Məhkəmə qərarları › İş №1(100)-83/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-83/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-83/2022 13.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X11, X17 və X4 məhkəmə iclasının katibliyi, tərcüməçi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş Konsulluğunun nümayəndəsi X8, müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 03 yanvar 1977-ci il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Ankara şəhəri, Ufuktepe məhəlləsi, Saklambaç küçəsi, Keçiören 8/1 ünvanında qeydiyyatda olmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 200-1.2.2 və 200-1.2.3, 206.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs bilə-bilə qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşıyaraq qrupun şəxsiyyəti müəyyən edilməmiş Bakı şəhərindəki qeyri şəxsə çatdırmaq üçün satış məqsədilə saxlanması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə 2021-ci ilin fevral ayında Türkiyə Respublikasında şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə, müəyyən edilməmiş vaxtda və mənbədən əldə edilmiş dərman vasitələrinin qanunsuz dövriyyəsi cinayətinə münasibətdə külli miqdarda, 56089,15 manat dəyərində dərman vasitələrini, qaçaqmalçılıq cinayətinə münasibətdə isə, dəyəri xeyli miqdarda olmaqla 56133,15 manat təşkil edən eyni dərman vasitələri və tibbi ləvazimatları, yəni bir qutusunun qiyməti 8 manat olmaqla 232 manat dəyərində 29 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, bir qutusunun qiyməti 17,05 manat olmaqla 85,25 manat dəyərində 5 qutu “Dostinex 0.5 mg” adlı, bir qutusunun qiyməti 11,85 manat olmaqla 23,70 manat dəyərində 2 qutu “Tamoxifen 20 mg” adlı, bir qutusunun qiyməti 77 manat olmaqla 1540 manat dəyərində 20 qutu “Favimol 200 mg” adlı, bir qutusunun qiyməti 26,65 manat olmaqla 53,30 manat dəyərində 2 qutu “Letu 2.5 mg” adlı, bir qutusunun qiyməti 15 manat olmaqla 315 manat dəyərində 21 qutu “Casodex 50 mg” adlı, bir qutusunun qiyməti 66 manat olmaqla 132 manat dəyərində 2 qutu “Ultravist 370 mg/ml” adlı, bir ədədinin qiyməti 250,20 manat olmaqla 11008,80 manat dəyərində 44 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, bir ədədinin qiyməti 133 manat olmaqla 532 manat dəyərində 4 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, bir ədədinin qiyməti 191,70 manat olmaqla 36039,60 manat dəyərində 188 ədəd qələm formalı “Gonal- F 450 iu/0.75 ml” adlı, bir ədədinin qiyməti 64,50 manat olmaqla 6127,50 manat dəyərində 95 ədəd şprislə birlikdə “Cetrotide 250 mcg” adlı qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrini, eləcə də, bir qutusunun qiyməti 5 manat olmaqla 20 manat dəyərində 4 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və bir ədədinin qiyməti 0,10 manat olmaqla 24 manat dəyərində 240 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatları 18.02.2021ci il tarixdə Türkiyə Respublikasının İzmit şəhəri yaxınlığında qrupun məlum olmayan digər şəxslərdən əldə etdikdən sonra, 19.02.2021-ci il tarixdə həmin dərman vasitələrinin bir qismini idarə etdiyi “Mercedes-Benz 1844” markalı 34JD3672/34CGS159 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunun zavod konstruksiyasında səs gücləndiriciləri üçün nəzərdə tutulmuş qutuların içərisində, bir qismini isə qoşqunun ön tərəfdən çöl hissəsinə quraşdırılmış yanğınsöndürən balon üçün nəzərdə tutulan qutuda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yerləşdirərək ümumi cinayətkar niyyətə uyğun olaraq gömrük nəzarətindən gizlətmiş, qeyd edilən predmetləri cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş Bakı şəhərindəki digər şəxsə çatdırmaq məqsədilə Türkiyə Respublikasından Azərbaycan Respublikasınadək daşıyaraq qəsdən tamah niyyəti və satış məqsədilə saxlamış və 21 fevral 2021-ci il tarixdə, saat 15 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsinin Qazax rayonu ərazisində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə elan edilmiş ittihamlarda özünü təqsirli bilərək göstərmişdir ki, 2001-ci ildən iri həcmli yük maşınları ilə yük daşımaqla məşğul olmuşdur. Həm Türkiyə daxilində, həm də xarici ölkələrə müxtəlif tərkibli məişət və sair tərkibli yüklər aparıb-gətirmişdir. 2003-cü ildən isə, Azərbaycana müxtəlif yüklər gətirib-aparmışdır. İki il yarımdan çoxdur ki, mütəmadi olaraq Azərbaycana gəlib-getmişdir. Özünə məxsus yük avtomobili olmadığından həmişə müxtəlif şirkətlərlə çalışmış və şirkət avtomobilləri ilə işləmişdir. Son bir ildən çoxdur ki, “X2 Ticaret Limited” şirkətinin sürücüsü işləmişdir. Həmin şirkətdə işə başladıqdan bu vaxta qədər 34JD3672/34CGS159 nömrə nişanlı “Mercedes-Benz 1844” markalı yük nəqliyyat vasitəsini idarə etmişdir. 2021-ci ilin fevral ayının ortalarında həmin avtomobillə X3 şəhərinə getmişdir. Yolda olan zaman hal-hazırda Yunanıstanda yaşayan Mustafa adlı tanışı onun +**********40 saylı nömrəsinə zəng edərək ona Ali adında bir tanışının olduğunu, Alinin Türkiyədən Azərbaycanın Bakı şəhərinə dərman göndərməli olduğunu demiş və onun dərmanları Bakıya aparacağı halda ona pul veriləcəyini bildirmişdir. O da, maddi vəziyyəti yaxşı olmadığı üçün və əlavə pul qazanmaq istədiyindən növbəti Azərbaycan səfərində həmin dərman yükünü apara biləcəyini düşünmüş və əlaqə saxlaması üçün nömrəsini Aliyə verməyə icazə vermişdir. Bir neçə saat sonra, +**********74 saylı nömrədən Ali adlı şəxs ona zəng etmiş, bir ədəd böyük qutu miqdarında dərmanı gizli şəkildə Bakı şəhərinə göndərməli olduğunu demiş və ona köməklik göstərə biləcəyini soruşmuş, bunun müqabilində ona 500 ABŞ dolları verəcəyini bildirmişdir. O da, Ali ilə razılaşmışdır. Gürcüstan Respublikasına giriş və çıxış gömrüyündə yük avtomobilləri bir o qədər də ciddi yoxlanmasa da, Azərbaycan gömrüyündə ciddi yoxlanıldığındam əsas çətinlik yükü Azərbaycan gömrüyündən keçirmək olmuşdur. O, dərmanları kimə çatdırmalı olduğunu soruşduqda, Ali ona dərmanları Azərbaycan gömrüyündən keçirəndən sonra onunla əlaqə saxlamasını, Bakı şəhərinə çatanda da ona xəbər verməli olduğunu, Bakıya çatanda dərmanları təhvil almalı olan şəxsin gəlib dərmanları ondan götürəcəyini və pulunu da verəcəyini demişdir. “Gültekin Taşımacılık” şirkətindən ona Azərbaycanın Bakı şəhərinə daşınmalı olan müxtəlif yüklər olduğu bildirildiyindən o, yaxın günlərdə Bakıya gedəcəyini artıq bilmişdir. O, Ali ilə danışanda həmin şəxsə 18 fevral 2021-ci il tarixdə İstanbuldan Bakıya yola düşməli olduğunu bildirmiş və həmin tarixdə onunla əlaqə saxlayıb dərmanları verə biləcəyini bildirmişdir. O, İstanbul şəhərinə çatıb Azərbaycana aparmalı olduğu yükləri 34JD3672/34CGS159 nömrə nişanlı “Mercedes-Benz 1844” markalı yük nəqliyyat vasitəsinə yüklətdirdikdən sonra, 18.02.2021-ci il tarixdə İstanbuldan Bakıya yola çıxmışdır. Həmin gün axşam vaxtlarda Ali ona zəng etmiş və onlar telefonda dərmanları İstanbulun yaxınlığında olan İzmit şəhərində “Mehmetçik Vakfı” deyilən yerə göndərəcəyini bildirmişdir. Həmin gün bir neçə saat sonra, Ali ona taksi sürücüsü vasitəsilə Bakıya aparası olduğu dərman qutusunu göndərmişdir. Bundan sonra o, yola düşmüşdür. O, 2003-cü ildən Azərbaycana gedib-gəldiyindən və gömrükdə gömrükçülərin avtomobillərin hansı hissələrini daha çox yoxladıqlarını öyrənmişdir. O, dərmanların heç bir sənədinin olmadığından, sənədsiz və reseptsiz dərmanın da heç bir gömrükdən buraxılmadığından həmin dərmanları gizli keçirməli olduğunu bilmişdir. Bu səbəbdən o, dərmanların bir qismini idarə etdiyi yük avtomobilinin salonunda, sürücü və sərnişin oturacaqlarının baş tərəfində, avtomobilin tavanına bitişik səs gücləndiricisi üçün nəzərdə tutulmuş yerlərdə gizlətmişdir. Həmin yerlər yuvarlaq formada olmaqla üzəri örtülü olduğundan zavod görünüşündə görünmüşdür. Axşam saatları olduğu üçün qaranlıqdan istifadə edib o, dərmanları yerləşdirmək qərarına gəlmişdir. Alinin ona göndərdiyi dərman qutusunu açmış və dərmanları idarə etdiyi 34JD3672 nömrə nişanlı “Mercedes-Benz 1844” markalı yük nəqliyyat vasitəsinin salonunda sürücü və sərnişin oturacaqlarının üzərində olan səs gücləndiricisi üçün nəzərdə tutulmuş yerin içərisində yerləşdirmişdir. Mümkün qədər dərmanı oraya yerləşdirdikdən sonra, həmin yeri öz qapağı ilə bağlamışdır. Qalan dərmanı idarə etdiyi yük nəqliyyat vasitəsinin 34CGS159 nömrəli qoşqusunun bayır tərəfdən üzərinə bərkidilmiş yanğınsöndürən üçün nəzərdə tutulan qutunun içərisində yerləşdirmişdir. O, Türkiyə-Gürcüstan sərhədinə çatıb Gürcüstan gömrüyündən rahatlıqla keçmişdir. Orada da bir qədər istirahət edib 21.02.2021-ci il tarixdə, günorta saat 15 radələrində Gürcüstan-Azərbaycan sərhədində olan “Qırmızı körpü” gömrük postuna çatmışdır. İdarə etdiyi nəqliyyat vasitəsilə posta daxil olduqdan sonra, yoxlama yerinə sürmüşdür. Orada xidmət aparan gömrükçü idarə etdiyi nəqliyyat vasitəsində narkotik, psixotrop maddələr, dərmanlar olub-olmadığını, bəyan etməli olduğu və gizlətdiyi hansısa yükün olub-olmadığını soruşmuş, o isə idarə etdiyi avtomobildə gizlətdiyi və bəyan etmədiyi heç nə olmadığını bildirmişdir. Bundan gömrükçü ona avtomobilə gömrük yoxlaması keçiriləcəyini bildirmişdir. Bir qədər sonra, oraya iki nəfər şəxs çağırılmış, gömrükçü həmin şəxslərin şahid olduqlarını deyib yoxlama zamanı iştirak edəcəklərini bildirmişdir. Sonra, onun idarə etdiyi 34JD3672/34CGS159 nömrə nişanlı “Mercedes-Benz 1844” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirməyə başlamışlar. Gömrükçü əvvəlcə avtomobilin salonunu yoxlamış, nəticədə sürücü və sərnişin oturacaqlarının baş tərəfində, avtomobilin tavanına bitişik səs gücləndiricisi üçün nəzərdə tutulmuş yerlərdə gizlətdiyi dərmanlar aşkar olunmuşdur. Həmin dərmanları çıxardıqdan sonra, daha diqqətlə avtomobili yoxlamağa başlamışlar və nəticədə qoşqunun bayır tərəfdən üzərinə bərkidilmiş yanğınsöndürən üçün nəzərdə tutulan qutunun içərisində gizlətdiyi dərmanlar da aşkar olunmuşdur. Həmin dərmanlardan başqa gizlətdiyi nə isə olmadığı üçün baxışın davamında əlavə heç bir qanunsuz predmet tapılmamışdır. Daha sonra, aşkar edilmiş bütün dərmanları adlarına görə yığmışlar və düzüb saymışlar. Dərmanların saylarını və adlarını müəyyən etdikdən sonra, yoxlama haqqında protokol tərtib olunmuş, o, həmin protokolla tanış olmuş və yazılanlar doğru olduğu üçün protokolu imzalayıb təsdiqləmişdir. Törətdiyi əməldən peşmandır və məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21.02.2021-ci il tarixdə növbədə olan zaman saat 15 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə “Mercedes-Benz” markalı, 34JD3672/34CGS159 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi daxil olmuşdur. Həmin nəqliyyat vasitəsi yük müşayiət sənədlərinə əsasən Türkiyə Respublikasından tranzit qaydada Azərbaycan Respublikasına gətirilən malları daşımışdır. Nəqliyyat vasitəsinin sürücüsü əvvəllər tanımadığı, adını və soyadını həmin vaxt bildiyi Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs adlı bir şəxs olmuşdur. Ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinə gömrük yoxlaması keçirildiyindən həmin nəqliyyat vasitəsi idxal xəttində dayandıqdan sonra, nəqliyyat vasitəsinə yaxınlaşmışdır. Sürücünün və nəqliyyat vasitəsinin sənədlərini yoxladıqdan sonra, sürücüdən idarə etdiyi yük avtomobilində gizlətdiyi və ya gömrük nəzarətinə mütləq bəyan etməli olduğu hər hansı predmetin olubolmadığını soruşmuşdur. Sürücü Təqsirləndirilən şəxs isə, idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan edilməli olan heç bir predmet olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinə yoxlama keçirməli olduğundan sürücü Təqsirləndirilən şəxs baxışla əlaqədar hüquqları və vəzifələri barədə ona bildiyi türk dilində Azərbaycan Respublikasının gömrük qanunvericiliyi ilə əlaqədar bildiriş vermişdir. Sonra, həmin nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı iştirak etmələri üçün postun ərazisində fəhləlik edən iki nəfər şəxsi hal şahidi qismində dəvət edilmiş və onların da hüquq və vəzifələrini izah etdikdən sonra, hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə nəqliyyat vasitəsində yoxlama aparmağa başlamışdır. Əvvəlcə dartıcıya baxış keçirmiş və ilkin vizual görülə biləcək yerləri yoxlamışdır. Nəticədə sol və sağ tərəflərdəki hər iki səs gücləndirici üçün nəzərdə tutulan yuvanın qabağını çıxarmışdır. Qapaqları yerindən çıxardığı zaman orada dərman qutularının olduğunu görmüş və həmin qutuları oradan götürmüşdür. Daha sonra, nəqliyyat vasitəsinin yoxlanılmasına davam etmiş və yoxlamanın davamında nəqliyyat vasitəsinin qoşqusun dartıcı ilə paralel divarında ön tərəfdən çöl hissəsinə quraşdırılmış yanğınsöndürən balon üçün nəzərdə tutulan qutunun qabağını açıb baxmış və orada da gizlədilmiş dərmanlar olduğunu görüb çıxarmışdır. Yoxlamanın davamında başqa hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Yekunda, aşkar etdiyi dərman qutularını proses iştirakçılarının iştirakı ilə adlarına görə düzüb saymışdır. Aşkar edilən dərmanlar ümumilikdə, 11 adda dərman preparatı və 2 adda tibbi ləvazimatlar olmuşdur. O, nəqliyyat vasitəsinin yoxlanılması barədə protokol tərtib etmiş və həmin protokolla iştirakçılar tanış olduqdan sonra, imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “Qırmızı körpü” gömrük postunda yükləmə-boşaltma işlərində işləyib fəhlə işləmişdir. Həmin gün, yəni 21.02.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postuna getmişdir. Təxminən saat 15 radələrində “Qırmızı körpü” gömrük postunda işləyən Elvin adlı gömrükçü ona yaxınlaşmış və idxal xəttində yük avtomobili olduğunu deyib həmin avtomobilə baxış keçirməli olduğunu bildirmişdir. Həmin vaxt işi olmadığı üçün razılaşmış və birlikdə “Qırmızı Körpü” gömrük postunun idxal xəttinə getmişdir. Oraya çatanda “Mercedes-Benz” markalı, 34JD3672/34CGS159 nömrə nişanlı yük nəqliyyat vasitəsini görmüşdür. Gömrükçü baxış keçiriləcək avtomobilin həmin yük avtomobiliı olduğunu demiş və nəqliyyat vasitəsinin sürücüsü olan Təqsirləndirilən şəxs adlı türk vətəndaşını da onunla tanış etmişdir. Baxış zamanı ondan başqa “Qırmızı körpü” gömrük postunda fəhləlik edən Saleh də orada olmuşdur. Elvin adlı gömrükçü ona və digər hal şahidi qismində iştirak edən Salehə əvvəlcə hüquq və vəzifələrini izah etdikdən sonra, baxış zamanı diqqətli olmağı tapşırmışdır. Bundan sonra, həmin nəqliyyat vasitəsinə baxış keçirilməyə başlanmışdır. Əvvəlcə maşının kabinəsinə baxış keçirilmiş və nəqliyyat vasitəsinin kabinəsində olan səs gücləndirici qoyulması üçün nəzərdə tutulan yerlərdə dərmanlar olduğu məlum olmuşdur. Baxış davam etdikdə nəqliyyat vasitəsinin qoşqusunda yerləşən yanğınsöndürən balon qoyulması üçün nəzərdə tutulan qutunun içərisində də dərmanlar aşkar edilmişdir. Həmin yerlərdə gizlədilən dərmanlar müəyyən edildikdən sonra, baxış davam etmiş, lakin əlavə gizlədilmiş hər hansı predmet tapılmamışdır. Daha sonra, aşkar olunan dərmanlar ayrı-ayrı yığılıb sayılmışdır. Gömrükçü aşkar edilmiş dərmanlarla əlaqədar bir sıra protokollar tərtib etmiş və aşkar olunmuş dərman preparatlarını götürmüşdür. Protokol tərtib edildikdən sonra oxunmuş, bundan sonra, o və Saleh də həmin protokolla tanış olmuşlar və yekunda imzalayıb təsdiq etmişlər. Səhv etmirsə o, bu cinayət hadisəsi ilə bağlı Bakı şəhərində deyil, Tovuz şəhərində ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, dərman preparatlarının qiymətləndirilməsi zamanı internet saytlarına və aptek şəbəkələrinə istinad olunur. Bu hadisə ilə bağlı aşkar olunan dərman preparatlarının satışı türk saytlarında olduğundan Türk lirəsinin Azərbaycan manatına görə dəyişməsi ilə əlaqədar qiymətləri tez-tez dəyişmişdir. Bu səbəbdən də “Gadovist” və “Gonal” adlı dərman preparatlarının bir-birinə yaxın müddət ərzində verilmiş rəylərdə müxtəli qiymətlərdə göstərilmişdir. Türk lirəsinin manata görə məzənnəsi aşağı düşdükdə dərman preparatlarının qiyməti də aşağı olur. Əgər dərman preparatlarının adları və qiymətləri türk internet saytlarında olmursa o zaman həmin dərmanların qiymətləndirilməsi zamanı aptek şəbəkələrinə istinad olunur. Bu cinayət işi ilə bağlı aşkar olunmuş dərmanların qiymətləndirilməsi zamanı hansı dərmanların qiymətinin aptek şəbəkələrinə və ya internet saytına istinad etdiyini xatırlamır. Reyesterde olmayan dərman preparatlarının qanunsuz dövriyyəsinin araşdırılması onun səlahiyyətinə aid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X13 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 02 mart 2021-ci il tarxixli, 6/818 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Triplixam 10mg”, “Dostinex 0.5mg”, “Tamoxifen 20mg”, “Favimol 200mg”, “Letu 2.5mg”, “Casodex 50mg”, “Ultravist 370mg/ml”, “Gadovist 1.0 mmol/ml 30ml”, “Gadovist 1.0 mmol/ml 15ml”, “Gonal-F 450iu/0.75 ml”, “Cetrotide 250mcg” adlı dərman preparatları üzərilərindəki tarix göstəricilərinə əsasən istifadəyə yararlıdırlar. Eləcə də, həmin ekspertiza rəyindən görünür ki, həmin dərman preparatları narkotik vasitələrin, onların prekursorlarının, psixotrop maddələrin, güclü təsir edən maddələr və zəhərli maddələrin siyahısına daxil deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 may 2021-ci il tarixli, 9/2635 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Triplixam 10 mg/2.5 mg” adlı dərman preparatının bir qutusunun qiyməti 8 manat olmaqla 29 qutusunun qiyməti cəmi 232 manat, “Dostinex 0.5 mg” adlı dərman preparatının bir qutusunun qiyməti 17,05 manat olmaqla 5 qutusunun qiyməti 85,25 manat, “Tamoxifen 20 mg” adlı dərman preparatının bir qutusunun qiyməti 11,85 manat olmaqla 2 qutusunun qiyməti 23,70 manat, “Favimol 200 mg” adlı dərman preparatının bir qutusunun qiyməti 77 manat olmaqla 20 qutusunun qiyməti 1540 manat, “Letu 2.5 mg” adlı dərman preparatının bir qutusunun qiyməti 26,65 manat olmaqla 2 qutusunun qiyməti 53,30 manat, “Casodex 50 mg” adlı dərman preparatının bir qutusunun qiyməti 15 manat olmaqla 21 qutusunun qiyməti 315 manat, “Ultravist 370 mg/ml” adlı dərman preparatının bir qutusunun qiyməti 66 manat olmaqla 2 qutusunun qiyməti 132 manat dəyərində, “Gadovist 1.0 mmol/30 ml” adlı dərman preparatının bir ədədinin qiyməti 250,20 manat olmaqla 44 şüşə flakonunun qiyməti 11008,80 manat, “Gadovist 1.0 mmol/15 ml” adlı dərman preparatının bir ədədinin qiyməti 133 manat olmaqla 4 şüşə flakonunun qiyməti 532 manat, “Gonal-F 450 iu/0.75 ml” adlı dərman preparatının bir ədədinin qiyməti 191,70 manat olmaqla 188 ədəd qələm formalı preparatın qiyməti 36039,60 manat, “Cetrotide 250 mcg” adlı dərman preparatının bir ədədinin qiyməti 64,50 manat olmaqla 95 ədəd şprislə birlikdə preparatın qiyməti 6127,50 manat, eləcə də, üzərində “Breathe Right” yazıları olan burun bantlarının bir qutusunun qiyməti 5 manat olmaqla 4 qutusunun qiyməti 20 manat, üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatların bir ədədinin qiyməti 0,10 manat olmaqla 240 ədədinin qiyməti 24 manat dəyərindədir. Tədqiqata təqdim edilmiş dərman vasitələrinin 21.02.2021-ci il tarixə ümumi orta bazar qiyməti 56133,15 manat dəyərindədir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş aşkar edilərək götürülmüş ümumi dəyəri 56133,15 manat təşkil edən 13 adda dərman vasitələri və tibbi vasitələr – 29 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, 5 qutu “Dostinex 0.5 mg” adlı, 2 qutu “Tamoxifen 20 mg” adlı, 20 qutu “Favimol 200 mg” adlı, 2 qutu “Letu 2.5 mg” adlı, 21 qutu “Casodex 50 mg” adlı, 2 qutu “Ultravist 370 mg/ml” adlı, 44 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, 4 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, 188 ədəd qələm formalı “Gonal-F 450 iu/0.75 ml” adlı, 95 ədəd şprislə birlikdə “Cetrotide 250 mg” adlı dərman vasitələri, eləcə də, 4 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və 240 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatlar cinayətlərin predmeti olduğundan 14 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ekspertiza tədqiqatından qaytarılmış qalıq – 27 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, 3 qutu “Dostinex 0.5 mg” adlı, 18 qutu “Favimol 200 mg” adlı, 19 qutu “Casodex 50 mg” adlı, 42 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, 2 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, 186 ədəd qələm formalı “Gonal-F 450 iu/0.75 ml” adlı, 93 ədəd şprislə birlikdə “Cetrotide 250 mg” adlı dərman vasitələri, eləcə də, 2 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və 238 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatlar ekspertiza tədqiqatına sərf edilmiş miqdarı nəzərə alınmaqla 30.03.2021-ci il tarixli məktub əsasında 31.03.2021-ci il tarixli, 63S nömrəli aktla DGK „Azərterminalkompleks“ Birliyinin saxlanc anbarına qəbul edildiyindən məhkəmənin yekun hökmünədək hazırda saxlanıldığı DGK-nin „Azərterminalkompleks“ Birliyinin anbarında saxlanılırması nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AR Səhiyyə Nazirliyi “X7” X16 alınmış 09.03.2021-ci il tarixli məktubdan görünür ki, tədqiqata təqdim olunmuş “Favimol 200mg”, “Casodex 50mg”, “Triplixam 10mg”, “Dostinex 0.5mg”, “Tamoxifen 20mg”, “Letu 2.5mg”, “Ultravist 370mg/100ml”, “Gadovist 30ml”, “Gadovist 15ml”, “Gonal-F 450 iu”, “Cetrotide 250mcg” markalı ümumilikdə 11 növ preparatın hər biri dərman vasitəsidir və heç birinin reyestr üzrə dövlət qeydiyyatı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AR Səhiyyə Nazirliyi “X7” X16 alınmış 21.04.2021-ci il tarixli məktubdan görünür ki, qeyd edilən dərman preparatlarının Azərbaycan Respublikasından dövlət qeydiyyatına alınması və “Dərman vasitələrinin Reyestri”-nə daxil edilməsi, eyni zamanda idxalı ilə əlaqədar Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən X21 ünvanına müraciət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AR Səhiyyə Nazirliyi “X7” X16 alınmış 26.08.2021-ci il tarixli məktubdan görünür ki, təqdim olunmuş 2 adda - üzərində “Breathe Right” yazıları olan burun bantları və üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarının heç biri dərman vasitəsi deyildir və hal-hazırda qeydiyyatı tələb olunmur. “Breathe Right” adlı məhsulun üzərində istifadəyə yararlılıq müddəti qeyd olunmadığından istifadəyə yaralı olduğunu qeyd etmək olar. “N/Braun” adlı məhsulun üzərinə yararlılıq müddəti qeyd olunduğundan istifadəyə yararlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış 15.04.2021-ci il tarixli, 012-6369-1221 nömrəli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, 03.01.1977-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə əlaqədar məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “malların yoxlanılması haqqında” 21.02.2021-ci il tarixli protokoldan da göründüyü kimi, nəqliyyat vasitəsini yoxlamağa başlamazdan əvvəl Türkiyə Cümhuriyyəti vətəndaşı Təqsirləndirilən şəxs hüquq və vəzifələri və məsuliyyəti izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və ya gömrük nəzarətindən gizlədilmiş premdetləri könüllü olaraq təqdim etməsi təklif edilmiş, o isə, idarə etdiyi “Mercedes-Benz” markalı 34JD3672/34CGS159 nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Nəqliyyat vasitəsinin yoxlanılması zamanı Təqsirləndirilən şəxs “Mercedes-Benz” markalı 34JD3672/34CGS159 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda olan səs gücləndiricinin içərisindən və nəqliyyat vasitəsinin qoşqusunda yerləşən yanğınsöndürən qabının içərisindən gömrük nəzarətindən gizlədilmiş üzərində “Favimol 200mg” yazısı olan 20 qutu (hər qutuda 40 həb), üzərində “Casodex” yazısı olan 21 qutu (hər qutuda 28 həb), üzərində “Triplixam” yazısı olan 29 qutu (hər qutuda 30 həb), üzərində “Dostinex” yazısı olan 5 qutu (hər qutuda 8 həb), üzərində “Tamoxifen” yazısı olan 2 qutu (hər qutuda 30 həb), üzərində “Letu” yazısı olan 2 qutu (hər qutuda 30 həb), üzərində “Ultravist 370mg” yazısı olan 2 qutu (hər qutuda 1 flakon), üzərində “Gadovist 30ml” yazısı olan 44 ədəd (şüşə qabda), “Gadovist 15ml” yazısı olan 4 ədəd (şüşə qabda), üzərində “Gonal-F” yazısı olan 188 ədəd dərmanabənzər, üzərində “Cetrotide 250 mcg” yazısı olan 95 ədəd şprisə bənzər (dərmanı ilə birlikdə), üzərində “Breathe right” yazısı olan 4 qutu (hər qutuda 10 ədəd) burun bantlarına bənzər və üzərində “Braun” yazısı olan 240 ədəd iynə başlıqlarına bənzər predmetlər aşkar olunmuşdur. Yekunda aşkar olunmuş mallar protokollaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 may 2021-ci il tarixli qərardan görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin qəbula gələn vətəndaşların qeydiyyatı kitabının çıxarışından görünür ki, şahidlər X9 və X13 20.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsində olmuşlar. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş ərizədən görünür ki, maddi sübut kimi tanınmış gömrük nəzarət buraxılış məntəqəsində Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində aşkar edilmiş dərman preparatlarının dövlət nəfinə müsadirə edilməsinə etiraz etmir. Məhkəmə şahidlər X9 və X10 ibtidai istintaq zamanı Bakı şəhərində deyil, Tovuz şəhərində ifadə vermələri ilə bağlı ifadələrinə məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən məhkəməyə ünvanladığı qəbula gələn vətəndaşların qeydiyyatı kitabının çıxarışı ilə təkzib edildiyindən həmin ifadələrə tənqidi yanaşaraq, həmin şəxslərin ifadələrini məhz Bakı şəhərində vermələri kimi qəbul edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi özünü təqsirli bilməsinə dair ifadələri, şahidlərin ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-in 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələri ilə tövsif edilməli, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində təqsirlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalanmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar olunmuş dərmanların dövlətə könüllü olaraq bağışlamasını, səmimi etirafı və əməllərindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halları kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olsa belə, onun ittiham olunduğu həmin Məcəllənin 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, aşkar edilmiş dərmanları könüllü olaraq dövlətə bağışlamasını, səmimi etirafini və əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməllərində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs cinayətlərin törədilməsində rolunu cinayətlərin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onların Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış dərman preparatları təqsirləndirilən şəxsin ərizəsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Odur ki, maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan ümumi dəyəri 56133,15 manat təşkil edən 13 adda dərman vasitələri və tibbi vasitələr – 29 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, 5 qutu “Dostinex 0.5 mg” adlı, 2 qutu “Tamoxifen 20 mg” adlı, 20 qutu “Favimol 200 mg” adlı, 2 qutu “Letu 2.5 mg” adlı, 21 qutu “Casodex 50 mg” adlı, 2 qutu “Ultravist 370 mg/ml” adlı, 44 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, 4 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, 188 ədəd qələm formalı “Gonal-F 450 iu/0.75 ml” adlı, 95 ədəd şprislə birlikdə “Cetrotide 250 mg” adlı dərman vasitələri, eləcə də, 4 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və 240 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatlar cinayətlərin predmeti olduğundan 14 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qaytarılmış qalıq – 27 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, 3 qutu “Dostinex 0.5 mg” adlı, 18 qutu “Favimol 200 mg” adlı, 19 qutu “Casodex 50 mg” adlı, 42 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, 2 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, 186 ədəd qələm formalı “Gonal-F 450 iu/0.75 ml” adlı, 93 ədəd şprislə birlikdə “Cetrotide 250 mg” adlı dərman vasitələri, eləcə də, 2 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və 238 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 288,70 manat (iki yüz səksən səkkiz manat yetmiş qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200–1.2.3 və 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200–1.2.2, 200– 1.2.3-cü maddələri ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ona CM-in 62-ci maddəsi tətbiq edilməklə 1500 (min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-1-ci maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın İş üzrə maddi sübutlar Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan ümumi dəyəri 56133,15 manat təşkil edən 13 adda dərman vasitələri və tibbi vasitələr – 29 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, 5 qutu “Dostinex 0.5 mg” adlı, 2 qutu “Tamoxifen 20 mg” adlı, 20 qutu “Favimol 200 mg” adlı, 2 qutu “Letu 2.5 mg” adlı, 21 qutu “Casodex 50 mg” adlı, 2 qutu “Ultravist 370 mg/ml” adlı, 44 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, 4 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, 188 ədəd qələm formalı “Gonal-F 450 iu/0.75 ml” adlı, 95 ədəd şprislə birlikdə “Cetrotide 250 mg” adlı dərman vasitələri, eləcə də, 4 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və 240 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatlar cinayətlərin predmeti olduğundan 14 iyul 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qaytarılmış qalıq – 27 qutu “Triplixam 10 mg/2.5 mg” adlı, 3 qutu “Dostinex 0.5 mg” adlı, 18 qutu “Favimol 200 mg” adlı, 19 qutu “Casodex 50 mg” adlı, 42 şüşə qabda “Gadovist 1.0 mmol/30 ml” adlı, 2 şüşə qabda “Gadovist 1.0 mmol/15 ml” adlı, 186 ədəd qələm formalı “Gonal-F 450 iu/0.75 ml” adlı, 93 ədəd şprislə birlikdə “Cetrotide 250 mg” adlı dərman vasitələri, eləcə də, 2 qutu üzərində “Breathe Right” yazıları olan burun bantları və 238 ədəd üzərində “N/BRAUN” yazıları olan iynə başlıqlarından ibarət tibbi ləvazimatlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 288,70 manat (iki yüz səksən səkkiz manat yetmiş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar