Məhkəmə qərarları › İş №1(100)-82/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-82/2022

25.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-82/2022 25.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə, Bərdə rayonunun İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonunun Əmirli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində yaşadığı Bərdə rayonunun Əmirli kəndində olan evlərinin qarşısında həmkəndlisi və dostu X2 vəziyyətdə idarə etdiyi **-BB-*** dövlət nömrə nişanlı Vaz 21011 markalı avtomobillə yüksək surətlə hərəkət etməsi səbəbindən atası Şahid4 Toğrul Abdullayevə irad bildirməsindən sonra saat 19:30 radələrində həmin kəndin mərkəzində yerləşən çayxanın qarşı tərəfində Toğrul Abdullayevin onun atasının ünvanına nalayiq ifadələrlə söyməsindən əsəbləşərək Toğrul Abdullayevlə həmin çayxananın arxa tərəfindən mübahisə etmiş, bu zaman Toğrul Abullayev özündə olan qayçı ilə onu vurmaq istədikdə qayçını sonuncunun əlindən alaraq cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı evə qayıtmış, həmin tarixdə, saat 20 radələrində Toğrul Abdullayevin təkidi ilə kənd ərazisində olan məktəbin qarşısında sonuncu ilə görüşərək münasibətlərini aydınlaşdırmaq üçün birlikdə **-BB-*** dövlət nömrə nişanlı Vaz 21011 markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən Bərdə rayonu, Əmirli kəndindən Xanərəb kəndinə tərəf gedən yolda sağ tərəfdə yerlşən subartezian quyusunun yaxınlığında avtomobilin çökəyə düşməsi ilə əlaqədar avtomobildən düşərək həmin vaxt ətrafda toplanmış istintaqa məlum olan şəxslərdən uzaqlaşaraq subartezian quyusu istiqamətində piyada hərəkət edərkən Toğrul Abdullayevin onun arxasınca qaçaraq yenidən ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsindən əsəbiləşərək sonuncunu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə həmin gün kənd mərkəzində olan çayxananın arxa hissəsində Toğrul Abdullayevin əlindən almaqla üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən dəmir metaldan hazırlanmış uc hissəsi sivri formalı iti vəziyyətdə olan qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyyəsinə yara kanallarının istiqamətinə görə soldansağa, öndən-arxaya, aşağıdan yuxarıya doğru qəsdən bir dəfə zərbə ilə vuraraq Toğrul Abdullayevə ağ ciyərin və ürəyin yaralanması ilə döş qəfəsi nahiyyəsinin ön səthində-döş boşluğuna keçən 1 ədəd canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarətini yetirərək həmin ərazidən uzaqlaşmış, Toğrul Abdullayev ətrafda olan Şahid1, Şahid5 və X4 ilə həmin tarixdə, saat 21:10-da Bərdə rayon X16 Hüquqi Şəxsinə çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq döş qəfəsi nahiyyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanması ilə əlaqədar ağ ciyərin və ürəyin yaralanmaları nəticəsində baş verən kəskin qanitirmədən həmin tarixdə, istintaqa məlum olmayan saatda xəstəxanada ölmüş və beləliklə də o, Toğrul Abdullayevi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CMin 120-ci maddəsilə deyil, CM-in 124-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək atası Şahid4 məxsus Bərdə rayonunun İmirli kəndi ərazisində yaşamışdır. X8 tanıyır, sonuncu ilə dostluq münasibəti olmuşdur. Belə ki, bir yerdə kənd ərazisində olan əkin sahələrini suvarmışlar. xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində Toğrul ona zəng edərək görüşmək istədiyini bildirmiş, ona məxsus olan Vaz 21011 markalı nəqliyyat vasitəsinə benzin alacağını da söyləmişdir. O, kənd ərazisində yerləşən dükandan 1 l benzin alıb onların evinə getmiş, evdə Toğruldan başqa qardaşı İlham Abdullayev də olmuşdur. Sonuncu ona dükandan “Ruskaya vodka” arağı almağını xahiş etmiş, bu məqsədlə, ona 7 manat pul vermişdir. O, dükana getmiş və həmin araqdan tapa bilməyib geri qayıtmışdır. Toğrulla birlikdə yenidən dükana gələrək adını xatırlamadığı 1 l həcmində başqa araq almışdır. Bundan başqa özünə siqaret də almışdır. Toğrul qardaşı ilə birlikdə evdə yemək yeyərək araq içmiş, o isə çöldə maşını təmir etməyə başlamışdır. Təxminən 25 dəqiqə sonra Toğrul evdən çıxmış və onlar balıq tutmaq üçün kənd ərazisindən keçən kanala getməyi qərara almışlar. Toğrul sərxoş halda nəqliyyat vasitəsini idarə etməyə başlamış, Xanərəb kəndi ərazisinə çatanda nəqliyyat vasitəsini saxlayaraq maşından düşərək səbəbsiz yerə söyüş söymək istəyəndə ona icazə verməmişdir. Toğrul Xanərəb kəndi ərazisində maşını su arxına salmış, yoldan keçən tanımadığı adamın köməyi ilə maşını arxdan çıxarmışdır. Nəqliyyat vasitəsini arxdan çıxardıqdan sonra onu yolda qoyaraq getmişdir. Toğrul sərxoş halda nəqliyat vasitəsini idarə etdiyi üçün bir neçə metr sonra yenidən maşını arxa salıb dayanmışdır. Kənd sakinlərinin və onun köməyi ilə maşını arxdan çıxarmışdır. Daha sonra Toğrul ona kənddə yerləşən Sərxan Məmmədova məxsus fermada işinin olacağını, ona köməklik etməsini demiş, saat təxminən 19 radələrində Toğrulla birlikdə fermaya gəlmişlər. Fermada işlərin görüldüynü və ona ehtiyac olmadığını görüb piyada evə getmişdir. Ferma ilə evlərinin arasında təxminən 100 metr məsafə vardır. Toğrul onun arxasıyla nəqliyyat vasitəsini sürətlə sürüb gəldiyindən ətraf toz dumana bürümüş, bu vəziyəti görən atası Şahid4 Toğrula zəng edərək bir daha sərxoş halda və sürətlə maşını qapılarının qarşısında sürməməyini demişdir. O, evdə yemək yedikdən sonra saat 19:30 radələrində kənd ərazisində olan çayxanaya çıxmış, çayxananın qarşısında Toğrul onu görüb əlində olan qarğıdalını üzərinə atmış və atasının ona irad bildirdiyinə görə söyüş söymüşdür. O, Toğrula çayxananın arxa hissəsinə keçməyi təklif etmiş, çayxananın arxa tərəfində heç kim olmayan vaxt sonuncunu vurmuş və qarşılıqlı olaraq dalaşmışlar.O, daha sonra evə gəlmiş, saat 20:00 radələrində Toğrul ona zəng edərək səhv etdiyini, əməlindən peşman olduğunu, barışmaq üçün yenidən söhbət etmək istədiyini demişdir. O, kənd ərazisində olan məktəbin qarşısında onunla yenidən görüşmüş, maşına oturub Xanərəb kəndinə doğru gedəndə yoldan keçən kənd sakini Telmanın oğlu Babək onları görmüşdür. Sonuncu Toğrula iradını bildirərək maşını sürətlə sürərək toz duman etdiyini demiş, Toğrul özü oturduğu oturacağın altından bıçaq götürüb Babəkin üzərinə hücum etmişdir, o, dərhal maşından yerə düşüb Toğrulun əlindən bıçağı almış və sağ cibinə qoymuşdur. Maşına əyləşib yenidən hərəkət edəndə maşın birdə çökəyə düşmüş və dayanmışdır. Həmin vaxt saat təxminən 20:30 radələri olardı. Maşın çökəyə düşəndə ətrafda Mərdan, Sərvan və Şahid8 olmuşdur. Onların köməyi ilə maşını çökəkdən çıxarmış, daha sonra Azər getmiş və onların yanına Ruslan gəlmişdir. Ruslan Toğrulun sərxoş olduğunu görüb maşının açarını ondan alanda o, da Toğrula məxsus olan bıçağı cibindən çıxarıb Ruslana vermişdir. Ruslan isə həmin bıçağı götürüb kolluğa atmışdır. Daha sonra Ruslan, Toğrul və özü kənddə olan artezian quyusuna tərəf getmişlər. Təxminən 150 metr məsafə getdikdən sonra arteziann quyusuna yaxınlaşmışlar.Toğrul əynindən köynəyini çıxarıb kənara kolluğa tərəf atmış və onunla dava etmək istədiyini demişdir. Həmin vaxt artezian quyusunun yanında onlarda başqa heçkim olmamışdır. Ona əl qol atsa da, Toğrulu yerə yıxıb yumruqla bir dəfə qarın hissəsindən vurub onu zərərsizləşdirmişdir. Həmin vaxt Ruslan, Sərvan və Pərviz adlı şəxslər səsə ora gəlmişlər. Onlar Toğrulu aralaşdırıb apasalar da, sonuncu yendiən söyüş söymüşdür. O, üzünü çevirib kənd yolu ilə getməyinə davam etmişdir. Təxminən bir neçə dəqiqə sonra Toğrul qaçaraq arxasıyla gəlmiş və yenidən söyüş söymüşdür. Toğrul onun qarşısına keçib qayçı ilə onu vurmaq istəyən zaman ona imkan verməmiş və özünü müdafiə edərək qayçını Toğruldan alaraq əsəbi halda Toğrulla mübahisə etməyə davam etmiş, ona məlum olmayan şəraitdə qayçı Toğrun ürək nahiyyəsinə girmişdir. Hesab edir ki, o qayçını Toğrulun əlindən aldıqdan sonra Toğrul onun üzərinə gələrkən qayçı ehtiyatsızlıqdan sonuncunun ürək nahiyyəsinə girmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, onun Toğrulu öldürmək fikri olmamış, ehtiyatsızlıq nəticəsində qayçı ilə Toğrula xəsarət yetirmiş, Toğrul da aldığı xəsarətdən ölmüşdür. Vurğulayır ki, dava vaxtı Toğrulu öldürmək istəməmişdir. Ancaq həmin vaxt həyəcanlı olduğundan qayçının onun sol döş qəfəsi nahiyəsindən girib ciyərini dağıdacağını və ürəyini yaralayacağını düşünməmişdir. Daha sonra Toğrul əyilmiş, əlini yara olan hissəyə tutaraq Sərvangilə tərəf qaçmışdır. O, yerə düşən qayçını götürüb evlərinə tərəf qaçmışdır. Həmin vaxt Sərvangilin ona kömək edəcəyini düşünüb, həm də qorxduğu üçün evə getmişdir. Evdə palltarlarını dəyişmiş, atasına Toğrulu söyüş söydüyü qayçı ilə vurduğunu demişdir. Hadisədən az müddət sonra polis əməkdaşı Elgiz ona zəng edərək görüşmək istədiyini bildirdikdə, o Elgizə hazırda evdə olduğunu paltarını dəyişib təslim olmağa gəldiyini demişdir. Daha sonra Elgizlə görüşmüş və polis əməkdaşlarına təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, X18 Musayev dost olmuş, həmişə bir yerdə olmuşlar. xx.xx.2021-ci il tarixdə Toğrul Rəşada zəng edərək özünə məxsus maşının nasaz olduğunu, həmçinin benzin alıb gətirməyini demişdir. Saat təxminən 12 radələrində Rəşad gəlmiş və ona araq alması üçün pul vermişdir. Rəşadla Toğrul bir yerdə dükana gedib araq alıb gətirmiş və maşını təmir etməyə başlamışlar. Günorta saat 13 radələrində Toğrulla yemək yemiş və 0.7 l həcmində olan araqdan təxminən 0.6 l həcmini iki nəfərə içmişlər. Toğrul daha sonra Rəşadla birlikdə balıq tutmağa getmək üçün evdən çıxmışlar. Həmin gün evdə qalmış və işləri iıə məşğul olmuşdur. Axşam saat təxminən 20-21 radələrində Mərdan və Sərvan sonuncunun özünə məxsus olan Mercedes markalı avtomobili ilə həyətlərinə gəlmişlər. Sərvan qışqıraraq onu çağırmış, Toğrulun Rəşad tərəfindən qayçı ilə ürəyindən vurulduğunu bildirmişdir. O, dərhal özünü avtomobilə çatdırmış və Toğrulu ürək nahiyyəsindən yaralı, huşsuz vəziyyətdə olduğunu gördmüşdür. Daha sonra Toğrulu Bərdə RMX-ya aparmışlar. Həmin gün saat təxminən 23:15də Toğrul yarası dərin olduğundan və ürəyi yaralandığından xəstəxanada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, X12 onun atasının bibisi oğludur, Təqsirləndirilən şəxs isə onun həmkəndlisi və qonşusudur. Onların hər ikisi ilə həmkəndli kimi münasibəti olmuş, aralarında düşmənçiik münasibətləri olmamışdır. 27 iyun 2021-ci il tarixdə saat 20:00 radələrində Bərdə rayon Əmirli kəndində özünə məxsus pay torpağında əkin sahələrini sulamaqla məşğul olan zaman həmkəndliləri Təqsirləndirilən şəxs və X1 məxsus ağ rəngli, ** BB *** nömrə nişanlı Vaz 21011 markalı avtomobil ilə kanalın kənarında çökəyə düşdüyünü görmüşdür. Həmin vaxt onlara yaxnlaşdıqda Toğrulun sərxoş vəzziyyətdə nəqliyyat vasitəsini idarə etdiyini və idarə etməni itirib çökəyə düşdüyünü bilmişdir.O, Mərdan və həmkəndlisi Şahid8 köməyi ilə nəqliyyat vasitəsini çökəkdən çıxarmışlar. Həmin vaxt Toğrul və Rəşadın arasında münasibətlər normal qaydada olmuşdur. Kənd ərazisində Ruslan onlara tərəf gəlmişdir. Sonuncu Toğrulun sərxoş olduğunu görüb nəqliyyat vasitəsinin açarını ondan almışdır. Toğrul nəqliyyat vasitəsini çökəyə saldıqdan sonra onlara yaxınlaşanda əynində yəni beldən yuxarı köynək olmamışdır. O daha sonra həmin yerdən uzaqlaşaraq öz pambıq sahəsinə getmişdir. Toğrul və Rəşad maşından aralanaraq üzü artezian quyusuna tərəf getmiş və kanalın o biri tərəfinə keçmişlər. Bir neçə dəqiqə sonra Pərviz kanalın o biri tərfindən Toğrul və Rəşadın səsinin gəldiyini demiş, özü, Pərviz və Ruslan həmin səs gələn tərəfə getmişlər. Mübahisə baş verən yerə gedərkən kanalın təpə olan hissəsinə çıxdıqda Rəşadla Toğrulun yerə yıxılıb dalaşdıqlarını və onları görüb ayağa qalxmışlar. Toğrul sərxoş halda olduğundan Rəşadın ana və bacısının ünvanına nalayiq söyüşlər söymüşdür. O, Toğrulla Rəşad ayırmış, Rəşad oradan ayrılaraq üzü kənd istiqamətinə evinə tərəf getmişdir. Toğrul daha sonra artezian quyusuna tərəf gedib üzünü yumuş, o isə torpaq sahəsinə tərəf getmişdir. Az müddət sonra Pərviz qışqıraraq Rəşadın Toğrulu vurduğunu demiş, Ruslanla birlikdə səs gələn tərəfə qaçmışlar. O, kanalın digər tərəfinə keçdikdə Toğrulun yerdə uzanılı vəziyyətdə olduğunu, Rəşadın isə oradan qaçdığını görmüşdür. Toğrulun sol döş qəfəsindən, ürək nahiyyəsindən xəsarət aldığını, həmin yerdən qan axdığını görmüşdür. Toğrul Rəşadın onu vurduğunu demişdir. Toğrulun əynində paltar olmadığı üçün onun yarasından qan gəldiyini rahatlıqla görmək olmuşdur. O, dərhal həmin yerdən 20-30 metr məsafədə olan avtomobilini işə salaraq irəli, Toğrul Abdullayevin yanına sürmüş, Mərdana zəng edərək Toğrul Abdullayevin ürəyindən bıçaqlandığını demişdir. Toğrulu avtomobilə qoyub, Mərdanı sonra isə qardaşı İlhamı evdən götürərək Bərdə rayon Mərkəzi xəstəxanasına getmişlər. X21 Bərdə rayon mərkəzi xəstəxanasına çatdırdıqdan sonra tibbi müayinələr aparılmış, lakin saat 23:15 də Toğrul aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində işin halları ilə bağlı Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq qeyd etmişdir ki, Toğrul sərxoş olduğu üçün maşının açarını ondan alan zaman Təqsirləndirilən şəxs Toğrula məxsus olan bıçağı cibindən çıxarıb ona vermişdir. O isə həmin bıçağı götürüb kolluğa atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində şahidlər Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, 27 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində Əmirli kəndi ərazisində yerləşən əkin sahəsini suvaran zaman Toğrul Abdullayev ilə Təqsirləndirilən şəxs bir yerdə ona tərəf gəldiyini görmüş, onlarla salamlışdıqdan sonra öz işi ilə məşğul olmuşdur. Toğrul və Rəşad üzü artezian quyusuna tərəf getmiş, daha sonra onlar tərəfə Ruslan adlı həmkənliləri getmişdir. Bir neçə dəqiqə sonra həmin tərəfdən səs gəlmiş, kanalın üzərinə çıxdıqda Rəşadın Toğrulun üzərinə çıxaraq dalaşdıqlarını görmüşdür. Həmin vaxt Ruslan onları ayırmağa çalışmışdır. Onları araladıqdan sonra hərəkətlərinə görə tənqid etmiş, həmin yerə gələn Sərvan isə Toğrulu kənara aparmışdır. Rəşad kanalın digər tərəfinə keçib yavaş addımlarla kəndə doğru irəliləmiş, Toğrul isə ürəyinin bulandığını, qaytarmaq istədiyini deyərək gözdən itmişdir. O, Ruslanla birlikdə artezianda yuyunduqdan təxminən 2 dəqiqə qışqırıq səslərini eşitmiş, dərhal kanalın üstünə çıxmışdır. Sərvanla Ruslan onun arxasıyla qaçdıqda Toğrulun sağ əlini ürəyinin üstünə qoyaraq ona tərəf qaçdığını görmüşdür. Toğrul ona tərəf xeyli qaçdıqdan sonra üzü üstə yerə yıxılmış və ayağa qalxmamışdır. O Toğrulun yanına çatanda üzü torpaqda, ayaqları yığılı vəziyyətdə olmuşdur. Toğrulu yerdə əli ilə çevirdikdə sol döş qəfəsində deşilmiş yara və qan görmüşdür. Həmin vaxt Toğrul nəsəf alıb versə də, huşu aydın olmamışdır. Ruslan və Sərvan, Toğrulu kanalın digər tərəfinə keçirib Sərvanın avtomobilinə mindirmişlər. O Ruslanla hadisə yerində qalmış, Sərvan isə avtomobili ilə Toğrulu aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, sonuncunun X12 ilə birlikdə dostluq münasibətləri olmuşdur. xx.xx.2021-ci il tarixdə, saat 11 radələrində oğlu Təqsirləndirilən şəxs evdən çıxaraq Toğrulla görüşməyə getmişdir. Daha sonra o kənd işləri ilə məşğul olmağa getmişdir. Həmin gün saat təxminən 16 radələrində kənd yolu ilə yaşadıqları evə gedəndə Toğrulun özünə məxsus Vaz 21011 markalı avtomobillə yüksək sürətlə gələrək yolu toza dumana bürüdüyünü görmüşdür. O, mobil telefonla Toğrula zəng edərək yolu toza dumana bürüdüyünü, cəmiyyətə qarşı hörmətsizlik etdiyini dedikdə, sonuncu “mən yaxşı edirəm, mənə ağıl vermə” demişdir. O, daha heçnə deməyib evə gəlmiş, Rəşadın evdə olmadığını görüb arvadı Gülzardan Rəşadın harda olduğunu soruşanda Toğrulun onu çağırdığını deyib evdən çıxdığını demişdir. O, daha sonra Rəşada zəng edərək evə gəlməsini desə də, sonuncu Toğrulla birlikdə olduğunu, işini qurtardıqdan sonra evə gələcəyini demişdir. O, daha heçnə deməyib işinə davam etmiş, axşam saat təxminən 20:40 radələrində kənd sakinləri oğlu Rəşadın Toğrula xəsarət yetridiyini demişdir. O, qaçaraq evə gələndə oğlu Rəşadda həmin vaxt evə daxil olmuş, ondan nə baş verdiyini soruşanda Toğrulun onun ünvanına nalayiq söyüşlər söydüyünü, onun və onu vurmaq istədiyi üçün o,Toğrulun əlində olan qayçı ilə onu vurduğunu demişdir. Ancaq onu öldürmək istəmədiyini demişdir. O, Rəşaddan qayçını haradan əldə etdiyini soruşanda sonuncu ona qayçınin Toğrulun əlindən aldığını demişdir. Rəşad evə gələndə əynində olan köynək də cırılmış vəziyyətdə olmuşdur. Ondan köynəyinin hansı səbəbdən cırıldığını soruşanda, sonuncu aralarında dava-dalaş düşdüyünü, həmin səbəbdən köynəyinin cırıldığını demişdir. Daha sonra Rəşadla birlikdə Şirvanlı kəndi ərazisində CAB-nin əməliyyat müvəkkili Elgizlə görüşmüş, Rəşad Elgizə təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, mərhum X8 və təqsirləndirilən Təqsirləndirilən şəxs həmkəndliləri kimi tanıyır. Toğrul ona məxsus 10 ha torpaq sahəsini iyunun əvvəllərində suvarmışdır. Ona gördüyü işin müqabilində məvacib vermişdir. O torpaq sahəsini suvaran zaman onun yanına getməmişdir. Rəşadı Toğrul adlı şəxsin yanında görmüşdür. Onların arasında dostluq münasibələrinin olduğunu bilmişdir. İyun ayının təxminən 22-23 də Toğrulla yenidən əlaqə saxlayaraq torpaq sahəsini yenidən suvarmasını xahiş etmişdir. Sonuncu ona ayrı yerdə işinin olduğunu demişdir. O, bir neçə gün Toğrulu gözləsə də, ondan bir səs çıxmamışdır. Daha sonra 27 iyun 2021-ci il tarixdə günorta saatlarında kənd ərazisində Toğrulun nəqliyyat vasitəsini sərxoş halda sürətlə sürdüyünü, ictmai qadanı pozduğunu öyrənmiş, hətta kənd ərazisində Toğrulu görmüş və ona torpq sahəsini sulamağa gəlməməsini demişdir. Həmin vaxt Rəşad onun yanında olmuşdur. O sərxoş halda olsa da, onunla razılaşmışdır. Daha sonra torpaq sahəsinə getməmişdir. Həmin gün axşam kənd sakiinlərindən Rəşadın Toğrulu qayçı ilə vurduğunu, sonuncunun xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, X12 Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, kənd arasında mənfi xarakterizə olunmuşdur. Rəşadla Torğulun dostluq münasibələri olmuş, kənd arasında mütəmadi olaraq bir yerdə gəzmişlər. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Bərdə RMXdan X5 döş qəfəsi nahiyyəsindən xəsaərt alması barədə məlumat daxil olmuşdür. Daxil olmuş məlumat əsasında xəstəxanaya çatanda orada Sərvanı görmüş, ondan nə baş verdiyi soruşanda Rəşad X10yçı ilə vurduğunu demişdir. O, dərhal Rəşadın mobil telefonunu taparaq ona zəng vurmuş, Rəşad telefonu götürəndə ”Elgiz müəllim bilirəm mənə niyə zəng vurmusan, evdəyəm əynimi dəyişib hara desən ora gələ bilərəm” demişdir. Ona polis şöbəsinə gəlməyini demişdir. Daha sonra Rəşadın avtomobili olmadığı üçün Bərdə rayonu, Şirvanlı kəndi ərazisində özünə məxsus avtomobillə Rəşadı polis şöbəsinə gətirmiş, Rəşad Toğrulun ona söydüyünü, daha sonra maşından qayçı götürüb cibində gətirərək onu vurmaq istədiyini, həmin vaxt qayçını onun əlindən alaraq Toğrulun sol döş qəfəsi nahiyyəsiindən bir dəfə vurduğunu demişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid8 Hüseyn oğlunun ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Şahid8 Hüseyn oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, həmin cinayət işi- Bərdə rayonu, Əmirli kəndində daimi qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 20:30 radələrində yaşadığı kənddə yerləşən su kanalının kənarında həmkəndlisi X9 üzərində gəzdirdiyi məişət istifadəsi üçün nəzərdə tutulmuş qayçı ilə sol döş qəfəsi nahiyyəsindən daxilə nüfuz edən 01 (bir) ədəd xəsarət yetirməsi və sonuncunun Bərdə RMX-na aparılsa da, aldığı xəsarətdən ölməsi barədə daxil olmuş məlumat əsasında Bərdə rayon prokuroru, kiçik ədliyyə müşaviri Rəşad İsgəndərov tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanması üçün səbəb Təqsirləndirilən şəxs X5 döş qəfəsi nahiyyəsindən qəsdən qayçı ilə bir dəfə vurmaqla onu qətlə yetirməsi barədə daxil olmuş məlumat, əsas isə həmin fakt üzrə toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Toğrul Abdullayevə xəsarət yetirdiyi qayçını könüllü olaraq təqdim etdiyindən iş üzrə maddi sübut müvafiq qaydada qablaşdırılmaqla götürülmüş və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bərdə rayonu, Əmirli kəndi ərazisində üzü, Xanərəb kəndi istiqamətində gedən yoldur. Yol torpaq örtüklü olub çınqıl daşlardan ibarətdir. Yolun eni 6.5 metr təşkil edir. Yolun sağ və sol tərəfi boş sahədən ibarətdir. Yolun sağ kənarında elektrik dirəkləri var. Hadisə yerinə baxış iştirakçısı olan Şahid1 bildirdi ki, xx.xx.2021-ci il tarixdə, axşam saat 20 radələrində mərhum Toğrul Abdullayevin özünə məxsus **-BB-*** dövlət nömrə nişanlı, Vaz 21011 markalı nəqliyyat vasitəsi ilə üzü Xanərəb kəndinə gedən yolda sağ tərəfdə elektrik dirəyinin yanında çökəyə düşdüyünü gördüm. Sonuncu həmin yeri əyani olaraq göstərdi. Tormoz izinin uzunluğu 3.1 metrdir, elektrik dirəyi ilə arasında 5.3 metr məsafə var. Avtomobilin çökəyə düşdüyü yer qurumuş ağac budaqları ilə dolmuşdur. Şahid1 həmçinin bildirdi ki, Toğrul Abdullayev həmin vaxt sərxoş olmuş və onun yanında Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra onlar üzü Xanərəb kəndi istiqamətində uzaqlaşaraq artezian quyusunun yanına getdilər. Avtomobilin çökəyə düşdüyü yerdən 420 metr məsafə qabağa gedib daha sonra sağa dönüb 17 metr getdikdə subartezian quyusunun yanına çatdıq. Şahid1 Rəşad ilə Toğrulun həmin yerda dalaşdığını, sonuncunun bədəninin beldən yuxarı hissəsində paltar olmadığını, çılpac gördüyünü bildirdi. Şahid1 Toğrulla Rəşadı araladığını, sonuncunun irəliyə gedərək su arxının o biri tərəfinə keçib evinə tərəf getdiyini, özünün isə aralanıb torpaq sahəsinə getdiyinii bildirdi. Daha sonra Pərviz adlı şəxsin “Rəşad Toğrulu vurdu” deyərək qışqırdığını eşidib su arxının digər tərəfinə yola çıxdım və Rəşadın uzaqlaşaraq getdiyini gördüm. Subartezian quyusu ilə su arxı arasında olan məsafə ölçüldü və 25 metr olduğu müəyyən ediildi. Su arxının içərisi qurudur, içərisi yabanı bitkilərlə örtülüdür və eni 0.8 m təşkil edir. Su arxı ilə Toğrul Abdullayevin yaralandığı yer arasında məsafə 140 metr təşkil edir. Hadisə yeri Əmirli kəndinin giriş hissəsinə doğru olan yolda, sol tərəfdə, yoldan 1.4 metr məsafədə, elektrik dirəyindən 4.8 metr məsafə qarşıdadır. Şahid1 daha sonra Toğrulun onlara tərəf qaçdığını və təpənin üzərində yerə yıxıldığını bildirdi. Toğrul Abdullayevin xəsarət aldığı yer ilə onun yıxıldığı yer arasında olan məsafə ölçüldü və 7.5 metr olduğu müəyyən edildi. Bununla da, baxış sona çatdı, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya götürülmədi. Baxış zamanı “Canon” markalı fotoaparatla şəkillər çəkilərək protokola əlavə edildi. Protokol oxundu və düzgün tərtib edilmişdir, protokolun düzgünlüyünü iştirakçılar öz imzaları ilə təsdiq etdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 məxsus nəqliyyat vasitəsi Mercedes E 240 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlıdır. Avtomobil tünd göy rənglidir. Baxış zamanı Şahid1 bildirdi ki, xx.xx.2021-ci il tarixdə, axşam saat 20:30 radələrində Bərdə rayonu, Əmirli kəndi ərazisində yerləşən su kanalının yanında Təqsirləndirilən şəxs Toğrul Abdullayevi məişət təyinatlı qayçı ilə xəsarət yetirdikdən sonra sonuncunu həmin avtomobilin arxa oturacağına uzandıraraq Bərdə RMX PHŞ-nə çatdırmışdır. Şahid1 məxsus Mercedes E 240 markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı arxa otucağın qara rəngli dəri materialdan olduğu, həmin dəri oturacağın üzərində qana bənzər ləkələr və torpaq qalıntıları müəyyən edildi. Avtomobilə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən 3 ədəd pambığa qanabənzər ləkələr hal şahidlərinin iştiakı ilə hopdurulmaqla götürüldü və müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, İbtidai istintaq zamanı Şahid4 Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd şalvarı və 01 ədəd koftanı könüllü olaraq istintaqa təqdim etdiyindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq edərək hadisənin necə və hansı şəraitdə törətməsini ifadənin yerində yoxlanması istintaq hərəkətində göstərmiş, sonuncu Toğrul Abdullayevi qayçı ilə qəsdən vurduğunu etiraf etmiş, göstərilənlər protokolla rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 4(021)-64/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Bərdə rayon mərkəzi xəstəxanası” X28 daxil olmuş 06 sentyabr 2021-ci il tarixli, 907 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs „Bərdə RMX” PHŞ-nin Poliklinika şöbəsində narkoloji və ruhi əsəb dispanserlərində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB Əmirli kənd İƏD nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 251 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Əmirdə kəndində yaşayır və atası Şahid4, anası X15, bacısı X19 və bacısı X11 ibarət ailə üzvləri vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə RİHB Əmirli kənd İƏD nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Əmirdə kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 138-29720-1221 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Bərdə rayonu, Əmirli kəndi ərazisində subartezian quyusunun yanında baş vermiş hadisə zamanı Toğrulun əynində koftası olmamış, ətrafda Mərdan, sərvan və Pərviz olmuşdur. Rəşad daha sonra oradan uzaqlaşıb evinə gedən zaman Toğrul arxasıyla gəlib söyüş söydüyü üçün Rəşadı cibindən çıxardığı qayçı ilə qəsdən vuraraq öldürmüşdür. Həmin qayçı Toğrula məxsus olmuş, lakin Rəşad onun əlindən alaraq öz cibində saxlamışdır. Rəşad Toğrulu öldürməkdə məqsədi sonuncunun onun ailəsini söymək olmuşdur. Əməliyyat mənbələrindən alınan məlumata əsasən onlar çayxananın arxa tərəfində dalaşmışlar, şəxsi münasibət zəminində olduğu üçün hadisənin şahidi olmamışdır. Toğrul həmmin gün sərxoş olduğu üçün Babəyin üzərinə bıçaq çəkmiş, Rəşad bıçağı onun əlindən alaraq kolluğa atmış, bıçağın tapılması istiqamətində heç bir müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli 138-30383 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 18 nömrəli rəyindən görünür ki, X6 meyitinin bədənində aşağıdakı xəsarətlər- ağ ciyərin və ürəyin yaralanması ilə döş qəfəsi nahiyyəsinin ön səthində-döş boşluğuna keçən bir ədəd deşilmiş-kəsilmiş yara vardır. Yara kanllarının istiqaməti soldan-sağa, öndən-arxaya, aşağıdan bir qədər yuxarıyadır. Həmin xəsarətlər həyatidir, ölümündən az vaxt əvvəl törənmişlər, yara deşici-kəsici alətin təsirindən törənmişdir, həmçinin ekspertizaya təqdim edilən qayçının təsirindən açıq vəziyyətdə olarkən törənə bilməsi inkar edilmir, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlğa Ağır zərər vurmaya aiddir. X3 ölümünə səbəb döş qəfəsi nahiyyəsinin döş boşluğuna keçən deşilmişkəsilmiş yaralanması ilə əlaqədar ağ ciyəin və ürəyin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Mərhumun ölümü meyitin tibbi müayinəsindən 10-12 saat əvvəl olmuşdur. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu tərəmələri, alkoloidlər, fenotiazin, pirazolon aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-kriminalistik və məhkəmə-tibbi kriminalistik ekspertizasından daxil olmuş xx.xx.2021-ci il tarixli, 7/282 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus köynəyin arxa səthində küt yaranma mexanizminə malik və köynəyin kəskin dartılaraq cırılması nəticəsində əmələ gəlməyə xarakterik olan 05 ədəd cırılma zədəsi aşkar olundu, Təqsirləndirilən şəxs məxsus şalvarda üzərində əhəmiyyət kəsb edən zədə aşkar olumadı. Ekspertizaya təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış, məişət-təsərrüfat təyinatlıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 500/2021-MTBŞ saylı rəyindən görünür ki, məhkəmə-tibbi bioloji ekspertizaya təqdim edilmiş R. Musayevə məxsus şalvarın sol ayaq hissəsinin ön səthində sol bayır yan tikişinə yaxın, köynəyin sağ çiyin hissəsində və aşağı sərbəst kənarı səviyyəsində sağ yan hissəsinə yaxın hissəsində olan kiçik ləkələrdə, qayçının metal tirləri üzərində olan ləkələrdə insan qanı aşkar olundur. Qanın qrup mənsubiyyətinə görə AB0 sistemi üzrə təyin olunduqda yalnız “A” antigeni alındı. Bu antigen tək halda A(İİ) qrupunu formalaşdırıb xarakterizə etdiyindən göstərilən qan ləkələrinin AB0 sistemi üzrə həmin qruplu şəxsə məxsus olmasını söyləmək olar və bu qan ləkələrinin eyni qruplu X9 da məxsus olması inkar olunmur. 3 ədəd pambıq topları üzrəində olan ləkələrdə, qayçının halqası üzərində olan ləkələrdə, şalvar və köynək üzərində qan ləkəsi aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserindən daxil olmuş ambulator məhkəmə-psixiatrik və psixoloi ekspertizasının xx.xx.2021-ci il tarixli, 384/129 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmək, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə , subyektiv əlamətlərişəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional hada olmuşdur, onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən zərərçəmiş şəxsin onu təhqir etməsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, iş üzrə maddi sübutlar Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qayçı, sonuncunun hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd kofta rayon prokurorluğunda “X14 otağı” saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Toğrul Abdullayevi qəsdən öldürmək niyyətinin olmamasına və hadisənin ehtiyatsızlıq nəticəsində törənməsi ilə bağlı xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 120.1-ci maddəsi ilə verilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təxminən bir neçə dəqiqə sonra Toğrul qaçaraq arxasıyla gəlmiş və yenidən ünvanına söyüşlər söymüşdür. Toğrul onun qarşısına keçib cibində olan sarı rəngli qayçını əlini atıb cibindən götürmək istəmişdir. Qayçını götürmək istəyən zaman “məni bu qayçıyla vurmaq istəyirdin” demiş və əlini onun əlinin üzərinə qoymuşdur. Toğrul qayçını əlindən almaq istəyən zaman ona imkan verməmişdir. O, Toğrulun söyüşlərindən, etdiyi hərəkətlərdən bezib qayçını Toğrulun sol döş qəfəsi nahiyəsindən qəsdən bir dəfə zərbə ilə vurmuşdur. O, Toğrulu qayçı ilə vurmaqda məqsədi söyüşlərinə və etdiyi hərəkətlərə dözmədiyi üçün onu özündən aralamaq olmuşdur. Onu öldürmək istəməmişdir. Ancaq həmin vaxt həyəcanlı olduğundan qayçının onun sol döş qəfəsi nahiyəsindən girib ciyərini dağıdacağını və ürəyini yaralayacağını düşünməmişdir. Məhkəmə istintaqı zamanı isə özünü müdafiə edərək qayçını Toğruldan aldıqdan sonra sonuncu üzərinə gələrkən ehtiyatsızlıq nəticəsində qayçının Toğrulun bədəninə dəyməsini və üzək nahiyyəsindən xəsarət almasını göstərmişdir. Vurğulanmalıdır ki, təqsirləndirilən şəxsin məhkəmədə vermiş olduğu ifadəsində göstərdiyi Toğrul Abdullayevə xəsarət yetirilməsi mexanizmi ilə bağlı xüsusatlar məntiqsiz və ağlabatan olmamaqla yanaşı işin faktiki halları və Toğrul Abdullayevin barəsində olan məhkəmə tibbi ekspertizasının rəyi ilə tam təkzib edilir. Bu da təqsirləndirilən şəxsin həmin xüsusatlarla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsinin daha inandırıcı olmasına dəlalət edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallardan göründüyü kimi, təqsirləndirlən şəxslə zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəmində aralarında mübahisə yaranmış, tərəflər qarşlıqlı dalaşmışlar, təqsirləndirlən şəxsin qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsi qəsdən öldürmə niyyəti bıçaqla xəsarət yetirməmişdən əvvəl yaranmış, məhz bu səbəbdən təqsirləndirilən şəxs bıçaqla qəsdən zərərçəkmişə həyata üçün vacib orqanın yerləşdiyi ürək nahiyəsinə yənin zərərçəmişin sol döş qəfəsi nahiyəsinə yara kanallarının istiqamətinə görə soldan-sağa, öndən-arxaya, aşağıdan yuxarıya doğru qəsdən bir dəfə zərbə ilə vurmuş, bundan sonra hadisə yerini tərk etmiş və zərərçəkmiş şəxsin həyatının xilas edilməsi ilə bağlı hər hansı fəal hərət etməmişdir. Göründüyü kimi, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı onun əməlində qəsdən adam öldürmə cinayətin bütün tərkib əlamətlərinin olmasını özündə ehtiva etməklə yanaşı, onun əmlində zəruri müdafiə elemətlərinin olmasını birmənalı olaraq istisna edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi qeyd edilən xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməli məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, könüllü olaraq gəlib təqsirini boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin bu Məcəllənin 59.1.8-ci (cinayətin zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi) və 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal (könüllü gəlib təqsirini boynuna alma) mövcud olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu xx.xx.2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən cinayət işi üzrə maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun “X14 otağı”nda saxlanılan – Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qayçı məhv edilməli, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd kofta qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 28 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Bərdə rayon prokurorluğunun “X14 otağı”nda saxlanılan – Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qayçı məhv edilsin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd şalvar və 1 ədəd kofta qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar