Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-81/2023 19.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1966-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 5-ci döngə, ev 8-də yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda yəni, təmiz ümumi çəkisi 2020 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 28 aprel 2022-ci il tarixdə saat 23:15-də Gəncə şəhər 1-ci PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə, üzərində gəzdirməkdə və satışında şübhəli olduğu üçün Gəncə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən 1-ci PŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində saxladığı, üzərində “DEFACTO” yazısı olan göy-ağ rəngli polietilen torbanın içərisində külli miqdarda – təmiz çəkisi 2020 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitədən düşəndə istifadə edir və bununla əlaqədar olaraq dəfələrlə məhkumluğu da olmuşdur. O, içəridən çıxdıqdan sonra uzun müddət mobil telefon işlətməmişdir. Əvvəllər məhkum olunduğu üçün polis əməkdaşları bir neçə dəfə də yaşadığı evə gəlib onu CM-nin 234.1-ci maddə ilə tutmaq istədiklərini təklif etmiş və o, polis əməkdaşlarının təklifini qəbul edərək razılaşmışdır. Guya təqdim ediləcək narkotik vasitəni tapması məzmunda ifadə verməsi təklif edilmişdir. O, polis əməkdaşlarının ondan əl çəkmədiklərini görüb evdə özünü ailə üzvlərinin telefonu ilə çəkmişdir. Bundan sonra 28 aprel 2022-ci il tarixdə cinayət axtarış bölməsinin rəisi yanında bir nəfərlə gəlib onu evdən aparmışdır. Daha sonra o, Xan bağının yanında polis maşınına mindirilmiş, narkotik vasitə ona verilmiş, torbanın içindəkini isə polis şöbəsində olarkən görmüşdür. Ona qarşı işgəncə döyülmə hərəkətləri olmasa da həmin vaxt tezliklə azad edilcəyini bildirilib, onu aldadaraq sənədlərə qol çəkdirilmiş və sanksiyaya çıxardılmış, ona məhkəmədə buraxılacağını demişlər. Məhkəməyə çıxanda da orada nə deməsini dəqiq xatırlmır. Tutulana kimi heç yerə müraciət etməmiş, sadəcə evində videoçəkilişlər etmişdir. Tutulmaqdan qorxduğu üçün uzun müddət mobil telefon işlətməmişdir. Tutulandan sonra isə polislərlə razılaşdığı kimi CM-nin 234.1-ci maddəsi ilə deyil CM-nin 234.4.3-cü maddəsi ilə işi məhkəməyə verildiyi üçün uzun müddət müxtəlif instansiyalara şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Pİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri İ.Qayıbov küçəsi, 5-ci döngə, ev 8-də yaşayan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, istifadə etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və O və Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 23:15 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində, Gəncə çayı yaxınlığında saxlanılıb Gəncə şəhəri, H.Əliyev prospektində Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması, narkotik vasitələri qəbul etməsi və satması ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əlindəki üstündə “Defacto” yazısı yazısı olan, göy-ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torbanın içində açıq şəkildə, tünd yaşıl rəngli, spesifik qoxuya malik, ilkin baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə içərisində olduğu sellofan torba ilə birlikdə tərəzidə çəkilmiş, ümumi çəkisi 2 kiloqram 55 qram olmuşdur. Aşkar edilmiş kütlə qablaşdırılmış, zərfin ağzı möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qadağan edilmiş, narkotik vasitə və ya hər hansı digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunmuş narkotik vasitə olan “marixuana”nı Gəncə çayının sahilində Gülçülük adlanan ərazidən tapmış, həmin kütləni Gəncə çayının sahilində öz şəxsi istifadəsi üçün saxlamış, başqa heç kimə verməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satması barədə əməliyyat məlumatı olsa da, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitəni konkret olaraq kimə satmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, əməliyyat məlumatı ona daxil olmuş, özündən başqa əməliyyat axtarış tədbirində ancaq 1 nəfər iştirak etmişdir. İraklini Gəncəçay istiqamətində 3 nömrəli xəstəxana yaxınlığında hərəkətdə olarkən saxlamış, həmin vaxt sonuncunun əlində “Defacto” yazısı olan sellofan torba olmuşdur. İrakli sellofanın torbanın ona məxsus olduğunu, lakin içindəkindən xəbəri olmadığını demiş, videoçəkiliş zamanı isə paket açılmışdır. Heç vaxt İraklinin evində olmamışdır, onu evindən çağırmamış, yaxud harasa aparmamışdır. Məhkəmədə şahid qismində dindirilən Gəncə Şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1lə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evə getmədiyini, onu Gəncəçay yaxınlığında əlində içində nə olduğunu bilmədiklərini sellefan torba ilə saxlayaraq polis şöbəsinə gətirib orada təhqiqatçı tərəfindən üzərinə videoçəkilişlə baxış keçirildiyini demişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, 28 aprel 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən birdən qapıdan səs eşitmiş, əvvəl fikir verməsə də sonra da kiminsə ev sahibini çağırdığını eşitmiş, İrakli özü çağırışı eşidib bayıra çıxmışdır. Təxminən 1 saat sonra İrakli evə qayıdıb ona bir söz deyəcəyini amma qorxmamağı demiş, nə baş verməsi ilə maraqlananda iki nəfər polis əməkdaşının gəlib kömək lazım olduğunu, üzərinə az miqdar narkotik vasitə qoyacaqlarını və iki günə də buraxılacağını demişdir. İrakli yenidən bayıra çıxıb təzədən evə qayıdıb gəlmiş, polislərlə getməli olduğunu demişdir. İrakliyə “getmə, səni gəlib evdən məcburi çıxarası deyillər” desə də İrakli artıq söz verdiyini demiş, üst başını dəyişmiş, ona “birdən dedikləri kimi olmaz” deyərək video çəkmişdir. Ərinə polislərin onu aldatdığını, tutacaqlarını desə də İrakli ona kişi kimi söz verdiklərini demiş və bundan sonra özü mobil telefonla videoçəkiliş etmişdir. Hamamda yuyunub çıxmış, həmin müddətdə bir dəfə də telefonuna zəng etmişlər. Sonra İrakli çölə çıxmış, qısa müddət sonra bayıra çıxdıqda ağ rəgli avtomobilin küçədə uzaqlaşdığını görmüşdür. İrakli növbəti günlərdə qayıtmadığı və onun barəsində həbs seçildiyini öyrəndikdən sonra apardığı videoçəkilişi əlavə edib prokurorluğa göndərmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli “şübhəli şəxs qismində tutuma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:55 dəqiqdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 29 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokol və əlavəsi olan videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində saxladığı 1 ədəd üzərində “Defacto” yazısı olan sellofon torbanın içərisində açıq şəkildə tünd yaşıl rəngli kəskin qoxuya malik xarici əlamətlərinə görə qurudulmuş marixuanaya bənzərə sellofan torba ilə birlikdə ümumi çəkisi, 2055 qram olan birki kütləsi aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 29 aprel 2022-ci il tarixli 16/499 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2055 qram çəkidə olan narkotik vasitə marixuanaya bənzər kütlə “sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 2020 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “təqsirləndirilən şəxs qismində cəlbetmə” haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(044)-69/2022 saylı qərarından görünür ki məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə Apellyasiya Məhkəməsinin 4(104)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə tərəfindən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılaraq barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Məhkəmə Ekspertizası Mərkəzi” PHŞ-nin 30 aprel 2022-ci il tarixli, 673 nömrəli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində heç bir xəsarət, yaxud xəsarət izi aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 11 avqust 2022-ci il tarixli, 1184 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionid sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış DİN-nin BƏSİİdən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə isə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təsirli bilinərək 01 il 08 ay azadlıqdan məhkum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının çəkilməmiş hissəsi Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay 10 (on) gün azaldılmış, xx.xx.2019-cu il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Gəncə şəhər Psixonevroloji dispanserindən verilmiş 4412 saylı, xx.xx.2022-ci il tarixli və Gəncə şəhər Narkoloji dispenserdən verilmiş xx.xx.2022-ci il tarixli, 3737 saylı arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına olmuş ***-***-**-** saylı nömrə sorğu olunan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında qərarlardan görünür ki, xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs barədə istintaq olunan cinayət işi materiallarından narkotik vasitənin əladə edilmə tarixi və mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı işə baxan əvvəlki və sonrakı məhkəmə tərkibinə verdiyi ifadəsində göstərmişdir ki, saxlanılmamışdan bir neçə gün əvvəl polis əməkdaşları dəfələrlə onun istifadəsində olan ailə üzvlərinə məxsus mobil nömrəyə zəng edərək onu əvvəllər də narkotik vasitə istifadəçisi kimi tutmaq istədiklərini demiş, polis əməkdaşları onu rahat buraxmayacaqlarına görə razılaşmış, xx.xx.2022-ci il tarixdə də dəfələrlə zəng edib polis əməkdaşlarının yaşadığı evə gəlib onu evdən çağırıb aparmış, yolda olarkən Xan bağı yaxınlığında ona bir ədəd çanta verib çəkilişdə həmin çantanı Gəncəçay yaxınlığında tapdığını deməsini qısa müddət saxlanıldıqdan sonra azad ediləcəyini, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçiləcəyini bildirmişlər. Buna görə də onlarla razılaşmış, lakin sonradan aldadılıb külli miqdar narkotik vasitə saxlayan şəxs kimi saxlanıldığını və məhkəməyə verildiyini öyrənmiş, buna görə də etiraz əlaməti olaraq müxtəlif instansiyalara şikayətlə müraciət etmişdir. Bundan başqa xx.xx.2022-ci ildə polis şöbəsinə aparılmamışdan əvvəl evdə özünü mobil telelfonla çəkmiş və həmin çəkiliş ailə üzvləri tərəfindən müdafiəçi vasitəsilə təqdim edilmişdir. Həmin xüsusatla bağlı Gəncə şəhər prokurorluğuna müvafiq sorğu edilərək 361c-22 saylı material götürülmüş və məhkəmə baxışında tədqiq edilərək aidiyyəti sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. Həmin materialdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Gəncə şəhər prokurorluğuna üzərinə polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə qoyulması ilə bağlı müraciət əsasında müvafiq araşdırma aparılmış, həmin araşdırma zamanı da Təqsirləndirilən şəxs eyniməzmunlu izahat vermiş, sonradan ailə üzvlərinin təqdim etdiyi videoçəkilişə baxış keçirilmişdir. Həmin videoçəkiliş zamanı isə Təqsirləndirilən şəxs yataq otağında özünü çəkərək polis əməkdaşlarının yaşadığı evə gəlib statistik göstərici üçün onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirmək istədiklərini, razı olarsa həbsdəki oğluna da köməklik edəcəklərini, buna görə də polis əməkdaşları ilə razılaşdığını bildirmiş, növbəti çəkilişdə isə evini çəkərək evində hər hansı narkotik vasitə olmadığını, əgər polis tərəfindən evində hər hansı axtarış keçirilərsə aşkar ediləcək narkotik vasitəni polis əməkdaşlarının özünün qoyacağını bildirmişdir. İş materiallarında əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş “həbs” qətimkan tədbirinin seçilməsi barədə İ instansiya məhkəməsindən verilmiş şikayətinin təmin edilməməsinin əsaslarından biri kimi ona istinad edilən əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsinə dair ilkin sübutların mövcud olması göstərilmişdir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışından fərqli olaraq ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq dövründə verdiyi ifadələrində göstərmişdir ki.....Gəncə şəhər 1-ci PŞ-də müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, əlində saxladığı üzərində yazılar olan, göy-ağ rəngli sellofan torbanın içərisində açıq şəkildə, tünd yaşıl rəngli, marixuanaya bənzər kütlə aşkar edilmişdir, həmin kütlə içərisində olduğu sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2 kiloqram 55 qram ( iki kiloqram əlli beş qram) olmuş, zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin kütləni bir neçə gün əvvəl Gəncə çayının sahilində gəzəndə “gülçülük” kimi tanınan ərazidə daşların arasında aşkar etmiş, az miqdar istifadə etmiş, qalan hissəsini isə yenidən bir qədər aralıda Gəncəçayı sahilində gizlətmişdir. Həmin kütləni satmaq niyyəti olmamış narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün saxlamışdır. Əvvəllər də heç kimə narkotik vasitə olan marixuana satmamışdır. Gəncə çayının sahilində gizlətdiyi narkotik vasitə olan marixuananı orada gizlətməyindən, narkotik vasitə olan marixuanadan istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. O, narkotik vasitə aludəçisidir, həmin narkotik vasitəni tapan kimi istifadə etməyi düşünmüş və özü üçün gizlətmişdir. Əvvəllər marixuananı ətraf rayonların ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Marixuananı tapdığı və polis əməkdaşları tərəfindən saxlanıldığı vaxta qədər istifadəsində hər hansı mobil operatora məxsus mobil telefon nömrəsi olmamış, əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir.... Təqsirləndirilən şəxsin məhkəmədə göstərdiyi xüsusatlarla bağlı verilmiş sorğuya əsasən xx.xx.2022-ci ildə zəng etmiş mobil nömrələrin aid olduğu şəxslər müəyyən edilmiş, həmçinin məhkəmənin qərarı ilə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022ci ildə aparılmış danışıqlara dair məlumatların əldə edilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Lakin Təqsirləndirilən şəxs son məhkəmə baxış iclasında özünü qismən, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək müdafiəçi tərəfindən verilmiş vəsatətdən imtina edib, həmin şəxslərin məhkəmədə şahid qismində çağırılıb dindirilməsinə zərurət olmadığını göstərmişdir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək yəni iddia etdiyi kimi polis əməkdaşlarının psixi təsiri ilə üzləşdiyi təqdirdə əvvəllər kifayət qədər prosessual normalara məruz qaldığı əvvəllər dəfələrlə məhkumluq həyatı keçdiyi üçün kifayət qədər təcrübəyə malik olmuş, isitfadəsindəki mobil nömrə ilə aidiyyəti üzrə müxtəlif səlahiyyətli orqanlara, hər kəs üçün kifayət qədər əlçatan olan və ödənişsiz danışıq imkanına malik DİN-nin “102” zəng xidməti mərkəzinə məlumat vermək imkanına malik olmuşdur. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, videoçəkilişlə keçirilmiş baxış zamanı iddia etdiyi kimi narkotik vasitə olan qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə həmin istintaq hərəkətində iştirak edən müdafiəçisinə məlumat vermək, aparılan yaxud keçirilmiş istintaq hərəkətlərinə etirazını bildirmək, narkotik vasitənin ona məxsus olmadığını bildirmək üçün imkana malik olsa da bunu etməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırmanın sonrakı dövrü və bütün məhkəmə baxışı zamanı verdiyi ifadələrində xx.xx.2022-ci ildə üzərindən aşkar edilmiş külli miqdar qurudulmuş marixuanının ona məxsus olmaması, polislər tərəfindən aldadılaraq üzərində qoyulması və müvafiq sənədlərə imza etdirilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığı və özünün ibtidai istintaqın ilkin mərhələsiondə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi tam etirafedici ifadələri, istintaq hərəkəti protokolları, istintaq hərərkətləri zamanı aparılış videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyləri, həmçinin məhkəmə baxışı zamanı toplanmış və tədqiq edilmiş sənədlərlə və cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hissədə həqiqətə uyğun olmayan kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası əməliyyat-axtarış fəaliyyətinin gedişini və nəticələrini əks etdirən protokol və videiçəkilişi, narkoloji ekspertiza rəyini, şahid ifadələrini Təqsirləndirilən şəxsməhkəmədə verdiyi psixi təsir və təhrikə məruz qalması ilə bağlı ifadəsində göstərdiklərini qəti şəkildə təkzib edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə əlavə şahid qismində dindirilmiş Kəmalə Feyzullayevanın göstərdiyi xüsusatlara münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə eyni xarakterli cinayət əməlləri törətməyə görə məhkum olunduğundan onun polis tərəfindən daimi əməliyyat nəzarətində olması, narkotiklərə qarşı mübarizə tədbirləri çərçivəsində müşahidə və profilaktik xarakterli söhbətlər aparılması (bilavasitə, yaxud mobil telefon vasitəsilə), eləcə də əməliyyat-axtarış fəaliyyətinin predmetinə aid və hazırkı məhkəmə baxışına aid olmayan məlumatların əldə edilməsi üçün sorğu-sual edilməsi ağlabatandır. Həm təqsirləndirilən şəxs, həm də onu yaxın qohumu, ailə üzvü olan arvadı ifadəsində göstərmişdir ki, qeyd edilən şəxslər (polis əməkdaşları olması iddia olunur) bir neçə dəfə Təqsirləndirilən şəxslə bilavasitə və mobil telefonla danışıq aparmışlar. Məhkəmə həmin hala münasibətdə nəzərə çatdırır ki, aparılmış danışıqlarının məzmunu müəyyən olunmadığından, eləcə də bununla bağlı müdafiə tərəfindən məhkəməyə əlavə digər sübut (lar) təqdim edilmədiyindən həmin hal təqsirləndirilən şəxsə qarşı polis tərəfindən psixoloji təsir, yaxud hansısa cinayətə təhrikinin obyektiv əlaməti kimi qiymətləndirilə bilməz. Bundan başqa şahid Kəmalə Feyzullayeva öz ifadəsində əri İraklinin çağırıldıqdan sonra gedib 1 saat sonra geri qayıtdığını və ona polis əməkdaşlarının statistika üçün az miqdar narkotik vasitənin özünə məxsusluğunu etiraf etməsini, özünün də bunu qəbul etdiyini bildirmişdir. Sonradan yenə İrakli çölə çağırılmış və yenidən evə gələrək özünü mobil telefonla videoçəkilişlə qeydə alaraq evində narkotik vasitə olmadığını bildirmişdir. Şahidin dediklərini və məhkəməyə təqdim etdiyi işin ibtdai araşdırılması dövründə də araşdırılmış videoçəkilişlərin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin videoçəkilişlər vaxtı konkret olaraq hansısa polis əməkdaşının adını qeyd etməmiş, yalnız ona narkotik vasitənin təklif edildiyini bildirmiş və yaşadığı evdə narkotik vasitə saxlamadığını qeyd etmişdir ki, bu da şəxsin bilavasitə təqsirsizliyini göstərən hal kimi qəbul edilə bilməz. Məhkəmə araşdırması zamanı xx.xx.2022-ci ildə qeydə alınmış telefon nömrələri isə yalnız şəxsə zəng edilməsini təsdiq edən hallardır və məzmunu müəyyən olunmadığından həmçinin polislərlə razılaşdığı təqdirdə niyə şikayət etməsi və videoçəkiliş aparmasını izah edə bilmədiyindən həmin hallar Təqsirləndirilən şəxs polis tərəfindən təhrik və psixoloji təsir göstərilməsini sübuta yetirmir. Bütün bu göstərilənlərlə yanaşı məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən yanlış olaraq külli miqdar narkotik vasitənin satış məqsədi ilə əldə edib, saxlanılması kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərkibi həmin tövsiflə razılaşmayaraq qeyd edir ki, cinayət işi materiallarının məhkəmə baxışında tədqiqi zamanı Təqsirləndirilən şəxs külli miqdar narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlamasına dair cinayət işi materiallarında sübut yoxdur və ittiham tərəfindən aparılmış məhkəmə baxışı zamanı məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmiş və beləliklə də onun təqsiri sübuta yetirilməmişdir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən aşağıdakı sübutlara əsaslanır: İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 121-14640-1222 saylı məktubdan görünür ki, təxminən 2 (iki) ay müddətində əməliyyat axtarış tədbirləri aparılsa da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satdığı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiqedici hal kimi hər hansı sübut iş materiallarına əlavə edilməmiş yalnız narkotik vasitənin çəkisi satış məqsədinin olmasını təsdiqedici hal olaraq göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı aşkar edilmiş narkotik vasitənin açıq şəkildə, yalnız daşımaya uyğun olan 1 ədəd “Defacto” yazısı olan selefon torbaya qoyulmasını, digər qablaşdırmanın və narkotik vasitənin hissələrə bölünməməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, yalnız narkotik vasitənin çəkisi yəni, qurudulmuş marixuanının külli miqdarda hesab edilən çəkidən 4 dəfə artıq olması, hər bir halda həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə əsas verən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından da görünür ki, həmin narkotik vasitə 1 (bir) ədəd sellofan bükülüdə olmuş, hissələrə ayrılmamış, məxsusi olaraq satış məqsədilə hansısa formada qablaşdırılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə məntiqi proses olmaqla nəinki sübutların əldə edilməsini, eyni zamanda əldə edilmiş sübutların bir-biri ilə müqayisə edilərək şərti olaraq cinayət prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsində “3 M” prinsipi adlandırılan mötəbərlik, mümkünlük və mənsubiyyəti əsasında qiymətləndirilməsini nəzərdə tutur. Məhkəmə baxışı zamanı verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib saxlanılması ittiham tərəfindən sübuta yetirilmədiyindən məhkəmə kollegiyası şəxsin əməlinin cinayət törədildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətlərinə uyğun olduğundan həmin maddəyə tövsif edilməklə maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli və qanuni sayır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitə hesab edilən qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 500 qram göstərilmişdir. Cinayət əməli törədildiyi dövrdə CM-nin 234.1-1-ci maddəsi cinayət qanunverciliyinə əlavə edilmədiyindən və həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulduğundan məhkəmə kollegiyası qanunçuluq və ədalət prinsipini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 (cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər) və 5.1. (əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir) maddələrinin müddəalarını əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə)maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq zamanı tam etirafedici ifadəsi, məhkəmə baxışında isə iclasında tədqiq edilmiş istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, və hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən digər mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində əsasən isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilən maddənin sanksyasında azadlıqdan məhrumetməyə münasibətdə daha yüngül cəza növləri olsa da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin növü və miqdarı, əməlin ictimai təhlükəliliyi və hazırki dövrdə ümumilli bəlaya çevrilmiş narkomaniya xəstəliyinin və narkotik vasitələrə artan meylin qarşısının alınması, cəzanın ictimaiyyətdə ümumi xəbərdaredici funksiyasının və törədilmiş cinayətə görə cəzanın labüdlüyü məqsədinin təmin edilməsi üçün məhkəmə kollegiyası hesab edir ki, yalnız azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə cəzanın məqsədinə nail olmaq olar. Məhkəmə tərkibi törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsin əvvəllər də müxtəlif növ cinayət əməlləri törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci və 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odru ki, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 28 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhr BPİ-nin saxma anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2019,8 qram olan marixuananın hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrılmış ********* saylı cinayət işi üzrə maddi sübut olması, telefon məlumatlara dair 2 ədəd “CD” diski və videoçəkilişlər olan 2 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 17 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2019,8 qram olan marixuananın hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrılmış ********* saylı cinayət işi üzrə maddi sübut olması, telefon məlumatlara dair 2 ədəd “CD” diski və videoçəkilişlər olan 2 ədəd “DVD” diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs oğlu isə hökmün surəti ona verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-81/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-81/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver