Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-80/2024 19.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri-X2 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslərin nümayəndəsi – “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Rusiya Fedarasiyasının, Samara vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Vüsalə və Fatimə adlı şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə Türkiyə Respublikasının Trabzon şəhərindən Whatsapp ani mesajlaşma və mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb ona Türkiyə Respublikasının Trabzon şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 dekabr 2020-ci il tarixdə saat 09:48də Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçirməklə Türkiyə Respublikasının Trabzon şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı şəxslərlə həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı şəxslərlə birlikdə 17 dekabr 2020-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Azərbaycan Respublikası vətəndaşı Vüsalə və Fatimə adlı şəxslərlə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən 2021-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında tanışı Zərərçəkmiş şəxs2 ilə danışaraq ona Türkiyə Respublikasının Trabzon şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 30 oktyabr 2021-ci il tarixdə saat 08:47də Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçirməklə Türkiyə Respublikasının Trabzon şəhərinə aparıb şəxsiyyəti istintaqla araşdırılan Vüsalə və Fatimə adlı şəxslərlə həmin şəhərdə kirayə götürdükləri mənzilə yerləşdirdikdən sonra 01 noyabr 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvələr ailə üzvləri ilə birlikdə yaşasa da, sonradan özü Gəncədə kirayə ev tutub tək yaşamağa başlamışdır. Gəncədə qaldığı müddət ərzində ərzaq mağazasında satıcı işləmiş, bu işdə qazancı az olduğu üçün sonradan pul qarşılığında ayrı-ayrı şəxslərlə görüşüb cinsi əlaqədə olmuşdur. Daha sonra sosial şəbəkədən İlknurə adlı qızla tanış olmuş, ilknurə ilə tanış olduğu müddətdə kişilərlə az-az görüşürmüşdür. İlknurə ilə münasibətləri yaxşılaşdıqdan sonra İlknurə ona Türkiyəyə gedib-gəldiyini, orada fahişəliklə məşğul olduğunu söyləyərək, Türkiyədə daha çox pul qazanacağını bildirmişdir. İlknurə ona, onunla birlikdə Türkiyəyə getməsini təklif etmiş və Türkiyədə yaşayan əslən Azərbaycandan olan Vüsalə adlı qadının yanına gedəcəklərini və onun yanında işləyəcəklərini bildirmişdir. 2020-ci ilin avqust ayında İlknurə ilə Türkiyənin Trabzon şəhərinə getmiş, İlknurə orada onu Vüsalə adlı qadınla tanış etmişdir. İlknurə ona Türkiyədə Azərbaycandan daha çox pul qazanacağını və hətta Vüsalənin tutduğu kirayə evdə qalacaqlarını bildirmişdir. Vüsalə onlara kişi müştərilər tapdığı üçün aldıqları pulu Vüsalə ilə bölmüşlər. Daha sonra İlknurə oğlunun sənədləri ilə əlaqədar olaraq Azərbaycana qayıtmış, o, isə Vüsalənin yanında qalıb, işinə davam etmişdir. Gəncədən tanıdığı, fahişəliklə məşğul olan rəfiqəsi Zərərçəkmiş şəxs1 ona zəng edərək Azərbaycanda koronavirus və qadağalar səbəbindən Azərbaycanda gördüyü “işin” ona artıq xeyir etmədiyini, işin çox zəif olduğunu həmçinin polislərin işləməyə imkan vermədiyini bildirmiş, Azərbaycandan çıxmaq istədiyi barədə ona məlumat vermiş və ondan məsləhət istəmişdir. Sonradan Aynur özü Vüsaləni tanıdığı üçün, sonuncu ilə danışmış Vüsalə də ona bilet alacağını bildirmişdir. Daha sonra Vüsalə Aynura bilet almış, Aynur da Türkiyəyə getmişdir. Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. O, Günay və Aytac birlikdə fitness zalına getmişlər, həmçinin hərdənbir əlaqə yaradıb görüşmüşlər. O Vüsalə ilə videogörüntü vasitəsi ilə telefonla danışdığı zaman Aytac və Günay onlara qonaq gəlmiş, sonuncular əvvəldən Vüsaləni tanıdıqları üçün onun yanında Vüsalə ilə danışıb hal-əhval tutmuşlar. X6 getmək istədiyini, Gəncədə işlərin zəiflədiyini, bu səbəbdən işləyə bilmədiyini, polislərin onların işinə mane olduğunu bildirmişdir. Aytacın Türkiyəyə getməsindən sonuncu deport edildikdən sonra məlumatı olmuşdur. O Aytacın Türkiyəyə getməsi barədə ona heç bir təklif etməmiş, Aytacın özü Vüsaləni tanıdığına görə Vüsalə ilə onun tanışlığındada heç bir rolu olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, o, heç kimə nəinki məcbur, heç könüllü olsa belə Türkiyəyə getmək barədə təklif belə etməmiş, kimisə türkiyədə işlə təmin etmək adı ilə aldatmamışdır. İstər Aynur, istərsə də Aytac özləri əvvəldən də Vüsaləni tanıdıqları üçün Vüsalə ilə danışıb könüllü olaraq Türkiyəyə gedib orada işləmişlər, yəni fahişəliklə məşğul olmuşlar. O Türkiyədə 8 ay qaldıqdan sonra Azərbaycana gəlmiş sonra Aynur orada olduğu müddət İlknurə də Türkiyəyə getmiş onlar Vüsalənin yanında bir müddət işlədikdən sonra çıxıb Azərbaycana qayıtmışlar. Aytac da özü Vüsalə ilə danışıb Türkiyəyə işləməyə getmiş və 14 gün sonra deport olunub qayıtmışdır. Aytacın deport olunub qayıtdığını bilməmiş, bundan tutulduqdan sonra xəbəri olmuşdur. O, bir daha məhkəmə heyətinin diqqətinə çatdırır ki, onun sözgüdən şəxslərin və yaxud digərlərinin Türkiyəyə Vüsalənin yanına işləməyə getmələrində hər hansı rolu olmamış, Türkiyə Respublikasında qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün kiməsə hər hansı təklif belə irəli sürməmişdir. Bu məqsədlə kiməsə yalan vəd verməmiş, aldatmamış və Türkiyədə olan zaman orada heç kimin pasportunu əlindən almamış, götürməmişdir. Bununla bağlı xüsusi olaraq vurğulayır ki, qeyd olunan dövr elə bir vaxta təsadüf etmişdir ki, hər kəsin pasportunun özündə olması məcburiyyəti olmuşdur. Çünki həmin dövr koronovirus pandemiyasının kəskinləşdiyi və bütün dünyada qadağaların mövcud olduğu vaxta təsadüf etmişdir. Türkiyə Respublikasında polis, jandarma və digər qurumlar pandemiya ilə əlaqədar qadağaların pozulmamasına ciddi nəzarət etmiş, hər kəsin şəxsiyyətini təsdiq edən sənədi daima tələb edib portalda yoxlanış həyata keçirmişlər. Ona görə də bu faktın mövcud olması praktiki olaraq mümkünsüz olmuşdur. O, həmçinin adı çəkilən şəxslər, ərzaq almaq, digər gündəlik təlabatlarını qarşılamaq üçün hər gün yaşadıqları evi bir neçə dəfə tərk etmişlər, bu səbəbdən pasportları onların özündə olmuş, polis, jandarma və digər qurumun əməkdaşları şəxsiyyəti təsdiq edən sənəd tələb etdikdə pasportlarını göstərmişlər. Qeyd olunanları, ona qarşı irəli sürülmüş ittihamın uydurma faktlara əsaslandığını nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin ortalarında Gəncə şəhərində paltar mağazasında işləyən zaman Təqsirləndirilən şəxs ilə tanış olmuş, bir müddətdən sonra o, Şəbnəmin istifadə etdiyi mobil telefon nömrəsi ilə onunla əlaqə saxlamış, sonradan Şəbnəmlə münasibəti daha da yaxınlaşmışdır. Bir müddət sonra Şəbnəm onun rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə də tanış olmuş, boş vaxtlarında Gəncə şəhərində görüşərək bir yerdə vaxt keçirmişlər. Qeyd edir ki, onlar hər üçü Gəncə şəhərində ayrı-ayrı vaxtlarda fahişəliklə məşğul olaraq dolanışıqlarını təmin etmişlər. Koronavirus pandemiyası dövründə Azərbaycanda “iş” zəiflədiyi üçün Şəbnəm fahişəlik etmək məqsədilə Türkiyə Respublikasına getmiş, orada ortaq tanışları “VİKA” ləqəbli Vüsalə adlı şəxsin yanında fahişəliklə məşğul olmuşdur. Sonradan, o da Türkiyə Respublikasına gedib orada fahişəliklə məşğul olmaq qərarına gəlmiş, bu məqsədlə tanışı Vüsaləyə zəng etmiş, Vüsalədən onun Türkiyə Respublikasına gəlməsinə köməklik etməsini xahiş etmişdir. Vüsalədən ona bilet almasını xahiş etmiş, gəlib işləyib biletin pulunu qaytaracağına dair ona söz vermişdir. Vüsalə ilə özü danışıb onun köməkliyi ilə Türkiyə Respublikasına işləməyə getmişdir. Bu işdə Təqsirləndirilən şəxs hər hansı rolu olmamışdır. Şəbnəm onu bu işi görməyə məcbur etməmiş, onu aldatmamışdır, pasportunu və ya digər sənədini almamışdır. Bu halın baş tutması həmin dövr üçün heç mümkün də olmamışdır. Belə ki, həmin vaxt koronavirus pandemiyası olduğu üçün polis və digər qurumlar tez-tez şəxsləri saxlamış və səxsiyyəti təsdiq edən sənəd tələb edib, portalda yoxlanış aparmışlar. Buna görə hər kəs öz sənədi ilə hərəkət etmək məcburiyyətində olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, özü könüllü, öz istəyi ilə Türkiyə Respublikasına Vüsalənin yanına getmiş və fahişəlikə məşğul olmuşdur. Şəbnəm onu cinsi istismar məqsədi ilə Türkiyə göndərməmiş, ona hər hansı vəd verməmiş, onu aldatmamışdır. Təqsirləndirilən şəxs da heç bir şikayət və tələbi yoxdur, ola da bilməz. Çünki Şəbnəmə qarşı irəli sürülmüş ittiham uydurma sözlərə əsaslanıb. Odur ki, Şəbnəmin azadlığa çıxmasını, barəsində bəraət hökmü çıxarılmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində rəfiqəsi Aynurun vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxt Şəbnəm istifadə etdiyi mobil telefon nömrəsini ona vermiş, onlar bir-birləri ilə arada zəngləşib əlaqə saxlamış və hərdənbir görüşüb söhbətləşirmişlər. Eyni zamanda O, Şəbnəm və rəfiqəsi Şahid Gəncə şəhərində yerləşən fitnes zalda birlikdə məşq etmişlər. Tarixini dəqiq xatırlamadığı vaxtda Günayla birlikdə fitness zalında olduğu zaman Şəbnəm xəstələndiyi üçün həmin gün zala gəlməmiş, Şəbnəmin məşq zamanı istifadə etdiyi protein zalda qaldığı üçün Günayla birlikdə Şəbnəmin proteinini özünə vermək üçün Şəbnəmin evinə getmişlər. Onlar Şəbnəmin evinə daxil olduqları zaman Şəbnəm onun da tanıdığı Vika ləqəbli Vüsalə adlı şəxslə videozəng vasitəsilə danışırmış. Şəbnəmlə Vüsalə videozəng vastəsi ilə danışan zaman Vüsalə onunla da hal-əhval tutmuşdur. O, Vüsaləyə rəfiqəsi Günayın yanında olduğunu demiş, belə ki, Günayı da Vüsalə ilə Aysel adlı rəfiqəsi tanış etmişdir. O videozəng vasitəsilə danışıq zamanı Vüsaləyə Gəncədə “işlərin” zəiflədiyini, demək olar ki, pul qazana bilmədiklərini bildirmişdir. O, Vüsalənin Türkiyə Respublikasının Trabzon şəhərində fahişəliklə məşğul olduğunu bilmiş, əvvəlcədən də Vüsalə ilə münasibəti olmuşdur. Koronovirus pandemiyası ilə əlaqədar Azərbaycanda otellər, restoranlar bağlı elan edildiyi üçün Gəncə şəhərində iş demək olar ki, dayanmış, bunun üçün o Vüsalə ilə danışıb Türkiyə Respublikasına getmək, orada işini davam etdirmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə Hava limanından təyyarə ilə Türkiyə Respublikasının Trabzon şəhərinə getmiş, orada X5 qarşılamış və taksi ilə kirayə tutduğu mənzilə aparmışdır. Ondan başqa mənzildə rəfiqəsi Aynur da qalmışdır. Vüsalənin kirayə tutduğu mənzildə hər gün 5-8 kişi ilə cinsi əlaqədə olmuşdur, müştərilərdən alınan pulların bir qismini Vüsaləyə vermişdir. Şəbnəm onu Trabzon şəhərinə cinsi istismar məqsədi ilə göndərməmiş və Vüsaləni əvvəldən tanıdığından Vüsalə ilə onu tanış etməmişdir. İbtidai istintaq zamanı da hazırki məzmunda ifadə vermiş, Şəbnəmlə üzləşən zaman da hazırki məzmunda danışmışdır. O Şəbnəmə qarşı heç vaxt ittihamedici ifadə verməmişdir. İstintaq zamanı ifadəsini oxumadığından nə yazıldığnı bilmədən dindirmə və digər protokollara və ərizəyə imza etmiş etmişdir. O, İstintaq zamanı da, indi də bildirir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Şəbnəm günahsızdır. Bir daha Məhkəmə heyətinin diqqətinə çatdırır ki, Vüsalə ilə özü danışıb onun köməkliyi ilə Türkiyə Respublikasına işləməyə getmişdir. Bu işdə Təqsirləndirilən şəxs hər hansı rolu olmamışdır. Şəbnəm onu bu işi görməyə məcbur etməmiş, onu aldatmamışdır, pasportunu və ya digər sənədini almamışdır. Bu halın baş tutması həmin dövr üçün heç mümkün də olmamışdır. Belə ki, həmin vaxt koronavirus pandemiyası olduğu üçün polis və digər qurumlar tez-tez şəxsləri saxlamış və səxsiyyəti təsdiq edən sənəd tələb edib, portalda yoxlanış aparmışlar. Buna görə hər kəs öz sənədi ilə hərəkət etmək məcburiyyətində olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, özü könüllü, öz istəyi ilə Türkiyə Respublikasına Vüsalənin yanına getmiş və fahişəlikə məşğul olmuşdur. Şəbnəm onu cinsi istismar məqsədi ilə Türkiyə göndərməmiş, ona hər hansı vəd verməmiş, onu aldatmamışdır. Təqsirləndirilən şəxs da heç bir şikayət və tələbi yoxdur, ola da bilməz. Çünki Şəbnəmə qarşı irəli sürülmüş ittiham uydurma sözlərə əsaslanıb. Odur ki, Şəbnəmin azadlığa çıxmasını, barəsində bəraət hökmü çıxarılmasını məhkəmə heyətindən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Şəbnəmlə həmşəhərli olaraq instagram sosial şəbəkəsində tanış olmuş, o Şəbnəmlə danışdıqdan sonra münasibətləri yaxınlaşmış və bir neçə dəfə restoranda əyləşib söhbət etmişlər. O, Şəbnəm və Zərərçəkmiş şəxs2 fitness ilə məşğul olmuşlar. O və Aytac fitness zalında olduğu zaman Şəbnəm xəstələndiyi üçün həmin gün zala gəlməmiş, Şəbnəmin məşq zamanı istifadə etdiyi protein zalda qaldığı üçün onlar Şəbnəmin proteinini özünə vermək məqsədi ilə Şəbnəmin evinə getmişlər. Onlar Şəbnəmin evinə daxil olduqları zaman Şəbnəm onun da əvvəldən tanıdığı Vüsalə adlı qadınla videogörüntü vasitəsilə danışırmış. Şəbnəm onların gəldiklərini gördükdən sonra yanlarında Vüsalə ilə videogörüntü vasitəsilə danışmağa davam etmiş, həmin qadını, yəni Vika ləqəbli Vüsaləni Aytac da, o da çox yaxşı tanımışlar. Vüsalənin Türkiyə Respublikasının Trabzon şəhərində nə işlə məşğul olduğundan da xəbərdar olmuşlar. Vüsaləni onlarla Şəbnəm tanış etməmiş, onlar əvvəlcədən də Vüsaləni tanımışlar. Əvvəlcədən o, Vüsaləni Aysel adlı rəfiqəsi vastəsi ilə tanımışdır. Vüsalə həmin vaxt videogörüntü vasitəsilə telefonla Aytacla da danışmış, Aytac Vüsalə ilə hal-əhval tutmuşdur. Danışıq zamanı Vüsalə onlara Türkiyə gəlməyi, orda işləməyi təklif etmiş, Aytac da, o özü də Vüsalə ilə razılaşmışlar. Daha sonra özləri Vüsalə ilə əlaqə yaradaraq sonuncu ilə danışmışlar. Şəbnəm nə onu, nə digər qızları istismar məqsədi ilə bu işə cəlb etməmiş. Aytac Türkiyə Respublikasının getdikdən üç gün sonra o da Türkiyəyə getməyi planlaşdırmışdır. Lakin, gedəcəyi gün səhhəti pisləşmiş, əməliyyat olduğu üçün gedə bilməmişdir. O, əvvvələr Türkiyə gəzmək üçün getmiş, işləmək üçün getməmişdir. İbtidai istintaq zaman verdiyi ifadəni oxumadan imza etmiş, həmin vaxt onun səhhət ilə bağlı problemləri olduğu üçün ifadəsini oxumamışdır. Səhhətindəki problemlərə görə həmin gün heç ayaq üstə belə dura bilmədiyindən ona görə də ifadəsinin oxumadan imzalamış, buna görə də ifadəsində yazılanlardan məlumatı yoxdur. Şəbnəmə qarşı irəli sürülmüş ittiham uydurma sözlərə əsaslanıb. Buna görə Şəbnəmin azadlığa çıxmasını, barəsində bəraət hökmü çıxarılmasını məhkəmə heyətindən xahiş edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 144-1.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilməsi haqqında 03 mart 2023-cü il tarixli protokoldan görünür ki, İbtidai istintaq zamanı Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə saat 08:47 dəqiqədə «C01782147» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Gəncə hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 04:10 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixdə saat 09:48 dəqiqədə «C03185933» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 06:07 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2021-ci il tarixdə saat 15:29 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının Ankara şəhəri istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 20:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 05:41 dəqiqədə «C01785899» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 16:02 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanından keçməklə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətindən ölkəyə daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər MKTİB-nin 6 nömrəli Xidmət Sahəsindən verilmiş 07 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 3-cü mikrorayon, bina 17, mənzil 49-da yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib ona 2500 (iki min beş yüz) manat cərimə cəzası təyin edilmiş və sözügedən tələbnamə ilə müəyyən edilmişdir ki, cərimə tam şəkildə dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X1 AR CM-in 243.1 və 244.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid zəərçəkmiş şəxs qismində cəlb edilmişdir. Məhkəmə cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, o cümlədən iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Bununla bağlı Məhkəmə aşağıdakıları vurğulamağı zəruri hesab edir. İlk növbədə insan alveri anlayışının cinayət-hüquqi mənada mənasına, tərifinə nəzər salaq. Azərbaycan Respublikası CM-in 144-1-ci maddəsində qeyd olunur ki, İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsidir. İnsan alverinin transmilli cinayət olaraq ilk anlayışı isə universal müqavilə olan BMT-nin İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında 2000-ci il Protokolunun 3-cü maddəsində verilmişdir. Burada insan alverinə aşağıdakı anlayış verilir: a) “İnsan alveri dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya digər formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik vəziyyətindən sui-istifadə yolu ilə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığına nail olmaq üçün ödəniş və ya mənfəət verməklə və ya almaqla, insanların istismar məqsədilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar ən azı digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi, köləliyə bənzər halları və ya orqanların çıxarılmasını nəzərdə tutur”. İnsan alveri cinayətinin regional səviyyədə hüquqi-nəzəri əsaslarının X8 alverinə qarşı mübarizə haqqında 16 may 2005-ci il tarixli (1 fevral 2008-ci ildə qüvvəyə minib) Varşava Konvensiyasında (Azərbaycan 11 may 2010-cu ildə bu sənədi ratifikasiya edib) təsbitinin də şahidi oluruq. Həmin Konvensiyanın 4-cü maddəsində qeyd olunur: “a) "İnsan alveri" dedikdə, hədə-qorxu və ya zor tətbiq etməklə, yaxud başqa cür məcbur etməklə, qaçırma, dələduzluq və ya aldatma yolu ilə, vəzifədən və ya şəxsin köməksiz vəziyyətindən süiistifadə etməklə və yaxud pul və ya digər maddi vəsaitlər vermək və ya almaqla hər hansı bir şəxsdən onun himayəsində olan şəxs barəsində razılıq almaqla, şəxslərin istismar məqsədləri üçün cəlb edilməsi, daşınması, ötürülməsi, gizlədilməsi və ya qəbul edilməsi başa düşülür. İstismar dedikdə, ən azı, başqalarını məcburi fahişəliyə cəlbetmə və digər cinsi istismar formaları, məcburi əmək və ya xidmətlər, köləlik, daxili orqanların çıxarılması və buna bənzər əməllər nəzərdə tutulur.” Qeyd olunanların işığında aydın olur ki, insan alveri anlayışı üç tərkib ünsürdən ibarətdir və normaların pozulması hallarında bu ünsürlərdən hər biri olmalıdır. Bu ünsürıər aşağıdakılardır: 1) Şəxsin cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması fəaliyyəti (fəaliyyət – nəyin edildiyidir). 2) Vasitələr: güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya digər formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik vəziyyətindən suiistifadə yolu ilə, yaxud da digər şəxsə nəzarət edən ödəniş və ya mənfəət verməklə və ya almaqla (vasitələr – bunun necə edilməsidir). 3) İstismarın məqsədi: bura, ən azı, digərlərinin fahişəliyinin istismarı yaxud digər formalarda cinsi istismar, məcburi əmək və ya xidmətlər, köləlik, köləliyə oxşar hallar və orqanların çıxarılması (məqsəd – bunun nə üçün edilməsidir). Türkiyə Respublikasında qüvvədə olan X10 “İnsan alveri” adlı 80-ci maddəsinə əsasən isə bu cinayətin anlayışı aşağıdakı kimi verilmişdir: “zorla işlətmək və ya xidmət etdirmək və ya analoji işlərə cəlb etmək, bədən üzvlərinin verilməsini təmin etmək məqsədilə təhdid, zor tətbiq etmək, sui-istifadə və ya insanlar üzərində nəzarət etmək imkanlarından və onların çarəsizliyindən faydalanmaqla razılıqlarını əldə edərək, insanları bir yerdən başqa yerə daşıyan və ya onları buna sövq edən, oğurlayan, təhvil verənvə ya gizlədən şəxslərə səkkiz ildən on iki ilədək azadlıqdan məhrumetmə və ya on minə qədər cərimə cəzası tətbiq olunur. BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasında və onu tamamlayan BMT Baş Assambleyasının 15 noyabr 2000-ci il tarixli qətnaməsi əsasında qəbul edilmiş “İnsan alverinin, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolda “insan alveri” adı altında insanların istismar məqsədilə cəlb edilməsi, daşınması, ötürülməsi, cinayətin ört-basdır edilməsi yolu və ya güc tətbiq etmə hədəsi, onun tətbiqi və ya digər məcburetmə formaları, oğurlama, xuliqanlıq, aldatma, hakimiyyətdən sui-istifadə və ya zəiflik vəziyyətindən istifadə edərək və ya ona nəzarət edən digər şəxs tərəfindən razılıq almaq məqsədilə onun pul və ya digər mənfəətlə ələ alınması başa düşülür. Qeyd etmək lazımdır ki, bu anlayış o qədər də böyük dəyişiliklər edilmədən milli qanunvericliyiə implementasiya olunmuşdur. Yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan cinayət qanunvericiliyinə müvafiq olaraq “insan alveri” adı altında şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin baglanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda isə bu cinayətin anlayışı “İnsan alverinin, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolda nəzərdə tutulan anlayışdan demək olar ki, heç nə ilə fərqlənmir. Qanuna görə, “insan alveri” dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə hədə qorxu və ya məcburetmə vasitələri ilə, oğurlamaq, dələduzluq, aldatma yolu ilə təsir imkanlarından və ya kömək siz vəziyyətindən sui- istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, ədə edilməsi, saxlanılması gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. Bu cinayətin elementlərinə həm beynəlxalq normalar, həm də milli qanunvericlik aspektindən yanaşma zəruridir. İnsan alverinin obyektiv cəhəti aşağıdakı alternativ əməlləri nəzərdə tutur: 1) şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə daşınması üçün və ya eyni məqsədlərlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi; 2) eyni məqsədlərlə şəxsin əldə edilməsi; 3) eyni məqsədlərlə şəxsin saxlanılması; 4) eyni məqsədlərlə şəxsin gizlədilməsi; 5) eyni məqsədlərlə şəxsin daşınması; 6) eyni məqsədlərlə şəxsin verilməsi və ya qəbul edilməsi. İnsan alveri cinayətinin obyekti qanunla müəyyən edilən, qorunan və təmin edilən insanın azadlığı, şəxsi təhlükəsizliyi və onun marağı, həmçinin həyatı, sağlamlığı, insanın şərəf və ləyaqəti sahəsindəki ictimai münasibətlərdir, obyektiv tərəfi isə özünü insan alqısatqısı, onun ələ alınması, daşınması, çatdırılması,istismar məqsədilə qəbul edilməsi, nəzarətdə saxlanılması və ya gizlədilməsi kimi fəaliyyətlərdə göstərir. Bu kontekstdə alqısatqı dedikdə, həmin şəxsin əvəzli əsaslarla digər şəxslərə satılması və ya digər şəxslərdən alınması başa düşülür. Göründüyü kimi, insan alveri cinayətində alma və satma faktlarının ikisindən birinin mövcud olması insan alveri cinayətinin tərkibini yaradır. İstismar isə yuxarıda qeyd olunuğu kimi, insan alveri cinayətində insanın istismarı dedikdə, məcburi əmək, cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz saxlanılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Ələ alma - insanı muzdla tutma, yəni insanları istismara cəlb etmək üçün razılığını almağa yönəlmiş fəaliyyətdir. Bu namizəd axtarmaq, təşviqat, qanuniləşdirmə və onları istismar yerinə yönəltmək kimi hərəkətlərlə özünü göstərir. Daşıma ərazinin hara olmasından asılı olmayaraq, nəqliyyatın istənilən növü ilə adamı bir yerdən başqa yerə aparmaqdır. Çatdırılma vasitəçinin qanunda göstərilmiş insan alveri ilə bağlı fəaliyyətdə iştirakıdır; zərərçəkənin alqı-satqısından sonra onun başqa şəxs tərəfindən alıcıya çatdırılmasını, məsələn, müvəqqəti yaşayış və yerləşdirilməsini, istifadəsini və sair nəzərdə tutur. Qəbul etmə çatdırılan şəxsin cinayətkar qrupun digər üzvü tərəfindən əldə edilməsidir. Gizlətmə zərəçəkəni gizlətməklə qanunda göstərilmiş insan alveri ilə bağlı fəaliyyətdə iştirak etməkdir. Cinayətin subyektiv tərəfi isə üç əlamətdən - təqsir, motiv və məqsəddən ibarətdir. İnsan alveri həmişə qəsdən törədilir, onun üçün birbaşa qəsd xarakterikdir, motiv - tamah niyyətidir. Cinayətin bu növü iki məqsədlə edilir: a) maddi gəlir əldə etmə (alqısatqı); b) insan istismarı (ələ alma, daşıma, çatdırma, gizlətmə və ya əldə etmə). Azərbaycan Respublikasının Cinayət Məcəlləsində insan alveri cinayəti və bununla əlaqədar müvafiq müddəalar təsbit olunmuş, habelə qanunvericilikdə insan alveri ilə mübarizənin təşkilati-hüquqi əsasları müəyyən edilmişdir. İnsan alveri cinayəti şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayət olaraq Azərbaycan Cinayət Məcəlləsində kriminallaşdırlıb. Bir daha qeyd edirik ki, Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə əsasən, insan alveri dedikdə zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. Həmin maddədə qeyd olunur ki, "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Göründüyü kimi, qeyd olunanlardan açıq-aşkar aydın olur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında Vüsalə adlı şəxsin yanında fahişəliklə məşğul olması məqsədilə hər hansı addım atmamış, bu məqsədlə yüksək maaşlı işə düzəldəcəyinə dair vəd edib onları aldatmamış, hər iki şəxsin Azərbaycan Respublikasının dövlət sərhədindən keçib Türkiyə Respublikasına getməkdə hər hansı rolu olmamışdır. Həmçinin vurğulanmalıdır ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutların əldə edilməsi zamanı da prosessual səhvlərə yol verilməklə, sözügedən sübutların (ərizələr, dindirmə və üzləşdirmə protokolları) həmin istintaq hərəkətlərininin iştirakçıları və ərizəçilər tərəfindən uydurma faktlar əsasında tərtib edildiyi israrla məhkəmə heyətinin diqqətinə çatdırılmaqla, aparılan ali istintaq, yəni məhkəmə istintaqı zamanı təsdiq edilməyərək tamamilə təkzib edilmişdir. Bununla da sözügedən sübutların mötəbərliyi şübhə altına düşmüşdür. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X1 AR CM-in 243.1(fahişəliyə cəlb etmə) və 244.2.1-ci (əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinmiş, sözügedən cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid zərərçəkmiş şəxs qismində cəlb edilmişdir. Məhkəmə vurğulayır ki, adıçəkilən şəxslərin periodik olaraq içtimai mənəviyyat əleyhinə cinayətlər üzrə prosessual şəxsə çevirilməsi sanki məqsədli xarakter daşımış, eyni şəxslərin yenidən digər bir şəxsi (Təqsirləndirilən şəxs) eyni kateqoriyaya aid olan cinayət əməli üzrə təqsirləndirmək məqsədi daşımışdır. Bu halın özü də adı çəkilən şəxslərin ibtidai araşdırma zamanı söylədikləri barədə tənqidi düşünməyə səbəbdir. Bununla bağlı məhkəmə aşağıda qeyd olunanları da diqqətə çatdırmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 124.1-i maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mötəbərliyini təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş prosedura əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən sənədlər, əşyalar və məlumatlar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Bu norma Azərbaycan Respublikasının Kostitusiyasının 63-cü maddəsinə əsaslanır. Konstitusiyanın 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 138.1-ci maddəsinə görə Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin məhkəmənin hökmü o zaman qanuni və əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış olsun. Azərbaycan Respublikası CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CPM-nin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPMin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs oğlunun CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144- 3.4-cü maddələri ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 346, 347, 349, 350-ci maddələrini rəhbər tutub, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-80/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-80/2024
19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver