının yaxınlığında görüşərək 2500 manat məbləğində pulu ona vermişdir. Ümumilikdə Bəhrəmə 4400 manat pulu 2021-ci ilin mart-iyun ayları aralığında vermiş, Təqsirləndirilən şəxs verdiyi 4400 manatın qarşılığında sonuncu tərəfindən heç bir köməklik görülməmiş, yəni qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs zəng edərək verdiyi 4400 manat pulu geri istəmiş, lakin Təqsirləndirilən şəxs ona verəcək pulunun və borcunun olmadığı cavabını vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, verdiyi pullarda sadəcə Bəhrəmin həyat yoldaşı Nailə tərəfindən ona 1100 manat qaytarılmış, 3300 manat pul isə qaytarılmamışdır. Pulunu tələb etdiyini və pulu qaytarılacağı təqdirdə şikayətçi olmayacağını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Şahid9 ifadəsində göstərmişdir ki, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla döyüşlərdə xəsarət aldığına görə 2-ci Qrup Qarabağ əlilidir. Eyni zamanda məcburi köçkündür vəmüharibədən sonra uzun müddət ev verilməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsində qeydiyyatda olsa da, evlə təmin olunmamışdır. Bu haldan eyni zamanda qohumu Şahid11 da məlumatı olmuşdur. 2021-ci ilin yay aylarında qohumuTofiqlə görüş zamanı sonuncu ona Təqsirləndirilən şəxs adlı şəxsin geniş əlaqələrinin olduğunu və ev məsələsini yoluna qoya biləcəyini deyərək, ev məsələsinin alınmasını istədiyi üçün Tofiqə onu Bəhrəmlə tanış etməsini bildirmişdir. Daha sonra Tofiqlə birlikdə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən Bəhrəmin ofisinə getmişlər, orada Bəhrəm onu və Tofiqi qəbul etmişdir.O, Bəhrəmə ev məsələsi ilə bağlı problemlərini danışmış və ona uzun müddətdir qeydiyyatda olsa da, ev verilmədiyini, Bəhrəm isə adını xatırlamadığı internet kanalının rəhbəri olduğunu, əlaqələrinin geniş olduğunu, tanış vəzifəli şəxslər vasitəsilə bu işi yoluna qoyacağını deyərək işin yoluna qoyulması üçün 5000 manat pul istəmiş və həmin pulun vəzifəli şəxslərə çatdıracağını bildirmişdir. Hansı vəzifəli şəxsə çatdıracağı barədə heç bir məlumat verməmişdir. Bəhrəmlə razılaşaraq ertəsi gün 5000 manat pulu Bəhrəmə Tofiqin yanında qeyd edilən ofisdə təqdim etmiş, Pulu təqdim edərkən otaqda üçü, yəni o, Tofiq və Bəhrəm olmuşdur. Pulu verdikdən sonra Bəhrəm əlavə olaraq Qarabağ müharibəsi iştirakçısı olmağı barədə sənədlərin surətini də istəmiş, həmin sənədlər təqdim edildikdən sonra Bəhrəm qısa müddət ərzində qeyd edilən məsələni yoluna qoyacağını və ən qısa müddətdə evlə təmin olunacağını bildirmiş, mən o da Bəhrəmlə razılaşmışdır. Bundan xeyli müddət keçsə də, Bəhrəmdən xəbər çıxmamış, hər dəfə Bəhrəmdən bu məsələ barədə maraqlananda ev məsələsinin alınmasına az qaldığını, biraz da səbr etməyini bildirmişdir. Artıq Bəhrəmin ona qarşı dələduzluq edərək pulunu ələ keçirdiyinə əmin olmağa başlamışdır. Daha sonra Bəhrəmin başqa bir adama qarşı da dələduzluq etdiyini və həmin adamın şikayətçi olduğunu öyrənərək Bəhrəmin onu aldadaraq pulunu ələ keçirdiyinə görə şikayətçi olmuşdur. Verilən suallara cavab olaraq bildimişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı 5000 manat puldan Şahid11 hər hası bir məbləğdə pul verib-verməməsi barədə heç nə bilmir. Bəhram Rüstəmov ona yalnız vəzifəli şəxslərlə əlaqəsinin olduğunu desə də, konkret hansı vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Şahid10 ifadəsində göstərmişdir ki, 21 sentybar 2020-ci il tarixdə hərbi toplantı məqsədilə ölkə ərazisində olan təlimlərə qoşuldum. 27 sentyabr 2020-ci il tarixdə başlayan “44 günlük Vətən müharibəsi”ndə Füzuli-Şuşa istiqamətində aktiv döyüş əməliyyatlarında kiçik çavuş kimi iştirak etmiş, Vətən müharibəsi zamanı döyüşlərdə aktiv iştirakına görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” orden və medallarla təltif olunmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarından tanıyır. Təqsirləndirilən şəxsla məni uzaq qohumu Şahid11 tanış edib. Təqsirləndirilən şəxsla heç bir qohumluğu, o cümlədən düşmənçiliyi və ədavəti yoxdur. Vətən müharibəsi zamanı döyüşlərdə yaralandığı üçün İİİ qrup əlil kimi 110 manat təqaüd və 300 manat Prezident təqaüdü alır. Verilən təqaüdlərin hamısı dərmanlarına və tam sağalmağı üçün müalicəsinə sərf etdiyindən İİ qrup əlillik dərəcəsi almağına köməklik etmək üçün Şahid11 müraciət etmiş, Şahid11 bununla bağlı onu Təqsirləndirilən şəxs yönləntmişdir. Təqsirləndirilən şəxs isə ona İİ qrup əlil kimi qeydiyyatdan keçməyinə köməklik edəcəyinə dair söz vermiş, bu məqsədlə 2021-cin ilin yay aylarında iki dəfə 2500 manat olmaqla cəmi 5000 manat pul alarkən ona həmin pulu kimə verəcəyi barədə heç bir məlumat verməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bəhrəmin harada işlədiyi barədə onda heç bir məlumat yoxdur. Bəhrəmə verdiyi 5000 manat puldan Şahid11 heç bir məbləğdə pul çatmamışdır. Tofiq uzaq qohumu olduğuna görə ona kömək etmək istəmişdir. Ona dəymiş ziyan da Təqsirləndirilən şəxs tərəfindən tam ödənilib, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin noyabr ayında işlədiyi yerdə şəxsi münasibətlər zəminində Elnur adlı şəxslə aralarında narazılıq yaranmış, həm o, həm də Elnur qarşılıqlı şəkildə biribirlərindən rayon polis şöbəsinə şikayət vermişlər. Həmin vaxt barəsində olan şikayətlə bağlı özüə hüquqi yardım axtarmış,bu zaman “youtube” kanalında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs nömrəsinə rast gəlmiş, bundan sonra onunla əlaqə saxlayıb bütün başına gələnlər barədə ətraflı məlumat vermişdir. Bir nəfər şəxsin ondan əl çəkmədiyini, buna görə polis şöbəsinə şikayət etdiyini, bununla bağlı ona köməklik göstərilməsini Bəhrəmə bildirmişdir. Bəhrəm isə özünü jurnalist kimi təqdim edərək bu işi özünün həll edə biləcəyini, bunun üçün rayon polis şöbəsinə getməli olduğunu, orada müəyyən şəxslərə pul verməli olduğunu deyərək bu işin yoluna qoyulması üçün ondan 400 manat pul istəmiş, həmin pulun 200 manatını 2020-ci ilin sonlarında Bəhrəmin ona göndərdiyi bank hesabına köçürmüş, 200 manatını isə həmin ərəfələrdə Neftçalada Bəhrəmin evində təqdim etmişdir. Pulu Bəhrəmə verməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun işi ilə bağlı heç bir hərəkət görməmiş və nəticədə Bəhrəmin onu aldatdığını görüb pulunu tələb etməyə başlamışdır. Bəhrəm isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Yalnız Bəhrəmə hüquq-mühafizə orqanına şikayət edəcəyini dedikdən sonra həmin puldan 100 manatını 2021-ci ilin may ayında qaytarmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçi deyil lakin pulunu qaytarmasını istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2004-cü ildən Bakı şəhərində kirayə yaşayır. Belə ki, həmin ildə Təqsirləndirilən şəxsla tanış olub ailə həyatı qurmuş, Bəhrəmin ikinci həyat yoldaşıdır. Belə ki, Bəhrəm ondan əvvəl evli olub və həmin nikahdan Alməmməd və Elnarə adında övladları var. Bəhrəmlə onun nikahından 2009-cu ildə İsmayıl adında övladlrı olub. Bəhrəm onunla evləndikdən sonra işi barədə bir söz deməmişdir. 2021-ci ilin dekabr ayında həyat yoldaşı Bəhrəm törətdiyi əməllərə görə həbs olunub. Bəhrəmin törətdiyi cinayət əməllərində hər hansı iştirakı olmamış, onun bu qanunsuzluqlarından məlumatı olmayıb. Övladları İsmayıl xəstə olduğundan onun müalicəsi üçün pul lazım olduğundan Bəhrəmdən tez-tez pul tələb etmişdir. Bəhrəm də pulu göndərmək üçün kart istəmiş, ona öz kartı olmadığından X26 kartını vermişdir. Bəhrəm də həmin hesaba pulu vurmuşdur. Eyni zamanda 2021-ci ilin sonlarına yaxın həyat yoldaşı Bəhrəmin əməllərindən şikayətlər çoxalmış, Oruc və Xəyal əsasən ondan pulunu tələb etmişdir. Oruc Bəhrəmə dəqiq tarixini xatırlamadığı vaxtda pulun bir hissəsini onun yanında vermiş, amma Bəhrəmin onlara nə söz verdiyini bilməmiş, onlar arasında danışıqdan məlumatı olmamışdır. Mesajlar da bununla bağlı olmuşdur. Ona ünvanlanmış xx.xx.2021-ci il tarixli Təqsirləndirilən şəxsla yazışmasından “ta yığış səndə camahatdan pul almağı gündə bir yerə gedirdin, mənim uşaqlarımın ruzusidi, mən borc xərc camahata qaytarıram, mənim yanımda sən Orucdan pul aldın” şəklində mesajla bağlı bildirmişdir ki, camaat deyəndə Oruc Qafarovu nəzərdə tutmuş, onun verdiyi puldan 1000 manatını qaytarmışlar. Mesaj mətnindən göründüyü kimi Bəhrəmi camaatdan pul almaqdan çəkindirməyə çalışmışdır. Bəhrərmin pulları nə üçün aldığını bilmir, onun qanunsuz əməllərindən məlumatım olmayıb. O, Bəhrəm həmin pulları borc aldığını bilmişdir. X26 bank kartına pulların kim tərəfindən vurulması barədə məlumatı yoxdur.Əlavə olaraq bildirmişdir ki, Bəhrəmin aldığı pulu kredit götürüb qaytarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onu 2020-ci ildə Qobu qəsəbəsində yerləşən özlərinə məxsus torpaq sahəsini Bəhrəmin qohumuna satarkən tanımış, münasibətləri yaranmışdır. 2021-ci ilin yaz aylarında Naxçıvanda yaşayan əmisi nəvəsi Asəfin təqaüdü dayandırılmış, həmin vaxt Asəf Bakı şəhərinə gəlib getməli olduğundan və buna maddi imkanı çatmadığından Bakı şəhərində işləri görməsini ondan xahiş edərək bu barədə etibarnamə vermiş, Asəfin işini yoluna qoymağa çalışmış, həmin vaxt ağlına Təqsirləndirilən şəxs gəlmiş, çünki Təqsirləndirilən şəxsla tanışlıqları zamanı sonuncu onlara vəzifəli şəxslərlə əlaqəsinin olduğunu və təqaüd, digər məsələləri yoluna qoymağı bacardığını demiş, Bəhrəmlə əlaqə saxlayıb onunla 2021-ci ilin yaz aylarında Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında sonuncunun ofisində görüşmüşlər. Bəhrəmə Asəfin məsələsini danışdıqda Bəhrəm Asəfin təqaüdünün ödənilməsinin davam etdirilməsini əlaqələri vasitəsilə həll edəcəyini, lakin bunun üçün müəyyən şəxslərə pul verilməli olduğunu deyib bunun qarşılığında 1300 manat pul istəmiş, o da Bəhrəmin dediklərini eynilə Asəfə çatdırmış, Asəf də razılaşmış və ona 1300 manat göndərmişdir. 1300 manat pulun hamısını elə həmin vaxtlarda Bəhrəmə ikilikdə vermişdir. Pulu verdikdən sonra Bəhrəm Asəfin işini 3-4 ay ərzində həll edəcəyini və təqaüdün verilişi davam edəcəyini demiş, lakin 3-4 ay keçməsinə baxmayaraq Bəhrəmdən xəbər çıxmamışdır. Bəhrəm hər dəfə müxtəlif bəhanələr gətirmiş, artıq Bəhrəmin onları aldadaraq pulu ələ keçirdiyinə tam əmin olmuşlar. Bundan sonra pulu tələb etsələr də, Bəhrəm pulu ödəməkdən yayınmışdır. Bir neçə dəfə onun yaşadığı evə getmiş, yalnız bundan sonra Bəhrəm 1300 manat puldan 350 manatını geri qaytarmışdır. Təqsirləndirilən şəxs Asəfdən başqa daha kimləri aldatması barədə məlumatı yoxdur. Bəhrəm 1300 manat pulu vəzifəli şəxsə çatdıracağı adı ilə alsa da, lakin ad çəkməmiş, kim olduğunu deməmişdir. Bundan sonra pulu tələb etsək də, Bəhrəm pulu ödəməkdən yayındı. Bəhrəm hər dəfə müxtəlif bəhanələr gətirmiş, buna görə də artıq Bəhrəmin onları aldadaraq pulu ələ keçirdiyinə tam əmin olmuşlar. Bir neçə dəfə onun yaşadığı evə getmiş, yalnız bundan sonra Bəhrəm 1300 manat puldan 350 manatını geri qaytarmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərərçəkmiş şəxs qismində tanınmış X23 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X36 ibtidai istintaq orqanına verdiyi ifadəsində, şahid qismində dindirilmiş Şahid5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində tanınmış Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının 19da evində oğurluq hadisəsi baş vermiş, lakin həmin hadisənin üstünü Masallı rayon polis şöbəsi aça bilməmişdi. Ona görə də dəfələrlə aidiyyəti qurumlara şikayət etsə də, şikayətlərinə cavab verilmədiyindən həmin vaxtı telefonunda olan bir nömrəyə yəni ***-***- **-** zəng vurduqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasının yanında bir cəmiyyətə gəlmişdir. Orada Bəhrəm onu qarşılayaraq məsələni ictimailəşdirəcəklərini və bundan sonra işinə baxılacağını demişdir. Lakin məsələnin ictimailəşməsi ilə razılaşmayaraq yalnız müraciətlərinin aidiyyəti orqanlara çatdırmasını bildirmiş, Bəhrəm də razılaşmışdır. Bundan sonra aidiyyəti qurumlara müraciət etmiş və ona cavab verilmişdir. Həmin vaxtdan Bəhrəmi tanımışdır. 2021-ci ilin mart ayında Astaradan olan dostu Elsevər narkotik vasitələrinin satışı ilə məşğul olduğu üçün tutulmuş və həmin hadisə baş verəndən sonra onun azadlığa buraxılması üçün adam axtarmışlar. Həmin vaxtı Bəhrəm yadına düşdüyündən Bəhrəmə zəng edib məsələni danışmışdır. Bəhrəm Cəlilabada gələcəyini orada görüşməyi və bu məsələ barədə danışmağı təklif etmişdir. Bəhrəmlə Cəlilabad rayonunda “Ştutqart” ehtiyyat hissələri satılan yerin yaxınlığında olan çayxanada görüşmüşlər. Görüşdə o, Elsevərin qaynı Elvin və Bəhrəm olmuşdur. Söhbət zamanı Bəhrəm yuxarı vəzifədə işləyən yaxın adamları olduğunu, Elsevərin azadlığa buraxılmasına kömək edə biləcəyini bunun üçün həmin vəzifəli şəxslərə çatdırmaq üçün 5000 manat pul verilməli olduqlarını demiş, bundan sonra əlacsız qalaraq Bəhrəmlə razılaşmışlar. Həmin pulun 2000 manatını özü, 3000 manatını isə Elsevərin qaynı Elvin düzəldərək 2021-ci ilin səhv etmirsə avqust ayında Cəlilabad rayonunda elə həmin yerdə axşam saatlarında pulu Bəhrəmə Elvin onun yanında sayıb vermişdir. Bundan iki gün sonra Elvinlə söhbətləri zamanı Elsevərin işi ilə bağlı hüquqi yardım alarkən həmin hadisədə sonuncunun təqsiri olmadığını görüb Elvinə Bəhrəmdən həmin 5000 manat pulu geri istəməsini bildirmişdir. Elvin də istifadəsində olan mobil nömrə ilə Bəhrəmə zəng edərək pulu qaytarmasını bildirmiş, Bəhrəm isə pulu qaytaracağını desə də, lakin dəfələrlə sonuncuya həm özü, həm də Elvin tərəfindən zənglər olunmasına baxmayaraq pulu qaytarmaqdan boyun qaçırmışdır. Yalnız çoxsaylı narazılıqlardan sonra Bəhrəm 5000 manat puldan 900 manatını kart vasitəsilə iş yoldaşı Ramal Əliyevin kartına köçürmüş və həmin kartdan çıxardığı vergi tutulduqdan sonra 891 manat pulu Elsevərin qaynı Elvinə vermişdir. Ümumilikdə 5000 manat puldan 4100 manatını hazıra kimi Bəhrəm onlara qaytarmamışdır. Bu günlərdə Bəhrəmin onlardan başqa digər şəxsləri də işlərini görmək adı ilə aldadaraq pullarını ələ keçirdiyini öyrənmişdir. Ona görə Bəhrəmdən şikayətçi olmaqla onun cinayət məsuliyyətinə cəlb olunmasını və onlara vurduğu ziyanın geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Ona ünvanlanmış ifadəsində Təqsirləndirilən şəxs 5.000 manat pul verməsini göstərməsi ilə Təqsirləndirilən şəxs ifadəsində ondan 4.000 manat almasını göstərməsi arasında yaranmış ziddiyyətlə bağlı suala cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yalan danışır, sonuncu 5000 manat pul alıb, həmin puldan 900 manatını qaytarıb, yerdə 4100 manatı isə qalmışdır. Ona ünvanlanmış Təqsirləndirilən şəxs hansısa vəzifəli şəxslərlə əlaqəsinin olub-olmaması barədə suala cavab olaraq göstərmişdir ki, Bəhram Rüstəmov onlara yalnız vəzifəli şəxslərlə əlaqəsinin olduğunu desə də, konkret hansı vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində, şahid qismində dindirilmiş Şahid7 ilə eyni məzmunlu ifadə verərək ifadəsində Təqsirləndirilən şəxs həbsdə olan qaynı Elsevərin cinayət məsuliyyətindən azad olunmasına kömək edəcəyini bildirib vəzifəli şəxslərə çatması adı ilə aldadaraq 5.000 manat pulu ələ keçirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində tanınmış Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, X12 4 ildir ki, tanıyır. Onunla Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən kafedə çay içərkən təsadüfən rastlaşıb tanış olmuşlar. Təqsirləndirilən şəxs "xxxx" internet kanalının baş redaktoru kimi tanımışdır. Bəhrəmlə tanışlığı olsa da, qohumluq, yaxın dostluq münasibətləri olmamış, tanış kimi mobil telefon vasitəsilə əlaqə saxlamışlar, təxminən 6-7 dəfə Bakı və Qusar şəhərlərində görüşmüşlər. Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində Qusar şəhər Avtovağzalının yanında görüşərək ona işlədiyi bağ sahəsində fəhlə kimi işləmiş Qusar rayonu, Urva kənd sakini Gülyanə Bağırovaya əlilliyə görə təqaüdün alması üçün köməklik göstərməsi məqsədilə cəmi 1100 manat pulu şəxsən özü vermişdir. Həmin vaxt yanlarında heç kəs olmamış, bu yolla maddi dolanışığı zəif olan Gülyanəyə kömək etmək istəmişdir. G.Bağırovaya əlilliyə görə təqaüdün düzəldilməsi üçün 1100 manat pul verməli olduğunu ona Təqsirləndirilən şəxs demiş, bu işi yuxarı vəzifədə işləyən tanışları vasitəsilə həll edəcəyini bildirmişdir. 1100 manat pulu Gülyanədən özü alıb şəxsən Təqsirləndirilən şəxs vermiş, bu puldan heç bir hissəsi ona çatmamışdır. Bu işdə heç bir maddi marağı olmamışdır. Təqsirləndirilən şəxs ondan pul almamışdan əvvəl pensiya almaq istəyən şəxsin şəxsiyyət vəsiqəsinin və tibbi sənədlərinin surətlərini də ona verməsini bildirmiş, həmin sənədləri də Təqsirləndirilən şəxs təqdim etmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək onu aldatmış, aldığı 1100 manat pulun əvəzində heç bir iş görməmişdir. Hər dəfə Gülyanə işi ilə bağlı ondan maraqlananda Bəhrəmdən soruşmuş, Bəhrəm də hər dəfə müxtəlif aldadıcı vədlər verərək gözləməsini bildirmişdir. 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında isə Bəhrəm pensiya düzəldilməsinin alınmadığını bildirmiş, ondan 1100 manat pulu geri istəmişlər. Lakin Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında Bəhrəmlə görüş zamanı sonuncu sənədləri qaytarsa da, pulu qaytarmamış və pulu qaytaracağına dair yalandan vədlər versə də hazıra kimi pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs bundan başqa hər hansı digər iş üçün ondan pul almamış və istəməmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində tanınmış Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq 2-ci Qarabağ müharibəsində iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayon istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində hər iki gözdə xəsarət, kəllə beyin travması almış, xəstəxanada aparılan müayinə zamanı ona “şəxsiyyətin digər davamlı dəyişiklikləri və.s” diaqnozu qoyulmuşdur. Hazırda 3-cü qrup müharibə əlilidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə”, həmçinin “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 2020-ci ilin dekabr aylarının sonunda ordu sıralarından təxris olunmuşdur. 2021-ci ilin yaz aylarında dostu eyni zamanda döyüş yoldaşı X19 ilə Zərifə Əliyeva adına Göz Xəstəxanasının yaxınlığında oturub çay içərkən həmin yerə Təqsirləndirilən şəxs gəlmiş, Təqsirləndirilən şəxsla orada tanışlıqları yaranmışdır. Orucla isə onların tanışlığı daha əvvəldən olmuş, belə ki, X15 dost olmuşlar. Həmin vaxtı Bəhrəm ora Orucun məsələsi ilə bağlı gəlmişdir. Söhbət əsnasında Bəhrəm özünü "xxxx" MMC-nin rəhbəri kimi təqdim edərək vəzifəli şəxslərlə əlaqəli olduğunu bildirmiş, Bəhrəmə problemlərinin olduğunu, belə ki, döyüşlərdə iştirak etdiyini, lakin bunu təsdiq edəcək sənədləri ala bilmədiyini, həmçinin dövlət qurumunda qeydiyyata alınıb ev və avtomobillə təmin olunmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs həmin məsələni həll edə biləcəyini, bunun üçün aidiyyəti vəzifəli şəxslərə pul çatdırmalı olduğunu, bunun müqabilində 1500 manat verməli olduğunu demiş, Bəhrəmlə razılaşmış və elə həmin söhbətdən iki gün sonra Bəhrəmlə Bakı şəhəri, Binəqədi rayonu, Zərifə əliyev adına Göz Klinikasının yaxınlığında yerləşən Çinar kafesində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs istədiyi puldan yalnız 1300 manatını ona verə bilmiş, Bəhrəm də həmin pulla razılaşaraq bir müddət gözləməsini demişdir. Bəhrəmlə razılaşsa da, üzərindən xeyli müddət keçməsinə baxmayaraq Bəhrəm məsələni həll etməmiş, ondan hər dəfə zəng edib məsələnin nə yerdə olduğunu soruşanda hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt uzatmışdır. Artıq Bəhrəmin onu aldadaraq pulunu ələ keçirdiyinə tam əmin olmuş, ondan sonra Bəhrəmdən pulunu tələb etməyə başlamışdır. Bəhrəm isə aqressiv mövqe göstərərək ona təzyiq və hədə gəlməyə başlamış, eyni zamanda yanında çalışan Emil adlı şəxsi söhbətə qoşub ona təhqir dolu mesajlar göndərməyə başlamışdır. Bundan sonra Binəqədi rayon polis şöbəsinə müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Belə olan halda Bəhrəmə pulu qaytarmayacağı təqdirdə onun bu qanunsuzluqları ilə bağlı video yayacağını bildirmiş, Bəhrəm isə yenə pulu qaytarmaqdan imtina etdiyinə görə səhv etmirsə Aztimes.az saytında video paylaşmışdır. Bundan sonra Bəhrəm ona zəng edərək videonu siləcəyi təqdirdə həmin 1300 manat pulu qaytaracağını demişdir. 2021-ci ilin yaypayız aylarında Bəhrəm 1300 manat puldan 1200 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs bu qanunsuz əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid11 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki,2020-ci ildə Sabunçu qəsəbəsində yaşayan uzun müddətdir tanıdığı Oruc adlı şəxsin vasitəsi ilə Bəhram Rustəmovla tanış olmuşdur. Bəhram özünü jurnalist kimi təqdim edərək "xxxx" youtube kanalının sahibi olduğunu demişdir. Bundan başqa Bəhram Rustəmov jurnalist olduğu üçün müxtəlif təşkilatlarda vəzifəli şəxslərlə əlaqəsinin olduğunu və müəyyən məbləğdə pulun müqabilində şəxslər üçün əlilliyə görə təqaüdə çıxarda biləcəyini, Qarabağ döyüşlərində iştirak etmiş şəxslər üçün evlərin və avtomobillərin alınmasında da köməklik göstərə biləcəyini bildirmişdir. 2021-ci ilin yay aylarında 2-ci Qarabağ müharibəsində iştirakçı olmuş qohumu Şahid10 üçün əlillik dərəcəsinin təyin edilməsindən ötru Bəhrama müraciət etmişdir. Şahid10 onun bibisinin nəvəsidir. Bəhram 5000 manat pul müqabilində əlaqədə olduğu yuxarı vəzifəli şəxslərin köməkliyi ilə Ruslan üçün əlillik təyin etdirə biləcəyini, həmin puldan vəzifəli şəxslərə də verəcəyini demiş, lakin 5000 manat puldan hansı hissəsini hansı vəzifəli şəxslərə verəcəyini bildirməmişdir. 2021-ci ilin yay aylarında Ruslan və özü 5000 manat pulu 20 yanvar metrostansiyasının yaxınlığında Bəhramın ofində sonuncuya vermişdir. Bəhram bununla bağlı heç bir iş görməmiş, çünki Ruslana onsuz da yaralandığı üçün qanuni yolla əlillik düşmüşdür. Amma Ruslana əlillik elə pulu verdikdən sonra baş tutmuşdur. Amma Bəhramın bununla bağlı kiməsə pul verib verməməsini bilmir. Təqribən 1 ay sonra, yənə 2021-ci ilin yay aylarında qohumu 1-ci Qarabağ müharibəsi iştirakçısı Bəxtiyar (051 729- 09-65) adlı şəxs ev növbəsində olduğunu, lakin hazıradək ev ala bilmədiyini demiş, bu məsələni Bəhrama dedikdə sonuncu 5000 manat pulun müqabilində qısa müddətdə ona ev təşkil edə biləcəyinə söz vermiş, Bəxtiyarla birlikdə Bəhramın ofisində olmuşlar, Bəxtiyar orada "xxxx"-nin adına ərizə yazmış, daha sonra 5000 manat pulu onun yanında Bəhrama vermişdir. Lakin hazırkı vaxta qədər Bəxtiyara hansı ev verilməsi təmin edilməmişdir. 2021-ci ilin sentyabr ayında tanışı 1-ci Qarabağ müharibəsi iştirakçısı Azər (050 667-95-72) ona yaralandığı üçün aldığı təqaüdün dayandırıldığını demiş, bu barədə də Bəhramdan köməklik etməsini xahiş etmiş, Azərlə birlikdə Nərimanov parkında Bəhramla görüşmüşlər və işin həll edilməsi üçün Bəhrəmin tələb etdiyi 4000 manat pulu vermişlər. Pensiya işi ilə bağlı hər hansı bir irəliləyiş olmadığı üçün Azər Bəhramdan pulunu tələb etmiş, Bəhram səhv etmirsə ona hissə-hissə 2350 manat pul qaytarmış, lakin qalan pulu qaytarmamışdır. 2021-ci ilin noyabr ayından başlayaraq Bəhram telefonlarına cavab verməmiş və o həmin vaxtdan da Bəhrəmin bu yolla şəxslərin etibarını qazanaraq onların pullarını ələ keçirdiyinə şübhəsi yaranmışdır. Ona ünvanlanmış X8 verilmiş pullardan ona hər hansı bir məbləğdə pul çatıb-çatmaması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, ona heç bir məbləğdə pul çatmamışdır. Bəxtiyar və Ruslan qohumları olduqlarından onları Bəhramla tanış etmişdir. Azər isə həmyerlisidir. Bəhramı iş görən adam kimi tanımış, pulları da Bəhrama tanış etdiyi həm Bəxtiyar, həm Azər, həm də Ruslan özləri şəxsən vermişlər. Burda onun hər hansı bir marağı olmamışdır. Yalnız adları göstərilən şəxsləri Bəhramla tanış etmiş, Bəhramın niyyətindən xəbəri olmamışdır. Bəhram Rüstəmov ona yalnız vəzifəli şəxslərlə əlaqəsinin olduğunu desə də, konkret hansı vəzifəli şəxslərlə əlaqəsinin olduğunu deməmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində tanınmış X16 ibtidai istintaq orqanına verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, X24 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, uzun müddət Füzuli rayon polis şöbəsində işləmiş, həmçinin 1-ci Qarabağ müharibəsində iştirak etmiş və müharibə zamanı qəlpə və güllə yarası almışdır. Ona görə də 2007-ci ildə əlilliyə görə təqaüdə çıxmışdır. 2021-ci ilin mart ayında təqaüdü dayandırılmışdır. Həmin ayda X5 zəng olunaraq mərkəzə dəvət etmişlər. Həmin quruma getdikdə ondan sənədləri tələb etmişlər və eyni zamanda Komissiyadan keçirib ona əlillik düşmədiyini bildirmişlər. Bundan sonra dayandırılmış təqaüdün yenidən bərpa edilməsinə çalışmışdır. Həmin vaxtı həmyerlisi Şahid11 onun bu məsələsi ilə bağlı Təqsirləndirilən şəxsla görüşdürmüşdür. Təqsirləndirilən şəxsla 2021-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nərimanov metrostansiysının yaxınlığında yerləşən parkda görüşmüşlər. Söhbət zamanı Bəhrəm ona özünü jurnalist kimi təqdim edib əlaqəli şəxs kimi göstərərək təqaüd məsələsini yoluna qoya biləcəyini demiş, belə ki, əlilliklə bağlı keçəcəyi Komissiyanın rəhbərinin onun tanışı olduğunu, onun vasitəsilə bu işi həll edəcəyini, buna görə ona 4000 manat pul verməli olduğunu demişdir. Əlacsız qalıb Bəhrəmə inanıb dediyi ilə razılaşmış və bundan sonra borca yalnız 3600 manat pul taparaq bu barədə Bəhrəmə bildirmişdir. Bəhrəm də həmin pulla razılaşmışdır. Özünün işi olduğundan Şahid11 vasitəsilə 3600 manat pulu 2021-ci ilin avqust ayının əvvəllərində Bəhrəmə çatdırmışdır. Pul Bəhrəmə çatdıqdan sonra Bəhrəmdən nəticə gözləmişdir. Belə ki, Bəhrəm ona bu işi 2021-ci ilin sentyabr ayının 1-nə kimi həll edəcəyini demişdir. Lakin sentyabr ayının 1-i gəlsə də Bəhrəmdən xəbər çıxmamışdır. Sonuncudan məsələnin nə yerdə olduğunu soruşanda Bəhrəm müxtəlif bəhanələr gətirmişdir. Artıq onda Bəhrəmin onu aldadaraq pulunu ələ keçirməsində əminlik yaranmışdır. Ona görə də ondan həm özü şəxsən həm də Tofiq Vasitəsilə pulunu tələb etməyə başlamış, bundan sonra Bəhrəm 2021-ci ilin dekabr ayına kimi ona verdiyi 3600 manat pulu tam şəkildə ona geri qaytarmışdır. Ona ünvanlanmış istintaq zamanı ifadələri alınmış həm Təqsirləndirilən şəxs, həm də Şahid11 ifadələrində Bəhrəmə 4.000 manat pul verdiyini, həmin puldan 2350 manatı ona qaytarıldığını göstərsələr də, özünün hazırki ifadəsində Bəhrəmə 3600 manat pul verməsi və həmin pulun tam şəkildə qaytarılması ilə bağlı yaeranmış ziddiyyətlə bağlı suala cavab olaraq göstərmişdir ki, Bəhrəmə 3600 manat vermiş və həmin pul onun tərəfindən tam şəkildə geri qaytarılmışdır. Ola bilsin ki, onlar düzgün xatırlamırlar. Çünki pulu verən özüdür və aldığı pulu da dəqiq bilir. 3600 manat puldan Şahid11 hər hansı bir məbləğdə pul çatmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2, 182.1 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay, yəni xx.xx.2022-ci il tarixədək müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 9 fevral 2022-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 182.2.2 və 32.4,312.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 dekabr 2021-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki, X19 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Oruc Qafarov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə Oruc Qafarovun dediklərini məbləğ hissəsi istisna olmaqla təsdiq edərək sonuncudan 4.400 manat deyil, 3.500 manat aldığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Şahid11 istifadəsində olan “Samsung” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Telefonun “WhatsApp” proqramı olan bölümünə baxdıqda Kontakt adı “Bəhram” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsi tərəfindən eynilə Təqsirləndirilən şəxs telefonunda aşkar edilmiş mesaj məzmunu “Bəhram telefonu aç pislik eləməyə keçməyək məni çox pis vəziyyətdə qoydun” şəklində, xx.xx.2021-ci il tarixdə saat 15:57-də Bəhrəm telefonu ac bu nə hərəkətdi eliyirsən telefonu ac axırı pis olacaq hələki sakitəm elə eləmə sənən şikayet eliyim dovlet orqanlarına, onsuz da qaça bilmiyeceysen, bele islerin sonu yoxdu” şəklində mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən, “WhatsApp” proqramında kontakt adı “Bəxtiyar Tofiq” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə səs yazısı göndərilərək sonuncunun onu müxtəlif bəhanələr gətirib onu aldatdığı deyilmiş, xx.xx.2021-ci il tarixdə saat 22:35-22:37 aralığında “bu telefonu niyə götürmürsən, məni aldatmaq sənə nə qazandırır, mən istəmədim sizə pislik edəm” şəklində mesajlar göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan SMS-lərin siyahısından görünür ki, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixinə kimi müxtəlif vaxtlarda Şahid7 istifadəsində olan ***-***- **-** mobil nömrəsindən “Salam müəllim.Mən sizə 2 gündü zəng vururam açmırsız.Məllim o astaralının işini həll edin.Camaat pul verib,heç olmazsa o pulun qarşılıgında nəsə edilməliydi”. “Bəhrəm telfonu aç.bu nə hərəkətdi? Camaatı sən ələ salmısan?”, “Adildə sizi verir polisə.telfonu aç.”, “Telfonu aç.mən sabah Adili də götürüb gəlirəm Bakıya.Elvin ordadı.O,”, “Bəhram müəllim sənin telefona cvb verməməyin Adil dayının oglunun bu işə qarışmasına səbəb oldu.Onlar Naxçıvanlıları yıgıb.Aləmi qatıblar bir-birinə.İndi mənə zəng olunmuşdu.Mənə deyirlər onu tap.Sizə axırıncı dəfə sms yazıram.Daha özüz bilin.Onun zəngini açın və cvb verin.Danışın onla.Vəziyyət pisdi.Belə gedirsə yaxşı olmuyacaq.” Şəklində mesajlar göndərilmişdir. İstintaqla həmin mesajların Şahid7 və Şahid8 tərəfindən göndərildiyi müəyyən edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və göndərilən SMS-lərin və zənglərin siyahısından görünür ki, həmin nömrə ilə Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixə kimi müxtəlif danışıq müddətlərində zənglər olmuşdur. Eyni zamanda həmin nömrənin anten məlumatları xx.xx.2021-ci il tarixdə Cəlilabad rayon ərazisində görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Azərbaycan Respublikasının Dövlət Gömrük Xidmətinin Əməliyyat-İstintaq Baş idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 1000-154/1xx-xx/001339 saylı məktubdan görünür ki, X13 idarə etdiyi yük avtomobilindən külli miqdarda narkotik vasitə aşkar edilməsi faktı əsasında 7 aprel 2021-ci il tarixdə Əməliyyat İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə ********* saylı cinayət işi başlanaraq istintaqı aparılmış, xx.xx.2021-ci il tarixdə istintaqı başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən, “WhatsApp” proqramında kontakt adı “Xuramanın qızı” kimi qeyd edilmiş ***-***-**-**” mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında olan yazışma vardır. Həmin yazışmadan görünür ki, qeyd edilən kontakt Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21:58-də “salam ayın 27si saat necədə gorseciyik biz”, xx.xx.2021-ci il tarixdə saat 13:44-də “cavab verin bizə”, xx.xx.2021-ci il tarixdə saat 14:30-da “salam pulun qalıgın göndərin bu gün”, xx.xx.2021-ci il tarixdə saat 14:08-də “pulu verin, belə olmaz, bizim qapını kəsiblər”, xx.xx.2021-ci il tarixdə saat 23:47də “cavab verin bizə camaat gəlib oturub bizdə pulun istiyir” sözləri yazılmış mesajlar göndərilmiş, həmin mesajlara Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14:17-də “səndən birinci xahiş edirəm, ikinci mənim qapıma bir adam gedərsə heç kim məndən inciməsin”, 14:19-da “özümdə bu sözə görə indi çıxıram gələm evə pulum yoxdur dedim sabah göndərəcəm karta” şəklində cavab göndərilmiş, Kontakt adı “Xuramanın qızı” kimi qeyd edilmiş “***-***-**-**” mobil nömrəsi isə Təqsirləndirilən şəxs cavabında “sənin haqqın yoxdur mənlə belə danışmağa mən evivə də gələrəm, oyana da keçərəm, camaatın haqqın yeyirsən səndən artıq nəsə istəmirik ki camaatın pulun istəyirik də, gəlib oturublar evimizdə. Dünənə qədər yalvarırdın xais eliyirdin vaxt verin bizde sene vaxt verdik insanluq elədik. Ama sen adama hədə qorxu gəlirsən.” sözləri yazılmış mesaj göndərilmişdir. Mesajların davamında Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vaxt istəyir. İstintaq zamanı “***-***-**-**” mobil nömrənin Şahid5 övladı tərəfindən istifadə olunduğu və həmin mesajların da onun tərəfindən yazıldığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan SMS-lərin siyahısından görünür ki, Şahid5 qızının istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan yuxarıda qeyd olunan mobil nömrəyə “Bizi hemise aldatmisiz siz oturblar bizle bir yerde mehlenizde getmirler verin pulu”, “Bu deqe karta pul atin biraz sakitlesdirek bulari “1300 asefin puluydu 950 manat borcun qalib senin onu at karta verek getsinler indi”, “Sabah hamsin at men yigib indi bularu aparam bize sabah pulun hamsi catsin”, “Sabah gelecekler qapiya eger pulu atmasan”, şəklində mesajlar göndərmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan SMS-lərin siyahısından görünür ki, Şahid5 istifadəsində olan ***-***- **-** mobil nömrəsindən “a kisi xaysi edirem pulu bu deqa at qapim da dilar camahat kesdiribler qapimi, “ menem sebhi qardas neter edey durum gedim polise telefonda acmirsan” şəklində mesajlar daxil olmuşdur. Həmin mesajlara Təqsirləndirilən şəxs cavabında pulun ayrı-ayrı tarixlərdə ödənəcəyinə dair vədlər verdiyi görülür. İstintaq zamanı həmin nömrədən də mesajların Şahid5 tərəfindən yazıldığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki,İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən telefonun “Qalereya” bölümünə daxil olduqda “Şahid9 aid 008252 saylı əlillik vəsiqəsinin şəkli, Şahid2, X16 şəxsiyyət vəsiqələrinin, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş AXTV 15695 saylı məsləhət vərəqinin və şəxsiyyət vəsiqəsinin fotoşəkli görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “X41” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs arasında mesajlar vardır. Mesajların məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq həmin kontakt Təqsirləndirilən şəxs özünün polisdə müraciətinin olmasını bildirir, Təqsirləndirilən şəxs isə həmin müraciətinə köməklik edəcəyi və bunun üçün ona pul göndərməsini bildirir. Həmin kontakt xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “salam necəsən? Mənim işim üçün söz verdin heç bir şey etmədin. Məndə sənə boş boşuna 200 manat borc götürüb verdim. Özün yaxşı bilirsən. Mənim pulumu nəvaxt göndərirsən? Mən hər ay 40 manat faizini verirəm o pulun ona verərəm övladlarım yeyər” şəklində xx.xx.2021-ci il tarixdə saat 19:52-də bank kartı şəkli göndərərək “axşamın xeyir sene mesaj yazdım cavab gelmedi senden neise. Zehmet olmasa mənim sənə verdiyim pulumun 200 manati bu karta vur bu həftə sonuna kimi” şəklində mesaj göndərilmiş, həmin mesajlara Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “Salam Məryəm nətərsən, bu karta göndərim, atdığın karta” şəklində səsli mesaj göndərilmişdir. İstintaqla “WhatsApp” proqramında kontakt adı “X41” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrənin Şahid1 istifadəsində olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “Seadet musiqi samux” şəklində qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən proram vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 15:28-də “Salam Səadət müəllimə mən Bəhram müəllim bir az öncə sizə yazdığım kimi şikayət məktubu ilə əlaqədar olaraq sizi narahat etdim amma siz telefonu açmırsınız. Mənim Azərbaycan xanımına hörmətim var bir Azərbaycanlı kimi sizinlə bu məktubda yazılanları müzakirə etmək istəyirəm məktəbə gəldik yerinizdə olmadığınız üçün zəng vurdum.” Şəklində, saat 15:38-də “məktubda yazılan faktlardan ikisini sizlərə təqdim edirik. Məktəbdə 300-ə qədər şagird olduğu halda dərsə 30 şagirddən artıq məktəbdə uşaq olmur. Müəllimlərdən bir çoxu xaricdə ola ola adı sizin məktəbdə gedir. Və sizin diplomunuz barədə yazılı məktub var. Əgər siz bizə 24 saat ərzində cavab verməsəniz biz məcburən bunlardan başqa da olan faktlar kanallarımızda işıqlandıracağıq cox sağolun” şəklində mesaj göndərilmişdir. İstintaq sənədlərindən “Seadet musiqi samux” şəklində qeyd edilmiş ***-***-**-** mobil nömrəsinin Zərərçəkmiş şəxs1 istifadəsində olduğu görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21yanvar 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki,İstintaq zamanı ifadələr arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,"xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2022-ci il tarixdə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 12:03-də “Səadət müəllimə salam Sizi narahat etdiyim ücün üzürlü sayın Bəhram müəllimdir Beyaz tv dən zəhmət olmazsa telefonu acardınız”, saat 14:53-də “Səadət müəllimə Sizdən şikayət xarakterli məktub gəlib bizim redaksiyaya onun ücün sizə zəng vurdum danışmaq istəmirsinizsə materialı buraxaq getsin” şəklində mesajlar göndərilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə saat 14:44-də həmin nömrə ilə 549 saniyə müddətində danışıqlar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21yanvar 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki,İfadələr arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha deyərək sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Təqsirləndirilən şəxs isə ona hədəqorxu gəlmədiyini, Rəfail Məmmədovun telefonundan özünün zəng etdiyini, Rəfailin bu işlərdə hər hansı bir iştirakının olmadığını göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki,İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “Afaq Sərkər Məktəbi” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən "xxxx" saytına yerləşdirilmiş “X45 rayonun Sərkər kənd orta məktəbində özünə qəsd hadisesi baş verib” başlıqlı linklər göndərilmiş, “Afaq Sərkər Məktəbi” adlı kontakt isə həmin linklərə cavabında “verdiyiniz yanlış və qərəzli yazıya görə hüquq mühafizə orqanlarına müraciət olunacaq” şəklində mesaj göndərilmişdir. Qeyd edilən linklərə internet səhifəsi bağlandığından daxil olmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən həmin kontakta sözügedən proqramda xx.xx.2021-ci il tarixdə 15:49 və 16:04-də zənglər olunmuş, lakin cavab verilməmiş, xx.xx.2021-ci il tarixdə yenidən saat 09:32 və 09:45-də zənglər olunmuş cavab verilməmiş, xx.xx.2021-ci il tarixdə isə həmin kontaktla Təqsirləndirilən şəxs arasında saat 09:48-də 1 dəqiqə 34 saniyə, saat 10:03-də 59 saniyə, saat 10:24-də 1 dəqiqə 32 saniyə müddətində danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,"xxxx" MMC-dən daxil olmuş diskə xx.xx.2022-ci il tarixdə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2021-ci il tarixdə saat 09:16-da 65 saniyə müddətində danışıq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21yanvar 2022-ci il tarixli “üzləşdirmədə dindirmə haqqında” protokoldan görünür ki,İfadələr arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir, həmçinin üzləşdirmə zamanı Bəhrəm Zərərçəkmiş şəxs3 hədəqorxu gəlmədiyini, sadəcə yol xərci kimi 200 manat pul istədiyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki,İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən “WhatsApp” proqramında kontakt adı “Elməddin Göygöl əmlak” kimi qeyd edilmiş ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs tərəfindən proqram vasitəsilə xx.xx.2021-ci il tarixdə saat 14:48-də “Salam Elməddin müəllim xoş gördük”, xx.xx.2021-ci il tarixdə saat 10:58-də bulanıq formada görünən lakin gözlə üzərindəki yazıları görmək mümkün olmasa da, bank kartının olduğu aydın görünən şəkil göndərilmiş, həmin şəkil xx.xx.2021-ci il tarixdə yenidən göndərilmiş, eyni zamanda "xxxx" informasiya portalında xəbərlərin linkləri göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 09:30-da 49 saniyə, saat 11:44-də 23 saniyə, xx.xx.2021-ci il tarixdə saat 16:04-də 23 saniyə danışıq müddətində zənglər olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrinin anten məlumatlarından görünür ki, ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələrii xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə Göygöl rayonu ərazisində, xx.xx.2021-ci il tarixdə Samux rayonu və Gəncə şəhərləri ərazisində görünür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 10:53-də 109 saniyə, xx.xx.2021-ci ildə saat 11:15-də 28 saniyə, xx.xx.2021-ci il tarixdə saat 12:12-də 69 saniyə danışıq müddətində zənglər olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 dekbar 2021-ci il tarixli “telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki,Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “WhatsApp” proqramında kontakt adı “Anam 2” kimi qeydiyyata alınmış ***-***-**-** mobil nömrəsi ilə yazışmanın mətninə baxış zamanı həmin kontaktdan Təqsirləndirilən şəxs göndərilmiş xx.xx.2021-ci il tarixli saat 10:41-də və 10:42-də yazılmış mesajlardan görünür ki, “ta yığış sende camahatdan pul almaqı gündə bir yerə gedirdin. Mənim uşaqlarımın ruzisidi mən borc xerc camahata qaytarıram, mənim yanımda sən orucdan pul aldın” şəklində mesaj göndərilmişdir. Bundan başqa telefonun “Qalereya” bölümünə daxil olduqda orada “Şahid9 aid 008252 saylı vəsiqənin şəkli, Şahid2, X16 şəxsiyyət vəsiqələrinin, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş AXTV 15695 saylı məsləhət vərəqinin və şəxsiyyət vəsiqəsinin fotoşəkli görünür. Həmçinin telefona baxış zamanı "xxxx" MMC-nin nəzdində özünün sədri olduğu X31 adlı təsisata dair qeydlər, "xxxx"-nin loqosu müəyyən edilmişdir. Eyni zamanda, telefonda “Feysbuk” proqramına daxil olduqda Təqsirləndirilən şəxs profili görünür. Həmin səhifədə Təqsirləndirilən şəxs özü haqqında qeydlərdə təvəllüdünü doğulduğu yeri, eyni zamanda "xxxx" xəbər portalının rəhbəri olmasını göstərmişdir. Profilin mesaj bölümünə baxdıqda iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Feysbukda BeyazTv səhifəsi axtarışa verildikdə eyni loqoda səhifə çıxır və həmin səhifə haqqında məlumatlarda səhifənin 2021-ci ilin yanvar ayından fəaliyyət göstərdiyi görülür. Həmin profil səhifədə "xxxx" səhifəsinə aid paylaşımlar öz əksini tapmış, həmin paylaşımlar Təqsirləndirilən şəxs tərəfindən bəyənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs “X31”-nın sədri kimi 1-ci müavin X20 003 nömrəli vəsiqə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsitərəfində verilmiş çıxarışdan görünür ki, “BəyazTV.Az “ MMC xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır. Həmin MMC-nin təsisçisi X9r. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,"xxxx" MMC-nin nizamnaməsindən görünür ki, MMC-nin direktoru cəmiyyətin cari fəaliyyətinə rəhbərlik edilməsi və onun operativ idarə olunmasının həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik vəzifəli şəxsdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(009)-183/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx.xx.2022-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş 3.000 manat cərimə cəzasının 1.000 manatını dövlət nəfinə ödəmiş, qalan 2.000 manat cərimə cəzası isə “8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən amnistiya tətbiq edilərək cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,DİNnin BƏSİİ-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Alməməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Y.Budaqov adına X2 daxil olmuş xx.xx.2022-ci il tarixli 53 nömrəli mətkubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxananın psixiatriya və narkoloji şöbələrində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Fəhrad qızı və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 fevral 2022-ci il tarixli sübutların qiymətləndiriləmsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefon, "xxxx", "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid9 və X7 xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmalarını və Təqsirləndirilən şəxs şikayətçi olduqlarını, ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1 və Şahid10 xx.xx.2022-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmalarını həmçinin Təqsirləndirilən şəxsla barışdıqlarını ona qarşı şikayətlərinin olmadığını və ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X23 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını və Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid4 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını məhkəmədən xahiş edir və Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbnin olmadğını məhkəmənin diqqətinə çatdırmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid11 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı vəsatətinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən xitam verilmişdir. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- ProsessualMəcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməkləAzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hərbir sübutun mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib,belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və yuxarıda qeyd olunan cinayət hadisələri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirli bilinməli və cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin əksər hissəsi ilə barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasnı yüngülləşdirən hal hesab edir. Əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxscinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Həmçinin Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət, ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməli və çəzaçəkmənin əvvəli tutulduğu20dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət ağır olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan “Huawei” markalı telefon, "xxxx", "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklər cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs istifadəsində olmuş “Huawei” markalı telefon qanuni sahibinə qaytarılmalı, "xxxx", "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 72 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 432 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə ekspertiza xərci yoxdur İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 182.2.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3cü maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 20 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs istifadəsində olmuş “Huawei” markalı telefon qanuni sahibinə qaytarılsın, "xxxx", "xxxx" və "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 72 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 432 (dörd yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-8/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-8/2024
05.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver