Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-83/2024 29.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X2 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla göstərilən ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Gəncə şəhəri Əziz Əliyev küçəsi ilə Nəriman Nərimanov küçəsinin kəsişməsindəki 8-ci döngədə yerləşən fərdi yaşayış evlərinin qarşısında qohumu Zərərçəkmiş şəxs1 yaşadığı evinə onun 15 yanvar 2023-cü il tarixdə saat 02 radələrində gələrək səs-küy salmasını irad bildirdiyinə əsəbləşərək, heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, xuliqanlıq niyyətilə qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə vuraraq ona fiziki ağrılar yetirməklə, üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağını ona qarşı nümayiş etdirərək şəxsin üzərində zorun tətbiq edilməsi hədəsi ilə qərəzli xuliqanlıq hərəkətləri edərkən, onun qərəzli hərəkətlərini dayandırılmasını tələb etməklə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona yaxınlaşan Zərərçəkmiş şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlədib, yaxın gəlməməsini tələb etməklə, əlində olan bıçaqla xuliqanlıq niyyətilə qəsdən sonuncuya bir dəfə zərbə vuraraq,ona qarın boşluğunun daxilə keçən, böyük piyliyin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə, ətrafda olan şəxslərin qorxu və təlaşına səbəb olan soyuq silah hesab edilməyən turist bıçağından silah qismində tətbiq etəmklə, şəxsin üzərində zor tətbiq edilməsi, zorun tətbiq edilməsi hədəsi ilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq zərərçəkmiş şəxsin özü barəsində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, o anası ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Zərərçəkmiş şəxs2 onunla qohumluq əlaqəsi olmasına baxmayaraq, sonuncunun adını eşitsə də, heç vaxt üzünü görməmiş, həmin şəxslə düşmənçiliyi və ya ədavəti olmamışdır. Hadisə olmamışdan 3 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə kirvəsi Şahid ona 40 manat pul borcu olduğu üçün o, Fəridin ailəsi ilə birlikdə yaşadığı ünvana borcunu istəmək üçün getdiyi zaman Fərid və onun qardaşı Sakit kimi andlandırılan Zərərçəkmiş şəxs1 onu Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 3 qardaş adlı mağazanın yaxınlığında yerləşən fərdi yaşayış binasının qarşısında onu döyərək təhqir etmişlər. Daha sonra xx.xx.2023-cü il tarixdə o yaşadığı evdə olarkən Həmid ona məxsus mobil nömrəyə zəng edərək, harda olduğunu soruşduqda o, cavabında evdə olduğunu bildirmişdir. Həmin vaxt onun bibisi vəfat etdiyi üçün Həmid ondan yas mağarına gəlməsini və onunla işi olduğunu bildirmişdir. Təxminən 10 dəqiqə sonra o, mağara yaxınlaşanda Sakit ona yenidən zəng vuraraq mağara girməməyini, küçənin başında onu gözləməsini bildirmişdir. Mağarın qarşı tərəfində Həmid və Zərərçəkmiş şəxs2lar ona: “sən kimsənki bizim qapıya gəlirsən?!” demiş, o isə qardaşı Fəridinin ona 40 manat pul borclu olduğu üçün gəldiyini dedikdən sonra Zərərçəkmiş şəxs1 onu yumruqla vurmuş, yerdə mübahisəni davam etdirərkən Sərxan ona yaxınlaşıb onları aralamaq istəyən zaman isə o, Sərxanın da onu vurcağını zənn edib, qorxaraq özünü müdafiə etmək üçün əvvəlcədən özü ilə gətirdiyi cib bıçağı ilə Zərərçəkmiş şəxs2 bir dəfə zərbə edndirmişdir. Həmin vaxt səs küyə toplaşmış şəxslər onları aralamış, bundan sonra həmin yerdən uzaqlaşaraq yaşadığı ünvana getmiş, və Sərxana xəsarət yetirdiyi bıçağı evdə olan divanın alt hissəsinə qoyaraq, gizlənmək məqsədi ilə “Xan Bağı” adlanan parka getmişdir. Bibisinin yas yerini yola verdikdən sonra 4-cü Polis Bölməsinə gedərək cinayət törətdiyini bildirərək təslim olmuşdur. Tutduğu əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır.Qeyd olunan halların nəzərə alınmasını məhkəmə heyətindən xahiş edir. Əlavə olaraq bildirmişdir ki, mübahisə zamanı Həmid daha aqressiv olmuş, Sərxan onları aralamaq istəmiş, sadəcə o həmin an Sərxanın məqsədi tam dərk edə bilməmiş və Səraxana bıçaqla zərbə endirmişdir. Hadisə zamanı Sərxan ona qarşı hər hansı bir hərəkət etməmiş sadəcə onlara qohum olduqlarını mübahisə etməməklərini bildirmişdir. Onların mübahisəsi gecə saatlarında küçədə olmuş, mübahisə zamanı səs-küy olduğundan ətrafda qohumlar-qonşular toplaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, uzaqdan qohumluq əlaqələri vardır. Elmixanla münasibəti normal olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. 15 yanvar 2023-cü il tarixdə gecə saat 02 radələrində o ailəsi ilə birlikdə yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsindəki fərdi yaşayış evində olan zaman evlərinin darvazasının möhkəm döyüldüyünü eşitmişlər. ilkin olaraq o, çölə çxarkən qapını döyən şəxslərin Elmixan və yanında tanımadığı 2 nəfər olduğunu görmüşdür. O, qapını açaraq Elmixana gecə vaxt nə üçün qapını bu tərzdə döydüyünü irad tutmuş, evdə xəstə anasının və azayaşlı uşaqların olduğunu bildirən zaman, Elmixan Fəridi axtardığını və Fəridin harada olduğunu soruşmuşdur. Fəridi nə üçün axtardığını soruşduqda isə Fəridin ona borcu olduğunu və ona görə gəldiyini bildirmişdir. O cavabında, Fəridin borcu varsa və Fəridi axtarırsa yanındakı adamların kim olduğunu soruşmuş, bu zaman Təqsirləndirilən şəxs yanında olan həmin şəxslərdən biri “ə Fəridi çağır, çox danışma” deyə onun üstünə qışqırmışdır. O,səs küyün olacağını və xəstə atasının eşidəcəyini bildiyi üçün onları evlərindən 10 metr kənarlaşdırmış, bundan sonra qardaşı Fərid çıxaraq yumruqla Elmixanı vurmuşdur. O da Elmixanı kənara itələyərək getməsini bildirmidşir. Təqsirləndirilən şəxs kənara çəkilmiş və binanın arxasına qaçmış, Elmixanla gələn oğlanlar da, tez maşına oturub avtomobili sürüb getmişlər. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 22 radələrində o əmisi oğlu Sərxanla qohumlarnın Gəncə şəhəri, N.Nərimanov prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsindəki evlərinə yas yerinə getmişlər. Həmin vaxt o, Elmixanın mobil telefonuna zəng edib, yas yerində olduqlarını və onların gecə vaxtı qapılarını döydüyünü aydınlaşdırmaq üçün həmin yerə gəlməsini istəmişlər. Daha sonra o yenidən Elmixana zəng etmiş, Elmixan ona gəldiyini, həmin yerdən kənarlaşmasını bildirmişdir. Təxminən 30 dəqiqə sonra Elmixan ona zəng vurub harada olduğunu soruşmuş, o mağarda olduğunu bildirərək, mağardan çıxan zaman Elmixanın yanında da tanımadığı 1 nəfər şəxs ilə “Sprinter” markalı ağ rəngli nömrəsini bilmədiyi mikroavtobusda gəldiyini görmüşdür. Daha sonra Elmixan onun qarşısında dayanmış o, Elmixandan yenidən gecə vaxtı onların qapısına tanımadığı adamlar ilə nə üçün gəldiyini soruşduqda, Elmixan borcunu almağa gəldiyini və yaxşı etdiyini bildirmişdir. Daha sonra aralarında mübahisə yaranmış, qəflətən Elmixan onu yumruqla vurmuşdur. Onlar yerə yıxılmışlar və yerdə bir-birini təpik yumruqla vurmağa davam etmişlər. Bu zaman Təqsirləndirilən şəxs cibindən bıçaq çıxardığını görüb, onu kənara itələmiş, Zərərçəkmiş şəxs2 Elmixana əlindəki bıçağı cibinə qoymasını deyib, əyilib onları yerdə aralamaq məqsədi ilə müdaxilə edən zaman Təqsirləndirilən şəxs Sərxanı təhqir edərək onun qarışmamasını bildirib, bıçaqla onun qarın nahiyəsinə əlində olan bıçaqla bir zərbə endirmişdir. Hadisə yerinə toplaşan şəxslər onları aralamış, həmin vaxt Elmixan hadisə yerini tərk etmişdir. Əlavə olaraq bildirmişdir ki, Sərxan onalrın arasında olan davaya qarışmamış, sadəcə Zərərçəkmiş şəxs2 onları aralamaq məqsədi ilə müdaxilə etmiş, hadisə vaxtı Sərxan Elmixanı vurmamış, əksinə Təqsirləndirilən şəxs sonuncunu təhqir edərək bıçaqla vurmuşdur. Onların mübahisəsi gecə saatlarında küçədə olmuş, mübahisə zamanı səsküy olduğundan ətrafda qohumlar-qonşular toplaşmışdır. Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Aralarında kirvəlik münasibəti vardır. O, 2014-cü il tarixdən 2021-ci ilədək Rusiya Federasiyasında olduğu üçün Elmixanı Rusiya Federasiyasına gedib gələndən sonra görməmişdir. Elmixanla aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 18 yanvar 2023-cü il tarixdə o və adı Zərərçəkmiş şəxs1 olan, Sakit ləqəi ilə çağırılan əmisi oğlu ilə Gəncə şəhəri, Əziz Əliyev prospektindən N.Nərimanov prospektinə keçid döngəsində yerləşən Elmixanın bibisi, onların da qohumu olan Kərəmin arvadı Ağcanın yas mərasiminə getmişlər. O, Həmidlə mağara daxil olmuş və birlikdə əyləşmişlər. Onların yanında tanımadığı bir şəxs də gəlib əyləşmiş, həmin şəxsi də Həmid dəvət etmişdir. Həmid onunla söhbət etdikdən sonra Elmixana zəng etmiş və onu da yas yerinə çağırmışdır. Təxminən 15-20 dəqiqə sonra Elmixan Həmidə zəng edərək mağardan çölə çağırmışdır. Onlar telefonda bir-birləri ilə mübahisə etdikləri üçün o aralarında nəsə narazılıq olduğunu anlamışdır. Daha sonra Həmid onlardan aralanaraq Elmixanın yanına getmiş və üzbəüz dayanıb söhbət etdikdən sonra Elmixanla Həmid dalaşmışlar. O, onları aralamaq üçün yaxınlaşan zaman Elmixanın cibindən bıçaq çıxardığını görüb, Elmixana bıçağı cibinə qoymasını bildirmişdir. Elmixan isə onu təhqir edərək, ona: “sən kimsən ə, qarışma sən” deyərək üstünə qışqırmışdır. O, əyilib onları aralamaq istəyərkən, Elmixan əlində dəstəyi qara rəngli açılıb qatlanan bıçaqla onun sol qarın boşluğuna bir dəfə zərbə vurmuş, səsəküyə toplaşmış, ətrafda olan şəxslər onları aralamış, həmin vaxt Elmixan çıxıb getmişdir. O, əmisi oğlu Həmidlə birlikdə Gəncə şəhəri Əziz Əliyev prospektinə çıxmış, təxminən 15 dəqiqə sonra digər əmisi oğlu Rahid taksi ilə gələrək onları götürüb, Gəncə şəhər 3 saylı xəstəxanaya aparmış və o orada əməliyyat olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, o Elmixanın maşınla və ya piyada gəldiyini görməmiş. Elmixanla Həmid mübahisə edərkən qəflətən Elmixan Həmidə yumruqla zərbə vurmuş, onlar əlbəyaxa olub,yerə yıxılmışlar, bir-birinə yerdə təpik və yumruqla zərbə vurmuşlar. O, mübahisə zamanı sadəcə onları aralamaq üçün ortaya girmiş və Elmixana bıçağı cibinə qoymasını bildirərək onları aralamaq istəmiş, lakin Elmixan onu təhqir edərək, ona bıçaqla 01 ədəd zərbə endirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun əmisi oğludur, Sakit kimi tanınan əsl adı Həmid olan Zərərçəkmiş şəxs1 onun qardaşıdır. X5 da onun qardaşıdır. O, Elmixandan borc pul alaraq bir müddət sonra qaytaracağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs gecə saat təxminən 02 radələrində onun atası, anası və qardaşıları ilə birlikdə yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki fərdi yaşayış evlərinə gəlmiş, qapılarını təpiklə, daşla döyüb onu bayıra çağırmış, o da öz növbəsində evdən çıxanda görmüşdür ki, Elmixan və yanında tanımadığı 2 nəfər qapının ağzında onu gözləyir. O, bu hərəkətinə görə Elmixana irad bildirib ona: “xeyir ola gecənin bu vaxtı evlərində yaşlı atası, anası və ailəsi onları narahat edirsən ?” demişdir. Göstərilən səbəbə görə aralarında mübahisə yaranmış, yumruqla Elmixanın sifətinə vurmuş, o kənara çəkilmişdir. Daha sonra bilmişdir ki, qohumlarının yas mərasimində Elmixan Sərxanı bıçaqla vurub hadisə yerindən qaçmışdır. Şahid əlavə olaraq göstərmişdir ki, o, Elmixanın bıçaqla Sərxanı vurduğu yerdə olmamış,ümumiyyətlə o həmin yas yerində iştirak etməmiş, hadisə baş verən zaman orada olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 yanvar 2023-cü il tarixli Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 mart 2023-cü il tarixli Gəncə şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 mart 2023-cü il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, İfadələrində ziddiyyətlər olduğuna görə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini qismən təsdiq etmiş və göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Etbar oğlu ilə Gəncə şəhəri Ə.Əliyev küçəsində görüşəndə Elmixan yolun digər tərəfində dayanmışdır,o tək olmuş,yanında heç kim olmamışdır.O,Elmixanın maşınla və ya piyada gəldiyini görməmişdir. Elmixan sağ tərəfdə küçədə dayanmışdır. Zərərçəkmiş şəxs1 ondan aralanaraq Elmixanın yanına getmiş, üzbəüz dayanmışlar,nəsə söhbət etmişlər. Həmin vaxt qəflətən Elmixanla Həmid əlbəyaxa olub,bir-birinə yumruqla zərbə vurmuşlar. O da tək özü onlara yaxınlaşan zaman onlar yerə yıxılmışlar. O, da əyilib onları aralamaq istədikdə görmüşdür ki,Elmixan cibindən bıçaq çıxardı.O,Elmixana qışqırıb demişdir ki,bıçağı cibinə qoy. Lakin Elmixan ona demişdir ki,sən kimsən aralı dur.Bu zaman Elmixan əlində dəstəyi qara rəngli açılıb qatlanan bıçabı fırladıb onun sol qarın boşluğuma bir dəfə zərbə vurmuş, Elmixan aralanıb çıxıb getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun üzünə qarşı dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 mart 2023-cü il tarixli “üzləşdirmə aparılması haqqında” protokoldan görünür ki, İfadələrində ziddiyyətlər olduğuna görə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini qismən təsdiq edərək göstərmişdir ki, 15 yanvar 2023-cü il tarixdə gecə saat təxminən 02 radələrində yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsindəki fərdi yaşayış evlərinə Təqsirləndirilən şəxs gələn zaman qardaşı Fərid yumruqla Elmixanı vurmuş, o da Elmixanı kənara itələmişdir ki, çıxıb getsin. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 23 radələrində Əziz Əliyev küçəsində Təqsirləndirilən şəxs ilə görüşəndə görüb ki, Sprinter markalı ağ rəngli nömrəsini bilmədiyi mikroavtobus dayanıb, yanında da Elmixan tək durmuşdur. O Zərərçəkmiş şəxs2 ilə birlikdə Elmixana yaxınlaşmış,o, Elmixana yaxınlaşanda Elmixan onun qoluna girmişdir ki,gəl o biri küçəyə keçək. O da onunla bərəbar bir az getmiş,sonra Elmixan onun düz qarşısında dayanmış, ətrafda heç kim olmamışdır.O, yenə Elmixandan soruşmuşdur ki,gecə vaxtı niyə bizim qapımıza tanmadığımız şəxslərlə gəlmişdin.O da pulumu almağa gəlmişdim demişdir.Aralarında mübahisə yaranmış, əlbəyaxa olmuşlar və birlikdə yerə yıxılmışlar. Yerdə olanda o görmüşdür ki,Elmixan əlini kurtasının cibinə atmış, hiss etmişdir ki,o bıçaq çıxarır. O,Elmixanı özündən kənara itələmək istəmiş, bu zaman Sərxan əyilib yerdə onları aralamaq istədikdə Elmixan Sərxana söyüşlə demişdir ki, sən kimsən qarışırsan,girirsən ortaya dur qırağa deyib, bıçaqla Sərxanın qarnına zərbə vurmuş,sonra isə bir neçə dəfə bıçağı fırlatmışdır. Həmin xüsusatları Təqsirləndirilən şəxs da təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli,07 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfadır.Zərərçəkmiş şəxs2 məxsus bir ədəd qara rəngli qış gödəkçəsi,bir ədəd boz rəngli yun qış köynəyi,bir ədəd ağ rəngli yay köynəyinin üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 303 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət-qarın boşluğunun daxilə keçən böyük piyliyin və nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası- deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddəti qərarın təsviri hisəsində göstərilən tarixdə yəni, xx.xx.2023-cü il tarixə uyğün gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks-məhkəmə-trasoloji-soyuq-silah ekspertizasının 17 aprel 2023-cü il tarixli, 16/353/354 nömrəli rəyindən görünür ki, İ- Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazılanmış bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan turis bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatın dəyişdirən hər hansı əlavə və dəyişiklər edilməmişdir. İİ- Təqdim olunan gödəkçənin səthində olan «a» zədəsi poluverin səthində olan 01 ədəd zədə və köynəyin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici,ucu deşici xassəyə malik olan perdmetin(o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəsi olan hər hansı bir alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir.Lakin təqdim edilmiş paltarların üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər xəsarət əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir.Gödəkçənin üzərində olan «b» zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma, sökülmə zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli, 303 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş paltarın səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən «qarın boşluğunun daxilinə keçən yarası» xəsarəti ilə gödəkçəsinin səthində olan «a» zədəsi poluverin səthində olan 01 ədəd zədə və köynəyin səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir,yəni zədələr və xəsarət üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 587/k nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 götürülmüş qan nümunəsindən etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 91 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilmiş kompleks məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 18 yanvar 2023cü il tarixli, 32 nömrəli rəyindən görünür; Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının,həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrininin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Sual 1. Təqsirləndirilən şəxs hər hansı bir ruhi(psixi) xəstəlikdən əziyyət çəkirmi,əğər çəkirsə konkret hansı xəstəlikdən əziyyət çəkir? Cavab.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir ruhi(psixi) xəstəlikdən əziyyət çəkmir. Sual 2. Təqsirləndirilən şəxs cinayəti törətdi yi zaman hər hansı bir ruhi(psixi) xəstəlikdən əziyyət çəkməsi, yaxıd müvəqqəti ruhi(psixi) pozğunluq olması müşahidə olunmuşdurmu və həmin vaxt o öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman hər hansı bir ruhi(psixi) xəstəlikdən əziyyət çəkməsi,yaxud müvəqqəti ruhi(psixi) pozğunluq olması müşahidə olunmamışdır. O,öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür. Sual 3. Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi(psixi) xəstəlikdən və ya müvəqqəti ruhi(psixi)pozğunluqdan əziyyət çəkirmi,əğər çəkirsə konkret hansı xəstəlikdən əziyyət çəkir? O.öz hərəktəlrini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmaqla anlaqlıdırmı? Onun məcburi müalicəyə ehtiyacı vardırmı? Cavab. Təqsirləndirilən şəxs hazırda hər hansı bir ruhi(psixi)xəstəlikdən və ya müvəqqəti ruhi(psixi) pozğunluqdan əziyyət çəkmir.O,öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır.Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə psixoloji eksperitizası üzrə yekun hissə. Sual 4.4 Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən hansı psixiemosional halda olmuşdur,o,cinayət hadisəsi törədərkən güclü ruhi həyacan(affekt) vəziyyətində olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs göstərilən cinayət hadisəsini törədərkən güclü ruhi həyacan vəziyyətində (affekt) olmamışdır.(keçirməmişdir) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 yanvar 2023-cü il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin təhqiqatçısı polis kapitanı X4 tərəfindən tərtib olunmuş könüllü olaraq özünü təhqiqat orqanına təqdim etməsi barədə protokoldan görünür ki, xx.xx.1990-cı ildə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə həmin protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Gəncə şəhəri Ə.Əliyev küçəsində Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış mübahisə zəminində özündə gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş və 19 yanvar 2023-cü il tarixdə saat 16-30 radələrində Təqsirləndirilən şəxs könüllü olaraq Gəncə şəhər BPİ-nin 4cü Polis Bölməsinə könüllü olaraq gələrək bildirmişdir ki, həqiqətən də Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq ona xəsarət yetirmişdir və hadisə zamanı istifadə etdiyi bıçağı təqdim etmişdir. Odur ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə könüllü gəldiyi üçün protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 yanvar 2023-cü il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçağı təqdim etmiş, baxış zamanı müəyyən edilmişdir ki, bıçaq qara rəngli tiyədən,qara rəngli dəstəkdən ibarət olmaqla qatlanandır.Dəstəyinin uzunluğu 9 sm, ümumi uüzunluğu isə 17 sm-dir.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cu il tarixdə saat 23 radələrində Gəncə şəhəri Ə.Əliyev küçəsi ilə N.Nərimanov küçəsini bilşədirən 8-ci döngədə Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi həmin bıçaqdır,təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 yanvar 2023-cü il tarixli, təqsirləndirilən şəxsin ifadəsinin yernində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o Gəncə şəhəri N.Nərimanov küçəsi 8-ci döngə yerləşən fərdi yaşayüış evlərinin qarşısında Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində bıçaqla xəsarət yetirdiyi yeri göstərmiş, fotoşəkil çəkilmiş, protokol tərtib edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və onlara dəyən ziyan ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 fevral 2023-cü il tarixli, 754 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 yanvar 2023-ci il tarixli, 517 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər BPİ-nin 4-cü Polis Şöbəsindən daxil olmuş, 3-13-57-4/2-2451/2023 nömrəli, 16 aprel 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən qohumu Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirən zaman qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi, həmçinin hadisəni görmüş şəxslərin dairəsi, onların şəxsiyyəti müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs tanışları olmuş Kamran, Elxan və Alim adlı şəxslərin şəxsiyyətlərini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs şəhər ərazisində qərəzli xuliqanlıq hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Belə ki, həmin ərazidə yaşayan sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozmuş, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar olunmuş bir bıçağı haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür kİ, Zərərçəkmiş şəxs2 xəsarətləndirilən zaman əynində olan gödəkçəsi, poliveri, köynəyi və Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan və istifadə etdiyi 1 ədəd soyuq silah hesab edilməyən bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ifadədə Zərərçəkmiş şəxs1 onu vurduğunu və Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1la birləşərək ona təklədiklərini və o, özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs2 bıçaqla zərbə endirməsinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, zərərçəkmiş şəxslərin və şahidin ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs döymək üçün ona qarşı hər hansısa bir aktiv hərəkət etməmiş, hətta mübahisə zamanı da ilkin olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Bundan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs cibindən bıçaq çıxaran zaman isə Zərərçəkmiş şəxs2 sadəcə onları aralamaq üçün mübahisənin daha da qızğınlaşmaması və onların biri-birinə xəsarətlər yetirməməsi üçün öz ictimai borcunu yerinə yetirərək onları aralamaq istəmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onları sadəcə aralamaq istəmiş, Zərərçəkmiş şəxs2 heç bir aktiv hərəkətlər etmədiyi halda o isə qorxaraq Sərxanı bıçaqla vurmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi sözügedən xüsusatlar açıqdan-açığa yanlış olmaqla, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, keçirilmiş çoxsaylı istintintaq hərəkətləri, ekspert rəyləri ilə tamamilə təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatların Təqsirləndirilən şəxs tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə söylənmiş ifadələr olduğunu vurğulayır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsussilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən və təqsirləndirilən şəxsin şəxsin könüllü gəlib təqsirini boynuna almasını isə Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Eyni zamanda məhkəmə vurğulayır ki, ibtidai istintaq orqanı CM-nin 61.1.8-ci maddəsinə əsasən cinayətin ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsini ağırlaşdırıcı hal kimi nəzərə alaraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cinayətin ictimai borcunu yerinə yetirən şəxsə qarşı törədilməsi CM-in 126.2.2-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulduğu üçün Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar və onlara dəyən ziyan ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 yanvar 2023-cü il tarixli “könüllü olaraq özünü təhqiqat orqanına təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdə könüllü olaraq Zərərçəkmiş şəxs2 bıçaqla vuraraq ona xəsarət yetirdiyi üçün könüllü olaraq Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gələrək özünü təqdim etmiş və hadisə zamanı istofadə etdiyi bıçağı da təqdim etmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həbsdə saxlanıldığı müddət, ona təyin olunan cəza müddətinə daxil edilməli, həmçinin qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs2 xəsarətləndirilən zaman əynində olan gödəkçəsi, poliveri, köynəyi və Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan və istifadə etdiyi 1 ədəd soyuq silah hesab edilməyən bıçaq məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkil Müdafiəçi xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına göstərdiyi hüquqi yardıma sərf etdiyi toplam vaxt 95 saatdır və vəkilə ödənilməli olan haqqın miqdarı 570 manatdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 95 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 570 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 63 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləsi əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-in 126.2.2 və 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə isə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, həbsdə saxlanıldığı 01 ay 26 gün müddət, ona təyin olunan cəzaçəkmə müddətinə hesablamaqla, üzərində qəti olaraq 06 (altı) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 29 iyul 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş hadisə zamanı Zərərçəkmiş şəxs2 xəsarətləndirilən zaman əynində olan gödəkçəsi, poliveri, köynəyi və Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan və istifadə etdiyi 1 ədəd soyuq silah hesab edilməyən bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 95 (doxsan beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 570 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs oğlundan 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(100)-83/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-83/2024
29.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver