Məhkəmə qərarları › İş №1(100)-80/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-80/2023

13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-80/2023 13.03.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, təmiz çəkisi 2,025 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 iyun 2022-ci il tarixdə Gəncə şəhər 3-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 18:30 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsində, X10 yaxınlığında saxlanılaraq Gəncə şəhər 3-cü Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan ön cibindən 1 ədəd “Prima” markalı siqaret qutusun içərisindən 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,025 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, gündəlik olaraq qazancını fəhləlik edərək əldə edir. Bir neçə müddətdir ki, kokos kimi tanıdığı narkotik vasitə heroini iynə ilə damarına vurmaqla istifadə edir. Tutulduğu tarixdən təxminən 3-4 gün əvvəl yaşadığı evin yaxınlığında Gəncə şəhəri, Təbriz küçəsi ilə piyada gəzərkən yerdə bir ədəd şəffaf sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, ətrafda heç kəsin olmadığını və onu heç kəsin görmədiyinə əmin olduqdan sonra içərisində heroin olan bükümü götürüb “Prima” markalı siqaret qutusunun içərisinə qoyaraq cibinə qoymuş, heroini götürdükdən sonra xəlvət yerdə bir qismini istifadə etmiş qalanını isə yenə eyni qaydada ağrıları oyananda yenə də, istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Eminbəyli küçəsi ilə piyada gəzən zaman həmin vaxt “Prima” markalı siqaret qutusunun içərisindəki heroin də, əynində olan şalvarın sağ ön cibində olmuş, bu zaman mülki geyimli şəxslər ona yaxınlaşdıqlarını görmüş, polis əməkdaşları olduqlarını bildirib, ona X6 dövriyyəsində şübhəli olduğunu bildirərək Gəncə şəhər 3-cü PB-yə aparmışlar. Hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçin gələnə kimi üzərinə baxış keçirmişlər. Üzərindən həmin narkotik vasitə aşkar olunmuşdur. Sonra narkotik vasitəni özünə vermişlər ki, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçiriləcəkdir. Sonra müdafiəəinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ ön cibində olan “Prima” markalı siqaret qutusunun içərəsindən 1 ədəd şəffaf polietilen bükümün içərisində yuxarda qeyd etdiyi şəraitdə əldə etdiyi narkotik vasitə heroin aşkar edilmişdir. Bundan sonra həmin şəffaf polietilen bükülüyü baxış keçirilimiş və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra həmin heroin büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,14 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd zərfin üzərlərinə müvafiq qeydlər aparılmış sonra iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitə heroin zərfin içərisinə qoyulduqdan sonra ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Hesab edir ki, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisi təxminən 0.5 qram olardı, çünki onun üzərindən istifadə etmişdir. Ola bilsin ki, birici dəfə polis əməkdaşları üzərindən narkotik vasitəni aşkar edərkən hansı şəraitdəsə narkotik vasitənin çəkisini artırmışlar. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə saxlamışdır. Əldə edib üzərində saxladığı narkotik vasitə olan heroindan heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. Belə bir məqsədi də olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Narkotik vasitə olan heroin əldə etməyindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Heç kəsi narkotik vasitə heroin istehlak etməyə təhrik etməmişdir. Özünün narkotikə marağı yarandığı üçün istifadə etmişdir. Narkotik vasitəni əldə edib istifadə etməkdə heç kəs köməklik etməmiş, heç kəsin xəbəri olmamış, bütün bunların hamısını tək özü etmişdir. Həmin yeri dəqiq xatırlamadığı üçün göstərə bilməmişdir. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-cı il tarixdə Gəncə şəhəri, Təbriz küçəsi, ev 123-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyayaraq üzərində saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 19:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Eminbəyli küçəsində Humanitar Kollecin yaxınlığında saxlanılaraq Gəncə şəhər 3-cü PB-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq bölməyə gəlmiş, Gəncə şəhər 3-cü PB-də şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış keçirilməzədən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində bir daha hüquq və vəzifələri izah edilmiş, daha sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan ön cibindən 5 ədəd 1 manalıq əskinasları, 30 qəpiyi, sağ yan ön cibindən isə 1 ədəd alışqanı və 1 ədəd “Prima” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, istintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən digər hər hansı bir iş üzrə əhəmiyyət kəsb edəcək əşya və hal aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Prima” markalı siqaret qutusunun içərisinə baxış keçilmiş və oradan 6 ədəd siqaret və 1 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümün narkotik vasitə heroin olduğunu, 3-4 gün əvvəl yaşadığı evin yaxınlığından tapıdığını, bir qismini istifadə etdiyini, narkoloji xəstə olduğunu, özü istifadə etmək məqsədilə saxladığını, satış məqsədinin olmadığını, satmadığını demişdir. Bundan sonra həmin sellofan bükümün içərisinə baxdıqda oradan narkotik vasitə heroin aşkar edilmiş, sonra aşkar edilmiş narkotik vasitə heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,14 qram olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd içərisində heroin olan sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 1 ədəd alışqan, 5 ədəd 1 manalıq əskinas, 30 qəpik, 6 ədəd siqaret iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Yekunda müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən barəsində əməliyyat-axtarış və təhqiqat zamanı hər hansı bir təzyiqə məruz qalıb-qalmaması, narkotik vasitənin kimə məxsus olması soruşulmuş, Təqsirləndirilən şəxs isə hər hansı bir təzyiqə mərzu qalmadığını, heç bir etirazının olmadığını, narkotik vasitənin özünə məxsus olmasını demişdir. Bununla da, şəxsi axtarış və götürmə başa çatdırılaraq video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavətim olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan əldə edib daşıyaraq saxlamışdır. Hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddə satması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs polisə gətirilərkən müdafiəçi gəlməmiş onun üzərinə baxış keçirilməmiş, onun üzərinə müdafiəçi gələndən sonra bapxış keçirilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinə heç bir müdaxilə olunmamış, yəni artırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən “Prima” markalı siqaret qutusun içərisində şəfaf sellofanda heroinə bənzər tünd qəhvəyi rəngli, toz halında jütlə aşkar olundu.Həmin kütlə elektron tərəzidə çəkildi və ümumi çəkisi 2,14 qram gəldi. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş 5 ədəd 1 manatlıq pul əskinası, 30 qəpik və bir ədəd yaşıl rəngli alışqan iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər 3-cü PB-nin TB-nin təhqiqatçısı X11 şəhər 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı X1 və müdafiəçi X9 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan ön cibindən 5 ədəd 1 manalıq əskinasları, 30 qəpiyi, sağ yan ön cibindən isə 1 ədəd alışqanı və 1 ədəd “Prima” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. İstintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən digər hər hansı bir iş üzrə əhəmiyyət kəsb edəcək əşya və hal aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Prima” markalı siqaret qutusunun içərisinə baxış keçilir və oradan 6 ədəd siqaret və 1 ədəd şəffaf sellofan büküm aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümün narkotik vasitə heroin olduğunu, 3-4 gün əvvəl yaşadığı evin yaxınlığından tapıdığını, bir qismini istifadə etdiyini, narkoloji xəstə olduğunu, özü istifadə etmək məqsədilə saxladığını, satış məqsədinin olmadığını, satmadığını deyir. Bundan sonra həmin sellofan bükümün içərisinə baxdıqda oradan narkotik vasitə heroin aşkar edilir. Sonra aşkar edilmiş narkotik vasitə heroin sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilir və çəkisinin 2,14 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd içərisində heroin olan sellofan büküm bir ədəd zərfdə qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, 1 ədəd alışqan, 5 ədəd 1 manalıq əskinas, 30 qəpik, 6 ədəd siqaret iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılır. Yekunda müdafiəçi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən barəsində əməliyyat-axtarış və təhqiqat zamanı hər hansı bir təzyiqə məruz qalıb-qalmaması, narkotik vasitənin kimə məxsus olması soruşulur, Təqsirləndirilən şəxs isə hər hansı bir təzyiqə mərzu qalmadığını, heç bir etirazının olmadığını, narkotik vasitənin özünə məxsus olmasın deyir. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**”, “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrlə aparılan telefon danışıqlarını və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, ********** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 10, 11 radələrində ***-***-**-** saylı mobil nömrəyə “Qaqa men getmeliyem..”, “Qaqa hardasan...” məzmununda, ********** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 01, 02, 04, 11 radələrində ***-***-**-** saylı mobil nömrəyə nalayiq ifadələr məzmununda mesaj mətnləri, həmçinin ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 17 radələrində ********** saylı və ********** saylı mobil nömrəyə “SALAM rza qaqa netersen, brat menem elmir klavnidayam raminin yerinde, dunen dedinget raminin yaninan yig meni burdayam qaqa raminin yerinin qabagindayam, bagisda brat sada eziyet verdim..” məzmununda, ********** saylı mobil nömrəyə “SALAM fariz netersen qadanalim, qaqa vaxtin olsa 2deyqalix, sene soz deyerdim brat, vaxtin varsa menem elmir, rza dostu..” “salam qaqa teli acanda meni tecili yig..” məzmununda mesaj mətnləri göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ********** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ********** saylı mobil nömrəyə “Birde elmir deyir o qiraxda olan adam kimdi gelmesin pul menen catacaq qaqaw adim suleymandi birde pulu men kime hara vermeliyem mene adres vererdiz qaqaw..”, “Brat men elmir gilnen sviyaz elemedim olarin zariyatkasi yoxdu sep sa catasi doyki qaqaw..” “Sene tekce pul verilejey 500 manat duzdu brat..” məzmununda mesaj mətni göndərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ********** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 01 radələrində, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində ********** saylı mobil nömrəyə “Yatıram..” “səhər 8 zə kimi vaxdın var ya pulu verisən yada pərvizin evinə giri də polisə deyiləcək...” “Ma zəng vur...”, məzmununda, ********** saylı mobil nömrədən “Hardasan men gelmisem. Meni po*a salma cix ortaya…”, “Menim pulumu yeyen menim si**mi yeyer…” məzmununda, həmçinin ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 22 radəllərində, xx.xx.2022-ci il tarixdə saat 00 radələrində, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində “Agali teli niye kecirdisen gelisen yoxsa yox ma bir cavab de…”, “Ay sakro duzelmirse ma de bilim basqa adam var onda var ona deyim gec olmamis ma tecili cavab de…”, “Eger masina gore deysense masin pulu var mende tecili cavab de…”, “Halaldi. Ay sakro ozduyunde ma kino, cekdinde menin hec vaxt narkotikden cetinliyim olmayib ay brat 1kelmiye qaydasina dusur... sende meni yuxuya verisen aynrat…”, “Salam sakro nagasan ses soragin gelmir yaxsisan evdekiler neterdi bosdug olanda xeber ele gorusek…”, “SALAM sakro nagasan veziyet zad yaxwisan dedim gorum, nagasan ses soragin gelmir…” məzmununda ********** saylı mobil nömrəyə “Ay qaqa pull indi var birazdan olmayajax on a gore tez-tez yigiram birazdan pull olmayajax deyismek fikirin varsa de gelim 35manat puldu bide sen verdiyin telefon…”, “Qaqa bir cavab deyisen men bilim...”, “Ekranin deyir 40 manat xarci var eger qaytarmax istisense 35manat mende var verim bide axwam sen verdiyin telefonu…”, “Sa gore eliyirdim pulu verem gedir…”, “Amil nagasan qaqa bidene telefon var partel elemey olar qaqa temanan..” məzmununda mesaj mətni, “**********” saylı mobil nömrədən “Menem kamil yigiram cavab vermisen.nomreni kecirdisen.bir dene ac soz deyirem…”, “menem kamil telefonu gotur ayibdi qapiya gelmiyim…” məzmununda mesaj mətni göndərilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**- **”, “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrlə müxtəlif mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**”, “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələr Gəncə şəhərində müxtəlif anten dairələrində olmuşdur. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/708 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm narkotik vasitə heroinə bənzər kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 2,025 qram maddə, kustar üsulla hazılanmış narkotik vasitə heroindir. Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**”, “***-***-**-**” və “***-***-**-**” saylı mobil nömrələrlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində digər mobil nömrələr arasında edilən çox saylı zənglərin nə məqsədlə edilməsinin, həmçinin Elşən adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1180 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyun 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ləğv olunaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 04 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi qalıq çəkisi 1,975 qram olan narkotik vasitə heroin, Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də bir ədəd DVD disk və bir ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində üzərindən yarım qram narkotin vasitə olduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsilə ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə məhkumluğu, hazırda ittiham olunduğu CM-nin müvafiq maddlərində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci madəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydası üzrə, yəni hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmünə əsasən təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaq yolu qəti cəza təyin edilməli, həmin iş üzrə həbsdə saxlanıldığı 04 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti cəza müddətinə hesablanmalı, cəzaçəkmənin əvvəli hazırkı iş üzrə tutulduğu 23 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı müddət daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halın olmasını və CM-nin 65.2-ci maddəsinin tələblərini cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi qalıq çəkisi 1,975 qram olan narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X7 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də 01 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə, Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, həmin iş üzrə həbsdə saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti cəza müddətinə hesablanmaqla üzərində 05 (beş) il 11 (on bir) ay 26 (iyrimi altı) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 23 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi qalıq çəkisi 1,975 qram olan narkotik vasitə heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X6 X7 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də 01 ədəd DVD disk və 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar