Məhkəmə qərarları › İş №1(100)-80/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-80/2022

04.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-80/2022 04.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxx 1987-ci ildə Tacikistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 21.06.2021-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Y.Məmmədəliyev küçəsi, 2-ci döngədə yerləşən 13 nömrəli fərdi yaşayış evinin darvazasından aşmaqla qanunsuz olaraq həyətinə, oradan da həmin vaxt kilidi açıq vəziyyətdə olan evə giriş qapısından keçərək evə daxil olub qonaq otağından 1 ədəd 82 diaqonallı, “SuperMax” markalı, “LCS3260 UPK” modelli istifadə edilmiş, işlək vəziyyətdə olan zərərçəkmiş şəxsə məxsus özgənin 250 manat dəyərində televizorunu gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02.08.2021-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin darvazasından aşmaqla qanunsuz olaraq həyətinə, oradan da həmin vaxt kilidi açıq vəziyyətdə olan qapıdan keçərək zirzəmisinə daxil olub zirzəmidən 1 ədəd “Atec” markalı, istifadə edilməmiş 55 manat dəyərində laqonda aparatını, 1 ədəd “Kzubr” markalı, istifadə edilmiş, işlək vəziyyətdə olan 70 manat dəyərində prefaratoru, 400 metr uzunluqda və 4x4 ölçüdə olmaqla ümumilikdə 240 manat dəyərində istifadə edilməmiş mis elektrik naqilləri, 60 metr uzunluqda və 2.5x1.5 ölçüdə olmaqla ümumilikdə 40 manat dəyərində istifadə edilməmiş mis elektrik naqilləri, hər biri 8 manat dəyərində olmaqla istifadə edilməmiş 6 ədəd elektrik qoruyucu və ayrıcılarını, ümumilikdə isə zərərçəkmiş şəxsə məxsus özgənin 453 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 2.545 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 19.07.2021-ci il tarixdə, saat 11-12 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 7 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti 265 ünvanında yerləşən Kəpəz RPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın ön sağ yan cibindən satış məqsədi olmadan üzərində saxlayaraq daşıdığı 1 ədəd sellofan bükümdə olmaqla təmiz çəkisi 2.545 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə isə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəlidir himayəsində bir azyaşlı uşağı var. O, narkotik vasitə olan heroindən uzun müddətdir ki, istifadə edir. Narkotik vasitə istifadə etdiyini ailə üzvləri də bilir. Buna görə ailə üzvləri onu tənbeh etsə də narkotik asılılığından xilas ola bilməmiş, ona görə əsəbləşərək Kəpəz rayon polis idarəsinə getmiş və narkotik vasitədən qurtula bilmədiyini, qısa müddətə həbs olunmaq istədiyni bildirmişdir. Narkotik almağa pulu olmadığı üçün oğuluq etmək qərarına gəlmişdir. 21.06.2021-ci il tarixdə, saat 03 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, 5-ci mikrorayon ərazisində Telli adlı qadının televizorunu oğurlamışdır. Belə ki, o, Telli ilə qonşu küçədə yaşayır. 21.06.2021-ci il tarixdə, saat 03 radələrində Tellinin evində heç kim olmadığını görüb oradan oğurluq etmək qərarına gəlmiş və evin həyət darvazasının üzərindən aşıb həyətə daxil olmuşdur. Bundan sonra evə giriş qapısını yoxladıqda açıq olduğunu görüb oradan evə daxil olmuşdur. Həmin qapıdan evə daxil olduqda evin qonaq otağında 1 ədəd televizor görmüş və həmin televizoru götürüb evə daxil olduğu qaydada evdən çıxararaq oradan uzaqlaşmışdır. Bir qədər yaxınlıqda olan sahibi olmayan hasarın kənarında həmin televizoru gizlətmiş və evinə getmişdir. Ertəsi gün tanışı Teymur adlı şəxsin evinə gedib belə bir televizorunun olduğunu və satmaq istədiyini bildirmiş, həmin vaxt Teymura televizorun özünə məxsus olmasını demiş və Teymurla həmin televizoru 90 manata satmağa razılaşıb sataraq əldə etdiyi pulu da özü üçün xərcləmişdir. 19.07.2021-ci il tarixdə, saat 11-12 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində olan 7 nömrəli orta məktəbin yaxınlığında olarkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu avtomobilə əyləşdirib özləri ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin binasına aparmışlar. Orada bir neçə bağlı oğurluq hadisəsi olduğunu və onu boynuna götürüb həbs oluna biləcəyini demişlər. Dəymiş ziyanlala maraqlanmış ziyanın məbləği cox olduğundan razı olmamışdır. Sonra ona narkotik vasitə saxlamaqla tutula biləcəyini demişlər və polisin təklifi ilə razı olmuş, onun üzərinə təxminən 2 qram narkotik vasitə olan heroin qoyulmuşdur.Orada dövlət hesabına müdafiəçi dəvət olunmuş, onadək ayrıca polis otağında gözləmiş, müdafiəçi gəldikdən sonra isə hüquq və vəzifələri izah edilərək üzərində axtarış aparılacağı bildirilmişdir. Bundan sonra videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş və elektron tərəzi ilə çəkilmişdir. Heroinin çəkisi 2.72 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılmış və möhürlənmişdir. Sonda axtarış iştirakçıları və onun özü tərəfindən imzalanmışdır. Axtarış zamanı o əvvəlcədən razılaşdıqları kimi həmin narkotik vasitəni yerdən tapdığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədğiri seçilmişdir. Bir neçə gün sonra polis idarəsində olarkən polis əməkdaşları ona bir neçə oğurluq hadisəsini boynuna almasını xahiş etmişlər. O da yalnız maddi zərəri az olan oğlurluq hadisəsini boynuna almağa razı olmuş, sonra Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsində təzə məhəllələr yaşayış massivində yeni tikilmiş fərdi yaşayış evindən bir ədəd laqondanı, bir ədəd prefaratoru, bir neçə top elektrik naqilini, sonra da 5- 6 ədəd elektrik qoruyucusu və birləşdiricini oğurlamasını bildirmişdir. Bundan sonra istintaqın gedişində Kəpəz rayon Pİ-nin ərazisində bağlı oğurluq hadisələrini boynuna alması, razı olmadığı halda əməlini CMnin 234.4.3-cü maddəsinə tövsif olunacağı deyilmiş, lakin razı olmamışdır. İstintaqın sonunda isə onun əməli heç bir səbəb olmadan CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmiş və buna narazılığını bildirmişdir. Bütün bunlara baxmayaraq oğurluq cinayətini törətdiyi üçün əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsi, 2-ci döngədə yerləşən 13 nömrəli fərdi yaşayış evində azyaşlı oğlu ilə birlikdə yaşayır və fərdi əmək kimi xadiməçi işləyir. Yaşadığı ev həyət evidir. Hər gün səhər saat 09-10 radələrində evdən çıxıb işə gedir, azyaşlı oğlunu da qonşuluqda yaşayan rəfiqəsinə verib nəzarət etməsini tapşırır. Ara-sıra oğlunu Gəncə şəhəri, Məhsəti qəsəbəsində qaynanasıgilin evlərinə qoyur və orada qalır. 20.06.2021-ci il tarixdə, gecə saat 23 radələrinədək yaşadığı evdə olmuşdur. Saat 23 radələrində evdən çıxıb evə giriş qapısını kilidləmədən, darvazanı bağlayıb qonşuluqda yaşayan rəfiqəsinin evinə getmiş və gecəni rəfiqəsigildə qalmışdır. Ertəsi gün saat 10 radələrində yaşadığı evə qayıtdıqda evin qonaq otağında olan 1 ədəd qara rəngli, “SuperMax” markalı, “LCS3260” modelli, 82 diaqonallı, istifadə edilmiş, lakin işlək vəziyyətdə olan 250 manat dəyərində televizorun evdə olmadığını aşkar etmişdir. Həmin vaxt evdən oğurluq olmasından şübhələnib DİN-in 102 xidmətinə müraciət edərək hadisə ilə bağlı məlumat vermişdir. Bir qədər sonra evə polis əməkdaşları gəlib fotoşəkillər çəkmişlər, izahatı alınmışdır. Sonradan oğurlanmış televizoru özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, H.Aslanov küçəsi, ev 14-də ailə üzvləri ilə birlikdə yaşayır və müddətdən artıq hərbi xidmət qulluqçusudur. Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yeni salınmış yaşayış massivində özünə məxsus fərdi yaşayış evi var. Həmin evdə müəyyən işlər görülməli olduğundan yaşamaq üçün tam hazır vəziyyətdə deyil. Ev 3 otaq və 1 zaldan ibarətdir. Evə girişdə dəmir seyf qapı var. Hərbi qulluqçu olduğundan teztez evə nəzarət edə bilmir. 2021-ci ilin iyul ayının əvvəllərində evə nəzarət üçün getdikdə evdə hər şeyin qaydasında olduğu görmüş, həmçinin həmin vaxt evə müəyyən tikinti avadanlıqları və alətləri qoymuşdur ki, vaxt olanda təmir işləri görsün. Belə ki, evin mətbəx otağının alt hissəsində olan zirzəmidə 1 ədəd laqondası, 1 ədəd prefaratoru, elektrik naqilləri, eləcə də elektrik qoyuyucu və ayrıcıları olmuşdur. 2021-ci ilin avqust ayının 27-də evə nəzarət etmək üçün getdikdə zirzəmidə olan həmin avadanlıqların oğurlandığını aşkar etmiş, ona görə də bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Bir qədər sonra evə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmişdir. Beləliklə, onun evinin zirzəmisindən 1 ədəd 55 manat dəyərində “Atec” markalı, yeni vəziyyətdə laqonda aparatı, 1 ədəd 70 manat dəyərində “Kzubr” markalı, istifadə edilmiş və işlək vəziyyətdə prefarator, hər biri 100 metr uzunluqda və 60 manat dəyərində, 4x4 ölçüdə olmaqla 4 top, yəni ümumilikdə 400 metr uzunluqda mis elektrik naqilləri və ümumilikdə 60 metr uzunluqda olmaqla 40 manat dəyərində 2.5x1.5 ölçüdə mis elektrik naqilləri, hər biri 8 manat dəyərində 6 ədəd elektrik qoruyucu və ayrıcıları, ümumilikdə isə 453 manat dəyərində əmlakı oğurlanmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir, polis leytenantı xüsusi rütbəsini daşıyır. 19.07.2021-ci il tarixdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 16, mənzil 5-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı alıb həmin məlumatın yoxlanılması ilə bağlı “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul etmişdir. Bundan sonra Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışdır. Belə ki, 19.07.2021-ci il tarixdə, saat 11-12 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 7 nömrəli tam orta məktəbin yaxınlığında tərəflərindən saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirməkdə şübhəli olduğunu izah etmiş, həmçinin Məmmədhəsəni özləri ilə birlikdə Kəpəz RPİ-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra M,Həsənovun üzərində müdafiəçisinin, onun, əməliyyat müvəkkili Şahid2 və təhqiqatçının iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı M,Həsənovun üzərindən 1 ədəd sellofan bükümdə, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdə çəkisi 2.72 qram təşkil etmişdir. Sonra həmin kütlə sellofan bükümlə birlikdə müvafiq zərfin içərisində qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparıldıqdan sonra axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanınan narkotik vasitə olan heroin olmasını, yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni kiməsə satması və ya satış məqsədi ilə saxlaması barədə məlumat olmamış və istintaq zamanı da belə məlumat əldə olunmamışdır. Onun barəsində narkotik vasitə qəbul etməsi və bu məqsədlə üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı dedikləri düzgün deyildir,ona heç kim narkotik vasitə saxlamağı və oğurluq hadisənini boynuna almasını deməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə və mənbəyinin müəyyən edilməsi ilə bağlı verilmiş əməliyyat tapşırığı barədə məlumatı olmadığını bildirmişdir.Təcrübələrində şəxsin barəsində şəxsin narkotik vasitəni hansı məqsədlə və mənbəyinin müəyyən edilməsi ilə bağlı verilmiş əməliyyat tapşırığı ilə əlaqədar narkotik vasitənin qanunsuz istifadəsi və satması barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Gəncə şəhəri, Sədi küçəsi, baxça №7-də ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşuluqdan tanıyır və aralarında heç bir ədavət, düşmənçilikləri olmamışdır. 21.06.2021-ci il tarixdə, saat 12 radələrində evdə olarkən Məmmədhəsən onun yaşadığı evə gəlib öz evində olan televizoru satmaq istədiyini bildirmiş və televizorun əlamətlərini izah etmişdir. O isə həmin vaxt evinə televizor almaq fikrində olduğu üçün Məmmədhəsənlə danışıb 90 manata razılaşmışdır. Həmin vaxt Teymurdan televizorun həqiqətən də özünə məxsus olmasını soruşduqda Teymur televizorun özünə məxsus olmasına dair onu əmin etmişdir. 22.06.2021-ci il tarixdə, günorta saatlarında Məmmədhəsən həmin televizoru, yəni 1 ədəd “Supermax” markalı, 82 diaqonallı istifadə edilmiş televizoru gətirib ona 90 manat satmışdır. O həmin televizoru yoxladıqda həqiqətən də işlək vəziyyətdə olduğunu görmüş və evinə qoymuşdur. 23.06.2021-ci il tarixdə polis əməkdaşları onun evinə gəlmişlər və ondan oğurluq əmlak olan televizor almasının səbəbini soruşmuşlar. O da televizorun oğurluq olmasından xəbərsiz olduğunu bildirmiş və könüllü olaraq həmin televizoru təqdim etmişdir. Televizora baxış keçirilmiş, fotoşəkil çəkilmiş və ondan götürülmüşdür. 19.07.2021-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 19.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» 19.07.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan torbaya bükülmüş bir ədəd büküm aşkar edildi.Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli spesifik iyə malik olan narkotik vasitə olan heroin oxşar kütlə aşkar olunraq götürüldü.Həmin kütlə elektron tərəzidə çəkildi və ümümi çəkisi 2,72 qram gəldi. Həmin kütlə qablaşdırıldı. «Baxış keçirilməsi və götürmə haqqında» 21.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Gəncə şəhəri, Y. Məmmədəliyev küçəsi, 2-ci döngə, ev 13-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdir. Zərərçəkmiş şəxs1 1 ədəd qara rəngli, “SuperMax” markalı, “LCS3260” modelli, 82 diaqonallı, istifadə edilmiş, lakin işlək vəziyyətdə olan televizorun evdə oğurlandığını bildirmişdir. «Baxış keçirilməsi və götürmə haqqında» 23.06.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhəri, Sədi küçəsi, baxça №7-də yaşayan Nağıyev X11 Məmmədhəsənin 1 ədəd “Supermax” markalı, 82 diaqonallı istifadə edilmiş televizoru gətirib ona 90 manat satdığını bildirmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 27.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsində yeni salınmış yaşayış massivində özünə məxsus fərdi yaşayış evidir. Zərərçəkmiş şəxs2 evinin zirzəmisindən 1 ədəd 55 manat dəyərində “Atec” markalı, yeni vəziyyətdə laqonda aparatı, 1 ədəd 70 manat dəyərində “Kzubr” markalı, istifadə edilmiş və işlək vəziyyətdə prefarator, hər biri 100 metr uzunluqda və 60 manat dəyərində, 4x4 ölçüdə olmaqla 4 top, yəni ümumilikdə 400 metr uzunluqda mis elektrik naqilləri və ümumilikdə 60 metr uzunluqda olmaqla 40 manat dəyərində 2.5x1.5 ölçüdə mis elektrik naqilləri, hər biri 8 manat dəyərində 6 ədəd elektrik qoruyucu və ayrıcıların oğurlandıqlarını bildirmişdir. «Diskə baxış keçirilməsi haqqında» 06.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının videogörüntüsü olan 1 ədəd DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə çıxış edən şəxs Kəpəz RPİ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Nadir Heydərov, görüntüdə olan digər şəxslər isə həmin İdarənin əməliyyat müvəkkilləri : polis leytenantı Şahid2, polis leytenantı Şahid1, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl baş təhqiqatçı Nadir Heydərov tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir, bu barədə ona yazılı bildiriş təqdim edir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan edilmiş hər hansı bir predmet olub-olmaması soruşulur və müsbət halda onu təqdim etməsi təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə göy rəngli cins şalvarın qabaq sağ cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim edir və onu yerdən tapdığını, “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu bildirir. Həmin büküm açıldıqda içərisində toz halında, qəhvəyi rəngli, kəskin spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Həmin kütlə içərisində olduğu sellofanla birgə elektron tərəzidə çəkilir və çəkisi 2.72 qram təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmur. İlkin dindirmə zamanı verilən suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını, 2-3 gün əvvəl yerdən tapdığını, satmaq məqsədinin olmadığını bildirir.X1 şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd olunan kütlənin başqa şəxs tərəfindən ona verilibverilmədiyini, ona hər hansı təzyiq olmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs isə elə bir hal olmadığını bildirir. Daha sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılır, möhürlənir və imzalarla təsdiq edilir. Gəncə şəhər Kəpəz RPİ-nin 13 avqust 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fərdi şəkildə Gəncə şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasına, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroini də satış məqsədi ilə üzərində gəzdirməsinə dair əməliyyat məlumatları əldə edilmiş, lakin sonuncunun üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və kimdən əldə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərində başqa şəxslərin iştirak edib-etməməsinin, digər şəxslərlə qabaqcadan əlbir olub-olmamasının, oğurluq əmlakı haraya satmasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. «Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 30.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsində yeni salınmış yaşayış massivində yerləşən və Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində, həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsi, 2-ci döngədə yerləşən və Zərərçəkmiş şəxs1 məxsus 13 nömrəli fərdi yaşayış evində iş üçün əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən göstərilən cinayətlərin mexanizmi baş vermiş cinayət hadisələri ilə üst-üstə düşür. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokollara əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 19.07.2021-ci il tarixli 16/729 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “şübhəli Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2.545 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci Siyahısının İ bəndinə daxildir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.08.2021-ci il tarixli 9/5156 saylı rəyindən görünür ki, “SuperMax” markalı, “LCS3260 UPK” modelli televizorun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 160,0 manat müəyyən edilir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.09.2021-ci il tarixli 1099 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 19.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə 21.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin tutulması haqqında” 29.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 avqust 2021-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin 09.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 14.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 20.07.2016-cı il tarixdən psixotrop maddələrdən asıllıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və cinayət işinə əlavə edilmiş hökmlərin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24.09.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidentinin 17.03.2016-cı il tarixli, 1903 nömrəli əfv sərəncamına əsasən, cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Göygöl rayon Məhkəməsinin 30.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 10.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin və Göygöl rayon Məhkəməsinin hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04.09.2009-cu il təvəllüdlü X3 adlı azyaşlı uşağı var. 03.09.2021-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd “SuperMax” markalı televizor Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 16.09.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar bir ədəd “SuperMax” markalı televizorun sahibinə qaytarılmış, ekspertiza tədqiqatından qalıq qalmış 2.445 qram narkotik vasitə heroin isə Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən naməlum şəxsin Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin satması faktı ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən uzun müddətdir ki, istifadə edir. “Kakos” kimi tanıdığı heroini şüşə ampulada qızdırıb maye halına gətirərək şpristə doldurub damarına vurmaqla istifadə edir. 16.07.2021-ci il tarixdə, səhər saatlarında Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında olarkən yerdə sellofan büküm görüb içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüş və açıb içərisinə baxdıqda özünün də istifadə etdiyi “kakos” kimi tanınan narkotik vasitə olan heroinə bənzər kütlə olduğunu aşkar etmişdir. Həmin kütlənin heroin olmasına əmin olub öz istifadəsi üçün üzərində götürmüş və elə həmin gün ondan bir qədər istifadə etmişdir. Geri qalan hissəsini isə üzərində saxlamışdır. 19.07.2021-ci il tarixdə, saat 11-12 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində olan 7 nömrəli orta məktəbin yaxınlığında olarkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları onu saxlamış və özlərini polis kimi təqdim edərək üzərində narkotik vasitə olması ilə bağlı saxlanıldığını bildirmişlər. Həmin vaxt doğurdan da onun üzərində hansı ki, yerdən tapmış olduğu “kakos”, yəni heroin olmuşdur. Polis əməkdaşları onu avtomobilə əyləşdirib özləri ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin binasına aparmışlar. Orada dövlət hesabına müdafiəçi dəvət olunmuş, onadək ayrıca polis otağında gözləmiş, müdafiəçi gəldikdən sonra isə hüquq və vəzifələri izah edilərək üzərində axtarış aparılacağı bildirilmişdir. Bundan sonra videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüş və elektron tərəzi ilə çəkilmişdir. Heroinin çəkisi 2.72 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılmış və möhürlənmişdir. Sonda axtarış iştirakçıları və onun özü tərəfindən imzalanmışdır. Axtarış zamanı o həmin narkotik vasitəni yerdən tapdığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir fiziki və ya psixi təsir olmamışdır… 2021-ci ilin avqust ayının 02-də, saat 04 radələrində pulu olmadığı üçün yenə də oğurluq etmək qərarına gəlmiş və Gəncə şəhəri, Kəpəz rayonu, Şıxzamanlı qəsəbəsində təzə məhəllələr yaşayış massivində yeni tikilmiş fərdi yaşayış evinə seyf qapının üstündən aşıb açıq yerdən daxil olmuşdur. Evin heç bir döşəməsi, tavanı yox imiş. Evin divarları hörülmüş, dam örtüyü vurulubmuş. Evin sol hissəsində olan zirzəmiyə düşüb orada qutunun içərisində yeni alınmış bir ədəd laqondanı, bir ədəd prefaratoru, bir neçə top elektrik naqilini, sonra da 5-6 ədəd elektrik qoruyucusu və birləşdiricini oğurlamışdır. Evdə başqa bir əşyaolmamışdır. O həmin əşyaları oğurlayıb elektrik naqillərini xatırlamadığı yerdəki zibillikdə yandırıb misini götürmüşdür. Səhər açılanda Gəncə şəhərində “Sərçə bazarı” kimi tanınan bazara gəlmiş, yandırdığı naqillərin misini tanımadığı “Muravey”lə metal alanlara 30 manata satmış, laqondanı və prefaratoru qarşısına çıxan tanımadığı şəxslərə təklif etmiş, tanımadığı yaşlı kişiyə ikisini 80 manata satmışdır. Elektrik birləşdiricilərini isə sata bilmədiyindən bazarın yanındakı zibilliyə tullamışdır. Satdığı şəxslərə əşyaların oğurluq olmasını deməmiş, özünün olmasını və evində xəstə olduğu üçün dərman almağa görə satdığını bildirmişdir. Bundan başqa, oğurluqları edərkən ona heç kim kömək etməmiş, tək olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3 maddələri ilə verilmiş ittihamla razılaşsa da, ona elan edilmiş CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Şakir oğlunun əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını bildirməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsindən və üzərində saxlamasından başqa satması və ya satış məqsədi ilə saxlaması barədə də məlumatı olmadığını bildirmişlər. Onun narkotik vasitənin mənbəyinin və məqsədinin müəyyən edilməsi ilə bağlı verilmiş əməliyyat tapşırığı barədə məlumatları olmamışdır. Təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 19.07.2021-ci il tarixli qərardan və həmin tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması barədə deyil, narkotik vasitəni qəbul etməkdə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi olmadan əldə etdiyini göstərmiş, ibtidai istintaq zamanı onun narkotik vasitəni hansı məqsədlə əldə edib saxlamasına dair dindirilmiş şəxslərin heç biri onun narkotik vasitəni satış məqsədi ilə saxlamasına dair heç bir möhtəbər sübut göstərməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir möhtəbər dəlilə əsaslanmamış, əksinə əldə etdiyi bütun sübutlar onun narkotik vasitəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini sübut etdiyi halda, əsassız olaraq ehtimal edib onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni özü qəbul etmək üçün əldə etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Bütün bunlar birmənalı olaraq onu təsdiq edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamalarını, himayəsində bir azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs1 evindən oğurluq etdiyinə görə əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65-ci maddəsinə tələblərini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 19.07.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 21.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 29.08.2021-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir.Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 avqust 2021-ci ildən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdən 21.07.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı 29.08.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 2.445 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X9 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə digər maddi sübutlar bir ədəd “SuperMax” markalı televizorun zərərçəkmiş şəxsə qaytarılması, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdən 21.07.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 29 avqust 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 2.445 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X9 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə digər maddi sübutlar bir ədəd “SuperMax” markalı televizorun zərərçəkmiş şəxsə qaytarılması, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar