Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-81/2022 04.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X6 üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işlləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilimələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsindən qazanc əldə etmək niyyəti ilə məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə üzərində və avtomobildə saxladığı 0,247 qram, 4,191 qram, ümumi təmiz çəkisi 4,438 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 1,096 qram, 0,305 qram, 4,705 qram və 0,319 qram ümumi təmiz çəkisi 6.425 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində və avtomobildə daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Univermağın” yaxınlığında müəyyən edilərək Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanda yerləşən Gəncə şəhər, Nizami RPİ-yə gətirilərək üstünə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təşkil edən təmiz çəkisi 0,247 qram çəkidə narkotik vasitə olan heroin, idarə etdiyi, həmin vaxt Təqsirləndirilən şəxs2 sərnişin olduğu VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən külli miqdarda təşkil edən təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkisi 5,024 qram çəkidə psixotrop maddə olan metamfetamin, sonununcunun isə Gəncə şəhər, Nizami RPİ-də üzərinə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə təkibinə görə eynilik təşkil edən külli miqdarda olan 4,191 qram çəkidə, ümumi təmiz çəkisi 4,438 qram narkotik vasitə olan heroin, eləcə də satış məqsədi ilə üzərindən aşkar edilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 1,096 qram və 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 ilə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib narkotik vasitə və psixatrop maddələrin qanunsuz dövriyyəsindən qazanc əldə etmək niyyəti ilə istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə üzərində və avtomobildə saxladığı 0,247 qram, 4,191 qram, ümumi təmiz çəkisi 4,438 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 1,096 qram, 0,305 qram, 4,705 qram və 0,319 qram ümumi təmiz çəkisi 6.425 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamin qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində və avtomobildə daşıyaraq saxlamış, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Univermağın” yaxınlığında müəyyən edilərək Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanda yerləşən Gəncə şəhər, Nizami RPİ-yə gətirilərək üstünə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1,837 qram, 0,234 qram, 0,550 qram, 0,709 qram, 0,249 qram, 0,297 qram, 0,243 qram, 0,072 qram, ümumi təmiz çəkisi 4,191 qram çəkidə narkotik vasitə olan heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 1,096 qram və 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram çəkidə psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs1 isə Gəncə şəhər, Nizami RPİ-də üzərinə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə təkibinə görə eynilik təşkil edən külli miqdarda olan təmiz 0,247 qram çəkidə, ümumi təmiz çəkisi 4,438 qram narkotik vasitə olan heroin, eləcə də satış məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi, həmin vaxt onun sərnişin olduğu VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən külli miqdarda təşkil edən təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkiləri 5,024 qram və 1,401 qram, ümumi çəkisi isə 6,425 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti göstərir. Bədənində olan ağrıları sakitləşdirmək üçün arada bir narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Coşqunla münasibətləri hər zaman yaxşı olub Təqsirləndirilən şəxs2 narkotik vasitə aludəçisi olduğu üçün o, hərdən bir narkotik vasitəni Coşqundan təmənnasız alıb qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Coşqun ilə Gəncə şəhərində yerləşən “Skonnu” deyilən yerdə təsadüfən görüşmüş, Coşqun onu avtomobili ilə üzük almaq üçün Gəncə Univermağının yanına, oradan da məhkəməyə aparmasını xahiş etmiş, o da razılaşdığı üçün Coşqun maşına əyləşmişdir. O, idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Mərkəzi Universağın yaxınlığına getmiş, maşını saxlamış, Coşqun isə maşından düşüb bijuteriya satılan mağazaya gedib oradan üzük alıb gəlmiş, sonra maşında qabaq sağ oturacaqda əyləşmişdir. Bundan sonra o, maşını Mərkəzi Univermağın qarşısına sürüb orada saxlamış və maşından düşüb telefon aksesuarları satılan mağazaya getmiş, Coşqun isə maşında oturub onu gözləmişdir. Anidən polis əməkdaşları ona yaxınlaşıb üzərində və avtomobilində narkotik vasitə saxlamağında şübhəli olduğunu deyib onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt Coşqun da maşında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onları polis əməkdaşları Nizami RPİyə gətirmiş, gətirilən zaman onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman sol ayağının corabının yuxarı hissəsindən selofana bükülmüş narkotik vasitə heroin aşkar edilib götürülmüş və aptek tərəzisində çəkilmiş, çəkisi 0,40 qram olmuşdur. Həmin kütlənin ona məxsus olmasını demiş, bundan sonra zərfə qoyularaq qablaşdırılmış və zərflərin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan narkotik vasitəni o, tutulmamışdan 2 saat qabaq tanımadığı şəxsdən təmənnasız olaraq özü istifadə etmək üçün almışdır. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilinin qabaq sağ ayaq altından iki ədəd şpris, şüşə flakon, bir ədəd paketdə limon duzu və bir ədəd bükümdə narkotik vasitə olan heroin, digər bükümdə isə dəqiq bilmədiyi kütlə aşkar edilərək götürülmüş, aşkar edilmiş iki ədəd şpris, limon duzu və şüşə flakon ona məxsus olmamışdır. Bundan başqa avtomobildən iki bağlamada narkotik vasitələr aşkar olunmuş, həmin iki ədəd kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 5,53 qram gəlmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol onlar tərəfindən imzalanmışdır. Vurğulayır ki, qeyd olunan kütlələr də ona məxsus olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə taksilik edir. Onun barəsində olan ağrıları sakitləşdirmək üçün arada bir narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs2 onun qonşusudur. Coşqunla münasibətləri normaldır. Təqsirləndirilən şəxs2 narkotik vasitə aludəçisi olduğu üçün o, hərdən bir narkotik vasitəni Coşqundan təmənnasız alıb qəbul edir. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Coşqun ilə “Skonnu” deyilən yerdə təsadüfi görüşmüş və Coşqun ondan üzüklər almaq üçün Univermağın yanına və oradan isə məhkəməyə aparmağını xahiş etmiş, op da razılaşdığı üçün Coşqun maşına əyləşmiş və o, idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobillə Mərkəzi Universağın yaxınlığına getmiş, o, maşını saxlamış, Coşqun isə maşından düşüb bjuteriya satılan mağazaya gedib oradan üzük alıb gəlmiş, sonra gəlib maşında qabaq sağ oturacaqda əyləşmiş və o, maşını Mərkəzi Univermağın qarşısına sürüb orada saxlamış və maşından düşüb telefon aksesuarları satılan mağazaya getmiş, Coşqun isə maşında oturub gözləmiş, ona yolda polis əməkdaşları yaxınlaşıb üzərində və avtomobilində narkotik vasitə saxlamağında şübhəli olduğunu deyib onu polis idarəsinə dəvət etmişlər. Həmin vaxt Coşqunda maşında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onları polis əməkdaşları Nizami RPİ-nə gətirmiş, gətirilən zaman onun üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman sol ayağının corabının yuxarı hissəsindən selofana bükülmüş narkotik vasitə heroin aşkar edilib götürülmüş və aptek tərəzisində çəkilmiş, çəkisi 0,40 qram olmuşdur. Həmin kütlənin ona məxsus olmasını demiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və zərflərin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vaxt narkotik vasitəni o, tutulmamışdan 2 saat qabaq Coşqunla görüşəndə Coşqundan təmənnasız olaraq özü istifadə etmək üçün almışdır. Həmin nartkotik vasitəni Coşqun haradan almasından xəbər yoxdur. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilinin qabaq sağ ayaq altından iki ədəd şpris, şüşə flakon, bir ədəd paketdə limon duzu və bir ədəd bükümdə narkotik vasitə olan heroin, digər bükümdə isə dəqiq bilmədiyi kütlə aşkar edilərək götürülmüş, aşkar edilmiş iki ədəd şpris, limon duzu və şüşə flakon ona məxsusdur. Lakin iki bağlamada olan narkotik vasitələr isə onun olmamış, həmin iki ədəd kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 5,53 qram gəlmiş, həmin kütlələr qablaşdırılaraq götürülmüş və tərtib edilmiş protokol onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, başqa yerlərdə narkotik vasitə gizlətməmiş, onun üzərindən narkotik vasitə saxlamağından heç kimin məlumatı olmamışdır. O, heç kimə narkotik vasitə satmamış, nə də saxladığı narkotik vasitəni heç kimə verməmiş, yalnız özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun istifadəsində ***-***-**-** mobil nömrəsi vardır. Həmin mobil nömrəni 10 ilə yaxındır ki, işlədir. Həmin narkotik vasitələr onun deyildir. Onların Coşquna məxsus olduğunu güman edir. Cünki, həmin oturacaqda Coşqun əyləşmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən təxminən bir xeyli müddətdir ki, istifadə edir. Özü qara ciyər serrozundan əziyyət çəkir. Əvvəllər narkotik vasitə istifadəçisi kimi məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 coxdandır ki tanıyır, Mətləb onunla qonşuluqda yaşayır. Münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mətləb ilə “Skonnu” deyilən yerdə təsadüfən görüşmüş, Mətləbdən onu üzük almaq üçün Univermağın yanına, oradan da yaxınlıqda yerləşən məhkəməyə aparmasını xahiş etmişdir. Mətləb razılaşdığı üçün sonuncunun idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət nömrə nişanlı avtomobilə əyləşmiş və birgə Mərkəzi Univermağın yaxınlığına getmişlər. Mətləb maşını saxlamış, o isə maşından düşüb bijuteriya satılan mağazaya gedib oradan 40 manata iki ədəd gümüş üzük almış, sonra gəlib maşında sağ oturacaqda əyləşmiş və Mətləb maşını Mərkəzi Univermağın qarşısına sürüb orada saxlamış, maşından düşüb telefon aksesuarları satılan mağazaya getmiş, o isə maşında ön sağ oturacaqda oturub gözləmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşıb üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu deyib onun polis idarəsinə dəvət etmişlər. Həmin vaxt Mətləb də polis əməkdaşları tərəfindən saxlanılmış, onları polis əməkdaşları Nizami RPİ-yə gətirmiş, gətirilən zaman onun çantasında 300 manat nəğd pul, 3 ədəd gümüş üzük, bir ədəd Samsung markalı mobil telefon, bir ədəd aptek tərəzisi və “sobranie” markalı siqaret qutusunda 3 ədəd cəmi 1 qram çəkidə narkotik vasitə heroin və bir büküm limon duzu olmuşdur. Lakin polis idarəsinə gətirildikdən sonra onun üzərində olan çantası ondan alınmış və təxminən 2 saatdan sonra çantası ona qaytarılaraq çantasına baxış keçiriləcəyi bildirilmiş və polis əməkdaşları ona təzyiq edərək çantasından aşkar edilib götürüləcək narkotik vasitələrin ona məxsus olmasını bildirməsini demişlər. O da qorxusundan müdafiəçinin iştirakı ilə onun üzərinə və üzərində olan qara rəngli çantasına baxış keçirilən zaman çantasının içərisindən “Sobranie” markalı siqaret qutusunun içərisindən 8 ədəd bükümdə 5.01 qram çəkidə narkotik vasitə olan heroin və 2 ədəd bükümdə 1,69 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsinə etiraz etməmiş və həmin kütlələrin ona məxsus olduğunu demişdir. Həmin kütlələr ayrı ayrı zərflərdə qablaşdırılmış və zərflərin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Ondan məcbur olub aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddələrin qablaşdırıldığı kağıza və protokola imza etmiş, həmin vaxt onun çantasında olan kütlələri təxminən 2021-ci ilin yanvar ayının 23-də yaşadığı evin yaxınlığından “Skonnu” adlanan ərazidən yolun kənarından tapdığı və şəxsi istifadəsi üçün üzərində saxladığını bilmişdir. Daha sonra onun yaşadığı ünvana baxış keçirilmiş və yaşadığı ünvandan dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir narkotik vasitə və ya əşya aşkar edilməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-in CAŞ-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ev 97, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Gəncə şəhəri, R.Qasımov küçəsi 2-ci döngə, ev 14-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1976-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməkdə, satmaqda və istifadə etmələri barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, CAŞ-nin əməliyyat müvəkkili Şahid3 və CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİnin PPX-nin polis nəfəri Şahid4 Bəhlul oğlunun və CAŞ-nin kiçik inspektoru X4 iştirakı ilə onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Univermağın” yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami RPİ-yə gətirmişlər. Nizami RPİ-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə və narkotik vasitə daşıması, satması, psixotrop maddələri və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılmları barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, X14 şəhər 1 saylı vəkillər bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 isə vəkil X9 müdafiəçi təyin edilmiş, Nizami rayon polis idarəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Mətləb Rüstəmvoun sol ayağındakı corabın içərisindən 1 ədəd gümüşü rəngli siqaret falqasında büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, toz halında, narkotik vasitə “heroin”ə oxşar kütlə aşkar olunmuş, sonra isə həmin kütlə elektron tərəzidə çəkilmiş və içərisində olduğu siqaret falqası ilə birlikdə 0,4 qram gəlmiş və 1 ədəd zərfdə qablaşdırılmışdır. Zərfin ağzı AR DİN-nin 110 saylı möhürü ilə möhürlənib üzərləri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Mətləb Rüstəmvoun üzərindən başqa qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə olan “heroin”i ona tanışı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə istifadə etməsi üçün vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, baxışda eyni şəxslər iştirak etmiş, VAZ 2106 markalı ağ rəngli avtomobilin ön tərəfdən sürücü oturacağının rezin ayaqaltısının alt hissəsindən 2 ədəd içərisi boş olan 1 ml ölçüdə şpris, 1 ədəd baş hissəsi sındırılmış halda olan boş şüşə ampula, 1 ədəd paketdə limon duzuna bənzər kütlə və 1 ədəd sarə rəngli polietilen torbacıqda olan kristal halında olan psixotrop maddə “metamfetaminə” mənzər kütlə, ön sərnişin oturacağının sağ yan hissəsindən 1 ədəd şəffaf rəngli polietilen torbacığın içərisində kristal halında olan maddə “metamfetaminə” bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin iki ədəd bükümdə olan kütlələr birlikdə elektron tərəzidə çəkilmiş və içərisində olduğu polietilen torbacıqla birlikdə çəkisi 5,53 (beş tam yüzdə əlli üç) qram olmuş və 1 saylı zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 110 sayləı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, avtomobildən aşkar edilmiş 2 ədəd 1 ml ölçüdə şpris iynə və 1 ədəd baş hissəsi sınmış halda olan boş şüşə ampula 2 saylı zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 110 sayləı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra Nizami RPİ-də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, baxışda yuxarıda qeyd edilən şəxslər iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli dəri çantanın içərisində olan 1 ədəd “Sobrabnie” markalı siqaret qutusunun içərisindən 10 (on) ədəd büküm aşkar olunmuş, həmin bükümlərdən 8 ədədi ilk baxışdan tünd qəhvəyi rəngli, toz halında olan narkotik vasitə olan heroinə bənzər kütlə, digər 2 ədəd büküm isə ilk baxışdan kristal formasında olan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. 2 ədəd bükümdə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və iki büküm birlikdə ümumi çəkisi 1,69 (bir tam yüzdə altmış doqquz) qram olmuş, həmin bükümlər 1 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və 8 ədəd büküm ümumilikdə çəkisi 5,01 (beş tam yüzdə bir) qram olmuş, həmin bükümlər 2 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərində olan çantadan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuş və həmin elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyi üçün 3 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yuxarıda qeyd edilən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 7 ünvana baxış keçirilmiş, baxış zaman Təqsirləndirilən şəxs2 yaşadığı evdən hər hansı narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Bəhlul oğlu və Şahid5 eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı Şahid1 göstərdyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 1,096 qram və 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdar hesab edilən yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 1,837 qram, 0,234 qram, 0,550 qram, 0,709 qram, 0,249 qram, 0,297 qram, 0,243 qram, 0,072 qram, ümumi təmiz çəkisi 4,191 qram çəkidə narkotik vasitə olan heroini üzərində daşıyaraq saxlaması, eyni zamanda Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq təmiz çəkisi 0,247 qram çəkidə narkotik vasitə olan heroini üzərində daşıyaraq, satış məqsədi ilə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkisi 5,024 qram çəkidə psixotrop maddə olan metamfetamini isə idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşıyaraq saxlaması, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Universamın” yaxınlığında Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb Gəncə şəhər, Nizami RPİ-yə gətirilərək həmin tarixdə Təqsirləndirilən şəxs2 üstünə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə ayrı-ayrılıqda təmiz çəkiləri 1,096 qram və 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram çəkidə psixotrop maddə olan metamfetamin, külli miqdar hesab edilən yəni, ayrı-ayrılıqda təmiz çəkiləri 1,837 qram, 0,234 qram, 0,550 qram, 0,709 qram, 0,249 qram, 0,297 qram, 0,243 qram, 0,072 qram, ümumi təmiz çəkisi 4,191 qram çəkidə narkotik vasitə olan heroin, eyni zamanda Təqsirləndirilən şəxs1 üstünə baxış keçirilərkən üzərindən qanunsuz olaraq satış məqsədi ilə təmiz çəkisi 0,247 qram çəkidə narkotik vasitə olan heroin, satış məqsədi ilə külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkisi 5,024 qram çəkidə psixotrop maddə olan metamfetamin isə idarə etdiyi VAZ 2106 markalı **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülməsi barədə toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının vermiş olduğu 27 yanvar 2021-ci il tarixli 16/91 nömrəli rəyindən görünür ki; - Tədqiqata təqdim olunmuş üzərində, “xx.xx.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar olunub götürülmüş 0,4 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə....” sözləri yazılmış kağız paketdə, 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,247 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Tədqiqata təqdim edilmiş üzərində, “vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı ** BD *** d.q.n.n-lı minik avtomobilindən aşkar olunmuş 5,53 qram çəkidə narkotik vasitə olan metamfetaminə oxşar kütlə....” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd şəffaf və 1 (bir) ədəd sarı rəngli polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,705 qram, 0,319 qram, ümumi təmiz çəkisi 5,024 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı ** BD *** d.q.n.n-lı minik avtomobilindən aşkar olunmuş 3,45 qram çəkidə kütlə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi – 2,449 qram ağ rəngli kristallik maddə qida məhsulu olan limon duzudur. Limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tarnzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına daxil deyildir. - Tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı ** BD *** d.q.n.n-lı minik avtomobilindən aşkar olunub götürülmüş 2 ədəd şpris və 1 ədəd şüşə ampula...” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd 1 ml-lik şprislərin və 1 (bir) ədəd baş hissəsi sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. - Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. - Tədqiqata təqdim edilmiş iki ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,247 qr (1 №-li ob.), 3,791 qr (10-17 №) tədqiqata sərf edildi – 0,18 qr (hər ob 0,02 qr), qalıq – 0,227 qr, (1№) 3,631 qr (10-17 qr). Metamfetaminin ümumi təmiz çəkisi – 5,024 qr (2-3 №), 1,301 qr (8-9 №), tədqiqata sərf edildi – 0,08 qr (hər ob. 0,02 qr) qalıq – 4,984 qr (2-3 №), 1,261 qr (8-9№) . Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 26 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 polis idarəsinə şübhəli şəxs qismində gətirilən zaman polis əməkdaşları tərəfindən ona təzyiq olunduğuna görə avtomobilindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs2 tərəfindən ora atılmasını ehtimal etdiyini bildirmiş, lakin həmin psixotrop maddələri Təqsirləndirilən şəxs2 ona məxsus avtomobilə atmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı verdiyi ifadəsi əsasında Gəncə şəhər Prokurorluğunda polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizasının vermiş olduğu 27 yanvar 2021-ci il tarixli 16/90 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində “ xx.xx.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar olunub götürülmüş 1,69 qram çəkidə narkotik maddə olan metamfetaminə oxşar kütlə....” yazılar və imzalar olan kağız paketdəki, üzərində “Təqsirləndirilən şəxs1 Səfər oğlu, icbari tibbi sığorta və s. yazıları olan 1 (bir) ədəd kağız parçası bükümündə və 1 (bir) ədəd polietilen kəsiyi bükümündə, ayrı-ayrılıqda 1,096 qram, 0,305 qram, ümumi təmiz çəkisi 1,401 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - Tədqiqata təqdim edilmiş, üzərində “ xx.xx.2021-ci il tarixdə vət. Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar olunub götürülmüş 5,01 qram çəkidə narkotik vasitə olan heroinə oxşar kütlə....” yazılar və imzalar olan kağız paketdəki, 8 (səkkiz) ədəd ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda 1,837, 0,234 qram, 0,550 qram, 0,709 qram, 0,249 qram, 0,297 qram, 0,243 qram, 0,072 qram, ümumi təmiz çəkisi 4,191 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Təqdiqata təqdim edilmiş bir ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi – 1,401 qr, tədqiqata sərf edildi – 0,1 qr (hər ob. 0,05 qr), qalıq – 1,301 qr (1-2 №). Heroinin ümumi təmiz çəkisi – 4,191 qr, tədqiqata sərf edildi – 0,4 qr (hər ob. 0,05 qr), qalıq – 3,791 qr (3- 10 №) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 yanvar 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 4(044)-15/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserinin xx.xx.2021-ci il tarixli 967 saylı və Gəncə şəhər rayonlararası narkoloji dispanserinin xx.xx.2021-ci il tarixli 867 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserinin xx.xx.2021-ci il tarixli 966 saylı və Gəncə şəhər rayonlararası narkoloji dispanserinin xx.xx.2021-ci il tarixli 853 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserlərdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 4(044)-16/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Şəhər Baş Polis İdarəsinin 20 aprel 2021-ci il tarixli, 120-15742-1221 nömrəli əməliyyat tapşırığından görünür ki, istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri hansı mənbədən əldə etməsi müəyyən edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsi müəyyən edilməsi və ifadələrinin alınması üçün istintaq idarəsinə gətirilməsini təmin edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri əldə etməsində onlara kömək edən şəxslərin olub-olmaması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri və psixotrop maddələri yaşadıqları evdə və digər yerlərdə gizlədib-gizlətməmələri əməliyyat yolu ilə müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmişdir. Bununla bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini həqiqətən yaşadığı evin yaxınlığından tapıb-tapmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satmaları barədə əməliyyat məlumatı daxil olmuş, lakin həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə əldə etməsində onlara kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən və psixotrop maddədən yaşadıqları evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onların rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 403 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 564 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 telefon danışıqları barədə BAKCELL LTD MMC-dən daxil olmuş çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “XARDASAN? QELİM XEÜOLMASA XALLANDİR MENİ”, “NOLDU? BİR ÜAVAB VER XEÜOLMASA”. Daha sonra xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “salam cowkun bagiwda narahat etdim qaqa nolar ki xala oglu birdene birbirimizi palejenadan cixardag qadasi olarmi mene verdiyini wahine demiyesen bawima, iwgelif deyejem qaqa bele itqur soypeyi dolu amma deyejem qadanalaram birat bidene palajeynadanca cixar ella olajag birat allah ballani saglasin ata, xala oglu lap bu gun verdiyinin pulunu vererrm neqeder edirse yeni 15 ya 18 manat eder o qeder de vererem sora sahine vererik, ta ezyetden kecif amma bilmedin mene nese verdiyini sora desem ki bele ele oldu sahin inammaz ki takdidemi sahine kontur vuradaami saldim yoxa cixdi, yada qadanslaram xala oglu lap bele edek bilmesin 20 manata ne verersen onu vererem aparif sabah olar ata bide olsa 10 cet pati emele geler qaqa qadasi”. Daha sonra xx.xx.2021-ci il tarixdə ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yazılmış mesajda göstərilmişdir ki, “QAQA BU GUN GELE BİLMEDİM UZURRU SAY QADANALARAM SABAH KESİRİ VEREJEM HEMDE BİDENE YARİ LİTİRLİK KOLA BİRDENEDE PATİ { C } QAQA DİVANİ YİYESİ GELMEDİ S, ABAHA QALDİ GELİF APARANDA PULU ONDA VEREJEK ONDA ATA HERWEY YAXİ OLAJAG VEREJEM BİRATUGA,”. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 05 iyul 2021-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən, Təqsirləndirilən şəxs2 yaşadığı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülərkən istifadə edilmiş video çəkiliş 04 ədəd DVD disk formasında cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı müəyyən edildi ki, ilk öncə 1 nömrəli DVD diskdə ilk öncə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin PPX-nin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X8, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir. Mətləb Rüstəmvoun sol ayağındakı corabın içərisindən 1 ədəd gümüşü rəngli siqaret falqasında büküm aşkar edildi. Həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli, toz halında, narkotik vasitə “heroin”ə oxşar kütlə aşkar olundu. Sonra isə həmin kütlə elektron tərəzidə çəkildi və içərisində olduğu siqaret falqası ilə birlikdə 0,4 qram gəldi və 1 ədəd zərfdə qablaşdırıldı. Zərfin ağzı AR DİN-nin 110 saylı möhürü ilə möhürlənib üzərləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Mətləb Rüstəmvoun üzərindən başqa qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya hər hansı bir əşya aşkar olunmadı. Şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs1 bildirdi ki, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan “heroin”i ona tanışı Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə istifadə etməsi üçün verdiyini bildirdi. Bundan sonra 2 nömrəli DVD diskdə olan digər görüntüyə baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin PPX-nin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X8, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ 2106 markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs1 avtomobilində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını, lakin şpris və şüşə ampula və limon duzu olduğunu, narkotik vasitə istifadə edən zaman həmin əşyalardan istifadə etdiyini bildirir. VAZ 2106 markalı ağ rəngli avtomobilin ön tərəfdən sürücü oturacağının rezin ayaqaltısının alt hissəsindən 2 ədəd içərisi boş olan 1 ml ölçüdə şpris, 1 ədəd baş hissəsi sındırılmış halda olan boş şüşə ampula, 1 ədəd paketdə limon duzuna bənzər kütlə və 1 ədəd sarə rəngli polietilen torbacıqda olan kristal halında olan psixotrop maddə “metamfetaminə” mənzər kütlə, ön sərnişin oturacağının sağ yan hissəsindən 1 ədəd şəffaf rəngli polietilen torbacığın içərisində kristal halında olan maddə “metamfetaminə” bənzər kütlə aşkar edilərək götürüldü. Həmin iki ədəd bükümdə olan kütlələr birlikdə elektron tərəzidə çəkildi və içərisində olduğu polietilen torbacıqla birlikdə çəkisi 5,53 (beş tam yüzdə əlli üç) qram oldu və 1 saylı zərfə qoyulub qablaşdırıldı və zərf Azərbaycan Respublikası DİN-nin 110 sayləı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Avtomobildən aşkar edilmiş 2 ədəd 1 ml ölçüdə şpris iynə və 1 ədəd baş hissəsi sınmış halda olan boş şüşə ampula 2 saylı zərfə qoyulub qablaşdırıldı və zərf Azərbaycan Respublikası DİN-nin 110 sayləı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra 3-cü DVD diskdə olan görüntüyə baxan zaman müəyyən edildi ki, Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin PPXnin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X8, müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir. Baxış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan qara rəngli dəri çantanın içərisində olan 1 ədəd “Sobrabnie” markalı siqaret qutusunun içərisindən 10 (on) ədəd büküm aşkar olundu. Həmin bükümlərdən 8 ədədi ilk baxışdan tünd qəhvəyi rəngli, toz halında olan narkotik vasitə olan heroinə bənzər kütlə, digər 2 ədəd büküm isə ilk baxışdan kristal formasında olan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edildi. 2 ədəd bükümdə olan metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkildi və iki büküm birlikdə ümumi çəkisi 1,69 (bir tam yüzdə altmış doqquz) qram oldu. Həmin bükümlər 1 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 8 ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və 8 ədəd büküm ümumilikdə çəkisi 5,01 (beş tam yüzdə bir) qram oldu. Həmin bükümlər 2 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs2 üzərində olan çantadan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olundu və həmin elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyi üçün 3 nömrəli zərfdə qablaşdırılıb üzəri Azərbaycan Respublikası DİN-nin 110 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra 4-cü DVD diskdə olan digər görüntüyə baxan zaman müəyyən edildi ki, Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsində təhqiqatçı, polis kapitanı Babək Allahverdiyev, Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3, Nizami RPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid1, CAŞ-nın əməliyyat müvəkkili Şahid2, Nizami RPİ-nin PPXnin polis nəfəri Şahid4 Bəhlul oğlunun, CAŞ-nin kiçik inspektoru X8, müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvana baxış keçirilir. Təqsirləndirilən şəxs2 evin qarşısında olan zaman həmin evdə qardaşı Daşqın Nağıyev və qardaşının ailəsi yaşadığını bildirir. Təqsirləndirilən şəxs2 evin 1 otağından istifadə etdiyini bildirir. Onun yaşadığı otaqda yataq dəstinin, xalçanın və şifonerin olduğunu, ünvana baxış keçirilməsinə narazılığının olmamasını, yaşadığı ünvanda hər hansı narkotik vasitə və psixotrop maddə saxlamadığını bildirir. Evin həyətinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 evə daxil olur və həmin evdə yaşadığı otağa daxil olur. Evin digər otaqlarından istifadə etmədiyini bildirir. Onun yaşadığı otağa baxış keçirilir və onun yaşadığı evdən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilmir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilməmiş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Gəncə şəhər Kəpəz rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (Köhnə red.) 145-ci maddəsinin 2-ci hissəsi və 41-ci maddəsinə əsasən 06 il müddətinə şərti azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 0,227 qram heroin və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 4,984 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 3,791 qram heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 1,301 qram metamfetamin, eləcə də cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə, Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı evlərə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diski, eyni zamanda telefon danışıqları barədə 1 ədəd DVD diski və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər sənədləri işin obyektiv hallarına uyğun olduğu üçün sübut növü kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs2 üzərinə, Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə baxış keçirilən zaman aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin əldə edilmə vaxtı və mənbəyi naməlum vaxt və mənbə kimi qiymətləndirilmiş və bununla bağlı ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZE11330016 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Gülbəniz Rüstəmova Təqsirləndirilən şəxs1 qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZE11330015 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Ömər Rüstəmov Təqsirləndirilən şəxs1 qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 17/39-644 nömrəli 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 2 saylı istintaq təcridxanasında tibb sanitar hissəsində Xroniki hepatitin kəskinləşməsi, xroniki virus hepatiti C diaqnozu ilə müalicə alır. Xəstə dispanser qeydiyyata götürülərək daim həkim nəzarətində saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 2 saylı İstintaq Təcridxanasının xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 2 saylı istintaq təcridxanasında saxlanılır və müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 05 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(104)-416/2021 saylı qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, yekun qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istinatqında vermiş olduğu ifadədə ona məxsus çantanın polislər tərəfindən alınması, təxminən 2 saat sonra ona təqdim edilərkən içərisindən çıxan narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşları ona təzyiq etdiyi üçün ibtidai istintaqda ittihamın məzmununa uyğun ifadə verməsinə dair, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istinatqında vermiş olduğu ifadədə avtomobilindən aşkar edilmiş narkotik vasitələrin və digər predmetlərin ona məxsus olmamasına, hadisə günü üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 almamasına dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələr, istintaq hərəkətlərinin protokolları və s.) tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal kimi cinayəti bir qrup şəxs tərəfindən törədilməsini göstərmişdir. Həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində və avtomobildə daşıyaraq saxlamışdır. Bu səbəbdən də onlara CM-nin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir və həmin maddədə də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində və avtomobildə daşıyaraq saxlaması qeyd olunan cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmuşdur. Odur ki, CM-nin 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məsuliyyətini ağırlaşdıran hal kimi cinayəti bir qrup şəxs tərəfindən törədilməsi təkrar nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olmasını, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olmasını və xroniki virus hepatiti C xəstəsi olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzalarını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Gəncə şəhər Kəpəz rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin (Köhnə red.) 145-ci maddəsinin 2-ci hissəsi və 41-ci maddəsinə əsasən 06 il müddətinə şərti azadlıqdan məhrum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 07 il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Coşğun Nağıyev yuxarıda qeyd olunan Məhkəmə hökmü ilə 07 il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq məhkumluğu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmiş və ya götürülməmiş, yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab edilir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(104)-416/2021 saylı qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, yekun qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəsini almışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırda digər hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza çəkir. Odur ki ona, hazırki vəziyyətdə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmünə əsasən təyin edilmiş 5 il 6 ay müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı qismən toplamaq yolu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 403 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 564 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 0,227 qram heroin və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 4,984 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 3,791 qram heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 1,301 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılır, eləcə də Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə, Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı evlərə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD disk, eyni zamanda telefon danışıqları barədə 1 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 0,227 qram heroin və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 4,984 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 3,791 qram heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 1,301 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə, Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı evlərə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diskin, eyni zamanda telefon danışıqları barədə 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxlərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxslərin üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 26 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı hökm üzrə təyin edilmiş cəza Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(100)-33/2021 saylı hökmü ilə təyin edilmiş 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq Təqsirləndirilən şəxs2 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 09 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 0,227 qram heroin və avtomobilindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 4,984 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 3,791 qram heroin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 1,301 qram metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs1 üzərinə və avtomobilinə, Təqsirləndirilən şəxs2 üzərinə və yaşadığı evlərə baxış keçirilən zaman istifadə edilmiş video çəkilişin 4 ədəd DVD diskin, eyni zamanda telefon danışıqları barədə 1 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-81/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-81/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver