Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-8/2025 10.12.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Məmmədova Təhminə Cahid qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi2 Müşfiq oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1982-ci il tarixdə Qazax rayonu, Aşağı Kəsəmən kəndində anadan olmuş, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(088) 36/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4cü maddəsi ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, barəsində Ağstafa rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Ağstafa rayonu Göyçəli kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 149.1, 180.2.4 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyə netdi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etməklə iradəsinə zidd olaraq cinsi əlaqədə olub özgə əmlakını açıq yolla talayaraq zərərçəkmişə maddi ziyan vurmuş, bundan başqa digər zərərçəkmiş şəxsi bir qrup şəxs halında, xüsusi amansızlıqla qəsdən öldürmüş, həmçinin təkrarən özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla talayaraq zərərçəkmişə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə saat 21 radələrində Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan şəhəri, R.Zorqe küçəsi ev 81, mənzil 29 ünvanda yerləşən X2 məxsus evdə olarkən öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs zorla evin yataq otağına aparıb sifət nahiyyəsinə yumruq zərbəsi vurmaqla üzərində olan paltarları soyundurub onun müqavimətini qıraraq yerə yıxıb fiziki ağrı və iztirab yetirərək zor tətbiq etməklə iradəsinə zidd olaraq onunla cinsi əlaqədə olaraq zorlamış, Zərərçəkmiş şəxs həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə həmin vaxt sonuncunun qulağında olan 856 rubl, yəni, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2004-cü il tarixə olan rəsmi məzənnəsi ilə 29,21 (iyirmi doqquz manat, iyirmi bir qəpik) manat dəyərində olan bir cüt sırğanı açıq şəkildə talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, xx.xx.2004-cü ildə, saat 03 radələrində tanışı Şahid ilə birlikdə Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan şəhəri, R.Zorqe küçəsi ev 81, mənzil 29 ünvanda yerləşən X2 məxsus mənzildə olarkən onlarla birlikdə mənzilə gəlmiş, spirtli içki qəbul etdikdən sonra yataq otağına keçərək orada təxminən 30 dəqiqə müddətində qaldıqdan sonra Təqsirləndirilən şəxs tərəfindən zorlanmasını bildirən Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlərə görə Valentin İvanovla mənzilin zal otağında aralarında baş vermiş münaqişə zamanı sonuncunu öldürmək qərarına gəlib V.A.İvanovun sifət nahiyyəsinə otaqda olan dəmir qantellə 2 dəfə zərbə vuraraq ona sol yanaq nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan bədən xəsarətlərini yetirmiş, bundan sonra əlbəyaxa olub onun boğazından tutan Valentini aralayan Şahid üstünə gedib onu əlləri ilə boğazından tutan X3 xüsusi əzab verdiyini dərk edərək tutacağı və ülgücü olan bıçaq tiyəsi tipli kəsici-deşici alətlə 15 dəfə baş, boyun və döş qəfəsinə zərbələr vuraraq daxilə nüfuz etməyən, sağlamlığa Yüngül zərər vuran bədən xəsarətlərini yetirmiş, Şahidla bir qrup şəxs halında vurulmuş zərbələrin təsirindən zəifləmiş V.A.İvanovu evin döşəməsi üzərinə yıxıb otaqda olan elektrik naqilini sonuncunun boynuna bir dövrə doladıqdan sonra naqilin bir ucunu özündə saxlayıb, digər ucunu Şahid vermiş, hər ikisi birlikdə sonucunu öldürmək məqsədi ilə naqili sıxıb V.A.İvanovu boğaraq ona boynun orta üçdə birinin stranqulyasiya şırımı Ağır bədən xəsarətini yetirmiş, zərərçəkmişin nəfəs almamasına və tərpənməməsinə görə öldüyünü güman edib hər ikisi elektrik naqilini buraxdıqdan sonra yerdə uzanan Valentin İvanovun xırıldayaraq nəfəs almaq istəməsinə görə hələ ölmədiyini başa düşüb qəsdən öldürməkdən ibarət cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə özündə olan tutacağı və eni 3,1 sm-ə yaxın, uzunluğu bədənə daxil olma hissəsində 8 sm-dən yuxarı olmayan, ülgücü olan bıçaq tiyəsi tipli kəsici-deşici alətlə 7 dəfə zərərçəkmişin həyat üçün vacib orqanlarının yerləşdiyi döş, sinə və ürək nahiyyəsinə ardıcıl zərbələr vuraraq sonuncuya ürəyin bayır qişasının və sağ ürək qulaqcığının arxa divarının zədələnməsi ilə döş qəfəsinə soldan nüfuz edən kəcisi-deşici, 2-ci qabırğanın aşağı kənarının, sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 2-ci qabırğa arası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan kəsici-deşici, 3-cü qabırğanın aşağı kənarının, sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 3-cü qabırğa arası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan kəsici-deşici, 3-cü qabırğaarası əzələlərin və sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 3-cü qabırğaarası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan kəsici-deşici və 4-cü qabırğaarası əzələlərin və sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə müşayiət olunan 4-cü qabırğaarası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan üç ədəd kəsici-deşici yaraları, soldan qemotoraks (sol plevral boşluqda 1200 ml yaxın qanın olması), qemotamponada (ürəyin bayır qişasında 100 ml yaxın qanın olması), qara ciyərin sağ payının ön səthinin zədələnməsi ilə torakoabdominal nüfuz edən kəsici-deşici yaraları ilə nəticələnən, həyat üçün təhlükəli olan şokla və daxili orqanların azqanlığı ilə mürəkkəbləşən boğulma nəticəsində mexaniki asfiksiyadan yaranan ölümünə səbəb olan Ağır dərəcəli bədən xəsarətlərini yetirərək X4 xüsusi amansızlıqla bir qrup şəxs halında qəsdən öldürmüşdür. Bundan sonra, o, xx.xx.2004-cü ildə saat 03:30 radələrində X4 öldürdükdən sonra, təkrarən özgə əmlakını gizli talamaq qərarına gələrək Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan şəhəri, R.Zorqe küçəsi ev 81, mənzil 29-dan Şahidla qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında V.A.İvanova məxsus 800 rubl dəyərində bir ədəd zamşa gödəkçəsi, 4 000 rubl dəyərində bir ədəd dəri qış gödəkçəsi, 1 200 rubl dəyərində payız gödəkçəsi, 200 rubl dəyərində idman şalvarı, 830 rubl dəyərində qış ayaqqabısı, 1 200 rubl dəyərində üç ədəd komplekt yataq dəsti, birlikdə dəyəri 750 rubl olan üç ədəd televizor və videomaqnitafon pultu, 5000 rubl nəğd pul, 869 rubl dəyərində ərzaq məhsulları, 4 967 rubl dəyərində «Tomson» markalı televizor, 600 rubl dəyərində maqnitofonu və 890 rubl dəyərində “Toshiba” markalı videomaqnitofonu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 21 306 rubl yəni, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2004-cü il tarixə olan rəsmi məzənnəsi ilə 727,13 (yeddi yüz iyirmi yeddi manat, on üç qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 149.1, 180.2.4 177.2.1, 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə təxminən 2003-cü ilin dekabr ayında baş vermişdir. O, Qamil ilə şərik olmuşdur. Hadisə günü onlar İvanovun evinə yeyibiçməyə getmişdirlər. Həmin vaxt Qamil musiqinin səsini qaldırmışdır. İvanov “qonşulara ayıbdır, səsi aşağı sal” deyə xəbərdarlıq etmiş, daha sonra özü qalxıb musiqinin səsini azaltmışdır. Bu səbəbdən onların arasında mübahisə başlamışdır. Təqsirləndirilən şəxs ayağa qalxaraq onları aralamağa çalışmışdır. Bu zaman İvanov ona qarşı nalayiq ifadələr işlətdiyini demişdir. O isə qapını çırpıb evdən çıxmışdır. Evi tərk etdikdən sonra orada nə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğunu, məhkumluqdan əvvəl Rusiyada, Kazan şəhərində işlədiyini, orada rus və çeçen şəxslərlə birlikdə kirayədə qaldığını bildirmişdir. Qamili Rusiyanın başqa bir şəhərində tanımış, daha sonra şərikli alver etmək qərarına gəlib Kazana getmişdirlər. Onlar bazarda kafeyə daxil olub yemək yedikləri zaman İvanov yaxınlaşaraq siqaret istəmişdir. Təqsirləndirilən şəxs və Qamilin təklifi ilə İvanov onların masasına əyləşmiş və onlarla birlikdə yemək yemişdir. Təqsirləndirilən şəxs ona Qamil ilə şərik olduğunu və işləmək məqsədilə Kazana gəldiklərini demişdir. Bundan sonra İvanov onları evinə dəvət etmişdir. Təqsirləndirilən şəxs Lilya ilə İvanovun münasibətləri barədə məlumatlı olmamışdır. Yolda onların evinə əliboş getməmək üçün çörək və digər ərzaqları almışdırlar. Hadisə həmin gün – tanış olduqları gün baş vermişdir. Hadisə vaxtı Lilya evdə olmamışdır, İvanov onu yoldan götürmüşdür. Evdə yeyib-içdikləri zaman Qamil musiqinin səsini yenidən qaldırmışdır. İvanov səsi aşağı salmış, bir qədər sonra Qamil musiqini yenidən qaldırmışdır. Tərəflər arasında dava düşmüşdür. Təqsirləndirilən şəxs onları ayırmaq istəyəndə İvanov ona nalayiq ifadələr işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evi tərk etmişdir. O, Lilyanın onlarla birlikdə əyləşibəyləşmədiyini dəqiq xatırlamamışdır. Evdən çıxdıqdan sonra avtovağzala gedərək axşama kimi pivə içmişdir. Təxminən bir saat – saat yarım sonra Qamil onun yanına gəlmişdir. Bu müddətdə Qamil ilə əlaqə saxlamamışdır. Onlar evə gündüz getmişdirlər. Təqsirləndirilən şəxs evdən çıxma vaxtını dəqiq xatırlamamış, lakin bunun günorta, hava işıqlı vaxt olduğunu demişdir. Qamil ona İvanovla dalaşdığını, onu vurduğunu, lakin ölüb-ölmədiyini bilmədiyini demişdir. Təqsirləndirilən şəxs bu hadisədən qorxmuş, ona problem çıxmasın deyə Bakı–Kazan avtobusuna minib geri qayıtmışdır. Qorxmasının səbəbini İvanovun evində yeyib-içməsi və stəkanlarda əl izinin qala biləcəyinə görə ehtiyat etməsi ilə izah etmişdir. O, polisə məlumat verməyi düşünməmişdir. Qamilin tutulduğunu isə hərbi xidmətdən qayıtdıqdan sonra öyrənmişdir. Lilyanın ondan hansı səbəblə şikayət etdiyini bilməmişdir. Lilya ilə əvvəldən tanış olmamışdır. Lilyanın Qamildən şikayət edib-etmədiyini də bilməmişdir. Təqsirləndirilən şəxs evlə avtovağzal arasındakı məsafəni dəqiq bilməmişdir. Evi tərk etdikdə evdə yalnız Qamil və İvanov olmuşdur. Lilya əvvəlcədən evdən çıxmışdır. Qamil avtovağzala gələndə onun əlində hər hansı oğurlanmış əşya görməmişdir. İvanovun evinin ikiotaqlı olduğunu, onların hamısının mətbəxdə oturub yemək yediklərini demişdir. Lilya ilə tək otaqda qalması barədə məlumatı olmamışdır. Lilyanın onların gəlməsinə razılıq verdiyini, onu yoldan götürdüklərini demişdir. Təqsirləndirilən şəxs İvanovun hündürboy olduğunu, Qamilin isə ondan bir qədər hündür olduğunu qeyd etmişdir. Qamilin içkili vəziyyətdə İvanovu boğa biləcəyini ehtimal etdiyini söyləmişdir. Qamilin Kazanda tək qalmasını özünə sığışdıra bilmədiyi üçün onu da götürüb Ağstafaya qayıtmışdır. Həmin vaxt Qamilin əynində gödəkcə olduğunu xatırlamışdır. Azərbaycana qayıtdıqdan sonra Qamil orada 2–3 ay qalmışdır. Təqsirləndirilən şəxs kənddə olarkən sinif yoldaşının “kişisinizsə, gedib vətənə xidmət edin” sözlərindən təsirlənərək ərizə yazıb hərbi xidmətə yollanmışdır. Qamil də bunu görüb qayıtmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Bakıya gələrək onu yola salmışdır. Qamil getdikdən sonra onun tutulmasına dair məlumat almamışdır. Qamilin ona İvanovu daşla vurduğunu dediyini, lakin onun ölübölmədiyini bilmədiyini demişdir. İvanovun onlara kafedə yaxınlaşdığı zaman içkili olduğunu, həm kafedə, həm də evdə içdiklərini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən məhkəmədə elan olunmuş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində göstərmişdir ki, 1990-cı ilin sonlarında mərhum bibisi ilə birlikdə işləməyə Rusiya Federasiyası Kazan şəhərinə getmiş, orada əvvəlcə xırda alverlə məşğul olmuş, sonradan isə müxtəlif tikintilərdə fəhləlik edib günəmuzd işləmiş, adətən işdən sonra müxtəlif kafe və çayxanalara gedib vaxtını keçirmiş, Rusiya Federasiyasında olduğu müddətdə müxtəlif qadınlarla yaxın əlaqələri və cinsi münasibəti olmuşdur. Rusiya Federasiyası Kazan şəhərində yaşayan Zərərçəkmiş şəxs ilə də digər qadınlar kimi münasibəti olmuş, amma o, yaxud başqa qadınlarla zorakılıqla münasibətdə olmamışdır. Zərərçəkmiş şəxs hansısa əşyasını, o cümlədən sırğasını əlindən zorla almamışdır. Rusiyada işləmiş, gündəlik pul qazanıb adətən öz ehtiyaclarına sərf etmişdir. Kiminsə əşyasına, qızılına ehtiyacı olmamışdır. Xeyli müddət keçdiyi üçün hadisəni dəqiq xatırlamasa da Zərərçəkmiş şəxs vurmamış, döyməmiş, hansısa qızılını aparmamışdır. Kazan şəhərində olduğu müddətdə tatar millətindən olan Şahidla tanış olmuş, sonuncunu həmişə Kazan şəhərində çörək yediyi, yaşadığı məhəllədə olan kafedən tanımış, onunla bir yerdə yoldaşlıq etmiş, arabir oturub yeyib-içmişlər. Onun harada işlədiyini dəqiq bilməmişdir. 2004-cü il yanvar ayında dəqiq xatırlamadığı tarixdə V.A.İvanov özü onları çöldə görüb evinə getməyi təklif eləmiş, evi Kazan şəhərində 9 mərtəbəli hansısa binada yerləşmişdir. Evdə onlardan başqa adam olmamış, stolun üstündə araq, konservə yaxud kolbasa-çörək olmuşdur. Şahid ilə V.A.İvanov stol arxasında üzbəüz, özü isə Şahid yanında oturmuşdur. Bir neçə rumka araq içəndən sonra onların arasında qəfil mübahisə yaranmış, bir-birinin ünvanına söyüş söyməyə, təhqir etməyə başlamışlar. Həmin vaxt Şahid qəfil evdəki idman etmək üçün istifadə olan qantel tipli dəmiri götürüb V.A.İvanovanın üstünə atmış, dəmir qantel İvanovun ayağına dəyəndən sonra o da həmin dəmiri Şahid üstünə atmışdır. Bundan sonra hər ikisi oturduqları yerdən stoldan ayağa qalxıb bir-birinə əlləri ilə zərbələr endirməyə başlamışdır. Həmin vaxt Şahid stolun üstündə olan rəngini və ölçüsünü dəqiq xatırlamadığı bıçağı əlinə alıb V.A.İvanovun üstünə getmişdir. Artıq vəziyyətin pisləşdiyini, hadisə olacağını görüb evdən çıxıb qaçmış, bundan 2-3 gün sonra avtobusla Azərbaycan Respublikasına gəlmişdir. Şahid V.A İvanovu öldürməsini Azərbaycana qayıdandan sonra bilmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan sonra həqiqi hərbi xidmətə getmiş, Naxçıvan MR-də xidmət etdikdən sonra Ağstafa rayonuna qayıtmış, ailə qurmuşdur. Bir ildən sonra övladı dünyaya gəlmiş, sonrakı dövrdə kənddə sərxoş vəziyyətdə zorlamaya görə 2010-cu ildə tutularaq məhkum olunmuş, 7 illik həbs həyatından sonra azadlığa çıxmışdır. Həmin vaxtdan sonra da rayonda günəmuzd işlərlə məşğul olmuşdur. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərərçəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, qeyd olunan ünvanda 1970-ci il təvəllüdlü X1 birgə yaşamışdır. Valetin 17 yaşından psixiatr uçotunda olmuş, əvvəl sərbəst güləşlə məşğul olmuş, idman ustası namizədi olmuşdur. Xəstələndikdən sonra idmanla məşğul olmamışdır. Oğlu heç vaxt evli olmamış, spirtli içkilər içməmiş, bütün günü evdə oturub televizora baxıb kitab oxumuş, son zamanlar dindar olub kilsəyə getmişdir. Evə heç kimi gətirməmiş, küçəyə çıxanda dostları ilə ünsiyyətdə olmuşdur. Valentin küçəyə gündə bir dəfə çıxmış, təxminən 2 saata yaxın həyətdə gəzmişdir. Yaşadıqları mənzil də Valentinin adına rəsmiləşmişdir. 12 yanvar 2004-cü ildə O özü putyovka ilə sanatoriyaya getmiş, Valentin evdə tək qalmış, Fuçik küç., 34, mənzil 4 ünvanında yaşayan bacısıgildə nahar və şam yeməyi yemişdir. 18 yanvar 2004-cü il saat 16:30 radələrində sanatoriyaya bacısı oğlu gəlib Valentinin evdə olmadığını demiş, bundan sonra biryerdə Kazan şəhərinə gəlmişlər. Qapının zəngini çalsalar da qapını heç kim açmamış, özündə açar olmadığına görə arakəsməni sındırıb mənzilə daxil olub zalın qapısını açdıqda Valentini döşəmə üstündə qan içində görmüşlər. Aleksandr Petroviç əlavə ifadəsində göstərmişdir ki, mənzildən biri zamşa, qış gödəkcəsi, qəhvəyi rəngli, digəri qara rəngdə dəri qış gödəkcəsi, qollarında qırmızı xətləri olan bej rəngli yay gödəkcəsi olmaqla, ümumilikdə 3 gödəkcə, "Tomson" televizoru, "Toşiba" videomaqnitafonu, köhnə yapon maqnitofonu, 3 ədəd yataq dəsti, qış çəkmələri, 5000 rubl, həmçinin 6 kq kartof, 3,5 kq ət, 2 kq donuz piyi, həcmi 1,5 İ olan 2 butulka bitki yağı, 2 paçka kərə yağı olmaqla qida məhsulları yoxa çıxmışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, 16 yanvar 2004-cü ildə işdən çıxmamışdan əvvəl orada 6 nəfərə bir butulka araq içmiş, Privolojski bazarı yanında 24 saat işləyən dükandan cın tonik” bankası alıb Safiullin küç., 24 saylı evin 177 saylı mənzilinə uşaqların yanına getmək istəmişdir. Qarajların yanında 25-30 yaşlı boyu təxminən 160-165 sm olan, türkə oxşar, sıx bədən quruluşlu, qara gözlü, burnu gürcü tipli olan, saçları şapka altında, qəhvəyi dublyonkalı oğlan əlindən tutub, onunla getməyi demiş, harada işlədiyini soruşmuşdur. Ona “Çulpan” kafesində işləməyi dedikdə, özünün Bauman küçəsində kafesi olduğunu, onunla biryerdə getməyi demiş, “sən kimsən ki, mən səninlə harasa gedim” dedikdə adının Ramil olduğunu söyləmişdir. Bu zaman yanlarına iki nəfər, birinin adı “Serqey" görünüşcə 35 yaşı olan, boyu 160-165 sm, orta bədən quruluşlu, rusa bənzəyən, kürən saqqal bakenbardlar və bığ, enli sifət, başında qulaqları olan şapka geyinmiş (Valentin), digəri sarımtıl rəngli jilet geyinən, görünüşcə 24 yaşı təxminən 180 sm boyu olan, arıq bədən quruluşlu, gözləri açıq rəngli nə geyindiyini xatırlamadığı kişi (Qamir) yaxınlaşmışdır. Serqey adı ilə tanıdığı Valentin Qamirdən hər şeyi götürdüyünü soruşanda digəri müsbət cavab vermiş, onun əlində qırmızı etiketi olan araq və pivə olmuşdur. Həmin vaxt özü çox pis olduğundan ətrafda digər adamların olub-olmamasına fikir verməmişdir. Onlar onu da özləri ilə dartıb aparmış, qışqırmamağı demişlər. Kazan şəhəri Riçard Zorge küç., 81 saylı evin birinci girişinə saldıqdan sonra liftlə yuxarı qalxmış, onu qapısı liftdən çıxanda solda yerləşən mənzilə salmışlar. Mənzildə Ramil ona soyunmağı dedikdə imtina etmiş, Ramil onun gödəkçəsini soyundurmuş, digər ikisi mətbəxə keçib, maqnitofonu qoşmuşlar. Ramil onu otağa itələyib yumruğu ilə üzünün sol tərəfindən vurub “sus qəhbə" deyib otağın qapısını bağlamış, paltarını soyundurub iradəsi əleyhinə onunla cinsi əlaqədə olmuş, qulağından sırğalarını açıb götürmüşdür. Zala giriş qapısından solda divan və döşəmədə qəhvəyi rəngli palaz olmuş, cinsi əlaqədən sonra Ramil durub çölə çıxmış, sonra otağa hündür oğlan (Qamir) daxil olanda özü artıq paltarlarını geyinmiş formada olmuşdur. Ondan (Qamirdən) nə etmək istədiyini soruşanda “bundan əvvəl nə etdilərsə onu edəcəyini” dedikdə, xahiş edib yalvarmağa başlamış, ona heçnə eləməməyi, oğlu kimi olduğunu demişdir. Həmin oğlan “bəs siz öz istəyinizlə olmadınız?” dedikdə ona, "bəs siz mənim qışqırıq səslərimi eşitmirdiniz!? mən köməyə çağırırdım!” deyib oğlandan onu mənzildən buraxmağı xahiş etmiş, oğlan isə bunu edə bilməyəcəyini deyib, mətbəxə keçmişdir. Mətbəxdə danışıq səslərini eşitmiş, hansısa biri “qoy yeddinci mərtəbədən tullansın” demişdir. Sonra Serqey adı ilə tanıdığı Valentin çıxıb açarları axtarmağa başlamış, lakin uzun müddət tapa bilməmişdir. Sabahısı gün evinə atasının gələcəyini, hər şeyin qaydada olmalı olduğunu eşitmiş, Serqey açarları axtaranda Ramil paltarlarını geyinmişdir. Həmin vaxt Ramilin cibində müxtəlif rəngli tutacağı olan bıçağı görmüşdür. Serqey açarları tapanda Ramil qışqırıb onu mənzildən buraxmamağı demişdir. Bu zaman evdən qaça bilmiş və pilləkənlə təxminən 2 mərtəbə qalxaraq liftin düyməsini basıb aşağı düşmüş və küçəyə qaçmışdır. Zərərçəkmiş şəxs istintaq zamanı əlavə ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü ildə Ramil onu zorladıqdan sonra qulağından bir cüt sırğasını zorla açaraq götürmüş, bundan sonra geyinib otaqdan çıxmış, özü otaqda tək qalmışdır. İkinci oğlan, sonradan adının Şahid olduğunu bildiyi şəxs ona yaxınlaşıb nə baş verdiyini soruşanda Ramilin onu zorladığını demişdir. Bu zaman mətbəxdən Ramilin səsi gəlmiş o, qışqıraraq Şahid “başla, sən də sına!” desə də Şahid onun Ramillə könüllü cinsi əlaqədə olmadığını bildikdən sonra ona heç nə etməyəcəyini demişdir. Onun sayəsində həmin mənzildən qaça bilmiş, mənzilin sahibi olan kişi, yəni Valentin Ramilin onu zorladığını və mənzildən buraxmaq istəmədiyini eşitdikdən sonra onu buraxmaları və mənzilin açarlarını qaytarmalarını tələb etməyə başlamış, qapı açılanda fürsətdən istifadə edərək mənzildən qaçmış, kişilər isə öz aralarında dalaşmağa başlamışdır. Evə qayıtdıqdan sonra vanna qəbul etmiş, nə edəcəyini bilməmiş, tez yuyunmaq istəmişdir, övladlarının təkidi ilə milisə müraciət etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, 2003-cü il dekabr ayında Zainsk ş. Qələbə pr., ev 1/14 ünvanda yaşayan tanışının yanında Təqsirləndirilən şəxsla tanış olmuşdur. 2003-cü ilin dekabrında bir günlük təcridaxanaya salınmış, oradan çıxanda dostu ilə onu Ramil qarşılamış, dostu onunla biryerdə yaşamağı demişdir. Getməyə yeri olmamış, öz evinə də getmək istəməmişdir. Ramil Zainsk şəhəri, İnşaatçılar küçəsi 6 ünvanında mənzil kirayələmiş, üçü orada yaşamağa başlamışlar. Yeni ili orda qarşılamış, 10 yanvar 2004-cü ildə Kazan şəhərinə işləməyə gəlmişlər. Türk tikinti şirkətində işə düzəlmiş, tikintidə 2-3 gün işlədikdən sonra Kazanda kolxoz bazarında yerləşən məsciddə yaşamışlar. Məscidə saat 20 radələrində gəlib namaz qılınan zalda yatmışlar. Sonra ora getmək uzaq olduğu üçün ordan işdən çıxmış, iş axtarmağa başlamışlar. Moskva bazarına getdikləri gün kafeyə girib yemək yemiş, 1 butulka araq içmişlər, sonra kafenin yanında dayanıb siqaret çəkəndə yanlarına bir kişi yaxınlaşıb siqaret istəmişdir. Ona siqaret verib, danışmağa başlamış, kirayə mənzil soruşduqda bilmədiyini, lakin 1 litr araq alsalar onun evində gecələmələrinə icazə verəcəyini bildirmişdir. Bundan sonra marşrut taksisinə oturub hərəkət demiş, sonra Sergeyin evinin yaxınlığında yerləşən mağazaya girib, 2 butulka araq və bir balon pivə almışlar. Mağazadan çıxanda 40-45 yaşlı qadın görmüşlər. Həmin qadın ağlayıraq “cin tonik” içkisi içmişdir. Ramil ona yaxınlaşıb, niyə ağladığını soruşmuş, bir müddət aralarında danışmışlar. Həmin vaxt Sergeylə danışdığı üçün nə məzmunda söhbət etdiklərini bilməmişdir. Ramil qadını onlarla gəlməyə çağırmış, qadın da razılaşmışdır. Əvvəlcə özü və “Serqey” adı ilə tanıdığı Valentin qalxmış, sonra isə qadınla Ramil qalxmış, liftdən çıxanda sol tərəfdə olan mənzilin qapısını Serqey özü açmışdır. Mənzilə daxil olduqda heç kim olmamışdır. Serqey tək yaşadığını, mənzilin bir otaqlı olduğunu demişdir. Qonşular onları görməmişdir. Mətbəxə girib spirtli içki içməyə başlamış, 2 butulka araq içmişlər. Serqey də onlarla birgə içmişdir. Qadın da bir rumka içmiş, həmin vaxt musiqi qoşmuş, Serqey isə Əfqanıstan barədə nəsə danışmışdır. Sonradan isə səs salmamağı, qonşusunun FTX-də işlədiyini demişdir. Ramil bir müddət sonra qadına otağa keçməyi təklif etmiş, qadın da onunla getmiş və Ramil qapını bağlamışdır. Serqeylə özü mətbəxdə qalıb xatırlamadığı mövzu barədə söhbət etmişlər. Ramil və Liliya təxminən 30 dəqiqə olmamış, həmin müddətdə içəri otaqdan qışqırıq eşitməmişdir. Mətbəxdə musiqi səslənmiş, Ramil gəldikdə qadınla cinsi əlaqədə olduğunu demişdir. Ondan “qadın hardadır, niyə gəlmir? soruşanda Ramil paltarını geyindiyini demişdir. Bundan sonra ağlamaq səsi eşidərək otağa daxil olmuş, qadını divanda oturan vəziyyətdə görmüşdür. Nə baş verdiyini soruşanda Ramilin onu zorladığını demişdir. Buna görə Serqeylə Ramilə öz iradlarını bildirəndə Ramil cavabında susub, onlara gülümsəmişdir. Ramildən niyə belə etdiyini, qadının onları milisə verəcəyini demişlər. Sonra həmin qadın geyinib mənzildən getmək istəmiş, ancaq qapı bağlı olmuş, Ramil mənzilə daxil olanda o qapını bağlayıb açarları cibinə qoymuşdur. Qadın onu buraxmağı xahiş etmiş, Serqey mənzilin açarlarının harada olmasını soruşanda Ramil onda açar olmadığını demiş, lakin bir müddət sonra açarları vermiş və Serqey (Valentin) qadını (Liliyanı) buraxmışdır. Qadın çıxanda bu barədə oğluna deyəcəyini, oğlunun “Hadi- Taktaş" mütəşəkkil cinayətkar dəstənin üzvü olduğunu demişdir. Yenidən Ramilə niyə belə etməsini irad tutmuş, Serqey də onu tənbehləməyə başlamışdır. Ramil heçnə olmayacağını dedikdə Serqey onlara getmələrini deyib Ramillə mübahisə etməyə başlamışdır. Ramilin Serqeyə dəqiq nə deməsini xatırlamır. Hadisələr otaq-zalda baş vermiş, Ramilin döşəmədən qanteli qaldırıb Serqeyə zərbə vurmuşdur. Qantel qara rəngli 8 kq-lıq olmuş, Serqey zərbədən yıxılmamış, başından qan gəlmişdir Serqey üzü çarpayıya doğru olmuş, zərbədən sonra Ramilə tərəf dönüb, boğazından tutmuş, həmin vaxt Serqeyə yaxınlaşıb iki əli ilə onu tutmuş, Serqey özünü çıxara bilmiş və onun boğazından tutmuşdur. Qarçılığında əli ilə onun üz nahiyyəsinə zərbə vurmağa başlamış, əlindən çıxmağa çalışmışdır. Ona 2-3 zərbə vurmuş, Ramil özündə olan, həmişə cinsdə üzərində gəzdirdiyi bıçaqla Serqeyin bədən nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Nə qədər zərbə vurduğunu bilmir, bu zaman Serqey zəifləmiş və onu buraxmışdır. O yıxılmamış, ayaq üstə durmağa çalışmış, buna görə Ramillə onu döşəməyə yıxmışlar Ramil hardansa elektrik şnur ugötürmüş, onu Serqeyin boğazına sarımış, bir ucunu ona verib “gəl onu boğaq” demiş, naqilin ucunu götürüb Serqeyi boğmağa başlamışdır. Serqey bu zaman müqavimət göstərib, xırıldamış, əllərini yellətmişdir. Onu nə qədər boğduğunu xatırlamır. Serqeyin nəfəsi kəsiləndə şnuru atmış, Ramil də özü tutduğu ucunu buraxmışdır. Lakin bir müddət sonra Serqey yenidən xırldamağa başlayıb dərindən nəfəs almaq istəyəndə Ramil yerdə uzanan Serqeyə yaxınlaşıb onun ürək nahiyyəsinə yuxarıdan aşağıya doğru daha 5-6 zərbə vurmuşdur. Serqey bu zaman beli üstündə başı eyvana, ayaqları zalın giriş qapısına tərəf uzanmış olmuşdur. Serqey açıq gözlə uzanıb nəfəs almadığı üçün öldüyünü başa düşmüşdür. Şnur Serqeyin boynunda qalmış, bu zaman saat gecə 3 radələri olmuşdur. Serqeyi öldürdükdən sonra Ramillə onun əşyalarını oğurlamaq qərarına gəlmiş, mənzildən 2 ədəd qış gödəkcəsi, soyuducudan ərzaq malları, ət, bitki yağı götürmüşlər. Qapını açıb mənzildən çıxmış, qapını bağlamamışlar. Dublyonkaları özü, Ramil isə ərzaqları aparmışdır. Maşın saxlatdırmaq, televizorla maqnitofonu götürmək üçün mərkəzi yola çıxmış, "VAZ” markalı, modeli, rəngi, nömrəsini xatırlamadığı maşın tutmuşlar. Sürücüyə köçdüklərinə görə mənzildən bir iki əşya götürmək lazım olduğunu demiş, sürücü razılaşmışdır. Binanın girişinə yaxınlaşdıqda sürücü maşında qalmış, arxada oturmuşdur. Ramil qabaqda oturmuş, təxminən 15 dəqiqə sonra televizor və sovet istehsalı olan iş maqnitofonu ilə çıxmışdır. Bundan sonra sürücüyə onları "Basket hol" kompleksinin yanında olan məscidin yanına aparmağı xahiş etmişlər. Məscidə gəldikdən sonra Ramil bir oğlanla danışıb əşyaları saxlamağı, səhər gəlib götürəcəyini demişdir. Bundan sonra əşyaları qoyub özbəklər yaşayan yerə gedib paltarlarını yumuşlar. Orada Ramil tasda paltarı yumuş, səhər kolxoz bazarına getmiş, Ramil özbəklərə oğurlanan əşyaları təklif etməyə başlayıb alıcı tapmışdır. Bir özbəklə onun “Vaz 2109” markalı avtomobili ilə əşyaları saxladıqları məscidə qayıdıb əşyaları götürmüş, Ramilin paltarlarını yuduğu evə aparmışdır. Onlara pul verib ancaq televizoru götürmüş, Ramillə hesablaşmış, 2 gün sonra Ramil maqnitofonu, uzun və qısa dublyonkanı da satmış, onun nə qədər pul aldığını bilməmişdir. Pulları Ramil özündə saxlamışdır. Serqeyi öldürdükdən bir həftə sonra Azərbaycan getmək qərarına gəlmişdir. Bundan əvvəl Ramil atasına zəng vurmuş, atası Ramilə onu axtardıqlarını, ya təslim olmağı, ya da getməyi demişdir. Ramil Azərbaycana getməyi təklif etmişdir. Onun pasportu olsa da Ramildə köhnə nümunəli vətəndaşlıq olmayan pasportu olmuşdur. Kazandan xatırlamadığı tarixdə çıxmışlar. Ramil avtobus sürücüsü ilə Azərbaycana çatanda pulunu ödəyəcəyi barədə razılaşmış, “İkarus” markalı avtobusun nömrəsi, sürücünün adı yadında qalmamışdır. Dağıstana çatdıqdan sonra Ramili sərhəddən buraxmamışlar. Bundan sonra Ramilin anası ilə sərhədi keçib Azərbaycan ərazisində kafedə onu gözləmişlər. Ramil bir müddət sonra gəlib sərhədi dediyinə görə yük vaqonunda keçdiyini bildirmişdir. 5 mart 2004-cü ilə qədər Azərbaycanda Ağstafa rayonunda Ramilin evində yaşamış, bundan sonra onunla dalaşdığı üçün Zainsk şəhərinə geri dönmüş, onu milis əməkdaşları yaxalamış və istintaqa cəlb edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2004-cü ildə keçirilmiş baxış zamanı hadisə yeri Kazan şəhəri Riçard Zorge küçəsində yerləşən 81 saylı evin 29 saylı mənzilidir, mənzil doqquz mərtəbəli binanın birinci girişində 8-ci mərtəbədə yerləşir. Mərhum V.A.İvanovun cəsədi zalda beli üstündə uzanmışdır, qapısı yaxın qapıya tərəf istiqamətlənmişdir, həmin qapıdan təxminən 0,4-0,45 metr məsafədədir, ayaqları otağa giriş qapısı istiqamətindədir, ayaqlarının dabanları otağa girişdən təxminən 1,2 m məsafədədir. Cəsədin üzərində qəhvəyi rəngli qolsuz canlıq, düymələri tünddür, ikisi zədələnib, ön bazu nahiyyəsində soldan 20 x 10 sm ölçüdə qan izi var, canlığın iç cibində ... yaşıl rəngli, cındıra sarılıb, pambıq parça köynək ... canlığın sağ tərəfinə qurumuş tünd qırmızı qanla hopmuşdur. Köynək velvet göy rəngli, köynəyin düymələri açıqdır, aşağıda düymələri yoxdur, ilgəklər tamdırşalvarın sol cibində "Sitramon" həbləri. Şalvarın sağ ön səthində izinluğu 4 sm, eni 35 sm olan tünd-qırmızı qan ləkləri vardır, kənarları aşağıya istiqamətlənmişdir, sağ tərəfdən 16 x 1 sm sahədə qanla hopmuşdur, pambıq parça corablar qara rənglidir, şalvarın sağ cibində 1 ədə 50 rub, 3 ədə 10 rubl, üst paltarda ön səthdə çoxsaylı xətti dəliklər vardır, boyunda ağ rəngli elektrik naqili hiss olunur, qalınlığı 0,6 sm, bir ucunda vilka var, naqil boynun yuxarı üçdə biri ilə keçir və boynun ön səthində qeyd olunan naqilin sərbəst kənarları ilə çıxır. Paltarı orta aşınma əlamətləri ilədir. Başında saçlar azdır, orta uzunluğu 4 sm. ... saqqal var. Üzü tünd-qırmızı rəgli qanla ləkələnmişdir, gözləri açıqdır, bəbəyi 0,4 sm diametrində. Burun girişləri qurumuş tünd-qırmızı qanla ləkələnmişdir, ağzı açıqdır, dişləri sağlamdır. Üzdə, boyunda, döş qəfəsində çoxsaylı düz xətli yaralar var, cəsədi qarnı üstünə çevrildikdə döş qəfəsi nahiyyəsində yaradan tünd-qırmızı qan tökülür, boyunda üfüqi xarakterli transqulyasion şırım var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2004-cü il tarixli 257№-li ekspert rəyindən görünür ki, mərhum Valentin İvanovun meyitinin məhkəmə- tibbi ekspetizası zamanı aşağıdakı bədən xəsarətləri aşkar olunmuşdur: a) döşün və qarnın çoxsaylı kəsici-deşici yaraları: - ürəyin bayır qişasının və sağ ürək qulaqcığının arxa divarının zədələnməsi ilə döş qəfəsinin soldan nüfuz edən kəcisi-deşici yarası; - 2-ci qabırğanın aşağı kənarının, sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 2-ci qabırğa arası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan kəsicideşici yarası; - 3-cü qabırğanın aşağı kənarının, sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 3cü qabırğa arası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan kəsicideşici yarası; - 3-cü qabırğaarası əzələlərin və sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 3-cü qabırğaarası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan kəsicideşici yarası; - 4-cü qabırğaarası əzələlərin və sol ağ ciyərin yuxarı payının zədələnməsi ilə 4-cü qabırğaarası proyeksiyada orta körpücük sümüyü xətti üzrə döş qəfəsinin soldan üç ədəd kəsici- deşici yarası; - soldan qemotoraks (sol plevral boşluqda 1200 ml yaxın qanın olması). Qemotamponada (ürəyin bayır qişasında 100 ml yaxın qanın olması) - qara ciyərin sağ payının ön şərhinin zədələnməsi ilə torakoabdominal nüfuz edən kəsici- deşici yara, qarın boşluğuda izli qan miqdarının olması. Qeyd olunan zədələr həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər olmuşdur, ölümlə birbaşa səbəb-nəticə əlaqəsindədir, həyatidir, tutacağı və eni 3,1 sm yaxın, uzunluğu bədənə daxil olma hissəsində 8 sm-dən yuxarı olmayan, ülgücü tiyəsi tipli olan bıçaq kəsici-deşici alətin 7 dəfə təsiri nəticəsində yaranmışdır. Buna zədələrin kənarlarının və sonlarının xüsusiyyəti, yara kanallarının olması dəlalət edir. Yara kanallarının istiqaməti göstərir ki, tiyə 14 saylı yaranın vurulması zamanı öndən arxaya, bir az soldan sağa, 20 saylı yarada arxadan önə, soldan sağa, aşağıdan yuxarı, 5, 6, 7, 8, 9, 10 saylı yaraların vurulması zamanı öndən arxaya, soldan sağa, bir az aşağıdan yuxarı istiqamətlənmişdir. b) Boynun orta üçdə birində stranqulyasiya şırımın yerləşməsi, onun bərabər ifadə olunması, üfuqi, sirkulyar yerləşməsi, bağlı olması onu göstərir ki, ilgəyin boyunda dartması baş vermişdir, bu zaman güc arxadan önə təsir etmişdir, qeyd olunan zədənin xarakteri, ilgəyin boyunda yerləşməsi ilə təsdiq olunur. v) Başın (1), boynun (4), döş qəfəsinin (10) çoxsaylı nüfuz etməyən kəsici-deşici yaraları. Qeyd olunan zədələr sağlamlığa yüngün zərər vurandır, çünki sağlamlığın 21 gündən artıq olmayan pozulmasına səbəb ola bilərdi, ölümlə birbaşa səbəb-nəticə əlaqəsində deyil, həyatda olarkən vurulub, tutacağı və ülgücü olan bıçaq tiyəsi tipli kəsicideşici alətin 15 dəfə təsiri nəticəsində yaranıb, buna zədələrin kənarlarının və sonlarının xüsusiyyəti, yara kanallarının olması dəlalət edir. q) Sol yanaq nahiyyəsində sıyrıqlar (2). Qeyd olunan zədələr sağlamlığa zərər vurmamışdır və bu səbəbdən onların ağırlı dərəcəsi müəyyən olmur, məhdud kontakt səthi olan küt bərk əşyanın (əşyaların) təsiri nəticəsində yaranmışdır, mexanizmi - zərbə, sıxılma, sürtülmə, bu da sıyrıqların xarakteri ilə təsdiq olunur. Bütün zədələr qısa vaxt kəsiyi ərzində (məhkəmə-tibbi anlamda) vurulmuşdur və bu səbəbdən onların ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Bədənin müxtəlif nahiyyələrində və səthlərində zədələrin yerləşməsi, bədəndə kəsicidelici yaraların olması, səth üzərində durarkən bir dəfə yıxılandan sonra zədələrin yaranmasının mümkünsüzlüyünü göstərir. Zədələrin vurulma anında zərərçəkmiş şəxs həm şaquli, həm üfuqi vəziyyətdə ola bilərdi, bədənin ön səthi və arxa səthi ilə travma vurana istiqamətlənmişdir. Ölüm kombinə edilmiş travmadan - döş qəfəsinin və qarnın çoxsaylı nüfuz edən kəsici-deşici yaralarından, şokla və daxili orqanların azqanlığı ilə mürəkkəbləşən boğulma nəticəsində mexaniki asfiksiyadan yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Rusiya Federasiyasında aparılmış istintaq dövründə hadisə yerindən götürülmüş elektrik şnuruna keçirilmiş baxış zamanı ağ rəngli izolyasiyalı olduğu, izolyasiya daxilində qırmızı metaldan naqil olduğu, elektrik şnurunun bir ucunda vilka, digər təfəndən isə ağ rəngli elektrik açarı olduğu, elektrik açarında düzbucaqlı düymənin qara rəngli plastmass materialdan olduğu elektrik şnurun qalınlığı 0,5 sm olması müəyyən edilmişdir. İstintaq dövründə zərərçəkmişin hüquqi varisinin təqdim etdiyi və ondan götürülmüş iki ədəd qantellərə keçirilmiş baxış zamanı qantellərin uzunluğunun 24 sm, enli hissəsinin diametrinin 7 sm, dar hissəsinin diametri 2,5-3 sm olmaqla, qantellərin birinin dar hissəsində "Q. 57 k." yazısı basma üsulu ilə həkk edildiyi, həmin qantelin geniş hissəsində qara zolaqla bölünən romb olduğu, rombun yuxarı hissəsində "K", aşağı yarısında isə "3" yazısı qantelin digər enli hissəsində "3" yazısı olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, teyin edilmiş mehkeme lifli ekspertizanın xx.xx.2004-cü il tarixli 1233/11 saylı ekspert rəyindən görünür ki, təqdim olunan V.A.İvanovun paltar əşyalarında təbiətcə yun, kimyəvi və pambıq olan müxtəlif rəngli yadcisimli mikroliflər aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 602/200 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona istinad olunan hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarına, yəni ANLAQLİ olmuşdur. Azərbaycan Respublikası CM-nin 21.1 -ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs anlaqhhğı istisna etməyyən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tatarıstan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünün təsviri əsaslandırıcı və nəticə hissəsindən görünür ki, 17 yanvar 2004-cü il tarixdə saat 03 radələrində Kazan şəhəri, Zorge küçəsi, ev 81 ünvanında yerləşən 29 nömrəli mənzildə Q.Z. Kaşapov, Təqsirləndirilən şəxs və V.A. İvanov spirtli içki qəbulu zamanı aralarında şəxsi ədavət zəminində V.A. İvanovun Q.Z. Kaşapov və Təqsirləndirilən şəxs mənzili tərk etmələrini tələb etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs V.A.İvanova dəmir qantellə başına ən azı 2 zərbə vurmuş, Şahid isə V.A.İvanovun üzünə iki dəfə əli ilə zərbə vurmuş, bundan sonra Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək məqsədilə əlindəki bıçaqla zərərçəkmişin baş, qarın, sinə nahiyyəsinə və yuxarı ətrafına çoxsaylı zərbələr vurmuş, hər ikisi A.V. İvanovu yerə yıxmış, Təqsirləndirilən şəxs elektrik şnuru götürüb, zərərçəkmişin boynuna dolamış, Şahid şnurun ucundan tutaraq, biryerdə sıxaraq zərərçəkmişi boğmuş, R,B.Hüseynov A.V.İvanovu öldürmək məqsədilə bıçaqla onun ürək nahiyəsinə zərbələr vuraraq sonuncunu öldürmüşdür. V.A. İvanovu öldürdükdən sonra, Şahid və Təqsirləndirilən şəxs mənzildən oğurluq etmək qərarına gələrək 800 rubl dəyərində zamşa gödəkcəni, 4000 rubl dəyərində dəri gödəkcəni, 1200 rubl dəyərində payız gödəkcəsini, 200 rubl dəyərində idman şalvarını, 830 rubl dəyərində qış çəkmələrini, ümumi dəyəri 1200 rubl olan üç cüt yataq dəstini, ümumi dəyəri 750 rubl olan üç idarəetmə pultunu, 5000 rubl məbləğində pulu, ümumi dəyəri 869 rubl olan ərzaq məhsullarını, dəyəri 4967 rubl olan “Tomson” markalı televizoru, dəyəri 600 rubl olan “Toshiba” markalı audiomaqnitofonu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 20506 rubl məbləğində maddi zərər vurmuşlar. Məhkəmənin xx.xx.2004-cü il tarixli hökmü ilə Şahid Zinnuroviç RF CM 105 maddəsinin 2 hissəsinin “j” bəndi, 158 maddəsinin 2 hissəsinin “a, v” bəndləri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək cəzasını ciddi rejimli islah müəssisəsində çəkməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Valentin İvanova məxsus geyim əşyalarının atasına qaytarılması, digər maddi sübutların isə məhv edilməsinə qərar verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci İİ tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir İş materiallarından görünür ki, qeyd edilən cinayət işi xx.xx.2004-cü ildə başlanılaraq Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə istintaq edilən cinayət işinin materiallarından xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 2ci hissəsinin j bəndi, 131-ci maddəsinin 1-ci hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin “a,v,b” bəndləri və 161-ci maddəsinin 2-ci hissəsinin “q” bəndləri ilə ayrılmış, 2və həmin cinayət işi Rusiya Federasiyası Baş prokurorluğu tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğu vasitəsilə xx.xx.2021-ci ildə rayon prokurorluğuna göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 149.1, 180.2.4, 120.2.1, 177.2.1-ci maddələrindən Həmin Məcəllənin 120.2.1, 120.2.4, 149.1, 180.2.4, 177.2.1, 177.2.2-ci maddələrinə tövsif edilmişdir Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə tutularaq istintaqa təqdim edildiyindən, istintaq təzələnmiş, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 149.1, 180.2.4, 177.2.1,1772.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində Ağstafa rayon məhkəməsənin hakimi Zamiq Hüseynov tərəfindən 4(015)-28/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ibtidai istintaq müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Rusiya Federasiyasına hüquqi yardımın göstərilməsi ilə əlaqədar sorğu verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin Nijni Novqorod üzrə Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla videokonfrans vasitəsilə görüşün təşkili barədə sorğu verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əsasən Rusiya Federasiyasının səlahiyyətli orqanları zərərçəkmiş Liliya Turbaçovaya aid hissədə iclasın keçirilməsindən imtina etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa RİHB-nin Göyçəli kənd üzrə icra nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 149.1, 180.2.4 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamlarla təqsirli bilməsə də, məhkəmə onun bu ifadəsini hadisə yerinə baxış protokolu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibb, məhkəmə tibbi-bioloji, məhkəmədaktiloskopik, kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəylərini, iş materillarında olan digər sənədləri və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.2.1, 120.2.4, 149.1, 180.2.4 177.2.1, 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarından məlum olur ki, cinayətin baş verdiyi yer Rusiya Federasiyasının ərazisində olmaqla cinayət işinin ibtidai istintaqı Rusiya Federasiyasında aparılmış və Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri Rusiya Federasiyası Cinayət Məcəlləsinin CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin j bəndi, 131-ci maddəsinin 1-ci hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin “a,v,b” bəndləri və 161-ci maddəsinin 2-ci hissəsinin “q” bəndləri ilə cinayət işi istintaq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 237994 saylı cinayət işi Rusiya Federasiyası Baş prokurorluğu tərəfindən Azərbaycan Respublikası Baş prokurorluğuna hüquqi yardımın göstərilməsi barədə ünvanlanmış məktub əsasında, xx.xx.2021-ci ildə rayon prokurorluğuna göndərilmişdir. Rusiya Federasiyası Cinayət Məcəlləsindən çıxarışdan görünür ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddənin 2-ci hissəsinin ( qəsədən adam öldürmə) sanksiyasında 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası 131-ci maddənin 1-ci hissəsinin ( zorlama) sanksiyasında 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası, 161-ci maddəsinin 2-ci hissəsinin q bəndinin ( soyğunçuluq) sanksiyasında 7 ildədək azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası , 158-ci maddənin 2-ci hissəsinin sanksiyasında isə cərimə islah işləri, 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4-ci maddəsinin sanksiayasında isə əməlin törədildiyi vaxt 2004-cü ildə qüvvədə olan qanunvericiliyə əsasən 12 ildən 15 ilədək azadlıqdan mərhum etmə və ömürlük azadlıqdan məhrum etmə cəzası ,CM-in 149.1-cu maddəsində 4 ildən 8 ilədək azadlıqdan mərhum etmə cəzası, CM-in 180.2.4-cü maddəsinin sanksiyasında ilə 3 ildən 7 ilədək ( cinayətin törədildiyi vaxtda 4-8-dək ) azadlıqdan mərhum etmə cəzası CM-in 177.2.1, 177.2.2-ci maddələrinin sansksiyasında 2 ildən 5 ilədək azadlıqdan mərhum etmə cəzası ( cinayətin törədildiyi vaxtda 3-7-dək ) nəzərədə tutulmuşdur. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Eyni zamanda qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Göründüyü kimi, cinayət qnunvericiliyinin tələbləri nəzərə alınmaqla təqsirləndirlən şəxs tərəfindən törədilmiş cinayət əməlllərindən ağırlaşdırıcı halarda qəsdən adam öldürmə cinayəti xüsusi ilə ağır cinayət, zorlama cinayəti ağır cinayət, oğurluq və soygunculuq cinayəti isə az ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il, ağır cinayətin törədildiyi gündən on iki il, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.: Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. Cinayət hadisəsinin törədildiyi Rusiya Fedarasiyasının Cinayət Məcəlləsinin 78-ci maddəsində az ağır cinayətə görə müddətinin keçməsi 6 il müəyyən edilmiş, digər müddəllar isə Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş müdəallar kimi öz əksini tapmışdır. İş materillarından görüdüyü kimi, qeyd olunan cinayət əməlləri Rusiya Fedarasiyasının ərazisində 2004-cü ildə törədilmiş, bundan sonra təqsiləndirlən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(088)36/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1, 180.2.4, 120.2.1, 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə toplanmış sübutların qarşılıqlı və müqayisəli təhlili nəticəsində məlum olur ki, 2004-cü ildə sözügedən cinayət hadiəsi baş vermiş, Təqsirləndirilən şəxs başqa törətdiyi cinayətə görə tutulmuş və azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da bu qədər müddət ərzində onun barəsində tədbir görülməmiş, 2011-ci ildən 2017-ci ildək cəza çəkdiyi dövrdə və bundan sonra 2021-ci ildədək şəxs barəsində cinayət təqibinin tezliyinin təmin olunması, vaxtında cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilməmişdir. Beləliklə şəxs 2011-ci ildə cinayət məsuliyyəti ilə bağlı təqibə məruz qaldığından istintaqdan və ya məhkəmədən gizlənməsi dayanmış və həmin vaxtdan müddətin axımı davam etmişdir, Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, ağırlaşdırıcı halda qəsdən adam öldürmə cinayətinə görə isə ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, həmçinin törədilmiş əmlin ictimai təhlükəliliyini, ağırlıq dərəcəsini, həmin cinayət əməlindən sonra yenidən ağır cinayət tötərməsini nəzərərə alaraq, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi tətəbiq olunmmalı və həmin xüsusi ilə aöır cinayətə görə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 149.1, 180.2.4 177.2.1, 177.2.2-ci maddələri ilə təqsili bilinməli CM-in 75-ci maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 44-cü maddəsinə əsasən cəza təyin edilməməlidir. Məhkəmə tərkibi, qəsdən adam öldürmə cinayət əməlinə görə Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 2-ci hissəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddin, yəni səkkiz il azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran norma olmasını, həmçinin qeyd edilən cinayət əməlinə görə cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddin, yəni 15 il azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran norma olmasını nəzərə alaraq hesab edir ki, azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə münasibətdə Rusiya Federasiyasının CM-nin 105-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş sanksiya, yuxarı həddinə münasibətdə isə cinayətin törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində cəza təyin edilməlidir. Məhkəmə həmin mövqeyini “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe baxımından düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasının 65-ci maddəsinə əsasən tapşırığın icrası nəticəsində sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən onun ərazisində əldə edilən sübutlar sorğu edən Razılığa gələn Tərəfdə də sübutedici qüvvəyə malikdir. Həmin Konvensiyanın 91-ci maddəsinə əsasən Sorğu alan Razılığa gələn Tərəfdə cinayət təqibi yalnız o zaman həyata keçirilə bilər ki, əməl Razılığa gələn həmin Tərəfdə də cinayət qanunu ilə cəzalandırılan əməl olsun. Şəxs törədilmiş cəzaya görə məhkum edilərkən ona təyin edilmiş cəza sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan cəzadan sərt olmamalıdır. Sözügedən Konvensiyanın 99-cu maddəsinə əsasən Razılığa gələn Tərəflərdən hər biri cinayətlərin istintaqı aparılarkən və məhkəmələr tərəfindən cinayət işlərinə baxılarkən öz qanunvericiliyində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, hansı Razılığa gələn Tərəfin ərazisində baş verib-verməməsindən asılı olmayaraq nəzərə ala bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaqı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs ə residiv olması və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal hesab edilməsi barədə gəldiyi qənaət yalnışdır. Belə ki, Təqsirləndirilən şəxs sözügedən cinayət işini 2004-cü ildə törətmiş, daha sonra isə Azərbaycana gəldikdən sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Faktiki olaraq Ramil sözügedən cinayət işini törədərkən daha əvvəl cinayət törətməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, törətdiyi cinayətin xarakterini və içtimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə, sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət və ədalət prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(088)36/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, hazırkı cinayət əməli hökm çıxarılmzadn əvvəl törədildiyindən Təqsirləndirilən şəxs CM-66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. X7 Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü çıxarıldığı dövrdə qüvvədə olan CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti on beş ildən çox ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində qəsdən törədilmiş xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə tətbiq olunacaq əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış sübutlardan ölmüş zərərçəkmiş şəxs Valentin İvanova məxsus geyim əşyaları Tatarıstan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə atası mərhum Aleksandr İvanova qaytarılması digər maddi sübutlar məhv edilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 149.1, 180.2.4, 177.2.1, 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1, 180.2.4, 177.2.1, 177.2.2-ci maddələri ilə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 66.5-cü maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(088) 36/2011 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 10 il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5 və 69.3-cü maddəllərinə müvafiq olaraq ona təyin edilmiş 11 il azadlıqdan məhrum etmə cəzasından Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(088) 36/2011 saylı hökmü ilə cəza çəkdiyi 7 il müddət çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəza çəkmənin əvvəli bu iş üzrə tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 300 (üç yüz) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış sübutlardan ölmüş zərərçəkmiş şəxs Valentin İvanova məxsus geyim əşyaları Tatarıstan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə atası mərhum Aleksandr İvanova qaytarılması digər maddi sübutlar məhv edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-8/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-8/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver