Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-83/2023 25.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bərdə rayonu, Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Cumalar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 7,577 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 21:52-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bərə şəhəri, ünvan 3 Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3,474 qram və 4,103 qram olmaqla ümumi təmiz çəkisi 7,577 qram narkotik vasitə heroin iki ədəd şəffaf sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik istifadəfadəçisidir. 02 iyun 2022-ci il tarixdə səhər saatlarında Bərdə şəhərində olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Ona narkotik vasitə istifadəçisi olduğu bildiklərini deyərək, hədə-qorxu gəlinmiş və üzərinə narkotik vasitə qoyacaqlarını və bunu etiraf etmələrini bildirmişlər. O da məcbur olub onların dedikləri ilə razı olmuşdur. Bundan sonra polis əməkdaşları onun üzərinə narkotik vasitə qoymuşlar. Bundan sonra müdafiəçi dəvət olunmuş və üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, polis əməkdaşlarının ona dedikləri kimi, üzərində «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynindəki şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümlər açıldıqda onların içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Ona dedikləri kimi bildirmişdir ki, "xxxx" ASC-nin filiyalının yaxınlığında olan zaman təsadüfən narkotik vasitə satan Nurlan adlı şəxslə rastlaşmış, həmin zaman üzərində 60 manat olduğundan Nurlandan istifadə etmək üçün heroin almaq qərarına gəlmiş, buna görə də Nurlandan heroin istəmiş, sonuncu da onda iki büküm heroin olduğunu və hər bükümünü 40 manata satdığını bildirmiş, bu zaman o, özündə olan 60 manat verməsini, qalan 20 manatı da sonradan verməsini təklif etmiş, Nurlan da onunla razılaşmış və bundan sonra o, Nurlana 60 manat pul verib ondan iki büküm heroin alıb şalvarının cibinə qoymuşdur. Ona edilən qanunsuzluqlar barədə vəkilinə deməmiş, istintaq zamanı da qorxub polis əməkdaşlarının dedikləri kimi ifadə vermişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Mobil telefonundan aşkar olunmuş mesajlar barədə onu bildirmişdir ki, mesajların məzmunundan görününr ki, həmişə özü istifadə etmək üçün müxtəlif şəxslərdən narkotik vasitə almaq istəmişdir. Bəzi mesajların mətinlərində olan sözlərlə də bağlı bildirmişdir ki, narkotik vasitə almaq istədiyi şəxsə yazmışdır ki, başqa şəxs də pul verir o, da alıb birlikdə istifadə etmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdiki, 02 iyun 2022-ci il tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra bu barədə Baş İdarə ərisinin əmrilə həmkarları Şahid2, Şahid3 və təhqiqatçı Mirata Seyidovdan ibarət əməliyyat qrupu yaradılmış və dərhal əməliyyat qrupunun üzvləri olaraq Bərdə şəhərinə yollanmışlar. Həmin gün saat 21:52-də Təqsirləndirilən şəxs ünvan 5 ünvanın yaxınlığında tərəflərindən saxlanılmış, sonuncuya saxlanmasının əsaslarını izah edərək onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində araşdırmanın aparılması BMCMİ-nin İdarənin Təhqiqat bölməsinin təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmiş, bu zaman ilk olaraq Təqsirləndirilən şəxsa üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində «kakos» adı ilə tanıdığı heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində tünd qəhvəyi rəngli, heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki heroini həmin gün səhər saatlarında Bərdə şəhərindən Nuirlan adlı şəxsdən öz istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Onun məhkəmə iclasında dediklərinin həqiqətə uyğun olmadığını, ona hədə-qorxu gəlinmədiyini vıə üzərinə narkotik vasitə qoyulmadığını bildirmişdir, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid X8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 02 iyun 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın saqğ yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümlərdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Protokolda qeyd edilənlər şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəkilişin qeydə alındığı bir ədəd DVD diskə ibtidai istintaq zamanı baxış keçirilərkən bir daha öz təsdiqini tapmışdır. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd «Samsung Galaxy J6» markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefon aparatındakı «WhatsApp» ani mesajlaşma mübadilə sistemi ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 14:58-də adı «Rafiq Z» kimi qeyd edilən ***-***-**-** nömrənin istifadəçisinə «hardasan ürek qaqa zırandıran eynən yoxundu 1 karobqa puluynan istəyən var» məzmunlu, saat 15:00-da «Rafiq Z» «40» məzmunlu, həmin dəqiqədə Təqsirləndirilən şəxs «problem deyil 40 verirəm pütov, eyne zırandırır?» məzmunlu, «Rafiq Z» «sen ol de» məzmunlu, Təqsirləndirilən şəxs «sen ol qaqa prosto dünənkindən istəmirəm hallandran varsa gelim hara» məzmunlu, saat 17:15-də «Rufo noldu tapmadın? yaxşısını? məzmunlu, «Rafiq Z» «yoxdu hələ» məzmunlu, Təqsirləndirilən şəxs «sən ol nağdı pütov pulunu verirəm varsa hara məsləhətdi de gəlim götürüm qaqa indi alındır çalış» məzmunlu yazılı mesajlar göndərmişdir Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən xx.xx.2021-ci il saat: 11:11:32-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nörməyə «Qaqa menem Fezail vezyetim yaman pisdi koku senol őzum olum mene budeyqelik indi yeni 1 defe komeklik ele qaqa kimi yarim qram afa olem agrdan qaqa cavab de tez mene», xx.xx.2021-ci il saat: 05:35:39-da istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nörməyə «Qara basin xarab olub e meni dunenen bile bile lomkada qoymusan, indide bile bile teli acmrsan ele elemi pjsdesmiyem senol neqeder yumusaq uzumuz var bir o qederde sertdese bilirim ele eleki rasdasanda pesman elemiyim seni herseye. Ac teli kola verdire bilmrsen dermanko sey verdir pisem cox pisdi vezyetim qara», xx.xx.2021-ci il saat: 07:28:06-da istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nörməyə «Cuku birezden cixiram Bakiya maliciye ac axrinci defe vezyeden cixart meni, yarimca qiram afa ver mene. Dusmurse acma nede verme», xx.xx.2021-ci il saat: 07:51:48-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Koku sabahiniz xeyirli ve xos olsun! Koku birezden gedrem Bakiya mesdagiya maliciye, axirinci defe mene 1dene yarim qiram afa duz qos gedim gelim bulara yaxin getsem adam olmaram! Mene cavab de tez», xx.xx.2021-ci il saat: 06:29:35-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nörməyə «Suphan sənin basva donerem seheri diri acmsam senol. Birez rehimin gelsin yıgıb o əyneni verdir mene olem hec olmuya sebimi alım hele 5-6 sahat var balnisya getmeyime dura bilme\rem olerem inanki. Menol, 5 mat var balnsya telesrem hardasan 1 paproz vere bilersen?» məzmunlu və həmçinin digər şəxslərin istifadəsində olan nömrələrlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı SMS-lər yazışmaları aparmışdır. Məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3121 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş.....» sözləri, soyad və imzalar olan bir ədəd zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,474 qram və 4,103 qram, ümumi təmiz çəkisi 7,577 qram qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib elementlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonrakı heroinin qalıq çəkisi 7,477 qram təşkil edir.İş üzrə bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 7,477 qram narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 1978/K saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupun aid olan Amfetamin aşkar edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2961 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərini və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu, (narkomaniya) xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. AZ İV № 301396 saylı “Doğum haqqında şəhadətnamənin surətindən” görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuşdur. AZ İİİ № 834205 saylı “Doğum haqqında şəhadətnamənin surətindən” görünür ki, X5 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzaına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 7,477 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs götürülmüş bir ədəd Samsung markalı mobil telefon saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən külli miqdarda narkotik vasitə ələd etmə, daşıma, saxlama və satma faktlarının araşdırılması məqsədilə ayrıca material ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək narkotik vasitənin ona aid olmadığını, bildirsə də, məhkəmə onunun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəm islasında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 02 iyun 2022-ci il tarixdə səhər saatlarında Bərdə şəhərindəki "xxxx" ASC-nin filiyalının yaxınlığında olan zaman təsadüfən narkotik vasitə satan Nurlan adlı şəxslə rastlaşmış, həmin zaman üzərində 60 manat olduğundan Nurlandan istifadə etmək üçün heroin almaq qərarına gəlmiş, buna görə də Nurlandan heroin istəmiş, sonuncu da onda iki büküm heroin olduğunu və hər bükümünü 40 manata satdığını bildirmiş, bu zaman o, özündə olan 60 manat verməsini, qalan 20 manatı da sonradan verməsini təklif etmiş, Nurlan da onunla razılaşmış və bundan sonra o, Nurlana 60 manat pul verib ondan iki büküm heroin alıb şalvarının cibinə qoymuşdur. Həmin gün saat 21:50 radələrində Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan zaman əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin mülki geyimdə olan əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan şəxsiyyəti barədə soraqlaşmış, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bildiklərini bildirmiş, o, da yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində narkotik vasitə heroin saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə Bərdə Rayon Polis Şöbəsinə getməsini təklif etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getmişdir. Orada hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində «kakos» adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynindəki şalvarın sağ yan cibində olan iki ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümlər açıldıqda onların içərisindən narkotik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar olunmuş sellofan bükümlərdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşılı uşağının olmasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65-ci maddəsinə tələblərini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 7,477 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd Samsung markalı mobil telefon təqsirləndirilən şəxsin qohumlarına qaytarılmalıdır. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 02 iyun 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd kağız paketdə qablaşdırılmış halda tədqiqatdan sonrakı qalıq çəkisi 7,477 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd Samsung markalı mobil telefon təqsirləndirilən şəxsin qohumlarına qaytarılsın. Eləcə də 01 ədəd DVD disk cinayət işinin materialların əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat, məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-83/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-83/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver