Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-82/2023 20.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X1 və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 6.647 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə saat 11:45-də Tovuz rayonu Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Rəşad Market” adlı mağazanın qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən n Tovuz RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 6.647 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 3.202 qram və 3,445 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ağırlıq qaldırmaq üzrə təcrübəli idmançı, baş məşqçi olmuş, yaşadığı rayonda yüksək nüfuz sahibi olmuşdur. 2 iyun 2022-ci il tarixdə axşam saat 19 radələrində dostu Mübarizlə namaz qılmağa gedərkən, Mübarizin telefonu zəng çalmış və sonuncu zəng edən şəxsin onu xəbər aldığını bildirb telefonu ona vermişdir. O telefona cavab vermiş, zəng edən şəxs Qulu adlı polis əməkdaşı onunla işi olduğunu, 5 dəqiqəlik geri qayıtmasını, ondan xahiş etmişdir. Bu səbəbdən o Rəşad Market adlı mağazanın qabağına qayıtmışdır. Orada qulu ilə görüşmüş Qulu ona rəisin onunula işi olduğunu bildirmişdir. 5 dəqiqə orada gözlədikdən sonra iki maşın dayanmış, Tovuzun RPŞ-nin rəis müavini, CAB-ın rəisi, bir də əməliyyatçılar ona yaxınlaşıb, onu Tovuz RPŞ-yə aparmışlar. Ora getdikdən sonra qollarına qandal vurub, səhər saat 11 kimi orada saxlamışlar. Bundan spnra onu rəis müavinin otağına aparmışlar, həmin otaqsa 4 nəfər Bakıdan gəlmiş DİN-in BMCMİ-nin əməliyyatçılarını görmüş, onlar özlərini təqdim etdikdən sonra, bildirmişlər ki, 15 gün əvvəl tanışı Cavidlə Sumqayıtdan gələn qonaqlarla birgə olmuş, həmin qonaqlar Tovuzdan qayıdanda Gəncə-Şəmkir yolunda avtomaşından odlu sihahdan atəş açıblar. O, gələn şəxslərə bildirib ki, o, bu hadisəni iki üç gün sonra eşidib. Bakıdan gələn polis əməkdaşları əməkdaşları ona bildirmişlər ki, baş verən hadisədə o da günahkardır. O isə baş vermiş atışma ilə əlaqədar heç bir əlaqəsinin olmadığını bir daha polislərin diqqətinə çatdırmışdır. Bundan sonra ona iki büküm, 5 qram çəkidə metafetamin verilmiş, ona həmin maddəni özününkü olduğunu bildməsi tapşırılmışdır. O, idmançı olduğunu, onu nə üçün həbsə göndərdiklərini soruşmuşdur. Bundan sonra etiraf etmiş, , 5 qram çəkidə olan metafetaminin ona məxsus olduğunu bildirmişdir. Odur ki, məhkəmədən ona bəraət verilməsini xahiş edir. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, rəsmi olaraq heç yerdə işləmir, subaydır. 2019-cu il tarixdə ilk dəfə narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, həmin il CM-in 234.4.3 və 228.4cü maddələri ilə tutulmuş, 2019-cu ilin sonunda həbdən azad olunmuş və narkotik vasitə və psixotrop maddə istifadə etməmək qərarına gəlmişdir. Təxminən 15 gündür bədənində olan ağrılara görə psixotrop maddə metamfetamindən istifadə etməyə başlamış, psixotrop maddələri Tovuz şəhərində təsadüf nəticəsində tanış olduğum, adını və nömrəsini bilmədiyi şəxslərdən az miqdarda alıb istifadə etmişdir. Təxminən 02 iyun 2022-ci il tarixdə gəzmək məqsədilə Tovuz rayonu, Qovlar şəhərində yerləşən parka gəzmək məqsədilə getmiş, həmin vaxt tək olmuş və yanında başqa şəxslər olmamışdır. Orada bir müddət gəzmiş və çay içib saat təxminən 20 radələrində oradan çıxıb evə gedən zaman təsadüfən yolun kənarında 02 ədəd bükümün olduğunu görmüşdür. Mən bükümlərə baxan zaman onların içərisində psixotrop maddə olan “şüşə” kimi tanıdığı metamfetamin olmasının şahidi olmuş, bükümləri ilk əvvəl götürmək istəməsə də, sonradan onları götürüb istifadə etmək qərarına gəlmişdir. Həmin vaxt ətrafa baxmış və kənardan başqa şəxslərin olmadığını görüb həmin maddələri götürüb cibinə qoymuşdur. Bu barədə heçkimə məlumat verməmiş, tapdığım bükümlərdəki maddələrdən həmin gün istifadə etmək istəsə də, sonradan istifadə etməmiş, lakin sonra yenidən istifadə etmk məqsədilə üzərində saxlamaq qərarına gəlmişdir. 03 iyun 2022-ci il tarixdə saat 11:45-də Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Rəşad” marketin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək Tovuz RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Tovuz RPŞ-nə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Tovuz Rayon Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı təqdim eedilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Süleyman Əliyevi dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini xahiş etmişdir. Üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümü, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonunu və 5 manat pulu təqdim etmiş və bükümlərin içərisində psixotrop maddə metamfetamin olan “şüşə” kimi tanıdığı maddənin olduğunu, onları tutulmadan bir gün əvvəl tapıdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin bükümlər açılanda orada psixotrop maddə metamfetamin aşkar olunmuş, pulu özünə qaytarılsa da, bükümlər və mobil telefon götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BMCMİ-də işləyir. 03 iyun 2022-ci il tarixdə Tovuz rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edərək üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 11 radələrində Bakı şəhərindən yola çıxaraq Tovuz rayonuna çatmışlar. Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirən zaman sonuncunun Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Rəşad market” adlı mağazanın qarşısında olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər. X10 Məmmədovun üzərində narkotik vasitələr və psixotrop maddələr saxlaması, qəbul etməsində olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə təhqiqatçı Babək Haqverdiyevin xidməti iş otağına aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib üstünə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı izah olunmuş, sonuncu etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmiş, sonuncu üzərində psixotrop maddə metamfetamin olduğunu deyərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd bükümü, pulu və mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq bükümlərin içərisində “şüşə”, yəni metamfetamin olduğunu bildirmiş, həmin bükümlər açılanda onların içərisindən psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Həmçinin şahid qismində dindirilmiş Şahid1 əlavə olaraq bildirmişdir ki, Əməliyyat məlumatı Təqsirləndirilən şəxs şəxsi istifadəsi ilə bağlı olmuş, əməliyyat məlumatı idarəyə elə hadisə günü daxil olmuş, Təqsirləndirilən şəxs hər-hansı təsir və ya təyziq olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı əlaqədə olduğu şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs işlətdiyi idman zalı onun yaşadığı kənddə yerləşir. Hadisə günü dostları Elfaq Abbasov onu və Surəti evinə dəvət etmişdir. Dəmir yol vağzalanın qarşısında Qovlar bölməsindən Qulu adlı polis nəfəri onun mobil telefonuna zəng edib Surətin yanında olub-olmadığını soruşmuş, o da yanında olduğunu bildirmişdir. Daha sonra Qulu telefonu Surətə verməyini xahiş etmişdir. Qulu ilə Surət telefonla danışmış, Surət ona getməli olduğunu bildirmişdir. O Surətlə sağollaşmış, həmin günün səhəri isə eşitmişdir ki, Surət tutulmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, dəqiq tarixi xatırlmadığı tarix və vaxtda Surət ona zəng edib yeni zal açacağını bildirib, onu santexniklik işi görmək üçün yanına çağırmışdır. O da gedib zala gedib ölçüb-biçib, sxemini çəkib siyahını da obyekt sahibinə vermişdir ki, lazımi tikinti materialları alınsın. Həmin günün səhərisi, onlar Surətlə “kruq” deyilən ərazidə görüşmüşlər. Surət materialın gəldiyini bildirmiş, o isə hazırda perefaratorunun olmadığını bildirmiş, Surət ona “gedək perefaraator təşkil edim, gəl tezdən başla” deyə bildirmişdir. Daha sonra hər şeyi hazır edəndən sonra Surət ona dəmir yolunun altında uşaqlarla yığışıb ehsana gedəcəklərini bildirmişdir. Bundan sonra o gedib işini görüb geri qayıdanda Samir adlı tanışı onu çağırıb Surətin polislərlə söhbət etdiyini, ondan gedib nə məsələ olduğunu öyrənməyini xahiş etmişdir. O, Surətdən soruşmuşdur ki, nə məsələdir, Surət isə ona “heç nə söhbət edirik” deyə bildirmişdir. Təxminən 10 dəqiqə keçdiikdən sonra qara rəngdə Kia Sorento markalı avtomobillə Tovuz RPŞ-nin rəis müavini Anar müəllim və 2 əməliyyatçı oraya gəlmiş və Surəti aparmışlar. Lakin Surəti niyə apardıqlarını bilməmişdir, daha sonra Surətin arxasınca polisə getsə də ona heç bir məlumat veriməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs idman müəllimi kimi tanıyır. Tarixini dəqiq xatlırlamadığı gün Qulu və Hikmət adlı polis əməkdaşlarının Surətlə danışa danışa Rəşad marketin yanına getdiklərini, əməliyyatçı Nurxanın da onlara yaxınlaşdığını görmüşdür. Həmin vaxt Anarı görüb çağırmışdır ki, Surət polislərlə söhbət edir, yaxınlaş gör nə məsələdir. Sonra bir avtomobilin dayandığını, həmin avtomobildən rəis müavini Anar müəllim və 2 nəfər əməliyyatçının düşdüyünü daha sonra isə Surəti apardıqlarnı görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun tarixli qərardan görünür ki, Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində toplanmış materiallar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bəki oğlu 03 iyun 2022-ci tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03 iyun 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində narkotik psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamin ona məxsus olduğunu bildirmiş onun və ya müdafiəçisi tərəfindən hər hansı etiraz, şikayət və ya vəsatət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 iyun 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan və videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 04 iyun 2022-ci il tarixli 6/3139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində AR DİN “zərflər üçün № 6 möhür əksi və Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3.202 qram, 3.445 qram, ümumi təmiz çəkiləri 6.647 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 6.647 qr, tədqiqata sərf edildi -0.1 qr, qalıq–6.547 qramdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2022/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edildi. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbuli müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarından görünür ki, ilə Təqsirləndirilən şəxs barəsdində 04 ay həbs qismində qətimkan təqdbiri şeçilmişdir, həb etmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərcell MMC-nin xx.xx.2022-ci il tarixli 10750 nömrəli daxil olmuş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 yanvar 202-ci il tarixdən 04 iyun 2022-ci il tarixədək daxil olan və çıxan zənglərə baxış keçiilmiş, lakin baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar, narktk vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar və mesaj mətnləri müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığının xx.xx.2022-ci il tarixli, cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakcell MMC-nin BKC/LGL-5447/23, BKC/LGL-4345/23 və Azerfon MMC-nin AZE/LGL- 4445/23 CD disklərdə olan məlumatlardan görünür ki, Şahid2 və Şahid1 istifadəsində olan mobil telefon nömrələri xx.xx.2022-ci il tarixdə X8 rayon ərazisində yerləşən xx.xx.2022-ci il tarixdə isə Tovuz rayon ərazisində yerləşən anten dairələrində qeydə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6.547 qram qalmış psixotrop maddə metamfetamin sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş diplomların və fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs ağırlıq qaldırmaq üzrə və boks üzrə Respublika çempionu olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı ona polis əməkdaşların psixoloji təzyiq göstərməsi, ondan aşkar olunan narkotik vasitənin polislər tərəfindən onun üzərinə qoyulması, onun digər polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı ayrı-ayrı vaxtlarda verdiyi ifadələri, iş üzrə şahid qismində dindirlmiş polis əməkdşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Belə ki, məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə dindirilərkən özünü qismən təqsirli hesab edərək ifadələrində göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur, rəsmi olaraq heç yerdə işləmir, subaydır. 2019-cu il tarixdə ilk dəfə narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, həmin il CM-in 234.4.3 və 228.4cü maddələri ilə tutulmuş, 2019-cu ilin sonunda həbdən azad olunmuş və narkotik vasitə və psixotrop maddə istifadə etməmək qərarına gəlmişdir. Təxminən 15 gündür bədənində olan ağrılara görə psixotrop maddə metamfetamindən istifadə etməyə başlamış, psixotrop maddələri Tovuz şəhərində təsadüf nəticəsində tanış olduğum, adını və nömrəsini bilmədiyi şəxslərdən az miqdarda alıb istifadə etmişdir. Təxminən 02 iyun 2022-ci il tarixdə gəzmək məqsədilə Tovuz rayonu, Qovlar şəhərində yerləşən parka gəzmək məqsədilə getmiş, həmin vaxt tək olmuş və yanında başqa şəxslər olmamışdır. Orada bir müddət gəzmiş və çay içib saat təxminən 20 radələrində oradan çıxıb evə gedən zaman təsadüfən yolun kənarında 02 ədəd bükümün olduğunu görmüşdür. Mən bükümlərə baxan zaman onların içərisində psixotrop maddə olan “şüşə” kimi tanıdığı metamfetamin olmasının şahidi olmuş, bükümləri ilk əvvəl götürmək istəməsə də, sonradan onları götürüb istifadə etmək qərarına gəlmişdir. Həmin vaxt ətrafa baxmış və kənardan başqa şəxslərin olmadığını görüb həmin maddələri götürüb cibinə qoymuşdur. Bu barədə heçkimə məlumat verməmiş, tapdığım bükümlərdəki maddələrdən həmin gün istifadə etmək istəsə də, sonradan istifadə etməmiş, lakin sonra yenidən istifadə etmk məqsədilə üzərində saxlamaq qərarına gəlmişdir. 03 iyun 2022-ci il tarixdə saat 11:45-də Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Rəşad” marketin qarşısında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edib DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək Tovuz RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Tovuz RPŞ-nə gəlmişdir. Polis Şöbəsinə gəldikdən sonra onu təhqiqatçının xidməti iş otağına aparmışlar. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Tovuz Rayon Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı təqdim eedilmiş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Süleyman Əliyevi dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini xahiş etmişdir. Üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümü, şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonunu və 5 manat pulu təqdim etmiş və bükümlərin içərisində psixotrop maddə metamfetamin olan “şüşə” kimi tanıdığı maddənin olduğunu, onları tutulmadan bir gün əvvəl tapıdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Həmin bükümlər açılanda orada psixotrop maddə metamfetamin aşkar olunmuş, pulu özünə qaytarılsa da, bükümlər və mobil telefon götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 və digərləri ifadələrində Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, əməliyyat tədbiri zamanı saxlanılarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmadığını, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhz onlar tərəfindən tutulduğunu, bildirmişlər. Həmçinin Bakcell MMC-nin BKC/LGL-5447/23, BKC/LGL-4345/23 və Azerfon MMCnin AZE/LGL-4445/23 CD disklərdə olam məlumatlar əsasında Şahid2 və Şahid1 istifadəsində olan mobil telefon nömrəli xx.xx.2022-ci il tarixdə Tovuz rayon ərazisində yerləşən anten dairələrində qeydə alınmışdır. Bundan başqa 03 iyun 2022-ci il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində narkotik psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamin ona məxsus olduğunu bildirmiş onun və ya müdafiəçisi tərəfindən hər hansı etiraz, şikayət və ya vəsatət daxil olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbuli müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ifadənin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədə müvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı 6.647 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan metamfetamini satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddəninn dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda xx.xx.2022-ci il tarixli, cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı məlumat daxil olsa da, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə ötürülən məlumatlra ələ keçirilsə də, həmin məlumatlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hər hanası yazışmaların olması müyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Həmçinin, cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunan 02 ədəd bükümdə olan ümumi təmiz çəkisi 6.647 qram psixotrop maddə olan narkotik vasitə metamfetamini Tovuz rayonu, Qovlar şəhərində yolun kənarından yerdən tapdığını şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş psxotrop madddənin maddənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, təqsirləndirilən şəxs Surət.M külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs sözügedən psixotrop maddəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və o həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ilədən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbuli müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 03 iyun 2022-ci il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6.647 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetamin DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6.647 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 240 manat məbləğində pul köçürülməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 110 manat (yüz on) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6.647 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 110 manat (yüz on) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş 40 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-82/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-82/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver