Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-80/2021 03.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, X8 Universitetində 2-ci kurs tələbəsi, məhkum olunmamış, Gəncə şəhəri, İ.Məmmədov küçəsi, ev 69 a, mənzil 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 fevral 2020-ci il tarixdə saat 20 radələrində evlərinə getmək üçün Gəncə şəhəri, İ.Məmmədov küçəsinə daxil olarkən ictimai yer olan Gəncə şəhər Mərkəzi Univermağın yanında Gəncə şəhər sakini Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan baxışlarının onun xoşuna gəlmədiyini bəhanə edib ona yaxınlaşmış və nə üçün ona çəp-çəp baxdığını soruşaraq sonuncunu münaqişəyə çəkməsi nəticəsində aralarında yaranmış dava-dalaş zamanı Zərərçəkmiş şəxs istintaq zamanı əldə edilərək götürlməsi mümkün olmayan bıçaqla sinəsindən və sol ayağından qəsdən vuraraq sonuncuya döş qəfəsinin ön səthinin bir ədəd daxilə keçən, İİ qabırğa səviyyəsində yerləşən deşilmişkəsilmiş yarası, ağciyərin zədələnməsi ilə müşayiət edilən həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti, sol bud nahiyəsində yumşaq toxumaların zədələnməsi ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 Universitetində 2-ci kurs tələbəsidir. 07 fevral 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, qardaşı Hüseynin işlədiyi “Moskva” adlı marketdən Gəncə şəhəri İcra Hakimiyyətinin qarşısındakı parka tərəf tək olaraq gəlib univermağın qarşısına çatmış və avtomobil yolunu digər tərəfə keçmişdir. Yolu keçərkən isə o, sağ-sola avtomobillərin olubolmamasına baxmışdır. Həmçinin adi hal kimi qarşıda və ətrafda olan şəxslərə də baxmışdır. Həmin vaxt avtobus dayanacağında, evlərinə gedən küçənin üstündə bir neçə nəfər şəxsin, yəni, cavan oğlanın da dayandıqlarını görmüşdür. Onlar da ona tərəf baxmışlar. O, həmin şəxsləri birinci dəfə idi ki, görürdü və onlara fikir vermədən univermağın yanındakı küçəyə daxil olub evlərinə tərəf getməyə başlamışdır. Belə ki, onun evi univermağın arxa tərəfində yerləşir və o, həmişə həmin küçədən isitifadə edərək evlərinə gedirmiş. Həmin küçə ilə təxminən 50 metr irəliləmişdir ki, arxadan kiminsə “ay qaqaş dayan” deyərək kimisə çağırdığını eşitmişdir. O, arxaya baxanda avtobus dayanacağında gördüyü həmin şəxslərin arxasınca gəldiklərini görmüşdür. Həmin şəxslərdən biri, yəni, sonradan adının Elşən olduğunu bildiyi şəxs yenə ona əli ilə işarə edərək gözləməsini istəmişdir. O, nə baş verdiyini öyrənmək üçün yerində dayanmış, Elşən isə ona çataraq kobud halda nə üçün yolu keçərkən ona baxdığını soruşub baxışlarının onun xoşuna gəlmədiyini demişdir. O isə, Elşənə izah etməyə çalışmışdır ki, ona baxmamışdır. Elşən isə onun sözünü yarımçıq kəsərək əlləri ilə onu geri itələyib əlini belinə atmışdır. O, Elşənin onun üstünə bıçaq çıxaracağını başa düşmüş və buna görə o da, cibində olan bıçağı çıxarmışdır ki, Elşəni qorxuzsun. Lakin Elşən belindəki bıçağı çıxarıb onunla mübahisə etməyə başlamış və daha sonra isə bıçağı bir neçə dəfə ona tərəf atmışdır. O da, əlindəki bıçaqla Elşəni vuraraq qorxuzmaq istəmişdir. O, bıçağı Elşənə tərəf atarkən Elşən arxa-arxaya gedib yerə yıxılmış, yenə də ayağa durub üstünə gələrək onu bıçaqla vurmaq istəmişdir. Həmin vaxt Elşənin ona atdığı bıçaq zərbəsi onun sol qolundan dəymişdir. O isə, bıçaqla Elşənin ayağından vurmuşdur. Həmin vaxt artıq ətrafdan camaat onların başına yığışmışdır. Qonşuları Neymət də səs-küyə çölə çıxıb onların yanına gəlmiş və onları görüb aralamaq istəmişdir. Lakin Elşən bu dəfə onun üstünə gələrək bıçaqla onun sinəsindən vurmuşdur. O da, əlindəki bıçağı Elşənə tərəf atanda bıçaq Elşənin sinəsindən dəymişdir. Bıçaq Elşənə dəyəndən sonra isə Elşən nəhayət ki, ondan aralanıb harasa qaçmağa başlamışdır. O, yarasının ciddi olmadığını fikirləşib oradan qaçaraq evlərinə getmək istəmişdir. Lakin yolun yarısında başı gicəlləndiyindən yerdə oturmuşdur. Həmin vaxt Əli adlı qonşuları onu digər qonşuları olan Arzu adlı qonşusunun evinə, oradan isə xəstəxanaya aparmışdır. Mübahisə Elşənin onu saxlayaraq nə üçün ona ciddi baxmağını soruşmasına görə baş vermişdir. Başqa heç bir səbəb yox idi. Elşənin və yanında olan şəxsləri əvvəllər tanımırdı. Həmin vaxt hava artıq qaranlıq olduğundan Elşənin üz cizgiləri onun yadında qalmayıb. Hava qaranlıq olduğundan, həmçinin avtobus dayanacağında adam çox olduğundan onların neçə nəfər olduqlarını bilməmişdir. Lakin arxasınca iki nəfər gəlmişdir ki, həmin yanında gəlmiş şəxs onları ayırmaq istəmişdir. O, ümumiyyətlə Elşəni tanımırdı və hadisə vaxtı öldürmək niyəti də olmamışdır. O, Elşəni qorxuzmaq niyəti ilə vurmuşdur. Lakin Elşənin onu nə üçün vurduğunu bilməmişdir. Düşünür ki, Elşənin də onu öldürmək niyəti olmamışdır. Birbirilərini yenidən bıçaqla vura bilərmişlər, lakin nə Elşən, nə də ki, o, bunu etməmişlər. Çünki ətrafdakı şəxslərin heç biri onlara yaxınlaşmamışdır. Onlar özləri bir-birindən aralanmışlar. Hadisə vaxtı istifadə etdiyi bıçağı o, uzun müddət idi ki, işləri ilə bağlı olaraq cibində gəzdirirdi. Belə ki, o, gül mağazasında işləyirmiş və gülləri budamaq üçün hər gün həmin bıçaqdan istifadə edirdi. Hadisədən sonra isə bıçağın necə olduğu onun yadında deyil. Neyməti həmin vaxt o, orada görsə də, Neymətin həmin vaxt necə xəsarət aldığını görməmişdir və bilmirdi. Neymətin xəsarət aldığını o, sonradan bilmişdir. Ola bilsin ki, Neymət onları ayıran vaxt xəsarət almışdır. Ona təqdim edilmiş videogörüntüdəki şəxslərin üzü yaxşı düşmədiyindən həmin şəxsləri tanıya bilməmiş, lakin sonda qarnını tutaraq qaçan şəxs odur. Həmin vaxt o, evinə getmək üçün qaçır və bir qədər irəliləyib başı gicəlləndiyi üçün yerdə oturur. Oradan Əli adlı qonşusu onu digər qonşusu Arzunun evinə aparır. Həmin videoda arxasınca qaçan şəxsin isə kim olduğunu da bilmir və bu hal onun yadında deyil. Zərərçəkmiş şəxs ifadəsində onun Elşənə sataşaraq kənara çağırıb mübahisə etməyə başlaması barədə göstərdikləri tamamilə yalandır. Həmin vaxt o, qardaşının yanından çıxaraq həmişə olduğu kimi həmişəki yolla evlərinə getmişdir. Əksinə olaraq həmin şəxs özü yalandan ona baxdığını və baxışlarının onun xoşuna gəlmədiyini bəhanə edərək arxadan çağırıb onunla mübahisə etməyə başlamışdır. O, daha sonra Zərərçəkmiş şəxs ifadəsində əvvəlcə sinəsindən, daha sonra isə ayağından bıçaqla vurduğunu, həmin bıçağın onun ayağında ilişib qaldıqdan sonra isə o, ayağındakı bıçağı çıxararaq arxa tərəfdən onun boğazından tutmuş Neyməti, daha sonra isə onu vurması barədə göstərdiklərinin yalan olmasını, Zərərçəkmiş şəxs onun sinəsindən əlləri ilə vurub onu arxaya itələyərək əlini belinə atıb, bıçaq çıxarmasını, yəni, onlar bıçağı hər ikisi eyni vaxtda çıxarmalarını, Neymət Elşənin arxadan boğazından tutmamasını, ümumiyyətlə əllərində bıçaq olduğundan heç kim onlara yaxınlaşmamasını göstərməsini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasında ali təhsil alır və 2-ci kurs tələbəsidir. 2020-ci ilin yanvar ayının əvvəllərində qış tətili üçün Azərbaycan Respublikasına gəlmişdir. 07 fevral 2020-ci il tarixdə təxminən saat 11 radələrində tanışı Zamirlə Gəncə şəhərinin ərazisində vaxt keçirmək üçün görüşərkən planlaşdırmışlar ki, o, Zamir və İlham üçü birlikdə Bakı şəhərinə əsgər yanına, andiçmə mərasiminə getsinlər. Buna görə həmin günü Zamirlə Gəncə şəhərinin ərazisində bir qədər vaxt keçirdikdən sonra təxminən saat 15-16 radələrində Zamirin yaşadığı evə getmişlər və bir qədər onların evində oturduqdan sonra təxminən saat 19 radələrində Zamirlə birlikdə Gəncə şəhərinin mərkəzinə gəlmişlər ki, orada İlhamla görüşsünlər. İlhamı o, Zamirin vasitəsi ilə tanımış və həmin günü onlar üçü Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşmüşlər. Zamir və İlhama evdən telefonunun enerji dolduran cihazını götürəcəyini və ailə üzvülərinə Bakı şəhərinə gedəcəyi ilə bağlı məlumat verəcəyini bildirib onlardan aralanıb minmək üçün 20 nömrəli marşuruta yaxınlşamış, İlham və Zamir isə harasa getmişlər. Danışıqlarına görə onlar yenidən mərkəzdə görüşməli olmuşlar. O, marşuruta minərkən 3-4 nəfər tanımadığı oğlanın yolu keçdiklərini, onlardan isə bir nəfər tanımadığı şəxsin, sonradan isə adının Məhəmməd olduğunu bildiyi şəxsin qışqıraraq onu çağırdığını görmüşdür. O, marşuruta minməmiş və Məhəmmədin ona tərəfə gəlməsini gözləməyə başlamışdır. Məhəmməd ona yaxınlaşıb qolundan tutmuş, o, Məhəmməddən onu tanıyıb-tanımamasını soruşmuş, Məhəmməd isə onunla söhbət etmək üçün kənara çəkilmələrini istəmişdir. O, Məhəmmədə etiraz etməmiş və birlikdə univermağın yanındakı küçəyə daxil olub orada dayanmışlar. Həmin vaxt onlar mübahisə etmişlər ki, səs-küyə ətrafa camaat yığışmış, O, yenə də Məhəmməddən onu tanıyıb-tanımamasını soruşmuşdur, Məhəmməd isə bir söz demədən haradansa bıçaq çıxararaq birinci dəfə sinəsindən, daha sonra isə sol ayağından vurmuşdur. Məhəmməd onun ayağından bıçaqla vurarkən bıçaq ayağında ilişib qalmışdır. Bu vaxt üzünü görmədiyi və tanımadığı şəxs arxadan ona yaxınlaşaraq qolu ilə onun boynundan tutmuşdur. Məhəmməd yenə də, onu vurmaq üçün üstünə gələndə o, ayağından bıçağı çıxararaq boğazından tutumuş şəxsin bir dəfə qolundan vurmuşdur. Həmin şəxs onu buraxmış və o, bıçaqla Məhəmmədin bədənindən vurmuşdur. Lakin bıçağın Məhəmmədin harasından dəydiyini görə bilməmişdir. Bundan sonra kimsə ona yaxınlaşaraq qaçmalarını istəmiş, o da, həmin şəxslə birlikdə ara küçə ilə qaçıb tanımadığı taksiyə oturmuş və oradan onu xəstəxanaya aparmışlar. Hadisə heç bir səbəb olmadan baş vermişdir.Təqsirləndirilən şəxs ifadəsində məhz onun Məhəmmədə sataşaraq mübahisə etməsi barədə göstərdikləri tamamilə yalandır. Həmin vaxt o, avtobusa minərək evlərinə getmək istəmiş, əksinə olaraq Məhəmməd özü yalandan ona baxdığını və baxışlarının onun xoşuna gəlmədiyini bəhanə edərək onu çağırıb onunla mübahisə etməyə başlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində hər ikisinin eyni zamanda bıçaq çıxarmaları göstərdikləri tamamilə yalandır. Həmin vaxt onun üzərində bıçaq olmamışdır. O, ayağından bıçağı çıxararaq Məhəmmədi vurmuşdur. O, ümumiyyətlə Məhəmmədi tanımırmış və onu öldürmək niyəti yox idi. O, sadəcə özünü müdafiə etmək üçün Məhəmmədi vurmuşdur. Düşünür ki, Məhəmmədin də onu öldürmək niyəti olmamışdır. Hadisə vaxtı istifadə etdiyiniz bıçağın harada olduğunu bilmir. Boynundan tutan şəxsdən başqa Məhəmmədin ətrafında olan şəxslərin nə hərəkət etdiklərini o, bilmir. Onun boynundan tutan və buna görə də qolundan bıçaqla vurduğu şəxsi üzdən gördükdə tanıya bilməz. Çünki, həmin şəxs onu arxadan tutmuşdur, həmçinin hava qaranlıq olmuşdur. Buna görə də, məhz Şahid5 onun boynundan tutub-tutmadığını, həmçinin Neymətin qolundan vurub-vurmadığını dəqiq deyə bilməmiş. Lakin o, ehtimal edir ki, Neymət qolundan xəsarət aldığından onun boynundan tutan şəxs məhz Neymət olmuşdur. Onun fikrincə Neymət Məhəmmədə kömək edirdi. Lakin bunu dəqiq deyə bilməmiş. Bəlkə də, Neymət onları ayırmaq məqsədi ilə boynundan tutmuşdur. Hava qaranlıq olduğundan hadisə vaxtı qeydə alınmış və əldə edilərək götürülmüş videogörüntüdəki şəxslərin üzü yaxşı düşmədiyindən həmin şəxsləri tanıya bilməmiş, lakin bildiyi qədər qarşıda qaçan iki nəfərdən biri odur, onun yanında qaçan şəxsin, həmçinin arxasınca qaçan şəxslərin kim olduğunu bilmir. Hadisə vaxtı onu başqa hər hansı bir şəxsin vurub-vurmadığını deyə bilməmiş, çünki həmin vaxt o, həyəcanlı olmuşdur. O, İlhamı Zamirə görə tanımış və yalnız adını bilirmiş. Soyadını, ata adını, harada yaşadığını, istifadə etdiyi mobil telefon nömrəsini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və Məhəmməd də onlarla eyni evdə yaşayır. Gəncə şəhər ADAU-də 2-ci kursda təhsil alır. Boş vaxtlarında isə gül satışı mağazasında işləməklə çörəkpulu qazanır. 07.02.2020-ci il tarixdə axşam saatlarında qardaşı Məhəmməd ona zəng edərək telefon nömrəsinin balansına pul yükləmək üçün pulunun olmadığını və əgər vardırsa ona pul verməsini xahiş etmiş, o da, Məhəmmədə iş yerinə glib pul götürməsini istəmiş, həmin günü saat təxminən 20 radələrində Məhəmməd onun iş yerinə gələrək 5-10 dəqiqə onun yanında dayanmış və ondan 20 manat pul alaraq evlərinə getdiyini deyib yanından çıxıb getmişdir. Həmin günü saat təxminən 23 radələrində isə o, işdən çıxaraq evə gedərkən qohumlarından kimsə ona zəng edərək Məhəmmədin bıçaqlandığını ona bildirmişlər. Bundan sonra o, xəstəxanaya getmiş və nə baş verdiyini öyrənməyə çalışmış, həmin günü hadisənin nə üstündə baş verdiyini öyrənə bilməsəm də, səhəri günü ona məlum olmuşdur ki, Məhəmməd onun yanından aralanıb evə gedərkən Univermağın yanında tanımadığı şəxs onun yolunu kəsərək Məhəmmədin baxışlarının xoşuna gəlmədiyini bəhanə edib onunla mübahisə etmiş, mübahisə zamanı isə hər ikisi bir-birini bıçaqlamışlar. Qardaşı Təqsirləndirilən şəxs həmin şəxslə, həmçinin heçkimlə heç bir ədavət və düşmənçiliyi olmamışdır və ümumiyyətlə onlar bir-birini tanımırdılar. Hadisə isə həmin şəxsin qardaşının ona guya çəp-çəp baxmasını bəhanə etməsi səbəbindən baş vermişdir. Hadisədən qabaq qardaşı onun yanından aralanıb evlərinə gedəcəyini demiş, kiminləsə görüşəcəyini bildirməmiş və həmin vaxt qardaşı tək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid10 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 3 nömrəli xəstəxananın qarşısında yerləşən, “Kala” gül mağazasında buketçi işləməklə çörəkpulu qazanıb ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və Məhəmməd də onunla birlikdə buketçi kimi işləmişdir. Məhəmmədlə dəfələrlə birlikdə sifariş qəbul edərək yerlərdə avtomobil, mağaza, ev və sair obyektlərin bəzədilməsi ilə məşğul olmuşlar. Buna görə də, bəzədilmə üçün onlara lazım olan ləvazimatları həmişə öz üzərilərində gəzdirmişlər. Məhəmmədlə münasibətləri həmişə yaxşı olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə ümumiytyətlə tanımır. 07.02.2020-ci il tarixdə gündüz saatlarında dostu Davudla zəngləşərək işdən sonra görüşməyi planlaşdırmışlar. Həmin günü isə axşam saatlarında, saat təxminən 21 radələrində işdən çıxdıqdan sonra dostu Davudla telefon vasitəsi ilə əlaqə saxladıqda Davud ona Məhəmmədin bıçaqlandığını bildirmişdir. Nə baş verdiyini öyrənmək üçün təcili olaraq 3 nömrəli xəstəxanaya getmiş, sonradan isə bilmişdir ki, Məhəmməd evlərinə gedərkən Univermağın yanında mübahisə zamanı bıçaqlanmışdır. Lakin hadisənin nə səbəbdən baş verdiyini, kiminlə mübahisə etdiyini, həmçinin kimin Məhəmmədi bıçaqladığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, internet üzərindən saat satmaqla məşğul olub çörək pulu qazanır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əksinə olaraq münasibətləri normal olmuşdur. 07 fevral 2020-ci il tarixində gündüz vaxtı işlərini görüb qurtardıqdan sonra təxminən saat 19 radələrində evinə gəlmiş və bir qədər evdə oturduqdan sonra, təxminən saat 20 radələrində vaxt keçirmək üçün küçəyə çıxmışdır. Küçəyə çıxarkən isə bir qədər aralıda bir neçə nəfər şəxsin qarşı-qarşıya duraraq mübahisə etdiklərini, onların arasında isə qonşusu Məhəmmədin də olduğunu görmüş, nə baş verdiyini öyrənmək, eləcə də onları sakitləşdirmək üçün yaxınlaşmış, həmin vaxt orada Məhəmmdələ birlikdə bir neçə nəfər şəxsin itələşdiklərini görmüşdür. Ara qarışıq olduğundan onlardan kimin dalaşdığını və ya kimin ayırdığını bilməmiş, lakin özü dəqiq olaraq bilmişdir ki, Məhəmməd kiminləsə mübahisə edir. Həmin vaxt özü Məhəmməddən başqa orada olan şəxslərdən heç kimi tanımamış, həmçinin onların nə üstündə mübahisə etdiklərini də bilməmiş, onların arasına girərək onları aralamaq istəyərkən kiminsə nəsə ilə sağ qolundan vurduğunu hiss etmiş, dərhal kənara çəkilmiş və əynindəki gödəkçəni çıxarıb qoluna baxdıqda qolunun kəsildiyini və qan axdığını görmüş və kimsə onu bıçaqla vurduğunu başa düşmüşdür. Bundan sonra özü gödəkçəni qoluna bağlamış və ətrafında olan şəxslər artıq təcili tibbi yardıma zəng etdiklərini ona bildirmişdilər. O, orada gözləmiş və təcili tibbi yardım maşını gələrək onu xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən ondan Məhəmməd və başqa hansısa şəxs bir-birilərini bıçaqla vurduqlarını öyrənmişdir. Hadisənin baş vermə səbəbi barədə onun ümumiyyətlə məlumatı yoxdur. Hadisə vaxtı özü orada olan şəxslərdən yalnız Məhəmmədi tanımış, yalnız Məhəmmədin kiminləsə mübahisə etdiyini görmüş, ara qarışıq olduğundan isə digərlərinin də mübahisəyə qoşulduqlarını və ya ayırmaq istədiklərini başa düşə bilməmişdir. Həmin vaxt kimin, nə ilə ona xəsarət yetirdiyini görə bilməmiş, sonradan qolundan kimsə bıçaqla vurduğunu başa düşmüşdür. Həmin vaxtı özü orada olan şəxslərin heç birinin əlində bıçaq görməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə vaxtı xəsarət almalarını görməmişdir. Çünki, özü qolundan xəsarət aldıqdan sonra dərhal onlardan aralanıb bir kənara çəkilmişdir. Xəstəxanada olarkən onların da xəsarət aldıqlarını eştimişdir. O, daha sonra ifadəsinin davamında göstərmişdir ki, özü heç vaxt, heç kimsənin boynundan tutmamış, onun qolundan bıçağın necə dəydiyini bilməmiş və kiminsə Zərərçəkmiş şəxs boynundan tutduğunu görməmişdir. Onun sağ qolundakı xəsarət qolunun iç tərəfindən olmaqla, əgər özü Elşənin boynundan tutmuş olsaydı bıçaq qolunun iç tərəfinə deyil, çöl tərəfinə dəyərdi. Hadisə vaxtı əynində ağ-qara rəngli, idman stilində uzunqol qış gödəkçəsi olubdur ki, xəsarət alandan sonra özü həmin gödəkçəni qoluna dolamış, lakin sonradan həmin gödəkçənin necə olduğu onun yadında deyil. Ola bilsin ki, kimsə götürüb atmışdır. Buna görə həmin gödəkçəni istintaqa təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Şahid5 onun oğludur və onunla eyni evdə yaşayır. Subaydır, fərdi işlərlə məşğul olaraq pul qazanır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs, həmçinin Zərərçəkmiş şəxs ümumiyyətlə tanımır, sonradan bildiyinə görə Məhəmməd onların qonşuluğunda yaşayırmış. 07.02.2020-ci il tarixdə o, evdə olmuş, həmin günü də Neymət də evdə olmuş. Həmin günü saat təxminən 20 radələrində Neymətin evdən çıxdığını görmüş, lakin Neymət, evdən çıxarkən ona heç bir söz deməmiş, təxminən 10-15 dəqiqədən sonra küçədən qadın səs-küyünün gəldiyini eşitmiş, həmin vaxt da kimsə qapını döyərək küçədə dava olduğunu, Neymətin də xəsarət aldığını bildirmiş, o, nə baş verdiyini öyrənmək üçün tez küçəyə çıxmış və kimsə Neymətin təcili tibbi yardımla xəstəxanaya aparıldığını demişdir. O da, dərhal xəstəxanaya getmiş və görmüşdür ki, Neymətin sağ qolunda xəsarət vardır, lakin ona tibbi yardım göstərilmişdir. Nə baş verdiyini Neymətdən soruşduqda Neymət ona küçəyə çıxarkən təsadüfən Məhəmmədlə hansısa şəxsin dalaşdığını gördüyünü, onları ayırmaq üçün aralarına girərkən təsadüfən qolundan xəsarət aldığını bildirmişdir. Səhəri günü ona məlum olmuşdur ki, evlərinin yaxınılığında, Univermağın yanında Məhəmməd və Elşən adlı şəxs hansısa səbəbdən bir-biriləri ilə dalaşmışlar və mübahisə zamanı isə hər ikisi bir-birini bıçaqlamışlar. Oğlu Şahid5 Təqsirləndirilən şəxsla, Zərərçəkmiş şəxsla, həmçinin heç kimlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Oğlunun baş vermiş hadisə ilə heç bir bağlılığı olmamışdır. Neymət sadəcə dalaşan şəxsləri ayırmaq istəyərkən təsadüfən qolundan xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla eyni evdə yaşayır. X10 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. O özü fərdi evlərdə xadiməçi işləyir, Elşən Türkiyə Respublikasında universitetdə ikinci kursda təhsil alır. Elşən 2020-ci ilin yanvar ayının əvvəllərində Azərbaycan Respublikasına tətilə gəlmişdir, fevral ayının 17-də isə yenidən ora qayıtmalı olmuş. 07.02.2020-ci il tarixdə o evdə olmuş, həmin günü də Elşən günorta saatlarına qədər evdə olduqdan sonra hansısa işinin olduğunu deyib evdən çıxıb getmişdir. Həmin günü təxminən saat 21 radələrində isə o, evdə olarkən hansısa polis əməkdaşı ona zəng edərək Elşənin bıçaqlandığını və xəstəxanada olduğunu ona bildirmişdir. O, dərhal xəstəxanaya getmiş və nə baş verdiyini öyrənməyə çalışmış, həmin günü hadisənin nə üstündə baş verdiyini öyrənə bilməsə də, səhəri günü ona məlum olmuşdur ki, Elşən evə gələrkən univermağın yanında tanımadığı şəxs onun yolunu kəsərək Elşənin baxışlarının xoşuna gəlmədiyini bəhanə edib mübahisə etmiş, mübahisə zamanı isə hər ikisi bir-birini bıçaqlamışlar. Oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla, həmçinin heç kimlə heç bir ədavət və düşmənçiliyi olmamışdır və ümumiyyətlə onlar birbirini tanımırdılar. Hadisə isə həmin şəxsin oğlunun ona guya çəp-çəp baxmasını bəhanə etməsi səbəbindən baş vermişdir. Həmin günü oğlum kiminləsə görüşəcəyini bildirməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və onunla eyni evdə yaşayır. X9 uzun müddətdir ki, Qazaxıstan Respublikasında yaşayır. O özü pekarnidə işləyir, digər oğlu Şahid3 Gəncə şəhərində yerləşən “Moskva” marketdə kassir işləyir, Məhəmməd Gəncə şəhər ADAU-də 2-ci kursda təhsil alır, boş vaxtlarında isə gül satışı mağazasında işləməklə çörəkpulu qazanır. 07.02.2020-ci il tarixdə saat 16 radələrində həmişə olduğu kimi o, evdən çıxıb işə getmiş, o, işə gedərkən isə Məhəmməd evdə olmuş. Həmin günü Məhəmməd işə getməmiş və özü üçün istirahət götürmüşdür ki, evin təsərrüfat işlərini həll etsin. Həmin günü saat təxminən 21 radələrində isə o, işdə olarkən qızı ona zəng edərək Məhəmmədin bıçaqlandığını bildirmişdir. O, dərhal xəstəxanaya getmiş və nə baş verdiyini öyrənməyə çalışmış, həmin günü hadisənin nə üstündə baş verdiyini öyrənə bilməsə də, səhəri günü ona məlum olmuşdur ki, Məhəmməd evə gələrkən Univermağın yanında tanımadığı şəxs onun yolunu kəsərək Məhəmmədin baxışlarının xoşuna gəlmədiyini bəhanə edib onunla mübahisə etmiş, mübahisə zamanı isə hər ikisi bir-birini bıçaqlamışlar. Oğlu Təqsirləndirilən şəxs həmin şəxslə, həmçinin heç kimlə heç bir ədavət və düşmənçiliyi olmamış və ümumiyyətlə onlar bir-birini tanımırdılar. Hadisə isə həmin şəxsin oğlunun ona guya çəp-çəp baxmasını bəhanə etməsi səbəbindən baş vermişdir. Həmin günü oğlu kiminləsə görüşəcəyini bildirməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsi, 2 nömrəli tam orta məktəbinin 11-ci sinif şagirdi olmaqla Zərərçəkmiş şəxs onun qardaşı Zaurla dost olmasını, buna görə Elşəni tanımışdır. 07 fevral 2020-ci il tarixdə, təxminən saat 12 radələrində özü Elşənlə Gəncə şəhərinin mərkəzində görüşüb onların evlərinə getmişdir ki, Elşən atası ilə görüşsün və oradan da Bakı şəhərinə əsgər yanına getsinlər. Onlar evdə bir qədər olduqdan sonra təxminən saat 17 radələrində Elşənlə birlikdə evdən çıxmış və Gəncə şəhərinin mərkəzinə gəlmişlər ki, Elşənin telefonunu sataraq pul əldə etsinlər, eləcə də dostu İlhamdan borca pul alsın və oradan da Bakı şəhərinə getsinlər. Onlar Gəncə şəhərində Mərkəzi Univermağın qarşısında olarkən nə Elşənin, nə də ki, onun şəxsiyyət vəsiqələri üzərilərində olmadığından Elşən hansısa dostundan xahiş etmişdir ki, ona şəxsiyyət vəsiqəsini gətirsin və həmin şəxsiyyət vəsiqəsi ilə də telefonu satsınlar. X5 yanında dostunu gözləyərkən o, Elşəndən aralanıb Şah Abbas məscidinin yanına gəlmiş və İlhamla görüşüb 25 manat borca pul alıb oradan tək Elşənin yanına gəlməyə başlamışdır. Bundan sonra Elşən ondan “Nastalji” kefesinin qarşısına getməsini və şəxsiyyət vəsiqəsi gətirən tanışı ilə görüşüb şəxsiyyət vəsiqəsini həmin tanışından almasını xahiş etmiş, özü isə orada dayanıb onları gözləyəcəyini bildirmişdir. Həmin vaxt Elşən tanımadığı hansısa şəxslə söhbət etmişdir. Bundan əlavə o, Elşənin ona şəxsiyyət vəsiqəsi gətirən tanışını tanımamış, Elşən onun nömrəsini həmin şəxsə vermiş və həmin şəxs ona zəng etməli olmuşdur. O, İlhamla birlikdə “Nastalji” kafesinə tərəf gedərkən Mingəçevir şəhərindən olan Anar adlı tanışı ilə telefon əlaqəsi saxladıqda sonuncu ona borca pul verə biləcəyini dediyi üçün özü Elşənin telefonunu satmaq fikrindən daşınmış və İlhamla birlikdə geri, Elşənin yanına gəlməyə başlamış, keçiddə isə İlham hansısa tanışları ilə görüşüb söhbət etməyə başladığından özü, tək yolu univermağa tərəf keçmişdir. İlham isə onun arxasınca gəlməli olmuşdur. Yolu keçdikdən sonra Univermağın yan tərəfində Elşənin yerə yıxılmış vəziyyətdə olduğunu, ətrafına isə çoxlu sayda insanların toplaşdığını görmüşdür. Bundan sonra özü Elşənə yaxınlaşmış və Elşənin sinəsini tutduğunu, üstünün qan olduğunu görmüş, başa düşmüşdür ki, mübahisə baş vermiş və Elşəni vurmuşdur. O, Elşəni yerdən qaldıraraq ara küçə ilə Elşəni yaxınlıqda olan taksilərə tərəf aparmağa başlamış, onlar taksiyə mindikdən sonra Gəncə şəhər Beynəlxalq xəstəxanasına gedərkən Elşəndən nə baş verdiyini, nə üçün mübahisə etdiklərini soruşduqda Elşən ona aralarında “reşka” teması, yəni bir-birilərinə çəp-çəp baxmaq üstündə mübahisə olduğunu bildirmişdir. Bundan sonra Elşənə tibbi yardım göstərməyə başlamışdır. İlkin izahatında hadisədən qabaq İlhamın onun yanına gəlməsini deyil, onun İlhamla görüşmək üçün “Şah Abbas” məscidinin yanına getməsini nə üçün göstərdiyini bilməmişdir. İlham “Dəmir yol” vağzalının yanında yaşamış, mobil telefon nömrəsi işlətməmiş, atasının adını, soyadını, yaşadığı evin yerini bilməmiş, İlhamla görüşməmişdən qabaq İlham Elşənə harada, nə vaxt görüşəcəkləri barədə hansısa yolla məlumat vermişdir. Anar Mingəçevir şəhərində yaşayır. Mobil telefon nömrəsi yadından çıxmış, atasının adını, soyadını, yaşadığı evin yerini bilmir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid7 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhər Mərkəzi Univermaqda uzun müddətdir ki, gözətçi işləməklə çörəkpulu qazanıb ailəsini dolandır. Belə ki, o, 2015-ci ildən Mərkəzi Univermaqda gözətçi işləməyə başlamış və orada 8 nəfər gözətçi olmuşdur. Həmin gözətçilərdən 4 nəfəri bir gündə, 4 nəfəri isə digər gündə növbədə olur. O, olduğu növbədə də,ondan başqa orada daha 3 nəfər şəxs gözətçi kimi işləyir. Onlar hər biri Univermağın çöl tərəfində və hər bir tərəfindən bir nəfər olmaqla dayanırlar. 07.02.2020-ci il tarixdə, saat 18-də o, növbəni qəbul etmiş və X1 küçəsinə tərəf olan yanında dayanmış. Həmin günü axşam saatlarında, saat təxminən 20 radələrində o, Univermağın yanında hansısa dava-dalaşın baş verdiyini, ətrafda olan şəxslərin isə hadisə baş verdiyi yerə yığışdığını görmüş. Lakin hava qaranlıq olduğundan orada kimlərin dalaşdıqlarını, dalaşan şəxslərin neçə nəfər olduqlarını, hər hansısa bir əşyadan istifadə edib-etmədiklərini görə bilməmişdir. Həmçinin onlara univermağın kənarından aralaşmaq qadağan olunduğundan o, onlara tərəf gedə bilməmişdir. Həmin şəxslər dalaşmağa başladıqdan təxminən 1 dəqiqə sonra bir-birindən aralanıb hərəsi bir istiqamətə qaçmağa başlamışlar. Lakin orada nə baş verdiyini, kimin-kiminlə nə üstündə dalaşdığını bilməmişdir. Növbəti günü o, növbəyə gələrkən isə eşitmişdir ki, baş vermiş hadisə vaxtı iki nəfər şəxs bir-birini bıçaqlamışdır. Həmin vaxt hava qaranlıq olduğundan, həmçinin ətrafa adam toplaşdığından o, mübahisə edən və dalaşan şəxslərin neçə nəfər olduqlarını bilməmişdir. Həmin vaxt o, heç kimin əlində heç bir bıçaq görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, “Al çiçəyim” gül mağazasında satıcı işləməklə çörəkpulu qazanıb ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və o, Məhəmmədlə əvvəllər eyni gül salonunda işləmişdir. Daha sonra isə Məhəmməd başqa gül salonlarında işləməyə başlamışdır. Məhəmməd onunla qonşuluqda yaşayır, münasibətləri həmişə yaxşı olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə ümumiytyətlə tanımır. 07.02.2020-ci il tarixdə axşam saatlarında, saat təxminən 20 radələrində digər qonşusu Əli ilə telefon vasitəsi ilə əlaqə saxlayaraq çay içmək üçün görüşməyi qərarlaşdırmışlar, buna görə də o, Əlini evdə gözləməyə başladır ki, Əli onun yaşadığı evə gələrək onu çağırsın və daha sonra çayçıya getsinlər. Bir qədərdən sonra Əli onların evinə gələrək küçədə hansısa hadisənin baş verdiyini ona bildirmiş və onlar birlikdə küçəyə çıxmışlar. Küçəyə çıxdıqda isə evlərinin yanında Məhəmmədin yerdə oturduğunu və ətrafına qonşuların, qadınların yığışdığını görmüş, o hasısa hadisənin baş verdiyini başa düşmüş, həmin vaxt Məhəmmədin üstünün qan olmuş, buna görə Məhəmmədi tez yaşadığı həyətə apardıq, həm polisə, həm də təcili tibbi yardıma zəng etmişlər, bir qədərdən sonra isə Məhəmmədi tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Sonradan isə o bilmişdir ki, Məhəmməd evlərinə gedərkən Univermağın yanında mübahisə zamanı bıçaqlanmışdır. Lakin hadisənin nə səbəbdən baş verdiyini, kiminlə mübahisə etdiyini, həmçinin kimin Məhəmmədi bıçaqladığını bilməmişdir. Məhəmmədi yaşadığı evin yanında görərkən və yaşadığı evə apararkən Məhəmmədin əlində heç bir bıçaq görməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, “Al çiçəyim” gül mağazasında satıcı işləməklə çörəkpulu qazanıb ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və o, Məhəmmədlə əvvəllər eyni gül salonunda işləmişdir. Daha sonra isə Məhəmməd başqa gül salonlarında işləməyə başlamışdır. Məhəmməd o yaşadığı küçədən bir qədər aralı küçədə yaşayır. Məhəmmədlə münasibətləri həmişə yaxşı olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımır. 07.02.2020-ci il tarixdə axşam saatlarında, saat təxminən 20 radələrində digər qonşusu Davudla telefon vasitəsi ilə əlaqə saxlayaraq çay içmək üçün görüşməyi qərarlaşdırmış, buna görə də o, evdən çıxaraq Davudun yaşadığı evə tərəf getməyə başlamış, Davudun yaşadığı evin yanına çatarkən isə Məhəmmədin yerdə oturduğunu və ətrafına qonşuların, qadınların yığışdığını görmüş, o, hasısa hadisənin baş verdiyini başa düşmüş və Davudu da çölə çağıraraq Məhəmmədə yaxınlaşmış. Həmin vaxt Məhəmmədin üstünün qan olduğunu görmüş və onu Davudun yaşadığı həyətə apararaq həm polisə, həm də təcili tibbi yardıma zəng etmiş, bir qədərdən sonra isə Məhəmmədi tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmışlar. Sonradan isə o bilmişdir ki, Məhəmməd evlərinə gedərkən Univermağın yanında mübahisə zamanı bıçaqlanmışdır. Lakin hadisənin nə səbəbdən baş verdiyini, kiminlə mübahisə etdiyini, həmçinin kimin Məhəmmədi bıçaqladığını bilməmişdir. Məhəmmədi Davudun yaşadığı evin yanında görərkən və onu Davudun yaşadığı evə apararkən Məhəmmədin əlində heç bir bıçaq görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 fevral 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ilkin araşdırma zamanı Şahid6 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Gəncə şəhəri, Mərkəzi Univermağın yanındakı küçədə, İ.Məmmədov küçəsində yerləşir. Həmin ərazi ticarət küçəsi olmaqla camaatın sıx toplaşdığı ərazidir. Şahid6 hadisənin baş verdiyi yeri göstərərək Zərərçəkmiş şəxsla tanımadığı digər şəxsin məhz həmin yerdə bir-birinin üzərinə bıçaq çıxardıqlarını və bir-birinə bıçaq zərbələri ataraq xəsarət yetirdiklərini bildirdi. Hadisə yerinə baxış zamanı hadisə yerindən heç bir cinayət xarakterli iz, həmçinin müşahidə kamerası aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Nizami RPİ-nin məsul növbətçisi H.Quliyevin 07.02.2020-ci il tarixli raportundan görünür ki, 07 fevral 2020-ci il tarixdə Gəncə şəhər TTYX-nın qəbul şöbəsindən Gəncə şəhər Nizami RPİ-yə xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, orta təhsilli, Gəncə şəhəri, İ.Məmmədov küçəsi ev 69A-da yaşayan Təqsirləndirilən şəxs “döş qəfəsinin sol yarşının ön səthinin kəsilmiş-deşilmiş yaraları” xəsarəti ilə cərahiyya şöbəsinə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 fevral 2020-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1-ci və 2-ci videogörüntüdə Mərkəzi Univermağın arxasındakı küçə ilə əvvəlcə iki nəfər, daha sonra iki nəfər, daha sonra bir nəfər, daha sonra isə iki nəfər şəxs bir-birilərindən təxminən 50-100 metr aralı məsafə ilə eyni templə H.Əliyev prospektinə tərəf qaçırlar. Həmin şəxslərin qaçışından onların bir-birilərini təqib etməmələri başa düşülür. Hava qaranlıq olduğundan həmin şəxslərin kimliklərini müəyyən etmək olmur. Lakin qabaqda birinci qaçan iki nəfər şəxsin Zərərçəkmiş şəxs və Şahid6 olduqları ehtimal olunur. Onların arxasınca qaçan digər 3 nəfər şəxsin kim olduqları məlum deyil. Sonuncu qaçan iki nəfər şəxsdən isə bir nəfərinin, yəni, sol əli ilə qarnını tutan, sağ əlində isə bıçaq olan şəxsin Təqsirləndirilən şəxs olduğu ehtimal olunur. 3-cü videogörüntüdə isə Zərərçəkmiş şəxs və Şahid6 olduqları ehtimal olunan iki nəfər şəxs H.Əliyev prospektində təsadüfən yolun ortasında işıqforun qırmızı işığında dayanmış dövlət qeydiyyat nömrəsi görünməyən, tünd rəngli “VAZ-2107” markalı avtomobilə əyləşərək gedirlər. Həmin şəxslər görüntü dairəsindən kənara çıxdıqları üçün onların hərəkətlərini müşahidə etmək mümkün olmur və videogörüntülərə baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş, bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 fevral 2020-ci il tarixli götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27.03.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 08.04.2020-ci il tarixli 1397 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 06.04.2020-ci il tarixli, 504 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi: deşici-kəsici yaralardan biri döş qəfəsinin ön səthində sağda, İİ qabırğa səviyyəsində yerləşir, daxilə keçən yaradır, ağciyərin zədələnməsi ilə müşayiət olunur, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir; digər ikinci yara sol bud nahiyəsində yerləşir, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 07.02.2020 -ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş 27.04.2020-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 iyun 2020-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Şahid6 ilə üzləşdirilmiş və Zərərçəkmiş şəxs üzləşmə zamanı ifadəsində 07 fevral 2020-ci il tarixdə özü, Zamir və İlham üçü birlikdə Bakı şəhərinə əsgər yanına, andiçmə mərasiminə getmələrini planlaşdırdıqlarını, buna görə həmin günü saat təxminən 19 radələrində İlhamla görüşmək məqsədi ilə Zamirlə birlikdə Gəncə şəhərinin mərkəzinə gəldiklərini, İlhamı o, Zamirin vasitəsi ilə tanıdığını və həmin günü onlar üçü Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşdüklərini, Zamirə və İlhama evdən telefonunun enerji dolduran cihazını götürəcəyini və ailə üzvülərinə Bakı şəhərinə gedəcəyi ilə bağlı məlumat verəcəyini bildirib onlardan aralandığını, minmək üçün 20 nömrəli marşuruta yaxınlaşdığını, İlham və Zamirin isə harasa getdiklərini, danışıqlarına görə yenidən mərkəzdə görüşməli olduqlarını, bundan sonra məlum hadisənin baş verdiyini və onları həmin günü bir daha görmədiyini Şahid6 üzünə qarşı demişdir. Şahid6 isə Elən Qulamovun onun üzünə qarşı dediklərinə münasibət olaraq bildirmişdir ki, 07.02.2020-ci il tarixdə saat təxminən 17 radələrində Elşənlə birlikdə Gəncə şəhərinin mərkəzinə gəlmiş, həmin vaxt o, fikrində tutmuşdur ki, pul tapa bilməsələr Elşənin telefonunu satsın, İlham onun dostu olmuş və Elşən, İlhamı ona görə tanımışdır. Mərkəzi Univermağın yanında İlham da onların yanına gəlmiş və orada ona 25 manat pul vermiş, bundan sonra özü, İlhamla birlikdə sonuncunun hansısa tanışından pul almaq üçün “Nastalji” kafesi istiqamətində getmişdilər. Lakin həmin vaxt Elşənin evlərinə getməsini onlara nəsə deməsini eşitməmişdir. Təxminən 15 dəqiqədən sonra Univermağın yan tərəfində Elşənin yaralı vəziyyətdə olduğunu görmüş və Elşəni xəstəxanaya aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 Zərərçəkmiş şəxs ilə üzləşdirilmiş, Şahid5 ifadəsində göstərilənləri Zərərçəkmiş şəxs üzünə qarşı demiş və Zərərçəkmiş şəxs Şahid5 göstərdiklərini münasibət olaraq bildirmişdir ki, 07.02.2020-ci il tarixdə baş vermiş hadisə vaxtı kimsə arxadan ona yaxınlaşaraq sağ qolunu onun boynuna keçirib boynundan tutmuşdur ki, o, həmin şəxsin qolundan bıçaqla vurmuşdur. Bundan sonra isə o, bıçaqla Məhəmmədi vurmuşdur. Lakin onun boynundan tutmuş şəxsi üzdən görməmişdir. O, Şahid5 nə hadisədən qabaq, nə hadisə vaxtı, nə də ki, hadisədən sonra görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ekspertiza mərkəzinin 04 iyun 2020-ci il tarixli 16/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş poluverin üzərində olan iki ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspetiza və Pataloji Anatomiya ETT Birliyinin 01.04.2020-ci il tarixli 487 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş poluverin səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin sol yarısının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası” və “sol dirsək oynağının kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə poluverin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni, zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ekspertiza mərkəzinin 04 iyun 2020-ci il tarixli 16/331 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş poluverin üzərində olan iki ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspetiza və Pataloji Anatomiya ETT Birliyinin 06.04.2020-ci il tarixli 504 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş poluverin səthində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, bədəndə yerləşən “döş qəfəsinin sol yarısının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası” və “sol dirsək oynağının kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə poluverin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni, zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 iyul 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxsnın ifadəsi yerində yoxlanılarkən ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyun 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə üzləşdirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri Zərərçəkmiş şəxs üzünə qarşı demiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göstərdiklərini qismən təsdiq edərək bildirmişdir ki, 07.02.2020-ci il tarixdə, saat təxminən 20 radələrində Mərkəzi Univermağın qarşısında olarkən hər ikisi də bir-birilərinə çəp-çəp baxdıqları üçün hər ikisi irad bildirib mübahisə etməyə başlamışlar, mübahisə zamanı Məhəmməd onun üstünə bıçaq çıxarmış və o da, yerdən tapdığı bıçağı götürərək Məhəmmədin üstünə hücum etməyə başlamış, o, Məhəmmədə yerdən tapdığı bıçaqla, Məhəmməd də ona əlindəki bıçaqla eyni vaxtda xəsarət yetirmişlər. Məhəmmədin qolundakı bıçaq xəsarətini isə nə vaxt yetirməsi onun yadında deyil. İlkin ifadəsini verərkən o, hadisənin təsiri altında olmuş, buna görə ifadəsində Məhəmmədin onu vurduğu bıçağın onun ayağınıda ilişib qaldığını, yalnız bundan sonra ayağından həmin bıçağı çıxararaq Məhəmmədi vurduğunu göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami RİHB-nin 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli 1487 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 69A, mənzil 1-də qeydiyyatdadır. Onun barəsində Gəncə şəhər Nizami RİHB-nin 2 nömrəli SİƏD üzrə nümyəndəliyinə heç bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami RİHB-nin 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli 1486 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 69A, mənzil 1-də qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-trasoloji ekspertiza mərkəzinin 12 avqust 2020-ci il tarixli 16/565 nömrəli rəyindən görünür ki, təqdim olunan Zərərçəkmiş şəxs əynində olmuş poluverin, şalvarın üzərində olan zədə (hər birində bir ədəd olmaqla) və Təqsirləndirilən şəxs əynində olmuş poluverin üzərində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli- hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdini edilmiş paltarlar üzərindəki zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq eyni bir predmetin və ya müxtəlif predmetlərin təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 avqust 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən dəqiqləşdirilmiş ittiham clan edilməsi, barəsində 01 iyun 2020 ci İl tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120, 126.2.1, 128, və 228.4-cü maddələri ilə, həmçinin Şahid5 ehtiyyatsızlıqdan bıçaqla xəsarət yetirməsi xüsusatı üzrə ittiham elan edilməməsi, Şahid5 barəsində cinayət işinin başlanması rədd edilməsi və cinayət işinin başlanılmasının rədd edilməsi xüsusatı üzrə cinayət işinin ona aid hissəsindən material ayrılaraq müvafiq qaydada qeydiyyata alınması və saxlanılması üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi, Şahid6 izahatında göstərdiyi Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra kiminsə onu təpiklə vurması xüsusatı üzrə cinayət işinin başlanması rədd edilməsi və həmin xüsusat üzrə cinayət işindən material ayrılaraq müvafiq qaydada qeydiyyata alınması və saxlanılması üçün Gəncə şəhər prokurorluğuna göndərilməsi, cinayət işinin istintaqı zamanı əldə edilərək götürülmüş bir ədəd DVD disk, X2 hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd boz rəngli kişi koftası İş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 noyabr 2020-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 noyabr 2020-ci il tarixdə könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 noyabr 2020-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 12.02.2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilbdir, onlar barışıblar. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, tələbə olmasını, zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək özünü təqdim etməsini, zərər çəkmiş şəxslə barışmasını, dəymiş maddi ziyanın ödənilməsini, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, dəymiş maddi ziyanın ödənilməsini, nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 94 manat 50 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd boz rəngli kişi koftası Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd boz rəngli kişi koftası qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış, təhsil və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 94 manat 50 qəpik məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd sumağı rəngli kişi koftası və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt əynində olmuş bir ədəd boz rəngli kişi koftası qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin, bir ədəd qolsuz mayka və bir ədəd köynək qanuni sahibinə qaytarısın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-80/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-80/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver